Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-391/2025 23.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi Astara rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 18005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 aprel 2025-ci il tarixdə saat 08:40-da ünvan 3 ünvanının qarşısında müəyyən edilərək saxlanılmış, bundan dərhal sonra həmin tarixdə saat 08:45-dən etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstü yoxlanılmaqla, ardınca Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən 05 ədəd qara rəngli torbanın içərisində 18 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 975 qram, 945 qram, 1045 qram, 1025 qram, 1040 qram, 710 qram, 1045 qram, 1030 qram, 1035 qram, 1025 qram, 1015 qram, 1045 qram, 1005 qram, 1035 qram, 965 qram, 1045 qram, 1020 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda 18005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir: “Mən əvvəldən Təqsirləndirilən şəxs2 günahı olmadığını bildirmişdim. Onun evində problem olduğuna görə, 2-3 gün əvvəldən narkotik vasitə götürməyə getməyimizdən xəbəri olmayıb. Bizim axırıncı günə qədər narkotik vasitəni götürməyə getmək kimi bir planımız olmayıb. Mən əslində narkotik vasitəni götürməliydim, ancaq az miqdarda öz şəxsi istifadəm üçün götürməli idim. X18 Respublikasının vətəndaşı “Rza” adlı şəxs ilə danışdım. İstintaq materiallarında mənim çoxdan narkotik vasitə istifadəçisi olduğum qeyd olunub. Ancaq mən tutulmamışdan 2-3 ay öncədən narkotik vasitə istifadə edirdim. Mənim ailə problemlərim yarandı, bu problemlərdən dolayı ağır depressiya keçirdim, içki içməyə başladım və 20-25 gün davam etdim. Bu səbəbdən mədəmdə xora xəstəliyi əmələ gəldi. Elə oldu ki, ailəmdən ayrıldım. Buna görə də, narkotik vasitə marixuana istifadə etməyə başladım. Təxminən 2-3 dəfə narkotik vasitə marixuana çəkmişdim. Bundan sonra, Rzadan mənə təklif gəldi, həmin vaxt da mənə pul lazım idi. Tutulmamışdan bir gün əvvəl uşaqlarımın məndə qalması məqsədilə yardım etməsi üçün vəkillə danışdım. Mən vəkillə müqavilə bağlamalı idim. Buna görə də, mənə pul lazım idi. Tutulduğum gündən bir gün əvvəl iranlıyla narkotik vasitəni qoyulduğu yerdən götürməklə bağlı razılaşdıq. Bunun qarşılığında İran vətəndaşı mənə 3000 manat pul verəcəkdi. Əslində biz tutulduğumuz gün narkotik vasitə götürməyə getməməli idik. Sadəcə olaraq Rza mənə şəxsi istifadəm üçün həmin gün 5 qram narkotik vasitə verəcəkdi və mən narkotik vasitəni götürməyə gedəcəkdim. Nazim evdə anamgil olduğu üçün axşam bizdə qalmadı. Səhərisi gün işə gedəcəyi üçün mənim maşınımda yatacağını söylədi. Mən də 5 qram narkotik vasitəni götürməyə gedəcəkdim. Mən əvvəlcə narkotik vasitəni götürmək üçün Lökbatana gedəcəkdim, ancaq oradan götürmək alınmadı. Rza mənə birbaşa Astarada deyilən ünvana gəlib, narkotik vasitəni oradan götürməyi söylədi. Mən maşınla gedəndə Nazimin narkotik vasitə götürəcəyimdən xəbəri olmayıb, Nazim maşında yatmışdı. Mən həmin ünvandan narkotik vasitəni götürüb maşına qoydum. Rza mənə əvvəldən 5 bağlamada 5 kq narkotik vasitə göndərəcəyini demişdi. Ancaq mən həyəcanlı və təlaşlı olduğum bağlamada neçə kiloqram narkotik vasitənin olduğunu bilmədim. Mən şəhərə gələndə elə oldu ki, bağlamada 18 kq narkotik vasitənin olduğu müəyyən edildi. Rza mənə əvvəlcədən 5 kq narkotik vasitə olacağını demişdi. Mən bir az həyəcanlı olduğum üçün ağacların arasından narkotik vasitə olan bağlamaları tez götürüb maşının yük yerinə qoymuşdum. Ancaq daha sonra bağlamanı açıb neçə kiloqram narkotik vasitə olduğunu müəyyən etməmişdim. Bütün bu proseslər müddətində Nazim maşında yatılı vəziyyətdə olub. Mən özüm ona söyləmədim ki, birdən həyəcanlanar. Narkotik vasitəni götürdükdən sonra Astarada maşını saxlayıb səhər yeməyi yedik. Qayıdıb gələndə bizi Xırdalanda saxladılar.” Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Ailə vəziyyətimlə əlaqədar son vaxtlar narkotik vasitə marixuana qəbul edirdim. Mən Nazimi 25 ildir ki, tanıyıram. Birlikdə oxumuşuq, birlikdə böyümüşük. Axır vaxtlarda Nazimin narkotik vasitə istifadə etdiyini bilmişəm. Bir-iki dəfə Nazimlə birlikdə narkotik vasitə istifadə etmişik. İttihamda göstərilən saxlanılma tarixi və ünvanı, aşkar olunan narkotik vasitənin çəkisi düzgündür, mən bu halları mübahisələndirmirəm. Sonradan narkotik vasitənin 18 kq olduğunu müəyyən etmişəm. Nazim subaydır. X22 gedəcəyimi söyləməmişəm. Biz öz istifadəmiz üçün 5 qram narkotik vasitə götürməli idik. Astaraya edəndə Nazim maşında yatmışdı, Nazimin Astaraya gedəcəyimizdən xəbəri olmayıb. Nazimin 5 qram narkotik vasitəni götürəcəyimizdən məlumatı var idi. Maşın mənə məxsus idi, “Rent a car”-dan götürmüşdüm. 5 qram narkotik vasitəni götürmək üçün gedəndə Nazim narkotik vasitə istifadə etməmişdi. O, sadəcə olaraq sabah işə gedəcəyinə görə yatmışdı. 5 qram narkotik vasitəni öz istifadəmiz üçün götürəcəkdik. Daha doğrusu mən götürəcəkdim, istifadə etmək üçün Nazimə də verəcəkdim. Nazimin narkotik vasitə asılığı yox idi. Mən 5 qram narkotik vasitəni götürsəydim belə, bəlkə də Nazimi oyandırmayacaqdım. Ona görə də, Nazim 5 qram narkotik vasitəni götürə bilməyəndə məndən onu götürə bilməmə səbəbini soruşmadı. Nazim yolda oyanmadı. Geri qayıdanda Nazimi bir dəfə Salyanda oyandırdım. Nazim niyə Salyanda olduğumuzu soruşanda belə alındığını dedim. Mən 5 qram narkotik vasitəni götürə bilmədiyimi əvəzində külli miqdarda narkotik vasitə götürdüyümü Nazimə tam təfərrüatı ilə demədim, ancaq üstübağlı 5 qram narkotik vasitənin məndə olduğunu və onu şəhərdə həll edəcəyimi söylədim. Məni polis əməkdaşları Xırdalanda saxladı. Təxminən 7-8 nəfər polis əməkdaşı var idi. Polis əməkdaşlarının mənə qarşı hər hansı fiziki təsir və təzyiqi olmayıb. İdarəyə gətiriləndə polis əməkdaşlarının məni döyməsi və ya söyməsi kimi hallar olmayıb. Mən onlara əvvəldən Nazimin bu işdə heç bir günahının olmadığını dedim. Polis əməkdaşları mənə işimin yüngül olması üçün məndə olan narkotik vasitəni qəbul etməyimi söylədilər. Onlar Nazimi buraxmalı idilər. Mən 5 kq narkotik vasitəni götürmək üçün getmişdim. Polis əməkdaşları mənim öz iştirakımla maşınımdan 18 kq narkotik vasitə çıxardılar. Polis əməkdaşları Astarada nəyi götürmüşdümsə, maşınımdan da onu aşkar etdilər. Mən Salyanda maşını yer olmadığı üçün kənarda saxlamışdım. Yemək yemək üçün maşından düşdük. Qayıdıb gələndə maşın gözdən uzaq olduğu üçün maşını görə bilmirdim. Polis əməkdaşları maşına nəyi qoymuşdumsa, onu aşkar etmişdilər. Mən polis əməkdaşlarına 5 kq narkotik vasitə üçün getdiyimi dedim. Mən Nazimin heç bir günahı olmadığını, onu azad etmələrini xahiş etdim. Mənə dedilər ki, nə ifadə vermişəmsə, hamısı ittiham aktında qeyd olunub. Mənə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğumu dedilər. Mən özümü qismən, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilirəm. Mən istintaqda Nazimlə üzləşdiriləndə də Nazimin heç bir günahının olmadığını bildirdim. İbtidai istintaqda ifadə verərkən mənə qarşı hər hansı təsir-təzyiq olmayıb.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki, istifadə edir. Narkotik vasitə qurudulmuş marixuananı əvvəllər üzdən tanıdığı və anket məlumatlarını bilmədiyi şəxsdən əldə etsə də, son 4-5 ay olar ki, İran İslam Respublikası vətəndaşından əldə edir. Təqsirləndirilən şəxs2 uşaqlıq dostudur. Tez-tez görüşüb bir-birlərin yaşadığı evə qonaq gedirlər. Nazim də özü kimi narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən 4-5 ay bundan öncə narkotik vasitələrin satışını həyata keçirən İran İslam Respublikası vətəndaşı “Mehdi” adlı şəxsin mobil telefon nömrəsini tapıb onunla “Whatsapp” proqramı vasitəsi ilə əlaqə qurmuşdur. Mehdi ilə danışıb qurudulmuş marixuana lazım olmasını demişdir. Mehdi öz istifadəsi üçün miqdarını dəqiq bilmədiyi çəkidə narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində öz adamları vasitəsi ilə yerləşdirəcəyini bildirmişdir. Bundan sonra bank kartı göndərib pulu həmin karta göndərməyini tapşırmışdır. Xatırlamadığı məbləğdə pulu qeyd olunan bank kartına vurmuşdur. Pulu göndərdikdən sonra Mehdi konum göndərmişdir. Həmin ünvana gedib yol kənarında gizlədilmiş narkotik vasitəni götürmüşdür. Bu minvalla bir neçə dəfə Mehdi ilə “Whatsapp” proqramı vasitəsi ilə danışıb ondan öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana almışdır. Sonradan Mehdi ona bir nömrə verib həmin şəxsin də narkotik vasitənin satışını həyata keçirdiyini və yaxın dostu olduğunu, adının “Rza” olmasını bildirib şərikli iş gördüklərini söyləmişdir. Daha sonra Rza ilə əlaqə saxlayıb ondan narkotik vasitə almağa başlamışdır. Təxminən 1-2 ay öncə Rza əlaqə saxlayıb narkotik vasitələr olan bağlama göndərəcəyini və həmin bağlamanı götürüb başqa ünvana qoyacağı halda pul və özü istifadə etmək üçün qurudulmuş marixuana vercəyini demişdir. Həmin vaxt imkanı olmadığı üçün onun təklifi ilə razılaşıb Rzanın bildirdiyi yerdən narkotik vasitələri götürmüşdür. Həmin torbanın içərisində özü üçün 1 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana qoyulmuşdur. Rza həmin bağlamanı zəhmət haqqı kimi göndərdiyini və əlavə olaraq kartına da 2000-3000 manat pul vuracağını demişdir. Götürdüyü bağlamanın içərisində olan digər narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirmişdir. Bundan sonra Rza “Kapital Bank” və “Leobank” kartlarına 2500-3000 manat məbləğində pulu hissə-hissə olmaqla ödəmişdir. Gördüyü işə görə verdiyi narkotik vasitəni isə Rzaya qaytarıb əvəzində ona pul verməsini xahiş etmişdir. O da həmin bağlamanı da Bakı şəhərində bir ünvana yerləşdirməyini və əvəzində pul verəcəyini demişdir. Rzanın təklifi ilə razılaşmış, həmin bağlamanı xatırlamadığı ünvana yerləşdirmişdir. Rza isə pulu tezliklə kartına vuracağını desə də, göndərməyib borclu qalmışdır. 2025-ci ilin mart ayının sonlarında dostu Təqsirləndirilən şəxs2lə görüşən zaman sonuncu atası ilə dalaşdığını bildirib qalmağa ev axtardığını söyləmişdir. Nazimə gəlib onunla birlikdə qalmasını demişdir. Belə ki, Nazim 3- 4 gün özü ilə birlikdə eyni ünvanda qalmışdır. Həmin ərəfələrdə evdə olan zaman İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs ilə mobil telefonda danışmışdır. Rza 1-2 gün ərzində adamları tərəfindən Astara rayonu ərazisinə içərisində narkotik vasitələr olan torbalar yerləşdirəcəyini bildirib həmin torbaları götürüb özündə saxlamağı və dediyi halda başqa ünvanlara yerləşdirməyini tapşırmışdır. Qeyd olunan işin icrası üçün 5000-6000 manat məbləğində pul vəd etmişdir. Onun təklifi ilə razılaşıb bu işi görə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 də Rzanın dediyi təqdirdə Astara rayonuna getməli olduğunu və oradan malı götürüb Bakıya çatdıracaqları halda ona da istifadə etməsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyini demişdir. Nazim də təklifi ilə razılaşmışdır. 31 mart 2025-ci il tarixdə “Rza” onunla əlaqə saxlayıb malın səhər saatlarında yəni 04-05 radələrində Astara rayonunda olacağını və təcili gedib həmin malı hava açılmadan götürməli olduğunu demişdir. Təqsirləndirilən şəxs2 hazır olmağını bu gecə Astara rayonuna mal, yəni narkotik vasitə götürməyə gedəcəklərini demişdir. Belə ki, axşam saatlarında yaşadıqları ünvandan icarəyə götürdüyü “Kia Forte” markalı, **-EH-*** qeydiyyat nişanlı avtomobil ilə çıxıb Astara rayonu istiqamətində hərəkət etmişlər. Yolda olanda bir neçə dəfə Rza ilə əlaqə saxlayıb onu hazırda hansı ərazidə olmağı barədə məlumat vermişdir. Belə ki, 01 aprel 2025-ci il tarixdə saat təxminən 04:30 radələrində Astara rayonuna çatmışlar. Bir neçə dəqiqə sonra isə Rzanın göndərdiyi məkana yaxınlaşmışlar. Həmin vaxt özü avtomobildən düşüb bir neçə metr məsafə qət etmişdir. Göndərilən fotoşəkilə əsasən narkotik vasitələr olan torbaların yerini tapmışdır. Orada 05 ədəd qara rəngli torbanın olmasını görüb həmin torbaları avtomobilin baqajına qoymuşdur. Daha sonra üzü Bakı şəhəri istiqamətində hərəkət etmişdir. 01 aprel 2025-ci il tarixdə saat 08 radələrində ünvan 6 ünvanının yaxınlığında mağazadan su almaq üçün avtomobili saxlamışdır. İdarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları özü və dostu Nazimə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra videoçəkilişdən istifadə edilməklə hər ikisinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra üzəri yoxlanılmışdır. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 10 qəpik pul, həmin şalvarın sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-**, ***-***-**-** simkart nömrələri olan Redmi markalı mobil telefon, 01 ədəd bank kartı, 01 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 357 manat pul, şalvarın arxa sol cibindən 01 ədəd açar aşkar edilmişdir. Daha sonra üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon, 01 ədəd bank kartı götürülmüş, pul və digər əşya özünə geri qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərində olan qanunla qadağan edilmiş əşya və predmetləri təqdim etməsi təklif olunmuş və üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “İphone” markalı mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 58 manat pul aşkar edilmişdir. Daha sonra üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon və 01 ədəd bank kartı sonuncudan götürülmüş, pul isə özünə geri qaytarılmışdır. Üzərləri yoxlanıldıqdan sonra idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra idarə etdiyi “Kia Forte” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxladığı 05 ədəd kisənin içərisində bağlamalarda olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Daha sonra həmin kütlələrə baxış keçirilmiş və bağlamalar tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr kisələrdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmetə rast gəlinməmişdir. Avtomobilindən aşkar olunmuş kütlələri dostu Nazim ilə birlikdə götürmüş, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Astara rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etmiş və sonuncu narkotik vasitələri ünvanlara yerləşdirəcəyi halda 5000-6000 manat pul verəcəyini demişdir. Üzündə olan xəsarət saxlanılmamışdan öncəyə aid olmuşdur. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olunmuş kütlələri birlikdə bu gün Astara rayonundan əldə etdiyini, həmin kütlələri götürməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını bildirmişdir. Daha sonra onları polis əməkdaşları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər, təhqiqatçı tərəfindən yenidən içərisində narkotik vasitələr olan bağlamalar iştirakları ilə açılmış və yenidən qablaşdırılmış, həmçinin DVD diskə baxış keçirilmişdir. Daha sonra müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşlar (cild 01, iş vər. 98-102). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Bu artıq 3-cü dəfə idi ki, narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoyurdum. Bundan əvvəl iki dəfə də narkotik vasitəni bir yerdən götürüb başqa yerə qoymuşam. Nazimin Astaradan narkotik vasitə götürəcəyimdən xəbəri olmayıb. Mən idarədə polis əməkdaşlarına da Nazimin heç nədən xəbəri olmadığını dedim. Mən tutulduğum gündən, andan Nazimin bu işdən xəbəri olmadığını bildirmişdim. İbtidai istintaq materiallarında Nazimin də guya “Astaradan narkotik vasitə götürəcəyimdən xəbəri olması”ilə bağlı göstərilən ifadəm doğru deyil. Digər ifadələrim doğrudur. Mən orta təhsilliyəm. Əvvəllər 6 il “Aysel” şadlıq sarayında işləmişəm. Daha onra “Ata Holding”-də, tutulmamışdan 3 ay öncə “BP”-də , “Petric” yemək şirkətində işləmişəm. Mənim əvvəllər narkotik vasitə ilə əlaqəm olmayıb. Hər zaman ailəmin, uşaqlarımın yanında olmuşam. Sadəcə olaraq, son 3 ayda problemlərim yarandı. Hal-hazırda həyat yoldaşımdan ayrılmışam. Ailəmdən, uşaqlarımdan ayrı qalmaq təhlükəsi məni depressiyaya saldı. Əməlimdən peşmanam, səhv etmişəm. Həmin vaxt borcum çox idi, özümdə deyildim. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Sadəcə Nazimin də bu məsələni bilməsi ilə bağlı olan hissəni qəbul etmirəm.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir: “Mənim heç bir hadisədən xəbəri olmayıb. Mənim yatmağa ehtiyacım var idi və bu səbəbdən maşında yatdım. Xırdalana çatanda oyandım, 3 nəfər polis əməkdaşı Süleymanın üzərinə hücum etdi. Maşının güzgüsündən 2 nəfər polis əməkdaşı gəldiyini gördüm və qapını açdım, onlar mənim də əlimi bağladı. Hadisənin olduğu gün narkotik vasitə istifadə etməmişdik. Mən “Rza” adlı şəxsi tanımıram. X19 verdiyi narkotik vasitələri deyilən ünvanlara qoyaraq pul qazandığını bilmirdim. Mən ittiham aktı ilə tanış olmuşam, ancaq orada qeyd olunan ifadələrim doğru yazılmayıb, verdiyim ifadədən tamamilə başqa ifadə yazılıb. Mən Süleymangilin evində idim, Süleyman harasa gedəcəyini dedi. Evdə qadın olduğuna görə mən də onunla gələcəyimi söylədim. Süleyman isə səhər işə gedəcəyimə görə yatıb dincəlməyimi istədi. Mən onunla razılaşmadım və onunla gələcəyimi söylədim. Mən onun maşınında əyləşib yatdım. Süleyman məni Salyanda oyatdı. Səhər yeməyimizi yedik. Daha sonra yenidən maşına əyləşdik və mən yenə yatdım. Polis əməkdaşları birinci Süleymanı saxlayanda mənim maşında olduğumdan xəbərləri olmayıb. Mən maşında yol gedəndə hara və nəyə görə getdiyimizi bilməmişəm.” Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Salyanda olanda Süleymanın maşında narkotik vasitə olduğunu deməsi narkotik vasitə çəkən, içki içən üçün adi haldır. Mən narkotik vasitə üçün deyil, maşında yatmaq üçün Süleymanla getmişdim. Narkotik vasitə olsa da, olmasa da yenə yatmaq üçün maşında gedəcəkdim. Mənim üçün narkotik vasitənin neçə qram olması vacib deyildi. Bir və ya iki dənə çəkmək üçün olması mənim üçün kifayət idi. Evdən çıxanda deyil, maşında 5 qram narkotik vasitə üçün getdiyimizi öyrəndim. X7 5 qram narkotik vasitəni götürə bilməməsindən xəbərim olmayıb. Mən Salyanda oyanmışam, hara gedib-gəldiyimizi bilməmişəm. Süleyman mənə çəkmək üçün narkotik vasitəmizin olduğunu bildikdikdən sonra yenidən yatdım. Süleymanın 5 qram narkotik vasitəni götürmək üçün Lökbatana getdiyi vaxtla, 5 kq narkotik vasitəni götürmək üçün Astaraya getdiyi gün eynidir. Süleyman evdən çıxanda mən də onunla gələcəyimi söylədim, Süleymanın maşınında oturdum və maşına oturan kimi yatdım. Biz həmin gün narkotik vasitə çəkməli idik. Mən Süleymanın 5 qram narkotik vasitəni götürəcəyini həmin gün ərzində bilmişəm. Həmin gün biz narkotik vasitə çəkməli idik, ancaq narkotik vasitə yox idi. İbtidai istintaqda mənə hər hansı təsir və təzyiq göstərilməyib.” İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ilə yaxın müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs1 uşaqlıq dostudur və eyni məktəbdə oxumuşlar. Bir neçə dəfə də birlikdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər. 2025-ci ilin mart ayının sonlarında valideynləri ilə aralarında narazılıq olduğu üçün yaşadığı ünvandan çıxıb qalmaq üçün yer axtarmağa başlamışdır. Süleyman ilə həmsöhbət olan zaman sonuncu yaşadığı ünvanda qalmağı təklif etmişdir. Bundan sonra onun yaşadığı ünvanda qalmağa başlamışdır. 31 mart 2025ci il tarixdə Süleymanın yaşadığı evdə olan zaman o, mobil telefonla İran İslam Respublikası vətəndaşı ilə danışmışdır. Danışıq bitdikdən sonra Süleyman İranlının növbəti gün səhər saatlarında hava açılmamışdan öncə Astara rayonu ərazisinə mal göndərəcəyini bildirib birlikdə gedəcəyi halda göndərilən narkotik vasitədən istifadə etmək üçün pay verəcəyini bildirmişdir. Süleymanın təklifi ilə razılaşmışdır. Birlikdə axşam saatlarında Süleymanın yaşadığı ünvandan icarəyə götürdüyü “Kia Forte” markalı, **-EH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə çıxıb Astara rayonu istiqamətində hərəkət etmişlər. Yolda olanda bir neçə dəfə Süleyman Rza ilə əlaqə saxlayıb ona hazırda hansı ərazidə olmağı barədə məlumat vermişdir. 01 aprel 2025-ci il tarixdə saat təxminən 04:30 radələrində Astara rayonuna çatmışlar. Həmin vaxt Süleyman avtomobildən düşüb bir neçə metr məsafə qət etmişdir. Daha sonra o, torbaları gətirib avtomobilin baqajına qoymuşdur. Bundan sonra üzü Bakı şəhəri istiqamətində hərəkət etmişlər. 01 aprel 2025ci il tarixdə saat 08 radələrində ünvan 6 ünvanının yaxınlığında mağazadan su almaq üçün avtomobili saxlamışdır. Süleymanın idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 4 nəfər mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində narkotik vasitə olub-olmadığını, varsa təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra Süleymanın üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın cibindən 01 “Redmi” markalı mobil telefon, 01 bank kartı, 01 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 357 manat pul, 01 ədəd açar aşkar edilmişdir. Daha sonra üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon, 01 ədəd bank kartı götürülmüş, pul və digər əşya özünə geri qaytarılmışdır. Sonra öz üzərində olan qanunla qadağan edilmiş əşya və predmetləri təqdim etməyi təklif olunmuş və üzəri yoxlanılmışdır. Əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefon, həmin şalvarın sağ cibindən 01 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 01 ədəd bank kartı, 58 manat pul aşkar edilmişdir. Daha sonra üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon və 01 ədəd bank kartı götürülmüş, pul isə özünə geri qaytarılmışdır. Daha sonra Süleymanın idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Süleyman idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxladığı 05 ədəd kisənin içərisində bağlamalarda olan narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim etmişdir. Daha sonra həmin kütlələrə baxış keçirilmiş və bağlamalar tərəzidə çəkilmişdir. Sonra həmin kütlələr kisələrdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilin digər hissələrində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq avtomobilindən aşkar olunmuş kütlələri birlikdə götürdüklərini, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə bu gün yəni, xx.xx.2025-ci il tarixdə Astara rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, sonuncunun ona narkotik vasitələri ünvanlara yerləşdirəcəyi halda 5000- 6000 manat pul verəcəyini, üzündə olan xəsarətin saxlanılmamışdan öncəyə aid olduğunu bildirmişdir. Aşkar olunmuş kütlələri Süleymanla birlikdə bu gün Astara rayonundan əldə etmişlər, həmin kütlələri götürməkdə məqsədi narkotik vasitə əldə etmək olmuşdur. Daha sonra polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada təhqiqatçı tərəfindən yenidən içərisində narkotik vasitələr olan bağlamalar iştirakları ilə açılmış və yenidən qablaşdırılmış, həmiçinin DVD diskə baxış keçirilmişdir. Daha sonra müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşlar (cild 01, iş vər. 112-115). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “İbtidai istintaqda yazılan ifadə mənim deyil. Həmin ifadədə kimsə nəsə yazıb, mən də imzalamışam. Mən ikinci dəfə də ifadə vermişəm. Baş Narkotiklərlə Mübarizə İdarəsində ifadəmin altında onun düzgünlüyü ilə bağlı mənə qeyd yazdırdılar və imza etdirdilər. Mənim Astara rayonuna getməyimizdən xəbərim olmayıb. İbtidai istintaqda verilən ifadə doğru deyil. Mənim yanımda Süleymana zəng gəlməyib. Polis əməkdaşları məni saxlayanda onlara yatdığımı, heç bir şeydən xəbərimin olmadığını söylədim. Bu zaman polis əməkdaşları videoçəkilişin olduğunu bildirdirərək məndən narkotik vasitəni şəxsi istifadəm üçün əldə etdiyimi söyləməyimi istədilər. Mən Astaraya narkotik vasitə marixuana üçün getdiyimi bilmirdim. Mən ümumiyyətlə hara getdiyimizi bilmirdim. Uşaqlarım hal-hazırda keçmiş həyat yoldaşımın himayəsindədir. Hal-hazırda həbsdə olduğum üçün uşaqlara aliment ödəyə bilmirəm.” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir: “Baş İdarəyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaları haqqında əməliyyat məlumatı daxil oldu. Səhv etmirəmsə, mart ayının sonu-aprel ayının əvvəlləri idi. Üzərindən müəyyən vaxt keçdiyi üçün tarixi dəqiq xatırlamıram. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xırdalanda əməliyyat qrupu tərəfindən saxlanıldı. Maşın “Rent a car”-dan götürülmüşdu. Maşının baqaj hissəsindən 4 kisə narkotik vasitə aşkar olundu. Saxlanılan şəxslər özləri qeyd etdi ki, aşkar olunan kisələrdə narkotik vasitə var. Narkotik vasitəni Astaradan götürdüklərini, deyilən ünvana yerləşdirdikdən sonra qarşılığında onlara pul veriləcəyini bildirdilər. Daha sonra biz həmin narkotik vasitəni sənədləşdirib, ekspertizaya təqdim etdik. Narkotik vasitənin 18 kq-a yaxın marixuana olduğu müəyyən edildi.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Əməliyyat qrupuna mən rəhbərlik edirdim. Əməliyyat qrupuna mən, Arif Zeynallı və Elməddin Paşayev daxil idi. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1la bağlı daxil olmuşdu. Şəxslər saxlanılarkən onlara qarşı hər hansı təsir və ya təzyiq olmayıb. Şəxslər saxlanılarkən müqavimət göstərməyiblər. Şəxslərə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatının daxil olduğu bildirildi. Əməliyyat məlumatı əsas Təqsirləndirilən şəxs1la bağlı idi, ancaq Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1la birlikdə saxlanıldı. Şəxslər maşını icarəyə götürmüşdülər. Əməliyyat məlumatı əsasında müəyyən edilmişdi ki, şəxslərin hərəkət istiqaməti Xırdalan ərazisidir. Şəxslərin rayona gedəcəkləri barədə məlumatımız var idi, onların Astara rayonuna getmələri və oradan götürdükləri narkotik vasitələri Xırdalanda yerləşdirmələri də bizim əməliyyat məlumatı ilə üst-üstə düşmüşdü. Şəxslərin saxlanılmasında iştirak etmişəm. Şəxslər saxlanılarkən hər hansı müqavimət göstərməyiblər. Şəxslər barəsində əvvəllər məndə əməliyyat məlumatı olmayıb. Təxirəsalınmaz əməliyyat tədbiri keçirmişik. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Göygöl rayonu, Zurnabad kəndində qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, ünvan 12 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində şəxslər 01 aprel 2025-ci il tarixdə saat 08:40-da ünvan 3 ünvanının qarşısında müəyyən edilərək saxlanılmış, həmin tarixdə saat 08:45-dən etibarən üzərlərinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən 05 ədəd kisənin içərisində 18 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür.Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 1 kq 945 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələri dostu Nazim ilə birlikdə götürdüyünü, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə bugün (xx.xx.2025-ci il tarixdə) Astara rayonu ərazisindən gizlədilmiş yerdən ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini, sonuncunun ona narkotik vasitələri ünvanlara yerləşdirməsinə görə 5000-6000 manat pul verəcəyini, üzündə olan xəsarətin saxlanılmamışdan qabağa aid olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq aşkar olunmuş kütələri dostu Süleyman ilə birlikdə bugün (xx.xx.2025-ci il tarixdə) Astara rayonundan əldə etdiyini, həmin kütlələri götürməkdə məqsədinin narkotik vasitə əldə etmək olmasını bildirmişdir. Çəkilişin əks olunduğu DVD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 10-13). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 aprel 2025-ci il tarixli 7/517 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1...” yazısı və imzalar olan sarı rəngli polietilen torbadakı 12 (on iki) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 975 qram, 945 qram, 1045 qram, 1025 qram, 1040 qram, 710 qram, 1045 qram, 1030 qram, 1035 qram, 1025 qram, 1015 qram və 1045 qram, ağ kağız üzərində “Təqsirləndirilən şəxs1...” yazısı və imzalar olan qara rəngli sintetik bağlamadakı 03 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1005 qram, 1035 qram və 965 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs1...” yazısı və imzalar olan qara rəngli sintetik bağlamadakı 03 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1045 qram, 1020 qram və 1000 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumi çəkisi 18005 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər.62-66). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 verilmiş xx.xx.2025-ci il tarixli 1/1659 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməyib (cild 01, iş vər. 184). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 verilmiş xx.xx.2025-ci il tarixli 1/1655 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 son 10 ildə stasionar müalicə üçün qeyd olunan xəstəxanaya müraciət etməyib (cild 01, iş vər. 185). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən verilmiş xx.xx.2025-ci il tarixli 3-28-29/2-3961/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 197). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən verilmiş xx.xx.2025-ci il tarixli 3-28-29/2-3989/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 198). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2434 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 219- 220). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2429 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 221-222). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 aprel 2025-ci il tarixli 159/MEŞ nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş üzünün sol qulaqönü nahiyəsinin və sağ baldırın sıyrıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətinə görə, üzünün sol qulaqönü nahiyəsinin sıyrığı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsindən 1-2 gün əvvələ, sağ baldırın sıyrığı 1-2 həftə əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterini, lokalizasiyasını və əməgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, üz nahiyəsində olan sıyrıq qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni saxlanılmamışdan öncə ağac budağına, sağ baldırın sıyrığı isə küt təsir mexanizminə malik əşyaya dəyməsi nəticəsində yarana bilərdi. (cild 01, iş vər. 223-226). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 aprel 2025-ci il tarixli 160/MEŞ nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 227-230). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 32.5,206.3.2 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, hazırki cinayət işindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması qərara alınmışdır (cild 01, iş vər. 276-289). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri barədə əməliyyat məlumatı daxil olmuş, 01 aprel 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində şəxslər həmin gün saat 08:40-da ünvan 3 ünvanının qarşısında saxlanılmış, üzərlərinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Forte” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən 05 ədəd kisənin içərisində 18 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə hər iki şəxsin saxlanılması, o cümlədən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil yoxlanılaraq narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə şübhəli şəxs qismində ifadə verərkən, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin bu barədə, yəni avtomobildən aşkar olunan 18 kq deyil, əslində 5 kq narkotik vasitənin dalınca getməsi və Təqsirləndirilən şəxs2 bu hallardan xəbərinin olmaması (Təqsirləndirilən şəxs1 münasibətdə), aşkar olunan narkotik vasitəyə heç bir aidiyyətinin olmaması və yalnız 5 qram narkotik vasitə dalınca getmələrindən xəbəri olması (Təqsirləndirilən şəxs2 münasibətdə), polis əməkdaşlarının təsiri nəticəsində məcbur qalıb etirafedici ifadə vermələri barədə müdafiəçilərinə heç bir söz deməmiş, etirazlarını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz söyləməmiş və məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələrinə uyğun izahat vermişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız ibtidai istintaq tamamlanarkən (Təqsirləndirilən şəxs2 iş materialları ilə tanış olarkən ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini və aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ona öz istifadəsi üçün narkotik vasitə verəcəyini qeyd etmişdir) və daha sonra isə yalnız hazırki məhkəmə istintaqı zamanı bu halları qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə müdafiəçilərin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətə görə onlara pul veriləcəyi və s. barədə verdiyi ilkin ifadələrini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasına məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri qoyur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzaları yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində X9, X6 və X11 adlı üç azyaşlı (2017, 2019 və 2022ci il təvəllüdlü) uşağı vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 250-251). Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır (cild 01, iş vər. 196). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 248-249). Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-398/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 25, 155-157). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-397/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 42, 152-154). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18003,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd **********960138 nömrəli bank kartı sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə, 01 ədəd “İphone” markalı mobil telefon və 01 ədəd **********522737 nömrəli bank kartı sahibi Təqsirləndirilən şəxs2 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalı, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 39 AZN (otuz doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış 18003,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd **********960138 nömrəli bank kartı sahibi Təqsirləndirilən şəxs1 və ya onun razılığı ilə yaxın qohumlarından birinə, 01 ədəd “İphone” markalı mobil telefon və 01 ədəd **********522737 nömrəli bank kartı sahibi Təqsirləndirilən şəxs2 və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın, 02 ədəd DVD diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 78 AZN (yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 39 AZN (otuz doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-391/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-391/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver