Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-392/2024 03.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq və, Müəyyənetdi: Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən fərdi evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda ümumi sayı 74 (yetmiş dörd) ədəd yaş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 18,950 kq və 6,100 kq, ümumi çəkisi 25,050 kq olan bitkilər tərkiblərinə görə eyni olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya edib əkib becərərək yetişdirmiş, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 10,44 qram və 13 (on üç) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,04 qram, 0,12 qram, 0,4 qram, 0,10 qram, 0,48 qram, 0,37 qram, 0,54 qram, 0,43 qram, 0,44 qram, 0,75 qram, 0,42 qram, 0,42 qram, 0,42 qram, ümumi çəkisi 21,37 qram maddəllər tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü rəngli elektron tərəzini həmin həyətyanı sahədə yerləşən 2 mərtəbəli evin 1-ci mərtəbəsinə giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən masanın üzərində saxlamış, həmçinin üzərində satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 (beş) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,38 qram, 0,35 qram, 0,37 qram, 0,42 qram, 0,40 qram, ümumi çəkisi 1,92 qram maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı saxlayaraq daşımış, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)- 514/2023 saylı qərarı ilə 24 iyul 2023-cü il tarixdə, saat 18:30-da Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman ümumi sayı 74 (yetmiş dörd) ədəd yaş vəziyyətdə ayrıayrılıqda çəkiləri 18,950 kq və 6,100 kq, ümumi çəkisi 25,050 kq olan bitkilər tərkiblərinə görə eyni olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, bundan başqa, həmin həyətyanı sahədə yerləşən 2 mərtəbəli evin 1-ci mərtəbəsinə giriş qapısından daxil olduqda sol tərəfdə yerləşən masanın üzərindən bir ədəd gümüşü rəngli elektron tərəzi və 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 10,44 qram və 13 (on üç) ədəd kağız bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 6,04 qram, 0,12 qram, 0,4 qram, 0,10 qram, 0,48 qram, 0,37 qram, 0,54 qram, 0,43 qram, 0,44 qram, 0,75 qram, 0,42 qram, 0,42 qram, 0,42 qram, ümumi çəkisi 21,37 qram maddəllər tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmaqla götürülmüş, bundan sonra həmin gün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilərək saat 21:30-da PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq sarı rəngli şalvarın sol yan cibindən 05 (beş) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,38 qram, 0,35 qram, 0,37 qram, 0,42 qram, 0,40 qram, ümumi çəkisi 1,92 qram maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xəstə olduğu vaxt həyətində 44 ədəd çətənə bitkisi yabanı şəkildə bitmişdir. Digərləri də ondan düşən toxum əsasında bitmişdir. Heyfi gəldiyi üçün onları qırmamışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, istifadəni dayandırdıqdan sonra marixuana çəkməyə başlamışdır. Pul verib narkotik vasitə almamaq üçün o bitkiləri qırmamışdır. Bükümlər evdə stolun üstündə olmuşdur. Siqaret dənəsinin içini doldurub 2-3 saatdan bir çəkmişdir. Üstündə narkotik vasitə olmamışdır. Bölmədə ona evdən götürdükləri 5 büküm narkotik vasitəni ona verərək cibinə qoyub içəri daxil olmağı bildirmişlər. Sonra çəkiliş aparılmışdır. Evdə 12-13 ədəd qurudulmuş marixuana, tərəzi olmuşdur, Lakin o həmin marixuananı çəkməmişdir.Tərəzi onda 2020-ci il tarixdən, narkotik vasitə istifadəçisi olduğu vaxtdan qalmışdır. O, bağında bitən bitkilərin 3-4 ədəd olduğunu zənn etmiş, xəstə olduğu üçün bağa gedib onları qıra bilməmişdir. Aşkar olunan marixuanalar onun pul ilə aldığı marixuanalar olmuş və onlar üstündə deyil, evində olmuşdur. Narkotik vasitə satışı ilə heç vaxt məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində yaşadığı Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən fərdi evində olan zaman darvaza döyüldüyündən həyət qapısına yaxınlaşaraq qapını açmışdır. Qapını açdıqdan sonra gələn şəxslər özlərini Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis əməkdaşı kimi təqdim etdiklərini, onlara həmin ünvanda tək yaşadığımı dediyini göstərmişdir. Sonra yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ona elan edilərək verildiyi və evində və ya həyətdə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçiriləcəyi bildirilərək evdə və həyətyanı sahədə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildiyini bildirmişdir. Polis əməkdaşlarına evində və həyətyanı sahəsində qanunsuz əşya və ya predmet olmadığını dediyini və sonra həyətyanı sahəyə baxış keçirilən zaman evin arxa hissəsində olan yanmtikilinin içərisində torpaqda çətənə kollarına oxşar bitki kolları aşkar edildiyini bildirmişdir. Baxışda iştirak edən tanımadığı və aqronom kimi təqdim edilən şəxs həmin bitkilərə və dib hissələrinə baxdıqdan sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və həmin bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edildiyini, yəni kultivasiya edildiyini demişdir. Bundan sonra həmin bitkilərin tərəfindən əkilib becərilən çətənə kolları olduğunu dediyini, həmin narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılaraq həyətdə ardıcıl yığılıb düzülərək ümumi sayının 35 ədəd olduğunu göstərmişdir. Bundan başqa baxış zamanı həyətin girişdən sağ tərəfində üzüm çardağının yanında bostan sahəsində daha 35 ədəd çətənə kolu aşkar edildiyi, aqronom həmin bitkilərə və dib hissələrinə baxdıqdan sonra onların da tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və həmin bitkilərə də aqrotexniki qaydada xüsusi qulluq edildiyini, yəni kultivasiya edildiyini dediyini, lakin həmin bitkilər tərəfindən əkilmədiyini və yabanı halda bitdiyini dediyini göstərmişdir. Bostan sahəsində olan narkotik tərkibli çətənə bitkiləri də torpaqdan çıxarılaraq həyətdə ardıcıl yığılıb düzülərək ümumi sayının 35 ədəd olduğu müəyyən edildiyi, daha sonra həyətin girişindən sol tərəfdə stolun üzərində 2 ədəd dibçəyin hər birində 2 ədəd olmaqla ümumulikdə 4 ədəd çətənə kollarına oxşar bitki kolu aşkar edildiyini bildirmişdir. Aqronom həmin bitkilərə və dib hissələrinə baxdıqdan sonra həmin 4 ədəd bitki kolunun da tərkibində narkotik maddələr olan, çətənə bitkiləri olduğunu və həmin bitkilərə də aqrotexniki qaydada xüsusi qulluq edildiyini, yəni kultivasiya edildiyini dediyini bildirmişdir. Dibçəkdə olan narkotik tərkibli çətənə bitkiləri də torpaqdan çıxarılaraq həyətdə ardıcıl yığılıb düzülərək ümumi sayının 4 ədəd olduğu müəyyən edildiyi, çətənə bitkisinin toxumlarını nə vaxt əldə etdiyi və nə vaxt əkdiyi soruşlan zaman ona bitkilərin toxumlarını təxminən 1 il əvvəl əldə etdiyini, ancaq təxminən 3-4 ay əvvəl əkdiyini dediyini göstərmişdir. Həyətyanı sahədən aşkar edilmiş kolların ümumi sayının 74 ədəd olduğu müəyyən edildiyi, daha sonra yaşadığı 2 mərtəbəli evin 1-ci mərtəbəsinin giriş qapısından daxil olduqda sol tərəfində yerləşən otaqda masanın üzərində bir ədəd gümüşü rəngli elektron tərəzi, kağız parçalarına və sellofanlara bükülmüş hallarda ümumi 16 bükümdə ümumi çəkisi 36.22 qram narkotik vasitəyə oxşar kütlələr aşkar edildiyi və həmin kütlələrin narkotik vasitə olan "nəşə” (marixuana) olduğunu və şəxsi istifadəsi üçün evində saxladığını dediyini və aşkar olunmuş həmin bükümlər xüsusi qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürləndiyini bildirmişdir. Sonra polis əməkdaşları ilə evin 1-ci və 2-ci mərtəbəsində olan otaqlara baxış keçirilən zaman qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədiyi, sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəldiklərini göstərmişdir. Bölmədə olan zaman üzərimə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman etiraz etmədiyini və hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunduğu, daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan açıq sarı rəngli cins şalvarın sol yan cibində saxlamış olduğum 5 ədəd bükümü, 1 ədəd "Nokia" markalı qara rəngli düyməli mobil telefonu və 1 ədəd "e-manat" ödəmə terminalına aid mobil telefon danışığı üçün ödəniş qəbzini, şalvarının sağ yan cibindən 283.95 (iki yüz səksən üç manat, doxsan beş qəpik) manat pulu, 1 ədəd alışqanı, əynində olan göy rəngli idman gödəkçəsinin yan cibində 1 ədəd eynəyi təqdim etdiyini bildirmişdir. (cild 1, vərəqə 90- 92) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri Ceyranbatan BTZ bağlar ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib becərməsi barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmış, aqronom dəvət edilmişdir. 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək videoçəkilişlə həmin evin qapısını döymüşlər. Təqsirləndirilən şəxs qapını açmıçş, ona yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli olduğunu və yaşadığı evin həyətinə və mənzildə axtarış aparılmalı olduğu izah edilmiş, o, həyətində və ya yaşadığı evdə axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Baxış keçirilən zaman həyətdə yerləşən yarımtikilinin içərisinə baxdıqda orada əkilib becərilməsi qadağan olan çətənə kollarına bənzər bitki kollarının əkildiyini gördüklərini, aqronomun həmin bitkilərə baxaraq həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğu və həmin bitkilərə xüsusi qulluq və kultivasiya edildiyini bildirdiyini göstərmişdir. Həmin kolların 35 ədəd olduğunu müəyyən etdikdən sonra baxışın davam etdirilmiş, üzüm çardağının yaxınlığında bostan hissədə əkilmiş çətənə bitkisinə oxşar bitki kollarının olduğunu müəyyən edilmişdir. Aqronom həmin bitkilərin dib hissəsinə baxmış və həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğu və onlara aqrotexniki qulluq olunduğunu bildirmişdir. Həmin kollar da çıxarılaraq 35 ədəd olduğu müəyyən edilmişdir. Baxış davam etdirilmiş həyətin girişində sol tərəfdə stolun üzərində gül dibçəkləri və əlavə iki ədəd dibçəkdə hər dibçəkdə iki ədəd olmaqla ümumilikdə 4 ədəd çətənə koluna bənzər bitki kolunun olduğunu müəyyən edilmişdir. Həmin çətənə kollarının çıxarılaraq həyətdə bir yerə yığıldığını və ümumi kolların sayının 74 ədəd olduğunu göstərmişdir. Rövşəndən həmin çətənə toxumlarını hardan əldə etdiyini soruşduqda, o bir il əvvəl tanımadığı şəxsdən əldə etdiyini və 3-4 ay əvvəl özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Sonra axtarış tədbirləri davam etdirilmiş və içəri daxil olduqda massanın üzərində bir ədəd elektron tərəzi, ümumilikdə 16 bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. O, şalvarın cibindən saxlamış olduğu 5 ədəd kağız bükümü, 01 ədəd mobil telefonu təqdim etmişdir. Bükümlər açılan zaman içərisində yaşıl rəngli ot kütləsi aşkar edilmiş, ondan həmin kütlənin nə olduğunu soruşarkən o, narkotik vasitə marixuana olduğunu və özü qəbul etmək üçün Sumqayıt şəhər avtovağzalından tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 134-136) Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhəri İcra Hakimiyyəti, mənzilkomunal X1 Yaşıllaşdırma İdarəsində baş aqronom Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-ndən 24 iyul 2023-cü il tarixdə işlədiyi idarəyə məktub daxil olaraq Sumqayıt şəhərinin BTZ bağları ərazisində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsi üçün dövlət hesabına mütəxəsis dəvət edilməsi göstərilmişdir. O həmin axtarış işlərində mütəxəsis aqronom kimi iştirak etmişdir. Polis əməkdaşları ilə birlikdə 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişlər. Həyətə baxış keçirilən zaman həyətdə yerləşən yarımtiklinin içərisində xüsusi qulluq edilməklə kultivasiya edilən narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Kollar polis əməkdaşları tərəfindən çıxardılaraq sayıldıqda 35 ədəd olması müəyyən edilmiş və polis əməkdaşlarının baxışı davam etdirdiklərini, üzüm çardağının yaxınlığında bostan hissədə əkilmiş çətənə bitkisinə oxşar bitki kollarının olduğunun müəyyən edildiyini göstərmişdir. Həmin vaxt həmin bitkilərin dib hissəsinə baxdıqda həmin kolların da kultivasiya edildiyini və narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Həmin kollar polis əməkdaşları tərəfindən çıxarılaraq həyətdə düzülüb sayıldıqda 35 ədəd olduğu müəyyən edilmişdir. Axtarış tədbirləri davam etdirilərkən həyətdə stolun üzərində dibçəklərdə ümumilikdə 4 ədəd çətənə koluna bənzər bitki kolunun olduğu aşkar edilmişdir. Həmin çətənə kollarının ümumi sayı 74 ədəd olmuş, sorğu zamanı Rövşəndən həmin çətənə toxumlarını hardan əldə etdiyini polislər soruşduqda o bir il əvvəl tanımadığı şəxsdən əldə etdiyini və 3-4 ay əvvəl özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyul 2023-cü il tarixli raportdan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(060)-514/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti əməliyyata məlum olmayan İran İslam Respublikasının vətəndaşından külli miqdarda narkotik vasitə əldə edərək yaşadığı ünvan 4 ünvanında külli miqdarda saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması, külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkməsi, yetişdirməsi və kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və Sumqayıt Şəhər Məhkəməsi “yaşayış ünvanına daxil olma və baxış keçirilməsi” haqqında qərar qəbul etmişdir. (cild 1, vərəqə 4-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və götürmə barədə” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi BTZ bağlar massivində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən torpaq sahəsinə məhkəmənin qərarı əsasında polis əməkdaşlarının, aqronom və Təqsirləndirilən şəxs vasitəsi ilə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində həyatyanı torpaq sahəsinin arxa hissəsində 1 mərtəbəli qapısı və dam örtüyü olmayan binaın içərisinə daxil olmaları və həmin yarımçıq tikilinin içərisində sağ və sol tərəflərdə narkotik tərkibli çətənə bitkisinə oxşar kolların olduğu müəyyən edilir. Həmin bitki kollarına baxışda iştirak edən aqronom Şahid3 kolların dib hissəsinə baxıb həmin kolların narkotik tərkibli çətənə kollarının olduğu, həmin kollar kultivasiya olunduğu, yəni xüsusi qulluq edilməklə becərildiyi müəyyən edilir. Həmin kollar çıxarılıb sayılır və ümumilkdə 35 ədəd olduğu aşkar edilir.Ondan sonra həyatyanı torpaq sahəsinin üzüm tənəklərinin çardaq formasında olan yerə baxış keçirildikdə həmin yerdə də çətənə bitkisinə bənzər kolların olduğu aşkar edilir. Həmin çətənə bitkisinə oxşar kollara aqonom baxdıqda həmin kolların dibinə baxdıqda narkotik tərkibli çətənə bitkisi olduğu və kultivasiya olduğu müəyyən edilir. Həmin kollar da çıxarılıb sayılıb və ümumilkdə 70 ədəd çətənə bitkisi olduğu müəyyən edilib. Sonra baxış davam etdirilib, evin giriş hissəsində çöl tərəfdə iki ədəd gül dibçəklərində hər birində iki ədəd olmaqla 4 ədəd çətənə bitkisinə oxşar kol aşkar ediblər. Həmin bitkilərə aqronom baxdıqda həmin bitkilərin narkotik tərkibli çətənə kolu olduğu və kultivasiya olunduğunu bildirmişdir. Həmin çətənə bitkiləri də çıxarılaraq sayılmış, ümumilikdə yarımtikili, həyətyanı torpaq sahəsindən və evin giriş hissəsindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkisinin sayı 74 ədəd olduğu müəyyən edilmişdir. Həmin çətənə bitkisinin böyük kolunun uzunluğu 2.65 sm, kiçiyi isə 9 sm olduğu müəyyən edilir, çətənə bitkiləri iki ədəd kisəyə yığılaraq ağzı bağlanır və əl tərəzisi ilə çəkilir və bir kisədə 6.435 kq və ikinci kisədə 19,33 kq olması müəyyən edilir. Bundan sonra axtarış tədbirləri davam etdirilir.Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsində stolun üzərinə baxış keçirilərkən, bir ədəd elektron tərəzi, bir ədəd sellofan bükümdə və 15 ədəd kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlə aşkar edilərək götürülür. Həmin kütlənin ümumi çəkisi 36.22 qram olması müəyyən edilir. Axtarış davam etdirilsə də digər qanunla qadağan edilmiş əşya aşkar edilmir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 20-21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 03 (üç) ədəd disk vardır. Həmin disklərin hər biri ayrı ayrılıqda “HP” markalı kompyuterə daxil edilərək baxıldı. Belə ki, 1-ci disk kompyuterə qoyulduqdan sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd xx.xx.2023-ci il tarixdə çəkilmiş, faylın olduğu müəyyən olunmuşdur. “00005” adlı fayla kompyuterin “mans” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 47 dəqiqə davam edən, rəngli formalda, təbi işıq altında çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxılan zaman Sumqayıt şəhəri Ceyranbatan BTZ bağlar massivində Təqsirləndirilən şəxs yaşadığı evin dəmir darvazasının qarşısında durmaları əks olunubdur. Orada iki mülkü geyimdə və bir gündəlik geyim formasında polis əməkdaşı və əlavə bir nəfər mülkü geyimli mütəxəsis aqronom olduğu görünür. Video görüntü vasitəsi çəkiliş aparılmaqla təhqiqatçı polis kapitanı X6 Məmmədova məxsus dəmir qapını döyür, həmin vaxt içəridən Təqsirləndirilən şəxs qapını açır və polis əməkdaşları özlərini təqdim edirlər və yaşadığı evdə və evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib becərməkdə və saxlamaqda şübhəli olduğundan ona görədə yaşadığı evə və həyətə baxış keçiriləcəyi Təqsirləndirilən şəxs izah edilir, Təqsirləndirilən şəxs məhkəmənin qərarına bxdıqdan sonra qərar onda saxlanılır və o, polis əməkdaşları içəri keçməsinə etiraz etmir.Həyətdə polis əməkdaşları ona bir-bir təqdim edilir. Ondan həyətində və ya evində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və ya əşya varsa polisə təqdim edilməsi ona bildirilir. Lakin o, bildirir ki, heç bir şey yoxdu.Polis əməkdaşları onun yaşadığı evin həyətində axtarış tədbirlərini davam etdirir və girişdən sağ arxa tərəfdə qapısı və çardaq hissəsi olmayan mişar daşından tikilmiş yarım tikli vardır. Həmin yarım tiklinin giriş hissəsində sol və sağ tərəfində çətənə bitkisinə bənzər kollar olduğu görünür, həmin vaxt sol tərəfdə olan kollara aqronom yaxınlaşıb həmin kolları aralayaraq dib hissəsinə baxır və bildirir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və xüsusi qulluq olunub.Yəni kultivasiya edilibdir. Həmin kollar polis əməkdaşları tərəfindən çıxarılır.Rövşən həmin vaxt bildirir ki, həmin kollara qulluq etməmişəm sadəcə toxumunu ora atıb sonrada suvarmışam. Həmin toxumları bir il əvvəl aldığını və 3-4 ay əvvəl isə əkdiyini bildirir.Əkmə səbəbini narkoman olduğunu və digər narkotik vasitələrdən istifadə etməməmək üçün narkotik tərkibli çətənə bitkisini əkdiyini, əvvəllər isə “kakos”dan istifadə etdiyini bildirir. Girişdən sol tərəfdə 5 ədəd çətənə kolu aşkarlanır, sağ tərəfdəki kollarında dib hissəsinə aqronom baxır və həmin kollarında narkotik tərkibli çətənə kolları olduğu və xüsusi qulluq edildiyini bildirir. Həmin vaxt polis əməkdaşları həmin kolları çıxarır həmin vaxr Rövşən bildirir ki, “o kolu çıxarma o, bonba nəşədir” Polis əməkdaşları kolları çıxarır Rövşən isə çətənə kollarım iyləyir. Həmin kollarda çıxarılaraq həyətə gətirilir. Həyətdə düzülüb sayılır ümumilikdə yarım tikildən 35 ədəd narkotik tərkibli çətənə kolunun oduğu müəyyən edilir.Ondan sonra Təqsirləndirilən şəxs digər yerdə hər hansı narkotik tərkibli bitki lər əkib-əmədiyini polis əməkdaşı soruşduqda o, bildirir ki, digər yerdə heçnə əkməyibdir.Polis əməkdaşları axtarış tədbirlərini davam etdirirlər. Ondan sonra həyətdə sol tərəfdə meyvə və üzüm əkilmiş hissəyə baxış keçirilir üzüm tənəklərinin yerləşdiyi yerin alt və yan tərəfində çətənə kollarına bənzər kollar aşkarlanır və həmin kollarında aqranom dib hissəsinə baxır və bildirir ki, narkotik tərkibli çəıənə kollarıdır və xüsusi qulluq edilibdir.Həmin vaxt Rövşın bildiir ki. “həmin kollar özü bitibdir görmürsən cır qalıbdır heç olmasa bir kol toxumluq saxlayın” deyir. Həmin çətənə kolları kökündən çıxarılaraq həyətdə düzülüb sayılır, ümumilikdə, 70 ədəd kol olduğu və həmin kollar metrə ilə ölçülür ən uzunu 2.65 metr olduğu müəyyən edilir.Sonra axtarış davam etdirilir evin giriş hissəsində sol tərəfdə stolun üzərinə gül dibçəyi və iki ədəd dibçəkdə isə hər birində iki ədəd çətənə kolu olduğu aşkar edilir.Aqranom həmin kollara baxdıqda bildirilir ki, həmin kolla rada xüsusi qulluq edilib və narkotik tərkibli çətənə kollardır.Həmin kollarda çıxarılr. Ölçülür kiçiyi 9 sm, böyyü isə 22 sm-olduğu müəyyən edilr. Həmin narkotik tərkibli çətənə kolluna bənzər kollar ağ rəngli kisəllərə yığılaraq qablaşdırılır və skoçla (yapşkan) bağlanır və DİN-nin 242 saylı möhürlə möhürlənir.Həmin kollar kisə ilə birlikdə çəkilir birinci kisə 6,435 qram ikinci kisə 19,33 qram olması müəyyən edilir. Həmin kislər bağlandıqdan sonra yaşadığı evdən əməliyyat axtarış tədbirləri davam etdiriləcəyi bildirilir və video görüntü dayanır. (Video görüntünün dayanmasına səbəb videokameranın yaddaş diskinin tutumunun həmin vaxtdan əlavə çəkə bilməmisi ilə əlaqədərdir. ( cild 1. İş vərəqə 112- 113 Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, ikinci videodiskdə “HP” markalı kompyuterə daxil edilərək baxıldı. 2-ci disk kompyuterə qoyulduqdan sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd xx.xx.2023-ci il tarixdə çəkilmiş, faylın olduğu müəyyən olunmuşdur. “00006” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 32 dəqiqə davam edən, rəngli formatda, təbi işıq altında çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. video çəkilişə baxılan zaman Sumqayıt şəhəri Ceyranbatan BTZ-baglar massivində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində polis əməkdaşı Təqsirləndirilən şəxs bildirir ki, indi sənin yaşadığın mənzilə baxış keçirəcəyik deyir və video çəklişlə evin birinci mərtəbəsinə daxil olurlar, Rövşən içəri girməkdən yayınmaq isdəyir və bildirir ki, “ora girmək lazım deyil kifayət qədər götürmüsüzdə” deyir, sonrada deyir ki, “indi mən başlayacam qəhbəliyyə” lakin polis əməkdaşı bildirir ki, axtarış davam etdirilməlidir. Giriş qahısından sol tərəfə umuvalnik vardır, irəli otaqda sol tərəfdə iki ədəd stol və stul vardır. Təqsirləndirilən şəxs otağa daxil olan kimi masanın altından siqaret götürüb stulda əyləşir və stolun üzərində tütün, bitki məşəlli kütlə və digər sellofan və kağızlar var.Polis əməkdaşı onların nə olduğunu soruşduqda, o, həmin kütllərin nəşə olduğunu və götürüb tütünəqarışdırıb çəkdiyini bildirir. Sonra orada sellofanın içərisində oan yaşıl kütləni polis əməkdaşı Rövşənə göstərərək bu nədir? nəyin toxumlarıdı? deyəndə Rövşən qalovkanın (marixuananın) toxumları olduğunu bildirir. Rövşən siqaretin yandırıb çəkməyə başlayır, Polis əməkdaşı dəftərin üzərində olan quru ota bənzər kütləni göstərib onun nə olduğunu soruşur, Rövşən bildirir ki, tütündüt nəşəni ona qarışdırıb çəkirəm. Həmin vaxt o dəftəri tütünlə birlikdə kənara qoymaq isdəyir və təhqiqatçı ona bildirir ki, zəhmət olmasa dur kənarda diyan. Rövşən oradan durur və kənarə çəkilir. Sonra polis əməkdaşı stolun üzərində olan plasmas qabı götürür, içərisinə baxır, içərisində bir ədəd paltar asmaq üçün sancaq,bir ədəd alışqan 3-ədəd kağız bükümlərinin olduğu görünür. Həmin 3 büküm qabın içərisindən çıxarılır, göy rəngli siqaret bükümü açılır içərisində yaşıl rənglu qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar edilir, Rövşən soruşur “bu nədir”? polis əməkdaşı ona bildirir ki, “sənindir sən bilərsən” həmin vaxt Rövşən baxır deyir ki, hədə nəşədirdə əkirəmdə. Sonra dəftərin üzərində olanın kütlənin nə olduğunu soruşur. Rövşən tütün olduğunu bidirir. Sonra obiri stolun altında boş kibrit qutları aşkar edilir. Stolun üzərində kağıza bükülmüş büklü açılır içərisindən qurudulmuş marixuanaya bənzər kütə aşkar edilir. Ondan həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin nəşə olduğunu və çəkdiyini bildirir. Sonra rəf kimi yerdə sellofanın içərisindən к o leyə bənzər kütə olduğu görünür. Digər əşyaların içərisinə polis əməkdaşı baxır oradan iş üçün əhmiyyət kəsb edən əşya aşkar edilmir. Stolun üzərində olan elktron tərəzini təhqiqatçı götürərək bu tərəzi sənə məxsudur nə məqsədlə burda saxlayırsan sualına Rövşən cavab vermir, təhqiqatçı ondan tərəzinin işlək vəziyyətdə olub-olmadığını Rövşəndən soruşduqda o işlək vəziyyətdə olmadığını bildirir, polis əməkdaşı lakin tərəzinin düyməsini sıxır tərəzi işə düşür tərəzinin işlədiyini görən Təqsirləndirilən şəxs hə işləyir deyir. Polis əməkdaşı ondan həmin tərəzinin nə məqsədlə orda saxlamasını soruşduqda o, deyir “mənim deyil”, polis əməkdaşı ondan soruşur ki, “burdan aşkar eilib axı”, ondan sonra bildirir ki, hə mənimdir. Sonra stolun üzərində olan kağız bükümləri təhqiqatçı bir-bir açır və həmin kağız bükümlərin içərisindədə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot şəkili kütlələr aşkar edilir. Rövşəndən həmin kütlənin nə olduğu soruşduqda o, həmin kütlənin nəşə olduğunu və çəkdiyini bildirir. Şəffaf rəngli sellofanın içərisindən 7 büküm narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilir, həmin kütləllər tərəzidə çəkmək İsdəyərkən Rövşən bildirir ki, kağızla çəkmə, polis əməkdaşı deyir narahat olma sonra kağızın çəkisi çıxılacaq. Ondan sonra bükümlər kağız qarışıq çəkilir, birinci büküm 0,66, 2-ci büküm-0,78, 3 -cü büküm 0,64, 4-cü büküm 0,67, 5-ci büküm 0,67, 6cı büküm 0,67,7-cü büküm 0,69 qram olduğu müəyyən edilir. Sonra digər bükümlərdə, 1.08 qram, 0,65 qram, 0,32 qram, 0,83 qram, 0,66 qram, 0,77 qram, 7.27qram, 12.44 qram, və tütün qatışığı ilə birlikdə olan bükümdə 2.39 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləllər olması aşkar edilir. Həmin vaxt Rövşən təhqiqatçıdan soruşur ki, "bunun sroku nəqədər olacaq”? təhqiqatçı bildirir ki, o məhkəmmə kimyəvi ekspertizanın rəyindən və məhkəmənin qərarından aslı olacaq. Rövşən bildirir ki, “nə edirki, nəşə çəkirikdə brat”. Ümumilikdə 16 büküm olan həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr şəfaf rəngli sellofana yığılır və ümumi çəkilir ümumi çəki 36.22 qram olduğu müəyyən edilir. Rövşən deyir ki, “nə edirəm ki, nəşədir çəkirəm onuda mənə çox görürlər 3-5 il gedib yatacam, yetim adamlarıq atam rəhmətə gedib maşını qalıb orda”. Müvaiq sənədləşdirmə işləri aparılır götrülmüş narkotikə bnzər kütlə qablaşdırılır, axtarış tədbirləri birinci və ikinci mərtəbədə davam etdirilir və əlavə olaraq qanunla qadağan edilmiş digər əşya tapılmayır, təhqiqatçı bildirir ki, aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq Dİn-nin 242- saylı möhürü ilə möhürlənərək götürüldü qanunla qadağan edilmiş digər əşyalar aşkar edilmədi odur ki, video görüntü dayandırılır. (cild 1, iş vərəqə 114-116) Baxış keçirilməsi və götürmə barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanımla qadağan edilmiş hər hansı əşya varsa təqdim edilməsi təklif edilir o, əynində olan açıq sarı şalvarın sol yan cibindən 5 ədəd kağız bükümü, 1 ədəd sadə nokio markalı telefon, 1 ədəd eManat ödəmə terminalına aid ödəmə qəbzi, şalvarın sag yan cibində 283 manat 95 qəpik pulu təqdim edir. Əynində olan göy rəngli gödəkçənin cibindən bir ədəd eynək aşkar olunur. Həmin 5 ədəd kağız bükümlərdə olan kağızlar açıldıqda içərisində yaşıl rəngli oı şəkilli qurudulmuş marixunaya bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin nəşə olduğu və özü qəbul etmək üçün 50 manata Sumqayıt şəhər avtovaqzalından aldığını bildirir. Üzərində qanunla qadağan edilmiş digər əşya aşkar edilmir pul, qəbz və eynək özünə qaytarılır telefon və 5 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixanaya bənzər kütlə qablaşdırılaraq götürülür və DİN-nin 242 saylı möhürü ilə möhürləmir. Protokol tərtib edilərək materiala əlavə edilir. (cild 1, iş vərəqə 44-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi barədə” 06 avqust 2023-cü il tarixli protokoldan görünür ki, üçüncü videodisk “HP” markalı kompyuterə daxil edilərək baxıldı. Belə ki, 3-ci disk kompyuterə qoyulduqdan sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd xx.xx.2023-ci il tarixdə çəkilmiş, faylın olduğu müəyyən olunmuşdur. Baxış keçirilərkən ‘00007” adlı layla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 25:18 dəqiqə davam edən, rəngli formatda, süni işıq altında çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxılan zaman Sumqayıt ŞPİ-nin 5-cü PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində təhqiqatçı, 2 polis nəfərinin, bir nəfər müdafiəçinin və iş üzrə şübhəli bilinən Təqsirləndirilən şəxsYusif oğlunun olduğu görsənir. Həmin tarixdə, saat 21:30-də PB-də, xidməti otaqların birində Təqsirləndirilən şəxsYusif oğlunun üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X3 və polis əməkdaşları təqdim olunur, Təhqiqatçı tərəfindən onun doğum tarixi və yaşadığı yer soruşulur və oda doğum tarixini və BTZ-bağlan Ceyranbatan ərazisində yaşadığını izah edir. Daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxsYusif oğluna üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir iş üçün əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli idman köynəyinin sag yan cibindən bir ədəd alışqan və əynində olan şalvarın sag yan cibindən pulları çıxarıb stolun üzərinə qoyur, sol cibindən isə bir ədəd sadə nokio markalı telefon, 1 manat pulu və 5 ədəd biri göy rəngdə digər 4-ü ağ kağıza bükülmüş büklüiəri, sag cibində olan dəmir pulları və bir ədəd qəbzi təqdim edir. Dəmir pullar saylır 95 qəpik, kağız pullar sayıldıqda isə 283 manı, loplam 283 mani 95 qəpik pul olması müəyyən edilir.Sonra qəbzə baxılır həmin qəbzdə 077 *** **** telefon nömrəsinə 1 manat kontur yükləndiyi bəlli olur, bir ədəd alışqan və bir ədəd üzərində 077 *** ** ** nömrəsi ilə işləyən telefon olduğu, sonra isə 5 büküm bükülmüş kağızları açdıqda içərisində quru, yaşıl rəngli bitgi mənşəli kütlə olduğu görünür və ondan həmin küllənin nə olduğu soruşduqda o, həmin kütlənin nəşə (Marixuana) olduğu və çəkdiyi üçün 50 manata Sumqayıt şəhər avtovaqzalında tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını, həmin kütləni hissəllərə bölməkdə məqsədinin çəkmə yolu ilə istifadə etmək üçün rahat olsun və artıq olmasın deyə böldüyünü bildirir. Həmin kütllər elektron tərəzidə çəkildi və 1-ci büküm kağızla birlikdə 0,60, ikinci büküm 0,81, üçüncü büküm 0,59, 4-cü büküm 0,64, beşinci büküm isə 0, 58 qram, toplam çəkildikdə ümumilikdə 3.29 qram olması görünür. Sonra Təqsirləndirilən şəxsYusif oğluna izah edilirki, üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlənin tərkibi və çəkisi müəyyənləşdirilməsi üçün məhkəmə bioloji ekspertizasına göndərdiləcək, eyni zamnda telefon iş üçün əhmiyyətli olduğundan götürüləcəkdir. Üzərində şəxsi axtarış davam etdirilir əynində olan idman köynəyinin sağ yan cibindən eynək aşkar olunur və özünə qaytarılır və eyni zamnda üzərindən aşkar edimiş pullar, qəbz və alışqanda özünə qayarılır, ağ zərf hazırlanır üzəri iştirakçılar tərəfindən imzalanır və 5 büküm narkotik vasitə olan marixuanaya bənəzər kütlə ağ zərfə qoyulur bağlanılır və 242 nömrəli möhürlə möhürlənir. Eyni zamnda digər ağ zərf hazırlanır üzəri imzalanır və telefonda ağ zərfə qoyaraq qablaşdırılır. Həmin zərflərin üzəri 242 nömrəli möhürlə möhürlənir. Müdafiəçi Səadət Vəliyeva Təqsirləndirilən şəxs sual verir ki, həmin narkotik vasitəyə bənzər kütlə sənə məxsudurmu ?, o bəli deyib cavab verir və müdafiəçi ona sual verir ki, saxlanılarkən sizə hər hansı zor tətbiq edilməyib?, o xeyir deyə cavab verir və baxış başa çatır. ( cild 1, iş vərəqə 117-118) Şəxsi axtarışın keçirilməsi barədə, diskə baxış keçirilməsi barədə protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 25 iyul 2023-ci il tarixli, 3-16-16/2-7/1069 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...mərtəbəsində..’’sözləri yazılmış skotçlanmış bağlamada 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 10.44 qram və 13 (on üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,04 qram, 0,12 qram, 0,4 qram, 0,10 qram, 0,48 qram, 0.37 qram. 0,54 qram, 0,43 qram, 0,75 qram, 0,42 qram, 0,42 qram, 0,42 qram ümumi çəkisi 21,37 qram və üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdə olan 05 (beş) ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkilləri 0,38 qram, 035 qram, 037 qram, 042 qram, 0,40 qram, ümumi çəkisi 1,92 qram maddəllər tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Skotçlanmış bağlamada iki ədəd kağız büklülərdə ayrı-ayrılıqda çəkilləri 0,47qram və 0,38qram olan bitki mənşəlli kütlədə tütün ilə qarışıqda marixuananın cüzi miqdarada hissəcikəri vardır. Təqdim edilmiş iki ədəd sintetik torbalarada ümumi sayı 74 (yetimiş dörd) ədəd yaş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 18kql00qram və ökqlOOqram, ümumi çəkisi 25kq050qram olan bitkilər tərkiblərinə görə eyni olub, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bilgiləridir. Çətənə (kannabis) bilgisində olan və həmin növ bilgidən hazırlananan marixuanada kannabinoidli komponentlər eynidir. Qeyd: a) marixuananın ümumi çəkisi 23,29qr,tədqiqata 0,38 qram istifadə edildi (hər obyektdən 0,02qram), qalıq 22,91qram; bitkilərin ümumi çəkisi 25kq 050 qram tədiqiata istifadə edildi ümumi 3,7 qram (hər obyektin 0,05 qram) qalıq 25 kq 046, 3qramdır.(cild 1 iş vərəq 61-64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 16,08.2023-ci il tarixli, 6567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respubilkası Nazirlər Kabinetnin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitəllərin və psixotrop maddəllərin tibbi məqsədlə istifadə edilməsi qaydasının şərtlərinin, habelə narkomanlıq xəsdəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəsdəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uygun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1 iş vərəq 164-165) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,91 qram qurudulmuş marixuana və 74 ( yetmiş dörd) ədəd – 25 kq 046,3 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir, 03 (üç) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1 iş vərəqə 168-181) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 5 ay 28 gün azadlıqdan məhrum edilmişdir. Bundan başqa Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respubilkası CM-nə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Azərbaycan Respubilkasının CM-nin 83- cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. (cild 1, iş vərəqə 139-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 1 saylı MKS-dən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 6 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Onun barəsində ünvan 7 yazılı şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 160-161) “Elektron Məhkəmə Sistemi”ndən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Məmmədli Yusif Rövşən oğlu adlı bir azyaşlı uşağı vardır. Cinayət işinin matetiallarından görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkir və İİ dərəcəli əlildir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması, həmçinin üzərində narkotik vasitə olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş «marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması və ağır xəstəlikdən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 36, 100-102) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan qalıq qalmış 22,91 qram qurudulmuş marixuana və 74 ( yetmiş dörd) ədəd – 25 kq 046,3 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 72 manat (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 62). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,91 qram qurudulmuş marixuana və 74 ( yetmiş dörd) ədəd - 25kq 046,3 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, 03 ( üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-392/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-392/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver