Məhkəmə qərarları › İş №1(124)-393/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-393/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-393/2024 17.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisi- X15, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi- X18, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Xaçmaz rayonu, Yalama anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Metak" MMC-də polad boruların istehsalı üzrə operator işləmiş, Xaçmaz rayonu, Yalama kəndində daimi qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 borc kimi aldığı 5000 manat məbləğində pul vəsaitini geri qaytara bilməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün qisas almaq və tamah, yəni borcdan yaxa qurtarmaq niyyəti ilə Zərərçəkmiş şəxs2 öldürərək özgə əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 09 aprel 2023-cü il tarixdə saat 22 radələrində sonuncunun Xaçmaz rayonu, Yalama kəndindəki Aşağı Qəsəbə adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qarşısına gəlib evdə kənar şəxslərin olmasını müəyyən edərək bir qədər gözlədikdən sonra 10 aprel 2023-cü il tarixdə saat 01 radələrində yad adamların evi tərk etdiyini görüb tövlənin yanındakı küçəyə açılan qapıdan yaşayış sahəsinə qanunsuz girərək özü ilə gətirdiyi istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib basqın törədərək əvvəlcədən planlaşdırdığı cinayət əməllərinin törədilməsini yüngülləşdirmək məqsədilə ictimai borcunu yerinə yetirib onun qarşısına çıxıb müqavimət göstərən X1 arvadı Zərərçəkmiş şəxs2 gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə sol döş qəfəsinə bıçaqla qəsdən bir zərbə vurub evin giriş qapısının qarşısına gətirərək sağ döş qəfəsinə bıçaqla qəsdən daha bir zərbə vurduqdan sonra qapıdan içəriyə daxil olub Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq sonuncunu evin qonaq otağınadək aparıb orada huşsuz vəziyyətə gətirdikdən sonra evin digər otaqlarında axtarış apararaq borc alarkən tərtib edilmiş, adının qeyd olunduğu kağız parçasını tapa bilməyib evin qonaq otağındakı qabda olan 50 manat dəyərində qırmızı qaşlı üzüyü götürərək Aslan Tariverdiyevi sürüyüb evin qonaq otağındakı Zərərçəkmiş şəxs2 yanına gətirmiş və cinayətin izlərini itirmək məqsədilə evin qonaq və mətbəx otaqlarına, habelə huşsuz vəziyyətdə olan zərərçəkmiş şəxslərin üzərlərinə neft məhsulu töküb alışqanla qəsdən yandıraraq Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan “ümumi bədən səthinin lll-İV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku” kimi sağlamlığa ağır zərər vuran, Aslan Tariverdiyevin ölümünə səbəb olan “ümumi bədən səthinin ll-lll-İV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib xüsusi əzab və iztirab verdiyini dərk edib bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə hər iki şəxsi diri-diri yandıraraq ümumi təhlükəli üsulla qəsdən öldürmüş, habelə zərərçəkmiş şəxslərə məxsus 19416 manat dəyərində fərdi yaşayış evini, 23410 manat dəyərində məişət və geyim əşyalarını, 800 manat dəyərində 02 ədəd “Xiaomi Redmi” markalı telefonu, 40 manat dəyərində 01 ədəd sadə telefonu, 2 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni, 8 ədəd 100 manatlıq pul əskinazını, hadisə dövrünün məzənnəsinə uyğun dəyəri 104,50 manat təşkil edən 01 ədəd 5000-İİk Rusiya rublunu qəsdən məhv etmiş, həmçinin 583/585 əyarlı, qızıl metaldan olan, üzərində rəngsiz şəffaf qaşlar olan halqalı formalı, sarı rəngli, 2.74 qr çəkidə 01 ədəd üzüyün dəyərinin 75 manat, 583/585 əyarlı, qızıl materialdan olan, qırmızımtıl rəngli, 6.32 qr çəkidə 01 ədəd üzüyün dəyərinin 175 manat, 583/585 əyarlı, qızıl materialdan olan, qırmızımtıl rəngli, 3.49 qr çəkidə 01 ədəd üzüyün dəyərinin 95 manat, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, qırmızımtıl rəngli, 2.56 çəkidə 01 ədəd üzüyün dəyərinin 2 manat, 583/585 əyarlı, qızıl metaldan olan, qulaqcığında “585” damğası, üzərində rəngsiz şəffaf qaşları olan, 2.49 qr çəkidə 01 ədəd boyunbağının dəyərinin 70 manat azalmasına səbəb olmaqla zədələmiş, həmin əməllər nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 44999,50 manat dəyərində ziyan vurmaqla özgə əmlakını məhv etmiş və zədələmiş, bununla da özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmiş, yandırmaqla, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərdi ki, dekabr ayında biraz maddi sıxıntısı olmuş, Rumayəyə pul almaq üçün yaxınlaşmışdır. Rumayə ondan kimin oğlu olduğunu soruşmuş, onu yaxşı qarşılamış, ondan girov heçnə istəməmişdir. Rumayə ona 5000 manat vermiş, 400 manat aylıq ödənişlə 2 ay ödəmişdir. Özü 3-cü ay narazılıq etmişdir ki, borcdan heç nə silinmir. 07 mart tarixində biraz mübahisələri olmuş, sonradan Rumayə həll edəcəklərini demişdir. Mart ayında 400 manat vermiş, gələn aydan 200 manat verəcəyini nəzərdə tutmuşdur. 09 aprel tarixində evdən çıxmış, pulu götürdüyünü zənn etmiş, anasını yola salıb qadıngilə getmək istəyəndə pulu götürmədiyini anlamışdır. Rumayəgilin evinə çatanda evdə səs-küy olduğunu, adamlar olduğunu görmüşdür. Meşəyə tərəf getmiş, vaxtı uzatmış, qayıdanda sakitçilik olduğunu görmüşdür. Qapını Aslan açmışdır. Razılıq əsasında pulu 200 manatdan gətirdiyini bildirmişdir. Rumayə onu təhqir etmişdir. O, keçən ay danışdıqlarını bildirmişdir. Rumayə ağır sözlər işlətmişdir. Qadın olduğuna görə məsələni böyütmək istəməmiş, əri evdən çıxaraq mübahisəni davam etdirmişdir. Mübahisə böyümüş, “get hardan tapırsan tap” deyilmişdir. O, ayaqqabını geyinib aralaşmaq istəyəndə Rumayə əlində bıçaqla gəlmişdir. Ona həmçinin, söyüşlər söymüş, o da bıçağı götürmüşdür. Biraz mübahisə etmişlər, özünə gələndə hər iksinin qarşısında uzandığını görmüşdür. Aslanı Rumayənin yanına gətirmiş, tərpətmiş, su gətirmiş, nəfəs almadıqlarını görmüşdür. Sənədlərin içinə baxmış, özünə aid nəsə varsa, götürmək istəmişdir. Sənədləri zala gətirmiş, divanda oturub faylların hamısını yandırmış, evdən çıxmışdır. Arxa qapıdan meşə yolu ilə qayıtmışdır. Həmin vaxt barmağının göynədiyini hiss etmiş, barmağının kəsildiyini görmüşdür. Səhəri gün Bakıya getmişdir. Üstündən 10-15 gün keçmiş, bölmədən zəng edərək hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuşlar. Sonra evə gedərək onu axtarmışlar. Bölməyə gəlib qan analizi vermiş, analizin cavabı iyulun 25-i çıxmışdır. Zərərçəkmişlərə neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Bıçağı dənizə atmış, yaşadığı mənzilə aparmamışdır. Məqsədi sənədləri yandırmaq olmuş, ona məxsus sənədlərin yanmasını istəmişdir. Tutulandan sonra onu bölməyə gətirəndə ona təzyiqlər göstərilmiş, üstündə olmayan əşyalar üstünə qoyulmuşdur. Ona aidiyyatı olmayan maddələr üzərinə qoyulmuş, o, evdən heç nə götürməmişdir. Ona psixoloji təzyiqlər göstərilmiş, ifadədə ona aidiyyatı olmayan xüsusatlar yazılmışdır. Üzərində yalnız siqaret, alışqan və pulqabı olmuşdur. Şəxsiyyət vəsiqəsi və telefonu olmamışdır. O heç kimi təhqir etməmişdir. Əvvəl başqa bir müstəntiq ondan izahat almışdır. Müstəntiq yazmış, o imzalamışdır. Bir neçə dəfə çəkiliş olmuş, alınmamış, yenidən çəkilmişdir. Telefon danışıqlarınna 02 ay qadağa qoyulmuşdur. Onu Xaçmaz polis bölməsinə gətirəndə Azəri evdən şəxsiyyət vəsiqəsi və telefonunu götürməyə göndərmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, X8 və Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu, Yalama kənd sakinləri kimi tanımışdır. Rumayənin sələmçiliklə məşğul olduğunu və faizə borc pul verdiyini bilmişdir. Bakı şəhərində yaşayıb dolanmağın çətin olması ilə əlaqədar ayrı-ayrı şəxslərdən borc pul almış və ödəyə bilməmişdir. Buna görə də Rumayədən borc pul almaq qərarına gəlmişdir. Həmin vaxta kimi Rumayəgillə arasında heç bir ünsiyyət olmamış və sonuncudan borc pul almamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında Rumayəgilin Xaçmaz rayonu Yalama kəndi ərazisində yerləşən evinə getmişdir. Rumayəgilə gedib evin darvazasının yanındakı qapını döymüş və qapını Aslan açmışdır. Aslana borc pul almaq üçün gəldiyini deyəndə sonuncu, ona gözləməyini bildirib Rumayəni çağırmışdır. Rumayə darvazaya yaxınlaşanda Aslan evə keçmiş və Rumayə ilə arasındakı söhbətə qarışmamışdır. Buradan anlamışdır ki, borc məsələsinə yalnız Rumayə baxır. Rumayəyə özünü təqdim edib Rəhmanın oğlu olduğunu və 5000 manat borc pul almaq istədiyini demişdir. Rumayə onu evə dəvət etmiş və borc pulun verilməsi qaydasını izah etmişdir. Rumayə ondan şəxsiyyət vəsiqəsini istəyib sənədin kodunu və verəcəyi pulun məbləğini bir ədəd kağıza qeyd etmişdir. Lakin həmin kağızda heç bir imza etməmiş və Rumayə aylıq 400 manat ödəniş edəcəyini deyərək 5000 manat pulu ona vermişdir. O, pulu Rumayədən alıb getmişdir. 2023-cü ilin yanvar və fevral aylarında hər ay 400 manat olmaqla ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. O, heç bir vaxt Rumayə və ya Aslanla istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxlamamışdır. Onda Rumayənin mobil telefon nömrəsi olmuşdur. Onlara öz telefon nömrələrimi verməmişdir. Ödənişin vaxtı gələndə kəndə gəlib Rumayənin evinə gedərək darvazanın giriş hissəsində pulu sonuncuya vermişdir. Ailədaxili maddi çətinlikləri olduğu üçün 2023-cü ilin mart ayının əvvəllərində Rumayəgilə gedib 400 manat ödənişi edərək aylıq ödənişi 200 manat endirməyini xahiş etmişdir. Lakin Rumayə onunla razılaşmamış və onunla uca səslə, çox kobud formada danışaraq atmacalı sözlər işlətmişdir. Ancaq həmin vaxt Rumayə ona qarşı nalayiq ifadələr işlətməmiş və aralarında yalnız sözlü mübahisə olmuşdur. 04 aprel 2023-cü il tarixdə saat 20:00-da işdə növbəni təhvil verib Xaçmaza yola düşmüşdür. 07-08 aprel 2023-cü il tarixlərdə işdə olmalı imiş. Lakin Rəşad adlı baş ustaya zəng edib icazə almışdır. Çünki 09-10 aprel 2023-cü il tarixlər istirahət günləri olmuşdur. Bundan başqa, sosial yardım almaq üçün sənədləşməyə görə 10 aprel 2023-cü il tarixdə ailəsi ilə birlikdə notariusa getməli imiş. 09 aprel 2023-cü il tarixdə saat 20 radələrində növbədə olduğu üçün anasını aparıb işə ötürmüş və evə qayıtmışdır. Evdən 200 manat pulu götürdükdən sonra Rumayəgilə gəlmişdir. Darvazanı döysə də, qapını heç kim açmamış və geriyə çəkilib evə boylananda evdə kənar şəxslərin olduğunu görmüşdür. Meşəyə doğru gedərək 15-20 dəqiqə vaxt ötürdükdən sonra geriyə qayıtmış və bu vaxt evin darvazasından 3 nəfər tanımadığı qadın çıxaraq küçə ilə getmişlər. O isə darvazaya yaxınlaşıb darvazanı möhkəm döydükdən sonra qapını Aslan açmışdır. Aslana borc ilə bağlı gəldiyini bildirəndə Aslan bununla bağlı Rumayəyə məlumat vermişdir. Rumayə evə gəlməyini ona deyəndə ayaqqabılarını çıxarıb evin qonaq otağına keçmişdir. Evin zalındakı döşəmədən spirt qarışıq boya qoxusu gəlmiş və döşəmə yenicə boyanmışdır. Rumayəyə 200 manat pul gətirdiyini, faizi aşağı endirməsini deyəndə Rumayə onunla bu dəfə söyüşlə danışmağa başlamışdır. Rumayə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib “borcun 10 mindi, səndən o pulu alacam, səni süründürəcəm” sözlərini deməyə başlamışdır. Rumayəyə qarşılıq verib sonuncunu söymüş və aralarında beləcə sözlü mübahisə yaranmışdır. Rumayənin nahiyələrinə bir neçə zərbə vurmuşdur. Rumayənin əlindən bıçağı alanda bıçağın tiyəsi əlini - kəsmiş və əlinin göynədiyini hiss etmişdir. Daha sonra əlində bıçaqla evi tərk edib darvazaya doğru gələndə Aslan boyun nahiyəmdən bel sapı ilə vuranda fırlanıb bıçaqla Aslana bir zərbə vurmuşdur. Ancaq bıçağın Aslanın bədəninin hansı nahiyəsinə dəydiyini xatırlamır. Aslan yerə yıxıldıqdan sonra törətdiyi işə görə şoka düşmüş və yerdə çökərək bir qədər fikirləşmişdir. Bu işi necə ört-basdır edəcəyini düşünmüşdür. İlk öncə evə gedərək Rumayənin ölüb-ölmədiyini yoxlamış və Rumayə heç bir hərəkət etməmişdir. Artıq Rumayənin ölməsindən əmin olmuşdur. Əgər Rumayə və Aslan ölməsəydi onlara tibbi yardım etmək üçün əlindən gələni edəcəkmiş. Rumayənin ölməsindən əmin olduqdan sonra çölə çıxaraq Aslanı sürüyüb evin qonaq otağına, yəni Rumayənin yanına gətirib uzatmışdır. Aslanı çöldən evə gətirəndə artıq sonuncunun xırıltısı kəsilmiş və Aslanın öldüyündən əmin olmuşdur. Ancaq Rumayə və Aslanın nəbzini yoxlamamışdır. Çünki onlarda heç bir tərpəniş olmamış və nəfəs belə almamışlar. Fikirləşmişdir ki, artıq onlar ölmüşlər. Hətta çölə çıxıb əl-üz yuyan çanaqdan qaba su doldurub gətirərək hər ikisinin üzünə su vurmuşdur. Buna baxmayaraq onlar ona heç bir reaksiya vermədmişlər. Bundan sonra, evin sol tərəfdəki yataq otağına daxil olmuş və otaqdakı çarpayını dağınıq vəziyyətdə görmüşdür. Bu hala təəccüblənmiş və həmin otaqdan çıxıb sağ tərəfdəki otağa daxil olmuşdur. Onun fikri evdə adının yazıldığı kağız parçasını tapmaq və evdə heç bir iz buraxmamaq olmuşdur. Daxil olduğu otaqdakı şkafları axtarmağa başlamış və bir neçə sənədi əlinə götürüb adının olduğu kağızı tapa bilmədiyi üçün sənədləri götürdüyü yerə atmışdır. Həmin vaxt sənədlərə, əli ilə toxunduğu digər yerlərə qan bulaşmışdır. Düşünmüşdür ki, qan ləkələn Rumayə və ya Aslanındır. Həmin otaqda da heç nə tapmayıb mətbəxin qapısından içəriyə boylanmış və mətbəxdə hər şeyin səliqəli olduğunu görərək burada hansısa sənədi axtarmağın mənasız olduğunu düşünmüşdür. Bundan sonra divanın üzərindəki yorğanı alt hissədən alışqanla yandıraraq evdən çıxmışdır. Evi tərk edib tövlənin yanındakı qapıdan çıxaraq evə doğru getmişdir. Meşə ilə evə doğru gedəndə yolu azmış və bir təhər evə gedib çıxmışdır. Meşənin içərisində palçıqlı bir yer olmuş və oranı keçəndə Rumayəgilin evinin damının partlayışının səsləri gəlmişdir. Evin belə tez yanacağını gözləməmişdir. Çünki evi yandıranda hər hansı yanıcı maddədən istifadə etməmişdir. Evə gələndə işıqlar sönülü vəziyyətdə olmuş və Rumayəgildən götürdüyü bıçağı evin çölündə əncir ağacının altında gizlətmişdir. Evə girib su ilə əllərini yuyaraq dəsmalla barmağını sarımış və barmağının əti bir qədər yuxarı qalxmışdır. Barmağını tibbi plasterlə sarıyıb qonaq otağındakı divanda yatmışdır. Səhər açılanda ailə üzvləri barmağına nə olduğunu soruşmuş və barmağının balaca cızıldığını, ciddi bir şey olmadığını ailə üzvlərinə demişdir. 10 aprel 2023-cü il tarixdə saat 10 radələrində arvadı, atasə, anası və uşaqları ilə birlikdə Xaçmaz şəhərindəki notariusa gəlmişlər. Notariusda sənədləri imzaladıqdan sonra ailəsi Yalamaya qayıtmış və o, Bakıya yola düşmüşdür. Hazırda etdiyi əməldən peşmandır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, evdən heç bir əşya götürməmişdir. Hadisədən sonra törətdiyi cinayət əməli ilə bağlı heç kimə məlumat verməmişdir. İstifadəsində ***-***-**-**, ***- ***-**-** mobil telefon nömrələri var. Həmin nömrələr XİAOMİ T9 markalı mobil telefonun daxilindədir. Qeyd etdiyi nömrələrdən ondan başqa heç kim istifadə etmir. Özünü təqsirli bilmir. Çünki Rumayənin ona çox ağır söyüşləri söyməsi onu özündən çıxarmış və nə edəcəyini bilməmişdir. Onun Aslan və Rumayəni öldürmək niyyəti olmamışdır. Hadisə anidən baş vermiş və özünü idarə edə bilməmişdir. Şok vəziyyətində olduğundan öz hərəkətlərinə sahib çıxmaqda çətinlik çəkmişdir. Məhz buna görə də belə bir hadisə törədilmişdir. (cild 7, iş vərəqə 114-122) Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, X8 atası, Zərərçəkmiş şəxs2 isə anasıdır. Gəlin köçənə kimi Xaçmaz rayonu, Yalama kəndində ailəsi ilə bir yerdə yaşamışdır. Atası əvvəllər usta kimi işləmiş, anası isə Dərbənd şəhərinə mal alıb apararaq alverlə məşğul olmuşdur. Pandemiya düşəndən sonra sərhədlər bağlanmış və anası alveri dayandırmışdır. Anası həmçinin borc almaq üçün müraciət edən şəxslərə faizə borc pul vermişdir. Anası borca pul verdiyi şəxslərdən adətən qızıl-zinət əşyaları, ya da sənədi girov kimi götürmüşdür. Anası 1- 2 dəfə notarial qaydada da borca pul vermişdir. xx.xx.2023-cü il tarixdə saat 01-02 radələrində evdə yatan zaman qaynanası onu oyadaraq ağlaya-ağlaya anası və atasına zəng etməyini demişdir. O, qaynanasından nə baş verdiyini soruşanda sonuncu, atasıgilin evinin yanması barədə məlumat verildiyini ona bildirmişdir. Evin yanması ilə əlaqədar məlumatı qaynanası Şahid10 baldızı X22 vermişdir. Atası və anasının hər birinin 1 sadə, 1 smartfon olmaqla ümumilikdə 4 mobil telefonu olmuşdur. Sadə telefonlar zəng etmək, smartfon tipli telefonlar isə “whatsapp" sosial şəbəkəsindən istifadə etmək üçündür. “Whatsapp” vasitəsilə atası və anası ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Qayınanasının ona deməsindən sonra atasıgilin telefonlarına zəng etsə də, yalnız atasının sadə mobil telefon nömrəsinə zəng çatmışdır. Lakin həmin mobil telefonu götürən olmamışdır. Daha sonra qaynı Edikə zəng edib məlumat vermiş və qaynanası, uşaqları, Edikin arvadı Kifayətlə birlikdə Edikin avtomobili ilə Xaçmaz rayonu, Yalama kəndinə yola düşmüşlər. Yolda olan zaman atasıgilin yanan evdə olmadığını ona bildirmişlər. Lakin hadisə yerinə çatanda məlumatı olmuşdur ki, atası ilə anası evdə baş vermiş yanğın hadisəsi nəticəsində yanaraq ölmüşlər. Ata və anasının hansısa şəxs və ya şəxslərlə arasında mübahisə, dava-dalaş və düşmənçiliyi olmasını bilməmişdir. xx.xx.2023cü il tarixdə günorta saatlarında anası qaynanasına görüntülü zəng etmiş və bu vaxt anası ilə danışmışdır. Anası ilə aralarındakı söhbət ümumi olmuş və sonuncu, hansısa probleminin olması barədə ona bir şey deməmişdir. Atası ilə sonuncu dəfə hadisədən 3-4 gün əvvəl danışmışdır. Atası hansısa probleminin olması ilə bağlı ona məlumat verməmişdir. Anasının borc pul verdiyi şəxslərin adlarını dəqiq bilmir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, anası X29 ilə bir yerdə yaşayır. X8 və Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Aslan və Rumayə Yalama kəndində onun evindən iki ev sol tərəfdəki evdə tək yaşamışlar. Aslan aradabir fəhləliklə məşğul olmuş, Rumayə isə heç bir yerdə işləməmişdir. Rumayənin faizə borc pul verdiyini kənd camaatından eşitsə də, kiməsə borc pul verməsinin şahidi olmamışdır. Onlarla arasında heç bir dava-dalaş, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01:32-də evdə yatan zaman qonşusu Qəhrəman onun mobil telefon nömrəsinə zəng edərək Aslangilin evində yanğın baş verdiyini deyərək onu köməyə çağırmışdır. O, dərhal durub əynini geyinərək evdən çıxanda səs-küyə anası oyanmışdır. Çölə çıxanda evin dəhlizindən alov çıxdığını və evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Qəhrəman FHN-ə zəng etmək istədiyini deyəndə yanğın söndürənlərə bu barədə məlumat verməsini deyib evin qapısına doğru gəlmişdir. Sağ ayağını atıb içəriyə bir addım atanda dəhlizin tavanın bir hissəsi yerə tökülmüş və alov daha da çoxalmağa başlamışdır. Dəhlizdən qonaq otağına keçən hissədəki taxta qapı həmin vaxt yanmışdır. İçəriyə daxil ola bilməyəcəyini görüb qonaq otağının pənəcərisini sağ əli ilə vurub sındırmış və telefonun fanarını yandıraraq içəriyə göz gəzdirməyə çalışmışdır. Lakin qonaq otağında qatı duman olduğundan içəridə heç nə görünməmiş və qonaq otağında yanğın olmamışdır. Pəncərəni sındıranda sağ əlindən xəsarət almışdır. Bu vaxt anası və qonşu qadın oraya gəlmişdir. Anasından Rumayəgilin hansı tərəfdə yatdığını soruşanda anası Rumayəgilin evin arxa tərəfindəki sol tərəfdə olan yataq otağında yatdıqlarını demişdir. Sağ əlindən qan axdığını görüb yardımçı tikilinin yanındakı su çanağına gələrək orada əlini yumuş və Qəhrəmangillə evin arxa tərəfinə fırlanmışdır. Qəhrəman Rumayəgilin yataq otağının pəncərəsini yerdən götürdüyü taxta parçası ilə sındırmışdır. Həmin otaqda yanğın olmasa da, qatı duman olmuş və içəridə heç nəyi görmək mümkün olmamışdır. Onlar Rumayəgili səsləsələr də, evin daxilindən onların səsinə cavab verən heç kim olmamışdır. Evə girə bilməyəcəklərini görüb geri qayıdaraq evin darvazasının yanındakı qapıdan çölə çıxıb yanğın söndürənləri gözləməyə başlamışlar. Onlar çölə çıxanda yanğın daha şiddətlənmiş və evin tavanına keçmişdir. Bir müddət sonra hadisə yerinə FHN-in yanğın söndürən briqadası gələrək baş vermiş yanğını söndürmüşlər. Yanğın söndürüldükdən sonra FHN-in əməkdaşları evə daxil olub iki nəfərin yanmış meyitinin olduğunu demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X8 qayınatası, Zərərçəkmiş şəxs2 isə qaynanasıdır. Onlar Xaçmaz rayonu, Yalama kəndində tək yaşamışlar. Aslan və Rumayə heç bir yerdə işləməmişdir. Aslan Rusiya Federasiyasının vətəndaşı olmuş və həmin ölkədən təqaüd almışdır. Rumayə isə faizlə borc pul verməklə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində növbənin bitməsinə az qalmış sönmüş telefonunu açanda çox sayda zənglərin gəldiyini görmüş və arvadı Fainaya zəng etmişdir. Lakin Fainanın telefonunu qardaşı Edikin arvadı Kifayət götürərək kənddə olduqlarını və qayınatasıgilin evinin yanması nəticəsində qayınatası ilə qayınanasının evdə yanaraq ölmələri barədə ona məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun evi mərhum X8 və Zərərçəkmiş şəxs2 evinin arxa tərəfində yerləşir. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Aslan əynini geyinib çölə çıxmış və Muradın da səslərə oyanıb öz evinin qapısından çıxdığını görmüşdür. Həyəcanlandığından Muradı yanına çağırıb Aslangilin evinin darvazasının yaxınlığına kimi getmişdir. Həmin vaxt demək olar ki bütün kənd camaatı, səsi eşidənlər evin darvazasının yanında dayanmışlar. Ev isə od tutub yanmağa davam etmişdir. Bir müddət sonra hadisə yerinə yanğın söndürənlər gəlib yanan evi söndürmüş və bundan sonra Aslanla Rumayənin evdə yanaraq ölməsi barədə məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X8 və Zərərçəkmiş şəxs2 onun qonşuları olmuşdur. Onların evi onun evinin darvazasının sağ tərəfində yerləşir. xx.xx.2023-cü il tarixdə gecə radələrində yataq otağında olarkən Aslangilin evinin darvazasının döyüldüyünü eşitmişdir. Həmin vaxt oğlu onunla eyni otaqda yatmışdır. Qaynanası və qaynatası isə evin arxa tərəfindəki otaqda yatmışlar. Onun yataq otağının pəncərəsini açıb sağa baxdıqda Aslangilin evini görmək mümkündür. Qızı isə Qədr gecəsi olduğu üçün yatmayacağını əvvəlcədən ona bildirmiş və evin qonaq otağında televizora baxmağını qızı Lizaya demişdir. Aslangilin evindən səs-küy gələndə bir nəfər kişi ləzgi dilində Rumayənin ünvanına nalayiq ifadələr İşlətməyə başlamış və Rumayə də həmin şəxslə ucadan danışmışdır. Aslanın səsini bildiyi üçün söyüş söyən adam Aslan yox, başqa şəxs olmuşdur. Rumayə də ucadan danışdığı üçün sonuncunun işlətdiyi sözləri seçmək olmamışdır. Buna görə də Rumayənin Azərbaycan, rus və ya ləzgi dilində danışdığını bilməmişdir. Səs-küyə qızı qorxub qaçaraq onun yanına gəlmiş və həyəcanlı olmuşdur. Qızını sakitləşdirməyə başı qarışdığı üçün pəncərəni açıb Aslangilin darvazasına tərəf baxa bilməmişdir. Səs-küyə fikir verməməyinin səbəblərindən biri arada Rumayəgilin öz aralarında sözlü mübahisə etmələri olmuşdur. Aslan çox sakit, heç kimə pis söz deməyən, kiminləsə mübahisə etməyən bir adam olmuşdur. Rumayə xasiyyətcə yaxşı insan olsa da, arada sonuncu, telefonla borc pul üstündə kiminləsə sözlü mübahisə etmiş və ucadan danışmışdır. Ona görə də Rumayənin uca səslə danışmasına öyrəşmişdir. Liza qorxub onun yanına gəldikdən sonra isə qızını evin mətbəxinə aparmış və qızına “valerianka” dərmanı içirtmişdir. Özü də qorxduğu üçün dərmandan birini də özü qəbul etmişdir. Daha sonra qızı ilə yataq otağına qayıdanda səs kəsilmiş və bircə Rumayənin təngnəfəs halda "Aslan, Aslan, Aslan" sözlərini dediyini eşitmişdir. Bundan sonra səs tamamilə kəsilmiş və sakitlik yaranmışdır. Elə bu vaxt “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə eltisi Təranəyə mesaj yazaraq Aslangilin evində səs-küy gəlməsi barədə eltisinə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra qonşusu Qəhrəmanın arvadı Aytən onun mobil telefonuna zəng edərək Çinqizin evdə olub-olmadığını soruşmuşdur. O, Çinqizin evdə olmadığını deyəndə Aytən Aslangilin evinin yandığını ona bildirmişdir. O, qaynatasını oyadıb sonuncu ilə bir yerdə küçəyə çıxaraq Aslangilin evinin darvazasına tərəf gəlmişdir. O, oraya gələndə Qəhrəman, Natiq, Muminat xala, Nisə xala və Aslangilin evindən alov çıxmışdır. Natiqlə Qəhrəman evin darvazasından tullanıb içəriyə keçmiş və Natiq darvazanın qapısını açdıqdan sonra Muminat xala da içəriyə daxil olmuşdur. Bundan sonra Natiq əli ilə evin pəncərəsinin şüşələrini sındırmağa başlamış və onlar evin arxa tərəfinə keçmişlər. Lakin onlar evin içərisinə daxil ola bilməmişlər. Çünki evdəki yanğın daha da şiddətlənmişdir. Daha sonra onlar geriyə qayıdıb küçəyə çıxmışlar. Bir müddət sonra hadisə yerinə yanğın söndürənlər gələrək evdəki yanğını söndürməyə başlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə ifadəsi alınmış Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, X8 və Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Aslan və Rumayə Yalama kəndində onunla qonşudurlar. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində "xxxx" QSC-nin Yalama stansiyasında işdə olarkən şifer partlaması səslərini eşitmiş və səs gələn yerə baxanda onun evi tərəfdə yanğın olduğunu görmüşdür. İşlədiyi yer nisbətən hündürdə olduğundan kəndin ərazisini nisbətən görmək mümkündür. Yanğın baş verən yerin yaşadığı evin yaxınlığı olduğunu gördükdə evinin yandığını düşünmüş və arvadı Marinaya zəng etmişdir. Lakin Marina telefona cavab verməmişdir. Buna görə də narahat olmağa başlamış və dərhal evə getmişdir. Evin yanına çatdıqda yanğının qonşusu Aslan Tariverdiyevə məxsus evdə baş verdiyini görmüşdür. Həmin vaxt FHN-in yanğın söndürən briqadası da hadisə yerinə gəlmiş və onlar baş vermiş yanğını söndürmüşlər. Yanğın söndürüldükdən sonra FHN-nin əməkdaşları evə daxil olub iki nəfərin yanmış meyitinin olduğunu demişlər. Həmin vaxta kimi Aslanla Rumayənin evdə olmasından və ya onların ölməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Xaçmaz rayon DYMHnin 82 saylı DYMB-nin böyük yanğınsöndürəni vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olmuş və yanğın baş verən əraziyə yola düşmüşlər. Onlar oraya çatdıqda fərdi yaşayış evinin qarşısında polis əməkdaşları və kənd camaatı orada olmuş və evin qapısı açıq olmuşdur. Darvazının yanında olan dəmir qapının tutacağında və evə giriş qapısının dəstəyinin üzərində qanabənzər ləkələr olmuşdur. Onlar yanğını söndürməyə çalışmışlar, 2 qrup yaradılmış, bir hissəsi yataq otağında, bir hissəsi isə qonaq otağınında olan yanğını söndürməyə çalışmışdır. Yanğını söndürüb evə daxil olduqdan sonra evin qonaq otağının orta hissəsində 2 nəfər şəxsin yanmış meyitini aşkar edilmiş və bu barədə polis əməkşalrına məlumat verilmişdir. Daha sonra həmin meyitlərin ərarvad X8 və Zərərçəkmiş şəxs2 məxsus olmasını öyrənmişdir. olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəmədə ifadəsi alınmış Şahid8 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2017-ci ilin aprel ayından FHN-nin DYMX-nin Xaçmaz rayon DYMHnin 81 saylı DYMB-nin rəisi vəzifəsində, daxili xidmət mayoru rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 01:39-da Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə 81 saylı X26 Bölməsinə məlumat daxil olmuş və 01:40-da yanğın söndürmə qrupu Xaçmaz rayonu, Xudat şəhərindəki inzibati binadan yanğın baş verən əraziyə yola düşmüşdür. Yanğın söndürən avtomobil hadisə yerinə çatdıqdan təxminən 10 dəqiqə sonra o da oraya çatmışdır. O gələndə yanğın söndürmə qrupu artıq fəaliyyətə başlamışlar. Saat 02:30-da yanğın məhdudlaşdırıldıqdan sonra o, fərdi yaşayış evinə daxil olmuşdur. Lakin içəridə qatı duman olduğundan hansısa şəxsin evdə olub-olmadığını ilk öncə müəyyən edə bilməmişlər. Daha sonra yenidən fərdi yaşayış evində axtarış aparılmış və evin qonaq otağının təxminən orta hissəsində 2 nəfər şəxsin yanmış meyitini aşkar etmişlər. Həmin meyitlərin ər-arvad X8 və Zərərçəkmiş şəxs2 məxsus olmasını öyrənmişdir. olmuşdur. Həmçinin çarpayının üzərində də çanta olmuşdur. Evdə baş vermiş yanğın saat 03:30-da tam söndürülmüşdür. O, verilən suallara cavab olaraq bildirmişdir ki, evin darvazasının sol tərəfindəki əsas giriş qapısından daxil olduqdan sonra beton döşəmənin üzərində qan izləri olmuşdur. Lakin yanğın söndürmə prosesi zamanı həmin qan izləri döşəmədən silinib getmişdir. (cild 2, iş vərəqə 134-137) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bacısı, X9 isə Rumayənin həyat yoldaşıdır. Rumayənin qızı Faina onun gəlinidir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Xaçmaz rayonu, Yalama kəndində yaşayan qızı Nailə onun mobil telefon nömrəsinə zəng edərək Rumayənin onlarda olub-olmadığını soruşmuşdur. Çünki xx.xx.2023-cü il tarixdə saat 15 radələrində "whatsapp” vasitəsilə Rumayə ilə danışmış və sonuncu, birazdan yol maşını ilə Sumqayıt şəhərinə onlara qonaq gələcəyini demişdir. Sonradan isə Rumayə ilə danışmış və Rumayə sabah gələcəyini bildirmişdir. Nailə ilə telefonla danışanda Rumayənin onlara gələcəyini qızına bildirmiş və ehtiyacı olan nəsə varsa Rumayə ilə göndərə biləcəyini demişdir. Buna görə də Nailə ona yığımışdır. Nailədən Rumayənin onlara gəlib-gəlməməsini niyə soruşduğunu öyrənmək istəsə də, o, qızı telefonda həyəcanlandığından onunla danışa bilməmişdir. Elə bu vaxt Nailənin əri Əlibala telefonu götürərək onunla danışmış və Rumayəgilin evində yanğın baş verdiyini bildirmişdir. Əlibalagilə də Rizvan zəng edib məlumat vermişdir. O, hadisənin baş verməsi ilə bağlı Fainanı və oğlu Ediki məlumatlandırmışdır. Bundan sonra Faina və uşaqlan, Edik və gəlini Kifayətlə birlikdə Yalama kəndinə yola düşmüşlər. Təxminən saat 05 radələrində kəndə gəlib çatmış və Rumayəgilin evinin qarşısına kənd camaatı, çox sayda polis əməkdaşları yığılmışdır. Hətta orada yanğın söndürən maşını da olmuşdur. Hadisə yerinə gəlib çatdıqdan sonra onları evə girməyə icazə verməmiş və Rumayə ilə Aslanın evdə yanaraq öldüklərini demişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, X8 və Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Aslan və Rumayə Yalama kəndində onun evi ilə yan qonşuluqdakı evdə tək yaşamışlar. Aslan və Rumayə heç bir yerdə işləməmişdir. Rumayə faizə borc pul verməklə məşğul olmuşdur. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində evdə televizora baxdıqdan sonra təbii ehtiyaclarını ödəmək üçün çölə çıxmışdır. Tualet onun evinin həyətində, Aslangilin evi istiqamətində yerləşir. Tualetə gedərkən Aslanın uzaq qohumu Ərzumana, daha sonra isə digər qonşulara zəng edib yanğın barədə məlumat verərək qaça-qaça Aslangilin evinin darvazasına gəlmişdir. O, oraya çatanda qonşusu Natiq anası Muminat xala ilə bir yerdə gəlmişdir. Evin darvazası bağlı olmuş və Natiq darvazanın üstündən tullanıb həyətə daxil olmuşdur. Natiqin ardınca isə o, evin həyətinə tullanıb girmişdir. Natiq içəriyə girdikdən sonra darvazanın qapısını arxadan açmışdır. O, həyətə girəndə darvazanın yaxınlığında beton döşəmənin üzərində damcı formasında qan ləkələri görmüşdür. Alov evin qonaq otağından çıxmışdır. Natiqlə qonaq otağının pəncərəsinə yaxınlaşmış və Natiq əli ilə vurub pəncərəni sındırmışdır. Bu zaman Natiqin sağ əlini şüşə kəsmişdir. Onların məqsədi içəridə olan hansısa şəxsi köməklik edib çıxarmaq olmuşdur. Ancaq içəridən heç bir səs gəlməmiş və evin içindəki alov getdikcə yayılmışdır. Daha sonra fırlanıb evin arxası tərəfə keçmiş və yataq otağının pəncərəsini də vurub sındırmışdır. O, arxa tərəfə fırlananda evin qonaq otağından başqa digər otaqlarda yanğın olmamış və yanğın olmayan otaqlardan tüstü çıxmışdır. Daha sonra isə verilən məlumat əsasında hadisə yerinə FHN-nin yanğın söndürən briqadası gələrək baş vermiş yanğını söndürmüşlər. Yanğın söndürüldükdən sonra FHN-nin əməkdaşları evə daxil olub iki nəfərin yanmış meyitinin olduğunu demişlər. Həmin vaxta kimi Aslanla Rumayənin evdə olmasından və ya onların ölməsindən məlumatı olmamışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yanğının baş verdiyini aşkar edən vaxtadək Aslan Tariverdiyevin evində hər hansı səs-küy eşitməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Şahid11 ilə oxşar məzmunda ifadə vermişdir.( cild 3, iş vərəqə 172-175) Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid13 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, X8 və Tarıverdiyeva X5 onunla yan qonşuluqdakı evdə tək yaşamışlar. Aslan və Rumayə heç bir yerdə işləməmişdir. Rumayə faizə borc pul verməklə məşğul olmuşdur. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:45 radələrində evdə televizora baxan zaman işıqlar sönmüşdür. Həmin vaxt oğlu Rizvan kompüterdə işi ilə bağlı nəsə yazmışdır. O, işıqların söndüyünü görüb siqaret yandıraraq evdən çölə çıxmışdır ki, ayaqyoluna getsin. Evdən çölə çıxanda Aslangilin evinin yandığını görüb küçəyə çıxmışdır. Artıq qonşular Aslangilin evinin darvazasının qarşısına yığışmış və polis əməkdaşları da gəlmişlər. Evdə baş vermiş yanğın daha da şiddətlənmişdir. Bir müddət sonra yanğınsöndürən briqadası hadisə yerinə gələrək yanğını söndürmüş və evdə heç kimin olmadığını demişlər. Onlar Rumayə və Aslanınn evdə olmamasına görə rahatlamışlar. Bir qədər sonra Aslan və Rumayənin evin qonaq otağında yanaraq ölmələri barədə onlara məlumat verilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yanğının baş verdiyini aşkar edən vaxtadək Aslan Tariverdiyevin evində hər hansı səs-küy eşitməmişdir. ( cild 3, iş vərəqə 177-180) Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, X8 və Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu, Yalama kəndinə köçdükdən sonra tanımışdır. Aslan və Rumayə Yalama kəndində onun evi ilə yan qonşuluqdakı evdə tək yaşamışlar. Əri Asif ilə Aslan Tariverdiyev sinif yoldaşları olduqlarına görə onların arasında yaxın münasibət olmuşdur. xx.xx.2023-cü il tarixdə axşamüstü qonşusu Nisə ilə birlikdə Rumayəgilə qonaq getmişdir. Həmin vaxt Aslan da evdə olmuşdur. Daha sonra isə oraya Zülfiyyə də qonaq gəlmiş və dördü evin mətbəxində əyləşib çay içmişlər. Təxminən saat 21-22 radələrində də evi tərk edib getmişlər. Onlar evdə olduqları vaxt kimsə Rumayəyə zəng etmiş və Rumayə darvazaya çıxıb geri qayıtmışdır. Bu vaxt bilmişdir ki, Xaçmaz rayonu, Ləcət kəndindən olan kimsə borcunu qaytarmaq üçün gəlmiş və yerdə qalan borcu isə sabah ödəyəcəyinə dair söz vermişdir. Lakin gələn şəxsin kim olduğunu bilməmiş və gələnin şəxsiyyətini Rumayədən dəqiqləşdirməmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində evdə yatan zaman qonşusu Qəhrəman oğlu Natiqin telefonuna zəng edərək Aslangilin evinin yandığını demişdir. O, Natiqin telefonunun zəng səsinə oyanmış, onlar ikisi də Aslangilin evinin qarşısına getmiş, həmin vaxt Qəhrəman da orada olmuşdur. Evin darvazası bağlı olmuş və Natiq darvazanın üstündən tullanıb həyətə daxil olmuşdur. Natiq içəriyə girdikdən sonra darvazanın qapısını arxadan açmış və onlar da içəriyə daxil olmuşlar. Alov evin qonaq otağından çıxmışdır. Onlar evin ətrafında bir dövr edərək Aslan və Rumayəni səsləmiş, lakin onlardan bir səs çıxmamışdır. Daha sonra Natiq və Qəhrəman evin ön qapısından çölə çıxmış, lakin o, evin mətbəx hissəsindən alovun çox çıxdığına görə həmin hissədən getməyə qorxub bağ tərəfdə olan arxa qapıdan həyətə çıxmışdır. Aslangilin həmin qapını əsasən kilidli saxlamalarına baxmayaraq qapılı örtülü vəziyyətdə olmuş və qapı kilidlənməmişdir. Daha sonra isə verilən məlumat əsasında hadisə yerinə FHN-nin yanğın söndürən briqadası gələrək baş vermiş yanğını söndürmüşlər. Yanğın söndürüldükdən sonra FHN-nin əməkdaşları evə daxil olub iki nəfərin yanmış meyitinin olduğunu demişlər. Həmin vaxta kimi Aslanla Rumayənin evdə olmasından və ya onların ölüməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahidlər Şahid15 və Şahid16 məhkəmədə ifadəsi alınmış Şahid14 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və birgə nikahlarından Amid, Məhəmməd adlı iki oğul övladı dünyaya gəlmişdir. Ramin Bakı şəhərində "xxxx" MMC-də operator vəzifəsində işləmişdir. O, ailə qurandan sonra Ramin bu işə düzəlmiş və bir müddət Bakı şəhərində öz ailəsi, qardaşı Vadim ilə yaşamışlar. 2022-ci ilin iyun ayında Ramin onunla oğlu Amidi kəndə gətirmiş və qaynanasıgildə qalmağa başlamışlar. Ramin isə Bakıda ayrı evə köçərək Vadim və Xanoba kənd sakini Marat adlı şəxslə yaşamışdır. Ramin Bakıda işləməsinə baxmayaraq ayda 1-2 dəfə kəndə gələrək onlara baş çəkmişdir. X10 və X4 Xaçmaz rayonu Yalama kənd sakini kimi tanımışdır. O, həmin şəxslərin adını eşitmişdir. Lakin onlarla heç vaxt görüşməmiş və həmin şəxslərlə arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 10 aprel 2023-cü il tarixdə saat 10 radələrində qaynanası Səyidə işdən evə gələndə gecə saatlarında Rumayəgilin evində yanğın baş verməsi barədə onlara məlumat vermişdir. Sonradan bilmişdir ki, Rumayəgili kimsə öldürərək evi yandırmışdır. Polis əməkdaşları da həmin cinayətkarı axtarırlar. Bu məsələ ilə bağlı qaynatası Rəhman və əri Ramin Xaçmaz rayon Yalama polis bölməsinə bir neçə dəfə dəvət olunmuşlar. Ramin bölmədən qayıdanda izahatının alındığını və buraxıldığını bildirmişdir. 26 iyun 2023-cü il tarixdə polis əməkdaşları yaşadıqları evə gələrək Ramini aparmışlar. Ramin gedəndə hansı səbəbə görə aparılması barədə bilmədiyini demişdir. Daha sonra Raminin Rumayəgilin öldürülməsi ilə bağlı Xaçmaz rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğunu öyrənmişdir. Ramin 09 aprel və 10 aprel 2023-cü il tarixlərdə Xaçmaz rayonu Yalama kəndi ərazisində olmuşdur. Ramin bir neçə gün öncə Bakıdan kəndə gəlmişdir. 09 aprel 2023-cü il tarixdə saat 20 radələrində Ramin anası Səyidəni aparıb işə yola salmışdır. Ramin anasını yola saldıqdan sonra onlar yatana kimi evə gəlməmişddir. Ramin 10 aprel 2023-cü il tarixdə gecə saatlarında evə gəlmişdir. Raminin evə gəldiyini eşitsə də, yerindən durub əri İlə görüşməmişdir. O, sonradan su içmək üçün duranda Raminin qonaq otağındakı divanda yatdığını görmüşdür. Yuxudan oyanıb su içməyə gedəndə Raminin sağ əlinin barmağına fikir verməmişdir. Səhər açılanda da Raminin barmağının xəsarət almasını görməmişdir. 10 aprel 2023-cü il tarixdə saat 10 radələrində qaynatası, qaynanası, uşaqları və Raminlə bir yerdə Xaçmaz şəhərindəki notariusa getmişlər. Notariusda sənədləşmə aparıldıqdan sonra Ramin Bakıya yola düşmüş, onlar isə Yalama kəndinə qayıtmışlar. Bir müddət sonra Ramin Bakıdan kəndə gələndə sonucunun barmağındakı xəsarəti görmüşdür. Ramin iş prosesi zamanı barmağından xəsarət aldığını demişdir. Raminin Rumayədən 5000 manat borc pul götürməsindən məlumatı olmamışdır. Raminin Aslan və Rumayənin arasında mübahisə, dava-dalaşın olmasını eşitməmişdir. Ramin və ya hansısa şəxs bu barədə ona heç bir məlumat verməmişdir. Raminin Rumayə və Aslanı qəsdən öldürərək onlara məxsus fərdi yaşayış evini qəsdən yandırması ilə bağlı ona heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, Ramin onun oğludur. Rumayə və Aslanı Xaçmaz rayonu Yalama kənd sakinləri kimi tanımışdır. X27 evində yanğın baş verdiyini və Rumayənin əri Aslanla birlikdə yaşadıqları evdə Öldüklərini bildirmişdir. Daha sonra isə Xaçmaz RPŞ-nin Yalama polis bölməsinin əməkdaşları tərəfindən kənddə yaşayan bir neçə şəxsi, o cümlədən Raminlə onu bölməyə dəvət edib izahatlarını almışlar. 26 iyun 2023-cü il tarixdə Ramin yaşadıqları evdən polislər tərəfindən aparılmışdır. Sonradan öyrənmişdir ki, Ramin Rumayəgilin qəsdən öldürülməsi ilə bağlı Xaçmaz rayon prokurorluğunda aparılan cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmışdır. 10 aprel 2023-cü il tarixdə gecə saatlarında siqaret çəkmək üçün yuxudan oyanıb çölə çıxanda Ramin evin birinci mərtəbəsində olan qonaq otağındakı divanda yatmışdır. Raminin evə gəlməsindən onun məlumatı olmamışdır. Yuxudan oyanıb siqaret çəkmək üçün çölə çıxanda Ramini divanda yatılı vəziyyətdə uzaqdan görmüş və Raminə yaxınlaşmamışdır. Ramin iş yerində özü üçün düzəltdiyi bıçağı ona göstərməmişdir. Bıçaqdan heç vaxt xəbəri olmamışdır. 10 aprel 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs məxsus qanlı geyim və digər əşyaları görməmişdirRaminin Rumayə və Aslanı qəsdən öldürərək onlara məxsus fərdi yaşayış evini qəsdən yandırması ilə bağlı ona heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid19 məhkəmədə ifadəsi alınmış Şahid18 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Sevdanın əridirO, 2020-ci ildən "xxxx" MMC-də işləyir. Ramin 2021-ci ilin yanvar ayından həmin müəssisədə işləmişdir. Ramin onunla eyni şirkətdə işə düzələndən sonra bacısı, o və Ramin bir yerdə yaşamağa başlamışlar. 2022-ci ildə bacısı ikinci uşağına hamilə qaldıqdan sonra Ramin ailəsini kəndə, atasigilin yanına aparmış və onunla yaşamağa başlamışdır. Onlarla bir yerdə sinif yoldaşı Marat da qalmışdır. Marat da "xxxx" MMC-də işləyir. Raminlə arasında həmişə münasibəti normal olmuş və Raminin hər hansı səhv hərəkətini görməmişdir. X8 və Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu, Yalama kənd sakinləri kimi tanımışdır. Əvvəllər gömrük postuna mal daşımaqla fəhləlik və Rumayəni də oradan tanımışdır. Rumayənin faizə borc pul verməklə məşğul olmasından məlumatı olmuşdur. 2023-cü ilin aprel ayının əvvəlləri Ramin kəndə getmişdir. Ramin iki gün işdə, iki gün isə istirahətdə olur. Raminin iş rejimi bu qaydadadır. 10 aprel 2023- cü il tarixdə saat 17 radələrində “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Raminin istifadəsində olan mobil telefon nömrəsinə yazaraq harada olduğunu soruşmuşdur. Ramin ”Nasosnu” adlanan ərazisini keçdiyini və evə gəldiyini demişdir. O, işdən çıxıb evə gedəndə Raminlə binanın qarşısında rastlaşmışdır. Raminin sağ əlinin 2-ci barmağı yaralanmışdır. Ramindən barmağının hansı şəraitdə yaralandığını soruşanda, Ramin Mirzənin mağazasının yanındakı dəmirin barmağını cızdığını demişdir. O isə Ramindən əlavə bir şey soruşmadan Raminlə bir yerdə evə qalxmışdır. Evə qalxandan sonra Ramin barmağına dərman vuraraq barmağını sarımışdır. Bir müddət sonra Marat da işdən gəlmiş və bir yerdə şam yeməyi yemişlər. O, yeməyini yedikdən sonra dostları ilə şəhərə gəzməyə getmişdir. Çöldə olarkən anası ilə telefonla danışıb hal-əhval tutanda Aslanın Rumayə ilə bir yerdə yaşadıqları evdə yanaraq öldüklərini və hadisənin necə baş verməsindən məlumatının olmadığını demişdir.Gecə saatlarında evə gələndə artıq Ramin yatmışdır. O, səhər oyanıb işə gedəndə Ramin ondan əvvəl işə getmişdir. Həmin gün axşamüstü Ramindən Yalamada baş vermiş hadisə barədə soruşanda yolda gələrkən bu hadisəni eşitdiyini və əlavə heç bir şey bilmədiyini demişdir. 26 iyun 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Q.Qarayev metrosunun yaxınlığında yerləşən “Sevinc” şadlıq sarayında iş yoldaşının oğlunun toyunda olarkən atası ona zəng etmiş və telefonu götürüb çölə çıxmışdır. Atası ilə danışanda sonuncu, Raminin polis əməkdaşları tərəfindən Aslangilin ölüm işi ilə bağlı aparıldığını demiş və telefonla danışanda anasının “Ramin hər şeyi etiraf edib” sözlərini dediyini eşitmişdir. Toydan çıxdıqdan sonra birbaşa kəndə gəlmiş və öyrənmişdir ki, Ramin Rumayədən borc almış və borcu ödəyə bilmədiyinə görə sonuncu ilə aralarında mübahisə baş vermişdir, Ramin də Rumayəgilin evinə gedib ər-ərvad hər ikisini öldürmüş və evi yandıraraq hadisə yerini tərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 məhkəmədə ifadəsi alınmış Şahid20 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni məktəbdə təhsil almış və həmin dövrdən dostluq münasibətləri olmuşdur. Onlar əvvəllər Ramin ilə tez-tez görüşmüşlər. Ramin Bakı şəhərində işləməyə başladıqdan sonra isə daha az münasibətdə olmuşlar. Onlar sonuncu dəfə 2023-cü ilin iyun ayının əvvəllərində görüşmüşlər. Belə ki, həmin gün saat 21 radələrində avtomobili ilə Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Mayak” restoranına getmiş, həmin vaxt dostları Ramin, Rasim və Eldar da orada olmuşlar. Onlar təxminən 2 saat orada çay içib söhbət etmişlər. Daha sonra isə Rasim Ramin ilə Eldarı öz avtomobili ilə evlərinə aparmış, özü isə evə getmişdir. Bundan sonra bir daha Ramin ilə görüşməmiş və danışmamışdır. Söhbət əsnasında X8 və Zərərçəkmiş şəxs2b ölümü və onların qatilinin kim olması barədə söhbət açılmış, Rasim bu barədə söhbət etmək istəmədiyini, onların öldürən şəxsin gec-tez tapılacağını bildirdikdən sonra bu barədə söhbət etməmişlər. Təqsirləndirilən şəxs da X8 və Zərərçəkmiş şəxs2 öldürülmələri barədə heç nə deməmiş və istifadə etdiyi bıçaq barədə də bir söz deməmişdir. Ramin çox sakit və mülayim bir insandır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sələmə pul alması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid23 məhkəmədə ifadəsi alınmış Şahid22 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu Yalama kəndində yerləşən, X8 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evidir. Evin darvazası iki taylı olmaqla göy rəngli dəmirdəndir. Darvazanın solunda göy rəngli dəmir materialdan qapı vardır. Qapıdan içəri daxil olduqda 1 mərtəbəli fərdi yaşayış evi və onun yanında 1 mərtəbəli yardımçı tikilinin olduğu görünür. Darvazanın sol tərəfində olan giriş qapısının qapının içəri tərəfində qanabənzər ləkələr var. Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Fərdi yaşayış evinin qapısı açıq vəziyyətdədir və qapının çöl tərəfdən dəstəyinin üzərində, həmçinin dəstəyin kilid hissəsinə daxil edilmiş açarların üzərində qanabənzər ləkələr var. Həmin qapının dəstəyi sökülərək açarlarla birlikdə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Evə girişdə 4 pilləli pilləkən və pilləkəndən yuxarı qalxdıqda dəhliz vardır. Dəhlizdə yerdə yanmış vəziyyətdə qızdırıcı soba vardır. Ev 1 qonaq otağı, 1 mətbəx və 2 yataq otağında ibarət olmaqla 4 otaqlıdır. Qonaq otağına baxış zamanı X8 və Zərərçəkmiş şəxs2 yanmış meyitləri yanaşı, başları otağın sağ uzaq küncünə istiqamətdə formada olmaqla döşəmənin üzərində aşkar edilmişdir. Meyitlər müayinə olunması üçün Xaçmaz RMX-nın morquna aparılmışdır. Meyitlərin aşkar edildiyi zonadan 01 ədəd yanmış vəziyyətdə markası bilinməyən, smartfon tipli mobil telefon aşkar edildi və telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qonaq otağında olan bütün əşyalar yanaraq külə dönmüşdür. Solda yerləşən yataq otağı və mətbəxə baxış zamanı orada olan əşyaların yanaraq külə dönməsi müəyyən edilmişdir. Sağda yerləşən yataq otağı isə natamam yanmış formada olmuşdur. Evdə olan X3 məxsus olması güman edilən natamam formada yanmış mayka, qonaq otağında olan natamam formada yanmış xalça və evdə olan digər əşyalardan nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Fərdi yaşayış evinin həyətinə baxış zamanı yardımçı tikilinin dam örtüyündə olan lambirinlərin yanaraq əriməsi, yerə düşməsi və fərdi yaşayış evinin pəncələrinin yanaraq yararsız vəziyyəti düşməsi aşkar olunur. Bundan başqa, fərdi yaşayış evinin darvazasından sağ tərəfdə yerləşən bir mərtəbəli yardımçı tikiliyə baxış keçirilmiş və həmin tikilidə sübut əhəmiyyətinə malik hər hansı predmet aşkar edilməmişdir. Bundan əlavə, evin tövləsinin yanından keçəyə çıxmaq üçün 01 taylı qapı vardır. Həmin qapıya baxış zamanı qapının iç və çöl tərəflərində qanabənzər ləkələrin olduğu müəyyən edilmişdir. . Həmin qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa sübut əhəmiyyətinə malik ola biləcək hər hansı predmet aşkar edilməmiş və götürülməmişdir.(cild 1, iş vərəqə 4-21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Yalama kəndində mərhum X6 məxsus fərdi yaşayış evidir. Darvazadan daxil olduqda fərdi yaşayış evi bir qədər irəlidə üzbəüz yerləşir. Ev kürsülü olmaqla bir mərtəbəlidir, çiy kərpicdən inşa edilmiş, damı taxta konstruksiyalardan quraşdırılaraq üzəri azbest şifer təbəqələri ilə üzlənmişdir. Evə kənardan baxış keçirildikdə müəyyən edilmişdir ki, evin əsas konstruktiv hissələri üzərində (divarları) dağılmalar yaranmamış, lakin dam hissənin taxta konstruksiyalarının yarıdan çox hissəsi termiki təsirdən yanaraq qalıqları evin daxilinə tökülmüşdür. Evin giriş qapısı seyf tiplidir, üzərində sınma, əyilmə və deformasiya izləri müşahidə edilmir, lakin içəri tərəfdən qapının üzərində termiki təsir izlərinin olduğu müşahidə edilir. Qapının kilidi, dəstəyi ilkin hadisə yerinə baxış keçirilən zaman müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qapının içəri tərəfdən kilidinin dəstəyi termiki təsirdən ərimiş vəziyyətə düşmüşdür. Kilidin dəstəyi ehtimal ki alüminium materialdandır. İçəriyə daxil olduqda kiçik dəhliz yerləşir. Dəhlizin tavan dam hissəsi demək olar ki, tamamilə yanmış, qalıqları döşəməyə tökülmüşdür. Dəhlizə girişdən sağ tərəfdə alüminium materialından pəncərə vardır. Pəncərənin şüşələri istiliyin təsirindən sınmış, pəncərənin özü isə bir qədər istiliyin təsirindən çölə doğru qabarmışdır. Pəncərənin alüminium materialdan olan konstruktiv hissələri üzərində demək olar ki, termiki təsirdən ərimə izləri yaranmamışdır. Dəhlizə girişdən sol tərəfdə taxta materialdan olan qapı tamamilə yanmış, yerində kömürləşmiş çərçivəsi qalmışdır. Dəhlizdən girişdə qonaq otağı yerləşir, qonaq otağının girişi ilə üzbəüz yanaşı 2 yataq otağı, qonaq otağına girişdən sağ tərəfdə isə mətbəx otağı yerləşir. Qonaq otağına baxış keçirilərkən müəyyən edilmişdir ki, burada demək olar ki, yanar və çətin yanan materiallardan olan hissələr tamamilə yanmış, otaqda T’ şəkilli divanın metal konstruktiv hissələri və televizorun metal konstrulkiv hissələri qalmışdır. Otağın tavanının yalnız bir neçə kömürləşmiş taxta atmaları qalmış, dam hissə tamamilə yanmış, otağa girişdən sol tərəfdə yerləşən və otağa girişdən sol tərəfdə üzbəüz pəncərə tamamilə yanmış, yerində çərçivələri qalmışdır. Otağın döşəmə hissəsində səthi kömürləşmələr yaranmış, lakin kürsü hissəyə doğru dağılmalar əmələ gəlməmiş, otağın daxilində sərbəst gəzmək mümkündür. Hadisə yerinə ilkin baxışa görə meyitlər qonaq otağına girişdən sol tərəfdə təxminən yanaşı olmaqla baş hissələri divana tərəf beli üstə aşkar edilmişdir. Yanğın izlərinin nisbi analizi ilə müəyyən edilir ki, dərin termiki təsir izləri və dağılmalar təxminən otağın orta hissəsində (meyitlərin aşkar edildiyi zonada) yaranmışdır. Döşəmə üzərində (meyitlərin aşkar edildiyi zonada) baxışda iştirak edən X15 bildirməsinə görə divanın qarşı tərəfində yerdə xalça sərilmişdir. Divanla üzbəüz pəncərənin qarşısında masa olmuş və masanın yanında isə oturacaqlar olmuşdur. Hazırda masa və oturacaqlar mövcud deyildir və onlar yanğın zamanı davamlı termiki təsirdən yanaraq kömürləşib yanğının sonrakı qalıqlara qarışmışdır. Qonaq otağına daxil olduqda qeyd olunan yanaşı yataq otaqlarından sol tərəfdəkinə daxil olduqda müəyyən edilmişdir ki, bu otaq yanğının yayılma zonasına aiddir. Belə ki, burada otaqda olan əşyalar yanmış, lakin tavan-dam hissədə geniş şəkildə, yəni qonaq otağında olduğu kimi dağılmalar yaranmamışdır. Burada otağa girişdən sol tərəfdə yaxın və uzaq künclərdə yerləşən çarpayılar yanmış, sol tərəfdəki çarpayının alt hissələri kömürləşmiş vəziyyətdə qalmış, sağ tərəfdəki çarpayı İsə tamamilə yanaraq itmişdir. Bu otağın döşəməsində səthi kömürləşmələrin yaranmasına baxmayaraq kürsü hissəyə doğru dağılmalar yaranmamış və otaqda sərbəst gəzmək mümkündür. Bu otağın pəncərəsi tamamilə yanmış, yerinə çərçivəsi qalmışdır. Həmin otağın qonaq otağına açılan qapısı mövcud deyildir. Qapı tamamilə yanmış, yerində qismən çəçivəsinin qalıqları qalmışdır. Bu otaqla yanaşı otağa baxış keçirildikdə müəyyən edildi ki, burada yanğın izləri yalnız tavanın qonaq otağına tərəf olan hissələrində yaranmışdır. Otağın digər sahələrində isə yanğın izləri yaranmamışdır. Həmin otağa baxış keçirdikdə müəyyən vəziyyətdə olduğunu aşkar etmişdir. Hazırda otaqdakı dolabların siyirmələrin daxili yanğından sonraki qalıqlarla (tavandan tökülmüş kömürləşmiş hissələrlə) dolmuş vəziyyətdədir. Həmin otağın giriş qapısı ilə üzbəüz istiqamətdə yerləşən dolabın siyirməsinə baxış zamanı üzərində qana bənzər ləkələr olan 01 ədəd “Samsung” etiketli kağız, 01 ədəd “Samsung" kitabçası, 02 ədəd "xxxx" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı və 01 ədəd polietilen fayl aşkar edilmiş və həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Faina Məclumovanın iştirakı İlə həmin otaqda pul və zinət əşyalarının axtarışı aparılmış, lakin onların özü və yaxud qalıqları aşkar edilməmişdir. Bununla yanaşı, Faina Məclumovanın iştirakı ilə əvvəl baxış keçirilən yataq otağında da, pul və zinət əşyalarının saxlanılması ehtimal olunan hissələrinə baxış keçirildi və qeyd edildiyi kimi onların özünü və yaxud qalıqları aşkar edilməmişdir. Mətbəxin giriş qapısı tamamilə yanmış, otağa girişdə sol divarın qarşısında yerləşən divan tamamilə yanmış, lakin divanla üzbəüz mətbəx mebelinin üzəri səthi kömürləşmişdir. Mebelə bitişik vəziyyətdə olan soyuducunun gövdəsi isə termiki təsirə məruz qalaraq bir qədər deformasiyaya uğramışdır. Qeyd olunan divan yerləşən zonaya ətraflı baxış keçirdikdə müəyyən edilmişdir ki, divanın söykənəcək hissəsində mənbə konusunu xarakterizə edən əlamətlər yaranmışdır və konusun zirvəsi təxminən divanın söykənəcək hissəsinə düşür. Divan yerləşən zona ilə qonaq otağında dərin termiki dağılmalar yaranmış zona demək olar ki, bir-birinə müstəqil və əlaqəsiz xarakter daşıyır. Belə ki, mətbəxdə yerləşən divanın yuxarı proyeksiyasında, yəni tavan hissədə dağılmalar yalnız divanın yerləşdiyi zonanı əhatə edir. Baxış zamanı qonaq otağında dərin termiki dağılmalar yaranmış zonada (meyitlərin aşkar edildiyi divanın qarşısında döşəmə səviyyəsində) və mətbəx otağında divanın yerləşdiyi zonada hər hansı istilik ixrac edə bilən texniki qurğu və ya onların qalıqları aşkar edilməmişdir. Evə girişdə yuxarıda qeyd olunan kiçik dəhlizdə zavod istehsalı ilə hazırlanmış qaz sobası aşkar edilmişdir. Öyrənildikdə müəyyən edilmişdir ki, həmin qaz sobası qonaq otağından girişdə sol tərəfdə divarın qarşısında yerləşmiş və soba yanğın söndürənlər tərəfindən çıxarılaraq dəhlizə qoyulmuşdur. Əhəmiyyət kəsb etdiyindən qonaq otağında divan yerləşən zonadan, divanın qarşısında döşəmə üzərində meyitlərin aşkar edildiyi zonadan, qonaq otağına girişdən üzbəüz sol tərəfdə yerləşən yataq otağının daxilində çarpayılar yerləşən zonadan və mətbəx otağında divan yerləşən zonadan yanğından sonrakı qalıqlardan fiziki kimyəvi tədqiqatın aparılması üçün nümunələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla yanaşı yanğından sonrakı qalıqların arasından qonaq otağına və mətbəx otağına aid olan elektrik xətlərinin yanmış qalıqlarından da elektrotexniki tədqiqatın aparılması üçün nümunələr götürüldü. Bundan əlavə, evin sol tərəfində yerləşən yataq otağında 01 ədəd yanmış vəziyyətdə markası bilinməyən, smartfon tipli mobil telefon aşkar edilmiş və həmin telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 47-69) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş X2 meyitinə baxış keçirilməsi haqqında 10 aprel 2023- cü il tarixli protokoldan görünür ki, yanıq fonunda meyitin bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Meyitdən 01 ədəd bud sümüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 22-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş X7 meyitinə baxış keçirilməsi haqqında 10 aprel 2023- cü il tarixli protokoldan görünür ki, yanıq fonunda meyitin bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. Meyitdən 01 ədəd bazu sümüyü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1, iş vərəqə 30-33) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkilli X23 təqdim etdiyi 02 ədəd pambığın üzərində qanabənzər ləkələr vardır. X33 xx.xx.2023-cü il tarixdə saat 02 radələrində X3 məxsus Xaçmaz rayonu Yalama kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında FHN-nin əməkdaşları gəlməmişdən əvvəl həmin ünvana getdiyini, evin darvazasının sol tərəfindəki qapıdan daxil olduqda beton döşəmənin üzərində qanabənzər ləkələrdən ibarət gölməçənin olduğunu, qanabənzər ləkələrin silinməməsi üçün həmin qanabənzər ləkələrə təqdim olunan pambıqları hopduraraq 02 ədəd nümunə götürdüyünü bildirmişdir. Qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v. 131-132) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd üzüyə bənzər predmetə baxış keçirilmişdir. Təqdim edilmiş 01 ədəd üzüyə bənzər predmet gümüşü rəngli olmaqla dairəvi formadadır. Təqsirləndirilən şəxs həmin predmeti hadisə zamanı Zərərçəkmiş şəxs2 və Aslan Tariverdiyevə məxsus fərdi yaşayış evinin qonaq otağındakı şkafda olan qabın içərisindən götürdüyünü, həmin predmetin qırmızı qaşlı üzük olduğunu, hadisədən sonra üzüyü çəkiclə döyərək əzdiyini bildirmişdir. Qeyd olunan predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 5, i.v. 68-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərə baxış keçirilməsi haqqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə əlavə baxış zamanı aşkar edilərək götürülmüş, üzərində qan ləkələri olan 01 ədəd “Samsung” etiketli kağız, 01 ədəd “Samsung” kitabçası, 02 ədəd "xxxx" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı və 01 ədəd polietilen fayla Xaçmaz rayon prokurorluğunda baxış keçirilmişdir. AA 618322 nömrəli torpaq sahəsinin plan və ölçüsü Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən X19 mülkiyyətində olan 1.1038 ha torpaq sahəsinə aiddir. 02 ədəd "xxxx" ödəniş çekinin hər biri xx.xx.2020-ci il tarixli olmaqla Zərərçəkmiş şəxs2 tərəfindən notarius rüsumu kimi X11 “Kapital Bank" ASC-də olan AZ78AİİB******************** nömrəli bank hesabına 143.75 və 18 manat məbləğlərində pul vəsaitinin ödənilməsi ilə bağlıdır. 01 ədəd “Samsung" etiketli kağız, 01 ədəd “Samsung” kitabçası isə paltaryuyan maşına aid sənədlərdir.(cild 3, i.v. 111-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əşyaya baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokoldan görünür ki, X15 təqdim etdiyi zinət əşyaları və əskinazlara baxış keçirilmişdir. X36 rayonu, Yalama kəndində yerləşən valideynlərinə məxsus fərdi yaşayış evində təmizlik işləri görən zaman evin sağ tərəfində yerləşən yataq otağından 04 ədəd üzük, 01 ədəd boyunbağı, C34686127, C95914968, A26819882, A27608604, A08093138, A55431952 seriya nömrəli 6 ədəd yarım yanmış vəziyyətdə olan 100 manatlıq əskinas, 2 ədəd seriya nömrəsi bilinməyən 100 manatlıq əskinası, yarım yanmış vəziyyətdə olan 5000-lik Rus rublu tapdığını bildirmişdir. Əşyalara baxış zamanı təqdim edilən zinət əşyalarının yanaraq qaraldığı və pul əskinasların isə yanaraq yararsız vəziyyətə düşməsi aşkar olundur. Qeyd olunan predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 4, i.v. 16-17) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Diskdə “Whatsapp video” adlı fayl vardır. “2023-01-06- 15-07- 49_**********99_**********13” faylının ölçüsü 15.4 MB-dır. Həmin fayla daxil olduqda faylın 2 dədiqə 2 saniyədən ibarət video olduğu müəyyən edilmişdir. İştirakçı Şahid2 həmin video görüntünün FHN-nın əməkdaşları hadisə yerinə gəlməmişdən əvvəl kənd camaatından bilmədiyi bir şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alındığını, videonun kənd camaatı arasında yayıldığını, həmin videonu hazırda xatırlamadığı bir şəxsin ona göndərdiyini və videoda yanan evin X3 məxsus olduğunu bildirmişdir. Video görüntünün 46-50-ci saniyələrdə evin darvazasından daxil olduqda beton döşəmənin üzərində qanabənzər ləkələrin olduğu görünür. Fərdi yaşayış evinin qapısı açıq vəziyyətdədir. Video görüntüdə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər məlumat aşkar edilməmişdir. Təqdim olunan 01 ədəd CD disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.(cild 1, i.v. 207-208) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Diskdə “Whatsapp video” adlı fayl vardır. “2023-01-06- 15-07- 49_**********99_**********13” faylının ölçüsü 15.4 MB-dır. Həmin fayla daxil olduqda faylın 2 dədiqə 2 saniyədən ibarət video olduğu müəyyən edilmişdir. İştirakçı Şahid2 həmin video görüntünün FHN-nın əməkdaşları hadisə yerinə gəlməmişdən əvvəl kənd camaatından bilmədiyi bir şəxs tərəfindən mobil telefon vasitəsilə qeydə alındığını, videonun kənd camaatı arasında yayıldığını, həmin videonu hazırda xatırlamadığı bir şəxsin ona göndərdiyini və videoda yanan evin X3 məxsus olduğunu bildirmişdir. Video görüntünün 46-50-ci saniyələrdə evin darvazasından daxil olduqda beton döşəmənin üzərində qanabənzər ləkələrin olduğu görünür. Fərdi yaşayış evinin qapısı açıq vəziyyətdədir. Video görüntüdə iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər məlumat aşkar edilməmişdir. Təqdim olunan 01 ədəd CD disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. ( cild 1, iş vərəqə 207-208) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Həmin diskin üzərində “BİNGO” sözü və ”2193-2023” rəqəmləri yazılmışdır. Diskdə 33 ədəd “rar” formatlı faylın olduğu görünür. Diskdə olan “55-3935038-v_J**********49.zip” adlı fayla baxış zamanı təqsirləndirilən şəxs Şahid18 Ramin oğlunun istifadəsində olmuş 070-997- 29-98 mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:00:16 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edilmiş, lakin danışıq qeydə alınmamışdır. Baxış zamanı yuxarıda qeyd olunan məlumatdan başqa, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar olunmamışdır. (cild 5, i.v. 231) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, AZF/LGL-6487/23 nömrəli məktubla göndərilmiş 1 ədəd diskə’ baxış keçirilmişdir. Diskdə 01 ədəd “Erazi_Uzre_Melumatlar **********0001 NAR_4764” adlı, “pdf’ formatlı fayl vardır. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarix saat 22:00-dan xx.xx.2023cü il tarix saat 02:00-dək Xaçmaz rayonu Yalama kəndi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus antenlərin əhatə dairəsinə daxil olduğu müəyyən edilmişdir. (cild 5, i.v. 235) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş 1 ədəd “3979-2023" nömrəli diskə baxış keçirilmişdir. Diskdə olan “50-3897639- lok_**********979” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarix saat 18:44:18 radələrindən xx.xx.2023-cü il tarix saat 11:53:13 radələrinədək Xaçmaz rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olduğu müəyyən edilmişdir. “50-3897639- v_**********132.txt” adlı fayla baxış zamanı Şahid17 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 00:12:42, saat qeydə alınmadığı müəyyən edilmişdir. “70-9972998-lok_**********482.zip” adlı tayla baxış • zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-997- 29-98 mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarix saat 19:23:39 radələrindən xx.xx.2023-cü il tarix saat 11:49:00 radələrinədək Xaçmaz rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olduğu aşkar olunmuşdur. “70-9972998-v_**********153.zip" adlı fayla baxış zamanı təqsirləndirilən şəxs Şahid18 Ramin oğlunun istifadəsində olmuş 070-997- 29-98 mobil telefon nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 19:00:16 radələrində Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edildiyi, lakin danışığın qeydə alınmadığı müəyyən edilmişdir. (cild 6, i.v. 189) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd “11896” nömrəli diskə baxış keçinilmişdir. Diskdə olan “Zenglerin_Detallasmasi___**********1043_____ 709972998” adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2023-cü il saat 19:23:46 radələrindən xx.xx.2023-cü il 12:22:42 radələrinədək Xaçmaz rayonu ərazisində yerləşən antenlərin əhatə dairəsində olduğu aşkar edilmişdir. (cild 7, i.v. 13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid17 təqdim etdiyi 01 ədəd mobil telefona baxış keçirilmişdir. Şahid17 istifadəsində olan mobil telefon “Honor X7" markalıdır. Telefonun zənglərinə baxış keçirilərkən Sevda Ağaxanovun xx.xx.2023-cü il tarixdə saat 00:11-də, saat 00:12-də və saat 00:30-da ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə zəng olunmuş, lakin danışıq qeydə alınmamışdır. Şahid17 ***-***-**-** mobil telefon nömrəsinin əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir.(cild 5, i.v. 193) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş internet ünvanına baxış keçirilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Mərkəzi Bankının “cbar.az” rəsmi web saytına baxış keçirilmiş və 1 Rusiya rublunun kursunun xx.xx.2023-cü il tarixdə 0.0209 AZN təşkil etdiyi müəyyən edilmişdir. (cild 7, iş vərəqə 37) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 11 may 2023-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarət - bütün bədənin İV dərəcəli həyati termiki yanığı vardır. Yuxarıda qeyd olunan xəsarət ümumi bədən səthinin 100 %-ni əhatə edən İV dərəcəli termiki yanıq yüksək temperaturun (alovun) təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb ümumi bədən səthinin lll-İV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10- 14 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda 0,9 %o-li qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə aiddir, karbolsihemoqlobin aşkar edilməmişdir. (Cild 4, i.v. 34-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 aprel 2023-cü il tarixli, 22 nömrəli rəyindən görünür ki, A.B.Tariverdiyevin bədən səthində aşağıdakı xəsarət - bütün bədənin İV dərəcəli həyati termiki yanığı vardır. Yuxarıda qeyd olunan xəsarət ümumi bədən səthinin 100 %-ni əhatə edən İV dərəcəli termiki yanıq yüksək temperaturun (alovun) təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. A.B.Tariverdiyevin ölümünə səbəb ümumi bədən səthinin ll-lll-İV dərəcəli termiki yanığı nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-16 saat əvvələ uyğun gəlir. A.B.Tariverdiyevin meyitindən götürülmüş qanda karbolsihemoqlobin aşkar edilmişdir. (cild 4, i.v. 57-58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 29 iyun 2023-cü il tarixli, 335 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sağ əlin ikinci barmağının kəsilmiş yarası iti kənarlı və ya iti uclu kəsici əşyanın təsirindən törənməklə, qərarda qeyd olunan müddət və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmaya xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 6, i.v. 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/294R nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olduğu ehtimal edilən meyit, 99.99% ehtimalla X15 bioloji anası Zərərçəkmiş şəxs2 məxsusdur. X3 məxsus olduğu ehtimal edilən meyit, 99.99% ehtimalla X15 bioloji atası X3 məxsusdur. 02 ədəd tənzif tampon, 02 ədəd pambıq tampon, 05 ədəd kağız, 01 ədəd polietilen fayl, 01 ədəd evin giriş qapısının dəstəyi və 03 ədəd açar üzərində aşkar edilmiş qanabənzər ləkələr insan mənşəli qan nümunələridir. Evin giriş qapısının solunda aşkar edilmiş 01 ədəd və evin giriş darvazasının sol tərəfindəki qapıdan daxil olduqdan sonra döşəmədə aşkar edilmiş 02 ədəd qan nümunəsi X3 məxsusdur. 01 ədəd evin giriş qapısının dəstəyi və 03 ədəd açar üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs2 məxsusdur. Tövlənin yanındakı qapıda, 01 ədəd “Samsung" etiketli kağız, 01 ədəd “Samsung” kitabçası, 02 ədəd "xxxx" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı və 01 ədəd polietilen fayl üzərində aşkar edilmiş qan nümunələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur.(cild 3, i.v. 8-17) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə-genetik ekspertizasının 01 avqust 2023-cü il tarixli, 23/625R nömrəli rəyindən görünür ki, X2 və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində evin qonaq otağında yanaraq ölmələri faktı ilə əlaqədar, Xaçmaz rayon prokurorluğunun 11 aprel 2023-cü il tarixli qərarı ilə tədqiqata təqdim edilmiş - tövlənin yanındakı qapıda, 01 ədəd “Samsung” etiketli kağız üzərində, 01 ədəd “Samsung” kitabçası üzərində, 02 ədəd "xxxx" ödəniş çeki üzərində, 01 ədəd torpaq sahəsinin planı üzərində və 01 ədəd polietilen fayl üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. (cild 6, i.v. 257-261) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 aprel 2023-cü il tarixli, 6/2165 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 və 5 №-li Obyektlərdə (“Hadisə yerinə baxış zamanı meyitlərin aşkar edildiyi zonadan götürülmüş nümunələr” və “Hadisə yerinə baxış zamanı götürülmüş nümunələr") neft məhsullarına məxsus izlər vardır.(cild 2, i.v. 22-23) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının 11 may 2023-cü il tarixli, 10/2416 nömrəli rəyindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndində X3 məxsus fərdi yaşayış evində yanğın izlərinin nisbi xarakterinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi fərdi yaşayış evinin daxilində iki hissədə müstəqil və əlaqəsiz zonalarda, yəni onlardan biri qonaq otağının daxilində təxminən orta hissədə, digəri isə mətbəx otağının daxilində divan yerləşən hissədə olmuşdur. Yanğın neft məhsullarının odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə fərdi yaşayış evinin daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaradılması nəticəsində baş vermişdir. (cild 3, i.v. 222-224) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/3537 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən X8 və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 19416 manat təşkil edir. (cild 6, i.v. 79-80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyul 2023-cü il tarixli, 9/4369 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 11550 manat müəyyən edilir. Qərarda göstərilən 18 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli və s) olmadığından onların qiymətləndirilməsi mümkün deyil. Qiymətlədirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(cild 6, i.v. 97-100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəməəmttəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/3734-9/5227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) Cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən istifadəyə qismən yararlı olan məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 891,00 manat, həmin məmulatların istifadəyə yararlı vəziyyətdə modeli və əyar göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1323,00 manat müəyyən edilməklə dəymiş ziyanın ümumi məbləği 432,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 1-də göstərilmişdir. (cild 6, i.v. 239-240) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon-kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 1929 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Belə qənaətə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməsini əvvəlcədən planlaşdırmış, hadisədən öncəki dövrdə Zərərçəkmiş şəxs2 götürdüyü borc pulu ödəyə bilməməsi, buna görə həmin ödənişdən yaxa qurtarmaq istəməsi törətdiyi əməl zamanı onun davranışlarını motivasiya etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 6, i.v. 232-235) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. ( cild 6, iş vərəqə 110-111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RlHB-nin Yalama kənd üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. ( cild 6, iş vərəqə 58) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X32 və xx.xx.2023-cü il təvəllüdlü X20 adlı 02 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, BKC/LGL-7983/23 nömrəli məktubundan görünür ki, 055:393-50-38 saylı mobil nömrənin 10 aprel 2023-cü il tarixə olan satış qiyməti 2 AZN təşkil edir. (cild 4, i.v. 266) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-11897/23 nömrəli məktubun surətindən görünür ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin satış dəyəri 5 AZN təşkil edir. (cild 7, i.v. 49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RlHB-nin Yalama kənd üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 29 nömrəli məktubdan görünür ki, Aslan Tariverdiyev və Rumayə Tariverdiyevanın yaşamış olduqları ev Yalama lƏDin Yalama kəndinin “Aşağı qəsəbə" adlanan ərazisində yerləşir və orada küçə adları mövcud deyildir. (cild 6, i.v. 161) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1963-cü il tarixdə Qusar rayonu, Yalama kəndində doğulmuşdur. ( cild 1, iş vərəqə 29) Cinayət işinin materiallarından görünür ki, 925 əyarlı, gümüş metaldan olan, ümumi dəyəri 35 manat olan, gümüşü rəngli, əzilərək deformasiyaya uğramış vəziyyətdə 01 ədəd məmulat hissəsi, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 155 manat olan, üzərində rəngsiz şəffaf qaşlar olan halqalı formalı, termiki təsirə məruz qalmış, sarı rəngli 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 360 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 200 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi dəyəri 01 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış 01 ədəd üzük, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 140 manat olan, qulaqcığında “585" damğası və üzərində rəngsiz şəffaf qaşları, qırılaraq iki hissəyə ayrılmış vəziyyətdə 01 ədəd boyunbağı 31 avqust 2023-cü il tarixli qərarla, 10 aprel 2023-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş evin giriş darvazasının solundakı qapıda olan qan nümunəsi, 01 ədəd qapı dəstəyi və 03 ədəd açar, tövlənin yanındakı qapıda olan qan nümunəsi, Aslan Tarıverdiyev və Zərərçəkmiş şəxs2 meyitlərinin aşkar edildiyi zonada olan yanğından sonrakı qalıq nümunələri, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, 10 aprel 2023-cü il tarixdə hadisə yerinə əlavə baxış zamanı götürülmüş evin qonaq otağında divan yerləşən zonada, divanın qarşısında döşəmə üzərində meyitlərin aşkar edildiyi zonada, qonaq otağına girişdən üzbəüz sol tərəfdə yerləşən yataq otağının daxilində çarpayılar yerləşən zonada və mətbəx otağında divan yerləşən zonada olan yanğından sonrakı qalıq nümunələri, 01 ədəd “Samsung” etiketli kağız, 01 ədəd “Samsung" kitabçası, 02 ədəd “Kapital Bank" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı, 01 ədəd polietilen fayl, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, 10 aprel 2023-cü il tarixdə Aslan Tariverdiyevin meyitinə baxış zamanı götürülmüş 01 ədəd bud sümüyü, 10 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı götürülmüş 01 ədəd bazu sümüyü, fərdi yayış evinin giriş darvazasının sol tərəfindəki qapıdan daxil olduqdan sonra döşəmədən götürülmüş 02 ədəd qan nümunəsi, 18 may 2023-cü il tarixdə X15 təqdim etdiyi C34686127, C95914968, A26819882, A27608604, A08093138, A55431952 seriya nömrəli 6 ədəd yarım yanmış vəziyyətdə olan 100 manatlıq əskinas, 2 ədəd seriya nömrəsi bilinməyən 100 manatlıq əskinas, yarım yanmış vəziyyətdə olan 5000-lik Rus rublu 23 sentyabr 2023-cü il tarixli qərarla, Şahid2 tərəfindən təqdim olunmuş 01 ədəd CD disk, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş “2193- 2023” nömrəli 01 ədəd CD disk, Azerfon” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, AZF/LGL- 6487/23 nömrəli məktubla göndərilmiş 01 ədəd CD disk, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən göndərilmiş “3979-2023” nömrəli 01 ədəd CD disk və "xxxx" MMC tərəfindən göndərilmiş “11896” nömrəli 01 ədəd CD disk 12 oktyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış, pul əskinasları ilə CD disklər cinayət işinin materiallarına əlavə edilmiş, 01 ədəd məmulat hissəsi, 04 ədəd üzük, 01 ədəd boyunbağı saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə, digər predmetlər isə saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 6, iş vərəqə 248-249, cild 7, iş vərəqə 132-134) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016- cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub- pozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə, yəni Zərərçəkmiş şəxs2 hadisə zamanı onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra üzərinə bıçaqla hücum etdiyinə, bu zaman sonuncunun əlindən bıçağı alaraq şok vəziyyətində zərərçəkmiş şəxsləri bıçaqladığına, hadisə yerini tərk edərkən zərərçəkmiş şəxslərə məxsus hər hansı əşyam götürmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəlsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini başqa cinayəti ört-basdır etmək məqsədi ilə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, iki nəfər zərərçəkmiş şəxsin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla, başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədilə, quldurluq ilə əlaqədar qəsdən öldürməsi, habelə yaşayış sahəsinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zərərəçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxslərin həyat və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etməsi, yandırmaqla, xeylı miqdarda ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etməsi kimi işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3 və 186.2.2-ci maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə görə isə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3 və 186.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarını həbsxanada çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzalarının həbsxanada çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 28 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 26 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 5, i.v. 7, 25, 104-105, 109-110, 140-142). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan – 925 əyarlı, gümüş metaldan olan, ümumi dəyəri 35 manat olan, gümüşü rəngli, əzilərək deformasiyaya uğramış vəziyyətdə 01 ədəd məmulat hissəsi, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 155 manat olan, üzərində rəngsiz şəffaf qaşlar olan halqalı formalı, termiki təsirə məruz qalmış, sarı rəngli 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 360 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 200 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi dəyəri 01 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış 01 ədəd üzük, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 140 manat olan, qulaqcığında “585” damğası və üzərində rəngsiz şəffaf qaşları, qırılaraq iki hissəyə ayrılmış vəziyyətdə 01 ədəd boyunbağı zərərçəkmiş şəxslərin hüquqi varisinə qaytarılmalıdır. Həmçinin, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş evin giriş darvazasının solundakı qapıda olan qan nümunəsi, 01 ədəd qapı dəstəyi və 03 ədəd açar, tövlənin yanındakı qapıda olan qan nümunəsi, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, evin qonaq otağında divan yerləşən zonada, divanın qarşısında döşəmə üzərində meyitlərin aşkar edildiyi zonada, qonaq otağına girişdən üzbəüz sol tərəfdə yerləşən yataq otağının daxilində çarpayılar yerləşən zonada və mətbəx otağında divan yerləşən zonada olan yanğından sonrakı qalıq nümunələri, fərdi yaşayış evinin giriş darvazasının sol tərəfindəki qapıdan daxil olduqdan sonra döşəmədən götürülmüş 02 ədəd qan nümunəsi məhv edilməli, 01 ədəd “Samsung” etiketli kağız, 01 ədəd “Samsung” kitabçası, 02 ədəd "xxxx" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı, 01 ədəd polietilen fayl, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, C34686127, C95914968, A26819882, A27608604, A08093138, A55431952 seriya nömrəli 06 ədəd yarım yanmış vəziyyətdə olan 100 manatlıq əskinas, 02 ədəd seriya və nömrəsi bilinməyən 100 manatlıq əskinas, yarım yanmış vəziyyətdə olan 01 ədəd 5000-lik Rus rublu zərərçəkmiş şəxslərin hüquqi varisinə qaytarılmalı, Aslan Tarıverdiyev və Zərərçəkmiş şəxs2 meyitlərinin aşkar edildiyi zonada olan yanğından sonrakı qalıq nümunələri, Aslan Tariverdiyevə məxsus 01 ədəd bud sümüyü, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd bazu sümüyü dəfn olunması üçün zərərçəkmiş şəxslərin hüquqi varisinə təhvil verilməli, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 547 (beş yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələri ilə ömürlük, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 il 06 ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3 və 186.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları, ona Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunması yolu ilə üzərində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs əfv qaydasında müraciət etmək etmək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsində saxlanılan – 925 əyarlı, gümüş metaldan olan, ümumi dəyəri 35 manat olan, gümüşü rəngli, əzilərək deformasiyaya uğramış vəziyyətdə 01 ədəd məmulat hissəsi, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 155 manat olan, üzərində rəngsiz şəffaf qaşlar olan halqalı formalı, termiki təsirə məruz qalmış, sarı rəngli 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 360 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, 583/585 əyarlı, qızıl materialdan olan, ümumi dəyəri 200 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış vəziyyətdə 01 ədəd üzük, qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi dəyəri 01 manat olan, qırmızımtıl rəngli, termiki təsirə məruz qalmış 01 ədəd üzük, 583/585 əyarlı, qızıl metaldan olan, ümumi dəyəri 140 manat olan, qulaqcığında “585” damğası və üzərində rəngsiz şəffaf qaşları, qırılaraq iki hissəyə ayrılmış vəziyyətdə 01 ədəd boyunbağı zərərçəkmiş şəxslərin hüquqi varisinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş evin giriş darvazasının solundakı qapıda olan qan nümunəsi, 01 ədəd qapı dəstəyi və 03 ədəd açar, tövlənin yanındakı qapıda olan qan nümunəsi, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, evin qonaq otağında divan yerləşən zonada, divanın qarşısında döşəmə üzərində meyitlərin aşkar edildiyi zonada, qonaq otağına girişdən üzbəüz sol tərəfdə yerləşən yataq otağının daxilində çarpayılar yerləşən zonada və mətbəx otağında divan yerləşən zonada olan yanğından sonrakı qalıq nümunələri, fərdi yaşayış evinin giriş darvazasının sol tərəfindəki qapıdan daxil olduqdan sonra döşəmədən götürülmüş 02 ədəd qan nümunəsi məhv edilsin, 01 ədəd “Samsung” etiketli kağız, 01 ədəd “Samsung” kitabçası, 02 ədəd "xxxx" ödəniş çeki, 01 ədəd torpaq sahəsinin planı, 01 ədəd polietilen fayl, 01 ədəd markası bilinməyən, yanmış vəziyyətdə olan, smartfon tipli mobil telefon, C34686127, C95914968, A26819882, A27608604, A08093138, A55431952 seriya nömrəli 06 ədəd yarım yanmış vəziyyətdə olan 100 manatlıq əskinas, 02 ədəd seriya və nömrəsi bilinməyən 100 manatlıq əskinas, yarım yanmış vəziyyətdə olan 01 ədəd 5000-lik Rus rublu zərərçəkmiş şəxslərin hüquqi varisinə qaytarılsın, Aslan Tarıverdiyev və Zərərçəkmiş şəxs2 meyitlərinin aşkar edildiyi zonada olan yanğından sonrakı qalıq nümunələri,Aslan Tariverdiyevə məxsus 01 ədəd bud sümüyü, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd bazu sümüyü dəfn olunması üçün zərərçəkmiş şəxslərin hüquqi varisinə təhvil verilsin, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 547 (beş yüz qırx yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar