Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-394/2024 08.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, X2, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1978-ci ildə ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 67A-da qeydiyyatda olan və ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış xx.xx.2023-cü il tarixdə internet vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan Samir adlı İran İslam Respublikası vətəndaşının 2500 manat müqabilində Bakı şəhəri ərazisində istintaqa məlum olmayan yerdə qoyduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda çəkisi 3,023 qram, 48,157 qram, ümümi çəkisi 51,180 qram olan külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına daxil olan 01 ədəd bükümdə çəkisi 61,702 qram olan külli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 7,230 qram çəkidə tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 02 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində qəhvəyi rəngli dairəvi formalı F/M 40 yazı əlavəli ümumilikdə 20 ədəd 40 mq çəkidə olan təsiredici maddəsinin ümumi miqdarı - 0,8 qram olan həblər metadon tərkibli dərman preparatını götürüb satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, dalan 8, bina 7-də yerləşən 52 nömrəli mənzilə daşıyıb, həmin qeyd edilən 1 bükümdə ümumi 61,702 qram çəkidə narkotik vasitə heroini, 1 bükümdə ümumi 48,157 qram çəkidə psixotrop maddə metamfetamini və 02 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda dərman preparatını həmin mənzildə, 1 bükümdə ümumi 3,023 qram çəkidə psixotrop maddə metamfetamini, 1 bükümdə 7,230 qram çəkidə narkotik vasitə tiryəki isə üzərində saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 19:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində saxlanılaraq Abşeron RPİ-yə gətirilib həmin tarixdə saat 20:05-dən saat 20:16-ə kimi orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 3,023 qram çəkidə kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 7,230 qram çəkidə tünd qəhvəyi rəngli qətranabənzər kustar üsula hazırlanmış narkotik vasitə tiryək və əməliyyat tədbirinin davamı kimi həmin gün saat 21:10-dan saat 21:23-ə kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağında olan taxta konstruksiyalı dolabın siyirməsindən bir ədəd bükümdə 61,702 qram çəkidə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 48,157 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd üzərində “Methadone-40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində qəhvəyi rəngli dairəvi formalı F/M 40 yazı əlavəli ümumilikdə-20 ədəd 40 mq çəkidə təsiredici maddəsinin ümumi miqdarı -0,8 qram olan həblər metadon tərkibli dərman preparatı və 01 ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kirayə əsasında yaşayırdı. Bir gün evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlmişlər. Onun yaşadığı evdə 2 ədəd metadon həbləri, tiryək və tərəzi aşkar olunmuşdur. Həmçinin qızılı rəngli tərəzisi olmuşdur. Həmin tərəzi köhnə vaxtdan qalmışdı. Tərəzinin evə nə cür gətirildiyini bilməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan digər növdə narkotik vasitələr və psixotrop maddələr yaşadığı evdə olmamışdır. Bundan əlavə, onun polis əməkdaşları tərəfindən küçədə saxlanıldığı qeyd olunmuşdur. Polis əməkdaşları onu 10 aprel 2023-cü il tarixdə təxminən saat 16:00-16:30 radələrində küçədə deyil, yaşadığı evdə saxlamışlar. O, ümumiyyətlə, narkotik istifadəçisi olmuşdur. Hətta, son zamanlarda həblərdən də istifadə etmişdir. Həbləri Bakı şəhərində yerləşən “Kubinka” adlanan məhəllədə bir şəxsdən almışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmuşdur. Polis əməkdaşları onların dedikləri ilə razılaşmayacağı halda, onu ailə üzvlərini də tutacaqları ilə hədələmişdilər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 10 aprel 2023-cü il tarixdə saat 19:05 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirib, xidməti vəsiqələrini göstərmişlər və barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra onu Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə tiryəki və bir ədəd bükümdə metamfetamini, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, bir ədəd açarı və 185 manat pulu təqdim edərək stolun üstünə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi tiryək və metamfetamin elektron tərəzidə çəkilmiş, tiryəkin çəkisi 7,90 qram, metamfetaminin çəkisi 3,60 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar və 185 manat pul isə özünə geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri internetdə tanış olduğum “Samir” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri ərazisində hazırda xatırlamadığı Bakı kəndlərindən birində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 2500 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, həmçinin Abşeron rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə heroini, bir ədəd bükümdə metamfetamini, 20 ədəd metadon həblərini, bir ədəd elektron tərəzini və bir ədəd üzərində 4169 73855681 2166 nömrəsi olan plastik bank kartını təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 66 qram, metamfetaminin çəkisi 52 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri internetdə tanış olduğu “Samir” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri ərazisində hazırda xatırlamadığım Bakı kəndlərindən birində əvvəlcədən təyin edilmiş yerdən özü istifadə etmək məqsədi ilə 2500 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, mənzildə narkotik vasitə saxlamağından heç kimin məlumatı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqləri 69-71) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 10 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsinə getmişlər. Qeyd olunan ərazidə müşahidə aparan zaman Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsə ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələri, mobil telefonu və 185 manat məbləğində pulu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələr saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, dalan 8, bina 7 ünvanında yerləşən 52 saylı mənzilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Həmin vaxt evdə bir qadın olmuşdur. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs metamfetamin növündə psixotrop maddələri, heroin növündə narkotik vasitələri və metadon həblərini təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri 2500 manat müqabilində şəxsi istifadəsi üçün Samir adlı şəxsdən aldığını bildirmişdir. Rasim Əsgər təxminən saat 19:00 radələrində saxlanılmış, saxlanılması zamanı ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri olmuşdur. Həmin gün gecə səhərədək xəstəxanada olduğu üçün evə gəlib yatmışdır. Günorta təxminən saat 15:00-16:00 radələrində səs-küy eşidib oyanmışdır. Oyandıqda Təqsirləndirilən şəxs mülki geyimli şəxslərin yerə yıxaraq əllərini arxadan bağladıqlarını görmüşdür. Təqsirləndirilən şəxs ona şkafı açıb orada olanları polis əməkdaşlarına verməyini bildirmişdir. Şkafda 2 ədəd metadon həbləri və tərəzi var idi. Polis əməkdaşları həmin vasitələri götürüb Təqsirləndirilən şəxs da aparmışlar. Şkafı axtaran şəxs isə evdə qalmışdır. Az sonra videoçəkiliş etmək üçün yenidən gəlmişlər. İkinci dəfə gəldikdə onların əllərində qutu var idi. O da onların dediklərini deməyini bildirmişlər. O, onlarla razılaşmamış, gördüklərinin onların dediklərindən fərqli olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri ona şillə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona polis əməkdaşlarının dediklərini deməyini bildirmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 8, 7 mərtəbəli apartman, mənzil 52-də yaşayır. O, 5 ildir Təqsirləndirilən şəxs ilə qeyrirəsmi ər-arvad münasibətlərində yaşayır. Təxminən 2 aydır Rasimlə Xırdalan şəhərində hazırda yaşadığı evdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Rasim yanında üç nəfər şəxslə yaşadıqları evə gəlmiş və həmin şəxslərdən iki nəfəri özünü polis əməkdaşı kimi, digər bir nəfər isə vəkil kimi təqdim etmişlər. Polis əməkdaşları mənzilə baxış keçirmək istədiklərini bildirmişlər və buna görə onun razı olub-olmamağım soruşmuşlar. O, da baxış keçirilməsi üçün heç bir etirazı olmadığını bildirmiş və razı olmağı barədəərizə yazmışdır. Baxış video çəkilişlə aparılmış və baxış zamanı polis əməkdaşı Rasimə evdə saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsini bildirmişlər. Rasim də mənzilin qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən qutunun içində olan maddələri təqdim edib, həmin maddələrin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün 1 gün əvvəl Bakı şəhərində tanımadığı Samir adlı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları qutuya baxış keçirmişlər və iki ədəd sellofan büküm, 2 üst dərman preparatı və bir ədəd elektron tərəzi götürmüşlər. Götürülmüş bükümlər, həblər və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Rasim polis əməkdaşları ilə evdən çıxıb getmişdir. (Cild 1, iş vərəqləri 110-111) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq Şahid2 ifadəsindən görünür ki, o digər Şahid1la oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 140- 142) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 29-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, dalan 8, 7 nömrəli apartmanda yerləşən 52 nömrəli mənzilə keçirilən baxış zamanı qonaq otağında olan taxta konstruksiyalı dolabın siyirməsindən 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd üzərində “Methadone-40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində qəhvəyi rəngli dairəvi formalı F/M 40 yazı əlavəli ümumilikdə-20 ədəd həblər metadon tərkibli dərman preparatı və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 36-37) “Şəxsi axtarış və götürmə aparılması haqqında” “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” 10 aprel 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və yaşadığı evə baxış keçirilən zaman protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2110 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və 1 elektron tərəzi; şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, Müdafiəçi -imza, iştirakçı-imza, təhq. Y.Vahabov- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 48,157 qram olan ağ rəngli kristallardan ibarət madəllər kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi- 61,702 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustyar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 ədəd üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində qəhvəyi rəngli dairəvi formalı F/M 40 yazı əlavəli ümumilikdə-20 ədəd həblər metadon tərkibli dərman preparatıdır və 20 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,8 qramdır; 01 ədəd elektron tərəzinin üzərində heroiııin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroiııin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ; şübhəli şəxs: Təqsirləndirilən şəxs- imza, Müdafiəçi-imza, iştirakçı-imza, təhq. Y.Vahabov imza..., yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 əıdəd bükümdə təmiz çəkisi- 3,023 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi- 7,230 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi- 51,180 qram olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 44-49) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 4288 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 150-151) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı yerdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 61,602 qram narkotik vasitə heroin, 50,980 qram psixotrop maddə metamfetamin, 7,130 qram narkotik vasitə tiryək, 0,8 qram-18 ədəd metadon tərkibli dərman preparatı, 01 ədəd üzərində heroin, metamfetamin izləri olan elektron tərəzi və 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yernə təhvil verilmişdir. Həmçinin 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 267-278) Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması, yaşadığı evdə saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, həmçinin Şahid3 polis əməkdaşlarının evə iki dəfə gəlməsi, onlar tərəfindən təzyiqə uğraması nəticəsində ifadə verməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları şahidin təqsirləndirilən şəxslə yaxın münasibətlərdə olmasına görə onun mənafeyinə ifadə verməsi ilə izah edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. (Cild 1, iş vərəqləri 104-106) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 09 avqust 2023-cü il tarixli və 08 noyabr 2023-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməklə hesab edir ki, 01 ədəd tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 61,602 qram narkotik vasitə heroin, 50,980 qram psixotrop maddə metamfetamin, 7,130 qram narkotik vasitə tiryək, 18 ədəd metadon tərkibli dərman preparatı, 01 ədəd üzərində heroin məhv edilməli, 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 143 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 61,602 qram narkotik vasitə heroin, 50,980 qram psixotrop maddə metamfetamin, 7,130 qram narkotik vasitə tiryək, 18 ədəd metadon tərkibli dərman preparatı məhv edilsin, 01 ədəd “Samsung Galaxy A13” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-394/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-394/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver