Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-395/2023 21.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 945,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış. 05 oktyabr 2022-ci il tarixdə, saat 23:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən X2 yaxınlığında saxlanılıb polis idarəsinə gəıirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə 945,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əlindəki qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni Sumqayıtda yaşayan Samir adlı şəxsdən uzun müddət istifadə etmək üçün bir az çox miqdarda- 300 qram almışdır. Sumqayıtda parkda tutulmuş, polis əməkdaşları “görürük, yaxşı oğlansan, narahat olma buna iş düşmür” demiş, ona qarşı təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, "nəşə” kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan, bəzən isə "şüşə” kimi adlanan psixotrop maddə metamfetam indən istifadə etmişdir. Daha çox marixuana istifadə eldiyindən marixuana əldə edəndə çalışmışdır biraz çox əldə etsin ki. uzun müddəi istifadə edə bilsin. Əsasən marixuananı üzdən tanıdığı. Sumqayıt şəhər sakini, özünü ona Samir kimi təqdim elmiş şəxsdən pul verərək şəxsi istifadəsi üçün almışdır. Beləki, təxminən bir ay əvvəl Sumqayıt şəhəri. 44-cü məhəllədə yerləşən mədəniyyət evinin yaxınlığında olduğu zaman təsadüfən Samirlə tanış olmuşdur. Söhbət zamanı Samirə narkoıik vasitə istifadə etdiyini bildirmiş, eləcədə Samir də ona narkotik vasitə istifadə eldiyini və satdığını demişdir. Həmin vaxtlar o. Samirdən şəxsi istifadəsi üçün hazırda xatırlamadığı çəkidə marixuana almışdır. Samirdən necə əlaqə saxlaya biləcəklərini, sonralar istəyəndə ondan necə narkoıik vasilə ala biləcəyini soruşanda sonuncu ona demişdir ki. demək olar ki, hər gün təxminən saat 23 radələrində həmin ərazidə olur, əgər həmin vaxtlar mədəniyyət evinin qarşısına getsə onu orada görə bilər. O, Samirdən mobil telefon nömrəsini və yaşadığı ünvanı soruşsada sonuncu ona telefon nömrəsini və yaşadığı ünvanı deməmişdir. Bundan sonra o, bir dəfə də təxminən 10-15 gün əvvəl Samirin dediyi vaxtda, yəni təxminən saat 23 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən mədəniyyət evinin yanına getmiş və bir neçə dəqiqə orada gəzəndən sonra yenədə Samirlə rastlaşmış və pul verərək ondan özü istifadə etmək məqsədi İlə marixuana almışdır. O, Samirdən hər dəfə marixuana istəyəndə sonuncu onu bir neçə dəqiqə həmin yerdə gözlədib özü isə hansısa yerə gedib gəlmiş və ona marixuananı vermişdi. 05 oktyabr 2022-ci il tarixdə istifadə etmək üçün marixuanası qurtardığından yenədə Sumqayıt şəhərinə gedib Samirlə görüşərək ondan narkotik vasitə almaq qərarına gəlmişdir. Təxminən saat 23:30 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən mədəniyyət evinin yaxınlığına gəlmişdir. Bir neçə dəqiqə orada gəzişdikdən sonra Samirlə rastlaşmış və sonuncudan istifadə etmək üçün 200 manat dəyərində marixuana verməsini istəmişdir. Samir ona həmin yerdə gözləməsini deyib harasa getmiş və bir neçə dəqiqədən sonra əlində qara rəngli sellofan torba ilə qayıdıb gələrək ona həmin torbanın içərisində marixuana olduğunu bildirmişdir. O. da 200 manat pulu Samirə verib ondan həmin bağlamanı almış və açıb İçərisinə baxanda içərisində üzəri skoçla bağlanmış qara rəngli bükülü olduğunu görmüşdür. Samir getdikdən sonra bir neçə dəqiqə də orada dayanmışdır ki, taksi gördüyü halda əyləşib yaşadığı Bakı şəhərinə getsin. Orada olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin satışı, istifadəsi və üzərimdə gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O. da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində olan zaman üzərinə polis əməkdaşı şəxsi axtarış keçirmək istədiyini bildirmiş, o da buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə özünün seçdiyi vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriləcək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir, o da sağ əlində saxladığı 1 ədəd qara rəngli sellofan torbanı, əynindəki şalvarının sağ yan cibindən 1 ədəd "İphone 6" və 1 ədəd ‘İphonc 13 Pro" markalı mobil telefonları təqdim etmişdirim. Polis əməkdaşı tərəfindən həmin torbanın içərisinə baxış keçirilən zaman içərisində İ ədəd qara rəngli sellofan bağlama aşkar edilmiş, həmin bağlama açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Ondan həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi soruşulanda düşünmüşdür ki, əgər Samirdən aldığını desə sonuncunu da tutarlar və ona görə Samir də həbs olunar. Ona görə də marixuananı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığım, İran vətəndaşı ilə İnstagram vasitəsilə tanış olub vatsapla əlaqə saxlayaraq onun göndərdiyi karta onlayn yolla 200 manat pul yüklədiyini, daha sonra İran vətəndaşının dediyi yerə gedərək həmin marixuananı götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş marixuana tərəziyə qoyularaq çəkilmiş və ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmiş, sonra sənədləşmə işləri aparılmış, o da həmin sənədlərə imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 05 oktyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Samir adlı şəxsdən Sumqayıt şəhərində. Kimyaçılar mədəniyyət sarayının qarşısında 200 manat pul verərək almışdır. Narkotik vasitələr və psixotrop maddələrin satşı ilə məşğul olmamış, təxminən 2 ildir ki. nəşə kimi adlanan narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, arabir də düşəndə palı kimi adlanan psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Üzərindən aşkar olunmuş marixuananı da şəxsi istifadəsi üçün əldə etmiş, həmin marixuanadan heç kimə satmaq və ya pay vermək fikri olmamışdır. Uzun müddət, hissəhissə istifadə etməkdən ötrü qurudulmuş marixuananı 1 kiloqram çəkidə əldə etmiş, başqa bir məqsədi olmamışdır. Şəxsi axtarış zamanı və əvvəlki ifadələrini verən zaman Fikirləşmişdir ki. əgər marixuanam Samirdən əldə eldiyini bildirsə sonuncu ona görə həbs olunar. Ona görə də marixuananı iran vətəndaşından əldə eldiyini bildirmişdir. Lakin ona hüquq və vəzifələri izah edildikdən sonra hazırda başa düşmüşdür ki, əgər istintaqa həqiqəti deməs buna görə də məsuliyyət daşımalı olacaqdır. Ona görə də hazırki ifadəsində düzgün ifadə verərək marixuananı Samirdən aldığını bildirmişdir. Heç vaxt iran vətəndaşından və ya başqa şəxslərdən vhatsappla əlaqə saxlayaraq narkotik vasitə əldə etməmişdir. Samirin təkcə adım bilmiş, sonuncunun soyadını, ata adım və harada yaşadığım bilməmişdir. Təxmin etmişdir ki, Samir Sumqayıt şəhər sakinidir. O, Samirdən mobil telefon nömrəsini və yaşadığı ünvanı sruşsada sonuncu ona yaşadığı ünvam və mobil telefon nömrəsini deməmişdir. Samir arıq bədən quruluşlu, orta boylu, saqqallı, təxminən 25 yaşlarında şəxs olmuşdur. İstifadəsində "İphone 6” markalı mobil telefon, həmin telefonda ***-***-**-** saylı mobil nömrəsi və "İphone 13 pro" markalı mobil telefon, həmin telefonda da ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. "İphone 13 pro” markalı mobil telefonu o, işlətsədə həmin telefon bibisi Zülliyyəyə məxsus olmuş, həmin telefonu müvəqqəti olaraq işlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç kim zor tətbiq etməmişdir. (cild 1, iş vərəqə 88-91) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “X3” ətrafı və yaxın ərazilər müşahidəyə götürülmüşdür. Həmin gün təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs həmin mədəniyyət evinin yanında olmasını görüb, bir neçə dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olmasını bildirilmişdir. Təqsirləndirilən şəxs əlində tutuduğu torbada narkotik vasitə olduğunu bildirmiş və o Sumqayıt ŞPİ-yə dəvət edilmişdir. Videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, o, əlində saxladığı qara rəngli torbanı çıxararaq təqdim elmişdir. Qara rəngli torba açıldıqda içərisində üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlama olması müəyyən olunmuş, həmin bağlamanın içərisinə baxıldıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsi "nəşə" adlanan narkotik vasitə olduğunu, həmin "nəşə"ni İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid polis əməkdaşları - Sumqayıt ŞPİ-nin, CAŞ-ın kiçik inspektoru Şahid3 və Sumqayıt ŞPİ-nin, CAŞ-ın əməliyyat müvəkkili Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma qardaşı oğludur. Polad körpə ikən anası vəfat etdiyindən sonuncuya o, baxmış. Polad demək olar ki, onun oğlu kimi olmuşdur. Son vaxtlarda Poladın rəftarında, hərəkətlərində qəribəlik, özünə qapanınalar hiss etmişdir. Poladdan nə baş verdiyini soruşanda əvvəllər ona bir söz deməsədə. sonralar narkotik vasitə istifadə etdiyini demişdir. O, buna görə Poladı danlayıb iradını bildirmiş və nəsihət verərək narkotik vasitələrdən uzaq durmasını məsləhət görmüşdür. Poladın özünün ona deməsinə görə narkotik vasitələrin aludəçisi olmasına baxmayaraq heç vaxt narkotik vasitə satmamışdır. Polad demək olar ki, onun evində yaşadığından, yəni onun evinə tez-tez gəlib getdiyindən sonuncuya nəzarət edə bilmişdir. Onun evində olduğu müddəidə Poladın yanına tanımadığı və ya tanıdığı adamlar gəlibgetməmişlər. O. Poladın narkotik vasitə istifadə etməsini heç vaxt görməmiş. Polad onun yanında heç vaxt narkotik vasitə istifadə etməmişdir. Ümumiyyətlə o, Poladın üzərində narkotik vasitə olmasını görməmişdir. Poladın mobil telefonu olmadığından da o, özünə məxsus boz rəngli “İphone 13" markalı mobil telefonunu müvəqqəti olaraq işlətməsi üçün sonuncuya vermişdim. 05 oktyabr 2022-ci il tarixdə isə ona məlum olmuşdur ki, Polad üzərində narkotik vasitə olan marixuana saxladığından həbs edilmişdir. Polad özü əvvəllər ona narkotik vasitə istifadə eldiyini dediyindən o. bir müddət sonuncunu ev şəraitində müalicə etməyə çalışmışdır. Polad ona narkotik vasitə satmasını heç vaxt deməmişdir. Həmçinin Polad onun yanında heç vaxt narkotik vasitə istifadə etməmiş, sonuncunun üzərində narkotik vasitə görməmişdir. 05 oktyabr 2022-ci il tarixdə Poladın üzərindən külli miqdarda marixuana aşkar olunması barədə o, sonradan eşitmiş, sonuncunun üzərində həmin narkotik vasitənin olmasını, eləcədə haradan əldə etməsini bilməmiş, bu barədə heç bir məlumatı olmamışdır. “İphone 13” markalı mobil telefon ona məxsus olduğundan Polad onun evinə gəlib gedəndə o, telefonu sonuncudan alıb özü işlədərək baxmışdır. Baxanda isə telefonda hər hansı İran vətəndaşının mobil nömrəsini, İran mobil operatorlarının nömrəsini və narkotik vasitə alqı-satqısı ilə bağlı hər hansı bir məlumat görməmişdir. (cild 1, iş vərəqə 113-115) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 05 oktyabr 2022-ci il tarixli “əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞna əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında"' xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olaraq içərisindəki videogörünlüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əlində tutduğu qara rəngli sellofan torbanı və əynində olan boz rəngli şalvarının sağ yan cibindən İ ədəd "İphone 6”, İ ədəd “İphone 13 pro” markalı mobil telefonları və sağ yan kiçik cibindən bir ədəd 20 qəpiklik pul əskinasım çıxararaq təqim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim eldiyi bir ədəd qara rəngli sellofan torba açıldıqda içərisində üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükülü olması aşkar olunur. Həmin bükülü açıldıqda içərisində yaşıl rəngli bitki kütləsi olması görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki. üzərindən aşkar olunmuş bitki kütləsi “nəşə” adlanan narkotik vasitədir, həmin “nəşə”ni xx.xx.2022-ci il tarixdə İran vətəndaşından şəxsi istifadəsi üçün almışdır, İran vətəndaşı ilə İnstagram vasitəsilə əlaqə saxlayıb onun hesabına 200 manat pul yükləmiş, daha sonra İran vətəndaşının dediyi yerə gedərək həmin “nəşə”ni götürmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1 kiloqram olması müəyyən edilir. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir və imzalanır. Təqsirləndirilən şəxs məxsus iki ədə mobil telefon iş üçün əhəmiyyət etdiyindən götürülür. Sonda isə çəkiliş dayandırılır. ( cild 1, i.v. 25-27; 70) Şəxsi axtarış və götürmə aparılması haqqında, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Saxlanılan şəxs l.imza Təqsirləndirilən şəxs” yazılan zəridə İ ədəd qara sellofanda təmiz çəkisi 945,0 qram olan bitki mənşəli küllə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1, iş vərəqə 33- 35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoioji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6343 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 81-82) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 944,90 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 125-135) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 92-93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nizami rayonu, 26 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu vaxtdan barəsində MİS-ə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 79-80) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 944,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalmış – 944,90 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-395/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-395/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver