Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-395/2024 03.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Saatlı rayonu, Fətəli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən “Lallar fabriki”-nin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə 1,476 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq, daşımış 18 fevral 2022ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən “Lallar fabriki”-nin yaxınlığında saxlanılaraq həmin bölməyə gətirilib 19 fevral 2022-ci il tarixdə saat 01:00-dan 01:20-dək üzərinə şəxsi axtarış keçirilən zaman ǝynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellefon bükümdə 1,476 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Xırdalan şəhəri, 26-cı məhəllədə istintaqa məlum olmayan mənbədən 80 manat müqabilində 04 bükümdə ayrı-ayırılıqda çəkiləri – 2,524 qram, 0,356 qram, 0,362 qram, 0,350 qram, ümumi çəkisi 3,592 qram olmaqla, külli miqdarda narkotik vasitə heroin əldə edib çantasında saxlamış və daşımış, 08 may 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə H,Zərdabi küçəsində Abşeron rayon polis idarəsinin narkomaniyaya qarşı mübarizə qrupunun əməkdaşları tərəfindən saxlanılaraq, həmin idarəyə gətirilib saat 21:50-dən 22:15-dək üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan çantasının içərisində siqaret qutusunda saxladığı həmin 04 ədəd şəffaf sellofan bükümündə ayrı-ayırılıqda çəkiləri – 2,524 qram, 0,356 qram, 0,362 qram, 0,350 qram, ümumi çəkisi 3,592 qram olmaqla, külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 6-7 ildir ki, narkotik vasitə istifadə etmişdir. Binəqədidə tutulmuşdur. Həmin ərəfədə fabrik tərəfdə qalmışdır. 01 büküm narkotik vasitəni 20 manata almışdır. Üzərində əlavə də 20 manat pul olmuşdur. Polislər onu tutanda narkotik vasitəni götürmüş, 20 manat pulu qaytarmışlar. Abşeronda tuttulan zaman isə 26-cı məhəllədə olmuşdur. Vəziyyəti pis olmuş, bir nəfər şəxs onu görmüş, həmin şəxs ona yaxınlaşaraq 80 manat pul qarşılığında natokotik vasitə verəcəyini demişdir. Öz üzərində çəki yoxlamaq üçün tərəzi olmuşdur. Narkotik vasitənin çəkisi az olmuş, büküm formasında almış, 04 bükümə 80 manat pul vermişdir. Ona narkotik vasitə satan şəxsi tanımır. Polis əməkdaşları özündə olmadığı üçün ona yaxınlaşmışdır. Bir dəfə də tutulmuş, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Uşağı yoxdur. Binəqədidə 18 fevraldan 19 fevrala keçən gecə tutulmuşdur. Abşeronda isə 08 may 2023-cü il tarixdə tutulmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirsiz bilərək göstərmişdir ki, 18 fevral 2022-cu il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manat pul müqabilində 1 büküm heroin alıb əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur ki, istəyəndə istifadə etsin. Həmin gün gecə saat 23:20 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, 1-ci mədəndə yerləşən Lallar fabriki adlanan yerdə yaşadığı evin yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-na dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Binəqədi RP-nin 43-cü PB-nə getmiş və bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti otaqda üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələrim izah edilərək video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman üzərində qeyri qanuni əşyanın olubolmadığı soruşulduqda o,ǝynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülünü, həmin gödəkcənin sol yan cibində bir ədəd 20 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra qara rəng gödəkcəsinin və qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra o, masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni saat 13.00 radələrində tanımadığı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra bükülü qablaşdırılmış, protokol tərtib edilmiş, iştirakçlar və onun tərəfindən imzalanmışdır. Bundan başqa, 08 may 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə təsadüfən tanış olduğu əvvəllər tanımadığı orta yaşlı bir kişi ilə söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçi olduğunu bildikdən sonra ona bir bükümü 20 manata narkotik vasitə heroin sata biləcəyini bildirmiş, o, almaq istədiyini dedikdən sonra həmin şəxs ona narkotik gətirməyə getmiş, təxminən 10-15 dəqiqə sonra gəlib, 80 manata 4 büküm heroini ona satmışdır. Bükümləri əl çantasında olan siqaret qutusunda gizlətmişdir. Bir müddət piyada Xırdalan şəhəri, 26-cı məhəllədə hərəkət etdikdən sonra, saat 20 radələrində mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bidirib, Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarəyə gəldikdən sonra xidməti otaqların birində təhqiqatçısı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra o, dövlət hesabına vəkilə təmin olunmaq istədiyini bildirmiş, vəkil dəvət olunub ona təqdim edilmiş, dəvət edilmiş müdafiəçi Gülnar Mirzəməmmədovaya etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılarkən polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. Bu zaman o, çantasında olan içərisində heroin bükümləri olan siqaret qutusunu və elektron tərəzini masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarışda iştirak edən əvvəllər tanımadığı qadın tərəfindən üzərinə axtarış keçirilmiş, başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər və tərəzi kağız zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sorğu zamanı heroin bükümlərini Xırdalan şəhəri 26-cı məhəllədə tanımadığı şəxsdən 80 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. Elektron tərəzini narkotik alanda çəkisini çəkmək, aldanmamaq üçün özü ilə gəzdirdiyini narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. ( cild 2, iş vərəqə 43-45) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 08 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə videoçəkilişlə və müdafiəçinin, baxışda iştirak etmək üçün dəvət edilmiş qadının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əlindəki çantanın içərisindən siqaret qutusunu və elektron tərəzini çıxarıb masanın üzərinə qoymuş, siqaret qutusunun içərisindən 04 ədəd sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisindəki maddənin heroin olduğunu, həmin heroin bükümlərini Xırdalan şəhəri 26-cı məhəllədə tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət axtarışı üzrə kiçik əməliyyat-müvəkkili, polis serjantı Şahid2 polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin əməliyyat-müvəkkili Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 18 fevral 2022-ci ildə Bakı şəhər Binəqədi rayon Polis idarəsinin 43-cü polis bölməsinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 18-də kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat malumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun üzvü Bakı şəhər Binəqədi rayon, Polis İdarasinin 43- Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı X4 ilə birlikdə 18 fevral 2022-ci il tarixda saat 23 radələrinda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında mövqe tutmuşlar, saat 23:20-də əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs qeyd edilən ünvanda Lallar fabrikin yaxınlığında görmüşlər və yaxınlaşıb polis vəsiqələrimizi göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni aşyalar barəsində məlumat verməsini tələb etmişlər. Saxlanılan şəxs özünü 1981-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli aparmlş və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət olunmuş, bölmədə xidməti otaqlardan birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquqları izah edilmiş, onun hüquqlarının müdafiəsi üçün 11 saylı vəkil bürosunudan növbətçi vəkil X5 dəvət olunub təqdim edilmişdir. Azad Muradovanın üzərinə şəxsi axtarış və götürmə aparılacağını və öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamerasının müşayəti olacağını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində olan qeyriqanuni əşyanı təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmiş və həmin bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli maddənin heroin olmasını həmin heroini özü qəbul etmək məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 13 radələri Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədəndə yerləşən Lallar fabriki yaxınlığında tanımadığı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün alıb özündə saxlamasını bildirmişdir. Bunda başqa Təqsirləndirilən şəxs əynindəki həmin gödəkcənin sol cibindən isə 20 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Aşkar edilmiş büküm qablaşdırılmış, baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunub, iştirakçılara acadan oxunmuş və imzalanmışdır. Aşkar olunmuş 20 manat Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. ( cild 1, iş vərəqə 204-207) Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 08 may 2023-cü il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, H.Əliyev prospekti ilə yaşadığım evə gedərkən, polis əməkdaşı ona yaxınlaşıb, bir qadının üzərinə baxış zamanı iştirak etməsini xahiş edib, onu yaxınlıqdakı Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və idarəyə gəldikdən sonra otaqların birində bir qadını ona təqdim edib, Təqsirləndirilən şəxs olduğunu, həmin qadının narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onun üzərinə keçiriləcək şəxsi axtarış zamanı iştirak etməsini xahiş edib ona hüquq və vəzifələrimi izah edildikdən sonra, video çəkilişlə həmin qadının üzərinə şəxsi axtarış keçirildi. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə o, çantasından siqaret qutusunu və bir ədəd kiçik tərəzini çıxarıb masaya qoymuşdur. Bundan sonra ondan Təqsirləndirilən şəxs üzərini, paltarlarını, çantasını axtarmasını xahiş etmişlər, axtarış zamanı başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusuna baxış keçirilən zaman 4 ədəd şəfaf sellofan büküm aşkar edilmiş, həmin bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin büküllərin içərisindəki maddələrin narkotik vasitə olduğunu demişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Xırdalan şəhərində tanımadığı şəxsdən 80 manata aldığını bildirmiş, bükümlər və tərəzi zərfə qablaşdırıldı, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra video çəkiliş dayandırılıb, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilib oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. ( cild 2, iş vərəqə 1-3) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, 13.05,1981-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 18-də, nömrəsiz ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat malumatı daxil olmuşdur. (cild 2, iş vərəqə 98-99) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 may 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, 13.05,1981-ci il təvəllüdlü, Sulutəpə qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 03-04) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-cü il tarixli protokoldan görünür ki, 19 fevral 2023-cü il tarixdə saat 01:00-dan 01:20-dək video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkkili maddə olan bükümü təqdib edib bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün Binəqədi qəsəbəsi 1-ci Mədəndə yerləşən Lallar fabrikinin yanında tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. (cild 1, iş vərəq 124- 125) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Aliyev tərəfindən həmin bölmənin inzibati binasında xidməti iş otağında əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili X2 iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Fuad Alıyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Azərbayan Respublikası CPM-da nazarda tutulan müvafiq hüquqları izah edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş aşyaların olub-olmaması sorulmuş olduğu halda qarşısındakı masanın üzərinə qoyması taklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etməsi və təqdim olunmuş 01 ədəd bükümün içərisindən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroina banzar maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf sellofana bükülmüş bükülüdəki qəhvəyi rəngl maddənin narkotik vasitə heroin olması, həmin narkotik vasitəni xx.xx.2022- ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqəd qəsəbəsi, 1-ci Mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında tanımadığ şəxsdən 25 (iyirmi beş) manata alıb əldə edib üzərində gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qablaşdırılıb götürülmüşdür. ( cild 1, iş vərəqə 173-174) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 08 may 2023-cü il tarixdə saat 21:50-dən 22:15-dək video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunmuş, o, çəhrayı rəngli çantasından 04 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkkili maddə olan bükümləri və elektron tərəzini təqdim edərək, həmin bükümlərin içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün Xırdalan şəhəri 26-cı məhəllədə tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. ( cild 1, iş vərəqə 30-31) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Xəyyam Rüstəmovun, Abşeron RPİ-nin Narkomaniya ilə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1, Cinayət axtarışı şöbəsinin kiçik inspektoru Şahid2, vətəndaş Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Gülnar Mirzəməmmədovanın iştirakları ilə süni işıqlandırma şəraitində, Abşeron rayon Polis İdarəsində xidməti otaqda aparılır. X3 tərəfindən iştirakçılardan özlərini təqdim etməsi xahiş olunur, daha sonra şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 90-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əlindəki çəhrayı rəngli qadın çantasından “Maqna” markalı siqaret qutusunu və elektron tərəzini çıxarıb masanın üzərinı qoyur, daha sonra axtarışda iştirak etmək üçün dəvət edilmiş vətəndaş Şahid4 tərəfindən şübhəli şəxsin çantasına və üzərinə baxış keçirilir, hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindən 04 ədəd içərisində qəhvəyi rəngli toz şəkilli madddə olan şəffaf sellofan bükümlər aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu, Xırdalan şəhəri, 26-cı məhəllədə tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını, elektron tərəzinin isə tanışına məxsus olduğunu, müvəqqəti saxlaması üçün ona verdiyini, bildirir polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı fiziki və psixi təziq olunmadığını qeyd edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi boş kağız zərfin içərisinə qoyulub, möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. ( cild 1, iş vərəqə 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli 6/1040 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “zərflər üçün №243” möhür əksi, “....Təqsirləndirilən şəxs..” və sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,476 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. ( cild 1, iş vərəqə 133-138) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 may 2023-cü il tarixli 6/2678 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs”... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,524 qram, 0,356 qram, 0,362 qram 0,350 qram ümumi təmiz çəkisi 3,592 qram olan qəhvəyi rəngli maddə xarici görünüşü əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd eketron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. ( cild 1, iş vərəq 36-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5777 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, iş vərəqə 205-206) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5337 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqə 9-10) Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd bükümdə çəkisi qram ümumi təmiz çəkisi 1,476 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və heroinin 1,426 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,524 qram, 0,356 qram, 0,362 qram 0,350 qram ümumi təmiz çəkisi 3,592 qram narkotik vasitə heroin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və heroinin 3,392 qram qalığı saxlanılması üçün Abşeron RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 43-cü Polis bölməsində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Polis İdarəsində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 68,78, cild 1, iş vərəqə 84, cild 1, iş vərəqə 227-228, cild 2 iş vərəqə 13-15 ) Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. ( cild 1, iş vərəqə 73-74) Cinayət işinin materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)-443/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ( cild 2, iş vərəqə 5-8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağstafa rayon İHB-nın Dağ Kəsəmən kənd İƏD-si üzrə nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 11) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik külli miqdarda olması, bükümlərə ayrılması, elektron tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni narkotik vasitə satmaması kimi gətirdiyi əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 111-113, 166) Cinayət işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqə 11, 66-67) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-443/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müdddət və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-443/2023 nömrəli hökmündə əks olunan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 04 (dörd) gün müddət, ümumilikdə 06 (altı) gün müddət ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 04 bükümdə ümumi təmiz çəkisi 3,592 qram narkotik vasitə heroinin 3,392 qram qalığı və elekton tərəzi, 01 bükümdə ümumi təmiz çəkisi 1,476 qram heroinin 1,426 qram qalığı məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 175 (yüz yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 443/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası tam toplanılmaqla, həmin cəza çəkildiyindən tam çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 ( beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müdddət və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-443/2023 nömrəli hökmündə əks olunan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 04 (dörd) gün müddət, ümumilikdə 06 (altı) gün müddət ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 05 il (beş) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 04 bükümdə ümumi təmiz çəkisi 3,592 qram narkotik vasitə heroinin 3,392 qram qalığı və elekton tərəzi, 01 bükümdə ümumi təmiz çəkisi 1,476 qram heroinin 1,426 qram qalığı məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-395/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-395/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver