Məhkəmə qərarları › İş №1(124)-396/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-396/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-396/2024 24.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, Şabran şəhəri, Fizuli küçəsi, ev 25-də qeydiyyatda olmaqla Şabran şəhəri, F.Əmirov küçəsi, ev 18-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 29, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah məqsədi ilə 23 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Şabran dəmir yolu stansiyası ərazisində Şabran-Qızılburun mənzilinin 111-112-ci kilometrliyindən rels dövrəsinin işinin pozulmasına və qatarların hərəkətinə təhlükə yarada biləcək şəkildə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus və bilavasitə istismarda olan ümumilikdə dəyəri 112 manat 80 qəpik təşkil edən 12 ədəd KB-65 tipli dəmir rels altlıqlarını, 24 ədəd bolt və 24 ədəd qaykaları özündə olan kəlbətin açarı vasitəsi ilə açıb gizli olaraq talamaqla "xxxx" QSC-yə 112 manat 80 qəpik məbləğində maddi ziyan vuraraq dəmir yol xətlərinə münasibətdə oğurlamağa cəhd etmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X1 İdarəsinin Xaçmaz stansiyası xətt X9 stansiyası xətt Polis Məntəqəsinin polis nəfəri vəzifəsində xidmət edən polis serjantı Şahid5 və "xxxx" QSC-nin Mühafizə Departamentinin atıcısı vəzifəsində xidmət edən Şahid4 tərəfindən hadisə yerində müəyyən edilib saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbə görə cinayəti başa çatdıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 9,102 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə saat 08:00-da Şabran rayonu Dəvəçi kəndində yerləşən “Doyaq” quşçuluq şirkətinin qarşısında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 09:30-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 9,102 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona 3 gün sonra zəng olunmuş, daha sonra o, baş idarəyə aparılmışdır. Ona idarədə hədə-qorxu gəlmiş və təhdid etmişdirlər. Oğurluq hadisəsinə münasibətdə törətdiyi əməldən peşman olduğunu, oğurluğa cəhd etdiyi relslərin işlək rels olmadığını, insanların həyatı üçün təhlükə yaratmadığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olmadığını, sadəcə olaraq başında olan ağrılarla əlaqədar olaraq marixuana istifadə etdiyini, saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu ilk dəfə bölməyə çağırdıqda getməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini isə tanımadığı şəxsdən ilk dəfə özü çəkib qəbul etmək üçün alıb saxlamış, onu heç kimə satmaq, yaxud vermək məqsədi, niyyəti olmamışdır. Öz ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 2005-ci ildə X7 ilə rəsmi nikahla ailə həyatı qurmuş, bu nikahdan 2007 və 2009-cu il təvəllüdlü iki qız övladı var. Özü əvvəllər 2022-ci ildə qanunsuz narkotik vasitə saxladığına görə məhkum olunmuşdur. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada yük daşıma işləri ilə məşğul olur. Həyat yoldaşı Aygün heç yerdə işləmir, evdar qadındır. 30 may 2023-cü il tarixdə səhər saat 08 radələrində özü Şabran rayonu Dəvəçi kəndində yerləşən “Doyaq” quşçuluq şirkətinin qarşısında olduğu zaman kənardan özünə tərəf üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirməklə xidməti vəsiqələrini də göstərmişlər və ondan anket məlumatlarını soruşmuşlar, özünü təqdim edib anket məlumatlarını söyləmiş, sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu deyib onunla bağlı əməliyyat-axtarış tədbiri keçirildiyini söyləmişlər, özlərində olan bu barədə qərarla onu tanış etmişlər. Həmçinin ondan üzərində bu kimi maddələr olubolmadığı soruşmuşlar. Həmin vaxt özünün üzərində, yəni əynindəki şalvarının cibində bir büküm «kakos» maddəsi, yəni narkotik vasitə heroin olduğundan özü də polis əməkdaşlarına səmimi bu barədə etiraf etmişdir. Həmin bir büküm heroini özü çəkib qəbul etmək üçün iki gün qabaq Şabran şəhərində tanımadığı şəxsdən pulla almışdır. Bundan sonra polis əməkdaşları onu özləri ilə birlikdə Şabran Rayon Polis Şöbəsinin binasına dəvət edib aparmışlar. Həmin şöbədə otaqların birində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi də dəvət olunaraq özünə təqdim olunmuş, heç bir etiraz etməmiş və şübhəli şəxs qismində tutulmuşdur. Özünə hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanmış, etiraz etməmiş, polis əməkdaşı tərəfindən ona təklif olunmuşdur ki, üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələr varsa çıxarıb təqdim etsin. Özü əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan başqa əvvəlki məhkumluğuna görə verilmiş cəza üzrə üzərində gəzdirdiyi “Aitenti” elektron nəzarət vasitəsi və iki manat şəxsi pulu da aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı onun təqdim etdiyi həmin bir ədəd sellofan bükümü açıb içərisinə baxış keçirmiş və bükümdə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sorğu sual zamanı özü həmin heroini Şabranda tanımadığı şəxsdən iki gün qabaq öz istifadəsi üçün 50 manata aldığını da bildirmişdir. Həmin heroini ilk dəfə özü çəkmək üçün almış, heç kimə nə satmamış, nə də verməmiş, satmaq fikri də olmamışdır. Polis əməkdaşı içində heroin olan həmin bükümü götürüb zərfdə qablaşdırmışdır. Elektron nəzarət vasitəsi və iki manat pulu özünə qaytarılmışdır. Sonra videoçəkiliş dayandırılmış, bununla bağlı polis əməkdaşı tərəfindən protokol yazılaraq ucadan oxunmuş, özü də doğruluğunu imza ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, həmin bir büküm heroini iki gün qabaq öz istifadəsi üçün Şabran şəhəri “Dəyirman yolu” adlanan ərazidə təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 50 manata almışdır. Heroini ona satmış həmin oğlanın adını və soyadını, ünvanını bilmir, tanımır. Özünün istifadə etdiyi mobil nömrə yoxdur, 2022-ci ilin dekabr ayından hazıradək mobil nömrə istifadə etməmişdir. Əvvəllər istifadə etdiyi mobil nömrəni isə hazırda dəqiq xatırlamır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Şabran Rayon Polis Şöbəsinə dəvət edilib aparılarkən özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü əvvəllər narkotik vasitə marixuana çəkib qəbul etmiş, ilk dəfə idi ki heroin çəkmək fikrinə düşmüşdür. Heç vaxt bu kimi maddələrin satışı ilə məşğul olmamış, həmin heroini də heç kimə satmaq, vermək məqsədi olmamış, sadəcə özü çəkib qəbul etmək istəmişdir. Heç vaxt ruhi-psixi xəstəlikdən əziyyət çəkməmiş, müalicə almamışdır. Təqsirləndirilən şəxs qismində verdiyi 08 avqust 2023-cü il tarixli ifadəsində özünü Azərbaycan Respublikası CM-in 29,177.2.3-2-ci maddəsi ilə ona elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, 23 noyabr 2022-ci il tarixdə saat 16 radələrində özünə məxsus velosipedlə Şabran rayonu ərazisindən keçərkən dəmiryol xəttinin kənarında gil-gil çay tərəf olan hissədə 3 km getdikdən sonra dəmir yol xəttinə məxsus 12 ədəd KB-65 tipli dəmir altlıqları, 24 ədəd bolt və 24 ədəd qaykaları öz üzərində olan alətlərin köməkliyi ilə oğurlayıb ətrafda olan kolluğun içərisində gizlətmişdir. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu görmüş və yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan kolluğun içərisində nə gizlətdiyini soruşmuşlar. Özü isə onlara oğurluq etdiyini bildirib 12 ədəd KB-65 tipli dəmir altlıqları, 24 ədəd bolt və 24 ədəd qaykaları təqdim etmişdir. Sonra polislər onu Xaçmaz stansiyası xətt Polis Şöbəsinə gətirmişlər. Oğurladığı əşyaları, həmçinin öz alətlərini də təqdim etmişdir. Oğurluğu edərkən özü tək olmuş, bu barədə heç kimə deməmiş, əvvəllər isə oğurluq törətməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-İn 29,177.2.3-2 və 234.4.3-cü maddələri ilə ona yenidən elan edilmiş ittiham üzrə dindirilərkən istintaqa verdiyi 03 noyabr 2023-cü il tarixli ifadəsində ittihamla özünü qismən təqsirli bildiyini, hüquq və vəzifələrinin ona aydın olduğunu, oğurluğa cəhd hadisəsini öz ailə vəziyyətində mövcud olan maddi çətinliklər səbəbindən törətmək məcburiyyətində qaldığını, uşaqlarının və həyat yoldaşının müalicəsi ilə bağlı pul lazım olduğundan çıxılmaz vəziyyətdə olduğu üçün həmin hadisəni törətdiyini, özünün heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını, ticarətini etmədiyini, ara-sıra özü qəbul etdiyi halların olduğunu bildirməklə iş üzrə əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmiş, əlavə ifadə vermək və sualları cavablandırmaq istəmədiyini, ifadələrini gələcəkdə məhkəmə orqanında ətraflı şəkildə verəcəyini göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətləri və tələbləri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib satışı ilə məşğul olması barəsində məlumat daxil olmuş, 30 may tarixində təqsirləndirilən şəxs müəyyən olunmuşdur. Şabran rayonu, Dəvəçi kənd ərazisində “Doymak” şirkətinin qarşısında Təqsirləndirilən şəxs qərarla tanış edildikdən sonra özü üzərində narkotik vasitə olduğunu bildirmiş, daha sonra Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə xidməti otaqların birində şəxsi axtarış keçirilmiş və vəkilin iştirakı ilə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs özü üzərində olan heroini bir müddət əvvəl Şabrandan 50 manat məbləğinə vasitəni əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs geyindiyi şalvarın cibindən orta böyüklükdə olan 1 büküm təqdim etmiş, daha sonra isə həmin büküm protokollaşdıraraq götürülmüşdür. Aşkar olunan narkotik vasitənin qramını xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 29 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ayın 30-u Şabran rayonu, Sovxoz adlanan əraziyə yollanıb Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən edib Şabran rayon Polis Şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində xidməti otaqların birində təqsirləndirilən şəxsin üzərinə təhqiqatçının, vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən təxmini çəkisi 5-6 qram olan 1 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Mehman özü aşkar olunan narkotik vasitəni 50 manat məbləğinə aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs saat 08 radələrində saxlanılmışdır və saxlanılarkən onun üzərinə baxış keçirilməmişdir. Mehmanın şalvarının cibindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsin dəmir yolu relslərini oğurlaması ilə bağlı onlara məlumat daxil olmamışdır. O, tədbirdə köməkçi qüvvə olmuş, təqsirləndirilən şəxsi tutduqları yerdən Polis Şöbəsinə 15-20 dəqiqəlik məsafə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xaçmaz st. XPŞ-nin Şabran st. XPM-nin polis serjantı Şahid5 ifadəsində göstərmişdir ki, oğurluq hadisəsinin baş verməsi və dəmir yolunda söküntü olması ilə bağlı məlumat daxil olmuşdur. O, bununla bağlı olaraq şöbələrinə məlumat verərək dərhal qeyd olunan əraziyə yollanmışdır. Həmin ərazi qatarların aktiv işləndiyi yer olmuşdur. Əraziyə çatanda Təqsirləndirilən şəxs dəmir yoluna aid detalları sökdüyünü görmüşdür. O, Şahid4la Mehman şübhələnib qaçmasın deyə yolun fərqli hissələrindən getmək barədə razılaşmışdırlar. O, əkin sahəsi tərəfə getmiş və Təqsirləndirilən şəxs onun polis əməkdaşı olduğunu bilməmişdir. Kolluqdan keçərək Mehmana yaxınlaşmış və ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O, Mehmanın yanına gedənə qədər artıq təqsirləndirilən şəxs 15- 20 ədəd dəmir yoluna aid dəmir detalları sökmüşdür. Onların birinin çəkisi təxmini 7-8 kiloqrama yaxın olmuşdur. Dəmir detallarının sökülməsi nəticəsində qatarlar aktiv vəziyyətini itirmişdir. Daha sonra şöbədən əməkdaşlar gəlmişdir. Məhkəmə tərkibinin suallarına təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, onun sökdüyü dəmir detallarını satmaq niyyəti olmamışdır. Torla balıq tutmağa görə özü üçün qazancı olmuşdur. O, orada dəmir yolunun işlək vəziyyətdə olduğunu bilməmişdir. Ona 06 ay müddətində şirkətin işləri dayandırması barədə məlumat verilmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, 29 may 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şabran şəhər sakini olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu kimi maddələri satış məqsədi ilə əldə edərək saxlaması və özü ilə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu olaraq Şabran rayonu ərazisinə yola düşmüşlər və həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi 30 may 2023-cü il tarixdə saat 08:00-da Şabran rayonu Dəvəçi kəndində yerləşən “Doyaq” quşçuluq şirkətinin qarşısında müəyyən edib saxlamışlar. Saxlayaraq öz xidməti vəsiqələrini ona göstərməklə özlərini təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olmasını təsdiqləmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə izah etmişlər ki, onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı var, əgər üzərində bu kimi qanunsuz maddələrdən varsa məlumat versin. Həmin vaxt Təqsirləndirilən şəxs səmimi şəkildə demişdir ki, üzərində «kakos» adı ilə tanınan bir büküm narkotik vasitə heroin var. Sonra Təqsirləndirilən şəxs özləri ilə birgə Şabran Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edib gətirmişlər. Oraya gələndən sonra Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs kimi tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunaraq ona təqdim olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesi başlanmışdır. Şəxsi axtarış zamanı baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz saxladığı hər hansı maddə, əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs da bir daha öz üzərində narkotik vasitə heroin olduğunu bildirib əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən içərisində şübhəli maddə olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki manat şəxsi pulu, həmçinin onun əvvəlki məhkumluğuna görə verilmiş cəzaya görə üzərində gəzdirdiyi "Aitenti” elektron nəzarət vasitəsi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd sellofan büküm açılıb içərisinə baxış keçirilmiş və bükümün içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli, spesifik iyi olan maddə aşkar olunmuşdur. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroini özü bir müddət əvvəl Şabranda tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manat pul müqabilində almışdır, heç kimə satmamışdır, satmaq fikri olmamışdır. Sonra həmin bir ədəd sellofan büküm içərisindəki maddə ilə birgə götürülüb zərfdə qablaşdırılmışdır. Sonda şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış və aşkar olunanlarla bağlı baş təhqiqatçı Babək Haqverdiyev tərəfindən protokol yazılıb iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Şabran Rayon Polis Şöbəsinə aparılarkən, orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, 2020-ci ildən "xxxx" QSC-nin Mühafizə Departamentində atıcı vəzifəsində işləyir. 23 noyabr 2022-ci il tarixdə Şabran dəmiryolu stansiyasında xidmətdə olduğu zaman Xaçmaz stansiyası xətt Polis Şöbəsinin əməkdaşı İlkin ona zəng edərək ərazidə oğurluq olduğunu və həmin əraziyə gedərək oğurluğu törədən şəxsi tutmaq lazım olduğunu bildirmişdir. Sonra İlkinlə hər ikisi həmin əraziyə getmişlər. Uzaqdan bir nəfər şəxsin dəmiryolu ərazisindən dəmir əşyalar yığdığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Adını Mehman kimi təqdim edən həmin şəxs dəmiryolu xətti ərazisindən dəmir əşyalar yığdığını demişdir. Sonra Mehman adlı həmin şəxsi oğurladığı dəmir əşyalarla və alətləri ilə birlikdə Xaçmaz stansiyası xətt Polis Şöbəsinə gətirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xaçmaz st. XPŞ-nin Şabran st. XPM-nin polis serjantı Şahid5 Təqsirləndirilən şəxs Şabran stansiyasında dəmir yoluna aid dəmir hissələri oğurlamağa cəhd etməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şabran Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında 29 may 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokol və həmin protokla əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus qeyd edilən əmlakı oğurlamağa cəhd etməsi faktı təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklu əks etdirən video çəkilişin görüntüsü olan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxardaraq təqdim edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2023-cü il tarixli 9/328 nömrəli rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş məktubdan istifadə edilməklə dəmir yolunun Şabran-Qızılburun mənzilinin 111-112-ci kilometrliyindən "xxxx" QSC-yə məxsus bilavasitə istismar edilən 12 ədəd KB-65 tipli dəmir altlıq, 24 ədəd bolt və 24 ədəd qaykanın 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 112 manat 80 qəpik müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3094 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,102 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 31 may 2023-cü il tarixli 3338 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12 iyun 2023-cü il tarixli 1974/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 aprel 2023-cü il tarixli “Maddi sübut kimi tanıma” haqqında qərardan və 06 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 12 ədəd KB- 65 tipli dəmir altlıq, 24 ədəd bolt və 24 ədəd qayka və üç ədəd kəbətin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin “Sübutların qiymətləndirilməsi haqqında” qərarla 9,002 qram qalıq narkotik vasitə heroin, şəxsin üzərinə baxışın video görüntülərini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınaraq narkotik vasitə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də üzərindən tərəzi aşkar edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3- 2 ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl cinayətə cəhd olmaqla başa çatmamış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ABB bankdan əldə olmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Dəmir Yolları” QSC-yə ziyanın ödənilməsi ilə bağlı 113 manat ödəniş olunmuşdur. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü X4 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 237.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şabran İcra və Probasiya Şöbəsindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 13 gün müddətini çəkmiş və çəkilməmiş 02 il 05 ay 15 gün müddəti qalmışdır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsi və ona vurulan maddi ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Himayəsində bir yetkinlik yaşına çatmamış qız övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 2 il 5 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 il 2 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək təyin olunan cəza ilə toplanaraq cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cinayətin aləti olan üç ədəd kəlbətin açarı əvəzsiz olaraq müsadirə edilib dövlət nəfinə alınmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan qalıq çəkisi 9,002 qram olan narkotik vasitə heroin məhv edilməli, 12 ədəd KB-65 tipli dəmir rels altlıqları, 24 ədəd bolt, 24 ədəd qayka, zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 160 (yüz altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətiinə və 234.1-1-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təyin edilən cəzalar cinayətlərin məcmusu qaydasında qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il müdddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 2 il 5 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 1 il 2 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan qalıq çəkisi 9,002 qram olan narkotik vasitə heroin məhv edilsin, 12 ədəd KB-65 tipli dəmir rels altlıqları, 24 ədəd bolt, 24 ədəd qayka "xxxx" QSC-yə qaytarılsın. Cinayətin aləti olan 03 ədəd kəlbətin aləti əvəzsiz olaraq dövlət nəfinə alınmaqla müsadirə olunsun. 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar