Məhkəmə qərarları › İş №1(124)-396/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-396/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-396/2025 29.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şimal Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zəngilan rayonu Şayıflı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 16-ci mikrorayon, ev 6, mənzil 42-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər etmiş və xuliqanlıq niyyəti ilə bu hərəkətlərin qarşısını alan zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə, Səməd Vurğun küçəsi, 1 saylı binanın zirzəmisində yerləşən «Stadion pub» kafesində kabinetdə tanışı Şahid6 Şahid1 arasında borc pul münasibətlərindən qaynaqlanan söhbətə müdaxilə edərək sonuncuya «uşağı sıxmayın, borcunu qaytaracaq» deməsi həmin vaxtı kabinetdə olan Zərərçəkmiş şəxs2 Elcan oğlunun ona «yerindən danışma, imkan ver söhbətlərini etsinlər» sözünə məhəl qoymaması səbəbindən yaranmış narazılıq fonunda məsələni şəxsi qaydada aydınlaşdırmaq məqsədilə Emil Məhərrəmovun sözü ilə kafedəki digər kabinetə keçərək aralarında gərginləşmiş münasibəti müzakirə edərkən baş vermiş mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi istintaqla aşkarlanması və götürülməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs2 bədən nahiyyələrinə qəsdən zərbələr vurub sonuncuya sağ bazunun orta 1/3-nin arxa səthinin, sol kürək nahiyyənin cərrahi tikişə ehtiyacı olan boşluğa keçməyən yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxtı səs-küyü eşidib hadisə yerinə daxil olan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 onun bu hüquqazidd hərəkətlərinin qarşısını almaq məqsədilə arxadan onun boynundan tutması halı tərəfindən qıcıq və aqressiya ilə qarşılanaraq, bu halı özü üçün qəbul olunmaz hesab etməklə xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib, öz xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 bədən nahiyyələrinə silah qismində istifadə etdiyi bıçaqla qəsdən zərbələr vurub sonuncuya yoğun bağırsağın, böyük piyliyin zədələnməsi ilə müşayət olunan qarnın sol yan divarının boşluğa keçən 1 ədəd, döş qəfəsinin arxa divarının sol yarısının boşluğa keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, hemoperitoneum, sol budun orta 1/3-nin ön səthinin 1 ədəd, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin 2 ədəd kəsilmiş yaraları ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, müəyyən şeylər onun yadından çıxmışdır. Ona görə də ifadə vermək istəməmiş, lakin verilən suallara cavab vermək istədiyini bildirmişdir. Həmin gün o, kafedə olmamışdır. Amma hadisə olan vaxt orada olmuşdur. Kafenin adı “Stadion Pub”dur. İlkin, Mövsum və özü olmuşdur. Orada çay içmişlər. Pivə içilən yer olmasına baxmayaraq spirtli içki qəbul etməmişdir. Qarşı tərəfdən isə içən şəxslər olmuşdur. Onlar üçü bir yerdə getmişlər. Mövsümlə Emin arasında mübahisə olmuşdur. Borc üstündə mübahisə olmuşdur. Mövsüm adlı şəxs Eminə borclu olmuşdur. Mövsümə qarşı nalayiq ifadələr işlətmişlər. Emin Mövsümə qarşı nalayiq ifadələr işlətmişdir. O, müdaxilə etmişdir. Bir-birlərini vurmuşlar. O, məsələyə müdaxilə edəndə Emin ona “gedək o biri kabinetə söhbət edək” demişdir. O, məsələyə Mövsümün borcunu qaytaracağı ilə bağlı müdaxilə etmək istəmişdir. O biri kabinetə onu Emin dəvət etmişdir. Həmin kabinetə onlar ikisi keçmişlər. Oturduqları kabinetə bitişik kabinet olmuşdur. Emin kabinetə girən kimi ona “orada oturub hər şeyə qarışırsan” demişdir. Bir az nalayiq ifadələr işlətmiş və o da özünü saxlaya bilməyərək onu əllə vurmuşdur. Şillə vurmuşdur. Bıçaq onun üstündə olmasına baxmayaraq hələ bıçağı çıxarmamışdır. Emini bıçaqla vurmuşdur. Birinci Emin ona əl-qol atmışdır. Daha sonra özü ona əl-qol atmışdır. Eminlə bacarmadığını görmüşdür. Elə həmin an bir nəfər içəri girmişdir. O, Eminin onu pis vuracağını bilmişdir. Ona görə bıçaq çıxarmış və onu bıçaqla vurmuşdur. Onu vuranda kabinetə Kənan girmişdir. Onlar əvvəl hamısı bir yerdə oturmuşlar. Kənan və Mövsüm onun dostu olmuşdur. Digər şəxsləri tanımamışdır. O, istintaq zamanı ifadə vermişdir. Kənan içəri girən kimi Emin ona əl-qol atmışdır. Kənan ayırmaq istəyəndə elə həmin an bıçağı çıxarmışdır. Eminə vurmuşdur. Daha sonra Kənana vurmaq istəmişdir. Kənan onu boğmağa başlamışdır. Boğulduğu an onu vurmuşdur. Bıçağı kənddən gələrkən, meyvə doğramaq üçün üzərində gəzdirmişdir. Həmin günü Sumqayıta gəlmişdir. Yolüstü yemək üçün ona meyvə qoymuşlar. Ona görə bıçaq götürmüşdür. Balaca bir bıçaq olmuşdur. Xəsarətlərdən də bıçağın balaca olduğu bilinmişdir. O, doqquzuncu sinifə kimi oxumuşdur. Əsgərlikdə olmamışdır. İstintaq zamanı özünü təqsirli bilmişdir. Kimsə ona təzyiq göstərməmişdir. Sərbəst ifadə vermişdir. Kənan içəri daxil olmuşdur. Kənan ona əl atmışdır. Ondan sonra onu vurmuşdur. Kənan əl atandan sonra o, məcbur qalaraq bıçaq çıxarmışdır. Hal-hazırda onun dediyi kimi hadisə baş vermişdir. İfadəsini oxuyub imzasını çəkmişdir. Zərərçəkmiş şəxs1 hadisəni ətraflı danışmasa da, müəyyən şeyləri düzgün danışmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün və suallara cavab verərkən ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyinə görə ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində tanışı Mövsüm və qardaşı İbrahimlə birlikdə Sumqayıt şəhəri, 13-cü mkr-da olan zaman Mövsümə zəng edən sonradan adını Emin bildiyi şəxs Mövsümlə mübahisə etmişdir. Kim olduğunu soruşduqda Mövsüm Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində kafe işlədən Eminin olduğunu və kafeyə olan borcu ondan tələb etdiyini demişdir. Mövsüm bir müddət əvvəl kafeyə 150 manat borclu qaldığını ona demişdir. Mövsüm Emini olduqları yerə dəvət etmişdir. Bir qədər sonra Emin tanışları ilə birlikdə olduqları yerə 2 avtomobillə gəlmişlər. Emin avtomobildən düşərək gedib onun kafesində söhbət etmələrini demiş, onlar razılaşmış və birlikdə Eminin işlətdiyi kafeyə gəlmişlər. Saat 01 radələri olmuşdur. Kafedə kabinetdə masa arxasında oturmuşlar, kabinetdə Emindən başqa 6 nəfər tanışları da olmuş, kafeni işlədən Emin Mövsümə pulu qaytarmağı tələb etmiş, aralarında mübahisə düşmüş, kafeni işlədən Emin söyüş söymüş, həmçinin Eminin yanında olan tanışları da Mövsümə söz atmış, həmin vaxtı o, Eminə Mövsümü təkləməmələrini demiş, bu sözündən sonra kafeni işlədən Eminin tanışı sonradan adını Emil bildiyi şəxs onu başqa kabinetə təklikdə söhbət etməyə dəvət etmişdir. O, etiraz etmədən Emillə kafedə olan digər kabinetə keçmişlər. Orada Emilə tək söhbət edən zaman «nədir özünü başbilən sayırsan» deyərək onu söymüş, o, Emilin sifətinə sillə zərbələri vurmuş və Emil də onun sifətinə yumruqla zərbələr vurmuş, həmin vaxtı üzərində gəzdirdiyi bıçaqla Emilin sol qoluna və kürəyinə vuraraq xəsarət yetirmiş, yaranmış səs-küyə olduqları kabinetə kafeni işlədən Eminin tanışları girmiş, sonradan adını Kənan bildiyi şəxs onu arxadan əlləri ilə boynunu qucaqlayıb sıxıb kabinetdən kafenin dəhlizinə çıxartmış, həmin vaxtı o,əlində olan bıçaqla Kənanın bədəninə zərbələr vuraraq xəsarətlər yetirmiş və Kənan onu buraxıb yerdə uzanmış, orada olan şəxslər yumruq və təpiklə onu vuranda bıçaq əlindən düşmüşdür. Həmin vaxtı Kənanın tanışları sonuncuya köməklik edərək avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. O da Mövsüm və qardaşı İlkinlə birlikdə həmin kafedən çıxmışlar. Sonra evə getmişdir. Hadisə 25 dekabr 2024-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən Eminin işlətdiyi kafenin içərisində baş vermiş, təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə zamanı orada o, qardaşı İlkin, tanışı Mövsüm, kafeni işlədən Emin, tanışları Emil, Kənan və bir neçə nəfər şəxslər olmuş, kənardan heç kim toplaşmamışdır. Kafeni işlədən Emin ona borclu olan Mövsümə söyüş söyməsi və Eminin tanışlarımın Mövsümə söz atıb təklədikləri ona pis təsir etdiyindən onlara Mövsümü təkləməmələrini demiş, həmin vaxtı orada olan Emil onu digər kabinetə söhbət etməyə dəvət etmiş və Eminlə kabinetdə mübahisə başlanmışdır.Emillə mübahisə başlayanda Emilin sifətinə sillə zərbələri vurmuş və bir biri ilə tutaşmışlar, Emil onu söydüyü üçün bıçaqla vurub sonuncuya xəsarət yetirmişdir, səs-küyə Kənan kabinetə gəlib onu arxadan əlləri ilə boynunu qucaqlayıb sıxıb kabinetdən kafenin dəhlizinə çıxartmış və boynunu sıxdığı üçün əlində olan bıçaqla Kənanın bədəninə zərbələr vuraraq xəsarətlər yetirmiş və Kənan onu buraxıb yerdə uzanmışdır.Emil və Kənana xəsarət yetirdiyi bıçaq cib bıçağıdır, açılıb qatlanandır, həmin bıçağı xx.xx.2024-cü il tarixdən üzərində saxlamış, kimisə vurub xəsarət yetirmək niyyətilə üzərində gəzdirməmişdir. Mübahisə zamanı Emillə qarşılıqlı dalaşanda Emil yumruqla onun sifətinə zərbələr vurmuş, daha sonra Kənana bıçaqla xəsarət yetirdikdən sonra orada olan şəxslər yumruq və təpiklə onun bədəninə vuraraq xəsarət yetirmişlər. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxsin dediyi kimi onlar görüşmüşlər. İki avtomobildə getmişlər. Mövsümün Eminə borcu olmuşdur. Mövsümün Eminə olan borcuna görə getmişlər. Mövsüm də Eminə qarşı nalayiq ifadələr işlətmişdir. Mövsüm “ayın sonuna borcu gətirib verəcəm indi isə yeyib-içirik” demişdir. Mövsümlə görüşəndə Eltun da orada olmuşdur. Eyni avtomobilə minərək yemək yemək üçün getmişlər. Orada söhbət etmişdir. Emin Mövsümə “bəs filan vaxta pulu verməyə söz vermişdim amma gələndə pulu gətirməmişəm” demişdir. Eminlə Mövsüm arasında sözlü mübahisə yaranmışdır. Eltun Mövsümün tərəfini saxlamışdır. Emin Eltuna “o söhbətdə sən orada olmamısan və qarışma” demişdir. Özü Eltuna “gəl onlar bir yerdə çıxaq və bunlar öz söhbətlərini etsinlər” demişdir. İkisi kabinetə girərək tək söhbət etmişlər. Eltuna o “sən nə üçün qarışırsan, imkan ver söhbətlərini etsinlər” demişdir. Eltun biraz onunla kobud danışmışdır. O da sırf özünə çatası nalayiq ifadələr işlətmişdir. Eltun onu vurandan sonra o da Eltunu vurmuşdur. Eltun yerə yıxılmışdır. O, təpiklə qapıya vurmuşdur. O, qapıya tərəf gedəndə Eltun onu kürəyindən vurmuşdur. Eltun onu bıçaqla vurandan sonra Eltunu döyməyə başlamışdır. O qapıya təpik vurub geri qayıdanda Eltun onu bıçaqla vurmuşdur. O Eltunu yumruqla vurmuşdur. Eltun qapıya tərəf gedəndə qapıya təpiklə vurmuşdur. O, üzünü çevirəndə Eltun onu bıçaqla vurmuşdur. Onun zərbəsini hiss etməmişdir. Bıçaqla vurandan sonra üzünü çöndərmişdir. Ondan sonra Eltunu döyməyə başlamışdır. Stolu ona çırpmışdır. Eltunun səsinə Kənan içəri girmişdir. Kabinetin içərisində səs qalxmışdır. Daha sonra onun əynindən köynəyini çıxartmışlar. Yarasına baxmış və təmizləmişlər. Kənan içəri girəndə Eltunun onu bıçaqla vurduğunu görmüşdür. Kənanla Eltun çölə çıxanda onun fikri ikisinin bir yerdə çölə çıxmasında qalmışdır. O, çölə çıxanda isə Kənanı yerdə qanlar içərisində görmüşdür. Həmin əsəblə Kənan və Eltunu əllə vurmuşdur. Daha sonra Mövsüm gəlmişdir. Səbəbkar kimi Mövsümü də vurmuşdur. O, Kənanın bıçaqla vurulmasını görməmişdir. Şikayətçi olmamışdır. Eltun onun xəstəxana xərclərini ödəmişdir. O, müayinədən imtina etmişdir. Onunla barışmışlar. Onun iki xəsarəti olmuşdur. Biri kürəyindən olmuşdur. Digəri isə qol nahiyəsindən olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi tanımışdır. Hadisəyə qədər onu tanımamışdır. Onlar söhbət etmişlər. Mövsümün Eminə borcu olmuşdur. Eltun Eminə “nəyə görə uşağı sıxırsız” demişdir. Bunun üstündə mübahisə baş vermişdir. Eltunla Emin çölə çıxmışlar. Çölə çıxan kimi sağ tərəfdə kabinet olmuşdur. Ora girmişlər. Orada söhbət etmişlər. O da qapıdan çölə çıxmışdır. Həmin vaxtı içərdə olmamışdır. Daha sonra səs eşitmişdir. Ona görə kabinetə keçmişdir. Emin Eltunun saç nahiyəsindən tutmuşdur. Eltun Eminin kürək nahiyəsindən və qol nahiyəsindən vurmuşdur. O vəziyyəti görən kimi Eltunun boğazından tutaraq çölə çıxarmaq üçün özünə tərəf çəkmişdir. Eltunu çölə çıxardan kimi birinci ona əl atmışdır. Eltuna yumruq vurmuşdur. Ondan sonra Eltun onu bıçaqla vurmuşdur. Qarın, kürək və böyür tərəfindən vurmuşdur. Sol ayağından da vurmuşdur. Şikayətçi olmamışdır. Onunla barışmışlar. Xəstəxana xərclərini də ödəmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərlə onun qohumluğu yoxdur. Kabinetdə çay içirmiş. Çölə çıxmış və mübahisəni görmüşdür. Hamısı bir stolda oturub çay içmişlər. Çölə çıxanda dəhlizdə dava düşdüyünü görmüşdür. Kimin kimi bıçaqlamasını tam görə bilməmişdir. Kənan qan içərisində yerdə olmuşdur. O, çölə çıxanda artıq hadisə baş verib bitmişdir. O, çölə çıxanda təqsirləndirilən şəxsi orada görməmişdir. Kənan yerdə olmuşdur. Avtomobilə mindirərək xəstəxanaya aparmışlar. Emilin xəsarətini idarədə olanda görmüşdür. Çiynindən xəsarəti olmuşdur. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Borcu qayıtmamışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hadisədən təxminən 6 ay əvvəl ki, Sumqayıt şəhəri, 1-ci məhəllə yaşayış binasının zirzəmisində yerləşən «Stadion pub» kafesini icarəyə işlədirmiş. xx.xx.2024-cü il tarixdə axşam saatlarında kafeyə üzdən tanıdığı Mövsüm adlı şəxs 3 nəfər şəxslə birlikdə gəlib yemək yeyib spirtli içki içmişlər və onların hesabı 150 manat olmuşdur. Mövsüm demişdir ki, dekabrın 12-də pulu ona ödəyəcəkdir, o, əvvəl razılaşmasa da, Mövsüm ağır söyüş söyərək dedyi vaxtda pulu ona verəcəyini demiş, o, da pulu vaxtında gətirməyini, 15 dekabrda icarənin pulunu ödəyəcəyini demişdir. Lakin Mövsün dediyi vaxtda pulu gətirməmiş, zənglərinə də cavab verməmişdir. O, bu barədə Mövsümün tanışı Kehrana bildirmiş, Kehran Mövsümün ona borclu qalmasını əvvəldən bilmişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Kehran kafedə olan zaman Mövsüm barədə demiş, Kehran Mövsümə zəng edərək pulu gətirib ona çatdırmağımı demişdir. Təxminən 1 saatdan sonra Mövsüm ona zəng edərək Sumqayıt şəhəri, 13-cü mkr-da yerləşən «Xəlifə» restoranın yanma gəlməyini deyərək söyüşlə danışmış, düşünmüşdür ki, onun pulunu verəcəkdir, lakin yenə də ehtiyatını tutub həmin vaxtı kafedə olan Emil adlı tanışına onunla birlikdə gəlməsini xahiş etmişdir. Emil Mövsümün ona borlu olmasını bilirmiş. O, Eminlə birlikdə «Xəlifə» restoranın qarşısına getmiş, həmçinin həmin vaxtı kafedə olan Kənan, Cəmil, Əli, Həsrət və İsmayıl da onlarla gəlmişlər. Saat 00:30 radələri olarmış. Mövsüm tanımadığı 2 nəfər tanışları ilə gəlmiş,o, Mövsümlə borcla bağlı danışmış, qərara gəlmişlər ki, birlikdə onun kafesinə gedib söhbəti çay süfrəsi arxasında davam etsinlər, Mövsümün yanında olan sonradan adlarını Eltun və qardaşı İbrahim də gəlmək istəmiş və birlikdə kafeyə gəlmişlər. Kafedə o, Mövsüm, Eltun, İbrahim, Emil, Kənan, Cəmil, Əli, Həsrət kabinetlərin birində əyləşmişlər. Söhbət zamanı Mövsümə ona olan borcunu vaxtında ödəyəcəyinə söz verdiyini, lakin əməl etmədiyini, bu barədə söyüş də söydüyünü xatırlatmış, həmin vaxtı Mövsümün yanında olan Eltun söhbətə müdaxilə edərək «uşağı çıxmayın, borcunu qaytaracaq» deyərək danışanda Emil Eltunun sözünü kəsərək söhbətə qarışmamasım demiş, lakin Eltun Emilə məhəl qoymadığı üçün Emil Eltunu çölə söhbət etməyə dəvət etmiş və kabinetdən çıxmışlar. Sonra Kənan tualetə getmək üçün çölə çıxmışdır.Təxminən 5 dəqiqədən sonra çöldə səs-küy gəlmiş, onlar çölə çıxanda görmüşlər ki, Kənan Eltunu arxadan qucaqlayıb digər kabinetdən çölə çıxardır, Eltun da əlindəki bıçaqla Kənana zərbələr vurur, həmçinin Emilin də qolundan qan gəldyini görmüşdür. O, və yanımda olan şəxslər Eltunun əl qolunu tutub Kənandan ayırmağa başlamışlar. Kənanın böyründən qan gəlirmiş, sonra Eltun və yanında olan tanışları qaçıb getmişlər. Sonra Emilin də qolundan və kürəyində qan görəndə bilmişlər ki, Eltun Emilə də bıçaqla xəsarət yetirmişdir. Sonra Kənanı xəstəxanaya aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə yaşayış binasının zirzəmisində yerləşən «Stadion pub» kafesində baş vermiş, təxminən 15- 20 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada onlardan başqa kənar şəxs olmamış və kənardan heç kim toplaşmamışdır. Ona heç bir xəsarət yetirilməyib, heç bir əmlak zədələnməmişdir. Həyəcanlı olduğumdan Eltunun əlində olan bıçağın əlamətlərini xatırlamır. Eltun Kənana bıçaqla xəsarət yetirdikdə sonra orada olan şəxslərin yumruq və təpiklə onun bədəninə zərbələr vurduğu barədə doğru danışmır, Eltun Kənanı bıçaqla vurduqdan sonra onun əl qolundan tutub dartaraq Kənandan ayırmağa başlamışlar, Eltunu heç kim vurmamışdır. Onun Eltunu vurmağı barədə Eltun doğru göstərməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onlar bir yerə yığışmışlar. Eminlə Mövsüm borc üstündə danışırmışlar. Eltun məsələyə müdaxilə etmişdir. Dostu kimi məsələyə müdaxilə etmişdir. Sonradan çölə çıxmışlar. Məsələni aydınlaşdırmaqdan ötrü çölə çıxmışlar. Hərə bir söz danışırmış. Daha sonra səs-küy eşitmişdir. Vəziyyətin bu yerdə olduğunu görmüşdür. O, Kənanı yerə uzanmış vəziyyətdə qan içərisində görmüşdür. Eltunun onu vurduğunu görməmişdir. X11 vurduğunu bilmişdir. Digər zərərçəkmiş şəxsin də xəsarəti olmuşdur. Hadisə yerində eyni zamanda Həsrət adlı şəxs də olmuşdur. O istintaq zamanı sərbəst şəkildə ifadə vermişdir. Onu döyən və incidən olmamışdır. Eltunun Kənanı bıçaqla vurduğunu görmüşdür. İfadəsini təsdiq etmişdir. Dava kabinetdən kənarda olmuşdur. Birinci başqa bir kabinetə keçmişlər. Oturduqları kabinetdən çıxanda başqa bir kabinet olmuş və həmin kabinetdən sonra isə çölə çıxış olmuşdur. Başqa kiminsə olduğu yadında olmamışdır. Hadisəyə qədər bir və ya iki nəfər olmuşdur. Pivə içirmişlər. Hadisə olan zamanda qaçıb getmişlər. Zalda oturub pivə içilmişdir. Həmin yerin təhlükəsizlik kamerası olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri hadisə ilə bağlı tanımışdır. Kafedə oturmuşlar. Həmin yerdə çay içmişlər. Daha sonra Kənanı yerdə qan içərisində olduğunu görmüşdür. Kənanı yerdən götürərək xəstəxanaya aparmışlar. Kafenin çıxışına qədər Kənanı aparmışdır. Ondan sonra dostu ona kömək edərək Kənanı avtomobilə mindirmişdir. O, dava edənlərdən kənarda əyləşmişdir. Kimin kimi vurduğunu görməmiş, çölə çıxanda Kənan yerdə qan içərisində olmuşdur. Digər zərərçəkmiş şəxsi görməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, gecə vaxtı ona zəng gəlmişdir. Onu çay içmək üçün çağırmışlar. Sözlü mübahisə olmuş və daha sonra dava düşmüşdür. Birinci Emillə mübahisə olmuşdur. İkisi də çölə çıxmışdır. Daha sonra aləm bir-birinə dəymişdir. O, çölə çıxandan sonra hadisənin baş verdiyini görmüşdür. Eltunla Eminin bir-birini vurduğunu görmüşdür. Emillə Eltun dalaşanda onların yanına Kənan gəlmişdir. Qardaşı da məcbur qalaraq bıçaqla vurmuşdur. O qardaşının bıçaqla vurmasını görmüşdür. Qardaşının Kənanı bıçaqla vurmasını görmüşdür. Digər zərərçəkmiş şəxsə vurmasını isə görməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Onlar bir daha görüşməmişlər. Əvvəldən bir-birilərini tanımamışlar. Qardaşı ora gedəndə üzərində bıçaq olduğunu bilməmişdir. Qardaşı üzərində adətən bıçaq gəzdirməmişdir. Uzun müddət əvvəl narkotikdən istifadə etmişdir. Daha dəqiq desəm tutulmamışdan bir ay əvvəl narkotik istifadə etmişdir. Özü narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən “Stadion Pub” adlı kafedə çay içirmiş. Kafenin sahibi və tanıdığı bir neçə uşaqlar da kafedə olmuşlar. Gecə vaxtı Emin kafedə olan Emilə onunla birlikdə Mövsüm adlı şəxslə görüşməyə getməyini demiş, Mövsümlə borcla bağlı söhbəti olduğunu demişdir. Mövsüm Emini söhbət etmək üçün “Xəlifə” restoranının qarşısına çağırmışdır. Həmin vaxtı o, Emin, Emil, Kənan, Əli, Cəmil və İsmayıl da birlikdə getmişlər. Biz “Xəlifə” restoranının qarşısına çatmışlar, saat 00:30 radələri olarmış. Mövsüm 2 nəfər tanışları ilə gəlmiş, Emin Mövsümlə borcla bağlı danışıb qərara gəlmişlər ki, birlikdə kafeyə gedib söhbəti çay süfrəsi arxasında davam etsinlər, Mövsümün yanında olan sonradan adlarını Eltun və qardaşı İbrahim də gəlmək istəmişlər və birlikdə kafeyə gəlmişlər. Kafedə o, Mövsüm, Eltun, İbrahim, Emil, Kənan, Emin, Əli, Cəmil kabinetlərin birində əyləşmişlər. Ona aidiyyəti olmadığı üçün onların söhbətinə qarışmamışdar. Emin Mövsümlə borcla bağlı danışmış, həmin vaxtı Mövsümün yanında olan Eltun söhbətə müdaxilə edərək «uşağı çıxmayın, borcunu qaytaracaq» deyərək danışanda Emil Eltunun sözünü kəsərək söhbətə qarışmamasım demiş, lakin Eltun Emilə məhəl qoymadığı üçün Emil Eltunu çölə söhbət etməyə dəvət etmiş və kabinetdən çıxmışlar. Sonra Kənan tualetə getmək üçün çölə çıxmışdır.Təxminən 5 dəqiqədən sonra çöldə səs-küy gəlmiş, onlar çölə çıxdmış, görmüşdür ki, Kənan Eltunu arxadan qucaqlayıb digər kabinetdən çölə çıxardır, Eltun da əlindəki bıçaqla Kənana zərbələr vurur. O, və yanında olan şəxslər Eltunun əl qolunu tutub Kənandan ayırmağa başlamışlar, o, Eltunun əlindən bıçağı birtəhər alıb kənara tullamış, Kənanın bədənindən qan gəlirmiş, sonra Eltun və yanında olan tanışları qaçıb getmişlər. Sonra Emilin də qolundan və kürəyində qan görəndə bilmişlər ki, Eltun Emilə də bıçaqla xəsarət yetirmişdir. Sonra Kənanı xəstəxanaya aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə yaşayış binasının zirzəmisində yerləşən «Stadion pub» kafesində baş vermiş, təxminən 15- 20 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada onlardan başqa kənar şəxs olmamış və kənardan heç kim toplaşmamışdır. Ona heç bir xəsarət yetirilməyib, heç bir əmlak zədələnməmişdir. Eltunun əlindən aldığı bıçaq açılıb-qatlanan bıçaq olmuş, əlamətlərini xatıramır. Eltun Kənanı bıçaqla vurduqdan sonra Eltunun əl qolundan tutub dartaraq Kənandan ayırmağa başlamış, o və heç kim Eltunu vurmamışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 ifadəsində göstərmişdir ki, bir neçə dəfə dostları ilə Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən «Stadion pub»-a gedərək orada asudə vaxtını keçirmişdir. 06 dekabr 2024-cü il tarixdə axşam saatlarında tanışları ilə «Stadion pub»-da yemək yeyib spirtli içki qəbul etmişlər. Hesab 101,50 manat olmuşdur. Kafenin sahibi Eminlə ünsiyyəti olduğundan Eminə bildirmişdir ki, 1 həftəyə, ən geci 10 gün müddətinə pulu ödəyəcək. Emin onunla razılaşmış və problem olmadığını bildirmişdir. Aradan bir neçə müddət keçmiş, həmin müddət ərzində Emin onun mobil потгэсиня dəfələrlə zəng edərək, mesajlar yazıb borcunu istəmiş, lakin onun pulu olmadığı üçün kafenin borcunu ödəyə bilməmişdir. Bir neçə gündən sonra tanışı Kehran ona zəng edərək demişdir ki, kafenin işlədən Eminin ona görə zəng edərək borcu ödəməyini, həmçinin Eminlə də əlaqə saxlamağını ona çatdırmağını xahiş etmişdir. O, pul tapa bilmədiyi üçün Eminlə əlaqə saxlaya bilməmişdir. Fikirləşdim ki, bir miqdar pul tapdıqdan sonra Eminə zəng edər. 14 dekabr 2024-cü il tarixdə Eminə zəng etmiş və qısa zamanda pulu ödəyəcəyini bildirmişdir. Lakin aradan keçən müddət ərzində kafeyə olan borcunu ödəyə bilməmişdir. 24 dekabr 2024-cü il tarixdə axşam saatlarında Kehran ona zəng edərək kafeyə borcumu ödəyə bilib-bilmədiyini soruşmuş, o,maddi vəziyyətinə görə ödəyə bilmədiyini demiş, Kehran təkrarən xahiş etmişdir ki, Eminlə əlaqə saxlasın. O, da Eminə zəng etmişdir. Eminə salam verib hal-əhval tutmaq istəyən zaman Emin ona qarşı nalayiq ifadə işlətmişdir. Həmin gün saat 23:30 radələrində Eminə zəng edərək harada olduğunu soruşmuş və Sumqayıt şəhəri 13-cü mkr-da yerləşən “Xəlifə” restoranını qarşısına tək gəlməsini bildirmişdir. Fikrimdə olmuşdur ki, Eminin onu söydüyünü aydınlaşdırsın. O, “Xəlifə” restoranının qarşısına gəldim və orada avtobus dayanacağında tanıdığı Təqsirləndirilən şəxs və qardaşı Şahid5 görmüşdür, hal-əhval tutmuş, onlar burada nə etdiyini soruşanda onlara Eminlə arasında olan məsələni danışmışdır. Həmin vaxtı olduqları yerə 2 avtomobil gəlmiş, onların birindən Emin düşmüş, digər avtomobildən də üzdən tanıdığı bir neçə nəfər şəxs düşmüşdür. Eminə nəyə görə tək gəlmədiyini soruşmuş, Emin gəldiyi şəxslərə çıxıb getmələrini desə də onlar getməmişlər. Onlar 7 nəfər olmuşdur. Eminin dostu Emil kafeyə gedərək orada söhbət etmələrini təklif etmişdir. O, əvvəl onlarla birlikdə getməyini istəməmiş, Emilin mənə narahat olmamağım, birlikdə çay süfrəsində danışacaqlarını, dava olsaydı hələ burada da dava edə biləcəklərini dedikdə, o, razılaşmış, düşünmüşdür ki, normal söhbət edə bilərlər. Həmin vaxtı İbrahim və Eltun da onunla birlikdə gələcəklərini bildirmiş, o, İlkin və Eltuna ehtiyac yoxdur desə də, onlar gələcəklərini demişlər, həmçinin Emil də onların gəlmələrinə etiraz etməmiş və hamıbirlikdə «Stadion pub»a getmişlər. Kafedə kabinetlərin birində əyləşmişlər. Kabinetdə o„ İlkin, Eltun, Emin, Emil, Kənan və adlarını bilmədiyi Eminin bir neçə tanışı olmuşdur. Orada kafeyə borcunu qaytarmadığı üçün əvvəl Emil, sonra da kafeni işlədən Emin ona məzəmmət edərək nalayiq ifadələr işlətmişlər. Həmin vaxtı onunla birlikdə olan Eltun Eminə “Mövsümü təkləməyin, borcu nədirsə tez bir zamanda qaytaracaq, nalayiq ifadə lazım deyil” deyərək onu müdafiə etmişdir. Eltunun bu sözünə Emil Eltunu bayıra çağırıb kafenin qonşu kabinetinə dəvət etmişdir. Onların yanında olan Kənan adlı şəxs də tualet adı ilə kabinetdən çıxmışdır. Təxminən 2-3 dəqiqə sonra qonşu kabinetdən kəs-küy gəlmişdir. Onlar hamı kabinetdən bayıra çıxmışlar və həmin vaxtı Kənanın Eltunu arxadan tutub divara söykəndiyini, Eltunun da əlində olan bıçaqla Kənanın bədəninə zərbələ vurduğunu görmüş, Kənan yerə yıxılmış,onlar hamı Kənana kömək edərək xəstəxanaya yola salmışlar. Eltun artıq kafedən getmişdir. Sonradan bilmişdir ki, Eltun Emilə də bıçaqla vurub xəsarət yetirmişdir. Sonra onlar da kafedən çıxmışdır. Hadisə xx.xx.2024- cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində yerləşən “Stadion pub” adlı kafedə baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yerinə kənardan toplaşan olmamış, yalnız onlar olmuşdur. Hadisənin baş verməsinə səbəb Eminin ona olan borcunu ödəmədiyi üçün Emillə birlikdə ona qarşı nalayiq ifadələr işlətməsi, dostu Eltunun onlara nalayiq ifadələr işlətməməsini bidirməsi, bundan sonra Eminin dostu Emilin Eltunu bayıra çağırması və aralarında baş verən mübahisə olmuşdur. Ona heç bir xəsarət yetirilməmiş, hadisə yerində heç bir əmlak zədələnməmişdir. Həyəcanlı olduğundan Eltunun əlində olan bıçağın əlamətlərini xatırlamamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında”25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllə, Səməd Vurğun küçəsi, 1 saylı binanın zirzəmisində yerləşən «Stadion pub» kafesində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla hansı şəraitdə vurub xəsarət yetirdiyini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş üzərində zədə izləri olan bir ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli köynək(futbolka) və 1 ədəd qara rəngli mayka iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş üzərində zədə izi olan bir ədəd qara rəngli köynək(futbolka) iş üçün maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 110 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərindəyoğun bağırsağın, böyük piyliyin zədələnməsi ilə müşayət olunan qarnın sol yan divarının boşluğa keçən 1 ədəd, döş qəfəsinin arxa divarının sol yarısının boşluğa keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, hemoperitoneum, sol budun orta 1/3-nin ön səthinin 1 ədəd, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin 2 ədəd kəsilmiş yaraları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir,törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla, qərarda göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sumqayıt MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 2144 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs2 bədəni üzərindəsağ bazunun orta 1/3-nin arxa səthinin, sol kürək nahiyyənin cərrahi tikişə ehtiyacı olan boşluğa keçməyən yaraları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici ahtin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir,törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi PHŞ-dən verilmiş xx.xx.2024cü il tarixli, 2145 №-li ekspert rəyindən müəyyən olunur ki,

1. Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ dirsək oynağının şişkilik və ağn hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Sağ dirsək oynağının axa səthinin, sağ əlin arxa səthinin İİ əl-daraq sümüyü proykesiyasınm, sol bazunun orta l\3-nin ön-iç səthinin, alının sol hissəsinin sıyrıqlan, sol çiyin nahiyyəsinin 2 (iki) ədəd, sol almacıq nahiyyəsinin qançırları. 2.Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, töranmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 25.12.24-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə- sağ dirsək oynağının şişkilik və ağn hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL, digər xəsarətlər yəni- sağ dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin П əl-daraq sümüyü proykesiyasınm, sol bazunun orta l\3-nin ön- iç səthinin, almın sol hissəsinin sıynqlan, sol çiyin nahiyyəsinin 2 ( iki) ədəd, sol almacıq nahiyyəsinin qançırlan isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 81/2025-TBŞ saylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu-A(İİ)

2. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-AB(İV) (təqdim olunan şəxsiyyəti təsdiq edən portal axtarış vərəqələrinin kserosurətinə əsasən).

3. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus alt mayka, qısaqol kofta(futbolka) və idman şalvarı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alındı,aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər.

4. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus kyönək üzərind Abeta/İİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus olması inkar olunmur. Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 51/2025-MTKŞ saylı rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol nahiyyəsində bir ədəd, maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd; maykanın ön səthinin sol nahiyyəsində bir ədəd, köynəyin arxa sol nahiyyəsində bir ədəd; maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd; idman şalvarın sağ ayağının arxa səthində bir ədəd dəlib-keçən zədələr aşkar olunduö Bu zədələr deşilmi-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynək və maykanın ön səthinin sol nahiyyəsində hərəsində bir ədəd aşkar edilmiş deşilmi- kəsilmiş zədə onun bədəninin qarnın sol yan divarının boşluğa keçən bir ədəd yaraları ilə; maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd; köynək və maykanın arxa səthinin sol nahiyyəsində bir ədəd aşkar edilmiş hərəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa divarının sol yarısının boşluğa keçməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə; idman şalvarının sağ ayağının arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ baldırın yuxarı 1/3-nin bayır səthinin iki ədəd kəsilmiş yaraları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Sağ baldır üzərində aşkar edilmiş digər ikinci yara və sol budun orta 1/3- nin ön səthində olan bir ədəd yara onun raltarı üzərində öz əksini tapmamışlar.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.

4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 bədəninin sağ bazunun orta 1/3nin arxa səthində olan yara və sol kürək nahiyyəsində olan yara onun paltarı üzərində öz əksini tapmamışlar.Bu da, paltarın yerdəyişməsi ilə izah oluna bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 260 saylı rəyindən görünür ki, - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və suallar aşağıdakı kimi cavablandınlır: - Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional-qeyri sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtləşmişdir. - Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik müəyyən edilmədi. Lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməsə də, onda narkotik qəbul faktı aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli tapşırıqdan şübhəli məqamlara aydınlıq gətirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcək xüsusatların yoxlanması zəruri olduğundan, aşağıda göstərilən hallar əsasında əməliyyat tədbirləri həyata keçirilməli olmuşdur:

1. Baş vermiş hadisədə orada olmuş Zərərçəkmiş şəxs1, Şahid1, Şahid6 İlyasov X7 X10 Əli Mail oğlu və Zərərçəkmiş şəxs2 nə kimi iştiraklarının olması, onların Təqsirləndirilən şəxs xəsarət yetirib yetirməmələri əməliyyat yolu ilə müəyyən edilməsi;

2. Təqsirləndirilən şəxs törətdiyi hadisədə istifadə etdiyi bıçağ əməliyyat yolu ilə müəyyən edilməsi;

3. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində yuxarıda göstərilənlərdən başqa ortaya çıxa biləcək iş üzrə əhəmiyyət kəsb edən hallar müstəqil yoxlanılması və nəticəsi barədə istintaqa əlavə məlumat verilməsi; İstintaq zamanı verilmiş xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci məhəllə, Səməd Vurğun küçəsi, 1 saylı binanın zirzəmisində yerləşən «Stadion pub» kafesində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, bündan sonra isə həmin vaxtı onları ayırmağa gələn Zərərçəkmiş şəxs1 da bıçaqla vurub xəsarət yetirmişdir. Hadisə zamaın Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağı müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin alınmış məlumatlara əsasən hadisə yerində olmuş Şahid1, Şahid6 İlyasov X7 Cəmil Samir oğlu və Şahid4 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ayırmışlar, onlar və Zərərçəkmiş şəxs1 sonuncuya hər hansı bir xəsarət yetirməmişlər. Qəbələ Rayon Məhkəməsinin 1(025)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilməklə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə baxılan cinayət işinə CM- nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmənin sözügedən qərarı alınaraq cinayət işinə əlavə edilmişdir. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-378/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə və həmin Məcəllənin 126.2.4-cü maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə - altı ildən onbir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.https://e-qanun.az/framework/46947 Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərədə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericilikdə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydam kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərlə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik , etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq bir çox insanın və ya cəmiyyətin hər hansı bir üvzünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhəkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzaları qismən toplamaqla qəti cəza təyin olunmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli qərarının 21-ci bəndinin 2-ci abzasından müəyyən olunur ki, Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Cinayət işinin materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman yetkinlik yaşına çatmasa da, məhkəmə istintaqı dövründə 18 yaşına tamam olmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-378/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbirinin seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli köynək (futbolka) və 1 ədəd qara rəngli mayka, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli köynək (futbolka) məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsi ilə 2 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli idman şalvarı, 1 ədəd qara rəngli köynək (futbolka) və 1 ədəd qara rəngli mayka, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli köynək (futbolka) məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar