Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-398/2024 05.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri – X3 və X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxslərin iştirakları ilə,
1. xx xxx 1970-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə,
2. xx xxxxxxx 1991-ci ildə Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası 10 ay 01 gün hissədə çəkilməmiş qalan, Abşeron rayonu Saray qəsəbə ərazi dairəsi Saray qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 3-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girdikdən sonra, aralarındakı razılaşmaya uyğun olaraq 2023-cü ilin may ayının əvvəllərində sonuncuya məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş 174 (bir yüz yetmiş dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya edib, əkib becərərək yetişdirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girdikdən sonra, aralarındakı razılaşmaya uyğun olaraq 2023-cü ilin may ayının əvvəllərində sonuncuya məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkilib becərilməsi qadağan olunmuş 174 (bir yüz yetmiş dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya edib, əkib becərərək yetişdirmiş, daha sonra həmin çətənə kollarından satış məqsədilə əldə etdikləri şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 170,00 qram təşkil edən qurudulmamış marixuananı, ümumi çəkisi 106,252 qram təşkil edən narkotik vasitələrə aid olmayan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını və külli miqdarda ümumi çəkisi 2.238,414 qram təşkil edən eyni tərkibli bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın əsas hissəsini yaşadıqları evdə, narkotik vasitə qurudulmuş marixuananın qalan hissəsini isə üzərlərində saxlamışlar, bundan sonra barələrində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri, satış məqsədilə hazırlayıb yaşadıqları evdə saxlamaları barədə daxil olmuş əməliyyat məlumatına əsasən 15 iyul 2023-cü il tarixdə saat 14:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, Corat qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə baxış keçirilən zaman oradan yaş vəziyyətdə, hündürlükləri 50 sm-1,60 m, ümumi saylan 174 (bir yüz yetmiş dörd) ədəd, ümumi çəkiləri 51.650 qram təşkil edən, külli miqdarda bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpağa əkilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin ünvanın həyətyanı sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, fərdi yaşayış evindən 01 (bir) ədəd sellofan torbada 170,00 qram çəkidə, şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmamış marixuana, 01 (bir) ədəd qırmızı parça bükülüdə, 03 (üç) ədəd sellofan bükümdə 106,252 qram çəkidə narkotik vasitələrə aid olmayan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, təmiz çəkisi 285 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamada, təmiz çəkisi 210 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamada, təmiz çəkisi 2,201 qram təşkil edən 01 (bir) ədəd polietilen bağlamadaki 01 (bir) ədəd sellofan bağlamada, təmiz çəkisi 1725,0 qram təşkil edən 01 (bir) ədəd ağ rəngli sintetik torbada, ümumilikdə isə 2.222,201 qram çəkidə külli miqdarda, eyni tərkibli bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd üzərində “X22 Scale-8006” yazısı və narkotik vasitə heroinə məxsus izlər olan üst hissəsi gümüşü alt hissəsi ağ rəngli stolüstü elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, həmin gün polis idarəsinə aparılan Təqsirləndirilən şəxs1 üzərinə saat 17:18-də şəxsi axtarış aparılarkən, onun əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 8,293 qram təşkil edən xeyli miqdarda olan bitki mənşəli, kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, həmin gün polis idarəsinə aparılan Təqsirləndirilən şəxs2 üzərinə saat 17:26-da şəxsi axtarış aparılarkən, onun əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,920 qram təşkil edən xeyli miqdarda olan bitki mənşəli, kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən bağda çətənə toxumu əkmişdi. Həmin bağda xiyar, qarpız və s. meyvə toxumları da əkmişdi. Əkin işlərindən anlayışı var idi. Təqsirləndirilən şəxs2 həmin bağda 3 ədəd iti var idi. Təqsirləndirilən şəxs2 həmin itlər üçün 5 yaxud 10 gündən bir ət gətirirdi. Bir gün təxminən 20 nəfər polis əməkdaşı həmin bağın həyətinin divarında içəri daxil oldular. Onlar onu və Təqsirləndirilən şəxs2 yerə yıxaraq döydülər. Yerdə uzanan vəziyyətdə olduğu halda polis əməkdaşı ayağını başının üzərinə qoyaraq bir müddət həmin vəziyyətdə saxladı. O bağda marixuana növündə narkotik vasitə əkdiyini etiraf etdi. Bu müddət ərzində də digər polis əməkdaşları evə baxış keçirirdilər. Evdə otaqların birində döşəyin altından marixuana növündə narkotik vasitə aşkar edilmişdi. Həmin marixuana növündə narkotik vasitənin onun olmadığını polis əməkdaşlarına bildirdi. Bundan sonra polis əməkdaşları aşkar olunan narkotik vasitənin miqdarını artıraraq, onların ona məxsus olduğunu bildirdilər. Onu polis idarəsinə gətirdilər. Orada onlara marixuana növündə narkotik vasitə çəkməyi bildirdilər. Polis idarəsində marixuana növündə narkotik vasitə çəkdi, lakin Təqsirləndirilən şəxs2 çəkmədi. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Təqsirləndirilən şəxs2 marixuana növündə narkotik vasitə qəbul etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşayırdı. Təqsirləndirilən şəxs2 məxsus bağ sahəsi Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşirdi. Həmin bağ sahəsini Təqsirləndirilən şəxs2 meyvə və tərəvəz əkmək üçün götürməyi xahiş etmişdi. Təqsirləndirilən şəxs2 məxsus bağ sahəsi 24 sot idi. Həmin bağ sahəsində meyvə-tərəvəz əkmək üçün Kamal ona hər hansı məbləğdə pul vermirdi. Əkdiyi meyvələrdən sataraq dolanırdı, həm də həmin bağ evində yaşayırdı. Təxminən 30-35 ədəd çətənə kolu əkmişdi. Təqsirləndirilən şəxs2 itlərə ət gətirərkən bağ sahəsinə girmirdi. Orada olan kanalın yanından ətləri ona verib gedirdi. Bağ sahəsində çay içmək üçün oturacaq var idi. Lakin, Təqsirləndirilən şəxs2 ilə orada heç vaxt oturub çay içməmişlər. Polis əməkdaşları tərəfindən döyüldükdən sonra gözlə görünən hər hansı xəsarəti olmamışdır. Onlar ona şillə və təpik vururdular. Bu səbəbdən xəsarət izləri yaranmırdı. Müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına qəbul edilərkən hər hansı xəsarət qeydə alınmamışdır. Polis əməkdaşları onu məcbur etdikləri üçün Təqsirləndirilən şəxs2 adını vermək məcburiyyətində qalmışdı. Məhkəməyədək icraat zamanı ifadə verməmişdir. Müstəntiq nə yazıbsa, ona qol çəkmişdir. Barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında evin içərisində aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdi. Tutulduğu gün Təqsirləndirilən şəxs2 ilə təxminən səhər saat 10:00 radələrində görüşüblər. Təxminən saat 11:00-12:00 radələrində polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs2 bağ sahəsinə gəldikdə onun paltarları təmiz idi, hər hansı qan ləkəsi yox idi. Təxminən 20 nəfər polis əməkdaşı gəlmişdi. Bağ sahəsinin kənar hissəsində narkotik tərkibli bitkilər əkmişdi. Bağ sahəsinə girdikdə, həmin bitkilər görünmürdü. Onları kartof, pomidor və s. digər əkinlərin aralarında gizlədərək əkmişdi. Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkilər əkilməsindən məlumatı olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 əl qandalı tətbiq edərək saxlamışlar. Onun özünü bir nəfər polis əməkdaşı döyürdü. Təqsirləndirilən şəxs2 isə bir neçə polis əməkdaşı döyürdülər. Onlar Təqsirləndirilən şəxs2 taxta ilə döyürdülər. Təqsirləndirilən şəxs2 onunla birlikdə narkotik tərkibli bitkiləri əkməsi barədə etiraf etməsi üçün döyürdülər. Onların döyməkləri təxminən 10-15 dəqiqə müddətində davam etmişdir. Polis əməkdaşları evə daxil olub axtarış həyata keçirərkən uzanmış vəziyyətdə olub. Polis əməkdaşı ayağını başı üzərinə qoymuşdu. Daha sonra qaldırıb evə gətirmişlər. Otağa daxil olan kimi döşəyi qaldırıb narkotik vasitəni oradan çıxarmışlar və ona məxsus olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi təxminən gecə saat 00:00 radələrində ona təqim olunmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəni təsdiq etmir. Baxış zamanı evdən aşkar olunan narkotik vasitələr ona məxsus olmamışdır. O oranı daha da gözəllişdirmişdi. Lakin, həyətin bir kənarında çətənə bitikiləri də əkmişdi. Çətənə bitkilərinin toxumlarını fevral ayında əkmişdi. Onları şəxsi istifadə üçün əldə etdiyi narkotik vasitənin istifadəsindən sonra əkmişdi. Təqsirləndirilən şəxs2 həmin evə 15 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində gəlmişdi. Videoçəkilişdə polis əməkdaşları qapını döydükdə, onlar əvvəlcədən dediyi üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə qapını açmışdılar Polis əməkdaşları da 15 iyul 2023-cü il tarixdə saxlamışlar. Çətənə bitkilərini onları əkdiyi bağda elə gizlətmişdi ki, nəinki həmin evin həyətinə girən, heç bağın içərisinə daxil olan adam da onu görə bilməzdi.. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində o, elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 30 ildən artıqdır narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. Saxlanılmamışdan təxminən 4 ay əvvəl Təqsirləndirilən şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 2 ünvanda yerləşən həyətdə 1 mərtəbəli tikilidə Kamalın razılığı ilə yaşamağa başlamış, Kamala məxsus həyət 24 sot torpaq sahəsindən ibarət olmuş, ora köçəndən sonra orada əkin əkib təsərrüfatla məşğul olmuş, həmçinin orda marixuana, otağın sol tərəfində yerləşən Kamalın yataq döşəyinin altında saxladıqları şəffaf rəngli 2 ədəd selofanda çətənə yarpaqları, 2 ədəd kiçik ölçülü selofan paketdə çətənə tumları aşkar olunmuşdur. Sorğu zamanı birgə yaşadıqları otaqda aşkar olunmuş qurudulmuş marixuana və çətənə toxumlarının özlərinə məxsus olduğunu, özlərinin şəxsi istifadəsi üçün saxladıqlarını bildirmişlər. Daha sonra yaşadıqları otağın sol tərəfində yerləşən yataq döşəyinin altından aşkar olunmuş 2 ədəd selofandakı çətənə yarpaqları bir sellofan paketə qoyulmuş, televizorun altındakı şkafdan aşkar olunmuş 3 kq-lıq şüşə balonunda olan qurudulmuş marixuana isə digər selofan paketə boşaldılmış, sonra aşkar olunmuş maddələr tərəzidə çəkilmiş, 3 kq-lıq şüşə balonundan selofana boşaldılmış qurudulmuş marixuananın çəkisinin 0,220 kq, televizorun altındakı selofan paketdə aşkar olan qurudulmuş marixuananın çəkisinin 0,290 kq, otaqda sol tərəfdə yerləşən yatağın döşəyinin altından aşkar olunmuş və bir selofan paketə qoyulmuş marixuananın çəkisinin 0,190 kq, otaqda sağ tərəfdə yerləşən yatağın altından aşkar olunmuş ağ rəngli kisədəki qurudulmuş marixuananın çəkisinin 1,880 kq olduğu müəyyən edilmiş, daha sonra həmin selofan bağlamalar və kisə ayrı-ayrılıqda xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, həmçinin otaqda aşkar olunmuş 2 ədəd kiçik selofan paketdəki çətənə tumları, televizorun altındakı şkafdan aşkar olunmuş qırmızı rəngli parçada olan çətənə tumlarının üzərinə qoyulub həmin parçaya bükülərək xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmaqla götürülmüşdür. Bundan başqa otaqda stolun üzərindən aşkar olunmuş qara rəngli əl-elektron tərəzisi, televizorun altındakı şkafdan aşkar olunmuş digər elektron tərəzi və içərisində qurudulmuş marixuana olmuş 3 kq şüşə bankada qablaşdırılaraq götürülmüş, baxış zamanı yaşadıqları otaqdan digər əşya va ya predmet aşkar olunmamış, bundan sonra polis əməkdaşları onları Sumqayıt polis idarəsinə dəvət etmişlər. Orda protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokolla tanış olduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş, ona Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan hüquqlarının müdafiəsi üçün X1. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, bundan sonra əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf selofan bükümü, sağ yan cibindən ümumilikdə 40 manat 40 qəpik pulu və qara rəngli sadə modelli "İtel" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 1 ədəd selofan bükümün içərisində "nəşə", yəni qurudulmuş marixuana olduğunu, yaşadığı ünvanda aşkar olunmuş qurudulmuş marixuanadan olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç digər əşya və ya predmet aşkar olunmamış, üzərindən aşkar olunaraq götürülmüş bir bükümdəki qurudulmuş marixuana elektron tərəzidə çəkilərək çəkisinin 8,30 qram olduğu müəyyən edilmiş, həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmış, şəxsi axtarış zamanı aşkar edilmiş pul isə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi ona izah edilərək özünə qaytarılmışdır. "İtel" markalı mobil telefonu isə qablaşdırılaraq götürülmüş, bundan sonra bununla bağlı da protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni satmaq fikri olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əkib becərmiş, sonra isə qurudaraq istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş, hədə qorxu gələn olmamışdır. Yaşadığı ünvanda narkotik tərkibli maddələri əkib becərməsindən Kamaldan başqa digər şəxsin məlumatı olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 faktiki olaraq istifadəsində olan bağ sahəsində olan itlərinə gətirdiyi yeməkləri vermək üçün oraya getdi. Həyətdən içəri daxil olduqdan təqribən 5 dəqiqə sonra 22 nəfər polis əməkdaşı həyətə daxil oldular. Onlardan ikisi polis geyimi formasında, qalanı isə mülki geyimdə idilər. Onları döydülər. Onlar Təqsirləndirilən şəxs1 əkdiyi narkotik tərkibli bitkiləri onun də əkdiyini deməsi üçün döyürdülər. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına onun heç nədən məlumatı olmadığını bildirdi. Hazırda məhkəməyə də gəlmiş polis əməkdaşlarından biri ilə tanışlığı vardı. O, onluq heç bir şeyin olmadığını, onun sadəcə şahid olduğunu və polis idarəsindən buraxılacağını dedi. Bunun üçün bir neçə sənədlərə imza etdirdilər. O da onların dedikıəri sənədləri imzalamışdır. Onun itlər üçün yemək apardığı qabı boşaldaraq, həyətdəki narkotik tərkibli bitkiləri oraya yığdılar. O ümumiyyətlə, narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitələrin aşkar olunduğu torpaq sahəsi ona məxsus olmuşdur. Ondan narkotik vasitə istifadə edib-etmədiyini yoxlamaq üçün hər hansı analiz götürülməmişdir. Bağ sahəsində yaşamaq üçün yer var idi. O orada qalmırdı. Narkotik tərkibli bitkiləri yerdən çıxararkən həyətdə videoçəkilişdə iştirak etməmişdir. Həmin bitkilərdən məlumatı olmadığı üçün videoçəkiliş zamanı bağın içərisinə girməmişdir. Məhkəməyədək icraat zamanı ifadə verməmiş, müstəntiq nə yazıbsa, ona qol çəkmişdir. Həmin bağ sahəsinə saat 11:00-11:30 radələrində gəlmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna 3 gün idi ki, zəng çatmırdı. Həmişə itlər üçün yeməyi bağ sahəsinə gəlmədən kanalın kənarından Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 yenidən yeməkləri götürməsi üçün zəng etsə də, onun mobil telefonuna zəng çatmamışdı. O da narahat olduğu üçün bağ sahəsinə getdi. Prokurora xəsarətləri barədə bildirmişdir. Onun bədən nahiyələrində qançırlar olduğunu, elektroşok vasitəsi tətbiq olunduğunu, bədənində sıyrıq izlərini və s. bildirmişdir. Elektroşok tətbiq olunarkən onun tətbiq olunduğu nahiyələrdə “göyərmə” izləri olur. İstintaq Təcridxanasında bədən nahiyəsində olan xəsarətlər qeydə alınmışdır. Həmin xəsarətlərin videoçəkiliş vasitəsilə qeydə alınıbalınmadığını bilmir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri əkməsindən xəbəri olmadığını dediyi üçün onu döydülər. Daha sonra Mustafa adlı müstəntiq onu polis idarəsindən buraxacaqlarına və bunun üçün bir neçə sənədlərə imza etməli olduğunu bildirdi. Bağ sahəsindəki evə daxil olduqda polis əməkdaşları ondan mobil telefonu istədilər. Mobil telefon əvvəlcə, üzərində idi, lakin sonradan yoxa çıxmışdı. Mobil telefon nömrəsini demiş və həmin nömrəyə zəng etmişlər. Onun mobil telefon nömrəsinə zəng çatsa da, zəngi açan olmadı. Daha sonra polis əməkdaşları “Bəxtiyar müəllim” deyə müraciət etdikləri bir şəxsə zəng edib onun mobil telefonunu götürüb-götürmədiyi barədə soruşdular. Həmin şəxs mobil telefonu götürdüyünü, hazırda polis idarəsində olduğunu və az sonra oraya gələcəyini bildirdi. Bəxtiyar adlı şəxs gəldikdə əlində ağ çanta var idi. Evdə tərəzi və s. aşkar olunan televizorun olduğu mebelin taxtası nasaz olduğu üçün onu bağlamaq olmur. Həmin mebelin qapısını o və Təqsirləndirilən şəxs1 bağlaya bilirdi. Başqa şəxslər onu bağlaya bilməzdi. Polis əməkdaşları da bağlaya bilmədikıəri üçün onun qarşısına stul qoymuşdular. Videoçəkilişə başlamazdan əvvəl polis əməkdaşları onları öyrədərək, qapını çöldən döyəcəklərini, yenidə həyətə daxil olacaqlarını, onların qapını açmalarını və s. bildirdilər. Məhkəmə-narkoloji ekspertizası zamanı ondan analiz götürülməmişdir. Həmin gün təxminən saat 17:00-17:30 radələrində onu polis idarəsinə gətirdilər. Saat 00:00-dan sonra isə ona müdafiəçi təqdim olunmuşdu. Müdafiəçinin iştirakı ilə vudeoçəkiliş həyata keçirildi. Daha sonra təxminən saat 02:00-02:30 radələrində videoçəkilişdə problem yarandığı və yenidən videoçəkiliş həyata keçirilməli olduğu üçün müdafiəçini bir daha çağırdılar, videoçəkilişi həyata keçirdilər. Məhkəməyədək icraat zamanı ifadə verərkən 2 müdafiəçi birlikdə olmamışlar. Birinci dəfə ifadə verdikdən sonra ifadəsi ona oxunmamışdır. Təqsirləndirilən şəxs1 döyülməsini görməmişdir, lakin buna dair səsləri eşitmişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına yaşlı adam olduğunu və onu vurmamalarını bildirirdi. O qrup rəhbəri kimi Kərbəla şəhərinə zəvvarlar aparmışdır. Şalvarında qan ləkəsi var idi. Həmin şalvarı müdafiəçiyə təqdim etmişdir. Videoçəkilişdə paltarın dəyişdirildiyi aydın şəkildə görünür. Paltarı qana bulaşdığı üçün polis əməkdaşları onu dəyişdiriblər. Narkotik tərkibli bitkilərin aşkar olunduğu evdə 4 otaq vardı. Polis əməkdaşları sadəcə bir otağa baxış keçirdilər. Çünki, narkotik vasitələri özləri videoçəkiliş həyata keçirilməzdən əvvəl həmin otağa qoymuşdular. Polis idarəsində videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış həyata keçirilərkən aşkar olunan büküm ona məxsus olmamış, həmin bükümü polis əməkdaşları polis idrəsində ona vermişlər. Əgər üzərində əvvəlcədən narkotik vasitə olsaydı, polis idarəsinə gedənədək, yəni həyətə baxış zamanı kolluğa atardı. Narkotik tərkibli bitkilərin aşkar olunduğu torpaq sahəsi ailə üzvlərinə məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 orada çətənə bitkiləri əkməsini polis əməkdaşları tərəfindən saxlanıldığı gün öyrənmişdir. Narkotik tərkibli bitkilərin aşkar olunduğu evə ayda təxminən 1 dəfə gedirdim. Polis əməkdaşları həmin evə 15 iyul 2023-cü il tarixdə təxminən saat 12:00-12:30 radələrində gəlmişdilər. Narkotik tərkibli bitkilərin aşkar olunduğu evə Təqsirləndirilən şəxs1 həmin evin həyətində saxladığı itlərə yemək gətirdiyi üçün gəlmişdi. Sonuncu dəfə həmin evə polis əməkdaşları tərəfindən saxlanılmazdan 2 ay əvvəl getmişdi. Həmin vaxt da orada çətənə bitikilərini görməmişdi, çünki, onlar görünmürdü. Evdən aşkar olunan narkotik vasitələr, həmçinin şüşə balonda olan vasitələr oraya polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəni təsdiq etmir. Sadəcə tibb ekspertinin yanında verdiyi sənədə imza etmişdir. Orada polis əməkdaşları tərəfindən döyüldüyünü deməmişdi. Sadəcə qolunu göstərib it dişlədiyini demişdi. Ekspert onun bədəninə baxış keçirməmiş, qarın nahiyəsinə baxmamış, sadəcə qoluna baxmışdır. Ekspert baxmadığı halda bədənin aşağı ətrafında olan xəsarətləri necə düzgün qeyd etdiyini bilmir. İstintaq təcridxanasına etap edildikdən sonra tibbi yoxlanış həyata keçirildi. Yoxlanış zamanı şalvarını soyunduqda onu dərhal təcridxana rəisinin yanın apardılar. Təcridxana rəisi onun vəziyyətini görüb “belə adam gətirməzlər” demişdir. Müvafiq qeydlər və s. aparıldıqdan 1-2 gün sonra prokurorluq orqanı əməkdaşları onun izahatını aldılar. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmağı ilə bağlı bildirir ki, narkotik vasitə istifadə etməmişdir. Tanıdığı bir şəxsin avtomobilini götürüb diş həkiminə getmişdi. Yolda gedərkən polis əməkdaşları onu saxladılar, avtomobildən narkotik vasitə aşkar olundu. O da avtomobilini götürdüyü şəxsin adını qeyd etmədi və cinayət məsuliyyətinə cəlb olundu. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ilkin ifadəsində o, elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməyə başlamışdır. Saxlanılmamışdan təxminən 4 ay əvvəl Təqsirləndirilən şəxs1 ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 2 ünvanda yerləşən həyətdə 1 mərtəbəli tikilidə yaşamağa başlamış, Özü də çox vaxtı həmin tikilidə qalmışdır. Həyəti 24 sot torpaq sahəsindən ibarət olmuş, orada əkin əkib təsərrüfatla məşğul olmağa, həmçinin qalıb yaşamağa da şərait olmuşdur. Azad həmin həyətdə yaşadığı müddətdə tərəvəz əkmiş, təxminən 2 ay əvvəl Azadın həmin torpaq sahəsinin təxminən 3 sot hissəsində və ətraflarında çətənə toxumları əkdiyini görmüş, ondan bu barədə soruşanda öz istifadəsi üçün əkib becərdiyini, yetişdikdən sonra qurudub çəkmələrini bildirmişdir. Azadla razılaşmış və ehtiyatlı olmasını tapşırmışdır. Hər dəfə bağda olanda Azadın çətənə bitkilərinə qulluq etdiyini, suvardığını, diblərini ot-alaqdan təmizlədiyini görmüşdür. Azad təxminən 200-ə yaxın çətənə bitkisi əkib becərmiş, bir müddətdən sonra Azad çətənə bitkilərindən dərib qurutmuş və birlikdə hissə-hissə bundan çəkməyə başlamışlar. Qurudulmuş marixuananı həmişə tikilidə öz yatdıqları otaqda saxlamışlar. Azadın əkdiyi çətənə bitkilərindən yığdığı çətənə toxumlarını ayrıca, yaxşı təsir edən qurudulmuş marixuananı ayrıca, az təsir edənini isə ayrı saxlamışlar. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Azadla birlikdə həyətdə olan zaman həyət darvazası döyülmüş, Azadla birlikdə küçəyə çıxanda polis əməkdaşları ilə qarşılaşmış, onlar özlərini təqdim etmiş, onlardan kimliklərini soruşmuşlar. Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin qərarını elan və təqdim edərək, yaşadığı ünvanda külli miqdarda narkotik vasitələr saxlamaqda, satışı ilə məşğul olmaqda, külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmədə, yetişdirməkdə və kültivasiyası ilə məşğul olmaqda şübhəli olmağı ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə icazə verildiyini bildirmişlər. Bundan sonra polis əməkdaşlarını həyətə dəvət etmiş, həyədə cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif edildkdə, Azadla birlikdə polis əməkdaşlarını həyətdə çətənə bitkilərini əkib becərilən bağ sahəsinə aparmışdır. Orada Azad bağ sahəsində əkib becərdiyi çətənə bitkilərini təqdim etmiş, baxışda iştirak edən sonradan adını bildiyi aqronom təqdim olunan bitkilərə və dib hissələrinə baxış keçirdikdən sonra həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və həmin bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edildiyini bildirmişdir. Azad bundan sonra bağ sahəsində və ətrafında əkib-becərdiyi çətənə bitkilərini, həmçinin dibçəkdə də əkib becərdiyi çətənə bitkilərini təqdim etmiş, baxış zamanı bağ sahəsində və ətrafında torpaqda və 10 ədəd dibçəkdə aşkar olunmuş əkib becərilmiş bütün narkotik tərkibli çətənə bitkiləri torpaqdan və dibçəklərdən çıxarılaraq həyətin mərkəzinə yığılmış və ardıcılıqla düzülüb sayılaraq ümumi sayının 174 ədəd, orta hesabla həmin bitkilərin hündürlüyünün 50 sm-1,60 metr arası olması müəyyən olunmuşdur. Həmçinin baxış zamanı Azad bağ sahəsində kiçik ölçülü uc hissələri əyilmiş metal məftilləri təqdim edərək həmin məftilləri narkotik tərkibli bitkilər böyüdükcə kənardan görsənməsin deyə baş hissələrini əymək üçün istifadə etdiyini, bundan başqa həmin bitkiləri ilk əkib-becərdiyi vaxtı plastik qabla suvardığını bildirərək həmin plastik qabıda təqdim etmişdir. Baxış zamanı aşkar olunmuş bitkilər ümumilikdə 14 ədəd kisələrə yığılıb xüsusi qaydada yapışqan lentlə bağlanıb qablaşdırılmış, həmçinin həmin bitkiləri əkibbecərmədə istifadə olunan 10 ədəd plastik dibçək qabı, metal məftillər və plastik su qabı ayrı kisəyə qablaşdırılmış, möhürlənmiş və üzərində kağız parçasında müvafiq qeydlər aparılmışdır. Bundan sonra həyətdə yerləşən yaşadıqları tikilidə narkotik maddələr saxladıqlarını və həmin yeri təqdim edə biləcəklərini bildirdikdən sonra birlikdə həmin tikiliyə daxil olmuşlar, otaqda otağa girişdən sağda olan televizorun altındakı şkafda 3 kqlıq şüşə balonda və rəngli selofan paketdə saxladıqları qurudulmuş marixuananı, qırmızı rəngli parçanın içərisində saxladıqları çətənə tumlarını və yarpaq qalıqlarını, bir ədəd elektron tərəzini təqdim etmiş, otaqda sağ tərəfdə yerləşən Azadın yatağının altında saxladığı ağ rəngli kisədə qurudulmuş marixuana, otaqda sol tərəfdə yerləşən özünün yatağının döşəyinin altında saxladığı şəfav rəngli 2 ədəd sellofanda çətənə yarpaqları, 2 ədəd kiçik selofan paketdə çətənə tumları aşkar olunmuş, bundan sonra birgə yaşadıqları otaqdan aşkar olunmuş qurudulmuş marixuana və çətənə toxumlarının özlərinə məxsus olduğunu, şəxsi istifadələri üçün saxladıqlarını bildirmişlər. Otaqda sol tərəfdə yerləşən yatağın döşəyinin altından aşkar olunmuş 2 ədəd selofandakı çətənə yarpaqları bir selofan paketə qoyulmuş, televizorun altındakı şkafdan aşkar olunmuş 3 kq-lıq şüşə balonunda olan qurudulmuş marixuana isə digər selofan paketə boşaldılmış, sonra aşkar olunmuş maddələr əl elektron tərəzisində çəkilmişdir. 3 kq-lıq şüşə balonundan selofana boşaldılmış qurudulmuş marixuananın çəkisinin 0,220 kq, televizorun altındakı selofan paketdə olan qurudulmuş marixuananın çəkisi 0,290 kq, otaqda sol tərəfdə yerləşən yatağın döşəyinin altından aşkar olunmuş və bir sellofan paketə qoyulmuş marixuananın çəkisinin 0,190 kq, otaqda sağ tərəfdə yerləşən yatağın altından aşkar olunmuş ağ rəngli kisədəki qurudulmuş marixuananın çəkisinin 1,880 kq olduğu müəyyən edildikdən sonra, həmin sellofan bağlamalar və kisə ayrı-ayrılıqda xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, həmçinin otaqda aşkar olunmuş 2 ədəd kiçik sellofan paketdə çətənə tumları televizorun altındakı şkafdan aşkar olunmuş qırmızı rəngli parçada olan çətənə tumlarının üzərinə qoyulub həmin parçaya bükülərək xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Bundan sonra otaqdakı stolun üzərindən aşkar olunmuş qara rəngli əl-elektron tərəzisi, televizorun altındakı şkafdan aşkar olunmuş digər elektron tərəzi və içərisində qurudulmuş marixuana olmuş 3 kq-lıq şüşə banka polislər tərəfindən götürülmüş, baxış zamanı otaqdan digər əşya va ya predmet aşkar olunmamışdır. Bundan sonra Sumqayıt polis idarəsinə dəvət edilmiş, orda protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolla tanış olduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş, Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan hüquq və qanuni mənafelərinin müdafiəsi üçün X2. Bundan sonra isə oraya dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunduqda, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükümü, arxa sağ cibindən qara rəngli "Samsung" markalı, üzərində ***-***-**-** nömrəli mobil nömrə olan telefonunu, sağ yan cibindən elektron nəzarət cihazını çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi sellofan bükümün içərisində "nəşə" adlandırılan, yəni qurudulmuş marixuana olduğunu, yaşadığı ünvandan aşkar olunmuş qurudulmuş marixuananın bir hissəsi olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərində və ayağında olan elektron nəzarət cihazını isə məhkəmə tərəfindən verilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir əşya aşkar olunmamış, daha sonra üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 7,95 qram olması müəyyən olunmuşdur. Həmin maddə sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılıb zərfə qoyularaq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş elektron nəzarət cihazı özünə qaytarılmış, "Samsung" markalı mobil telefonu isə götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokolla tanış olduqdan sonra oda doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilmiş narkotik vasitəni satmaq fikri olmamış, həmin narkotik vasitəni Azad şəxsi istifadələri üçün əkib becərmiş, bundan məlumatlı olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, təzyiq göstərilməmiş və hədə qorxu gələn olmamışdır. Yaşadığı ünvanda Azad tərəfindən narkotik tərkibli maddələrin əkilib becərilməsindən və saxlamalarından başqa digər şəxsin məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirdikdən sonra sübut növü kimi qəbul edilməsini mümkün hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə baxış keçirilməsinə icazə verilməsi üçün 14 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Həmin qərar əsasında 15 iyul 2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi evə getdilər. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunda ondan başqa, Şahid4, Şahid3, Şahid2, Şahid5 var idi. Əlavə olaraq, təhqiqatçı, müstəntiq, aqronom və kriminalist də var idi. Təqsirləndirilən şəxs2 qapını açdı, ona özlərini təqdim etdilər, barəsində daxil olmuş əməliyyat məlumatını bildirdilər. O, yaşayış sahəsinə baxış keçirilməsinə etiraz etmədi. Fərdi yaşayış evinin həyətyanı sahəsində ümumilikdə, 174 ədəd narkotik tərkibli bitkilər aşkar olundu. Bundan sonra həyətyanı sahədəki tikiliyə də baxış keçirildi və oradan da narkotik vasitələr aşkar olundu. Həmin tikilinin içərisində olan televizorun altından, yatağın altından və şkafın içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Həyətyanı sahəyə baxış zamanı müdafiəçi iştirak etməmişdir. Müdafiəçi şübhəli şəxslər polis idarəsinə gətirildikdən sonra gəlmişdir. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəyə daxil olduqda narkotik tərkibli bitkilər bəzi yerlərdə görünürdü. Onlara Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdu. Baxış zamanı Təqsirləndirilən şəxs1 aşkar olunan qanunsuz vasitələrin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs2 məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahədə olan tikilidə tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 qolunda xəsarət var idi. Həmin xəsarət barədə soruşduqda onu it dişlədiyini bildirmişdi. Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə getdikdə, qapını Təqsirləndirilən şəxs2 açmışdı. Həyətyanı sahədə narkotik təkibli bitkilər aşkar olunmuşdur, onlar yaş vəziyyətdə idi. Tikilidən aşkar olunanlar isə qurudulmuş marixuana növündə narkotik vasitə idi. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri özünün əkdiyini bildirmişdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəyə baxış keçirilməsi üçün ümumilikdə 9 nəfər getmişlər. Aşkar olunan qurudulmuş marixuananın çəkisini xatırlamıram. Təqsirləndirilən şəxs2 barəsində onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitələrin satışı barədə məlumat yox idi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, ona məxsus yaşayış sahəsinə baxış keçirilməsinə icazə verilməsi üçün 14 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunmuş, həmin qərar əsasında 15 iyul 2023-cü il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi evə getmişlər. Fərdi yaşayış evinin həyətyanı sahəsində təxminən 174 ədəd narkotik tərkibli bitkilər aşkar olunmuş, bundan sonra həyətyanı sahədəki tikiliyə də baxış keçirilmiş və oradan da qurudulmuş marixuana, eyni zamanda tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəyə daxil olduqda əvvəlcə pomidor və s. tərəvəzlər görünürdü. Arxa tərəfə keçdikdə narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəyə baxış keçirmək üçün ondan başqa Şahid4, Şahid1, Şahid2, Şahid5, təhqiqatçı, müstəntiq, aqronom və kriminalist getmişdi. Təqsirləndirilən şəxs2 məxsus həyətyanı sahəyə baxış keçirilməsi zamanı müdafiəçinin nə vaxt gəldiyini bilmir. Təqsirləndirilən şəxs2 gördükdə onun üst-başı normal vəziyyətdə idi. Paltarında və s. hər hansı qan ləkəsi yox idi. Nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs1 xəsarətləri yox idi. Həyətyanı sahədə olan tikilidə bir neçə yerdə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri özünün əkdiyini, Təqsirləndirilən şəxs2 heç nədən məlumatı olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik tərkibli bitkiləri özünün əkdiyini deyirdi. Yaşayış sahəsinə getdikdə, qapını kimin açdığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə baxış keçirilməsinə icazə verilməsi üçün 14 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Həmin qərar əsasında 15 iyul 2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi evə getdilər. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunda ondan başqa Şahid4, Şahid3, Şahid1, Şahid5 var idi. Əlavə olaraq, təhqiqatçı, müstəntiq, aqronom və kriminalist də var idi. Təqsirləndirilən şəxs2 qapını açdı, ona özlərini təqdim etdilər, barəsində daxil olmuş əməliyyat məlumatını bildirdilər. O, yaşayış sahəsinə baxış keçirilməsinə etiraz etmədi. Fərdi yaşayış evinin həyətyanı sahəsində ümumilikdə, 174 ədəd narkotik tərkibli bitkilər aşkar olundu. Bundan sonra həyətyanı sahədəki tikiliyə də baxış keçirildi və oradan da narkotik vasitələr aşkar olundu. Həmin tikilinin içərisində olan televizorun altından, yatağın altından və şkafın içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Həmin vaxt bir neçə tərəzi aşkar olunmuşdu. Təqsirləndirilən şəxs2 baxış keçirilmiş həmin ünvanda yaşayırdı. Təqsirləndirilən şəxs1 isə arabir oraya gəlib-gedirdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri birlikdə əkdiklərini demişdilər. Lakin, bu barədə dəqiq xatırlamır. Yəqin ki, bu cür bildirmişlər. Həyətyanı sahəyə daxil olduqda Təqsirləndirilən şəxs1 özü qanunsuz vasitələrin yerlərini göstərdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı təzyiq göstərilməmişdir. Həyətyanı sahəyə 15 iyul 2023-cü il tarixdə günorta rədələrində getmişdilər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə baxış keçirilməsinə icazə verilməsi üçün 14 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Həmin qərar əsasında 15 iyul 2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi evə getdik. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunda ondan başqa Şahid4, Şahid3, Şahid1, Şahid2 var idi. Şahid1 əməliyyat qrupunun rəhbəri idi. Əlavə olaraq, təhqiqatçı, müstəntiq, aqronom və kriminalist də var idi. Təqsirləndirilən şəxs2 qapını açdı, ona özlərini təqdim etdilər, barəsində daxil olmuş əməliyyat məlumatını bildirdilər. O, yaşayış sahəsinə baxış keçirilməsinə etiraz etmədi. Fərdi yaşayış evinin həyətyanı sahəsində ümumilikdə, 174 ədəd narkotik tərkibli bitkilər aşkar olundu. Bundan sonra həyətyanı sahədəki tikiliyə də baxış keçirildi və oradan da narkotik vasitələr aşkar olundu. Həmin tikilinin içərisində olan televizorun altından, yatağın altından və şkafın içərisindən qurudulmuş marixuana aşkar edilmişdir. Həmin vaxt tərəzi də aşkar olunmuşdu. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkilərdən məlumatı olmadığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də onların yanında olmuşlar. Təqsirləndirilən şəxs2 onların yanında, Təqsirləndirilən şəxs1 isə qapının yanında durmuşdu. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, o, digər polis əməkdaşları ilə oxşar məzmunlu ifadələr verməklə onların ifadələrində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evdə olarkən səs-küy eşitdi. Çölə çıxdıqda təxminən 20-25 nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs2 yerə yıxıb dəyənək ilə vurduqlarını gördü. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində qısa şalvar var idi. Təqsirləndirilən şəxs2 mülki geyimli şəxslər tərəfindən döyülməsi təqribən 15-20 dəqiqə davam etdi. Ümumilikdə, 20 nəfərdən çox mülki geyimli şəxs görmüşdü. Təqsirləndirilən şəxs2 isə 4-5 nəfər döyürdü. Mülki geyimli şəxslər Təqsirləndirilən şəxs2 döydükdə, təxminən saat 11:00-12:00 radələri idi. Təqsirləndirilən şəxs2 əynində boz rəngli qısa şalvar var idi. Təqsirləndirilən şəxs2 paltarlarında qan ləkəsi görməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs2 həmin evdə görməmişdir. Lakin bununla belə şahid Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinin dəqiq ünvanını bilməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, üzərində qan ləkəsi olan paltar Təqsirləndirilən şəxs2 olmuşdur. Təqsirləndirilən şəxs2 həmin paltarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında ona təqdim etmiş, o da müstəntiqə təqdim etmişdi. Müstəntiq həmin paltarı sonradan qaytarmamışdır. X14 idi. Paltarı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında götürmüşdü, lakin onu hansı tarixdə götürdüyünü xatırlamır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X18 Sumqayıt şəhər şöbəsinin məhkəmə-tibbi eksperti X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 barəsində 18 iyul 2023-cü il tarixdə tibbi rəy vermişdir. Həmin rəyə əsasən, Təqsirləndirilən şəxs2 bədənində aşkar olunan xəsarətlərin köhnə tarixə aid olduğu müəyyən edilmişdi. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən səhv etmirsə, 15 iyul 2023-cü il tarixdə saxlanılmışdı. Onun barəsində 3 gün sonra, yəni 18 iyul 2023-cü il tarixdə 1135 saylı rəy vermişdi. Təqsirləndirilən şəxs2 bədənində olan sıyrıqların rənginə görə həmin nəticəyə uyğun rəy vermişdir. Rəydə qançırın rəngi, sıyrıq və s. yazılmışdırsa, onun niyə solğunlaşması və s. yazılmalı deyildir, buna ehtiyac yoxdur. Əsasnaməyə görə, tibb eksperti qarşısında sual qoyulub-qoyulmamasından asılı olmayaraq, xəsarətlərə dair 3 nüans, yəni müddət, şərait və alət qeyd olunmalıdır. Sıyrıq, dəri səthinin tamlığının pozulmasıdır. Qançır, dərialtı yumşaq toxumaya qansızmadır. Sıyrıq, dərin olduğu halda bu, yara sayılır. Təqsirləndirilən şəxs2 bədənində yara yox idi. Qançırın bənövşəyi rəngdə olması onun təzə olması deməkdir. Sıyrıqdan 1 gün sonra qaysaq bağlamağa başlayır. Qaysaq bağlamaq 5-7 gün də çəkir. Təqsirləndirilən şəxs2 bədənində hansı xəsarətləri görmüşdürsə, onu qeyd etmişdir. İstintaq təcridxanasında Təqsirləndirilən şəxs2 bədənində fərqli xəsarətlər qeyd olunması barədə nəsə bilmir. Rəy verdikdən sonra ola bilər ki, yolda və s. nəsə olsun. Qançırın sarı rəngdə olması həmin xəsarətin 9-11 gün müddətində yaranmasını bildirir. Şəxs ekspetizadan keçirilərkən müəyyən olunmuş xəsarətlərə dair fotocədvəl tərtib olunmur. Xəsarətlərin qeyd olunduğu rəy həmin nahiyələrə baxdığı üçün verilmişdir. Təqsirləndirilən şəxs2 xəsarətlər barədə soruşduqda, polislər tərəfindən döyülmədiyini bildirdi. Şəxs ekspertizadan keçirilərkən onun qollarına, ayaqlarına, köynəyi qaldırıb qarın nahiyəsinə və s. baxış keçirirlər. Lazım olduqda, şəxs köynəyi çıxarır və həmin vəziyyətdə baxış keçirirlər. Təqsirləndirilən şəxs2 köynəyini də qaldırıb bədəninə baxış keçirmişdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 2 ünvana polis əməkdaşları gəldikdə qapını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 açmışlar. Müstəntiq həmin şəxsləri Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə tanış etdikdən sonra, fərdi yaşayış evinin həyətyanı sahəsinə və fərdi yaşayış evinə baxış keçirilməsinə etirazlarının olub olmadığını soruşulmuş və onlar etirazlarının olmadığını bildirmişlər. Daha sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə həyətyanı sahəyə baxış keçirilərkən kol halında və dibçəklərə ümumilikdə 174 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərin hündürlüyü ölçüldükdə ümumi ölçülərinin 50-160 sm arasında olduğunun müəyyən edilmişdir. Aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri torbalara qablaşdırılaraq götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həyətyanı sahədə olan tikilidə qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet saxlayıb-saxlamadıqları soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs2 mövcud tikilidə həyətyanı sahədən dərib şəxsi istifadələri üçün saxladıqları qurudulmuş marixuana olduğunu bildirdirmişdir. Həmin tikili olan fərdi yaşayış evinə baxış keçirildikdə Təqsirləndirilən şəxs2 otağa girişdən sağda olan televizorun altında narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və oradan 3 kq-lıq şüşə balonda və rəngli selofan paketdə qurudulmuş marixuanaya, qırmızı rəngli parçanın içərisində çətənə tumları və yarpaq qalıqlarına bənzər bitki tərkibli kütlələr, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Otağa baxış keçirilməsi davam etdirildikdə digər otaqda yatağın altından ağ rəngli kisədə qurudulmuş marixuanaya bənzər bitki tərkibli kütlə, otağa girişin sol tərəfindəki digər yatağın döşəyinin altından iki ədəd şəffav rəngli selofanda yaş halda bitki tərkibli kütlə, iki ədəd kiçik selofan paketdə çətənə tumlarına bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş bitki tərkibli kütlələrin çəkiləri 0,290 kq, 0,190 kq və 1,880 kq olmasının müəyyən edilmiş və aşkar edilmiş bitki kütlələri, elektron tərəzi, çətənə toxumları qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sual verilərək aşkar edilmiş bitki tərkibli kütlələrin özlərinə məxsus olub-olmadığını, polis əməkdaşları tərəfindən onlara qarşı fiziki zor tətbiq edilib-edilmədiyini soruşulmuş, bu zaman aşkar edilmiş bitki tərkibli kütlələrin onlara məxsus olduğunu, polis əməkdaşları tərəfindən onlara qarşı heç bir formada fiziki zor tətbiq edilmədiyini deyilmişdir. (Cild 1, iş vərəq 11-13) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, bundan sonra o, əynində olan açıq boz rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf selofan bükümü, sağ yan cibindən ümumilikdə 40 manat 40 qəpik pulu və qara rəngli sadə modelli "İtel" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bükülüdə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəzidə çəkildikdə onun çəkisinin 8,30 qr. olması müəyyən edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəq 37) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, bundan sonra o, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd şəffaf selofan bükümü, arxa sağ cibindən isə bir ədəd qara rəngli “Samsung” maraklı mobil telefon təqdim etmişdir. Bükülüdə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəzidə çəkildikdə onun çəkisinin 7,95 qr. olması müəyyən edilmiş, sonra isə qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəq 65) “Baxış keçirilməsi və götürmə barədə”, eləcə də “Şəxsi axtarışın keçirilməsi barədə” protokollarda əks olunan hərəkətlər videoçəkilişlə aparılmış və bununla bağlı 05 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, evə baxış və təqsirləndirilən şəxslərin şəxsi axtarışı zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Bu zaman təqsirləndirilən şəxslərin döyülməsindən, onlara hər hansı bir formada fiziki və ya psixi təsir etmədən dəlalət edən və ya onların bədəni üzərində aşkar xəsarətlərin olmasına işarə edən görüntülər müşahidə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş mütəxəssis reyindən görünür ki, aşkar edilmiş çətənə birkilərinə aqrotexniki qaydada mütəmadi olaraq xüsusi qulluq edilmiş, dibləri suvarılmış və yumşadılmış, ot-alaqdan təmizlənmişdir. (Cild 1, iş vərəq 17) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1026 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim olunmuş, üzərində “Vət.X10 üzərindən aşkar edilərək götürülmüş...” yazılar və imzalar olan 1№-li ağ rəngli kağız paketdə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi - 7,920 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş...” yazılar və imzalar olan 2№-li ağ rəngli kağız paketdə 1 ədəd sellofan bükülünün içərisində təmiz çəkisi - 8,293 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində yaşadığı tikilidə aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan 1№-li polietilen bağlamada təmiz çəkisi- 285 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində yaşadığı tikilidə aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan 2№-li polietilen bağlamada təmiz çəkisi-210qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində yaşadığı tikilidə aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan 3№-li polietilen bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi - 2,201 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və həmin bağlamada 1 ədəs sellofon torbada təmiz çəkisi - 170 qram olan qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində yaşadığı tikilidə aşkar edilərək götürülmüş çətənə tumlarına bənzər tumlar” yazılar və imzalar olan 4№-li polietilen bağlamada 1 ədəd qırmızı parça bükümdə, 3 ədəd sellofan bükümdə ümumi çəkisi - 106,252 qram bitki toxunlan əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs2 həyətyanı sahəsində yaşadığı tikilidə aşkar edilərək götürülmüş marixuanaya bənzər kütlələr” yazılar və imzalar olan 1 ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi – 1.725 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “X10 Təqsirləndirilən şəxs1 ilə birgə olduqları həyətyanı torpaq sahəsindən aşkar olunaraq edilərək götürülmüş...” yazılar və imzalar olan 14 ədəd sintetik torbalarda yaş vəziyyətdə, hündürlükləri 50 sm - 1,6 m, ümumi sayı 174 (yüz yetmiş dörd) ədəd, ümumi çəkisi – 51.650 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4610 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “müstəntiq R.Qəmbərov...” yazılar olan 2 №-li zərfdə 1 ədəd üzərində “X22 Scale-8006” yazısı olan üst hissəsi gümüşü alt hissəsi ağ rəngli stolüstü elektron tərəzi üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün deyildir, üzərində “müstəntiq R.Qəmbərov....” yazılar olan 1 №-li zərfdə 1 ədəd üzərində “portable elektronic scale” yazısı olan qara rəngli elektron əl tərəzisinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər yoxdur. (Cild 2, iş vərəqləri 79-81) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2023-cü il tarixli 5728 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 82-83) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan ambulator məhkəmə-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2023-cü il tarixli 6290 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 84-85) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.238,294 qram qurudulmuş marixuana, 169,98 qram qurudulmamış marixuana, 106,202 qram çətənə bitkisinin toxumları və 51.649,3 qram çəkidə 174 ədəd çətənə bitkiləri, 01 ədəd gümüşü-ağ rəngli elektron stol üstü tərəzisi və 01 ədəd qara rəngli elektron əl tərəzisi maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvl verilmiş, 05 ədəd “DVD” formatlı və 01 ədəd “CD” formatlı disklər iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 178-180) Sumqayıt şəhər məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ünvan 1 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir. (Cild 1, iş vərəqi 8) Məhkəmə yuxarıda təhlil edilən sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlayaraq belə nəticəyə gəlir ki, ittiham tərəfinin məhkəməyə sübut kimi təqdim etdiyi dəlil və sənədlər mötəbər sübut kimi qəbul edilməli, həmin sübutlarla təqsirləndirilən şəxslər tərəfindən onların ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi tam olaraq öz təqsdiqini tapmışdır. Məhkəmə müdafiə tərəfinin gətirdikləri dəlillərə, yəni Təqsirləndirilən şəxs2 sahibliyində olan torpaq sahəsində digər Təqsirləndirilən şəxs1 narkotik tərkibli çətənə birkilərini əkməsi və kultivasiya etməsindən Təqsirləndirilən şəxs2 məlumatının və əlbirliyinin olmaması ilə bağlı iddialara münasibət bildirməklə qeyd edir ki, aşkar edilmiş çətənə bitkilərinin sayının 174 ədəd olması müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən bu bitkilərin hündürlüyü 50 sm-dən 160 sm.-dək olmuşdur. Bitkilərin yetişməsinə kifayət qədər vaxt tələb olunduğundan, bu müddət ərzində torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs2 torpaq sahəsinə gələrək öz evinə və ifadəsində göstərdiyi kimi orada olan itlərinə diqqət yetirməməsi məhkəmə üçün inandırıcı gəlmir. Bundan başqa, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evdə aşkar olunmuş, növ üzrə çeşidlənmiş külli miqdarda qurudulmuş və qurudulmamış marixuana, çətənə toxumları barədə kifayət qədər sərbəst şəkildə məlumat verməklə onların yerini polis əməkdaşlarına göstərirlər. Həmçinin mübahisəsiz haldır ki, baxış keçirilən torpaq sahəsində 174 ədəd çətənə bitkisi əkilmişdir. Müdafiə tərəfinin iddiasına görə isə ümumi çəkisi 51 kiloqramdan artıq olan 174 ədəd çətənə bitkisi əkilən bir sahəyə polis əməkdaşları tərəfindən kənardan qurudulmuş və qurudulmamış marixuana, çətənə bitkisinin toxumları, elektron tərəzilər gətirilmiş, opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxslərin olduqları evə və üzərilərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuş, onlara fiziki və psixi təsir göstərilməklə narkotik vasitənin onlara məxsus olmasını boyunlarına alması tələb olunmuşdur. Məhkəmə müdafiə tərəfinin gətirdikləri bu dəlilləri subyektiv mülahizə və təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş bir cəhd kimi qiymətləndirməklə qeyd edir ki, təqsirləndirilən şəxslərin təqsirliyi ilə bağlı məsələyə qiymət verərkən, məhkəmə, tək ittiham tərəfinin şahidlərinin ittihamedici və ya təqsirləndirilən şəxslərin müdafi xarakterli ifadələrinə deyil, qanunun tələbini rəhbər tutaraq bütövlükdə cinayət təqibi üzrə toplanmış sübutlara və öz daxili inamına əsaslanaraq sadə məntiqə istinad etməklə yekun nəticəyə gəlir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxslərin döyülməsi, onlara işgəncə verilməsi və Kamal Əlieyin bədəni üzərində xəsarətlərin olması və məhz bu əsasla təqsirləndirilən şəxslərə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin fikirlərinə və yanaşmasına münasibət bildirməklə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş sübutların qəbul edilməsinə yol verilmir. Bu halda sübutun məhz zorakılıq və işgəncə nəticəsində əldə edilməsi öz təsdiqini tapması zərurəti ilə yanaşı, ittiham tərəfində şəxsin təqsirliliyini təsdiq edən alternativ sübutların olmadığıda aşkar surətdə görünməlidir. Hazırki iş üzrə isə mövcud mənzərə is ondan ibrətdir ki, iş üzrə ən inandırıcı sübut olan videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxslər sərbəst şəkildə törətdikləri cinayət əməlləri barədə məlumat verirlər, külli miqdarda narkotik vasitələrin yerini göstərməklə, əkilmiş böyük həcmdə çətənə birkilərinin mövcudluğu da mübahisə doğurmur. Təqsirləndirilən şəxsin bədəni üzərində onun barəsində cinayət təqibi başlanılmasından əvvəl və ya sübutun əldə edilməsindən sonra, saxlanılma şəraiti və digər hallarla bağlı, yəni sübutun əldə edilməsi ilə bağlılığı öz təsdiqini tapmayan hər hansı bir xəsarətin olması bütün digər sübutların da etibarsız hesab edilməsi və tək bu əsasla ona mütlək şəkildə bəraət verilməsi ilə nəticələnə bilməz. Əldə edilmiş sübutun məhz zorakılıq və işgəncə nəticəsində əldə edilməsi iş üzrə öz təsdiqini tapmaqla və digər sübutların mövcud olmaması ilə yanaşı, şəxsin təqsirsizliyinə əsaslanan dəlillərdə bundan doğmalıdır. Digər bütün hallarda şəxsin bədəni üzərində olan xəsarətlər ayrı-ayrı vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini aşmaları və sui-istifadə etmələri ilə bağlı halların araşdırılması mövzudur. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X4 ifadəsinə də münasibət bildirərək qeyd edri ki, bu şəxs Təqsirləndirilən şəxs2 qonşuluğunda yaşamasını və kənardan polis əməkdaşları tərəfindən onun döyülməsini, hətta Təqsirləndirilən şəxs2 paltarları üzərində qan ləkələrinin olmasını müşahidə etməsini iddia etdiyi halda, hansı ünvanda yaşaması ilə bağlı sadə suala belə cavab verə bilməmişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Kifayət Qurbanova və Mehdi Cəlalzadənin ifadələri, digər bütün obyektiv hallara toxunmadan yalnız bir Təqsirləndirilən şəxs2 müdafiəsinə yönəldiyindən, bu ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələr daha obyektiv və işin faktiki hallarına uyğun olduğundan, iş üzrə sübut növü kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələrin siyahısına (Siyahı 1)” daxil edilmiş 109.1 və 109.2-ci bəndlərinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarının yuxarı həddi 5 qr., külli miqdarının yuxarı həddi isə 500 qr., qurudulmamış marixuananın xeyli miqdarının yuxarı həddi isə 25 qr. həddində müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş “Siyahıların” İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi 16, yuxarı həddi isə 800 ədəd həddində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hazırlamaqla saxladıqları narkotik vasitə qurudulmuş marixuananın xeyli və külli miqdardan dəfələlə artıq olması, qurudulmamış marixuananın da xeyli miqdardan dəfələrlə artıq olması, narkotik vasitələrin ölçülərək bükümlərdə satılması üçün istifadə olunan elektron tərəzilərin mövcud olması, çətənə toxumlarının aşkar edilməsi və ümumilikdə çətənə növlü bitkilərin külli miqdarda əkilməsi onların məqsədinin satışla bağlı olmasının bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 21-ci bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 204-205) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 202-203) Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Probasiya şöbəsinin xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 01 gün hissəsi çəkilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi olmasa da, onun ödənilməmiş və götürülməmiş məhkumluğu vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Geyd edilənlərə əsasən hazırki hökm üzrə Təqsirləndirilən şəxs2a təyin edilmiş cəzaya onun əvvəlki hökm üzrə çəkilməmiş azadlığı məhdudlaşdırılması növündə cəzası azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Sumqayıt şəhər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmış, daha sonra həmin məhkəmənin 07 noyabr 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla tutulduqları müddətdən onlar fasizləsiz olaraq həbsdə saxlanılmışlar. (Cild 1, iş vərəqləri 170-177, Cild 2, iş vərəqləri 226-231) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqlraı və həbsdə saxlandıqları müddət onlara təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı və təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmçinin məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2238,294 qram qurudulmuş marixuana, 169,98 qram qurudulmamış marixuana, 106,202 qram çətənə bitkisinin toxumları və 51.649,3 qram çəkidə 174 ədəd çətənə bitkiləri məhv edilməli, iş materiallarında olan 05 ədəd “DVD” və 01 ədəd “CD” olmaqla 06 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ümumilikdə 224 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 112 manat, Təqsirləndirilən şəxs1 112 manat məbləğdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçilərin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs1 qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və 10 (on) ay 01 (bir) gün hissədə çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.238,294 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 169,98 qram çəkidə qurudulmamış marixuana, 106,202 qram çəkidə çətənə bitkisinin toxumları və 51.649,3 qram çəkidə 174 ədəd çətənə bitkiləri məhv edilsin, iş materiallarında olan 05 ədəd “DVD” və 01 ədəd “CD” olmaqla 06 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 02 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 112 (yüz on iki) manat məbləğində, Təqsirləndirilən şəxs2 112 (yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.