Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-399/2023 09.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Tərkibinın üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, cinayət əməlini törədərkən məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə edərkən yaranmış anlaşılmazlığı aydınlaşdırmaq məqsədi ilə sonuncunu Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində parkla üzbəüz yerləşən 42a nömrəli binanının arxa tərəfinə dəvət edib orada davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına söyüş söydüyünə görə əvvəlcə sonuncunu yumruqla sifətinə, sonra isə Zərərçəkmiş şəxs əlində bıçaq olduğunu güman edərək üzərində olan bıçaqla qəsdən sağ döş qəfəsinə bir dəfə, sol bel nahiyəsinə isə iki dəfə vuraraq ona döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmahemitoraks (döş boşluğuna qanın və havanın toplanması) İlə nəticələnən sağ tərəfli Vİİİ qabırğanı kəsən bir ədəd deşilmişkəsilmişyarası və bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən iki ədəd kəsilmişdeşilmiş yaralan ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsi əvvəldən tanımışdır. Mübahisə salamlaşmaq üstündə olmuş, bu zaman aralarında anlaşılmazlıq yaranmış, hər iki tərəf xoşagəlməz söyüşlər söymüş, ona görə də belə hadisə baş vermişdir. Özünü saxlaya bilməmiş, neçə bıçaq zərbəsi vurduğunu xatırlamamışdır. Törətdiyi əməldən peşman deyil. Bu hadisədən əvvəl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkumluğu olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Fiziki və psixi cəhətdən sağlamdır. Zərərçəkmiş şəxs tanısa da şəxsi münasibətləri olmamışdır. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində gəzişmək məqsədilə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkına getmişdir. Orada gəzişən zaman parkda yerləşən muzeyin sağ tərəfində üzdən tanıdığı lakin adlarını bilmədiyi bir neçə nəfər şəxslə gəzişərkən onlardan biri Zeynalı göstərib Zeynalın ona baxdığını demişdir. O “Zeynal, sənsən" deyərək səslənmiş və Zeynalın da “Coşqun" dediyini eşitmişdir. Həmin vaxt Zeynal ondan təxminən beş-altı metr kənarda oturacaqda əyləşmişdir. Bir qədər sonra Zeynal oturduğu yerdən qalxıb onun yanına gəlmiş, onun yanına çatdıqda salamlaşmaq məqsədilə əlini ona tərəf uzatmışdır. Həmin vaxt Zeynal onun əlini tutaraq özünə doğru sərt şəkildə çəkmişdir. Zeynal onu özünə tərəf çəkdiyi üçün o da sağ əli ilə Zərərçəkmiş şəxs sinəsinə vuraraq itələmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmış, bir neçə dəqiqə mübahisə etdikdən sonra ikilikdə söhbət etmək məqsədi ilə Zeynalla birlikdə parkla üzbəüz yerləşən binanın həyətinə çəkilmişlər. Həmin vaxt onların ətrafına bir neçə nəfər yığışsa da o Zeynalla birlikdə həmin şəxslərdən kənarda söhbət etmişlər. Söhbət zamanı Zeynal heç kimin onu itələyib alçalda bilməyəcəyini və heç kimin onunla narazı tonda danışa bilməyəcəyini demiş və onunla narazı tonda danışan şəxsin ünvanına söyüş söymüşdür. Zeynalın söyüşü onun xoşuna gəlmədiyi üçün bir dəfə sol əli ilə, bir dəfə də sağ dirsəyi ilə Zeynalın sifət nahiyəsinə vurmuşdur. Bu zaman Zeynal bir qədər səndələmiş, lakin yıxılmamışdır. Zeynalın başqa bir reaksiya vermədiyini gördükdə üzünü çevirib oradan uzaqlaşmaq istəmiş, təxminən 4-5 addım oradan uzaqlaşmışdıqdan sonra Zərərçəkmiş şəxs ona qarşı təhqiramiz ifadə işlətmişdir. Həmin vaxt kiminsə "bıçaq" dediyini eşidib geriyə dönmüş və Zeynalın əlində bıçaq olduğunu görmüşdür. Zeynal əlindəki bıçaqla onun sağ qoluna bir dəfə vurmuş, həmin vaxt o da özünü müdafiə etmək üçün cibindəki bıçağı çıxararaq açıb Zeynala bir dəfə vurmuşdur. Daha sonra Zeynal onu vurmaq istədiyi üçün o Zeynalın bədəninə əlindəki bıçaqla bir dəfə daha vurmuşdur. Həyəcanlı vəziyyətdə olduğu üçün Zeynalın bədəninə hansı nahiyələrdən xəsarət yetirdiyini xatırlamır.( cild 1. i/v 117-119) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzdən tanısa da şəxsi münasibətləri olmayıb. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022ci il tarixdə saat 21 radələrində gəzişmək məqsədilə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev раrkınа getmişdir. Saat təxminən 22 radələrində dostu Şahid1la birlikdə parkda yerləşən muzeyin sağ tərəfində oturub söhbət edərkən üzdən tanıdığı, lakin yaxın münasibətdə olmadığı Coşqun adlı şəxs yanında bir neçə nəfər tanımadığı şəxslərlə birlikdə onlara doğru gəldiyini görən Fərhad ondan həmin şəxsin Coşqun olub-olmadığını soruşmuşdur. O gözünün yaxşı görmədiyini dedikdən bir qədər sonra Coşqunun ucadan “Zeynal, sənsən?” dediyini eşitmişdir. Bu vaxt Coşqun da ondan təxminən beş-altı metr kənarda dayanmışdır. O da “Coşqun, sənsən?" deyə soruşsa da Coşqun ona cavab verməmişdir. Bir qədər sonra o oturduğu yerdən qalxıb Coşquna yaxınlaşmış və salam vermək məqsədilə əlini ona tərəf uzatmışdır. Həmin vaxt Coşqun sağ əliylə onun əlindən tutmuş, o da tanışlıqlarını nəzərə alaraq Coşqunun üzündən öpmək istəmişdir. Lakin Coşqun bədənini arxaya doğru çəkmişdir. O, Coşqunun oradakı digər şəxslərin yanında onu pərt etmək istədiyini başa düşsə də heç nə deməmişdir. Ondan sonra Coşqun sol əli ilə onu çiynindən itələmiş, buna görə də aralarında mübahisə baş vermişdir. Bir neçə dəqiqə mübahisə etdikdən sonra onlar aralarında yaranmış mübahisəni həll etmək məqsədi ilə Coşqunla birlikdə parkla üzbəüz yerləşən binanın həyətinə çəkilmişlər. Onlar mübahisə edən zaman ətrafda bir neçə nəfər şəxs yığışmış, lakin o, Coşqunla birlikdə həmin şəxslərdən bir az kənarda söhbət etmişlər. Həmin vaxt onların arasında təxminən 15-20 metr məsafə olmuşdur. Ara-bir tanımadığı şəxslər onların yanına yaxınlaşsa da Coşqun onlardan kənara getməklərini tələb etmişdir. O, Coşqunu sakitləşdirməyə çalışsa da Coşqun aqressiyya göstərmişdir. Təxminən on dəqiqə mübahisə etdikdən sonra Coşqun ona qarşı hörmətsizlik edən şəxs barəsində nalayiq ifadələr işlətmişdir. O da Coşqqunun dediyini təsdiq edərək öz növbəsində ona qarşı hörmətsizlik edən şəxs barəsində eyni fikirdə olduğunu demişdir. Bu vaxt Coşqun qəflətən sağ əli ilə onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu zaman onun gözləri qaralmışdır. Coşqun onu yumruqla vurduqdan sonra təxminən bir neçə saniyə ərzində hərəkətsiz dayanmışdır. Daha sonra qışqıraraq Coşquna tərəf yüyürmüşdür. O, Coşqunun yanına çatdıqda onu əli ilə vurmaq istəmiş, lakin Coşqun sağ əlində tutduğu bıçaqla onun bel nahiyəsinə iki dəfə, sağ böyür nahiyəsinə isə bir dəfə vurmuş, o, nəfəsi daraldığı üçün yerə yıxılmışdır. Daha sonra dostu Fərhad və tanımadığı şəxslər onu xəstəxanaya aparmışdır. (cild 1. i/v 72-75) Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. (cild 1. i/v 180) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022ci il avqust ayının 30-u Xırdalan şəhərində hardasa saat 11 radələrində dostları ilə gəzərkən əyləşmişlər. Həmin vaxt Rəfayılla Coşqun gəlib onlarla oturmuşdur. Həmin vaxt onlardan hardasa 10 metr aralıda 4-5 nəfər oturmuş, onlardan biri də Zeynal olmuşdur. Coşqunla Zeynal göz-gözə gəlmiş, Coşqun “Zeynal sənsən?” deyə qışqırmış, Zeynal da ordan “Coci sənsən?” deyə soruşmuşdur. Sonra Zeynal onların yanına gələrək hamı ilə görüşmüş, Coşqunla görüşəndə bir az hörmətsizcəsinə davranaraq Coşqunu qəzəbləndirmişdir. Coşqun onu “düzgün görüş mən sənə hörmətsizlik eləmirəm, sən niyə mənə hörmətsizlik edirsən” deyərək bir az itələmiş, Zeynal da ona “gəl mənlə qırağa bir az söhbət edək” demişdir. Zeynal və Coşqun “Pizza Line”-nın arxasına keçmiş, 3-4 dəqiqə sonra onlar da Zeynal və Coşqunun arxasıyca getmişlər. Onlar çatanda Zeynalın Coşquna söyüş söydüyünü, Coşqunun isə onun üzünə yumruq vurduğunu görmüşlər. Coşqunu götürüb gedəndə kimsə “Coci, bıçaq” deyə qışqırmış, arxaya çönəndə Zeynalın əlində bıçaqla Coşqunun üstünə qaçdığını və zərbələr endirdiyini görmüşlər. Coşqun bir-iki addım arxaya atmış və o da Zeynala zərbələr endirmişdir. Hadisə yerində hərəsində bir bıçaq olmaqla iki bıçaq olmuşdur. Birinci Zeynal zərbələr endirmişdir.Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışdır. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən beş-altı ildir tanıyır. Belə ki, Coşqunla həmin vaxtlar Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkında tanış olmuşdur. Zeynalı da dostu vasitəsi ilə təxminən iki il əvvəl tanısa da münasibətləri olmamışdır. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində gəzişmək məqsədilə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” parkına getmiş, parka keçməmişdən əvvəl parka üzbəüz yerləşən marketdən su almaq məqsədi ilə oraya daxil olmuş çıxarkən yaxınlıqda səs-küy eşitmişdir. Nə baş verdiyini öyrənmək məqsədi ilə oraya yaxınlaşanda Zeynalı yerə yıxıldığını və üst-başının qan olduğunu görmüşdür. Coşqun isə Zeynalın yanında dayanmışdır. Həmin vaxt Zeynalın əlində bıçaq olmamışdır. Bundan sonra tanımadığı şəxslər Zeynalı xəstəxanaya aparmaq məqsədi ilə avtomobilə mindirərkən o da həmin şəxslərə kömək etmişdir. Daha sonra Coşqunun çıxıb getdiyini gördümmüşdür. O da dostları ilə görüşmək məqsədi ilə parka getmişdir. Sonda Şahid3 Coşqun Zeynala xəsarət yetirərkən orada olmasa da sonradan oradakı tanımadığı şəxslərdən kiminsə Coşquna Zeynalın əlində bıçaq olduğunu deməsindən sonra Coşqunun Zeynala xəsarət yetirdiyini eşitdiyini bildirmişdir. (cild 1, iş vərəqə 152-154). Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, onlar eyni məktəbdə oxumuşdur. Təqsirləndirilən şəxs isə üzdən tanısa da, münasbətləri olmamışdır. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində gəzişmək məqsədilə Zeynalla birlikdə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev рагкГпа getmişdir. Bir qədər gəzdikdən sonra saat təxminən 22 radələrində Zeynalla birlikdə parkda yerləşən muzeyin sağ tərəfində oturub söhbət edərkən Coşqun adlı şəxs yanında bir neçə nəfər tanımadığı şəxslərlə birlikdə onlara doğru gəlmişdir. Həmin vaxt o, Coşqunu dəqiq tanıya bilmədiyi üçün Zeynaldan həmin şəxsin Coşqun olubolmaması barədə soruşmuşdur. Zeynal da həmin şəxsin Coşquna oxşadığını demişdir. Bir qədər sonra Coşqunun ucadan “Zeynal, sənsən?” dediyini eşitmişdir. Həmin vaxt Coşqun onlardan təxminən beş-altı metr kənarda dayanmışdır. Zeynal da “Coşqun, sənsən?" deyə soruşsa da Coşqun Zeynala cavab verməmişdir. Bir qədər sonra Zeynal oturduqları yerdən qalxıb Coşquna yaxınlaşmışdır. Bir neçə saniyə sonra o da qalxıb yanlarına gedərkən Coşqunun sağ əliylə Zeynalı itələyərək “get işinlə məşğul ol” dediyini eşitmişdir. Daha sonra Coşqun və Zeynal bir qədər də mübahisə etdikdən sonra Coşqun aralarında olan mübahisəni həll etmək məqsədilə Zeynalı kənara çağırmışdır. Coşqun və Zeynal birlikdə parkla üzbəüz yerləşən binanın arxasına tərəf getmiş, o da yanında olan tanımadığı şəxslərlə birlikdə Coşqun və Zeynalın arxasınca getsə də, Coşqun israrla heç kimin gələməməsini tələb etmişdir. Bu səbəbdən o təxminən beş-on metr kənarda dayanmışdır. Bir qədər mübahisə etdikdən sonra Zeynal və Coşqun bir az daha kənara çəkildiyi üçün onları görə bilməmşdir. Daha sonra eşitdiyi zərbə səsindən sonra Coşqun onun yanında dayanmış dostlarına tərəf gəlmişdir. Həmin vaxt Coşqunun Zeynala zərbə vurduğunu baş düşmüşdür. Bir qədər sonra Zeynal qışqıraraq Coşqunun üstünə qaçmış və o da Coşqun və Zeynala tərəf getməyə başlamışdır. O, Coşqun və Zeynalın yanına gedərkən Coşqunun Zeynala vurduğunu görsə də, əlindəki bıçaqdan xəbəri olmamışdır. X5 bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Daha sonra o, oradakı şəxslərdən Zeynalı xəstəxanaya aparmaq üçün kömək istəmiş və tanımadığı bir nəfər şəxs öz avtomobili ilə onları xəstəxanaya aparmışdır. (cild 1, iş vərəqə 86-88). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Əliyev” parkı və onunla üzbəüz yerləşən binanın arxa tərəfidir. (cild 1, iş vərəqə 76-79). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 2050 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası - iti kənara malik olan əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 84-85). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 2165 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmahemitoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən sağ tərəfli Vİİİ qabırğanı kəsən bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən iki ədəd kəsilmiş-deşilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Döş qəfəsinin sağ yan səthinin plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmahemitoraks (döş boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən sağ tərəfli Vİİİ qabırğanı kəsən bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Bel nahiyəsinin sol yarısının daxilə nüfuz etməyən iki ədəd kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.( cild 1, iş vərəqə 89-92) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 08 dekabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydyyatdadır. Subaydır və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 123-124). Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə alınmış tələbnamədən cinayət işi materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 1. i/v 80, 126-133) Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Plenum Qərarına əsasən qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə maddi sübut,mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 avqust 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-399/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-399/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver