Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-399/2024 15.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Özbəkistan Respublikası Daşkənd şəhərində doğulmuş, orta təhsilli, işləməyən, evli, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 12/35, mənzil 4-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yataqxanada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 3,802 qram qəhvəyi rəngli narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış, 02 mart 2023-cü il tarixdə saat 19:03-də Sumqayıt şəhəri, 1-ci məhəllə 5A saylı yaşayış binasının qarşısında Sumqayıt şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilib, idarənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ üst cibindən 01 ədəd bükümdə içərisində təmiz çəkisi 3,802 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 ədəd “AOSAİ” markalı üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 mart 2023-cü il tarixdə Sumqayıt şəhəri Nəsimi heykəlinin yanında bir maşın saxlamış, maşının içərisindən 4 nəfər polis düşmüşdür. Onlardan biri Şahid1, biri Şahid2 olmuş, digər iki nəfər polis əməkdaşının adlarını bilməmiş, lakin üzdən görsə tanıyacağını bildirmişdir. Polis əməkdaşları qoluna girərək onu maşına otuzdurmuş, daha sonra onu maşında döyməyə başlamışdırlar. Şahid2 onu döyməmiş, Şahid1 isə onu söyərək döymüşdür. Daha sonra isə “kakos”-u çıxarıb onun cibinə qoymuşdurlar. Sonradan “bu kimindir” demiş, o da polis əməkdaşlarına “kakos”-un onun olmadığını bildirmişdir. Onu Polis İdarəsinə aparmış, xidməti otaqların birində onu yenidən döyməyə başlamış və “videoçəkiliş olacaq, hər şeyi biz dediyimiz kimi deyərsən” demişdirlər. O özü heç vaxt “kakos” istifadə etməmişdir. Daha sonra isə bir kağıza imza çəkdirmişdirlər. Şahid1 onu kənara çəkərək 15.000 manat pul istəmiş, o isə Qurbana o qədər məbləğdə pulu olmadığını bildirmişdir. Onun cibində həmin gün 244 manat məbləğində pul olmuşdur. Şahid2 ondan vəkilə vermək üçün 100 manat məbləğində pul almışdır. O, heç vəkilin üzünü belə görməmiş, sonradan istintaqın gedişatında gəlmişdir. Polis İdarəsində narkotik vasitənin ona məxsus olduğunu qəbul etməsi üçün təzyiqlər göstərilmiş, o da məcbur olub hər şeyi boynuna almışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq göstərmişdir ki, o, yalnız metamfetamini 2-3 ildən əvvəl İstanbulda istifadə etmiş, Azərbaycan Respublikasında isə metamfetamin istifadə etməmişdir. Polis əməkdaşları onu döyəndə bədəninin heç bir yerində iz qalmamışdır. Polis əməkdaşlarından bir nəfər üzünə vuranda Şahid1 “üzünə vurma, izi qalacaq” demişdir. O, polis əməkdaşlarını əvvəlcədən tanımamış, polis əməkdaşlarının onunla düşmənçiliyi və ədavəti olmamışdır. Polis İdarəsinə vəkili gəldikdən sonra hər şeyi olduğu kimi vəkilə bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 02 mart 2023-cü il tarixdə axşam saat 19-20 radələrində Şükürün narkotik vasitələri külli miqdarda üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın realizə olunması məqsədi ilə Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, polis idarəsinə dəvət olunaraq aparılmışdır. Polis İdarəsində təhqiqatçının xidməti otağında video çəkiliş vasitəsilə vəkilin iştirakı üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında ondan başqa Şahid1 da iştirak etmişdir. Səhv xatırlamırsa, 2 nəfər polis əməkdaşı olmuşdurlar. Əməliyyat məlumatı təkcə Təqsirləndirilən şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman yanındakı digər şəxslər saxlanılmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda üzərində saxlaması istifadəsi ilə bağlı əməliyyat məlumatı olmuşdur. O, Şükürdən pul almamış, Şahid1 Şükürün üzərinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxsi əvvəllər görmədiyini və onun danışıqlarının həqiqəti əks etdirmədiyini bildirmişdir. Müdafiəçinin suallarına təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, maşında onu döydükləri üçün narkotik vasitənin özünə məxsus olmasını qəbul etmişdir. O, ümumiyyətlə, “kakos” istifadə etməmiş, yalnız 2-3 il bundaq qabaq metamfetamin istifadə etmişdir. Ona qarşı fiziki və psixi təzyiqlər olmuş, Şərail onu döyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, İdarə rəhbərinə bununla bağlı məlumat verilmiş, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Şükürün Sumqayıt şəhəri 1-ci məhəllədə olduğu məlum edilmiş və 1-ci məhəllə, 5A nömrəli binanın yaxınlığına yollanmış, binanın qarşısına yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs şübhəli şəxs olduğunu bildirərək, onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, daha sonra Sumqayıt ŞPİ-də vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Şükürün üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə heroin aşkar olunmuş, həmin kütləni özü təqdim edərək İİR vətəndaşından 250 manat məbləğinə aldığını bildirmişdir. Həmin narkotik vasitənin çəkisi 10 qram olmuşdur. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs həmin narkotik vasitənin bir hissəsini dostlarına hədiyyə etdiyini, digər bir hissəsini isə özünün istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni tərəziyə qoyduqdan sonra onun çəkisinin 4 qramdan bir az artıq olduğu müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərmədiyini və üzərinə narkotik vasitə qoymadığını bildirmişdir. Şəxsi axtarış zamanı özünün də iştirak etdiyini, təqsirləndirilən şəxsin verdiyi ifadəsinin özünü müdafiə xarakter daşıdığını qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə Sumqayıt ŞPİ-yə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 02 mart 2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin yuxarı sağ yan cibindən 01 ədəd tərəzi və 01 ədəd büküm çıxarıb təqdim edir. Həmin bükümdə "kakos” olduğunu bildirir. Həmin vasitəni İran vətəndaşı ilə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, İran vətəndaşından 10 qram narkotik vasitə aldığını, həmin narkotik vasitədən tanışlarına pay verdiyini, həmin narkotik vasitəyə görə İran vətəndaşına 250 manat pul ödəməli olduğunu, həmin narkotik vasitənin pulunu dostları ilə birlikdə yığışaraq ödəyəcəklərini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə tanışlarına narkotik vasitə verən zaman çəkisini müəyyən etdiyini bildirir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən bir ədəd Samsung markalı mobil telefon və ümumilikdə 126 manat pul da çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə elektron tərəzi vasitəsi ilə ölçüldükdə 4,25 qram olması müəyyən edilir. Şübhəli şəxs həmin maddəni istifadə etmək üçün üzərində saxladığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Sonra aşkar olunmuş narkotik vasitə olan büküm qablaşdırılır, büküm və mobil telefon təhqiqatçı tərəfindən götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli, 6/1287 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş ...maddə...» və sair sözlər, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 3,802 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzi..” və sair sözlər, imzalar olan zərfdə 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji ekspertizanın 14 aprel 2023-cü il tarixli, 2180 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra 3,702 qram qalıq qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİnin saxlanc otağına verilmiş, “şəxsi axtarış və götürmə aparılması”nın görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhət İcra Hakimiyyətinin MKTİB-nin 3 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli 688 nömrəli arayış və xx.xx.2023-cü il tarixli 689 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və onun barəsində 3 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2013-cü il təvəllüdlü X3 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X4 oğlu vardır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadədə özünü təqsirsiz bilməsi, üzərində olan narkotik vasitəni polis əməkdaşlarının hədə-qorxusu, fiziki və psixoloji təsiri nəticəsində öz üzərinə götürmək məcburiyyətində qalması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı 04 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadə iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qalıq qalmış 3,702 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 3,702 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-399/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-399/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver