Məhkəmə qərarları › İş №1(124)-399/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-399/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-399/2025 04.09.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X4 və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, İçəri Müşlan kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8, otaq 16a ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Cabir Novruz küçəsindəki 11 nömrəli evin yaxınlığında boş ərazidə qardaşı Şahid qohumu Zərərçəkmiş şəxs ilə mübahisəsi zamanı sonuncunun yerdən götürdüyü taxta parçası ilə qardaşı Şahid baş nahiyəsindən vuraraq ona qapalı kəllə beyin travması ilə müşayiət olunan başın alın və sol təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdiyi səbəbindən şəxsi münasibətlər zəminində üstündə gəzdirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən iki dəfə vuraraq ona qarının ön divarının boşluğa keçən nazik bağırsağın, peritonun yaralanmaları, daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası, qarının sol yan divarının boşluğa keçməyən kəsilmiş deşilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda öz əksini tapmış əməli təqsirli olaraq törətməsi onun öz etirafı ilə yanaşı, cinayət işi üzrə toplanmaqla məhkəmə iclasında tədqiq edilmiş təkzibedilməz mötəbər sübutların məcmusu ilə mübahisəsiz olaraq tam sübuta yetirilmişdir. Belə ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 25 mart 2025-ci il tarixdə o, qardaşı Şahid evinə getmişdir. Onlarda olduğu vaxt qardaşı ilə Sadiqin çöldə telefonla danışaraq mübahisə etdiklərinin şahidi olmuşdur. Bundan bir qədər sonra Zərərçəkmiş şəxs qardaşının yaşadığı həmin ünvana gəlmişdir. Bu zaman o, mübahisənin davam etməməsi üçün küçəyə çıxaraq Zərərçəkmiş şəxslə söhbətləşib onu evinə geri göndərmişdir. Bu zaman qardaşı Şahid Zərərçəkmiş şəxslə görüşmək istədiyi üçün onlar taksi ilə Saray qəsəbəsinə - sonuncunun yaşadığı evinin yanına getmiş və evin yaxınlığındakı boş ərazidə görüşmüşlər. Orada qardaşı Şahid Zərərçəkmiş şəxslə danışmağa başlamışlar. O, bu söhbətə yandan qarışmasa da, söhbətin gedişatında Zərərçəkmiş şəxs qəflətən taxta parçası ilə qardaşını vurduğunu görmüşdür. Bu vaxt o da, üstündə olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs vurmuşdur. Bundan dərhal sonra onlar Zərərçəkmiş şəxs taksiyə oturtmaqla xəstəxanaya aparılmasını təmin etmişlər. Hazırda o, Zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi ziyanı ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Saray qəsəbəsində yaşadığı ünvanda olarkən təqsirləndirilən şəxsin qardaşı Şahid ona zəng etmiş və telefonla danışıq zamanı aralarında mübahisə yaranmışdır. O, bu mübahisə ilə bağlı Sumqayıt şəhərinə, Şahid yaşadığı ünvana getmiş, lakin sonuncunun qardaşı Təqsirləndirilən şəxs onu qarşılayaraq qohum olduqlarını və dava-dalaşa ehtiyac olmadığını bildirməklə onu sakitləşdirib geri göndərmişdir. Bundan bir qədər sonra Məhəmməd və Təqsirləndirilən şəxs qardaşları Saray qəsəbəsinə - onun yaşadığı evin yanına gəlmiş və onu oraya çağırmışlar. O isə bu qardaşların onun üstünə gəldikləri üçün yerdən götürdüyü taxta parçası ilə bir dəfə Şahid vurmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. Bundan sonra o, özünü itirdiyi üçün nə baş verdiyini xatırlamır. O, hadisə vaxtı içkili olmuş - spirtli içki qəbul etmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsin qardaşı Şahidla da, barışmış, aralarında heç bir ziddiyətli münasibət qalmamış, qohumluqları davam edir. Hazırda təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrinə uyğun ifadə verərək onların göstərdiyi xüsusatları təsdiqləmiş və zərər çəkmiş şəxslə barışdıqlarını, aralarında heç bir ziddiyətli münasibət qalmadığını, qohumluqlarının davam etdiyini təsdiqləmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da, sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron RPİnin Saray PB-nin məsul növbətçisi, polis mayoru Musa Şabandayev tərəfindən tərtib edilmiş 26 mart 2025-ci il tarixli raportdan görünür ki, Quliyev X3 rayonu Saray qəsəbəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq, qarnının ön və yan tərəfinin kəsilmişdeşilmiş yarası xəsarəti aldığı barədə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2025-ci il tarixli baxış və götürmə aparılması barədə protokoldan görünür ki, baxış və götürmə zamanı Təqsirləndirilən şəxs 1 ədəd bıçağı təqdim edərək bildirmişdir ki, həmin bıçaqla xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, C.Novruz küçəsində küçədə tanışı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış keçirilərkən müəyyən edildi ki, həmin bıçağın qara rəngli sərt plasmas materialdan ibarət, ümumi 185 mm, tiyənin uzunluğu 85 mm, dəstəyinin uzunluğu isə 100 mm-dir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 774 nömrəli ekspertiza rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - qarının ön divarının boşluğa keçən nazik bağırsağın, peritonun yaralanmaları, daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası, qarının sol yan divarının boşluğa keçməyən kəsilmiş - deşilmiş yarası - iti deşici-kəsici alətin(lərin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava dalaş zamanı müxtəlif növ bıçaq və bıçaqların tiyəsinin(lərin) təsirindən əmələ gələ bilərdilər. Dərəcəsinə görə qarının ön divarının boşluğa keçən nazik bağırsağın, peritonun yaralanmaları, daxili qanaxma ilə müşayiət olunan bir ədəd kəsilmişdeşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Qarının sol yan divarının boşluğa keçməyən bir ədəd deşilmiş - kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 706 nömrəli ekspertiza rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Şahid məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarət - qapalı kəllə beyin travması ilə müşayiət olunan başın alın və sol təpə nahiyələrinin əzilmiş yarası - bərk küt əşyanın təsirindən müayinədən 5-6 gün əvvəl törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şahid bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən taxta parçası ilə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6, xx.xx.2025-ci il tarixli, 159/2025-MTBŞ nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/- dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, qısaqol köynək və uzunqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6, xx.xx.2025-ci il tarixli, 94/2025-MTKŞ nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviterin ön səthinin sol nahiyəsində iki ədəd, köynəyin ön səthinin sol nahiyəsində iki ədəd, köynəyin ön səthinin orta nahiyəsində bir ədəd, köynəyin ön səthinin sağ nahiyəsində bir ədəd, maykanın ön səthinin sağ nahiyəsində iki ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici - kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1313 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs cinayəti törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik-informasiya idarəsində verilmiş xx.xx.2025 tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM- nin 263.1-1-ci maddəsi ilə olan cinayət işinin icraatına həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-152/2025 nömrəli qərarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 26 mart 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-247/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin səmimi peşmançılığını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və hadisədən dərhal sonra təqsirləndirilən şəxsə tibbi yardım göstərilməsi üçün tədbir görməsini cəzanı yüngülləşdirən hallar hesab edir və bunları nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2, 58.3 və 70-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını CM-nin 60-cı maddəsinin tələblərinə uyğun həcmdə təyin etməyi, CM-nin 70-ci maddəsini tətbiq etməklə həmin cəzanı şərti tətbiq etməyi və sınaq müddəti təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə mövcud olan çoxsaylı cəzanı yüngülləşdirən halları tədqiq edərək bu nəticəyə gəlir ki, təyin edilmiş cəzanı real çəkmədən də, təqsirləndirilən şəxsin islah olunması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, məhz təqsirləndirilən şəxsin şəxsiyyəti, səmimi peşmançılığı, zərərçəkmiş şəxslə real olaraq barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ondan şikayət etməməsinə və zərər çəkmiş şəxsin ona qarşı tələb irəli sürməkdən imtina etməsinə nail olması təqsirləndirilən şəxsin real olaraq təyin olunmuş cəzanı çəkmədən islah oluna biləcəyinə dəlalət edir ki, buna görə də, CM-nin 70-ci maddəsini tətbiq etməklə ona cəzanın şərti tətbiq edilməsi və sınaq müddəti təyin olunması məqsədə uyğundur. Məhkəmə kollegiyası bu qərara gələrkən həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri nəzərə alır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ayda bir dəfədən az olmayaraq onun davranışı üzərində nəzarəti həyata keçirən orqana islah yolunda olmasına dair məlumatlar təqdim etmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərinə nəzarəti yaşadığı yer üzrə icra qurumu həyata keçirməli, təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Odur ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək həbsdə, 17 may 2025-ci il tarixdən isə ev dustaqlığında olduğu müddətlər nəzərə alınır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası maddi sübutlarla bağlı məsələni həll edərkən həmçinin belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq, Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd sviter, bir ədəd köynək, bir ədəd alt köynəyi(mayka) hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etməkdən imtina etdiyi halda məhv edilməli, bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ayda bir dəfədən az olmayaraq onun davranışı üzərində nəzarəti həyata keçirən orqana islah yolunda olmasına dair məlumatlar təqdim etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarətin həyata keçirilməsi Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - Abşeron rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd sviter, bir ədəd köynək, bir ədəd alt köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etməkdən imtina etdiyi halda məhv edilsin, bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar