Məhkəmə qərarları › İş №1(124)-4/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-4/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-4/2022 27.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər– Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X12 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Cəlil qızının Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.1957-ci ildə Füzuli şəhərində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin 7 nümrəli Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazıda 3 X6 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələri xx xxx 1961-ci ildə Ermənistan rerspublikası, Masis rayonu, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Azərbaycan Respublikasını Dövlət Sosial Müdafiə fondunun Abşeron rayonu 8 saylı sosial xidmət agentliyinin baş mütəxəssisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan qədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cəlil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1, vəzifəli şəxs qismində qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxs üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində təkrarən istəmiş, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Belə ki, o, 12 oktyabr 2015-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün sədri olduğu komissiyaya müraciət etmiş Şahid1 28 sentyabr 2020-ci il tarixdə əlilliyinin qiymətləndirilməsindən narazı şəxs kimi əyani müayinə etdikdən sonra ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyinin qiymətləndirilməsi məqsədilə, onun üçün müəyyən olunmuş “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” və digər diaqnozların təsdiqini tapmasına və ona birinci dərəcə əlillik təyininə əsas verən məzmunda müayinə aktının yazılmasına görə 2020-ci ilin sentyabr ayının 28-də Şahid1 həmin Komissiyanın fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binada özü və Təqsirləndirilən şəxs2 üçün sonuncu vasitəsilə birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 razılığını almaqla pul vəsaitini verəcəyinə əmin olduqdan sonra həmin tarixdə sonuncunun əlilliyinin qiymətləndirilməsi üzrə müayinələrin nəticəsində səhiyyə müəssisəsinin 0215003AABBA saylı göndərişində qeyd edilmiş diaqnozun təsdiqini tapması, xəstənin hazırkı vəziyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq olaraq müddətsiz birinci dərəcə əlillik təyininə əsas verməsinə dair 28 sentyabr 2020-ci il tarixli aktı tərtib edib “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə elektron qaydada xəstənin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə göndərib, həmin niyyətlə 7 oktyabr 2020-ci il tarixdə qeyd edilən ünvanda yerləşən inzibati binadakı xidməti otaqda Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncu və özü üçün Şahid1 birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat, eyni niyyətlə, 9 dekabr 2020-ci il tarixdə qeyd edilən inzibati binanın yaxınlığında Şahid1 Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat, vahid niyyətlə cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində alıb, Təqsirləndirilən şəxs2 ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, o, COVİD-19 - koronavirus pandemiyasına yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan Şahid3 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB-in) nəzarəti altında xəstəxanaya yerləşdirilməsində köməklik göstərilməsinə dair 11 dekabr 2020-ci il tarixdə özünün istifadəsində olan +994-55-271-04-88 mobil telefon nömrəsinə +994-70-450-00-50 mobil telefon nömrəsi vasitəsilə zəng etməklə müraciət edən Şahid1 həmin publik hüquqi şəxsin rəhbər vəzifəli şəxsinin qərarına həqiqi təsir imkanlarından istifadə edərək qanunsuz təsir etməklə Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsi məqsədilə həmin telefon danışığı zamanı özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitini ondan istəyib, öz həqiqi təsir imkanlarından istifadə edərək Şahid3 həmin modul tipli hospitala yerləşdirilməsinin müsbət həll edilməsinə nail olduqdan sonra həmin niyyətlə, 2020-ci il dekabr ayının 15-də Bakı şəhəri, Babək prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar, əlillik dərəcəsinin müddətinin 3 il müddətə uzadılması üçün sədri olduğu həmin komissiyaya müraciət etmiş Şahid4 10.01.2006-cı ıl təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan oğlu X10 2020-ci ilin oktyabrın ortalarında Komissiyanın fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binasında əlilliyinin qiymətləndirilməsindən narazı şəxs kimi əyani müayinə etdikdən sonra onun ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış və digər tibbi sənədlər üzrə əlilliyinin qiymətləndirilməsi məqsədilə Qərib Hüseynli üçün müəyyən olunmuş “epilektik sindrom və postensefalit sindrom” və digər diaqnozların təsdiqini tapmasına və əlillik təyininə əsas verən məzmunda müayinə aktının yazılmasına görə 2020-ci ilin oktyabr ayının ortalarında Şahid4 həmin Komissiyanın fəaliyyət göstərdiyi qeyd edilən inzibati binada özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü və üçüncü şəxs üçün maddi neməti birbaşa yolla özü vasitəsilə və şəxsən rüşvət qismində istəməklə almasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, 2020-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonu 8 saylı Sosial xidmət agentliyinin baş mütəxəssisi vəzifəsində işləyərkən tanışı - 12 oktyabr 2015-ci il tarixdən 26 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsində işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları ilə yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini qəbul edib ona sahiblik edərək təqdim etməyi qabaqcadan vəd etməklə, Təqsirləndirilən şəxs1 xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət etmiş Şahid1 əlilliyinin qiymətləndirilməsi məqsədilə, sonuncu üçün müəyyən olunmuş “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” və digər diaqnozların təsdiqini tapmasına və ona birinci dərəcə əlillik təyininə əsas verən məzmunda müayinə aktının yazılmasına görə 2020-ci ilin sentyabr ayının 28-də Şahid1 həmin Komissiyanın fəaliyyət göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binada özü və Təqsirləndirilən şəxs1 üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, həmin niyyətlə Şahid1 7 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 249 ünvanında yerləşən inzibati binanın yaxınlığında şəxsən Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat, eyni niyyətlə, 9 dekabr 2020-ci il tarixdə qeyd edilən inzibati binanın yaxınlığında Şahid1 Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 500 (beş yüz) manat, vahid niyyətlə cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini alıb, Təqsirləndirilən şəxs1la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun maddi neməti rüşvət qismində istəyib almasında köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 müraciət edən gün əlilliyin verilməsi üçün göndəriş yazmışdır. Başqa heç bir məqsədi olmamışdır. Şahid1 işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 ona 2000 manat pul verməmiş, o da eyni zamanda Təqsirləndirilən şəxs2 200 manat pul verməmişdir. Avtomobildə Şahid1 500 manat pul almamışdır. Şahid3 adlı şəxsi tanımır. Vüqar Şahid3 xəstəxanaya yerləşdirilməsi ilə bağlı ona müraciət etmiş, Hüsniyyənin xəstəxanaya yerləşdirilməsi üçün qohumlarına müraciət etmişdir. Vüqar bununla əlaqədar 4000 manatı pulu onun avtomobilinə atmış, həmin pulu qaytaracaqmış, heç bir tamah niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində Azərbaycan Respublikası CM-in 311.2 və 312-1.1-ci maddələri ilə ona elan olunmuş ilkin ittihamda özünü tam təqsirli bilib etiraf edərək ifadələrində göstərmişdir ki, 12 oktyabr 2015-ci ildən 26 oktyabr 2020-ci ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının (Abşeron və Xızı rayonları üzrə) sədri vəzifəsində işləmişdir. Şahid1 tanıyırmış, münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2020-ci ilin sentyabr ayının sonlarında əvvəllər tanımadığı Şahid1 əlillik dərəcəsinin təyin edilməsi üçün sədri olduğu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına gəlmişdir. Həmin vaxt o və komissiyanın digər üzvləri X15 və X3 qəbul etmişlər. Vüqar əlil arabasında olmuş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ali nəzarət komissiyasından imtina aldığını bildirmişdir. Onlar komissiyanın üzvləri ilə birlikdə Vüqarın sənədlərinə baxmışlar və ciddi xəsarətlərinin olduğunu görmüşlər. Həmin sənədlərə baxış keçirdikdən sonra və Vüqarı müayinə etdikdən sonra əyani müayinə aktı yazmağı qərara almışlar və Şahid1 İ dərəcəli əlillik təyin etmişlər. Bundan sonra yazmış olduqları əyani müayinə aktını baxılması üçün və müvafiq qərar qəbul olunması üçün online qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişlər. Belə ki, onların bu işi görməyi üçün Vüqar təkidlə ona pul verməyi təklif edirmiş, lakin pul almamışdır. Ondan təxminən 1 ay sonra tanışı olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq Şahid1 qohumu olduğunu bildirmiş və ondan əlillik almaq üçün köməklik etməyini xahiş etmişdir. O isə Vüqarın əyani müayinə aktını onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyini və hələ cavabının gəlmədiyini bildirmişdir. Həmin vaxt Münəvvər dəfələrlə təkid edərək Vüqara əlilliyinin alınması üçün pul da təklif edirmiş, lakin, o, həmişə Münəvvərin pul təklifini qəbul etmirmiş. Münəvvər bundan sonra bir neçə dəfə də onun yanına gəlmiş və Vüqarın əlilliyə görə pul vermək istədiyini deyərək ona kağıza bükülü formada 2.000 manat vermişdir. Həmin vaxt Münəvvər puldan 200 manatı da özünə götürmüşdür. Bundan sonra isə 2020-ci ilin oktyabr ayının 26-da onu vəzifəsindən azad etmişlər. Vüqar isə bundan sonra yenə dəfələrlə onunla əlaqə saxlayaraq agentlikdən cavabın gəlib-gəlmədiyini soruşurmuş, o, isə Vüqar hələ cavabın gəlmədiyini bildirirmiş. Təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində Şahid1 agentlikdən İ qrup əlilliyin verilməsi haqqında müsbət cavab gəlmiş, o həmin cavabı əvvəl işlədiyi komissiyada Sevil adlı qeydiyyatçıdan götürmüş və Vüqarla Xırdalan şəhərində görüşüb sonuncuya vermişdir. Həmin vaxt Vüqar ona minnətdarlığını bildirmiş və 500 manat pulu da ona təqdim etmişdir. O, Vüqardan pulu götürmək istəməsə də Vüqar israrla pulu ona vermək istədiyini bildirmişdir. Bundan sonra, o, Vüqara pulu idarə etdiyi “Lexus ES 250” markalı **-HH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə qoymasını bildirmişdir. Vüqar 500 manat məbləğində pulu avtomobilə qoyduqdan sonra çıxıb getmişdir. 13 dekabr 2020-ci il tarixdə Vüqar istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yaxın qohumu olan Şahid3 COVİD-19 xəstəliyinə tutulduğunu və həmin xəstəliklə mübarizə sahəsində ixtisaslaşmış xəstəxanalardan birinə stasionar müalicə üçün yerləşdirilməsinə köməklik etməyini xahiş etmişdir. Vüqar həmin vaxt Hüsniyyənin ona çox kömək etdiyini və o səbəbdən həmin şəxsin xahişini etdiyini bildirmiş, həmçinin heç bir xəstəxananın Hüsniyyəni götürmədiyini demiş və xəstəxanaya yerləşdirmək üçün 6.000 manat pul istənildiyini demişdir. Vüqar həmçinin, Hüsniyyənin FHN-nin Zığda yerləşən xəstəxanaya yerləşdirilməsini xahiş etmiş və 4.000 manat pullarının olduğunu demişdir. Bundan sonra o qudası, Səhiyyə Nazirliyinin Tibb Universitetinin Mərkəzi Elmi Tədqiqat Laborotoriyasının direktoru Şahid2 müraciət etmişdir. Bilirmiş ki, Qalibin tanışları TƏBİB-də vəzifəli şəxslərdir. Şahid2 öz tanışları vasitəsilə Hüsniyyəyə FHN-nin Zığdakı xəstəxanasına yerləşdirmək imkanının olduğunu ona bildirdikdən sonra o, bu barədə Vüqara xəbər vermişdir. 15 dekabr 2020-ci il tarixdə axşam saatlarında Şahid1 onunla əlaqə saxlamış və görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, Vüqarla Bakı şəhəri, Babək prospektində yerləşən “Azpterol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşdür. Vüqar görüş zamanı Hüsniyyənin işinin həll olunduğunu və Zığdakı xəstəxanaya yerləşdirləcəyini bildirərək ona minnətdarlıq etmişdir. Vüqar həmçinin 4.000 manat pulu da ona vermiş və o da həmin pulu Vüqardan götürmüşdür. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, Münəvvər xanım dəfələrlə təkid etdiyinə görə o, əyani müayinə aktını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdikdən sonra 2.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə götürmüşdür. O, Vüqara əlillik müavinəti almaq üçün hörmət etməli olduğunu bildirməmiş, həmçinin bu barədə Münəvvər xanımın yanına getməli olduğunu deməmişdir. Ona qudası Qabil tərəfindən deyilən məlumatları Vüqara demiş, lakin, Səhiyyə Nazirliyinin 103 xidmətindən zəng olunması barədə məlumatı yoxdur. O, ümumilikdə Şahid1 4.500 manat məbləğində pulu Vüqarın öz təkidi ilə almış, lakin, qalan 2.000 manat pulu Münəvvər vasitəsilə almışadır. İlkin olaraq 2.500 manat pul vəsaitini əlillik dərəcəsinin düzəldilməsinə görə, 4.000 manat pulu isə tanışı Şahid3 Zığ qəsəbəsində yerləşən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirmək üçün almışdır. Vüqar həmin pulları ona təkidlə vermişdir. O, almış olduğu pullardan 200 manatını Münəvvərə vermiş, qalan pullardan isə Qabilə və heç kimə verməmişdir. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində göstərmişdir ki, təqdim olunmuş diskdə olan videogörüntülərə baxmış və səs yazılarına qulaq asmışdır. Həmin videoda göstərilən şəxs odur və həmin səs yazılarında olan səs yazıları ona aiddir. Videogörüntülərdə görünənləri və səs yazısındakı səsləndirilənləri sərbəst ifadəsində olduğu kimi qeyd etmişdir. Səs yazılarının hər biri ona məxsusdur. Şahid4 isə oğlu Qəribin əlilliyi ilə bağlı ona müraciət etmişdir. O da həmin səbəbdən Xuramanla telefonda danışmışdır. Onun onların heç biri ilə arasında hər hansı bir pul məsələsi olmamışdır. Qərib Hüseynli və Tuncay Əyyubov adlı şəxslər əvvəllər əlilliyi olan şəxslər olmuşlar. Qəribin anasının kim olmasını dəqiq xatırlamasa da güman edirmiş ki, Şahid4dır. Onları soruşmaqda məqsədi həmin şəxslərin onunla mütəmadi olaraq əlaqə saxlamaları və ondan əlilliyin cavabını soruşmaları olmuşdur. Pandemiya ilə bağlı Agentlik tərəfindən cavab ala bilmədiklərinə görə onun vasitəsilə məlumat almaq istəyirmişlər. Tuncay Əyyubovun isə kim olmasını xatırlamamışdır. Şahid4 “hazırlıqlı” olmasını deməyinin səbəbi isə sənədləri götürməyinə görə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 311.1-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1989-cu ildən DSMF-də müxtəlif vəzifələrdə işləmiş, 2020-ci ilin avqust ayından isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonu 8 saylı sosial xidmət agentliyinin baş mütəxəssisi vəzifəsində işləyir. Şahid1 təxminən 20 ilə yaxındır ki, tanıyırmış. Belə ki, Vüqar onun kiçik qızı Səkinənin sinif yoldaşı olmuş, münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində işdə olduğu zaman qızı Səkinənin sinif yoldaşı kimi tanıdığı Şahid1 istifadəsində olan mobil nömrəyə zəng vuraraq Abşeron rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Təqsirləndirilən şəxs1 yanına getdiyini, lakin orada əlillik ala bilmədiyini bildirmiş və ondan əlillik almaq üçün köməklik istəmişdir. Həmin vaxt o, əlilliyin təyin olunmasının onun səlahiyyətində olmadığını bildirmiş və yenidən Vüqarı Abşeron rayon TSEK-inə yönləndirmişdir. Bundan təxminən 20 gün sonra Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq Şahid1 onun adından yaxınlaşdığını və 1-ci qrup əlillik verilməsi üçün müraciət etdiyini demiş, həmin vaxt Oruc ondan Şahid1 necə tanıdığını soruşmuşdur. O, isə Vüqarı qızının sinif yoldaşı kimi tanıdığını və başqa hər hansı formada tanımadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid1la əlilliyin alınması üçün 2500 manat rüşvət müqabilində razılaşdığını bildirmiş və ondan Vüqarla görüşməyini və həmin pulu Vüqardan götürməyini xahiş etmişdir. O da Orucla razılaşmış və Vüqardan həmin pulu götürə biləcəyini bildirmişdir. Bundan sonra Vüqar yenə onunla əlaqə saxlamış və Oruca çatası pulu vermək istədiyini bildirmişdir. 07.10.2020-ci il tarixdə Vüqar onunla əlaqə saxlamış və Oruca çatmalı olan 2500 manat pul vəsaitini ona vermək istədiyini bildirmişdir. Onlar günorta saatlarında işlədiyi binanın yaxınlığında görüşmüşlər. Həmin vaxt Vüqar avtomobildə olmuş və ona yaxınlaşmışdır. Vüqar ona yaxınlaşan zaman əlində ağ vərəqin içərisində pul vəsaitini ona uzatmışdır. O yenə həmin pul vəsaitini qorxduğu üçün götürmək istəmirmiş, lakin Vüqar təkidlə pulu vermiş və o da həmin pulu götürmüşdür. Vüqar ona 2000 manat pul vəsaiti vermiş və o da həmin pul vəsaitini götürüb Təqsirləndirilən şəxs1 otağına getmişdir. Lakin, o, Vüqarın ona əlilliyin verilməsi üçün vermiş olduğu 2.000 manat pulu Təqsirləndirilən şəxs1 həmin idarənin sənədlər olan otağında vermişdir. Pul vəsaitini Oruca verən zaman Oruc Şahid1 sənədlərini göndərdiyini və tez bir zamanda Vüqara əlilliyin veriləcəyini bildirmişdir. Oruc həmin vaxt verdiyi pulu saymış və həmin pulun üzərindən 200 manat pulu ona uzatmışdır. Lakin o, yenə Orucun ona vermək istədiyi 200 manat pulu götürmək istəmirmiş. Oruc ona çoxlu təkid etmiş və ondan 200 manat pulu götürməyini xahiş etmişdir. Orucun təkidindən sonra o, Orucun ona vermiş olduğu 200 manat pul vəsaitini götürmüşdür. Təxminən 2020-ci ilin dekabr ayının əvvəlində Oruc yenə onunla əlaqə saxlamış və Vüqarın tez-tez zəng vurduğunu bildirmişdir. Həmçinin, Vüqarın işinin tezliklə həll olunacağını demişdir. Təxminən bir neçə gün sonra Oruc yenə onunla əlaqə saxlamış və Şahid1 barəsində mesaj gəldiyini və Vüqara əlillik dərəcəsinin təyin olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərdi ki, törətdiyi əməldən peşmandır, ahıl yaşda və qadın olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildə İsrail Respublikasının Aşdod şəhərində yerləşən mağazada mühafizəçi işləyən zaman terror aktı baş vermiş və o, bədəninin müxtəlif nahiyələrindən 4 güllə yarası almışdır. Aldığı xəsarətlərlə bağlı 1 il 9 ay müddətində İsrail Respublikasında müalicə almış və 2018-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtmışdır. Uzun müddət müalicə olunmağına baxmayaraq hərəkət etmək imkanından məhrum olmuş, yəni yeriyə bilmədiyindən hazırda əlil arabasından istifadə edir. Diaqnozu aşağı ətrafların mielopatiyası, şəkər xəstəliyindən əziyyət çəkir, yüksək təzyiq, ödü və dalağı çıxarılmışdır, onurğa sütununda sınıq vardır. 2020-ci ilin əvvəllərində əlillik almaq üçün Azərbaycan Respublikası Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng etmiş və İsrail Respublikasında yaralandığını və əlillik almaq istədiyini bildirmişdir. Oradan ona yaşadığı yerin poliklinikasının sahə həkiminə müraciət etməyi bildirmişlər. O, bundan sonra təxminən aprel ayında Abşeron rayon poliklinikasının sahə həkimi Ləman həkimə müraciət etmiş, Ləman həkim də onu müayinə edərək nevropatoloq həkim Leyla xanımın qəbuluna göndərmişdir. Leyla həkim də onu müayinə edərək Mirqasımov adına Respublika xəstəxanasına stasionar müalicə olunmağı üçün göndərmişdir. O, 10 gün müddətində xəstəxanada stansionar müalicə almış, həmçinin Azərbaycan Respublikası DTX-nın hərbi hospitalına müraciət etmiş və orada onurğanın MRT-si və KT müayinələrindən keçmişdir. Bundan sonra tibbi sənədləri Mirqasımov adına Respublika xəstəxanasında müalicə həkiminə təqdim etmişdir. Oradan epikriz təqdim edildikdən sonra həmin sənədi nevropatoloq Leyla həkimə təqdim etmişdir. Abşeron rayon poliklinikasında həkim məsləhət komissiyasının həkimləri onu müayinə etmişlər və barəsində "Forma 88" tərtib edilmiş və həmin göndəriş 15 sentyabr 2020-ci il tarixdə elektron qaydada Tibbi sosial ekspert komissiyasına göndərilmişdir. Lakin ona 21 sentyabr 2020-ci il tarixdə imtina cavabı gəlmiş və əlavə müalicəyə ehtiyacın olması bildirilmişdir. Bundan sonra Leyla həkim yenidən ona Abşeron rayonu Saray qəsəbə xəstəxanasına göndəriş verə biləcəyini demiş və əvvəlcə xəstəxananın baş həkimi ilə danışmağını demişdir. O, Abşeron rayonu Saray qəsəbə xəstəxanasının baş həkimi Natiq Əliyevin qəbuluna getmişdir. Natiq həkim ona xəstəxanada yer olmadığını bildirmiş və ondan 200 manat pul tələb etmişdir. O, guya 15 gün stasionar müalicə olunacaqmış, həmin vaxtı o, Natiq həkimlə danışığını öz mobil telefonunda qeyd etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə müraciət etmişdir. Bundan sonra o, həmçinin 28 sentyabr 2020-ci il tarixdə tibbi sənədlərini və imtina cavabını götürüb Abşeron rayon Tibbi sosial ekspert komissiyasının sədri Təqsirləndirilən şəxs1 qəbuluna getmişdir. Oruc həkimlə söhbət zamanı ona imtina verildiyini və köməklik etməsini xahiş etmişdir. Həmçinin sinif yoldaşı Səkinənin anası Münəvvər xanımın tanışı olduğunu bildirmişdir. Münəvvər xanım Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Abşeron rayon Məşğulluq İdarəsində işləyir. Oruc həkim ona köməklik edə biləcəyini bildirmiş, ancaq rəhbərliyə hörmət etməli olduğunu demişdir. Hətta Orucla danışığını telefonda qeydə almışdır. O, Oruc həkimdən hansı məbləğdə pulun qarşılığında ona əlillik veriləcəyini soruşduqda Oruc ona əlillik verilməsi üçün pulun məbləğini Münəvvər xanıma deyəcəyini bildirmiş və hətta ona 1-ci qrup əlillik veriləcəyini demişdir. Bundan sonra Orucdan ayrılmış və Münəvvər xanıma zəng etmişdir. Münəvvər xanımla telefon söhbəti zamanı Oruc həkimin dediklərini bildirmiş, Münəvvər də onunla əlaqə saxlayacağını demişdir. Səhəri gün Münəvvər xanım ona zəng edərək Oruc həkimin 2500 manat istədiyini, həmçinin Münəvvərə də 500 manat hörmət etməli olduğunu demişdir. Daha sonra isə Münəvvər xanıma zəng edərək 1500 manat pul verə biləcəyini, qalan pulu düzəltmək üçün bir həftə vaxt verməsini xahiş etmişdir. Lakin Münəvvər xanım razılaşmamışdır. Sonradan ona Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 30.09.2020-ci il tarixdə 200 manat pul verilmiş və üzərinə texniki qurğu yerləşdirilmişdir. O, həmin pulu götürüb 30.09.2020-ci il tarixdə Saray qəsəbə xəstəxanasında qəbul otağında Natiq həkimlə görüşmüş və 200 manat pulu Natiqə vermişdir. Natiq onunla əlaqə saxlayacağını demiş və 14 oktyabr 2020-ci il tarixdə gedib epikrizi Mətanət həkimdən götürmüşdür. 07.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 2000 manat pul verilmiş və üzərinə texniki qurğu yerləşdirilmişdir. O, həmin pulu götürüb 07.10.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon Məşğulluq İdarəsinin yanında Münəvvər xanımla görüşmüş və 2000 manat pulu Münəvvərə vermişdir. Bu səbəbdən ona 07.12.2020-ci il tarixdə 1-ci qrup əlillik verilmişdir. Bundan sonra 09.12.2020-ci il tarixdə ona Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 500 manat da pul verilmiş və üzərinə texniki qurğu yerləşdirilmişdir. O, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs1la əvvəllər işlədiyi Abşeron rayon Tibbi sosial ekspert komissiyasının yerləşdiyi binanın yanında görüşmüş və həmin pulu idarə etdiyi avtomobildə Oruca təqdim etmişdir. 10 dekabr 2020-ci il tarixdə tanışı Şahid3 onunla telefon əlaqəsi saxlayaraq koornavirus xəstəliyindən əziyyət çəkdiyini və müalicə olunması üçün xəstəxanaya yerləşdirilməkdə ona köməklik etməyini bildirmişdir. O, səhəri gün Hüsniyyəyə cavab verəcəyini demişdir. 11 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng edərək tanışı Şahid3 koronavirus infeksiyasına tutulduğunu və xəstəlikdən əziyyət çəkdiyini deyərək hansısa xəstəxanaya yerləşdirilməsinə köməklik etməsini xahiş etmişdir. X7 xəstəxanaya yerləşdirilməsi üçün 6000 manat pul istənildiyini, lakin 4000 manat pulunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona səhəri günü cavab verəcəyini demişdir. 12 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Hüsniyyəni 1 saylı şəhər Klinik xəstəxanasına yerləşdirməyi məsləhət görmədiyini, iki gün gözləməyi və modul tipli xəstəxanaya yerləşdirəcəyini bildirmişdir. Qeyd etmişdir ki, o, bu barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə məlumat vermişdir. 14.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yenidən ona zəng edərək Hüsniyyəni «Məlhəm» adlı özəl klinikaya yerləşdirmək istədiyini demiş, lakin o, həmin klinikaya imtina etmiş və Zığ qəsəbəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirməyini xahiş etmişdir. Oruc ona xəstəni həmin xəstəxanaya yerləşdirəcəyinə söz vermiş, səhəri gün yenidən ona zəng edərək Hüsniyyəni həmin xəstəxanaya yerləşdirə bildiyini bildirmişdir. Həmin gün Hüsniyyəyə Səhiyyə Nazirliyinin 103 xidmətindən zəng olunmuş və xəstəxanaya yerləşdirmək istədiklərini bildirmişlər. O, bundan sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə getmiş və İdarənin əməkdaşları tərəfindən ona 4000 manat pul verilmiş və üzərinə texniki qurğu yerləşdirilmişdir. O, 15.12.2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Xətai rayonu, Babək prospektində görüşmüş, həmin pulu Oruca vermiş və bundan sonra Orucun yanından ayrılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayında koronovirus xəstəliyinə yoluxmuş və ona görə xəstəxanada müalicə almaq üçün Bakı şəhəri Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşmək üçün “103” təcili tibbi yardım xəstəxanasına müraciət etmişdir. Lakin, həmin vaxt ona “103” xidmətindən qeyd etdiyi xəstəxanada yer olmadığı bildirilmişdir. Bundan sonra o, tanışı Şahid1 bu barədə müraciət etmiş və xəstəxanaya yerləşə bilmədiyini demişdir. Vüqar isə narahat olmamağını, ona hüquq-mühafizə orqanlarında işləyən tanışları vasitəsilə köməklik edə biləcəyini bildirmişdir. Bundan təxminən 1 gün sonra Şahid1 ona 103 xidmətindən zəng gələcəyini və onlarla arasında olan danışığı qeydə almalı olduğunu bildirmişdir. 15 dekabr 2020-ci il tarixdə evdə olduğu zaman 103 xidmətində işləyən bir nəfər qadın hazırda xatırlamadığı nömrə ilə ona zəng vurmuş və onu Bakı şəhəri Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasına yerləşdirmək üçün həkimin göndərildiyini bildirmişdir. Bundan sonra isə bir nəfər kişi onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq ünvanına yaxınlaşdığını və onu xəstəxanaya aparmalı olduğunu demişdir. Bu telefon danışığından sonra o, Vüqarla əlaqə saxlamış və ona 103 xidmətindən zəng vurulduğunu və onu FHN-nin modul tipli xəstəxanasına yerləşdirmək üçün həkimin gəldiyini bildirmişdir. Bundan sonra Vüqar ona zəngin gəlmə səbəbini bildirmiş və demişdir ki, onun xəstəxanaya yerləşdirilməyi müqabilində əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 4.000 manat pul vermişdir. Bundan sonra isə o, xəstəxanaya getməkdən imtina etmişdir. Şahid3 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımır, hər hansı bir münasibəti olmamışdır. O, koronavirus testini Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Referans” klinikasında vermiş və orada onun testinin nəticəsi pozitiv olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, uşağı X17 ilə birlikdə yaşayır. oğlu Qərib 7 yaşında miningit xəstəliyinə tutulmuş və ondan sonra komaya düşmüşdür. Oğlu 8 gün komada qaldıqdan sonra ayılmış və ondan sonra epilepsiya xəstəliyinə yoluxmuşdur. Həmçinin, oğlunda beyin qüsurları xəstəlikləri də əmələ gəlmişdir. Hazırkivaxta qədər oğlunda əlillik vardır. Bununla bağlı o, 2015-ci ildə oğluna əlilliyin alınması üçün Abşeron TSEK-ə müraciət etmişdir. Orada oğluna ilk dəfə 2 illik əlliliyə görə müavinət təyin edilmişdir. Daha sonra 2017-ci ildə oğlu yenə Abşeron TSEK-də komissiyadan keçmiş və yenə 3 il müddətinə əlilliyə görə müavinət təyin edilmişdir. Oğlu 18 yaşına çatmadığına görə ona əlilliyin dərəcəsi təyin edilmir, lakin müavinət verilir. Həmin müavinətin müddəti 2020-ci ilin oktyabr ayının əvvəllərində bitəcəyinə görə o, yenə müavinətlə bağlı yaşadığı ərazi üzrə poliklinikaya müraciət etmiş, oğluna aid sənədləri sahə həkimi olan nevropatoloq online qaydada Mərkəzi TSEK-ə göndərmişdir. Təxminən 1 həftədən sonra Mərkəzi TSEK-dən oğluna əlilliyə görə müavinətin verilməsinə imtina cavabı verilmişdir. Bundan sonra o, yenə 15 oktyabr 2020-ci il tarixdə oğlunun sənədlərini toplayıb Abşeron TSEK-ə müraciət etmiş, onu Oruc həkim qarşılamış və sənədlərini qəbul edib oğlunun komissiyanın müayinəsindən keçməli olduğunu bildirmişdir. Bundan sonra o, oğlunu komissiyanın qəbuluna aparmış və orada onun oğluna əyani baxış keçirilmişdir. Oruc onun oğlunu müayinə etdikdən sonra və sənədlərini götürdükdən sonra oğluna əlilliyə görə müavinətin alınmasını həll edə biləcəyini bildirmişdir. Oruc bunun müqabilində ondan 750 manat pul istəmiş, o da işi həll edə biləcəyi təqdirdə həmin pulu ona verəcəyini bildirmişdir. Bundan sonra Oruc həmin gün oğlunun sənədlərini yenidən online qaydada Mərkəzi TSEK-ə göndərmişdir. Bundan sonra isə çıxıb getmişdir. Təxminən 15 gün sonra o, yenidən Abşeron TSEK-ə getmiş və orada öyrənmişdir ki, Oruc həkimi işdən azad ediblər. Həmçinin, onun oğlu ilə bağlı hər hansı bir cavabın gəlmədiyini öyrənmişdir. Bundan sonra o, Oruc həkimin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış və oğlu Qəribin işi ilə bağlı Orucla danışmışdır. O, Orucla təxminən telefon vasitəsilə 6-7 dəfə danışmış, danışıqları zamanı Oruc oğlunun işinin tez bir zamanda həll olunacağını bildirmişdir. O pulu iş düzələndən sonra Oruc həkimə verməli imiş, lakin, 2020-ci ilin dekabr ayının 17-si öyrənmişdir ki, Oruc həkim Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdir. Ona görə də o, Oruca istədiyi 750 manat pul vəsaitini verə bilməmişdir. Həmçinin, Oruca hər hansı bir məbləğdə pul verməmişdir. Bundan sonra o, yenidən oğlunun işi ilə bağlı Mərkəzi TSEK-ə və 142 qaynar xəttinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, oğlu Qəribə əlilliyə görə müavinətin verilməsinə yenidən imtina verilmişdir. Bundan sonra ona başa salmışlar ki, TSEK-in imtina səbəbini aradan qaldırsın və yenidən müraciət etsin. O, imtina səbəblərini aradan qaldırdıqdan sonra 26 dekabr 2020-ci il tarixdə yenidən poliklinika vasitəsilə onlayn qaydada müraciət etmişdir. 06 yanvar 2021-ci il tarixdə isə ona oğlunun əlilliyə görə müavinət almasına görə müsbət cavab gəlmişdir. Oğluna görə 200 manat müavinət təyin edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş və DVD-diskə köçürülmüş səs yazılarına qulaq asmış, həmin səs yazılarında 4-cü, 5-ci, 6-cı, 12-ci, 28-ci və 35-ci səs yazıları ona məxsusdur. Həmin səs yazılarında Oruc həkimlə oğlunun əlilliyə görə müavinət alması ilə bağlı danışmışdır. Həmin səs yazısından aydın olur ki, Oruc həkim oğlunun işinin düzəlməsi üçün ondan ilkin danışdıqları 750 manat pul vəsaitini istəyir. Lakin bildirmişdir ki, o, Oruc həkimə hər hansı məbləğdə pul vəsaiti verməmişdir. Çünki, oğlunun işini həll edə bilməmiş, həmçinin həmin ərəfələrdə həbs olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildən Təqsirləndirilən şəxs1la quda qohumluq əlaqəsi var. 13 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək yaxını olan bir nəfər şəxsin COVİD-19 xəstəliyinə tutulduğunu və həmin şəxsi xəstəxanaya yerləşdirməkdə köməklik etməyini xahiş etmişdir. O, əvvəlcə Oruca xəstəxanalarda yer olmadığını bildirmiş, lakin Oruc ondan israrla adını sonradan bildiyi Hüsniyyə adlı xanımı müalicə olunması üçün xəstəxanaya yerləşdirməyini xahiş etmişdir. O isə Oruca hazırda iş günü olmadığını, telefona cavab verən olmayacağını, həftənin birinci günü yəni 15.12.2020-ci il tarixdə bu işlə maraqlanacağını bildirmişdir. Oruc 15.12.2020-ci il tarixdə ona zəng edərək Hüsniyyə adlı xanımın hörmət etmək istədiklərini bildirmiş, o, isə Oruca bu cür xəstələrdən pul götürməyin düzgün olmadığını bildirmişdir. Söhbət zamanı xəstəni yerləşdirmək üçün köməklik edəcəyini deyib sağollaşmışdır. Təxminən 1 saat sonra Oruc ona yenidən zəng etdikdə xəstəxanada yer olmadığını, həmin şəxsin pulu varsa “Məlhəm” adlı özəl klinikada müalicə olunmasını məsləhət görmüş və sağollaşmışdır. Bir neçə dəqiqə sonra Oruc ona yenidən zəng etmiş və xəstənin vəziyyətinin ağır olduğunu, həmin klinikaya getmək istəmədiyini, Azərbaycan Respublikası FHN-nin Zığ qəsəbəsində yerləşən xəstəxanasına yerləşdirməyi xahiş etmişdir. Bundan sonra o, əvvəllər tanıdığı və aralarında yaxın münasibətlər olan TƏBİBdə departament müdiri işləyən Şahid5 zəng edərək qudası Təqsirləndirilən şəxs1 tanışının FHN-nin Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilməsini xahiş etmişdir. Hikmət ondan xəstənin ad, soyadını, mobil telefon nömrəsini tələb etdikdə o, Orucdan xəstənin məlumatlarını öyrənib Hikmət həkimə bildirmişdir. Təxminən yarım saatdan sonra Təqsirləndirilən şəxs1 həmin xəstənin xəstəxanaya yerləşdirilməsi üçün X22 xəstəyə zəng olunduğunu və xəstəxanaya yerləşdiriləcəyini bildirərək ona təşəkkür etmişdir. Sonradan isə nə baş verdiyindən onun xəbəri olmamışdır. Şahid2 həmçinin ifadəsində göstərdi ki, qudası Təqsirləndirilən şəxs1 Hüsniyyə adlı xanımın Azərbaycan Respublikası FHN-nin Zığ qəsəbəsində yerləşən xəstəxanasına yerləşdirilməsi üçün ona konkret olaraq pul məbləği deməmişdir. Oruc yalnız xəstənin hörmət etmək istədiyini bildirmiş, o, isə pul götürməyin düzgün olmadığını demişdir. Oruc bu işi görmək üçün ona heç bir məbləğdə pul təklifi etməmiş və Orucdan heç bir məbləğdə pul almamışdır. Sonradan eşitmişdir ki, Oruc xəstənin yaxınından 4.000 manat pul almışdır. O, əvvəllər hər hansı bir şəxsin xəstəxanaya yerləşdirilməsi üçün köməklik etməmişdir. Əvvəllər də tanışı Şahid5 bu barədə xahiş etməmişdir. Təqsirləndirilən şəxs1 onun qudası olduğu üçün Hüsniyyənin FHN-nin Zığ qəsəbəsində yerləşən xəstəxanasına yerləşdirilməsinə görə insanlıq edərək Şahid5 xahiş etmiş, hər hansı bir digər məqsədi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2015-ci ildən isə hazırki vaxta qədər Bakı şəhər Təcili və X8 Stansiyasının baş direktoru vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin mart ayından koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin Operativ Qərargahı tərəfindən Bakı şəhəri üzrə 103 təcili tibbi yardım stansiyasına koronaviruslu xəstələrin xəstəxanalara yerləşdirilməsi tapşırılmışdır. Belə ki, onlar Operativ Qərargahın üzvləri tərəfindən yönləndirilmiş xəstələri ünvanlarından götürərək müvafiq xəstəxanalara yerləşdirilməsini həyata keçirirlər. “103” xidmətinə zənglər çoxluq təşkil etdiyinə görə çox hallarda operativ qərargahın üzvləri onunla telefon və “Whatsapp” sosial şəbəkəsində yaradılmış qrup vasitəsilə əlaqə saxlayırlar və ona ağır xəstələrin ünvanlarından götürülərək müəyyən edilmiş xəstəxanalara çatdırılmalarını tapşırırlar. Şahid5 də hazır ki vaxta qədər ona gün ərzində dəfələrlə zəng vuraraq ağır xəstələrin ünvanını və hansı xəstəxanaya çatdırılacağını bildirir. Belə hallar təxminən 1000 (min) dəfədən çox baş vermişdir. Lakin, ona demiş olduğu xəstələrin heç birinin adını xatırlamır. Əlavə olaraq bildirmişdir ki, o, qeyd edilən xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı nə Hikmətdən nə də hər hansı bir şəxsdən pul vəsaiti və ya hər hansı bir imtiyaz əldə etməmişdir. Şahid6 həmçinin ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımır, hər hansı bir münasibəti olmamış və Şahid3 tanımır, hər hansı bir münasibəti olmamışdır. Şahid5 ona 1000 (min) nəfərdən çox koronavirus xəstəsinin müxtəlif modul tipli xəstəxanalara yerləşdirməyi tapşırmışdır. Lakin, Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirməyi tapşırmasını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayının 15-də növbədə olduğu zaman hazırda adını xatırlamadığı həkim onu çağıraraq Şahid3 adlı koronovirus xəstəsinin olduğunu və həmin xəstənin Nazirlər Kabinetinin Operativ Qərargahından tapşırıldığını, xəstəxanaya yerləşdirilməsi üçün növbətçi həkimlərə yönləndirilməli olduğunu demişdir. Həmçinin, ona xəstənin istifadəsində olan ***-***-**-** saylı mobil nömənin olduğunu qeyd etmişdir. O da təcili olaraq ərazi aidiyyatı üzrə 9 saylı TTYS-nin həkimi Şahid8la əlaqə saxlamış və koronovirus xəstəsinin olduğunu, xəstəxanaya yerləşdirilməli olduğunu bildirmiş və xəstənin mobil nömrəsini vermişdir. Bundan təxminən bir neçə dəqiqə sonra Şəmsəddin həkim onunla əlaqə saxlamış və xəstənin xəstəxanaya getmək istəmədiyini bildirmişdir. Bundan sonra o, özü də yenidən həmin xəstə ilə əlaqə saxlamışdır. Xəstə evində problem olduğunu və ona görə də səhəri gün xəstəxanaya gedə biləcəyini demişdir. Buna görə də çağırışdan imtina edilmişdir. Ondan sonra isə həmin qadından hər hansı bir xəbəri olmamışdır. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2008-ci ildən X1 kafedra müdiri vəzifəsində işləmiş, 2020-ci ilin fevral ayından 2021-ci ilin yanvar ayınadək Tibbi ərazi X2 (TƏBİB) koordinasiya şöbəsinin müdiri vəzifəsində, hazırda isə X28 X9 Departamentinin rəhbəri vəzifəsində işləyir. Bundan başqa 2020-ci ilin mart ayından Nazirlər Kabineti yanında X14 üzvüydür. Mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin dekabr ayının ortalarında tanışı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və qohumunun koronavirus xəstəliyinə yoluxduğunu bildirmiş, həmçinin, vəziyyətinin ağır olduğunu və təcili olaraq xəstəxanaya yerləşdirilməli olduğunu demişdir. Bundan sonra o, hər gün operativ qərargaha təqdim olunan statistik vərəqəyə baxmış və orada Bakı şəhərində yerləşən xəstəxanalarda boş yerlərin olduğunu görmüşdür. Bundan sonra o, Qalib həkimlə əlaqə saxlamış və xəstənin Məhəmmədi kəndində yerləşən modul tipli xəstəxanaya yerləşdirilməsinə köməklik edə biləcəyini bildirmiş, həmin vaxt Qalib həkim ona xəstənin ağır vəziyyətdə olduğunu və xəstənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli hospitalına yerləşdirməyini xahiş etmişdir. O, yenidən statistik vərəqəyə baxmış və FHN-nin hospitalında da yer olduğunu görmüş, ona görə də Qalib həkimin ona göndərmiş olduğu xəstəyə aid ümumi məlumatları və mobil nömrəsini 103 xidmətinin baş həkimi Şahid6 göndərmişdir. Həmin vaxt o, Şahid6 koronavirus xəstəliyinə tutulmuş xanımın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli hospitalına yerləşdirilməli olduğunu bildirmişdir. Bundan sonra isə 103 xidmətinin əməkdaşları xəstə ilə əlaqə saxlayıb ünvanına gedərək xəstəni xəstəxanaya yerləşdirirmişlər. Lakin, həmin xəstənin FHN-nin hospitalına yerləşdirilib yerləşdirilməməsi ilə bağlı sonradan hər hansı bir məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, qeyd edilən xəstənin Zığda yerləşən hospitala yerləşdirilməsi ilə bağlı nə Qalibdən nə də hər hansı bir şəxsdən pul vəsaiti və ya hər hansı bir imtiyaz əldə etməmişdir. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanımır, hər hansı bir münasibəti olmamışdır. Şahid3 tanımır, hər hansı bir münasibəti olmamışdır. Yalnız Şahid2 tanıyırmış, 30 ilə yaxın münasibəti vardır. “103” xidmətinin baş həkimi Şahid6lə Operativ Qərargahın tibb xidməti mütəmadi olaraq əlaqə saxlayır və koronaviruslu xəstələrin ünvanları, mobil nömrələri və yerləşdiriləcəyi xəstəxanaların ünvanları bildirilir. Belə ki, bununla bağlı xahişlər çox olur, lakin hər hansı bir maddiyyat qarşılığı olmadan xəstəxanalara yerləşdirilmələr həyata keçirilir. Koronaviruslu xəstələrin qanının oksigen faiz göstəricisi 90 dan aşağı olanda onlar həmin xəstələri Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirirlər. Xəstənin qanının oksigen faiz göstəricisini isə xəstəni yerində müayinə edən həkim onlara bildirir. Həmçinin, xəstənin yanakı xəstəlikləri, yaşı nəzərə alınır. Bununla bağlı hər hansı bir vəzifə təlimatı yoxdur və hər hansı bir protokol tərtib edilmir. Çünki, onunla bağlı protokol tərtib edilsə xəstənin vəziyyəti daha da ağırlaşa bilər. (cild 1, iş vərəqə 232-235) Şahid8 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 2020-ci ilin dekabr ayının 15-də növbədə olduğu zaman “103” təcili tibbi yardım stansiyasının dispetçeri işlədiyi 9 saylı təcili tibbi yardım bölməsinə zəng vurmuş və koronoviruslu xəstənin olduğunu bildirmişdir. Ona təqdim edilmiş təcili yardımın qeydiyyat vərəqəsində xəstənin ünvanı olmadığına görə, lakin mobil nömrəsi qeyd olunduğundan həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin nömrənin sahibi isə zəngləri qəbul etməmiş, bundan sonra o, 103 təcili tibbi yardım stansiyasının dispetçeri ilə əlaqə saxlamış və xəstənin mobil nömrəyə cavab vermədiyini bildirmişdir. Daha sonra o, yenidən həmin nömrə ilə əlaqə saxlamış və bir nəfər qadın koronovirus xəstəsi olduğunu, lakin hazırlaşmalı olduğunu bildirmişdir. Bundan sonra isə həmin qadınla əlaqə yaratmaq mümkün olmamış və o, yenidən iş yerinə qayıtmışdır. Ondan sonra isə həmin qadından hər hansı bir xəbəri olmamışdır. (cild 1, iş vərəqə 247-249) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış protokolundan görünür ki, disk açılan zaman diskin içərisində 7 ədəd fayl müəyyən edilmişdir. “25.09.2020 Münəvvər vətəndaş” adlı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə danışırlar və Vüqar telefon danışığını video vasitəsilə qeydə alır. Videoya baxılarkən Şahid1 ilə Təqsirləndirilən şəxs2 aralarında Şahid1 əlilliyin alınması üçün veriləcək olan 2500 (iki min beş yüz) manat məbləğində rüşvət pul vəsaitinin Təqsirləndirilən şəxs1 kimin vasitəsilə çatıdırılması barədə telefon vasitəsilə danışmaqları müəyyən olunur. “29.09.2020 Münəvvər pul söhbəti” adı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə danışırlar. Danışıqlar dinlənilərkən Təqsirləndirilən şəxs2 Vüqara əlillik verilməsi üçün Təqsirləndirilən şəxs1 2500( iki min beş yüz) manat məbləğində rüşvət verilməli olduğunu deməsi müəyyən olunur və həmin rüşvət pul vəsaitinin özünün vasitəsilə Təqsirləndirilən şəxs1 çatıdırılacağını qeyd edir.“29.09.2020 3” adı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs1 ilə telefon vasitəsilə danışırlar və Vüqar telefon danışığını video vasitəsilə qeydə alır. Videoya baxılarkən Şahid1 Təqsirləndirilən şəxs1 özünə əlilliyin alınması üçün veriləcək rüşvət pul vəsaiti barədə Təqsirləndirilən şəxs2 ilə telefon vasitəsilə danışdığını və Təqsirləndirilən şəxs2 vasitəsilə ona deyilən 2500 (iki min beş yüz) manat pul vəsaiti ilərazılaşdığını bildirir. Bundan sonra o, Saray qəsəbə xəstəxanasından epikriz alacağını və həmin epikrizi də Oruca təqdim edəcəyini bildirir. “07.10.2020 Münəvvər 2000 manat1” adlı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 avtomobildə olarkən özü barədə məlumat verir və Təqsirləndirilən şəxs1 veriləcək olan rüşvət pul vəsaitini Təqsirləndirilən şəxs2 vermək üçün sonuncu ilə görüş yerinə getməyi barədə danışır. Şahid1 yolda olarkən pulları sayır və daha sonra Təqsirləndirilən şəxs2 ilə görüşür. O, avtomobilin içərisindən 2000(iki min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 verir. Münəvvər həmin pul vəsaitini götürdükdən sonra Təqsirləndirilən şəxs1 yanına gedəcəyini qeyd edir. “2020_12_15__18_39_00_edited1” adı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs1 görüşür və tanışı olan Hüsniyyə adlı qadının Oruc vasitəsilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli hospitalına yerləşdirilməsi müqabilində Oruca 4.000( dörd min) manat pul vəsaitini verir. Təqsirləndirilən şəxs1 həmin pulu götürdükdən sonra cibinə yerləşdirir və orada dəqiq olaraq nə qədər pulun olmasını soruşur. Vüqar isə ona 4.000( dörd min) manat pul vəsaiti verməsini bir daha təsdiq edir. “MOVİ00211” adı fayl açıldıqda müəyyən olunur ki, Şahid1 avtomobildə olarkən Təqsirləndirilən şəxs1 veriləcək olan 500 (beş yüz) manat rüşvət pul vəsaitini sayır və daha sonra həmin pulu açıqcanın içərisinə qoyaraq Təqsirləndirilən şəxs1 təqdim edəcəyini bildirir. Bundan sonra Vüqar Orucla sonuncuya məxsus avtomobilin yanında görüşürlər və Vüqar pul vəsaitini Təqsirləndirilən şəxs1 təqdim edir. Həmin vaxt Təqsirləndirilən şəxs1 pulu avtomobilə qoymasını bildirir. Vüqar da 500 manat pul vəsaitini Oruca məxsus avtomobilə qoyur. Həmçinin, Təqsirləndirilən şəxs1 Vüqara məxsus sənədləri ona təqdim edərək işin həll olunduğunu bildirir. O, həmçinin Vüqara telefon vasitəsilə danışmamağı, telefonunun izlənmədə ola biləcəyini bildirir. ( cild.1, iş vərəqə 38-39) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olmuş diskə baxış protokolundan görünür ki, disk açılan zaman diskin içərisində 54 ədəd fayl müəyyən edildi. Qeyd edilən fayllar açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 telefon vasitəsilə müxtəlif şəxslərlə danışıqlar aparır. Həmin danışıqların hər biri dinlənildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 4, 5, 6, 12, 28, 35, 51 və 52-ci səs yazılarında Şahid4 ilə danışır. Həmin danışıqlarda Şahid4 oğluna əlilliyinin alınması üçün Təqsirləndirilən şəxs1la danışır və görünür ki, hər iki şəxs arasında pul məsələsi vardır. 7, 10, 13, 16, 19, 20, 22, 25, 27, 33, 39, 40, 42, 44, 46, 48, 49, 50 və 53-cü səs yazılarında Təqsirləndirilən şəxs1 Şahid1 ilə sonuncunun tanışı Şahid3 Azərbaycan Respublikası FHN-nin Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilməsi bağlı danışır. 9, 14, 15, 18, 21, 23, 26, 37, 38, 41, 43 və 45-ci səs yazılarında Təqsirləndirilən şəxs1 qudası Şahid2 ilə Şahid3 Azərbaycan Respublikası FHN-nin Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilməsi ilə bağlı danışır. (cild 1, iş vərəqə 196) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən daxil olmuş 27.11.2020-ci il tarixli xxxxxxx0006 nömrəli çıxarışdan görünür ki, Şahid1 “damar mielopatiyaları, aşağı ətrafların paraplegiyası, çanaq orqanlarının funksiya pozğunluğu” diaqnozu ilə birinci dərəcəli əlilliyi 03.12.2020-ci il tarixdə Mərkəzi TSEK sədri tərəfindən sistemə daxil edilmişdir. (cild 1, iş vərəqə 73) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28.09.2020-ci il tarixli əyani müayinə aktından görünür ki, Şahid1 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçmiş və Şahid1 diaqnozunun öz təsdiqini tapdığı göstərilərək tibbi sənədləri ilə birlikdə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. (cild 1, iş vərəqə 85) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2020-ci il tarixli **********0 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 06 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına sədr vəzifəsinə təyin olumuşdur. Vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əliliyin qiymətləndirilməsi Qaydaları»nın 1 və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülməklə göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnməklə adsızlaşdırılıb, əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərildikdən sonra TSEK tərəfindən rəylərin altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edilib gücləndirilmiş elektron imzayla təsdiqlənməsi yolu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılması ilə əlaqədar, əlilliyin qiymətləndirilməsi və əlillik dərəcələrinin verilməsi və ya bundan imtina edilməsi və sairdən ibarət olmuşdur.( cild 1, iş vərəqə 94) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2020-ci il tarixli **********5 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 26 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası sədri vəzifəsindən azad edilmişdir. (cild.1, iş vərəqə 101) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 30.09.2020-ci il tarixli pul vəsaitinin təqdim edilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 əlilliyin təyin edilməsi səbəbilə rüşvət verilməsi üçün Şahid1 2500(iki min beş yüz) manat pul vəsaiti təqdim edilmişdir. (cild 1, iş vərəqə 17) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 11.12.2020-ci il tarixli pul vəsaitinin təqdim edilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 COVİD-19 xəstəliyinə yoluxmuş Şahid3 FHN-nin modul tipli xəstəxanasına yerləşdirməsi üçün Şahid1 4000(dörd min) manat pul vəsaiti təqdim edilmişdir. (Cild 1, iş vərəqə 32) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 02.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 227) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 15.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 226) İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 128) İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 110) İş materiallarında olan 22 may 2021-ci il tarixli qərarla cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 27.11.2020-ci il tarixli xxxxxxx0006 nömrəli çıxarış, özündə video və səs yazılarını əks etdirən 2(iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (cild 2, iş vərəqə 53-86) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən alınmış 11 fevral 2022-ci il tarixli 204 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Şəkərli diabet İİ tip, insulin tələbli. Hipertoniya xəstəliyi İ dərəcə əlavə risk İV. Ürəyin işemik xəstəliyi. Koronar damarların stentləşməsindən sonrakı vəziyyət (2016-2017). Xroniki pielonefrit diaqnozu qoyulmuş, müalicə fonunda Təqsirləndirilən şəxs1 arterial qan təzyiqi və qanda qlükozanın miqdarı dəyişkən olmuş, hərəkət zamanı ürək nahiyəsində ağrıları davam etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Şahid1 Təqsirləndirilən şəxs2 və özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat, cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində almaması, Şahid1 4.000 (dörd min) manat məbləğində pul vəsaitini alıb, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməməsi, həmçinin Şahid4 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, Təqsirləndirilən şəxs2 ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Cəlil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Hər iki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ağır xəstəlikdən əziyyət çəkməsini, ahıl yaşda olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ahıl yaşda olmasını, səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal aşkar edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələrinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi zəruridir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, ona istinad edilən cinayət əməlini törətməsinin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312.2-1.1-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən Təqsirləndirilən şəxs1 ahıl yaşda olmasını, bir sıra daimi müalicəyə ehtiyacı olan xroniki xəstəliklərdən əziyyət çəkməsini müstəsna hal hesab edərək, həmçinin həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivini də müstəsna hallar hesab edərək, habelə Təqsirləndirilən şəxs1 cinayətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələrinin sanksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən az cəza təyin edilməsi cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs2 əməlindən peşman olması, ahıl yaşlı qadın olması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə onun barəsində CM-nin 70ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Binəqədi rayon məhkəməsinin 17 dekabr 2020-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16.12.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi 27.11.2020-ci il tarixli xxxxxxx0006 nömrəli çıxarış, özündə video və səs yazılarını əks etdirən 2(iki) ədəd DVD disk cinayət iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, Məhkəmə hökmü haqqında» 24.12.2021-cı il tarixli, 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilərək Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 312-1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 16 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 01 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. X5 təyin edilmiş sınaq müddətinin və əlavə cəzanın icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD formatlı disk və 27.11.2020-ci il tarixli xxxxxxx0006 nömrəli çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Rəşad Əliyev Məruzəçi hakim: imza Hafiz Əliyev Hakim: imza Fəhmin Hümbətov Əsli ilə düzdür Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar