Məhkəmə qərarları › İş №1(124)-4/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-4/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-4/2024 06.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda 101,272 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq saxlamış, 02 mart 2022-ci il tarixdə saat 17:50-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, “Osmanlı” dönər evinin yaxınlığında Sumqayıt şəhər polis idarəsi cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarının sağ kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı təmiz çəkisi 1,017 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi həyət evinin giriş qapısından daxil olan kimi sağ tərəfdə hasar boyunca tinə çatmamış yerləşən mişar daşının altında saxlamış olduğu 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 100,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə, təxminən saat 14-15 radələrində arvadı “Karvan Ticarət Mərkəzi”nə alış-veriş etmək üçün getdiyindən o da onu evə gətirmək üçün oraya yollanmışdır. O, Nərimanov və Sülh küçəsinin kəsişməsində övladını avtomobilə əyləşdirərkən saxlanılmışdır. O, hansı səbəbə görə saxlanıldığını belə bilməmişdir. Onlar onun əlini bağlamış və üzərinə, həmçinin avtomobilinə baxış keçirmişdirlər. Onun nə üzərindən, nə də ki avtomobilindən qanunsuz heç nə aşkar olunmamışdır. Lakin polis əməkdaşları onu bir avtomobilə oturtmuş, həmin şəxslərdən onu nə üçün saxladıqlarını soruşduğunda ona “Bizə sizin maşının nömrəsi verilib, siz narkotik vasitə tacirisiz” deyilmişdir. Onlara elə işlərlə məşğul olmadığını, hətta nə spirtli içki, nə də ki narkotik vasitə qəbul etmədiyini söyləmiş, polis əməkdaşları “Gedərik, idarədə aydınlaşdırarıq” dediklərində o, arvadının, uşağın orada qaldıqlarını bildirmişdir. Onlar isə “Narahat olma, onları idarəyə gətirərik” demişdirlər. O, ailəsinin idarəyə gətirilməsinə etiraz etdikdə “Narahat olma, bizdə qadın əməkdaş var, onların yanında oturacaq” deyə söyləmişdirlər. İdarədə olarkən onu bir şəxsin yanına aparmış və həmin şəxsə “Rəis, budur” demişdirlər. Rəis deyilən şəxs ondan “Niyə bu hadisəni törətmisən” deyə soruşduqda ona heç nə etmədiyini demişdir. Rəis otaqda olan birisinə onu göstərərək “Bunun cibinə mal qoyarsız, elə qeydiyyata salarsız” demişdir. Daha sonra onu otaqdan çıxartmışdırlar, onların dedikləri ilə razılaşmağını söyləmiş, əks təqdirdə arvadının da cinayət əməlində onunla birlikdə olması ilə hədələmişdirlər. Onlara “Nə lazımdırsa edərəm, yoldaşımı buraxın, onun burada nə iş var” demişdir. Onlar da “Sən narahat olma, bizimlə razılaş, sənin yoldaşını buraxarıq” deyə söyləmişdirlər. Həmçinin ona “Burada adam var, onun üzünə durarsan, deyərsən ki, o, səndən 200 qram mal alıb” demişdirlər. O, isə arvadını buraxacaqları halda dediklərini edəcəyini söyləmişdir. O axşama qədər orada gözləmiş, lakin heç kim onunla üzləşdirilməmişdir. Təxminən saat 19-20 radələrində ona “Yaşayış yerinə gedirik, ora narakotik qoymuşuq, onu çıxardırsan, sənin işin qurtarır, yoldaşını buraxırıq” demişdirlər. O, deyilənlərlə razılaşaraq onlarla birlikdə evə getmişdir. İlk başda onlar video-çəkiliş olmadan həyətə girmişdirlər, ona bir yeri göstərmişdirlər, o, göstərdikləri yerdə olan daşın altından malı götürmüş və tərəziyə qoymuşdur. Onlar ona baş verənləri məhkəmədə, yaxud da prokurorluqda danışmamağını tapşırmış və onu arvadı ilə hədələmişdirlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, nə spirti içki, nə də ki narkotik vasitə qəbul etməmişdir. O, təxminən saat 14-15 radələrində saxlanılmışdır. Hadisədən sonra arvadı ona heç kimin onları polis idarəsinə aparmadıqlarını bildirmiş, həmin polis əməkdaşları onu aldatmışdırlar. İstintaq zamanı onun hüquqlarını müqavilə üzrə vəkil müdafiə etməli idi, lakin həmin vəkil müstəntiq ilə birləşərək onun başına bu oyunları açmışdır. O, vəkilinin sözünü dinləyərək oxumadan göstərilən sənədləri imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, hakimə baş verənləri danışmamış, çünki onu arvadı ilə hədələmişdirlər. Onlar ona baş verənləri haradasa danışacağı halda arvadının da onunla birlikdə narkotik vasitənin satışı ilə məşğul olması ilə təqsirləndiriləcəyini söyləmişdirlər. Polis əməkdaşlarının ona qarşı bu hərəkətləri törətmələrinin səbəbini bilməmişdir. İstintaq zamanı ona qarşı fiziki zor tətbiq olunmamışdır. Polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı olaraq heç bir orqana müraciət etməmişdir. Polis əməkdaşları başqa bir şəxsi tutmuş, onların dediyinə görə kimsə onun avtomobilinin qeydiyyat nömrəsini vermişdir. Polis əməkdaşlarına verilən avtomobil qeydiyyat nömrəsində bəlkə də bir hərfin və ya rəqəmin səhv deyildiyini bildirmişdir. Xəyal adlı şəxsi tanımamışdır. O, heç kimlə üzləşdirilməmiş, buna görə həmin narkotik vasitəni onun yaşayış yerinə qoymuşdurlar. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, video-çəkiliş axşam saatlarında olmuşdur. O, ilk əvvəl tutulduğu zaman video-çəkiliş aparılmamışdır. Axşam saatlarında video-çəkiliş aparılarkən vəkil gəlmişdir. Tutulduğu gün gələn vəkil dövlət hesabına idi. Onu ailəsi ilə hədələdikləri üçün bütün hər şeyi boynuna götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları yaşadığı həyətə daxil olmuşdur. Evinin həyətinə ilk əvvəl polis əməkdaşları daxil olmuş, daha sonra isə o, keçmişdir. Evin qapısı açıq olmuş, həmin vaxt evdə heç kim olmamışdır. Polis əməkdaşları narkotik vasitəni daşın altına qoymuş, o oraya heç nə yerləşdirməmişdir. Müdafiəçi3 vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilmiş təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə saat 14-15 radələrində Karvan ticarət mərkəzinə arvadının arxasınca gəlmişdir ki, onu götürüb evə aparsın. Nəsimi küçəsi ilə Sülh küçəsinin kəsişməsində dayanacağın yanında həyat yoldaşı uşaqla dayanmışdır. Maşını onların yanında saxlayıb maşından düşmüşdür. Yoldaşı ilə uşaq maşına minmişdir. Uşaq arabasını maşının baqajına qoyanda polislər onu tutmuşdurlar, niyə tutduqlarını soruşanda dedilər ki aydınlaşdıracaqlar. Üzərinə baxış keçirtmişdirlər. Üzərində narkotik və ya bıçaq olub-olmadığın soruşanda üzərində narkotik və ya bıçaq olmadığını demişdir. X11 və Chevrolet Niva markalı iki maşınla gəlmişdilər. X18 markalı maşına mindirmişdirlər. Arvadı və uşağı maşında qalmışdırlar. Arvadının və uşağının yanında onu tutmuş, onun kəmərindən tutaraq göyə qaldırıb yerə vurmuşdurlar. Arvadı ilə uşağının necə olacağını soruşmuş, demişdirlər ki onları da polis şöbəsinə gətirəcəklər, o, ifadə verəndən sonra buraxacaqlar. Narazılıq etmişdir. Onu tutub Sumqayıt ŞPİ-ə aparmışdırlar. Pİ-də telefonlarını ondan almışdırlar. Üzərini yoxlamış, üzərindən narkotik və ya başqa birşey çıxmamışdır. Sonra demişdirlər ki kiminləsə üzləşdirəcəklər. Axşama kimi onu orada saxlamış, sonra heç kimlə üzləşdirməmişdirlər. Sonra ona demişdirlər ki evinə baxış keçirəcəklər. Arvadını da tutacaqları ilə hədələmiş və evinin həyətində qoymuş olduqları narkotiki çəkilişlə götürüb onlara verməyini tələb etmişdirlər. Həyətə girib ətrafa baxmışdır. Heç kim olmadığını görəndə arvadının həqiqətən də ŞPİ-də olduğuna inanmış və polislərin dediyini eləmişdir. Çəkiliş olandan sonra yenidən onu geri qaytarmışdırlar. Məhkəmədə və ya prokurorluqda onu hədələdiklərini desə arvadını da tutacaqlarını demişdirlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu 14-15 radələrində “Osmanlı” dönər adlanan yerdə tutmuşdurlar. Saxlanıldığı yerdə üzərinə baxmış, sonra polis idarəsinə aprmışdırlar, axşam saat 19-a qədər orada saxlamış, ondan sonra müdafiəçi gəlmiş və yenidən baxış keçirmişdirlər. Onun üzərinə ilk dəfə müdafiəçi olmadan çəkiliş aparılmadan baxış keçirilmişdir. Çəkiliş müdafiəçi ilə aparılmışdır. Müdafiəçi olanda artıq onu razı salmışdırlar. İki dəfə çəkiliş aparılmış, bir dəfə polis idarəsində ikinci dəfə evdə çəkiliş olmuşdur. Çəkilişlər arasında 1 saat vaxt var idi. Arvadını Karvan ticarət mərkəzindən götürməyə getmişdir. Həmin gün arvadı ilə telefonla danışmışdır. Arvadı yolu keçib avtobus dayanacağında dayanmışdır. O, arvadı ilə saxlanmamışdan 5 dəqiqə qabaq əlaqə saxlamışdır. Saxlanıldığı yerdə çoxlu insanlar var idi. Əməliyyatçılar elə bir formada onu tutdular ki heç kim nə olduğunu soruşa bilməmiş, avtobus dayanacağının tam qarşısında tutulmuşdur. Videomüşahidə kameralarına onun saxlanılmağı düşmüşdür. Polsi idarəsində axtarış olanda üzərində iki ədəd telefon var idi. Biri İphone, digəri isə Samsung markalı telefon və 100 anatdan artıq pul var idi. İttiham aktında üzərindən Samsung markalı telefon aşkar edildiyi yazılmışdır. İphone markalı telefon poçtla xaricdən gətirilmişdir, onu registrasiyadan keçirmişdir, imei kodu ilə bunu dəqiqləşdirmək mümkündür. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, apteklərə spirt və maska paylamış, mağazalara təzə toyuqların çatdırılmasını etmiş, həmçinin boş vaxtlarında taksi fəaliyyətilə məşğul olmuşdur. Telefonların biri ilə taksi fəaliyyətilə məşğul olmaq üçün proqram işlətmiş, digəri şəxsi telefonu olmuşdur. O, evə baxış keçirməyə gedəndə arvadını evdə görməmiş, elə bilmişdir ki onu polis idarəsində saxlayıblar. Polislərin onu zorakılıqla saxlaması və digər hədələri barədə harasa şikayət etməmişdir. O, müdafiəçinin dediyi qaydada sənədlərə imza eləmişdir. Evdən aşkar edilən narkotik həyətin girişində sağ tərəfdən götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:50 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən «Osmanlı» dönər evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət ediblər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməyib, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim edib. Həmin gümüşü rəngli siqaret kağızı bükümü açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin “heroin” olduğunu, həmin maddəni “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış olduğu özünü Hüseyn adlı İran vətəndaşı kimi təqdim edən şəxsdən 3400 manat pul ödəməklə 300 qram narkotik vasitə aldığını, özünü Hüseyn adlı İran vətəndaşı kimi təqdim edən şəxsin narkotik vasitəni Koroğlu metrosunun yaxınlığına atdığını, oraya gedərək narkotik vasitəni götürdüyünü, daha sonra almış olduğu həmin narkotik vasitədən 200 qramını Xəyal adlı şəxsə 1 qramını 14 manat olmaqla 2800 manata satdığını, qalan narkotik vasitəni isə yaşadığı ünvanın həyətində saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 1,41 qram olduğu müəyyən edilmişdir. Axtarış keçirilən zaman üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmiş, 121 manat 70 qəpik xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Onun üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş, daha sonra əməliyyat qrupu iştirakçıları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri X12 qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi tikilmiş yaşayış evinin qarşısına xx.xx.2022-ci ildə saat 19:28-də çatmışlar. Onun yaşadığı Sumqayıt şəhəri X12 qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, fərdi tikilmiş yaşayış evinin qarşısında olan zaman özü yaşadığı ünvanın qırmızı rəngli dəmir qapısını açmış və iştirakçılar ilə birlikdə içəri daxil olmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə ona yaşadığı fərdi evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək yaşadığı ünvanın həyətində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunmuşdur. Özü yaşadığı fərdi evin həyətyanı sahəsində giriş qapıdan daxil olan kimi sağ tərəf hissədə hasarın boyunca tinə çatmamış, yerləşən mışar daşının altında saxlamış olduğu 1 ədəd sarı rəngli sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin “heroin” olduğunu, həmin maddəni İnstagram sosial şəbəkəsi vasitəsilə tanımış olduğu özünü Hüseyn adlı İran vətəndaşı kimi təqdim edən şəxsdən 3400 manat pul ödəməklə 300 qram narkotik vasitə aldığını, özünü Hüseyn adlı İran vətəndaşı kimi təqdim edən şəxsin narkotik vasitəni Koroğlu metrosunun yaxınlığına atdığını, oraya gedərək narkotik vasitəni götürdüyünü, daha sonra almış olduğu həmin narkotik vasitədən 200 qramını Xəyal adlı şəxsə 1 qramını 14 manat olmaqla 2800 manata satdığını bildirmişdir. Həmin vaxt onun yaşadığı ünvadan aşkar olunmuş sarı rəngli sellofan paketin içərisində olan qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sarı rəngli sellofan paketi ilə birlikdə çəkisinin 102,41 qram olduğu müəyyən edildi, qablaşdırılaraq möhürlənmişdir. İfadədə verilən suallara cavab olaraq, ondan götürülmüş narkotik vasitəni özünü Hüseyn adlı İran vətəndaşı kimi təqdim edən şəxsdən 3400 manat pulu ödəməklə iranlı şəxsin qoyduğu Bakı şəhəri Koroğlu metrosunun yaxınlığından götürdüyünü, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün və satış məqsədi ilə aldığını və buna görə 3400 manat pul verdiyini, iranlı şəxsdən aldığı 300 qram narkotik vasitənin 200 qramını Xəyal adlı şəxsə satdığını bildirmiş, Hüseyn və Xəyal adlı şəxslər haqqında hər hansı bir məlumatının olmadığını, narkotik vasitə heroinin satışından əldə etdiyi 2800 manat pulu öz ehtiyacı üçün xərclədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 2022-ci ilin mart ayının 2-də təqsirləndirilən şəxsin nakrotik vasitələri üzərində gəzdirməsi, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə edərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə təqsirləndirilən şəxsi Sülh küçəsində yerləşən Osmanlı dönər adlanan restoranın yaxınlığında saxlamış, özlərini təqdim edərək onu Sumqayıt ŞPİ-ə gətirmişdirlər. Xidməti otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitəni haradan əldə etməsi soruşuluqda İran vətəndaşından Bakı şəhərində ona deyilən ünvandan götürdüyünü demişdir. Götürdüyü nakrotik vasitənin bir hissəsini satmışdır. Digər hissəsinin evdə olması barədə məlumat verdikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə onun evinə baxış keçirmişdirlər. Evdə təqsirləndirilən şəxsin dediyi yerdən narkotik vasitə götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək idi, ailə üzvlərindən kimsə onun yanında yox idi. Təqsirləndirilən şəxs ailəsi ilə hədələnməmiş, təqsirləndirilən şəxsi əvvələr tanımamışdır. Təqsirləndirilən şəxsi “Osmanlı dönəri” adlanan restoranın yaxınlığında görüb əvvəlcədən şəxsiyyətini xarakterizə edən məlumatlarla həmin şəxs olduğunu dəqiqləşdirdikdən sonra ona yaxınlaşaraq avtobus dayanacağının yanında onu saxlamışdırlar. Onlara müqavimət göstərmədən maşına əyləşərək polis idarəsinə gəlmişdirlər. Əməliyyat qrupunda 3 nəfər olmuşdurlar. Təqsirləndirilən şəxs öz ifadəsində demişdir ki, İran vətəndaşından pul müqabilində narkotik almışdır. Xatırladığı qədəri ilə Koroğludan 300 qram narkotik vasitə götürdüyünü demişdir. İranlı şəxs narkotik vasitəni Bakı şəhəri Koroğlu metrostansiyası yaxınlığına atmış, o da gedib həmin narkotik vasitəni götürüb bir hissəsini satıb, qalan hissəsini evdə saxlamışdır. Təqsirləndirilən şəxsi axşam 17-18 radələrində saxlamışdırlar. Təqsirləndirilən şəxs narkotik vasitənin bir hissəsini evində saxladığını bildirdiyi üçün evinə baxış keçirmişdirlər. Evə baxış keçirilməsində iştirak etmişdir. Evə baxış keçirdikləri vaxtı dəqiq xatırlamamış, şəxsi axtarış keçirdikdən təxminən 15 dəqiqə sonra evinə baxış keçirməyə gedmişdirlər. Təqsirləndirilən şəxsin evi Nasosnu qəsəbəsində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən ev həyət evi idi. Həyətin qapısını kimin açdığı yadında olmamış, ola bilsin ki qapını təhqiqatçı açmışdır. Ola bilsin ki, həyətin açarı təhqiqatçıda olmuş, o da qapını açmışdır. Şəxsin üzərindən qanusuz hansısa başqa predmet çıxması yadında deyildir. Şəxsin üzərindən telefon aşkar edilməsi yadında deyildir. Onlar təqsirləndirilən şəxsi saxlayanda o maşınsız olmuşdur. Əməliyyat tədbiri keçiriləndə öz üzərində mobil telefon olmuş, özünün istifadə etdiyi mobil telefon nömrəsi *** *** ** **-dur. Şahid1 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı hadisədən 2-3 gün əvvəl daxil olmuşdur. Əməliyyat qeydiyyat işi açılmamışdır. Məxfi əməkdaşdan məlumat daxil olmuş, məlumatı yoxlamış, fakt öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aldığı İran vətəndaşını tanıdığını, ondan narkotik vasitə alaraq satdığını demişdir. Təqsirləndirilən şəxsin İranlı ilə əlaqəsini müəyyən etmişdirlər. Təqsirləndirilən şəxsə sual veriləndə dedi ki, narkotik vasitənin 300 qram Koroğlu metrostansiyası yaxınlığından götürüb, 200 qramını kiməsə verib, qalan 100 qramın harda olduğunu soruşanda evdə həyətdə saxladığın demişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirməyə gedəndə evdə heç kim olmamış, onlar evə girməmiş, nakrotik vasitəni həyətdən aşkar eləmişdirlər. Təqsirləndirilən şəxs demişdir ki, evdəkilər bilməsin deyə narkotiki həyətdə gizlətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlində təqsirləndirilən şəxsin nakrotik vasitələri üzərində gəzdirməsi, alqı satqısı ilə məğul olması və istifadə etməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Şəxsin Sumqayıt şəhəri 2-ci mkr ərazisində olması müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə təqsirləndirilən şəxsə yaxınlaşaraq, özlərini təqdim edib onlarla Sumqayıt ŞPİ-ə getməli olduğunu bildirmişdirlər. O da etiraz etmədən ŞPİ-ə gəlmişdir. Xidməti otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılanda üzərindən narkotik vasitə aşkar edilmişdir. Ona aşkar edilən nakrotik vasitəni hardan əldə etdiyini soruşanda İnstagram sosial şəbəkəsi vasitəsilə Hüseyn adlı İran vətəndaşından əldə etdiyini, 1 həftə əvvəl Bakı şəhərindən Koroğlu metrostansiyası yaxınlığından götürdüyünü demişdir. Nakrotik vasitəyə görə İranlıya 3400 manat pul ödədiyni bildirmişdir. Götürdüyü narkotik vasitənin 200 qramını 2800 manata Xəyal adlı şəxsə satdığını etiraf etmişdir. Qalan narkotik vasitəni H.Z.tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində saxladığını onlara bildirmişdir. Əməliyyat qrupu ilə birlikdə evə getmişdirlər. Özü həyətin qapısını açmış, çəkilişlə həyətə baxış keçirilmişdir. Həyətdən mişar daşlarının yanından nakrotik vasitəni çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxsi saxlayanda onun yanında heç kim yox idi. Təqsirləndirilən şəxsə ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə hədə-qorxu edilməmişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs çəkiliş zamanı təhqiqatçının suallarına cavab olaraq narkotik vasitənin qalan hissəsini evində saxladığını demişdir. Təqsirləndirilən şəxsi saat 17-18 radələrində saxlamışdırlar. Təqsirləndirilən şəxsin Sülh küçəsi Osmanlı dönər adlanan restoranın yaxınlığında olması barədə onlara məlumat daxil olmuşdur. Osmanlı dönəri restoranı Karvan ticarət mərkəzinə yaxındır. Karvan ticarət mərkəzinin ətrafında 29, 30, 34-cü məhəllələr və 2-ci mkr yerləşir. Təqsirləndirilən şəxsi 2-ci mkr tərəfdə saxlamışdırlar. Təqsirləndirilən şəxsi ŞPİ-ə gətirdikdən az müddət sonra üzərində şəxsi axtarış aparılmışdır. Baxış keçirərkən telefon aşkar edilməsi yadında deyildir. Günün axşam saatlarında evə baxış keçirmiş, şəxsi axtarışdan təxminən yarım saat sonra evə baxış keçirmişdirlər.Evin qapısını təqsirləndirilən şəxs özü açmışdır. Şəxsi axtarışda iştirak eləmiş, üzərindən açar aşkar edilməsi yadında deyildir. Təqsirləndirilən şəxsin evin qapısını açarla açması yadında deyildir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəlində təqsirləndirilən şəxsin nakrotik vasitələri dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Rəhbərliyə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Məlumat əsasında 2-ci mkr-ya getmiş, təqsirləndirilən şəxsi orada saxlayıb onlarla Sumqayıt ŞPİ-ə getməli olduğunu bildirmişdirlər. O da etiraz etməyib ŞPİ-ə gəlmişdir. Sumqayıt ŞPİ-də təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışda onun üzərindən 1.5 qram narkotik vasitə heroin aşkar edilmişdir. Narkotik vasitəni İnstagram sosial şəbəkəsi vasitəsilə Hüseyn adlı İran vətəndaşının bank hesablna 3400 manat pul göndərməklə onun dediyin ünvandan götürüb bir hissəsinin 2800 manata Xəyal adlı şəxsə verdiyini, bir hissəsini də H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində saxladığın demişdir. Əməliyyat qrupu ilə birlikdə onun evinə getmişdirlər. Özü həyətdən mişar daşlarının altından nakrotik vasitəni çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxsi saxlayanda o piyada vəziyyətdə Omsanlı dönəri restoranının yanında hərəkət edirdi. Osmanlı dönəri restoranı 2-ci mkr-da yerləşir. Evin həyətini özü açarla açmışdır. Şəxsi axtarış zamanı açarın aşkar edilməsi yadında deyil, narkotik aşkar edilməsini xatırlamamışdır. Həyətə daxil olan kimi sağ tərəfdə mişar daşının altından nakrotiki götürüb onlara vermişdir. Narkotik vasitəni həyətdə saxladığını dediyi üçün evə baxış keçirməmişdirlər. Əməliyyat tədbiri zamanı üzərində telefon olmuşdur. 055 *** ** ** və 070 *** ** ** saylı mobil telefon nömrələrini istifadə etmişdir. Üzərindən aşkar edilən narkotiki təqsirləndirilən şəxsin üzərinə onlar qoymamışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X8 ifdəsində göstərmişdir ki, onlar X12 qəsəbəsində yaşayırlar. Uşağa paltar almaq üçün evdən çıxmış, uşağa paltar aldıqdan sonra Süleymana zəng edib gəlib onları götürməsini xahiş etmiş, o da gəlmiş, “Karvan”-dan çıxıb “Pioner” tərəfə gedən yolda onları götürəndə qucağındakı ay yarımlıq uşağını avtomobilə qoymuş, uşaq arabasını avtomobilin arxa yük yerinə qoyması üçün Süleymana verən zaman iki avtomobil- boz rəngli “Chevrolet Niva” markalı avtomobil və ağ rəngli “Hundai” markalı avtomobil onlara tərəf gəlmişdir. Avtomobilin içərisindən bir neçə nəfər şəxs çıxıb Süleymanın üzərinə gəlmiş, uşaq arabasını avtomobilə qoymağa macal verməmiş, Süleymanı qandallayaraq üzərini axtarmağa başlamış, nə baş verdiyini soruşduqda isə ondan astaralı olub-olmadığımı soruşmuşlar. Daha sonra polis əməkdaşları ondan evə aparmaq lazım olub-olmadığını soruşmuş, o isə lazım olmadığını deyib evə getmiş, heç bir saat keçməmiş - saat on iki-birə işləmiş evin darvazası açılmış, təxminən on nəfər qapını döymədən həyətə girmiş, həyəti axtarmağa başlamışlar. O da həmin vaxt uşaqla həyətdə olmuş, nə baş verdiyini soruşduqda evə keçməyini, danışmamasını demişlər. Şahid X8 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Süleyman saxlanılan zaman saat təxminən birə işləyirdi. Daha sonra o, taksiyə əyləşərək “Nasosnu”-ya gəlmişdir. Saat on iki-birə işləmiş bir neçə dəfə Süleymana zəng etmişdir. Süleymana zəng edən zaman sonuncu evdə olmuşdur. Uşaq üçün pal-paltar almaq məqsədilə evdən çıxan zaman da Təqsirləndirilən şəxs evdə olmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə o, çağırmışdır. Saat on bir-on ikiyə işləmiş Süleymana zəng etmiş, o da yemək yeyib evdən çıxacağını söyləmişdir. Süleyman onlara “Karvan”-dan çıxıb üzü “Pioner” tərəfə gedən yolda dayanacaqda dayanmaqlarını söyləmiş, o, da orada Süleymanı gözləmişdir. Süleyman gələn vaxtı dəqiq saat birə işləmiş olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ona beş-altı nəfər yaxınlaşmışdır. Avtomobildən düşərək Süleymanı tutmuşdurlar. Süleymana yaxınlaşan şəxslər uşaq arabasını götürüb yan tərəfə qoyaraq Təqsirləndirilən şəxs üzərini axtarmağa başlamışdırlar. Bir də ondan astaralı olub-olmadığını soruşmuş, o, da şəkili olduğunu bildirmişdir. Polis əməkdaşlarından biri ona onu evə aparmağı təklif etmişdir. Onu evə aparmağı təklif edən polis əməkdaşı harada yaşadıqlarını bilməmişdir. Sadəcə olaraq ona evə aparmağı təklif etmişdir. Süleymanın avtomobilinə nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs saxlandıqdan sonra taksiyə əyləşib “Nasosnu”-dakı evlərinə gəlmişdir. Qohum-əqrabaya yazaraq başlarına gələnlər barədə məlumat vermişdir. Üzərindən bir saat keçmiş görmüşdür ki, həyət qapısından evə girdilər. Qucağında balaca uşaq olmasını fikirləşməmişdirlər. Bütün bu sadaladığı hadisələr saat on iki-bir radələrində cərəyan etmişdir. Daha sonra heç kəs onu polis idarəsinə çağırmamışdır. Süleymanın mobil telefonlarını götürməmişdirlər. Polis əməkdaşları təxminən yeddi-səkkiz dəqiqə həyətlərində olmuşdurlar. Həyətdən heç nə tapmamış, heç nə yox idi. Şahid X8 dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, sadaladığı xüsusatlarla bağlı heç bir yerə müraciət etməmiş, onu da çağırmamışdırlar. Heç yerə müraciət edə bilməmişdir. Qaynanası xəstə olduğu üçün rayona getməli olmuşdur. Şahid X8 məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, əri Süleyman 02 mart 2022-ci il tarixdə tutulmuşdur. Daha sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs narkotikə görə tutulub. Savadı çatmayıb, yaxud da ona deyilməyib ki, başlarına gələnlərlə bağlı hansısa hüquq mühafizə orqanına müraciət etsin. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhəri Pİ-nin CAŞ-na məlumat daxil olmuşdur. 02 mart 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs Mənsu oğlu həmin gümüşü rəngli siqaret kağızında heroin olduğu bildirir. Qalan narkotik vasitəni isə yaşadığı ünvanın həyətində saxladığını, araşdırma zərurəti ilə əlaqədar olaraq polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirir. 02 mart 2022-ci il tarixli baxış keçirilməsi və götürülməsi barədə protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs özü yaşadığı fərdi evin həyətyanı sahəsinə giriş qapısından daxil olan kimi sağ tərəf hissədə hasarın boyunca tinə çatmamış, yerləşən mışar daşının altında saxlamış olduğu 1 ədəd sarı rəngli sellofan paketi təqdim edərək paketin içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1298 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs..” və s. sözlər, imzalar olan iki ədəd kağız paketdən birində 01 ədəd bükümdə təmiz çəkisi 100,255 qram qəhvəyi rəngli maddə kütləsi (№1) və digər paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,017qram qəhvəyi rəngli maddə kütləsi (№2) kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İki paketdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1298 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1261 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1261 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə ibtidai istintaq zamanı əldə edilmiş sübutların tədqiqindən sonra məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları da tədqiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində saxlanılan vaxt saat təxminən 14-15 radələri olduğunu, həmçinin özünə məxsus və istifadəsində olan hər iki telefonun üzərində olduğunu bildirmişdir. Məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi üçün müdafiə tərəfinin təqsirləndirilən şəxsin və şahidlərin istifadəsində olan telefon nömrələrinin göstərdiyi anten məlumatlarının götürülməsi üçün verdiyi vəsatəti təmin etmiş, Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** və (077) 755-52-62, şahidlər Şahid3 istifadəsində olan (055) 701 20 12, Şahid2 istifadəsində olan (055) *** ** ** və Şahid1 istifadəsində olan (055) *** ** ** mobil telefon nömrələrinə 01 mart 2022-ci il, saat 09:00-dan, 04 mart 2022-ci il, saat 00:00-dək daxil olan və çıxan zənglərin siyahısı, “SMS” mətnləri, danışıqlar aparan şəxslərin anket və ərazi üzrə anten məlumatlarının ələ keçirilməsi barədə qəbul edilmiş qərar icra edilmiş, müvafiq məlumatları əks etdirən 3 ədəd CD disk məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 02 mart 2022-ci il tarix, saat 00:00-dan 04 mart 2022-ci il saat 00:00-dək, həmçinin onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarix saat 00:00dan 04 mart 2022-ci il tarix saat 00:00-dək daxil olan və çıxan zənglərin siyahısı, “SMS” mətnləri, danışıqlar aparan şəxslərin anket və ərazi üzrə anten məlumatları məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatı 02 mart 2022-ci il tarix saat 14:07-də Hacı Zeynalabdin qəsəbəsini göstərməklə Sumqayıt şəhər polis şöbəsindən 10.8 km uzaqlığı, 15:13:09-da Sumqayıt şəhəri ərazisini göstərməklə Sumqayıt ŞPİ-dən 2.8 km uzaqlığı, 18:08:03-də isə Sumqayıt ŞPİ-nin 160 metr yaxınlığını göstərmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin verdiyi anten məlumatları 02 mart 2022-ci il tarix saat 14:07-də Sumqayıt ŞPİ-dən 2.8 km, saat 14:11-də 7.5 km, 14:14:25-də 3 km uzaqlığını, sonuncu 16:37-də isə 550 metr məsafəni göstərməklə “Karvan” ticarət mərkəzi ilə Sumqayıt ŞPİ arasında olan küçədə yerləşən anten bazasını göstərir. Təqsirləndirilən şəxsin istifadəsində olan bakcell nömrə 14:55:08-də Sumqayıt ŞPİnin yaxınlığını göstərsə də 14:55:14-də, yəni 6 nanosaniyə sonra Sumqayıt ŞPİ-dən 15 km uzaqlığı göstərmiş, bu hal, yəni anten məlumatlarının eyni saat və eyni vaxtda (eyni zaman) müxtəlif yerləri (məkanları) göstərməsi onların mötəbərliyi barədə məhkəmədə şübhə yaratdığından qeyd olunan ziddiyyətlər, həmçinin internet üzərindən həyata keçirilən zənglər ilə müəyyən edilən anten məlumatları ilə nömrə vasitəsilə edilən zənglərin verdiyi anten məlumatları arasında ziddiyyət olduqda hansının əsas götürülməli olması barədə sorğu verilmişdir. Bakcell MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli və “Azerfon” LLC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, internet (usage_start/usage_stop/usage_in) istifadələri zamanı istifadənin başlama və bitmə müddətinə uyğun olaraq texniki səbəblərdən real zəng zamanı abunəçinin olduğu əhatə dairəsindən fərqli anten məlumatları göstərilə bilər. Odur ki, anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız zənglər və SMS-lər qeyd olunan sətirlərə (MOC,MTC,SMSMT, SMSMO) diqqət edilməsi qeyd olunmuşdur. Həmçinin UABS4455C/UABS4455 "xxxx" MMC-yə məxsus anten bazasının texniki adı, sonda göstərilən 40.595xx/xx.66649 saylı rəqəmlər isə anten bazasının yerləşdiyi ünvanın koordinat göstəricisidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunan məktubda göstərilən və xüsusi bilik tələb edən məlumatları iş üzrə təqsirləndirilən şəxsin saxlanılma saatının mübahisələndirilməsi ilə əlaqədar istinad olunan anten məlumatlarının tədqiqi zamanı əsas götürərək yalnız zənglər və SMS-lərin (qarşısında MOC,MTC,SMSMT,SMSMO yazan anten məlumatları) verdiyi anten dairələrini tədqiq edir və mötəbər sübut hesab edir. Həmin məlumatlar tədqiq edilərkən şəxsə verilmiş ittihamda göstərilən saxlanılma yeri və saatı arasında hər hansı bir ziddiyyət aşkar edilmir. Təqsirləndirilən şəxsin istifadəsində olan Bakcell MMC məxsus nömrəyə gələn sonuncu zəng və SMS-in verdiyi anten məlumatı şəxsin saat 16:37-də Sumqayıt ŞPİ-dən 550 metr məsafədə yerləşən anten bazasından şəbəkəyə qoşulduğunu göstərir, yəni saat 16:37-də təqsirləndirilən şəxə məxsus nömrə öz istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində saxlanılmamışdan əvvəl “Karvan” ticarət mərkəzinin yaxınlığında olduğunu, ailə üzvlərinin orda olduğunu göstərmiş, qeyd olunan anten məlumatları da “Karvan” ticarət mərkəzi ilə Sumqayıt ŞPİ arasında olan bazanı göstərir. Ümumiyyətlə, təqsirləndirilən şəxsin hər iki nömrəsinin zəng və SMS-lərinin verdiyi anten məlumatlarının müqayisəli tədqiqi onun trayektoriyasının yaşadığı Hacı Zeynalabdin qəsəbəsindən Sumqayıt şəhəri Karvan ticarət mərkəzi istiqamətinə yönəldiyi, daha sonra Sumqayıt ŞPİ-nə tərəf gəldiyi görünür ki, şəxsin saxlandığı yerin Sumqayıt ŞPİ-ə yaxın məsafədə yerləşməsi hər iki məkanın eyni anten dairəsinin təsirinə düşməsini də istisna etmir. Digər tərəfdən təqsirləndirilən şəxsin arvadı onun “Osmanlı” dönərin yanında saxlanılmasından sonra özünün evə getdiyini, bir saat keçməmiş polis əməkdaşlarının həyətə baxış keçirmək üçün gəldiklərini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən özü də həyətə “baxış”ın onun iştirakı ilə cəmi bir dəfə keçirildiyini göstərmişdir. Təqsirləndirilən şəxsin iddia etdiyi kimi saat 14-15 arası saxlanılmış olması, həyətə baxışın da “bir saat keçməmiş” baş tutması halında sonuncu baxış saat 16:00 - 16:30 aralığına təsadüf etmiş olardı ki, bu da xx.xx.2022-ci il tarixdə həyətə baxışın təbii işıqlandırma şəraitində həyata keçirilməsi ilə müşayət olunmalı idi. Halbuki məhkəmə istintaqı zamanı “Baxış” keçirilməsi haqqında protokol və həmin əməliyyat axtarış tədbirinin video görüntüsünü əks etdirən disk ətraflı şəkildə tədqiq edilmiş, həmin vaxt havanın qaranlıq olması, polis əməkdaşları tərəfindən süni işıqlandırmadan istifadə edilməsi görünür ki, bu da “Baxış”ın saat 18:00-dan sonra keçirilməsini təsdiq edir. İş ürə şahid kimi dindirilmiş Şahid1 məxsus (055) *** ** ** telefon nömrəsinin verdiyi zəng və sms anten məlumatından da görünür ki, o, 02 mart 2022-ci il tarix saat 19:57-də X12 qəsəbəsi ərazisindən şəbəkəyə qoşulmuşdur. Bu da “Baxış” keçirilməsi haqqında protokolda göstərilən saata uyğun gəlir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərarla iki ədəd kağız paketdən birində 02 ədəd bükümdə təmiz çəkisi 101,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bir ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Astara rayon İHB-nın Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonu, Şiyəkəran kəndində yaşamış, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X5 xx.xx.2020-ci il olmaqla azyaşlıdırlar. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində və evində narkotik vasitələrin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin arvadı X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə ərinin cinayət məsuliyyətindən yayındırmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının xx.xx.2020-ci il təvəllüdlü X1 olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X3 cəzasını ağırlaşdıran hal aşkar edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də X4 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, X9 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X9 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da X3 tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X9 azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş iki ədəd kağız paketdən birində 02 ədəd bükümdə təmiz çəkisi 101,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməli, bir ədəd CD diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə təmiz çəkisi 101,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, bir ədəd CD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar