Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-4/2025 27.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X39 (sədrlik edən), X24 və X25 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Beydulloviçin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçilər – “Femida” Vəkil Bürosunun vəkili X3 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, tərcüməçi - X29 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Qusar rayonu, Yasaboba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu, Quxur-oba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.3.2, 179.2.2 və 179.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə etibar edilmiş özgə əmlaklarını xeyli və xüsusilə külli miqdarda ziyanlar vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlaklarını ələ keçirib ayrı-ayrı şəxslərə xeyli və külli miqdarda ziyanlar vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2017-ci ilin yay aylarında yaşadığı Qusar rayonu, Quxur-oba kəndindəki evlərində Rusiya Federasiyasının vətəndaşı olan xalası oğlu Zərərçəkmiş şəxs1 Beydulloviç ilə görüşüb onun üçün Qusar rayonu, Mucuq-oba kəndində meyvə bağları salmaq, rayonun Gican-oba kəndində ferma kompleksi tikib orada iri buynuzlu cins heyvanlar saxlamaqla bağlı öz aralarında şifahi razılığa gələrək 2017-ci ilin yay aylarından başlayaraq ayrı-ayrı vaxtlarda, hissə-hissə olmaqla yaşadığı Qusar rayonu, Quxur-oba kəndində yerləşən fərdi yaşayış evində və rayonun Gican-oba kəndində alınan torpaq sahəsində Zərərçəkmiş şəxs1 şəxsən özündən, həmçinin bank, poçt, “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aldığı, eləcə də, Zərərçəkmiş şəxs1 tərəfindən Rusiya Federasiyasının Moskva şəhərindən Qusar rayonu, Samur qəsəbə sakinləri olan qohumları, Azərbaycan - Rusiya sərhədində öz şəxsi avtomobili ilə taksi sürücüsü işləyən Şahid4, “Samur” Sərhəd X56ndə fəhləlik etmiş Şahid5 vasitəsi ilə ona göndərilməklə “Samur” Sərhəd X56nin yaxınlığında, Azərbaycan Respublikasının ərazisində həmin şəxslərdən, eləcə də Azərbaycan - Rusiya sərhədində öz şəxsi avtomobili ilə taksi sürücüsü işləyən Şahid2 vasitəsi ilə ona göndərilməklə yaşadığı Qusar rayonu, Quxur-oba kəndində və sonuncunun yaşadığı rayonun Samur qəsəbəsində yerləşən fərdi yaşayış evlərində Şahid2 və onun arvadı Şahid3 Əziz qızından təhvil aldığı, sonuncu dəfə isə 2021-ci ilin mart ayının ortalarında, axşam saatlarında Qusar rayonu, Gican-oba kəndindəki məlum ferma kompleksinin ərazisində Zərərçəkmiş şəxs1 şəxsən özündən aldığı, ümumilikdə rus rublunun məzənnəsi ilə 564.750 (beş yüz altmış dörd min yeddi yüz əlli) manat məbləği təşkil edən pul vəsaitləri hesabına Zərərçəkmiş şəxs1 sifarişi əsasında sonuncu üçün sahibkarlıq, fermer fəaliyyəti ilə əlaqədar əvvəlcədən danışıldığı kimi Qusar rayonu ərazisində fermer kimi qeydiyyata düşməsinə baxmayaraq, biznes işi qurmalı olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq ona inanılıb tapşırılmış həmin pul vəsaitləri hesabına 2017-2021-ci illər ərzində Qusar rayonu, Mucuq-oba kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələri alaraq yaratdığı, ümumi sahəsi təxminən 1,51 ha olan meyvə bağı sahələrini, Qusar rayonu, Gican-oba kəndinin ərazisində yerləşən 0,48 ha torpaq sahəsinin ərazisində mühafizə sistemləri quraşdırılmış, süni göl yaradılmış, iri buynuzlu cins heyvanları saxlamaq üçün tikilən ferma kompleksini öz adına rəsmiləşdirmiş, onun göndərdiyi pul vəsaitlərindən qalıq qalan pulları da özünə götürüb mənimsəməklə şəxsi ehtiyaclarına xərcləmiş, bütün bu işlərə sərmayə qoyan Zərərçəkmiş şəxs1 yaşadığı Rusiya Federasiyasından Qusar rayonu, Samur qəsəbəsinə qayıdıb öz əmlaklarını ondan tələb etdikdə isə, bütün əmlaklar özünün adına rəsmiləşdirildiyindən ona məxsus olduğunu bildirib heç bir məbləğdə pul vəsaiti, əmlak qaytarmamaqla, ümumiyyətlə onu fermer təsərrüfatının ərazisinə buraxmayaraq 2017-ci ilin yay aylarından 2021-ci ilin mart ayının ortalarınadək Zərərçəkmiş şəxs1 məxsus cəmi 564.750 (beş yüz altmış dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəməklə talamış, daha sonra Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında başlanılmaqla barəsində məlum cinayət işinin istintaqı Qusar rayon prokurorluğunda apanlarkən Zərərçəkmiş şəxs1 guya ziyanın ödənilməsi, ondan barışıq ərizəsi almaq məqsədi ilə sahibi olduğu meyvə bağları, ferma kompleksi, bütün əmlakları qaytaracağına dair öz əvvəlki vəkili Kamran Tağıyevin imzası ilə təsdiq edilmiş, həmin əmlakların həqiqətən Zərərçəkmiş şəxs1 məxsus olmasını etiraf etməklə ərizə verib yalandan bildirməklə qarşılıqlı razılaşma əsasında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 qaynı Şahid1 adına Xaçmaz rayonu 1 saylı notariat ofisində AR-İİ 492590 saylı, 7E-13694 reyestr nömrəli etibarnamə vermiş, faktiki olaraq isə Zərərçəkmiş şəxs1 əmlaklarını və pullarını tam şəkildə geri qaytarmadığı halda, sonuncunun onun xahişini nəzərə alaraq yaşadığı RF-nin Moskva şəhərindən ona qarşı şikayət və tələbinin olmaması, guya ziyanın tam ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə göndərməsindən, təqsirləndirildiyi həmin cinayət işi üzrə ibtidai istintaq icraatına 22 dekabr 2021-ci il tarixdə xitam verilməsindən sonra Zərərçəkmiş şəxs1 qaynı Şahid1 adına verdiyi AR-İİ 492590 saylı, 7E-13694 reyestr nömrəli etibarnaməni xx.xx.2022-ci il tarixdə Quba regional “ASAN Xidmət” Mərkəzində olan notariat ofisində gizlincə ləğv etdirib yenidən qeyd olunan əmlakları özünə götürərək, bununla da Zərərçəkmiş şəxs1 məxsus cəmi 564.750 (beş yüz altmış dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin təxminən may ayında xalası oğlu Zərərçəkmiş şəxs1 Beydulloviçə onun pul vəsaitləri, qoyduğu sərmayə hesabına salınmış meyvə bağı sahələri, inşa edilmiş ferma kompleksinə orada çalışan işçiləri aparıbgətirməkdən ötrü “Mitsubishi L200” markalı, “Pikap” ban növlü avtomobil alınmasının vacibliyini bildirmiş, Zərərçəkmiş şəxs1 da onun bu təklifi ilə razılaşaraq 2018-ci ilin təxminən may ayında Rusiya Federasiyasından müxtəlif vaxtlarda, hissə-hissə göndərdiyi, Azərbaycan - Rusiya sərhədində öz şəxsi avtomobili ilə taksi sürücüsü işləyən, Qusar rayonu, Samur qəsəbə sakini Şahid4 təhvil verilən Zərərçəkmiş şəxs1 məxsus rus rublunun məzənnəsi ilə 55.750 (əlli beş min yeddi yüz əlli) manat məbləğində nağd pul vəsaitini “Samur” Sərhəd X56nin yaxınlığında, Azərbaycan Respublikasının ərazisində alıb şəxsi ehtiyaclarına sərf etmiş, sonuncuya isə tanımadığı, özünə məxsus olmayan başqa bir “Pikap” ban növlü avtomobilin şəklini çəkib “whatsapp” mobil tətbiqi vasitəsilə Şahid4 alıb yeni aldığı maşın adı ilə ona göndərərək guya onun təsərrüfatı üçün həmin avtomobili aldığını yalandan bildirməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 55.750 (əlli beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakım ələ keçirmək məqsədi ilə 2018-ci ilin təxminən avqust ayında Qusar rayonu, Mucuq kənd sakini Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinə məxsus olan, Qusar rayonu, Mucuq-oba kəndində yerləşən 0,64 ha torpaq sahəsini alıb əvəzində Zərərçəkmiş şəxs2 əvvəlcə 1.500 manat, çıxarışı əldə etdikdən sonra isə qalan 8.500 manat olmaqla, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaiti verəcəyini yalandan bildirib, həmin adla ona ilkin olaraq Qusar şəhərində 1.500 manat məbləğində pul vermiş, daha sonra 01 dekabr 2018-ci il tarixdə Qusar rayon Notariat Kontorunda onunla AN-İ ******* saylı, 4Ə-2094 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlayıb həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini Zərərçəkmiş şəxs2 alıb ələ keçirmiş, lakin əvvəlcədən vəd etdiyi kimi Zərərçəkmiş şəxs2 həmin gün 8.500 manat məbləğində pul verməli olduğu halda, Qusar şəhəri, Z.Əliyeva küçəsi, M.Əbilov meydanı yaxınlığında idarə etdiyi “QAZ 24-10” markalı avtomobilin içərisində öz dostu Qusar rayonu, Quxur-oba kənd sakini Şahid19 yanında Zərərçəkmiş şəxs2 torpaq sahəsinin alqı-satqı müqaviləsini alarkən, daha sonra isə Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən “Mars” adlı kafedə Zərərçəkmiş şəxs2 və Şahid19 ilə birlikdə əyləşib çay süfrəsində söhbət edərkən Zərərçəkmiş şəxs2 real olaraq heç bir pul vəsaiti göstərmədən ona verməli olduğu pulun ABŞ dolları valyutası ilə olduğunu yalandan bildirmiş, Zərərçəkmiş şəxs2 isə satdığı torpaq sahəsinin dəyərini Azərbaycan manatı ilə verməsini dediyi üçün, ona gedib ABŞ dolları pulunu məzənnəyə uyğun olaraq Azərbaycan manatına dəyişib tezliklə onun yanına geri qayıdaraq pulu verəcəyini yalandan deyib kafedən çıxaraq bir daha geri qayıtmayıb ona heç bir məbləğdə pul vəsaiti verməmiş, oradan da birbaşa yaşadığı Qusar rayonu, Quxur-oba kəndinə gəldiyi öz avtomobili ilə dostu Şahid19 ilə qayıdıb gedərkən yolda sonuncu ondan nə üçün Zərərçəkmiş şəxs2 aldadıb pulunu vermədiyini soruşmuş, o da gülə-gülə ona heç əvvəlcədən də pul vermək fikri olmadığını, “qoy o mənim dalımca düşsün” sözünü demiş, bununla da həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə öz adına rəsmiləşdirmiş, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 və ailə üzvlərinə məxsus olmuş həmin 0,64 ha torpaq sahəsini ələ keçirib əvvəlcədən əvəzində verəcəyini vəd etdiyi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini verməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Qusar rayonu, Quxur-oba kənd sakini Zərərçəkmiş şəxs5 və onun ailəsinə məxsus Qusar rayonu, Quxur-oba kəndində yerləşən pay torpağı sahəsindən 2019-cu ilin təxminən avqust-sentyabr aylarında bir tayı 4 manatdan olmaqla 200 ədəd, 800 (səkkiz yüz) manat məbləğində yonca otu taylarını alıb fermaya aparıb orada saxlanılan iri buynuzlu heyvanlara istifadə etməsinə baxmayaraq ona həmin pul vəsaitini verəcəyini yalandan bildirib, həmin adla bu yolla da aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 800 (səkkiz yüz) manat məbləğində 200 ədəd yonca otunun taylarını vahid niyyətlə ələ keçirib pulunu verməyib Zərərçəkmiş şəxs5 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Beydulloviçin əvvəlcədən Qusar şəhərində ev almaq istəməsi barədə fikrini bildiyi üçün 2019-cu ilin təxminən oktyabr ayında ona ünvan 2 ünvanda yerləşən hazır tikili vəziyyətdə ev satıldığını, onun üçün həmin evi almasını məsləhət bilib inandırdığı üçün Zərərçəkmiş şəxs1 tərəfindən də yaşadığı Rusiya Federasiyasının Moskva şəhərindən hissə-hissə olmaqla, müxtəlif vaxtlarda ona çatdırılması üçün pul vəsaitləri Azərbaycan - Rusiya sərhədində öz şəxsi avtomobili ilə taksi xidməti göstərən, Qusar rayonu, Samur qəsəbə sakini Şahid2 təhvil verilmiş, ondan sonra 2019-cu ilin təxminən oktyabr ayında Zərərçəkmiş şəxs1 məxsus rus rublunun məzənnəsi ilə 111.500 (bir yüz on bir min beş yüz) manat məbləğində nağd pul vəsaitini yaşadığı Qusar rayonu, Quxur-oba kəndində və Şahid2 yaşadığı rayonun Samur qəsəbəsində yerləşən fərdi yaşayış evlərində Şahid2 alıb həmin qeyd olunan ünvanda yerləşən atası X6 əmisi qızı X15 məxsus evi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid24 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla almış, Zərərçəkmiş şəxs1 isə həmin evin mülk sənədinin çıxarışını (qəbalə) çəkib “whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərərək bu evi də onun üçün aldığını yalandan bildirmiş, daha sonra isə Şahid24 adına alıb rəsmiləşdirdiyi bu evi də xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Xaçmaz rayonu, Xudat şəhər sakini Şahid28 satıb pulu alaraq şəxsi ehtiyaclarına sərf etmiş, bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 111.500 (bir yüz on bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Qusar şəhər sakini, süd məhsullarının alqı-satqısı fəaliyyəti ilə fərdi qaydada məşğul olan Zərərçəkmiş şəxs3 Qusar rayonu, Gican-oba kəndində yerləşən, özünə məxsus olduğunu yalandan bildirdiyi fermaya iri buynuzlu, məhsuldar süd verən cins heyvanlar alacağını, bu məqsədlə əvvəlcədən ondan aldığı pul vəsaitinin məbləğinə uyğun olaraq aldığı inəklərdən əldə olunan süd məhsulunu da yalnız ona verəcəyini deyib aldatmaqla, həmin adla 23 oktyabr 2020-ci il tarixdə rayonun Gicanoba kəndində yerləşən fermanın ərazisində, orada mala baxan fəhlə işləmiş Şahid21 vasitəsi ilə Zərərçəkmiş şəxs3 1.500 (bir min beş yüz) manat, həmin niyyətlə 27 oktyabr 2020-ci il tarixdə yenə də Şahid21 vasitəsi ilə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında yerləşən evdə sonuncudan onun arvadı Şahid20 yanında 5.000 (beş min) manat, eyni niyyətlə 23 fevral 2021-ci il tarixdə şəxsən özünün Zərərçəkmiş şəxs3 Qusar rayonu, Gican-oba kəndində yerləşən fermanın ərazisində aldığı 2.000 (iki min) manat olmaqla, cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləği təşkil edən nağd pul vəsaitlərinin əvəzində ona bir litri 0,55 manatdan olmaqla 8.110 litr, cəmi 4.460,50 manat (dörd min dörd yüz altmış manat 50 qəpik) məbləği təşkil edən süd məhsulu versə də, əvvəlcədən pullarını aldadıb alıb vəd etdiyi kimi qalıq qalmış 4.039,50 manat (dörd min otuz doqquz manat 50 qəpik) dəyərində süd məhsulunu ona verməyərək Zərərçəkmiş şəxs3 aldığı nağd pul vəsaitlərini ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf etmiş, bu yolla da xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 4.039,50 manat (dörd min otuz doqquz manat 50 qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, doğma xalası oğlu Zərərçəkmiş şəxs1 Beydulloviçin pul vəsaitləri hesabına xx.xx.2019-cu il tarixdə “Qoçət” X43” MMC-dən alıb Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksinə gətirib Zərərçəkmiş şəxs1 biznes fəaliyyəti üçün saxladığı 14 baş Avstriyadan gətirilmiş cins (smental) iri buynuzlu heyvanlardan 06 yanvar 2020-ci il tarixdən başlayaraq sağılmaqla gündəlik olaraq Qusar şəhər sakini, süd məhsullarının alqı-satqısı fəaliyyəti ilə fərdi qaydada məşğul olan Zərərçəkmiş şəxs3 1 litri 0,55 manatdan olmaqla, 2020-ci ilin yanvar ayı ərzində 544 litr, həmin ilin fevral ayı ərzində 2.372 litr, mart ayı ərzində 4.347 litr, aprel ayı 142 ərzində 4.599 litr, may ayı ərzində 4.770 litr, iyun ayı ərzində 5.102 litr, iyul ayı ərzində 4.517 litr, avqust ayı ərzində 4.119 litr, sentyabr ayı ərzində 5.054 litr, oktyabr ayı ərzində 4.265 litr, noyabr ayı ərzində 3.127 litr, dekabr ayı ərzində 1.133 litr, 2021-ci ilin yanvar ayı ərzində 742 litr, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1.976 litr, ümumilikdə isə 46.667 litr həcmində satdığı süd məhsulunun əvəzində həmin Qusar rayonu, Gİcan-oba kəndində yerləşən ferma kompleksinin ərazisində Zərərçəkmiş şəxs3 adətən şəxsən özünün, bəzi hallarda isə fermanın ərazisində mala baxan fəhlə işləmiş Şahid21 vasitəsi ilə aldığı cəmi 25.666,85 manat məbləğində pul vəsaitinin heyvanların yemlənməsi üçün arpa məhsulu və yonca otuna çəkilən 9.003,50 manat xərci çıxıldıqdan sonra süd məhsulunun satışından gəlir kimi qalan 16.663,35 manat məbləğində pulunu biznes fəaliyyətindən əldə olunmuş gəlir kimi Zərərçəkmiş şəxs1 təhvil verməli olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq 06 yanvar 2020-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddət aralığında ona inanılıb tapşırılmış həmin 16.663,35 manat məbləğində pul vəsaitini mənimsəməklə şəxsi ehtiyaclarına xərcləmiş, bununla da Zərərçəkmiş şəxs1 məxsus cəmi 16.663,35 manat (on altı min altı yüz altmış üç manat 35 qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Beydulloviçə məxsus olan, öz adına rəsmiləşdirilmiş Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksinin iki ayrıayrı 0,12 ha torpaq sahələrini xx.xx.2020-ci il tarixli kredit limiti və həmin tarixli ipoteka müqavilələri əsasında "xxxx" ASC-nin Quba filialına Zərərçəkmiş şəxs1 məlumat vermədən girov qoyaraq xx.xx.2021-ci il tarixdə həmin kredit limiti müqaviləsi çərçivəsində 30.000 manat məbləğində kredit götürüb həmin pulu öz şəxsi məqsədləri üçün xərclədiyi halda, 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 yalandan bu kredit pulunu alıb guya onun üçün yaradılan ferma kompleksinin inşa edilməsində, ayrı-ayrı işlərin görülməsində xərclədiyini, biznes işlərinə sərf etdiyini, sonradan qeyd olunan krediti bağlayıb fermanı girovdan çıxardacağını aldatmaqla bildirib, bu adla 2021-ci ilin mart ayının sonlarında, həmin ayın təxminən 18-23 aralığında, axşam saatlarında Zərərçəkmiş şəxs1 Qusar rayonu, Gican-oba kəndində yerləşən fermanın ərazisində 30.000 (otuz min) manat məbləğində nağd pul vəsaitini özündən alıb şəxsi ehtiyaclarına sərf edərək bu kreditin bağlanılmasına ödəməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin mart ayının sonlarında Rusiya Federasiyasının Moskva şəhərində olan Zərərçəkmiş şəxs1 Beydulloviç ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman ona məxsus Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksinin yaxınlığında, həmin kəndin ərazisində 20 ha torpaq sahəsinin 18.000 manata satıldığını, fermadakı iri buynuzlu heyvanların otarılması məqsədi ilə onun üçün bu torpaq sahəsinin də alınmasının vacibliyini yalandan ona bildirib, bu adla 01 aprel 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasının Moskva şəhərindən tanışı vasitəsi ilə göndərdiyi 18.000 (on səkkiz min) manat məbləğində nağd pul vəsaitini Bakı şəhər sakini X7 alıb öz şəxsi ehtiyaclarına sərf etmiş, lakin dediyi həmin torpaq sahəsini almayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 Beydulloviçin pul vəsaitləri hesabına xx.xx.2019-cu il tarixdə “Qoçət” X43” MMC-dən alıb Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksinə gətirib saxladığı 14 baş Avstriyadan gətirilmiş cins (smental) iri buynuzlu heyvanlardan 2020-ci ilin təxminən mart-may aylarında doğulmuş, 12 aylıq, diri çəkisi təxminən 450 kq, hər biri 2.250 manat məbləğində olmaqla, cəmi 31.500 manat məbləğində olan 14 baş cins (smental) dananı və 2021-ci ilin təxminən yanvar-mart aylarında doğulmuş 2 aylıq, diri çəkisi təxminən 70 kq, hər biri 600 məbləğində olmaqla, cəmi 5.400 manat məbləğində olan 9 baş cins (smental) buzovu Zərərçəkmiş şəxs1 biznes işi üçün saxlamalı olduğu halda, bunu etməyərək ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq 2021-ci ilin aprel ayında ona inanılıb tapşırılmış cəmi 36.900 manat məbləğində olan, sonradan doğulmuş həmin 14 baş cins dana və 9 baş cins buzovu Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksinin ərazisindən özünə götürüb istintaqa məlum olmayan şəxsə satıb mənimsəməklə pulları şəxsi ehtiyaclarına xərcləmiş, bununla da Zərərçəkmiş şəxs1 məxsus cəmi 36.900 (otuz altı min doqquz yüz) manat məbləğində olan 14 baş cins dana və 9 baş cins buzovu xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, cinayətdən xəbərsiz Şahid24 vasitəsi ilə tanış olduğu sonuncunun xalası oğlu, Xaçmaz rayonu, Xudat şəhər sakini Zərərçəkmiş şəxs4 2021-ci ilin təxminən mart-aprel aylarında özünə məxsus olduğunu yalandan bildirdiyi Qusar rayonu, Gican-oba kəndində yerləşən fermada saxlanılan iri buynuzlu inək heyvanlarını oradan çıxardacağını, inək saxlamağın daha sərfəli olmadığını, keçi heyvanları alıb saxlamaq istədiyini, birlikdə də keçi heyvanları alıb saxlayaraq bu işdən yaxşı gəlir əldə edəcəklərini yalandan ona bildirib şirnikləndirərək, həmin adla 24 iyun 2021-ci il tarixdə, axşam saatlarında Şahid24 Zərərçəkmiş şəxs4 sözünə əsasən onun arvadı X19 aldığı, Zərərçəkmiş şəxs4 məxsus 19.000 (on doqquz min) manat məbləğində nağd pul vəsaitini Qusar şəhəri, N.Nərimanov adına parkın qarşısında Şahid24 aldadıb alıb şəxsi ehtiyaclarına sərf etmiş, bununla da aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci ildə xalası oğlu Həmdulla ona birlikdə biznes qurmağı təklif etdi. Öz aralarında danışıb razılığa gəlmişlər ki, Həmdulla ona Rusiyadan pul vəsaitləri göndərəcək və o da işlərin üstündə duracaqdı. O əvvəlcə razı olmasa da, sonra fermer təsərrüfatından əldə olunacaq gəlirin 30%-nin Həmdullanın, 70%-nin isə onun olması barədə razılığa gəlmişlər. Xeyli müddət ərzində təsərrüfat qurmuş, birlikdə işləmişlər. Anasının adına qeydiyyatda olan 2 ha torpaq sahəsində olan fındıq ağaclarını çıxardıb, əvəzində orada 1000 ədəd xarici sort alma ağacı əkmiş, bağ salmışdır. Onun özünün adına olan başqa torpaqda fermer üçün obyekt tikmiş, bu işlərə özü də pul qoymuşdur. Həmdulla da pul qoyurdu, bütün işlər yaxşı gedirdi. 2020-ci ildə Həmdulla ona demişdir ki, torpağın hamısını satmalıdır. Mən nə baş verdiyini soruşanda Həmdulla bildirdi ki, Rusiyada cinayət törədib, təcili pul lazımdır. Həmdullaya kömək məqsədilə o bankdan 45 min manata yaxın pul götürüb Həmdullaya vermişdir. Sonradan Həmdulla həmin bank kreditini bağlamışdır. Bir müddət sonra Həmdulla dedi ki, Rusiyada işləri pisdir, daha çox pul lazımdır. Buna görə də hər şeyi satdıq və bütün pulu Həmdulla götürüb Moskvaya getdi. Bir müddət sonra onu MTN-dən çağırdılar və Həmdullanın ondan şikayət etdiyini, guya Həmdullanın əmlakını mənimsədiyini bildirdilər. Amma orada ona dedilər ki, onun belə bir iş görməyinə inanmırlar. Ona görə də onu sərbəst buraxmışlar. Daha sonra onu prokurorluqdan çağırdılar, orada bildirdilər ki, Həmdullanın pulunu qaytarmalıdır, o da bildirmişdir ki, bütün torpaq sahələrini, fermanı satıb pulunu Həmdullaya verib. Sonra onu həbs edib Şüvəlana göndərmişlər, daha sonra müdafiəçisi apellyasiya məhkəməsinə şikayət eləmiş, apellyasiya məhkəməsində onu həbsdən azad etmişlər. Sonra Həmdulla ilə saldığı bağı da satmışdır. Amma yenə də ondan əl çəkmədilər, iş bu yerə gəlib çıxdı, o heç kimin bir qəpiyini də yeməyib. Bundan başqa Zərərçəkmiş şəxs4 onda pulu olub, hamısı votsapında var ki, onun Elşənə borcu yoxdur. Digər zərərçəkənlər də Həmdullanın tərəfini tutan adamlardı, onun digər zərərçəkənlərin heç birinə borcu yoxdur, onların heç birini aldadıb pullarını mənimsəməyib. Şəfiyev Eyyubdan aldığı torpağın da pulunun hamsını elə notariatda alqı-satqı zamanı verib. Təqsirləndiirlən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1 doğma xalası oğludur. Təsərüffat işlərini görmək üçün Həmdulla ona ümumilikdə 100 min, maksimum 150 min manata yaxın pul verib, amma o özü də öz pulundan təsərrüfat üçün pul xərcləyib. Həmdulla ilə bu işə başlamazdan əvvəl də kənd təsərrüfatı ilə məşğul olub, Həmdulla ilə qurduğu təsərrüfat üçün təkcə özü 70-80 min manat pul ayırıb. Onun adına olan torpaq sahəsində Həmdulla ilə bağ salıblar, buna görə 70-80 min xərc çəkiblər, indi o bağın 150-200 min manat dəyəri var. O, birinci dəfə tutulub çıxandan sonra bağı da satıblar, bağ indi Həmdullanın qaynı Babəkin adınadır. Həmin bağ sahəsi salınanda nəyə nə qədər xərc çəkib hamsının hesabatını özündə saxlayıb. Onun adına olan torpaq sahələrindən istifadə ediblər. Əlavə olaraq Şəfiyev Eyyubdan 10 min manata 64 sot torpaq sahəsi, başqa birindən 2 dənə 12 sot torpaq sahəsi, daha sonra 15 sot torpaq sahəsi alıblar. Mal-qaranı "xxxx"dən alıblar, dəyəri təxminən 400 min manat olan ferma və bütün bağ sahələrini Şahid9ın adına keçirib. O, birinci dəfə tutulmamışdan əvvəl həmin əmlakları Həmdullanın qohumlarının adına keçirtməyə başlayıb. Çünki ona təzyiq göstəriblər, valideynləri də deyiblər ki, “keçir onların adına, bəlkə, səndən əl çəkdilər”. Həmdulla ilə bu işə başlamamışdan əvvəl 1 ha və 24 sot torpaq sahəsi olub, 1 ha torpaq sahəsində fındıq ağacları yetişdirirmiş. Ağaclar balaca olduğu üçün ordan yaxşı məhsul götürə bilmirdi. Əsas qazancı arendaya götürdüyü 20 ha torpaq sahəsində əkdiyi kartofdan və alma, fındıq ağaclarının satışından olub. O, Həmdulladan əlbəəl pul almayıb. Bütün pulları “Zolotaya Korona” pul köçürmə vasitəsilə alıb. Şahid4, Şahid5, İmanquliyev Zauru tanıyır, onların heç biri ona Həmdullanın göndərdiyi pulu verməyiblər. Əksinə həmin adamların ona borcu var. Bu işi qurmağı ona Həmdulla təklif edib. O heç Həmdulla ilə bu işi qurmağa razı deyildi, Həmdullanın qohumları onu məcbur ediblər. Təsərrüfatdan əldə etdiyi qazancdan çəkilən xərcləri çıxıb qalan bütün pulu Həmdullanın tanışı vasitəsilə Həmdullaya göndərib. Həmdulla ona göndərdiyi pulları təkcə manatla deyil, başqa valyutalarla da verib. Həmin pulu hissəvi şəkildə 2017-2018-ci illərdə alıb. Həmdulla ona göndərdiyi pulları “Zolotaya Korona” sistemindən başqa Rusiyadan gələn adamlar vasitəsilə də göndərib. Həmdullanın başqa şəxslər vasitəsilə ona göndərdiyi pulun məbləği Həmdullanın və şahidlərin dedikləri qədər olmayıb. Pulu ona gətirən adamları tanımayıb, yoldan çıxıb pulu götürürdü. O, Həmdulladan 100-150 min manata yaxın pul alsa da Həmdullaya 200-300 min manat arası pul qaytarıb. Pulları Həmdullaya verəndə yanında Flora da olub. O, Həmdulladan maşın almaq üçün pul almayıb. 2017-ci ilə qədər kartof əkib, ağac satmaqla yaxşı qazanc əldə edirdi. Əvvəl maşını olub, 2014-cü ildə avtoqəza olub, ondan sonra qazancı olsa da, qorxduğu üçün maşın almırdı. 2018-ci ildə kreditlə maşın alıb, əvvəl etibarnamə ilə bütün torpaq sahələrini Həmdullanın adına keçirib, sonradan aralarında razılaşıblar deyə o, etibarnaməni ləğv edib, bağ sahələri Həmdullaya qalıb, ferma da ona qalıb. Həmdulla ilə danışıq zamanı təsərrüfat sahəsinə gedib-gəlmək üçün maşın almalı olduğunu deyib, amma buna görə Həmdulladan pul almayıb. Həmdulla Rusiyada təcili pula ehtiyacı olduğunu dediyi üçün kömək məqsədilə Həmdullaya 200-300 min manat arası pul verib. Zərərçəkmiş şəxs2la bağladıqları alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 1.900 manat göstərilib, o həmin məbləği Əyyuba elə alqı-satqı müqaviləsi bağladıqları notariatda verib, Zərərçəkmiş şəxs2la torpağın qiymətini 10.000 manata danışdıqları üçün qalan məbləği də həmin günü ona verib, ona heç bir borcu qalmayıb. O, Zərərçəkmiş şəxs5 yonca almayıb, ona heç bir borcu yoxdur. Zərərçəkmiş şəxs3 süd qarşılığında pul alıb və həmin pulun qarşılığında da ona artıqlaması ilə süd verib. Hesablansa əksinə, Zəkrullanın ona borcu var. Zərərçəkmiş şəxs4 nə özü şəxsən, nə də Flora vasitəsilə heç bir məbləğdə pul almayıb. Şahid2 ona heç bir rubl da olsa, pul verməyib. O, Həmdullanın qohumu olduğu üçün bu cür ifadə verir. Təsərrüfat işlərinə başladıqda Həmdulla ona əvvəl 68.000 manat pul göndərib. Təsərrüfata o özü də pul qoyub, Həmdulla ilə şərik olublar. 1,5 ha meyvə bağının salındığı torpaq onun öz torpağı olub. Həmin torpaq sahəsi 15 ildən çox onun mülkiyyətində olub. 2017-ci ildə həmin torpaq sahəsində meyvə bağı salıb. O, tutulub Şüvəlanda saxlanılanda həmin bağı Həmdulla satıb. Ferma 100-150 min manata ərsəyə gəlmişdi, o, həmin fermanı Arizə notarial alqısatqı müqaviləsi ilə satıb. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Beydulloviç ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 1993-cü ildə ailəliklə Qusar rayonundan Rusiya Federasiyasına köçüb, həmin vaxtdan ailəsi ilə birlikdə daimi olaraq Rusiya Federasiyasının Moskva şəhərində yaşayır və 2010-cu ildən orada bizneslə məşğul olur. Təqsirləndirilən şəxs xalası oğludur və onunla əvvəllər yaxın münasibətləri olmuşdur, Ayvenin ailəsinin maddi imkanı həmişə aşağı olub. 2017-ci ilin yay aylarında Qusar rayonunun Quxur-oba kəndində xalası oğlu Təqsirləndirilən şəxsgildə qonaq olarkən Təqsirləndirilən şəxs və onun atası Qəhrəman Şamuradov ilə söhbət edərkən onlara Qusar rayonunda bizneslə məşğul olmaq istədiyini bildirmişdir. Ona görə də Ayven və atası Qəhrəmana deyib ki, torpaq sahələri tapsınlar. Görəcəyi işlərə rəhbərliyi də Təqsirləndirilən şəxs tapşıracağını və Ayvenə hər ay 30.000 rubl, yəni 700 manat maaş verəcəyini demiş, Ayven də razılaşmışdır. Ayvenin atası bir müddət Qusar rayonu, Quxuroba bələdiyyəsinin sədr müavini vəzifəsində çalışdığından Ayven ilə bu işi görməyi tam qərara almışdır. O, özü ölkə xaricində yaşadığından və Rusiya Federasiyasının vətəndaşı olduğundan salınan meyvə bağı sahələrinin, tikilən ferma kompleksinin xalası oğlu Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi qərarına gəliblər. Həmin vaxtı Ayven kənddə alma bağı yaratmaq üçün təxminən 6.000.000 rus rublu, yəni 133.800 manat məbləğində pul lazım olacağını bildirmiş, o da razılığını verib, həmin pulu ona hissə-hissə Rusiyadan göndərəcəyini demişdir. Moskvaya qayıtmazdan əvvəl 2017-ci ilin təxminən yay aylarında Ayvenə onların yaşadığı Qusar rayonu, Quxur-oba kəndində yerləşən evdə anası Zina və atası Qəhrəmanın yanında kənddə bağ salmaq üçün işlərə başlanılsın deyə 750.000 rus rublu, yəni 16.725 manat məbləğində pul vermişdir. 2017-ci ilin avqust ayından həmin ilin axırlarına kimi torpaq sahələri, bağ üçün xarici sort alma qələmləri, bağ sahəsini hasarlamaq üçün məftil, beton dirəklər, bağ sahəsi üçün işıq xətti çəkmək, damcı sistemi, nohur, nasosxana, həmçinin bağ salınan zaman orada işləyən fəhlələrə verilən əmək haqları ilə birlikdə cəmi 6.000.000 rus rublu, yəni 133.800 manat pulu hissə-hissə olmaqla qohumu Şahid4 vasitəsi ilə Ayvenə göndərmişdir. Hər dəfə də Ayven pulları aldıqdan sonra mobil telefonun "WhatsApp” proqramı vasitəsilə onunla videozənglə danışaraq göndərdiyi pulları aldığını təsdiq etmişdir. Təkcə 2017-ci ildə Ayvenə bağ sahəsini yaratmaq üçün cəmi 6.750.000 rus rublu, yəni 150.525 manat məbləğində pul göndərmiş, həmin pulun 6.690 manatını ona əmək haqqı kimi, 2.230 manatını fəhlələrə əmək haqqı kimi, qalan məbləği isə bağ salınması üçün göndərmişdir. Pulu Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan bacanağı İmamquliyev Zaura göndərmiş, Zaur İmamquliyev də həmin göndərdiyi pulları qohumu Şahid4 vermiş, Şahid4 isə bu pulları Qusar rayonu, Samur qəsəbəsində Ayvenə çatdırmışdır. 2017-ci ildə Ayven ona bağ salmaq üçün əlavə olaraq 03 ha torpaq sahəsi aldığını bildirsə də, həmin sahənin sənədlərini göstərməmişdir. 2017-ci ildə Moskva şəhərindən Qusar rayonuna qayıdanda Qusar rayonu, Mucuq-oba kəndində yerləşən bağ sahəsində təxminən 2500 ədəd xarici sort alma ağacları əkildiyini, həmin bağ sahəsinin ərazisinin genişləndirildiyini, orada fəhlələrin işlədiklərini və digər lazımi işlərin yerinə yetirildiyini görmüşdür. Həmin vaxt Ayven bağ sahəsinin sənədlərinin yerində olduğunu bildirmiş, o da Ayvenə inanmış və sənədləri tələb etməmişdir. Ayvenə bağ salmaq üçün Qusar rayonu, Çubuqlu kənd sakini Şəhriyar adlı şəxs köməklik göstərmişdir. Qusar rayonunda ferma tikdirib iribuynuzlu heyvan saxlamaq barədə planları haqqında Ayvenlə söhbət edərkən yanlarında xalası Zina, onun əri Qəhrəman da olmuşdur. 2018-ci ilin təxminən aprel ayında Qusar rayonuna gələndə Ayvenə fermanın tikinti işlərinə başlaması üçün evlərində atasının, anasının yanında 1.000.000 rus rublu, yəni 22.300 manat məbləğində pul vermişdir. Bundan sonra Qusar rayonu, Gican-oba kəndində həmin fermanın tikintisinə başlanılıb. 2018-ci ilin təxminən may ayında Ayven "WhatsApp” proqramı vasitəsilə ona zəng edərək ferma üçün torpaq sahəsi almaq lazım olduğunu, alacaqları mal-qaranı saxlamaq üçün yonca əkilməsindən ötrü 4.000.000 rus rublu, yəni 89.200 manat pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin təxminən may ayında Ayvenə həmin 4.000.000 rubl, yəni 89.200 manat məbləğində pulu qohumları Şahid4 və Şahid5 vasitəsi ilə çatdırmışdır. Həmin pulları hissəhissə göndərmiş və pulları Şahid4 və Şahid5 Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan bacanağı Zaur İmamquliyevdən aldıqdan sonra Qusar rayonunda Təqsirləndirilən şəxs çatdırmış, Ayven hər dəfəsində ona videozəng edərək pulları aldığını təsdiq etmişdir. Bir müddət sonra Ayven işçiləri bağa və fermaya aparıb-gətirmək üçün “Pikap” avtomobili almaq istədiyini demiş, özü də onun təklifi ilə razılaşmış, həmin avtomobili alması üçün Təqsirləndirilən şəxs 2018-ci ilin təxminən may ayında 2.500.000 rubl, yəni 55.750 manat məbləğində pul göndərmişdir. Həmin pulu Azərbaycan-Rusiya sərhədində qohumu Şahid4 onun bacanağı Zaur İmamquliyevdən alıb Ayvenə çatdırmışdır. Sonradan öyrənmişdir ki, Ayven göndərdiyi pula özü üçün “X75 Prado” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, ona isə yoldan keçən, özünə məxsus olmayan, başqa bir “Pikap” ban növlü avtomobilin şəklini çəkib göndərərək guya bu maşını onun göndərdiyi pulla aldığını bildirib onu aldadaraq göndərdiyi 55.750 manat məbləğində pulunu ələ keçirmişdir. 2019-cu ilin yay ayında Qusar rayonuna gələrkən Qusar rayonu, Gican-oba kəndi ərazisində təxminən 1 ha torpaq sahəsində 3 müxtəlif ölçülərdə ferma binaları və 3 ayrı-ayrı birmərtəbəli evlər tikildiyini, evlərin birində Ayvenin qaldığını, digər 2 evdən birində süd saxlamaq üçün, digərinin isə işçilər tərəfindən istifadə olunduğunu görmüşdür. Ayven ona fermada gördüyü işləri göstərsə də, yenə də müxtəlif bəhanələr gətirərək sənədləri göstərməmişdir. 2019-cu ilin yay ayının sonlarında ferma tikilib qurtarmış və o, fermaya xarici sort iri buynuzlu cins heyvanlar alması üçün Ayvenə Azərbaycan-Rusiya sərhədində yükdaşıma və taksi kimi fəaliyyət göstərən qohumu Şahid2 və digər qohumu Şahid5 vasitəsi ilə 4.800.000 rubl çatdırmışdır. Həmin pulu da eyni qaydada hissə-hissə Şahid2 və Şahid5 Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan bacanağı Zaur İmamquliyevdən aldıqdan sonra Qusar rayonunda Ayvenə çatdırmışlar. 2021-ci ilin fevral ayında Moskva şəhərindən Qusar rayonuna qayıtdıqda fermada 36 baş iri buynuzlu cins heyvanlar olduğunu və fermanın artıq fəaliyyət göstərdiyini görmüşdür. Özü birdəfəlik ailəsi ilə gəlib Qusar rayonunda yaşamağı planlaşdırdığına görə Qusar şəhərində özünə hazır tikili həyət evi almaq qərarına gəlmiş və Ayvenin məsləhəti ilə 2019-cu ilin təxminən oktyabr ayında Qusar rayonunda ev almaq üçün Ayvenə 5.000.000 rubl, yəni həmin dövrün məzənnəsinə görə 111.500 manat məbləğində pul göndərmişdir. Ayven də ona həmin evin çıxarışını çəkib “whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Bu pulu da hissə-hissə qanunauyğun olaraq RF-nin Dərbənd şəhərində yaşayan bacanağı Zaur İmamquliyevə göndərmiş, o da öz atası Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırmış, Ayven də ona zəng edib pulu aldığını təsdiq etmişdir. Lakin Ayven onun üçün ev alacağı adı ilə 111.500 manat pulunu alsa da, nə dediyi evi, nə də başqa bir evi verməmiş, bu pulunu da dələduzluq yolu ilə ələ keçirmişdir. Sonradan bilmişdir ki, ünvan 4 ünvanda yerləşən həmin fərdi yaşayış evi Ayvenin atasının qohumuna məxsus olmuşdur. Ayven guya bu evi satacağı adı ilə onu aldadıb pullarını ələ keçirmiş, sonradan isə həmin evi ona satmamış, Xaçmaz rayon sakini Şahid28 satmışdır. Bir müddət sonra “COVİD-19” pandemiyası başlaması ilə bağlı özünün də işində problemlər yaranmış, Ayvendən ona pul göndərməsini istəmiş, Ayven isə pandemiya ilə əlaqədar işlərin yolunda getmədiyini, dövlət tərəfindən 30.000 manat qrant pulu veriləcəyini, bu pulu bütöv alıb ona göndərəcəyini demişdir. Sonradan bilib ki, Ayven ona pul verməmək üçün yalandan belə bir fantaziya uydurmuşdur. Bütün bunlardan əlavə üç il ərzində Ayvenin ondan boşuboşuna istədiyi 2.350.000 rubl, yəni həmin dövrün məzənnəsinə görə 52.405 manat pulu qohumları Şahid4, Şahid2, Şahid5 vasitəsi ilə, həmçinin bir hissəsini bank və poçtla göndərmişdir. Ayvenə pulun bir hissəsini bank, poçt, “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə göndərmiş, lakin limiti aşdığı üçün qalan pulu Rusiyanın Dərbənd şəhərində yaşayan bacanağı Zaur İmamquliyevə göndərmiş, o da pulu Azərbaycan- Rusiya sərhədində işləyən taksilər və yükdaşıma fəaliyyəti göstərən tanış şəxslərə verərək Ayvenə çatdırmışdır. 25 fevral 2021-ci il tarixdə təsərrüfatları ilə maraqlanmaq üçün Qusar rayonuna gəlmiş, həmin vaxtlarda Ayven ona fermanın tikinti işlərinə lazım olduğunu deyib 4.000 manat pul istəmiş, o da 10 mart 2021-ci il tarixdə həmin pulu qohumu Şahid7 adına “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə göndərtmişdir. Bu tarixdə Rusiya Federasiyasında olan tanışlarından Şahid7 adına təcili pul köçürmə sistemi vasitəsi ilə 330.000 rubl, yəni 6.827 manat pul göndərmişdir. Həmin pulu özü və Zaur "xxxx" ASC-nin Qusar filialına gedib oradakı bankomatdan çıxartmışlar. Bundan təxminən 3-4 gün sonra ferma kompleksinə gedib orada 4.000 manat pulu şəxsən özü əlbəəl Ayvenə vermiş, həmin vaxt yanlarında başqa şəxs olmamışdır. 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məxsus fermanı "xxxx" ASC-nin Quba filialına girov qoyaraq 30.000 manat kredit götürmüşdür. Ondan pulu nə üçün götürdüyünü soruşmuş, o da ferma üçün xərclər lazım olduğunu, 30.000 manat pulu götürüb işləri gördüyünü, fermaya xərclədiyini bildirmişdir. 2021-ci ilin mart ayının sonlarında, həmin ayın təxminən 18-23 aralığında, axşam saatlarında Ayvenə özü əlbəəl Qusar rayonu Gican-oba kəndində yerləşən fermanın ərazisində 30.000 manat pulu vermişdir ki, bankda krediti ödəyib fermanı girovdan çıxartsın. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. Lakin Ayven həmin vaxt fermanın kreditini ödəməmiş, aldığı kredit pulunu isə özünə götürmüşdür. 25 mart 2021-ci il tarixdə yenidən Rusiya Federasiyası Moskva şəhərinə qayıtmışdır. 2021-ci ilin mart ayının sonlarında RF-nin Moskva şəhərində olarkən Ayven ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman ona fermanın yaxınlığında Qusar rayonu, Gican-oba kəndinin ərazisində 20 ha torpaq sahəsinin 18.000 manata satıldığını bildirib, fermadakı iri buynuzlu heyvanların otlaması üçün bu torpağı almağı təklif etmişdir. Özü də ona inanıb razılığını vermişdir. Oradan həmin pulu RF-nin Moskva şəhərində yaşayan tanışı Erikə vermişdir ki, Azərbaycan Respublikasına onun vasitəsi ilə göndərsin. O, da Bakı şəhərində yaşayan Nizaməddin Qubanov adlı şəxslə danışmış, həmin pulu Ayvenə Nizaməddin çatdırmışdır. 01 aprel 2021-ci il tarixdə Ayvenə zəng edib ona torpaq sahəsi almaq üçün Bakı şəhərinə gedib ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edən Nizaməddin adlı şəxsdən 18.000 manat pulu götürməsini demiş, Ayven də bu pulu götürəcəyini bildirmişdir. Həmin gün, axşam saatlarında Ayven Bakı şəhərinə gedib “Şamaxinka” adlanan ərazidə Erik adlı şəxsin Bakı şəhərində olan tanışı Nizaməddin Qubanov adlı şəxslə görüşərək ondan 18.000 manat pulu almışdır. Ayven özü bu pulu aldığını ona demiş, hətta “Şamaxinka” adlanan ərazidə yolda fotoşəkil çəkərək “whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. Bu yolla Ayvenə 18.000 manat pul göndərsə də, yenə də onu aldatmış, guya fermanın yanından 20 ha torpaq sahəsi alacağını deyib onu aldadaraq 18.000 manat pulunu da ələ keçirmiş, lakin heç bir torpaq sahəsi almamış, yenə də onu aldatmışdır. 2017-2021-ci illərdə Təqsirləndirilən şəxs bu pulları verdiyi və göndərdiyi illər ərzində rus rublunun məzənnəsinə uyğun özündə, ayrıca özünün gördüyü işlərinin qeydiyyatını apardığı gəlir-xərc dəftərində həmin göndərdiyi dövrün məzənnəsinə uyğun olaraq pulların qeydlərini aparmışdır. Ona görə də həmin məzənnələrə uyğun konkret olaraq bilir ki, Ayvenə 2017-2021-ci illər ərzində şəxsən verdiyi, eləcə də bank, poçt, “Zolotaya Korona” təcili pul köçürmə sistemi və yaxın qohumları, tanışlarının vasitəsi ilə göndərdiyi bütün pulların cəmi məbləği 830.270 (səkkiz yüz otuz min iki yüz yetmiş) manat təşkil etmişdir. Bu pulun 50.270 manatını Ayvenin özünə, fəhlələrə əmək haqqı kimi verdiyi üçün həmin 50.270 manat pulu tələb etmir. Xalası oğlu Təqsirləndirilən şəxs ona etibar etdiyi qalan 780.000 (yeddi yüz səksən min) manat məbləğində pullarını isə mənimsəyib, onu aldadıb talayıb. 780.000 manat məbləğində pulun 111.500 manatını Ayven Qusar şəhərində ona ev almaq adı ilə aldadıb alıb, 55.750 manat pulu təsərrüfat üçün “Mitsubishi L200” markalı, “Pikap” ban növlü avtomobil almaq adı ilə yenə də onu aldadıb alıb. 2021-ci ilin mart ayında isə onun puluna tikilən fermanı girov qoyaraq bankdan 30.000 manat kredit pulu götürərək özü üçün xərcləyib yalandan deyib guya həmin krediti bağlamaq adı ilə ondan 30.000 manat pul alıb. Lakin Ayven burada da onu aldadaraq ona verdiyi 30.000 manat pulu aparıb banka ödəməyərək özünə götürüb. Eləcə də guya fermanın yanından 20 ha torpaq sahəsi alacağını deyib aldadaraq 18.000 manat məbləğində pulunu da ələ keçirib. Ayvenə verdiyi 780.000 (yeddi yüz səksən min) manat məbləğdə puldan “Mitsubishi L200” markalı, “Pikap” avtomobil almaq üçün 55.750 manat, Qusar şəhərində ev almaq üçün 111.500 manat, bankdan götürdüyü krediti bağlamaq üçün 30.000 manat, fermanın yanından 20 ha torpaq sahəsi almaq üçün 18.000 manat pullarını aldadıb ondan alıb ələ keçirib. Yerdə qalan etibar edilmiş 564.750 manat məbləğində pulunu və təsərrüfatlarını mənimsəyib. Ümumiyyətlə isə Ayvenin gördüyü işin maksimum xərci 350.000 (üç yüz əlli min) manat məbləğdən çox ola bilməz. Ayven onun başına bu oyunu gətirdikdən sonra öz puluna inşa edilmiş fermada olmuş iri buynuzlu heyvanlara qulluq etmiş baytar həkimi Şahid14la söhbətdən bilmişdir ki, özünə məxsus fermada Avstriyadan gətirilmiş 13 baş damazlıq cins inəkdən əlavə 12 aylıq, diri çəkisi təxminən 450 kq olan 14 baş cins dana və 2 aylıq, diri çəkisi təxminən 70 kq olan 9 baş cins buzov doğulmuşdur. Ayven 2021-ci ilin təxminən aprel ayında həmin heyvanların da hamısını satmışdır. Baytar həkimn deməsinə görə, orta hesabla 1 baş dananın qiyməti təxminən 2.000 manat olmaqla 14 baş dananın qiyməti təxminən 28.000 manat, 1 baş buzovun qiyməti təxminən 1.000 manat olmaqla 9 baş buzovun qiyməti təxminən 9.000 manat olmuşdur. Ayvenin satdığı, onun puluna alınmış 13 baş inəkdən əlavə olan, sonradan doğulmuş 14 baş dana və 9 baş buzovun isə birlikdə qiyməti təxminən 37.000 manat təşkil etmişdir. Sonradan bilmişdir ki, Ayven onun puluna 14 baş iri buynuzlu heyvan alan zaman bu heyvanların qiymətinin 60 faizi lizinq yolu ilə dövlət tərəfindən ödənilmişdir. Ayven heyvanları alan zaman isə ona bu barədə heç nə deməmiş, heyvanların qiymətini, eləcə də bütün təsərrüfatlarının xərclərini ona şişirdilmiş qiymətlərlə deyib pullarını bu yolla almışdır. Ayven barəsində qanunamüvafıq tədbir görülməsi üçün 2021-ci ilin iyun ayında Qusar rayon prokurorluğuna şikayət etmişdir. Sonradan Ayvenin işi Qusar rayon prokurorluğuna göndərilmişdir. Artıq cinayət işi başlanıldıqdan sonra Ayvenin atası, anası, başqa qohuməqrəbalar, ağsaqqallar, eləcə də öz doğma anası hamısı ondan xahiş etmişlər ki, Ayveni bağışlasın, öz puluna tikilən, yaradılan fermanı, salınan meyvə bağlarının hamısını qaytarıb rəsmi qaydada verəcəkdir. Özü də qohumçuluğu, müsəlmançılığı nəzərə alıb güzəştə getmişdir. Bununla əlaqədar Ayvenin ona həmin əmlakların baş etibarnamə ilə verilməsinə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə razılığı ilə Ayven onun qaynı Şahid1 adına Xaçmaz rayonu notariat ofisində etibarnamə vermişdir. Bütün yalvarışları nəzərə alıb Rusiya Federasiyasının Moskva şəhərindən Ayvenə qarşı şikayəti, tələbinin olmadığı, guya ziyanı ona tam ödəməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə göndərmişdir. Ancaq sonradan Ayven bankdan fermanı girovdan çıxardıb fermanı satmışdır. Onunla görüşüb bu işlərə aydınlıq gətirə bilməmişdir. Ayven onunla əlaqəni kəsmiş, kənddə yaşayan qohumlardan ona bildirilmişdir ki, yenidən həmin obyektləri satmaq istəyir. Onun barəsində olan cinayət işinin xitam olunmasından az bir müddət keçəndən sonra qohumları ona demişlər ki, Ayven az sonra qaynı Şahid1 verdiyi ona məxsus əmlakları geri qaytarmasına dair etibarnaməni gizlincə ləğv etdirmişdir. Həmin vaxtdan Ayven ondan qaçmış, telefon zənglərinə cavab verməmişdir. Məcburiyyət qarşısında yenidən ondan şikayət etmiş, Ayven yenidən məsuliyyətə cəlb olunmuşdur. Hazırda da Ayvendən şikayətçidir. Onun 15 il azadlıqdan məhrum edilməsini xahiş edir. Çünki Təqsirləndirilən şəxs ona vurduğu ziyandan heç nə ödəməyib. Yalnız Ayven onun qohumuna etibarnamə verdikdən sonra 2021-ci ilin sentyabr ayında təxminən 1 ha meyvə bağını qaytarmışdır. Bu bağın qiymətini 65.000 manata qiymətləndirmişlər. Ayven başqa heç nə qaytarmamışdır. Hazırda Ayvenin ona vurduğu ziyanı tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2018-ci ildə Qusar rayonu, Mucuq-oba kəndində yerləşən özünə məxsus 0,64 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və bu barədə həmkəndlilərinə məlumat vermişdir. Bir nəfər həmkəndlisi vasitəsilə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona müraciət edərək həmin 0,64 ha torpaq sahəsini almaq istədiyini bildirmiş, o da torpaq sahəsini 10.000 manata satmaq istədiyini demişdir. Ayvenlə qiymət barədə razılığa gəldikdən sonra Ayven əvvəlcə ona 1.500 manat, çıxarışı əldə etdikdən sonra isə qalan 8.500 manat pulu verəcəyini demişdir. Özü də onun bu təklifi ilə razılaşmışdır. Ayven ilk olaraq ona kəndçisi Müsənnifin yanında, Qusar rayon Notariat Ofisinin yaxınlığında yerləşən çayxanada 1.500 manat pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən torpaq sahəsinin sənədlərini hazırlatdırıb çıxarışını əldə etmiş, 01 dekabr 2018-ci il tarixdə Qusar rayon notariatında Təqsirləndirilən şəxs ilə alqı-satqı müqaviləsi bağlamış, həmin vaxt Təqsirləndirilən şəxs əvvəlcədən razılaşdıqları kimi ona 8.500 manat pul da verməli idi. Alqı-satqı müqaviləsini bağladıqdan sonra özü, Təqsirləndirilən şəxs və onun yanında olan, sonradan tanıdığı kənd sakini Şahid19 Ayvenin idarə etdiyi avtomobilin içərisində əyləşib söhbət etmişlər. Ayvenə alqı-satqı müqaviləsini verib torpaq sahəsinə görə aralarında qalıq olan 8.500 manat pulu verməsini demiş, bu zaman Ayven ona pulu ABŞ dolları ilə verə biləcəyini şifahi desə də, o pulu Azərbaycan manatı ilə istəmişdir. Onlar “Mars” adlı kafeyə gedib orada əyləşərək bu məsələ barədə söhbət edəndə Ayven aldığı torpağa görə ona verməli olduğu 8.500 manat pulu ABŞ dollarından məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə dəyişib tezliklə geri qayıdaraq onun pulunu verəcəyini dedikdə o da inanmışdır. Ayven Faiddinlə birlikdə əyləşdikləri həmin kafedən uzaqlaşıb getmişlər. Tək kafedə oturub Ayvenin pulu dəyişib geri qayıdıb onun yanına gəlməsini gözləmişdir. Ayveni kafedə təxminən 2 saat müddətində gözləsə də, o gəlmədiyindən özünə və atası Qəhrəman Şamuradovun mobil telefon nömrələrinə dəfələrlə zəng etsə də, heç biri telefon zənglərinə cavab verməmişlər. Sonradan başa düşmüşdür ki, Ayvenin əvvəlcədən niyyəti elə onu aldadaraq əmlakını ələ keçirmək olmuşdur. Əvvəlki bir-iki ayı Ayvenlə telefon danışıqlarında, görüşlərində bu gün-sabah deyərək Ayven ona pulu verəcəyini desə də, bu günə qədər 8.500 manatdan bir qəpik də olsa, ona pul verməmişdir. Ayven barəsində xx.xx.2021-ci il tarixdə Qusar rayon prokurorluğuna şikayət etmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 0,64 ha torpaq sahəsini Rusiyada yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 meyvə bağlarının təşkil edilməsi üçün almışdır. Sonradan bilmişdir ki, Ayven Həmdulladan ona vermək adı ilə pul alsa da, Həmdullaya da yalandan pulu ona verdiyini demişdir. Bu günə kimi Ayven onun pulunu verməmişdir. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, torpaq sahəsini Ayvenin adına rəsmiləşdirmişdir, Ayven ona 10000 manat verməli olsa da ancaq 1.500 manat pul verib, qalan 8.500 manatdan heç nə verməyib. Həmin torpaq sahəsini Ayven başqa adama satıb. Ayvenin onu aldatdığına maşında onlarla gələn, kafedə oturanda yanlarında olan Şahid19 də şahiddir. Torpaq sahəsi 0,64 ha olmuşdur və Ayvenlə həmin torpaq sahəsi üçün 10.000 manata razılaşıblar. Ayvenə həmin torpaq sahəsini notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə satıb və Ayvenin adına çıxarış da alıblar. Alqı-satqı müqaviləsi ilə tanış olub. Həmin müqavilədə vergi az olsun deyə, guya torpaq sahəsinin qiymətini notarius özü 2.000 manat göstərib. Amma o, Ayvenlə 10.000 manata razılaşıb. Ayven kafedə gətirib ona 8.500 manat pul verəcəyini söz versə də, həmin pulu verməyib və bundan 6 ay sonra o, Ayvendən şikayət eləyib. 2018-ci ildə alqı-satqı olsa da, 2021-ci ilə qədər o dəfələrlə Ayvenin ailəsinin, qohumlarının yanına gedib pulunu tələb edib, hər dəfə bir bəhanə ilə onu yola salıblar. Təqsirləndirilən şəxs şikayətçidir, ondan 8.500 manat pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, öz adına rəsmi qeydiyyatda olan, ailəsinə məxsus ot bağlayan və buldozer traktorları vardır. Buldozer traktorla torpaq sahələrində işlər görüb, pul qazanıb ailəsini dolandırır. Oğlu Şahid19 isə ot bağlayan traktoru idarə etməklə çörək pulu qazanır. Ayveni ancaq həmkəndlisi kimi tanıyıb. Ayvenin Zərərçəkmiş şəxs2 aldığı torpaq sahəsində 2019-cu ildə və müxtəlif vaxtlarda Ayvenin tapşırığı ilə ferma ərazisində traktorla işlər görmüşdür, həmin işlərin qarşılığında Ayven ona 1.200 manat pul verməli olsa da, Ayven ona heç bir məbləğdə pul verməyib. O sonradan bilmişdir ki, torpaq sahələri, ferma Ayvenin Rusiyada yaşayan xalası oğlunun puluna alınıb. Ayven Həmdulla ilə işə başlamazdan əvvəl kasıb birisi idi, Ayven ancaq təsərrüfat işlərinə rəhbərlik etsə də sonradan özünü imkanlı adam kimi aparmağa başladı. Bundan başqa 2019-cu ilin təxminən avqust-sentyabr aylarında Ayven ondan öz təsərrüfatlarına məxsus biri 4 manatdan olmaqla 200 ədəd, 800 manatlıq yonca otunu alıb fermaya aparmış, orada saxlanılan mal-qaraya sərf etmiş, lakin aldadıb pulunu verməmişdir. Ayven həmin ot taylarını oğlu Şahid19 traktoru ilə aparmışdır. Sonradan oğlu Faiddin onun uşaqlıq dostu kimi dəfələrlə Ayvenə pullarını verməsini desə də, hər dəfə gələn ay, o biri ay deyib aldadıb pullarını verməmişdir. Ayvenin ona cəmi 2.000 manat borcu olmuşdur, o, Ayvenə təklif etmişdir ki, əgər pula imkanı yoxdursa, pulun qarşılığında ona fermada saxladığı inəklərdən birini versin, lakin bu günə qədər Ayven ona verməli olduğu 2.000 manat puldan heç bir qəpik də olsa, verməmişdir. Ona görə də şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmişdir. Zərərçəkmiş şəxs5 ona verilən suallara cavab olaraq bildirdi ki, Ayven ona traktorla gördüyü işlərə görə 1.200 manat, aldığı ota görə 800 manat olmaqla, cəmi 2.000 manat pul borcludur. Ayvenin istəyi ilə bağ sahələrində və fermada iş görmüşdür. Birinci dəfə bağ sahəsində iş görüb, onun qarşılığında Ayven traktorun yanacaq xərcini ödəyib və onun hörmətimi də eləyib. Sonra fermada iş görüb, fermada işi qurtarandan sonra Ayvenin ona 1.200 manat borcu qalıb. Təqsirləndirilən şəxs şikayətçidir, ondan pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, əvvəllər arvadı Şahid20 ilə fərdi qaydada süd məhsulu alıb-satmaqla məşğul olmuşlar. Təqsirləndirilən şəxs 2019-cu ilin sonlarından rayonun Gican-oba kəndində ferma işlədən şəxs kimi tanımışlar. Təqsirləndirilən şəxs özü onları axtarıb taparaq süd alqı-satqısı ilə məşğul olduqlarına görə onun da fermasından süd məhsulu almalarını xahiş etmiş, özləri də bu işlə məşğul olduqları üçün qarşılıqlı şərtlər əsasında razılaşmışlar. Təqsirləndirilən şəxs ilə orta hesabla hər ay 1.500 manat ödəniş edərək süd almaq üçün öz aralarında şifahi razılaşmışlar. Bundan sonra 06 yanvar 2020-ci il tarixdən arvadı Şahid20 ilə birlikdə hər ay onun işlətdiyi, Qusar rayonu Gican-oba kəndində yerləşən mal fermasından süd alıb sataraq ailələrini dolandırmışlar. 23 oktyabr 2020-ci il tarixdə Ayven onlardan əvvəlcədən 1.500 manat pul istəyib əvəzində sonra süd məhsulu verəcəyini dediyi üçün özü həmin tarixdə fermada işləyən Şahid21 1.500 manat pulu Ayvenə çatdırması üçün vermiş, Ayven də Namikin ona 1.500 manat pulu çatdırdığını təsdiq etmişdir. Bundan başqa Ayven 27 oktyabr 2020-ci il tarixdə südün az olduğunu buna görə də iri buynuzlu heyvanlar alacağını deyib onlardan 5.000 manat pul istəmiş, əvəzində isə ona süd məhsulu verəcəyini vəd etmiş, o da yaşadıqları evdə arvadı Şahid20 yanında 5.000 (beş min) manat pulu Ayvenə çatdırması üçün fermada işləyən Şahid21 vermiş, Ayvenə inək almaq üçün yer də göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə heyvan almaq üçün pulunun çatmadığını deyib, ona əlavə 2.000 manat pul da vermələrini istəmiş, yenə də bu pulun əvəzində onlara fermadan süd məhsulu verəcəyini deyib onları aldatmış, o da Ayvenə inanıb xx.xx.2021-ci il tarixdə fermada şəxsən Ayvenin özünə 2.000 (iki min) manat məbləğində pulu vermişdir. Ayven aldığı pulların əvəzində onlara bir litri 0,55 manatdan olmaqla, cəmi 4.460 manat məbləği təşkil edən süd vermiş, onlara vəd etdiyi kimi əlavə olaraq 4.040 manat dəyərində süd məhsulu da verməli olduğu halda, sonradan onları aldadıb həmin süd məhsulunu verməmişdir. Sonradan dəfələrlə Ayvenlə telefon vasitəsilə əlaqə saxlasa da, Ayven pullarını qaytarmaqdan yayınmışdır. Zərərçəkmiş şəxs3 ona verilən suallara cavab olaraq bildirdi ki, Ayvenə ümumilikdə 8.500 manat pul verib, həmin pulun qarşılığında fermadan müxtəlif vaxtlarda 4.460 manat məbləğində süd məhsulu götürüb. Ayven qalan 4.040 manat qarşılığında ona süd də verməyib, həmin puldan heç bir məbləği geri qaytarmayıb. Ayvendən təxminən 2020-ci ilin əvvələrindən süd almağa başlayıb. Ayvenin ona hazırda 4.040 manat borcu var. Təqsirləndirilən şəxs şikayətçidir, ondan 4.040 manat pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, fərdi qaydada zərb alətləri ifaçısı olaraq musiqiçi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs təxminən 2019cu ildən doğma xalası qızı Şahid24 vasitəsilə tanımışdır. Flora Ayvenlə qeyri rəsmi ərarvad münasibətlərində yaşamışlar. 2021-ci ilin təxminən mart-aprel aylarında aralarındakı söhbət zamanı Ayven ona birlikdə keçi alıb saxlamağı, keçinin birinin 700-800 manat olduğunu, uzağı 3- 4 ay ərzində bu işdə yaxşı gəlir olacağını deyib birlikdə iş qurmağı təklif etmişdir. Ayven işi quran zaman ona 20.000 manata yaxın pul lazım olacağını, 2-3 ay ərzində isə bu işdən həmin pulu çıxarcaqlarını demişdir. O, pulu olmadığı üçün Ayvenin təklifi ilə razılaşmamışdır. Bundan bir müddət sonra o, Bakıda olan vaxtı Ayven ona zəng edərək keçiləri gətirtdiyini və ona təcili pul lazım olduğunu dedi. O, Ayvenlə xalası qızı Floranın ailə kimi münasibəti olduğundan ona inanıb yoldaşına zəng edib demişdir ki, evdən 20.000 manat pul götürüb Floraya versin ki, Flora da həmin pulu Ayvenə çatdırsın. Yoldaşı Qusar rayonu, Nərimanov parkı yaxınlığında Floraya 20.000 manat pul verib, lakin həmin puldan səhv etmirsə 1.000 manatı rus pulu ilə olduğundan həmin məbləği geri qaytarmışdırlar. Flora da 19.000 manatı Ayvenə çatdırıb. Bundan bir neçə ay sonra ona qardaşının xəstəliyi ilə əlaqədar pul lazım olduğundan o, Ayvendən 19.000 manat pulunu tələb etsə də, Ayven bu günə qədər ona heç bir məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxs4 ona verilən suallara cavab olaraq bildirdi ki, Ayven ondan 20.000 manat pul istəyib, amma o, Ayvenə cəmi 19.000 manat pul verib. Ayvendən MTN-ə vermək adıyla heç bir məbləğdə pul almayıb, bununla bağlı onu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də dindiriblər və aşkar olunub ki, bunlar hamsı Ayvenin uydurmasıdır. Təqsirləndirilən şəxs şikayətçidir, ondan 19.000 manat pulunu tələb edir. Buna görə də məhkəməyə verdiyi mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o Ayveni 2018-2019-cu illərdə Qusar X71 Mərkəzinin heyvandarlıq şöbəsində sektor müdiri işlədiyi vaxtlarda tanımışdır. 2019-cu ilin təxminən payız aylarında Təqsirləndirilən şəxs onlara müraciət edərək, aqrolizinq yolu ilə damazlıq cins mal-qara almaq və ferma açmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aqrolizinq yolu ilə güzəştlə damazlıq heyvanları satın almaq qaydasını ətraflı şəkildə izah etmişdir. Ayven həm də ondan damazlıq mal-qaranın seçimində və bunun üçün şirkət tapmağa ona köməklik göstərməsini xahiş etmiş, o da razılığını vermişdir. Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin əməkdaşı olan İntiqam Təhməzovla əlaqə saxlayıb Ayvenlə birlikdə onunla danışdıqdan sonra, özü və Ayven təsərrüfatda olan damazlıq heyvanlara baxış keçirib, Avstriyadan gətirilmiş təmiz cins 14 baş damazlıq heyvan seçmişlər və hər biri heyvana görə Ayven təxminən 3.400 manat pul ödəyib. Həmin heyvanlara təxminən 2 il özü baxmış Ayven də bunun qarşılığında ona aylıq 300 manat pul ödəmişdir. İnəklərin hər biri 14 baş sağlam buzov balalamışdır, inəklərdən biri xəstəlikdən tələf olmuşdur. 2021-ci ilin təxminən yanvar-mart aylarında qalan 13 baş heyvandan 9-u yenə sağlam buzov balalamışdır. Beləliklə də, fermada 13 baş damazlıq cins inək, 14 baş cins dana, 9 baş xırda cins buzov olmuşdur. Şahid14 ona verilən suallara cavab olaraq bildirdi ki, Ayvenin aldığı iribuynuzlu heyvanlara görə nə qədər ödəniş etdiyini dəqiq bilmir, təxmini bilir ki, Ayven hər heyvana görə 3.400 manat pul ödəyib. Həmdullanı 1-2 dəfə fermada görüb və Ayven Həmdulla ilə xala oğlu olduğunu deyib. Hadisənin üstündən çox vaxt keçdiyindən onun Həmdulla ilə aralarındakı söhbətin məzmunu yadından çıxıb. Ayvenlə söhbət zamanı onun həmin təsərrüfata hansı məbləğdə pul xərcləməsini deməsini tam xatırlamır. Bu barədə müstəntiqə ifadə verəndə hər şeyi olduğu kimi deyib. Məhkəmədə Şahid14 ifadəsində hər şeyi xatırlamadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan edilmiş, Şahid14 elan olunan ifadəsinin doğru olduğunu bildirərək həmin ifadəsini təsdiq etdiyini bildirərək Ayvenin 2021-ci ilin mart-aprel aylarında 6 baş erkək dananı onun iştirakı ilə tanımadığı Xaçmaz rayon sakinlərinə satdığını, Ayvenin xalası oğlu Həmdulla ilə ciddi problemləri yarandığını, sonradan Həmdullaya məxsus olduğunu bildiyi bağ sahələrini, fermanı və iri buynuzlu heyvanlarını Ayvenin mənimsədiyini eşitdiyini, Həmdulla fermaya gələndə Ayvenlə gələcək planlarla bağlı, heyvanların sayı, onların nə qədər süd verməsi, gələcəkdə heyvanları artırmaqla bağlı söhbət apardıqlarını eşitdiyini, hadisənin üstündən uzun müddət keçdiyindən bəzi məsələləri dəqiq xatırlamadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, əvvəllər “Samur” Sərhəd X56nin yaxınlığında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs1 onun Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan oğlu Zaur İmamquliyevin bacanağıdır. Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Qusar rayonunda biznes qurrmaq məqsədi ilə öz doğma xalası oğlu, Təqsirləndirilən şəxs ilə danışıb razılığa gəlmişlər ki, Həmdullanın vəsaiti hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. Təsərrüfatda işlədiyi dövr ərzində Ayvenə Həmdulla hər ay 30.000 rubl, yəni həmin dövrün məzənnəsinə görə 700 manat məbləğində maaş vermişdir. Təsərrüfat üçün Həmdulla lazım olan pulu onun Dərbənddə yaşayan oğlu İmanquliyev Zaura, Zaur da ona verirdi, o da özü pulu aparıb Ayvenə veridi, ya da Ayven gəlib pulu onun evindən götürürdü. Hissəvi şəkildə olmaqla Həmdulla onun vasitəsilə Ayvenə vermək üçün 5.700.000 rubl, yəni 127.110 manat pul göndərmişdir. Həmçinin 2019-cu ilin təxminən oktyabr ayında Ayvenin Qusar şəhərindən Həmdulla üçün fərdi yaşayış evi alması üçün Həmdullanın göndərdiyi 5.000.000 rubl, yəni 111.500 manat pulu şəxsən özü Ayvenə çatdırmışdır. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, Həmdulla 127.110 manat pulu hissəhissə ilə göndərib, həmçinin Həmdullanın göndərdiyi 111.500 manat pulu da o özü Ayvenə vermişdir. Bundan başqa qardaşı oğlu hər dəfə Dərbənddən gələndə Həmdulla pulu ona vermiş, qardaşı oğlu da pulları ona verirdi. Həmdulla 127.110 manat pulu təxminən 1 il ərzində göndərmişdir. Həmdullanın onun vasitəsilə Ayvenə göndərdiyi pulların hesabını aparmışdır, ona görə dəqiq bilir ki, Həmdulla Ayvenə vermək üçün 127.110 manat pul göndərib. Hadisənin üstündən uzun müddət keçdiyindən bəzi məsələləri dəqiq xatırlamır, bu barədə müstəntiqə ətraflı ifadə vermişdir. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi müəyyən hissələrdə elan edilərək tədqiq olunmuş, Şahid2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Azərbaycan Respublikasında biznes quraraq fəaliyyət göstərmək məqsədi ilə həmin ildən etibarən öz doğma xalası oğlu, Qusar rayonu, Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs və xalasının əri X16 ilə danışıb razılığa gəlmişlər ki, Həmdullanın Rusiyadan göndərdiyi pul vəsaitləri hesabına Qusar rayonu ərazisində yeni torpaq sahələri alsınlar və orada iri buynuzlu cins heyvanlar saxlamaq üçün ferma kompleksi tikilsin, meyvə bağı sahələri yaradılsın. Həmdulla özü Rusiya vətəndaşı olduğundan, onun pul vəsaiti hesabına alınan torpaq sahələrinin, bağların və tikilən fermanı xalası oğlu Təqsirləndirilən şəxs adına sənədləşdirilməsinə razılığa gəlmişlər. Təsərrüfatda işlədiyi dövr ərzində Ayvenə Həmdulla hər ay 30.000 (otuz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 700 (yeddi yüz) manat məbləğində maaş vermişdir. Bir sözlə, Ayven onun işçisi olmuş, işlərinin üstündə duran olmuşdur. Ayvenin Həmdullanın işlərində hər hansı bir şərikliyi olmamışdır. İşlərin başlanılması ilə bağlı ilkin olaraq 2017-ci ildə Həmdulla ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyi zaman xeyli miqdarda pulu Təqsirləndirilən şəxs verərək torpaq sahələrinin alınmasına başlamış, sonradan Rusiyanın Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan, Zərərçəkmiş şəxs1 bacanağı, özünün oğlu Zaur İmamquliyev vasitəsi ilə pul vəsaitlərini Azərbaycan Respublikasına göndərmiş və qeyd olunan məqsədlər üçün 6.000.000 (altı milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 133.800 (bir yüz otuz üç min səkkiz yüz) manat pulu Ayvenə vermişdir. Bunun müqabilində təxminən 2 ha torpaq sahəsi alınaraq xarici sort alma, şaftalı və gilas bağlan salınmış, digər təxminən 1 hektar ərazidə İsə xüsusi cinsli iri buynuzu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş ferma kompleksi tikilmişdir. Bütün bu torpaq sahələri, bağlar Ayvenin adına rəsmiləşdirilmişdir. Meyvələrin yığılıb saxlanılması üçün soyuducu, mühafizəçi otağı, bağda və fermada çalışan işçilər üçün ev, yeni əkilmiş ağacları sulamaq üçün damcı sistemi, təhlükəsizlik sistemləri və s. işlər görülmüşdür. Ümumiyyətlə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özü üçün təsərrüfat qurulması məqsədi ilə Rusiyada min bir əziyyət ilə qazandığı və Azərbaycana göndərdiyi pulun bir hissəsini poçtla, bankla, qalan pulu isə bank limitini aşdığı üçün Rusiyanın Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan oğlu Zaur İmamquliyevə göndərmiş və Zaur da öz növbəsində həmin pulu ona və digər qohumlarına vermiş, özləri də Həmdullanın göndərdiyi pulları onun xalası oğlu Ayvenə çatdırmışlar. Bu iş başlayandan dəfələrlə şəxsən özü Zərərçəkmiş şəxs1 Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan oğlu Zaur İmamquliyevə göndərdiyi müxtəlif məbləğdə pulları hissə-hissə olmaqla, qanun icazə verdiyi qaydada, limitdə sərhəddə tanışlardan alıb Ayvenə vermişdir. Çünki gömrükdən pulu keçirəndə bəyan olunmalıdır. Ona görə də, Həmdulla məcburiyyət qarşısında həmin pulları müxtəlif vaxtlarda, hissə-hissə, limiti aşmamaq şərti ilə göndərmiş, özü də Həmdullanın tapşırığına uyğun pulları Ayvenə çatdırmışdır. Həmdullanın göndərdiyi pulları həmin şəxslərdən, 2017-2018-ci illər ərzində Azərbaycan Rusiya sərhədində taksi kimi işləyən Qusar rayonu, Samur qəsəbə sakini Şahid4 Zaur İmamquliyevdən 14,800.000 (on dörd milyon səkkiz yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 330.040 (üç yüz otuz min qırx) manat pulu götürərək il ərzində, hissə - hissə olaraq Təqsirləndirilən şəxs vermişdir. Eləcə də 2018-2019- cu illər ərzində Qusar rayonu, Samur qəsəbə sakini Şahid5 vasitəsi ilə Həmdullanın göndərmiş olduğu 5.200.000 (beş milyon iki yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 115.960 (bir yüz on beş min doqquz yüz altmış) manat pulu hissə-hissə, il ərzində Ayvenə çatdırmışdır. 2019-2020-ci ilin əvvəllərinə qədər Özü 5.700.000 (beş milyon yeddi yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 127.110 (bir yüz iyirmi yeddi min yüz on) manat pulu hissə-hissə Ayvenə çatdırmışdır. 2019-cu ilin təxminən oktyabr ayında Ayven Qusar şəhərindən Həmdulla üçün fərdi yaşayış evi almaq adı ilə Həmdullanın göndərdiyi 5.000.000 (beş milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 111.500 (bir yüz on bir min beş yüz) manat pulu şəxsən özü çatdırmışdır. Həmin pulu Həmdulla RF-nin Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan oğlu Zaur İmamquliyevə hissə-hissə göndərmiş, özü də həmin pulları oğlunun göndərdiyi ayrı-ayrı Qusar rayonundan ora tez-tez gedib gələn tanış, yaxın kənd sakinlərindən alıb Təqsirləndirilən şəxs çatdırmışdır. X69 üçün Qusar şəhəri, Şahmərdanov küçəsində onun öz adına ev alsa da, sonradan bu evi ona verməmiş, bir müddətdən sonra yenidən evi başqa şəxsə sataraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. “COVİD-19” pandemiyası səbəbindən sərhədlər bağlananadək onların bir ayağı orada olmuş, hətta bazarlığa da ora, yəni Dağıstana gedibgəlmişlər. Oğlu Zaur da tanışlardan, rayon sakinlərindən Həmdullanın pullarını hissə-hissə, qanunauyğun ona göndərmiş, özü də bu pulları Həmdullanın mobil telefonla tapşırığına uyğun olaraq aparıb Ayvenə vermiş, yaxud da Ayven özü gəlib evdə ondan götürmüşdür. X44 təsərrüfat üçün “Mitsubishi L200” markalı, “Pikap” ban növlü avtomobil almağın vacibliyini bildirdiyi üçün Həmdulla bu məqsədlə ona 2.500.000 (iki milyon beş yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 55.750 (əlli beş min yeddi yüz əlli) manat pul göndərmiş, bu pulu da aldadaraq xərcləmiş, heç bir maşın almamış, bildiyi qədər başqa bir “Pikap” markalı avtomobilin şəkilini çəkib ona ataraq aldatmış, faktiki isə pulları özü ələ keçirib mənimsəmişdir. Ayvenin Həmdullaya qarşı fırıldağı təkcə bununla bitmir. O, sonradan 2021-ci ilin təxminən aprel ayında iri buynuzlu heyvanların otarılması üçün Qusar rayonu Gican-oba kəndinin ərazisindən 20 ha torpaq sahəsi almaq adı ilə Həmdulladan 18.000 manat pul alsa da, bu vədinə də əməl etməmiş, Həmdullanın etibarından sui-istifadə edib bu pulu da dələduzluq yolu ilə ələ keçirmiş, heç bir torpaq sahəsi almamışdır. Daha sonra, Ayven Həmdulladan xəbərsiz 2020-ci ilin təxminən sentyabr ayında fermam "xxxx" ASC-nin Quba filialında girov qoyub kreditə 30.000 manat pul götürüb özünə xərcləyib pulları dağıtmış, Həmdullaya isə yalandan guya bu götürdüyü kredit pulunu onun biznes işlərinin görülməsinə xərclədiyini deyib inandırmış, həmin krediti bağlamaq adı ilə Həmdulladan 2021-ci ilin təxminən mart ayında 30.000 manat pulu aldadıb alıb ələ keçirmiş, krediti isə bağlamamışdır. 2021-ci ilin əvvəllərində göndərilən 330.000 (üç yüz otuz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 7.359 (yeddi min üç yüz əlli doqquz) manat pul isə Şahid7 adma poçt vasitəsi ilə göndərilmiş, həmin pul da Ayvenə çatdırılmışdır. Lakin Həmdullanın xalası oğlu Ayven bu illər ərzində onun min bir əziyyətlə Rusiyada qazanaraq Azərbaycana sərmayə qoymaq istədiyi və ona inanıb etibar edib verdiyi pulların bir hissəsinə meyvə bağları salıb və ferma kompleksi tikib həmin obyektləri öz adına rəsmiləşdirərək mənimsəmiş, həmçinin onun göndərdiyi pulun qalanım da özünə götürmüş, müxtəlif adlarla onu aldadıb pullarım ələ keçirmişdir. Eləcə də Ayven Həmdullaya iri buynuzlu heyvanlar, torpaq sahələri alanda ucuz alıb baha aldığını deməklə bütün pullarını mənimsəmişdir. Həmdullanın pullarını özünə götürüb bahalı maşın alıb idarə etmiş, özünə Qusar şəhərində ev almış və başqa yerlərə xərcləmişdir. Ayveni uzun illərdir tanımış, əvvəllər Ayven kənddə onun bunun qapısında, bağında günü 20 manata maşına peyin yükləyib satmaqla, bağlarda fəhlə işləyib dolanan adam olmuşdur. Atası kənd orta məktəbində əmək müəllimidir. Nə əmək müəllimi olan atasının, nə də fəhlə işləməklə belə böyük məbləğdə pullara görülən işləri onun özü görə bilməzdi. Bir sözlə, Ayven və onun ailə üzvləri kasıb adamlar olmuşlar. Ayven sonra birdən birə Həmdullanın pulu ilə varlanmışdır. Bütün kənd camaatı, qohuməqrəba, dost-tanış hamı bilmişdir ki, bu işlər Həmdullanın pulları ilə onun özü üçün qurulan biznes işi olmuşdur. Rayonda, kənddə hamı bir-birini çox yaxşı tanıyır və Ayvenin də, atası Qəhrəmanın da maddi imkanlarını çox gözəl bilirlər. Onların həmin məbləğdə bu işləri görməyə heç cür maddi imkanları çata bilməzdi, heç vaxt onların belə böyük məbləğdə pulları olmamışdır. Bütün bunlar Həmdullanın pulları ilə onun üçün görülən işlər olmuşdur. Zərərçəkmiş şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs onun göndərdiyi 780.000 (yeddi yüz səksən min) manat məbləğində pul vəsaitinin bir hissəsini mənimsəmiş, bir hissəsini isə aldatma, fırıldaq yolu ilə müxtəlif adlarla aldadıb ələ keçirmişdir. Ona görə də Həmdulla onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmiş və onun barəsində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Həmin cinayət işi üzrə Qusar rayon polis şöbəsində istintaq aparılarkən şahid qismində də dindirilmiş, Təqsirləndirilən şəxsla üzləşdirilmişdir. Orada verdiyi ifadələrini bir daha təsdiq etmişdir. Oğlu Zaurun bacanağı kimi Həmdullanın gördüyü bu işlərdən həm xəbərdar olmuş, həm də bu işin içində olmuşdur. Ona görə də bu məlumatları söhbətlərin iştirakçısı olduğu üçün bilmişdir. Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs1 onun təsərrüfatına buraxmasa da, sonradan bu hərəkətindən peşman olduğunu bildirmiş, ondan üzr istəyib bütün əmlakını geri qaytaracağını vəd etdiyi üçün Həmdulla da ona inanmışdır. Həmdullanın qohumları, ağsaqqallar ona yalvarış etmişlər ki, Ayvendən daha şikayət etməsin. Ayven Həmdullanın qaynı Şahid1 etibarnamə vermiş, bütün əmlakları qaytardığını demişdir. Ayven bağ sahəsi və ferma kompleksinin sahibinin Həmdulla olduğunu, bütün təsərrüfatların onun pul vəsaitləri hesabına maliyyələşdirildiyini, onun əmlaklarını talamasından peşman olduğunu boynuna almışdır. Ayven Həmdullanın əmlakından ona Qusar rayonu Mucuq-oba kəndində yerləşən meyvə bağı sahələrinin bir hissəsini qaytarmışdır. Həmdulla da Ayvenə inanıb onunla barışmış, bu səbəbdən də bütün əmlaklarının onun tərəfindən qaytarılması, ondan heç bir şikayət və tələbinin olmamasına dair ərizə yazıb Rusiyadan göndərmişdir. Sonda isə Ayven fermanın sənədlərini özündə saxlamış, Həmdullaya qaytarmamışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin yay aylarında Azərbaycan Respublikasına gəldikdən sonra bilmişlər ki, Təqsirləndirilən şəxs Həmdullanın qaynına verdiyi etibarnaməni 25 yanvar 2022-ci il tarixdə ləğv etdirmiş, yenə Həmdullanı aldatmış, əmlaklarını ələ keçirərək mənimsəmişdir. Pulların böyük hissəsini özü şəxsən Təqsirləndirilən şəxs əlbəəl ya Qusar rayonu Samur qəsəbəsində yerləşən öz evində, ya da Ayvenin əvvəllər yaşadığı Qusar rayonu Quxur-oba kəndində yerləşən evinə aparıb vermişdir. Öz evlərində Ayvenə pul verən zaman arvadı Şahid3 Əziz qızı da yanlarında olmuşdur. Bir neçə dəfə isə özü evdə olmayan zaman arvadı Şahid3 ona xəbər verib pulu Ayvenə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, bütün baş verənləri uzun müddət keçdiyi üçün və yaşı ilə əlaqədar tam dəqiqliyi ilə xatırlamır, lakin müstəntiqə ifadə verərkən hər şeyi tam dəqiqliyi ilə danışıb, həmin ifadəsini təsdiq edir. Həmdullanın ev almaq üçün göndərdiyi 111.500 manat pulu da o özü Ayvenə verib. Ayvenin Həmdullanın göndərdiyi 780.000 manat məbləğində pulla qurduğu təsərrüfatı və pulu Həmdullanı aldadaraq ələ keçirdiyini eşidib. İbtidai istintaq zamanı da bildiklərini müstəntiqə deyib. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 bacısı Kəmalənin həyat yoldaşıdır. Təqsirləndirilən şəxs Həmdullanın doğma xalası oğlu kimi tanımışdır. Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Qusar rayonunda biznes qurmaq məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxsla danışıb razılığa gəlmişlər ki, Həmdullanın pulu hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. İlkin olaraq 2017-ci ilin yay aylarında Həmdulla xeyli miqdarda pulu Təqsirləndirilən şəxs verərək torpaq sahələrinin alınmasına başlamışdır. Eşidib bildiyinə görə Həmdullanın Rusiyadan hissə-hissə 2017-2018-ci illər ərzində əmisi oğlu Şahid4 və Zaur İmamquliyev vasitəsilə göndərdiyi 14.800.000 rubl, yəni 330.040 manat, 2018-2019-cu illər ərzində qardaşı Şahid5 vasitəsi ilə göndərdiyi 5.200.000 rubl, yəni 115.960 manat, 2021-ci ilin sonlarında Şahid7 adına poçt vasitəsi ilə göndərdiyi 330.000 rubl, yəni 7.359 manat pul, ev almaq üçün göndərdiyi 5.000.000 rubl, yəni 111.500 manat pul, 2019-2020-ci ilin əvvəllərinə qədər yeznəsi Zaur İmamquliyevin atası Şahid2 göndərdiyi 5.700.000 rubl, yəni 127.110 manat pul Ayvenə çatdırılmışdır. Həmçinin bildiyinə görə təsərrüfat üçün “Pikap” avtomobili almaq məqsədilə Həmdulla əmisi oğlu Şahid4 vasitəsi ilə 2.500.000 rubl, yəni 55.750 manat pul göndərmiş, Ayven isə bu pulu da aldadaraq xərcləmiş, maşın almamışdır. Ayven sonradan iri buynuzlu heyvanların otarılması üçün Qusar rayonu Gican-oba kəndinin ərazisindən 20 ha torpaq sahəsi almaq adı ilə Həmdulladan 18.000 manat pul alsa da, bunu etməmiş, daha sonra Ayven Həmdulladan xəbərsiz fermanı girov qoyub kreditə 30.000 manat pul götürüb özünə xərcləyib pulları ələ keçirmişdir. Həmdullaya isə yalandan guya bu götürdüyü kredit pulunu onun təsərrüfat işlərinin görülməsinə xərclədiyini deyib inandırmış, Həmdulladan həmin krediti bağlamaq adı ilə 30.000 manat pulu aldadıb almış, krediti isə bağlamamışdır. Ayvenin bu qanunsuz əməllərinə görə Həmdulla Ayvendən şikayət etmişdir. Sonradan Ayven özü, onun vəkili və qohumları Həmdulladan çox xahiş etdikləri üçün Həmdulla ərizə yazaraq Ayvendən şikayətçi olmadığı bildirmiş, daha sonra Ayven 08 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonunda onun adına etibarnamə vermişdir. Əslində isə Həmdullaya məxsus əmlakları özü idarə etmişdir. 2022-ci ilin yay aylarında bilmişlər ki, Təqsirləndirilən şəxs ona verdiyi etibarnaməni ilin əvvələrində ləğv etdirmiş, yenidən Həmdullanın pulu ilə yaradılan əmlakı başqa şəxslərə satmışdır. Bütün kənd camaatı bilir ki, Ayven özü çətinliklə fəhləlik edib dolanan adam olmuşdur, onun həmin təsərrüfatı qurmaq üçün heç bir maddi imkanı olmamışdır. Hadisənin üstündən çox vaxt keçdiyinə görə hər şey onun yadında qalmayıb. Lakin müstəntiqə bu barədə geniş ifadə verib. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan edildikdən sonra ona verilən suallara cavab olaraq göstərdi ki, Həmdullanın Ayvenə pul göndərdiyi şəxslərdən biri onun qardaşı, biri də əmisi oğludur, onlarla söhbət zamanı Həmdullanın onlar vasitəsilə Ayvenə pul göndərdiklərini deyiblər. Ayven ona etibarnamə verib ki, Həmdullanın bütün əmlaklarını o, idarə etsin, sonra da Həmdulla barışıq ərizəsi yazıb. Barışıq ərizəsindən sonra Ayven həmin etibarnaməni ləğv edib. O, Ayvenə pul veriləndə onların yanında olmayıb, amma pul verən adamlar özləri danışıblar ki, hər biri Həmdullanın göndərdiyi pulları Ayvenə veriblər, bunu bütün kənd bilir. Ayveni uşaqlıqdan tanıyır, onun imkansız olduğunu da bilir. Həmdulla Rusiyadan pulları Samiddin, Elxan, Babək vasitəsilə Ayvenə çatdırıb. Həmdulla Samiddin və Babək vasitəsilə təxminən 5.000.000 rubl, Elxan vasitəsilə ilə isə daha çox, təxminən 14.000.000 rubl göndərib. İbtidai istintaq zamanı ona bu və ya başqa cür ifadə vermək barədə heç bir təsir, təzyiq göstərən və ya onu öyrədən olmayıb. O, nə bilibsə, ifadəsində onu da müstəntiqə danışıb. Həmin ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 Beydulloviç və Təqsirləndirilən şəxs hər ikisi onun əmisi qızlarının oğlanlarıdır. Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Qusar rayonunda biznes qurrmaq məqsədi ilə öz doğma xalası oğlu, Təqsirləndirilən şəxs ilə danışıb razılığa gəlmişlər ki, Həmdullanın vəsaiti hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. Həmdulla təsərrüfat qurmaq üçün pulları Dərbənd şəhərində yaşayan, Zərərçəkmiş şəxs1 bacanağı İmamquliyev Zaura göndərmiş, Zaur İmamquliyev də müxtəlif vaxtlarda, hissə-hissə pulları Qusar rayonuna göndərmiş və pullar Ayvenə verilmişdir. Ayven torpaq sahələri alaraq xarici sort alma, şaftalı və gilas bağları salmış, 1 hektar ərazidə isə cins heyvanlar üçün ferma tikmişdir. Eşidib bildiyinə görə Həmdullanın Rusiyadan göndərdiyi pulları hissə-hissə 2017-2018-ci illər ərzində Elxan və Zaur 14.800.000 rubl, 2018-2019-cu illər ərzində isə Şahid5 vasitəsi ilə Həmdullanın göndərdiyi 5.200.000 rublu, 2019-2020-ci ilin əvvəllərinə qədər isə Həmdullanın Zaur vasitəsilə sonuncunun atası Şahid2 göndərdiyi 5.700.000 rublu, 2021-ci ilin sonlarında Şahid7 adına poçt vasitəsi ilə göndərdiyi 330.000 rublu, Həmdullanın ev almaq üçün göndərdiyi 5.000.000 rubl Ayvenə çatdırılmışdır. Həmçinin eşidib bildiyinə görə təsərrüfat üçün “Pikap” avtomobili almaq üçün Həmdulla əmisi oğlu Şahid4 vasitəsi ilə 2.500.000 rubl, yəni 55.750 manat pul göndərmiş, Ayven isə bu pulu da aldadaraq xərcləmiş, maşın almamış, Ayven sonradan iri buynuzlu heyvanların otarılması üçün Qusar rayonu Gican-oba kəndinin ərazisindən 20 ha torpaq sahəsi almaq adı ilə Həmdulladan 18.000 manat pul alsa da, bunu da etməmiş, daha sonra Ayven Həmdulladan xəbərsiz fermanı girov qoyub kreditə 30.000 manat pul götürüb özünə xərcləyib pulları ələ keçirmiş, Həmdullaya isə yalandan guya bu götürdüyü kredit pulunu onun təsərrüfat işlərinin görülməsinə xərclədiyini deyib inandırmış, Həmdulladan həmin krediti bağlamaq adı ilə 30.000 manat pulu aldadıb alıb ələ keçirmiş, krediti isə bağlamamışdır. Ayvenin bu əməllərinə görə Zərərçəkmiş şəxs1 prokurorluğa şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan edildikdən sonra ona verilən suallara cavab olaraq göstərdi ki, Həmdullaya məxsus fermada özü də dəfələrlə olub. Həmdulla ona deyib ki, Ayvenə təsərrüfat üçün təxminən 24.000.000 rubl pul göndərib. Həmin pulla Ayven Həmdulla üçün ferma tikmiş, bağ salmış, heyvan almışdır. Ayven Həmduulanın göndərdiyi pula “Toyota” markalı maşın da almışdır. Həmdulla pulu təsərrüfata lazım olduğu üçün “Pikap” markalı maşın alsın deyə göndərmişdi, amma Ayven özünə şəxsi maşın aldı. Ayvenin əvvəllər VAZ2107 markalı markalı maşını olub. Həmdulla ilə fermaya gedəndə orada işçilər olduğunu görüb. O, özü də təsərrüfatla məşğul olur. Həmdulla pulları Dərbənddən bacanağı Zaurla hissəhissə göndərib. Sonra da həmin pulları Samiddin və başqa şəxslər Ayvenə çatdırıblar. Müstəntiqə ifadə verəndə onu heç kim bu və ya başqa cür ifadə vermək üçün öyrətməyib, nə bilirsə, müstəntiqə də onu deyib. Ayven cavan olduğu üçün Həmdulla onunla bu işə başladı, hər ay Ayvenə maaş da verirdi. Bildiyinə görə Ayveninin kənddə çox balaca torpaq sahəsi olub, orada da heç deyəsən təsərrüfatla məşğul olmayıb. Ayvenin kartof əkib satmaqla yaxşı pul qazanmasını eşitməyib, yaşadıqları kənd balaca kənddi, hamı birbirini yaxşı tanıyır, elə bir şey olsaydı, eşidib bilərdi. Məhkəmədə şahid qismində dindirilən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hər ikisi onun bacısı oğlanlarıdır. Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Qusar rayonunda biznes qurmaq məqsədi ilə öz doğma xalası oğlu Təqsirləndirilən şəxslə danışıb razılığa gəlmişlər ki, Həmdullanın vəsaiti hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlayıb pul qazansınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. Həmdulla təsərrüfat qurmaq üçün pulları Dərbənd şəhərində yaşayan, Zərərçəkmiş şəxs1 bacanağı İmamquliyev Zaura göndərmiş, Zaur İmamquliyev də müxtəlif vaxtlarda, hissə-hissə pulları Qusar rayonuna göndərmiş və pullar Ayvenə verilmişdir. Ayven torpaq sahələri alaraq xarici sort alma, şaftalı və gilas bağları salmış, 1 hektar ərazidə isə cins heyvanlar üçün ferma tikmişdir. Eşidib bildiyinə görə Həmdulla Ayvenə 24.000.000 rubl pul göndərmişdir, Ayven də həmin pulun hesabına qurduğu təsərrüfatı və qalan pul vəsaitini ələ keçirib, Həmdullanı aldadıb. Ayvenin bu əməllərinə görə Zərərçəkmiş şəxs1 prokurorluğa şikayət etmişdir. Sonradan Ayven özü və qohumları Həmdulladan çox xahiş etdikləri üçün Həmdulla ərizə yazaraq, guya Ayvendən şikayətçi olmamışdır. Ayven 08 dekabr 2021-ci il tarixdə Xaçmaz rayonunda Həmdullanın qaynı Şahid1 etibarnamə vermiş və Ayvenin adına rəsmiləşdirilmiş, həqiqətdə isə Həmdullaya məxsus əmlakları Şahid1 idarə etmişdir. 2022-ci ilin yay aylarında eşitmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 verdiyi etibarnaməni ləğv etdirmiş və təzədən Həmdullanın pulu ilə ərsəyə gələn əmlakları ələ keçirib həmin mülkləri satmışdır. Həmdulla ilə birgə iş görməyə başlayana qədər Ayvenin demək olarki heç nəyi olmayıb, çətinliklə dolanıblar. O özü bir neçə dəfə Ayvenlə danışıb ki, yaxşı iş görmür, onlar qohumdurlar, heç olmasa, el-aləmdən utansın. Ayven ona deyib ki, Həmdulla Rusiyadadı, heç nədən xəbəri yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan edildikdən sonra ona verilən suallara cavab olaraq göstərdi ki, Həmdulla bəzən onun vasitəsi ilə Ayvenə pul göndərib. Həmdullanın Ayvenə dəqiq nə qədər pul verdiyini hadisənin üstündən uzun müddət keçdiyindən xatırlamır, amma həmin təsərrüfat, bağ sahələri hamısı Həmdullanın hesabına qurulub, Ayvenin ora 1 qəpik də olsa xərci çıxmayıb. Həmdulla Rusiyadan pulları qohumları vasitəsilə Ayvenə çatdırıb. Məhkəmədə şahid qismində dindirilən Şahid24 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2018-ci ildə Qusar rayonu, Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla qeyri rəsmi ər-arvad kimi yaşamağa başlamışlar. Ayven ona Qusar rayonu, Mucuq-oba kəndində meyvə bağı sahəsi və rayonun Gican-oba kəndi ərazisində ferma göstərərək özünə məxsus olduğunu demişdir. Özü və Ayven fermada olan tikilidə yaşamışlar. 2021-ci ilin əvvəllərində Ayven onun xalası oğlu Zərərçəkmiş şəxs4 birlikdə keçi alıb həmin fermada saxlayaraq pul qazanmağı təklif etmiş və bunun üçün 20.000 manat pul lazım olduğunu demişdir. Elşən pulu olmadığını deyib razı olmamışdır, Ayven də bu sahənin gəlirli olduğunu deyib Elşəni həvəsləndirib. 24 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Elşənə zəng edib ona təcili pul lazım olduğunu, onsuz da keçi alanda onun pul verməli olduğunu, həmin pulu da indidən verməsini deyib ondan 20.000 manat pul istəmiş, Elşən də Bakıda olduğu üçün ona tapşırmışdır ki, pulu evindən arvadından alıb Ayvenə versin. Özü də elə həmin gün Elşənin yaşadığı evə gedib və 19.000 manat pulu Elşənin arvadı Rima Kərimovadan götürüb Ayvenə vermişdir. Sonradan bilmişdir ki, Ayven ondan istifadə edərək Elşəni aldadıb və onun pulunu ələ keçirib. Məhkəmədə Şahid24 ona verilən suallara cavab olaraq göstərdi ki, Ayvenlə bir yerdə yaşadıqlarını hər ikisinin ailəsi bilmişdir. Ayvenlə təzə tanış olanda fermanın və bağ sahələrinin özünə aid olduğunu deyib, sonradan vaxt keçdikcə ona məlum olub ki, bu əmlakların heç biri Ayvenin deyil. Ayvenin anası da deyib ki, bütün bu əmlakların hamısı onun bacısı oğlu Həmdullaya məxsusdur. O, özü Ayveni, onun ailəsinin yaşamını gördükdən sonra başa düşüb ki, bu işləri Ayven görə bilməz. Fermadan nə qədər gəlir əldə edildiyini bilməyib, hesabı Ayven özü aparıb. Ayven tez-tez evə külli miqdarda pullar gətirib və pulları seyfdə saxlayıb. Əmlakların Həmdullaya aid olduğunu biləndən sonra öyrənib ki, həmin pulları da Həmdulla göndərirmiş, Ayvenin anası da ona deyib ki, Həmdulla Rusiyadan çox pul göndərib. Münasibətləri pozulandan sonra Ayven Həmdullanı heç fermaya da buraxmayıb. Xalası oğlu Elşənə məxsus 19.000 manat pulu o, Qusarda, Nərimanov parkında Ayvenə verib. Həmin vaxt 077-566-6630 saylı mobil telefon nömrəsini istifadə edib. Xalası oğlundan pulu götürüb qarşılığında da heç bir iş görmədikdən sonra Ayvenlə onun münasibətləri pozulub. O, özü də tanıdıqca bilib ki, Ayven imkanlı biri deyil, onun həmin təsərrüfatı qurmaq üçün, ya da şərik olmaq üçün heç bir imkanı olmayıb. İstintaqın əvvəlində Ayvenin təklifi ilə yanlış ifadə vermişdir. O həmin ifadədə bildirmişdir ki, onun yanında guya Ayven Həmdullaya külli miqdarda pul verib. Lakin sonradan səhv etdiyini başa düşüb, Prokurorluğa ərizə verib bildirib ki, hər şeyi düzgün danışmaq istəyir. Sonradan onu dindirəndə hər şeyi olduğu kimi müstəntiqə danışıb. Ayven onun yanında heç vaxt Həmdullaya külli miqdarda pul verməyib. Məhkəmədə şahid qismində dindirilən Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs yaxından tanımışdır. Zərərçəkmiş şəxs1 Qusara gələndə tez-tez onunla danışıb, Qusarda meyvə bağları salmaq, ferma açmaq fikri olduğunu deyirmiş. 2017-ci ildən başlayaraq Həmdulla həmin planlarını həyata keçirməyə başlamışdır. Həmdulla söhbət zamanı ona demişdir ki, Rusiyadan bura pul göndərir, həmin pulun hesabına da xalası oğlu Ayven bu təsərrüfatı qurur. O, bir dəfə Həmdulla ilə bir yerdə fermada olanda Ayveni də orada görmüşdür. Həmdulla ona demişdir ki, Zaur İmamquliyev, Şahid4, Şahid5 vasitəsilə pulları Rusiyadan Ayvenə göndərmişdir. Sonradan eşitmişdir ki, Ayven Həmdullanı aldadıb onun pulunu ələ keçirib, əmlakını satıb. Rayon yerində hamı bir-birini yaxşı tanıyır, o da Ayvenin imkansız, heç bir təsərrüfatı olmayan biri kimi tanımış, həmin ferma və bağ sahələrini də Həmdullanın Rusiyadan göndərdiyi pullar hesabına qurduğunu da bilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid12 ona verilən suallara cavab olaraq göstərdi ki, Həmdulla Rusiya vətəndaşı olduğu üçün öz puluna nə almışdırsa, Ayvenin adına alırmış. Həmdulla ona deyib ki, fermanın, heyvanların, bağ sahələrinin bütün xərcini o çəkib, Ayven ora pul qoymayıb. Ayvenin atasını da tanıyır, kənddə müəllim işləyirdi, əvvəllər bələdiyyədə işləyib. Müstəntiqə ifadə verəndə də nə bilibsə onu deyib. Heç kim onu bildiklərindən başqa cür, yalan ifadə verməyə məcbur etməyib. Ayven onun kimi kasıb adam olmuşdur. Ayvenin ferma tikmək, mal-qara almaq imkanı olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs onun uzaqdan qohumları, həm də həmkəndliləridir. 2017-ci ildən başlayaraq Həmdulla Qusarda ferma açmaq, iribuynuzlu heyvanlar saxlamaq, bağ sahələri salmaq üçün Rusiyadan qohumları vasitəsilə pul göndərib, həmin təsərrüfata rəhbərliyi də Ayvenə tapşırıb və bunun qarşılığında Ayvenə aylıq maaş da verib. Həmdulla Rusiyadan bir dəfə onun da adına 6.827 manat pul göndərib. O pulu bankdan götürəndə Həmdulla da Qusar rayonunda olub və o, pulu Həmdullaya verib və bilib ki, Həmdulla pulu təsərrüfat işlərini görmək üçün Ayvenə vermişdir. Sonradan eşitmişdir ki, Ayven Həmdullanı aldadıb onun göndərdiyi pulları özünə xərcləyib, əmlakını da satıb. Məhkəmədə şahid qismində dindirilən Şahid16 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2019-cu ilin dekabr ayında eşidib ki, Qusar rayonu Gican-oba kəndindəki fermanı işlədən Təqsirləndirilən şəxs adlı şəxs mala baxan işçi axtarır. O, arvadı Qalina ilə birlikdə orada işləmək üçün Təqsirləndirilən şəxsla razılaşmışlar və 2019cu ilin dekabrından 2020-ci ilin aprelinə qədər orada çalışmış və fermanın yerləşdiyi ərazidə olan tikilidə qalmışlar. Onlar işə başladıqdan sonra fermaya 14 baş xarici cins iri buynuzlu heyvanlar gətirilmişdir və onlar da həmin heyvanlara qulluq etmişdirlər. Ayven onlara fermanın, oradakı heyvanların onun özünün olduğunu deyib. Sonradan Zərərçəkmiş şəxs1 fermaya gəlib-getdikcə biliblər ki, bunlar Ayvenin deyil, Ayvenin xalası oğlu Həmdullanındır, Ayven də təsərrüfata rəhbərlik edir. Kənd sakinlərindən eşidiblər ki, Ayven əvvəllər fəhləlik edib dolanırmış. Fermada işlədikləri müddətdə 14 baş heyvan 14 baş buzov balalamışdır. Arvadı Qalina 14 baş inəkdən hər gün süd sağmış, Ayven südün bir litrini 0,55 manata Zərərçəkmiş şəxs3 satmışdır. Sonradan inəklərdən biri tələf olmuşdur. Onlar Həmdullanı tanıdıqdan sonra fermadakı işlər barədə ona tez-tez telefon vasitəsilə məlumat vermişlər və bu Ayvenin xoşuna gəlməyib, çünki Ayven Həmdullaya yalan danışırmış. Buna görə də o və arvadı 03 aprel 2020-ci il tarixdə həmin fermadan çıxıb yaşadıqları Xaçmaz rayonun Sayad kəndinə qayıtmışlar və daha həmin fermada işləməmişlər. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1 Qalinanın işlədiyi, Qusar rayonu Kuzun kəndində yerləşən ferma kompleksinə gedib onunla danışıb. Sonradan arvadının dediklərindən bilib ki, Ayven Həmdullanın pulu hesabına salınan fermanı, meyvə bağlarını və pullarını ələ keçirib, fermadakı heyvanları, süd pullarını talayıb, ona görə də Həmdulla ondan şikayət eləyib. Həm də eşidib bilib ki, Ayven Zəkrulladan pul alsa da, ona qarşılığında süd verməyib. Onlar fermada işlədikləri müddətdə inəklər hər gün sağılıb, südü də satılıb, heç vaxt süd satılmadığı üçün ziyan olmayıb. Məhkəmədə şahid qismində dindirilən Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Zərərçəkmiş şəxs1 2017-ci ildən başlayaraq Qusar rayonunda təsərrüfat qurmaq üçün xalası oğlu Təqsirləndirilən şəxs ilə danışıb ki, Həmdullanın pulu hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. Həmdulla təsərrüfat qurmaq üçün pulları Rusiyadan qohumları vasitəsilə Ayvenə çatdırmışdır, bütün kənd camaatı bilir ki, həmin pullar hesabına ferma tikilib, bağ sahələri salınıb, heyvanlar alınıb. Həm də eşidib bilib ki, Həmdulla özü üçün ev alsın deyə, təsərrüfat üçün maşın alsın deyə, torpaq sahəsi alsın deyə Ayvenə çoxlu pul göndərib, amma Ayven o pulların hamsını özü üçün xərcləyib, Həmdullanı da aldadıb, fermanı, bağ sahələrini ələ keçirib. Ayvenin bu əməllərinə görə Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid13 ona verilən sualları cavablandırarkən göstərdi ki, o da kənd camaatı kimi bilib ki, Həmdullanın Ayvenə göndərdiyi pullar hesabına salınan bağ, ferma Ayvenin deyil, Həmdullanındır, ancaq təsərrüfata Ayven rəhbərlik edib. Həmdullanın Ayvenə nə qədər pul verdiyini dəqiq bilmir, amma bilir ki, hər dəfə 15-20 min manat olmaqla çox pul göndərib. Danışdıqlarını həm Həmdulladan, həm də kənd camaatından eşidib. Ayveni uşaqlıqdan tanıyır, bilir ki, o özü çətinliklə dolanır, ona görə həmin təsərrüfatı o qura bilməz. Müstəntiqə də ifadə verəndə nə bilirsə, onu da danışıb, həmin ifadədini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilən Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs həmkəndli kimi uşaqlıqdan tanıyır. Zərərçəkmiş şəxs1 Rusiyada yaşayır, tez-tez Qusar rayonuna gəlibgedib, Qusarda olanda onunla söhbət zamanı rayonda təsərrüfat qurmağı, ferma tikdirib cins mal-qara saxlamağı planlaşdırdığını deyirdi. Buna görə də Həmdulla 2017-ci ildə xalası oğlu Təqsirləndirilən şəxs ilə danışıb və razılaşıblar ki, Həmdullanın pulu hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin və qarşılığında Həmdulla Ayvenə maaş versin. Bu işlərə görməyə başlayanda Həmdulla özü ona 5-6 ha torpaq sahəsi axtardığını deyib, o da tapa bilməyib. Sonradan eşidib ki, Quxur-oba kəndində torpaq sahəsi alıb ferma tikdiriblər. Həmdulla təsərrüfat işləri üçün lazım olan pulu Rusiyadan qohumları vasitəsilə Ayvenə çatdırmışdır, Həmdulla Rusiya vətəndaşı olduğu üçün onun puluna nə alınsa, Ayvenin adına alırmışlar. Sonradan kənd camaatından eşidib ki, Ayven Həmdulla üçün ev və torpaq, təsərrüfatda işlətmək üçün maşın almaq adı ilə Həmdulladan çoxlu pul alıb, amma Ayven Həmdullanı aldadıb, o pulların hamsını özü üçün xərcləyib, həm də fermanı, bağ sahələrini ələ keçirib. Ayvenin bu əməllərinə görə Zərərçəkmiş şəxs1 ondan şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid11 ona verilən sualları cavablandırarkən göstərdi ki, Həmdulladan və kənd camaatından eşidib bildiyinə görə Ayven ümumilikdə Həmdullanın 750.000 manat pulunu talayıb. Danışdıqlarını həm Həmdullanın özündən, həm də kənd camaatından eşidib. Məhkəmədə şahid qismində dindirilən Şahid19 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, atasının DT-75 markalı buldozer traktoru vardır. Atası həmin buldozer traktorla torpaq sahələrində işlər görüb, pul qazanıb ailəsini dolandırıb. O özü isə MTZ-82 markalı ot bağlayan traktorla çörək pulu qazanıb. Ayven onun uşaqlıq dostudur. Ayvenin tapşırığı ilə ferma ərazisində və başqa torpaq sahələrində atası traktorla işlər görmüşdür, onun qarşılığında Ayven pul verməsə də, traktora yanacaq doldurub. Bundan başqa 2019-cu ilin təxminən avqust-sentyabr aylarında Ayven atasından biri 4 manatdan olmaqla 200 ədəd, 800 manatlıq yonca otunu alıb, lakin aldadıb pulunu verməyib. Sonradan o özü uşaqlıq dostu kimi dəfələrlə Ayvenə pulu verməsini desə də, hər dəfə gələn ay, o biri ay deyib aldadıb pulu verməmişdir. Bir dəfə Ayvenə əgər əlində pulu yoxdursa, borc qarşılığında mal verməsini təklif etsələr də, Ayven onlara olan borcunu qaytarmayıb. Ona görə də atası Ayvendən şikayət eləyib. Bütün kənd camaatı kimi o və atası da bilirlər ki, işlədikləri ferma, bağ sahələri Ayvenin deyil, onun xalası oğlu Həmdullanındır. Həm də sonradan eşitmişdir ki, Ayven təkcə onları aldatmayıb, xalası oğlu Həmdullanın pulu hesabına tikilmiş fermanı, bağ sahələrini, alınmış heyvanları, Rusiyadan Həmdullanın göndərdiyi pulları ələ keçirib, Zərərçəkmiş şəxs2 torpaq alıb pulunu verməyib, Zəkrulladan pul alıb, qarşılığında verməli olduğu qədər süd verməyib. Məhkəmədə şahid qismində dindirilən Şahid19 ona verilən sualları cavablandırarkən göstərdi ki, Ayven 800 manat puldan heç bir qəpik də olsa, ödəniş etməyib. Atasının Ayvenə ot satdığına özü şahid olub, həmin otu da fermaya traktorla o özü aparıb. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 Beydulloviç onun əmisi qızının həyat yoldaşıdır, Təqsirləndirilən şəxs da Həmdullanın xalası oğlu kimi tanıyır. Qusar rayonunda taksi fəaliyyəti göstərir. Həmdulla Qusar rayonunda öz pulu hesabına təsərrüfat işləri görmək istəmiş, buna görə də həmin işlərə rəhbərlik etməsi üçün xalası oğlu Ayvenlə razılaşmışdır. Razılıqlarına əsasən Həmdulla Rusiyadan pul göndərmiş, Ayven də həmin pul hesabına ferma tikdirib heyvan almış, bağ sahələri salmışdır. Həmdulla Rusiyadan pulu qohumları vasitəsilə Ayvenə göndərirdi, oözü şəxsən Həmdullanın göndərdiyi pulu bir neçə dəfə Ayvenə çatdırmışdır. Belə ki, Həmdulla pulu bacanağı Zaura, Zaur da ona verirdi, o da həmin pulu Ayvenə çatdırırdı. O, 2017-2018-ci illər ərzində Həmdullanın göndərdiyi cəmi 15.000.000 rublu, yəni təxminən 330.000 manata yaxın pulu Ayvenə vermişdir. O özü Ayvenlə pulu gəlib aparması üçün əlaqə saxlamamışdır, Həmdullanın Ayvenə göndərdiyi pullar ona çatanda o telefonla Həmdullaya deyirdi, Həmdulla da Ayvenə xəbər edirdi və Ayven gəlib pulu ondan götürürdü. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ona verilən sualları cavablandırarkən göstərdi ki, Həmdulla pulları Rusiyadan Ayvenə göndərib ki, onun üçün təsərrüfat işləri görsün. Həmdulla ondan başqa əmisi oğlu Şahid5 vasitəsilə, Samiddin İmanquliyev vasitəsilə də Ayvenə pul göndərib. Sonradan bilib ki, Ayven Həmdulladan ev, maşın, torpaq almaq adıyla pul alıb, amma onların heç birini almayıb, pulu özü üçün xərcləyib. Həm də ferma və bağ sahələri onun adına olduğu üçün yalandan deyib ki, həmin əmlak onun özünündür. Ayven pulu ondan sərhədə yaxın yerdə olan kafenin qarşısında alırdı, həmin vaxt yanlarında heç kim olmurdu. O həm müstəntiqə, həm də məhkəmədə düzgün ifadə verir. Bu və ya başqa cür ifadə verməyi üçün onu heç kim öyrətməyib və ya qorxutmayıb. Həm məhkəmədə, həm də müstəntiqə ifadə verəndə nə bilirsə onu da deyib. Məhkəmədə şahid qismində dindirilən Şahid3 Əziz qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 Rusiyada yaşayır. Həmdulla Qusar rayonunda öz pulu hesabına təsərrüfat işləri görmək istəmiş, buna görə də həmin işlərə rəhbərlik etməsi üçün xalası oğlu Ayvenlə razılaşmışdır. Razılıqlarına əsasən təsərrüfat işləri üçün Həmdulla Rusiyadan qohumları vasitəsilə pul göndərmişdir. Həmdulla pulunu onun oğlu Zaur vasitəsilə Dağısatn sərhədindən Həmdullanın digər qohumlarına verirdi, onlar da pulu gətirib Ayvenə çatdırırdı. Bir neçə dəfə əri Samiddin İmanquliyev də Zaurdan pul götürüb Ayvenə vermişdir. Belə ki, 2019-2020-ci illər ərzində hissəvi şəkildə cəmi 5.700.000 rubl, yəni təxminən 127.000 manata yaxın pulu əri Samiddin və şəxsən o özü Ayvenə vermişdir. Pulları bəzən Ayven gəlib özü götürürdü, bəzən də aparıb Ayvenin öz evində verirmişlər. Həmdullanın Ayvenə onun üçün Qusardan ev alması üçün göndərdiyi 111.500 manat pulu əri Samiddin öz əli ilə Ayvenə verib. Bəzən əri evdə olmayanda Ayven gəlib pul istəyəndə əri Samiddin ilə telefonda danışıb razılıq aldıqdan sonra o özü Həmdullanın göndərdiyi pulu Ayvenə verirdi. Məhkəmədə şahid qismində dindirilən Şahid3 Əziz qızı ona verilən sualları cavablandırarkən göstərdi ki, Həmdulla Rusiyadan göndərdiyi pulları Ayvənə təsərrüfat işləri görməsi üçün verib, amma Ayven Həmdullanın pulunu talayıb, fermanı və bağ sahələrini də ələ keçirib. Həmdulla təkcə Samiddin yox, başqa qohumları vasitəsilə də Ayvenə pul göndərib. Eşidib bildiyinə görə Ayven Həmdullanın 800.000 manata yaxın pulunu talayıb. Ayvenin əlinə pul gəldikcə dəyişirdi, əvvəllər ucuz maşını olib, sonradan onlara pul götürməyə gələndə görüb ki, bahalı maşında gəlib. O həm istintaqda müstəntiqə, həm də məhkəmədə nə bilirsə onu da deyir. Bu və ya başqa cür ifadə verməyi üçün ona heç kim təsir və ya təzyiq göstərməyib, heç kim onu öyrətməyib. Məhkəmədə şahid qismində dindirilən Şahid20 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs3 onun əridir. O əri ilə birlikdə süd məhsulu alıb-satmaqla məşğul olmuşlar. 2019-cu ilin sonlarından Təqsirləndirilən şəxs özü onları taparaq 0.55 manata süd satdığını demiş, onlar da razılaşmışlar. Bundan sonra 06 yanvar 2020-ci il tarixdən Qusar rayonu Gican-oba kəndində yerləşən mal fermasında Ayvendən bir litri 0.55 manatdan süd almağa başlamışlar. Onlar əvvəl elə biliblər ki, həmin ferma Ayvenin özünündür, sonradan öyrəniblər ki, həmin ferma da, heyvanlar da Ayvenin xalası oğlu Həmdullanındır. Ayvenə lap əvvəllər hissə hissə 25.660 manat pul verib əvəzində süd almışlar, çox vaxtlarda Ayven səhərlər yatdığı üçün pulu işçilərinə vermişlər. 2020-ci ilin oktyabrında Ayven südün az olduğunu buna görə də iri buynuzlu heyvanlar alacağını deyib onlardan əvvəlcə 1.500 manat, bir neçə gün sonra isə 5.000 manat pul istəmiş, əvəzində isə ona süd məhsulu verəcəyini vəd etmişdir, onlar da həmin məbləği Ayvenə çatdırması üçün Hacıağayev Namikə vermişlər, sonra da Ayven təsdiq etmişdir ki, həmin pullar ona çatıb. Bundan sonra Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında heyvan almaq üçün pulunun çatmadığını deyib, ona əlavə 2.000 manat pul da vermələrini istəmiş, yenə də bu pulun əvəzində onlara fermadan süd məhsulu verəcəyini deyib onları aldatmış, onlar da Ayvenə inanıb fermada şəxsən Ayvenin özünə 2.000 manat məbləğində pul vermişlər. Ayven aldığı pulların əvəzində onlara cəmi 4.460 manat məbləği təşkil edən süd məhsulu vermiş, qalan 4.040 manat dəyərində süd məhsulu da verməli olduğu halda, sonradan onları aldadıb həmin süd məhsulunu verməmişdir. Sonradan dəfələrlə Ayvenlə üzbəüz görüşsələr də, telefon vasitəsilə əlaqə saxlasalar da, Ayven pullarını qaytarmaqdan yayınmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid20 ona verilən sualları cavablandırarkən göstərdi ki, Ayvenin onlardan 8.500 manat pulu alıb heyvan almadığını bildikdə başa düşüblər ki, Ayven onları aldadıb. O, Qusarda müstəntiqə də belə ifadə verib, həmin ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilən Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs3 arvadı ilə birlikdə iilərlə süd məhsulu alıb-satmaqla dolanırdılar. 2019-cu ilin sonlarından Təqsirləndirilən şəxs qardaşı Zəkrulla ilə razılığa gəlmiş və 2020-ci ilin əvvəllərindən qardaşı Ayvendən litri 0.55 manatdan olmaqla süd almışdır. O, qardaşının Ayvendən aldığı südü öz maşını ilə fermadan götürdüyü üçün Ayvenlə qardaşı arasında olan haqq-hesabı da yaxşı bilmişdir. 2021-ci ilin fevralında qardaşı Zəkrullanın yanında olduğu vaxt Ayven qardaşına zəng edib pul istəmiş, qardaşı da Ayvenin özünə 2.000 manat məbləğində pul vermişdir. Həm də bilmişdir ki, qardaşı əvvəlcədən də Ayvenə bir dəfə 1.500 manat, bir dəfə də 5.000 manat pul vermişdir. Ayven aldığı pulların əvəzində qardaşına təxminən 4.400 manatlıq süd vermiş, qalan məbləğin qarşılığında süd verməmiş, pulu da qaytarmamışdır. Sonradan da Ayven inəkləri satmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid22 ona verilən sualları cavablandırarkən göstərdi ki, neçə dəfə Ayvenlə danışmaq istəsələr də o ya qaçıb gizlənmiş, ya da hər dəfə bir bəhanə gətirib borcunu ödəməkdən yayınmışdır. Ayven 2021-ci ilin fevralında qardaşı Zəkrulladan pul istəyəndə konkret məbləğ deməyib, deyib “nəyə imkanın çatırsa, ver”, qardaşı da 2.000 manat verib. Əvvəldən də qardaşı Zəkrulla Ayvenə 1.500 və 5.000 manat pul verib. Ayven telefonda qardaşından pul istəyəndə o, qardaşının yanında olub və bilib ki, qardaşı həmin zəngdən sonra Ayvenə 2.000 manat pul verib. Digər 1.500 manat və 5.000 manat pulu Ayvenə vermələrini də bilib, Ayven də bunu təsdiq edib. O, yalan bir kəlmə də danışmır, nə bilirsə, onu da danışır. İbtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Məhkəmədə şahid qismində dindirilən Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. Zərərçəkmiş şəxs1 2017-ci ildə Qusar rayonunda təsərrüfat işləri qurmaq məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxsla danışıb razılığa gəlmişlər ki, Həmdullanın pulu hesabına Qusar rayonu ərazisində bağ sahələri yaratsınlar, ferma tikib iri buynuzlu heyvan saxlasınlar, Ayven də həmin təsərrüfata rəhbərlik etsin. Həmdulla özü Rusiyada yaşadığı üçün işləri Ayvenə həvalə edib, onun pulu hesabına alınan əmlakları da Ayvenin adına alıblar. Sonradan eşitdiyinə görə təsərrüfat üçün “Pikap” avtomobili almağa Həmdulla 2.500.000 rubl, yəni 55.750 manat pul göndərmiş, Ayven isə bu pulu da xərcləmiş, maşın almamışdır, torpaq sahəsi almaq adı ilə Həmdulladan 18.000 manat pul alsa da, bunu etməmiş, daha sonra Ayven Həmdulladan xəbərsiz fermanı girov qoyub kreditə 30.000 manat pul götürüb özünə xərcləmiş, Həmdulladan da krediti ödəmək üçün 30.000 manat alıb onu da xərcləmiş və krediti ödəməmişdir. Eşidib bildiyinə görə Ayven Həmdullaya ümumilikdə 750.000 manata yaxın ziyan vurub. Məhkəmədə şahid qismində dindirilən Şahid10 ona verilən sualları cavablandırarkən göstərdi ki, bütün kənd camaatı kimi o da bilir ki, Ayven özü çətinliklə fəhləlik edib dolanan adam olmuşdur, onun həmin təsərrüfatı qurmaq üçün heç bir maddi imkanı olmamışdır. Ayvenə pul veriləndə yanında olmayıb, amma pul verən adamlar özləri danışıblar ki, hər biri Həmdullanın göndərdiyi pulları Ayvenə çatdırıblar. O, müstəntiqə də ifadə verəndə, burda da ifadə verəndə yalan heç nə deməyib. Nəyi bilirsə, onu da danışıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilən Şahid21 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Qusar rayonu, Gican-oba kəndində Ayvenin işlətdiyi fermada 2020-ci ilin may ayından etibarən 9 ay mala baxan fəhlə kimi işləyib. Ayveni Zərərçəkmiş şəxs3 vasitəsilə tanıyıb. Zərərçəkmiş şəxs3 həmin fermadan süd alırdı. Ayven Zəkrulladan inək almaq üçün 1500 manat bir, 5000 manat da bir dəfə pul alıb, amma o pulların tam qarşılığında Zəkrullaya süd verməyib, pulun da qalığını qaytarmayıb. Ayven Zəkrulladan aldığı pulun qarşılığında süd verərək borcunu tam bağlamayıb. Zəkrulla 1500 manatı da, 5000 manatı da Ayvenə çatdırması üçün ona verib. O, Zəkrullanın verdiyi pulları Ayvenə çatdırıb. Ayven səhərlər yuxudan oyanmadığı üçün pulu Zəkrulla ona verib və Ayven oyanan kimi o, Zəkrullanın verdiyi pulu Ayvenə verib. Zəkrulla ona pulu yoldaşının yanında verib. Məhkəmədə şahid qismində dindirilən Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun bacısının əridir. Təqsirləndirilən şəxs isə uşaqlıqdan kənd sakini kimi tanıyır. Əyyub özünə məxsus torpaq sahəsini 2018-ci ildə Ayvenlə razılaşaraq 10.000 manata sonuncuya satıb, lakin Ayven ona 1500 manatdan artıq pul verməyib. Belə ki, Ayven ona 1500 manat pul verib və deyib ki, qalan pulu dollarla verə bilər, Əyyub da pulu manatla istəyib, Ayven pulu manata dəyişmək adı ilə Əyyubu gözlədib, amma sonradan Ayvendən xəbər çıxmayıb. Əyyub Ayveni bir müddət gözlədikdən sonra onun yanına gəlib, onlar ikisi birlikdə Ayveni axtarmağa başlayıblar. Amma Ayveni tapıb, ondan Əyyubun 8500 manat pulunu ala bilməyiblər. Ayvenin Əyyuba qalan borcu 8500 manatdır. Əyyub Ayvenə torpağını satanda onların yanında olmayıb, alqı-satqı prosesində də iştirak etməyib. Əyyubun Ayvenə torpaq satmasını, Ayvenin onun pulunu tam verməməsini Əyyubun özündən eşidib. Alqı-satqı zamanı Faiddin də Ayvenlə Əyyubun yanında olub. Məhkəmədə şahid qismində dindirilən Şahid15 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxslə dostluq münasibətləri olmuşdur. Bir müddət fəhləlik edərək Ayvenə təsərrüfatda, yəni bağ işlərində, fermada köməklik etmişdir, qarşılığında heç bir ödəniş almamışdır. Bir müddət sonra işlərin yaxşı olmayacağını görüb Ayvenlə dostluq münasibətlərini pozub. Həmdullanın Ayvenə göndərdiyi pulları Ayvenə çatdıran şəxsləri də tanıyır, o özü Ayvenə Həmdullanın pulunu çatdırmayıb. Baş verənlərin üstündən uzun müddət keçdiyindən bəzi məsələləri dəqiq xatırlamır, müstəntiqə vaxtilə geniş və ətraflı ifadə verib, həmin ifadəsini təsdiq edir. O, ifadəni verərkən heç kim ona təsir göstərməyib, heç kim onu öyrətməyib, bildiklərini olduğu kimi danışıb. Məhkəmədə şahid qismində dindirilən Şahid29 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Ayvenlə həmkəndlidirlər, münasibətləri də normal olub. O, Ayvendən hər biri 0.12 ha olmaqla 2 torpaq sahəsi alıb, həmin torpaq sahələri Gican-oba kəndində yerləşir, torpaq sahəsində tikili kimi ferma da olub. Lakin fermada mal qara olmayıb. Ayvenlə həmin torpaq sahələrini üzərindəki ferma ilə birlikdə 75.000 manata alqı satqı etmək barədə razılaşıblar. Ödənişin bir hissəsini bankdan kredit götürərək, bir hissəsini isə özündə olan puldan vermişdir. 75.000 manat puldan 1000 manatı Ayven sənədləşdirmə işlərinə görə çıxıb. Atasıgil həmin torpaq sahələrində olduqda sonradan adının Həmdulla olduğunu bildikləri şəxs ora gedib və bütün o əmlakların ona aid olduğunu deyib. O isə həmin əmlakları halal pulla aldığını, özünə məxsus olduğunu bildirib. Həmin günə qədər o, Həmdullanı tanımayıb, Ayvenlə və aldığı torpaq sahələri ilə hər hansı əlaqəsi olduğunu da bilməyib. Şahid29 ona verilən suallara cavab olaraq bildirdi ki, 2020-ci il tarixindən Bakıda mühasib kimi işləyir, hazırda əlavələrlə birlikdə əmək haqqısı 1500-2000 manat arasıdır. 2021-ci il tarixdə nə qədər maaş aldığını xatırlamır. Rayonda bağ sahələri var, qardaşı orada işləyir. Ayvendən aldığı torpaq sahələrinin satışa çıxarıldığını internet saytında görüb və sonradan Ayvenlə üzbəüz görüşüb razılaşıblar. 74.000 manat pulun 34.000 manatını bankdan götürdüyü kreditlə, qalan 40.000 manatını isə hissə-hissə Ayvenə ödəyib. Torpaq sahələri onun adına rəsmiləşdirilib, çıxarış da onun adına verilib. O, sahibkarlıq fəaliyyəti ilə də məşğul olur, rayonda alma bağlarından gəlir əldə edir. Lakin rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, vergi ödəyicisi deyil. Ayven ona fermanın qiymətinin baha olduğunu, amma ona ucuz satdığını deməyib, sadəcə deyib ki, çox borcu var, ona görə təcili bu torpaq sahələrini satır. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid5 həmin ifadəsində göstərmişdir ki, uzun illərdir Qusar rayonu, Samur qəsəbəsində yerləşən “Samur” Sərhəd X56ndə sərhəddən keçən şəxslərin əşyalarının araba ilə daşınması, həmin əşyaların sərhəd buraxılış məntəqəsindən keçirilməsinə köməklik göstərilməsi işini görüb fəhləlik etməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 Beydulloviç onun doğma bacısı Kəmalənin əridir. Zərərçəkmiş şəxs1 RF-nin Moskva şəhərində yerləşən “Fruit City” bazarında biznes fəaliyyəti ilə məşğul olur. Həmdulla 2017-ci ildən etibarən öz biznes işlərini Qusar rayonunda genişləndirmək və sərmayə qoyub burada təsərrüfatlar yaratmaq, meyvə bağları salmaq, ferma kompleksi tikib iri buynuzlu heyvanlar alıb saxlamaq istəmişdir. Bununla həm öz işlərini genişləndirmək, həm də yeni iş yerləri açıb kənd camaatını işlə təmin edərək xeyirxah iş görmək məqsədində olmuşdur. Lakin özü Rusiya vətəndaşı olduğundan və daimi orada yaşamaqla işlədiyindən, öz adına torpaq sahələri alması mümkün olmamışdır. Ona görə də Qusar rayonu Quxur-oba kənd sakini olan, doğma xalası oğlu Təqsirləndirilən şəxs etibar edərək bu təsərrüfatların üstündə işçisi kimi durmağı ona tapşırmış, məhz öz pulları hesabına alınan torpaq sahələrinin Azərbaycan Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs adına sənədləşdirilməsi qərarına gəlmişdir. Özü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xalası oğlu kimi tanımış, onunla aralarında başqa yaxınlıq əlaqələri olmamışdır. Həmdulla biznes işlərinin başlanılması ilə bağlı ilkin olaraq 2017-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyi zaman xeyli miqdarda pulu Təqsirləndirilən şəxs verərək torpaq sahələrinin alınmasına başlamış, sonradan Həmdulla RF-nin Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan, digər yeznəsi X23 vasitəsi ilə pul vəsaitlərini, Azərbaycan Respublikasına biznesi üçün 6.000.000 (altı milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 133.800 (bir yüz otuz üç min səkkiz yüz) manat pulu Ayvenə göndərmişdir. Bunun müqabilində 2 ha torpaq sahəsi alınaraq xarici sort alma, şaftalı, gilas bağları salınmış və digər təxminən 1 hektar ərazidə isə xüsusi cinsli iri buynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş ferma kompleksi tikilmişdir. Zərərçəkmiş şəxs1 təsərrüfatına qoyduğu sərmayəni Təqsirləndirilən şəxs Rusiyadan poçtla, bankla, qalan pulu isə bank limitini aşdığı üçün Zaur İmamquliyevə göndərmiş və Zaur İmamquliyev də öz növbəsində həmin pulu ona və digər qohumlarına vermiş, onlar da Həmdullanın göndərdiyi pulları onun xalası oğlu Ayvenə çatdırmışlar. Bu iş başlayandan Zərərçəkmiş şəxs1 Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan, onun yeznəsi Zaur İmamquliyevə qanun icazə verdiyi qaydada, limitdə, hissə-hissə olmaqla, ayrı-ayrı vaxtlarda göndərdiyi müxtəlif məbləğlərdə pulları şəxsən özü Dağıstan MR-nin Dərbənd şəhərinə gedib Zaurdan alıb Qusar rayonuna qayıtdıqdan sonra “Samur” Sərhəd X56nin yaxınlığında, Azərbaycan Respublikasının ərazisində Təqsirləndirilən şəxs özünə vermişdir. Gömrükdən pulu keçirəndə bəyan edilməli olduğuna görə Həmdulla məcburiyyət qarşısında həmin pulları müxtəlif vaxtlarda, hissə-hissə, limiti aşmamaq şərti ilə göndərmiş, özü də Həmdullanın tapşırığına uyğun pulları yeznəsi Zaurdan alıb sonra Ayvenə çatdırmışdır. 2018-2019-cu illər ərzində yeznəsi Zaur İmamquliyevdən cəmi 5.200.000 (beş milyon iki yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 115.960 (bir yüz on beş min doqquz yüz altmış) manat məbləği təşkil edən pul vəsaitlərini götürərək il ərzində, hissə-hissə olaraq Təqsirləndirilən şəxs vermişdir. Bu pul vəsaitlərini də X37 MRnin Dərbənd şəhərində alıb Qusar rayonuna qayıtdıqdan sonra “Samur” Sərhəd X56nin yaxınlığında, Azərbaycan Respublikasının ərazisində Ayvenə vermişdir. Həmçinin Azərbaycan-Rusiya sərhədində öz şəxsi avtomobili ilə yükdaşıma və taksi kimi fəaliyyət göstərən, əmisi oğlu Şahid4 2017- 2018-ci illər ərzində Zaur İmamquliyevdən cəmi 14.800.000 (on dörd milyon səkkiz yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 330.040 (üç yüz otuz min qırx) manat məbləği təşkil edən pul vəsaitlərini götürərək il ərzində, hissə-hissə olaraq Təqsirləndirilən şəxs çatdırmışdır. Bundan başqa, Azərbaycan- Rusiya sərhədində öz şəxsi avtomobili ilə yükdaşıma və taksi kimi fəaliyyət göstərən, yeznəsi Zaurun atası Şahid2 2019-2020-ci ilin əvvəllərinə qədər Həmdullanın Zaur vasitəsi ilə göndərdiyi 5.700.000 (beş milyon yeddi yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 127.110 (bir yüz iyirmi yeddi min yüz on) manat pulu hissə-hissə Ayvenə çatdırmışdır. “COVİD-19” pandemiyası səbəbindən sərhədlər bağlananadək özü və digər həmkəndlilərinin yaşadıqları Samur qəsəbəsinə X56 yaxın olduğu üçün Dağıstan MR-nin Dərbənd şəhərinə tez-tez gedib-gəlmişlər. Həmdulla da Zaura pulları hissə-hissə, qanunauyğun göndərmiş, özü də bu pulları Həmdullanın mobil telefonla tapşırığına uyğun olaraq Zaurdan alıb sonra Ayvenə təhvil vermişdir. Ayven Həmdullaya təsərrüfat üçün “Mitsubishi L200” markalı, “Pikap” ban növlü avtomobil almağın vacibliyini bildirdiyi üçün Həmdulla bu məqsədlə ona 2.500.000 (iki milyon beş yüz min) rubl, yəni həmin dövrün məzənnəsinə görə 55.750 (əlli beş min yeddi yüz əlli) manat pul göndərmiş, Ayven isə onu aldadaraq bu pulu xərcləmiş, heç bir maşın almamış, bildiyi qədər başqa bir “Pikap” markalı avtomobilin şəkilini çəkib ona ataraq aldatmış, faktiki isə pulları özü ələ keçirmişdir. Həmin pulu Ayvenə Şahid4 çatdırmışdır. X44 Qusar şəhərindən onun üçün fərdi yaşayış evi alacağını deyib bu adla ondan 5.000.000 (beş milyon) rubl, yəni həmin dövrün məzənnəsinə görə 111.500 (bir yüz on bir min beş yüz) manat pulu almış, Qusar şəhəri, Şahmərdanov küçəsindən aldığı evi isə ona verməmiş, bir müddətdən sonra yenidən evi başqa şəxsə sataraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu pulu Ayvenə Şahid2 çatdırmışdır. 2021-ci ilin təxminən aprel ayında isə Ayven iri buynuzlu heyvanların otarılması üçün Qusar rayonu, Gican-oba kəndinin ərazisində, fermanın yanından 20 ha torpaq sahəsi almaq adı ilə Həmdulladan 18.000 manat pul alsa da, bu vədinə də əməl etməmiş, Həmdullanın etibarından sui-istifadə edib bu pulu da dələduzluq yolu ilə ələ keçirmişdir. Daha sonra Ayven Həmdulladan xəbərsiz 2020-ci ilin təxminən sentyabr ayında fermanı "xxxx" ASC-nin Quba filialında girov qoyub kreditə 30.000 manat pul götürüb özünə xərcləyib pulları dağıtmış, Həmdullaya isə yalandan guya götürdüyü bu kredit pulunu onun biznes işlərinin görülməsinə xərclədiyini deyib inandırmış, Həmdulladan həmin krediti bağlamaq adı ilə 2021-ci ilin təxminən mart ayında 30.000 manat pulu aldadıb alıb ələ keçirmiş, krediti isə bağlamamışdır. Ayven bu illər ərzində Həmdullanın Rusiyada qazanaraq Azərbaycana sərmayə qoymaq istədiyi və ona inanıb etibar edib verdiyi pulların bir hissəsinə meyvə bağları salıb və ferma kompleksi tikib həmin obyektlərin öz adına rəsmiləşdirilməsindən istifadə edib mənimsəmiş, həmçinin onun göndərdiyi pulların qalanını da özünə götürmüş, müxtəlif adlarla onu aldadıb pullarını ələ keçirmişdir. Eləcə də Ayven Həmdullaya meyvə tingləri, iri buynuzlu heyvanlar, torpaq sahələri, fermanın tikintisi üçün mişar daşları alanda ucuz alıb baha aldığını, şişirdilmiş qiymətlərlə deməklə bütün pullarını mənimsəmişdir. Ayven və onun ailə üzvləri kasıb insanlar olmuşlar. Özü fəhləlik etmiş, atası Qəhrəman Şamuradov isə kənd orta məktəbində sadə bir əmək müəllimidir. Hətta Ayven 2016-cı ilin qış aylarında başqalarının bağlarında fəhlə işləyəndə soyuqlayaraq xəstələnmiş, lakin onu müalicə etdirməyə ailəsinin pulu olmamışdır. Sonra Ayven birdən birə Həmdullanın pulu ilə varlanmışdır. Ayven və onun ailə üzvlərinin heç vaxt təsərrüfat qurmağa, bizneslə məşğul olmağa maddi imkanları olmamışdır. Bütün kənd camaatı, qohumqardaşlar bilmişlər ki, salman meyvə bağı sahələri və tikilən ferma kompleksi, alman iri buynuzlu cins heyvanlar, bir sözlə bütün bu əmlaklar Həmdullaya məxsus olmuş, Ayven isə onun işçisi olmuşdur. Ayven bundan istifadə edib onun əmlaklarını, pullarını mənimsəyib talamış, onu aldadıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun yeznəsi Zərərçəkmiş şəxs1 göndərdiyi 780.000 manat məbləğində pul vəsaitinin bir hissəsini, əmlaklarını mənimsəmiş, bir hissəsini isə aldatma, fırıldaq yolu ilə müxtəlif adlarla aldadıb ələ keçirmişdir. Ayven heç aldığı pulun yarısı qədər iş görməyib Həmdullanın pullarını özünə xərcləmişdir. Ona görə də Həmdulla onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmiş və onun barəsində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Həmin cinayət işi üzrə Qusar rayon polis şöbəsində istintaq aparılarkən də şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxsla üzləşdirilmişdir. Orada verdiyi ifadələrini bir daha təsdiq edir. Həmdullanın qaynı olduğu üçün, eləcə də Qusar rayonunda yaşadığından onun təsərrüfat üçün sərmayə qoyduğu ilk vaxtlardan bu söhbətlərin içində olmuşdur. Ona görə də, Ayvenin Həmdullaya qarşı etdiyi hərəkətlərdən, onun pullarını, əmlaklarını talayıb ələ keçirdiyini yaxşı bilmişdir. Ayven əvvəlcə Həmdullanı onun təsərrüfatlarına buraxmasa da, sonradan bu hərəkətindən peşman olduğunu bildirmiş, ondan üzr istəyib bütün əmlaklarını geri qaytaracağını vəd etdiyi üçün Həmdulla da ona inanmışdır. Həmdullanın qohumları, ağsaqqallar ona yalvarış etmişlər ki, Ayvendən bir daha şikayət etməsin. Ayven Həmdullanın qaynı, özünün isə qardaşı olan Şahid1 etibarnamə vermiş, bütün əmlakları qaytardığını demişdir. Ayven bağ sahəsi və ferma kompleksinin sahibinin Həmdulla olduğunu, bütün təsərrüfatların onun pul vəsaitləri hesabına maliyyələşdirildiyini, onun əmlaklarını talamasından peşman olduğunu boynuna almışdır. Ayven Həmdullanın əmlakından ona Qusar rayonu, Mucuq-oba kəndində yerləşən meyvə bağı sahələrinin bir hissəsini qaytarmışdır. Həmdulla da Ayvenə inanıb onunla barışmış, bu səbəbdən də bütün əmlaklarının onun tərəfindən qaytarılması, ondan heç bir şikayət və tələbinin olmamasına dair ərizə yazıb Rusiyadan göndərmişdir. Özləri də ona inanmışlar ki, Həmdullanın bütün əmlaklarını, pullarını geri qaytaracaqdır. Sonda isə Ayven fermanın sənədlərini özündə saxlamış, Həmdullaya qaytarmamış, onu aldatmışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin yay aylarında Azərbaycan Respublikasına gəldikdən sonra bilmişlər ki, Təqsirləndirilən şəxs onun qardaşı Şahid1 verdiyi etibarnaməni 25 yanvar 2022-ci il tarixdə ləğv etdirmiş, yenə Həmdullanı aldatmış, əmlaklarını ələ keçirərək mənimsəmişdir. Məhkəmədə iştirak etməyən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid8 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Ayven və Qəhrəman Şamuradovları isə Qusar rayonu, Quxur-oba kənd sakinləri kimi tanımış, onlarla aralarında qohumluq əlaqələri yoxdur, heç bir düşmənçilik və ya ədavətləri də olmamışdır. X45 şəhərində yaşamasına baxmayaraq hər il mütəmadi olaraq ailəsi ilə birlikdə Qusar rayonuna gəlib-getmiş, kənd camaatı üçün xeyirxah işlər görmüşdür. O, kənd qəbiristanlığında çardaq qurdurmuş, kənd stadionunun müxtəlif əşyalarla təmin edilməsi üçün maddi köməklik göstərmişdir. Zərərçəkmiş şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs və atası Qəhrəman Şamuradov isə maddi imkanları zəif insanlar olmuşlar. Ayvenin daimi iş yeri olmamış, orda-burda fəhləlik edib özünü güclə dolandırmışdır. Atası Qəhrəman kənd orta məktəbində əmək müəllimidir, bir müddət bələdiyyə sədrinin müavini də işləmişdir. Onu çoxdan tanımış, heç vaxt onun yaxşı maddi imkanı olmamışdır. Təxminən 2017-2018-ci illərdə Zərərçəkmiş şəxs1 Beydulloviç ilə söhbət edən zaman ona bildirmişdir ki, 2017-ci ildən başlayaraq Azərbaycan Respublikasında biznes quraraq fəaliyyət göstərmək məqsədi ilə həmin ildən etibarən Təqsirləndirilən şəxs ilə danışıb razılığa gəlmişlər ki, Həmdullanın Rusiyadan göndərdiyi pul vəsaitləri hesabına Qusar rayonu ərazisində yeni torpaq sahələri alsınlar və orada iri buynuzlu cins heyvanlar üçün ferma kompleksi tikilsin, meyvə bağı sahələri salınsın. İşlərin başlanılması ilə bağlı ilkin olaraq 2017-ci ilin yay aylarında Həmdulla ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəldiyi zaman sərmayə kimi Təqsirləndirilən şəxs xeyli miqdarda pul verərək torpaq sahələrinin alınmasına başlamışdır. Sonradan Həmdulla təsərrüfat üçün pulları Rusiya Federasiyasının Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan bacanağı X17 göndərmiş, Zaur İmamquliyev də müxtəlif vaxtlarda, hissə-hissə, limit həddində pulları Azərbaycan Respublikasına, Qusar rayonuna göndərmiş və qeyd olunan məqsədlər üçün pul Ayvenə verilmişdir. Bunun müqabilində torpaq sahələri alınaraq xarici sort alma, şaftalı, gilas bağları salınmış, 1 hektar 51 ərazidə isə iri buynuzlu cins heyvanlar üçün nəzərdə tutulmuş ferma kompleksi tikilmişdir. Əvvəlcədən razılaşdıqları kimi qeyd olunan torpaq sahələri, bağlar, ferma kompleksi xalası oğlu Ayvenin adına rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs özü üçün təsərrüfatlar qurulması məqsədi ilə Rusiyadan Azərbaycana göndərdiyi pulun bir hissəsini poçtla, bankla, qalan pulu isə bank limitini aşdığı üçün Rusiyanın Dağıstan MR-nin Dərbənd şəhərində yaşayan bacanağı Zaur İmamquliyevə göndərmiş və Zaur İmamquliyev də öz növbəsində həmin pulları qanunauyğun, limiti aşmamaq şərti ilə qohumlarına, yaxın tanışlarına vermiş, onlar da Həmdullanın göndərdiyi pulları onun xalası oğlu Ayvenə çatdırmışlar. Həmin şəxslərdən, Azərbaycan Rusiya sərhədində taksi kimi işləyən Qusar rayonu Samur qəsəbə sakinləri Şahid4, Şahid5 və Şahid2 Zaur İmamquliyevin hissə-hissə göndərdiyi pulları götürərək Təqsirləndirilən şəxs vermişlər. Ayven isə həmin pulların hesabına yaratdığı meyvə bağı sahələri və ferma kompleksini, həmçinin qalan pulları özünə götürüb mənimsəmişdir. Bundan başqa, Həmdulladan və həmkəndlilərindən eşidib bilmişdir ki, X57 şəhərindən fərdi yaşayış evi almaq, təsərrüfat üçün “Pikap” markalı avtomobil, iri buynuzlu heyvanların otarılması üçün torpaq sahəsi almaq adı ilə də aldadıb onun pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Bütün qurulan təsərrüfatlar, yəni meyvə bağları və ferma kompleksi Həmdullanın pul vəsaitləri hesabına maliyyələşdirilərək yaradılmışdır. Ayven və onun ailə üzvləri kasıb insanlardır, onların belə böyük işləri görməyə heç vaxt maddi imkanları çata bilməzdi. Ayven fəhləlik edən biri olmuş, sonradan Həmdullanın pullarını talayıb dağıtması hesabına varlanmışdır. Bütün kənd camaatı, qohum-əqrəba, dost-tanış hamı bilirlər ki, bu işlər Həmdullanın pulu ilə onun özü üçün qurulan biznes işi olmuşdur. Həmdulladan həmin işlərin görülməsi adı ilə Ayven 780.000 manat pul almışdır. Özü də digər həmkəndliləri kimi Ayvenin “Youtube” kanalında yayılmış çıxışını görmüşdür. Baş Prokurorluğun inzibati binasının yanında çıxış edib bildirmişdir ki, guya ferma onundur, neçə illərdir rayonda fermer kimi fəaliyyət göstərir, guya Həmdulla onu aldatmışdır, Ayven nə vaxtdan fermer olmuşdur. Bütün bunlar hamısı yalan, böhtan, uydurma sözlərdir. O, fəhləlik etmiş, fermer olmamış, heç vaxt bu təsərrüfatları qurmağa maddi imkanı da çata bilməzdi. Ayvenin nə özünün, nə də atasının belə işləri görməyə imkanları olmamışdır. Ayven xalası oğlu Həmdullanın pulları hesabına yaradılan meyvə bağı sahələrini, ferma kompleksini öz adına yaradılmasından istifadə edərək mənimsəyib talamışdır. O, Zərərçəkmiş şəxs1 göndərdiyi 780.000 (yeddi yüz səksən min) manat məbləğində pul vəsaitinin bir hissəsini mənimsəmiş, bir hissəsini isə dələduzluq yolu ilə müxtəlif adlarla aldadıb ələ keçirmişdir. Ona görə də Həmdulla onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmiş və onun barəsində cinayət işi başlanılaraq istintaq aparılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi təsərrüfatların həqiqi sahibinin Zərərçəkmiş şəxs1 olduğunu sonradan etiraf edib boynuna almış, onun bütün əmlaklarını geri qaytaracağını vəd etsə də, lakin bu vədinə əməl etməmiş, yenə də Həmdullanı aldatmışdır. Ona görə də Zərərçəkmiş şəxs1 yenidən onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs1 özü bu işləri qurub-yaratması barədə ona, digər həmkəndlilərinə demişdir. Onun göndərdiyi pullar hesabına xalası oğlu Ayvenin əli ilə bu işlər yaradılmışdır. Bütün kənd sakinləri, qohum-əqrəba, tanışlar hamı təsdiq edə bilərlər ki, həqiqətən də həmin bağ sahələri, ferma kompleksi Zərərçəkmiş şəxs1 pulunun hesabına tikilib başa çatmışdır. Ayven isə yalnız bu işin təşkil edilməsinə rəhbərlik etmiş, işlərin üstündə duran olmuşdur. Həmdulla bu işi Ayvenin adına açdığı üçün Ayven də bundan istifadə edərək onun əmlaklarını mənimsəyib talamışdır. Ona görə də özü və digər həmkəndliləri, tanışlar həmin faktı, yəni Həmdullanın pulu hesabına Ayvenin yalandan guya özünə aid olduğunu bildirdiyi Qusar rayonu, Gican-oba kəndi ərazisində yerləşən ferma kompleksi, rayonun Mucuq-oba kəndində yerləşən meyvə bağı sahələrinin sahibinin Zərərçəkmiş şəxs1 olduğunu təsdiq edən xx.xx.2021-ci il tarixli akt da tərtib edib imzalamışlar. Həmin aktda olan imza da ona məxsusdur. Məhkəmədə iştirak etməyən şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, şahid X20 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə xx.xx.1989-cu il tarixdə ailə həyatı qurmuşlar. Təqsirləndirilən şəxs sonradan Qusar rayonu Quxur-oba kənd sakini kimi tanımış, onunla aralarında əvvəllər hər hansı qohumluq əlaqələri, düşmənçilikləri olmamışdır. Ailələrinə məxsus Qusar rayonu, Mucuq və rayonun Mucuq-oba kəndlərinin ərazisində müxtəlif yerlərdən 0,64 ha, 2,20 ha, 0,8955 ha və 0,64 ha torpaq sahələri olmuşdur. Özü və digər ailə üzvlərinin əri Zərərçəkmiş şəxs2 verdikləri etibarnamələr əsasında bu torpaq sahələri onun tərəfindən istifadə və idarə edilmişdir. X38 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2017-ci ilin sonlarında əri Zərərçəkmiş şəxs2 ailələrinə məxsus olan həmin torpaq sahələrindən Qusar rayonu Mucuq-oba kəndində yerləşən 0,64 ha torpaq sahəsini 10.000 manata satmaq qərarına gəlmişdir. Əri Zərərçəkmiş şəxs2 ona danışıb demişdir ki, Qusar rayonu Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs adlı şəxs ona müraciət edərək həmin 0,64 ha torpaq sahəsini almaq istədiyini bildirmişdir. Ayven əvvəlcə 10.000 manat qiymət ilə razı olmadığından ərinə torpaq sahəsini daha ucuz qiymətə satmasını təklif etmiş, əri isə onunla razılaşmamışdır. Buna baxmayaraq 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs2 müraciət edərək həmin torpaq sahəsini 10.000 manata almaq istədiyini deyərək, əvvəlcə 1.500 manat pul verib, çıxarışı əldə etdikdən sonra isə qalan 8.500 manat pulu da verəcəyini bildirdiyinə görə özü və Əyyub da buna razılaşmışlar. Əyyub Təqsirləndirilən şəxs həmin 0,64 ha torpaq sahəsini Rusiya Federasiyasında yaşayan xalası oğluna bağ salmaq üçün aldığını, onlardan aldığı torpağın pulunu da xalası oğlunun Rusiyadan göndərdiyini ona demişdir. Sonradan bilmişlər ki, Təqsirləndirilən şəxs xalası oğlu dediyi həmin şəxs əslən Qusar rayonundan olan və RF-nin Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1dur. Təqsirləndirilən şəxs məhz bu şəxsin göndərdiyi pul vəsaiti hesabına meyvə bağları və ferma kompleksi yaratmışdır. 2018-ci ilin avqust ayında əri Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs 0,64 ha torpaq sahəsini almaq üçün ona ilkin olaraq 1.500 manat pul verməlidir, onunla görüşmək üçün Qusar rayon Notariat Kontorunun yanında yerləşən çayxanaya getmişdir. Əyyub evlərindən çıxıb gedib qayıtdıqdan sonra ona demişdir ki, Ayven ona Qusar rayonu, Mucuq kənd sakini X11 yanında 1.500 manat pul vermişdir. Əri Zərərçəkmiş şəxs2 torpaq sahəsinin sənədlərini hazırlatdırıb Təqsirləndirilən şəxs satmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Təqsirləndirilən şəxs torpaq sahəsini alıb əvəzində əri Zərərçəkmiş şəxs2 cəmi 10.000 manat məbləğində pul verəcəyini vəd etdiyi üçün ona inanmışlar. Ona görə də 01 dekabr 2018-ci il tarixdə Əyyub Qusar rayon Notariat Ofisinə gedib Təqsirləndirilən şəxs ilə alqı-satqı müqaviləsi bağlamış, Ayven ərinə əvvəlcədən söz verdiyi kimi 8.500 manat pul da verməli olmuş, əvvəlcədən bu adla onu özünə inandırmış, lakin əri Zərərçəkmiş şəxs2 evlərinə qayıtdıqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu aldatmış, əvvəlcədən inandırıb verəcəyini vəd etdiyi 8.500 manat pulu verməmiş, onu bu adla aldadıb etibarından suİ-İstifadə edərək torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmişdir. Əri Zərərçəkmiş şəxs2 deməsinə görə Qusar rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağladıqdan sonra Təqsirləndirilən şəxs və Qusar rayonu Quxur-oba kənd sakini X12 adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə, daha sonra isə kafeyə getməklə söhbətləşmişlər. Əyyub alqı-satqı müqaviləsini Ayvenə vermiş, Ayven isə pulu ABŞ dolları ilə verə biləcəyini şifahi demiş, ancaq pulu real göstərməmiş, Əyyub ondan pulu Azərbaycan manatı ilə verməsini istəmişdir. Çünki Ayven əvvəlcədən aldığı torpağa görə cəmi 10.000 manat pul verəcəyini vəd etmişdir. Əri Zərərçəkmiş şəxs2 sözlərindən başa düşmüşdür ki, Qusar şəhərində kafedə əyləşən zaman Ayven ona verməli olduğu pulu ABŞ dollarından məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə dəyişib tezliklə geri qayıdaraq verəcəyini demiş, alqı-satqı müqaviləsini də alıb çıxıb getmiş, sonra isə geri qayıtmamışdır. Bundan sonra bilmişlər ki, Ayvenin əvvəlcədən niyyəti Əyyubu aldadaraq əmlaklarını ələ keçirmək olmuşdur. O, ərinin saflığından istifadə edib onun başına bu oyunu gətirmişdir. Əvvəlki bir-iki ayı əri Zərərçəkmiş şəxs2 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və onunla görüşmüşdür. Ayven hər dəfə aldadıcı vədlər verib ona pulu verəcəyinə inandırmışdır. 2018-ci ilin noyabr ayında özü və əri Zərərçəkmiş şəxs2 Qusar rayonu, Mucuq-oba kəndində yerləşən, Ayvenin dələduzluq yolu ilə ələ keçirdiyi torpaq sahəsində vaqon evə gedib onunla danışmışlar. Yenə Ayven aldadıcı vədlər vermiş, ona baxıb pulun qalanım, yəni 8.500 pulu məhz özünə verəcəyini demişdir. Ondan sonra nə qədər axtarsalar da, telefon zənglərinə cavab verməmişdir. Ona görə də məcbur qalıb özü və əri Zərərçəkmiş şəxs2 onun atası Qəhrəman Şamuradovun yaşadığı evinə dəfələrlə gedib pullarını tələb etmişlər. Lakin Qəhrəman ərindən heç bir torpaq sahəsi almadığını, bu məsələnin oğlu Ayven ilə onun arasında olduğunu, özünün heç bir aidiyyəti, o adda oğlunun da olmadığını bildirmişdir. Həmçinin əri Zərərçəkmiş şəxs2 Qusar rayon İHB-nin Quxur-oba kənd İƏD üzrə nümayəndəsi Akif Ağakərimova gedib müraciət edərək bu işdə yardımçı olmasını desə də, A.Ağakərimov isə bu işdə heç bir iştirakının olmadığını bildirmişdir. 2021-ci ilin oktyabr ayında Əyyub Təqsirləndirilən şəxs yaşadığı fermaya gedən zaman itləri açıb onun üstünə buraxmış, pulu verəcəyini vəd etsə də, sözünə əməl etməmiş, yenə də onu aldatmışdır. Ona görə də əri Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs onun ərindən aldığı 0,64 ha torpaq sahəsini Rusiya Federasiyasında yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 Beydulloviçin meyvə bağlarının təşkil edilməsi üçün almışdır. Ondan əri Əyyuba vermək adı ilə pul alsa da, ona da yalandan pulu ona verdiyini demişdir. Təqsirləndirilən şəxs xalası oğlu Zərərçəkmiş şəxs1 pul vəsaiti hesabına tikilən ferma kompleksini, meyvə bağlarının öz adına sənədləşdirməsindən istifadə edərək, onu da heç ora buraxmamış, bildiyi qədər, Ayven Həmdullanın 780.000 manat pul vəsaitini mənimsəmiş, müəyyən hissəsinə ferma, bağ salıb həmin əmlakları, qalan pulu da özünə götürüb talamışdır. Əri Zərərçəkmiş şəxs2 sonradan Zərərçəkmiş şəxs1 ilə görüşüb Ayvenin onların əmlaklarını dələduzluq yolu ilə ələ keçirməsini demişdir. Həmdulla isə meyvə bağları salınması üçün alınan bütün torpaqların pulunu, eləcə də ərindən alınan torpaq sahəsinin pulunu Ayvenə göndərdiyini, Ayvenin onun özünü də aldatdığını demişdir. Həmdullanın bu sözlərini ona əri Əyyub danışmışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və əri Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 aldadıb alqı-satqı müqaviləsini götürüb pulu verməyib getdikdən sonra təxminən əvvəlki iki ayı hər dəfə ona yalan vədlər vermiş, hətta bir dəfə pulu guya ona verəcəyini dediyinə görə ona inanmışlar. Sonradan isə onun niyyətinin elə əvvəlcədən ərini aldatmağa yönəldiyini, onlara pulu vermək fikrinin olmadığını başa düşmüşlər. Ona görə də əri Zərərçəkmiş şəxs2 onun barəsində şikayət ərizəsi ilə Qusar rayon prokurorluğuna müraciət etmişdir. Məhkəmədə iştirak etməyən Şahid23 Zəkəriya oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid23 Zəkəriya oğlu həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun bacısı Şahid20 əridir. Onunla aralarında mehriban münasibətləri vardır. Zəkrulla və Düriyyə əvvəllər fərdi qaydada süd alıb-satmaqla məşğul olmuşlar. Lakin sonradan səhhətlərində yaranmış narahatlıqlarla əlaqədar bu işi dayandırmışlar. Qusar rayonu Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs bacısı Düriyyə və Zəkrulladan aldatma yolu ilə pul alması ilə əlaqədar sonradan tanımışdır. Bacısı Şahid20 və onun əri Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs əvvəllər işlətdiyi Qusar rayonu Gican-oba kəndində yerləşən fermadan süd məhsulu alıb satmışlar. Zəkrulla və Düriyyə 2021-ci ilin əvvəllərində ona bildirmişlər ki, həmin fermanı işlədən Təqsirləndirilən şəxs adlı şəxs onları aldadıb pullarını ələ keçirmişdir. Onlara süd məhsulu verəcəyini vəd edib əvvəlcə 1.500 manat pul almışdır. Ayven onun bacısı Düriyyə və yeznəsi Zəkrullaya ferma üçün iri buynuzlu heyvanlar alacağını deyib ondan 5.000 manat pul istəmiş, ondan bu pulu alıb əvəzində həmin məbləğin dəyərində süd məhsulu verəcəyini vəd etmiş, Zəkrulla və Düriyyə də ona inanıb etibar etmişlər. Ayven əvvəlcə onların etibarlarını qazanmışdır. Ona görə də, Zəkrulla və Düriyyə Ayvenə inanıb 5.000 manat pul vermişlər. Ayven yenə Zəkrulla və Düriyyəyə ferma üçün iri buynuzlu heyvan alacağını yalandan deyib onlardan əlavə 2.000 manat pul istəyərək əvəzində süd məhsulu verəcəyini vəd etmiş, Zəkrulla da onun yalan sözlərinə İnanıb etibar edərək ona 2.000 manat pulu da vermişdir. Həmin vaxtlarda Ayvenin işlətdiyi Qusar rayonu Gican-oba kəndində yerləşən fermada fəhlə kimi özü ilə eyni, yəni Qusar rayonu Sudur kəndində doğulmuş Şahid21 işləmişdir. Bacısı Düriyyə və onun əri Zəkrulla Ayvenə pulun bir hissəsini şəxsən, qalan hissəsini isə Şahid21 vasitəsi ilə vermişlər. Ayven aldığı pullarla fermaya iri buynuzlu heyvan alacağını, aldığı pulların dəyərində olan süd məhsullarını da Zərərçəkmiş şəxs3 verəcəyini vəd edib bu adla özünə inandıraraq onun və Düriyyənin etibarını qazanmışdır. O, guya fermaya iri buynuzlu heyvan alacağını desə də, fermaya yeni heyvan alınmamış, əksinə sonradan orada olan heyvanları da satmış, bu adla Zərərçəkmiş şəxs3 aldatmışdır. Təqsirləndirilən şəxs Zəkrullanın etibarından sui-istifadə edib pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Ayven Zəkrulladan müxtəlif aldadıcı vədlərlə aldığı 8.500 manat pulun əvəzində ona bir litri 0,55 manatdan olmaqla 8.110 litr, cəmi 4.460,50 manat (dörd min dörd yüz altmış manat 50 qəpik) məbləği təşkil edən süd məhsulu vermiş, ona vəd etdiyi kimi əlavə olaraq 4.039,50 manat (dörd min otuz doqquz manat 50 qəpik) dəyərində süd məhsulu da verməli olduğu halda, onu aldadıb dələduzluq edərək həmin süd məhsulunu verməmişdir. Onun əvvəlcədən niyyəti Zəkrullanı aldadıb pulunu ələ keçirmək olmuşdur. Çünki onun bütün sözləri yalan olmuş, verdiyi vədlərə əməl etməmişdir. O, Zəkrullaya süd məhsulu verəcəyini vəd edib onu aldadaraq 4.039,50 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun yeznəsi Zərərçəkmiş şəxs3 aldadıb ələ keçirdiyi pulunun heç bir hissəsini qaytarmamışdır. Ona görə də Zəkrulla ondan şikayət etmək qərarına gəlmişdir. Həmin vaxtlarda, 2021-ci ilin təxminən yanvarfevral aylarında yaşadığı Qusar rayonu Ləgər-qışlaq kəndində yerləşən evində olarkən Təqsirləndirilən şəxs atası Qəhrəman Şamuradov onların evinə gəlmişdir. Q.Şamuradov da onun kimi Qusar rayonu Sudur kəndində anadan olmasını, onunla tanışlığına əsasən Qəhrəman ona bildirmişdir ki, oğlu Ayvenin Zəkrulladan aldığı pulları özü ona qaytaracaqdır. Bunun əvəzində Zəkrullaya Ayvenin barəsində heç bir dövlət orqanına şikayət etməməsini deməsini xahiş etmişdir. Qəhrəman Ayvenin aldığı pulları 2021-ci ilin mart ayının sonuna kimi özünün qaytaracağına söz vermişdir. Bundan təxminən bir ay sonra Qusar rayonu Çubuqlu kəndi ərazisində yerləşən “Qavaqaltı” adlanan kafedə yemək yeyərkən orada təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Təqsirləndirilən şəxs ilk dəfə görmüş, o da həmin kafedə əyləşib yemək yemişdir. Ayven onun yeznəsi Zəkrullanı aldadıb pulunu ələ keçirdiyi üçün bu pulu qaytarmasını demək üçün ona yaxınlaşmış, birlikdə kafenin qarşısına çıxıb söhbət edən zaman ondan Zəkrullanın pulunu niyə qaytarmadığını soruşmuşdur. O isə arxayın olmasını, Zəkrullanın pulunu mütləq şəkildə geri qaytaracağına söz vermiş, hətta atası Qəhrəman Şamuradovun dediyi kimi bu pulu 2021-ci ilin mart ayının sonuna kimi qaytaracağım bildirmişdir. Lakin sonradan onun yalan danışdığını bilmişdir. Nə özü, nə də atası Qəhrəman Şamuradov onun yeznəsinin pulunu qaytarmamışlar. Ona görə də özü, bacısı Düriyyə və yeznəsi Zəkrulla bu pulu istəmək üçün bir neçə dəfə Qəhrəman Şamuradov və ailə üzvlərinin yaşadıqları Qusar rayonu Quxur-oba kəndində yerləşən evinin qarşısına getmişlər. Qəhrəman hər dəfə onlara Ayvenin pulu qaytaracağını desə də, buna baxmayaraq Ayven Zəkrulladan aldatma yolu ilə aldığı 4.039,50 manat məbləğində pulun heç bir hissəsini qaytarmamış, hər dəfə evlərinə və fermanın ərazisinə getdikdə onlardan qaçıb gizlənmişdir. Sonradan bilmişlər ki, Ayvenin işlətdiyi ferma onun Rusiya Federasiyasında yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Zərərçəkmiş şəxs1la şəxsi tanışlığı olmasa da, barəsində ona bacısı Düriyyə və yeznəsi Zəkrulla söhbət etmişlər. Zəkrulla təsərrüfatın sahibi olan Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət etmişdir. Onun sözlərindən eşidib bilmişdir ki, bütün bu təsərrüfat onun pul vəsaitləri hesabına qurulmuş, bütün xərclər də onun tərəfindən çəkilmiş, iri buynuzlu heyvanlar alınmış, əmlakın sahibi Həmdullanın özü olmuş, Ayven isə onun əmlakını mənimsəmişdir. Təqsirləndirilən şəxs tək Zərərçəkmiş şəxs3 qarşı deyil, başqa şəxslərə qarşı da eyni yolla dələduzluq edib pullarım ələ keçirib mənimsəmişdir. Zəkrulla Ayvendən pulunu istəmək üçün mütəmadi olaraq Düriyyə ilə birlikdə Qusar rayonu Gican-oba kəndində yerləşən fermanın ərazisinə getmişlər, hətta bəzi vaxtlarda özü də onlarla birlikdə getmişdir. Həmin vaxtlarda orada Qusar rayonu Mucuq kənd sakini Zərərçəkmiş şəxs2 görüb onunla tanış olmuşlar. Orada bilmişdir ki, Ayven həmin Zərərçəkmiş şəxs2 qarşı da dələduzluq edib Qusar rayonu Mucuq-oba kəndində yerləşən torpaq sahəsini ələ keçirmiş, ona əvvəlcədən vəd etdiyi 8.500 manat pulu verməyib ona qarşı da dələduzluq etmişdir. Məhkəmədə iştirak etməyən Şahid25 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid25 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun atasının əmisi oğludur. Onunla aralarında mehriban münasibətləri vardır. Qusar rayonu Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs təxminən iki-üç il olar Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımış, onu Zərərçəkmiş şəxs4 yanında bir neçə dəfə görmüşdür. Özü, Elşən və Ayven Xaçmaz rayonu ərazisində müxtəlif kafelərdə, restoranlarda birlikdə əyləşib yemək yeyib söhbətləşmişlər. 2021-ci ilin təxminən yay aylarında Zərərçəkmiş şəxs4 ona demişdir ki, Äyven ona birlikdə keçi alıb saxlamağı vəd etmiş, özü də onun bu təklifini qəbul etmişdir. Ayven bu adla Elşəndən onun bibisinin baldızı Şahid24 vasitəsi ilə 19.000 manat pul da almışdır. Elşən ilə mütəmadi olaraq görüşüb bu barədə söhbət etdikdə Elşən ona bildirmişdir ki, Ayven onun pulunu alsa da, verdiyi vədə əməl etməmişdir. 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında özü, qohumu Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs bir neçə dəfə Xaçmaz rayonu ərazisində müxtəlif obyektlərdə birlikdə əyləşən zaman da bu söhbət açılmışdır. Eşidib şahidi olduğu söhbətlər zamanı Elşən Ayvendən vəd etdiyi keçilər haqqında soruşmuş, Ayven isə birlikdə iş qurub yaxşı pul, xeyir qazanacaqlarını, bu məsələnin mütləq şəkildə alınacağını, dəqiq olduğunu deyib vədlər vermişdir. Lakin Ayven verdiyi vədlərə əməl etməmiş, heç bir heyvan da almamış, Zərərçəkmiş şəxs4 aldatmışdır. Təqsirləndirilən şəxs keçi alıb saxlamaq adı ilə Elşənin 19.000 manat pulunu alsa da, heç bir iş görmədiyi üçün Elşən ondan pulunu geri qaytarmasını istəmiş, Ayven isə hər dəfə müxtəlif aldadıcı vədlər vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 keçi alıb saxlamaq adı ilə aldadıb 19.000 manat pulunu ələ keçirmişdir. Sonradan başa düşmüşlər ki, Ayvenin həqiqətdə də əvvəlcədən niyyəti Elşəni aldatmaq, onun pulunu bu cür fırıldaqçılıq yolu ilə ələ keçirmək olmuş, heç bir keçi heyvanı almaq məqsədi, planı olmamışdır. Ayven əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu, onun qohumu Flora Kərimoyadan istifadə edib onun əli ilə Elşəndən bu pulu almış, Floranı da onun qarşısında pis vəziyyətə qoymuşdur. Elşən ondan pulunu qaytarmasını istədikdə isə işlətdiyi, Qusar rayonu Gican-oba kəndində yerləşən ferma kompleksini, sonra isə Qusar rayonu Mucuq-oba kəndində meyvə bağlarım satıb onun pulunu mütləq şəkildə qaytaracağına söz vermiş, amma onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onlara özünü işlətdiyi, Qusar rayonu Gican-oba kəndində yerləşən ferma kompleksinin və rayonun Mucuq-oba kəndində yerləşən meyvə bağlarının sahibi kimi təqdim etmişdir. Sonradan isə bilmişlər ki, həmin təsərrüfatların sahibi onun doğma xalası oğlu, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1dur. Ayven Zərərçəkmiş şəxs1 və digər ayrı-ayrı şəxsləri də müxtəlif adlarla dələduzluq yolu ilə aldadıb pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs1la şəxsi tanışlığı olmasa da, onun haqqında eşidib bilmişdir. Elşənin başına bu oyunu gətirdikdən sonra bilmişdir ki, onun özünün olmasını dediyi ferma kompleksi və meyvə bağları xalası oğlu Zərərçəkmiş şəxs1 Rusiyadan göndərdiyi pul hesabına qurulmuşdur. Ayven isə onun işlərinin başında durub rəhbərlik etmiş, Həmdulla RF vətəndaşı olduğundan bütün təsərrüfat Ayvenin adına sənədləşdirilmiş, o da bundan istifadə edib Zərərçəkmiş şəxs1 bütün əmlakını mənimsəyib talamışdır. Eşitdiklərinə görə Ayven Həmdullanın 780.000 manat puluna yaradılmış meyvə bağı sahələri, ferma kompleksini, iri buynuzlu xarici cins heyvanları ələ keçirib satıb mənimsəmişdir. Təqsirləndirilən şəxs bu cinayət əməllərinə görə barəsində Qusar rayon polis şöbəsində, daha sonra isə Qusar rayon prokurorluğunda cinayət işinin istintaqının aparılması barədə məlumatı olmuşdur. Həmçinin eşidib bilmişdir ki, Ayvenin barəsində Qusar rayon polis şöbəsinin İstintaq bölməsində cinayət işinin istintaqı aparılarkən onun qohumu Şahid24m məcbur etmişdir ki, Zərərçəkmiş şəxs1 əleyhinə istintaqda ifadə verərək guya Floranın yanında xalası oğlu Zərərçəkmiş şəxs1 280.000 manat pul verdiyini yalandan təsdiqləsin. Ayven Floranı ondan aldığı Elşənin pulunu qaytarmayacağı ilə hədələmiş, belə ifadə verməsə pulu verməyəcəyini dediyinə görə Flora da məcbur qalıb onun dediklərini yalandan təsdiq etmişdir. 2022-ci ilin təxminən yanvar ayında “Turbo.az” saytında satışa qoyulan avtomobillərə baxan zaman orada ağ mirvari rəngli “QAZ 24-10” markalı avtomobilin satıldığını görmüş, daha sonra isə həmin avtomobilin qohumu Zərərçəkmiş şəxs4 aldadıb pulunu ələ keçirən Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişdir. Ayven ilə avtomobili 4.200 manata alacağı barədə razılaşmışlar. Həm də düşünmüşdür ki, Ayvendən bu avtomobili alar, o da pulu alıb Elşənə qaytarar. Ayvenə 400 manat beh vermişdir. Avtomobili rəsmiləşdirmək üçün özü və Ayven 2022-ci ilin yanvar ayının əvvəllərində Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz rayon Qeydiyyat-İmtahan və X58 getmişlər. Həmin vaxt avtomobilin üzərində həbs olduğundan alqı-satqı edə bilməmişlər. Ayven avtomobilin üzərindən həbsin alındığını bildirdikdən sonra 19 yanvar 2022-ci il tarixdə yenidən Xaçmaz RQİ və TBŞ-nə getmişlər. Həmin vaxt Qusar rayonu Çubuqlu kənd sakini Tərlan Əhmədov da orada olmuş, qohumu Zərərçəkmiş şəxs4 da Xaçmaz RQİ və TBŞ-nin qarşısına gəlmişdir ki, Ayvenə pul verdikdən sonra ondan pulunu qaytarmasını istəsin. Özü və Ayven alqı-satqı etmişlər. “QAZ 24-10” markalı avtomobili Ayvendən alıb əvəzində ona 3.800 manat pul vermişdir. Oradan çıxdıqdan sonra Elşən Ayvenə yaxınlaşıb pulunu istəsə də, Ayven onun pulunu qaytarmamış, oradan uzaqlaşıb çıxıb getmişdir. Özü isə sonradan həmin “QAZ 24-10” markalı avtomobili başqa şəxsə satmışdır. Məhkəmədə iştirak etməyən Şahid26 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid26 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun anasının xalası oğludur. Onunla aralarında mehriban münasibətləri vardır. Özü Özbəkistan Respublikası vətəndaşı olub həmin ölkənin Daşkənd şəhərində yaşasa da, Azərbaycan Respublikasına, Xaçmaz rayonu Xudat şəhərinə qohumlarının yanma gəlibgedir, onlarla mobil telefon vasitəsi ilə əlaqə saxlayır. Təxminən 3-4 il əvvəl Özbəkistan Respublikasında olan zaman “whatsapp” proqramı vasitəsi ilə xalası Şahid24 ilə əlaqə saxlayan zaman ona Qusar rayonu Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs ilə qeyrirəsmi birlikdə yaşadıqlarını deyib onunla tanış etmişdir. Təqsirləndirilən şəxsla “whatsapp” proqramı vasitəsi ilə görüntülü danışaraq tanış olmuşdur. Görüntülü telefon danışıqları zamanı Ayven ona özünü fermer, Qusar rayonu Gican-oba kəndində yerləşən ferma kompleksi və Mucuq-oba kəndində yerləşən meyvə bağlarının sahibi kimi təqdim etmiş, fermada olan inəkləri göstərmiş, özü də ona inanmışdır. Hətta öz ailəsində də iri buynuzlu heyvanlar olduğu üçün Ayvenə Azərbaycan Respublikasına gəldiyi zaman onun işlətdiyi fermada işləyə biləcəyini demiş, Ayven də ona heç bir problem olmadığını demişdir. Sonradan xalası Şahid24 ilə əlaqə saxlayarkən ona məlum olmuşdur ki, Ayvenin işlətdiyi ferma kompleksi və meyvə bağları onun Rusiya Federasiyasında yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 ona göndərdiyi pul vəsaitləri hesabına yaradılmış, bütün əmlakların sahibi Zərərçəkmiş şəxs1 olmuşdur. 2022-ci ilin təxminən may ayında isə Azərbaycan Respublikasına, Xaçmaz rayonu Xudat şəhərinə gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona özünü fermer kimi təqdim edib Azərbaycan Respublikasına gəldiyi vaxtda ona iş verəcəyini dediyi üçün 2022-ci ilin təxminən may ayında xalası Şahid24 vasitəsi ilə onunla əlaqə saxlayıb Xaçmaz şəhərində yerləşən “Çənlibel” restoranında görüşmüşdür. Aralarında olan söhbət zamanı Ayvendən ona söz verdiyi iş, yəni iri buynuzlu heyvanlara baxmaq haqqında soruşmuşdur. Ayven ona Qusar rayonu Gican-oba kəndində yerləşən fermanı öz adına sənədləşdirdiyini, oradakı iri buynuzlu heyvanları satdığını, onun qohumu Zərərçəkmiş şəxs4la birlikdə keçi alıb saxlayacağını, həmin keçiləri sifariş verdiyini, onu da ora işçi kimi götürəcəyini bildirmiş, lakin Elşənə heç nə deməməsini tapşırmışdır. Ayven ona yalandan demişdir ki, əgər Elşənə bu haqda danışsa, qohum olduğu üçün onu işlətmək istəməyəcək, ona görə də işləməsinə icazə verməyəcəkdir. Özü də Ayvenin bu sözlərinə inandığına görə danışıqları barədə Elşənə heç nə danışmamışdır. Sonradan Ayvenin danışıqlarından Elşəndən qaçdığını başa düşmüşdür. Çünki Ayven mütəmadi olaraq onun mobil telefon nömrəsinə zəng etdikdə Elşəni soruşmuşdur. Ona Elşənin yanında olduğunu dedikdə isə onlarla görüşəcəyini desə də, yanlarına gəlməmiş, Elşəndən qaçmışdır. Elşən Ayvenin mütəmadi olaraq onunla mobil telefon vasitəsi ilə əlaqə saxladığını gördükdən sonra isə ona demişdir ki, Ayven ona birlikdə keçi alıb saxlamağı təklif edib: bu işdən yaxşı pul qazanacaqlarını vəd etmiş, özü də ona inanmışdır. Ayven bu adla ondan xalası Şahid24 vasitəsi ilə 19.000 manat pul almış, lakin vədinə əməl etməyib onu aldadıb pulunu ələ keçirmişdir. Bundan sonra başa düşmüşdür ki, Ayvenin ona dediyi sözlər yalan, uydurmadır, guya Elşənlə birlikdə keçi alıb saxlayacaqlarını, onu da fermaya işçi kimi götürəcəyini yalandan demişdir. Ayven ondan pul almasa da, düşünmüşdür ki, ona yalan danışıb özünə inandırmaqda məqsədi ondan ibarət olmuşdur ki, tez-tez onunla əlaqə saxlayıb qohumları Flora və Elşənin harada olduqlarını, kiminlə, hara getdiklərini soruşmuşdur. Özü isə Ayvenin ondan istifadə edib məlumat topladığını başa düşməmiş, ona inanıb bütün suallarına cavab vermişdir. Elşən və Flora Ayvenin onunla mütəmadi əlaqə saxladığını gördükdən sonra onun əsl üzünü açıb ona danışıb ayıltmışlar. Məhz bundan sonra onun əsl niyyətini, dələduz, fırıldaq insan olmasını, Elşənin 19.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini bilmişdir. Özü, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs bir neçə dəfə Xaçmaz rayonunda yerləşən müxtəlif kafelərdə, restoranlarda görüşüb, söhbət edən zaman Elşən ondan pulunu geri qaytarmasını istəmişdir. Ayven onun pulunu qaytaracağına söz versə də, qaytarmamışdır. Ayven əvvəllər qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Şahid24 istifadə edib onun əli ilə Elşəndən bu pulu almış, vədinə isə əməl etməyib onu aldatmış, Floranı da onun qarşısında pis vəziyyətdə qoymuşdur. Təqsirləndirilən şəxs onlara özünü işlətdiyi, Qusar rayonu Gican-oba kəndində yerləşən ferma kompleksinin və rayonun Mucuq-oba kəndində yerləşən meyvə bağlarının sahibi kimi təqdim etsə də, sonradan bilmişlər ki, həmin təsərrüfatların sahibi onun doğma xalası oğlu, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1dur. Həmin təsərrüfatlar Zərərçəkmiş şəxs1 Rusiyadan göndərdiyi pul hesabına qurulmuşdur. Ayven isə onun işlərinin başında durub rəhbərlik etmiş, Həmdulla RF vətəndaşı olduğundan bütün təsərrüfat Ayvenin adına sənədləşdirilmiş, o da bundan istifadə edib Zərərçəkmiş şəxs1 bütün əmlakını mənimsəyib talamışdır. Eşitdiklərinə görə Ayven Həmdullanın 780.000 manat puluna yaradılmış meyvə bağı sahələri, ferma kompleksini, iri buynuzlu xarici cins heyvanları ələ keçirib satıb mənimsəmişdir. Məhkəmədə iştirak etməyən Şahid27 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid27 Zərərçəkmiş şəxs4 ilə, məhkəmədə ifadəsi elan olunmuş digər şahidlər Şahid26 və Şahid25la və məhkəmədə dindirilmiş Şahid24 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid28 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid28 həmin ifadəsində göstərmişdir ki, 2009-2016-cı illərdə Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla, orada ticarət obyektlərinin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuş, sonradan Azərbaycan Respublikasına qayıdaraq hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, Xaçmaz rayonu, Xudat şəhər bazarında fərdi qaydada ət satmaqla məşğul olub ailəsini dolandırır. Qusar rayonu, Quxur-oba kənd sakini Təqsirləndirilən şəxs 2018-ci ildən Xaçmaz rayonu, Xudat şəhər bazarına gəlibgedərkən orada görüb tanımışdır. Onunla aralarında heç bir qohumluq, digər yaxın əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs ilə bazarda təsadüfi tanışlığından sonra aralarında normal münasibətləri yaranmış, əvvəllər heç bir başqa narazılıq, münaqişə, düşmənçilik və ya ədavətləri olmamışdır. Özü də milliyyətcə ləzgi, bir tərəfi Qusar rayonuna bağlı olduğundan 2018-ci ildə Təqsirləndirilən şəxsla aralarında tanışlıq münasibəti yarandıqdan sonra Xaçmaz rayonu Xudat şəhərində müxtəlif kafelərdə dəfələrlə birlikdə əyləşib söhbətləşmiş, çay içmiş, çörək yemişlər. Söhbətləri zamanı ona bildirmişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan doğma xalası oğlu Zərərçəkmiş şəxs1 adında yaxın qohumu imkanlı şəxsdir, orada bizneslə məşğuldur, söhbətlərindən başa düşmüşdür ki, çox yaxın münasibətdədir. İlk əvvəl isə hətta onu doğma qardaşı kimi qələmə versə də, sonradan Zərərçəkmiş şəxs1 onun xalası oğlu olduğunu, ancaq qardaş kimi yaxın olduqlarını demişdir. Təqsirləndirilən şəxs ona deməsindən başa düşmüşdür ki, Zərərçəkmiş şəxs1 Rusiyadan ona böyük məbləğdə pul vəsaitləri göndərmiş, həmin pul vəsaitləri hesabına Zərərçəkmiş şəxs1 üçün Qusar rayonu, Mucuq-oba kəndində meyvə bağı sahələri salınmış, rayonun Gican-oba kəndində ferma kompleksi tikilmiş və orada iri buynuzlu, cins heyvanlar alıb saxlayırlar. Zərərçəkmiş şəxs1 bu əmlaklarını Ayvenə etibar etmiş, onun işlərinin üstündə Ayven durmuş, sənədlərdə də onun adına rəsmiləşdirilmişdir. Hətta sonrakı tanışlıqları zamanı Ayven bir neçə dəfə onu çay içmək, çörək yemək üçün bu bağ sahələri və ferma kompleksinin ərazisinə də dəvət etmiş, özü də onun dəvətini qəbul edərək bu təsərrüfatlara gedib onunla birlikdə çörək yemişdir. Elə həmin vaxtlarda Zərərçəkmiş şəxs1 məxsus həmin təsərrüfatları görüb tanımışdır. Hətta təxminən 2019-cu ilin yay aylarında Ayven onun iş yerinə gəldiyi vaxtlarda Zərərçəkmiş şəxs1 da onun yanında görüb tanımışdır. Onların aralarındakı danışıqlardan da eşitmişdir ki, Ayvenin istifadə etdiyi meyvə bağı sahələri və ferma kompleksinin sahibi Zərərçəkmiş şəxs1dur, bütün təsərrüfatlar, ferma kompleksi də birbaşa onun sərmayə qoyduğu pul vəsaitləri hesabına yaradılmışdır, Ayven də onun işlərinin üstündə duran icraçı kimi işlərə rəhbərlik etmişdir. 2020-ci ilin təxminən mart ayının sonlarında Təqsirləndirilən şəxs ilə növbəti görüşlərindən birində işlədiyi Xaçmaz rayonu, Xudat şəhər bazarında görüşüb söhbətləşərkən Ayven ona bildirmişdir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayan X21 adlı atasının əmisi qızı var, deməsinə görə guya ona pul borcludur, həmin pul borcunun əvəzində isə ona ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini vermişdir. Özü də bu evi rəsmiləşdirib satmaq istəyir. Sonradan bilmişdir ki, evin sahibi Səlimə Novruzova həqiqətən də onun atası Qəhrəman Şamuradovun əmisi qızıdır. Ev də ona rəhmətə gedən mərhum əri X5 miras qalmışdır. Evin sahibi Səlimə Novruzovam tanımamışdır. Bu ev Qusar şəhərinin demək olar ki mərkəzində, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşir. Ayven bu evi satmaq istədiyini dedikdə, özü də fikirləşmişdir ki, öz adına şəxsi evi yoxdur, Qusar şəhərindən ev alsın, gələcəkdə birdən lazım olar köçüb orada yaşayar. Ona görə də Təqsirləndirilən şəxs həmin evi almaq istədiyini demiş, sonra birlikdə gedib həmin evə baxmışdır. Ev kürsülü, köhnə tikilmiş bir ev olsa da, şəhərin yaxşı yerində yerləşdiyi üçün ona əlverişli olduğuna görə almağa və evin qiymətini 40.000 manata alqı-satqısına razılaşmışlar. Ayven evin Rusiya vətəndaşı olan qohumu Səlimə Novruzovaya məxsus olduğu üçün ondan etibarnamə aldığını, həmin evin sənədləşdirilməsi işini həll edib sonra ona satacağını bildirmişdir. Sənədləşdirmədən sonra из özü də Ayvenə 40.000 manat pul verməyi öz aralarında razılaşmışlar. Ancaq evin sənədləşdirilməsi məsələsi uzun müddət, yəni təxminən 1 ilə yaxın müddət çəkmişdir. Ayven evi ona satmaq üçün əvvəlcə qeyrirəsmi ər-arvad münasibətlərində yaşadığı Şahid24 adına sənədləşdirmişdir. Şahid24m Xaçmaz rayonu Xudat şəhər sakini kimi əvvəllərdən tanımışdır. Xudat şəhəri 2 nömrəli tam orta məktəbdə müəyyən müddət eyni sinifdə təhsil almışlar. Ayven evi Floranın adından ona satmaq üçün Floradan etibarnamə almışdır. Evin alqı-satqısı ilə bağlı söhbətlər özü ilə Ayvenin arasında olmuş, Flora bu danışıqlarda iştirak etməmişdir. Evin sənədləri hazır olduqdan sonar 17 mart 2021-ci il tarixdə Qusar rayon notariat ofisində alqı-satqı etmişlər. Ayven Floranın etibarnamə üzrə nümayəndəsi kimi çıxış edərək ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini onun adından ona rəsmi qaydada satmış, özü də evin dəyəri olan 40.000 manat pulu Ayvenə vermək üçün "xxxx" ASC-nin Qusar filialında xüsusi depozit hesaba yerləşdirmişdir. Qusar rayon notariat ofisində alqı-satqı müqaviləsi bağlandıqdan sonra isə Ayven depozit hesabdan pulu götürmüşdür. Həmin vaxtdan bu fərdi yaşayış evi ona məxsusdur, həyət sahəsindən istifadə etsə də, yaşayış üçün istifadə etmir, kirayəyə də verməmiş, hazırda ev boşdur. Bu fərdi yaşayış evini aldıqdan sonra öz adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. 2021-ci ilin təxminən yay aylarında Zərərçəkmiş şəxs1la Xaçmaz rayonu Xudat. şəhərində yerləşən “Panorama” adlı kafedə görüşüb söhbət edərkən ona bildirmişdir ki, Ayven onun hissə-hissə, müxtəlif vaxtlarda göndərdiyi 780.000 manat məbləğində pul vəsaitlərini, meyvə bağlarını, ferma kompleksini, orada saxlanılan iri buynuzlu cins heyvanları, bütün əmlaklarını mənimsəmiş, həmçinin ona göndərdiyi həmin məbləğdə pulun bir hissəsini isə müxtəlif adlarla aldadıb ələ keçirmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı fərdi yaşayış evini xalası oğlu Zərərçəkmiş şəxs1 üçün alacağını yalandan vəd verib aldatma yolu ilə onun 111.500 manat pulunu da alıb ələ keçirmişdir. Hətta evin çıxarış sənədini, şəkilini də Həmdullaya atıb onu inandıraraq pulu ondan almışdır. Ancaq özünün əvvəlcədən bundan xəbəri olmamışdır. Zərərçəkmiş şəxs1 sözlərindən eşidib bilmişdir ki, Ayvenin onun əmlaklarını mənimsəməsi, fırıldaq yolu ilə aldadıb ələ keçirməsinə görə onun barəsində Qusar rayon prokurorluğuna şikayət etmiş, cinayət işi başlanılaraq sonradan Qusar rayon polis şöbəsinə göndərilmiş, orada istintaq aparılmışdır. Eyni zamanda Ayven onun kimi çoxlu sayda başqabaşqa adamları da aldadıb pullarını, əmlaklarını ələ keçirmişdir. Sonradan eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayonu Mucuq kənd sakini Zərərçəkmiş şəxs2 də aldadıb ona məxsus torpaq sahəsini ələ keçirib dələduzluq edib pulunu verməmişdir. Həmçinin Qusar şəhər sakini Zərərçəkmiş şəxs3 adlı şəxsi də süd verəcəyi adı ilə aldadıb onun da pulunu ələ keçirmişdir. Bundan başqa, 2021-ci ilin təxminən payız aylarında əvvəlcədən Xaçmaz rayonu Xudat şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs Xudat şəhəri ərazisində müxtəlif yerlərdə birlikdə görüb mübahisə etdiklərini, onun yanında danışıqlarından məlum olmuşdur ki, Ayven qeyri-rəsmi arvadı Şahid24 xalası oğlu Zərərçəkmiş şəxs4 hələb cinsli keçi heyvanı alıb saxlamağın sərfəli olduğunu, bu işdən yaxşı qazanc götürmək adı ilə şirnikləndirib Floranın əli ilə ondan 19.000 manat pul aldadıb almış, bir müddətdən sonra nə vəd etdiyi kimi keçi heyvanı almamış, nə də Ayven Elşənin pulunu qaytarıb verməmişdir. Ayven ilk vaxtlarda Elşəndən bu pulu aldığını etiraf etsə də, lakin sonrakı müddətdə isə bunu birmənalı olaraq danaraq onlardan pul almadığını deyib bu işdən boyun qaçırmışdır. Həmçinin bütün Qusar rayonu, onu tanıyanlar, tanışlar hamı bilirlər ki, Təqsirləndirilən şəxs heç vaxt fermer olmamışdır, xalası oğlunun pulunu, əmlaklarını yeyib dağıdaraq özünü yalançı fermer kimi belə qələmə verməyə çalışmışdır. Faktiki isə sadə kənd müəlliminin ailəsində böyüyən Təqsirləndirilən şəxs bu cür böyük biznes layihəsini həyata keçirməyə maddi imkanı olmamış, ola da bilməzdi. Rayonda hamı bir-birini çox yaxşı tanıyır, kimin imkanı nəyə çatdığını da hamı yaxşı bilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X49 xx.xx.2021-ci il tarixdə Qusar rayon polis şöbəsinin İstintaq bölməsinə, xx.xx.2021-ci il tarixdə isə Qusar rayon prokurorluğuna ərizələr ilə müraciət edərək, Təqsirləndirilən şəxs Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma və rayonun Mucuq-oba kəndində yerləşən bağ sahəsini xalası oğlu Zərərçəkmiş şəxs1 pulu ilə saldığını, bütün xərcləri Zərərçəkmiş şəxs1 çəkdiyini və bütün biznesin Zərərçəkmiş şəxs1 pulları ilə Təqsirləndirilən şəxs tərəfindən qurulduğunu, fermanı və bağ sahəsini Zərərçəkmiş şəxs1 təhvil verməklə ona qaytardığını, bu bağ sahəsi, ferma ilə bağlı heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişlər. İş materiallarından görünür ki, şahid qismində dindirilmiş Şahid24 xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə ərizələr ilə Qusar rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildən 2022-ci ilin may ayınadək qeyri-rəsmi bir yerdə yaşamışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dələduz, yalançı, fırıldaqçı bir insandır. Onun fikri ancaq yaxın çevrəsində olan insanları min cür fırıldaq yolu ilə aldadıb pullarını ələ keçirməkdir. O, öz doğma xalası oğlu Zərərçəkmiş şəxs1 Beydulloviçin 780.000 manat məbləğində pulunu ələ keçirib mənimsəmişdir. Zərərçəkmiş şəxs1 da ona inanıb xala oğlu olaraq Təqsirləndirilən şəxs adına bu işləri gördüyü üçün bu etibardan istifadə edib onun pullarını ələ keçirmişdir. Daha sonra onun inam və etibarından sui-istifadə edərək doğma xalası oğlu Zərərçəkmiş şəxs4 onun əli ilə 19.000 manat pul alıb guya xırda buynuzlu keçi heyvanları alıb onunla birgə iş görəcəyini vəd vermiş, lakin sonradan başa düşmüşlər ki, onun elə əvvəlcədən fikri, xalası oğlu Zərərçəkmiş şəxs4 bu yolla şirnikləndirib guya yaxşı gəlir olacağı adı ilə aldatmaq və bu pulu ələ keçirmək olmuşdur. Reallıqda isə onun heç bir iş görmək fikri olmamış, məqsədi pulu ələ keçirmək olmuş, onu da pis vəziyyətə salmışdır. Ayvenin anası Zina Şamuradova ilə söhbət zamanı ondan bu hadisənin nədən ibarət olması ilə maraqlandıqda anası özü ona demişdir ki, bacısı oğlu RF-nın Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1 oradan kisə-kisə pul göndərmiş, Ayven də öz aralarında olan razılığa əsasən bu işləri görmüşdür. Sonradan isə yaradılan ferma, orada olan mal-qara, hektarlarla meyvə bağlarının öz adına olmasından istifadə edərək ələ keçirdiyi üçün iki xala oğlu arasında problem yaranmışdır. Hətta bu söhbəti biləndən sonra həm Ayvenə, həm də anası Zina Şamuradovaya demişdir ki, “Zərərçəkmiş şəxs1 haqlıdır, camaatın ferması, bağını qaytarın verin, bu söz-söhbət qurtarsın, halallıq olsun, bir belə pul göndərən adam nətər bu işdən əl çəkər”. Ayven onun yanında ferma işçilərinə yığıb demişdir ki, Zərərçəkmiş şəxs1 içəri buraxmasınlar. Özü də buna həmişə etiraz etmişdir. Onda anası Z.Şamuradovanın yanında Təqsirləndirilən şəxs ona demişdir ki, “sən Həmdullanı müdafiə edirsən, nə marağın var, nədir Həmdulla ilə əlbirsən”. Ayven gecə-gündüz onu məcbur etmişdir ki, Qusar RPŞ-də onun haqqında aparılan cinayət işi üzrə istintaqda gedib onu müdafiə etsin, yalandan guya fermanın tikilməsinə, meyvə bağının salınmasına xərci özünün çəkdiyini deməklə ifadə versin. 2021-ci ilin təxminən avqust ayında Qusar RPŞ-nə gələrək Təqsirləndirilən şəxs təzyiqi, hədə-qorxusu və təsiri altında, məcburiyyət qarşısında ifadə verərək guya Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 280.000 manat qaytardığını bildirmişdir. Hərçənd ki, bu olmamışdır. Ayven onun heç bir pulunu qaytarmamış, bu cür söz deməyə də onu məcbur etmişdir. Neçə vaxtdır vicdan əzabı çəkmiş, ona görə də özü könüllü Qusar rayon prokurorluğuna, gələrək əsl həqiqəti deməyi qərara almışdır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Beydulloviç, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılan zaman da onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deməklə tam təsdiq etmişlər. İş materiallarından görünür ki, iş üzrə şahidlər - Şahid2, Şahid4, Şahid5, Şahid20, Şahid19, Şahid24 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılan zaman da onlar ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 178.4-cü maddələri təqsirləndirilənməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1, 39.1.2, 39.1.12-ci maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon prokurorluğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar yeni açılmış hallara görə ləğv edilmiş və cinayət işinin ibtidai istintaq icraatı təzələnməklə istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Qusar rayonu, Gican-oba kəndində yerləşən ferma kompleksidir. Baxış zamanı ferma kompleksinin ərazisində yaşayış evinin olması, evin xarici divarlarının sement məhlulu ilə suvanması, sulu fasad boyası ilə rənglənməsi, daxili divarların isə sement məhlulu ilə suvanması, divar kağızlarının vurulması müəyyən edilmişdir. Yaşayış evində işıq xətləri, plastik pəncərələr, 03 ədəd daxili dəmir qapı, 01 ədəd dəmir giriş qapısı və avadanlıqlar quraşdırılmışdır. Kompleksin ərazisində 12,8X20 metr ölçülərində tövlə vardır. Həmin tövlədə dəmir qapılar, elektrik xətləri və avadanlıqlar quraşdırılmışdır. Bundan başqa, kompleksin ərazisində 6X20 metr Ölçülərində tövlə də vardır. Bu tövlədə də dəmir qapılar, elektrik xətləri və avadanlıqlar quraşdırılmışdır. Hər iki tövləyə baxış keçirilən zaman iri və xırda buynuzlu heyvanlar aşkar edilməmişdir. Baxışda iştirak edən Qusar X71 Mərkəzinin mütəxəssisi Namiz Əzizullayevin sözlərinə əsasən, tövlələrin ümumi vəziyyətinə baxılarkən müəyyən olmuşdur ki, son 2-3 ay ərzində tövlələrdə ümumiyyətlə mal-qara saxlanılmamışdır. Kompleksin ərazisində açıq talvarlar vardır. Hərnin talvarların divarları 40 sm qalınlığında mişar daşlarından hörülmüşdür. Baxış keçirilən ərazidə yardımçı tikili də vardır. Həmin tikilinin xarici divarları dəmir lövhələrlə örtülərək dəmir profillər, plastik pəncərələr quraşdırılmış, döşəmə taxta materialdan düzəldilmişdir. Kompleksin ərazisi dəmir profillərdən hasarlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer Qusar rayonu, Mucuq-oba kəndində yerləşən bağ sahəsidir. Baxış zamanı alma bağının ümumi sahəsinin təxminən 0,92 ha təşkil etməsi, ümumi ağac sayının 2280 ədəd “gala” sortu olması, bağ sahəsinin 2018-ci İldə salınması, həmçinin 190 metr uzunluğunda 12 cərgə beton dirəklərin olması müəyyən edilmişdir. Bundan əlavə, gilas bağının ümumi sahəsinin 0,025 ha təşkil etməsi, ağac sayının 16 ting klassik sortu olması, həmin bağın 2020-ci ildə salınması, eləcə də nektarin bağının sahəsinin 0,60 ha təşkil etməsi, ağac sayının 400 ting olması, bağın 2020-ci ildə salınması müəyyən edilmişdir. Bağ sahəsinin bir hissəsi boş saxlanılaraq hər hansı ağac əkilməmişdir. Bağ sahəsi torla (setka ilə) hasarlanmış, ərazisində nohur və nasosxana vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X71 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 86 nömrəli məktubuna əlavə edilmiş Qusar rayonu, Mucuq-oba kəndində yerləşən bağ sahəsində aparılmış monitorinq nəticəsi barədə məlumatdan görünür ki, 24 iyun 2021-ci il tarixdə həmin bağ sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi aşağıda qeyd olunan vəziyyətdədir: Alma bağının ümumi sahəsi 0,92 ha təşkil edir, ümumi ağac sayı-2280 ədəd “gala” sortu, 190 metr uzunluğunda 12 cərgə beton dirək, tingin əkilmə sxemi 1 metrdən bir təşkil edir, bağ 2018-ci ildə salınmışdır. Gilas bağının ümumi sahəsi 0,025 ha təşkil edir, ümumi ağac sayı-16 ting klassik sortu, əkilmə sxemi 3 metrdən bir təşkil edir, bağ 2020-ci İldə salınmışdır. Nektarin bağının ümumi sahəsi 0,60 ha təşkil edir, ümumi ağac sayı-400 ting, intensiv bağ, əkilmə sxemi 3 metrdən bir təşkil olunub, bağ 2020-ci ildə salınmışdır. Bağ sahələrində nohur və nasosxana müşahidə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X71 Mərkəzinin xx.xx.2021-ci il tarixli, 87 nömrəli məktubuna əlavə edilmiş Qusar rayonu, Gicanoba kəndində yerləşən fermaya baxış keçirilməsinin nəticəsi barədə məlumatdan görünür ki, 24 iyun 2021-ci il tarixdə həmin fermaya baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözügedən ferma aşağıda qeyd olunan vəziyyətdədir: İri buynuzlu mal-qara saxlanılması üçün nəzərdə tutulan tövlədə iri və xırda buynuzlu heyvanlar aşkar olunmamış, tövlənin ümumi vəziyyətinə baxılarkən məlum olmuşdur ki, son 2-3 ay müddətində tövlədə ümumiyyətlə malqara saxlanılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2021-ci il tarixli, 4-681 saylı məktubundan görünür ki, Qusar rayonu, Gican-oba kəndindəki fermalara və yardımçı tikililərə mütəxəssislər tərəfindən baxış keçirilmiş, həmin fermaların və yardımçı tikililərin tikilməsi üçün tələb olunan xərclərin smetası tərtib edilmişdir. Fermaların və yardımçı tikililərin hazırkı vəziyyətdə tikilməsi üçün 113.238,10 manat (bir yüz on üç min iki yüz otuz səkkiz manat 10 qəpik) vəsait tələb olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 izahatına əlavə etdiyi 01 ədəd DVD diskə və “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlara baxış keçirilən zaman DVD diskin üzəri ağ fondan ibarətdir, üzərinə “Ayve Şaymuradov, Samir qoçayev, Faylar” sözləri yazılmışdır. Həmin diskdə “Təqsirləndirilən şəxs ses ve video faillar” və “X79 yazilari” adlı iki qovluq vardır. “Ayven Şamuadovun ses ve video faillar” adı ilə qeyd edilmiş qovluqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasındakı “whatsapp” mobil tətbiqi yazışmalarının fotoşəkilləri, səs yazıları və video görüntülər əks olunmuşdur. Həmin diskdə olan yazışmaların fotoşəkillərinin Zərərçəkmiş şəxs4 izahatına əlavə etdiyi “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlar ilə eyni olduğu, bu mesajlara, eləcə də diskdə olan səs yazıları və video görüntülərə baxış keçirən zaman Zərərçəkmiş şəxs4 və onun xalası qızı Şahid24 Təqsirləndirilən şəxs 19.000 manat məbləğində pullarını geri qaytarmasını istəmələri mövzusunda danışıqlarının, yazışmaların əks olunması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 “mən razı oldu sənlə, mən səndən 19.000 almışam, qaytaracam” sözlərini deməsi, hər dəfə pulunu qaytaracağını dəfələrlə bildirməsi müəyyən edilmişdir. Bundan başqa, “X79 yazilari” adı ilə qeyd edilmiş qovluqda X18 yazıları əks olunmuşdur. Həmin materiallara baxış keçirən zaman X61 Məmmədov və Şahid24 ünvanladığı səs yazılarında “Ayven bilirsən ki tır adamdır, Ayven 780.000 Alyoşaya atıb, Alyoşanın 780.000-ni deyir mən almamışam”, “Ayven o qədər ağıllı adamdır ki, özünü gic yerinə qoyur, oyun oynuyur, onun qəşəng oyun stili var” sözlərini deməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Beydulloviçin xx.xx.2022-ci il tarixli ərizə ilə Qusar rayon prokurorluğuna müraciət edərək təqdim etdiyi 01 ədəd DVD diskə və “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlara iş üzrə tərcüməçinin iştirakı ilə baxış keçirilən zaman DVD diskin üzəri ağ fondan ibarətdir. Həmin disk “Hp” markalı kompyuter texnikasının disk oxuyucusuna qoyularaq keçirildikdə, orada “sound” adlı bir qovluq, həmin qovluğa daxil olduqda isə 12 ədəd səs yazısı vardır. Həmin səs yazıları və “whatsapp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajların iş üzrə Zərərçəkmiş şəxs1 Beydulloviç ilə iş üzrə Təqsirləndirilən şəxs arasında ləzgi dilində aparılmış danışıqları əks etdirməsi, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tanışı vasitəsi ilə göndərdiyi 18.000 manat pulu təhvil almaq üçün Bakı şəhərinə gedib "***-***-**-**” saylı mobil telefon nömrə istifadəçisi Nizaməddin ilə əlaqə saxlayıb həmin pulu ondan almasını, daha sonra isə ona xəbər etməsini bildirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin pulu təhvil alıb Qusar rayonuna, fermaya qayıtdığını bildirməsi, hətta “Toyota Prado” markalı avtomobilin dayanmış vəziyyətdə, eləcə də salonundan fotoşəkillərini göndərməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Beydulloviçin təqdim etdiyi qəbzlərin surətlərindən görünür ki, onun tərəfindən ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs 250.000, 230.000, 140.000, 350.000, 350.000, 50.000, 300.000, 200.000, 202.000 rus rublu məbləğində pul vəsaitləri göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" X43 MMCnin xx.xx.2019-cu il tarixli, 148234 nömrəli malların təhvil-qəbul aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 67.900 manat məbləğində 14 baş iri buynuzlu heyvan alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E-2641 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Toyota Prado’’ markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X66 tərəfindən Təqsirləndirilən şəxs etibarnamə üzrə xx.xx.2029-cu il tarixədək həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi dəftərin vərəqlərinin kserosurətlərindən görünür ki, onun tərəfindən Təqsirləndirilən şəxs 06 yanvar 2020-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək alınmış süd məhsullarının miqdarı gündəlik olaraq həmin dəftərdə qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, AR-İ1 492590 saylı, 7E-13694 reyestr nömrəli etibarnamədən görünür ki, Xaçmaz rayon 1 saylı notariat ofisində Təqsirləndirilən şəxs tərəfindən Şahid1 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Quba “ASAN xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3245 nömrəli məktubu və həmin məktuba əlavə edilmiş ərizə, “Elektron notariat” X1 çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsi əsasında onun Şahid1 verdiyi xx.xx.2021-ci il tarixli, 7E- 13694 reyestr nömrəli etibarnaməyə həmin tarixdə xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, 7E-8941, 7E-9004, 7E-9015 reyestr nömrəli etibarnamələrin surətlərindən görünür ki, Qusar rayon notariat ofisində X40, Şəfiyev 125 Şəfi Əyyub oğlu, Şahid17, X50 tərəfindən Zərərçəkmiş şəxs2 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 24,10.2022-ci il tarixli, 139175-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********35 saylı və xx.xx.2021-ci il tarixli, **********58 saylı məktublarından görünür ki, əvvəllər Təqsirləndirilən şəxs adına Qusar rayonu Quxur kəndində 1.157815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Qusar rayonü Gican palasa kəndində ayrı-ayrılıqda 0.12 ha, 0.12 ha və 0.12 ha yaşayış məntəqələrinin torpaq sahələri, Qusar rayonu Mucuq kəndində 0.64 ha və 0.424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, Qusar rayonu Mucuq kəndində icarəsində 0.446 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X26 adına Qusar rayonu Gican palasa kəndində 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs, onun atası X6 və onun anası X26 adına Qusar rayonu Quxuroba kəndində ümumi birgə (4 nəfər ailə üzvü olmaqla) 0.09 ha torpaq sahəsinə verilmiş JN-126A KOD 30127018 nömrəli və həmin kənddə ümumi birgə 0.01 ha (4 nəfər ailə üzvü olmaqla) JN-126F KOD 30127018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********82 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adma xx.xx.2020-ci İl tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli çıxarışa əsasən Qusar rayonu, Gican palasa kəndində 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi, X26 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışa əsasən Qusar rayonu, Gican palasa kəndində 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsi aşkar edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, X16 və X26 adına Qusar rayonu, Quxuroba kəndində ümumi birgə 0.01 ha torpaq sahəsinə verilmiş JN-126F KOD 30127018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2022-ci il tarixli, **********05 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X26 adına Qusar rayonu Gican palasa kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs, X16 və X26 adına Qusar rayonu, Quxuroba kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,01 hä torpaq sahəsinə verilmiş şəhadətnamə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən X30 Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X16 tərəfindən Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi hədiyyə kimi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X31 tərəfindən X8 Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinə məxsus Qusar rayonu Mucuq kəndində yerləşən 0,64 ha torpaq sahəsi etibarnamə əsasında nümayəndə kimi çıxış edən Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Mucuq bələdiyyəsi tərəfindən rayonun Mucuq kəndində yerləşən 0,446 ha torpaq sahəsi Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X41 tərəfindən Qusar rayonu Mucuq kəndində yerləşən 0,423968 ha torpaq sahəsi hədiyyə kimi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1674 nömrəli məktubuna əlavə edilmiş müqavilələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs əvəzinə etibarnamə üzrə nümayəndəsi Şahid9 tərəfindən Şahid1 Qusar rayonu Mucuq kəndində yerləşən 0,424 ha torpaq sahəsi satılmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Təqsirləndirilən şəxs əvəzinə etibarnamə üzrə nümayəndəsi Şahid9 tərəfindən Şahid1 Qusar rayonu Mucuq kəndində yerləşən 0,64 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon Notariat Ofisi tərəfindən təqdim edilmiş müqavilələrin surətlərindən görünür ki, xx.xx.2021ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə Qusar rayonu Mucuq kəndində yerləşən 0,424 ha və 0,64 ha torpaq sahələri etibarnamə üzrə Şahid1 tərəfindən X2. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 əvəzinə etibarnamə üzrə nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən Şahid24 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şahid24 əvəzinə etibarnamə üzrə nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən Şahid28 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ 684999 saylı, 7E-4266 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Qusar rayon notariat ofisində Təqsirləndirilən şəxs tərəfindən Şahid29 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, AR-İİ 685000 saylı, 7E-4267 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Qusar rayon notariat ofisində X41 tərəfindən Şahid29 etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid29 Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid29 Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsi satılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-1094 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvəzinə etibarnamə üzrə nümayəndəsi Şahid29 tərəfindən X51 Qusar rayonu Gican-palasa kəndində yerləşən 0,12 ha torpaq sahəsinin satılması barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürmüşlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-1095 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X26 əvəzinə etibarnamə üzrə nümayəndəsi Şahid29 tərəfindən X51 Qusar rayonu Gicanpalasa kəndində yerləşən 0,12 ha torpaq sahəsinin satılması barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürmüşlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 245 nömrəli məktubuna əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" ASC-nin Quba filialının arasında xx.xx.2020-ci il tarixdə kredit limiti müqaviləsi bağlanılmış, Təqsirləndirilən şəxs tərəfindən öhdəliklərin təmin edilməsi məqsədi ilə həmin tarixdə Qusar rayonu Gican-oba kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin X65 xx.xx.2022-ci il tarixli, 224 nömrəli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 103-3- 24/2089 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs adma xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Beydulloviç tərəfindən 350.000 rus rublu məbləğində pul göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərardan görünür ki, cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs mülkiyyətində olan Qusar rayonu Gican palasa kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi, onun anası X26 mülkiyyətində olan Qusar rayonu Gican palasa kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin adına qeydiyyata alınmış Qusar rayonu Quxur-oba kəndində yerləşən 0,01 ha torpaq sahəsinin iddianın təmini tədbiri kimi özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də (notariat kontorunda alqı-satqısının) qarşısını almaqla gələcək mülki iddianı təmin etmək məqsədi ilə həmin torpaq sahələrinin üzərinə həbs qoyulması məqsədi ilə 21 noyabr 2022-ci il tarixdə vəsatət və təqdimatla Qusar rayon məhkəməsinə müraciət edilmiş, rayon məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilərək həmin torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərardan görünür ki, Şahid29 mülkiyyətində olan Qusar rayonu Gican-palasa kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha yaşayış məntəqələrinin torpaq sahələrinin üzərinə Qusar rayon məhkəməsinin 07 fevral 2023-cü il tarixli qərarı ilə həbs qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/3902-9/5407 saylı rəyindən görünür ki, Qusar rayonu, Mucuq-oba kəndində yerləşən 2017-2018-ci illərdə bağ sahəsinin salınmasının təyinatı və orada istifadə edilən tədqiqat obyektləri barədə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmamışdır. Qusar rayonu Gİcan-oba kəndində yerləşən ferma kompleksinin tikintisinə çəkilmiş xərcin dəyəri bazar qiymətlərinə uyğun olaraq təxminən 113.238,10 manat məbləğində müəyyən olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq və mühəndis-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/61xx-xx/4440 saylı rəyindən görünür ki, Qusar rayonu, Mucuq-oba kəndində yerləşən bağ sahəsinin yerləşdiyi 1,51 ha torpaq sahəsində və rayonun Gican-oba kəndində yerləşən ferma kompleksinin yerləşdiyi 0,48 ha torpaq sahəsində hər hansı bir daşınan tədqiqat obyektləri barədə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmamışdır. Qusar rayonu Mucuq-oba kəndində yerləşən bağ sahəsində əkilmiş ağacların növü və sayı aşağıdakı kimi müəyyən edilmişdir: ümumi sahəsi 0,92 ha alma bağında olan “gala” sortlu alma ağaclarının ümumi sayı 2280 ədəd təşkil edir və bağ 2018-ci ildə salınmışdır; ümumi sahəsi 0,025 ha gilas bağında olan klassik sortlu gilas ağaclarının ümumi sayı 16 ting təşkil edir və bağ 2020- ci ildə salınmışdır; ümumi sahəsi 0,60 ha nektarin bağında olan intensiv bağın ümumi sayı 400 ting təşkil edir və bağ 2020-ci ildə salınmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X71 Mərkəzinin Bitkiçilik sektoru tərəfindən verilən məlumatda əkilmiş ağacların hansı yaşda olması barədə heç bir məlumat verilmədiyindən həmin bağ sahəsində əkilmiş ağaclar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/862 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qusar X71 Mərkəzinin Bitkiçilik sektoru tərəfindən verilən məlumata əsasən bağ sahəsi aşağıda qeyd olunan vəziyyətdədir: Alma bağının ümumi sahəsi 0,92 ha təşkil edir, ümumi ağac sayı - 2280 ədəd “gala” sortu vardır, tingin əkilmə sxemi 1 metrdən bir təşkil edir, bağ 2018-ci ildə salınmışdır. Gilas bağının ümumi sahəsi 0,025 ha təşkil edir, ümumi ağac sayı - 16 ting klassik sortu, əkilmə sxemi 3 metrdən bir təşkil edir, bağ 2020-ci ildə salınmışdır. Nektarin bağının ümumi sahəsi 0,60 ha təşkil edir, ümumi ağac sayı - 400 ting intensiv bağ, əkilmə sxemi 3 metrdən bir təşkil edir, bağ 2020-ci ildə salınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/32 nömrəli rəyindən görünür ki, 01 baş Avstriyadan gətirilmiş, 12 aylıq, diri çəkisi təxminən 450 kq olan cins (smental) dananın 2021-cİ ilin aprel ayına olan orta bazar qiyməti - 2.250,00 manat, 14 baş - 31.500 manat, 01 baş Avstriyadan gətirilmiş, 2 aylıq, diri çəkisi təxminən 70 kq olan cins (smental) buzovun 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti - 600 manat, 09 baş - 5.400 manat müəyyən edilmişdir. 1 litr süd məhsulunun 2020-ci ilin yanvar-2021-ci ilin fevral aylarına olan topdan satış orta bazar qiyməti - 0,55 manat, 46.667 litr - 25.666,85 manat, 01 tay yonca otunun 2019-cu ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti - 4 manat, 200 tay - 800 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2761 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X73 “Qusar rayon Mərkəzi Xəstəxanası” X73 xx.xx.2021-ci il tarixli, 1052/06-21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar RMX” PHŞ-nin X9 həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X4 xx.xx.2022-ci il tarixli, 1765 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Qusar rayon İHBnin Quxuroba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 55 nömrəli məktubuna əlavə edilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X16 və anası X22 ibarətdir. Təxminən bir il əvvəl Qusar rayonu Mucuq kənd sakini Zərərçəkmiş şəxs2 nümayəndəliyə gələrək şifahi olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan torpaq sahəsi alaraq, müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmamışdır. O, Təqsirləndirilən şəxs pul vəsaitinin alınmasına köməklik edilməsini xahiş etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs barəsində son iki ilə yaxındır ki, kənd camaatı arasında öz doğma xalası oğlu, Rusiyanın Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs1 və digər rayon sakinləri ilə pul mübahisələri olması, onun adına olan əmlakı ələ keçirməsi ilə bağlı barəsində əvvəl Qusar RPŞ-də, sonra isə Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılması kimi məlumatlar vardır. Rayonun Quxuroba kəndində özlərinin yaşadıqları fərdi evi satdığından Təqsirləndirilən şəxs kənddə yaşamamış, harada olduğu bilinməmişdir. Onun etdiyi hərəkət və əməlləri ictimailəşdiyİndən kənd camaatı ailəsini və onu pisləmişdir. Bundan başqa, onun atası X16 özünə məxsus fərdi yaşayış evini satmış, həyat yoldaşı ilə birgə ərazidən kənarda fərdi şəxsə məxsus qeyri-yaşayış sığınacağında yaşayır və rayonun Quxuroba kənd tam orta məktəbində müəllim işləyir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işi materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, törədilən əməllərlə və Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın məzmunu ilə bağlı ibtidai istintaq orqanı tərəfindən düzgün nəticəyə gəlinsə də, onun əməlləri CM-nin 178.3.2 və 179.4-cü maddələri ilə yanaşı səhvən CM-nin 178.2.2 və 179.2.2-ci maddələri ilə də tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 178.2.2-ci maddəsi ilə irəli sürülən ittiham ona qarşı CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülən ittihamla və CM-nin 179.2.2-ci maddəsi ilə irəli sürülən ittiham ona qarşı CM-nin 179.4-cü maddəsi ilə irəli sürülən ittihamla əhatə edildiyindən, əlavə olaraq ona qarşı CM-nin 178.2.2 və 179.2.2-ci maddələri ilə ittihamın irəli sürülməsi düzgün olmamışdır. Məhkəmə iclasında çıxış edən zaman dövlət ittihamçısı da həmin mövqedən çıxış etmiş və Təqsirləndirilən şəxs məhz CM-nin 178.3.2 və 179.4-cü maddələri ilə təqsirli bilinərək cəzalanadırılmasını xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 31-ci bəndində göstərilmişdir ki, dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ümumi ittihamdan CM-nin 178.2.2 və 179.2.2-ci maddələri ilə əks olunan rəqəm ifadəsi xaric edilməli, Təqsirləndirilən şəxs cinayət əməlləri ilə bağlı təqsirliliyi iş üzrə dindirilən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin məhkəmə iclasında dindirilməmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları, qəbzlərin surətləri və digər sübutlarla tam sübuta yetirildiyindən, onun törətmiş olduğu əməllər CM-nin 178.3.2 və 179.4-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı onun Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməməsi, Zərərçəkmiş şəxs1 əmlaklarını mənimsəməməsi, digər zərərçəkmişlərə qarşı da dələduzluq etməməsi, əksinə Zərərçəkmiş şəxs1 ona borcunun olması barədə bildirdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdikləri zərərçəkmiş şəxslərin şübhə doğurmayan ifadələri və şahid ifadələri ilə tam təkzib olunur, həmçinin təqsirləndirilən şəxs tərəfindən onun heç bir cinayət törətməməsinə dair gətirdiyi dəlillər isə təqsirləndirilən şəxsin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafəçisinin də iştirakı ilə Qusar rayonu Gican-oba kəndində yerləşən ferma və rayonun Mucuq-oba kəndində yerləşən bağ sahəsini xalası oğlu Zərərçəkmiş şəxs1 pulu ilə saldığını, bütün xərcləri Zərərçəkmiş şəxs1 çəkdiyini və bütün biznesin Zərərçəkmiş şəxs1 pulları ilə qurulduğunu, fermanın yerləşdiyi torpaq sahələri və bağ sahəsi ilə bağlı etibarnamə verməklə həmin əmlakları Zərərçəkmiş şəxs1 qaytarmaqla bağlı öz iradə ifadəsini sərgiləməklə həmin əmlaklarla bağlı heç bir iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirməsi, cinayət işi materiallarında olan “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazılmış mesajlara, səs yazılarının köçürüldüyü disklərə baxış protokolları, qəbzlərin surətləri, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin ərizəsi, zərərçəkmiş şəxslərin ifadələri və həmin ifadələri müvafiq olaraq təsdiq edən məhkəmədə dindirilmiş şahidlərin ifadələri, şahidlərin elan edilmiş ifadələri ilə və mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmin ifadələri onun subyektiv mülahizəsi, cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, həmin ifadələri təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir. Beləliklə, yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin (CM-nin 178.3.2 və 179.4) sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq etibarnamə verildikdən sonra bağ sahəsinin Zərərçəkmiş şəxs1 iradə ifadəsi ilə özgəninkiləşdirilməsi, nəticədə həmin əmlak hesabına ümumi ziyandan 65.000 manatı ödənilməsi kimi nəzərə alınmalı və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, habelə törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 noyabr 2021-ci il tarixdə Qusar rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Qusar rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. Cinayət işi materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri ərazisində müəyyənləşdirilərək saxlanılmış və Qusar RPŞ-nin MSY-yə təhvil verilmiş, Qusar rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixdə qərarı ilə əvvəli tutulduğu vaxtdan hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə xx.xx.2022-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia tam təmin edilməlidir. Belə ki, vurulmuş maddi zərərə görə 19.000 manat və dövlət rüsumuna görə ödənilmiş 150 manat, cəmi 19.150 manat pul mülki cavabdeh və Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən Şahid29 satılmış, hazırda Şahid29 mülkiyyətində olan, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş, Qusar rayonu, Gican-palasa kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha yaşayış məntəqələrinin torpaq sahələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının tədqiqi bu qənaətə gəlməyə əsas verir ki, Şahid29 həmin torpaq sahəsini alarkən dövlət reyetrindəki məlumatlara etibar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki Təqsirləndirilən şəxs adına rəsmi qeydiyyat Şahid29 həmin daşınmaz əşyanın sahibinin Təqsirləndirilən şəxs olduğuna dair qanuni ehtimal və əsas vermiş və onda inam yaratmışdır. Belə ki, Şahid29 əldə etmək istədiyi mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyini yoxlamaq vəzifəsi olmamışdır, məhz dövlət reyetrində mülkiyyət hüququnun Şamurov Ayvenin adına olması faktı Şahid29 vicdanlı alıcı hesab olunması üçün əsasdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Şahid29 vicdanlı alıcı hesab edilməli və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə rəsmi qaydada Şahid29 satdığı və hazırda Şahid29 mülkiyyətində olan Qusar rayonu, Gican-palasa kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha yaşayış məntəqələrinin torpaq sahələrinin üzərinə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməli və həmin əmlaklar həbsdən azad edilməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş materiallarında olan 02 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 260 (iki yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 178.3.2-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixindən 08 noyabr 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 09 (doqquz) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 12 (on iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 19000 manat maddi zərərin əvəzi olaraq və 150 manat dövlət rüsumu üçün ödənilmiş məbləğ, cəmi 19150 (on doqquz min yüz əlli) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs4 ödənilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə rəsmi qaydada Şahid29 satdığı və hazırda Şahid29 mülkiyyətində olan Qusar rayonu, Gican-palasa kəndində yerləşən iki ayrı-ayrı 0,12 ha yaşayış məntəqələrinin torpaq sahələrinin üzərinə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilsin və həmin əmlaklar həbsdən azad edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 260 (iki yüz altımış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-4/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-4/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver