Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-40/2022 10.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçilər –Təqsirləndirilən şəxs1 müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçiləri - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 və Bakı şəhəri, “Pro Bono” Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlunun müdafiəçisi - Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, xx xxxxxx 1993-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri, xx xxxx 1992-ci ildə Xaçmaz rayonu, Qımılqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri və xx xxxxx 1994-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Xaçmaz rayonu, Yergüc kəndində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 29,120.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə küt əşya ilə vurub xəsarət yetirməsini zənn edərək yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən onlarla birlikdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs söhbət etmək üçün kənara gəlməsini bildirərək onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vurub onun müqavimətini qırdığını görərək Zərərçəkmiş şəxs üzərinə doğru hücum edib onu restorana daxil olmağa vadar edərək orada Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs təpik zərbəsi vurub onu zərərsizləşdirməsindən istifadə etməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsici-deşici aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran və “sol çiyin qurşağının qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən restoranı tərk edərək əlindəki kəsici-deşici alətlə restoranın yaxınlığında mühərriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş, lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən küt əşya ilə vurularaq xəsarət almasını zənn edərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən onlarla birgə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs söhbət etmək üçün kənara gəlməsini bildirərək onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vuraraq onun müqavimətini qırdığını, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə hücum etdiyini görüb restorana daxil olmuş, orada kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs zərərsizləşdirmək məqsədilə əldə olunmuş birgə razılığa əsasən onun ayaq nahiyəsinə bir təpik zərbəsi vuraraq Təqsirləndirilən şəxs1 cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsici-deşici aləti silah qismində istifadə edib Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməsinə köməklik göstərmiş, Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə restoranı tərk etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 əlindəki kəsici-deşici alətlə restoranın yaxınlığında mühərriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş, lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan mərhum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən küt əşya ilə vurularaq xəsarət almasını zənn edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə müxtəlif vaxtlarda görüşüb aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən onlarla birgə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 20 aprel 2021-ci il tarixdə saat 15:46-da və 17:29-da istifadəsində olan mobil nömrə ilə Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edib sonuncunu görüşə dəvət etmiş, lakin Zərərçəkmiş şəxs onunla görüşməkdən imtina etmiş, 22 aprel 2021-ci il tarixdə saat 21 radələrində Xaçmaz şəhəri Bakı prospektində yerləşən ictimai yer hesab olunan “Zeytun” restoranının qarşısında Zərərçəkmiş şəxs yaxalayaraq söhbət etmək üçün ona kənara gəlməsini bildirmiş, lakin onunla razılığa gələ bilmədiyi üçün ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik edərək sonuncunun sifət nahiyəsinə yumruq zərbəsi vuraraq onun müqavimətini qırıb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə doğru hücum edərək onu restorana daxil olmağa vadar edib orada Təqsirləndirilən şəxs2 köməyi ilə cibində gəzdirdiyi, növü istintaqla müəyyən edilməyən kəsici-deşici aləti silah qismində istifadə edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vurub ona “hemorragik şokla müşayiət olunmuş böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yara” kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, “sol, bazu, sağ said, sağ əlin İ barmağı, döş qəfəsi və sol bud nahiyələrinin deşilmiş kəsilmiş yaraları” kimi sağlamlığa yüngül zərər vuran və “sol çiyin qurşağının qançırı” kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsinə köməklik göstərmiş, Zərərçəkmiş şəxs qaçıb uzaqlaşması səbəbindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə restoranı tərk etmiş, daha sonra Təqsirləndirilən şəxs1 əlindəki kəsici-deşici alətlə restoranın yaxınlığında mühərriki sönük vəziyyətdə dayanmış sonuncunun istifadəsindəki “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə zərbələr endirib maşına ümumilikdə 483 manat maddi ziyan vurmuş, lakin Zərərçəkmiş şəxs restorandakı şəxslərin köməyi ilə “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsinə yerləşdirilərək həkimlər tərəfindən göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması və onun əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək, verdiyi ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayının əvvəllərində əmisi oğlu Təqsirləndirilən şəxs3 və Firudun adlı tanışı ilə Xaçmaz rayonunda yerləşən “Xan” kafesində oturan zaman daha əvvəllər tanımadığı Rəşad adlı şəxs qapını açaraq sakit olmağı onlardan tələb etmişdir. Buna görə onunla Rəşad adlı şəxs arasında mübahisə baş vermiş və onlar əlbəyaxa dalaşmışlar. Bu zaman ətrafda olan şəxslər davaya müdaxilə edərək onları ayırmışlar. Bundan bir gün sonra onunla Rəşad arasında barışıq əldə olunsa da, təxminən 7 gün sonra tanımadığı bir şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. O, həmin şəxslə görüşməyə razılaşmış və çox qısa müddət sonra 3 nəfər şəxs qara rəngli avtomobillə onun olduğu “Nabran” marketin qarşısına gəlmişdir. Bu şəxslərin təklifi ilə o, həmin avtomobilə əyləşmiş və avtomobilin sürücüsü olan Zərərçəkmiş şəxs əlində olan küt əşya ilə onun sol gözaltı nahiyəsinə xəsarət yetirmişdir. Bu hərəkət ona çox pis təsir etmiş və o avtomobilin nömrəsi ilə araşdıraraq onun vuran şəxsin Zərərçəkmiş şəxs olduğunu müəyyən etmişdir. Həmin hadisədən sonra o, baş verənləri Təqsirləndirilən şəxs3 danışmışdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2la birlikdə Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranından çıxan zaman, həmin restoranın düz qarşısında təsadüfən Müşfiqlə rastlaşmışlar. Bu zaman Osmanla Müşfiq arasında mübahisə yaranmış və mübahisə anında Müşfiq onu görən kimi restoranın içərisinə daxil olmuşdur. O, da Müşfiqin arxasınca restorana girmiş və üzərində gəzdirdiyi bıçaqla Müşfiqə xəsarət yetirmişdir. Xəsarəti yetirərəkən o, tam olaraq özündə olmamışdır. İlk bıçaq zərbəni Müşfiqə qapının qarşısında endirmişdir. Hadisə zamanı Müşfiqin ayağı ilişərək pilləkanlarda yıxılmışdır. Bu zaman onun Müşfiqi vurmaq imkanı osa da, bunu etməmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 ondan təxminən 15 metr aralıda olmuş və ona kömək etməmiş, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə orada görməmişdir. Xəsarət yetirərkən onun Müşfiqi öldürmək niyyətində olmamışdır. Hadisədən əvvəl Müşfiqin arxasınca düşərək onu izləməmiş, əvvəlcədən heç bir plan qurmamışlar. O, yalnız heç bir günahı olmadan onu nə üçün vurduğunu öyrənmək və barışmaq məqsədi ilə 2 dəfə zəng vurmuş, lakin sonuncu onun zənglərinə cavab verməmişdir. Hadisəni törətdikdən sonra o, Bakı şəhərinə getmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək, verdiyi ifadəsində göstərdi ki, hadisədən təxminən 3-4 gün əvvəl o Təqsirləndirilən şəxs1lə qarşılaşmış və sonuncunun üzündə yara sarğısı olduğunu görüb nə baş verdiyi soruşmuş, sonuncu isə onu bir nəfərin vurduğunu demişdir. 22 aprel 2021-ci il tarixində Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs1lə birlikdə yemək yemək üçün Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranına getmidir. Saat 19.50 radələrində onlar orada olmuş və təxminən 1,5 saat yemək yedikdən sonra onlar restorandan çıxmış və o, ayaqyoluna getmişdir. Bir qədər sonra o, ayaqyolundan çıxmış və bu zaman Təqsirləndirilən şəxs1 avtomobilin yanında olduğunu görmüş, bundan sonra isə sonuncu dönər alan şəxsi göstərərək adının Müşfiq olduğunu söyləmişdir. Bu zaman onun mobil telefonuna zəng gəlmiş və o, danışaraq bir qədər uzaqlaşmışdır. Telefonla danışdıqdan sonra geri qayıtmış və Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 orada olmadıqlarını müəyyən etmişdir. Daha sonra o, restoranın qarşısında xeyli adamın toplaşdığını görüb oraya yaxınlaşmış, restoranın içərisinə girdiyi zaman isə Təqsirləndirilən şəxs1lə Müşfiqin dalaşdığını və hər ikisinin yerdə üst-üstə olduqlarını görmüşdür. Həmin vaxt orada 15-20 adam olsa da, heç kim onları ayırmamışdır. Bu zaman Müşfiq söyüş söymüş və o, Müşfiqin söyüş söyməsinə görə həmçinin onları ayırmaq məqsədi ilə sonuncunun topuğuna bir təpik vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 Müşfiqin üstündən durmuş və o, Müşfiqin qan içində olduğunu görmüşdür. Bununla belə o, Müşfiqin bıçaqlandığını anlamamışdır. Bıçağın olmasını bir qədər sonra görmüşdür. Müşfiqi bu vəziyyətdə gördükdə bir anlıq şok keçirmiş və bıçaqdan qorxduğu üçün özünü itirdiyinə görə onları ayırmadan restorandan çölə çıxmışdır. Bundan sonra nə baş verdiyini, o cümlədən avtomobilə zədə yetirilməsini görməmişdir. O, restorana getməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində kəsici alət görməmişdir. Eləcə də, o, Təqsirləndirilən şəxs3la Müşfiqin dalaşma anını da, görməmiş, bundan xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs1lə baş verənlərlə bağlı əvvəlcədən danışıqı olmamış, Müşfiqin oraya gələcəyindən əvvəlcədən xəbərləri olmamışdır. Onların Müşfiqi öldürmək niyyəti olmamış, onun belə bir niyyəti olsa sonuncunun ayağından deyil, sifətinə və başına zərbə endirərdi. Təqsirləndirilən şəxs1 istədəyi halda Müşfiqi vurmaq imkanında olmasına və onun sonuncunu tutmağa imkanları olsa da, onlar bunu etməmişlər. Heç kimin mane olmamasına baxmayaraq Təqsirləndirilən şəxs1 Müşfiqə bir bıçaq zərbəsi vurmaqla kifayətlənmişdir. O, Təqsirləndirilən şəxs1 əlində bıçaqla Müşfiqin arxasınca getdiyini görməmişdir. İbtidai istintaq zamanı ifadəsini təziq altında verdiyinə və oxumadan imzaladığına görə hazırda həmin ifadəsini təsdiq etmir. Məhkəmə iclasındaq Təqsirləndirilən şəxs3 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək, ifadə verməkdən imtina etmişdir. Bununla belə, Təqsirləndirilən şəxs3 suallara cavab verərək göstərmişdir ki, hadisəyədək Zərərçəkmiş şəxs tanımamış, yalnız sonuncunun ona məlum olmayan səbəbdən əmisi oğlu Təqsirləndirilən şəxs1 vurduğunu bilmişdir. Barışıq etmək üçün o, Zərərçəkmiş şəxsla telefon əlaqəsi yaradaraq sonuncunun vurmasının səbəbini soruşmuşdur. Hadisə günü o, əmisi oğlu Təqsirləndirilən şəxs1lə və atasının bibisi nəvəsi olan Təqsirləndirilən şəxs2la birlikdə şam etmək üçün “Zeytun” restorana getmişdir. Sonradan bayırda təsadüfən Zərərçəkmiş şəxs görmüşlər. Orada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs göstərərk onu bu şəxsin vurduğunu demişdir. O, Zərərçəkmiş şəxs əmisi oğlunu vurub-vurmamasını soruşmuş, sonuncu isə bunu inkar etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs danışmağı təklif etmiş və sonuncunun üzrxahlıq edəcəyini zənn etmişdir. Zərərçəkmiş şəxs isə bundan imtina etmişdir. Buna görə onların aralarında mübahisə yaranmış və o, Zərərçəkmiş şəxs sifətindən bir yumruq zərbəsi endirmişdir. Bu zaman Zərərçəkmiş şəxs bir əlində paket olmuşdur. Onun vurduğu zərbə nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmış, o da Zərərçəkmiş şəxsla birlikdə yıxılmışdır. Bundan sonra isə qalxıb üstünü təmizləyib, paketini götürərək qaçıb restorana girmişdir. Onunla Zərərçəkmiş şəxs mübahisəsi zamanı onları ayırmışlar və onu tutub saxlamışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs necə yaxınlaşmasını və vurmasını görməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs1 bıçaq olduğunu bilməmiş və içəridə Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs ayıran olduğuna görə oraya daxil olmamışdır. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan vurduğunu, Zərərçəkmiş şəxs yerə yıxıldığını, bundan sonra Təqsirləndirilən şəxs1 zərbələri davam etdiyini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 bıçaq oldğunu və Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 bıçaq olduğunu sonradan bilmişdir. Belə ki, bir qədər sonra Zərərçəkmiş şəxs qapıda görmüş və üstündə qan müşahidə etmişdir. Sonra Təqsirləndirilən şəxs1 çıxaraq Zərərçəkmiş şəxs maşının şüşələrinə zərbələr endirmiş, ancaq o, Təqsirləndirilən şəxs1 əlində nə olduğunu görməmişdir. Onların aralarında Zərərçəkmiş şəxs öldürməklə bağlı əvvəlcədən razılıq olmamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs2 ümumiyyətlə görməmişdir. İbtidai istintaq zamanı ifadəsini özü yazmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrə tənqidi yanaşaraq belə hesab edir ki, onların həmin ifadələri özünü müdafiə xarakterli olub həqiqəti əks etdirmir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının əvvəlləri Xaçmaz rayonunda yerləşən “Xan” kafesindəki kabinetdə dostları Təqsirləndirilən şəxs3 və Firudinlə oturan vaxt əvvəllər tanımadığı Rəşad adlı şəxs qapını açıb “sakit olun” sözlərini demiş və bu səbəbdən aralarında yaranmış mübahisə zamanı bir-birlərinə yumruq zərbələri vurmağa başlamışlar. Lakin dava-dalaş uzun çəkməmiş və oradakı şəxslər onları aralamışlar. Hadisənin səhəri gün Rəşad adlı şəxslə aralarında barışıq olması nəticəsində söhbət sonlanmışdır. Hadisədən təxminən 1 həftə sonra axşam vaxtları tanımadığı bir şəxs xatırlamadığı nömrə ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək görüşmək istədiyini ona bildirmişdir. O, həmin şəxslə razılaşaraq “Nabran” marketin qarşısında olduğunu və görüşə biləcəyini demişdir. Bir müddət sonra qara rəngli, nömrəsini xatırlamadığı “VAZ-21010” markalı avtomobil marketin qarşısında saxlayaraq maşının içərisindəki şəxslər maşına əyləşməyini ona bildirmişlər. O, sürücü əyləşən oturacağın arxa hissəsindəki oturacaqda əyləşmişdir. Maşında sürücü ilə birlikdə 3 nəfər olmuş, onlardan biri ön tərəfdə, biri isə arxada onun yanında əyləşmişdir. Avtomobilin sürücüsü maşını “PMK” adlanan istiqamətdə idarə etmiş, qeyd olunan yerə çatdıqda sürücü geriyə dönüb əlində olan küt əşya ilə sol gözaltı nahiyəsinə bir zərbə vurmuş və zərbə nəticəsində həmin nahiyədən xəsarət almışdır. Hadisə zamanı maşında olan söhbətlərdən onu vuran şəxsin, yəni avtomobilin sürücüsünün adının Müşfiq olduğunu bilmişdir. Sonradan isə həmin şəxsi axtarıb araşdırmış və Müşfiqin istifadəsində olan mobil nömrəni tapmışdır. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Müşfiqin profil şəklinə baxandan sonra sonuncunun onu vuran şəxs olmasından daha da, əmin olmuşdur. Müşfiqin Xaçmaz rayon sakini olmasını, Ford Transit markalı avtomobil idarə etməsini öyrənmişdir. Müşfiqin etdiyi hərəkət ona pis təsir etmiş, Müşfiqin onu səbəbsiz, nahaq yerə vurduğuna görə sonuncunu cəzalandırmaq qərarına gələrək mağazadan aldığı bıçağı üzərində gəzdirmişdir. Müşfiqi gördüyü halda sonuncunu bıçaqla vuracağını planlaşdırmışdır. Baş vermiş hadisə ilə bağlı bir neçə dəfə dostları Osman və Əlimərdana da, danışmış və Müşfiqin ona qarşı səhv etdiyini sonunculara çatdırmışdır. Osman və Əlimərdan isə Müşfiqlə görüşüb bir yerdə söhbət edəcəklərini və məsələni yoluna qoyacaqlarını deyərək ondan səbrli davranmağını tələb etmişlər. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Osman və Əlimərdan ilə görüşərək şam yeməyi üçün “Zeytun” restoranına getmişdir. Onlarla birlikdə restoranda şam yeməyini yedikdən sonra Osman hesabı ödəmiş və restorandan çıxmışlar. Restorandan çıxanda restoranın dönər hazırlanan hissəsinin qarşısında Müşfiqin dönər aldığını görmüşdür. O, Müşfiqi Əli ilə Osmana göstərib həmin şəxsin Müşfiq olduğunu demişdir. Osman onun maşına tərəf getməyini və Müşfiqlə özü söhbət edəcəyini bildirmişdir. O, maşının yanında olanda ucadan Osmanın səsini eşitmiş və onlar tərəfə baxanda Osmanla Müşfiqin dalaşdığını görmüşdür. O, Müşfiqin Osmana nəsə edə biləcəyindən narahat olaraq üstündə gəzdirdiyi bıçağı çıxarıb restoranın giriş qapısının qarşısında dayanan Müşfiqə doğru qaçmağa başlamışdır. Müşfiq onu görən kimi restoranın içərisinə daxil olmuş, o da, Müşfiqin arxasınca restorana girmişdir. Müşfiqə çatan kimi bıçaqla sonuncunun sinə nahiyəsinə 1-2 zərbə vurmuşdur. Orada olan şəxslər onları aralamağa, onu uzaqlaşdırmağa çalışsa da, əsəbi olduğundan yenə Müşfiqə yaxınlaşıb sonuncuya bir neçə zərbə vurmuşdur. Nəticədə Müşfiq yerə yıxılmış və ayağa durub qaçmağa cəhd göstərmişdir. Yenə də, o, Müşfiqin qaçmasına imkan verməmiş və bıçaqla Müşfiqin bud nahiyəsinə bir zərbə vurmuşdur. O, Müşfiqi bıçaqla vuran zaman Əlimərdan da, restorana daxil olmuş və yerdə uzanmış vəziyyətdə olan Müşfiqin ayaq nahiyəsinə 1 dəfə təpiklə vurmuşdur. Müşfiq özünə macal tapıb ayağa duraraq dönər avadanlıqlarının yanına yaxınlaşaraq vitrinlərin arxasına keçib mətbəxə doğru qaçmışdır. O, Müşfiqin arxasınca getməmiş və Osman, Əlimərdanla birlikdə restoranı tərk edərək Osmanın idarə etdiyi “Volksvagen Passat” markalı, nömrəsini hazırda xatırlamadığı avtomobilinə tərəf getmişdir. Maşına minməmişdən əvvəl əlindəki bıçaqla Müşfiqin restoranın yaxınlığında olan, saxladığı “Ford Transit” markalı avtomobilinin ön sağ və sol qapılarının şüşələrini, eləcə də, maşının alın şüşəsini sındırmışdır. Hazırda etdiyi əmələ görə peşmandır. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bu ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində dəqiq göstərərək təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona CM-nin 29, 120.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yaşadığı kənddən tanıyır. 2021-ci ilin aprel ayında yaşadığı kənddə Əflatunla görüşəndə sonuncunun sifət nahiyəsindəki xəsarəti görərək Əflatundan nə baş verdiyini soruşmuşdur. Müşfiq adlı şəxs tərəfindən maşında oturub söhbət edərkən səbəbsiz yerə vurulduğunu ona bildirmişdir. O, həmişə Əflatuna səbrli olmasını, araşdırıb məsələni yola qoyacaqlarını demişdir. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Osmanla bir yerdə sonuncunun istifadəsində olan avtomobillə Xaçmaz şəhərinin mərkəzinə gedib Əflatunla görüşərək şam yeməyi üçün “Zeytun” restoranına getmişdir. Həmin restoranda şam yeməyini yedikdən sonra restoranın sanitar qovşağına getmiş, geriyə qayıdanda Osmanla Əflatunun hesabı ödəyib restorandan çıxaraq maşının yanına getdiyini görmüşdür. O, onların yanına gedəndə Əflatun əli ilə restoranın dönər hazırlanan yerinin qarşısındakı şəxsi göstərib Müşfiq adlı şəxsin həmin adam olduğunu demişdir. Maşının yanında duran vaxt istifadəsində olan mobil nömrəyə anası Səmirə Qadaşova istifadəsində olan ***-***-**-** nömrəsindən ona zəng etmişdir. O, biraz kənara çəkilib anası ilə telefonda danışan zaman Osmanla Müşfiq adlı şəxsin yaxalaşdığını görmüşdür. Daha sonra isə Əflatunun Müşfiqin üzərinə gedib sonuncunun arxasıyca restoranın daxilinə girdiyini görən vaxt anası ilə telefon söhbətini yekunlaşdıraraq restorana tərəf qaçıb restorandan içəriyə girmişdir. O, içəriyə girəndə Müşfiqin yerə uzandığını, tanımadığı adamların da, ətrafa yığışdığını görmüşdür. Əflatun Müşfiqi yerdə vuran vaxt Əflatunu oradakı adamlar aralaşdırmağa çalışmşdır. Həmin vaxt yerdə uzanan Müşfiqin ayaq nahiyəsindən sağ ayağı ilə bir təpik zərbəsi vurmuşdur. Bu vaxt kənara çəkilmiş Əflatun əlindəki bıçaqla Müşfiqin ayaq nahiyəsinə daha bir zərbə vurmuşdur. Müşfiq ayağa qalxıb macal taparaq Əflatundan uzaqlaşıb mətbəxə tərəfə qaçmağa başlamış, Əflatun və o, içəridəki səs-küydən, camaatın oraya yığışıb onları seyr etməsini görərək restorandan çıxıb maşına doğru qaçmışlar. O, Osman və Əflatunla bir yerdə Osmanın maşınına əyləşərək yaşadıqları kəndə getmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ona CM-nin 29,120.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı kənddən tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 uzaq qohumudur, Təqsirləndirilən şəxs1 isə əmisi oğludur. 2021-ci ilin aprel ayında gecə vaxtı hazırda adını xatırlamadığı, tanıdığı şəxslərdən biri xatırlamadığı nömrə ilə ona zəng edərək əmisi oğlu Əflatunun yaşadıqları kənddə yerləşən çay evinin qarşısında olduğunu və sonuncunun vurulduğunu bildirmişdir. O, həmin vaxt evdə olmuş və paltarlarını geyinib dərhal Əflatunun olduğu yerdə gəlmişdir. Əflatuna yaxınlaşanda sonuncunun gözaltı nahiyəsindəki xəsarəti görərək nə baş verdiyini Əflatundan soruşmuşdur. Əflatun Müşfiq adlı şəxs tərəfindən vurulduğunu bildirmişdir. Əflatunun gözündəki xəsarətin ciddi olduğunu anlayaraq sonuncunu idarə etdiyi “Volksvagen Passat” markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada Əflatuna ilkin tibbi yardım göstərilərək sonuncunun gözaltı nahiyəsinə tikiş qoyulmuş və daha sonra onlar evə qayıtmışlar. Bundan sonra bir neçə dəfə Əflatunla görüşən zaman sonuncu, hər dəfə Müşfiq tərəfindən səbəbsiz, haqsız yerə vurulduğunu deyib Müşfiqə qarşı əsəbi olduğunu bildirmişdir. O, Əflatuna həmişə təmkinli davranmağı, Müşfiqlə bir gün söhbət edib məsələni aydınlaşdıracağını və söhbətin bağlanacağını demişdir. O, daha sonralar Müşfiq adlı şəxsi araşdırmış və Müşfiqin Xaçmaz rayon sakini olması, həmçinin “Ford” markalı avtomobil idarə etməsi barədə məlumat əldə etmişdir. xx.xx.2021-ci il tarixdə müxtəlif vaxtlarda iki dəfə istifadəsində olmuş ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək məsələnin aydınlaşdırmaq üçün sonuncunu görüşə çağırmışdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində şam yeməyi yemək üçün Əflatun və Əlimədanla birlikdə “Zeytun” restoranına getmişlər. Restoranda şam yeməyini yedikdən sonra o, hesabı ödəmiş və Əflatunla restoranı tərk etmişdir. Restoranının qapısından çıxanda Əflatun əli ilə bir nəfəri göstərib Müşfiq adlı şəxsin həmin adam olduğunu ona bildirmişdir. O, Əflatunla restoranın qapısından çölə çıxıb sonuncuya geriyə durmasını, Müşfiqlə özü söhbət edəcəyini demişdir. Bir müddət giriş qapısının qarşısında dayandıqdan sonra Müşfiq restorandan çıxaraq əlini uzadıb salamlaşaraq onunla görüşmüşdür. O, Müşfiqlə görüşərək sonuncuya kənara gəlməsini, Əflatunu hansı səbəbdən vurmasını aydınlaşdıracağını demişdir. Lakin Müşfiq əlini özünə tərəf dartaraq gəlməyəcəyini bildirərkən sağ əlini yumruq formasında sıxaraq Müşfiqin sifət nahiyəsinə 1 zərbə vurmuş və onlar yaxalaşmışlar. Bir neçə saniyə onlar tutaşdıqdan sonra orada olan tanımadığı şəxslər onları aralamışlar. Daha sonra o, Müşfiqdən aralanıb kənara durmuşdur. Müşfiq isə dönəri və içkini yerdən götürən zaman Əflatun qaça-qaça Müşfiqin üzərinə doğru getmişdir. Müşfiq isə Əflatunun üzərinə doğru gəldiyini görərək dərhal restoranın içərisinə girmişdir. O, restoranın giriş qapısından içəri daxil olanda Müşfiqin yerə yıxıldığını, Əflatunun isə əlindəki bıçaqla Müşfiqə zərbələr endirdiyini, restorandakı şəxslərin də, onları ayırmağa çalışdığını görmüşdür. O, Əflatunun əlindəki bıçağın ona dəyəcəyindən qorxub, həmçinin Əflatunun öz şəxsi məsələsinə qarışmaq istəmədiyindən onlara tərəf getməmişdir. Müşfiq Əflatunun əlindən çıxıb qaçmağa çalışsa da, Əflatun Müşfiqi yenidən bıçaqla vurmuşdur. Daha sonra Müşfiq macal tapıb Əflatundan uzaqlaşıb vitrinlərin arxasına keçərək qaçmışdır. Əflatun da, Müşfiqin arxaınca getməmiş və restorandan çıxıb iti sürətlə avtomobilə doğru getmişdir. O, Əlimərdanla birlikdə maşına tərəf gedib avtomobilin sükan tərəfində oturub avtomobili işə salaraq yaşadığı kənd istiqamətində maşını idarə etmişdir. Kəndə çatanda Əflatun kəndin mərkəzində maşından enmiş və o isə yola davam etmişdir. Əlimərdanı yaşadıqları evə düşürdükdən sonra o da, evə getmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onun Təqsirləndirilən şəxs1 ilə tanışlığı qohumu olan Rəşadla bağlı olmuşdur. Belə ki, təxminən 2021-ci ilin aprel ayında Rəşad onunla əlaqə saxlayaraq vədələşib görüşmüşdür. Bu zaman o, Rəşadın çox pis vəziyyətdə olduğunu, ağır şəkildə döyüldüyünü görmüş, Rəşad onu Əflatun adlı şəxsin döydüyünü bildirmiş, o isə araşdıraraq sonuncunun şəxsiyyətini müəyyən etmişdir. O, Əflatunu taparaq üzr istəməsi üçün Rəşadın yaşadığı evə aparsa da, Əflatun üzrxahlıq etmək əvəzinə söyüş söyərək Rəşadı və ailəsini təhqir etmişdir. Buna görə o, Əflatunu vurmuşdur. Araşdırılan hadisədən təxminən 7-8 gün qabaq üzdən tanıdığı, ancaq şəxsi tanışlığı olmadığı Təqsirləndirilən şəxs3 və dostları onu görüşə çağırmış, lakin o, işi olduğu üçün görüşə getməmişdir. 22 aprel 2021-ci il tarixdə, saat 21 radələrində o, özünə məxsus “Ford Transit” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranına getmişdir. Restorandan yemək alıb çıxarkən daha əvvəl tanımadığı Təqsirləndirilən şəxs3 yaxınlaşaraq ətrafda xeyli insann olmasına baxmayaraq onun sifət nahiyəsinə yumruq zərbəsi endirmiş və onlar əlbəyaxa dalaşmağa başlamışlar. Dava zamanı Osman kömək etməsi üçün Əflatunu çağırmış, Əflatun isə əlində bıçaqla üzərinə gələrək bıçaq zərbəsi ilə bel nahiyəsindən xəsarət yetirmişdir. Əflatun onu vurmağa davam etdiyi üçün o, canını qurtarmaq üçün restorana daxil olmuş sonra isə içərisindəki rəflərin arxa tərəfinə keçmişdir. Hadisə nəticəsində ona 5 bıçaq xəsarəti yetirilmişdir. Ona Əflatun tərəfindən bıçaq zərbləri endirilərkən Osman da, Əflatuna öz hərəkətlərini davam etdirmək üçün şərait yaratmışdır. Hadisə zamanı kimsə ona təpik zərbəsi də endirmişdir. Xəsarət aldıqdan sonra vurulan zərbələrin təsirindən yerə yıxılmış və çox qan itirdiyi üçün huşu özündə olmamışdır. Hadisədən dərhal sonra o, orada olan kənar şəxslər tərəfindən Xaçmaz rayon Mərkəzi xəstəxanasına aparımışdır. Əflatun onu vurmağa davam etmək imkanında olsa da, ətrafda olan şəxslər baş verənləri görərək qışqırmağa başladıqlarına görə o, həmin yerdən qaçaraq uzaqlaşmışdır. Hadisədən sonra ona avtomobilinin yan güzgüləri, yan şüşələri və qabaq şüşəsinin sındırdığı da, məlum olmuşdur. Əflatun ona ilk bıçaq zərbəsini restoranın pilləkənlərinin yanında, digər zərbələri isə restoranın içərisində endirmişdir. Hadisədən əvvəl Əflatunla Osmanın onu güdməsindən xəbəri olmamış, bu barədə məlumatı hadisədən sonra öyrənmişdir. Bununla belə o, hesab edir ki, Əflatunun onu öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə hadisə yerində olmasına baxmayaraq ona heç bir xəsarət yetirməmişdir. Əlimərdan hadisə yerində olmasına baxmayaraq onun bıçaqlanmasından xəbəri olmamış, sonuncu elə bil donmuş vəziyyətdə olmuşdur. Məhkəmə zərər çəkmiş şəxsin də, məhkəmə iclasında veridyi ifadəsinin tam olaraq həqiqəti əks etdirmədiyini müəyyən etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı ifadə verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Şahin oğlunu əvvəllər tanımamış və həmin şəxslərlə arasında dostluq, düşmənçilik və şəxsi ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə iki dəfə zəng edərək Təqsirləndirilən şəxs1 niyə vurduğunu soruşub məsələni aydınlaşdırmaq üçün onu görüşə çağırmış, lakin o, Osmanla görüşməkdən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus “Ford Transit” markalı yük avtomobili ilə çörək və dönər almaq üçün Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranına gələrək avtomobili kafenin qarşısında saxlayıb restorandan içəriyə daxil olmuş, oradan çörək, dönər və dovğa alıb çölə çıxan zaman bir nəfər saqqallı şəxslə salamlaşmışdır. Sonradan onunla salamlaşan şəxsin adının Osman olduğunu öyrənmişdir. Osman onunla salamlaşan zaman əlini sıxaraq buraxmamış və onu özünə tərəf dartaraq “gəl bu tərəfə görüm, Əflatunu niyə vurmusan?” sözlərini demişdir. O, Əflatunu vurmadığını deyib əlini geriyə çəkəndə Osman onun sifət nahiyəsinə yumruqla vurmuş və onlar əlbəyaxa olmuşdur. Həmin vaxt 2 nəfər tanımadığı şəxs onları ayırmışdır. Əlində olan dönər paketi yerə dağılmış və o, yerdən paketləri yığanda üzündə qara rəngli tibbi maska olan bir nəfər şəxsin əlində böyük bıçaqla ona tərəf qaçaraq üstünə hücüm etmişdir. O, dərhal qaçıb restorana daxil olmuş, uzündə maska olduğu üçün həmin şəxsi dəqiq tanıya bilməmişdir. Sonradan həmin şəxsin Əflatun olduğunu bilmişdir. Həmin şəxs əlindəki bıçaqla bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. O, həmin vaxt yerə yıxılmış, yerdə də Əflatun onu bıçaqla vurmağa davam etmişdir. Zərbələrdən biri qarın boşluğuna daxil olmuşdur. O, əli ilə bıçaq zərbələrindən yayınmağa çalışsa da, bunu edə bilməmişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs Əflatunu tutub ondan kənarlaşdırmışdır. O, isə yerdə qıvrılmış vəziyyətdə qarnını tutan zaman Əflatun yenidən onun üstünə hücüm çəkmişdir. Əflatunun əlində bıçaqla yenə də üstünə gəldiyini görüb yerdən qalxaraq qaçmağa çalışmış, lakin sözügedən şəxs əlindəki bıçaqla yenə də onu vurmuş, bıçaq sol bud nahiyəsinə batmışdır. Ona bıçaq zərbəsi vurulandan sonra yerdə uzanmış vəziyyətdə olanda tanımadığı bir nəfər şəxs təpiklə ona bir zərbə vurmuşdur. Onu təpiklə vuran şəxsin sonradan Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Həmin vaxt kafenin içində səs-küy düşmüş, kafedə olan 5-10 nəfər insanalar qorxuya düşərək qışqırmağa başlamışlar. O, Əflatunun yenidən üstünə gəldiyini görüb qorunmaq üçün özünü dönər avadanlığının arxasına atmışdır. Əflatun əlində bıçaqla avadanlığın başına fırlanaraq onun üstümə gəlmiş, lakin o, qaçaraq vitrinlərin arxasına keçmişdir. Əflatun da geriyə çəkilib restorandan çölə çıxıb getmişdir. O, çoxlu qan itirdiyi üçün halı pisləşmiş və kafedə olan tanımadığı bir neçə şəxsin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Xəstəxanada əməliyyat oluaraq 9 gün xəstəxanada stasionar qaydada müalicə aldıqdan sonra xəstəxanadan buraxılmışdır. Hazırda səhhəti normaldır. Avtomobilinə vurulan 483 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs1 qohumları tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, o cümlədən hadisənin məhz Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Əflatun Əspəndiyen tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə, hadisə gedişatında hər bir təqsirləndirilən şəxslərin hərəkətlərinə dair göstərdiyi xüsusatlar iş üzrə tədqiq edilmiş bütün sübutların məcmusu, o cümlədən hadisənin gedişatı qeydə alınmış videogörüntülərlə tam təsdiq olunmuşdur. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, avtomobili ilə Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranının qarşısında dayanaraq taksi xidmətləri göstərməklə məşğul olmuşdur. Hadisə vaxtı o, elə orada dayanıb telefonla danışarkən mübahisə olduğunu sonra isə bir nəfərin Zərərçəkmiş şəxsla mübahisə etdiyini, sonuncun əlində olanların yerə töküldüyünü və yerdən topladığını, az sonra isə Müşfiqlə digər şəxsin retorana girdiklərini görüb, dava olduğunu zənn edərək ayırmaq məqsədilə ozü də restorana daxil olmuşdur. Həmin vaxt o, dalaşan iki şəxsi ayırmağa çalışmış, ancaq bıçaq olduğunu ehtimal edərək ayıra bilməmişdir. Bu zaman həyəcanlı olduğu üçün nəyin necə baş verdiyini unutmuşdur. Bıçaqlanma anını görməmiş, sadəcə dalaşanlardan yıxılan olduğunu müşahidə etmişdir. Həmin vaxt ətrafda bir adam olmuşdur. Sonra o bayıra çıxmış və bu zaman Müşfiq də, çıxmışdır. O, Müşfiqin əlinin qan olduğunu görmüş və restoranın inzibatçısının xahişinə əsasən tanımadığı bir şəxsin köməyi ilə avtomobilə oturdaraq xəstəxanaya aparmışdır. Məhkəmə şahidin də, məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun hadisədən bir il keçdiyinə və hadisə zamanı həyəcanlı olmasına istinad etməklə iş üçün zəruri halları göstərmədiyini nəzərə alır və daha müfəssəl olan, eləcə də, işin digər hallarına uyğun olan məhkəməyədək icraat zamanı verdiyi ifadəsini həqiqəti əks etdirən ifadə kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində ifadə verərək Şahid1 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində taksi fəaliyyəti göstərdiyi üçün Xaçmaz şəhəri Bakı prospektində yerləşən “Elite” restoranın qarşısında avtomobilinin yanında dayanan zaman səs-küy eşitmiş və çönüb baxanda iki nəfər tanımadığı şəxsin üzbəüz istiqamətdə yerləşən “Zeytun” restoranının giriş qapısının qarşısında dalaşdığını görmüşdür. O, yolu keçərək həmin şəxslərə yaxınlaşanda artıq onları kimsə ayırmış və dalaşan şəxslərdən biri əyilərək yerə düşmüş torbanı götürmüşdür. Onunla həmin şəxsin arasında təxminən 5-6 metr məsafə olmuşdur. Dava-dalaşın bitdiyini düşünərək çönüb geriyə qayıdanda kənardan bir şəxsin qaçaqaça yerdən torbanı götürən şəxsin üzərinə doğru gəldiyini görmüşdür. Yerdən torbanı götürən şəxs isə həmin adamın üstünə gəldiyini görərək dərhal restoranın içərisinə daxil olmuşdur. O, onları ayırmaq məqsədilə restoranın giriş qapısından içəriyə girmiş və qaça-qaça restorana girən şəxs arxasınca qaçdığı şəxsə əlindəki bıçaqla zərbələr endirdiyini görmüşdür. O, onları ayırmağa çalışsa da, əlində bıçaq olan şəxs ona məhəl qoymayaraq bıçaqla yaralanan şəxsə zərbələr endirməyə davam etmişdir. O, həmin şəxsin əlindəki bıçağın ona dəyməsindən ehtiyat edərək çox da yaxınlaşmamışdır. Bıçaqlanan şəxs zərbələrin təsirindən yerə yıxılmış və sonuncu macal tapıb ayağa duraraq vitrinlərin arxasına keçib uzaqlaşmışdır. Bundan sonra əlində bıçaq olan şəxs yaralanan şəxsin arxasınca getməyib qaçaraq restoranı tərk etmişdir Belə halnan rastlaşdığı üçün özü də həyəcanlı olmuş və hadisə ona çox pis təsir etmişdir. Çünki gözünün qarşısında kiminsə bıçaqlanmağının ilk dəfə şahidi olmuşdur. Həmçinin restoranın daxilində də səs-küy artmış, içəridəki qadınlar qışqırmağa başlamış, ətrafa da çox sayda adam toplaşmışdır. Bıçaqlayan şəxs getdikdən sonra bıçaqlanan adam restorandan çölə çıxaraq qarın nahiyəsini əli ilə tutub hamıdan kömək istəmişdir. Yaralının çoxlu qan itirdiyini, paltarlarının qana bulaşdığını görərək insanlıq naminə sonuncunu tanımadığı başqa şəxslə maşınına əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilmiş və xəstəxanaya Xaçmaz rayon polis şöbəsinin əməkdaşları gəldikdən sonra o, xəstəxananı tərk edərək evə getmişdir. Hadisənin baş verdiyi yer ictimai yerdir. Restoran avtomobil yolunun kənarında yerləşdiyi üçün restoranın qarşısında da adam çox olur. Məhkəmə iclasında Şahid2 Etiram oğlu şahid qismində ifadə verərək göstərdi ki, o “Zeytun” restoranında dönərçi işləyir. Hadisədən bilavasitə əvvəl dönər hazırlayıb, müştəriyə vermişdir. Müştəri getmiş və bu zaman o, da siqaret çəkmək üçün bayıra çıxmışdır. Bayırda iki nəfər dava etdiyini, sonra isə bir nəfərin bıçaqla gəldiyini görmüşdür. Bu zaman o, digər qapıdan içəri girmiş v bıçaqlanmanın başa çatdığını görmüşdür. O, hadisənin gedişatını görə bilməmişdir. Məhkəməyədək icraat zamanı verdiyiifadəsində bir sıra xüsusatlar onun göstərdiyi kimi yazılmamış və o, həmin ifadəni tam oxumadan imzalamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o məhkəməyədək icraat zamanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxslər, zərər çəkmiş şəxs və şahid məhkəmə iclasında təqsirləndirin şəxslərin xeyrinə, onların məsuliyyətinin yüngülləşməsi üçün bir sıra xüsusatları təhrif etməklə vermişlər, bunu isə bir sıra hallarda məhkəməyədək icraat zamanı ifadələrini oxumadan imazalamaları, bəzi hallarla isə hadisədən uzun müddət keçiyi üçün unutmaları ilə əsaslandırmağa çalışmışlar. Məhkəmə hesab edir ki, hadsədən uzun müddət keçdiyi üçün həmin şəxslərin hadisənin hallarını unutmaları mümkündür. Bununla yanaşı təqsirləndirilən şəxslərlə zərər çəkmiş şəxsin və şahidlərin eyni rayondan olmalarının, habelə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslə barışması və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayətinin olmamasının da, zərər çəkmiş şəxsin özü ilə yanaşı, məhkəmə iclasında şahid qismində ifadə vermiş şahidlərin təqsirləndirilən şəxslərin xeyrinə bir sıra halları bilərəkdən göstərməmələrini də, istisna etmək olmur. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş və şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, habelə təqsirləndirilən şəxslərin ibitidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri etirafedici xüsusatlar iş üzrə toplanmış sübutlar məcmusu, o cümlədən hadisəni əks etdirən videogörüntülərlə təsdiq edildiyinə görə, ittihaməın əsasını təşkil edən sübutlar məcmusuna daxil edilməlidir. Belə ki, ittiham tərəfinin sübut kimi təqdim etidiyi videogörüntülər proses iştirakçılarının, o cümlədən təqsirləndirilən şəxslərin iştirakları ilə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:50-də Xaçmaz şəhərində yerləşən “Zeytun” restoranının bayır tərəfində iki nəfər şəxs bir-biri ilə salamlaşır, onlardan birinin üzü saqqallıdır və bu şəxs Təqsirləndirilən şəxs3dur. Həmin şəxslər salamlaşdıqdan sonra restorandan digər şəxs, yəni başında papaq və əlində sellofan olan Zərərçəkmiş şəxs çıxır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3la salamlaşır, sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs kənara tərəf çəkmək istəyir, lakin Zərərçəkmiş şəxs onunla getmir və bu zaman Təqsirləndirilən şəxs3 qəflətətən yumruqla Zərərçəkmiş şəxs vurur, sonra isə onu yanlarında dayanmış avtomobilin kapotu üzərinə yıxır. Bu zaman orada əvvəlcədən Təqsirləndirilən şəxs3la söhbət edən digər şəxs və orada olan kənar şəxslər Təqsirləndirilən şəxs3 uzaqlaşdırmağa çalışır. Bundan sonra Zərərçəkmiş şəxs ona vurulan zərbə nəticəsində əlindən yerə tökülmüş əşyaları yığır, lakin elə bu anda o, üzərinə yenidən artıq sifət nahiyyəsinə tibbi maska taxılmış Ə.Əspəndiev və onunla eyni zamanda Təqsirləndirilən şəxs2 tərəfindən hücum olunduğunu görüb, qaçıb restorana girir. Təqsirləndirilən şəxs1 onun ardınca içəri daxil olur və bu zaman əlində əşya olduğu hiss edilir. Təqsirləndirilən şəxs1 ardınca daha bir nəfər, onun ardınca Təqsirləndirilən şəxs2, sonra isə daha bir neçə şəxs və Təqsirləndirilən şəxs3 restoranın içərisinə daxil olurlar. Bu zaman hətta Təqsirləndirilən şəxs2 özündən irəlidə Təqsirləndirilən şəxs1 arxasınca iti addımlarla gedən şəxsi bir qədər kənara itələyərək özünün içəriyə daxil olmasını tezləşdirir. Bundan 20 saniyə sonra əlində hələ də, bıçaq olan Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2, onların ardınca isə Təqsirləndirilən şəxs3 və kənar şəxslər restorandan çıxırlar. Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 qaçaraq, Təqsirləndirilən şəxs3 isə iti addımlarla orada uzaqlaşırlar. “Zeytun” restoranın içərisində olan müşahidə kamerası ilə qeydə alınmıış görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs etdikləri hüçumun restoranın daxilində olan hücumun bütün müddətində çəkiliş getmişdir. İlk öncə hadisənin davam etdiyi sahə görünür, bu zaman Təqsirləndirilən şəxs1 bıçaqlayaraq və itələyərək Zərərçəkmiş şəxs həmin sahədə olan çorək piştaxtasına tərəf gətirir. Onunla birlikdə Təqsirləndirilən şəxs2 da, fəal olaraq sonuncunun arxasında isə Təqsirləndirilən şəxs3 və digər şəxslər Zərərçəkmiş şəxs istiqamətində gəlirlər. Bundan sonra Təqsirləndirilən şəxs3 daxili kameranın diopazonunundan kənarda qalır. Həmin vaxt Zərərçəkmiş şəxs qorunmağa çalışsa da, yerə yıxılır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməyə davam edir, onlarla eyni zamanda yanlarında daxil olmuş iki nəfərdən biri sadəcə yaxınlaşmaq istəyir, Təqsirləndirilən şəxs2 isə fəal hərəkətlər edir, o cümlədən əlləri ilə Zərərçəkmiş şəxs ayağa qalxmamasını sığortalayır. Bu zaman kənar şəxs Təqsirləndirilən şəxs1 paltarından tutub dartmağa çalışır, ani olaraq Təqsirləndirilən şəxs1 başı qarışmasında istifadə edərək Zərərçəkmiş şəxs qorunmaq üçün ayağa qalmağa çalışır, bunu görən Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs ayaq nahiyyəsinə təpik zərbəsi endirməklə yıxılmasını təmin edir və bununla da, Təqsirləndirilən şəxs1 ona yenidən bıçaq zərbələri endirməsinə şərait yaradır. Bundan istifadə edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla zərbə endirir, ancaq digər şəxslər müdaxilə etdiyinə görə Zərərçəkmiş şəxs imkan taparaq bir qədər yerdən qalxmağa nail olur. Bu zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 öz hərəkətlərini dayandırdığını zənn edərək bir qədər kənara çəkilsə də, Təqsirləndirilən şəxs1 yenə də, Zərərçəkmiş şəxs hücum edir, M.Qadaşov bunu görən kimi yenidən müdaxilə edərək, Təqsirləndirilən şəxs1 sığortalamağa davam edir, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs üzərinə hücumunu davam etdirərək Zərərçəkmiş şəxs yenə də, bıçaq zərbəsi endirir. Zərərçəkmiş şəxs bir qədər büdrəsə də, ayağa qalxır, bu zaman Təqsirləndirilən şəxs1 bir qədər geri çəkilir, bunu görən M.Qadaşov öz hərəkətlərini dayandırır, kameranın diopazonundan kənarda olan hissəyə keçir, Zərərçəkmiş şəxs isə ayağa qalxan kimi özünü dönər avadanlığının arxasına tərəf atır, Təqsirləndirilən şəxs1 isə yenidən onun üzərinə hücum etmək istəyir, avadanlığın ətrafına fırlanaraq əlindəki alətlə yenidən onu vurmağa cəhd edir, lakin Zərərçəkmiş şəxs vitrinlərin arxasına keçərək uzaqlaşdığından Təqsirləndirilən şəxs1lə M.Qadaşov öz hərəkətlərini dayandırıb, çıxışa tərəf gedirlər. İçəridə olan videokamera restoranın girişini çəkmədiyi üçün, həmin kamera ilə orada olan digər şəxslərin hərəkətlərinin videoqeydiyyatı aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi ETTB” Publik Hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 23 aprel 2021-ci il tarixli, 209 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- hemorragik şokla müşayiət olunmuş, böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, sol bazu, sağ said, sağ əlin birinci abrmağı, döş qəfəsi və sol bud nahiyələrin deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə dərəcələrinə görə hemorragik şokla müşayiət olunmuş, böyük piyliyin eventrasiyası (xaricə çıxması) ilə qarın boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol çiyin qurşağının qançırı bərk küt əşyanın təsirindən törənməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı gedişatında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2021-ci il tarixli, 276/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Valeh oğluna məxsus gödəkçənin sağ yaxalığının ön səthində iki ədəd, gödəkçənin sol yaxalığının ön səthində iki ədəd, gödəkçənin sağ qolunun bayır səthində bir ədə, gödəkçənin ön səthinin sol çiyin tikişində bir ədə, gödəkçənin sol qolunun manjeti üzərində bir ədəd, gödəkçənin sol qolunun arxa səthində bir ədə, maykanın ön səthinin sağ nahiyəsində iki ədəd, maykanın ön səthinin sol yuxarı nahiyəsində bir ədə, şalvarın sol ayağının arxa səthində bir ədə aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi ETTB” Publik Hüquqi şəxsin 18 iyun 2021-ci il tarixli, 398/2021- MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə O alfa beta (İ)-dır. Ekspertizaya təqdim edilmiş parça fraqmenti, mayka, şalvar, gödəkçə üzərində olan ləkələrdə O alfa beta (İ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (İ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzəru Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 cinayət törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkəti Azərbaycan Respublikasl CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 ünsiyyətçilik, tənqid və təhqirə qarşı həssaslıq, emosionallıq, hirslilik, özünəməxsus prinsiplərə malik olmaq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual imkanlarına görə etdiyi hərəkətin xarakter və mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törətməzdən əvvəl Təqsirləndirilən şəxs1 səbəbsiz yerə vurulmasını qəbul edə bilməmiş, həmin hərəkəti öz qüruruna sığışdırmamış, bununla əlaqədar psixi-emosional sferasında hirslilik, sıxıntı, əhvalruhiyyənin enməsi kimi halalr yaranmış, ona qarşı etdiyi hərəkətə görə Müşfiq adlı şəxsdən heyif çıxmaq istəmiş, bu səbəblə cinayət əməli törətməsini əvvəlcədən planlaşdırmış, hadisə zamanı emosional sferasında hirslilik, qəzəblilik kimi hallar yaranmışdır. Hazırda onun psixi-emosional sferası norma daxilindədir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 cinayət törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkəti Azərbaycan Respublikasl CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçilik, emosionallıq, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, o, baş vermiş hadisə zamanı öz hərəkətlərinin xarakter və mahiyyətini anlamaq iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində göstərilən hüquqazidd əməli törədən zaman Təqsirləndirilən şəxs2 psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2021-ci il tarixli, 1313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 cinayət törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hərəkəti Azərbaycan Respublikasl CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hövsələsizlik, emosionallıq, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs3 intellektual imkanlarına uyğun olaraq öz hərəkətinin xarakter və mənasını anlamaq iqtidarında olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs3 psixi-emosional sferasında hirslilik halı yaranmışdır. Məhkəmə baxışı zamanı keçirilmiş “Komisyon kompleks Məhkəmə-ambulatorpsxiatrik və psixoloji ekspertizasına” dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinənin nəticəsi və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində ona hər-hansı psixi poxuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər-hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Əməli CM-nin 21 və 22-ci-ci maddələrinin təsiri altına düşmür. Halhazırda hər-hansı psixi(ruhi) xəstəliyi aşkar olunmur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun psixi vəziyyətinə və fərdi-psixi xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Əqli-intellektual imkanlarına və psixi durumuna görə öz hüquqlarını və vəzifələrini, o cümlədən prosessual hüquq və vəzifələrini tam şəkildə və müstəqil həyata keçirmək qabiliyyətinə malik şəxs kimi qiymətləndirilir. Onun əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, inadakarlıq, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi emosionla vəziyyətində hirslilik, qəzəb kimi hallar yaranmış, həmin hallın yaranması fərdi-psixi xüsusiyyətlərlə şərtlənmişdir. Cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəəziyyətində (fizioloji affekt) olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə baxışı zamanı keçirilmiş “Komisyon kompleks Məhkəmə-ambulatorpsxiatrik və psixoloji ekspertizasına” dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 75 nömrəli rəyindən görünür ki, X3 hal-hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinənin nəticəsi və s. sübut edir. Belə ki, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində ona hər-hansı psixi poxuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər-hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Əməli CM-nin 21 və 22-ci-ci maddələrinin təsiri altına düşmür.Hal-hazırda hər-hansı psixi(ruhi) xəstəliyi aşkar olunmur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun psixi vəziyyətinə və fərdi-psixi xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Əqli-intellektual imkanlarına və psixi durumuna görə öz hüquqlarını və vəzifələrini, o cümlədən prosessual hüqquq və vəzifələrini tam şəkildə və müstəqil həyata keçirmək qabiliyyətinə malik şəxs kimi qiymətləndirilir. Onun əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ünsiyyətçilik, emosionallıq, başqalarının hissvə yaşantılarına qarşı biganə olmamaq, kimi xarakterik xüsusaiyyətlər malikdir.Qərarın təsviri hissəsində göstərilən cinayət əməli baş verərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər-hansı dəyişiklik yaranmamışdır. Cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəəziyyətində (fizioloji affekt) olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə baxışı zamanı keçirilmiş “Komisyon kompleks Məhkəmə-ambulatorpsxiatrik və psixoloji ekspertizasına” dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 76 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlunda hal-hazırda hər-hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinənin nəticəsi və s. sübut edir. Belə ki, əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində ona hər-hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs3 əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər-hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Əməli CM-nin 21 və 22-ci-ci maddələrinin təsiri altına düşmür.Halhazırda hər-hansı psixi(ruhi) xəstəliyi aşkar olunmur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun psixi vəziyyətinə və fərdi-psixi xüsusiyyətlərinə görə iş üçün əhəmiyyət kəsb edən halları qavramaq, öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Əqli-intellektual imkanlarına və psixi durumuna görə öz hüquqlarını və vəzifələrini, o cümlədən prosessual hüqquq və vəzifələrini tam şəkildə və müstəqil həyata keçirmək qabiliyyətinə malik şəxs kimi qiymətləndirilir. Onun əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Hövsələsizlik, emosionallıq, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən cinayət əməli baş verərkən emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan vəəziyyətində (fizioloji affekt) olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunmuş "xxxx" Müəssisəsinin Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının 29 aprel 2021-ci il tarixli, t1170 nömrəli ziyan aktından görünür ki, “Ford Transit” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 483 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCnin məlumatlarına baxış keçirilməsi haqqında 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:46-da və həmin gün saat 17:29-da Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və müvafiq olaraq 40 və 72 saniyədən ibarət telefon danışığı baş tutmuşdur. Cinayət işinin materiaalarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamələrdəndən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkum olunmamışlar. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz RİHB-nın Yergüc İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunmuşlar. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş zərər çəkmiş şəxsin notarial qaydada verilmiş ərizələrindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlardan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan “Şəhid ailə üzvünün vəsiqəsinin və “Ölüm haqqında şəhadətnamə”nin surətlərindən görünür ki,təqsirləndirilən şəxs X1 atası X6 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş və ona şəhid statusu verilmişdir. Təqsirləndirilən şəxs3 özünün müdafiəsi üçün Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, bu barədə heç kimlə qabaqcadan razılığa gəlmədiyini, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla vuracağını əvvəldən birmədiyini, habelə hadisə gedişatında bunun üçün heç bir şərait yaratmadığını, Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, bu barədə heç kimlə qabaqcadan razılığa gəlmədiyini, habelə bu hadisədə Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 heç bir rolu olmadığını, Təqsirləndirilən şəxs2 isə özünün müdafiəsi üçün Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, bu barədə heç kimlə qabaqcadan razılığa gəlmədiyini və hadisə zamanı heç bir fəal qanunazidd hərəkətə yol vermədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin göstərdikləri bu xüsusatların onları özlərini və qarşılıqlı olaraq biri-birilərini müdafiə etmək xarakterli olduğu, həmçinin bu xüsusatların həqiqəti əks etdimədiyini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar məcmusu ilə istisna edildiyi, eləcə də, onların hər birinin təqsirli olaraq ittiham olunduqları əməli törətdiklərinin tam sübuta yetdiyi qənaətinə gəldiyi üçün hesab edir ki, onların göstərdikləri bu xüsusatlar həqiqət kimi qəbul edilməməlidir. Belə ki, digər sübutlarla yanaşı videogörüntünün təhlili göstərir ki, təqsirləndirilən şəxsin hər birinə irəli sürülmüş ittihamlardakı bütün xüsusatlar öz təsdiqini tam olaraq tapmışdır. O cümlədən hadisədən əvvəl Zərərçəkmiş şəxs israrla görüşə dəvət etməsi, sonuncu imtina etdikdə isə bununla razılaşmayaraq, hadisə yerində qarşılaşmaqla ona hücum etməsi və planlaşdırılmış şəkildə Zərərçəkmiş şəxs qəsdən öldürülməsinin həyata keçirilməsi üçün fəal şəkildə şərait yaratması, Təqsirləndirilən şəxs3 hadisənin digər iştirakçıları ilə birlikdə hadisənin törədilməsinin qabaqcadan planlaşdırıldığını, yəni təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında iştirak etdiklərini göstərir. Hadisənin başlanğıcında Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qəflətən vuraraq onun müqavimət qabiliyyətini sındırması onda qorxu hissi yaratması, bu zaman özünün fəal zorakılıq hərəkətlərini davam etdirməsi və yalnız kənar müdaxilə nəticəsində bunu dayandırma məcburiyyətində qalması, eyni zamanda bu hərəkətləri etməklə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 hücuma başlamaları, o cümlədən Təqsirləndirilən şəxs1 əvvəlcədən gətirdiyi bıçağı çıxararaq zərbə endirməsi üçün hazırlamasına vaxt qazandırması , Təqsirləndirilən şəxs1lə M.Qadaşovun Zərərçəkmiş şəxs birgə hücumu başladıqdan sonra isə artıq müqavimət qabiliyyətini sındırdığı və qorxu hissi yaratdığı Zərərçəkmiş şəxs onu da, gördüyünü bildiyi halda və bunun Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 hücumunu planlaşdırdıqları kimi başa çatdırmaları üçün münbit şərait yaradan hal olmasını anlayaraq birbaşa hadisənin baş verdiyi məkanda, hadisəni törədən şəxslərin yanında olması, hətta bu zaman sonuncuların öz hərəkətlərini dayandırması üçün istər nüfuzu, istərsə də, fiziki imkanları olmasına baxmayaraq bunu etməməsi Təqsirləndirilən şəxs3 həqiqətə uğun olmayan ifadə verərək özünü və cinayətin digər iştirakçıları olan qohumları Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 müdafiə etməyə çalışdığını göstərir. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs birgə hücum etmələri, bu zaman Ə.Qadşovun Təqsirləndirilən şəxs1 əlində bıçaq olduğunu gördüyü halda hücumda iştirak etməsi və Ə.Əspəndieyvin Zərərçəkmiş şəxs bədənin həyat üçün təhlükəli olan hissələrinə ardıcıl olaraq zərbələr endirdiyini gördüyü halda Təqsirləndirilən şəxs1 dayandırmaq əvəzinə Zərərçəkmiş şəxs göstərə biləcəyi müqavimətdən sığortalamaqla Təqsirləndirilən şəxs1 qoruması, hətta Təqsirləndirilən şəxs1 hərəkətlərinə kənar şəxs tərəfindən mane olunduqda, imkan tapıb yıxıldığı yerdən qalxmağa çalışan Zərərçəkmiş şəxs ayaq nahiyyəsində təpik zərbəsi endirməklə həmin an Zərərçəkmiş şəxs artıq məhdud olan müdafiə imkanından tam olaraq məhrum etməsi və beləlikə də, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaq zərbələri endirməyə davam etməsinə şərait yaratması, hadisə gedişatında Təqsirləndirilən şəxs1 hücumu dayandırmaq məcburiyyətində qaldığını zənn edərək 1-2 saniyyəlik fəallığını azaltsa da, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs təkrar hücum etməsini görüb, yenidən hücuma qoşulması və yenidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 göstərə biləcəyi müqavimətdən Təqsirləndirilən şəxs1 sığortalamağa yönəlmiş hərəkətlər etməsi, eləcə də, videogörüntülərdə, Zərərçəkmiş şəxs qarşı həyata keçirilən hücumun hücum edən şəxslərin iradəsi ilə deyil, sonuncun qaçması və restoranda olan kənar şəxslərin müdaxiləsi nəticəsində başa çatmasının müşahidə edilməsi Təqsirləndirilən şəxs3la yanaşı Təqsirləndirilən şəxs1lə M.Qadaşovun da, özlərinin müdafiəsi üçün göstərdikləri xüsusatların əsassız olduğunu və həqiqəti əks etdirmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, bu və təqsirləndirilən şəxslərin özlərinin müdafiə üçün göstərdikləri xüsusatlar videogörüntülər və iş üzrə tədqiq edilmiş digər sübutların məcmusu ilə təkzib edildiyinə görə həqiqəti əks etdirən xüsusatlar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Buna görə də, onların hər biri fərdi qaydada ittiham olunduqları cinayəti törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmədə hazırki cinayət işi üzrə təqsiləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslə barışıq əldə etmələrini, ona vurulmuş ziyanın ödənilməsini və zərər çəkmiş şəxsin onlardan şikayətinin olmamasını ayrı-ayrılıqda təqsirləndirilən şəxslərin hər birinin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X4 atasının “İ Qarabağ müharibəsi” şəhidi olmasını əlavə olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinə nisbətdə fərdi olaraq CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərin hər birinə fərdi olaraq cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onların hər birinə təqsirli bilindikləri CM-nin 29,120.2.1 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə təyin edilən cəzaların həcmini müzakirə edərkən həmçinin CM-nin 60.1 və 63.3-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə qeyd edir ki, belə olan halda bu cinayət işi üzrə təqsirləndirilən şəxsin hər biri fərdi olaraq azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə və cəzalarının əvvəli tutulduqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli şalvar, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qara rəngli gödəkçə ona qaytarılmalı, o, qəbul etmədikdə isə məhv edilməli, habelə iş üzrə maddi sübut olan, Xaçmaz rayon prokurorluğunda saxlanılan 1 ədəd qan nümunəsi məhv olunmalıdır. İş üzrə mülki idda, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə yuxasrıda göstərilənəri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il 4 (dörd)ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 -ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il (iki) il 6 (alti) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il 9 (doqquz) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlu təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlunun hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli şalvar, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qara rəngli gödəkçə zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə maddi sübut olan, Xaçmaz rayon prokurorluğunda saxlanılan 1 ədəd qan nümunəsi məhv edilsin. Hökmdən, elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şahhüseyn oğlu isə hökmün surəti onlara verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: “imza” Rəşad Əliyev Hakimlər: “imza” Hafiz Əliyev “imza” Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən hakim Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(124)-40/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-40/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver