Məhkəmə qərarları › İş №1(124)-400/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-400/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-400/2022 27.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri Corat qəsəbəsi, 62A ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metedon həbini əldə edərək, üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İ və İİ siyahısı ilə müəyyən edilmiş, öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış 41 ədəd bükümdə ümumi təmiz çəkisi 90,003 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroini, öz aralarında kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış 10 ədəd bükümdə ümumi təmiz çəkisi 40,334 qram külli miqdarda psixotrop maddə olan metamfetamini, üzərində “Methadone 40” göstəriciləri olan 03 ədəd konvolyutda, ümumilikdə 30 ədəd, tərkibində metadon təsiredici maddəsinin miqdarı 1,2 qram olan narkotik vasitə metadonu və səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 2 ədəd qara rəngli elektron tərəzini daşıyaraq üzərində və narkotik vasitənin satışı ilə məşğul olmaq üçün kirayə tutduğu mənzildə gizlətməklə saxlamış, 01 mart 2022-ci il tarixdə saat 20:20-də Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Aliminum” idman zalının qarşısında saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəgli gödəkçənin sol yan cibində saxladığı 01 ədəd tünd qəhvəyi rəngli pul kisəsinin içərisindən ümumilikdə 39 ədəd şəffaf sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,841 qr., 0,845 qr., 0,806 qr., 0,766 qr., 0,404 qr., 0,400 qr., 0,416 qr., 0, 415 qr., 0,437 qr., 0,381 qr., 0,410 qr., 0,858 qr., 0,426 qr., 0, 437 qr., 0,812 qr., 0,429 qr., 0,799 qr., 0,810 qr., 0,413 qr., 0,804 qr., 0,404 qr., 0,396 qr., 0,394 qr., 0,440 qr., 0,404 qr., 0,424 qr., 0,808 qr., 0,422 qr., 0,425 qr., 0,368 qr., 0,425 qr., 0,442 qr., 0,867 qr., 0,392 qr., 0,413 qr., 0,390 qr., 0,402 qr., 0,408 qr., 0,426 qr. olmaqla ümumi təmiz çəkisi 20,559 qram olan qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə külli miqdarda heroin, 09 ədəd şəffaf sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qr., 0,380 qr., 0,383 qr., 0,376 qr., 0,387 qr., 0,476 qr., 0,427 qr., 0,209 qr., 0,195 qr., ümumi təmiz çəkisi 3,022 qram olan ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə külli miqdarda metamfetamin, daha sonra həmin tarixdə saat 22:15-də Sumqayıt şəhəri, 5-ci mikrorayon, 13 nömrəli binada narkotik vasitənin satışı ilə məşğul olmaq üçün kirayə tutduğu 48 saylı 1 otaqlı mənzilə baxış keçirilərkən mənzilin qonaq otağında olan televizor şkafının arxa aşağı hissəsində gizlətdiyi 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 2 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,350 qr. və 48,094 qr. olmaqla, ümumi təmiz çəkisi 69,444 qram olan qəhvəyi rəngli kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə külli miqdarda heroin, 1 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 37,312 qram olan ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə külli miqdarda metamfetamin və həmin otaqda olan çarpayının üzərindəki döşəyin altında gizlətdiyi 1 ədəd ağ rəngli sellofan paketin içərisindən 03 ədəd üzəridə “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda ümumilikdə 30 ədəd üzərlərində “F/M 40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli eyni tərkibli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 1,2 qram olan narkotik vasitə metadon, həmin otaqda olan masanın üzərindən səthində narkotik vasitə olan heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 2 ədəd boz-qara rəngli elektron tərəzi və narkotik vasitənin xırdalanması üçün istifadə edilən bıçaq tiyəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən 16-cı məhəllədə saxlanılarkən üzərində şəxsi istifadəsi üçün olan narkotik vasitə olmuşdur. Həmçinin onun evindən də narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2017-ci ildən etibarən narkotik vasitədən istifadə etdiyini, çəkmək yolu ilə heroin və metamfetamin qəbul etdiyini, günlük olaraq 3-5 qram narkotik vasitədən istifadə etdiyini, narkotik vasitənin bir qramını təxminən 18-20 manata aldığını, taksi sürücüsü olaraq çalışdığını, taksi sürücüsü kimi günlük təxminən 70-100 manat qazandığını, bəzən nisyə olaraq narkotik vasitə aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxsdən almış, 90 qram heroin və 40 qram metamfetamin üçün təxminən 200-500 manat vermiş, həmin mal üçün ödəməli olduğu pulu isə işlədikcə verəcəyini bildirmişdir. Narkotik vasitəni aldığı zaman bükümlərə bölünmüş halda olduğunu, kirayə tutduğu evin pulunu işləyərək ödədiyini, aşkarlanan bıçaqdan narkotik vasitə qəbul edərkən istifadə etdiyini, evindən iki tərəzi aşkar edildiyini, lakin həmin tərəzilərdən birinin yararsız olduğunu, narkotik vasitənin miqdarını müəyyənləşdirmək üçün tərəzidən istifadə etdiyini, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin ona məxsus olduğunu, istifadə etdiyi mobil nömrələrdə narkotik vasitənin satışı ilə bağlı yazışmalarının olmadığını qeyd etmişdir. Məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, istintaq zamanı ona qarşı fiziki və psixi zorakılıq olmamışdır, sadəcə olaraq ağrıdığı üçün deyilənlərlə razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 62 A ünvanında qeydiyyatda olmaqla ünvan 4ri ilə birlikdə kirayə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Artıq 2 ildir ki, narkotik vasitə olan heroin, metamfetamin və arada metadon həbləri qəbul edir. Özü mobil telefon istifadə edir, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri var. Artıq bir müddət işləmədiyinə görə, eyni zamanda maddi durumu yaxşı olmadığına görə əldə etdiyi narkotik vasitə, psixotrop maddələrdən satmağa da başlamışdır. O narkotik vasitə istifadəçilərindən eşitmişdir ki, hər altıncı gün günorta saat 3 radələrində Bakı şəhəri 20 yanvar adlanan ərazidə narkotik vasitə, psixotrop maddə satışı ilə məşğul olurlar. O da onun narkotik vasitəyə həmçinin pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, gedib həmin şəxsi tapar, həm özü üçün narkotik vasitə psixotrop maddə alar, həm də artıq alıb ehtiyacı olanlara satar. Bu səbəbdən o tutulmamışdan təxminən 10 gün əvvəl həftənin altıncı günü günorta saat 3 radələrində narkotik vasitə almaqdan ötrü Bakı şəhəri 20 yanvar ərazisinə getmişdir. Orda bir müddət gözlədikdən sonra bir nəfər şəxslə tanış olmuş, söhbət əsnasında axtardığı şəxsin həmin şəxs olduğunu anlamışdır. Ondan narkotik vasitə heorin və psixotrop maddə metamfetamin istəmiş, həmin şəxsdən 2100 manat məbləğində təxminən 1000 qrama yaxın heorin, 50 qrama yaxın metamfetamin və 4 list, yəni 40 ədəd tabletdə metadon həbləri almışdır. O arada istirahət etmək üçün və narkotik vasitə istifadəçisi olduğundan ailə üzvlərinin xəbəri olmasın deyə heç kəsin görməməsi üçün Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 13-də 1 otaqlı 48 saylı mənzili kirayə tutmuşdur. O Bakı şəhərində qeyd etdiyi miqdarda heorin, metamfetamin, metadon həbləri aldıqdan sonra Sumqayıt şəhərinə kirayə tutduğu mənzilə getmiş, aldığı metamfetamin və heroini xırda bükümlərdə qablaşdırmışdır ki, özü də lazım olanda istifadə etsin, həmçinin istəyən olsa satsın. O tutulduğu günədək əldə etdiyi heroin, metamfetamin və metadon həblərindən tanımadığı şəxslərə bir qismini satmış, qalan heroin, metamfetamin və metadonu kirayə saxladığı evdə gizlətmiş, eyni zamanda o heroin və metamfetamini xırda sellofan bükümlərə xırdalayıb satış üçün hazır saxlamış və həmin bükümləri bir ədəd pul kisəsinə qoyub üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 20:20 radələrində Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən «Aliminum» idman zalının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, o da buna etiraz etməmişdir. Özü əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 1 ədəd tünd qəhvəyi rəngli kiçik ölçülü pul kisəsini təqdim etmişdir. Həmin pul kisəsi açılmış, pul kisəsinin içərisində 48 ədəd ayrı-ayrılıqda şəffaf rəngli sellofana bükülmüş bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlərə ayrı ayrılıqda baxış keçirilən zaman 39 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər olan maddələrin, 9 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Həmin vaxt üzərindən aşkar olunmuş 39 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində olan spesifik iyə malik qəhvəyi rəngli maddələrin narkotik vasitə olan heroin, 9 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində olan ağ rəngli kristal şəkilli maddənin metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş və kirayə tutduğu evinə baxış keçirilən zaman evdən aşkar olunmuş narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və metadon həblərini eyni şəxsdən eyni gündə ümumilikdə 2100 manata almışdır. Polis əməkdaşları onu kirayə yaşadığı ünvana baxış keçirilməsi üçün ünvan 5yış binasının qarşısına gətirmiş, qapını özü açmış və iştirakçılar ilə birlikdə içəri daxil olmuşlar. Ona təkrar olaraq yaşadığı ünvana baxış keçiriləcəyi elan olunmuş, ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O özü üzərində televizor qoyulmuş şkafın aşağı hissəsində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman bükümün içərisində ayrı-ayrılıqda 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, həmin bükümlərin ikisinin içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroinə bənzər maddənin digər birinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar edilmişdir. Daha sonra yaşadığı ünvanda narkotik tərkibli həblərin olduğunu lakin həmin həbləri harada saxladığını unutduğunu bildirmişdir. Bu səbəbdən onun kirayə tutduğu mənzilə polis əməkdaşı tərəfindən baxış keçirlən zaman mənzildə olan çarpayıdakı döşəyin alt hissəsindən 1 ədəd sellofan torbanın olduğu aşkar edilmiş, həmin sellofan torba açıldıqda içərisində 3 ədəd hər birinin içərisində 10 həb olan üzərində M-40 yazılmış konvolyutların olduğu müəyyən edilmişdir. Bundan başqa baxış keçirilən evin stolunun üzərində 2 ədəd markası olmayan əsası qara üzəri isə gümüşü rəngli elektron tərəzilərin və 1 ədəd bıçaq tiyəsinin olduğu görülmüşdür. Həmin tərəzilərin və bıçağın üzərində narkotik vasitə izləri olduğu görünmüş və ona verilən suala cavab olaraq bildirmişdir ki, həmin bıçaqla narkotik vasitə heroini xırda bükümlərə bölür. O yaşadığı ünvandan aşkar olunmuş spesifik iyə malik qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristal şəkilli maddənin şüşə, 3 ədəd hər birinin içərisində 10 həb olan üzərində M-40 yazılmış konvalyutların metadon tabletləri olduğunu, üzərindən və yaşadığın ünvandan aşkar edilmiş bütün maddələri Bakı şəhəri 20 yanvar ərazisində tanımadığı şəxsdən ümumilikdə 2100 manat pul ödəməklə aldığını, aşkar olunmuş elektron tərəzilər vasitəsilə almış olduğu narkotik vasitələrin çəkisini müəyyən etdiyini, aşkar olunmuş bıçaq tiyəsi ilə isə narkotik vasitəni istifadə etdiyini, aşkar olunmuş narkotik vasitələri həm şəxsi istifadəsi, həm də ki, satışını təşkil etmək məqsədilə kirayə tutduğu ünvanda saxladığını bildirmişdir. Onun kirayə tutduğu ünvandan aşkar olunmuş 2 ədəd hər birinin içərisində olan spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər olan maddələr olan şəffaf rəngli sellofan bükümlər elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan büküm ilə birlikdə çəkisinin 72,21 qram, 1 ədəd şəffaf rəngli sellofan bükümün çərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan büküm ilə birlikdə çəkisinin 39,12 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr, 2 ədəd elektron tərəzilər, 1 ədəd bıçaq tiyəsi xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində qeyd etmişdir ki, 01 mart 2022-ci il tarixdə, təxminən axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini və polis idarəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, onun sağ cibində olan pul kisəsinin içərisində təxminən 50 büküm olduğunu, Təqsirləndirilən şəxs həmin bükümləri özünün təqdim etdiyini, həmin bükümlərin əksəriyyətinin içərisində heroin, qalan hissəsində isə metamfetamin olduğunu, əsaslı şübhələr olduğu üçün Təqsirləndirilən şəxs 5-ci mikrorayonda yerləşən evinə də onun iştirakı ilə baxış keçirildiyini, onun könüllü surətdə 70 qram heroini, təxminən 30 qramdan çox metamfetamini və metadon həblərini təqdim etdiyini bildirmişdir. Həmçinin əməliyyat məlumatının narkotik vasitənin satışı və istifadəsi ilə bağlı olduğunu, təqsirləndirilən şəxsi 01 mart 2022-ci il tarixdə, axşam saatlarında tutduqlarını, əməliyyat məlumatının ona daxil olduğunu, təqsirləndirilən şəxsin üzərindən heroin və metamfetamin aşkar edildiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsində qeyd etmişdir ki, 01 mart 2022-ci il tarixdə, təxminən saat 19 radələrində daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Aliminum” idman zalının qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra onu polis idarəsinə dəvət etmiş, polis idarəsində olarkən onun üzərində şəxsi axtarış aparılmış və narkotik vasitə olan heroin, ümumilikdə isə 48 büküm aşkar edilmişdir. Təxminən 39 bükümün içərisində heroin, qalan bükümlərin içərisində isə metamfetamin olmuşdur. İş üzrə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:20-də sonradan anket məlumatları bəlli olmuş Salmanov Xəyam Muxtar oğlu Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Aliminium” idman zalının qarşısında müəyyən olunaraq saxlanılmışdır. Polis idarəsinə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmış təhqiqatçı ona özünü təqdim etmiş, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Daha sonra onlar da özlərini təqdim etmişlər. Xəyalın üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, o bildirişlə tanış olmuş, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd tünd qəhvəyi rəngli kiçik ölçülü pul kisəsini təqdim etmişdir. Həmin pul kisəsi təhqiqatçı tərəfindən açılmış, pul kisəsinin içərisində 48 ədəd ayrı-ayrılıqda şəffaf rəngli sellofana bükülmüş bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər hər biri ayrı-ayrılıqda açılmış 39 ədəd şəffaf rəngli seloffan bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narotik vasitə olan ”heroin”ə bənzər olan maddələrin, 9 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərində aşkar olunmuş 39 ədəd şəffaf rəngli seloffan bükümlərin hər birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narotik vasitə olan heroin, 9 ədəd şəffaf rəngli sellofan bükümlərin hər birinin içərisində olan ağ rəngli kristal maddənin isə metamfetamin olduğu bildirmiş, həmin maddələri Bakı şəhəri ərazisində telefonla əlaqə saxladığı şəxsdən 450-500 manat pul qarşılığında almış, pulu ödədikdən sonra həmin şəxsin narkotik vasitəni Bakı şəhəri ərazisində atmış, oraya gedərək narkotik vasitələri əldə etdiyini həm şəxsi həmdəki satışı üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana narkotik vasitə saxlaması barədə əsaslı şübhələr olduğundan onun yaşadığı ünvana baxış keçirilməsi üçün Pİ-də videoçəkiliş dayandırılmışdır. Əməliyyat qrupu iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs kirayə tutduğu ünvan 5yış binasının 5-ci mərtəbəsində yerləşən 47 saylı mənzilə 01 mart 2022-ci il tarixdə saat 22:15-də baxışı keçirilməsi və götürmə aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs kirayə tutduğu ünvana baxış keçiriləcəyi bildirilmiş ona bu barədə hər hansı bir etirazının olub-olmadığı sual olunmuş, sonuncu bu barədə heç bir etirazının olmadığını bir daha bildirmişdir. Təqsirləndirilən şəxs özü üzərində televizor qoyulmuş şkafın aşağı hissəsində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim etçişdir. Həmin seloffan bükümü açılan zaman bükümün içərisində ayrı-ayrılıqda 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, hər bükümlərin ikisinin içərisində qəhvəyi rəngli spesifk iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin digər birinin içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu aşkar edilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs kirayə tutduğu mənzildə olan çarpayıdaki döşəyin alt hissəsində 1 ədəd sellofan torbanın içərisində 10 həb olan üzərində M-40 yazılmış konvalidlərin olduğu müəyyən olunmuşdur. Bundan sonra baxış keçirilən evin stolun üzərində 2 ədəd markası olmayan əsası qara üzəri gümüşü rəngli elektron tərəzilərin və 1 ədəd bıçaq tiyəsinin olduğu görülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ünvanda aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin”, ağ rəngli krisstal şəkilli maddənin “şüşə” 3 ədəd hər birinin içərisində 10 həb olan üzərində M-40 yazılmış konvalidlərin “metadon” tabletləri olduğunu, üzərində və yaşadığı ünvanda aşkar edilmiş bütün maddələri Bakı şəhəri ərazisində telefon vasitəsilə əlaqə saxlamış olduğu şəxsdən ümumilikdə 2100 manat ödəməklə almış, aşkar olunmuş bıçaq tiyəsi ilə isə narkotik vasitəni istifadə etmiş, aşkar olunmuş narkotik vasitələri həm şəxsi istifadəsi həmdəki satışını təşkil etmək məqsədilə yaşadığı ünvana saxladığı bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli tarixli raport və eyni tarix və məzmunlu “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması və istifadə etməsi barədə Sumqayıt şəhər Pİ-nin CAŞ-na əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi barədə protokol” və həmin protokola əlavə edilmiş “şəxsi axtarış keçirilməsi”nin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 1 ədəd pul kisəsini çıxardaraq təqdim edir. Həmin pul kisəsi açıldıqda içərisindən 48 ədəd sellofan büküm aşkarlanır. Həmin bükümlərin hər biri ayrı-ayrılıqda açılır, 39 ədəd bükümün içərisində narkotik vasitə olan heroin, 9 ədəd bükümün içərisində isə psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs da 39 ədəd bükümün içərisində heroin, 9 ədəd bükümün içərisində isə metamfetamin olduğunu bildirir. Aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürülməsi barədə protokol” və həmin əməliyyat-axtarış tədbirinin video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 5yış binasının 5-ci mərtəbəsində yerləşən 47 saylı mənzildir. Təqsirləndirilən şəxs özü televizor qoyulmuş şkafın aşağı hissəsində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim edir. Həmin sellofan torbanın içərisindən 3 ədəd büküm, bükümlərdən birinin içərisindən heroin, digərinin içərisindən isə psixotrop maddə olan metamfetamin aşkar edilir. Mənzildə olan çarpayıdakı döşəyin altından 1 ədəd sellofan torbanın içərisində üzərində M-40 yazılmış 3 ədəd konvolyut, stolun üzərindən isə korpusları qara və gümüşü rəngli iki ədəd elektron tərəzi aşkar olunur. Bir ədəd bıçaq tiyəsi də iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1267№li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qr., 0,380 qr., 0,383 qr, 0,376 qr, 0,387 qr, 0,476 qr, 0,427 qr, 0,209 qr, 0,195 qr ümumi təmiz çəkisi 3,022 qr. olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. 2 №-zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 37,312 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 3 №-zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 21,350 qr, 48,094 qr, ümumi təmiz çəkisi 69,444 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 4 №-zərfdəki 39 ədəd bükümdə ayrıarılıqda təmiz çəkiləri 0,841 qr, 0,845 qr, 0,806 qr, 0,766 qr, 0,404 qr, 0,400 qr, 0,416 qr , 0,415 qr, 0,437 qr, 0,381 qr, 0,410 qr, 0,858 qr , 0,426 qr, 0,437 qr, 0,812 qr, 0,429 qr, 0,799, 0,810 qr, 0,413 qr, 0,804 qr, 0,404 qr, 0,396 qr, 0,394 qr, 0,440 qr, 0,404 qr, 0,424 qr, 0,808 qr, 0,422 qr, 0,425 qr, 0,368 qr, 0,425 qr, 0,442 qr, 0,867 qr, 0,392 qr, 0,413 qr, 0,390 qr, 0,402 qr, 0,408 qr, 0,426 qr, ümumi təmiz çəkisi 20,559 qr, olan qəhvəyi rəngli maddələr kustar üsullahazırlanmış eyni tərkibli narkotik asitə heroindir. 5 №-zərfdəki 3 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutubda 30 ədəd olan açıq-qəhvəyi rəngli “F\M 40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir. 6 №-zərfdəki zərfi açdıqda içərisində iki ədəd elektron tərəzi və bir ədəd bıçaq tiyəsinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 01 və 02 nömrəli zərflərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimya komponent tərkiblərinə görə eynidirlər və iümumi təmiz çəkisi 40,334 qramdır. 03 və 04 nömrəli zərfdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 90,003 qramdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2034 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış cəmi 40,194 qr. psixotrop maddə metamfetaminin, cəmi 89,783 qr narkotik vasitə olan heroinin, 29 ədəd metadon həbinin, 02 ədəd elektron tərəzi və 01 ədəd bıçaq tiyəsi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin video görüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaması, məhkəməyədək icraat zamanı narkotik vasitələrdən asılılıq nəticəsində bədənində yaranmış ağrılar səbəbindən narkotik vasitələrin satışı ilə məşğul olması barədə ifadə verməsi hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini, külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metedon həbini əldə edərək, üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlar və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə ünvan 2şamışdır. Yaşadığı müddət ərzində onun barəsində 19 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X3 xx.xx.2011-ci il və X2 xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş qalıq çəkisi – 40,194 qr. psixotrop maddə metamfetamin, cəmi 89,783 qr narkotik vasitə olan heroin, 29 ədəd metadon həbi, 01 ədəd bıçaq tiyəsi məhv edilməlidir. 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müadirə olunmalıdır və 02 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 01 mart 2022 il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş qalıq çəkisi – 40,194 qr. psixotrop maddə metamfetamin, cəmi 89,783 qr narkotik vasitə olan heroin, 29 ədəd metadon həbi, 01 ədəd bıçaq tiyəsi məhv edilsin. 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müadirə olunsun. 02 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar