Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-400/2024 04.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, subay, işləməyən, Ağstafa rayonu, Xətai ərazi dairəsi, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 11,470 qram çəkidə narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Samsung Galaxy A12” markah mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, həmçinin tanışı X6 da satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 18,020 qram çəkidə narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Redmi 8A” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə istintaqa məlum olmayan vaxtda, şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə, 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 18,020 qram və 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 11,470 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığındakı kolluq ərazidə gizlətməklə yerləşdirərək həmin maddələrin və yerinin fotoşəkillərini Şahin Kərimovun istifadəsində olmuş “Redmi 8A” markalı və Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A12” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Ş.Kərimov və Təqsirləndirilən şəxs İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini həmin yerdən hər biri özü üçün qanunsuz əldə etmək barədə razılığa gəldikdən sonra həmin ünvana getmək məqsədilə Ağstafa rayonundan onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Mercedes” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə qeyd olunan Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsindəki “Dörd Qardaş” şadlıq sarayının yanma getmiş, 11 aprel 2023-cü il tarixdə, saat 00:10 radələrində həmin ünvana çatdıqdan sonra hər ikisi avtomobildən düşərək istifadələrindəki telekommunikasiya vasitəsindən istifadə etməklə İİR-in vətəndaşı ilə razılaşdıqları kimi Təqsirləndirilən şəxs 11,470 qram çəkidə və Ş.Kərimov 18,020 qram çəkidə narkotik vasitə olan heroini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərilərində saxladıqdan sonra gəldikləri **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında Ş.Kərimov, arxa sağ oturacağında isə Təqsirləndirilən şəxs əyləşdikdən sonra sürücü Niyazi Məsmahyev avtomobili hərəkətə gətirmiş, həmin tarixdə, saat 00:35 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi avtomobil saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb üzərində olan bir ədəd bükümdə 11,470 qram narkotik vasitə olan heroini gəldikləri avtomobildə əyləşmiş Ş.Kərimovun üzərinə ataraq avtomobildən düşüb qaçmağa çalışmış, Ş.Kərimov həmin bir bükümdə narkotik vasitə olan heroini götürüb əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirələrək Ş.Kərimovun üzərində keçirilmiş şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 11,470 qram, 18,020 qram, ümumi təmiz çəkisi 29,490 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər əynindəki qara rəngli cins şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs isə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçəsinin sağ iç cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonunda olmuş, qardaşının maşını həmin vaxt onunla bərabər saxlanılan həmkəndlisi Şahin Kərimovda 200 manat pul məbləğinin qarşılığında girovda olmuşdur. Şahin Kərimov ona “maşın almaq üçün Bakı şəhərinə gedirəm, mənə yoldaşlıq et, gedib gələk” demiş, o da razılaşmışdır. Hadisə yerinə çatdıqda Şahin ayaqyoluna getmək adı ilə maşından düşüb narkotik vasitəni götürməyə getmişdir. Onlar hadisə yerinə getdikdə təxmini olaraq 100 metr məsafə irəlilədikdən sonra yol polisləri gəlmiş və onları saxlamaq istəyəndə o, maşının arxa oturacağından düşüb qaçmışdır. Polis əməkdaşları da bundan sonra göyə 4-5 dəfə atəş açdıqdan sonra o, dayanmış və polislər onu saxlamışdırlar. Həmin vaxt onun üzərində narkotik vasitə və ya başqa heç bir şey olmamışdır. Polis əməkdaşları onları bölməyə aparmış, Şahin Kərimovun üzərinə baxış zamanı onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Polis əməkdaşları Şahin Kərimova “sənin üzərindən aşkar olunan narkotik vasitənin 13 qramı guya ki, Elşadındır” demişdirlər. Onun narkotik vasitədən heç bir asılılığı olmamış, Şahin Kərimovla gedəcəkləri yerdə narkotik vasitənin olduğunu bilməmiş, İİR vətəndaşı da tanımamış və İİR vətəndaşı ilə bir-birilərinin adlarını da bilməmişdirlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, Ağstafa rayonunda yaşamış, Sumqayıt şəhərinə Şahin Kərimovun xahişi ilə gəlmişdir. Onun əvvəllər məhkumluğu olmuşdur. Əvvəllər narkotik vasitə heroini çəkmə yolu ilə istifadə etmiş, tutulmamışdan 3-5 gün əvvəl heroin istifadə etmiş, narkotik vasitəni tanışlardan əldə etmişdir. Şahin Kərimovun narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı olmamış, onunla aralarında düşmənlik və ədavət olmamışdır. Polis əməkdaşları Şahin Kərimovun üzərində aşkar olunan narkotik vasitənin bir qisminin də guya ona məxsus olduğunu öyrətmək üçün video çəkilişi 3 dəfə yenidən çəkmişdirlər. Onun istifadəsində olan mobil telefonda İİR vətəndaşına məxsus nömrə olmamış, İİR vətəndaşı ilə mesajlaşmamış, ümumiyyətlə, İİR vətəndaşının kim olduğunu bilməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, nəticədə xəsarət almışdır. O, özündə olmadığı üçün döyülməyi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə heç bir şey deməmişdir. Təcridxanada döyülməyi ilə bağlı heç nə deməmiş və qeydiyyata alınmamış, 3-5 gündən sonra isə qulağından qan axmağa başlamışdır. Sonradan döyülməyi ilə bağlı prokurorluğa şikayət etmişdir. O, Şahin Kərimovla hadisə günü maşın almağa gəlmiş, Şahinin özü üçün hansı marka maşın alacağını bilməmişdir. Onun Sumqayıt və Bakı şəhərlərində qohum-əqrəbası olmamışdır. Onlar Ağstafadan 11 aprel 2023-cü il tarixdə axşam saat 18 radələrində çıxmış, maşını Sumqayıt şəhərindən “maşın bazarından” almağı planlamışdırlar. O, qardaşının maşını Şahində girovda olduğu üçün Şahinə borc vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində gecə saat 00 radələrində saxlanılan zaman telefonu açıq olmuşdur. Hadisə günü heç kimlə telefon danışığı olmamış, hadisədən 1 gün əvvəl telefon danışığı olmuşdur. Polis əməkdaşları onun istifadəsində olan mobil telefonu hadisə yerində ondan almışdırlar. Saxlanılmamışdan qabaq onun telefonuna heç bir bildiriş və ya mesaj gəlməmişdir. Aşkar olunan narkotik vasitənin ona məxsus olmaması ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir “kakos” kimi adlanan narkotik vasitə heroindən istifadə edir. X4 uzun müddətdir ki, tanıyır, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi yoxdur, münasibətləri həmişə yaxşı olmuşdur. 10 aprel 2023-cü il tarixdə, saat 16 radələrində Aşağı Göycəli kəndinin mərkəzində Şahinlə rastlaşıb söhbət edərkən sonuncu ona demişdir ki, "İran vətəndaşı Cahidlə danışmışam, mənim üçün 17 qram narkotik vasitə heroin göndərəcək, Bakı şəhərinə gedib götürməliyəm", o da Şahində demişdir ki, "getsən mən də səninlə birlikdə gələrəm". O, Şahinlə birlikdə taksi maşını ilə Ağstafa şəhər avtovağzalına getmiş, orada Şahin Niyazi adlı taksi sürücüsü ilə danışmış, sonuncu ilə Şahin Bakı şəhərinə aparmağa 100 manata danışmış və onlar birlikdə Bakı şəhərinə yola düşmüşlər. Kürdəmir rayonundan keçərkən Niyazidən avtomobili saxlamasını istəmiş, ona görə ki, Şahin ondan borc pul istəmişdir. Niyazi avtomobili saxlamış, o və Şahin avtomobildən düşmüşlər. O, bankomata Unibanka aid yaxınlaşıb 250 manat pul çıxarmış, 240 manat Şahinə vermiş, 10 manat özü götürmüş, 1 manat da üstündə olmuşdur. Sonra Şahin ayaqyoluna getmiş, bir qədər sonra qayıtmış, avtomobilə oturub Bakı şəhərinə yola düşmüşlər. O, Şahinlə yol yoldaşı kimi yola çıxmış, Şahin qabaq oturacaqda, o isə arxa oturacaqda oturmuşdur. Şahin İran vətəndaşı Cahid adlı şəxslə telefonda vatsapda danışmışdır. O, Cahid adlı İran vətəndaşını tanımır, sonuncu ilə heç vaxtı telefonda danışmamışdır. Onlar təxminən saat 23 radələrində Bakı şəhərinə çatmışlar, sonra Şahin mobil telefonunu götürüb gələn konum əsasında Niyazini istiqamətləndirib Sumqayıt şəhərinə gəlmişlər. Təxminən saat 00:10 radələrində Niyazi avtomobili Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən Dörd Qardaş şadlıq sarayının yaxınlığında, yolun kənarında, yol nişanının yanında saxlamış, o və Şahin avtomobildən düşmüşlər. O, avtomobilin baqaj hissəsinə yaxınlaşmış, elə bilmişdir ki, baqaj açılıb, Şahin də onlardan aralaşmış, yəni narkotik vasitəni götürməyə getmişdir. Həmin vaxt o, yolun kənarında bardyorun üstündə mobil telefona oxşar cihaz görüb götürmüş, sonradan görmüşdür ki, tərəzidir və tərəzini əynindəki gödəkçəsinin sağ iç cibinə qoymuşdur. Bir qədər sonra Şahin gəlmiş, onlar avtomobilə oturmuşlar, o arxa oturacaqda, Şahin isə qabaq oturacaqda oturmuşdur. Təxminən saat 00:35 radələrində Niyazi avtomobili təxminən 30 metr hərəkət etdirdikdən sonra polis maşını avtomobili saxlatdırmışdır. O, avtomobildən düşüb qaçmış, polis əməkdaşları da arxasınca qaçıb onu saxlamışlar. Polis əməkdaşları onu, Şahini və Niyazini Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. O, polis idarəsində olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş aşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda üzərində yalnız tapmış olduğu 1 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sağ iç cibindən 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin tərəziyə baxış zamanı tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Sorğu zamanı ara-sıra narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini saxlanıldığı yerin yaxınlığından tapdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə axtarış keçirilən zaman üzərindən aşkar edilmiş qardaşı Coşquna məxsus "Samsung" markalı mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, 11 manat pul və gümüşü rəngli üzük isə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Şahinin ifadəsində göstərdiyi xüsusatları təsdiq etməmişdir. Şahinin özü üçün narkotik vasitə götürməyə gəlməsindən məlumatı olsa da həmin narkotik vasitə ona məxsus olmamış, sadəcə Şahinlə yol yoldaşı olmuşdur. İran vətəndaşı ilə telefonda danışmamış, ümumiyyətlə həmin Cahid adlı İran vətəndaşını tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, 2023-cü ildə təxminən gecə 01-02 radələrində Sumqayıt şəhəri, 6-cı mkr. “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında təqsirləndirilən şəxsin “Mercedes” markalı maşında əyləşdiyini görüb onlara yaxınlaşmışdırlar. Şahin Kərimov maşının qabaq oturacağında, Təqsirləndirilən şəxs isə arxa oturacaqda əyləşmiş, onların yanında bir nəfər sürücü də olmuşdur. Sürücü ilə Şahin Kərimov sakit dayanmış, Təqsirləndirilən şəxs isə onları görən kimi maşından düşüb qaçmaq istəyəndə onu da, Şahin Kərimovu da saxlamış, onları polis idarəsinə aparmış, idarədə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş. Axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən ona məxsus olan telefon, pul və elektron tərəzi aşkar olunmuş, onun üzərində həmin vaxt narkotik vasitə olmamışdır. Şahin Kərimov “mən Cahid adlı İİR vətəndaşı ilə danışmış və 480 manat məbləğində Cahidin kart hesabına pul göndərmişəm. Bununla da, narkotik vasitə əldə etmişəm” qeyd etmişdir. Şahin Kərimov aşkar olunan iki büküm narkotik vasitə ilə bağlı “narkotik vasitələrdən biri mənim, digər büküm isə Elşadındır” demişdir. Bükümlərdə narkotik vasitə heroin olmuşdur. Şahin və Elşadı hadisə yerində saxlayanda onların üzərinə axtarış keçirilməmişdir. Həmin vaxt 3 polis əməkdaşı olmuş, maşında olan sürücünü də bölməyə aparmış, hadisə vaxtı heç birinin qollarına qandal vurmamışdırlar. Təqsirləndirilən şəxs hadisə yerində “narkotik vasitənin mənə aidiyyatı yoxdur” demiş, Şahin Kərimov isə “biz narkotik vasitəni İİR vətəndaşından şərikli almışıq” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatından sonra həmin şəxslərin 2023-cü ilin aprel ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında olduqları məlum olmuş, həmin vaxt qeyd olunan əraziyə yaxınlaşmışdırlar. Həmin ərazidə Şahin Kərimovun “Mercedes” markalı avtomobilin qabaq oturacağında, Təqsirləndirilən şəxs isə arxa oturacaqda əyləşdiyini, onların yanında bir nəfər sürücünün də olduğunu görmüşdürlər. Onlar hadisə yerinə yaxınlaşdıqda Elşadgil artıq maşına minmiş, Təqsirləndirilən şəxs polisləri görən vaxt maşından düşüb qaçmaq istəyəndə onu da, Şahin Kərimovu da saxlamışdırlar. Daha sonra onları nə ilə bağlı saxladıqlarını bildirmiş, onlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişdirlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərlərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində Şahin Kərimovun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onlar təqsirləndirilən şəxsin üzərinə saxlanılan zaman şərait uyğun olmadığı üçün axtarış keçirməmiş, lakin şifahi lazım olan sualları soruşmuşdurlar. İdarədə keçirilən şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən ona məxsus olan telefon və elektron tərəzi aşkar olunmuş, narkotik vasitə isə aşkar olunmamışdır. Şahin Kərimovun üzərindən onun özünə məxsus telefonu və 2 büküm narkotik vasitə aşkar olunmuşdur. Aşkar olunan bükümlərdə olan narkotik vasitələrin çəkisi 17 və 13 qram olmuşdur. Şahin aşkar olunan 17 qram narkotik vasitənin onun özünə, 13 qramın isə Elşada məxsus olduğunu, narkotik vasitəni İİR vətəndaşından aldıqlarını bildirmişdir. Polis idarəsində şəxsi axtarış keçirilən zaman o da iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində hadisənin üzərindən uzun müddət keçdiyi üçün çox şeyi xatırlamadığını bildirmişdir. Onların saxladığı şəxslər rayondan gəlmişdir, həmin şəxsləri polis idarəsinə dəvət etmş, polis idarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış nəticəsində saxlanılan şəxslərdən birinin üzərindən narkotik vasitə heroin aşkar olunmuş, lakin iş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxamasını xatırlamamışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. 11 aprel 2023-cü il tarixdə Şahin Kərimov və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, sonra isə Şahin Kərimov və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 00:35 radələrində Təqsirləndirilən şəxs və Şahin Kərimovun həmin şadlıq sarayının yaxınlığında “Mercedes” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiklərini və avtomobilin hərəkətə başladığını görmüşlər. Tez avtomobilə yaxınlaşaraq saxlatdırmışlar, həmin vaxt arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs avtomobildən düşərək qaçmağa başlamış, lakin dərhal Təqsirləndirilən şəxs saxlamışlar. Sonra isə avtomobildə əyləşən sürücü Şahid1 və ön oturacaqda əyləşmiş X5 da yaxınlaşıb özlərini təqdim etmişlər. Şahin Kərimov və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Şahin Kərimov, Təqsirləndirilən şəxs və Şahid1 etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində kriminalist Asəf Həbİbovun videogörüntüyə alması və müdafiəçi Qoşqar Abbasovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində tapmış olduğu bir ədəd elektron tərəzinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi, sağ yan cibindən isə bir ədəd qara rəngli, “Samsung” markalı mobil telefon, əynindəki qara rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli üzük və sol arxa cibindən 1 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla 11 manat pul əskinazı aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini isə saxlanıldığı yerin yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi və mobil telefon götürülmüş, 11 manat pul isə sonuncunun özünə qaytarılmışdır. Bundan sonra polis idarəsində xidməti otaqların birində kriminalist Asəf Həbibovun videogörüntüyə alması və müdafiəçi Aydın Nəzərlinin iştirakı ilə Şahin Kərimovun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Şahin Kərimova təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Şahin Kərimov isə üzərində qanunla qadağan olunmuş maddənin olmadığını bildirmişdir. Bundan sonra Şahin Kərimovun üzərində şəxsi axtarış aparılmış və sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli “’’Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqan lentlə bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən olunmuşdur. X13 Kərimov üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün ona məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının “M 10” hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə həmkədlisi Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, sonuncunun narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə qoydurduğunu, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə alması barədə məlumatı olmadığını bildirmişdir. Şahin Kərimovun üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şahin Kərimova məxsus bir ədəd mobil telefon da götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, hadisə 1 il əvvəl baş vermişdir. Belə ki, narkotik vasitə götürmək üçün Bakıya getmiş, Təqsirləndirilən şəxs da həmin vaxtı onun yanında olmuşdur. Elşadın Bakıda işi olmuş, o da işi ilə bağlı Bakıya getmişdir. Daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. İİR vətəndaşından 17 qram narkotik vasitəni o özü sifariş vermiş, İİR vətəndaşı ilə öz telefonu ilə danışmış, hadisə vaxtı Elşadın üzərindən heç bir şey aşkar olunmamışdır. Elşad Ağstafa rayonundan Bakıya özünün işi ilə əlaqədar olaraq getmişdir. Barəsində olan cinayət işi üzrə məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ilə bağlı narkotik vasitənin kimə məxsus olması ilə bağlı nə dediyini xatırlamamışdır. Şahid X6 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin mart ayından kakos kimi adlanan narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi yoxdur, münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin fevral ayında votsap vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Cahid adlı İran vətəndaşı ilə tanış olmuşdur. Cahidlə aralarında olan votsap danışığı zamanı sonuncu ona demişdir ki, “qramını 23 manatdan sənə narkotik vasitə heroin verə bilərəm”, o da təzəcə olaraq narkotik vasitə heroindən qəbul etməyə başladığı üçün sonuncu ilə razılaşmışdır. Saxlanıldığı gündən əvvəl, ayrıayrı vaxtlarda İran vətəndaşı Cahid adlı şəxs onun üçün qramı 23 manatdan narkotik vasitə heroin göndərmişdir. Cahid hər dəfə göndərəndə heroini götürəcəyi yerin fotoşəkilini və konumunu ona qabaqcadan votsapla göndərmişdir. Birinci dəfə M10 vasitəsi ilə İran vətəndaşı Cahidin verdiyi mobil nömrəyə qramı 23 manatdan 230 manat pul göndərərək Bakı şəhəri, Binə qəsəbəsindən 1 bükümdə 10 qram narkotik vasitə heroin götürmüş, bir müddət sonra 2-ci dəfə isə M10 vasitəsi ilə İran vətəndaşı Cahidin verdiyi mobil nömrəyə qramı 23 manatdan 184 manat pul göndərərək Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən Dörd Qardaş şadlıq sarayının yaxınlığından 1 bükümdə 8 qram narkotik vasitə heroin götürmüşdür. Sonuncu dəfə, yəni 10 aprel 2023-cü il tarixdə narkotik vasitə heroinə ehtiyyacı olduğu üçün günorta saatlarında İran vətəndaşı Cahidlə vatsapla danışmış, sonuncudan 15-20 qram arası narkotik vasitə heroin istəmiş, Cahid də ona demişdir ki, artıq qramını 28 manatdan satır, 17 qram narkotik vasitə heroin göndərəcək, bunun üçün ona verəcəyi nömrəyə M10 vasitəsi ilə 480 manat pul yükləyər, sonra narkotik vasitəni götürəcəyi yerin fotoşəkilini və konumunu ona göndərəcəkdir. O, da Cahidlə razılaşmış və uzun müddət fəhləlik etməklə qazandığı 480 manat pulu Ağstafa rayonunda million aparatı ilə M10 vasitəsi ilə İranlı Cahidin verdiyi, hazırda yadında qalmayan nömrəyə göndərmişdir. Sonra o, Ağstafa rayonunda, Aşağı Göyçəli kəndinin mərkəzində, 4 yol deyilən yerdə olarkən orada tanışı Təqsirləndirilən şəxsla rastlaşmış, həmin yer kənd sakinlərindən cavan uşaqların yığışdığı və görüşdüyü yerdir. Elşadla aralarında olan söhbət zamanı sonuncuya Bakı şəhərinə gedəcəyini, İran vətəndaşı Cahidin onun üçün narkotik vasitə heroin göndərəcəyini demişdir. Elşad da İran vətəndaşı Cahid adlı şəxsdən bir neçə dəfə narkotik vasitə heroin əldə etdiyi üçün, yəni Cahidi tanıdığı üçün demişdir ki, “mən də Cahidlə danışaram, mənim üçün də 13 qram göndərsin, alınsa səninlə birlikdə Bakı şəhərinə gələrəm”. Elşad onun yanında öz mobil nömrəsi ilə İran vətəndaşı Cahidlə danışıb 13 qram narkotik vasitə heroin sifariş etmiş, onunla birlikdə götürəcəyini demişdir. Həmin vaxt o, Şahin və Cahdin narkotik vasitənin qiyməti barədə söhbətlərini eşitməmiş və buna fikir verməmişdir. O və Elşad taksi maşını ilə Ağstafa rayonu, Aşağı Göyçəli kəndindən Ağstafa şəhər avtovağzalına getmişlər. Orada tanışları, taksi sürtücüsü Niyazini görüb sonuncudan onları Bakı şəhərinə aparmasını istəmişlər və Niyazi ilə taksi pulu 100 manata razılaşmışlar, 50 manat o, 50 mant da Elşad verəcəkdi. Onlar təxminən saat 18 radələrində X11 markalı taksi maşını ilə Bakı şəhərinə yola düşmüşlər. O, avtomobildə qabaq oturacaqda, Elşad isə arxa oturacaqda otrmuşdur. Onlar Kürdəmir rayonu ərazisindən keçərkən Muğan restoranının yanında Elşad maşını saxlatdırmış, ikisi də maşından düşmüşlər. Elşad Unibanka aid bankomata yaxınlaşıb bankomatdan pul çıxararaq million aparatı vasitəsi ilə İran vətəndaşı Cahidin göndərdiyi karta pul göndərmişdir. O, Elşadın bankomatdan konkret olaraq hansı məbləğdə pul çıxarmasına və Cahidin kartına göndərməsinə fikir verməmiş, sonradan o, ayaqyoluna getmiş, bir neçə dəqiqə sonra isə avtomobilə oturub yola düşmüşlər. Yolda o və Elşad İran vətəndaşı Cahidlə vatsapla öz mobil telefonları ilə danışmışlar, lakin Niyaziyə heç nəyi bildirməmişlər, Niyazinin narkotik vasitə götürəcəklərindən məlumatı olmamışdır. Onlar təxminən saat 23 radələrində Bakı şəhərində olarkən İran vətəndaşı Cahid ona və Elşada vatsapla narkotik vasitəni götürəcəkləri yerin fotoşəkilini və konumunu göndərmiş, o açıb baxdıqda görmüşdür ki, narkotik vasitə Sumqayıt şəhəri ərazisindən götürülməlidir, buna görə sürücü Niyaziyə demişlər ki, onları Sumqayıt şəhərinə aparsın, Niyazi də həmin konum əsasında onları Sumqayıt şəhərinə aparmışdır. Təxminən saat 00:10 radələrində Niyazi avtomobili Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsi ərazisində yerləşən Dörd Qardaş şadlıq sarayının yaxınlığında, yolun kənarında, yol nişanının yanında saxlamış, Niyaziyə o və Elşad demişlər ki, avtomobili həmin yerdə saxlasın. O, bir dəfə İranlı Cahidin göndərdiyi narkotik vasitə heroini həmin ərazidən götürdüyü üçün həmin yerləri müəyyən qədər tanımışdır. O, Elşadla birlikdə avtomobildən düşmüş, telefonlarının işığı ilə yol nişanının kənarında İranlının göndərdiyi narkotik vasitə heroin bükümlərini axtarmışlar. Ona aid olan büküm bir qədər böyük, Elşada aid olan büküm isə bir qədər kiçik olmalı idi, ona görə ki, Cahidin göndərdiyi fotoşəkildə də belə olmuşdur. Onlar narkotik vasitə heroini axtararkən yol polisi maşınını görüb qorxaraq ikisi də avtomobilə oturmuşlar, yol polisi maşını uzaqlaşdıqdan sonra təkrar hər ikisi avtomiobildən düşüb həmin yerə qayıdaraq ağacların və yol nişanının yanından hərə öz telefonunun işığı ilə narkotik vasitə herini axtarmışlar, həmin vaxt o, telefonunun işığı ilə iki ədəd bükümü tapmış, Elşada da demişdir ki, “daha axtarma, tapmışam”. O, böyük bükümün Özünə aid olduğunu bildiyi üçün həmin bükümdən bir qədər kiçik bükümü Elşada vermiş, Elşad da hansısa cibinə qoymuş, o da özünə aid olan 17 qram heroini şalvarının sol yan cibinə qoymuş və avtomobilə yaxınlaşıb oturmuşlar. O, qabaq oturacaqda, Elşad isə arxa oturacaqda oturmuşdur. Niyazi avtomobili təxminən 30 metr hərəkət etdirdikdən sonra polis maşını onları saxlatdırmış, Niyazi avtomobili saxlamış, Elşad avtomobilin polislər tərəfindən saxlanıldığını görüb özündə olan 13 qram narkotik vasitə heroini onun üstünə atıb avtomobildən düşüb qaçmağa çalışmış, o da həmin narkotik vasitəni polislərin görməməsi üçün digər bükümü qoyduğu cibinə, yəni şalvarının sol yan cibinə qoymuşdur. Sonra polis əməkdaşları Elşadı da qaçdığı yerdə saxlamışlar, yəni polis əməkdaşları onu, Elşadı və Niyazini saxlayaraq Sumqayıt ŞPİ-yə aparmışlar. O, polis idarəsində olan zaman üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olunmuş, o təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli “Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqanlı lentə bükülmüş 2 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün özünə məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının M10 hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, İran vətəndaşının narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə atdığını, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə əldə etməsindən məlumatının olmadığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd yapışqan lentin içərisində olan qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr ayrı-ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 13,30 qram, digərinin çəkisinin 19,11 qram, həmin bükümlər birlikdə elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 32,43 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə axtarış keçirilən zaman üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, qırmızı rəngli alışqan İsə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bükümlərin biri ona, digəri isə həmkəndlisi Elşada məxsusdur. Həmçinin İran vətəndaşının ona göndərdiyi fotoşəkil və konumu həmin əraziyə çatdıqdan sonra mobil telefonundan pozmuşdur. 17 qram narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, başqa bir niyyəti olmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur, 17 qram narkotik vasitə heroini də öz qəbulu üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə var, başqa nömrəsi yoxdur. Təqsirləndirilən şəxs yalan məlumat vermiş, cinayət məsuliyyətindən yayınmaq üçün törətdiyi əməli etiraf etməmiş, ifadəsində qeyd etdiyi kimi 13 qram narkotik vasitə heroin Elşada məxsusdur. Şahid1 heç nədən məlumatı olmamış, Elşadın avtomobildə onun üstünə narkotik vasitəni atmasını Niyazinin görüb-görmədiyini bilməmişdir. Elşad iranlıdan 13 qram narkotik vasitə heroini almaq üçün Kürdəmir rayonu ərazisində Unibanka aid bankomatdan pul çıxartmış, lakin hansı məbləğdə pul çıxartdığını və iranlıya hansı məbləğdə pul göndərməsini bilməmişdir. Şahid X3 barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən də görünür ki, o, Təqsirləndirilən şəxs ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək üzərindən aşkar edilmiş 13 qramlıq bükümün Elşada məxsus olduğunu, avtomobil polis əməkdaşları tərəfindən saxlanılan zaman Elşadın özündə olan həmin narkotik vasitə heroini onun üstünə atıb avtomobildən düşüb qaçmağa cəhd etdiyini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes” markah, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayonundan Bakı şəhərinə sərnişin daşımaqla pul qazanaır. Təqsirləndirilən şəxs və X4 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 10 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Ağstafa şəhər avtovağzalında olduğu zaman Şahin və Elşad ona yaxınlaşaraq onları Bakı şəhərinə aparmasını istəmişlər və buna görə də ona 100 manat pul verəcəklərini demişlər. O, da Şahin və Elşadla razılaşmış, Şahin ön sərnişin oturacağında, Elşad isə arxa oturacaqda əyləşmiş və onlar yola düşmüşlər. Kürdəmir rayonunun ərazisindən keçən zaman “Muğan” restoranının yanında Elşad avtomobili saxlamasını istəmiş, o da avtomobili saxlamışdır. Elşad və Şahin sanitar qovşağına gedib gəldikdən sonra yenidən yola düşmüşlər. Yolda olarkən Şahində, Elşad da öz mobil telefonları ilə arabir hansısa şəxslə danışmışlar, lakin onların kiminlə danışdığını bilməmiş və danışıqlarına da əhəmiyyət verməmişdir. Təxminən saat 23 radələrində Bakı şəhərinə çatmışlar. Bakı şəhərində çatandan sonra isə Şahin ondan onları Sumqayıt şəhərinə aparmasını istəmiş, o da razılaşmışdır. Yolda olarkən Şahin mobil telefonunda proqram açaraq avtomobili həmin proqramda işarələnmiş konuma sürməsini istəmişdir. Onlar 11 aprel 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində Şahinin telefonunda işarələnmiş yerə, yəni Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” restoranın yaxınlığına gəlmişdir. Həmin yerdə Şahin və Elşad ondan avtomobili saxlamasını istəmişlər, o avtomobili saxladıqdan sonra Şahin və Elşad avtomobildən düşərək aralanmışlar, o isə avtomobildə qalıb onları gözləmişdir. Şahin və Elşad avtomobildən düşdükdən sonra onların hansı istiqamətdə getmələrinə fikir verməmişdir. Bir neçə dəqiqədən sonra Şahin və Elşad yenidən gəlib avtomobildə əyləşmişlər. Yenədə Şahin ön oturacaqda, Elşad isə arxa oturacaqda əyləşmiş və ona avtomobili sürüb oradan getməsini bildirmişlər. O, avtomobili işə salıb bir neçə metr aralandığı vaxt üç nəfər mülki geyimli şəxs avtomobili saxlamasını işarə etmişlər. O, avtomobili saxlayandan sonra həmin şəxslər özlərini təqdim edib polis əməkdaları olduqlarını bildirmişlər. Həmin vaxt Elşad avtomobildən düşüb qaçmağa cəhd göstərmiş, lakin polis əməkdaşları Elşadı saxlamışlar. Sonra isə polis əməkdaşları Elşad və Şahinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, Elşad və Şahin polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə getmişlər. Polis İdarəsində izahatı alındıqdan sonra buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, Şahin və Elşad Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün getmişlər. Şahin və Elşadın Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiklərini əvvəlcədən bilməmişdir. Polis əməkdaşları onları saxlayan zaman o sol tərəfə, yəni pəncərədən çölə baxmış və Şahin tərəfə diqqət yetirməmişdir. Ona görə də Elşadın həmin vaxt Şahinin üstünə hər hansı bükülü atmasını görməmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklu əks etdirən video çəkilişin görüntüsü olan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs polis idarəsində üzərinə şəxsi axtarış keçirərkən əynindəki göy rəngli gödəkçəsinin sağ iç cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi, sağ yan cibindən isə bir ədəd qara rəngli, “Samsung” markalı mobil telefon, əynindəki qara rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli üzük və sol arxa cibindən 1 ədəd 1 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla 11 manat pul əskinası aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzini isə saxlanıldığı yerin yaxınlığında tapdığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protoklu əks etdirən video çəkilişin görüntüsü olan disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Şahin Kərimov üzərində qanunla qadağan olunmuş maddə olmadığını bildirmiş, bundan sonra Şahin Kərimovun üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd göy rəngli “”Redmi” markalı mobil telefon, sol yan cibindən 2 ədəd şəffaf yapışqan lentlə bükülmüş bükülü aşkar olunmuşdur. X13 Kərimov üzərindən aşkar olunmuş bükümlərdəki maddələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı Cahid adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin bükümlərdən birinin 17 qram olduğunu, digərinin 13 qram olduğunu, 17 qramlıq bükümün ona məxsus olduğunu, həmin bükümə görə Cahid adlı İran vətəndaşının “M 10” hesabına 480 manat pul köçürdüyünü, digər 13 qramlıq bükümü isə həmkəndlisi Elşad adlı şəxsin Cahid adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq aldığını, sonuncunun narkotik vasitələri Sumqayıt şəhəri ərazisinə qoydurduğunu, Elşad ilə birlikdə deyilən ünvana gələrək narkotik vasitələri birlikdə əldə etdiklərini, əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, Elşadın isə həmin narkotik vasitəni hansı məqsədlə alması barədə məlumatı olmadığını bildirir. Həmin maddələr elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 13,30 qram və 19,11 qram, ümumilikdə çəkisinin 32,43 qram olması müəyyən edilir. Bundan sonra həmin maddələr qablaşdırılır, möhürlənir və imzalanır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Samsung Galaxy A12” markalı telefondan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Samsung Galaxy A12” markalı olmaqla arxa hissəsi qara rənglidir, telefonun arxa hissəsində zavod üsulu ilə “Samsung” sözü və digər yazılar yazılmışdır. Mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində İran İslam Respublikasına məxsus +98-***-***-**-** saylı mobil telefon nömrəsindən “Whatsapp” tətbiqinə göndərilmiş “Goturdun”, “Elshad 13 seniniydi”, “17 kola sahinon” sözlərindən ibarət mesajın, gümüşü rəngli elektron tərəzi üzərində bir ədəd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər və bir ədəd ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin bükümlərinin olduğu, tərəzidə 21,3 qram çəkinin göstərdiyi fotoşəkillərin olması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya video görüntülər müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 124” dairəvi möhür əksi olan, “Ş.Kərimovun üzərindən aşkar” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,470 qram, 18,020 qram, ümumi təmiz çəkisi 29,490 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibnə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin dir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar qeyd edilmiş kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin 2005-cİ il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 5/813 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Samsung Galaxy A12” markalı “SM-A127F/DSN” modelli mobil smartfonun yaddaşlarında hər hansı bir (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 oktyabr 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “X1 **********5236 ********* BKC” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olunmuşdur. “Zenglerin Detallasmasi **********5219 556998890” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil telefon nömrəsinin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 23:26:53-də Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi 194 anten dairəsində olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərarı ilə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,290 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disk, bir ədəd «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Xətai kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağstafa rayonu Xətai kəndində yaşayan, Təqsirləndirilən şəxs barəsində Xətai kənd İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması ilə bağlı ittiham verilsə də, mobil telefonuna baxış zamanı aşkar edilmiş mesajlarla təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi öz təsdiqini tapır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 11,470 qram çəkidə narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma məqsədi ilə İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefonda olan “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, həmçinin tanışı X6 da satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 18,020 qram çəkidə narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma məqsədi ilə İran İslam Respublikasının vətəndaşı ilə şəxsi istifadəsində olan “Redmi 8A” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlamış, İran İslam Respublikasının vətəndaşının 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 18,020 qram və 01 ədəd üzəri skoçla bağlanmış bükümdə, külli miqdarda, təmiz çəkisi 11,470 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığındakı kolluq ərazidə gizlətməklə yerləşdirərək həmin maddələrin və yerinin fotoşəkillərini Şahin Kərimovun istifadəsində olmuş “Redmi 8 A” markalı və Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A12” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, Ş.Kərimov və Təqsirləndirilən şəxs İİR-in vətəndaşının göndərdiyi külli miqdarda narkotik vasitə heroini həmin yerdən hər biri özü üçün qanunsuz əldə etmək barədə razılığa gəldikdən sonra həmin ünvana getmək məqsədilə Ağstafa rayonundan onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Mercedes” markalı, **-CS- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək birlikdə qeyd olunan Sumqayıt şəhəri, C.Məmmədquluzadə küçəsindəki “Dörd Qardaş” şadlıq sarayının yanma getmiş, 11 aprel 2023-cü il tarixdə, saat 00:10 radələrində həmin ünvana çatdıqdan sonra hər ikisi avtomobildən düşərək istifadələrindəki telekommunikasiya vasitəsindən istifadə etməklə İİR-in vətəndaşı ilə razılaşdıqları kimi Təqsirləndirilən şəxs 11,470 qram çəkidə və Ş.Kərimov 18,020 qram çəkidə narkotik vasitə olan heroini gizlədilmiş yerdən götürərək əldə edib daşımaqla üzərilərində saxladıqdan sonra gəldikləri **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında Ş.Kərimov, arxa sağ oturacağında isə Təqsirləndirilən şəxs əyləşdikdən sonra sürücü Şahid1 avtomobili hərəkətə gətirmiş, həmin tarixdə, saat 00:35 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 idarə etdiyi avtomobil saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını görüb üzərində olan bir ədəd bükümdə 11,470 qram narkotik vasitə olan heroini gəldikləri avtomobildə əyləşmiş Ş.Kərimovun üzərinə ataraq avtomobildən düşüb qaçmağa çalışmış, Ş.Kərimov həmin bir bükümdə narkotik vasitə olan heroini götürüb əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirələrək Ş.Kərimovun üzərində keçirilmiş şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 11,470 qram, 18,020 qram, ümumi təmiz çəkisi 29,490 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər əynindəki qara rəngli cins şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs isə üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçəsinin sağ iç cibindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Yaqubov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün və Gəncə Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli qərarının surətlərindən görünür ki, təqsirləndirilən şəxs Yaqubov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Appelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 aya azaldılaraq qəti olaraq 01 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cəzasınıi ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 11,470 qram heroin məhv edilməli, bir ədəd «Samsung» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 108 (yüz səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt Şəhər Polis İdarəsində maddi sübutların saxlanc anbarında saxlanılan ümumi qalıq çəkisi 11,470 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, bir ədəd elektron tərəzi müsadirə edilsin, 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 108 (yüz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-400/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-400/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver