Məhkəmə qərarları › İş №1(124)-402/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-402/2024

24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-402/2024 24.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan külli miqdarda ümumi təmiz çəkisi-7,901 qram psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi- 6,265 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 26 aprel 2023-ci il tarixdə saat 15:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri S.Dağlı küçəsində saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-nin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun geyindiyi qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi- 7,901 qram külli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi- 6,265 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evdə olarkən həyətindəki səs-küyə görə çölə çıxmış və polislərin onun övladını polis bölməsinə aparmaq istədiklərini görmüşdür. Daha sonra polislər onu da polis bölməsinə gətirmişlər. Polis əməkdaşları ona bölmədə hədə-qorxu gəlmişlər. O, bu yaşına qədər nəinki narkotik heç siqaret belə çəkmədiyini sanksiya tətbiq edilən zaman məhkəmədə də bildirmişdir. Həmçinin o, polis bölməsində olarkən izahatından imtina etmiş və həmin izahatı imzalamamışdır. O məcbur olub narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Tutularkən onun üzərində narkotik vasitə və psixotrop maddə olmamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Evlidir, iki övladı var. O, təxminən 3-4 ay olar narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən çəkmə üsulu ilə istifadə edir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini təxminən 10 gün bundan Abşeron rayon Xırdalan şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata almışdır. Həmin bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini istifadə etmək üçün üzərində gəzdirirmiş. 26 aprel 2023-cü il tarixdə saat təxminən 15:40 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və bundan sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərinə şəxsi axtarış aparılması üçün onu Siyəzən RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-nin növbətçi hissəsinə gəlmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və müdafiəçi X3 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuşlar. O, əynində olan qara rəngli şalvarının sağ cibindən 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Ondan həmin bükülülərin kimə məxsus olduğu və içərisində nə olması soruşulduğunda, o, həmin bükümlərdə olanların birində kokos adlanan narkotik vasitə və digər bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülülərə müstəntiq tərəfindən baxış keçirildikdə həmin bükülülərin birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və digərinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi olaraq ondan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə olan metamfetaminə bənzər kütləni haradan əldə etməyi soruşulmuş, o da həmin kütlələri bir müddət əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra müstəntiqin göstərişi əsasında polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən ümumilikdə 549 manat 10 qəpik, arxa cibindən 1 ədəd qatlanmış salfetka aşkar olunmuşdur. Şifahi olaraq ondan üzərindən aşkar olunmuş pulun narkotik vasitələrin dövriyyəsindən əldə edib-etməməyi soruşulmuş, o üzərindən aşkar edilmiş pulların narkotik vasitələrin dövriyyəsindən əldə etmədiyini və öz pulunun olmasını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 549 manat 10 qəpik, arxa cibindən 1 ədəd qatlanmış salfetka iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümlər 1 (bir) ədəd boş ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. (cild 1, iş vərəqə 49-51) Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən döyüldükdən sonra üzərinə qoyulmuş, polis əməkdaşlarından qorxduğu üçün üzərində olan bükümün özünə məxsus olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 128-130) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Siyəzən RPŞ-nin CAB-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin Siyəzən rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu üçün 26 aprel 2023-cü il tarixdə saat 15 radələrində Siyəzən şəhəri, S.Dağlı küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçiriləcəyini ona bildirmişlər. Elçin buna etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. X2 şübhəli şəxs qismində tutulmağı izah etdikdən sonra ona müdafiəçi X5 təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş və bu barədə bildiriş təqdim edilmişdir. Həmin bildirişi imzalayaraq götürdükdən sonra üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlər varsa onu təqdim etməyi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin bükülülərin özünə məxsus olduğunu və içərisində nə olması soruşulduğunda, o şifahi sorğu zamanı həmin bükümlərdə olanların birində “kokos” adlanan narkotik vasitə və digər bükümdə psixotrop maddə olan “metamfetamin" olduğunu bildirmişdir. Həmin bükülülərə X4 tərəfindən baxış keçirildikdə həmin bükülülərin birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və digərinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə olan metamfetaminə bənzər kütləni bir müddət əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid DİN BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. (Cild 1, iş vərəqə 106-107) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1973-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Siyəzən rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqi 7) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X3 iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin kimə məxsus olması və içərisində nə olması barədə soruşulduğunda, o şifahi sorğu zamanı həmin bükümlərdə olanların birində kokos adlanan narkotik vasitə və digər bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükülülərə baxış keçirildikdə həmin bükülülərin birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və digərinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə olan metamfetaminə bənzər kütləni bir müddət əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən ümumilikdə 549 manat 10 qəpik və 1 ədəd qatlanmış salfetka aşkar olundu. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş pulun narkotik vasitələrin dövriyyəsindən əldə etmədiyini və öz pulunun olmasını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 549 manat 10 qəpik, arxa cibindən 1 ədəd qatlanmış salfetka iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümləri (bir) ədəd boş ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırılmışdır. (cild 1, iş vərəqi 24-25) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə haqqında diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskin ümumi yaddaş tutumu 4,38 GB-dır. Diskin 1.456.017.808 KB hissəsi doludur. Diskdə “elçin şəxsi axtarış” adlı video fayllar vardır. Video fayla baxdıqda, 26 aprel 2023-ci il-ci il tarixdə saat 16:40-dan saat 16:50-dək olan müddət ərzində Siyəzən RPŞ-nin NMQnun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx.xx.1973-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə X4 tərəfindən üzərində şəxsi axtarış keçirilib.Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçi X3 iştirak etməsini istədiyini bildirdi. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyninə qəhvəyi rəngli gödəkçə, ağ rəngli qısaqol köynək, qara rəngli şalvarı, üzərində naxışı olan qəhvəyi rəngli ayaqqabı geyinmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin bükülülərin özünə məxsus olduğunu və içərisində nə olması soruşulduğunda, o şifahi sorğu zamanı həmin bükümlərdə olanların birində kokos adlanan narkotik vasitə və digər bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Həmin bükülülərə X4 tərəfindən baxış keçirildikdə həmin bükülülərin birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və digərinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütləni və psixotrop maddə olan metamfetaminə bənzər kütləni bir müddət əvvəl Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını bildirdi. Daha sonra X4un göstərişi əsasında Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən ümumilikdə 549 manat 10 qəpik, arxa cibindən 1 ədəd qatlanmış salfetka aşkar olundu. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş pulun narkotik vasitələrin dövriyyəsindən əldə etmədiyini və öz pulunun olmasını bildirdi. Bundan sonra üzərindən aşkar olunmuş 549 manat 10 qəpik, arxa cibindən 1 ədəd qatlanmış salfetka iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 2 ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümlər 1 (bir) ədəd boş ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırıldı. Zərfin üzəri 96 nömrəli möhürlə möhürləndi. Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etdilər. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldı. (cild 1, iş vərəqə 52-54) Şəxsi axtarış və götürmə aparılması haqqında və diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2023-ci il tarixli, 6/2433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 7,901 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi - 6,265 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi 7,901 qram psixotrop maddə metamfetamindən 0,1 qramı tədqiqata sərf edildi, qalıq 7,801 qramdır. Ümumi 6,265 qram narkotik vasitə heroindən 0,1 qramı tədqiqata sərf edildi, qalıq 6,265 qramdır. (cild 1, iş vərəqə 32-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4633 nömrəli rəyi göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 135-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 iyun 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs BNMİ və Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təzyiqlər olması barədə Siyəzən Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 4(059)-16/2023 nömrəli qərarına əsasən toplanmış materialda həmin qərarın təsviri hissəsində göstərilən əsaslara görə cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 128-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsindən istifadə etməmişdir. (cild 1, iş vərəqə 131) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,901 qram psixotrop maddə metamfetamindən 0,1 qramı tədqiqata sərf edildi, qalıq 7,801 qram metamfetamin və ümumi 6,265 qram narkotik vasitə heroindən 0,1 qramı tədqiqata sərf edildi, qalıq 6,265 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və 1 (bir) ədəd kağız paketdə qablaşdırılaraq “Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat Obyekti №69” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 54; 75-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Əliyev X6 rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü və Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir.(cild 1, iş vərəqə 83) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinin 07 iyun 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, X8 barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 82) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrip maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitə və psixotrop maddənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə narkotik vasitə və psixotrop maddə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halllar aşkar edilmədi. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Siyəzən Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Siyəzən rayon məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərarla 3 ay, yəni 26 noyabr 2023-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 11, 42-43, 64-66, 123-127) Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,801 qram metamfetamin və qalıq 6,265 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Siyəzən RPİ-nin maddi sübutlar saxlama otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,801 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 6,265 qram narkotik vasitə heroin məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar