Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-403/2022 16.12.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs : Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 28 avqust 1970-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlama və daşıma, eləcədə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini əldə edib, üzərində saxlama və daşıma cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “At heykəli” adlanan ərazinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd şəffaf selofanın içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” (Siyahı İ) daxil olan 0,471 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və bir ədəd şəffaf selofanın içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,510 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə edib «Winston» markalı boz siqaret qutusunun içərisinə qoyaraq üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:00 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən evinin yaxınlığında saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın say yan cibində «Winston» markalı boz siqaret qutusunun içərisində bir bükümdə həmin 0,510 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,471 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2021-ci il oktyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd sarımtıl rəngli qəzetə bükülmüş və bir ədəd karton kağızın içərisində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan müvafiq olaraq 3,804 qram və 7150,0 qram çəkidə, ümumilikdə 7153,804 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq həmin marixuanadan 3,804 qramını üzərində, 7150,0 qramını isə yaşadığı ünvan 2 ünvanında olan evdə saxlamış, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd sarımtıl rəngli qəzetə bükülmüş 3,804 qram çəkidə, əməliyyat tədbirlərinin davamı kimi yaşadığı ünvan 4 ünvanında otaqların birində taxta dolabın üzərində 7150,0 qram çəkidə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, 01 dekabr 2021-ci il tarixdə saxlanılmış, üzərindən heroin və metamfetamin aşkar edilmişdir. Həmin vaxt üzərindən aşkar edilən narkotik vasitələr onun özünə məxsus olmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla razıdır. 05 yanvar 2022-ci il tarixdə, gecə saat 12 radələrində öz evində yatdığı zaman Abşeron rayon polis idarəsinin doqquz nəfər əməkdaşı onun evinə basqın etmiş və bu zaman o, evdə tək olmuşdur. Polis əməkdaşları onun evinə narkotik vasitə qoyaraq “Bunlar sənindir” demiş, lakin evindən aşkar edilən narkotik vasitə ona aid olmamış, polis əməkdaşları onu oğlu ilə hədələdikləri üçün onların dedikləri ilə razılaşdığını bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq təxminən 2016- 2017-ci ildən etibarən narkotik vasitə istifadəçisi olduğunu, heroin və metamfetamindən istifadə etdiyini, marixuanadan istifadə etmədiyini, Abşeron rayon məhkəməsində barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimata baxılarkən edilən qanunsuzluqları hakimə də dediyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, oğlu ilə birlikdə barələrində cinayət işi açılacağı ilə onu hədələdikləri üçün təqdim edilən sənədləri imzalamış, lakin imzaladığı sənədləri oxumamışdır. O, ikinci qrup əlil olduğu, gözü zəif gördüyü üçün sənədləri oxuya bilmədiyini, 01 dekabr 2021-ci il tarixdə üzərindən aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu, onları şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 05 yanvar 2022-ci il tarixdə, gecə saat 12 radələrində polis əməkdaşları tərəfindən evinə basqın edildiyini, onun cibindən qəzetə bükülmüş vəziyyətdə marixuana aşkar etdiklərini və polis əməkdaşlarının ondan evində də marixuana olduğunu deməyi tələb etdiklərini, həmin marixuananı oktyabr ayında tapdığını söyləməyini istədiklərini, polis əməkdaşlarının sellofanda gətirdikləri marixuananı evində olan tozsoran qutusunun içərisinə qoyduqlarını və həmin marixuananın ona aid olduğunu bildirməyi istədiklərini və evindən 07 kq marixuana aşkar edildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan zaman iki nəfər mülki paltarda şəxs ona yaxınlaşıb, Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərimdə narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, Abşeron RPİ-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üzərində saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarın sağ cibində olan bir ədəd sarımtıl rəngli qazet kağızına bükülmüş narkotik vasitə kimi bildiyi marixuananı tədim etmiş, bundan sonra ondan evində narkotik vasitə olub olmaması barədə sorğu-sual edilmiş, o da yaşadığı fərdi yaşayış evində narkotik madə olan marixuanna olduğunu polis əməkdaşlarına demiş, bundan sonra onlar birlikdə vəkil Rasim Əliyevin iştirakı ilə ona məxsus 2 mərtəbli 4 otaqlı fərdi yaşayış evinə getmişlər. Ondan evə baxış keçirilməsi ilə bağlı razılıq ərizəsi alınmış, sonra baxış zamanı yaşadığı evdən 1 ədəd kardon qutuda olan içərisində narkotik vasitə hesab edilən marixuana aşkar edilmiş, həmin narkotik maddə olan marixuananı 2021-ci ilin oktyabr ayında Masazır qəsəbəsində zibillikdən tapmış, qurudaraq istifadə edir. Bundan başqa göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən At heykəlinin yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofanın içərisində psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofanın içərisində narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib «Vinston» markalı boş siqaret qutusuna qoyaraq əynimdəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymaqla üzərində saxlamışdır. Bir neçə saat sonra Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində evinin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş və özlərini ona təqdim etmişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğu bildirilib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsinə gələn zaman o üzərində narkotik vasitə olduğunu bildirmiş, daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ona hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, əgər vardırsa, təqdim edilməsi təklif olunmuşdur. Bu zaman o, həmin gün aldığı və «Vinston» markalı boş siqaret qutusunun içərisində qoyaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd selofonun içərisində olan psixotrop maddə metamfetamini və narkotik vasitə heroini təqdim etmiş, bundan sonra təqdim etdiyi həmin bükümlər içərisi boş zərfə qoyularaq möhürlənmiş və bağlanmış, o da həmin zərfi və tərtib olunmuş protokolu imzalamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, 01 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Şahid4la birlikdə Masazır kəndi, Ə.Vahid küçəsində Təqsirləndirilən şəxs saxlayaraq Abşeron rayon polis idarəsinə dəvət etdiklərini, polis idarəsində olarkən video-çəkiliş müşayiətində təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitəni təqdim etdiyini, onun üzərindən metadon həbi və heroin aşkar edildiyini, üzərindən aşkar edilən narkotik vasitənin miqdarının az olduğunu qeyd etmişdir. Şahid5 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin CAŞ-da baş əməliyyat əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. xx.xx.1970-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşıması və saxlaması ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və daşımasında şübhəli olduğu üçün 01 dekabr 2021-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılılmış və CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 01 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd Vinston markalı siqaret qutusunun içərisində saxladığı şəffaf selofona bükülmüş psixotrop maddə metamfetaminə oxşar və bir ədəd şəffaf selofona bükülmüş narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra ona üzərində başqa qanunla saxlanılması qadağan edilmiş başqa hər hansı əşya olub-olmadığı barədə soruşulmuş və onun üzərində şəxsi axtarış aparıldı, lakin şəxsi axtarış zamanı əlavə qanansuz saxladığı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə sorğu-sual zamanı o, narkotik vasitəni və psixotrop maddəni xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitəyə və psixotrop maddə metamfetaminə oxşar maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında hərəkətdə olarkən saxlanılmış və polis idarəsinə dəvət olunmuşdur. Polis idarəsində olarkən video-çəkiliş müşayiətində vəkilin iştirakı ilə təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü surətdə təqdim etmiş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, narkotik vasitəni necə əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs bundan bir neçə ay əvvəl Masazır kəndi ərazisində marixuananı yaş kütlə halında tapdığını, öz istifadəsi üçün qurutduğunu və evində saxladığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və o, dolabın içərisində olan qutuya yerləşdirilmiş marixuananı təqdim etmiş, aşkar edilənlər prosessual qaydalara uyğun olaraq qablaşdırılmış və protokollaşdırılmışdır. Təqsirləndirilən şəxsin evinə narkotik vasitə qoymadıqlarını, onu 06 yanvar 2022-ci il tarixdə saxladıqlarını, evindən təxminən 6-7 kq marixuana aşkar edildiyini, üzərindən isə az miqdarda olmaqla bir bükümdə marixuana müəyyən edildiyini bildirmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında təxminən bir saata qədər gözləmiş və küçəyə çıxdığı zaman isə onu saxlamışlar. Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmiş və polis idarəsində olarkən video-çəkiliş aparılmaqla vəkilin, həmçinin təhqiqatçının iştirakı ilə onun üzərindən marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs evində də marixuana olduğunu, lakin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs evindəki dolabda olan qutunun içərisindən marixuana aşkar edilmiş və qablaşdırılmışdır. 01 dekabr tarixində keçirilən əməliyyat tədbirində iştirak etmədiyini, təqsirləndirilən şəxsi 06 yanvar 2022-ci il tarixdə saxladıqlarını, onun evində marixuana olduğunu, təqsirləndirilən şəxsin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün qurutduğunu etiraf etdiyini, aşkar edilən marixuananın dəqiq çəkisini xatırlamadığını, lakin külli miqdarda olduğunu qeyd etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid4 ifadəsində bildirmişdir ki, o, Abşeron RPİ-nin Cinayət- Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 6k vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPl-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün o və əməliyyat qrupunun digər iştirakçısı Şahid5 Abşeron rayonu Masazır kəndi, Əliağa Vahid küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı “Winston” markalı boş siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmaməşdır. Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun etdiyi “Winston” markalı boş siqaret qutusunun içərisində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddələrin bir bükümü heroin, digəri isə metamfetamindir. Həmin maddələri 01 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində 'At heykəlinin” yaxınlığında tanımadığı şəxsdən almışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir xx.xx.1970-сi ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq satışında şübhəli olduğu üçün 06 yanvar 2022-ci il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxardılmış, onun və İTŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 06 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşulmuş və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd sarımtıl rəngli qazet kağızına bükülmüş narkotik vasitə kimi bildiyi marixuananı təqdim etmişdir. Bundan sonra ona üzərində başqa qanunla saxlanılması qadağan edilmiş digər hər hansı əşya olub-olmadığı barədə soruşulmuş və onun üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı əlavə qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs evində narkotik vasitə olub olmaması barədə sorğu-sual edilmiş, o da yaşadığı fərdi yaşayış evində narkotik maddə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Rasim Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı 2 mərtəbli 4 otaqlı fərdi yaşayış evinə getmiş, Təqsirləndirilən şəxs evə baxış keçirilməsi ilə razılıq ərizəsi alınmış, bundan sonra evə baxış zamanı onun yaşadığı evdən 1 ədəd kardon qutusunda olan içərisində narkotik vasitə hesab edilən marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddə marixuananı 2021-ci ilin oktyabr ayında Masazır qəsəbəsində zibillikdən tapdığını bildirmişdir. Bundan sonra təqdim edilmiş narkotik vasitələrə oxşar maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 06 yanvar 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, 25 fevral tarixli qərarla isə cinayət işləri birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşımaqla istifadə etməsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 dekabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, «Winston» markalı boz siqaret qutusunun içərisində bir bükümdə 0,510 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,471 qram olan psixotrop maddə metamfetamini təqdim edərək həmin bükümləri xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən ayrıayrılıqda 10 (on) manata aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və həmin əməliyyat-axtarış tədbirinin video görüntüsünün əks olunduğu qeyd edilən DVD-R formatlı disk məhkəmə istintaqı zamanı tədqiq edilmək üçün mütəxəssisin iştirakı ilə kompüter vasitəsilə işə salınmış, lakin həmin diskin içərisində olan faylı açmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə” barədə protokol və həmin protokolun əks etdirdiyi əməliyyat-axtarış tədbirinin video görüntüləri olan «DVD» disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində içərisində narkotik vasitə - qurudulmuş marixuana olan 01 ədəd sarımtıl rəngli qəzet kağızında bükümü təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 2021-ci ilin oktyabr ayında Masazır kəndində olan zibillikdən taparaq yaşadığı evə gətirdiyini və qurudaraq hissə-hissə istifadə etdiyini bildirir. Eyni «DVD» diskdə olan “Baxış keçirilməsi haqqında” əməliyyat-axtarış tədbirinin video görüntüsü və cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanına baxış keçirilərkən otaqda olan taxta dolabın üzərində karton yeşikdə açıq vəziyyətdə olan 7150,0 qram çəkidə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli, 6/5327 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N 56” möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən…» və s. sözlər, imzalar olan kağız bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 0,471 qram ağ rəngli kristallşəkilli kustar kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz təmiz çəkisi 0,510 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyası İ), 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyası İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/07 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N 56” möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən…» və s. sözlər, imzalar olan kağız bağlamadakı 01 ədəd qəzet kağızı bükümündə təmiz çəkisi 3,804 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində «Təqsirləndirilən şəxs evindən…» və s. sözlər, imzalar olan karton qutuda təmiz çəkisi 7150,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 426 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habeli narkomaniya xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X2 alınmış xx.xx.2022-ci il tarixli, 239 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik materiallar və hal hazırkı psixi xəstəlik və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Cinayət işinin materiallarında olan 23 iyun 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən aşkar olunaraq götürülmüş 7153,804 qram qurudulmuş marixuana, 0,471 qram metamfetamin və 0,510 qram heroin, 3 ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatına sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalmış 7153,704 qram qurudulmuş marixuana, 0,421 qram metamfetamin və 0,460 qram heroin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, 3 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Həmçinin məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş, onun üzərindən «Winston» markalı boz siqaret qutusunun içərisində bir bükümdə 0,510 qram çəkidə narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,471 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi barədə “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun video görüntülərinin əks olunduğu diskin içərisində olan faylın açmaması səbəbindən məhkəmə istintaqı zamanı tədqiqinin mümkün olmamasına qiymət verərərk bildirir ki, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək həmin narkotik vasitə və psixotrop maddənin 01 dekabr 2021-ci il tarixdə üzərindən aşkar edildiyini həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində etiraf etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda cinayət işinin materiallarında olan 01 dekabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə tutulmuş, 03 dekabr 2021-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli rəy ilə təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən hal olduğunu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. O, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 7153,704 qram qurudulmuş marixuana, 0,421 qram metamfetamin və 0,460 qram heroin məhv edilməli, 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 198.60 (yüz doxsan səkkiz, altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 198.60 (yüz doxsan səkkiz, altmış) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 7153,704 qram qurudulmuş marixuana, 0,421 qram metamfetamin və 0,460 qram heroin məhv edilsin. 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-403/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-403/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver