Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-408/2023 21.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, 2-ci dərəcəli əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, о, 17 oktyabr 2022-ci il tarixdə saat 19:00 radələrində sərxoş vəziyyətdə yaşadığı Siyəzən şəhəri H.Əliyev küçəsində yerləşən 29 saylı binanın qarşısına gələrək binanın həyətində çardaqda oturmuş qonşusu Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin günü mobil telefonda hansı səbəbdən ünvanına nalayiq söyüş söydüyünü izah etməsi üçün söhbət etmək istəmiş, Zərərçəkmiş şəxs ona “sərxoşsan get evə” deyərək oradan uzaqlaşmaq istədikdə sonuncunun qolundan tutub saxlayaraq getməsinə icazə vermədiyinə görə Zərərçəkmiş şəxs onu geri itələmiş və sonra ayaqlarının arasına girərək onu yerə yıxaraq sinəsi üzərində oturub əllərini tutub saxlamış, daha sonra biri-birilərindən aralandıqdan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qatlanan tipli, tiyəsi və tutacaq hissəsi qara rəngdə olan bıçağı cibindən çıxararaq bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq sonuncuya qarının ön divarının sol yarısının bir ədəd periton boşluğuna nüfuz edərək deşilmiş-kəsilmiş yarası ilə nəticələn xəsarət yetirməklə, həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə günü o Zərərçəkmiş şəxs zəng edərək ondan borc pul istəmiş, o isə onu söymüşdür. Həmin gün həddindən artıq çox spirtli içki içmiş və elə o gün də Zərərçəkmiş şəxsla yolda rastlaşmışdır. Rövşən onu yerə yıxmış, lakin Rövşəni necə vurduğunu belə xatırlamamışdır. Polis bölməsində olarkən ona Zərərçəkmiş şəxs vurduğunu söyləmişdirlər. Rövşəni ağır formada vurmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxslə ədavətinin olmadığını, bıçağın təsadüfən onun cibində olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq zərərçəkmiş şəxsin ona qarşə şikayətinin olmadığını bildirmişdir. 18 oktyabr 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə onların məhləsində baş vermişdir, belə ki, Fuad ona zəng edərək borc pul istəmiş,o da pulunun olmadığını bildirmişdir. Bundan sonra Fuad həyətə düşmüş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı elə vəziyyət yaranmışdır ki, o, Fuadı əli ilə boğmuş, Fuad da özünü müdafiə etmək üçün bıçağın ucu ilə ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, həmin gün övladını hazırlıqdan götürmək üçün evdən çıxmışdır. Binanın qarşısında olarkən siqaret yandırmaq istəmiş, lakin bunun üçün kibriti olmamışdır. Bu zaman siqaretin közü gəldiyini görüb həmin tərəfə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs orada olduğunu görmüş və siqaretini yandırmışdır. Elə bu zaman Təqsirləndirilən şəxs gəlmiş, Fuad ona telefonda söyüşlə danışdığını demiş, daha sonra o 2-3 dəqiqəlik telefonla danışmaq üçün onların yanından ayrılmışdır. Ardınca dava-dalaş səslərini eşitmiş və onların yanına gedib Fuad ilə Rövşəni ayırmağa çalışmışdır. Bıçaqlanma anını görməmişdir. Dava zamanı Rövşən Fuadın sinəsinin üstündə olmuşdur. O, Fuadla Rövşəni ayırdıqdan sonra hər ikisi də oradan getmişdir. Daha sonra Rövşən onu yanına çağırmışdır. O, nəyinsə onun bədəninə batdığını söyləmişdir. O, da onu dərhal xəstəxanaya aparmışdır . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Siyəzən RMDM-nin tibb bacısı Cəlilova telefonla məlumat verərək Siyəzən şəhəri H.Əliyev küçəsi ev 29 mənzil 45-də yaşayan xx.xx.1973cü il təvəllüdlü Zərərçəkmiş şəxs “sol qasıq nahiyəsinin daxilə nüfüz edən bıçaq yarası” diaqnozu ilə daxil olduğunu bildirmişdir. İş materallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Siyəzən şəhəri Heydər Əliyev küçəsi ev 29 saylı binanın qarşısında yerləşən hər tərəfi dəmir barmaqlıqlarla əhatələnmiş çardaqdır. Hadisə yeri yaşayış binasının qarşısındadır. İş materallarına əlavə edilmiş “əşyanın təqdim edilməsi və götürülməsi barədə” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X4 qatlanan tipli, tiyəsi və tutacaq hissəsi qara rəngdə olan bir ədəd bıçağı təqdim etmişdir. İş materallarına əlavə edilmiş “əşyaya baxış keçirilməsi və götürülməsi barədə” 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ön hissəsinin sol aşağı tərəfində zədə olan bir ədəd göy rəngli ön yuxarı hissəsində üç ədəd metal düyməsi olan uzunqol köynəyi istintaq orqanına təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 18 oktyabr 2022-ci il tarixli 250 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində qarnın on divarlnln sol yarısının bir ədəd periton boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarasi aşkar edilmişdir. Həmin xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, yetirilmə müddəti 17 oktyabr 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 17 yanvar 2023-cü il tarixli 89 saylı rəyinin yekun hissəsində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməml barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-İn 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbinərinin tətbiq edilməsinə ehtiyac yocdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli hallan düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, konfiliktə və mübahisəyə meyillilik, kobudluq kimi fərdi-psixi xüsusuyyətlərə malikdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli 3/33; 3/34 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş köynəyin ön sol hissəsinin aşağı tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədənin təqdim edilmiş bir ədəd bıçağın (biçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədədə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, İti tərəfi zərərçəkmişə nisbətdə sağ istiqamətdə olmaqla yetirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndiirlməsi, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərara əsasən Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, təsərrüfat-məişət təyinatlı turist bıçağı, 01 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs 18 oktyabr 2022-ci il və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Siyəzən MİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə Siyəzən MİS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı Quba-Xaçmaz Regional filialının məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan filialdan ümumi xəstəlik səbəbi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək qüvvədə olan 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası alır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlərlə söyməsinə və hadisə günü həddindən artıq spirtli içki qəbul etdiyinə görə vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs 2-ci dərəcə əlil olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 oktyabr 2022-ci tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Siyəzən rayon PŞ-nin saxlancı ambarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, təsərrüfat-məişət təyinatlı turist bıçaq məhv edilməli, 01 (iki) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 160 (yüz altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 3 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 21 avqust 2023-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış, Siyəzən rayon PŞ-nin saxlancı ambarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək sahibinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, təsərrüfat-məişət təyinatlı turist bıçağı məhv edilsin, 01 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-408/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-408/2023
21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver