Məhkəmə qərarları › İş №1(124)-409/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-409/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-409/2024 30.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 26 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Abşeron rayonu Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə +**********35 mobil nömrənin Watsapp tətbiqi vasitəsi ilə tanış olduğu “Sasan” ləqəbli İran İslam Respublikası vətəndaşının 550 manat pulun müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metrostansiyasının yaxınlığındakı binanın girişindəki yerdə qoydurduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”-a (Siyahı İ) daxil edilmiş 80,225 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 17,546 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək saxlamış və Abşeron rayonu Qobu qəsəbəsinə daşımış, 23 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qobu qəsəbəsində məscidin yaxınlığında saxlanılmış və Qobu polis bölməsinə gətirilib orada saat 23:05-dən saat 23:35-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində 1 ədəd yaşıl rəngli sellofan bükülünün içərisində 2 ədəd ayrıayrı yaşıl rəngli sellofan bükümlərdə 17,546 qram çəkidə ağ rəngli kristal formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 80,225 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, axşam saat 7-8 raddələrində narkotik vasitəni götürməyə getmişdir. Qobu qəsəbəsində, məscidin qabağında onun qarşısını 2 avtomobil kəsmişdir. Avtomobildə təxmini olaraq 7-8 nəfər olmuş, həmin şəxslər onu bölməyə aparmışlar. Bölmədə ona təzyiq göstərmiş və xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, o, təxmini olaraq 1 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroin və metamfetamin istifadə etmiş, əvvəllər isə iynə yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəsini Gənclik metrosu yaxınlığında ”Sasan”adlı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin şəxsin İran vətəndaşı olduğunu dəqiq bilməmiş, onun ləhcəsini İran ləhcəsinə bənzətməmişdir. O, “Sasan” adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, bir neçə dəfə həmin şəxsdən narkotik vasitə əldə etmişdir. “Sasan” adlı şəxs ona 2 sellofanda narkotik vasitə göndərmiş və qarşılığında İsmayıl kart vasitəsi ilə 550 manat ödəniş etmişdir. Lakin narkotik vasitənin çəkisini bilməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsin adını telefonunda “Sasan” kimi qeyd etmişdir. “Sasan” adlı şəxsin ona təxmini 20- 22 qram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməli olduğunu bildirmişdir. O, taksi sürücüsü ilə narkotik vasitəsini götürməyə getmiş, sürücünün İsmayılın həmin əraziyə nə üçün getdiyi haqqında məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman qaçmağa cəhd göstərməmişdir. O, bölməyə getməmişdən əvvəl heç bir xəsarət almamışdır. Daha sonra bölmədə polislər bir neçə sellofan göstərmiş, onu öz üzərinə götürməyini istəmiş, ona bölmədə xəsarətlər yetirmişlər. Onların göstərdikləri sellofan qara rəngdə olmuş, həmin sellofanın içərisində olan narkotik vasitənin çəkisini bilməmişdir. Təzyiqə məruz qaldığını barəsində qətimkan tədbiri seçilərkən hakimə də bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı “Sasan” adlı şəxsdən aldığı sellofanda olan narkotik vasitələri cibinə qoymuşdur. Saxlanılan zaman avtomildən düşüb qaçmamış, polis əməkdaşları onu Qobu polis bölməsinə gətirmiş, bölmədə ona təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamış, həmin narkotik vasitəni və psoxatrop maddəni isə tanımadığı şəxslərdən almış, lakin, 3-4 ay əvvəl sosial şəbəkədə tanış olduğu özünü ona İran vətəndaşı təqdim edən “Sasan” adlı şəxsin narkotik vasitə və psixotrop maddə sata biləcəyini deməsindən sonra özü üçün istifadəyə lazım olan narkotik vasitə və psixotrop maddəni onlayn formada əldə etməyə başlamışdır. Hər dəfə “Sasan” adlı şəxsin göndərdiyi kart hesabına pul vurub şəkilini ona atdıqdan sonra ona çatası narkotik vasitə və psixotrop maddənin olduğu yerin şəkilini atmışdır. Bu yolla həmin narkotik vasitə və psixotrop maddəni əldə etmişdir. Sonuncu dəfə 23 yanvar 2023cü il tarixdə özü istifadə etdiyi Samsung markalı mobil telefonumdakı vatsapla “Sasan” adlı şəxsin istifadəsində olan +**********35 nömrədə istifadə etdiyi vatsapla yazışıb ondan özünə 85 qram heroin və 15 qram metamfetamin istəmişdir. Sonuncu da ona həmin narkotik vasitə və psixotrop maddə üçün 550 manat pul ödəməli olduğunu yazmışdır. O da həmin pulu göndərdikdən sonra ona çatası narkotik vasitənin və psixotrop maddənin olduğu yerin şəkilini atmışdır. Bundan sonra təxminən 3-4 dəfə birlikdə narkotik vasitə və psixotrop maddə qəbul etdiyi Orxan adlı şəxslə birlikdə həmişə narkotik vasitə almağa getdiyi Qobu qəsəbəsində yaşayan Etibar Ağakişiyevin idarə etdiyi “Ravon" markalı ** PK *** dövlət -nömrə nişanlı minik avtomobilinə əyləşib Binəqədi rayonu ərazisində yerləşən Nəsimi metrosunun yaxınlığına gəlmişlər. O, “Sasanin” ona göndərdiyi şəkil əsasında həmin yeri tapmışdır. Etibar maşını həmin binanın yaxınlığında saxlamış, o avtomobildən düşüb şəkildəki həmin binaya qoyulmuş 1 ədəd yaşıl rəngli sellofan bükülünü götürüb bükülünü əynindəki şalvarın sağ yan cibinə qoymuş, sonra “Sasan” ilə danışıb əmanəti götürdüyünü demişdir. Yaxınlıqdakı zibil qutularının yanma atılmış içərisi boş olan taxta dolabı götürüb Orxan və Etibar şübhələnməsinlər deyə Etibarın maşınının yük yerinə qoyaraq güya tanışının ona verdiyini demişdir. Bundan sonra Etibar onları saat 22 radələrində Abşeron rayonu Qobu qəsəbəsinə gətirmiş, məscidin yanına çatanda Orxan maşından düşüb evlərinə getmiş, o, isə Etibarla evlərinə gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, avtomobildən düşüb qaçmağa çalışsa da buna imkan tapmamış, həmin vaxt polis əməkdaşları onu avtomobildən düşürərkən burnu avtomobilin qapısına dəyərək xəsarət almışdır. Polis əməkdaşları onu Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına gətirmişlər. Orada onu Xətai və “cinqo” adlı polis əməkdaşları döymüş, sonra onu xidməti otaqların birində təhqiqatçı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib şübhəli şəxs kimi tutub, hüquqlarının müdafiə olunması üçün müdafiçəri dəvət edərək video çəkiliş ilə hüquq və və vzifələrim izah olunduqdan sonra ona üzərində qanunla qadağan olunmuş predmet varsa təqdim olunmağı təklif edilmişdir. O da bu vaxt üzərində olan özünə məxsus 1 ədəd qara rəngli Samsung markalı mobil telefonu və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofan bükülünü təqdim etmişdir. O, həmin bükülünü içərisində 550 manata özü istifadəsi üçün aldığı metamfetamin və heroin olduğunu demişdir. Daha sonra həmin yaşıl rəngli sellofan bükülü təhqiqatçı tərəfindən açılarkən içərisində iki ədəd yaşıl rəngli sellofan bükülü olduğunu görünmüşdüp. Həmin bükülülər ona göstərilməklə video çəkiliş ilə elektron tərəzidə çəkilərək ekspertiza təyin edilməsi üçün qablaşdırılmış və imzalanmışdır. Lakin o, təhqiqatçı tərəfindən təqdim olunmuş heç bir sənədə imza etməmişdir. O. yalnız özü istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmiş, onun narkotik vasitə və psixotrop maddə qəbuledicisi olmasından başqalarının məlumatı olmasını bilməmiş. Etibarın avtomobili ilə narkotik almağa getməsinə baxmayaraq onun narkotik əldə edəcəyindən nə Etibarın və nə də ki, Orxanın məlumatı olmamış, ilkin istintaqa ifadə verərkən ifadəsində həmin xüsusat düzgün qeyd edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon Pİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, onlara daxil olmuş məlumat əsasında əməliyyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs gecə saat 10-11 radələrində Qobu qəsəbəsində taksidən düşən zaman saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra onu narkotik vasitənin istifadəsi və satışında şübhəli olduğu üçün bölməyə gətirmişlər. Təqsirləndirilən şəxs onları görən zaman qaçmağa cəhd göstərmiş, bu zaman yıxılıb yüngül xəsarət almışdır. Təqsirləndirilən şəxs saxlayan zaman İsmayıl tək olmuşdur. Onlar təqsirləndirilən şəxsi və taksi sürücüsünü bölməyə gətirmişlər. İnzibati otaqların birində vəkilin iştirakı ilə baxış keçirilmiş, bölmədə ona suallar verilmiş, özü suallara cavab vermişdir. Təqsirləndirilən şəxsin söylədiklərinə əsasən 85 qram heroin, 15-16 qram metamfetamin olmuşdur. Şahid1 Abşeron rayon vəkil bürosunda Elvin Yusifov adlı vəkilin hər bir təqsirləndirilən şəxslə təkbətək danışdığını bildirmişdir. Vəkil də təqsirləndirilən şəxslə söhbət aparmış, müəyyən suallar vermişdir. Sellofanda aşkar olunmuş narkotik vasitənin çəkisini vəkil ona deyən zaman Təqsirləndirilən şəxs narazılıq etmişdir. Təqsirləndirilən şəxs bölmədə onlara narkotik vasitəni satış məqsədilə əldə etmədiyini bildirmişdir. Lakin onlara satış məqsədi ilə əldə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsin dediklərinin yalan olduğunu bildirmişdir. Saxlanılan zaman İsmayılın üzərindən tərəzi çıxmamışdır. O, yaşadığı ərazidə Qobu qəsəbəsi, Q.Qarayev küçəsində narkotik vasitəni satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron rayon Pİ-nin Qobu PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Gecə saat 10 raddələrində Qobu qəsəbəsində təqsirləndirilən şəxs taksidən düşən zaman onu saxlamışlar. Onlar İsmayıla yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitənin istifadəsi və satışı ilə bağlı yaxınlaşdıqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs bölməyə gətirmiş, bölmədə inzibati otaqların birində vəkilin iştirakı ilə baxış keçirilmişdir. Üzərindəki sellofanda 2 büküm - 85 qram narkotik vasitə olan heroin və 15 qram isə psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. O, İran vətəndaşından 550 manata aldığını bildirmişdir. Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən tərəzi çıxmamışdır. Onlar İsmayılı saxlayan zaman o tək olmuş, yanında taksi sürücüsü olmuşdur, onu da bölməyə gətirmişlər. Təqsirləndirilən şəxsi saxlayan zaman onun üzərində xəsarət olmadığını, ona heç bir təzyiq göstərmədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Qobu qəsəbəsində Məscidin qabağında polis əməkdaşları onları saxlamış, onu da təqsirləndirilən şəxslə birlikdə bölməyə aparmışlar. Şahid təqsirləndirilən şəxsi bir neçə dəfə istədiyi ərazilərə apardığını, saxlanıldığı gün isə İsmayılın “2111” taksi xidməti ilə gecə saat 11 raddələrində sifariş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yanında 1 nəfər başqa şəxs də olmuşdur. Təqsirləndirilən şəxsi 6-cı mikrorayonda Anar şadlıq sarayına apardığını, yenidən həmin ərazidən Nəsimi metrosuna aparacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs və yanındakı şəxs avtomobildən düşmüş, təxmini 10-12 dəqiqədən sonra geri dönmüş, onların əlindəki malı maşına yükləmişlər. Polislərin onları gecə saatlarında saxladıqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs yanındakı şəxsi tanımamış, həmin şəxs saxlanılan zaman qaçmış, İsmayıl özü avtomobilə əyləşmiş, polislər onu avtomobildən çıxarıb öz xidməti avtomobillərinə mindirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satması, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisində olan 01(bir) ədəd bükümdən ibarət, qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 01(bir) ədəd bükümdən ibarət, ağ rəngli, kristal formalı psixotrop madda olan metamfetamini çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələri xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda tanımadığı şəxsdən 550 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən İsmayil Babayevə məxsus olan 01 ədad mobil telefon maddi sübut kimi götürülüb təhqiqat materialina əlavə edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01(bir) ədəd bükümdə narkotik vasitə olan heroin və 01(bir) ədəd bükümdə psixotrop maddə metamfetamin götürülərək müvafiq qaydada qablaşdırılır, möhürlənir və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/442 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..» yazılar və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 17,546 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 80,225 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cti il tarixli «1446» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 06 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 80,125 qram heroin, 17,446 qram metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxınlarına qaytarılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Babayev X3 rayonu Qobu qəsəbəsində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu Qobu qəsəbəsi Q.Qarayev küç ev 21 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Təqsirləndirilən şəxs haqqında Qobu qəsəbə İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti və “Elektron məhkəmə sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü azyaşlı X4 vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmaması və tutulan zaman üzərində ittiham aktında göstərilən miqdarda narkotik vasitənin olmaması barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasım ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan , Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 80.225 qram olan heroin, 17.546 qram olan metamfetamin məhv edilməli, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 23 yanvar 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 80.225 qram olan heroin, 17.546 qram olan metamfetamin məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 372 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar