Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-41/2022 30.03.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 125 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05.04.2021-ci il tarixdə, səhər saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllədə yerləşən üç mərtəbəli fərdi bağ evinin həyətinə hasardan aşmaq yolu qanunsuz daxil olaraq, evin mətbəx otağının pəncərəsinin dəmir barmaqlıqlarını həyətdə tapdığı dəmir parçası ilə qırmış, Təqsirləndirilən şəxs2 də plastik pəncərəni sıxıb açma yolu ilə hər ikisi içəriyə daxil olaraq, evin birinci mərtəbəsinin qonaq otağından 2500 manat dəyərində olan «Samsung» markalı televizoru, 850 manat dəyərində olan «Samsung» markalı, 105 diaqonallı televizoru, biri 550 manat, ikisi 1.100 manat olan 02 ədəd “Samsung» markalı, 81 diaqonallı televizoru, biri 3.000 manat, altısı 18.000 manat dəyərində olan İspaniya istehsallı billur çıl-çıraqları, cəmi 18.000 manat dəyərində olan X1 Dubay istehsallı 12 dəst qab-qacaq servis dəstini, biri 800 manat, üçü 2.400 manat olan Almaniya istehsallı «Bosch» markalı mikrodalğalı sobanı, 4.000 manat dəyərində olan 01 dəst qəhvəyi rəngli stol-stulu (01 ədəd stol, 08 ədəd stulu), 1.500 manat dəyərində olan 01 ədəd kombini, cəmi 3.400 (üç min dörd yüz) manat dəyərində olan Türkiyə istehsallı «Merinos» markalı 05 ədəd xalçanı, 2600 manat dəyərində olan bürüncdən 01 ədəd güzgü dəstini, biri 6 manat, on üçü 78 manat olan 13 ədəd radiatoru, 1.000 manat dəyərində olan nəlbəki, külqabı, salfetka, duz qabları, stakan, çaynik dəstini, 800 manat dəyərində olan 12 ədəd gümüşdən qaşıq, çəngəl, bıçaqdan ibarət dəstini, 200 manat dəyərində gümüşdən olan 02 ədəd meyvə qabını, biri 150 manat, altısı 900 manat olan 06 ədəd divar rəsmini, hər biri 500 manat olan 1.000 manat dəyərində 02 ədəd fil və at heykəli, 1.200 manat dəyərində olan 01 ədəd mebel saatını, biri 190 manat, 10 ədədi 1.900 manata olan müxtəlif modelli suvenir avtomobili gizli talayaraq, Zərərçəkmiş şəxs, ümumilikdə, təxminən 61.428 (altmış bir min dörd yüz iyirmi səkkiz) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05.04.2021-ci il tarixdə, səhər saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllədə yerləşən üç mərtəbəli fərdi bağ evinin həyətinə hasardan aşmaq yolu qanunsuz daxil olaraq, evin mətbəx otağının pəncərəsinin dəmir barmaqlıqlarını Təqsirləndirilən şəxs1 dəmir parçası ilə qırmış, özü isə plastik pəncərəni sıxıb açma yolu ilə hər ikisi içəriyə daxil olaraq, evin birinci mərtəbəsinin qonaq otağından 2.500 manat dəyərində olan «Samsung» markalı televizoru, 850 manat dəyərində olan «Samsung» markalı, 105 diaqonallı televizoru, biri 550 manat, ikisi 1100 manat olan 02 ədəd “Samsung» markalı, 81 diaqonallı televizoru, biri 3.000 manat, altısı 18.000 manat dəyərində olan İspaniya istehsallı billur çıl-çıraqları, cəmi 18.000 manat dəyərində olan X1 Dubay istehsallı 12 dəst qab-qacaq servis dəstini, biri 800 manat, üçü 2.400 manat olan Almaniya istehsallı «Bosch» markalı mikrodalğalı sobanı, 4.000 manat dəyərində olan 01 dəst qəhvəyi rəngli stol-stulu (01 ədəd stol, 08 ədəd stulu), 1.500 manat dəyərində olan 01 ədəd kombini, cəmi 3.400 (üç min dörd yüz) manat dəyərində olan Türkiyə istehsallı «Merinos» markalı 05 ədəd xalçanı, 2.600 manat dəyərində olan bürüncdən 01 ədəd güzgü dəstini, biri 6 manat, on üçü 78 manat olan 13 ədəd radiatoru, 1.000 manat dəyərində olan nəlbəki, külqabı, salfetka, duz qabları, stakan, çaynik dəstini, 800 manat dəyərində olan 12 ədəd gümüşdən qaşıq, çəngəl, bıçaqdan ibarət dəstini, 200 manat dəyərində gümüşdən olan 02 ədəd meyvə qabını, biri 150 manat, altısı 900 manat olan 06 ədəd divar rəsmini, hər biri 500 manat olan 1.000 manat dəyərində 02 ədəd fil və at heykəlini, 1.200 manat dəyərində olan 01 ədəd mebel saatını, biri 190 manat, 10 ədədi 1.900 manata olan müxtəlif modeli suvenir avtomobili gizli talayaraq, Zərərçəkmiş şəxs, ümumilikdə, təxminən 61.428 (altmış bir min dörd yüz iyirmi səkkiz) manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğurladıqları malların bir hissəsini mal sahiblərinə geri qaytarmış, digər hissəsini isə satmışdırlar. Evdən qaz plitəsini, qapını, çılçırağı və stulları oğurlamışlar, lakin həmin evdəki xalçanı onlar götürməmişdirlər. Onlar stulları və qaz plitəsini velosiped vasitəsilə daşımışdırlar. Oğurlanan malların bir hissəsini öz evinə aparmış, bir hissəsini isə satmışdır. Çılçırağı oğurladıqdan sonra sındırıb dəmir parçası olaraq satmışdır. Malları satdığı şəxslər onların oğurluq olduğundan xəbərləri olmamışdır. Həmin evdən nə qab-qabacaq, nə də ki televizor oğurlamışdırlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, onların yaxın münasibətləri var. Pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişdirlər. Belə ki, o və Ruslan Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən bağ evlərindən birində yaşayış olmadığını və oğurluq etmək üçün əlverişli olduğunu bilirmişdirlər. Bu məqsədlə 05.04.2021-ci il tarixdə, səhər 05 radələrində o, Ruslanla birlikdə Corat qəsəbəsində yerləşən yeni məhəllədə görüşüb həmin məhəllədə yerləşən bağ evlərini gəzib, yaşayış olmadığını dəqiqləşdirməyə başlamışdırlar. Həmin vaxt onların qarşılarına bir bağ evi çıxmış, onlar həmin bağ evinin hasarına çıxaraq içərini müşahidə etməyə başlamışdırlar. Həmin bağ evində heç kimin yaşamadığına və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra onlar bağ evinə qonşu olan və tikintisi yarımçıq qalmış bağ evinin hasarından aşaraq bağ evinin həyətinə düşmüşdürlər. O, hasarın küncündə taxta masa qoyduqdan sonra onlar həmin masaya qalxıb evin pəncərəsinin dəmir barmaqlıqlarını həyətdən tapdığı dəmir parça ilə qıraraq, Ruslan isə plastik pəncərəni sıxıb açma yolu ilə içəri daxil olmuşdurlar. İlkin olaraq birinci mərtəbənin hamam-tualet olan hissəsindən paltaryuyan maşın rahat çıxa bilmədikləri üçün onu hasarın küncündə olan stolun üstünə qoymuşlar və bundan sonra evdəki əşyaları, yəni 04 ədəd “Samsunq” markalı televizorları, 06 ədəd çılçıraqları, qab-qacaq serviz dəsti olan dəqiq sayını bilmədiyi çoxlu sayda qutuları, 03 ədəd “Bosh” markalı mikrodalğalı sobaları, 01 dəst qonaq otağı stol-stulu, 01 ədəd kombini, 05 ədəd xalçaları, 01 ədəd güzgü dəstini, 13 ədəd radiatorları, suvenirləri oğurlamışlar.Həmin əşyaların bir qismini tikintisi tamamlanmamış bağ evin içərisinə yığmışlar və orada saxlanc kimi istifadə etmişlər, digər qismini həmin evin qarşısında olan torpaq sahəsində gizlətmişlər, qalanları isə gətirib yaşadığı evin həyətində gizlətmişlər. Dəmir parçanı hara tulladığını bilməmişdir. 06.04.2021-ci il tarixdə saat 11 radələrində o Sumqayıt şəhəri Novruz qəsəbəsində yaşadığı evinin qarşısında təndir mağazasını işlədən, təxminən 1 ildir ki, tanıdığı və teztez təndir çörəyi aldığı Şahid2 yanına getmiş, ondan təndir çörəyi alarkən, demişdir ki, onda 08 ədəd stul var, onu satır. Yetər də demişdir ki, stullar hardadır, baxa bilər. O da mobil telefonunda olan stulun şəkillərini ona göstərmişdir. Yetər stulları bəyənib stulların oğurluq olub-olmadığını ondan soruşmuş, o da ona stulların ona məxsus olduğunu, oğurluq olmadığını, ehtiyacı olduğu üçün onları satdığını demişdir. Yetər ondan stulun birini neçəyə satdığını soruşduqda, o da ona 1-ni 25 manata satdığını demiş, Yetər də onunla razılaşmışdır. Daha sonra o Yetərə demişdir ki, stulları səhəri gün gətirəcək və çıxıb getmişdir. Həmin stulları o, yaşadığı evin həyətində gizlətmişdir. 07.04.2021-ci il tarixdə, saat 11:50 radələrində o, evdən çıxıb yola tərəf gedərək yoldan keçən, idarə edən sürücüsünü tanımadığı «Qazel» markalı yük avtomobilini saxlatdırıb, evinə gətirib, həyətdə gizlətdiyi 08 ədəd stulu həmin avtomobilə yükləyib saat 12 radələrində Yetərin yaşadığı evin yanına gətirib boşaltmış və həmin stullara görə Yetər ona, ümumilikdə, 200 manat pul vermiş, o da çıxıb getmişdir. Yük avtomobilin sürücüsü həmin stulların oğurluq olduğunu bilməmişdir. Həmin pulu o, Ruslanla öz aralarında bölərək başqa heç kimə verməmişdirlər. 08.04.2021-ci il tarixdə, saat 08 radələrində eyni məhəllədə yaşadıqları taksi sürücüsü Ziyadgilə gedərək Ziyadı yuxudan oyatmış və dəniz tərəfdə yükünün olduğunu bildirərək boş vaxtı olub-olmadığını soruşmuşdur. Ziyad boş olduğunu bildirmiş və həmin yükü daşımaq müqabilində ondan 5 manat istəmiş, o da razılaşmışdır. Onlar birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllə ərazisinə gələrək 13 ədəd radiatoru avtomobilə yükləmişlər. Corat qəsəbəsinə gəldikdə və dayandıqda polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək radiatorları haradan əldə etdiklərini soruşmuşdurlar. Ziyad onlara bununla əlaqədar heç bir məlumatının olmadığını və taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. O isə həmin radiatorları bağ evindən oğurladığını etiraf etmişdir. Ziyad həmin radiatorların oğurluq olduğunu bilməmiş, o Ziyada həmin radiatorların özünə məxsus olduğunu demişdir. Digər əşyaları isə o, Ruslanla birlikdə Sumqayıt şəhəri, “Şərq bazarı” adlanan ərazidə yoldan keçən tanımadığı şəxslərə xatırlamadığı məbləğə satmış və əldə etdiyi dəqiq məbləğini bilmədiyi pulu Ruslanla öz aralarında bölmüşdür. Həmin puldan başqa heç kimə verməmiş, oğurluqdan o və Ruslandan başqa heç kimin məlumatı olmamışdır. (cild 1, iş vərəqə 240-242) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin aprel ayının 03-dən 04-ə keçən gecə Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən bağ evindən oğurluq etmişlər. Oğurluq etdikləri zaman onun əsas öhdəliyi orada olan qaz plitəsini, kombini, radiatorları olduğu yerdən sökməkdən, yəni əsasən santexnikin görə biləcəyi işlərdən ibarət olmuşdur. Elşənlə birlikdə həmin evə daxil olduqları zaman evin pəncələri açıq, evin içərisi isə dağınıq vəziyyətdə olmuşdur. Həmin gün oradan qaz plitəsini və kombini, növbəti gün isə radiatorları, saatı və hamam aksessuarlarını oğurlamışdırlar. O, evdən götürdükləri saatı öz evinə aparmış və gizlətmişdir. Hadisənin üstü açıldıqdan, Elşən tutulduqdan sonra polis əməkdaşları evinə gələrək onu bölməyə aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, evin işıqları yanmadığına görə evdə kimsənin olmayacağını zənn edərək içəriyə daxil olmuşdurlar. Darvazanı keçdikdən sonra evin açıq olan mətbəx pəncərəsindən içəriyə keçmişlər, ilkin olaraq Elşən, onun ardınca isə o, evə daxil olmuşdur. Ümumillikdə, evdən dördgözlü qaz plitəsi, kombi, saat, 02 ədəd kreslo, 13 ədəd radiator oğurlamışdırlar. O, kombini oradan tapdığı qaz açarı ilə sökmüşdür. Evdən əşyaları çıxardıqdan sonra hasarı aşaraq qonşunun həyətinə keçmişlər, ardınca isə radiatorları taksiyə yerləşdirərək oradan uzaqlaşmışdırlar. Digər əşyaları isə, yəni 02 ədəd kreslonu, saatı isə qonşunun həyətində heç kimin görə bilməyəcəyi yerdə gizlətmişdirlər. İlk əvvəl oğurladıqları kombi və qaz plitəsini velosiped vasitəsilə, ondan bir gün sonra oğurladıqları radiatorları isə taksi vasitəsilə Elşən öz evinə aparmışdır. Oğurladıqları malların qarşılığında ona hər hansı bir məbləğdə pul çatmamışdır. Oğurladığı heç bir əşyanı başqa yerdə sataraq pula çevirməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddət tanımaqla yaxın münasibətləri olmuşdur. Onlar pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gələrək Sumqayıt şəhəri, Corat qəsəbəsi, yeni məhəllə ünvanında yerləşən bağ evlərindən birində yaşayış olmadığını və oğurluq etmək üçün əlverişli olduğunu bilmişdirlər. Bu məqsədlə 05.04.2021-ci il tarixdə, səhər 05 radələrində o, Elşənlə birlikdə Corat qəsəbəsində yerləşən yeni məhəllədə görüşüb həmin məhəllədə yerləşən bağ evlərini gəzib, yaşayış olmadığını dəqiqləşdirməyə başlamışdırlar. Həmin vaxt qarşılarına bir bağ evi çıxmış, həmin bağ evinin hasarına çıxaraq içərini müşahidə etməyə başlamışlar. Bağ evində heç kimin yaşamadığına və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra bağ evinə qonşu olan və tikintisi yarımçıq qalmış digər bağ evinin hasarından aşaraq oğurluq etmək istədikləri bağ evinin həyətinə düşmüşdürlər. Hasarın küncünə taxta masa qoyduqdan sonra masaya qalxıb evin pəncərəsinin dəmir barmaqlıqlarını Elşən həyətdən tapdığı dəmir parça ilə qırmış, o isə plastik pəncərəni sıxıb açma yolu ilə içəri daxil olmuşdur. İlkin olaraq birinci mərtəbənin hamam-tualet olan hissəsindən paltaryuyan maşın rahat çıxmadığından onu hasarın küncündə olan stolun üstünə qoymuşlar və bundan sonra evdəki əşyaları, yəni 04 ədəd “Samsung” markalı televizoru, 06 ədəd çılçırağı, qab-qacaq serviz dəsti olan dəqiq sayını bilmədiyi çoxlu sayda qutuları, 03 ədəd “Bosh” markalı mikrodalğalı sobanı, 01 dəst qonaq otağı stolstulu, 01 ədəd kombini, 05 ədəd xalçanı, 01 ədəd güzgü dəstini, 13 ədəd radiatoru, suvenirləri oğurlamışdırlar. Həmin əşyaların bir qismini tikintisi tamamlanmamış bağ evin içərisinə yığmış və oranı saxlanc kimi istifadə etmişdirlər. Əşyaların digər qismini həmin evin qarşısında olan torpaq sahəsində gizlətmiş, qalanları isə gətirib Elşənin yaşadığı evin həyətində gizlətmişdirlər. 07.04.2021-ci il tarixdə, günorta saatlarında o, Elşənlə görüşərkən, Elşən ona oğurladıqları əşyalardan 08 ədəd stulu aparıb tanışı Yetərə 200 manata satdığını söyləmiş və cibindən 100 manat pul çıxardaraq ona vermişdir. 08.04.2021-ci il tarixdə, saat 09 radələrində o, yaşadığı evin yaxınlığında, yolun kənarında olduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli olduğunu bildirmiş və onu PB-yə gətirmişdirlər. Həmin bölmədə olarkən o,bir neçə gün əvvəl Elşən adlı tanışı ilə birlikdə Corat qəsəbəsi, yeni məhəllədə yerləşən bağ evindən oğurluq etdiyini etiraf etmişdir. Həmin vaxt o,Elşənin 13 ədəd radiatoru aparıb satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Digər əşyaları isə o, Elşənlə birlikdə Sumqayıt şəhəri, “Şərq bazarı” adlanan ərazidə yoldan keçən tanımadığı şəxslərə hazırda xatırlamadığı məbləğə satmış və əldə etdiyi dəqiq məbləğini bilmədiyi pulu Elşənlə öz aralarında bölmüşdürlər. Həmin puldan başqa heç kimə verməmişlər və oğurluqdan o və Elşəndən başqa heç kimin məlumatı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir il əvvəl Corat qəsəbəsi, Bağlar massivi ərasində yerləşən evindən oğurluq edilmişdir. Həmin gün yeznəsi ona zəng edərək bağına oğru girdiyini söyləmişdir. Bu xəbərdən sonra o, bağına getmiş və içəri girdiyi zaman əşyaların oğurlandığını, hər tərəfin dağıdıldığını görmüşdür. Baş verənlərlə bağlı dərhal “102” xidmətinə zəng etmiş və Sumqayıt şəhər 1-ci polis bölməsindən əməkdaşlar gəlmişdirlər. Evin qonaq otağından 2.500 manat dəyərində olan “Samsung” markalı televizor, 850 manat dəyərində “Samsung” markalı 105 diaqonallı televizor, biri 550 manat, ikisi 1.100 manat olan 02 ədəd “Samsung” markalı 81 diaqonallı televizor, biri 3.000 manat, altısı 18.000 manat dəyərində olan İspaniya istehsalı billur çıl-çıraqlar, cəmi 18.000 manat dəyərində olan X1 Dubay istehsallı 12 dəst qab-qacaq servis dəsti, biri 800 manat, üçü 2.400 manat olan Almaniya istehsallı “Bosch” markalı mikrodalğalı soba, 4.000 manat dəyərində olan 01 dəst qəhvəyi rəngli stol-stul (01 ədəd stol, 08 ədəd stul), 1.500 manat dəyərində olan 01 ədəd kombi, cəmi 3.400 manat dəyərində olan Türkiyə istehsallı “Merinos” markalı 05 ədəd xalça, 2.600 manat dəyərində olan bürüncdən 01 ədəd güzgü dəsti, biri 6 manat, on üçü 78 manat olan 13 ədəd radiator, 1.000 manat dəyərində olan nəlbəki, külqabı, salfetka, duz qabları, stəkan, çaydan dəsti, 800 manat dəyərində olan 12 ədəd gümüşdən qaşıq, çəngəl, bıçaqdan ibarət dəst, 200 manat dəyərində gümüşdən olan 02 ədəd meyvə qabı, biri 150 manat, altısı 900 manat olan 06 ədəd divar rəsmi, hər biri 500 manat olan 1.000 manat dəyərində 02 ədəd fil və at heykəli, 1.200 manat dəyərində olan 01 ədəd mebel saatı, biri 190 manat, 10 ədədi 1.900 manata olan müxtəlif modelli suvenir avtomobillər evindən oğurlanmışdır. Ümumillikdə, təxminən 61.428 manat dəyərində maddi ziyan dəymişdir. Oğrulanan əşyalardan yalnız radiatoru və kombini geri almışdır. Evindən oğurlanan 08 ədəd stul ona təhvil verilməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 05.04.2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 onun yanına gələrək, demişdir ki, bir az əşyaları var, onu gedib götürüb evə aparmaq lazımdır və 5 manata razılaşmışlar, Elşən onun maşınına minərək Sumqayıt şəhəri Corat qəsəbəsinə tərəf getmişdirlər. Həmin qəsəbədə yerləşən qəbirstanlığı keçən kimi sağa dönüb avtomobili saxlamışdırlar. O, avtomobildən düşdükdə yerdə 2-3 ağzı bağlı kisə, 06 ədəd balaca oturacaq olduğunu görmüşdür. O, Elşəndən həmin əşyalar barədə soruşduqda, Elşən ona həmin əşyaları pay verdiklərini söyləmişdir. Daha sonra həmin əşyaları avtomobilin arxa yük yerinə yükləyib aparıb Elşənin yaşadığı evə boşaltmışdır. Elşən də ona 5 manat pul vermişdir. O, kisələrin içərisində nə olduğunu ağzı bağlı olduğu üçün bilməmişdir. Bundan sonra, 08.04.2021-ci il tarixdə saat 08 radələrində o evdə yatılı olarkən Elşən evinə gəlib onu oyadıb demişdir ki, dəniz kənarında yükü var, gedib onu götürüb öz həyətlərinə aparmaq lazımdır. O da həmin yükü onun dediyi yerdən götürüb evinə aparmasına görə onunla 5 manata razılaşmşdır. Daha sonra o Elşənlə birlikdə idarə etdiyi avtomobilə minərək Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən qəbirstanlığı keçib sağa dönərək qəbirstanlığın yaxınlığında maşını saxlamış, maşından düşərək görmüşdür ki, yerdə 13 ədəd radiator var. Elşəndən bu radiatorlar barədə soruşanda, ona demişdir ki, radiatorlar özünündür pay veriblər. Daha sonra köməkləşib radiatorun 7 ədədini avtomobilin salonunun arxa otucağına, qalanlarını isə avtomobilin yük yerinə yığmışlar. Sonra maşına minib Corat qəsəbəsinə qayıdarkən klubun qarşısında polis əməkdaşları saxlayıb, özlərini təqdim edərək radiatorları haradan əldə etdiyini soruşmuşlar. O demişdir ki, həmin radiatorlar Elşənindir. Onu və Elşəni 1-ci polis bölməsinə aparmışlar. Bölmədə olarkən ona məlum olmuşdur ki, həmin radiatorlar Elşən tərəfindən oğurluq yolu ilə əldə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 daha öncədən tanımamağıma baxmayaraq Təqsirləndirilən şəxs1la kənd sakini olaraq ünsiyyəti olmuşdur. Elşən çox vaxt gəlib ondan çörək almışdır. Bir gün Elşənlə söhbət etdiyi zaman Elşən ona qonşulardan birinin boşandığını, evdəki bütün əşyalarını satmaq niyyətində olduğunu söyləyərək stul almağı təklif etmişdir. O, Elşənin bu sözlərindən sonra stullara baxmış və keyfiyyətli olduğunu görmüşdür. Cəmi 08 ədəd stul üçün 200 manat ödəyərək onları almaqda Elşənlə razılaşmışdır. Həmçinin o, Elşənin əşyalarını satdığını söyləyən qonşusu ilə də telefon vasitəsilə danışdıqdan sonra Elşənə qarşı heç bir şübhəsi yaranmamışdır. Həmin stullar hazırki vaxtadək ondadır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili, polis baş serjantı X2 ifadəsində göstərdi ki, 08.04.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4 ilə birlikdə xidmətdə olarkən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yolun kənarında dayanmış «VAZ 21011» markalı avtomobilin salonunun arxa hissəsində radiatorlar olduğunu görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşaraq, avtomobildə olan sürücü və yanındakı sərnişinə özlərini təqdim etmişlər, sürücüdən də özünü təqdim etməsini xahiş etdikdə, o özünü təqdim edərək Şahid1 olduğunu bildirmişdir. Həmin radiatorları haradan əldə etdiklərini soruşduqda, o taksi sürücüsü olaraq, bu barədə məlumatsız olduğunu bildirmiş, sərnişindən özünü təqdim etməsini istdikdə, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Eyni sualı ona da verdikdə Elşən əvvəlcə bir söz deməmiş, sonra isə etiraf edərək radiatorları Corat qəsəbəsi ərazisində yerləşən bağ evlərinin birindən oğurladığını bildirmişdir. Bu səbəbdən də onlar hər ikisini aidiyyatı üzrə aparıb Sumqayıt ŞPİ-nin 1-ci PB-yə təqdim etmişlər. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Vüsal Abbasovla oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05.07.2021-ci il tarixli, 9/4147 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən əvvəllər istifadə olmuş bir ədəd 2008-ci ildə alınmış və istismarda olmuş altı hissədən ibarət istilik sisteminin radiatoru hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin aprel ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 6 manat, 13 ədədi 78 manat müəyyən olunur. Qeyd olunan xüsusatlara görə aparılmış tədqiqat nəticəsində və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda, inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvvəllər istifadədə olmuş tədqiqat obyektlərinin, 2021-ci ilin aprel ayına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: 2020-ci ilin yay aylarında alınmış «Samsunq» markalı 105 diaqonallı televizor – 850 manat; 01 ədəd «Samsunq» markalı 81 dioqanallı televizor 550 manat, iki ədədi 1100 manat. Tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən, lakin qiymətləndirilməyən aşağıdakı göstərilən digər əmlak, yəni 2019-cu ilin yay ayında alınmış «Samsunq» markalı televizor, 2006-cı ildə alınmış İspaniya istehsalı olan billur çıl-çıraqlar, BƏƏ-nin Dubay istehsalı olan 12 dəst qab-qacaq servis dəsti, 2010-cu ildə alınmış Almaniya istehsalı olan «Bosch» markalı mikrodalğalı soba, 2008-ci ildə alınmış 01 dəst qəhvəyi rəngli stol, 2009-cu ildə alınmış 01 ədəd kombi, 2010-cu ildə alınmış Türkiyə istehsalı olan «Merinos» markalı 05 ədəd xalçalar, 2006-cı ildə alınmış 01 ədəd güzgü dəsti, 2006-cı ildə BƏƏ-nin Dubay şəhərindən alınmış nəlbəki, külqabı, salfetka, duz qabları, stakan, çaynik dəstinin, 12 ədəd gümüş qaşıq, çəngəl, bıçaqdan ibarət dəst, gümüşdən olan 02 ədəd meyvə qabı, 06 ədəd divar rəsmləri, 02 ədəd Fil və at heykəlləri, 01 ədəd mebel saatı, müxtəlif modeli suvenir maşınlar, bir dəst 2008-ci ildə alınmış qəhvəyi rəngli 08 ədəd stullar faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmadı. (cild 1, iş vərəqə 192-195) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Mirəziz Miradıyevin bağ evindən oğurlayaraq Şahid1 idarə etdiyi «VAZ 21011» markalı, **- HJ-*** dövlət qeydiyyat nişanılı avtomobilin salonunun arxa oturacağına və arxa yük yerinə yüklədiyi 13 ədəd radiatorlar sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 1, iş vərəqə: səh. 38-39) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, 08 ədəd stul və 13 ədəd radiator maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs verilmişdir. (cild 1, iş vərəqə 218-225) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13.05.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30.12.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o Abşeron rayon məhkəməsinin 23.02.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən 15.12.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3cü maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 23.01.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 26.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14.10.2008-ci il təvəllüdlü X4 Təqsirləndirilən şəxs1 qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ittihamda qeyd edilən bütün əşyaları oğurlamadıqları, yalnız bir qisim əşyaları gizli olaraq talamaları barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxslərin ittiham olunduqlarını cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının” izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, həmin qərarın 1- ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 (bir) uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 08 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt rayon məhkəməsinin 09.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2021ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 129-130) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 08 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt rayon məhkəməsinin 09.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2021ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 138-139) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış 08 ədəd stul zərərçəkmiş şəxsə qaytarılmalı, 13 ədəd radiatorların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 08 ədəd stul zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə maddi sübut olan 13 ədəd radiatorların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-41/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-41/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver