Məhkəmə qərarları › İş №1(124)-410/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-410/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-410/2024 12.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhər Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə qəti olaraq 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1, mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxx 1983-cü il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 3, ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalinin küçəsi, ev 8, mənzil 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Saleh» adlı şəxslə istifadəsində olan “İphone 6” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı «Saleh» adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 2.615,5 qram narkotik vasitə qurudulmuş marixuananı Sumqayıt şəhəri ərazisində gizlədərək həmin bağlamanın və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “Whatsapp” proqram təminatına göndərmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qabaqcadan əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2 ilə birgə qonşuluqda yaşadıqları ünvan 1 ünvanının yaxınlığından onların cinayətkar niyyətindən məlumatsız taksi fəaliyyəti ilə məşğul olan Şahid4 məxsus olan “Hyunday Acsent” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib, göndərilən külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qoyulduğu yerdən qanunsuz olaraq götürüb əldə etmək üçün birlikdə 25 iyul 2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri Sahil küçəsi ərazisində yerləşən “Atlantida” restoranının yaxınlığına gəlmişlər. Ünvana çatdıqdan sonra aralarında olan qabaqcadan razılaşdırılmış rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək istifadəsindəki mobil telefondan istifadə etməklə “Atlantida” restoranının ətrafına göz gəzdirmiş, lakin telefonda atılan şəkilin axtarılması üçün olan proqram təminatından yaxşı başı çıxmadığı üçün avtomaşına qayıdaraq Fuada bu barədə bildirmiş və telefonunu ona verərək göndərilən şəkillə yerini axtarmağa köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs2 isə telefondan istifadə etməklə qeyd olunan çəkidə narkotik vasitə olan marixuananı gizlədilmiş yerdən tapıb götürərək əldə edib daşımaqla üzərində saxlamışdır. Daha sonra, 25 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhər polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhəri Sahil küçəsi ərazisində yerləşən “Atlantida” restoranının yaxınlığında saxlanılıb, polis idarəsinə gətirilmiş və orada birlikdə əldə etmiş olduqları şəffaf yapışqanlı lentlə bağlanmış 06 ədəd qara rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 625,2 qram, 393,5 qram, 396,1 qram, 355,5 qram, 433,5 qram, 411,7 qram, ümumi təmiz çəkisi 2615,5 qram bitki mənşəlli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Fuad Məmmədov ilə qonşuluqda yaşayırdılar. “Facebook” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan şəxslə narkotik vasitə almaq üçün danışırdı. Həmin şəxs 25 iyul 2023-cü il tarixdə təxminən saat 08:00-09:00 radələrində 10 qram miqdarında heroin növündə narkotik vasitəni Sumqayıt şəhərinə qoyduğunu bildirdi. Onun həmin narkotik vasitəni götürməyə getmək üçün pulu yox idi. Yolda Təqsirləndirilən şəxs2 gördü və onunla bir yerə getməsini təklif etdi, o da razılaşdı. Taksi sürücüsü kimi Şahid4 ilə 35 manat müqabilində razılaşdılar. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi idi. Təqsirləndirilən şəxs2 onun narkotik vasitə götürmək üçün getdiyini bilirdi. Təqsirləndirilən şəxs2 10 qram miqdarında narkotik vasitə götürməyə getdiyini bilirdi. Təqsirləndirilən şəxs2 da narkotik vasitə verəcəyini demişdi. Təxminən 2017-2018-ci il tarixdən bəri narkotik vasitə istifadə edirdi. Daha çox marixuana növündə narkotik vasitə istifadə etmişdir. Metamfetamin növündə psixotrop maddə və heroin növündə narkotik vasitə də istifadə etmişdir. Saleh adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsə 10 qram miqdarında heroin növündə narkotik vasitə sifariş vermişdi. Onunla 2022-ci il tarixdə tanış olmuşdur, ondan ilk dəfə idi ki, narkotik vasitə alırdı. Narkotik vasitə götürməyə gedəndə axşam vaxtı idi. Təqsirləndirilən şəxs2 onunla yoldaş kimi getmişdi. Onun da narkotik vasitələrdən istifadə etmədiyi üçün ağrıları yaranmışdı. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müəssisəsində birgə cəza çəkən şəxs ilə görüşməyə getdiyini, ondan 120 manat məbləğində pul götürəcəyini demişdi, Təqsirləndirilən şəxs2 həmin pul ilə narkotik vasitə alacaqlarını bilirdi. Səhv edib Təqsirləndirilən şəxs2 da özü ilə narkotik vasitə götürməyə apardı. Gərək ki, narkotik vasitəni alıb Təqsirləndirilən şəxs2 verərdi, ya da ona narkotik vasitə almaq üçün pul verərdi. Saleh adlı şəxsin mobil telefon vasitəsilə göndərdiyi ünvana çatdıqda, onun atdığı fotoşəkillərdə sellofan gördü və onu götürməkdən imtina etdi. Saleh adlı şəxsin mobil telefon vasitəsilə göndərdiyi ünvanı bilmədiyi üçün Təqsirləndirilən şəxs2 nəsə köməklik istəməmişdir, bu barədə yazılanları polis əməkdaşları uydurmuşlar. Heç bir yerdə işləmir, Saleh adlı şəxsə hər hansı məbləğdə pul verməmişdir. Narkotik vasitənin 1 qramı üçün 25 manat müqabilində razılaşmışdı. Saleh adlı şəxs əvvəlcə ona nisyə vermişdi, 4 ay idi onunla danışdığı üçün ona etibar edirdi. Polis əməkdaşları onları “Atlantida” restoranının yaxınlığında saxlamışlar. Hər hansı şəxsin narkotik vasitə üçün mesaj yazmağı normaldır. Bəzən, həmin şəxsin pulu olur, lakin narkotik vasitə almaq üçün tanıdığı şəxs olmur. Bu səbəbdən narkotik vasitə alacağı adamla əlaqə yaratmaq üçün ondan kömək istəyir. İran İslam Respublikasının vətəndaşı olan şəxs 10 qram miqdarında heroin növündə narkotik vasitə qoyacağını demişdi. Həmin şəxs sonradan mobil telefona “sənə 3 kiloqram gül atacayıq, onu deyilən yerlərə çatdırarsan” məzmununda mesaj yazmışdır. Həmin şəxs bu mesajı ona sonradan yazmışdır. İran İslam Respublikasının vətəndaşı olan şəxs Azərbaycan dilində səlis şəkildə danışırdı. Göndərilən ünvana çatdıqda, orada sellofanı görüb qorxdu və həmin sellofanı götürməyərək, qaçdı. Daha sonra onları yol polisi əməkdaşları saxladılar. Təqsirləndirilən şəxs2 da eyni avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərinə getməyi o təklif etmişdi. Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul etmədiyinə görə ağrıları yaranmışdı və o, elə vəziyyətdə idi ki, hara getdiyini belə dəqiq bilmirdi. O, pul götürməyə getdiklərini, pulu götürdükdən sonra da narkotik vasitə alıb istifadə edəcəklərini bilirdi. Təqsirləndirilən şəxs2 mobil telefona göndərilmiş ünvandan anlayışı olmadığı, ondan kömək istəməyi barədə qeyd olunanlar həqiqəti əks etdirmir. Polis əməkdaşları onları döymüşlər, xəsarətlər vardır, həmin xəsarətlər qeydə alınmışdır. Lakin, xəsarətlərin səbəbi kimi guya, yıxılmaları göstərilmişdir. Onun barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da Təqsirləndirilən şəxs2 baş verənlərdən xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 hər hansı miqdarda narkotik vasitə götürməyə getdiklərini bilmirdi, məhkəməyədək icraat zamanı bu məzmunda ifadə verməmişdir. 10 qram miqdarında narkotik vasitə götürmək üçün getmişdi. Təqsirləndirilən şəxs2 mobil telefona göndərilmiş ünvandan anlayışı olmadığı, ondan kömək istəməyi barədə qeyd olunanları polis əməkdaşları ona imza etdirmişlər. Onlar həmin ifadəyə imza edəcəyi halda, taksi sürücüsünü tutmayacaqlarını, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını bildirmişdilər. O da onlarla razılaşmışdı. İran İslam Respublikasının vətəndaşı tərəfindən mobil telefonuna narkotik vasitəni qoyduğu yerin ünvanı göndərilmiş, eyni zamanda fotoşəkillər göndərilərək, oxlar vasitəsilə dəqiq yeri göstərilmişdir. Lakin, narkotik vasitənin özünün fotoşəkilləri ona göndərilməmişdir. Oxlarla dəqiq yeri göstərilən fotoşəkillərdə də narkotik vasitənin miqdarı və s. müəyyən oluna bilmirdi. O oraya çatdıqda, sellofanın həcmini görüb qorxdu və İran İslam Respublikasının vətəndaşı olan şəxsə bu barədə yazdım. O, sellofanın altına baxmağını bildirdi. Sellofanın altına da baxdı, lakin sifariş verdiyi narkotik vasitəni tapa bilmədi. Yenidən ona yazdıqda, ona “bundan sonra çətin taparsan” məzmununda mesaj yazdı. Daha sonra oradan qaçdı. İran İslam Respublikasının vətəndaşı olan şəxsin nə üçün 10 qram miqdarında heroin növündə narkotik vasitə əvəzinə təxminən 2,6 kiloqram marixuana növündə narkotik vasitə qoyduğunu bilmir. İran İslam Respublikasının vətəndaşı olan şəxs ilə narkotik vasitələri onun dediyi yerlərə atmağı barədə danışıq olmamışdır. İçərisində narkotik vasitələrin olduğu sellofanı o götürməmişdi. Polis əməkdaşları onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirdikdə, avtomobildən düşərkən ona verdilər. İran İslam Respublikasının vətəndaşı olan şəxsi onun verdiyi narkotik vasitələrin sonradan ona pulunu qaytaracağı barədə aldadırdı. Yəni, həmin narkotik vasitələri pula çevirib verəcəyini deyirdi və o da pul almadan narkotik vasitə verməyə razı olmuşdu. Torbanı görüb götürməmişdi. Torbanın ölçüsündən onun 10 qram olmadığını başa düşmüşdü. Çünki, 10 qram miqdarında heroin növündə narkotik vasitə götürmək üçün gəlmişdilər. Qorxduğu üçün torbanı götürməmişdi. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, heç bir psixi xəstəlik keçirməmiş, narkotik vasitə istifadəçisidir. O, artıq 3 ildir ki, narkotik və psixotrop maddələr qəbul edir. Təqsirləndirilən şəxs2 onun tanışıdır, onlar bir məhəllədə ayrı binalarda qalırlar. Onunla münasibəti normaldır, aralarında heç bir ədavət, düşmənçilikləri yoxdur. Uzun müddətdir ki, facebook sosial şəbəkəsində Saleh adlı İran vətəndaşı ilə tanış olmuş və İran vətəndaşının +**********03 votsap nömrəsi ilə özünün ***-***-**-** votsap nömrəsi ilə əlaqə saxlamışdır. Salehlə səmimi münasibətləri yaranmış, Saleh ona ucuz qiymətə narkotik və psixotrop maddələr təşkil edə biləcəyini demişdir. Təxminən 1 ay yarım əvvəl Saleh ona Bakı şəhəri Ramana qəsəbəsi ərazisində qoydurduğu yerdən 30 qram qurudulmuş marixuana götürüb istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salehlə əlaqə saxlayan zaman ona heroin təşkil etməsini xahiş etmiş, Saleh demişdir ki, Sumqayıt şəhərində qoyduracağı 10 qram heroinin məkan yerini ona göndərəcəkdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisidir. O, Fuadla həmin gün əlaqə saxlayanda sonuncu ona demişdir ki, bədənində güclü ağrılar vardır, narkotik tapsa ona da ağrıdan çıxmaq üçün versin. O da İran vətəndaşı Salehlə əlaqə saxladıqdan sonra məhəllə sakini Fuada İran vətəndaşı olan tanışının ona 10 qram heroini qoydurduğu Sumqayıt şəhərinə birlikdə gedib həmin heroini götürməklərini və ona da vəziyyətdən çıxmaq üçün götürəcəkləri heroindən verəcəyini dedikdə Fuad etiraz etməmişdir. Sonra o, məhəllə sakini olan taksi sürücüsü Rövşənə xahiş etmişdir ki, onları Sumqayıta aparıb gətirsin və 35 manat yol haqqına razılaşmışlar və Sumqayıta yola düşmüşlər. Rövşən onların nə səbəbə Sumqayıta gəldiklərini bilməmiş, o, Rövşənə Sumqayıtda 5 dəqiqəlik bir nəfər tanışı ilə işi olduğunu demişdir. Yolda olarkən təxminən Goradil kəndi ərazisində İran vətəndaşı Saleh ona narkotiki qoydurduğu yerin məkan yerini və fotoşəkili göndərmiş, o da həmin məkan yerini taksi sürücüsü Rövşənə göndərmişdir ki, həmin yerə onları çatdırsın. Bir qədər sonra Sumqayıt şəhərinə dəniz kənarına məkan yerinin göstərdiyi yerə "Atlantida" restoranın yanına gəlmişlər, o, avtomobildən düşüb məkan yerini axtarmağa başlamış, Saleh ona 3 kiloqram qurudulmuş marixuana qoydurduğunu «apar payla, sabah yenə atacam» yazmış, lakin məkan yeri funksiyasından anlayışı olmadığından Salehin narkotiki qoydurduğu yeri tapa bilməmişdir. O, həmin ünvana gələnə qədər Salehin ora 10 qram heroin qoyacağını bilmiş, Fuad da onların heroin dalınca getdiklərini düşünmüşdür. O, Salehin ona atdığı yeri tapa bilmədiyindən maşına qayıdıb onu gözləyən Fuadı çağırıb ona həmin yeri tapmaqda köməklik etməsini deyərək mobil telefonunu Fuada vermişdir. Fuad da onun mobil telefonuna Salehin göndərdiyi məkan və fotoşəkli çəkdiyi yeri, yəni mişar daşlı yarımtikili yeri müəyyən edib oradan 1 ədəd qara rəngli selofan torba və həmin selofan torbada 6 ədəd bağlamaları aşkar edib ona bu barədə dedikdə o, Fuada həmin maddələrin Salehin qoydurduğu qurudulmuş marixuana olduğunu və götürməsini demiş, Fuad da içərisində 6 ədəd qurudulmuş marixuana bağlama olan 1 ədəd selofan torbanı götürüb ona vermişdir. O da Fuaddan həmin qara torbanı götürmüşdür. Sonra onlar maşına tərəf getmək istəyəndə onlara mülki geyimdə olan bir neçə şəxsin yaxınlaşdığını görüb polis olduğunu bilmişlər və Fuad qaçmaq istədikdə ayağı ilişərək yıxılmış və durub qaçmaq istəyəndə həmin şəxslər onları saxlamışlar, özlərini təqdim edərək Sumqayıt polis idarəsinin polis əməkdaşları olduğunu deyərək onları polis idarəsinə gətirmişlər, idarədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2. Həmin vaxt onun əlində olan qara sellofanı polis əməkdaşları Fuada saxlaması üçün vermişlər və həmin qara sellfon Fuadda qalmışdır. Lakin həmin qara sellofan onun əlində tutulmuş və o, əlində həmin qara sellofanla idarəyə gəlmişdir. Vəkili gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunduqda, o, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd ***-***-**-** nömrəli və ***-***-**-** votsap nömrəli "İphone" markalı mobil telefonunu çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq İran vətəndaşı Salehin ona narkotik maddələr göndərdiyini, o, Sumqayıt şəhərinə 10 qram heroin dalınca gəldiyini, Fuadın bədənində ağrılar olduğu üçün götürəcəyi maldan ona da istifadə etmək üçün verəcəyini, həmin narkotik maddələri Fuadla birlikdə götürməyə gəldiklərini, lakin gəldikdə heroin əvəzinə Saleh qurudulmuş marixuana qoyduğunu və həmin maddəni Salehin sonradan ona deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Fuadın bu işdə heç bir günahı yoxdur, Fuad ümumiyyətlə İran vətəndaşı Salehi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Fuadın üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyi qara sellofan ona məxsus olmuş, idarədə o, Fuada saxlaması üçün vermiş, bu səbəbdən şəxsi axtarış zamanı həmin maddələri Fuad təqdim etmişdir. Lakin Fuadın bu işdə heç bir günahı yoxdur, nə də ki, Fuad həmin maddəni kiməsə vermək üçün götürməmiş, həmin maddəni o, Salehin ona göndərəcəyi ünvanlara qoyacaqdı. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Sumqayıt ŞPİ-də yalnız müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni əldə etməkdə məqsəd istifadə etmək olmuşdur. «Saleh Saleh» adı ilə qeydə alınmış kontakt ifadəsində qeyd etdiyi İran vətəndaşı Saleh adlı şəxsdir, həmin şəxs ona məkan yeri ataraq narkotik vasitənin qoyulduğu yeri bildirir. Aralarında olan razılaşmaya əsasən o, Salehin göndərdiyi narkotik vasitəni dediyi yerə qoyduqdan sonra ona istifadə etmək üçün narkotik vasitə verəcəkdi.(Cild 2, iş vərəqi 67-69) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 25 iyul 2023-cü il tarixdə səhər təxminən saat 09:00 radələrində Təqsirləndirilən şəxs1 onu çağırdı, 65 manat məbləğində pul istədi. Onun telefonunda olan “Azpulmat” mobil tətbiqi vasitəsilə lazım olan məbləği əldə etdi. Daha sonra ondan narkotik vasitə tapıb-tapa bilməməyi barədə vəziyyətini soruşdu. O da vəziyyətinin yaxşı olmadığını dedi. Təqsirləndirilən şəxs1 ona da kömək edəcəyini dedi. 65 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 verdi. Təqsirləndirilən şəxs1 ilə birlikdə 0,5 qram miqdarında heroin növündə narkotik vasitə alıb istifadə etdilər. Bundan sonra Təqsirləndirilən şəxs1 ona narahat olmamağı, axşam da ona narkotik vasitə əldə etmək və istifadə etmək barədə kömək edəcəyini bildirdi. Təqsirləndirilən şəxs1 belə dedikdən sonra səbirsizliklə axşamı gözləməyə başladı və bu səbəbdən tez-tez ona zəng edib dediyini xatırlatdı. Qısaca, Təqsirləndirilən şəxs1 bezdirirdi. Təqsirləndirilən şəxs1 onu özü ilə aparmasının səbəbi ona tez-tez zəng edərək, bezdirməyi və həqiqətən sözünü tutaraq, narkotik vasitə əldə etməyə çalışdığını göstərmək olmuşdur. Sumqayıt şəhərinə getdilər. Təqsirləndirilən şəxs1 avtomobildən düşüb narkotik vasitə götürməyə getdi. Az sonra geri qayıdıb mobil telefona göndərilən ünvandan anlayışı olmadığını bildirib anlayışının olub-olmamağını soruşdu. O da anlayışı olmadığını dedikdən sonra yenidən getdi. Təqribən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 gəlib avtomobilə əyləşdi. Lakin, Rəvail bu dəfə daha həyəcanlı idi O, Şahid4 avomobili sürməyi bildirdi. Təqribən 100 metr irəlilədikdən sonra yol polisi əməkdaşları xidməti avtomobilləri ilə arxadan «dayan» əmri verdilər. Avtomobili saxladıqdan sonra mülki geyimli polis əməkdaşları da oraya gəldilər. Avtomobildən düşən kimi polis əməkdaşları onun baş nahiyəsinə xəsarət yetirdilər. Hər birini ayrı-ayrılqda polis idarəsinə gətirdilər. Əynində olan ağ köynək qana bulanmışdı. Hətta polis əməkdaşlarının rəisi onlara irad bildirərək, üzərində ağ köynək olduğu halda videoçəkiliş həyata keçiriləcəyini soruşdu. Polis əməkdaşları əllərinin qanlarını onun üzərindəki paltarlara silirdilər. Təqsirləndirilən şəxs1 ilə polis əməkdaşları taksi sürücüsünün tutulmaması, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağı barədə razılaşmışdılar. 2008-ci il tarixdən bəri narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs1 ona narkotik vasitə götürməyə getdiyini deməmişdi. Yolda gedərkən, özünü narahat hiss edirdi. Təqsirləndirilən şəxs1 mobil telefon vasitəsilə ona atılmış ünvanı göstərdikdən sonra daha pis olmağa başladı. Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etməməyə dair yaranmış ağrılar üçün ona kömək edəcəyini demişdi. O da onunla birlikdə getdiyi yerdən qayıtdıqdan sonra pul olacağını, həmin pul vasitəsilə narkotik vasitə alacağını düşünmüşdü. Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərilən ünvanı göstərdikdə, fotoşəkillərdə oxlar da görünürdü, hansı ki, həmin oxlar vasitəsilə dəqiq yer göstərilirdi. Qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. O isə həmin məhkəmə iclasında deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında bu barədə bildirmişdi. Məhkəmə iclasında bu barədə deməməyinin səbəbi polis əməkdaşlarının onu qorxutmaları olmuşdur. Hətta, prokurorluq orqanında işləyən müstəntiq də ondan izahat almışdır. Polis əməkdaşları onu hədələmişlər. Cinayət işi materiallarında hər hansı nahiyədə xəsarət izlərinin aşkar olunmaması barədə qeyd olunanların hansı əsasla yazıldığını bilmir. Çünki, baş nahiyəsində hələ də xəsarət izləri qalmışdır. Videoçəkiliş zamanı da həmin xəsarətlər aydın şəkildə görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap edildikdə xəsarətləri var idi, həmin xəsarətlər qeydə alınmışdı, hətta şikayət də etmişdi. İran İslam Respublikasının vətəndaşı olan şəxs tərəfindən Təqsirləndirilən şəxs1 “sənə 3 kiloqram gül atıram, apar payla” məzmununda mesaj onlar polis idarəsində olduqda göndərilmişdir. Həmin şəxsin polis əməkdaşları ilə əlbir olaraq fəaliyyət göstərdiyini düşünür. Polis əməkdaşları onları 25 iyul 2023-cü il tarixdə təxminən saat 22:30-da saxlamışdılar. Məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə edən Müdafiəçi2 polis əməkdaşları tərəfindən döyüldüyünü demişdi. Müdafiəçi2 Təqsirləndirilən şəxs1 ilə onun verdiyi ifadələrin ziddiyyət təşkil etdiyini qeyd edərək, üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsi barədə vəsatət versə də, müstəntiq bunu təmin etmədi. 15 yaşlı qızı və 10 yaşlı oğlu vardır. Polis əməkdaşları onu saxladıqda narkotik vasitələri heç götürməmişdilər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, heç bir psixi xəstəlik keçirməmiş, narkotik vasitə istifadəçisidir. 10 ildir ki, narkotik və psixotrop maddələr qəbul edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman yaşadığı məhəllə sakini narkotik maddələr aludəçisi Rəvail onu çağıraraq tanışı olan İran vətəndaşının Sumqayıtda qoydurduğu yerdən 10 qram heroini onunla birlikdə götürməyə getməyini və ona da vəziyyətdən çıxmaq üçün qəbul etməyə həmin heroindən verəcəyini dedikdə o, razılaşmışdır. Sonra Rəvail məhəllə sakini olan taksi sürücüsü Rövşənə xahiş etmişdir ki, onları Sumqayıta aparıb gətirsin və 35 manat yol haqqına razılaşmışlar və Sumqayıta yola düşmüşlər. Yolda olarkən təxminən Goradil kəndi ərazisində İran vətəndaşı Rəvailə narkotiki qoydurduğu yerin məkan yerini və fotoşəkli göndərmiş, Rəvail də həmin məkan yerini taksi sürücüsü Rövşənə göndərmişdir ki, həmin yerə onlara çatdırsın. Bir qədər sonra Sumqayıt şəhərinə dəniz kənarına məkan yerinin göstərdiyi yerə "Atlantida" restoranın yanına gəlmişlər, Rəvail avtomobildən düşüb məkan yerini axtarmağa getmiş, bir qədər sonra Rəvail onu çağırıb narkotiki qoyulan həmin yeri tapmaqda köməklik etməyini deyərək mobil telefonunu ona vermişdir. O da Rəvailin mobil telefonunda İran vətəndaşının göndərdiyi məkan və fotoşəkli çəkdiyi yeri, yəni mişar daşlı yarımtikili yeri müəyyən edib oradan 1 ədəd qara rəngli selofan torbanı və həmin selofan torbada 6 ədəd bağlamaları aşkar edib Rəvailə bu barədə dedikdə Rəvail həmin maddələrin İran vətəndaşının qoydurduğu qurudulmuş marixuana olduğunu və götürməyini demiş, o da içərisində 6 ədəd qurudulmuş marixuana bağlama olan 1 ədəd selofan torbanı götürüb Rəvailə tərəf gələndə onlara mülki geyimdə olan bir neçə şəxsin yaxınlaşdığını görüb polis olduğunu bilmiş və həmin yerdən qaçmaq istəyərkən ehtiyatsızlıqdan ayağı sürüşüb yerə yıxılmış və sağ qaşından xəsarət almış və durub qaçmaq istəyəndə həmin şəxslər onları saxlamışlar, özlərini təqdim edərək Sumqayıt polis idarəsinin polis işçiləri olduğunu deyərək onları polis idarəsinə gətirmişlər. İdarədə xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, vəkili gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunduqda, o, əlində saxladığı qara rəngli selofan torbanı təqdim edərək masanın üzərinə qoymuş və həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin selofan torbanın içərisindən şəffaf yapışqanlı lentlə bükülmüş 6 ədəd qara rəngli selofan bağlamalar aşkar olunmuş və həmin bağlamaların içərisinə baxıldıqda hər birinin içərisində qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 6 ədəd bağlamada qurudulmuş marixuanalar elektron əl tərəzisində çəkilərək ümumilikdə çəkisi 3,040 kiloqram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün aşkar olunduğu selofan torbaya xüsusi qaydada qablaşdırılıb möhürlənmiş, üzərində qeydlər aparılaraq tərəflərindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli heç bir predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi yoxdur. Onun üzərinə Sumqayıt ŞPİ-də yalnız müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. (Cild 1 iş vərəqləri 103-105; Cild 2 iş vərəqləri 52-54) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Atlantida” restoranının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gördülər, yaxınlaşıb özlərini təqdim etdilər. Daxil olmuş məlumatı bildirib, onları Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdilər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əlində olan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 6 ədəd bağlamada təxminən 3 kiloqram miqdarında marixuana növündə narkotik vasitələr aşkar olunmuşdur. Sonradan məlum oldu ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqəyə girmiş və bu vasitə ilə narkotik vasitələri əldə etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatını Şahid1 əldə etmişdi. Əməliyyat məlumatı hazırki təqsirləndirilən şəxslərin hər ikisi barədə daxil olmuşdu. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların saxlanılmaları zamanı hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 onlara yaxınlaşan zaman qaçmaq istədi və qaçmağa çalışarkən yıxılmışdı. Təqsirləndirilən şəxs1 qaçmamışdı. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlandıqda narkotik vasitələri götürmüşdülər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təxminən saat 23:00 radələrində saxlamışdılar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs2 onları gördükdən sonra qaçarkən narkotik vasitələrin olduğu torba onun əlində idi. Aşkar olunan narkotik vasitələr 6 ədəd bağlamada idi və çəkisi təxminən 3 kiloqram miqdarında idi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Atlantida” restoranının yaxınlığında saxlamışdılar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılan yerə avtomobil ilə gəlmişdilər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını Şahid1 əldə etmişdi. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. O da həmin əməliyyat qrupunun üzvü idi. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Atlantida” restoranının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gördülər, yaxınlaşıb özlərini təqdim etdilər. Onlara daxil olmuş məlumatı bildirib, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdilər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa, könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əlində olan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 6 ədəd bağlamada təxminən 3 kiloqram miqdarında marixuana növündə narkotik vasitə aşkar olunmuşdur. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqəyə girmiş və bu vasitə ilə narkotik vasitələri əldə etmişlər. Təqsirləndirilən şəxs2 onları gördükdən sonra qaçmağa çalışmış və qaçarkən yıxılıb xəsarət almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Atlantida” restoranının yaxınlığında təxminən saat 23:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onları saxladıqları yerə taksi avtomobili ilə gəlib avtomobildən düşüb bir qədər kənardan narkotik vasitələri götürmüşlər. Onları saxladıqları məkan elə bir yerdir ki, narkotik vasitələri götürmək üçün onlar mütləq avtomobildən düşüb bir qədər getməli idilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs2 əlindəki torbadan 6 bükümdə marixuana növündə narkotik vasitə aşkar olunmuşdu. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürüb yolun kənarına çıxdıqdan sonra saxlamışlar. Onların narkotik vasitələri götürdükləri yer yoldan bir qədər aşağıda idi. Təqsirləndirilən şəxs2 qaçarkən daşlıq ərazidə yıxılmış və xəsarət almışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmasında 3 nəfər iştirak etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkotik vasitələri istifadə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat qrupunda ondan başqa Şahid2 və Şahid3 da var idi. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 25 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Atlantida” restoranının yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gördülər, yaxınlaşıb özlərini təqdim etdilər. Daxil olmuş məlumatı bildirib, onları Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etdilər. Sumqayıt Şəhər Polis İdarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə, şəxsi axtarışa başlamazdan öncə saxlanılan şəxslərə üzərlərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etmələri təklif edilmişdir. Səhv etmirsə, Təqsirləndirilən şəxs1 əlində olan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 6 ədəd bağlamada marixuanaya bənzəyən vasitələr aşkar olunmuşdur. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqəyə girmiş və bu vasitə ilə narkotik vasitələri əldə etmişlər. Həmin vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxs dediyi ünvana qoyacaqları təqdirdə əvəzində 10 qram miqdarında heroin növündə narkotik vasitə əldə edəcəkdilər. Əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun rəhbərinin kim olduğunu xatırlamır. Əməliyyat məlumatının konkret hansı təqsirləndirilən şəxs barəsində daxil olduğunu xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxladıqları yerə hansı avtomobil ilə gəldiklərini xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlaşdıqda səhv etmirsə, onlar Şahid4 adlı şəxsin avtomobilində idilər. Xatırladığı qədərilə 6 bükümdə marixuana növündə narkotik vasitə aşkar olunmuşdu. Təqsirləndirilən şəxs2 bildirmişdi ki, əllərində olan narkotik vasitələri dediyi yerə qoyduqdan sonra İran İslam Respublikasının vətəndaşı olan şəxs Təqsirləndirilən şəxs1 10 qram miqdarında heroin növündə narkotik vasitə verəcəkdi. Narkotik vasitənin olduğu qara rəngli torba onun əlində idi. Təqsirləndirilən şəxslərin onları əvvəlcə yol polisi əməkdaşlarının saxlaması barədə bildirdikləri özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı təzyiq göstərilməmişdir. Onlara hər hansı xəsarət yetirilməmişdir. Saxlanılarkən hər hansı xəsarətin mövcud olub-olmaması barədə xatırlamır. Təqsirləndirilən şəxs2 köynəyində qan ləkələri olması barədə nəsə deyə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə qohumluq münasibətləri vardır, Təqsirləndirilən şəxs2 isə ilk dəfə hadisə baş verdiyi gün görmüşdü. Qara rəngli “Hyundai” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” nəqliyyat şirkəti vasitəsilə taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs1 ona Sumqayıt şəhərinə gedib-qayıtmağı, əvəzində 35 manat məbləğində pul verməyi təklif etdi. O da razılaşdı. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərinə apardı. Sumqayıt şəhərində onların mobil telefonuna ünvan göndəriləcəyini, həmin ünvana gedəcəklərini bildirdilər. Bir qədər sonra mobil telefona ünvan göndərildi və həmin ünvana doğru getdilər. Oraya çatdıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 getdilər. Həmin ərazidə obyektlər var idi. Onlar avtomobilə tez qayıtdılar. Onlar avtomobilə gəldikdə, əllərində nəsə görməmişdi. Avtomobilə əyləşdikdən sonra evə doğru sürməyi bildirdilər və təxminən 100-150 metr irəlilədikdən sonra “Kia Sportage” markalı avtomobil ilə hərəkətdə olan yol polisi əməkdaşları yaxınlaşdılar. Onlar ona avtomobilin nömrəsində problem olduğunu, nömrənin oxunmadığını bildirdilər. Az sonra hər tərəfdən müxtəlif şəxslər üzərlərinə gəldilər, onu dərhal öz avtomobilinə zorla əyləşdirdilər. Həmin vaxt avtomobilin arxa oturacaq olan hissəsində qara rəngli sellofanların olduğunu gördü. Hesab edir ki, həmin sellofanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oraya qoymamışdılar. Çünki hava qaranlıq olsa da, onlar avtomobilə əyləşərkən avtomobilin qapılarını açdıqda salonun işıqları yanır və salon işıqlandırılır. Salon işıqlı olduğundan onların əlində hər hansı bağlama olsaydı, onları görərdi. Lakin hər hansı bağlama və s. görməmişdir. Bu bağlamalar Təqsirləndirilən şəxs2 əyləşdiyi hissədə aşkar olunmuşdu. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qısa müddətə avtomobildən hansı səbəbə düşüb getdiklərini bilmir. Səhv etmirsə, Təqsirləndirilən şəxs1 pul verməyə getdiklərini demişdi. Yol polisi əməkdaşları ilə söhbət edən zaman ətrafda 6-7 nəfər polis əməkdaşı var idi. Onu avtomobilin arxa oturacağına zorla əyləşdirənədək digər polis əməkdaşları avtomobilin arxa qapısını açıb Təqsirləndirilən şəxs2 tutmuşdular, daha sonra onu avtomobilə əyləşdirmişdilər. Polis əməkdaşları onları saxladıqdan sonra Təqsirləndirilən şəxs1 ayrı, Təqsirləndirilən şəxs2 ilə onu eyni avtomobildə polis idarəsinə aparmışdılar. Avtomobildə sadəcə 1 ədəd qara rəngli sellofan görmüşdü. Həmin vaxt polis əməkdaşları heç kimi döyməmişdilər. Polis əməkdaşlarının avtomobilin arxa oturacaq hissəsinə qara rəngli sellofan qoyduqlarını görməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt şəhərinə narkotik vasitə götürmək üçün getdiklərini bilmirdi. Sumqayıt şəhərinə getdikdə təxminən saat 00:00 radələri idi. Yol boyu onlarla nəsə danışmamışdı, öz aralarında da nə barədə danışdıqlarını bilmir. Polis əməkdaşlarının onun avtomobilinin qapısına doğru yaxınlaşmasını görməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobilə gələrkən onların əllərində qara rəngli sellofan görməmişdir. Polis əməkdaşı avtomobilin arxa qapısını açıb onu əyləşdirən zaman qara rəngli sellofanı orada gördü. Təxminən 7-8 nəfər polis əməkdaşı onları saxlamışdılar. Polis idarəsinə gətirildikdən sonra onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı otaqda saxlayırdılar. Təqsirləndirilən şəxs2 ilk dəfə avtomobilə əyləşəndə onun köynəyində qan ləkələri yox idi. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 xəsarət yetirdiyini görməmişdir. Polis idarəsində onu onlardan ayrı saxladıqları üçün hər hansı təzyiq edildiyini görməmişdir. Təqsirləndirilən şəxs2 polis idarəsində gördükdə, onun üzərində qan ləkələri var idi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun yanında döyülməmişlər. Polis əməkdaşları onları saxladıqda, Təqsirləndirilən şəxs2 qaçmamışdır yaxud da qaçarkən yıxılmamışdır. Təqsirləndirilən şəxs1 yıxılmağını görmüşdü. Avtomobildən aşkar olunan torbaların oraya kim tərəfindən və necə qoyulduğunu bilmir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, göstərmişdir ki, icarə əsasında idarə etdiyi "Hyundai Accent" markalı, qara rəngli **-DL-*** qeydiyyat nişanlı avtomobillə "Bolt" şirkətində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman yaşadığı məhəllə sakini Rəvail adını sonradan bildiyi Fuad adlı şəxslə birlikdə onu səsləyib küçəyə çağırmışlar, Rəvail demişdir ki, təcili Sumqayıt şəhərinə gedib qayıtmalıdır, orada 5-10 dəqiqəlik işi vardır və gedib gəlməyə 35 manata razılaşmışlar. Sonra Sumqayıt şəhərinə yola düşmüşlər, yolda Göradil kəndi ərazisində Rəvail öz mobil telefonuna gələn məkan yerini onun mobil telefonuna göndərmiş və məkan yeri göstərilən ünvana sürməyini demişdir. O da məkan yeri olan Sumqayıt şəhəri, Sahil küçəsində dəniz kənarında yerləşən "Atlantida" restoranın yanma gəlib saxlamış, Rəvail düşüb dəniz kənarına getmiş, bir qədər sonra qayıdıb avtomobildə olan Fuadı yanına çağırmış və birlikdə dəniz kənarına getmişlər, o da avtomobildə onları gözləmişdir. Bir qədər sonra ona polis işçiləri yaxınlaşmışlar, ona məlum olmuşdur ki, Rəvail və Fuad da polislər tərəfindən saxlanılmışdır, onları Sumqayıt polis idarəsinə gətirmişlər. İdarədə ona məlum olmuşdur ki, Rəvail və Fuad Sumqayıt şəhərinə narkotik maddələr götürməyə gəlmişlər və Fuadın üzərindən narkotik maddələr aşkar olunmuşdur. Rəvailin və Fuadın Sumqayıt şəhərinə nə məqsədlə gəlmələrindən məlumatı olmamışdır. Rəvail və Fuadın narkotik maddələr qəbul etmələrindən də məlumatı olmamışdır. (Cild 1 iş vərəqləri 211-213) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində axtarış zamanı əlində olan qara rəngli sellofan torbadan 6 ədəd qara rəngli sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 54-55,) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində axtarış zamanı oğlunun üzərindən 01 ədəd “iPhone 6” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 60-61) “Şəxsi axtarış keçirilməsi haqqında” 26 iyul 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və həmin videogörüntülərin əks olunduğu disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsi müəyyən edilir. Müstəntiq şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, Təqsirləndirilən şəxs2 isə üzərində heç bir qanunsuz əşya olmadığını bildirməklə yalnız əlindəki qara rəngli sellofanda narkotik vasitə marixuana olduğunu deyir və qara sellofanı təqdim edir. Müstəntiq tərəfindən qara sellofan torba açıldıqda içərisindən 6 ədəd üzəri skotçla bağlanmış qara rəngli bükümlər aşkar olunur, həmin bükümlərə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olması müşahidə olunur. Rəvail İsmayılovda isə yalnız 01 ədəd «iPhone 6» markalı mobil telefon a.kar olunur (Cild 1, iş vərəqləri 202-204, 205-207) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş mobil telefon «iPhone 6» markalı mobil telefonun «Vatsap» mobil tətbiqində «Saleh saleh» adlı «+**********03» kontaktla yazışma müəyyən edilir. Yazışmaya baxış zamanı müəyyən edilir ki, həmin kontakt tərəfindən Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə saat 22:24-də Sumqayıt şəhər ərazisində yerləşən tikililərin fotoşəkilləri göndərilir və fotoşəkillərin birində köhnə tikililərə doğru və tikilinin içərisində işarələr qoyulmuşdur, həmçinin məkan yerinin də göndərilməsi müşahidə edilir. «Saleh saleh» adlı «+**********03» kontaktla yazışmalarda həmin kontakt Təqsirləndirilən şəxs1 «mene xeber verersen» yazır, Təqsirləndirilən şəxs1 isə «tapabilmirəm» deyə cavab göndərir, həmin kontakt isə «yaxshi gez tapacagsan», «3kilu guldu», «apar payla», «sabah yene atacam» deyir. (Cild 1, iş vərəqləri 217-221) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrələri ilə bağlı danışıqlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, antenn dairəsinə dair məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 25 iyul 2023-cü il tarixdə saat 22:38-də «Jorat 3/"Sumqayıt şəhəri, Corat qəsəbəsi” /Sumgayit/»antenn dairəsində olması müəyyən olunmuşdur. (Cild 1, iş vərəqi 237) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 26 iyul 2023-cü il tarixli, 7/1079 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «Vət.Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 6(altı) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr» yazılar və imzalar olan qara rəngli polietilen torbada 6 (altı) ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 625,2 qram, 393,5 qram, 396,1 qram, 355,5 qram, 433,5 qram 411,7 qram, ümumi çəkisi 2615,5 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş 6 ədəd bağlamada olan marixuanalar tərkiblərinə görə eynidirlər.(Cild 1, iş vərəqləri 69-73) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli, 5416 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 232-233) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 5729 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 234-235) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs2 üzərindən 26 iyul 2023-cü il tarixdə aşkar olunmuş 2615,5 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş “iPhone 6” markalı mobil telefon və şəxsi axtarış zamanı çəkilmiş içərlərində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə qurudulmuş marixuananın 2.615,2 qram qalığı və “iPhone 6” markalı mobil telefon saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 02 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 159-183) Məhkəmə, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaları, xüsusilə Təqsirləndirilən şəxs2 döyülərək xəsarət alması, onların satış məqsədi ilə deyil şəxsi istifadə üçün 10 qr. çəkidə narkotik vasitə heroin götürməyə getmələri və narkotik vasitə qurudulmuş marixuanadan məlumatlarının olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X4 Fuad Arif oğlunun və Təqsirləndirilən şəxs1 tibbi müayinə vərəqindən çıxarış verilməsinə dair sorğular verilmiş, 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişlər, sorğu zamanı həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 isə xəsarət aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sol saiddə çoxsaylı, sağ qaş nahiyəsində cızılmış qərtməkli yara aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş 22 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar ilə bağlı aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materialları və ibtidai araşdırma orqanının qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 tutularkən qaçmağa cəhd göstərmiş və həmin vaxt yıxılaraq xəsarət almışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiələri üçün gətirdikləri dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərlə tanışlıq münasibətlərində olan Şahid4da məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi daha obyektiv ifadə kimi qəbul olunmalıdır Məhkəmə yekun qərar – ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 övladı X5 “Vətən müharibəsi iştirakçısı”, ”Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə, “döyüş hazırlığı, qoşun xidməti və hərbi intizamın yüksəldilməsində əldə etdiyi nailiyyətə görə” fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd ediləndlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 övladı X5 Vətən Müharibəsində iştirakını, müvafiq medallarla təltif olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Bundan başqa, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmənin müvafiq hökm və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 17 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli hökmü ilə əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa, Suraxanı rayon məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi tanıyır Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların olmadığını müəyyən etməklə yanaşı, eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmənin müvafiq hökm və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər 2010-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə və 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, lakin məhkumluqları ödənilmişdir. Daha sora o, Şamaxı rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə qəti olaraq 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının cəzaçəkilməsi müddəti başa çatmışdır. (Cild 1, iş vərəqləri 245- 249) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan əlavə, həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilmədiyini və üzərində çəkilməmiş əlavə cəzasının qaldığını qeyd etməklə, onun əməlində cinayətlərin residivinin olmasını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Nizami rayon məhkəməsinin 09 iyul 2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 əlavə cəza qismində təyin olunmuş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş qalan 09 ay 03 gün hissəsi hazırki hökmlə təyin edilən cəzaya tam birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Sumqayıt şəhər məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarları ilə onların barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 15-152; Cild 2, iş vərəqləri 102-106) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onların cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.615,2 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. “iPhone 6” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə qaytarılmalıdır. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 36 manat məbləğində, Təqsirləndirilən şəxs1 36 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilər ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 əlavə cəza qismində təyin olunmuş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş qalan 09 (doqquz) ay 03 (üç) gün hissəsi, hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə o, qəti olaraq 09 (doqquz) ay 03(üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 25 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 36 manat və Təqsirləndirilən şəxs2 36 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2.615,2 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd “iPhone 6” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə verilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar