Məhkəmə qərarları › İş №1(124)-411/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-411/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-411/2023 07.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi- X2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X6 və təqsirləndirilən şəxsin iştirakları ilə xx.xx.1994-cü il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin qızı Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qızı xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadıqları ünvan 3 ünvanında yerləşən evin yaxınlığında yerləşən “AL MARKET” mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurladığı barədə məlumat aldıqdan sonra qızını sorğu-sual etdikdə sonuncunun oğurluq etməsini etiraf etməsi və arvadı Zərərçəkmiş şəxs1 bundan xəbəri olmasına görə əsəbləşib, qızını cəzalandırmaq məqsədi ilə yaşadıqları evin həyətindən uzunluğu 150 sm, diametri 2 sm olan, dalğavari formalı, dəmir materialdan olan boru parçasını götürüb həmin boru ilə, habelə əli ilə qızı Zərərçəkmiş şəxs2 vurmaqla qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol alın-qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, üzün, burun nahiyələrinin, kürək, hər iki aşağı ətraf nahiyələrinin qançırları, hematoması, sol diz nahiyəsinin sıyrığı kimi zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurduqda, bu zaman qızını ərinin müstəsna zorakı əməllərindən qurtarıb onun dəmir alətlə döyülməsinin qarşısını alaraq bununla ictimai borcunu yerinə yetirən və əvvəlcədən məlumatı olduğu 25-26 həftəlik hamilə olan arvadı Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşərək arvadı Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlib, bu məqsədlə evin həyətindən uzunluğu 232 sm, diametri 2 sm olan, uc hissəsi təxminən 45 dərəcə əyilmiş vəziyyətdə olan başqa bir dəmir materialdan boru parçasını götürərək evə daxil olub həmin vaxt evdə olan azyaşlı övladlarının – xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2016-cı il təvəllüdlü X3 gözləri qarşısında həm azyaşlı övladlarına, həm də anaları Zərərçəkmiş şəxs1 hərəkətləri ilə xüsusi əzab verdiyini dərk edərək, öz növbəsində orada olan anası Şahid1 onun qanuna zidd hərəkətlərinin qarşısını almağa yönəlmiş təkidli xahişlərinə əhəmiyyət verməyib arvadına xüsusi ağrı yetirdiyini dərk etməklə, müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, əlində olan dəmir boru ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr endirərək hər iki ağciyərin və qaraciyərin cırılması, baş-beyinin toxumasına və qişalarına qansızma, qabırğaların çoxsaylı sınıqları, hər iki bazu sümüyünün sınıqları, baş nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yaraları və bədənin çoxsaylı qançır-sıyrıqları nəticəsində baş vermiş travmatik və hemorragik şokdan sonuncunun ölümünə səbəb olan baş-beynin sol təpə-gicgah və sağ təpə-ənsə paylarında toxumasına və qişalarına qansızma, başın hər iki təpə-ənsə nahiyəsində yumşaq qişalar altına qansızma, başın təpə-ənsə, sağ təpə-ənsə, sol təpə-ənsə nahiyələrinin əzilmiş cırılmış yaraları, sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sol bazu nahiyəsinin orta 1/3-nin və said nahiyəsinin yuxarı 1/3-nin arxa-bayır səthinin qançırı və 2 ədəd səthi əzilmiş-cırılmış yaraları, sol ağciyərin cırılmış yaraları, soldan V, Vİİ, Vİİİ qabırğaların onurğayanı xətt üzrə və V qabırğanın kürək xətti üzrə yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə, yumşaq toxumalara qansızmalar, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, sağdan Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə və yumşaq toxumalara qansızmalar, sağ bazu sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sağ bazunun yuxarı-orta 1/3-nin bayır-arxa səthinin qançırı, sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin qançırı və səthi əzilmiş-cırılmış yarası, sol kürəküstü nahiyənin qançırı, sağ kürəküstü nahiyənin qançırı, sağ kürək nahiyəsinin qançırı, sağ kürəkaltı nahiyənin qançırı, sol kürəkaltı nahiyənin qançırı, kürəkarası nahiyənin qançırı, döş qəfəsinin sol yarısının qançırı, döş qəfəsinin arxa səthinin qançırı, bel nahiyəsinin 2 ədəd qançırı, bel və qarın nahiyələrinin sol yarısının qançırı və 5 ədəd sıyrığı, bel-oma nahiyəsinin qançırı və 2 ədəd sıyrığı, sol sağrının aşağı iç-bayır kvadratının qançırı, bel nahiyəsinin Xİ döş-İİ bel fəqərələri proyeksiyasında yerləşən 2 ədəd qançırı və 4 ədəd sıyrığı, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı və 2 ədəd sıyrığı, sol qalça nahiyəsinin qançırı və sıyrığı, sol budun orta 1/3-nin ön-bayır səthinin qançırı və sıyrığı, sol diz oynağı nahiyəsinin ön bayır səthinin qançırı, sol baldırın ön-bayır səthinin qançırı, sol diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, sol ayaq pəncəsinin ön səthinin sıyrığı, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı, sağ ayağın iç topuğunun sıyrığı, sol baldırın yuxarı 1/3-nin iç-arxa səthinin qançırı, sağ budun orta-aşağı 1/3-nin arxa səthinin qançırı və 2 ədəd sıyrığı, sağ baldırın yuxarı 1/3-nin arxa səthinin qançırı və sıyrığı, qarın nahiyəsinin ön səthinin sağ yarısının sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin, bayır səthinin qançırı və sıyrığı kimi, həmçinin istintaqa məlum olmayan kəsici-deşici xassəyə malik alətdən istifadə etməklə sol bazunun orta 1/3-nin bayır səthinin 1 ədəd deşilmişkəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik çoxsaylı xəsarətlər yetirməklə onun üçün aşkar surətdə hamilə vəziyyətində olan arvadı Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildə X7 ilə ailə həyatı qurmuş, aralarında rəsmi nikah 19 fevral 2015-ci il tarixdə bağlanmışdır. Bu nikahdan iki övladları (xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və xx.xx.2016-cı il təvəllüdlü Anar Nəmətov) dünyaya gəlmişdir. Mərhum arvadı Səidə 6 aylıq hamilə olmuşdur, hətta xx.xx.2022-ci il tarixdə Səidə Abşeron Rayon Mərkəzi Xəstəxanasında ginekoloqun müayinəsində olmuş və onlar oğullarının olacağını bilmişlər. Övladları, arvadı Zərərçəkmiş şəxs1 və anası Şahid1 ünvan 3 ünvanında yaşamışdır. "xxxx" MMC-də fəhlə kimi işləyərək pul qazanmışdır. Ailədaxili münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində işdən evə gələn zaman oğlunun olacağı xəbəri münasibəti ilə evin yaxınlığında yerləşən “Hüseyn” marketə dəymiş, oradan nisyə tort, 3 ədəd şam və 5 ədəd dəmir bankada olan spirt tərkibli “Go” adlı enerji içkisini almış və evə gedən zaman yolda iki banka həmin içkidən qəbul etmişdir. Evə gəldikdən sonra tortun bir hissəsini ailə üzvləri ilə yemiş, o da qalan 3 banka həmin spirtli içkini içmişdir. Həmin gün saat 18 radələrində evlərinin yaxınlığında yerləşən “ALMARKET”-dən kassir işləyən bir qadın əməkdaş gələrək ona qızı Gülərin hadisədən iki gün əvvəl mağazadan çörək alan zaman 37 manat miqdarında oğurluq etdiyini bildirmişdir. Həmçinin həmin qadın onu mağazaya apararaq kamera görüntülərini göstərmişdir. Bundan sonra qızının mağazadan oğruluq etməyinə əmin olmuşdur. Çünki videogörüntüdən qızını tanımışdır. Evə qayıtmış və qızından olanları soruşduqda Gülər olanları etiraf etmiş, lakin hərəkətinin səbəbləri barədə bir söz deməmişdir. Həmin vaxt Gülər qorxmuş və “ata mən eləmişəm, ata qələt elədim, birdə etməyəcəm” demişdir. Bundan sonra pulu olmadığından yaxınlıqda yaşayan xalası oğlu Şahid3 borc istəmək üçün sonuncunun yaşadığı evə getmiş, lakin Nicat pulunun olmadığını bildirmişdir. Bundan sonra “AL MARKET”-ə getmiş və orda noyabrın 18-i maaş alacağını və qızının borcunu artıqlaması ilə qaytaracağını demişdir. Lakin onlar onun təklifini qəbul etməmişlər. Bundan sonra yenidən evə getmişdir. Həmin vaxt saat 22 radələri olmuşdurı. Gülərdən 37 manatlıq nə götürdüyünü soruşduqda sonuncu “Ata, mən “Ozmo” şokoladı, qələm, dəftər, karandaş” götürmüşəm demişdir. Gülərdən anasının xəbəri olub-olmadığını soruşduqda Gülər anasının xəbəri olduğunu demişdir. Anasının da bundan xəbəri olduğu üçün əsəbiləşmiş və yaşadığı evin giriş otağında televizor olan otaqda şillə ilə Gülərə vurmuşdur. Həmin vaxt oğlu Anar da bunların şahidi olmuş, qorxmuş və qırağa çəkilmişdir. Bundan sonra Gülər qorxub evin ikinci otağına, yəni yataq otağına qaçmışdır. Həmin vaxt Güləri daha da sərt cəzalandırmaq üçün evin koridoruna çıxmış və oradan dəmir materialdan olan təxmini 80 sm uzunluğunla düz formada qaz borusunu götürmüş, sonra da Gülərin olduğu yataq otağına qaçmış və həmin otaqda Gülərə götürdüyü dəmir boru ilə ayaqlarına və qollarına 3 dəfə güclü zərbə vuraraq xəsarət yetirmişdir. Gülər bu xəsarətlərdən yerə yıxılmış, sonra ayağa qalxmış və Gülərə sol əli ilə sifətinə bir daha şillə vurmuş, həmin vaxt Gülərin başı zərbənin təsirindən otaqda olan soyuducunun dəmir hissəsinə dəymiş və onun başından qan açılmışdır. Bunu görən həmin otaqda olan arvadı Səidə onun Güləri döyməyinin qarşısını almaq üçün aralarına girmiş, onu Gülərdən uzaqlaşdırmaq məqsədi ilə itələmişdir. Həmin vaxt arxası üstə yerə yıxılmış və Səidə əlindəki qeyd etdiyi borunu alıb kənara atmış, sonra da evdən həyətə çıxmış və su götürüb Gülərin yanına qayıtmış, sonuncunun üzünə su vurmuşdur. Həmin vaxt anası və oğlu Anar da evdə olmuşlar. Anası ona “eləmə, eləmə” deyərək qışqırmış və sonra da heç bir söz demədən evdən çıxıb getmişdir. Əsəbiləşib evin koridoruna getmiş və oradan uzunluğu təxminən 2,5 metr olan baş hissəsində əyilmiş dəmir materialdan olan digər qaz borusunu götürmüş və arvadı Səidəni onu itələdiyinə görə ikinci uzun dəmir boru ilə Gülərin gözü qarşısında döyməyə başlamışdır. Əlində olan qaz borusu ilə 6 aylıq hamilə vəziyyətdə olan Səidənin əvvəlcə ayaqlarına sonra isə boyun nahiyəsinə xəsarətlər yetirmişdir. Həmin vaxt xatırladığı qədər Səidəyə ümumilikdə altı zərbə vurmuşdur. Səidə onu vuracağını gözləmədiyindən sonuncunu döyməyə başlamışdır. Anar onun həm Gülərə, həm də Səidəyə xəsarət yetirdiyinin şahidi olmuşdur. Özünə gəldikdə Gülər və Səidə hərəkət etmişlər. Gülərin üz başını yumuş və uşaqlarla birlikdə televizora baxmışdır. Səidə də digər otaqda oturmuşdur. Birdən birə Səidə ondan su istəmişdir. Səidəyə su vermiş sonuncu suyu içmişdir. Yenidən uşaqların yanına getmişdir. Birdən Səidənin xırıltısını eşitmişdir. Həmin vaxt Səidə yerə yıxılmış vəziyyətdə ağzı üstə olmuşdur. Bundan sonra Səidəyə ilkin tibbi yardım göstərməyə çalışmış, ona süni nəfəs verməyə başlamış və üzünə su vurmuşdur. Səidəyə süni nəfəs verməyinə baxmayaraq sonuncunun heç bir reaksiya vermədiyini gördükdə öldüyünü başa düşmüşdür. Anasını çağırsa da onun evdə olmadığını görmüşdür. Anası evdən çıxmış və qapını çöldən bağlamışdır. Bir müddətdən sonra anası polis əməkdaşları ilə birlikdə evə gəlmişdir, o isə polis əməkdaşları ilə birlikdə X11 getmişdir. Bölməyə gedən zaman qızı Gülər, oğlu Anar və arvadı Səidənin meyiti evdə olmuşdur, yəni ki, Səidəyə kömək etmək üçün təcili tibbi yardım xidmətini çağırmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi spirtli içkiləri içsə də, ona az təsir etdiyini və həm Güləri, həm də Səidəni dəmir boru ilə döyən zaman hər şeyi aydın dərk etdiyini, törətdiyi əməli idarə edə bildiyini, onları bilərəkdən döydüyünü və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əvvəllər də belə hallar olmuş, o, arvadı Səidəyə və qızı Gülərə dəfələrlə əl qaldırmışdır. Hadisə vaxtı yalnız dəmir materialdan olan borulardan istifadə etmişdir. (cild 1, iş vərəqə 81-84; cild 2, iş vərəqə 62-65) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısı olmuşdur. Bacısı öləndə təxminən 6 aylıq hamilə olmuşdur. Vüqarla təxminən 2012-ci ildə ailə qurmuşdur və bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Bacısı əri, övladları və qaynanası Aybəniz ilə birlikdə hadisə baş verən evdə yaşamışdır. O, bacısı ilə Vüqar arasında ciddi münaqişənin şahidi olmamışdır, bacısı heç vaxt aralarında olanlarla bağlı onlara məlumat verməmişdir. Vüqarın bəzi nalayiq hərəkətləri barədə eşitsə də, bunun şəxsən şahidi olmamışdır. Bacısı yalnız 2021-ci ilin mart ayında anaları İpəyə belindəki qançırları və ayağındakı yanıq izlərini göstərmişdir. Səidədən bunun nə olduğunu soruşduqda o, bunları Vüqarın etdiyini, yanıq izlərinin siqaret kötüklərinin izləri olduğunu bildirmişdir. Səidəyə dəfələrlə Vüqardan boşanmasını desə də, övladlarına görə ərindən boşanmaq istəməmişdir. Vüqar Səidəni ancaq evdə saxlamış, qohum-qonşu ilə görüşməsinə imkan verməmişdir. Sonuncu dəfə oktyabr ayının 21-də Səidə anası ilə birgə bətnindəki uşağın cinsiyyətini öyrənmək üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına getmiş və uşağın oğlan olması məlum olmuşdur. O, 22 oktyabr saat 04 radələrində evdəki səs-küyə yuxudan ayılmış, anası Səidənin vəziyyətinin pis olduğunu bildirmişdir. Ata və anası ilə birgə Vüqargilin evinə yollanmış, orada Səidənin vəfat etdiyini, Gülərə isə xəsarət yetirildiyini, onun Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirildiyini öyrənmişlər. Gülər hazırda onların himayəsindədir. Anar isə digər nənəsi Aybənizlə qalır. O, ibtidai istinatq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs2 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə Saray qəsəbəsində anadan olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs yaşadıqları evdə dəmir boru ilə anası Zərərçəkmiş şəxs1 xəsarət yetirərək onu öldürmüşdür. Atası həmin gün ona də xəsarət yetirmişdir. Ailələri dörd nəfərdən ibarət olmuşdur: atası Vüqar, anası Səidə, o və 6 yaşlı qardaşı Anar. 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində atası evə gələrək ondan evlərinin yaxınlığında olan mağazadan pulsuz nəsə götürüb götürmədiyini soruşduqda atasına “Hə mən mağazadan pulsuz şirniyyat götürmüşəm.” demişdir. Bu dediklərindən sonra atası əsəbləşmiş və evin həyətində olan qaz boru parçasından birini götürərək onu döyməyə başlamışdır. Həmin vaxt o, evin ikinci, yəni soyuducu olan otağında olmuşdur. Atası onun ayaqlarından həmin dəmir parçası ilə xəsarət yetirən zaman hamilə vəziyyətində olan anası Səidə aralarına girmiş və atasını itələmişdir. Bu zaman atasının əlində olan dəmir parçası yerə düşmüşdür. Bundan sonra atası anasını da döymək üçün çöldən yenidən başqa dəmir parçası götürərək yenidən evə daxil olmuşdur. Həmin damir parçası uzun və uc hissəsi əyri olmuşdur. Ona xəsarət yetirdiyi dəmir parçası isə yadında deyildir. Atası həmin vaxt soyuducu olan otaq anasına yaxınlaşaraq əlində olan dəmir parçası ilə anasının ayaqlarından, belindən və qollarından xəsarət yetirmişdir. Həmin vaxt o və qardaşı Anar atasının anasına xəsarət yetirdiyini görmüşlər. Həmin vaxt atasının anasına xəsarət yetirdiyi yerdə, yəni soyuducu olan otaqda olmuşlar. Nənəsi Şahid1 da həmin vaxt evdə olmuşdur. Nənəsi atasının qarşısını almaq üçün lazımi səy göstərməmiş və evdən çıxıb qaçmışdır. Anası xəsarətlərdən yerə yıxılmış və o, anasının öldüyünü başa düşmüşdür. Hadisə vaxtı dəqiq xatırlamadığı vaxtda atası hətta onu tutaraq soyuducuya vurmuşdur. Həmin vaxt başı soyuducuya dəymişdir. Atasından qorxduğu üçün səsini çıxara bilməmişdir. Bir müddətdən sonra evlərinə polis əməkdaşları gəlmiş və onu xəstəxanaya aparmışlar. Bir neçə gün xəstəxanada qaldıqdan sonra xəstəxanadan çıxmışdır. Xəstəxanadan çıxandan sonra Əvəz babasıgil yaşayan evdə qalmışdır. Zərərçəkmiş şəxs2 ifadəsində atasının tez-tez anası ilə mübahisə yaratdığını, həm anasını, həm də onu döydüyünü bildirmişdir. Həmçinin atası nənəsi Aybənizi də döymüşdür. Atası hadisədən qabaq araq içmişdir. Atası anasına xəsarət yetirərkən atasının əlində yalnız yuxarıda təsvir etdiyi qaz borusunu görmüşdür. (cild 1, iş vərəqə 206-209) Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, F.Əmirov küçəsində yerləşən evdə oğlu Vüqarın ailəsi ilə birgə yaşamışdır. Əslən Yardımlı rayonundan olsa da, uşaqlıqdan bəri Abşeron rayonu Saray qəsəbəsində boya-başa çatmışdır. Oğlu Vüqar və qızı Samirə Sumqayıt şəhərində anadan olmuşlar. Vüqar Lerik rayon sakini X7 ilə 2012-ci ildə evlənmiş, birgə nikahdan 7 yaşlı Gülər adlı qız və 4 yaşlı Anar adlı oğul övladları dünyaya gəlmişdir. Həmin zamandan etibarən Abşeron rayonu, Saray qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən nömrəsiz evdə birgə yaşamışlar. 2019-cu ildə həmin ev yanğına məruz qaldığı üçün sonradan hadisənin baş verdiyi 2 otaqlı evi inşa edərək orada yaşamağa başlamışlar. Vüqarla Səidə arasında evlilikdən bəri tez-tez məişət zəminində söz-söhbətlər olmuş, Vüqar Səidəni arabir döymüş, lakin bu şiddətli xarakter daşımamış və onlar tez barışmışlar. Lakin Səidə heç vaxt Vüqar barəsində polis orqanlarına şikayət etməmişdir. Səidənin ailəsi ilə münasibətləri hazırda normal olsa da, müəyyən soyuqluq olmuş, əsasən də yanğın ərəfəsində belə münasibətlər yaranmışdır. Vüqar əvvəl də əsəbi biri olsa da, son 6-7 ay ərzində onun psixikasında problemlər artmışdır. Vüqar 2022-ci ilin aprel ayından etibarən bir neçə dəfə əsəbləşərək qollarını kəsmiş, özünü öldürəcəyini bildirmiş, Səidə ilə dava-dalaşı kəskinləşmişdir. Bu səbəbdən Vüqarı 3 dəfə Sumqayıt şəhərində yerləşən “Real” adlı xəstəxanaya aparmış, orada Vüqar 3 kurs müalicə keçmiş, ona həkimlər tərəfindən beyin fəaliyyətini gücləndirən dərmanlardan ibarət reseptlər yazılmış və Vüqar həmin dərmanları mütəmadi olaraq qəbul etmişdir. Həmin dərmanlar əsasən sakitləşdirici xarakterə malik olduğundan qəbul etdikdən sonra Vüqar yatmış və evdə söz-söhbət olmamışdır. Səidə də Vüqar kimi bir qədər əsəbi və çılğın xarakterə malik olmuş, onlar elə bu səbəbdən sözləri üst-üstə düşmədiyinə gorə mübahisələr etmişlər. Lakin ev yanğınından sonra Səidə şoka düşdüyü üçün xeyli dəyişmiş və sakitləşmişdir. Səidə Vüqardan 7 aylıq hamilə olmuşdur. Səidə bununla bağlı Saray qəsəbəsində yerləşən xəstəxanada müalicə almış və hamiləliyin gedişatı normal olmuşdur. Lakin hamiləlik müddətində də onlar arasında mübahisə və dava-dalaş olmuşdur. xx.xx.2022-ci il tarixdə Səidənin anası İpək səhər radələrində Səidənin hamiləliyi ilə bağlı sonuncunu Masazır qəsəbəsində yerləşən xəstəxanaya aparmışdır. Müayinə zamanı Səidənin bətnindəki dölün kişi cinsinə aid olması da müəyyən edilmişdir. Bu xəbərdən Vüqar çox sevinmişdir. Axşam saat 8 radələrində evə gəldikdə Vüqar onu qucaqlamış və yenidən oğlan atası olacağını bildirmişdir. Həmin zaman evdə Vüqar, Səidə, Gülər və Anar olmuşdur. Evə gəldikdə artıq süfrə yığılmışdır. Vüqarın gözlərindən və nəfəsindən sonuncunun araq içdiyi hiss olunmuşdur. Ümumiyyətlə, Vüqar nadir hallarda araq içmiş, əsasən spirtli enerji içkisi olan “GO”dan qəbul etmişdir. Həmin zaman Vüqarla Səidə arasında heç bir mübahisə olmamışdır. Bundan təxminən yarım saat sonra Vüqar ona “ana, sənə bir şey demək istəyirəm, Güləri hər dəfə mağazaya göndərəndə tapşırdıqlarımızdan əlavə özünə “Toybox” da alır” demişdir. Elə bunu müəyyən etmək üçün dərhal evin yaxınlığında yerləşən “AL Market”ə Vüqarla birgə getmişlər. Adını bilmədiyi satıcıdan Gülərin həmin mağazadan 'Toybox'' alıb-almadığını soruşmuşlar. Həmin satıcı “Toybox” qutularını saymış və təxminən 14-15 manatlıq “Toybox’un əksik gəldiyini bildirmişdir. Satıcı Vüqara işarə etmişdir ki, Gülər həmin ‘Toybox’ları icazəsiz götürə bilər. Satıcı həmçinin “mən bu haqda ətraflı bilmirəm, digər satıcı sabah səhərdən işdə olacaq, ondan məlumat alarsız” demişdir. Vüqar gələn ayın 18-ı maaş alacağını, o zaman əksik gələn pulu ödəyəcəyini bildirmiş və oradan çıxmışlar. Gülərin Vüqardan icazəsiz “Toybox” alması və onları mağazadan icazəsiz götürməsi sonuncunu hiddətləndirmişdir. Evə girən kimi Vüqar əsəbi şəkildə Gülərdən “AL Market”dən nəyi icazəsiz götürməsini soruşmuşdur. Gülər 4 ədəd 'Toybox”, rəngli karandaş və saqqız kimi konfeti icazəsiz götürdüyünü bildirmişdir. Bunu eşidən kimi Vüqar Gülərə bir şillə vurmuşdur. Vüqar bununla kifayətlənməyib Gülərin bu dəfə daha güclü şillə və təpik zərbələri endirmiş, habelə evdəki kiçik taxta parçaları ilə Gülərin bədəninin müxtəlif nahiyələrinə vurmaqla xəsarətlər yetirmişdir. O və Səidə Vüqara mane olmağa çalışsalar da, bunu bacarmamışlar. Vüqar yenidən Gülərə zərbələr endirdikdə Səidə özünü Gülərin qabağına vermiş və şillə-təpik zərbələri Səidəyə dəymişdir. Vüqara mane olmağa çalışsa da, lakin Vüqar onu qırağa itələdiyindən sonuncuya mane ola bilməmişdir. Belə olduqda məcbur qalıb şikayətini bildirmək üçün ilk öncə Vüqarın mobil telefonundan DİN-in '102" xidmətinə zəng etmişdir. Lakin Vüqar dayanmadığı üçün qorxusundan qaça-qaça X11 getmiş, 15 dəqiqəyə oraya çatmış və orada adını bilmədiyi polis əməkdaşlarına vəziyyəti izah etmişdir. Bundan təxminən yarım saat sonra həmin polis bölməsinin 3 nəfər əməkdaşı ilə birgə evə gəlmişdir. Evin çöl həyətinin qapısı bağlı olmuşdur. Qapının kilidinə işıq saldıqda Vüqar içəridən “Ana, sənsən?" deyə soruşmuşdur. Açarı qapının kilid hissəsinə salıb qapını açmış və 3 nəfər polis əməkdaşı ilə birgə evə daxil olmuşlar. Vüqarın ayağını divara söykədiyini görmüşlər. Vüqar həyəcanlı şəkildə “Ana, Səidə öldü, nə qədər nəfəs verdim, ayılmadı” demişdir. Həmin otaqda Gülər uzanmışdır, yaxınlaşdıqda sonuncunun üstbaşının qan içində olduğunu görmüşdür. Sonra polis əməkdaşları ilə birgə digər otağa keçmiş və Səidənin döşəməyə uzanmış vəziyyətdə görmüşlər. Sonuncunun üstündə xalat olmuş, paltarları çıxarılmışdır. Otaqda olan vannada Səıdənın paltarları yığılmışdır. Həmin paltarlar yaş olmuş və qan ləkələri olması da görünmüşdür. Vüqardan nə baş verdiyini soruşduqda sonuncu əyri dəmir parçasını göstərərək həmin alətlə Səidənın baş və bədəninin digər nahiyələrinə xəsarətlər yetirdiyini, Səidəni hərəkətsiz görüb onun paltarlarını çıxarıb yenisi ilə əvəz etmək istədiyini, lakin Səidənin artıq öldüyünü onlara bildirmişdir. Bundan sonra dərhal təcili tibbi yardım maşını çağırılmış, Gülərin vəziyyəti ağır olduğundan sonuncu Sumqayıt şəhər xəstəxanasına aparılmış, həkimlər Səidəni müayinə etdikdə isə artıq onun ölmüş vəziyyətdə olduğunu bildirmişlər. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirmiş və orada baş verənləri əyani surətdə onlara demişdir. X9 icazəsiz yaxınlıqda yerləşən “AL market”dən alış-veriş etməsindən hiddətlənib əvvəlcə sonuncunu döymüş, bunun qarşısını almağa çalışan Səidəni də döyməyə başlamış və getdikdən sonra yəqin ki, dəmir parçası ilə də ona ölümcül zərbələr endirərək onu həyatdan məhrum etmişdir. Şahid1 ifadəsində hadisəni onun və nəvələrinin görüdüyünü, yəni Vüqarın Gülərə və Səidəyə qarşı olan zorakı hərəkətlərini hər birinin gözü önündə baş verdiyi bildirmişdir. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hamilə olduğunu bilmiş, hətta oğlu olacağı barədə sonuncudan məlumat almış və sevinmişdir. (cild 1, iş vərəqə 52-57) Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Səidə Vüqarla təxminən 2012-ci ildə ailə qurmuşdur, bu nikahdan onların iki övladı dünyaya gəlmişdir. Səidə əri, övladları və qaynanası Aybəniz ilə hadisə baş verən evdə yaşamışdır. Vüqar müxtəlif yerlərdə fəhləlik edərək pul qazanmışdır. Vüqarla Səidə arasında olan ailə münaqişəsi barədə azçox məlumatı olmuş, lakin 2022-ci ilin mart ayında bu münaqişələrin şiddətli olması barədə məlumatlanmışdır. Belə ki, Səidə əri Vüqar tərəfindən incidildiyini İpəyə demişdir. Bundan sonra Abşeron RPl-yə hadisə ilə bağlı müraciət etmişlər. Səidəni Vüqarın yanına buraxmayaraq öz evində saxlamaq istəsə də, Səidə öz övladlarına görə onunla razılaşmamış və yenidən ərinin evinə qayıtmışdır. Səidə də təxminən ildə bir dəfə onlara gəlmişdir. Lakin onlar bacardıqları qədər Səidənin yanına gedib-gəlmişlər. Səidə hadisə vaxtı altı aylıq hamilə olmuşdur. 22 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində İpək onu yuxudan qaldırmış, ağlayaraq “Səidə ölüb, gedək Səidəgilə"demişdir. Bundan sonra baldızı oğlu Elşənin avtomobili ilə o, oğlu Asiman və arvadı İpək Səidəgilə getmişlər. Oraya çatanda Vüqarın qohumlarından onun Səidəyə dəmir boru ilə xəsarət yetirərək öldürdüyünü öyrənmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Qanuni nümayəndə ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs1 qaz borusu ilə xəsarət yetirərək öldürən 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Vüqar və Səidənin birgə nikahdan iki övladı Gülər və Anar dünyaya gəlmişdir. Vüqar, arvadı, uşaqları və anası, yəni onun xalası Aybəniz ilə qonşuluqda yaşamışlar. Vüqargilin ailəsinda olan problemlərdən onun ailəsinin xəbəri olmamışdır. Vüqar 2022-ci ilin oktyabr ayının əvvəllərində onunla eyni şirkətdə sürücü köməkçisi kimi işləməyə başlamışdır. İşdə Vüqarın heç bir problemi olmamışdır. Vüqarla o, adətən işə birlikdə gəlmişlər. 21 oktyabr 2022-ci il tarixdə birlikdə işə gələn zaman Vüqar ona pulunun olmadığını bildirmiş və bir paket siqaret almağını istəmişdir. Bundan sonra Vüqara bir paket siqaret almışdır. Həmin gün saat 18 radələrində işdən evə gəlmişdir. Evə gəldikdən sonra Vüqar zəng edərək onlara getməyini xahiş etmişdir. Vüqargilə getmiş və Vüqar “Ata oluram, oğlum olacaq” demişdir. Bundan sonra dayısı oğlu Elşad, o və Vüqar birlikdə Vüqargildə oturub yemək yemiş və spirtli içki qəbul etmişlər. Həmin vaxt evdə Səidə, Vüqar və uşaqlar olmuşdur. Xalası isə işdə olmuşdur. Səidənin kefi yaxşı olmuş və onlara yaxşı münasibət göstərmişdir. Səidənin hamiləliyi xarici görünüşündən tam bilinmişdir. Təxminən saat 21 radələrində o və Elşad çıxaraq evlərinə getmişlər. 22 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində anası Rəsmiyyə onu yuxudan oyadaraq “Vüqar Səidəni öldürüb, dur gedək oraya” demişdir. Anasına inanmaq istəməmişdir. Birinci anası getmiş və bir müddətdən sonra geri qayıtmış və hadisənin baş verdiyini, yəni Vüqarın həqiqətən Səidəni öldürdüyünü, Gülərə isə xəsarət yetirdiyini və sonuncunun Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında yerləşdirildiyini demişdir. Saat 04 radələrində Vüqargilə getmişdir. Artıq Səidənin meyiti aparılmış, xalası ifadə verib qayıtmış, Vüqar isə tutulmuşdur. Bir müddət orada gözlədikdən sonra Səidənin qohumları da oraya gəlmişlər. Səidənin qohumları məlumatları aldıqdan sonra getmişlər. Bir gün sonra Səidənin dəfnində iştirak etmiş, onu Saray qəsəbə qəbristanlığında dəfn etmişlər. Şahid3 ifadəsində Vüqarın əsəbi bir insan olduğunu, bəzən bununla bağlı problemlər yaşadığını bildirmişdir. Səidə isə bir qohum kimi çox yaxşı qadın, qohumcanlı, sakittəbiətli və qayğıkeş bir insan olmuşdur. Hadisə baş verən gün səhər saatlarında işə gedərkən Vüqar ondan yalnız siqaret almağını xahiş etmişdir. Həmin gün Vüqara işdən pul da vermişlər. Yeyib içən vaxt Vüqarda heç bir qeyri-adilik hiss etməmişdir. Əksinə sonuncu oğlu olacağına görə sevincli olmuşdur. (cild 1, iş vərəqə 211-214) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “ baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. (İ cild, iş vərəqə 5-10) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşağıdakə xəsarətlər aşkar olunmuşdur: Baş-beynin sol təpə-gicgah və sağ təpə-ənsə paylarında toxumasına və qişalarına qansızıma, başın hər iki təpə-ənsə nahiyəsində yumşaq qişalar altına qansızma, başın təpə-ənsə (8,0x4,0sm ölçüdə), sağ təpə-ənsə (5,5x3,5sm ölçüdə), sol təpə-ənsə (8,0x1,5sm ölçüdə) nahiyələrinin əzilmiş-cırılmış yaraları; Sol bazu sümüyünün aşağı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sol bazu nahiyəsinin orta 1/3-nin və said nahiyəsinin yuxarı 1/3-nin arxabayır səthinin qançırı (15,0x8,0sm ölçüdə) və 2 ədəd səthi əzilmiş-cırılmış yaraları (1,0x0,5sm və 0,5x0,3sm ölçülərdə); Sol ağ ciyərin cırılmış yaraları, soldan V, Vİİ, Vİİİ qabırğaların onurğayanı xətt üzrə və V qabırğanın kürəkxətti üzrə yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə, yumşaq toxumalara qansızmalar; Sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, sağdan Vİİ, Vİİİ, İX, X qabırğaların yerdəyişmiş sınıqları və qabırğaarası əzələlərə və yumşaq toxumalara qansızmalar; Sol bazunun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,5sm ölçüdə); Yaranın yuxarı ucu iti, aşağı ucu isə kütdür. Yara kanalının dərinliyi 3sm-dir, istiqaməti soldan-sağa və aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır; Sağ bazu sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş qəlpəli sınığı, sağ bazunun yuxarı-orta 1/3-nin bayır-arxa səthinin qançırı; Sol bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinin qançırı (4,0x2,0sm ölçüdə) və səthi əzilmiş-cırılmış yarası (0,5x0,3sm ölçüdə); Sol kürəküstü nahiyənin qançırı (5,0x2,0sm ölçüdə), sağ kürəküstü nahiyənin qançırı (4,0x2,0sm ölçüdə), sağ kürək nahiyəsinin qançırı (8,0x2,0sm ölçüdə); sağ kürəkaltı nahiyənin qançırı (7,0x2,0sm ölçüdə), sol kürəkaltı nahiyənin qançırı (5,0x2,0sm ölçüdə), kürəkarası nahiyənin qançırı (9,0x2,0sm ölçüdə), döş qəfəsinin sol yarısının qançırı (12,0x3,0sm ölçüdə), döş qəfəsinin arxa səthinin qançırı (6,0x3,0sm ölçüdə), bel nahiyəsinin 2 ədəd qançırı (8,0x2,0sm və 6,0x2,0sm ölçülərdə), bel və qarın nahiyələrinin sol yarısının qançırı (14,0x5,0-3,0sm ölçüdə) və 5 ədəd sıyrığı (3,5x2,0sm, 4,0x2,0sm, 3,0x0,8sm. 1,5x0,6sm, 1,0x0,6sm ölçülərdə), bel-oma nahiyəsinin qançırı (6,0x2,0sm ölçüdə) və 2 ədəd sıyrığı (3,0x2,0sm və 1,5x1,0sm ölçülərdə), sol sağrının aşağı iç-bayır kvadrantının qançırı (6,0x2,0sm ölçüdə), bel nahiyəsinin Xİ döş-İİ bel fəqərələri proyeksiyasında yerləşən 2 ədəd qançırı (12,0x2,0sm və 14,0x2,0sm ölçülərdə) və 4 ədəd sıyrığı (4,0x2,0sm, 3,0x2,0sm, 2,5x1,0sm, 1,0x0,8sm ölçülərdə), sol budun yuxarı 1/3-nin bayır səthinin qançırı (8,0x4,0sm ölçüdə) və 2 ədəd sıyrığı (6,0x2,0sm və 2,0x1,0sm ölçülərdə), sol qalça nahiyəsinin qançırı (5,0x3,0sm ölçüdə) və sıyrığı (3,5x1,5sm ölçüdə), sol budun orta 1/3-nin ön-bayır səthinin qançırı (12,0x4,0sm ölçüdə) və sıyrığı (4,0x4,0sm ölçüdə), sol diz oynağı nahiyəsinin ön-bayır səthinin qançırı (8,0x2,0sm ölçüdə), sol baldırın ön-bayır səthinin qançırı (8,0x4,0sm ölçüdə), sol diz oynağı nahiyəsinin ön səthinin sıyrığı (4,0x3,0sm ölçüdə), sol ayaq pəncəsinin üst səthinin sıyrığı (1,5x1,0sm ölçüdə), sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı (4,0x2.0sm ölçüdə), sağ ayağın iç topuğunun sıyrığı (2,0x1,0sm ölçüdə), sol baldırın yuxarı 1/3-nin iç-arxa səthinin qançırı (14,0x3,0sm ölçüdə), sağ budun orta-aşağı 1/3-nin arxa səthinin qançırı (12,0x3,0sm ölçüdə ) və 2 ədəd sıyrığı (4,0x3,0sm, 2,5x1,0sm ölçülərdə), sağ baldırın yuxarı 1/3-nin arxa səthinin qançırı (5,0x3,0sm ölçüdə) və 2 ədəd sıyrığı (2,0x1,0sm, 0,5x0,5sm ölçülərdə); qarın nahiyəsinin ön səthinin sağ yarısının sıyrığı (2,0x2,0sm ölçüdə); sağ bud-çanaq oynağı nahiyəsinin bayır səthinin qançırı (10,0x3,0sm ölçüdə) və sıyrığı (6,0x2,0sm ölçüdə). Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərdən sol bazunun orta 1/3-nin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb hər iki ağciyərin və qaraciyərin cırılması, baş-beyinin toxumasına və qişalarına qansızına, qabırğaların çoxsaylı sınıqları, hər iki bazu sümüyünün sınıqları, baş nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yaraları və bədənin çoxsaylı qançır-sıyrıqları nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini, lokalizasiyasını, formasını və ekspertizaya təqdim olunmuş maddi sübutun xüsusiyyətlərini (dəmir boru) nəzərə alaraq demək olar ki. həmin xəsarətlərdən sol bazunun orta 1/3-nin deşilmiş-kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici təsirindən, digər xəsarətlərin isə ekspertizaya təqdim edilmiş dəmir borunun təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs1 meyitinin müayinəsi zamanı uşaqlıqda 25-26 həftəyə uyğun gələn kişi cinsli ölü döl aşkarlanmışdır. Dölün ölüm səbəbi qeyri travmatikdir və ananın ölümü ilə əlaqədar baş vermiş bətndaxili hipoksiya olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 11:30-dan) 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertinin qeyd olunan rəyində zərərçəkmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı çoxsaylı xəsarətlər alması, yetirilən xəsarətlərin həyat fəaliyyəti üçün vacib olan orqanların yerləşdiyi nahiyələrdən yetirilməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmasını bir daha təsdiq edir. (İ cild, iş vərəqə 221-230) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 2722 nömrəli rəyindən görünür ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması baş beyin silkələnməsi, sol alın-qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, üzün, burun nahiyələrinin, kürək, hər iki aşağı ətraf nahiyələrinin qançırları, hematoması sol diz nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dəmir qaz borusu zərbələrinin təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (İ cild, iş vərəqə 231-235) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022ci il tarixli 741/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – Balfa/İİİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu – Abeta/İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – Abeta/İİ/ (Sonuncunun təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunan 02 ədəd metal qaz borusu, Zərərçəkmiş şəxs1 məxsus qısaqol kofta, trusik, Təqsirləndirilən şəxs məxsus mayka, Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, trusik, şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə Zərərçəkmiş şəxs1 məxsusqısaqol kofta, trusik və 02 ədəd metal qaz borusu üzərindəki ləkələrdə “B” antigeni, bəzi ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri Balfa/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Bu ləkələrdə A/İİ/ qruplu Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qanlarının olması ABO sistemi ilə inkar olunur. Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, trusik, şalvar və Təqsirləndirilən şəxs məxsus mayka üzərindəki ləkələrdə qanın qrup göstəriciləri tədqiq olunduqda “A” antigeni, Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka üzərindəki bir ləkədə beta aqqlyutinini alındı. Bu halda göstərilən paltar üzərindəki bir ləkədə həmçinin beta aqqlyutinini alındı. Bu halda paltarlar üzərindəki qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 və eyni qruplu Təqsirləndirilən şəxs (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa) məxsus ola bilər. Bu ləkələrdə B/İİİ/ qruplu Zərərçəkmiş şəxs1 qanının olması ABO sistemi ilə inkar olunur. (İ cild, iş vərəqə 236-243) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 592-MTKŞ/2022 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yaxalığında iki ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs1 məxsus tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvarın sol ayağının iç səthi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu da şalvarın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus mayka və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə yoxdur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə yoxdur. (İ cild, iş vərəqə 244-248) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, tez özündən çıxmaq, impulsivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. (İİ cild, iş vərəqə 20-24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində dəqiq göstərərək öz ifadəsini təsdiq etmişdir. (İ cild , iş vərəqə 95-99) Cinayət işinin materiallarından grünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi hadisə yerinə baxış zamanı götürülmüş uc hissəsi təxminən 45 dərəcə əyilmiş formada olan dəmir boru parçası, ifadənin yerində yoxlanması zamanı götürülmüş dalğavari formalı dəmir boru parçası, Zərərçəkmiş şəxs1 məxsus qara rəngli, boyun hissəsi isə ağ rəngli olan ön tərəfində düymələri olan qısaqol köynək və bənövşəyi rəngli üzərində ağ rəngli naxışları olan alt paltarı (trusik); Təqsirləndirilən şəxs məxsus boz rəngli mayka; Zərərçəkmiş şəxs2 məxsus qırmızı rəngli üzərində ağ naxışları olan şalvar, çəhrayı rəngli alt paltarı (trusik) və ağ rəngli qısaqol iç etiketində “Ceysan” sözü yazılmış köynək və Zərərçəkmiş şəxs2 götürülmüş qan nümunəsi cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (İİ cild , i.v. 31-46) Cinayət işinin materiallarında olan tələbnamələrə alınmış cavablardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər məhkum olunmamışlar. ( İ cild, iş vərəqə 178-181) Cinayət işinin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 müsbət xarakterizə edilmişdir. (İ cild , iş vərəqə 249-254) İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və X10 adlı 02 (iki) azyaşlı uşağı vardır. ( İ cild , iş vərəqə 23-24) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən 02 (iki) azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 27-28, 90-94) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və 56.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanın bir hissəsi həbsxanada və qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan – Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi hadisə yerinə baxış zamanı götürülmüş uc hissəsi təxminən 45 dərəcə əyilmiş formada olan dəmir boru parçası, ifadənin yerində yoxlanması zamanı götürülmüş dalğavari formalı dəmir boru parçası, Zərərçəkmiş şəxs1 məxsus qara rəngli, boyun hissəsi isə ağ rəngli olan ön tərəfində düymələri olan qısaqol köynək və bənövşəyi rəngli üzərində ağ rəngli naxışları olan alt paltarı (trusik); Təqsirləndirilən şəxs məxsus boz rəngli mayka; Zərərçəkmiş şəxs2 məxsus qırmızı rəngli üzərində ağ naxışları olan şalvar, çəhrayı rəngli alt paltarı (trusik) və ağ rəngli qısaqol iç etiketində "Ceysan" sözü yazılmış köynək və Zərərçəkmiş şəxs2 götürülmüş qan nümunəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 120.2.8-ci maddələri üzrə 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 22 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının ilk 03 (üç) il hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan – əyilmiş formada olan dəmir boru parçası, dalğavari formalı dəmir boru parçası, Zərərçəkmiş şəxs1 məxsus qısaqol köynək və alt paltarı); Təqsirləndirilən şəxs məxsus mayka; Zərərçəkmiş şəxs2 məxsus şalvar, alt paltarı və köynək, Zərərçəkmiş şəxs2 götürülmüş qan nümunəsi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar