Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-412/2024 01.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, Xəqani küçəsi-3, ev 378-də qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndi, yeni yaşayış massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,915 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib, üzərində daşımaqla saxlamış, Bakı şəhər Xətai rayon polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2023-cü il tarixdə saat 17:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq 37-ci polis şöbəsinin inzibati binasına aparılıb, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə 0,915 qram çəkidə həmin narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,129 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 3,185 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşıyaraq saxlamış, 20 aprel 2023-cü il tarixdə saat 00:55-də Abşeron rayonu Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında olarkən özünü şübhəli apardığından Abşeron rayon Polis idarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİnin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 3,129 qram çəkidə külli miqdarda həmin narkotik vasitə heroin və 01 ədəd bükümdə 3,185 qram çəkidə külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bu hadisə ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, 3 nəfər yoldaş ilə maşınla Saray qəsəbəsinə gəlmiş, orada maşının yanacağı qurtardığı üçün taksi sifariş etmişdir. Daha sonra Abşeron RPİ-nin post-patrul xidməti əməkdaşları onlara yaxınlaşaraq idarə etdikləri maşını saxlayaraq onların niyə dayandıqları barədə sual vermişdirlər. Post-patrul xidməti əməkdaşları 3 nəfər olmuşdurlar. Polis əməkdaşları maşından düşərək onları yoxlamış, adlarını portala daxil etdikdən sonra orada olan məlumata əsasən Xətai rayon ərazisində törətmiş olduğu cinayət haqqında məlumat görmüş, onunla bərabər olan digər 2 nəfər şəxslər barəsində portalda heç bir cinayət haqqında məlumat görünməmişdir. Bundan sonra polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğunu bildirərək Abşeron Rayon Polis İdarəsinə dəvət etmişdirlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla bərabər Abşeron Rayon Polis İdarəsinə getmişdir. Post-patrul xidməti əməkdaşları onları bir saatdan çox müddətə maşında saxlamışdırlar. 1 saatdan sonra 3 nəfər əməliyyatçı gəlmiş, əməliyyatçılar onu döymüş, ona qarşı fiziki güc tətbiq etmişdirlər. Onunla bərabər olan 2 nəfəri buraxmışdırlar. Onun barəsində portalda törətdiyi cinayətlə bağlı məlumat göründüyü üçün ittiham aktında qeyd olunan narkotik vasitəni ona yükləyərək ona məxsus olduğunu demiş, o da məcbur qalaraq aşkar olunan narkotik vasitənin ona aid olduğunu bildirmiş, lakin bunu fiziki güc, psixi təsir altında etmişdir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir, həmçinin 2-ci qrup əlilliyi də vardır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 6 ay müddətində narkotik vasitə tiryək istifadə etmişdir. O, şəkər xəstəsi olduğu üçün tiryəkdən istifadə etdiyini, digər narkotik vasitələrin isə istifadəçisi olmadığını bildirmişdir. Əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş və 2015-ci ildə Azərbaycana ekstradisiya edilmişdir. Azərbaycan Respublikasında məhkumluğu olmamışdır. İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsi tanımamış və ona pul göndərməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu gəldikləri, fiziki güc tətbiq etdikləri və psixi təsir etdikləri üçün o formada ifadə vermiş, polis əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu gəlmələri, fiziki güc tətbiq etmələri və psixi təsir etmələri ilə bağlı olaraq barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında məlumat vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onun əlilliyi infarktla əlaqədardır. Polis əməkdaşları onu Masazır kəndi ərazisində, “Duz gölü” nün kənarında Saray qəsəbəsində saxlamış, post patrul əməkdaşları ona qarşı heç bir zorakılıq və sair hərəkətlər göstərməmişdirlər. Onu maşına mindirərək saxlamış, daha sonra telefonla kiməsə zəng etmişdirlər. Daha sonra həmin əraziyə əməliyyatçılar gəlmiş və onu maşından düşürdüb kobud rəftar etməyə başlamış, o, əməliyyatçıların onu döymələri nəticəsində xəsarət almış və bununla bağlı Abşeron Rayon Prokurorluğuna məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. 05 mart 2023-cü il tarixdə axşam saatlarında adının ona Şamil olduğunu dediyi şəxslə telefon əlaqəsi saxladıqdan sonra Bakı şəhəri, “Xətai” metrostansiyasının yaxınlığında görüşüb, sonuncudan 20 manata özü istifadə etmək üçün 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan tiryək alıb cibinə qoymuş, 06 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 22 ünvanının qarşısında, həmin 01 ədəd sellofan bükümdə olan tiryək üzərində olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsi üçün Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O da sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmiş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda təqdim etmək təklif olunmuşdur. O da əynindəki qara rəngli şalvarının sağ yan cibindən “Rotmans” markalı siqaret qutusuna qoyduğu 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə tiryəki və 1 manat pulu təqdim etmiş və həmin narkotiki özü qəbul etmək üçün 05 mart 2023-cü il tarixdə axşam saatlarında Xətai metrostansiyasının yaxınlığında adını Şamil olaraq bildiyi şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparsalar da heç nə tapmayıb onun təqdim etdiyi bükümə baxış keçirib kağız zərfə qoyaraq qablaşdırıb götürmüşlər. Sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolu və zərfi imzalamışdır. Bundan bir müddət sonra, yəni 19 aprel 2023-cü il tarixdə gecə saatlarında özü istifadə etmək üçün narkotik vasitələr əldə etmək məqsədilə Həsən adlı tanışı ilə telefon əlaqəsi saxlayıb, kartına 150 manat pul göndərdikdən az sonra dediyi yerdən, yəni Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığından ağ rəngli sellofana bükülmüş narkotik maddəni götürüb cibinə qoymuş və Abşeron rayonu, Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksində yerləşən yaşadığı mənzilə getmək istəyərkən 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmişdir. Xidməti otaqların birində ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirildikdən sonra vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O da əynindəki boz rəngli idman şalvarın sağ yan cibində olan ağ rəngli sellofana bükülmüş içərisində 02 ədəd büküm olan maddələri təqdim edərək, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını söyləmiş, bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparsalar da qanunla saxlanılması qadağan edilən heç nə tapmayıb onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Həmin bükümün içərisindəki 2 bükümün birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edildikdən sonra bükümlər polislər tərəfindən qablaşdırılaraq götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik maddələri aldığı Şamil və Həsən adlı şəxslərlə internet sosial şəbəkəsində tanış olmuş, onlarla mobil telefonun Votsap xidməti vasitəsi ilə əlaqə saxlamış və sonra həmin nömrələri mobil telefonundan silmiş, hazırda həmin nömrələri xatırlamır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitədən və psixotrop maddədən heç kimə satmamış və hədiyyə verməmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 bildirmişdir ki, Hadisə 2023-cü ildə baş vermişdir. Həmin gün gecə növbəsində olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisədən 1 il müddət keçdiyi üçün iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və hadisəni tam olaraq xatıralmır. Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış zamanı video çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı psixotrop maddə metamfetamin və narkotik vasitə “kakos”, yəni heroin aşkar olunmuşdur. Abşeron rayonu Masazır kəndi “Qurtuluş-93” yaşayış kompleksinin ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid4 xatırlayır. Post-patrul xidməti əməkdaşlarından biri də Şahid4 olmuşdur. Şahid4 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid5 ilə birlikdə 57-09 çağırılşlı avtopatrulla Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində xidmətdə olarkən bir nəfərin polis avtomobilini görən kimi özünü şübhəli aparmağa başladığını hiss edib, avtopatrul maşınını yanında saxlayıb yaxınlaşaraq özlərini təqdim edib kimliyini soruşmuşlar. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirsə də şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyinə və özünü narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində sübhəli şəxs kimi apardığına görə Abşeron RPİ-nə gətirib, oradakı xidməti otaqların birində hüquqlarını müdafiə edən vəkil dəvət edib, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və üzərində qanunsuz saxladığı hər hansı əşyanın olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli idman şalvarın sağ yan cibində olan ağ rəngli sellofana bükülmüş içərisində 02 ədəd büküm olan maddələri təqdim edərək, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da qanunla saxlanılması qadağan edilən heç nə tapmayıb sonuncunun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edildikdən sonra bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfəri Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs gecə saatlarında saxlamışdırlar. Şahid3 və Şahid4 ilə xidmətdə olduqları zaman iş üzrə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs adını portala daxil etmiş və onun barəsində əvvəllər məhkum olunması ilə bağlı məlumat görünmüşdür. Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, polis idarəsinin xidməti otaqların birində təhqiqatçının və vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilmişdir. Şəxsi baxış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş narkotik vasitənin özünün şəxsi istifadəçisi üçün əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğu üçün şübhəli şəxs qismində idarəyə aparmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsiyyətini təsdiq edən sənədi də olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət hərəkəti göstərməmişdir Təqsirləndirilən şəxs Abşeron rayon Masazır kəndi ərazisində saxlamışdırlar. Baş vermiş hadisədən uzun müddət keçdiyi üçün Təqsirləndirilən şəxs üzərindən hansı narkotik vasitələrin aşkar olunduğunu xatırlamır. Natiqi yalnız Abşeron rayonu, Masazır kəndi ərazisində saxladığımızı xatırlayır. İbtidai istintaqa vermiş olduğu ifadəsini təsdiq edir. Şahid5 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə 57-09 çağırılşlı avtopatrulla Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində xidmətdə olarkən bir nəfərin polis avtomobilini görən kimi özünü şübhəli aparmağa başladığını hiss edib, avtopatrul maşınını yanında saxlayıb yaxınlaşaraq özlərini təqdim edib kimliyini soruşmuşlar. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirsə də şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyinə və özünü narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində sübhəli şəxs kimi apardığına görə Abşeron RPİ-nə gətirib, oradakı xidməti otaqların birində hüquqlarını müdafiə edən vəkil dəvət edib, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və üzərində qanunsuz saxladığı hər hansı əşyanın olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli idman şalvarın sağ yan cibində olan ağ rəngli sellofana bükülmüş içərisində 02 ədəd büküm olan maddələri təqdim edərək, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da qanunla saxlanılması qadağan edilən heç nə tapmayıb sonuncunun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edildikdən sonra bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid Abşeron RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə 57-09 çağırılşlı avtopatrulla Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksində xidmətdə olarkən bir nəfərin polis avtomobilini görən kimi özünü şübhəli aparmağa başladığını hiss edib, avtopatrul maşınını yanında saxlayıb yaxınlaşaraq özlərini təqdim edib kimliyini soruşmuşlar. Həmin adam Təqsirləndirilən şəxs olduğunu bildirsə də şəxsiyyətini təsdiq edən heç bir sənəd təqdim edə bilmədiyinə və özünü narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində sübhəli şəxs kimi apardığına görə Abşeron RPİ-nə gətirib, oradakı xidməti otaqların birində hüquqlarını müdafiə edən vəkil dəvət edib, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmiş və üzərində qanunsuz saxladığı hər hansı əşyanın olubolmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli idman şalvarın sağ yan cibində olan ağ rəngli sellofana bükülmüş içərisində 02 ədəd büküm olan maddələri təqdim edərək, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin olmasını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da qanunla saxlanılması qadağan edilən heç nə tapmayıb sonuncunun təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğu müəyyən edildikdən sonra bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüş, sonra bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Xətai RPİ-nin 3-ci polis şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 06 mart 2023-cü il tarixində məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bununla bağlı idi ki, ünvan 2ndə Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bu məlumatı aldıqdan sonra şöbə rəhbərliyinə məruzə etmişdirlər. Daha sonra əməliyyat qrupu yaradıldı və o, həmin ərazinin sahə rəisi Şahid2 ilə birlikdə ünvan 2 ünvanına yollanmışdırlar. Təxmini olaraq 2-3 saatdan sonra zahiri görkəmindən Təqsirləndirilən şəxs bənzər bir nəfər yaxınlaşmışdır. Onu görən kimi dərhal özümüzü təqdim etmişdirlər. Təqsirləndirilən şəxs onu hansı səbəblə saxladıqlarını bildirmiş və ona özünü təqdim etməsini xahiş etmişdirlər. O da özünün Təqsirləndirilən şəxs olduğunu bildirdi. Daha sonra onu Xətai RPİ-nin 3-cü polis şöbəsinə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla bərabər Xətai RPİ-nin 3-cü polis şöbəsinə getmişdir. Şöbəyə aparıldıqdan sonra şöbədə xidməti otaqların birində təhqiqatçının və vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilmişdir. Onun üzərindən şəxsi baxış nəticəsində 1 büküm narkotik maddəyə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra təhqiqatçı aşkar olunan narkotik maddəyə bənzər kütləni qablaşdıraraq ekspertizaya göndərmişdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilməmişdən qabaq könüllü olaraq o, üzərində olan narkotik vasitəni təqdim etmişdir. Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 37-ci PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Natıq adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin sahə rəisi polis mayoru Şahid2 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasından çıxıb ünvan 3 ünvana yollanmışlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 17:00-da həmin ünvanda zahiri görünüşünə görə Natıq adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, sonuncu razılaşaraq onlarla birlikdə 37-ci PŞ-nin inzibatı binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunı əşyaları təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə axşam saatlarında Xətai metrosunun yaxınlığında adını Şamil olaraq bildiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə Natiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 37-ci PŞ-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Natıq adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasından çıxıb ünvan 3 ünvana yollanmışlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 17:00-da həmin ünvanda zahiri görünüşünə görə Natıq adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması RPİ-nin 37-ci PŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, sonuncu razılaşaraq onlarla birlikdə 37-ci PŞ-nin inzibatı binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunı əşyaları təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə axşam saatlarında Xətai metrosunun yaxınlığında adını Şamil olaraq bildiyi İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 aprel 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımaqda şübhəli bilinərək 20 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır kəndi ərazisində Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq RPİ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd bükümü çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki 05 mart 2023-cü il tarixdə axşam saatlarında Xətai metrosunun yaxınlığında Şamil adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən 20 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 20 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümün içərisindən 2 ədəd büküm çıxarıb təqdim edir. Bükümlərə baxış keçirilir, bükümlərin birində psixotrop maddə metamfetamin, birində isə qəhvəyi rəngli narkotik vasitə heroin olması müşahidə edilir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri 19 aprel 2023-cü il tarixdə telefon vasitəsilə tanımadığı şəxslə əlaqə yaradaraq razılaşdığı yerə atdıqdan sonra götürdüyünü, qarşılığında 150 manat pul verdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2023-cü il tarixli, 6\1372 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…(imza) Təqsirləndirilən şəxs…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,915 qram olan tünd-qəhvəyi əngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli, 6\2347 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 3,129 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 3,185 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 6227 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq etmək mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə tiryəkin 0,865 qram qalığı, heroinin 3,029 qram qalığı, psixotrop maddə metamfetaminin 3,085 qram qalığı və 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, Xəqani küçəsi-3, ev 378-də qeydiyyatda olmuşdur. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin qərarı ilə 01 il 10 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1ci maddələri ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «tiryək» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Yuxarıda göstərilən qanun ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ikinci dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsi cinayətlərin təhlükəli residivini yaradır və bu onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 mart 2023cü il tarixdən 08 mart 2023-cü il tarixədək həbsdə saxlandığı 3 (üç) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyildir. Lakin ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon polis idarəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonrakı narkotik vasitə tiryəkin 0,865 qram qalığı, heroinin 3,029 qram qalığı, psixotrop maddə metamfetaminin 3,085 qram qalığı məhv edilməli, 02 ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 136 (yüz otuz altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə 234.1 və 234.1-1-ci oğluna qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 3 (üç) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 20 aprel 2023 il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 136 (yüz otuz altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Abşeron rayon polis idarəsinin maddi sübutları saxlama otağında salanılan ekspertiza tədqiqatından sonrakı narkotik vasitə tiryəkin 0,865 qram qalığı, heroinin 3.029 qram qalığı, psixotrop maddə metamfetaminin 3,085 qram qalığı məhv edilsin, 02 ədəd disk isə cinayət işi maierialrında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-412/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-412/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver