Məhkəmə qərarları › İş №1(124)-415/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-415/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-415/2024 18.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi- Şahid1, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi X10də məşqçi işləmiş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21 mənzil 33- də qeydiyyatda olub, Sumqayıt şəhəri, Corat Bağları, ev 2535də yaşamış, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq- Gənclər İdman-Şahmat Məktəbi X10də cüdo idman növü üzrə məşqçi işləyərək yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil müəssisəsinin müəllimi olduğu halda, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə qeyd olunan məktəbin soyunub-geyinmə otağında, aralarında 39 yaş fərq olan on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan tələbəsi xx.xx.2010-cu il təvvəllüdlü Zərərçəkmiş şəxs qarşı sonuncunun öz razılığı ilə 2023-cü ilin mart ayının əvvəllərindən başlayaraq həftədə bir dəfə olmaqla, günün birinci yarısında başqa tələbələr olmayan zaman, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən öpərək, öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına, anus dəliyinə, ağzına və əlinə toxunduraraq eykulyasiya vəziyyətinə çatmaqla təkrar seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, cüdo müəllimi kimi 15 illik stajı var. Əxlaqı, tərbiyəsi ilə öz işini tanıtmış, yarışlarda iştirak etmişdir. O, məşqdən çıxıb yoldaşını işdən götürməyə gedəndə Vüsalənin bacısı Lamiyə ona zəng etmiş, Lamiyəyə onun dediyi şeylərin olmadığını və üzbəüz danışmağı təklif etmişdir. Səhər Vüsaləgilin evlərinə getmiş, onlar onu yaxşı qarşılamışdırlar. Vüsalənin yaxşı nəticələr göstərdiyinə görə alnından, üzündən öpdüyünü demişdir. Polis çağırmış, polislər onu aparmış və ona belə bir hadisə törətdiyini boynuna almağı demişdirlər. O isə belə bir şey etmədiyini, tələbələri arasında oğlan qız fərq qoymadan onları qazandıqları nailiyyətlərə görə bağrına basıb öpdüyünü bildirmişdir. Məruz qaldığı işgəncələrə görə məcbur olub belə bir şey etdiyini boynuna almışdır. Həmçinin ona təyin edilmiş birinci vəkil də polis idarəsində olmuş, lakin ona hüquqi yardım göstərməmişdir. Qətimkan tədbiri seçilən zaman məhkəmədə belə bir iş görmədiyini demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 60 tələbəsi olmuş, qızlar və oğlanlar birlikdə məşq etmiş, soyunma-geyinmə otaqları ayrı olmuş, o həmin otaqlara girməmişdir. Vüsaləni 5 ildir tanımış, lakin 2010-cu il təvəllüdlü olduğunu bilməmişdir. Vüsaləni məşqə atası gətirmiş, son bir ildə atası arabir qızını məşqə gətirmişdir. İttihamda göstərilən hadisələr baş verməmişdir. İstintaq zamanı verdiyi ifadəsinin məzmunu ilə tanış deyildir. Ona qarşı polislər tərəfindən zor tətbiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki, Sumqayıt şəhəri 1 nömrəli olimpiya uşaq gənclər idman X10də məşqçi işləmişdir. O, cüdo müəllimidir, əməkdar məşqçidir. Həmin məktəb 5-ci mikrorayon ərazisində 15 nömrəli məktəbin arxasında yerləşir. Zərərçəkmiş şəxs onun tələbəsidir, sonuncu 2017-ci ildən onun tələbəsi olmuşdur. Vüsalə hər gün məşqə gəlmişdir. X5 1 il 6 aydır ki, onun tələbəsidir, sonuncuya da hər gün məşq keçir. X8 2019-cu ilin sentyabr ayında gəlmiş, ancaq sonuncu ara bir məşqə gəlir. Vüsalə məşqə ilk öncə gələn zaman atası ilə gəlmiş, təxminən 2 il sonra Vüsalə idmanda nailiyyətlər əldə etməyə başlamışdır. Həmin vaxt o, sevincindən Vüsaləni qucaqlayıb ata kimi üzündən öpmüşdür. 2023-cü ilin mart ayının əvvəllərindən onunla seksual xarakterli hərəkətlər etməyə başlamışdır. Həftədə bir dəfə məktəbin qızlar üçün geyinib soyunma otağında qapını bağlamış, bundan sonra Vüsalə özü əynində olan paltarları soyunmuş və o da əynində olan paltarları soyunmuş, həmin vaxt onlar öpüşmüşlər və bu zaman onun cinsiyyət orqanı ereksiya olmuşdur. Həmin vaxt Vüsalə əli ilə onun cinsiyyət orqanını oxalayır, daha sonra o, öz cinsiyyət orqanını Vüsalənin cinsiyyət orqanına sürtmüşdür. Bir neçə dəqiqə sonra o, boşalmışdır, bu zaman cinsiyyət orqanını kənara çevirib yerə boşalmışdır. Bir neçə dəfə Vüsalə onun cinsiyyət orqanını ağzına salmış, ancaq sonra xoşu gəlmədiyini bildirdiyindən o, cinsiyyət orqanını Vüsalənin ağzına salmamışdır. Vüsalə ilə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə seksual xarakterli hərəkətlər etmişlər. Belə ki, həmin vaxt o, cinsiyyət orqanını Vüsalənin cinsiyyət orqanına sürtməklə hər ikisi orqazm olmuşlar. X5 2008-ci il təvəllüdlüdür. Onunla da həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişdir. Bənurə 2021-ci ilin sonlarında məşqə gəlməyə başlamışdır. Ancaq Bənurə ilə o, 2023-cü ilin fevral ayından seksual xarakterli hərəkətlərə başlamışdır. Belə ki, o, geyinibsoyunma otağında olan zaman qapını bağlamışdır. Bundan sonra onlar öpüşmüşlər və onun cinsiyyət orqanı ereksiya olmuşdur. Bundan sonra Bənurə cinsiyyət orqanını əlinə alır, sonra ağzına salır daha sonra isə o, Bənurənin cinsiyyət orqanına sürtməklə hər ikisi boşalmışlar. Bənurə ilə də həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişlər. Sonuncu dəfə onunla 10 avqust 2023-cü il tarixdə məktəbin geyinib soyunma otağında qeyd etdiyi kimi seksual xarakterli hərəkətlər etmiş və hər ikisi orqazm olmuşlar. X8 2019-cu ilin sentyabr ayından məşqə gəlmiş, sonuncu 2009-cu il təvəllüdlüdür. Bundan sonra 2022-ci ilin yay aylarından 2023-cü ilin iyul ayının ortalarına qədər təxminən həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişlər. Onunla da geyinib-soyunma otağında olan zaman qapını bağlamış və hər ikisi soyunmuşlar. Öpüşəndən sonra cinsiyyət orqanı ereksiya olmuş, bundan sonra o, əli ilə Arzunun cinsiyyət orqanını sığallamış, sonuncu isə əli ilə onun cinsiyyət orqanını sığallamış, həmin vaxt hər ikisi boşalmışlar. Arzunun ağzına cinsiyyət orqanını bir neçə dəfə salmış, ancaq sonuncu bunu xoşlamadığından mütamadi olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Arzu, Vüsalə və Bənurə ilə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Seksual xarakterli hərəkətlər edən zaman zorakılıq etməmiş, qızların öz istəkləri olmuşdur. O, ilk öncə onları dodaqlarından öpərək yaxınlıq etmiş, həmin qızlar ilk öncə buna etiraz edərək dərk etməmişlər. Bir neçə dəfə təkrar edəndən sonra dərk etmişlər və razılıqları ilə seksual xarakterli hərəkətlər etmişlər. Başqa tələbələrə seksual xarakterli hərəkətlər etməmişdir. (cild 1, i.v. 43-45) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mütəxəssis və qanuni nümayəndəsinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərdi ki, müəllimi onu yarışlara çıxarmamış, onun isə buna acığı tutmuş və evdəkilərə bilərək yalan demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq yaşlarından həmin müəllimin yanına getdiyi üçün başqa müəllimin yanına getmək istəməmişdir. İlk olaraq evdəkilərə müəllimin onu yarışa çıxarmadığını bildirmişdir. Hər kəsdən öncə isə bacısına müəlliminin onun başından öpüb, ona ata kimi sığal çəkdiyini demişdir. Onun isə bu hərəkətlər xoşuna gəlməmiş, lakin Ceyhun davam etdirmişdir. Bu kimi hərəkətləri tez-tez etmişdir. O baş verənləri bacısına danışmış, bacısı isə evdəkilərə demişdir. Onun ailəsi olanlara əsəbləşmişdir. Həmin günün səhəri günü isə Ceyhun olanları aydınlaşdırmaq üçün onlara gəlmişdir. Oturduqdan təxminən 5 dəqiqə sonra polislər gəlmişdirlər. Polislər onların evində olarkən nə baş verdiyini soruşmamış, sadəcə gedib imza çəkməli olduqlarını bildirmişdirlər. Vüsalə isə ona təqdim edilən sənədi oxumadığını bildirmişdir. Ceyhun onlara gələn zaman köynək geyinmiş, lakin idarədə qara iç geyimində olmuşdur. Zalda onun özündən başqa Banu, Bənurə və Arzu adlı qızlar da olmuş, lakin o müəllimin digər qızları öpdüyünü görməmişdir. Müəllimi onu 2023-cü ilin avqust ayında Xızı rayonu Altıağac ünvanında keçirilən yarışa aparmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 38 saylı tam orta məktəbinin 8-ci sinif şagirdidir. 2017-ci ilin oktyabr ayında valideynləri ilə bir yerdə “Təhsil” Respublika İdman Mərkəzi X10 Sumqayıt şəhər 1 nömrəli X1 Uşaq-gənclər İdman-Şahmat Məktəbi X10ində cüdo idman növündə məşğələyə yazılmışdır. Onun müəllimi Təqsirləndirilən şəxs olmuş, o, mütəmadi olaraq məşqə getmişdir. 2017-ci ilin oktyabr ayından 2021-ci ilin xatırlamadığı ayına qədər onlar məşqi Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 28 nömrəli tam orta məktəbin idman zalında keçmişlər. Həmin vaxtdan sonra isə demək olar ki, bütün məşqləri İdman-Şahmat məktəbinin yerləşdiyi Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində keçirmişlər. O, məşqə başlayandan təxminən 2 il sonra 2019-cu ildən başlayaraq bəzi nailiyyətlər əldə etməyə başlamışdır. O, hər dəfə nailiyyətlər əldə edən zaman Ceyhun müəllim onu qucaqlayıb üzündən öpmüşdür. Həmin vaxtlar Ceyhun müəllim onun nailiyyətlərinə valideyn kimi sevinir və qucaqlamışdır. Bir neçə il keçəndən sonra təxminən 2023-cü ilin mart ayının əvvəllərindən geyinib-soyunma otağında əynini dəyişən zaman Ceyhun müəllim otağa girmiş, sonuncu onun dodağından və bədəninin müxtəlif nahiyyələrini öpməyə başlamış, bundan sonra onun sinə nahiyəsinə toxunmuşdur. O, nə etdiyini ilkin olaraq anlamamışdır. Həmin vaxt Ceyhun soyunmuş və cinsiyyət orqanını onun arxa (anus) nahiyəsinə, cinsiyyət orqanına sürtmüşdür. Bundan sonra əlini cinsiyyət orqanına yaxınlaşdırmış və onun əlini öz cinsiyyət orqanına toxundurmuşdur. Belə edərək Ceyhun orqazm olmuş və spermasın yerə boşaltmışdır. Bundan sonra yeri silərək əynini geyinmişdir. Həmin vaxt o, Ceyhunun nə etdiyini başa düşmüş və etiraz etməmişdir. Belə ki, ilkin olaraq onun Ceyhuna müəllim kimi hörməti olduğundan etiraz etməmişdir. Bundan sonra mütamadi olaraq Ceyhun müəllim həftədə bir dəfə onunla qeyd etdiyi formada seksual hərəkətlər edərək boşalmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə İdman-Şahmat məktəbində məşqə getmişdir. Əynini dəyişən zaman Ceyhun müəllim otağa daxil olmuş və onu öpməyə başlamışdır. Bundan sonra onu soyundurmuş və özü də soyunmuşdur. Cinsiyyət orqanını onun arxa nahiyəsinə və cinsiyyət orqanına sürtmüş, bundan sonra əli ilə ovxalatdırmışdır. Daha sonra isə cinsiyyət orqanını onun ağız boşluğuna bir neçə dəfə salaraq çıxartmışdır. Bir neçə dəqiqə sonra orqazm olmuş və spermanı yerə boşaltmışdır. Bundan sonra o, məşqə getməməyə başlamışdır. Artıq o, Ceyhun müəllimin onunla belə rəftar etməsini istəməmişdir. Məşqə getməməyə görə ailə üzvləri onu sorğu-sual etmişlər. O isə getmək istəmədiyini demiş, ancaq səbəbini deməmişdir. xx.xx.2023-cü il tarixdə bacısı Lamiyə ilə söhbət edən zaman ağlamağa başlamışdır. Bundan sonra bacısı ondan təkidlə nə olduğunu soruşmuş, o isə ağlaya-ağlaya hər şeyi danışmışdır. Bacısı anasına məlumat vermişdir. Bundan sonra anasına bütün olanları bildirmiş, anası Ceyhun müəllimə zəng edərək bu barədə soruşmuş, sonuncu isə telefonu söndürmüşdür. Səhərisi gün anası ilə bir yerdə idarəyə gəlib ərizə vermişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla təbii və ya qeri təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının əvvəllərindən başlayaraq, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə həftədə təxminən 1 dəfə olmaqla seksual xarakterli hətəkərlər etmişdir. 2019-cu ildən başlayaraq nailiyətlər əldə edən zaman Təqsirləndirilən şəxs həmin vaxt onu bir ata kimi sevinib qucaqlayıb üzündən öpmüşdür. Evdə problem olacağından qorxduğundan Təqsirləndirilən şəxs seksual xarakterli hərəkətlər etməsi barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs heç vaxt ona qarşı zorakılıq hərəkətləri etməmişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən başlayaraq onun nailiyyətlərinə sevinib üz nahiyəsindən öpmüşdür. Onun məktəbdə dərsləri günorta başladığından məşqə səhər saat 09:00-da gedir, 11:00-da isə məşqdən çıxır. Həftənin bazar günləri məşqə getmir, 6-cü günləri isə az halda gedir. Ceyhun müəllimin hərəkətlərinin dəqiq tarixini deyə bilməz. Ancaq deyə bilər ki, Ceyhun müəllim həftədə bir dəfə qeyd etdiyi vaxt ərzində, məşqdə tək olanda onunla seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, məşqdə digər qızlar və oğlanlar olmayan zaman Təqsirləndirilən şəxs bu hərəkətləri ona qarşı etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə ifadələrində göstərmişdir ki, müəlimin həbs olunmasını istəmir. Təqsirləndirilən şəxs ona görə həbs olunmağı ona çox pis təsir edir. İlkin ifadəsini dansa yəqin ki, Təqsirləndirilən şəxs həbsdən azad olunacağını düşünmüşdür. Buna görə anasına ilkin ifadəsində yalan dediyini bildirmiş və bu barədə teleqram yazmışlar. Ancaq hadisə ilkin ifadəsində göstərdiyi kimi olmuşdur. Onun və valideynlərinin Ceyhun müəllimdən heç bir şikayət və tələbi yoxdur. Ekspertizadan ilk dəfə keçdiyindən çox həyəcanlı olmuş, həmin vaxt hadisələrin xronoloji ardıcıllaqlann səhv demiş, Ceyhun müəllim onunla ilk dəfə 2023-cü ilin mart ayının əvvəllərində seksual xarakterli hərəkətlər etməyə başlamışdır. (cild 1, i.v.68-72,101-103,179-182) Məhkəmədə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 8 yaşından qızı Vüsalə idmana getmiş, son zamanlar getmək istəməmişdir. Niyə getmədiyini soruşduğu zaman getmək istəmədiyini bildirmişdir. 12 avqust günüevlərində qonaqlar olmuş, qızı ağlamış, o da buna acıqlanmışdır. Vüsalə bacısına demişdir ki, müəllim ona pis şey etdiyinə görə idmana getmir. Müəllimin ona nə etdiyini soruşan zaman heç bir şey dəməmişdir. Sonra bacısı müəllimə zəng edib demişdir ki, uşaq səndən şikayət edir. Müəllim də səhər gələcəyini, hadisəni aydınlaşdıracağını demişdir. Qızı Lamiyə ondan xəbərsiz polisə zəng edərək müəllimdən şikayət vermişdir. Səhər Ceyhun gəlmiş, onlar danışmışdırlar. Bir müddət sonra müəllimi evdən polislər gəlib aparmışdırlar. Qızının ilkin ifadəsini ondan icazəsiz almış, yanında heç kim olmadan ifadəsi alınmışdır. Sonra onu çağırmış, uşağın ifadə verdiyini və ifadəyə qol çəkməli olduğunu bildirmişdirlər. Həmin ifadəyə o da qol çəkmişdir. Bu hadisənin üstünsən bir müddət keçdikdən sonra qızı müəllimin onu məşqdə üzündən, boğazından öpdüyünü demişdir. Özü də pis mənada başa düşmüşdür ki, müəllim uşağa nəsə etmişdir. Amma sonra aydınlaşdırmışdır ki, belə olmamışdır. Müəllim kimi onu nailiyyətləri olanda öpmüş, uşaq da peşman olmuşdur. Ceyhunla heç bir düşmənçilikləri olmamış, uşağının verdiyi ifadəyə görə ərizə yazmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, belə bir şey olmamışdır. Uşaq pis başa düşmüşdür. Soyunma-geyinmə otağında müəllim soyunanda uşaq görüb qorxmuşdur. Qızı demişdir ki, onu öpürmüş, başqa bir şey olmamışdır. İdmandan çıxmaq istədiyini demişdir. İdmana 6 yaşından getdiyini və artıq yorulduğunu demişdir. Uşağı idaman getməyə məcbur etmişdir. Müəllim yalnız qızlara məşq keçməmiş, qızlarla oğlanlar hamısı bir zalda olmuşdurlar. Hazırda qızı məşqə gedir. O, qızının yanında olmamış, buna görə də hadisənin baş verdiyini deyə bilməz. Lamiyə ona demişdir ki, müəllimi Vüsaləyə pis hərəkət etmişdir. Lamiyənin 21 yaşı var. Həmin vaxtı evdə qonaqlar olmuş, Lamiyə ilə söhbət edə bilməmişdir. Vüsalə Ceyhunun ona cinsiyyət orqanını toxundurması barədə heç nə deməmişdir. O, 12 avqustda ifadə vermişdir. Ərizəni özü yazmışdır ki, əxlaqsız hərəkətlər etmişdir. Vüsalə ona 4-5 ay olarmış ki, bu hadisələr baş verib demişdir. Vüsalə həftədə hər gün məşqə getmişdir. Vüsalə ona müəllimin onu qucaqladığını və onun qucaqlamağını istəmədiyindən məşqə getmək istəmədiyini bildirmişdir. Sonradan ərizələrini dəyişdirmiş, Ceyhunun tutulmağını istəməmişdirlər. Müstəntiqə Ceyhunun tutulmağını istəmədiklərini deyəndə o, işin onlar tərəfindən məhkəməyə verildiyini, məsələni məhkəmədə həll etməli olduqlarını demişdir. Polislər Ceyhunu evlərindən aparandan yarım saat sonra o gedib ərizə yazmışdır. Polis tanışlarıdır, qızı zəng edib deyə o gəlib Ceyhunu aparmışdır. Polisə gedib Bəxtiyar müəllimin otağına yaxınlaşmışlar, onlar gözləmişlər, gözləyən ərəfədə Ceyhunu gətirmişlər. Ceyhun gətiriləndə döyülmüşdür. Ceyhun onlara gələndə uzunqollu köynək geyinmişdir. İdarədə Ceyhun qolu qısa köynək geyinmişdir. Orxan adlı müstəntiq Vüsalədən ifadə almış, Vüsalə çıxandan sonra onu dindirmişdirlər. Uşaq dindirilərkən onun yanında olmamış, onu tək dindirmişdirlər. Polis idarəsində Ceyhunu yalnız koridorda görmüş, başqa yerdə görməmişdirlər. Hal-hazırda şikayəti yoxdur, səbəbi uşağının peşman olması, həm də belə bir şeyin olmamasıdır. Uşaq evdə onu yanağından, boynundan öpüb qucaqladığını demiş, uşaq olduğundan bunları pis mənada başa düşmüşdür. Ceyhunun xəstə ata-anasına, balalarına görə bağışlanmağını istəyir. Qızı müəlliminin onu ümumi zalda qucaqladığını, öpdüyünü, bunlardan da onun xoşu gəlmədiyini demişdir. Vüsalənin üzündən, boynundan öpmüşdür. Onların məktəbində qadın müəllimləri olmuşdur. Ərizələri oxumuş, özü demiş, özü yazmışdır. Polis idarəsində Ruslan adlı tanışları olmuşdur, qızı Lamiyə ona zəng edərək belə bir hadisə olduğunu demişdir. Birinci dəfə uşağı tək dindirilmiş, ikinci dəfə o, müstəntiqə demişdir ki, onun uşağı tək dindirilməsin. Vüsalə elə bir şey olmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, axşam Vüsalə özünü yaxşı hiss etməmişdir. Vüsalə ona demişdir ki, Ceyhun müəllim uşaqların içində onun boynundan öpmüş və ona başqa şeylər etmişdir. Ceyhun müəllimin nömrəsinə zəng edib bildirmişdir ki, əgər bacısına qarşı nəsə zorakılıq etmişdirsə, evinə polislə gedəcəkdir. Ceyhun müəllim bildirmişdir ki, polis lazım deyil, özləri görüşüb danışsınlar. O isə demişdir ki, Ceyhun öz qızlarını bu saatda çölə tək kimləsə görüşməyə buraxmaz, o da buna görə çıxmamışdır. Dilrubə baş verənlərə həddən artıq çox əsəbləşmiş və demişdir ki, səhər onunla o özü danışacaqdır. Onun polis tanışı olmuş, həmin polisə zəng etmiş və bildirmişdir ki, Ceyhun Vüsaləyə nəsə etmişdir. O qeyd etmişdir ki, Vüsalənin uşaq olduğuna görə açıq deyə bilmədiyini düşünmüş, həm də Vüsalə psixolojik olaraq yaxşı hiss etmədiyinə görə ona psixolojik təzyiq də yaratmaq istəməmişdir. Ceyhun səhər-səhər danışmaq üçün onların evinə gəlmiş, həmin vaxt polislər gəlib Ceyhunu aparmışdırlar. Sonra müstəntiq ona zəng edib bildirmişdir ki, ifadə verməlidir. O isə öz anası ilə danışmış, anası demişdir ki, başqa heç nə olmamışdır, üzündən və boynundan öpüb deyə Vüsalə özünü uşaqların içində narahat hiss etmişdir. Müstəntiq zəng edib demişdir ki, o, ərizə verməlidir. Həmçinin müstəntiq qeyd etmişdir ki, o özü gəlir. Müstəntiq onun yaşadığı yerə gəlmişdir. Müstəntiq ona demişdir ki, o özü nə desə, onu da yazsın. O isə qeyd etmişdir ki, anası deyir ki, bu iş belə deyil başqa cürdür, heç bir problem olmamışdır. Müstəntiq isə bildirmişdir ki, “adam aldatmırsınız, belə demisinizsə belə də yazın”. O da ona nə deyilibsə, onu yazmışdır. Verilən suallara şahid cavab olaraq bildirmişdir ki, o Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.Vüsaləni məşqlərə anası və atası aparmış, o aparmamışdır. Vüsalə kövrək uşaq olduğuna görə ağlına ilk olaraq bu gəlmişdir ki, ona nalayiq hərəkətlər edimişdir. Ceyhuna, daha sonra anasına zəng etmişdir. Həmin danışıqlar olanda gecə saat 12 (on iki) olmuşdur. Tanışı polis əməkdaşı Ruslana zəng etmişdir. Ceyhunun dili topuq vurmağa başladığına görə o şübhələnmişdir. Ceyhuna zəng etmiş, 10-15 dəqiqə danışmış onu şübhələndirmişdir. Ceyhun görüşmək istəmişdir. O isə bildirmişdir ki, bu saatda çölə çıxa bilməz. O həmçinin qeyd etmişdir ki, idarəyə getməmişdir. Uşağın üzündən gözündən öpmüş, evdə belə şeylər görmədiyindən bu vəziyyət ona qəribə gəlmiş, həmçinin fiziki cəhətdən onu çox yormuşdur. Vüsalə “Qızların soyunma-geyinmə otağına daxil olub, onun bədəninin müvafiq nahiyələrinə toxunubdur” sözlər deməmişdir. Müstəntiq ona belə yaz demiş, o isə yazmışdır. O sonralar bacısı ilə danışmağa çalışmamış, çünki bacısı kövrək olduğuna görə ona təzyiq göstərmək istəməmişdir. Ceyhunun digər yetkinlik yaşına çatmış qızlara olan baxışlarını görüb, doğru olduğunu düşünmüşdür ki, ağlından fərqli bir şeylər keçmiş ola bilər, indi çox kişi belədir. Bacısından başqalarına qarşı belə bir hərəkət olub-olmadığını soruşmamışdır. 21 yaşı var, 2021-ci ildən Bakıda yaşayır. Ceyhun bu davranışları etməmişdir. O, Banu adında qız tanımamış, sonradan ona məlum olmuşdur ki, Banu Vüsalənin idman zalında yoldaşı olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 12 avqust 2023-cü il tarixli ərizədən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini və həmin şəxs barəsində qanuna müvafiq tədbirl görülməsini xahiş etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “baxış keçirilməsi haqqında” 09 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd diskdə «export (14)» adlı videofayl vardır. Qeyd olunan videofayl açıldıqda 08 dəqiqə 42 saniyə müddətində videogörüntünün olması müəyyən edilir. Həmin videogörüntüyə baxıldıqda müəyyən edilir ki, Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı hakim Elçin Məmmədovun sədrliyi ilə məhkəmə iclası keçirilir. Məhkəmə iclasında hakim Elçin Məmmədov tərəfindən iş üzrə Təqsirləndirilən şəxs təvəllüdü, harada yaşaması, harada işləməsi ilə bağlı suallar verilir və Təqsirləndirilən şəxs həmin sualları cavablandırır, daha sonra tərəfimdən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi ilə bağlı çıxış olunur, daha sonra məhkəmə iclasında Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi çıxış edib, vəsatət və təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir, sonra təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edərək təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu bildirməklə vəsatət və təqdimatın təmin edilməməsini hakimdən xahiş edir. Daha sonra hakim Elçin Məmmədov Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib- etməməsini soruşur, həmin vaxt Təqsirləndirilən şəxs başı ilə etdiyi əməli etiraf etdiyini təsdiq edir. Sonra hakim müşavirə otağına gedir və qayıdaraq Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməsini bildirir.(cild 2, i.v. 25-26) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 2904 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs qarşı edilmiş əxlaqsız hərəkətlər yaşının müxtəlif dövrlərində (azyaşlı olduğu vaxtlardan) edildiyindən, əvvəllər həmin hərəkətləri təhlil etmək, qiymətləndirmək, proqnozlaşdırmaq iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs yaxın dövr ərzində ona qarşı edilmiş əxlaqsız hərəkətlərin mahiyyətini hazırda dərk etmək, ona qarşı edilmiş əxlaqsız hərəkətləri və öz hərəkətlərini qiymətləndirmək, hadisə barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Ünsiyyətçillik, emosionallıq, iradəlilik, adaptivlik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin azyaşlı olduğu dövrlərdə xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. Hazırda isə onunla edilən əxlaqsız hərəkətlərin xarakter və mənasım anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuşdur. Həmin hadisələr (onunla edilən əxlaqsız hərəkətlər) zamanı psixi-emosional sferasında qorxu əmələ gələ bilərdi. Hadisədən sonra psixi- emosional vəziyyətində bezikmə, kövrəklik, çıxılmazlıq, sıxıntı kimi hallar yaranmışdır. Zərərçəkmiş şəxs yalan danışmağa, özündən uydurmağa, digər şəxslərin, o cümlədən valideynlərinin təsiri altında danışmağa meyillilik əlamətləri müəyyən olunmadı. O, müstəqil fikir bildirmək, qərar qəbul etmək qabiliyyətinə malikdir. Lakin bununla yanaşı valideynlərinin münasibətini və fikrini nəzərə ala bilər. Zərərçəkmiş şəxs ilkin ifadəsində göstərdiyi xüsusatlarla, sonraki ərizəsində göstərdiyi xüsusatlar arasındakı fərq həmin şəxsə və övladlarına qarşı keçirdiyi mərhəmət hissi ilə izah edilə bilər. Sonradan bildirdiyi xüsusatların həqiqətə uyğun olub-olmaması müəyyən etmək istintaqın səlahiyyətinə aiddir. Hazırkı müayinə gedişində onun hadisə ilə əlaqədar kifayət qədər səmimi olduğu müəyyən edilir.(cild 2, i.v. 93-97) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 2739 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v. 116-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş əlavə məhkəmə psixoloji ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 3054 nömrəli rəyində göstərilmişdir ki, aparılmış müayinənin nəticələrinə əsasən belə qənaətə gəlmək mümkündür ki, Zərərçəkmiş şəxs onunla edilən qərarın təsviri hissəsində göstərilən hərəkətləri azyaşlı olduğu dövrdə anlamasa da, yeniyetmə yaş dövründən etibarən, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddət ərzində həmin hərəkətlərin xarakter və mahiyyətini başa düşə bilərdi.(cild 2, i.v. 134-136) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli, 434 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilmədi.(cild 2, i.v. 105-108) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 471 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi.(cild 2, i.v. 109-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş «Təhsil» Respublika İdman Mərkəzi X10 Sumqayıt şəhər 1 nömrəli X1 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi X10in 17 avqust 2023-cü il tarixli, 173 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 04 mart 2008-ci il tarixdən «Təhsil» Respublika İdman Mərkəzi X10 Sumqayıt şəhər 1 nömrəli X1 Uşaq- Gənclər İdman-Şahmat Məktəbi X10in cüdo bölməsində məşqçi-müəllim vəzifəsinə təyin edilmişdir. 20 iyul 2023-cü il tarixli 106 nömrəli əmrlə 01 avqust tarixindən 12 sentyabr tarixinədək 42 gün müddətinə əmək məzuniyyətinə buraxılmışdır. Azərbaycan Respublikasının Əməkdar məşqçisidir, Dünya, Avropa və Respublika birinciliklərinin qalib və mükafatçılarım yetişdirmişdir. Zərərçəkmiş şəxs 16 oktyabr 2019-cu il tarixdən cüdo bölməsində məşq edir.(cild 1, i.v. 72) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v. 148-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 Saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 Saylı MKS-nə şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 234) Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Şahid2 ibtidai istintaq zamanı dindirilərkən verdikləri ilkin ifadələri sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsinin sanksiyası həddində əsas və əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barış əldə etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 avqust 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza - pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar