Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-417/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi – X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi olaraq işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında (“Məzun evi" sosial xidmət müəssisəsi) yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talayıb soyğunçuluq etmiş, habelə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və özgə əmlakını gizli olaraq təkrar talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, səhər 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Bravo" supermarketin qarşısındakı meydançada piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 bir neçə metr təqib etdikdən sonra arxadan yaxınlaşıb sonuncunun sağ əlində tutduğu, içərisində 520 (beş yüz iyirmi manat) AZN nağd pul olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib hadisə yerindən uzaqlaşmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən sistematik olaraq istifadə edərək opioid və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkib, növbəti dəfə istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə gecə radələrində qəbul etdikdən sonra qeyd olunan maddələrin təsiri altında ətraf ərazidə gəzərək "özünə gəlmək” və daha sonra yenidən istifadə məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmək qərarına gəlib, yaşadığı ünvan 3 ünvanında (“Məzun evi” sosial xidmət müəssisəsi) yerləşən evindən çıxaraq Masazır kənd qəbiristanlığı istiqamətində piyada hərəkət edərkən həmin qəbiristanlığa yaxın, yolun kənarında, Abşeron rayonu, Masazır kəndi, Asif Həsənov küçəsində yerləşən kilidlənməmiş isifadəsiz köşkdə səs eşidib gecə 04:00 radələrində oraya daxil olmuş, köşkdə əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs2 pivə qəbul etməsini görüb tanış olduqdan sonra sonuncu ilə birgə pivə içib, siqaret çəkib, təxminən 2 saata yaxın söhbət etməsinin ardından səhər 06:00 radələrində məhkumluq həyatından söz açılarkən Zərərçəkmiş şəxs2 ona söhbət əsnasında “üzdəniraq” deməsi və ona qarşı nalayiq sözlər işlətməsini öz şəxsiyyətini alçaldan ifadələr kimi dəyərləndirib, sonuncunun sifət nahiyəsinə yumruqla zərbə endirməsinə cavab olaraq, Zərərçəkmiş şəxs2 köşkün içərisində, ölçüləri 40 x 65 sm olan qəhvəyi rəngli masanın qırıq taxta hissəsi ilə onun baş və ayaq nahiyəsinə zərbələr endirərək başın alın nahiyəsinin səthi əzilmiş - cızılmış yarası, sağ baldır, sağ ayaq üstü nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən xəsarətləri yetirməsindən hiddətlənib, Zərərçəkmiş şəxs2 aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı anlaqlı vəziyyətdə qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcə həmin taxta hissəsini Zərərçəkmiş şəxs2 əlindən alıb sonuncunun baş nahiyəsinə zərbələr endirərək yerə yıxdıqdan sonra, köşkün içərisində, ölçüləri 29 x 15 x 19 sm olan, kənarları deformasiyaya uğramış, açıq sarı rəngli mişar daşı ilə də yerdə olan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən zərbələr vurub, zərərçəkmişin aldığı açıq kəllə beyin travması, baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı xəsarətlərindən ölümünə səbəb olan - açıq kəllə beyin travması, baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sıyrığı kimi, ümumilikdə, canlı şəxslərdə insan həyatı üçün təhlükəli olan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa AĞİR zərərvurmaya aid; sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid; habelə alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının, sol yanaq nahiyəsinin qançırları, sol gözaltı, sol almacıq nahiyələrinin və sol gözün bayır kənarının sıyrıqları kimi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bunun ardınca elə orada yaranmış fürsətdən tamah məqsədi ilə istifadə edib, hadisədən bir neçə gün əvvəl soyğunçuluq cinayəti törətməsinə baxmayaraq, zərərçəkmişin əynində olan şalvarın cibindən düşmüş, sonuncuya məxsus “Realme C11” markalı, “RMX3231" modelli, orta bazar qiyməti 110 AZN (yüz on manat) olan mobil telefonu götürüb, yəni özgə əmlakını gizli formada təkrar talayıb zərərçəkmişə 110 AZN maddi ziyan vuraraq oğurluq etməklə hadisə yerindən uzaqlaşmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o əvvəl yetimçiliklə qohumlarının himayəsində qalmış, lakin sonra internat evinə yerləşdirilmişdir. 18 yaşına kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən internat evində qalmış, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 8 nömrəli Bakı peşə liseyinin yataqxasında yaşamış və orada sürücü kimi peşə təhsili almışdır. Təxminən 9 il öncə internat evində tanış olduğu Yana adlı qızla evlənmiş, birgə nikahdan övladı olmamışdır. Onun əvvəllər daimi yaşayış yeri olmamış, Bakının müxtəlif yerlərində kirayə yaşamışdır. 2019-cu ildə dövlət tərəfindən internatda qalmış insanlara, o cümlədən ona da bina evi verilmişdir. Həmin ev Abşeron rayonu, Masazır kəndi, “Duz yolu” adlanan ərazidə yerləşmiş və bina "Məzunlar evi” adlanmışdır. O, həmin vaxtdan etibarən son 2-3 aya qədər arvadı Yana ilə orada yaşamışdır. Əvvəllər 2 dəfə məhkumluq həyatı yaşamışdır. Belə ki, 2003-cü ildə quldurluq maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 09 il müddətinə azadlıqdan məhrum edilmiş, 2011-ci ildə azadlığa buraxılmışdır. 2021-ci ildə isə Səbail rayonu ərazisində oğurluq etdiyinə görə o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04 avqust 2023-cü ildə cəzasının müddəti qurtarmışdır. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən mütəmadi olaraq istifadə etmişdir. Həmin maddələri tanımadığı şəxslərdən ucuz qiymətə almışdır. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün ona pul lazım olmuşdur. Bir neçə aydır ki, işləməmiş və qazancı da olmamışdır. Həm narkotik vasitə əldə etməyə pul tapmaq məqsədilə, həm maddi vəziyyəti ilə əlaqədar başqa şəxslərin pulunu ələ keçirmək qərarına gəlmişdir. Bunun üçün o, xx.xx.2023-cü il tarixdə günorta radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmişdir. Hər iki əlində sellofan olan bir yaşlı qadının “Bravo” supermarketinə tərəf getdiyini görmüşdür. O, həmin qadını tanımamış, heç vaxt görməmiş və sonuncunun yanında heç kim olmamışdır. O, qadının sağ əlində çəhrayı rəngli portmanat görmüş və sonuncunun portmanatını rahat şəkildə götürüb pulunu ələ keçirə biləcəyini düşünmüşdür. O, bu məqsədlə həmin qadını bir neçə metr təqib etmiş, yəni arxasınca gəlmişdir. “Bravo” supermarketin qarşısındakı meydançada o, ətrafda az adam olduğunu görüb həmin qadına arxadan sürətlə yaxınlaşmış və sağ əlindəki portmanatı götürüb əks istiqamətə qaçmışdır. Həmin vaxt qadın qışqırmağa başlamış, o, qaçan zaman arxası ilə bir neçə nəfər gəlsə də, o, daha sürətlə qaçmış və izini itirmişdir. Bir az aralaşdıqdan sonra portmanatı açmış, içərisində 500 AZN-dən artıq, səhv etmirsə 520 AZN pul olmuşdur. O, portmanatı xatırlamadığı istiqamətə atmış, pulu da götürmüşdür. Həmin pulu 02 gün ərzində öz şəxsi ehtiyacları və narkotik vasitə əldə etmək üçün xərcləmişdir. Sonradan həmin qadının ad, soyadının Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımamış, təsadüfi olaraq həmin qadını seçib portmanatı oğurlamışdır. Həmin qadının maddi ziyanından heç bir məbləğ ödəməmişdir. Törətdiyi qətllə bağlı isə onu bildirmişdir ki, o, soyğunçuluq etdikdən 02 gün sonra, yəni xx.xx.2023-cü il saat gecə 00:00-dan 02:00-a kimi olan müddətdə yaşadığı evin blokunda narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən inyeksiya vasitəsilə qəbul etmişdir. Təxminən yarım saat müddətində narkotik vasitənin təsirindən halsız vəziyyətdə blokda qalmışdır. Sonra yaşadığı evə gəlmiş, əynindəki paltarları dəyişmiş və 1 stəkan çay içib çölə çıxmışdır. Arvadı Yana həmin zaman evdə olmamış, belə ki, o, narkotik aludəçisi olduqdan sonra arvadı ilə münasibətləri pisləşmiş və arvadı Masallı rayonuna qohumunun yanına getmişdir. Onun həyətə çıxmaqda məqsədi bu olmuşdur ki, bir az gəzsin, başı açılsın, səhər olsun və yenidən narkotik vasitə almağa çalışsın. O, gəzə-gəzə evlərindən təxminən 10-15 dəqiqə məsafədə olan Masazır kənd qəbiristanlığının yaxınlığına gəlmişdir. Oradan keçərkən solda yerləşən butkada bir şəxsin öskürdüyünü eşitmiş, həmin zaman gecə 04:00 radələri olmuşdur. O, orada nə baş verdiyini öyrənmək üçün butkaya daxil olmuş, qapı həmin zaman örtülü olmuş, lakin açarlanmamışdır. O, içəri daxil olduqda 1 şəxsin yerdə kartonlar üzərində uzandığını görmüşdür. Həmin şəxs təxminən onun boyda, seyrək saç, arıq bədənli və ondan yaşlı biri olmuşdur. O, həmin şəxsi ilk dəfə idi görürdü, onu tanımamış, əvvəllər heç bir ünsiyyət və münasibəti olmamış, habelə adını və soyadını bilməmişdir. O, sonradan həmin şəxsin ad, soyadının Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. Həmin şəxs uzanılı vəziyyətdə “Əfsanə” adlı pivədən içib siqaret də çəkmişdir. Həmin şəxs onu görən kimi ayağa durmuş, salamlaşdıqdan sonra o, narkotik vasitənin təsiri altında həmin şəxslə söhbət edib dərdləşmək istəmişdir. İlk olaraq həmin şəxs ona Masazır qəbiristanlığında fəhlə işlədiyini, gündə 5-10 AZN pul qazandığını demiş, sonra o, nə işlə məşğul olduğu barədə məlumat vermişdir. Daha sonra o və Zərərçəkmiş şəxs2 öz həyat tərzlərindən, ailə və şəxsi həyatlarından və keçmişlərindən 1 saata yaxın söhbət etmiş və tanış olmuşlar. Məlum olmuşdur ki, həmin şəxs tənhadır və ailəsi yoxdur. Həmin zaman o da az miqdarda “Əfsanə” adlı pivədən içmiş və siqaret çəkmişdir. Təxminən 2 saata yaxın danışıb dərdləşdikdən sonra söhbət onun və Ruslanın məhkumluq həyatından düşmüşdür. Ruslan həm Rusiya, həm də Azərbaycanda məhkum olunduğunu bildirmiş, lakin Ruslanın hansı cinayətə görə cəza çəkdiyi onun yadında qalmamış, səhv etmirsə oğurluq olmuşdur. Bundan sonra o da Ruslana quldurluq və oğurluq cinayətlərinə görə məhkum edildiyini bildirmişdir. Bu zaman Ruslan gülərək ona “Onda sən üzdəniraqsanki" sözünü demişdir. O isə Ruslana məhkumluq həyatında “üzdəniraq” sözünün pis başa düşüldüyünü və “ağıllı” olmasını bildirmişdir. Belə ki, adətən zorlama, yetkinlik yaşına çatmayanla cinsi əlaqədə olma və bu kimi cinsi xarakterli cinayətlərə görə cəza çəkənlərə “üzdəniraq” deyilmişdir. Ruslan isə belə olduqda “Yaxşı eliyirəm, dur s*kdir burdan” sözünü deyib nalayiq formada onu təhqir etmiş və ayağa durmuşdur. O, bu sözlərdən əsəbləşib Zərərçəkmiş şəxs2 sifətinə yumruqla zərbə vurmuşdur. Dərhal Ruslan yaxınlıqda olan qəhvəyi rəngli masa hissəsi (taxta parçası) ilə onun baş nahiyəsinə, sonra səhv etmirsə ayaq nahiyəsinə zərbə vurmuş və o, xəsarət almışdır. Bunun ardınca o, ilk öncə həmin taxta parçasını Ruslanın əlindən alıb sonuncunun baş nahiyəsinə zərbə vurmuş, bu zərbələrin təsirindən həmin şəxs yerə yıxılmışdır. O, daha sonra həmin şəxsi öldürmək üçün sonuncunun uzandığı yerin yaxınlığında olan açıq sarı rəngli mişar daşını Ruslanın baş nahiyəsinə vurmuş, lakin o, zərbələrin sayını dəqiq xatırlamamış, çünki qaranlıq olmuş və tam da özündə olmamışdır. Elə onun daşla endirdiyi zərbənin ardından yaxınlıqda olan masa mərhumun üzərinə düşmüşdür. O, Ruslana tərəf yaxınlaşmış və ölüb-ölmədiyini görmək istəmişdir. O, həmin şəxsin hərəkət etmədiyini, danışmadığını, reaksiya vermədiyini, sadəcə xırıldadığını görmüşdür. Ruslan yerə düşərkən sonuncunun cibindən mobil telefon da düşmüşdür. O, artıq həmin şəxsin öləcəyini düşünüb mobil telefonu götürmüş və butkanın qapısını örtərək oradan çıxmışdır. O, mobil telefonu satıb əldə etdiyi pulla narkotik vasitə almaq üçün götürmüşdür. Qabaqcadan Zərərçəkmiş şəxs2 üzərindəki mobil telefonu götürmək niyyəti olmamışdır. Əgər belə niyyəti olsa, onunla 2 saata yaxın söhbət etməzmiş. Sadəcə olaraq o, Zərərçəkmiş şəxs2 zərbələr endirdikdən sonra cibindən telefon düşdüyünü görüb götürmüşdür. Artıq o, butkadan çıxanda səhər açılmış və səhər 06:00 radələri olmuşdur. Hadisə zamanı üzərində yaşıl qısaqol köynək, qara şalvar və qara çəkmə olmuş, köynəyi zibilliyə atmış, hara atdığı yadında olmamışdır. O, həmin şəxsi öldürüb mobil telefonunu ələ keçirdikdən sonra Hökməli kəndinə gedərək adını bilmədiyi şəxsdən heroin almış və heroindən istifadə etmişdir. Sonra öldürdüyü şəxsdən götürdüyü telefonu satmaq üçün “20 Yanvar” dairəsinə avtobusla getmişdir. Orada telefon satışı və təmiri dükanlarından birinə daxil olmuşdur. Adını bilmədiyi dükan sahibinə telefonu satmış və sonuncu ona 60 AZN pul vermişdir. O, gecə həmin telefona baxmasa da, səhər həmin telefona baxmış və telefonun arxasında “Realme” sözü yazıldığını, smartfon telefon olduğunu və qara rəngli olduğunu qeyd etmişdir. O, bundan sonra ətraf ərazidə gəzib, bir neçə saat sonra yenidən heroindən istifadə etmişdir. Bundan sonra 1 gün ərzində evə getmədən parkda yatmış və gəzmişdir. xx.xx.2023-cü il tarixdə günorta radələrində Abşeron RPİ əməkdaşları tərəfindən Hökməli kəndi ərazisində saxlanılmış və polis əməkdaşlarına xx.xx.2023-cü il tarixdə Masazırda adam öldürdüyünü etiraf etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Xırdalan şəhər vəkil bürosunun vəkili X4 məhkəmə iclasında təqsirləndirilən şəxsə qanuni və törətdiyi əmələ uyğun layiqli cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif yerlərdə çalışmış, hazırda rəsmi olaraq işləməmiş, təqaüdçü kimi aylıq 327 AZN və oğlunun xəstəliyinə görə 369 AZN təqaüd kimi almışdır. xx.xx.2023-cü il tarixdə həm özünün, həm də oğlunun təqaüdünü bankomatdan nağdlaşdırıb portmanatına, yəni pul kisəsinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər 10:00 radələrində alış-veriş etmək məqsədilə evdən çıxıb Lökbatan qəsəbəsinə getmişdir. Biraz bazarlıq etdikdən sonra hər iki əlində sellofanla səhər saat 11:00 radələrində evinin yaxınlığında olan “Bravo” supermarketə tərəf getməyə başlamışdır. Həmin zaman onun yanında heç kim olmamışdır. Supermarketə gedən dalandan çıxmış və anidən portmanatı kiminsə dartdığını hiss etmişdir. Həmin zaman portmanat onun sağ əlində olmuşdur. O, ilk olaraq nəvəsinin zarafat üçün portmanatını götürdüyünü düşünmüş, lakin arxaya baxdıqda bir şəxsin arxadakı dalana doğru qaçdığını görmüş və həmin şəxsin nəvəsi olmadığını bilmişdir. O, həmin şəxsin sifətini görməmiş, lakin üzərində boz rəngli qısaqol köynək olduğunu görmüşdür. Daha sonra qışqırıb camaatdan kömək istəmiş, ətrafdakı insanlar həmin şəxsin arxasınca qaçsalar da, nəticəsi olmamış və həmin şəxs gözdən itmişdir. O da bu barədə tez polisə məlumat vermişdir. Onun portmanatı çəhrayı rəngdə olmuş, içərisində dəqiq 520 AZN pul olmuş, çünki o, bazarlıq etdikdən sonra pulunu saymışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, heç bir münasibəti olmamışdır. Yalnızca 2023cü ilin oktyabr ayında Qaradağ RPİ-nə çağırıldıqda onun portmanatını alıb qaçan şəxsin həmin şəxs olmasını öyrənmişdir. Ona qarşı həmin şəxs hadisə zamanı zor tətbiq etməmiş və xəsarət yetirməmişdir. Hadisə zamanı həmin şəxs götürdüyü portmanatı ona qaytarmamış və 520 AZN maddi ziyandan heç bir məbləğ ödəməmişdir. Ona görə də, təqsirləndirilən şəxsə qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, “20 Yanvar” dairəsində, “Park Shopping" adlı ticarət mərkəzinin yaxınlığında telefon dükanında satıcı işləyir. Təqsirləndirilən şəxsı və mərhum Zərərçəkmiş şəxs2ı tanımamış və görməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10-11 radələrində işdə olarkən Stanislav adlı şəxs dükana daxil olmuş, o, həmin şəxsi ilk dəfə görmüşdür. Həmin şəxs ona yaxınlaşıb özünə məxsus “RealMe C11” markalı telefonu satmaq istədiyini bildirmişdir. O, telefona baxııb hər hansı problem olmadığını görmüş, həmin şəxsə telefona görə 60 AZN pul verə biləcəyini demiş, sonuncu da razılaşmışdır. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış, eyni zamanda mobil nömrəsini də qeyd etmişdir. Daha sonra telefonu götürüb Stanislava 60 AZN pul vermiş, sonuncu da pulu götürüb dükanı tərk etmişdir. Bundan təxminən 2-3 gün sonra Abşeron polis əməkdaşları dükana yaxınlaşıb həmin telefonun təqdim edilməsini bildirmişlər. O, nə üçün telefonu verəcəyini soruşduqda, polis əməkdaşları ona həmin telefonun ölən şəxsə məxsus olduğunu, öldürən şəxsin həmin telefonu ölən şəxsdən götürdüyünü bildirmişlər. O da belə olduqda həmin telefonu polis əməkdaşlarına təqdim etmişdir. Beləcə, ona məlum olmuş ki, Stanislav adlı şəxs öldürdüyü şəxsdən telefonu götürmüş və onun işlədiyi dükana satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 2015-ci ildə Təqsirləndirilən şəxslə evlənmiş, birgə nikahdan övladları olmamışdır. 2020-ci ildə koronavirusla əlaqədar iş yerləri bağlandığı üçün Stanislav təxminən 1 il müddətində evdə qalmış və işləməmişdir. Həmin müddətdə Stanislav ilk dəfə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, Stanislavı müalicə olunması üçün Maştağa qəsəbəsində yerləşən narkoloji mərkəzə 3 dəfə aparmış və orada Stanislav bir neçə gün qalmışdır. Lakin həmin mərkəzdə aparılan müalicənin xeyri olmamış və Stanislav narkotik vasitələrdən qəbul etməyə davam etmişdir. Stanislav bir neçə dəfə məhkum olunmuşdur. 2023-cü ilin iyun ayının axırlarında o Stanislavdan ayrılaraq bacısının Masallı rayonunda yaşadığı evdə qalmağa başlamışdır. Həmin müddətdən Stanislav tutulana qədər sonuncunu görməmiş, sadəcə olaraq telefonla əlaqə saxlamışdır. Stanislavla danışarkən, o, sonuncudan narkotik vasitələrin istifadəsindən əl çəkib-çəkmədiyini soruşmuş, sonuncu isə “Hələ vaxta var, sən bacıngildə qal” demişdir. 2023-cü il 11 avqust tarixində Stanislav başqa nömrədən onun nömrəsinə sms yazmışdır ki, "Təcili səninlə danışmalıyam”. O, həmin nömrəyə zəng etmiş, lakin Stanislav danışıq zamanı xüsusi və təcili heç nə deməmişdir. Artıq Stanislavın telefonunu da satdığını, yəqin ki, həmin pulla narkotik maddə aldığını başa düşmüşdür. 17 avqust 2023-cü il, yəni hadisə baş verən zaman o, Masallıda olmuşdur. Həmin gün o, Stanislavla danışmamışdır. 18 avqustda Stanislav ümumi telefonların biri ilə ona zəng etmiş və sadəcə hal-əhvalnı soruşmuşdur. O, Stanislavdan harada olduğünu soruşduqda sonuncu “Bu barədə heç nə deyə bilmərəm, 2-3 günə səninlə özüm əlaqə saxlayacağam” demişdir. Həmin telefon danışığı zamanı Stanislav ona adam öldürdüyünü və qaçıb gizləndiyini deməmişdir. 30 avqust tarixində onlarla birgə internat evində böyüyən, Stanislavın uşaqlıq dostu Tamerlan ona Stanislavın adam öldürdüyünə görə tutulduğunu bildirmiş və mediada olan xəbərlərdən birini nümunə üçün göndərmişdir. O, yalnız bundan sonra Stanislavın adam öldürdüyünə görə həbsdə olduğunu öyrənmişdir. O, öldürülən şəxsi tanımamış, eyni zamanda Stanislavın da belə tanışı olmamışdır. O, Stanislavın nə üçün həmin şəxsi öldürdüyünü, aralarında nə söhbət getdiyini, mübahisənin necə olduğunu bilməmiş, bu barədə heç kimdən məlumat əldə etməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Asif Həsənov küçəsində yaşamış, yaşadığı evdən təxminən 600-700 metr məsafədə yerləşən avtoyuma məntəqəsində avtoyuyucu işləmişdir. xx.xx.2023-cü il tarixdə səhər 08:30 radələrində işdə olmuş və avtoyuma məntəqəsində xalça yumuşdur. İşə gəldikdən təxminən 3 saat sonra qonşusu Hakim adlı şəxs maşınını yuduzdurmaq üçün onun iş yerinə gəlmişdir. Maşını yuduqdan sonra Hakim evə getməli imiş, həmin zaman da günorta 13:00 radələri olmuşdur. Hakimin evi onların evinə yaxın yerləşdiyi üçün Hakimdən onu evə aparmasını xahiş etmiş, yemək yedikdən sonra işə qayıdacaqmış. Günorta saat 2-yə işləmiş o, Hakimlə birgə avtoyuma məntəqəsindən çıxmış və evinə tərəf gəlmişdir. Evin qarşısında, Masazır kənd qəbiristanlığının kənarında butka yerləşmiş, həmin butkada adətən spirtli içki və narkotik vasitələrdən istifadə edən tüfeyli insanlar gecələmək üçün qalmış, bəzən butkada mübahisə və dava-dalaşlar da olmuşdur. O, butkanın yaxınlığından keçdikdə qapının yarıaçıq olduğu görmüşdür. Çöldən baxanda qapının ağzında iynə görmüş və maraq üçün oraya daxil olmaq istəmişdir. Ayağı ilə qapını açmış və butkanın içərisində döşəmə üzərində qan izləri müşahidə etmişdir. Butkanın girişdən sağ tərəfində üzəri toz-torpaq olan masa da olmuş və masa yıxılaraq divara tərəf dirənmişdir. O, diqqətlə baxdıqda masanın altında da qan İzləri olduğunu və masanın kənarında insan ayağı olduğunu görmüşdür. O, butkada insan öldüyünü düşünüb dərhal DİN-in “102" xidmətinə məlumat vermişdir. Sonradan ölən şəxsin Ruslan adlı şəxs olduğunu öyrənmişdir. O, Ruslanı ölümündən son 1 aya qədər bir neçə dəfə görmüş və salamlaşmış, Ruslan bəzən ondan siqaret də istəmişdir. Həmin şəxs Masazır sakini olmamış, sadəcə olaraq ölümündən əvvəl onun yaşadığı evin qarşısındakı qəbiristanlıqda işləmiş və qəbirlərin təmizliyinə baxmışdır. Onun gördüyü qədərilə Ruslan tez-tez spirtli içki qəbul etmiş, çünki hallı vəziyyətdə olmuşdur. Həmin şəxsin həyatı haqqında onun heç bir məlumatı olmamışdır. Öldürən şəxsi isə tanımamış və həmin şəxsi heç vaxt görməmişdir. Hadisənin necə baş verməsi və Ruslanın hansı şəraitdə ölməsi barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi, Asif Həsənov küçəsində yaşayır, Masazır dairəsində yerləşən “Azərcity” dükanında kassir işləmişdir. İş saatı günorta 15:00-dän gecə 01:00-a kimidir. O, xx.xx.2023-cü il tarixdə günorta 15:00 radələrində evdən çıxıb işə getmiş və xx.xx.2023-cü il tarixdə gecə 01:00 radələrində işdən çıxmışdır. Onu Masazır kənd qəbiristanlığının yaxınlığında iş yoldaşları maşından düşürmüş və o, oradan təxminən 200 m məsafədə olan evinə piyada getməyə başlamışdır. O, qonşusu Elmar adlı şəxsin evinin qarşısında olan, qəbiristanlığın kənarındakı butkanın yanından keçərkən butkanın qabaq hissəsində 2 şəxsin söhbət etdiyini görmüşdür. O, həmin şəxsləri tanımamış, onların kim olduqlarını bilməmişdir. Gecə olduğundan onların sifət nahiyəsi yadında qalmamış, hadisə zamanı onun həmin şəxslərlə ünsiyyəti olmamışdır. O, sakitcə piyada olaraq öz evinə doğru hərəkət etmişdir. Saat gecə 02:00 radələrində evə çatmış, yemək yemiş və ardınca yatmışdır. Yatmazdan öncə çöldən hər hansı mübahisə, səs-küy, dava-dalaş və s.-nin şahidi olmamışdır. O, xx.xx.2023-cü il tarixdə səhər 10:00 radələrində yuxudan durmuş və axşam işə qədər evdə olmuşdur. Həmin gün biraz tez-saat 12:00 radələrində işə getmişdir. Gecə evə gəldikdə qardaşı Hakim ona butkanın içərisində bir şəxsin öldüyünü, polislərin günorta hadisə yerində olduğunu demişdir. Hadisənin baş verdiyi butkada əvvəllər müxtəlif işlər görülmüş, sonradan həmin butka istifadə edilməmiş və orada tanımadıqları müxtəlif şəxslər qalmışdır. O, ölən və öldürən şəxsi tanımamış, onların kim olduğunu, harada yaşadıqlarını, aralarındakı münasibəti, mübahisənin necə başlaması və necə bitməsi haqqında məlumatı olmamışdır. O, sadəcə olaraq düşünmüşdür ki, hadisənin xx.xx.2023cü il gecə radələrində baş verməsini nəzərə alsa, yəqin onun gecə butkanın qarşısında gördüyü həmin 2 şəxs arasında sonradan mübahisə olmuş, biri digərini öldürmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer Abşeron rayonu, Masazır kənd qəbiristanlığının yaxınlığında yerləşən istifadəsiz köşkdür (butka). Ünvan Abşeron rayonu, Masazır kəndi, Asif Həsənov küçəsi olmuşdur. Masazır kənd qəbiristanlığının ümumi girişindən sağa doğru torpaq yolla təxminən 200 m məsafədə hərəkət etdikdən sonra qəbiristanlığın sərhədinə bitişik sol tərəfdə boz rəngə boyanmış köşk aşkar edilmişdir. Çöldən baxdıqda köşkün üzərində mobil nömrələr və elanlar yazılmış, girişi Abşeron RPİ polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi məqsədlə lentlə bağlanmışdır. Baxış zamanı köşkün qəhvəyi rəngli qapısı açıq vəziyyətdə olmuşdur. Həmin qapıdan içəri daxil olduqda köşkün ümumi nizamının pozulması, içərisinin natəmiz olması, döşəmə, divarları və tavanının tozlu olması müşahidə edilmişdir. Köşkün içərisi 2 m x 3 m ölçüdə olmuşdur. Köşkün girişindən sağda 1 metr məsafədə üzəri tozlu olan qəhvəyi rəngli masa yerləşmişdir. Masanın aşağısında, döşəmə üzərində isə qanabənzər ləkələr müşahidə edilmişdir. Masa ilə divar arasında olan hissəyə baxdıqda döşəmə üzərində sifət nahiyəsində qanabənzər ləkələr olan kişi cinsli meyit aşkar edilmişdir. Baxış zamanı meyitin - xx.xx.1979-cu il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs2 olması, sonuncunun Sumqayıt şəhər sakini olsa da, hadisəyə qədər son 1 ay ərzində kənd qəbiristanlığında günəmuzd işləməsi və spirtli içkilərin aludəçisi olması müəyyən edilmişdir. Meyit döşəmədə düzünə uzanmış, sol əli sinə, sağ əli qarın nahiyəsi üzərində olmuşdur. Meyitin baş nahiyəsində, xüsusən alın, burun və ağız nahiyələrində xeyli həcmdə qanabənzər ləkələr olmuşdur. Meyitin alın nahiyəsində qana bulaşmış gözlə görünən xəsarət aşkar edilmişdir. Meyitin baş nahiyəsinin yaxınlığında sarı rəngli mişar daşı müşahidə edilmiş, həmin mişar daşı düzünə qoyulmuşdur. Bundan başqa masanın aşağısında, döşəmə üzərində dairəvi formalı qan gölməçəsi, üzərində qanabənzər ləkələr olan 01 ədəd sarı rəngli daş parçası və 01 ədəd ağ rəngli plastik stəkan, köşkə girişlə üzbəüz divara dirənmiş şəkildə 01 ədəd qəhvəyi rəngli masa hissəsi, yəni taxta parçası, habelə meyitin yaxınlığında divarın dibində düz vəziyyətdə qoyulmuş şəkildə, üzərində qanabənzər ləkələr olan 01 ədəd “Əfsanə" markalı pivə butulkası aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınıb, qan gölməçəsi olan hissədən qanabənzər nümunələr götürülüb 03 ədəd pambıqlı çöpə hopdurulmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində həmin köşklə üzbəüz evdə yaşamış Şahid1 adlı şəxs köşkün yaxınlığından keçərkən qapının aralı olmasını görüb köşkə daxil olmuş, döşəmə üzərində qanabənzər ləkələr müşahidə etmiş, həmin zaman qəhvəyi masa yanakı vəziyyətdə divara tərəf dirənmiş, masanı qaldırdıqda onun altında Zərərçəkmiş şəxs2 meyitini aşkar etmiş və tez DİN-in “102" xidmətinə məlumat vermiş, həmin köşk tüfeyli həyat tərzi sürən şəxslər tərəfindən gecələmək məqsədilə istifadə olunmuşdur. Hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi köşkdən 01 ədəd sarı rəngli mişar daşı, 01 ədəd sarı rəngli daş parçası, 01 ədəd ağ rəngli plastik stəkan, 01 ədəd qəhvəyi rəngli masa hissəsi (taxta parçası), 01 ədəd “Əfsanə” markalı pivə butulkası, habelə üzərinə qanabənzər ləkələr hopdurulmuş 03 ədəd pambıqlı çöp götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, meyitin əynində üzəri qara damalar olan ağ rəngli köynək, belində qara rəngli kəməri olan göy rəngli cins şalvar, qara rəngli kişi alt tumanı və 1 cüt ayaqqabı olmuşdur. Boyu 160 sm-dir. Meyitin gövdəsinin arxa və qismən yan səthlərində, qırmızımtıl-göyümtül rəngli meyit ləkələri olmuşdur. Meyit ləkələrinə təyziq etdikdə itmiş və təxminən 2-3 dəqiqə sonra əvvəlki rəngini almışdır. Gözləri qapalıdır, tutqundur, konyuktivası solğundur. Burun dəliklərindən və qulaq seyvanlarından qurumuş qanın laxtaları ilə yanaşı duru halda qan müşahidə olunmuşdur. Burun sümükləri əllədikdə tam olmuş, ağzı yarımaçıq vəziyyətdə olmuş, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Sidik kanalının xarici qulaq dəliyindən ifrazat qeyd olunmamışdır. Arxa keçəcək dəliyi qapalı olmuş, ətraf dərisi təmiz olmuşdur. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Əllədikdə sümükləri tam olmuşdur. XƏSARƏTLƏR: Alın nahiyəsinin sol hissəsində 3,0 x 1,8 sm ölçüdə kənarları kələ-kötür və qansızmalı, ətraf toxuması sıyrıqlı olan, içərisində cırılmış və qansızmalı yumşaq toxumalar, sınmış sümük fraqmentləri görünən əzilmiş-cırılmış yara vardır. Sol gicgah nahiyəsində 2,0 x 5,0 sm ölçüdə kələ-kötür və qansızmalı, içərisində cırılmış və qansızmalı yumşaq toxumalar görünən əzilmiş-cırılmış yara vardır. Alın nahiyəsinin orta hissəsində 7,0 x 6,0 sm, sol gözün üst göz qapağında 1,2 x 1,0 sm, sol gözün alt göz qapağında 1,0 x 7,0 sm, sol yanaq nahiyəsində 3,0 x 2,0 sm ölçülərdə qeyri-müəyyən formalı qırmızımtıl-çəhrayı rəngli qançırlar vardır. Sol gözün bayır kənarında 1,5 x 1,2 sm, sol gözaltı nahiyədə 1,5 x 0,6 sm, sol almacıq nahiyəsində 1,2 x 1,0 sm ölçülərdə ətraf zədələnməyən dəri səviyyəsindən aşağıda yerləşən qırmızımtıl rəngli sıyrıqlar vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən hadisə yerindən götürülmüş əşyalara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar - 01 ədəd qəhvəyi rəngli masa hissəsi (taxta parçası), 01 ədəd açıq sarı rəngli mişar daşı, 01 ədəd açıq sarı rəngli daş parçası, 01 ədəd ağ rəngli plastik stəkan və 01 ədəd "Əfsanə” markalı pivə qutusu olmuşdur. Masa hissəsi (taxta parçası) - qəhvəyi rənglidir, üzəri tozludur, köhnəlmiş formadadır. Ölçüləri 40 x 65 sm-dir. Hadisə yerində aşkar edilmiş qəhvəyi masadan qopması və ayrılması ehtimal edilmişdir. Ön tərəfində 3 sm diametrli dəstək (tutacaq) vardır. Predmet üzərində gözlə görünən qanabənzər ləkələr aşkar edilməmişdir. Taxta parçasının kənar uc hissəsində 01 ədəd tük aşkar edilmiş, həmin tükün təqsirləndirilən, yaxud zərərçəkmiş şəxsə aid olması qənaətinə gəlinmişdir. Misar da$t - acıq sarı rənglidir, kənarları deformasiyaya uğramışdır, ölçüləri 29 x 15 x 19 sm ölçüdədir. Üzərində qanabənzər ləkələr aşkar olunmamışdır. Mişar daşı üzərində də 01 ədəd tük aşkar edilmiş, həmin tükün zərərçəkmiş şəxsə aid olması qənaətinə gəlinmişdir. Pas parçası - açıq sarı rənglidir, 7 x 9, 5 x 2 sm ölçüdədir. Üzərində qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmiş, həmin daş parçasının mişar daşının tərkib hissəsi olması və hadisə zamanı cinayət aləti kimi istifadə edilərkən mişar daşından qopması ehtimal edilmişdir. Plastik stəkan - ağ rənglidir, üzərində romb formalı naxışlar var və kağız materialdandır. Hündürlüyü 8 sm, alt hissədə diametri 4,5 sm-dir. Stəkanın içində qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Pivə qutusu - qızılı rənglidir, üzərində “Əfsanə çəllək pivəsi” sözləri yazılmışdır, üzərində də qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən paltarlar - Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd köynək, 01 ədəd yay ayaqqabısı, 01 ədəd şalvar və 01 ədəd tuman olmuşdur. Köynək - ağ rəngli, qara rəngli darmalıdır, uzunqol, üzərində geyilmə izləri müşahidə olunmuş, Uzunluğu 52 sm, çiyin nahiyəsində eni 45 sm, qolların uzunluğu 55 sm-dir. Köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmasa da, bütün səth boyu yayılmış qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Saivar - göy rəngli, cins materialdan olmuş, öndən qızılı rəngli zəncirbəndlə və bir ədəd metallik düymə ilə bağlanmış, belinə qara rəngli dəriyəbənzər materialdan olan kəmər keçirilmişdir, 97 sm, bel nahiyəsində eni 42 sm-dir. Şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmasa da, bütün səth boyu yayılmış qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Tuman - qara rənglidir, üzərində geyilmə izləri müşahidə olunmuşdur. Uzunluğu 36 sm, bel nahiyəsində eni 27 sm olmuşdur. Tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmasa da, qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Ayaqqabı - qara rəngli, parça materialdan olmuş, bu səbəbdən köhnəlmiş və bəzi hissələrdə bozumtul rəngə çalmışdır. Üzəri və alt hissəsi çirkli olmuş, daxili səthində “43” yazısı həkk olunmuşdur. Uzunluğu 29 sm, eni 10 sm, daban hissədə hündürlüyü 6 sm olmuşdur. Ayaqqabı üzərində zədə aşkar olunmasa da, qəhvəyi-qonur rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən predmet Abşeron RPİ tərəfindən təqdim olunan CD diskdir, həmin diskdə Masazır kənd qəbiristanlığının yaxınlığında quraşdırılmış videomüşahidə kamerasının görüntüsü vardır və hadisənin baş verdiyi köşkü müəyyən dərəcədə göstərmişdir. Video 29 saniyədir. Videonun 9-cu saniyəsində yaşıl köynək, qara şalvar geymiş şəxs köşkdən çıxaraq üzü Masazır kənd qəbiristanlığı istiqamətində irəliləmişdir. Həmin zaman xx.xx.2023-cü il, saat 06:11-dir. Baxış zamanı müəyyən edilmiş ki, həmin şəxs Təqsirləndirilən şəxsdir. Həmin kameralar qaranlıq şəraiti aydın əks etdirmədiyindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 köşkə giriş vaxtları videoda görünməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən videomüşahidə kameralarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən predmet Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar” dairəsi ərazisində yerləşən telefon dükanlarının birində yerləşən videomüşahidə kameralarıdır. Həmin kameralar işlək vəziyyətdə olmuş və xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntüləri də özündə əks etdirmişdir. Kamera görüntüləri səsyazısını əks etdirməmişdir. Kameralardan görünmüş ki, xx.xx.2023-cü il tarixdə, saat 10:46 radələrində qara köynək, qara şalvar və qara papaq geymiş bir şəxs dükana daxil olmuş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qara köynək geymiş saqqallı bir işçiyə yaxınlaşmış, sağ cibindən qara telefon çıxarıb işçiyə göstərmişdir. Həmin işçinin Abşeron rayonu, Masazır kənd sakini Şahid4 olması müəyyən edilmişdir. Şahid4 bir neçə saniyə sonra Təqsirləndirilən şəxs telefonu götürmüş, təxminən 5 dəqiqə ərzində telefonu yoxlamışdır. Saat 10:53 radələrində Təqsirləndirilən şəxs çölə çıxmış, 2 dəqiqə sonra qayıtmış, Şahid4 kağız təqdim etmiş, sonuncu da Təqsirləndirilən şəxs qələm vermiş, Təqsirləndirilən şəxs kağıza qələmlə nə isə yazmışdır. Saat 10:56:40 radələrində Şahid4 Təqsirləndirilən şəxs pul əskinasları təqdim etmiş, sonuncu da saat 10:56:47 radələrində pulu götürüb sağ cibinə qoyaraq dükanı tərk etmişdir. Şahid4 baxış zamanı bildirmişdir ki, həmin şəxsi tanımır, heç vaxt görməmiş və münasibəti olmamışdır. Həmin şəxs ona “RealMe C11” markalı mobil telefonu təqdim etmiş, telefonun özünə məxsus olduğunu və telefonu satmaq istədiyini bildirmiş, o da telefonu yoxlayıb həmin şəxslə qiymət barəsində söhbət etmişdir. Sonda aralarındakı razılaşmaya əsasən həmin şəxsə telefona görə 60 AZN pul verəcəkmiş. Daha sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsinin nüsxəsini çıxarıb gətirməsini istəmiş, həmin şəxs də dükandan çölə çıxmış, yaxınlıqdakı obyektlərin birində şəxsiyyət vəsiqəsinin nüsxəsini çıxarmış və ona vermişdir. Daha sonra o, həmin şəxsə ad, soyadını, əlaqə nömrəsini, mobil telefonun markasını yazmaq və imza çəkmək üçün qələm vermiş, həmin şəxs də bunu yazmışdır. Həmin nüsxəni götürdükdən sonra o, həmin şəxsə telefonun müqabilində 60 AZN pul vermişdir. Qeyd olunan görüntülər 01 ədəd CD diskə yazılmaqla işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Bravo" supermarketin qarşısındakı açıq ərazi olmuş, baxış Qaradağ RPİ 10-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən həyata keçirilmişdir. Ərazidə videomüşahidə kameraları mövcud olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 baxış zamanı “Bravo” supermarketə tərəf gedərkən həmin açıq ərazidə tanımadığı şəxsin arxadan yaxınlaşıb ona məxsus pul kisəsini oğurlayıb qaçdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ********* nömrəli cinayət işi üzrə DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya soyğunçuluq hadisəsinin baş verdiyi Lökbatan qəsəbəsində yerləşən “Bravo” supemarketin qarşısındakı videomüşahidə kameralarının görüntüləridir. Baxış Qaradağ RPİ İŞ-nin müstəntiqi Fərid Seyfəlov tərəfindən həyata keçirilmişdir. Diskdə 09 ədəd fayl vardır. Həmin fayllardan ilk 5-i şəkil, qalan 4-ü isə video formatındadır. Şəkillərdən görünür ki, boz qısaqol düyməsiz köynək və qara cins şalvar geymiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində "Bravo” supermarketin üzbəüz səkisi ilə irəliləmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Videolara gəldikdə isə, sayca 1-ci video 7 saniyədir və Təqsirləndirilən şəxs səkidə hərəkətini əks etdirmişdir. Sayca 2-ci video 17 saniyədir. Videoda qara eynək və yaşıl üst geyimi geymiş qadın hər 2 əlində sellofan paketlərlə səkidə irəliləmişdir. Həmin qadının Lökbatan qəsəbə sakini Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 ardınca müəyyən məsafədə Təqsirləndirilən şəxs hərəkət etməsi videoda görünmüşdür. Sayca 3-cü video da 17 saniyədir, 2-ci video ilə eyni görüntüləri əks etdirmişdir. Sayca 4-cü video 38 saniyədir. Video “Bravo” supermarketin qarşısı olan meydançanı nümayiş etdirmişdir. Videonun əvvəlində Zərərçəkmiş şəxs1 dalandan çıxmış, arxasınca Təqsirləndirilən şəxs sürətli addımlarla yaxınlaşmış və 9-cu saniyədə sonuncu Zərərçəkmiş şəxs1 sağ əlindəki əşyanı götürüb dalana doğru qaçmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qaçışı davam etdirmiş, dalanın digər tərəfindən çıxıb qarşı səkiyə keçərək əks tərəfə qaçıb uzaqlaşmış və gözdən itmişdir. Baxış zamanı müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs götürdüyü əşya pul kisəsi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 122 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - Açıq-kəllə beyin travması. Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Kəllə tağı və kəllə əsası sümüklərinin sınığı. Başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sıyrığı ; - Sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası; - Alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının, sol yanaq nahiyəsinin qançırları; - Sol gözaltı, sol almacıq nahiyələrinin və sol gözün bayır kənarının sıyrıqları; Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 küt əşya ilə (əşyalarla) endirilmiş zərbələr nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərdən açıq-kəllə beyin travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sıyrığı, ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir ; sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər ; alın nahiyəsinin, sol gözün üst və alt göz qapaqlarının, sol yanaq nahiyəsinin qançırları, sol gözaltı, sol almacıq nahiyələrinin və sol gözün bayır kənarının sıyrıqları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs2 ölümünün səbəbi - açıq-kəllə beyin travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı olmuşdur. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan mişar daşının, daş parçasının və taxta parçasının konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlərdən açıqkəllə beyin travması, baş beyin əzilməsi, baş beyinin qişaları altına qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sıyrığı, qançırı mişar daşı ilə endirilmiş zərbənin təsirindən; sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözün üst və alt göz qapaqlarının qançırları, sol gözaltı, sol almacıq nahiyələrinin və sol gözün bayır kənarının sıyrıqları kiçik daş parçasının, taxta parçasının və ona oxşar əşyaların, sol yanaq nahiyəsinin qançırı isə insan bədəni hissəsinin (əl, yanaq və sair) küt təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs2 meyitində aşkar olunmuş xəsarətlərin masanın onun üzərinə öz ağırlığı ilə sərbəst düşməsi nəticəsində yaranması az inandırıcıdır. İlkin meyit əlamətlərinə əsasən, Zərərçəkmiş şəxs2 ölümü onun meyitxanada müayinəsi başlayandan (xx.xx.2023-cü il, saat 16:30-dan) 8-12 saat əvvəl baş vermişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1753 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - başın alın nahiyəsinin səthi əzilmiş-cırılmış yarası, sağ baldır, sağ ayaq üstü nahiyəsinin sıyrıqları - küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə taxta parçası zərbəsi təsirindən əmələ gələ bilərdi; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 444/2023-MTKŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus köynək, şalvar, tuman və ayaqqabı üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus şalvar və çəkmə üzərində də əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş paltarlar üzərində qarşılıqlı dalaşmaya, əlbəyaxa olmağa, müqavimət göstərməyə, cırmağa, dartmağa xarakterik zədələr aşkar olunmamışdır. Mişar daşı və daş parçası eyni materialdan ibarətdir, daş parçası mişar daşının tərkib hissəsi ola bilər, sonradan ondan qopa və ya qırıla bilərmiş. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 610/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qab (pivə), daş parçası, stəkan, 03 ədəd çubuqlu pambıq topası, Zərərçəkmiş şəxs2 məxsus şalvar (və kəmər), tuman, uzunqol köynək, 01 cüt ayaqqabı üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən mərhum Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə qan aşkar olunmadı. Mişar daşı, qapı (masa) və Təqsirləndirilən şəxs məxsus 01 cüt çəkmə üzərində qana şübhəli ləkə aşkar olunmadı. Qırıq masa qapısının üzərində aşkar edilən 01 ədəd və mişar daşından götürülmüş 01 ədəd obyekt insanın baş tükləridir. Tüklərin ölçülərinin kiçik və miqdarının az olması onlarda qrup göstəricisi tədqiqinə imkan vermədiyindən tüklərin həmin şəxslərə məxsus olub-olmaması haqqında fikir söyləmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6926 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “Realme C11” markalı, “RMX3231” model, 32 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 110 manat müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5495 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3032 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, psixoaktiv maddələrin qəbulu məyyən edilmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1 -ci maddələrinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə İstintaq və prossessual hərəkətlərdə iştirak etmək, öz prossesual hüquq və vəzifələrini icra etmək iqtidarında olmuşdur. Ekspert rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, kobudluq, impulsivlik kimi fərdi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törədərkən psixiemosional vəziyyətində qəzəb yaranmış, həmin halın yaranması onda aşkar olunan xasiyyətin psixopatik cizgiləri ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron RPİ-nə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda adı göstərilən polis idarəsində hər hansı bir təqsirləndici materialın araşdırılması ilə bağlı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə xx.xx.2020 - xx.xx.2020, xx.xx.2020 - xx.xx.2020 və xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri aralığında “Opioid və stimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron RMX PHŞ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yuxanda adı göstərilən xəstəxanaya hər hansı xəstəliklə əlaqədar müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron RİHB-nin Masazır kənd Ərazi Dairəsi üzrə nümayəndəliyinə verilmiş sorğuya cavabdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" sosial xidmət müəssisəsinin sakini - Təqsirləndirilən şəxs ünvan 6 ünvanında həyat yoldaşı Şahid5 ilə birlikdə yaşamış və qonşuların bildirdiklərinə görə heç kəslə hər hansı bir narazılıq, münaqişə və dava-dalaş etməmiş, həmçinin barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron RPİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 170.3; 181.2.1; 181.2.5; 66.3; maddələri ilə təqsirli bilinmiş və 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2011-ci tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 06 (altı) ay hissəsindən azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 69.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Sumqayıt şəhər Probasiya Şöbəsinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 69.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs qeyd edilən cəzanı 14 avqust 2023-cü il tarixdə çəkərək şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin ona təyin olunan əvvəlki cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşür. Ona görə də, onun əməli cinayətlərin residivi kimi qiymətləndirilmir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, digər sübutların məcmusu və işin faktiki halları öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 avqust 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 20 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğunda saxlanılan 01 ədəd sarı rəngli mişar daşı, həmin daşdan qopan 01 ədəd sarı rəngli daş parçası və 01 ədəd qəhvəyi rəngli masa hissəsi (taxta parçası); mişar daşı və taxta parçasının hər birinin üzərində 01 ədəd, ümumi 02 ədəd tük ; 01 ədəd ağ rəngli plastik stəkan, 01 ədəd "Əfsanə" markalı boş pivə butulkası, üzərinə qanabənzər ləkələr hopdurulmuş 03 ədəd pambıqlı çöp; təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş 01 ədəd qara şalvar və 01 ədəd qara yay çəkməsi zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş 01 ədəd uzunqol düyməli ağ rəngli köynək, 01 ədəd qara rəngli yay ayaqqabısı, 01 ədəd göy cins şalvar və 01 ədəd qara tuman qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, hadisə yerinə (soyğunçuluq) baxış, videomüşahidə kameralarına baxış (telefon dükanı) və təqsirləndirilən şəxs hadisə yerindən çıxışını əks etdirən görüntülərə baxış protokollarına əlavə ümumi 05 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 50 (əlli) manat manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 177.2.2 və 180.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğunda saxlanılan 01 ədəd sarı rəngli mişar daşı, həmin daşdan qopan 01 ədəd sarı rəngli daş parçası və 01 ədəd qəhvəyi rəngli masa hissəsi (taxta parçası); mişar daşı və taxta parçasının hər birinin üzərində 01 ədəd, ümumi 02 ədəd tük ; 01 ədəd ağ rəngli plastik stəkan, 01 ədəd "Əfsanə" markalı boş pivə butulkası, üzərinə qanabənzər ləkələr hopdurulmuş 03 ədəd pambıqlı çöp; təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş 01 ədəd qara şalvar və 01 ədəd qara yay çəkməsi ; zərərçəkmiş şəxsin hadisə zamanı əynində olmuş 01 ədəd uzunqol düyməli ağ rəngli köynək, 01 ədəd qara rəngli yay ayaqqabısı, 01 ədəd göy cins şalvar və 01 ədəd qara tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, hadisə yerinə (soyğunçuluq) baxış, videomüşahidə kameralarına baxış (telefon dükanı) və təqsirləndirilən şəxs hadisə yerindən çıxışını əks etdirən görüntülərə baxış protokollarına əlavə ümumi 05 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-417/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-417/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver