Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-418/2024 01.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ №1(124)-418/2024 Azərbaycan Respublikası adından HÖKM Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 01 may 2024-cü il Sumqayıt şəhəri X1 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi – X7, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Xaçmaz rayonu, Mollaburhan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu, Mollaburhan kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “yüngül dərəcəli alkoholiktoksikasiya” halında 15 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 21- ci kilometrliyində, yolun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsinin sol tərəfində cüzi səbəb olan Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib arxa tərəfdən onun baş nahiyəsi istiqamətində daş atmasını bəhanə edərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib bu məqsədlə yerdən götürdüyü daşla qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə ardıcıl üç zərbə vuraraq sonuncuya “başın alın nahiyəsində solda əzilmişcırılmış yaralar, başın yumşaq toxumalarının alt səthində həmin nahiyədə qansızma, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, sol tərəfdən alın sümüyünün basılmış qəlpəli sınığı, baş beynin yumşaq qişasında ocaqlı qansızmalar,beyin maddəsinin ödəmi, beyinciyin yumşaq qişasında ocaqlı qansızmalar” kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə həmin şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 120.2.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsini elan etməklə araşdırmışdır. Belə ki, təqsiləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsindən bildirmişdir ki, Zərərçəkmiş şəxs hadisə baş verən günədək tanımamış və sonuncu ilə arasında əvvəllər dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində spirtli içki qəbul etmək üçün Xaçmaz-Xudat avtomobil yolunun Xudat şəhəri istiqamətində yolun sol tərəfində, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən iki mərtəbəli kafeyə gedib 3 bakal pivə qəbul etmişdir. Həmin gün saat 03 radələrində sonradan adının Qərib olduğunu bildiyi bir yaşlı kişi kafeyə gəlib yan stolda tək oturmuşdur. Qərib içkili olmuş və sonuncunu əvvəllər heç vaxt görməmişdir. Bu səbəbdən də Qəribi tanımamışdır. Qərib kafeyə gəldikdən sonra əli ilə ona işarə edərək onu yanına çağırmışdır. O gedib Qəribin yanında oturanda kafedə ofisiant işləyən adını bilmədiyi xanım Qəribə yaxınlaşıb sonuncunun qolundan tutub çıxarmaq istəyəndə Qərib xanıma qarşı nalayiq ifadələr işlətmişdir. O, Qəribi sakitləşdirmək istəmiş və nalayiq ifadələr işlətməməsini Qəribə bildirmişdir. Buna baxmayaraq Qərib içkili vəziyyətdə olduğundan özünü idarə etməkdə çətinlik çəkmişdir. Daha sonra Qəribin qoluna girərək sonuncu ilə birlikdə kafeni tərk etmişdir. Kafenin birinci mərtəbəsinə düşüb Xaçmaz şəhəri istiqamətində piyada gedərkən Qərib onun arxasınca düşüb onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O isə Qəribin nalayiq ifadələrinə fikir verməmiş və Qəribin içkili olması səbəbindən işlətdiyi söyüşlərə göz yumaraq uzaqlaşmağa çalışmışdır. Kafedən çıxıb Xaçmaz şəhəri istiqamətində asfalt yolun kənarı ilə təxminən 200-250 metr məsafə gəldikdən sonra Qərib yerdən daş götürüb onun arxasıyca atmışdır. Qəribin atdığı daşın onun başının üstündən keçdiyini görüb həmin daşı yerdən götürərək sonuncuya tərəf gəlmişdir ki, özünü müdafiə etsin. Qəribin onun arxasınca ona daş atması və onun ünvanına nalayiq ifadələr işlətməsi artıq onu hiddətləndirmiş və Qəribi etdiyi hərəkətlərə görə cəzalandırmaq qərarına gəlmişdir. Qorxmuşdur ki, Qərib birdən ona güc gələr, onu döyər. Buna görə də yerdən daşı götürmüşdür. Qərib ona daş atanda Qəriblə arasında təxminən 15-20 metr məsafə olmuşdur. Yerdən daşı götürüb Qəribə tərəf gələndə Qərib asfalt yoldan fermalara doğru gedən torpaq yolun kənarında, ət dükanlarının yaxınlığında durmuşdur. Qəribə yaxınlaşıb sağ əlində tutduğu daşla sonuncunun alın nahiyəsinə iki zərbə vurmuşdur. Bu zaman Qərib onun sağ göz nahiyəsinə 2-3 yumruq vurmuşdur. Ayağı ilə Qəribə qarşı fənd işlədib sonuncunu yerə yıxmış və əlindəki daşla bir daha Qəribin təpə nahiyəsinə 1 zərbə vurmuşdur. Bu vaxt Qərib yerə yıxılmış və artıq ona müqavimət göstərə bilməmişdir. Əlindəki daşı oralarda bir yerə atıb Xaçmaz şəhəri istiqamətində bir qədər gəldikdən sonra Qəribə nəsə ola biləcəyindən ehtiyat edərək geri qayıtmışdır. Qəribə çatanda sonuncu, yerdə uzanmış vəziyyətdə olmuş, yaşamış, lakin danışa bilməmişdir. Qəribi əynində olan pencəyindən tutub yerdə sürüyərək torpaq yolun kənarındakı su arxının yanma gətirmişdir. Qəribin üzünə su vurub sonuncunu ayıltmaq istəmişdir. Bu məqsədlə Qəribi ayağa qaldırıb baş nahiyəsini arxa doğru əyəndə Qəribin pencəyi əlindən sürüşmüş və sonuncu, arxın içərisinə düşmüşdür. O, qorxduğundan özü də bilmədən heç nə olmamış kimi qaça-qaça Xaçmaz şəhəri istiqamətində hərəkət etmişdir. Xaçmaz şəhəri ərazisində bir qədər gəzdikdən sonra saat 07 radələrində VAZ 2106 markalı, nömrəsini xatırlamadığı, tanımadığı taksi ilə müdürü Bəxtiyarın yanına getmişdir. Lakin baş vermiş hadisə barədə Bəxtiyara heç bir məlumat verməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadəsi onun 3 bakal pivə içməsinə dair hissəsində doğru deyil. O həmin vaxt kafeyə çay içməyə getdiyini bildirdi. Həmçinin mərhumun əlində hadisə vaxtı bıçaq olduğun lakin bu halın ifadəsində qeyd olunmadığını bildirdi. Bundan başqa Zərərçəkmiş şəxs daşla vurub xəsarət yetirməklə sonuncunu öldürmək niyyəti olmamışdır. Qərib ona arxadan daş atmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Qəribin bu hərəkətlərindən əsəbləşib sonuncunu cəzalandırmaq qərarına gəlmiş və özünü müdafiə etmək üçün yerdən daş götürmüşdür. Əsəbindən nə etdiyini bilməmişdir. Buna görə də daşı götürüb Qəribin üstünə doğru gələrək sonuncunun başına daşla vurmuşdur. Yerdən daşı götürüb Qəribin üstünə gedəndə Qərib onun sağ əlinin 1-ci barmağından tutub barmağını qatlayaraq sındırmağa çalışmışdır. Lakin daşla Qəribin başına 2 zərbə vurmuşdur. Həmin vaxt Qərib yumruqla onun sağ göz nahiyəsinə 2-3 zərbə vurmuşdur. Sağ əlinin 1-ci barmağından və sağ göz nahiyəsindən xəsarət almışdır. Qəribə daşla üç zərbə vurmuşdur. Hadisə barədə polis şöbəsinə məlumat verəcəkmiş. Sadəcə telefonu üstündə olmadığı üçün nahardan sonra şöbəyə yaxınlaşmağı düşünmüşdür. Qəribi arxa qəsdən atmamışdır. O, istəmişdir ki, Qəribin üz nahiyəsinə su vursun və Qərib özünə gəlsin. Lakin Qəribin sifətini arxa doğru əyəndə sonuncunun əynindəki pencək onun əlindən sürüşmüş və Qərib suya yıxılmışdır. O, qorxduğundan heç kimə məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Gücü çatmadığı üçün Qəribi arxdan çıxara bilməmişdir. Telefonu da olmadığı üçün təcili tibbi yardıma məlumat verməmişdir. Həm də hadisənin təsirindən qorxduğu üçün nə edəcəyini bilməmişdir. Hadisə günü 3 bakal pivə içmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində və ona verilə sualları cavablandırarkən göstərmişdir ki, Xaçmaz rayonu, Müşkür kəndində balaca qardaşı Kamran və atası Zərərçəkmiş şəxs ilə bir yerdə yaşamışdır. X19 2014-cü ildə uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etmişdir. Ondan başqa, bacıları Yeganə və Səidə isə ailə həyatı quraraq gəlin köçmüşlər. Zərərçəkmiş şəxs heç bir yerdə İşləməmiş və fərdi əmək fəaliyyəti ilə məşğul olaraq özünü dolandırımışdır. Qərib mehriban, sakit, heç kimlə işi olmayan biri olmuşdur. Qəribin hansısa şəxslə arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavəti olmasını eşitməmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində fındıq alveri ilə məşğul olan Bəxtiyar adlı şəxsin yanında fəhlə kimi işləməsi ilə əlaqədar tanımışdır. Yalçınla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. 14 sentyabr 2023cü il tarixdə saat 23 radələrində atası evə gəlmədiyi üçün narahat olub atasını axtarmağa başlamışdır. Çünki atası adətən evə gec gələn biri olmamışdır. Atasını 15 sentyabr 2023cü il tarix saat 03 radələrinə kimi kənd ərazisində axtarmış və istifadəsində olan mobil telefon nömrəsinə dəfələrlə zəng etmişdir. Lakin atası onun zənglərinə cavab verməmişdir. Kənd ərazisində atasını axtarsa da, Qəribi tapa bilməmişdir. 15 sentyabr 2023-cü il tarixdə saat 10-11 radələrində ona zəng edilərək atasının xəstəxanada olması barədə məlumat verilmişdir. O, əmisi Elbəyi Rzayev və qardaşı Kamranla birlikdə Xaçmaz RMX-ya gəlmişdir. Oradakı mühafizəçi onları morqa aparanda atasının ölməsindən məlumatı olmuşdur. Həmin gün morqda atasının meyitini müayinə etdikdən sonra onlara təhvil vermişlər. Meyiti morqdan təhvil aldıqdan sonra atasını Xaçmaz rayonu, Müşkür kənd qəbirstanlığında dəfn etmişlər. Sonradan məlumatı olmuşdur ki, gecə saatlarında Xaçmaz- Xudat avtomobil yolunun kənarında Yalçınla atasının arasında mübahisə olmuş və Yalçın daşla atasının baş nahiyəsinə vuraraq sonuncunu öldürmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını istəyir. Yalçınla onun, eləcə də ailə üzvlərinin arasında dava-dalaş, mübahisə və ya şəxsi ədavət olmamışdır. Hadisə baş verən günədək Yalçınla atasının arasında dava-dalaş olmasını eşitməmişdir. Əgər onlar arasında əvvəllər ədavət olsaydı, bundan məlumatı olarmış. Eşitdiyinə görə atası Yalçını söydüyü üçün aralarında mübahisə yaranmış və Yalçın Qəribin baş nahiyəsinə daşla vuraraq sonuncunu öldürmüşdür. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Ceyhun Rzayev təqsirləndirilən şəxşdən şikayətçi olduğunu, onu bağışlamadığını və onun barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2023-cü ilin may ayından Xaçmaz- Xudat avtomobil yolunun sol kənarında, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən Nadir adlı şəxsə məxsus kafeni icarəyə götürüb arvadı X8 ilə birlikdə işlədir. Kafedə müştərilər üçün spirtli və spirtsiz içkilər satılır. Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Mollaburhan kənd sakini kimi, Zərərçəkmiş şəxs isə Xaçmaz rayonu, Müşkür kənd sakini kimi tanımışdır. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. Hər iki şəxs işlətdiyi kafeyə müştəri kimi gəlib-getdiyindən onları qiyabi olaraq tanıyır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Yalçın işlətdiyi kafeyə tək gələrək 3 bakal pivə qəbul etmişdir. Təxminən 30 dəqiqə sonra Qərib sərxoş vəziyyətdə kafeyə tək gələrək Yalçının əyləşdiyi masanın yanındakı masaya əyləşib iki bakal pivə qəbul etmişdir. Qərib əvvəllər də bir neçə dəfə kafeyə gəlib spirtli içki qəbul etmiş və sərxoş olduqdan sonra səbəbsiz yerə ətrafdakı şəxslərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Qəribin bu xasiyyətini bildiyi üçün həmin gün Qərib əlavə olaraq bir bakal pivə tələb etdikdə kafenin bağlandığını bildirib sonuncuya spirtli içki verməkdən imtina etmişdir. Buna görə Qərib onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O isə Qəribin sərxoş vəziyyətdə olmasına görə sonuncuya heç bir şey deməyib Qəribi yola verməyə çalışmışdır. Bir qədər sonra Yalçın Qəribin masasına gedib üzbəüz divanda əyləşmişdir. Yalçın masaya gəldikdən sonra Qərib Yalçın üçün bir bakal pivə sifariş etmişdir. Yalçın pivəni içdikdən sonra Qəribin qoluna girərək kafenin bağlandığını və başqa yerə gedib spirtli içkiyə davam etmələrini təklif edərək Qəribi aparmışdır. Qərib isə Yalçının əlindən çıxıb getmək istəməmişdir. Qərib öz içdiyi pivələrin, Yalçın isə öz içdiyi spirtli içkinin pulunu ödəmişdir. Onlar kafeni tərk edib pilləkənlərlə 1-ci mərtəbəyə düşəndə Qərib onların ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar təxminən saat 05 radələrində kafeni tərk edib getmişlər. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində sahə rəisi Fikrət müəllim ona zəng edərək kafenin saat neçəyə kimi fəaliyyət göstərdiyini və gecə vaxtı qoca kişinin kafedə olub-olmamasını soruşub qısa zaman ərzində kafeyə gəlməyini demişdir. O, gecə qoca bir kişinin kafedə olduğunu dedikdən sonra kafeyə gəlmişdir. Kafedə Fikrət müəllim kameralara baxdıqdan sonra Qəriblə birlikdə çıxan şəxsin kim olduğunu soruşmuşdur. Həmin şəxsin fındıq satan Yalçın olduğunu bildirmişdir. Bundan sonra Fikrət müəllim tələsik kafeni tərk edib getmişdir. Sonradan məlumatı olmuşdur ki, Yalçın Qəriblə birlikdə kafedən çıxdıqdan sonra Xaçmaz şəhəri istiqamətinə gedib yolun kənarında Qəribin başına daşla vuraraq sonuncunu öldürmüş və Qəribin meyiti yolun kənarındakı arxda aşkar edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər dava-dalaş, mübahisə olmasının şahidi olmamış və bu barədə də eşitməmişdir. Yalçınla Qəribi əvvəllər bir yerdə görməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş, mübahisə olmamışdır. Yalçın sakit, mülayim biri olmuşdur. Yalçının niyə belə hərəkət etdiyini hələ də bilmir. Qərib isə spirtli içkidən sonra ağzının danışığını bilməmiş və hamıya qarşı söyüşlər söymüşdür. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs kafedə olarkən kafedə ondan başqa, arvadı Məlahət, dostları Rəşad və Mehriban olmuşdur. Rəşad və Mehriban həmin gün kafeyə qonaq gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2023-cü ilin may ayından Xaçmaz- Xudat avtomobil yolunun sol kənarında, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən Nadir adlı şəxsə məxsus kafeni icarəyə götürüb əri Şahid1 ilə birlikdə işlədir. Kafedə müştərilər üçün spirtli və spirtsiz içkilər satılır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs işlətdiyim kafeyə gələn müştəri kimi tanımışdır. Onlarla arasında dostluq, düşmənçilik və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Qərib sərxoş vəziyyətdə kafeyə gəlmişdir. Qərib pivə sifariş edərək nə kimi qəlyanaltıların olduğunu ondan soruşmuşdur. Qribə pendir, qurudulmuş balıq olduğunu deyəndə Qərib balıq sifariş etmişdir. Həmin vaxt bir anlıq Yalçının yan tərəfdəki masada əyləşdiyini görmüşdür. O, adətən zalda yox, mətbəxdə olduğundan hansının kafeyə birinci gəldiyini bilməmişdir. Qərib bir-iki bakal pivə içdikdən sonra əlavə pivə sifariş edəndə onlar Qəribə pivə verməkdən imtina etmişlər. Çünki Qərib ayaq üstə dayana bilməmiş və sərxoş olduğundan özünü idarə etməkdə çətinlik çəkmişdir. Qəribə pivə vermədikləri üçün Qərib qışqırıbbağırmış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. X10 masasına gəlib sonuncu ilə üzbəüz divanda əyləşdiyini görmüşdür. Bir qədər sonra, yəni saat 05 radələrində Yalçınla Qərib içdikləri pivənin pulunu ödəyib kafeni tərk edib getmişlər. Səhəri gün saat 11 radələrində eşitmişdir ki, Yalçın Qəriblə birlikdə kafedən çıxdıqdan sonra Xaçmaz şəhəri istiqamətinə gedib yolun kənarında Yalçın Qəribin başına daşla vuraraq sonuncunu öldürmüş və Qəribin meyiti yolun kənarındakı arxda aşkar edilmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər dava-dalaş, mübahisə olmasının şahidi olmamış və bu barədə də eşitməmişdir. Yalçınla Qəribi əvvəllər bir yerdə kafedə görməmişdir. 09.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş, mübahisə olmamışdır. Yalçın sakit, mülayim biri olmuşdur. Yalçından belə hərəkət gözləməmişdir. Qərib isə spirtli içkidən sonra ağzının danışığını bilməmiş və hamıya qarşı söyüşlər söymüşdür. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs kafedə olarkən kafedə ondan başqa, əri Sərdar, dostları Rəşad və Mehriban olmuşdur. Rəşad və Mehriban həmin gün kafeyə qonaq gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2013-cü ildən Daxili işlər Nazirliyi Baş Mühafizə İdarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə Polis Alayının 3-cü bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. Polis nəfərləri Bəşirağa Əlosmanov və Şahid6 ilə birlikdə xx.xx.2023-cü il tarix 09:00- dan xx.xx.2023-cü il tarix saat 09:00-dək olan müddət ərzində Xaçmaz-Xudat avtomobilin yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsində "xxxx" ASC-yə məxsus inzibati binada xidmətə təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Köhnə Xaçmaz kənd sakini Şahid3 ona yaxınlaşaraq yaxınlıqdan keçən su arxında kişi meyiti aşkar etdiyini bildirmişdir. Sahibin bu sözündən sonra sonuncunun dediyi yerə gedib su arxına baxaraq kişi meyitini gördükdən sonra rəisi Nurağa Qurbanova məlumat vermişdir. Nurağa müəllim bu barədə Xaçmaz RPŞ-ni məlumatlandırmışdır. Daha sonra hadisə yerinə Xaçmaz RPŞ və Xaçmaz rayon prokurorluğunun əməkdaşları gələrək meyiti müayinə olunması üçün morqa aparmışlar. Həmin gün günorta saatlarında eşitmişdir ki, Yalçın adlı şəxs Qərib adlı şəxsin başına daşla vuraraq sonuncunu öldürmüşdür. “Azərsu" ASC-yə məxsus inzibati binadan Zərərçəkmiş şəxs meyitinin aşkar edildiyi su arxına kimi təxminən 200 metr məsafə vardır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında "xxxx" ASC-yə məxsus inzibati binada xidmət aparan zaman yaxınlıqda kimlərinsə mübahisə etməsinin şahidi olmamış və ya bununla bağlı heç bir səs eşitməmişdir. Həmçinin yaxınlıqda hansısa şəxsin köməyə çağırış səslərini eşitməmişdir. “Azərsu" ASC-yə məxsus xidmət apardığı inzibati binanın yaxınlığındakı ət dükanının qarşısında kimsə çağırış üçün səslənərsə, xidmət apardığı yerdən bunun eşidilməsini mümkündür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, istifadəsində “Kamaz” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var və həmin avtomobillə ayrı-ayrı şəxslərə məxsus tikinti materiallarının daşınması üzrə fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində evdən çıxıb saat 07:20 radələrində Xaçmaz-Xudat avtomobil yolunun kənarında yerləşən “Azərsu" ASC-yə məxsus binanın qarşısına gəlib orada saxladığı avtomobili işə salmış və maşını idarə edərək ət dükanının qarşısına gəlmişdir. Ət dükanının yaxınlığından su arxı keçdiyi üçün maşının salonunu təmizləmək istəmişdir. Maşından düşəndə ət dükanının yanından keçən torpaq avtomobil yolunun üzərində iki ədəd tərlik, 01 ədəd papaq, qan və sürtünmə izlərini aşkar etmişdir. Sürtünmə izləri qandan arxa doğru uzanmışdır. Arxa yaxınlaşıb su götürmək istəyəndə arxın içərisində tanımadığı kişiyə məxsus meyit aşkar etmiş və dərhal geri qayıdıb “Azərsu" ASC-yə məxsus binada xidmət aparan polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Xaçmaz RPŞ-nin və Xaçmaz rayon prokurorluğunun əməkdaşları gəlmişlər. Həmin gün günorta saatlarında eşitmişdir ki, Yalçın adlı şəxs Qərib adlı şəxsin başına daşla vuraraq sonuncunu öldürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2023-cü İl tarixli protokoldan görünür ki, hadisə yeri Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun 21-ci kilometrliyində, yolun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən hissəsinin sol tərəfidir. Asfalt yolun kənarından fermalar və fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə doğru eni 7.65 metr olan torpaq yol vardır. Asfalt yolun kənarından 3 metr məsafədə torpaq yolun üzərində 01 ədəd sarı rəngli, içərisi yarıya kimi su ilə dolu vəziyyətdə olan qab aşkar edilmişdir. Həmin qabdan 1,26 metr sağ tərəfdə 28x25 sm sahəni əhatə edən qırmızıqonur rəngli qanabənzər gölməçə görünür. Həmin qanabənzər gölməçədən pambığa hopdurulmaqla 02 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan qanabənzər gölməçədən 1,28 metr məsafədə sağ tərəfdə 01 ədəd tərliyin sağ tayı aşkar olunmuşdur. Qanabənzər gölməçədən 1,28 metr məsafədə irəlidə 01 ədəd qara rəngli idman papağı, papaqdan 0,70 metr sağ tərəfdə isə 01 ədəd tərliyin sol tayı, papaqdan 1,10 metr irəlidə isə 24x20 sm sahəni əhatə edən qanabənzər gölməçə vardır. Qeyd olunan qanabənzər gölməçədən pambığa hopdurulmaqla 01 ədəd nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin qanabənzər gölməçədən 9,50 metr sol tərəfdə, asfalt avtomobil yolunun kənarından isə 14 metr məsafədə eni 2.70 metr olan su arxı vardır. Su arxının içərisində yarıçılpaq vəziyyətdə kişi meyiti aşkar edilmişdir. Asfalt avtomobil yoluna ən yaxın məsafədə aşkar edilmiş qanabənzər gölməçədən meyitin olduğu arxa kimi torpaq yolun üzərində sürtünmə izlərinin və qurumuş vəziyyətdə qanabənzər ləkələrin olduğu görünür. X13 aparılmış əməliyyat-axtarış fəaliyyəti nəticəsində naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edildiyini, meyitin Xaçmaz rayonu, Müşkür kənd sakini Zərərçəkmiş şəxs, aşkar edilmiş geyim əşyalarının isə sonuncuya məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs meyiti arxdan çıxarılaraq daxili və xarici müayinə olunması üçün Xaçmaz RMX-nın morquna aparılmışdır. Baxış zamanı 01 ədəd su qabı, 01 ədəd papaq, 01 cüt tərlik müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, meyitin xarici müayinəsi zamanı alnında solda bir-birindən 2 sm aralı, 2 ədəd boylama çəp istiqamətdə, kənarları nahamar, qurtaracaqları küt, sümük toxumasına qədər dərinliyi olan, kənarları qansızmalı, tünd qırmızı qanlı ifrazatlı, 2,5x3 və 5,5x0,5 sm ölçüdə yara vardır. Meyitdən 01 ədəd flakonda qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi daşa baxış keçirilmiş və həmin predmet müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd kompakt diskə baxış keçirilmişdir. Diskdə 01 ədəd “İMG_3400” adlı video görüntü vardır. İştirakçı Şahid1 həmin videoda Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən özünə məxsus kafedə quraşdırılmış müşahidə kamerasının xx.xx.2023-cü il tarixdə gecə saatlarında qeydə aldığı görüntülərin olduğunu bildirmişdir. Video görüntü 08:20 dəqiqədən ibarətdir. Görüntünün yuxarı sağ hissəsində tarixin xx.xx.2023-cü il, saatın isə 04:02 olması qeyd edilmişdir. İştirakçı Şahid1 texniki səbəblərdən müşahidə kamerası görüntüsündəki tarixin səhv, saatın isə düzgün qeyd edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs eyni masa arxasında üzbəüz istiqamətdə divanda əyləşdikləri, saat 04:20-də isə birlikdə kafeni tərk edib getdikləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs kafedə olduqları müddət ərzində aralarında dava-dalaş və ya mübahisə olması müəyyən edilməmişdir. Təqdim olunan 01 ədəd CD disk müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin Qeyd olunan video görüntülər məhkəmə istintaqı zamanı araşdırılmışdır. Məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 55 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı başın alın nahiyəsində solda əzilmiş-cırılmış yaralar, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində həmin nahiyədə qansızma, yumşaq beyin qişası üzərinə, baş beyin toxumasına və beyin mədəciklərinə qansızma, sol tərəfdən alın sümüyünün basılmış qəlpəli sınığı məhkəmə- histoloji müayinə zamanı baş beynin yumşaq qişasında ocaqlı qansızmalar, beyin maddəsinin ödemi, beyinciyin yumşaq qişasında ocaqlı qansızmalar aşkar edilmişdir ki, bunlar da küt əşyanın təsirindən törənməklə həyati olub ölümündən az əvvəlki vaxtda yetirilməyə uyğundur, canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətdiyindən sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülən daxili üzv hissələrinin və qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə edilən vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur. Məhkəmə-tibb ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 714 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsnElçin oğlunun bədəni üzərində obyektin olaraq hər hansı xəsarət və onun izi aşakar edilməmişdir. Məhkəməballistik ekspertizasının 20 oktyabr 2023-cü il tarixli,3-16-16/2- 3/1467;3/1475 saylı rəyindən müəyyən olunur ki, təqdqiqata təqdim edilmiş predmet daşdır, soyuq silah hesab edilmir. Təqdqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs ğoluan məxsus və təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus əşyalar üzərində trasoloji zədə aşkar edilməmişdir. Məhkəmə-genetik ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 23/778 nömrəli rəyindən görünür ki, hadisə yerindən 03 ədəd pambıq tampon üzərində götürülmüş qanabənzər ləkələr insan mənşəli qan nümunəsidir. Hadisə yerindən 03 ədəd pambıq tampon üzərində götürülmüş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Komisyon-kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 14 oktyabr 2023-cü il tarixli, 2879 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 16 sentyabr 2023-cü il tarixli, 18-1-43/2-2740/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:46 radələrində müayinə olunmuş və ona “yüngül dərəcəli alkoholiktoksikasiya” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xaçmaz ryon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-vü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmişin ona vurmaq istədiyini və aktiv şəkildə ona hücum edib barmağına xəsarət yetirdiyini və əlində bıçaq olduğunu bildirmişdir. Lakin iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Həmçinin hadisə yeri müayinə olunarkən təqsirləndirilən şəxsin mərhuma xəsarət yetirdiyi daş aşkar olunaraq maddi sübut kimi tanınmış lakin təqsirləndirilən şəxs həmin vaxt mərhumun əlində bıçaq olmasını heç bir ifadəsində bildirməmişdir. Bundan başqa təqsirləndirilən şəxs mərhumu öldürmək niyyətinin olmadığını lakin özünü müdafiə etdiyini bildirsədə, məhkəmə istintaqı zamanı nəyə görə təcili tibbi yardıma müraciət etmədiyini, nəyə görə mərhumu su kanalına atdığını, hadisə yerindən hansı səbəbdən heç kəsə məlumat vermədən yayındığını heç bir məntiqi və ağlabatan cavabla izah edə bilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 12 dekabr 2002-ci il tarixli Qərarında da göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti insan ləyaqətinə hörmətsizliklə, ictimai maraqlara, davranış qaydalarına və qanunlara qarşı laqeydliklə bağlı olan eqoizmdən əmələ gəlir. Xuliqanlıq motivi həm də özünü onda göstərir ki, bu zaman subyektə cinayətkar əməlin özü zövq verir və o, bu əməli törətməklə özünü göstərmək istəyir. Xuliqanlıq motivi ilə adam öldürmə cinayətində bəzən qisasın elementinə də rast gəlinir. Lakin burda qisas hər şeyi həll edən motiv kimi deyil, məhz ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla ən xırda bir məsələni şişirdərək xüsusilə ağır formada qisas almaqla xuliqanlıq niyyətinin yaranmasına səbəb olan bəhanə kimi çıxış edir. Yəni bu zaman şəxs qisas motivindən məhz bəhanə kimi istifadə etmiş olur. Belə ki, məhkəmə kollegiyası mərhum Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlərin sayı və lokalizasiyasını, hadisə vaxtı spirtli içki qəbul etdiyində görə sərxoş olan zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsini özünə təhqir hesab edib bunu bəhanə etməklə sonuncunun heç bir əsaslı səbəb olmadan öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, yəni öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla əlində olan daş parçası ilə ona çoxlu sayda xəsarət yetirməsini, həmçinin işin bütün hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsi xuliqanlıq niyyətilə qəsdən həyatdan məhrum etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə əsasən qəsdən xuliqanlıq niyyəti ilə adam öldürmə - on dörd ildəm iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X15 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Xaçmaz Rayon Məhkəməsinin 17 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə ekspertizalarına sərf olunmuş 304 (üç yüz dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan olan 01 ədəd daş, 03 ədəd qan nümunəsi, 01 ədəd flakonda qan cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 304 (üç yüz dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan olan 01 ədəd daş, 03 ədəd qan nümunəsi, 01 ədəd flakonda qan cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli X14 Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(124)-418/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-418/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver