Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-419/2024 11.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Nizami oğlunun sədrliyi, X12 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər – X2 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B/l-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 165B/l-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 əvvəlcədən vəd verməklə qardaşı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədilə, qanunsuz olaraq, külli miqdarda 11 (on bir) ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 1,137 qram, 0,296 qram, 0,543 qram, 0,187 qram, 0,275 qram, 0,181 qram, 0,259 qram, 0,232 qram, 0,317 qram, 0,155 qram və 0,081 qram-ümumi təmiz çəkisi 3,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,338 qram, 0,152 qram və 0,053 qram-ümumi təmiz çəkisi 0,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə və psixotrop maddələri qazanc əldə etmək üçün daha baha qiymətə satışını həyata keçirməyi, özlərinə də qəbul etməyə həmin maddələrdən bir hissəsini götürməyi, növbəti dəfə narkotik vasitə psixotrop maddələr əldə etmək üçün həmin maddələrin satışını həyata keçirməyi öhdəsinə götürdükdən sonra Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda, 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qram və 0,081 qram-ümumi təmiz çəkisi 0,236 qram heroini və şəxsi istehlak miqdarında, 01 ədəd bükümdə təmiz çəkisi 0,053 qram metamfetamini üzərində daşıyaraq gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 isə şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram metamfetamini üzərində daşıyaraq gizlətməklə saxlamış, külli miqdarda, 09 ədəd bükümdə ümumi təmiz çəkisi 3,427 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda,01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram metamfetamini yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanda yerləşən evin yataq otağında gizlətməklə saxlamış, 29 may 2023-cü il tarixdə, saat 19:05 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs2 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda,2 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,155 qram və 0,081 qram-ümumi təmiz çəkisi-0,236 qram heroin və şəxsi istehlak miqdarında, 1 bükümdə təmiz çəkisi 0,053 qram metamfetamin, Təqsirləndirilən şəxs1nn üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram metamfetamin, bundan sonra əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 23:05 radələrində onun Sumqayıt şəhəri, Betonzavod ərazisi, 112A saylı ünvanda yerləşən yaşadığı yataq otağında, Təqsirləndirilən şəxs1n iştirakı ilə keçirilən baxış zamanı kreslonun üzərindəki balıncın altında gizlətdiyi pul çantasının içərisindəki metal qutunun içərisindən külli miqdarda, 09 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,137 qram, 0,296 qram, 0,543 qram, 0,187 qram, 0,275 qram, 0,181 qram, 0,259 qram, 0,232 qram, 0,317 qram-ümumi təmiz çəkisi-3,427 qram heroin və şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, Asan Xidmətə ölüm kağızının arxasınca getmiş və ordan nənəsigilə gəlmişdir. Təxminən on beş dəqiqə keçdikdən sonra polis əməkdaşları evə daxil olmuşlar. O, polislərdən evə daxil olmaqla bağlı icazə kağızının olub-olmadığını soruşmuşdur. Polislər onları idarəyə aparmışlar. Onun üstündə heç nə olmamışdır. O, narkotik vasitələrin istifadəçisi olmuşdur. İdarədə olarkən onun üzərində narkotik vasitə olmamışdır. Polislər idarədə onun qarşısına narkotiki qoyaraq narkotik istifadəçisi olduğunu bildirmişlər. Sonra isə evə çəkiliş etmək üçün getmişlər. Narkotiki kreslonun yanına qoyacaqlarını və onun oradan o narkotiki çıxarıb onlara təqdim etməli olduğunu söyləmişlər. Həmin ev onun nənəsigilin evi olmuşdur. Onun özü ayrı evdə yaşamışdır. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. O və qardaşı narkotik vasitələrin istifadəçisi olmuşlar. Onlar narkotik vasitəni birlikdə istifadə etməmişlər. Onların üstündə narkotik vasitə olmamışdır. O, qardaşına istifadə etmək məqsədilə narkotik verməmişdir. İlk olaraq idarəyə onu aparanda ona narkotik vasitələrdən istifadə ilə bağlı ittiham vermişlər. Onun qardaşı istintaqda bacısından narkotik vasitələri pulla aldığını bildirdikdən sonra ona 234.4.3-cü maddəsi ilə də ittiham vermişlər. O, qardaşına pulla və ya hədiyyə kimi narkotik vasitə verməmişdir. Polislər ona narkotiki boynuna almasa onun üzərinə narkotiki kilo ilə qoyacaqlarını bildirmişlər. Onun istifadəsində ***-**-** nömrəsi olmuşdur. Həmin nömrədə yazışmaları olsa da, o yazışmalar satış məqsədilə olmamışdır. Satış məqsədi ilə ondan narkotik vasitə istəyən olmamışdır. Kimsə istəyibsə vermişdir, amma satış məqsədilə verməmişdir. Onun istifadəsində ***-**-** nömrəsi olsa da ora başqa nömrəni qeyd etmişlər. İttiham aktında yazıblar onun qapının ağzında tutulduğu yazılsa da, onu evdə tutmuşlar. O, səkkizinci mikrorayonda yaşamışdır. İran vətəndaşı ilə sosial şəbəkə üzərindən yazışmaları olmamışdır. Smslərdən konum aşkar olunmamışdır. Birinci polis əməkdaşları evə daxil olmuşlar. Əvvəlcə qardaşını sonra isə onu aparmışlar. İran vətəndaşından konum vasitəsi ilə narkotiki götürərək qardaşına verdiyi və həmin narkotik vasitəsinin bir hissəsini sataraq gəlir əldə etməsi və yenidən o qazancla narkotik vasitə almaqları ilə bağlı verdiyi ifadəni qəbul etməmişdir. Müstəntiq ona bu cür ifadə verərsə onu ev dustaqlığına buraxacağı vədini vermişdir. Ondan sonra üzərində marixuana aşkar olunmuşdur. O təxminən üç-dörd ildir ki, narkotik vasitə qəbul etmişdir. Qardaşının onun narkotik vasitə istifadəçisi olmasından xəbəri olmuşdur. Evə baxış keçiriləndə onun xalası da evdə olmuşdur. Həbslə bağlı məhkəməyə çıxarılanda burda dediklərini orda da demişdir. O, qərarda göstərilən kimi ifadə verməmiş və təqsirli olduğunu deməmişdir. İstintaq zamanı ona təsir və təzyiq olmamış, lakin təhqiredici ifadələrdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ünvan 4vində qardaşı Qabillə birlikdə yaşayır. Təxminən 2 aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 2 ay əvvəl votsap sosial şəbəkəsində Yusif adlı İran vətəndaşı ilə tanış olmuş, Yusifə metamfetamin qəbul etdiyi və ona təşkil etməsini demiş, Yusif ona ucuz qiymətə, yəni qramı 25 manata heroin və metamfetain təşkil edə biləcəyini təklif etdikdə o, razılaşmış, bu barədə narkotik və psixotrop maddələr qəbul edən qardaşı Qabilə dedikdə, Qabil ona İranlı Yusiflə əlaqəsini davam etdirməyini və Yusifin dediyi maddələri təşkil etməsini demiş və X20 göndərəcəyi narkotik və psixotrop maddələrin qazanc əldə etmək üçün daha baha qiymətə satışını həyata keçirmələri, özlərinə də qəbul etməyə həmin maddələrdən bir hissəsini götürmələri, İranlı Yusifdən növbəti dəfə narkotik və psixotrop maddələr əldə etmək üçün həmin maddələrin satışından əldə etdikləri puldan ona verməyi ilə razılaşmışlar. İranlı Yusiflə +**********01 saylı nömrəsi ilə onun ***-***-**-** nömrəsinin votsapı ilə əlaqə saxlayırmışlar, Yusifin adını kontaktda "Yusqa" kimi qeyd etmişdir. İranlı Yusif narkotik və psixotrop maddələri Bakı şəhərində qoydurduğu ünvanların fotoşəkillərini ona votsapla işarələnmiş konumunu, yəni məkan yerini göndərirmiş, o da İranlı Yusifin ona göndərdiyi kart nömrə hesabına deyilən məbləğdə pul göndərirmiş, əldə etdiyi həmin maddələrdən bir hissəsini özü üçün götürürmüş, qalan hissəsini isə satmaq üçün Qabilə vermiş, Qabil də heroini tanışlarına, həmçinin arabir onun özünün dediyi şəxslərə də satıb əldə etdiyi pulu ona verirmiş, bunun müqabilində Qabilə və özünə də qəbul etməyə heroin və biraz da pul qalırmış. Tutulmazdan bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə İranlı Yusiflə əlqə saxlayan zaman ona 420 manat müqabilində Bakı şəhəri Neftçilər ərazisində ümumilikdə 15 qram heroin və metamfetaminin qoydurduğu yerin irarələnmiş konumunu göndərmiş, o, da həmin maddələri əldə etdikdə sonra Yusifin ona dediyi hesaba Nefçilər ərazisində yerini xatırlamadığı "Milliön" ödəmə terminalı vasitəsilə 420 manant pulu razılaşdıqları kimi Yusifə göndərmişdir. Sonra həmin maddələri yaşadığı evə gətirmiş, bir hissəsini Qabilə satmaq üçün vermiş, bir hissəsini özünə qəbul etmiş, bükümdə qalan hissəsini isə, bükümlərə bölüb 1 büküm metamfetamini əynindəki idman şalvarının cibinə qoyub istəyən vaxtı qəbul etmək üçün saxlamış, digər bükümləri isə metal qutuya qoymuş və həmin metal qutunu da özünə məxsus kiçik həcmli qara rəngli pul çantasına qoyub evdə yataq otağında kreslonun üzərinə qoyub üstünə də balınc qoyub gizlətmişdir. Onsuz da evdə onun yataq otağına heç kim girmirmiş və həmin maddələri evdə olan xalası və nənəsi görə bilməzdi. Belə ki, 29,05.2023-cü il tarixdə saat 19:05 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanın qarşısında Qabil, Qablin tanışları Xanəliyev Elçin, Abasəliyev Kənan, Könül Ələkbərova və Telman Səmədovla birlikdə olan zaman onlara bir neçə şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPl-nin polis işçiləri olduqlarını bildirib onu və qardaşı Qabili saxlamışlar, onlara narkotik vasitələrin qəbulu, üzərlərində gəzdirməkdə və satışında şübhəli olduqları üçün saxladıqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş, həmçinin onlarla olan tanışlarına da birlikdə gəlməyə təklif etdikdə onlar etiraz etməmişlər və birlikdə Sumqayıt polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqda şübhəli şəxs qismində tutulmağı, bunula əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilərək vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan özünə X9 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların, həmçinin dəvət olunmuş qadın iştirakçı Mələk Əhmədovanın iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynimdə olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümdə olan metamfetamini təqdim etmiş, həmin bükümün içərisinə baxılanda metamfetamin aşkar olunmuşdur. Ona verilən şifahi suallara cavab olaraq metamfetamini haradan əldə etdiyini, həmçinin yaşadığı evdə yataq otağında da heroin və metamfetain saxladığını, bundan başqa qardaşı Qabilə də həmin maddələri satmaq üçün verdiyini, Qabil də tanışlarına həmin maddələrdən sataraq pulu ona verdiyini və yaşadığı ünvana polislər tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin bükümü elektron tərəzidə çəkilərək çəkisi 0,23 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş ***-***-**-** saylı nömrə ilə işləyən Redmi markalı mobil telefonu təhqİqatçı tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra onlan yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmaması barədə müdafiəçinin iştirakı ilə ərizə alındıqdan sonra yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda fərdi yaşayış evə daxil olmuşlar, yaşadığı ünvana videoçəkilişlə baxış keçirməzdən əvvəl ona yaşadığı ünvanda qanunsuz əşya və ya predmet varsa təqdim etməyim təklif olunmuş, o, da evdə yataq otağında olan kreslonun üzərindəki balıncın altında saxladığı 1 ədəd qara rəngli kiçik ölçülü pul çantasını təqdim etmiş, həmin çanta açılan zaman içərisidəki metal qutunun içərisinə baxılan zaman bükülmüş vəziyyətdə 1 ədəd 1 manatlıq pul əskinazı aşkar olunmuş, həmçinin aşkar olunmuş 9 ədəd şəffav selofan bükümlərdə heroin və 1 ədəd kağız bükümdə metamfetamin olduğunu bildirmiş, həmin bükümlərin içərisinə baxılan zaman heroin və metamfetamin aşkar olunmuşdur. Yaşadığı ünvandan aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, 9 ədəd bükümdə olan heroinin ümumilikdə çəkisi 4,63 qram, 1 ədəd bükümdə metamfetaminin çəkisi isə 0,55 qram olmuş, həmin maddələr ekspertizaya jöndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra yaşadığı otağa keçirilən baxış zamanı cinayət xarakterli digər əşya, predmet və s.aşkar olunmamış və götürülməmişdir. Sonra polis idarəsinə qayıtmışlar, təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilərək götürülmüş metamfetamini, həmçinin yaşadığı ünvandan aşkar olunaraq götürülmüş heroini və metamfetamini xx.xx.2023-cü il tarixdə Yusif adlı İran vətəndaşının Bakı şəhəri Neftçilər ərazisində öncədən razılaşdıqları kimi qoydurduğu yerdən götürüb əldə etmişdir. Əvvəllər bir neçə dəfə Yusif adlı İran vətəndaşının qoydurduğu yerdən narkotik və psixotrop maddələr götürüb əldə etmişdir. X40 Respublikasının vətəndaşıdır, onunla votsapla əlaqə saxlayırmış, Yusifin kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Yusifin adlı İran vətəndaşının narkotik və psixotrop maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heçnə soruşmamışdır. Yusif adlı İran vətəndaşı ilə sonuncunun qoydurduğu yerdən narkotik və psixotrop maddələri götürməyi və pulunu ona sonradan göndərəcəyi hesaba göndərməyi ilə razılaşmışlar. Həmin maddələri Bakı şəhəri, Neftçilər ərazisində kim və ya kimlər tərəfindən, qoyulması, narkotik vasitənin haradan gətirilməsi barədə məlumatı yoxdur.Yusif adlı İran vətəndaşına narkotik və psixotrop maddələri özünə qəbul etmək üçün əldə etdiyini demiş, satmaq üçün əldə etdiyini deməmişdir. Qardaşı Qabil onun İran vətəndaşı Yusifdən narkotik və psixotrop madədləri satmaq üçün əldə etdiyini bilirmiş, Qabilə bu barədə demişdir. Qabil bilirmiş ki, o, İran vətəndaşı Yusifdən narkotik və psixotrop maddələri satmaq üçün əldə edir, Qabil özü ona deyirmiş ki, İranlı Yusiflə əlaqəni kəsməsin, Yusif onlara həmin maddələri təşkil etsin. Qabilin həmin İran vətəndaşı Yusiflə heç bir əlaqəsi olmamışdır.Qabil həqiqətən də, ona İranlı Yusiflə əlaqəsini davam etdirməyi, narkotik və psixotrop maddələri təşkil etməyini demişdir, çünki Qabilin özünə də həmin maddələrdən və pul qalması müqabilində onun üçün həmin maddələrin daha baha qiymətə satışını həyata keçirməsi və əldə etdiyi pulu növbəti dəfə həmin maddələrdən əldə etmək üçün mənə verməsi, bunun müqabilində Qabilin özünə də həmin maddələrdən və pul qalacağı ilə bağlı qabaqcadan razılaşmışlar. Məqsədləri özlərinə qəbul etməyə narkotik və psixotrop maddə qalması və hər ikisinin pul əldə etmək olmuşdur. O, özü İran vətəndaşı Yusifin qoydurduğu yerdən narkotik və psixotrop maddələri götürməsi, həmçinin həmin maddələri Qabilə satmaq üçün verdikdən sonra əldə olunan pulu Qabilin ona verməsi və o, özü həmin puldan İran vətəndaşı Yusifə göndərəcəyi ilə qabaqcadan razılaşmışdır. Ona görə də o, özü həmin maddələri əldə edirmiş və pulu da özü İran vətəndaşı Yusifə göndərirmiş. Narkotik və psixotrop maddələri ona müraciət edən müxtəlif şəxslərə satmışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, həmin nömrəyə göndərilmiş və onun göndərdiyi sms-lər barədə fikir söyləmək istəmir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o evdə olan zaman polis əməkdaşları evə daxil olmuşlar. Onları evdən götürərək Sumqayıt Polis İdarəsinə aparmışlar. O, bacısı ilə bir evdə olmamışdır. O, nənəsi ilə yaşamışdır. Onda şəxsi istifadəsi üçün alıdığı narkotik vasitə olmuşdur. Bacısının onda narkotik vasitələrin olubolmamasını bilməsindən xəbəri olmamışdır. O, bacısına narkotik vasitə verməmişdir. Bacısı ona həmin günü narkotik vasitə verməmişdir. Bacısı ona narkotik almağı üçün pul vermişdir. Kresloda aşkar olunma zamanı orada olmamışdır. Üstündə aşkar olunandan başqa aşkar olunmuş narkotikdən xəbəri olmamışdır. Polisdə təzyiq göstərdiklərinə görə narkotik vasitəni bacısından aldığını demişdir. O, narkotiki bacısından almamışdır. Ona polisdə təsir olmuşdur. Polis əməkdaşları ona qarşı təhqiramiz sözlərdən istifadə etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A ünvanda nənəmin evində bacısı Nicabətlə birlikdə yaşayır. Təxmiənn 10 ildir ki, narkotik maddələrdən istifadə edir. Nicabət təxminən 2 aydır ki, psixotrop maddə metamfetamin qəbul edir. Təxminən 2 ay əvvəl Nicabət ona demişdir ki, votsapda İran vətəndaşı Yusif adlı şəxslə tanış olmuşdur, Yusif ona ucuz qiymətə narkotik və psixotrop maddələr təşkil edə biləcəyini təklif etmişdir. Nicabət ona təklif etmişdir ki, əldə etdiyi narkotik və psixotrop maddələri onun üçün satsın, bunun müqabilində ona da özünə qəbul etməyə narkotik maddələrdən qalar, o, etiraz etməmiş X10 üçün göndərəcəyi narkotik və psixotrop maddələrin qazanc əldə etmək üçün daha baha qiymətə satışını həyata keçirməyi, özlərinə də qəbul etməyə həmin maddələrdən bir hissəsini götürmələri, İranlı Yusifdən növbəti dəfə narkotik və psixotrop maddələr əldə etmək üçün həmin maddələrin satışından əldə etdikləri puldan Nicabətə verməyi ilə razılaşmışlar. Nicabət deyirmiş ki, İranlı Yusif narkotik və psixotrop maddələri Bakı şəhərində qoydurduğu ünvanların fotoşəkillərini göndərir, Nicabət də İranlı Yusifin ona göndərdiyi kart nömrə hesabına deyilən məbləğdə pul göndərir. Nicabət göndərilən həmin maddələrdən bir hissəsini özü üçün götürürmüş, qalan hissəsini isə satmaq üçün ona verirmiş, o da heroini tanışlarına verirmiş, həmçinin özü də tanışları ilə birlikdə qəbul edirmiş, həmçinin Nicabətin özünün dediyi şəxslərə də verib, əldə etdiyi pulu Nicabətə verirmiş, bunun müqabilində özünə də qəbul etməyə heroin qalırmış. Bir neçə gün əvvəl Nicabətdən pul müqabilində heroin və metamfetamin almış, həmin maddələri kibrit qutusuna saxlayırmış, istəyən olsa verirmiş və özü də həmin şəxslərlə qəbul edirmiş, içərisində heroin və metamfetamin bükümləri olan kibrit qutusunu həmişə üzərində gəzdirirmiş. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanın qarşısında Nicabət, tanışları Xanəliyev Elçin, Abasəliyev Kənan, Könül Ələkbərova və Telman Səmədovla birlikdə olan zaman onlara bir neçə şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPf-nin polis işçiləri olduqlarını bildirib onu və bacısı Nicabəti saxlamışlar, onlara narkotik vasitələrin qəbulu, üzərləridə gəzdirməkdə və satışında şübhəli olduqları üçün saxladıqlarını bildirərək üzərlərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər, onlar etiraz etməmiş, həmçinin onlarla olan tanışlarına da birlikdə gəlməyə təklif etdikdə onlar etiraz etməmişlər və birlikdə Sumqayıt polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqda şübhəli şəxs qismində tutulmağı, bunula əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilmiş və vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X13 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən saxladığı içərisində heroin və metamfetamin bükümləri olan kibrit qutusunu təqdim etmiş, şalvarının sol yan cibidən qara rəngli "Nokia" markalı sadə modelli ***-***-**-** nömrəsi ilə istifadə etdiyi mobil telefonu, sağ yan cibindən alışqan, 20 qəpik pulu çıxardıb təqdim etmiş, təqdim etdiyi kibrit qutusunun içərisinə baxılanda 1 ədəd kağız və 1 ədəd selofan bükümdə heroin, digər 1 ədəd kağız bükümdə metamfetamin aşkar olunmuşdur. Ona verilən şifahi suallara cavab olaraq təqdim etdiyi heroini və metamfetamini bacısı Nicabətdən tanışlarına vermək üçün aldığını, Nicabət üçün heroin və metamfetaminin satışını həyata keçirtdiyini və əldə etdiyi pulu özünə verdiyini, bunun müqabilində ona da özü üçün həmin maddələrdən qaldığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin bükümləri elektron tərəzidə çəkilmiş, 2 bükümdə heroin bükümləri ümumilikdə 0,41 qram, 1 ədəd metamfetamin bükümü isə 0,09 qram olmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı verilən şifahi suallara cavab olaraq bacısı Nicabətin ola bilər ki yaşadığı evdə narkotik və psixotrop maddələr saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi Nokia markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Nicabətin İran vətəndaşı Yusifdəh narkotik və psixotrop maddələri satmaq üçün əldə etdiyini bilirmiş, həmin İran vətəndaşı Yusiflə onun heç bir əlaqəsi olmamışdır. O, həqiqətən də, özü Nicabətlə razılaşmışdır ki, əldə etdiyi narkotik və psixotrop maddələri tanışlarına və Nicabətin özünün dediyi şəxslərə verəcəkdir. Nicabət üçün həmin maddələrin digər şəxslərə verilməsini həyata keçirməyə və pulunu növbəti dəfə həmin maddələrdən əldə etmək üçün Nicabətə verməyi, bunun müqabilində onun özünə də həmin maddələrdən qalacağı ilə bağlı qabaqcadan razılaşmışlar. Məqsədləri özlərinə qəbul etməyə narkotik və psixotrop maddə qalması olmuşdur. Nicabətlə sonuncunun İran vətəndaşı Yusifin qoydurduğu yerdən narkotik və psixotrop maddələri götürməsi, həmçinin həmin maddələri ona satmaq üçün verdikdən sonra əldə olunan pulu Nicabətin özünün İran vətəndaşı Yusifə göndərəcəyi ilə qabaqcadan razılaşmışlar. Ona görə də Nicabət özü həmin maddələri əldə edirmiş və pulu da özü İran vətəndaşı Yusifə göndərirmiş. Narkotik və psixotrop maddələri ona müraciət edən və Nicabətin özünün ona dediyi şəxslərə vermişdir. İstifadəsində 077- ***-**-** sylı mobil nömrə olmuş, həmin nömrəyə göndərilmiş və onun göndərdiyi sms-lər barədə fikir söyləmək istəmir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Sumqayıt şəhərində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr üzərində gəzdirməsi, saxlaması və satması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı İdarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Bundan başqa Sumqayıt şəhəri, Corat qəsəbəsi, 165B/1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Betonzavod ərazisi, 112A saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr üzərində gəzdirməsi, saxlaması və satması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatlarla bağlı İdarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır və birlikdə əməliyyat tədbirində iştirak etmişlər. Əməliyyat qrupuna İdarənin CAŞ-ın kiçik inspektoru polis baş serjantı Şahid3 da daxil edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 29 may 2023-cü il tarixdə onların ola biləcəyi yerlər tərəfimizdən müşahidəyə götürülmüş, saat 19:05 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanın qarşısında bir neçə nəfər şəxslə olmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərlərində narkotik vasitələr gəzdirməsində şübhəli olduqlarını bildirmişlər və həmin yerdə onların üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması üçün şərait olmadığından sonuncuların üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-yə dəvət etmişlər, onlar etiraz etməyərək birlikdə polis idarəsinə gəlmişlər. Həmçinin onların yanında olan özlərini X17, X7, X23 və X14 da idarəyə dəvət olunduqda etiraz etməyərək birlikdə idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarəyə gətirilən zaman üzərlərində narkotik və psixotrop maddələr olduqlarını bildirmişlər. İdarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 siyahıdan özünə vəkil X9, Təqsirləndirilən şəxs2 isə X13 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, şalvarın sol yan cibindən 1 ədəd sadə modelli Nokia markalı mobil telefon, şalvarın sağ yan cibindən 3 manat 20 qəpik pul və alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusu açılan zaman içərisində 2 ədəd ağ rəngli kağız büküm və 1 ədəd şəffav selofan büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisinə baxılanda 1 ədəd ağ rəngli kağız bükümün və 1 ədəd şəffav selofan bükümün hər birinin içərisində narkotik vasitə heroinə bənzər, digər 1 ədəd ağ rəngli kağız bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Veriən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 2 ədəd bükümdə olan maddələr heroin, 1 ədəd bükümdə isə metamfetamin olduğunu, həmin maddələri bacısı Nicabətdən aldığını, həmçinin Nicabətdən narkotik maddələr götürərək satıb pulunu ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 2 bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,41 qram, 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,09 qram olmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 manat 20 qəpik pulu və alışqan özünə qaytarılmış, ***-***-**-** nömrəli Nokia markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onların, dəvət olunmuş qadın iştirakçı Sumqayıt ŞPİ-nin X22 operatoru, polis serjantı X28 və vəkil X8 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən Redmi markalı mobil telefon, sağ yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxılan zaman psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni İran vətəndaşı ilə əlaqə saxlayıb kart hesabına pul göndərdikdən sonra sonuncunun qoydurduğu Bakı şəhəri Neftçilər metrosu ərazisindən götürdüyünü, əldə etdiyi həmin maddələrdən qardaşı Qabilə satdığını, həmçinin Qabil də həmin maddələri dost-tanışlarına sataraq pulunu ona verdiyini, həmçinin yaşadığı ünvanda öz yataq otağında da narkotik maddələr saxladığını, evdə olan xalası və nənəsinin bundan xəbəri olmadığını və polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qadın iştirakçı, polis serjantı Mələk Əhmədova tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,23 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş Redmi markalı ***-***-**-** nömrəli mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində aparılan araşdırma ilə bağlı polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə də təqdim etmişdir. Bundan sonra iştirakçılarla, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Elşad İsayevlə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi 112A saylı ünvanda yerləşən evə getmişlər. Təqsirləndirilən şəxs1 videoçəkilişlə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və 1 laylı dəmir qapıdan yaşadığı fərdi evin həyətinə iştirakçılarla birlikdə daxil olmuşlar. Həyətdə yerləşən evin girişində qarşılarına çıxan özünü Təqsirləndirilən şəxs1 xalası kimi təqdim edən və həmin ünvanda yaşayan X4 Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığı və araşdırma ilə bağlı yaşadığı ünvana baxış keçiriləcəyi baş təhqiqatçı tərəfindən bildirildikdə Leyla Xanəliyeva həmin ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və evə daxil olmuşlar. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs1 dəhlizin sağında yerləşən yataq otağında girişdən sağ tərəfdə divara bitişik kreslonun üzərində balıncın altında saxlamış olduğu 1 ədəd qara rəngli kiçik ölçülü pul çantanı təqdim etmişdir. Həmin çanta açılan zaman içərisində 1 ədəd üzərində "Godiva" yazısı olan metal qutu müəyyən olunmuş, həmin metal qutunun içərisinə baxılanda bükülmüş vəziyyətdə 1 manatlıq pul əskinazı, 9 ədəd şəffav selofan və 1 ədəd ağ rəngli kağız bükümün olduğu müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 9 ədəd şəffav selofan bükümdə heroin, 1 ədəd ağ rəngli kağız bükümdə isə metamfetamindir, bükülmüş vəziyyətdə 1 manatlıq pul əskinazını isə həmin maddələri qəbul edərkən "trubka" kimi istifadə edir. Həmin bükümlərə baxıldıqda narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunmuş 9 bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək ümumi çəkisi 4,63 qram, 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,55 qram olmuşdur. Bundan sonra həmin maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs1nnı yaşadığı otaqda cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs1 narkotik və psixtorop maddələri İran vətəndaşının vasitəsilə satmaq məqsədilə əldə etdiyi, həmçinin satışını həyata keçirməsi üçün qardaşı Təqsirləndirilən şəxs2 də verməsi barədə məlumatlar daxil olmuşdur. Həmin İran vətəndaşının və onlara vasitəçilik edən şəxslərin kimliyi tərəflərindən dəqiqləşdirilir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək özünün və qardaşı Təqsirləndirilən şəxs2 vasitəsilə Sumqayıt şəhəri və digər ərazilərdə satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və həmin məlumalar keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunmaqla araşdırılımış Şahid1 işin halları ilə bağlı digər şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə verməklə onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhər Beton zavod ərazisində “Nicabət” adlı şəxsin qanunsuz olaraq nakotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuşdur. Nicabət adlı şəxsin xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri corat qəsəbəsi Köhnə ev 165B/1-də qeydiyyatda olan və Sumqayıt şəhər 8-ci mikrorayon ev 24A-da kirayə yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. xx.xx.2023-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri corat qəsəbəsi Köhnə ev 165B/1-də qeydiyyatda olan və Sumqayıt şəhər 8-ci mikrorayon ev 24A-da kirayə yaşayan Təqsirləndirilən şəxs1 oğlunun cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhər Beton zavod ərazisində “Qabil” adlı şəxsin qanunsuz olaraq nakotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Sumqayıt şəhəri corat qəsəbəsi Köhnə ev 165B/1-də qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ev 112A-da yaşayan Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3081 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan üç ədəd zərfdə:üzərində "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs1 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 9(doqquz) ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,137 qram, 0,296 qram, 0,543 qram, 0,187 qram, 0,275 qram, 0,181 qram, 0,259 qram, 0,232 qram, 0,317 qram, ümumi təmiz çəkisi 3,427 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,338 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - matemfetamindir. - üzərində "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs1 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd kağız bükümdə bükümdə təmiz çəkisi 0,152 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamindir. - Təqdim olunmuş 9(doqquz) ədəd selofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. - Təqdim olunmuş 2(iki) ədəd kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. -Üzərində "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs1 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 9(doqquz) ədəd selofan bükümdə olan heroinlə üzərində "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs2 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan l(bir) ədəd selofan bükümdə və l(bir) ədəd kağız bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.
0. Üzərində "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs1 ..." sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd zərfdəki 2(iki) ədəd kağız bükümdə olan metamfetaminlə üzərində "Saxlanılan şəxs"imza" Təqsirləndirilən şəxs2 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki l(bir) ədəd kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023-cü il tarixli 6/3082 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan, "Saxlanılan şəxs l."imza" Təqsirləndirilən şəxs2 ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə l(bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,155 qram, l(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,081 qram, ümumi təmiz çəkisi 0,236 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, l(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,053 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - matemfetamindir. - Təqdim olunmuş l(bir) ədəd selofan bükümdə və l(bir) ədəd kağız bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4512 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yarann asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5237 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 791 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsarət izi yoxdur. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 792 saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət izi yoxdur. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs2 üzərində Sumqayıt ŞPİ-də xidməti otaqda TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs2 üzərində dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X11 və NMB və CAŞ-m əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs2 hüqüq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd kibrit qutusunu, şalvarın sol yan cibindən 1 ədəd sadə modelli Nokia markalı mobil telefon, şalvarın sağ yan cibindən 3 manat 20 qəpik pul və alışqanı çıxarıb təqdim etdiyi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi kibrit qutusu açılan zaman içərisində 2 ədəd ağ rəngli kağız büküm və 1 ədəd şəffav selofan büküm aşkar olunduğu, həmin bükümlərin içərisinə baxılanda 1 ədəd ağ rəngli kağız bükümün və 1 ədəd şəffav selofan bükümün hər birinin içərisində narkotik vasitə heroinə bənzər, digər 1 ədəd ağ rəngli kağız bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunduğu, veriən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 2 ədəd bükümdə olan maddələr heroin, 1 ədəd bükümdə isə metamfetamin olduğunu, həmin maddələri bacısı Nicabətdən aldığını, həmçinin Nicabətdən narkotik maddələr götürərək satıb pulunu ona verdiyini bildirdiyi, Təqsirləndirilən şəxs2 aşkar olunmuş 2 bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,41 qram, 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,09 qram olduğu, bundan sonra həmin, maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmadığı və götürülmədiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 manat 20 qəpik pulu və alışqan özünə qaytarıldığı, ***-***-**-** nömrəli Nokia markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı tərəfindən götürüldüyü müəyyən olunmuşdur. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs1 üzərində Sumqayıt ŞPİ-də xidməti otaqda TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs1nm üzərində dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8, ƏRQ-nun operatoru, polis serjantı Mələk Əhmədovanın, NMB və CAŞ-m əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs1 hüqüq və vəzifələri izah olunduğu və polis idarəsinə gətirilməsinin səbəbi bildirildiyi, bundan sonra üzərində cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən Redmi markalı mobil telefon, sağ yan cibində saxlamış olduğu 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün içərisinə baxılan zaman psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunduğu, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni Tran vətəndaşı ilə əlaqə saxlayıb kart hesabına pul göndərdikdən sonra sonuncunun qoydurduğu Bakı şəhəri Neftçilər metrosu ərazisindən götürdüyünü, əldə etdiyi həmin maddələrdən qardaşı Qabilə satdığını, həmçinin Qabil də həmin maddələri dost-tanışlarına sataraq pulunu ona verdiyini, həmçinin yaşadığı ünvanda öz yataq otağında da narkotik maddələr saxladığını, evdə olan xalası və nənəsinin bundan xəbəri olmadığını və polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qadın iştirakçı, polis serjantı Mələk Əhmədova tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan olunmuş əşya və maddə aşkar edilmədiyi, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,23 qram olduğu, bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş Redmi markalı ***-***-**-** nömrəli mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən baş təhqiqatçı tərəfindən götürüldüyü müəyyən olunmuşdur. "Baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, 112A saylı ünvanda Sumqayıt ŞPİ-nin NMB və CAŞ-ın əməkdaşları, Təqsirləndirilən şəxs1, müdafiəçisi Elşad İsayevlə ünvana daxil olduqları, həyətdə yerləşən evin girişində qarşılarına çıxan özünü Təqsirləndirilən şəxs1 xalası kimi təqdim edən və həmin ünvanda yaşayan X15ma Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığı və araşdırma ilə bağlı yaşadığı ünvana baxış keçiriləcəyi baş təhqiqatçı tərəfindən bildirildikdə Leyla Xanəliyeva həmin ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirdiyi və evə daxil olduqları, sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyam təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs1 dəhlizin sağında yerləşən yataq otağında girişdən sağ tərəfdə divara bitişik kreslonun üzərində balıncın altında saxlamış olduğu 1 ədəd qara rəngli kiçik ölçülü pul çantanı təqdim etdiyi, həmin çanta açılan zaman içərisində 1 ədəd üzərində "Godiva" yazısı olan metal qutu, müəyyən olunduğu, həmin metal qutunun içərisinə baxılanda bükülmüş vəziyyətdə 1 manatlıq pul əskinazı, 9 ədəd şəffav selofan və 1 ədəd ağ rəngli kağız bükümün olduğu müəyyən olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 9 ədəd şəffav selofan bükümdə heroin, 1 ədəd ağ rəngli kağız bükümdə isə metamfetam olduğunu, bükülmüş vəziyyətdə 1 manatlıq pul əskinazmı isə həmin maddələri qəbul edərkən "trubka" kimi istifadə etdiyini bildirdiyi, həmin bükümlərə baxıldıqda narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunduğu, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar olunmuş 9 bükümdə heroinə bənzər maddələr elektron tərəzidə çəkilərək ümumi çəkisi 4,63 qram, 1 bükümdə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisi 0,55 qram olduğu, bundan sonra həmin maddələr ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs1nnı yaşadığı otaqda cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmadığı və götürülmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirərkən aşağıdakı məzmunda SMS-lər daxil olmuşdur: xx-xx-2023 23:59:09 1.1.**********03 1.1.**********25 Men yavas yavas geilim sevgilim terefe? Arazdan vuraram xx-xx-2023 17:43:00 1.1.**********79 1.1.**********25 Sabah axsama kimi ataram kartva xx-xx-2023 00:44:40 1.1.**********94 1.1.**********25 Abi eminde yoxdu axi heresinden yari lazimdi xx-xx-2023 01:30:12 1.1.**********94 1.1.**********25 Dedi yoxdu axi mene menle mirtlasir oda heresinden yari lazimdi xx-xx-2023 01:31:57 1.1.**********94 1.1.**********25 Narhat olma kola nece koladi cekisi zadi birde das nece dasdi abi ? Meslehetdi gelmeyim? xx-xx-2023 01:44:45 1.1.**********94 1.1.**********25 Abi kartin kodun at taksideyem abi pul oturan kimi qoyarsan bloka xx-xx-2023 01:47:39 1.1.**********94 1.1.**********25 Aziye catmisam sevgilime catiram 2 3 deyqeye araza girib vuracam karta. Baxış zamanı X3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər nömrələrə aşağıda göstərilən məzmunda müsajlar göndərilmişdir: xx-xx-2023 09:42:26 1.1.**********25 1.1.**********45 Emi Salam necesen əmi xais edirem o pulu envere diyerdi də atardı m xx-xx-2023 10:11:52 xx-xx-2023 10:11:52 1.1.**********25 1.1.**********70 barda versin mənə pox goturum men. Seher evin puludu qalmisam poxd xx-xx-2023 10:11:53 xx-xx-2023 10:11:53 1.1.**********25 1.1.**********70 a didim Dunen goturub. Yerne qoyaram oda belə canın sagolun abi eht xx-xx-2023 10:30:20 1.1.**********25 1.1.**********70 Sən elə qorxu yaşıyıram yetim mən gor neler qorxa qorxa edirem mec xx-xx-2023 10:31:50 xx-xx-2023 10:31:50 1.1.**********25 1.1.**********70 P goturmuyecem abi K didim 10 yusife başqa elecaim yoxdu vallah ev xx-xx-2023 10:31:59 xx-xx-2023 10:31:59 1.1.**********25 1.1.**********70 əm. Belə özümdə 05 P var isdiyirsen verim sene xx-xx-2023 12:54:58 xx-xx-2023 12:54:58 1.1.**********25 1.1.**********51 Salam necəsən üzürlü say narahat edirem mümkündü bu gün pulu atasa xx-xx-2023 13:38:32 1.1.**********25 1.1.**********51 He bilirəm 290 m qalib amma xais edirəm basardıqin qeder bu gün ats xx-xx-2023 23:53:40 xx-xx-2023 23:53:41 1.1.**********25 1.1.**********03 Atarsan kara socike qoyacam xx-xx-2023 00:11:50 xx-xx-2023 00:11:50 1.1.**********25 1.1.**********03 Abi atda pulu karda qoyacam ora xx-xx-2023 00:22:22 1.1.**********25 1.1.**********03 Yavas cixda ay yetim hami bildi ki nese gotursen ordan olmadi ki bu xx-xx-2023 00:38:50 xx-xx-2023 00:38:50 1.1.**********25 1.1.**********03 Amma kimse bilmesinde sene nese vermisen bi vaxti xx-xx-2023 11:29:13 xx-xx-2023 11:29:13 1.1.**********25 1.1.**********13 ********** emin amma tez getde abi xx-xx-2023 11:29:52 1.1.**********25 1.1.**********13 Abi pulu karta at getde xx-xx- 2023 13:25:31 1.1.**********25 1.1.**********13 Tez qalx yuxari xx-xx-2023 13:28:54 1.1.**********25 1.1.**********13 Qabqava cixsa di socikin içinə qoymuşdu ordan götürdüm yaxsi pulund xx-xx-2023 01:31:15 1.1.**********25 1.1.**********94 Mende var amma sen bacivin qebri bilməsin men sene nese vermisem ge xx-xx-2023 01:31:16 xx-xx-2023 01:31:16 1.1.**********25 1.1.**********94 lirsen se pulu karta at gel qoyum ora gotur xx-xx-2023 00:14:54 xx-xx-2023 00:14:54 1.1.**********25 1.1.**********85 Qapıya gelmede catnda yaz dusum padiyezde verim xx-xx-2023 23:34:53 1.1.**********25 1.1.**********79 Poxu aç görüm s... atım get götürde qabil orda. Sumqayıt şəhər Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən əldə olunmuş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair məlumatları əks etdirən CD diskə baxış keçirərkən aşağıdakı məzmunda SMS-lər aşkar olunmuşdur: xx-xx-2023 17:58:34 xx-xx-2023 17:58:34 1.1.**********60 1.1.**********39 bajua bi irani yigdirajam. xx-xx-2023 19:00:57 1.1.**********41 1.1.**********39 Tecili mene zeng ele qalmiwam collerde. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X16 adında iki azyaşlı övladı vardır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 29 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində əvvəli 29 may 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 29 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində əvvəli 29 may 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri corat qəsəbəsi Köhnə ev 165B/1-də qeydiyyatda olan və Sumqayıt şəhər 8-ci mikrorayon ev 24A-da kirayə yaşayan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Beton zavod ərazisində qanunsuz olaraq nakotik vasitələri üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metanfetamin aşkar olunmuş, bundan sonra evində baxış keçirilməsi və götürmə aparılmış və orada da narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metanfetamin aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Həmçinin iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə Sumqayıt şəhəri corat qəsəbəsi Köhnə ev 165B/1-də qeydiyyatda olan və Sumqayıt şəhəri BTZ bağları ev 112A-da yaşayan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Beton zavod ərazisində qanunsuz olaraq nakotik vasitələri üzərində gəzdirməsi, satması və saxlaması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metanfetamin aşkar olunaraq götürülmüş, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı və evə baxış keçirilməsi və götürmə aparılması zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qalmadıqlarını bildirmişlər və bu hal iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyi ilə də öz təsdiqini tapır. Təqsirləndirilən şəxslər onlara psixi təsir olunduğunu, təhqir olunduqlarını bildirsələrdə qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Həmçinin qeyd olunan fakta dair iş materiallarında heç bir sübut mövcud deyildir. Bundan başqa cinayət işini materiallarına əlavə edilmiş SMS məlumatlardan aşkar şəkildə müəyyən olunur ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşlar. Bundan başqa təqsirləndirilən şəxslərdə aşkar edilmiş nakotik vasitələrin növ müxtəlifliyi onların bir daha narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduqlarını sübut edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özlərini onlara elan edilmiş ittihamlar üzrə təqsirli bilmələri ilə bağlı verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdikləri ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilmələrinə dair ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilmələri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən kimi hal onun himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli 29 may 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli 29 may 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Məhkəmə ekspertizalarına sərf olunmuş 130 (yüz otuz) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 65 (altımış beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,977 qram heroin və 0,390 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,176 qram heroin və 0,023 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 130 (yüz otuz) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 65 (altımış beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınıb, Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,977 qram heroin və 0,390 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,176 qram heroin və 0,023 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD və 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.