Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-42/2024 09.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 228.1, 228.4 və 234.1-ci maddələri ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd 16 kalibrli, “ТОЗ-Б» modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də Tula silah zavodunda 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, lakin konstruktiv dəyişiklərə məruz qalaraq sonradan lüləsi küstar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, hər iki lüləsindən atəş açmaq üçün yararlı olan və odlu silah hesab edilən 138545-59 №-li qoşa lüləli tüfəngi, əldə edərək yaşadığı mənzildə saxlamış, həmin silah 26 yanvar 2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən evin yataq otağında yerləşən dolabın yuxarı hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik və istifadəyə yararlı olan, soyuq silah hesab edilən ov bıçağını və həmçinin 01 ədəd Almaniyada zavod üsulu ilə istehsal edilmiş, üzərində “X9 super-papalisant” yazısı olan, Amerika üslubunda super iflic edən özünümüdafiə təyinatlı aerozol qurğu olan qaz silahını əldə edərək yaşadığı mənzildə saxlamış, həmin soyuq və qaz silahı 26 yanvar 2022-ci il tarixdə, saat 19:10 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı O Xudaverdiyevin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən evin yataq otağında yerləşən dolabdan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 25 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində qonşusu Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə daxil olaraq həmin mənzildə stolun üstündə olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 46,061 qram narkotik vasitə tiryəki, şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 2 (iki) ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsir edici maddəsinin ümumi miqdarı 0,080 qram olan narkotik vasitə metadon həblərini, külli miqdarda, təmiz çəkisi 3055,4 qram narkotik vasitə qurudulmuş marixuananı, habelə 1 ədəd elektron tərəzini Təqsirləndirilən şəxs2 sonuncunun razılığı ilə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq saxlamış, 26 yanvar 2022-ci il tarixdə, saat 17:10 radələrində Sumqayıt ŞPİ-nin NMB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda, şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2,11 qram, 2,58 qram, ümumi təmiz çəkisi 4,69 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 19:10 radələrində onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evin yataq otağında yerləşən dolabın yuxarı hissəsindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd bükülünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 46,061 qram narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 2(iki) ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsir edici maddəsinin ümumi miqdarı 0,080 qram olan narkotik vasitə metadon həbləri, külli miqdarda, bir ədəd kağız bağlamada, təmiz çəkisi 2000 qram, l(bir) ədəd kağız bağlamada təmiz çəkisi 875 qram, 1 (bir) ədəd kağız balamada təmiz çəkisi 169,55 qram, 4(dörd) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 1,020 qram, 1,520 qram, 2,02 qram, 0,59 qram, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,610 qram və 1 (bir) ədəd kağız bükülünün içərisində təmiz çəkisi 0,400 qram, hər biri ümumilikdə təmiz çəkisi 3050,71 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 46,061 qram narkotik vasitə tiryəki, şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 2 (iki) ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsir edici maddəsinin ümumi miqdarı 0,080 qram olan narkotik vasitə metadon həblərini, külli miqdarda, təmiz çəkisi 3055,4 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyıb saxlayaraq həmin mənzildə narkotik vasitələrin istehlakı üçün tiryəkxana təşkil etmiş, 25 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 mənzilinə gələrək sonuncunun istintaqa şəxsiyyətləri məlum olmayan şəxslərlə birlikdə mənzilində narkotik vasitələrdən istifadə etməklə səs-küy salmaları səbəbindən həmin narkotik vasitələri, həmçinin bir ədəd elektron tərəzini sonuncunun razılığı ilə mənzilindən götürərək öz mənzilinə aparmış, xx.xx.2022-ci il tarixdə saat 17-10 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Q.Xudaverdiyev yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına aparılıb xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kibrit qutusunda, şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,11 qram, 2,58 qram, ümumi təmiz çəkisi 4,69 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 19:10 radələrində onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evin yataq otağında yerləşən dolabın yuxarı hissəsindən satış məqsədi olmadan saxladığı 1 (bir) ədəd bükülünün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 46,061 qram narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində “Methadone 40” göstəriciləri olan dərman konvalyutunda 2(iki) ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili təsir edici maddəsinin ümumi miqdarı 0,080 qram olan narkotik vasitə metadon həbləri, külli miqdarda, bir ədəd kağız bağlamada, təmiz çəkisi 2000 qram, 1 (bir) ədəd kağız bağlamada təmiz çəkisi 875 qram, l(bir) ədəd kağız bağlamada təmiz çəkisi 169,55 qram, 4(dörd) ədəd kibrit qutusunda, ayrı- ayrılıqda təmiz çəkiləri 1,020 qram, 1,520 qram, 2,02 qram, 0,59 qram, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,610 qram və 1 (bir) ədəd kağız bükülünün içərisində təmiz çəkisi 0,400 qram, hər biri ümumilikdə təmiz çəkisi 3050,71 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə ayın 25-i saat 2 radələrində baş vermiş, bağdan gələn zaman Yol Patrul Xidmətinin əməkdaşları əl edib onu saxlamışdır. Əməliyyatçılar onu götürərək “mal”ın harada olduğunu soruşmuşdur, o da evdə olduğunu demişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ümumiyyətlə, narkotik vasitədən istifadə etməmişdir. Mənzillər çox yaxın olmuş, ona səs-küy gəlmiş, o, məhlələrinin polislərinə açıq-aşkar bildirmişdir. Rafaelin “mal”ı olanda hamı bilmişdir, çünki olmayanda o, hamıdan 1 manat axtarmışdır. Orada 2 xanım, 1 kişi olmuş, ona gülüşmək səsləri gəlmişdir. “Ot” olmuş, “ot”dan başqa bir şey görməmişdir. O, Təqsirləndirilən şəxs2 əlindən onu almışdır ki, istifadə etməsin. Evindən aşkar olunmuş silahlar atasına məxsus olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onunla qonşuluqla, yəni ünvan 4 ünvanda Təqsirləndirilən şəxs2 yaşamaqla, sonuncu uzun müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmuş, bununla əlaqədar o və ailə üzvləri artıq bezmişlər. Belə ki, daima onun evinə narkotik vasitələrin alıcıları, istifadəçiləri həmçinin yüngül həyat tərzi keçirən qadınlar gəlib-getmiş və kef məclisləri qurmuşlar. Evlərinin divarları bitişik olduğundan onlar daima bundan narahat olmuşlar və o, dəfələrlə Rəfailə öz iradını bildirərək onun əlindən yaşaya bilmədiklərini qeyd etmişdir. Lakin Rəfail buna qulaq asmamış, nəhayət, onun bu hərəkətlərindən bezib xx.xx.2022-ci il tarixdə axşam saatlarında səs-küyə Rəfailin evinə gedib görmüşdür ki, evin içərisində Rafail, iki tanımadığı qadın və oğlanlar narkotik vasitələrdən istifadə edirlər və həmçinin stolun üstündə də xeyli sayda müxtəlif narkotik vasitələr olan paketləri görmüşdür. O, Rəfailə öz iradını bildirərək ona «ayıbdır neçə dəfə sənə demişəm ki, narkotik vasitə satma, evinə heç kimə yığma, qonumqonşu var, axı nə qədər olar» sözünü demişdir. Həmin vaxt Rəfail etdiyi hərəkəti başa düşərək ona üzrxahlığını bildirib, daha belə səhvə yol verməyəcəyini demişdir. Həmçinin ona bildirmişdir ki, istəyirsə narkotik vasitələri də götürüb aparsın. O da içərisinə olan narkotik vasitələri paketləri onun öz razılığı ilə götürüb aparıb evində şkafın üst gözünə qoymuşdur. Ailə üzvləri bunu bilməmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə günortadan sonra özünə məxsus «Fiat» markalı avtomaşınla gedərkən Dənizçilər küçəsində DYP əməkdaşı Qurban onu saxlamış, həmin vaxt iki maşında təxminən 6-7 mülki formada polis əməkdaşları ona yaxınlaşıb onu tutmuşlar və yaşadığı evə gətirmiş, daha sonra müstəntiq Bəhruzu ora çağırmış və daha sonra çəkilişlə onun mənzilinə baxış keçirtmişlər. Baxış zamanı Rafaildən götürdüyü narkotik vasitələri həmçinin özünə məxsus ov tüfənglərini rəhmətə getmiş atası Xaliqdən qalmış lüləsi kəsilmiş tüfəngi, eləcə də atasından qalmış iki ədəd ov bıçağı götürülərək sənədləşdirilmişdir. Daha sonra onu özləri ilə Sumqayıt ŞPİ-yə aparmışlar. Orada 3-cü mərtəbədə olan otaqda müstəntiq Bəhruz müəllim onun qabağına 02 ədəd kibrit qutusu qoyaraq demişdir ki, narkotik vasitələri də guya onun üstündən çıxan narkotik vasitə kimi sənədləşdirəcəklər. O etiraz etməyib razılaşmış, daha sonra bükümlə guya onun şalvarının cibindən narkotik vasitə çıxmasını sənədləşdirmişlər. Ona əməliyyatçılar əgər həmin narkotik vasitəni öz üzərinə götürməyəcəyi halda ailə üzvlərini də Pİ-yə gətirəcəkləri ilə hədələmişlər. Buna görə o məcbur olub üzərinə şəxsi axtarış və evinə baxış keçirilərkən videoçəkiliş zamanı, eləcə də ilkin izahatında həmin narkotik vasitələri ona məxsus olmasını bildirmiş, sonrada həmin xüsusatları ilkin ifadələrində də təsdiq etmişdir. Onun üstündən və evindən çıxan narkotik vasitə ona məxsus olmamış, onun narkotik vasitələr satmaq niyyəti olmamış, özü də narkotik vasitələrin istifadəçisi olmamışdır. Evindən çıxmış lüləsi kəsilmiş tüfəng və iki ədəd bıçaq rəhmətə getmiş atasına məxsusdur, uzun illərdir ki, onların evində qalmış, o, həmin əşyalara heç əlini də vurmamış, təyinatı barədə də heç bir məlumatı yoxdur.(iş vərəqə cild 1, səh. 78-81, 97-100,176-179, C-2, 167-169) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə görməmiş, bilməmişdir, bircə qram “nəşə” olmuş, onu da polis əməkdaşı Şəraildən almışdır. Orxan gəlib əlindən onu almışdır ki, istifadə etməsin. Verilən suallara cavab olaraq bildirdi ki, o, ümumiyyətlə, “nəşə” çəkən olmamış, elə bilmişdir ki, başqa şeydir. O, iynə vurmuşdur. Fikirləşmişdir ki, bəlkə, heroinlə dəyişər, dəyişmək istəyən adamlar olmuşdur. Orxan əvvəllər də ona demişdir ki, narkotik vasitə qəbul etməsin. Evdə heç kim olmamışdır. Narkotik vasitələrin dəyəri 60 min manat olmuşdur. “Kim bunu adama hədiyyə edər, tanımadığı adam mənə 3 kilo nəşə verməz.” demiş, özünü ona elan olunmuş ittihamda təqsirli bilməmişdir. Onu ünvan 4 ünvana aparmaq üçün çağırmışdır. Orxan ona bir-iki dəfə demişdir ki, yığışsın, belə şeylər etməsin. Orxan ona həm ailəsinə görə, həm də özünə görə də demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, artıq bir neçə ildir ki, həyat yoldaşı və uşaqları onun narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar ondan ayrılaraq başqa bir yerdə yaşayırlar. Özü sonuncu dəfə 2021-ci avqust ayında Sumqayıt RPİ-nin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrlə saxlanılmış və barəsində Sumqayıt ŞPİ-nin İŞ-də müstəntiq Rafiq Qəmbərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, 2021-ci ilin noyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılmasından ötrü Sumqayıt Ağır cinayətlər məhkəməsinə verilmiş, hal-hazırda cinayət işi məhkəmə baxışındadır. Təqsirləndirilən şəxs1 onun qonşusudur, onu uzun illərdir ki, tanıyır, onunla əvvəllər münasibətləri yaxşı olsa da son dövrlər Orxan onun narkotik vasitələrdən istifadə etməsi və bəzən də yaşadığı evə narkotik vasitələrdən istifadə edən şəxslərin gəlib- getməsi ilə əlaqədar dəfələrlə aralarında mübahisələr olmuş və o, bununla əlaqədar ona iradları bildirmiş, hətta onu təhqir də etmişdir. Buna baxmayaraq o alışqanlığından və başqa dolanışıq yeri olmadığından narkotik vasitələrdən istifadə etmiş, bəzən ona müraciət edən olduqda yaşadığı mənzildə şəxslərə ondan almış olduqları narkotik vasitələrdən istifadə etmələrinə şərait yaratmışdır. 25 yanvar 2022-ci il tarixdə, günorta saatlarında o, H.Tağıyev qəsəbəsində yerləşən bazarda olarkən ilk dəfə gördüyü bir nəfər şəxs ona yaxınlaşaraq onda satılıq narkotik vasitə olan marixuana və tiryək, həmçinin metadon olduğunu bildirdikdə o, özü narkotik vasitələrdən istifadə etdiyindən, həmçinin bəzən narkotik vasitələrin satışı ilə məşğul olduğundan həmin şəxsdən 3 kiloqrama yaxın marixuana, bir büküm tiryək və 2 ədəd metadon alaraq hal-hazırda unutduğu miqdarda həmin şəxsə pul ödəmiş və daha sonra gətirib evində saxlamışdır. Həmin gün axşam saatlarında o, evdə tək olarkən evinə Şahin kimi tanıdığı şəxs yanında Aysel və Nahidə adlı qadınlar gəlmişlər. Həmin şəxsləri o çoxdan tanımış və bəzən onlara narkotik vasitə olan marixuana satmışdır. Onlar ondan istifadə etməyə nəşə olub-olmadığını soruşduqda o evində nəşə olduğunu bildirib onları evə dəvət etmişdir. Daha sonra o həmin gün bazardan tammadığı şəxsdən aldığı və paketin içərisində saxladığı marixuanadan bir qədər götürüb Şahin Aysel və Nahidə vermişdir. Onlar elə onun evindəcə həmin marixuananı siqaretə doldurub çəkməyə başlamışlar, o da onlarla birlikdə siqaretə nəşə doldurub çəkmişdir. Onlar nəşədən istifadə etdikdən sonra həmin narkotik vasitənin təsiri altında bərkdən qışqırmağa və gülməyə başlamışlar. Bu zaman qapı döyülmüş və o qapını açdıqda Orxan həyətə daxil olaraq səs-küydən yala bilmədiyini bildirib evdə kimin olduğunu soruşmuş, o evdə bir neçə nəfər tanışının olduğunu bildirmiş. Orxan evə girib stolun üstündə narkotik vasitələrin olduğunu və həmçinin evində olan şəxslərin narkotik vasitələrin təsiri altında olduğunu görüb yenidən onun üstünə qışqırmağa, onun və mənzilində olan şəxslərin ünvanına nalayiq söyüş ifadələri işlətməyə başlamış və ona evini narkotikxanaya döndərdiyini, evdə olan səs-küyə görəöz evində otura bilmədiyini bildirmişdir. O, Orxanı bir qonşu kimi çox istədiyindən onun dediyi sözlərdən utanmış və ona bir daha belə hərəkət etməyəcəyini bildirib təklif etmişdir ki, əgər ona inanmırsa həmin narkotik vasitələrin hamısını götürsün. Orxan etiraz etməmiş və stolun üstünə qoyduğu və paketlərin içərisində olan marixuana, tiryək və metadonları, həmçinin narkotik vasitələri çəkmək üçün evində saxladığı elektron tərəzini götürüb çıxıb getmişdir. Həmin günün sabahısı eşitmişdir ki, polis əməkdaşları tərəfindən Orxanın evinə baxış keçirilərkən onun ondan götürdüyü narkotik vasitələri aşkar edərək götürmüşlər. Orxanın yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr ona məxsusdur və bir gün əvvəl Orxan həmin narkotik vasitələri onun evindən götürmüşdür.(iş vərəqə cild 1, səh. 180-184, Cild 2, səh 88-90, 185-187) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nın rəis müavini, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etməsi, satması, üzərində və yaşadığı evdə saxlaması, eləcə də yaşadığı evdə odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə polis idarəsinin rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmış, sonra isə onlar tərəfindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı evin ətrafı və həmin küçə əməliyyat müşahidəsinə götürülmüşdür. Saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs1 həmin küçə ilə piyada hərəkətdə olduğunu görüb 5-10 dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər, sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb həmin yerdə onun üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının cibindən 2 ədəd kibrit qutusu çıxararaq təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda içərilərində narkotik vasitə olan qurudulmuş marixuanayabənzər yaşıl rəngli bitki kütlələri olması müəyyən olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının cibindən özünə məxsus bir ədəd mobil telefonu da çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı kütlələr kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş və 1-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 4,98 qram, 2-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 5,08 qram, ümumilikdə çəkiləri isə 10 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutularının içərisindəki kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, təxminən 3 ay əvvəl Yaşmada olan əkin sahəsində bitdiyini görüb onları dərərək şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır, üzərindən aşkar olunaraq götürülmüş marixuanadan başqa yaşadığı evdə də narkotik vasitələr və ov tüfəngi vardır. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, yaşadığı evdə qanunla qadağan olunmuş əşya, odlu silah, narkotik maddə və ya hər hansı bir predmet varsa, təqdim etsin. Təqsirləndirilən şəxs1 yaşadığı evin sol tərəfində yerləşən otağa baxış keçirilən zaman otaqda olan dolabın yuxarı hissəsindən bir ədəd ağ rəngli, üzərində 03 ədəd kağız torbada, 4 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri, bir ədəd şəffaf sellofan bükümündə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə və ona qarışmış halda marixuanaya bənzər bitki kütlələri, 02 ədəd bıçaq, bir ədəd işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi, bir ədəd kibrit qutusunda marixuana bitkisinin toxumlarına bənzər toxumlar, 1250 manat məbləğində pul əskinası, müxtəlif rənglərdə təxminən 50 ədəd həb, 1 ədəd yaşıl rəngli balon, 1 ədəd ov silahı, 1 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş ov silahı və 28 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrəbənzər kütlələr, həblər, ov tüfəngləri, patronlar, bıçaqlar və balon ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 tərəfindən üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Səmədov X4 Hacıyev ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun kiçik qardaşı olmaqla onunla bir həyətdə yaşasa da evləri ayrı-ayrıdır. X5 2014cü ildə vəfat etmiş və hələ onun uşaqlıqdan yadında olmuşdur ki, onun 1 ədəd markasını bilmədiyi, lüləsi kəsilmiş tüfəngi və iki ədəd ov bıçaqları var idi. O həmin tüfəngin təyinatı barədə heç nə bilməmiş, lakin atası demişdir ki, həmin tüfəng və bıçaqlar ona da atasından qalıb və nəsildən-nəsilə ötürüləcək. Qeyd etdiyi tüfəng və bıçaqlar Orxanın yaşadığı evdə istifadə olunmayan otaqda saxlanılırdı. Onlarla qonşuluqda Rafail adlı şəxs yaşamış, hansı ki, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O və qardaşı Rafailə dəfələrlə xəbərdarlıq etmişlər ki, belə işlərlə məşğul olmasın. Lakin Rafail öz fəailiyyətinə davam etmişdir. 25 yanvar 2022-ci il tarixdə axşam saatlarında həyətdə qardaşı ilə rastlaşdıqda o, ona Rafailin əlindən bezib evinə getdiyini və onun evində narkotik vasitələrdən istifadə edən bir neçə nəfər və stolun üstündə cürbəcür narkotik vasitələr görüb həmin narkotik vasitələri stolun üstündən götürüb gətirib evində saxladığını, bunda əsas məqsədi isə narkotik vasitələrin əsl sahibini müəyyən etmək olduğunu bildirmişdir. O özü həmin narkotik vasitələri görməmiş, lakin həmin günün sabahısı polis əməkdaşları qardaşının yaşadığı evə gələrək narkotik vasitələr aşkar edərək götürdükdə başa düşmüşdür ki, həmin narkotik vasitələr Orxanın bir gün əvvəl Rafailin evindən götürdüyü narkotiklərdir. Polis əməkdaşları həmçinin alasından yadigar qalmış lüləsi kəsilmiş tüfəng və iki ədəd ov bıçağını da götürmüşlər. O bu vaxta qədər qardaşı Orxanın narkotik vasitələrdən istifadə etməsini və ya kiməsə satmasını eşitməmiş, əksinə Orxan həmişə narkotik satan şəxslərlə mübarizə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 da Asif Xudaverdiyinin ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşı oğludur. Belə ki, mərhum qardaşı Xalıq sağ olarkən o onların evində qonaq olduğu zaman o, ona bir ədəd lüləsi kəsilmiş tüfəng və iki ədəd ov bıçaqlarını göstərərək həmin tüfəng və bıçaqların onların rəhmətlik ataları Fərəməzdən ona yadigar qaldığını və qeyd olunan tüfəng və bıçaqların nəsildən nəsilə ötürüləcəyini bildirmişdir. Son dövrə kimi bilmişdir ki, həmin tüfəng və bıçaqları Fərəməzin kiçik oğlu Orxanın evində qalmışdır. O həmin tüfəng və bıçaqların təyinatını, həmçinin saxlanılmasına görə cinayət məsuliyyətinə səbəb olacağını bilməmişdir. 26 yanvar 2022- ci il tarixdə axşam saatlarında eşitmişdir ki, qardaşı oğlu Orxanın mənzilinə polis əməkdaşları baxış keçirilərkən onun evindən xeyli sayda narkotik vasitələr və həmçinin atalarınan yadigar qalmış lüləsi kəsilmiş tüfəng və bıçaqlar aşkar olunaraq götürülmüşdür. O Orxanın evindən narkotik vasitələrin aşkar olunmasını eşitdikdə təəccüblənmiş, çünki bu vaxta qədər qardaşı oğlunun narkotik vasitələrdən istifadə etməsini və ya kiməsə narkotik vasitələr satmasını eşitməmişdir. Orxangil ilə qonşuluqda yaşayan Rafail narkotik vasitələrin satışı ilə məşğul olur və Orxan tutulduqdan sonra Rafaillə rastlaşdıqda o, özü ona bildirmişdir ki, tutulmazdan bir gün əvvəl Orxan onun evinə gələrək stolun üstündən narkotik vasitələri götürüb aparmışdır. Bundan başqa onun hər hansı bir məlumatı yoxdur. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 26 yanvar 2022-ci il tarixdəxidməti vəzifəsi ilə əlaqədar olaraq Sumqayıt ŞPİ-nin İŞ-də olduğum zaman ona məlumat verilərək bildirilmişdir ki, X2 narkotik vasitələrinəldə edilməsində, satmasında, üzərində və yaşadığı evdə saxlamasında,eləcədə yaşadığı evdə odlu silah saxlamasında şübhəli bilinərək keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla Sumqayıt ŞPİ-yə gətirilmiş və hazırda onun üzərindəşəxsi axtarış aparılması zərurəti yaranmışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçi təqdim olunduqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi iləşübhəli şəxs qismində tutulmuş və bundan sonra xidməti otaqların birində onun üzərind şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hərhansı bir əşyanın olub-olmaması soruşulmuş, həmiçinin ona təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd kibrit qutusu çıxararaq təqdim etmişdir. Həmin kibrit qutuları açıldıqda içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri olması müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibindən özünə məxsus bir ədəd mobil telefonu da çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı kütlələr kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkildi və 1-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 4,98 qram, 2-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 5,08 qram, ümumilikdəçəkilərİ isə 10 rqam olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və sonuncu tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda işüçün əhəmiyyət kəsb edəcək məlumatların olması güman olunduğundan onun tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutularının içərisindəki kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, təxminən 3 ay əvvəl Yaşmada olan əkin sahəsində bitdiyini görüb onları dərərək şəxsi istifadəsi üçün Öz üzərində saxlamışdır, üzərindən aşkar olunaraq götürülmüş marixuanadan başqa yaşadığı evdə də narkotik vasitələr və ov tüfəngi vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsi üçün onun yaşadığı ünvan 5 ünvanına getmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, yaşadığı evdə qanunla qadağan olunmuşəşya, odlu silah, narkotik maddə və ya hər hansı bir predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 isə yaşadığı evdə narkotik vasitələrin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evin sol tərəfində yerləşən otağa baxış keçirilən zaman otaqda olan dolabın yuxarı hissəsindən bir ədəd ağ rəngli, üzərində “Alma Store” sözləri yazılmış kağız torbada, 2 ədəd qəhvəyi rəngli kağız torbada, 4 ədəd kbrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri, bir ədəd şəffaf sellofan bükümündə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə və ona qarışmış halda marixuanaya bənzər bitki kütlələri, bir ədəd qəhvəyi rəngli dəstəyi gümüşü rəngli tiyəsi olan bıçaq, bir ədəd boz-ağ rəngli dəstəyi gümüşü rəngli tiyəsi olan bıçaq, bir ədəd işlək vəziyyətdə “Pocket Scale” markalı gümüşü rəngli elektron tərəzi, bir ədəd kibrit qutusunda marixuana bitkisinin toxumlarına bənzər toxumlar, 2 ədəd 100 manatlıq 17 ədəd 50 manatlıq olmaqla 1050 manat məbləğində pul əskinası, üzərinə “Chela-Min” sözləri yazılmış bir ədəd konvalyutda vəəlavə olar 2 ədəd cəmi 23 ədəd mavi rəngli həblər, üzərinə “Vita-Plex” sözləri yazılmış bir ədəd konvalyutda 25 ədəd ağ rəngli həblər, üzərində “Methadone” sözləri yazılmış 2 ədəd həblər, üzərində “Ralqin-Neo” sözləri yazılmış 2 ədəd ağ rəngli həblər, lədəd yaşıl rəngli üzərinə “X9 Super-Paralisant” sözləri yazılmış balon, 1 ədəd üzərində “Made in Russia” sözləri ********** nömrəsi və “Raikal” sözləri yazılmış ov silahı, 1 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş ov silahı və 28 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə çəkisinin 0,055 kiloqram, bir ədəd kağız torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 0,850 kiloqram, bir ədəd üzərinə “Yargici” sözü yazılmış kağız torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron ərəzi vasitəsi ilə çəkildikdə çəkisinin 0,115 kiloqram, bir ədəd üzərində “Alma Store” sözləri yazılmış ağ rəngli kağız torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi ilə kəçildikdəçəkisinin 2,160 kiloqram, 4 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə 1-ci kibrit qutusundakı kütlənin çəkisinin 3,15 qram, 2-ci kibrit qutusundakı kütlənin çəkisinin 3,67 qram, 3-cü kibrit qutusundakı kütlənin çəkisinin 4,56 qram, 4-cü kibrit qutusundakı kütlənin çəkisinin 4,12 qram, şəffaf sellofan bükümdəki kütlənin çəkisinin 0,76 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrə bənzər kütlələr, həblər, ov tüfəngləri, patronlar, bıçaqlar və balon ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 tərəfindən üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş 1050 manat məbləğində pul əskinaslarının işüçün əhəmiyyət kəsb edəcəyi ehtimalı ilə onun tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, təxminən 3 ay əvvəl Yaşmada olan əkin sahəsində bitdiyini görüb onları dərərək şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, bir ədəd kağız bükümdə olan maddələr narkotik vasitə olan “qara”dır həmin narkotik vasitəni yerdən tapmış vəşəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan ov tüfəngi, həmçinin digər ov tüfəngi dəözünə məxsusdur, bundan başqa aşkar olunaraq götürülmüş həblər dəözünə məxsusdur. (iş vərəqə cild 1, səh. 213-217) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əri olmaqla 2018-ci ildə ailə qurmuş və birgə nikahlarından 1 oğlan övladları olmuşdur. Onlarla bir həyətdə başqa mənzildə qaynı Asif öz ailəsi və qaynanası ilə birlikdə yaşamışdır. 26 yanvar 2022-ci il tarixdə polis əməkdaşları onların mənzilində axtarış keçirmiş, həmin vaxt özü artıq bir neçə gün idi ki, qonaq kimi Sumqayıt şəhərində yaşayan valideyinlərinin evində olmuş və sonradan eşitmişdir ki, polis əməkdaşları onların mənzilinə baxış keçirərkən şkafdan narkotik vasitələr və silahlar aşkar edib götürmüşlər. Lakin o həmin evdə yaşadığı 4 il ərzində mənzilində silah və ya narkotik vasitə görməmiş, əri Orxanın da nə vaxtsa narkotik vasitələrdən istifadə etməsinin şahidi olmamışdır.(iş vərəqə cild 1, səh. 248-251) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq müxtəlif növ narkotik vasitələrindən istifadə etməsi, üzərində gəzdirməsi, satması və külli miqdarda narkotik vasitələri və qanunsuz olaraq odlu silahı yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqi 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 26 yanvar 2022-ci il tarixli və “diskə baxış keçirilməsi haqqında” 21 aprel 2022-ci il tarixli protokollardan görünür ki, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskə daxil olduqda orada 02 ayrı-ayrı papkalar müəyyən edilir. Həmin papkalara daxil olduqda, müəyyən edilir ki, orada videogörüntülər var. Həmin videogörüntülərə baxdıqda müəyyən edilir ki, 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etməsi, satması etməsi, üzərində və yaşadığı evdə saxlaması, eləcədə yaşadığı evdə odlu silah saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ünvan 6 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində kriminalist Rasim Paşayevin videogörüntüyə alması və müdafiəçi X3 iştirakı ilə müstəntiq Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulur. Həmiçinin ona təklif olunur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd kibrit qutusu çıxararaq təqdim edir. Həmin kibrit qutuları açıldıqda içərilərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri olması müəyyən olunur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibindən özünə məxsus bir ədəd mobil telefonu da çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı kütlələr kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilir və 1-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 4,98 qram, 2-ci qutunun içərisindəki kütlənin çəkisi qutu ilə birlikdə 5,08 qram, ümumilikdəçəkiləri isə 10 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindəşəxsi axtarış aparılır, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılır və sonuncu tərəfindən üzəri imzalanır. Təqsirləndirilən şəxs1 məxsus mobil telefon da işüçün əhəmiyyət kəsb edəcək məlumatların olması güman olunduğundan müstəntiq tərəfindən götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 verilən şifahi suallara cavab olaraq bildirir ki, həmin kibrit qutularının içərisindəki kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, təxminən 3 ay əvvəl Yaşmada olan əkin sahəsində bitdiyini görüb onları dərərək şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır, üzərindən aşkar olunaraq götürülmüş marixuanadan başqa yaşadığı evdə də narkotik vasitələr və ov tüfəngi vardır .(cild 1 iş vərəqə 27-28, 134-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və maddi sübut ola biləcək predmetin aşkar edilərək götürülməsi haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Xaliq oğlunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir, Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməzdən əvvəl ona təklif olunur ki, yaşadığı evdə qanunla qadağan olunmuş əşya, odlu silah, narkotik maddə və ya hər hansı bir predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 isə yaşadığı evdə narkotik vasitələrin olduğunu bildirir. Təqsirləndirilən şəxs1 yaşadığı evin sol tərəfində yerləşən otağa baxış keçirilən zaman otaqda olan dolabın yuxarı hissəsindən bir ədəd ağ rəngli, üzərində “Alma Store” sözləri yazılmış kağız torbada, 2 ədəd qəhvəyi rəngli kağız torbada, 4 ədəd kbrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütlələri, bir ədəd şəffaf sellofan bükümündə qurudulmuş marixuanaya bənzər bitki kütləsi, bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə və ona qarışmış halda marixuanaya bənzər bitki kütlələri, bir ədəd qəhvəyi rəngli dəstəyi gümüşü rəngli tiyəsi olan bıçaq, bir ədəd boz-ağ rəngli dəstəyi gümüşü rəngli tiyəsi olan bıçaq, bir ədəd işlək vəziyyətdə “Pocket Scale” markalı gümüşü rəngli elektron tərəzi, bir ədəd kibrit qutusunda marixuana bitkisinin toxumlarına bənzər toxumlar, 2 ədəd 100 manatlıq 17 ədəd 50 manatlıq olmaqla 1050 manat məbləğində pul əskinası, üzərinə “Chela-Min” sözləri yazılmış bir ədəd konvalyutda vəəlavə olar 2 ədəd cəmi 25 ədəd mavi rəngli həblər, üzərinə “Vita- Plex” sözləri yazılmış bir ədəd konvalyutda 25 ədəd ağ rəngli həblər, üzərində “Methadone” sözləri yazılmış 2 ədəd həblər, üzərində “Ralqin-Neo” sözləri yazılmış 2 ədəd ağ rəngli həblər, lədəd yaşıl rəngli üzərinə “X9 Super- Paralisant” sözləri yazılmış balon, 1 ədəd üzərində “Made in Russia” sözləri ********** nömrəsi və “Raikal” sözləri yazılmış ov silahı, 1 ədəd lüləsi və qundaq hissəsi kəsilmiş ov silahı və 28 ədəd patron aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlələr sellofan torbaya qoyularaq elektron tərəzidəçəkildikdəçəkisinin 0,055 kiloqram, bir ədəd kağız torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi iləçəkildikdəçəkisinin 0,850 kiloqram, bir ədəd üzərinə “Yargici” sözü yazılmış kağız torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron ərəzi vasitəsi iləçəkildikdəçəkisinin 0,115 kiloqram, bir ədəd üzərində “Alma Store” sözləri yazılmış ağ rəngli kağız torbada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi ilə kəçildikdəçəkisinin 2,160 kiloqram, 4 ədəd kibrit qutusunda və 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzi vasitəsi iləçəkildikdə 1-ci kibrit qutusundakı kütlənin çəkisinin 3,15 qram, 2-ci kibrit qutusundakı kütlənin çəkisinin 3,67 qram, 3-cü kibrit qutusundakı kütlənin çəkisinin 4,56 qram, 4-cü kibrit qutusundakı kütlənin çəkisinin 4,12 qram, şəffaf sellofan bükümdəki kütlənin çəkisinin 0,76 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitələrə bənzər kütlələr, həblər, ov tüfəngləri, patronlar, bıçaqlar və balon ekspertizaya göndərilməsi üçün qablaşdırılır və Təqsirləndirilən şəxs1 tərəfindən üzəri imzalanır. Həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş 1050 manat məbləğində pul əskinaslarının işüçün əhəmiyyət kəsb edəcəyi ehtimalı ilə müstəntiq tərəfindən götürülür. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman verilən şifahi suallara cavab olaraq bildirir ki, yaşadığı evdən aşkar olunaraq götürülmüş yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, təxminən 3 ay əvvəl Yaşmada olan əkin sahəsində bitdiyini görüb onları dərərək şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, bir ədəd kağız bükümdə olan maddələr narkotik vasitə olan “qara”dır həmin narkotik vasitəni yerdən tapmış vəşəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan ov tüfəngi, həmçinin digər ov tüfəngi dəözünə məxsusdur, bundan başqa aşkar olunaraq götürülmüş həblər dəözünə məxsusdur. Bundan sonra videoçəkiliş dayandırılır.(iş vərəqə cild 1, səh.134-136) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, şəxsi axtarışın keçirilməsi , həmçinin baxış keçirilməsi və maddi sübut ola biləcək predmetin aşkar edilərək götürülməsi istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/76 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evində...aşkar edilmiş...» yazıları və imzalar olan 01 ədəd ağ rəngli kağız bağlamadakı təmiz çəkisi - 2000qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır.-Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evində...aşkar edilmiş...» yazıları və imzalar olan 01 ədəd qəhvəyi rəngli kağız bağlamadakı təmiz çəkisi -875 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evində...aşkar edilmiş...» yazıları və imzalar olan 01 ədəd qəhvəyi rəngli kağız bağlamadakı təmiz çəkisi - 169,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır.-Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evində...aşkar edilmiş 04 ədəd kibrit qutusunda. Bir ədəd sellofan bükümdə...» yazıları və imzalar olan kağız paketdəki 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,020 qram, 1,520 qram, 2,02 qram, 0,59 qram və 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,610 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır.-Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda ....» yazıları və imzalar olan kağız paketdəki 02 ədəd kibrit qutusunda ayrı-ayrı təmiz çəkiləri:2,11 qram, 2,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır.Ümumi çəkisi 3055 qramdır (3kq55 qram) Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər.-Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 evindən kibrit qutusunda çətənə bitkisinin toxumlarına bənzər....» yazıları və imzalar olan kağız paketdəki kibrit qulunun içərisində 01 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi - 2,51 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumalarıdır, onlar narkotik vasitələrin siyahısına aid deyil.Elmi cə hətdən işlənib hazırlanmış metodik vəsait olmadığına görə həmin toxumların yararlı olub-olmaması sualına cavab verilmədi.(iş vərəqə cild 1, səh. 58-62) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/78 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evindən götürülmüş....» sözləri yazılmış zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,400 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudulmuş marixuanadır.(iş vərəqə cild 1, səh. 63-66) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/535 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 Xaliq oğlunun evindən aşkar edilmiş...» sözləri olan 1 №-li zərfdəkİ 01 ədəd üzərində « Methodon 40» göstəriciləri olan blister kəsiyində 02 ədəd açıq-qəhvəyi rəngli «F/M40» göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metodondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 46,061 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 3 №-li zərfdəki bir ədəd üzərində «Vita-Plex» sözləri olan blisterdə 25 ədəd ağ rəngli dərman kapsulu, bir ədəd üzərində «Chela-MİN» sözləri olan blisterdə 25 ədəd göy rəngli dərman kapsulu, üzərində «Ralqin-Neo» sözləri olan blister kəsiyində 02 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların siyahıları»na və «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildirlər. 4 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı.(iş vərəqə cild İ, səh. 67-74) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik və fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/123 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah 2018-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş patronluğunun uzunluğu 76 mm olan 12 kalibrli «MP-155» modelli ********** №-li daxili çaxmaqlı, təklüləli yarım avtomatik (özü dolduran) tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd silah 16 kalibrli olmaqla, «TOZ-B» modeli patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqh keçmiş SSRİdə «Tula silahzavodun»da 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş 138545-59 №-li, hamar (yivsiz) qoşa lüləli odlu tüfəngidir, lakin konstruktiv dəyişiklilklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 28 (iyirmi səkkiz) ədəd patronlardan 22 (iyirmi iki) ədədi 12 kalibrli, digər 6 (altı) ədədi isə 16 kalibrli olmaqla, həmin kalibrə malik hamar lüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən kaliblərinə müvafiq olaraq tədqiqata təqdim edilmiş, «TOZ-B» modelli 138545-59 №-li ov tüfəng kəsiyində və «MP-155» modeili ********* №-li ov silahında da döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsullu ilə istehsal edilmişlər, təyinatı üzrə istifadəyə (atəşə) yaralıdırlar.(iş vərəqə cild 1, səh. 147-151) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə məhkəməsoyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli 3/124;6/620 saylı rəyindən görünürki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd Almaniya zavod üsulu ilə istehsal edilmiş üzərində «X9 Super_Paralisant» yazısı olan Amerika üslubunda super iflic edə özünümüdafiə təyinatlı aerozol qurğudur, qaz silahıdır. Tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs1 aşkar edilmiş....” yazısı olan bükümdəki zavod üsulu ilə qablaşdırmaya uyğun üzərində “X9 super-paralisant ОС-gas (istehsalçı: Zigsiiiard (Almaniya) yararlılıq müddəti 01/2014 exp:01/2018) əmtəə göstəriciləri olan 01 ədəd sprey balonun içərisində qaz halında olan maddənin tərkibində orto-slorbenzilidenmalononitril (ОС) - gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərən irritan qrupasına aid olan qırmızı bibərin ekstraktına məxsus tərkib komponentləri müəyyən edildi və həmin qaz balonun tərkibində olan təbii bibər ekstraktına (ОС) kənar mexaniki təsirlər nəticəsində öz təsir etmə qabiliyyətinin itirilməsi istisna edilmir. Təqdim olunmuş qaz balonun üzərindəki tarix göstəricisinə əsasən istifadə müddəti bitmişdir («exp.01/2018)(iş vərəqə cild 1, səh. 152-157) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2033 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və kannaboidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə cild 1, səh.209-210) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5200 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə cild 2, səh.116-117) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 3054,35 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,37 qram qurudulmuş marixuana, 2,46 qram toxumlar, 46,011 qram narkotik vasitə tiryək, 01 ədəd metadon həbi, 02 ədəd odlu silah, 28 ədəd patron, 01 ədəd qaz silahı hesab edilən qaz balonu, 01 ədəd elektron tərəzi, 02 ədəd bıçaq, Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə137-150) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 189-191) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır .(iş vərəqə cild 2-88-91) Cinayət işinin materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 179/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmış və o, qəti olaraq 06 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsinin əvvəli hökmün elan olunduğu 21 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən onlara təzyiq olunması barədə məhkəmədə verdkləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs2 əldə edərək üzərində daşıdığı və evində saxladığı narkotik vasitənin külli miqdarda və müxtəlif növlərdə olması, evindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs2 məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəsi də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “marixuana” (kannabis) narkotik vasitəsinin qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, “metadon” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram,”tiryək” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 50 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutumuş cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməlidir Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 238.1-ci maddələri sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 01 azyaşlı uşağının olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün elan olunduğu yəni, 09 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddənin tələbinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Həmin maddənin tələbinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-179/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzadan çıxılmış Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 09 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək 02 (iki) gün müddət yeni hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu vaxtdan, yəni 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli və onun hal-hazırda həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilən Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 3054,35 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,37 qram qurudulmuş marixuana, 2,46 qram toxumlar, 46,011 qram narkotik vasitə tiryək, 01 ədəd metadon həbi, 01 ədəd elektron tərəzi, 02 ədəd bıçaq məhv edilməli, 2018-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş yivsiz odlu ov silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan patronluğunun uzunluğu 76 mm olan 12 kalibrli «MP-155» modelli ********** №-li daxili çaxmaqlı, təklüləli yarım avtomatik (özü dolduran) tüfəng, keçmiş SSRİdə «Tula silahzavodun»da 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş odlu silah hesab edilən texniki cəhətdən saz və hər iki lüləsindən atəş açmaq üçün yararlı olan 138545-59 №li, hamar (yivsiz) qoşa lüləli odlu tüfəngidir, lakin konstruktiv dəyişiklilklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi, zavod üsullu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı olan 22 (iyirmi iki) ədədi 12 kalibrli, digər 6 (altı) ədədi isə 16 kalibrli olmaqla, həmin kalibrə malik hamar lüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən kaliblərinə müvafiq olaraq tədqiqata təqdim edilmiş, «TOZ-B» modelli 138545-59 №-li ov tüfəng kəsiyində və «MP-155» modeili ********* №-li ov silahında da döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan 28 (iyirmi səkkiz) ədəd patron, 01 ədəd Almaniya zavod üsulu ilə istehsal edilmiş üzərində «X9 Super_Paralisant» yazısı olan Amerika üslubunda super iflic edə özünümüdafiə təyinatlı qaz silahı hesab edilən aerozol qurğu məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və evinə baxış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 214 (iki yüz on dörd) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə üzrə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutularaq həbsdə olduğu 26 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 07 (yeddi) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 02 (iki) il 11 ( on bir ) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin başlanğıcı 09 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 ( iki ) il müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 ( yeddi) il 06 ( altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 avqust 2021-ci il tarixdən 11 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun hal-hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş Təqsirləndirilən şəxs1 üzərindən və evindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalmış 3054,35 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,37 qram qurudulmuş marixuana, 2,46 qram toxumlar, 46,011 qram narkotik vasitə tiryək, 01 ədəd metadon həbi, 01 ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd odlu silah, 28 ədəd patron, 01 ədəd qaz silahı hesab edilən qaz balonu, 02 ədəd bıçaq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə 429 (dörd yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 214 (iki yüz on dörd) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-42/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-42/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver