Məhkəmə qərarları › İş №1(124)-42/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-42/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-42/2025 20.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi ev 55/57-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAAF-Park yaşayış kompleksi B korpusu ev 9 mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir ədəd üzərində “Sports” yazısı olan idman çantasının içərisində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilmiş 01 ədəd bağlamada təmiz çəkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitə heroini və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,820 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək yaşadığı ünvan 1 ünvana daşımış, bir ədəd idman çantasında 01 ədəd bağlamada təmiz çəkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitə heroini yaşadığı evdə qonaq otağında yumşaq mebelin arxasında və 01 ədəd bükümdə 0,820 qram çəkidə olan psixotrop maddə metamfetamini əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış, 21 iyun 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin və Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı binanın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib həmin gün saat 20:20-dən saat 20:29-a kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş 0,820 qram çəkidə psixotrop maddə metamfetamin və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 21-10-dən saat 21-22-yə kimi yaşadığı mənzilə baxış keçirilərkən qonaq otağında yumşaq mebelin (divanın) arxasında, bir ədəd üzərində “Sports” yazısı olan idman çantasının içərisində 01 ədəd bağlamada təmiz çəkisi 2000,4 qram (2 kq 4 qr) külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində bildirmişdir ki, o, Semaşko xəstəxanasında metadon proqramına qoşularaq müalicə almış, hər gün müalicə olunmaq üçün metadon suyu içmiş, müalicə aldıqdan sonra anası xəstə olduğundan və bacısı da işə getdiyindən bacısıgildə qalaraq o, işdən gələnə qədər anasına baxmışdır. Hadisə günü metadon suyu içib məhəlləyə çatanda təqribən səhər saat 10-12 radələrində 3-4 nəfər polis əməkdaşı onu saxlamış və bloka salmışdırlar. O, nə baş verdiyini bilməyərək qışqırmağa başlamış, polis əməkdaşları yaxınlaşanda özlərini təqdim etməmiş, onun qışqırıq səslərinə anası evdən çıxmışdır. Bacısı anası əziyyət çəkib durub qapını açmasın deyə evin açarını qabaqcadan ona vermiş, hadisə vaxtı polis əməkdaşları açarı götürərək yuxarı qalxmış, həmin anda da anası artıq qapını açmışdır. Polis əməkdaşları həmin vaxt onu evə salaraq evin koridor hissəsində saxlamış, xəstə anasını isə kresloda oturtmuş, daha sonra isə evdə axtarış keçirməyə başlamış, onlardan evdə nə axtardıqlarını soruşduqda polis əməkdaşları sakit qalmasını bildirmişdir. Polis əməkdaşları xəstə anasına su belə verməmiş, evdə 1 saata yaxın axtarış keçirmiş, heç bir şey tapmamış, daha sonra isə onu polis idarəsinə aparmışdırlar. Müalicədən çıxıb evə Yasamal ərazisi ilə gedərkən yolüstü özünə yarım qram psixotrop maddə metamfetamin aldığını, onun xəstəliyi olduğu üçün ağır dərmanlar qəbul etdiyini, həmin dərmanların ona pis təsir etdiyini, sonradan psixi xəstəliyi yarandığını bildirmişdir. İdarədə olan zaman üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən aldığı yarım qaram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra isə artıq onunla pul mövzsusu danışılmış, polis əməkdaşları müəyyən pul qarşılığında onu sərbəst buraxmağı təklif etmiş, o isə pulunun olmadığını bildirmişdir. Bu söhbətdən sonra polis əməkdaşlarından biri çanta gətirərək stolun üstünə qoymuş, çantanı ona yükləmək istəmişdirlər. Polis əməkdaşları onu döyərək təzyiq göstərmiş, çantanın ona aid olduğunu bildirmiş, çantanın içərisində nə olduğunu soruşduqda ona cavab verməmişdirlər. O, çox döyüldüyü üçün halsız olmuş, bir müddət keçdikdən sonra otağa bir nəfər daxil olmuş, digər polis əməkdaşlarına nə üçün onun nazı ilə oynadıqlarını soruşmuş, çantanın onsuz da evdən çıxacağını, buna görə də anasını ya da bacısını yükləyəcəklərini bildirmiş, bundan sonra hər şeyi məcbur qalaraq boynuna almışdır. Axşam radələri bir nəfər vəkil gəlmiş, vəkil də orada olan zaman onun sifətini, döyüldüyünü görmüş, vəkil polis əməkdaşına onunla təkbətək söhbət etmək istədiyini bildirmiş, lakin polis əməkdaşı icazə verməmiş, daha sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilmiş, aşkar olunan yarım qram psixotrop maddə metamfetamin yenidən cibinə qoyulmuşdur. Həmin psixotrop maddə metamfetamin həqiqətən də onun olmuşdur. Onun yanında olan polis nəfərlərindən biri evə gedən polis əməkdaşlarına zəng edib evdə ana, bacısı varsa, onları koridorda saxlamaqlarını, video çəkiliş zamanı onların evdə olmalarına icazə olmadığını bildirmiş, o da, polis əməkdaşlarının bütün bu danışıqlarını eşitmişdir. Polis əməkdaşları çantanı evdə kreslo tərəfə qoymuş, vəkil heç nəyin ona aydın olmadığını bildirərək buna etiraz etmişdir. O, 2-3 gün polis bölməsində saxlanılmış, sonra isə polis əməkdaşları təhqiqatçının yanında bir neçə sənədlərə imza atdıqdan sonra, onu sərbəst buraxacaqlarını bildirmiş, o da, polis əməkdaşlarına vəkilsiz heç bir sənədə imza atmayacağını bildirmişdir. Təhqiqatçı tərəfindən işgəncələrə məruz qalmış, təhqiqatçı əlindəki açarı onun başına vurmuş, başı qanamağa başlamış, qan axdığını gördükdən sonra təzyiq göstərməyi dayandırmış, onun sifəti gömyöy olmuşdur. O, sanksiya məhkəməsinə aparılmış, məhkəmədə üzərində psixotrop maddə metamfetamin olduğunu etiraf etmiş, lakin digər aşkar olunanların ona aid olmadığını bildirmişdir. Daha sonra məhkəmə-tibbi ekspertizasına göndərilməsi barədə qərar qəbul edilmiş, ekspertizadan sonra Kürdəxanıya aparılmışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər məhkum olunduğunu, psixotrop maddə metamfetamini çəkmə yolu ilə istifadə etdiyini, bundan əvvəl amnistiya aktına əsasən azadlığa buraxıldığını, bijuteriya ticarəti ilə məşğul olduğunu və 2 saylı psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bildirmişdir. O, müalicə alarkən metdaon suyu içməyə getmiş, gedəndə orada qeydiyyatı olduğu üçün şəxsiyyət vəsiqəsini aparmamışdır. O, psixotrop maddə metamfetaminin üzərindən aşkar olunduğunu və yarım qram psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, xəstəxanada müalicə alarkən psixotrop maddə metamfetamin onu normal vəziyyətə saldığı üçün hərdən ağrılarının azalmasından ötrü metamfetamin çəkdiyini bildirmişdir. Polis əməkdaşları onu səhər saat 10-12 radələrində saxlamış, hadisə günü evdə anası olmuş, anası hər şeyə şahid olmuş, bu hadisədən sonra anası infarkt keçirmişdir. Polis idarəsində olan zaman ona qarşı qanunsuzluqlar, işgəncələr olmuş, bu qanunsuzluqlarla bağlı barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə hakimə məlumat vermişdir. O, üzərində olan telefonun götürüldüyünü, telefonunun kontaktında İİR vətəndaşının nömrəsi olmadığını, telefonun sonradan özünə geri qaytarıldığını, bacısı da işdən gəldikdən sonra polis əməkdaşlarının evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq xəsarət nəticəsində sifətinin sol tərəfinin gömgöy olduğunu, Kürdəxanıya aparılanda sifətində həmin xəsarətlərin olduğunu və orada hər şeyi qeyd etdiklərini, həmçinin bədəni və ayaqlarının da gömgöy olduğunu bildirmişdir. Lakin məhkəmə-tibbi ekspertizası aparılarkən ekspert onun bədəninin bütün hissələrinə baxmamış, ekspert rəyində yalnız sifətində xəsarət olduğu qeyd edilmişdir. O, hadisədən əvvəldən heç bir yerdə xəsarət almamışdır. İkinci dəfə polis əməkdaşları ilə evə gedərkən onun üzərindəki açarla qapını açmış və həmin vaxt evdə heç kim olmamış, ana və bacısını evdən çıxarmışdırlar. Narkotik vasitəni evinə yerləşdirən əməliyyatçının adını bilmədiyini, lakin üzdən görsə, tanıyacağını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin CAŞnın əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə Zaur adlı şəxsin narkotik vasitələrin qəbulu, satışı və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, qeyd olunan ünvana getmiş, 21 iyun 2023-cü il tarixdə, saat 19-21 radələrində həmin ünvanda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış, ona narkotik vasitələrlə əlaqəli olaraq idarəyə getməsi izah olunmuş və bir başa idarəyə aparılmışdır. Polis idarəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxsin şalvarının cibindən metamfetamin aşkar olunmuş və müvafiq qaydada götürülərək protokollaşdırılmış, həmin material istintaqa göndərilmişdir. Təqsirləndirilən şəxs evində də həmin narkotik vasitələrin olduğunu və onları İİR vətəndaşından əldə etdiyini bildirmiş, yenidən müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə onun yaşadığı evə baxış keçirilmiş və qeyd edilən narkotik vasitələr həmin ünvandan aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs axşam saatlarında yaşadığı binanın həyətində saxlamış, onu polis idarəsinə dəvət etmiş, idarədə onun üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxs şalvarının cibində olan narkotik vasitəni özü təqdim etmiş və İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra isə təhqiqatçının və müdafiəçinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmiş, evə daxil olduqları zaman divanın arxasında olan idman çantası götürülmüş və onun içərisindən narkotik vasitə aşkar olunmuşdur. O, təqribi olaraq 1-2 kiloqram çəkidə narkotik vasitə aşkar olunduğunu, əməliyyat qrupunda Şahid1la birlikdə olduğunu, başqa əməliyyatçının olub-olmadığını xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsin saxlanılan kimi dərhal polis idarəsinə aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs özü evində də İİR vətəndaşından əldə etdiyi narkotik vasitə olduğunu və əldə etdiyi narkotik vasitəni harasa qoyacağını və bunun müqabilində 500 manat məbləğində pul alacağını bildirmiş, buna görə də qeyd olunan ünvana baxış keçirilmş, həmin vaxt evdə heç kim olmamış, evdə divanın arxasında olan idman çantasının içərisindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 18:00-da işdən evə gələndə anası qapını açmış, bu zaman anası özündə olmamış, evə daxil olduğu zaman polis əməkdaşlarının içəridə divanda əyləşdiklərini görmüşdür. Polis əməkdaşlarından nə işlə bağlı gəldiklərini soruşduqda qardaşının narkotikə görə tutulduğunu, 5-10 dəqiqə keçdikdən sonra anasını da götürüb çölə çıxmasını və çəkiliş aparacaqlarını bildirmişdirlər. O, anasının xəstə olduğunu və bu vəziyyətdə çölə çıxa bilməyəcəyini desə də, polis əməkdaşları təcili çölə çıxmalarını bildirmiş, o da yenidən anasını çölə çıxara bilməyəcəyini, təkcə 3-cü mərtəbəyə çıxara biləcəyini demişdir. Bundan sonra o, anasını götürüb yuxarı qalxmış, orada olan 2 nəfər polis əməkdaşından biri onların yanında qalmış, digəri isə qapını bağlayaraq çıxmış və çəkilişin yolda olduqlarını bildirmişdirlər. Özünün və anasının vəziyyəti həmin anda çox pis olmuş, bir müddətdən sonra polis əməkdaşlarının gəldiklərini və qapını açaraq evə daxil olduqlarını görmüş, polis əməkdaşları sonradan çəkilişin hələ gəlmədiyini bildirmiş, o da, polis əməkdaşlarından çəkiliş gəlmədiyi halda evə niyə daxil olduqlarını soruşmuşdur. Hava artıq qaralan zaman polis əməkdaşları yenidən video çəkiliş vaistəsilə evə daxil olmuş, orada nə hadisə baş verdini bilməmiş, çəkiliş bitdikdən sonra isə polis əməkdaşları açarı otağa ataraq getmiş, o da, anası ilə birlikdə sonradan evə daxil olmuşdur. O, qardaşı Zaurun onlara gündəlik gəlib-getdiyini, anası xəstə olduğu üçün ona nəzarət etdiyini, Zauru əvvəlcə gördükdə onda heç bir xəsarət olmadığını, qardaşının sonradan polis əməkdaşları tərəfindən evə gətirildikdə gözündə bir az dəyişiklik gördüyünü, həmin vaxt blokun pəncərəsindən baxdığını bildirmişdir. Həmin vaxt Zaur üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra anasının əməliyyatı üçün yığdığı pulu və qızına məxsus pul qabını da götürmüş, o, iş məhkəməyə göndəriləndən sonra müstəntiqə müraciət edərək Zaurun telefonunu ərizə yazaraq götürmüşdür. Evin təmizlik işlərinə, səliqə-sahmanına özünün baxdığını, Zaurun evə çanta ilə gəlib-getdiyini görmədiyini qeyd etmişdir. Video çəkiliş gəlməmişdən qabaq polis əməkdaşının evə daxil olduğunu və açarla qapını bağladığını görmüş, bununla bağlı, hətta onların özlərinə də demiş, özünün ayrıca açarı olmuşdur. Polis əməkdaşları açarı onlara təhvil verməmiş, otağa atıb getmişdirlər. Anası on əvvəlcə 5-6 nəfər polis əməkdaşının gördüyünü demiş, o isə 2 nəfər polis əməkdaşının olduğunu görmüşdür. O, evlərinin 1 otaqdan 2 otağa düzəlmə olduğunu, qardaşının dəfələrlə narkoloji xəstəxanada müalicə aldığını və dərmanlar qəbul etdiyini, video çəkilişin axşam olduğunu, Zauru da axşam polis əməkdaşlarının gətirdiyini, həmin vaxt çölə çıxarıldıqları üçün evdə video çəkiliş görmədiyini bildirmişdir. Hadisənin ertəsi günü edilən qanunsuzluqlarla bağlı olaraq prokurorluğa müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 ifadəsində göstərmişdir ki, o, iş üzrə Təqsirləndirilən şəxs barəsində olan cinayət işini aparmış, sima olaraq təqsirləndirilən şəxsi xatırlamışdır. Təqsirləndirilən şəxsin təhqiqat zamanı vəkili Etibar Həsənov olmuş, Etibar Həsənovdan sonra başqa vəkil işə cəlb olunmuş, lakin sonradan kimin Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsini xatırlamamışdır. Müdafiəçi Etibar Həsənov istintaq hərəkətlərinin keçirilməsi üçün dəfələrlə dəvət olunmuş, lakin o, xəstə olduğu üçün gələ bilməyəcəyini və şəxsi başqa müdafiəçi ilə təmin etmələrini bildirmişdir. O, təqsirləndirilən şəxsdən Etibar Həsənovdan imtina etməsi və başqa bir müdafiəçi ilə təmin olunması ilə bağlı ərizə alıb-almadığını xatırlamadığını, bununla bağlı olaraq təqsirləndirilən şəxsin fikrini soruşduğunu qeyd etmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxs cinayət işinin materialları istintaq idarəsinə təhvil verildikdən sonra heç bir suala cavab vermək istəmədiyini və özünü təqsirsiz hesab etdiyini bildirmişdir. Etibar Həsənov istintaq hərəkətlərinin keçirilməsinə dəvət olunmasına baxmayaraq gəlməmiş, buna görə də yeni qərarla işə yeni müdafiəçi cəlb olunmuş, bundan sonra Etibar Həsənovun iştirakına xitam verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təhqiqatda təqsirləndiirlən şəxsin yanında müdafiəçisi kimi iştirak etmiş, daha sonra isə işi aparan istintaq orqanının əməkdaşı ona zəng edib Zaurun vəkildən imtina etdiyini bildirmiş, o da, bundan sonra həmin işi bağlayaraq arxivə vermişdir. İstintaq orqanının əməkdaşı ona zəng edəndə səhhətində problem olmamış, həmin əməkdaşdan xəstə olduğu üçün Təqsirləndirilən şəxs başqa vəkillə təmin olunmasını xahiş etməmiş və bununla bağlı hər hansı bir ərizə təqdim etməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ona qarşı heç bir mənfi və imtinaedici xarakterli hərəkətlər göstərməmişdir. Təhqiqatçının konfidensial görüş üçün boş otaq olmamasını deyərək məhdudiyyət yaratmağa çalışdığı üçün mübahisə yaranmış, axırda bir neçə nəfərlə məsləhətləşdikdən sonra nəhayət ki, təqsirləndirilən şəxslə konfidensial görüş keçirilmişdir. İstintaq orqanın əməkdaşları yaratdıqları məhdudiyyəti şəxsin özünə qəsd etmə ehtimalını, belə olan halda məsuliyyəti kimin daşıyacağı ilə əsaslandırmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzündə görünən xəsarətlər olmamışdır. Təqsirləndirilən şəxsi sima olaraq görən kimi tanımış, lakin başqa konkret detalları xatırlamamışdır. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilk olaraq ona qarşı zor tətbiq olunub olunmamasını soruşmuş, təqsirləndirilən şəxsə qarşı hər hansı bir zor tətbiq olunma müşahidə etmiş olsaydı, dərhal müdafiəçi kimi reaksiya bildirərək müvafiq tədbirləri görəcəyini qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” y/k ərazisində narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi və mənzilində saxlaması barədə barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib şalvarının sağ cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim edərək həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Aşkar olunan psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizə məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3 ünvanının qarşısına gəlmiş, əlində olan açarla mənzilin qapısını açmış və baxış iştirakçıları mənzilə daxil olmuşlar. Evə baxış keçirilən zaman qonaq otağındakı yumşaq mebelin (divanın) arxa hissəsində üzərində “Sports” yazısı olan idman çantasında saxladığı, içərisində narkotik vasitə heroin olan bir ədəd, içərisində narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan ağ rəngli xırda uzunsov kristallardan ibarət maddə olan bir ədəd, iri şəffaf kristallardan ibarət maddə olan bir ədəd bağlama və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin çantanın içərisindən aşkar edilən enerji daşıyıcına aid suala cavab olaraq onun içərisinin boş olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona birlikdə iş görməklərini təklif etmişdir və o da həmin şəxslə razılaşdığına görə bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə həmin İran vətəndaşı ona mobil telefonda “Whatsapp” tətbiqi vasitəsilə məkan (konum) göndərmiş, bundan sonra o, həmin konum əsasında Masazır qəsəbəsinə gedərək ünvanı dəqiq bilmədiyi yerdən içərisində narkotik vasitə, psixotrop maddə və elekton tərəzi olan həmin idman çantasını götürərək yaşadığı həmin evə gətirib saxlamışdır. Həmçinin bundan sonra da İran vətəndaşının növbəti sifarişini gözləmişdir ki, həmin çantanı içərisində olan narkotik vasitəni təyin olunacaq ünvana aparsın. Həmçinin Təqsirləndirilən şəxs bu işin müqabilində İİR vətəndaşından 500 manat alacağı barədə də İİR vətəndaşı ilə əvvəlcədən razılığa gəldiklərini bildirmişdir. Bundan sonra aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, aşkar olunaraq götürülmüş “Samsung” markalı mobil telefonda olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, üzləşdirmə zamanı Şahid1 və Şahid2 ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/3489 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd zərfdəki bükümdə təmiz çəkisi 0,820 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş çantadakı 01 ədəd bağlamada təmiz çəkisi 2000,4 (2 kq 4 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bağlamada təmiz çəkisi 993,3 qram ağ rəngli xırda uzunsov kristallardan ibarət maddə kütləsi və təmiz çəkisi 2,497 qram olan iri şəffaf kristallardan ibarət maddə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. 01 ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini anlamaq və qavramaq qabiliyyətinə malikdir. Həmçinin o, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 11 mart 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2000,2 qram narkotik vasitə heroin, 0,770 qram psixotrop maddə metamfetamin, 993,1 qram və 2,297 qram ağ kristallardan ibarət, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələr aid olmayan maddələr, 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, 02 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 tərəfindən 11 fevral 2025-ci il tarixdə daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2012-xx.xx.2012, xx.xx.2013xx.xx.2013, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən metadonla əvəzedici terapiya proqramına qəbul olunub. 2021-ci ilin iyul ayından proqramdan çıxarılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən mərkəzdə stasionar müalicədə olmayıb. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon prokurorluğundan daxil olmuş 20 may 2025-ci il tarixli məktuba əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin edilməsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Yusifov X6 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək cəzadan azad edilmişdir. Həmin Qərarın 7-ci bəndindən görünür ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş şəxs hesab edilir. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan — xx.xx.2009-cu il təvəllüdlü X7, iki azyaşlı uşaq — xx.xx.2012-ci il təvəllüdlü X9 və X10 vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman psixotrop maddəni İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı mənzildən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham olunduğu narkotik vasitələrin özünə məxsus olmasını bildirməklə özünə qarşı ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin bacısı X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadə yaxın qohumun cinayət məsuliyyətindən yayınmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, həmçinin himayəsində bir yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən M Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 2000,2 qram narkotik vasitə heroin, 0,770 qram psixotrop maddə metamfetamin, 993,1 qram və 2,297 qram ağ kristallardan ibarət, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələr aid olmayan maddələr məhv edilməli, 01 ədəd enerji daşıyıcısı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 2000,2 qram narkotik vasitə heroin, 0,770 qram psixotrop maddə metamfetamin, 993,1 qram və 2,297 qram ağ kristallardan ibarət, narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələr aid olmayan maddələr məhv edilsin, və 01 ədəd enerji daşıyıcısı təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, 01 ədəd elektron tərəzi müsadirə edilsin, 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar