Məhkəmə qərarları › İş №1(124)-420/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-420/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-420/2024 17.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə 7,2 qram güclü təsir edən maddə preqabalini, xeyli miqdarda, ümumilikdə 1,5 qram psixotrop maddə metilendioksimetamfetamini (MDMA), xeyli miqdarda, yəni 0,2 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patronu əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 01:00-da ünvan 3 ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və həmin gün saat 03:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan qara rəngli əl çantasından külli miqdarda, yəni preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olmaqla 3 qramı 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 20 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı və 4,2 qramı 1 ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla 14 ədəd qəhvəyi-ağ rəngli kapsulda preqabalin tərkibli “Preqabalin Kpka" markalanma göstəricisi olan dərman preparatı, xeyli miqdarda, yəni bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,2 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan bir həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan üçbucaqlı 7 ədəd həb və bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 1 ədəd həb aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 26 iyul 2023-ci il tarixdə saat 04:44-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağında yeləşən şkafın üzərində olan üzərində “X11” yazısı olan kitab formada dəmir qutudan zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələri “Whatsapp” vasitəsi ilə əlaqə saxladığı şəxsdən əldə etmiş, dərman həblərini isə resept vasitəsi ilə aptekdən almışdır. Evdən aşkar olunan güllə, ’’ekstazi" və.s ona məxsus deyil. O, tutulan zaman üzərində 08 ədəd ekstazi olmuşdur. O, onları “zaklatkadan" əldə etmişdir. O, özü “pregabalin” və “ekstazi” istifadə etmişdir. Tutulan zaman üzərində 7-8 ədəd “ekstazi” və 3-4 list “pregabalin” olmuşdur. Polis əməkdaşları gecə vaxtı Xaqani bağında ona yaxınlaşaraq üzərində qanunsuz nə olduğunu soruşmuş və o, “pregabalin” olduğunu bildirmişdir. Daha sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu saxladıqları anda üzərinə rahat baxış keçirilə bilməmiş, daha sonra idarədə üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən “ekstazi” və “pregabalin” həbləri aşkar olunmuşdur. Səhərisi gün səhər saat 11 radələrində Masazır qəsəbəsinə getmişlər və o, həyətdə avtomobildə qalmış, polis əməkdaşları isə yaşadığı mənzilə qalxmışlar. 10-15 dəqiqə sonra polis əməkdaşları həyətə enmiş və onlar yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qayıtmışlar. Onun müdafiəçisi gəldikdən sonra yenidən yaşadığı evə getmişlər. Evdən ittihamda qeyd edilən “X11” yazısı olan kitab formada dəmir qutudan guya 22-23 ədəd “ekstazi” aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, 2-3 ildir ki, həm “ekstazi”, həm də “pregabalin” istifadə edir. “lyrica” və “pregabalin” eynidir. Üzərindən çıxan “ekstazi” və “pregabalin”-i o, özü almışdır. 9 ədəd ekstazini 200 manata almışdır. Lyricanı isə 130-140 manata almışdır. Üzərindən aşkar olunanlar 15-20 gün ona kifayət etmişdir. O, gündəlik olaraq əsasən “lyrica” istifadə etmişdir. Ekstazini isə gündəlik qəbul etməmişdir. Onun anası mühasibatçıdır və o, kömək məqsədi ilə anasının yanında işləmişdir. Həmçinin, mühasibatlığı öyrənmək üçün kursa da getmişdir. O, 500-600 manat civarında maaş almışdır. O, anası ilə birgə Masazır qəsəbəsində yaşayır. Yaşadıqları ev öz evləridir. O, ailə qurmamışdır, subaydır. O, narkotik vasitələri planlı şəkildə almamışdır. Polis əməkdaşları evə baxış keçirən zaman anası evdə olmuşdur. Polis əməkdaşları birinci dəfə evə gəldikdən sonra ikinci dəfə evdən patron aşkar olunmuşdur. Aşkar olunan patron onların evində olmamışdır. O özü hərbi xidmətdə belə olmamışdır. O, Şimali Kiprda ali təhsil almışdır. Evdən aşkar olunanları oraya polis əməkdaşları qoymuşdur. 7 aydır ki, polis əməkdaşlarının patronu evə qoyma səbəblərini fikirləşir, amma heç nə başa düşmür. İdarəyə gedən zaman polis əməkdaşları ona təzyiq göstərməyiblər. Polis əməkdaşları ilə heç bir ədavəti olmamışdır. Hətta polis əməkdaşları ona satışla bağlı ona qarşı ittiham irəli sürülməyəcəyini bildirmiş, amma istintaq təcridxanasına getdikdən bir ay sonra ittihamın mahiyyətinin dəyişdiyini görmüşdür. Əvvəllər məhkumluğu olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərməmişlər. Xaqani bağında saxlanılan zaman üzərində 0,2 qram metamfetamin olmuşdur. Saxlanılmamışdan 1 gün əvvəl 01 qram metamfetamini 50 manata almışdır. Onun üzərində ittihamda qeyd edilən qədər metamfetamin olmamış, onu yükləmişlər. Polis əməkdaşları birinci dəfə evə gələn zaman saat səhər 11 radələri olmuşdur. Birinci dəfə gələn zaman o məzilə qalxmamışdır. Polis əməkdaşları mənzilin qapısını özləri açmamışlar. Qapını döymüşlər və anası qapını açmışdır. İkinci dəfə yaşadığı mənzilə gələn zaman çəkiliş etmişlər və çəkiliş zamanı anası evdə olmamışdır. Polis əməkdaşları səhər saat 11-ə qədər evdə pərdələri bağlamış, divardakı saatı çıxarıb divanın altına qoymuş və evdə gecə ab-havası yaratdıqdan sonra çəkilişə başlamışlar. Protokol evdə yazılmış və o, imzalamışdır. Çəkilişdə ittihamda qeyd edilən üç şahid, müdafiəçi və 1-2 nəfər şəxs iştirak etmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iki gün qalmışdır. Ona satış niyəti olmadığını və narahat olmamağını söyləmişlər. İki gün idarədə qaldığı üçün psixoloji vəziyyəti pis olmuş və söhbətin tez bitməsi üçün sənədləri imzalamalı olmuşdur. Orada onu istintaq təcridxanasına aparacaqlarını söyləmişlər. O, istintaq təcridxanasında ittiham aktını oxuyan zaman güllənin və artıq miqdarda metamfetaminin qeyd olunduğunu görmüşdür. O, istintaq zamanı vəkillə görüşmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən yaşadığı evə gələn zaman müdafiəçi də onlarla gəlmişdir. Onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman müdafiəçi iştirak etməmişdir. Mənzilə baxış prosesində müdafiəçi iştirak etmişdir. Son vaxtlar “zatlatka” deyilən şəraitdə bir çox uşaq tutulurmuş. O da özünü riskə atmamaq üçün narkotik vasitələrin hamısını birdən götürmək qərarına gəlmişdir. Onun onurğa sümüyündə əyrilik-skolyoz olduğu üçün hərbi xidmətə getməmişdir. Onun xəstəliyi ilə bağlı hərbi bilətində qeyd var. İbtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəni təsdiq etmir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır, amma həmin ifadəni təsdiq etmir. O, 25-dən 26-a keçən gecə saxlanılmışdır. Ondan izahat alınan zaman müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və qanunsuz olaraq odlu silah və döyüş sursatı saxlamaqla məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmiş, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üstündə olan 01 ədəd çantada narkotik maddələrin olmasını bildirmiş, bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, buna etiraz etməyib polis əməkdaşları ilə həmin Polis İdarəsinə gəlmiş, daha sonra Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə saxladığı 01 ədəd boz rəngli çantasını masanın üzərinə qoymaqla həmin çantanın içərisində "narkotik maddələr” olaraq tanıdığı maddələrin olmasını bildirmiş, daha sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş, ilkin olaraq qeyd olunan mobil telefona baxış keçirilmiş, qeyd olunan “İphone" markalı mobil telefonunda ***-***-**-** saylı mobil nömrəmin olmasını bildirmiş, daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd əl çantasına polis tərəfindən baxış keçirilməyə başlanmış, çantanın içərisində hər birində 08 ədəd, 10 ədəd, 10 ədəd, 06 ədəd olmaqla 04 ədəd listdə üzərində “Neoqabin” yazısı olan ümumilikdə 34 ədəd, hər birində 12 ədəd, 06 ədəd, 07 ədəd olmaqla 03 ədəd listdə üzərində "Alyse 150 mg” yazısı olan ümumilikdə 25 ədəd, içərisində 14 ədəd olan 01 ədəd listdə üzərində “Preqabalin" yazısı olan dərman həbləri, 01 ədəd sellofan bükülüdə “şüşə" olaraq tanıdığı maddələr, sellofanın içərisində üzərində yazısı olmayan 04 ədəd yaşıl rəngli və 07 ədəd göy rəngli dərman həbləri və 02 ədəd açar olması müəyyən edilmiş, qeyd olunan açarların yaşadığı ünvana aid olmasını bildirmiş, şifahi sorğu zamanı üstündən aşkar olunan narkotik tərkibli göy və yaşıl rəngli olan maddələri tutulmağından 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanış olduğu, anket məlumatlarını bilmədiyi şəxsdən 200 manat müqabilində əldə etdiyini, həmin şəxsin qeyd olunan maddələri Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, “Tarqovu” adlanan ərazidə yerə qoymasını, daha sonra həmin yerin şəklini çəkərək ona göndərməsini, bu maddələrin bir qisminin də yaşadığı ünvanda olmasını, dərman həblərini isə “Elit" adlı aptekdən resept əsasında 120-130 manat müqabilində əldə etdiyini, bu maddələrin də bir qisminin yaşadığı ünvanda olmasını, üstündən aşkar olunan 01 ədəd sellofan bükümdə olan "şüşə” adlı maddəni isə yenə də tutulmağından 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə sosial şəbəkədən tanış olduğu adını bilmədiyi İran islam Respublikası vətəndaşından 50 manat müqabilində əldə etdiyini, həmin şəxsin də qeyd olunan maddəni Nərimanov rayonu ərazisində yerə qoymasını, daha sonra həmin yerin şəklini çəkərək ona göndərməsini, qeyd olunan narkotik tərkibli maddələrin heç birini hər hansı bir şəxsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, həmin maddələri yalnız öz istifadəsi üçün üzərində və yaşadığı ünvanda saxlamağını, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra üstündən aşkar olunmuş naməlum maddələr içərisində olduqları əl çantası ilə birlikdə polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis tərəfindən götürülmüş, aşkar edilmiş 02 ədəd açar isə özünə müvəqqəti olaraq geri qaytarılmışdır. Daha sonra yaşadığı ünvan 1 ünvanına gedilmiş, sonra isə videoçəkilişlə baxış keçirilməsinə başlanılmış, cibində olan ünvanın açarı ilə ünvanın'qapısını açaraq içəri daxil olmuş, qeyd olunan ünvan 3 otaqdan ibarət olmuş, ilkin olaraq mənzilin sağ tərəfində yerləşən yataq otağına daxil olunmuş, orada vəkil Cavid Abbasovun da iştirakı ilə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, daha sonra həmin otağın onun yataq otağı olmasını bildirərək otaqda olan şkafın üzərindəki 01 ədəd dəmir qabı çıxarıb təqdim etməklə divanın üzərinə qoymuş, qeyd olunan dəmir qabın içərisinə daha sonra polis tərəfindən baxış keçirilmiş və qabın içərisindən hər birində 10 ədəd, 10 ədəd, 10 ədəd, 06 ədəd olmaqla 04 ədəd konvalyutda üzərində “Neoqabin” yazısı olan ümumilikdə 36 ədəd dərman həbləri, 01 ədəd plastik qabın içərisində üzərində yazısı olmayan 05 ədəd yaşıl rəngli və 22 ədəd göy rəngli dərman həbləri, 04 ədəd qəhvəyi və ağ rəngli dərman kapsulaları, eləcə də 02 ədəd patron olması aşkar edilmiş, daha sonra mənzilin qonaq otağı, dəhlizi, sanitar qovşağı, mətbəxi, digər yataq otağına baxış keçirilsə də, şübhəli əlavə əşya və ya predmet aşkar edilməmiş, şifahi sorğu zamanı şəxsi axtarış və götürmə zamanı bildirdiyi ifadələri bir daha təsdiq edərək yaşadığı mənzildən də aşkar olunan maddələrin narkotik maddələr olmasını, həmin maddələri də şəxsi axtarış zamanı bildirdiyi şəxslərdən əldə etməyini, 02 ədəd gülləni isə bir nəfər tanışından əldə etməyini, həmin tanışının 2020-ci ildə “Vətən Müharibəsində iştirak etməyini və döyüş yerindən həmin güllələri onun üçün hədiyyə olaraq gətirməyini, daha sonra həmin şəxsin vəfat etməsini, onda olan bu maddələrdən heç kimin xəbərinin olmadığını, qeyd olunan ünvanda anası ilə birlikdə yaşasa da, hazırda anasının evdə olmadığını, rayonda olmasını və qeyd olunan ünvanda tək qalmağını bildirmiş, daha sonra götürülmüş naməlum maddələr içərisində olduğu dəmir qabla birlikdə, 02 ədəd gülləyə oxşar predmetlər isə ayrıca olaraq 01 ədəd kağız zərfdə polis tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və törətdiyi əməldən səmimi olaraq peşman olmuşdur. Psixotrop maddələri və digər güclü təsir edən maddələri əldə etdiyi şəxsin anket məlumatları barədə hər hansı məlumata malik olmamış və həmin şəxsi tanımamışdır. Özünün və dostlarının şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Üzərində psixotrop maddələrin və digər güclü təsir edən maddələrin olmasından heç kəsin məlumatı olmamış və ondan yalnız tək özü istifadə etmiş, heç kəsə də verməmişdir. “Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, ifadəsində də qeyd etdiyi kimi gülələri adını xatırlamadığı tanışından əldə etmiş və hal-hazırda da həmin şəxsin vəfat etdiyini bilir, həmin şəxsin deməsinə görə isə əvvəllər müharibədə iştirak etmiş və həmin güllələri oradan gətirmişdir. Həmin güllələri sadəcə marağı olduğu üçün saxlamış, başqa hər hansı bir məqsədim olmamışdır. Həmin güllələrin onda olması barədə heç kimin məlumatı olmamış, bundan başqa onda güllə olmamış və istifadə etməmişdir. Əldə etdiyi güllələri kiməsə vermək və yaxud satmaq niyyətində olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir (cild 01, iş vər. 90-93). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, O, “zatlatka” qoyan şəxslə danışmış, həmin şəxs onlarda dərmanın bitdiyini, amma resept vərə biləcəyini, onun həmin resept əsasında aptekdən dərman ala biləcəyini söyləmişdir. Həmin reseptdə dərmanların adları yazılmış və həmin reseptdə 3 ədəd möhür olmuşdur. O, həmin dərmanları “Qış Parkının” yanındakı “Elite” aptekdən almışdır. Həmin dərmanları təxmini 120-130 manata almışdır. Onun üzərindən aşkar olunanlar ona məxsusdur, amma üzərindən aşkar olunan metamfeaminin miqdarı 0,2 qram olmuşdur. Evdən aşkar olunlar isə ona məxsus deyil. Səhv etmirsə üzərindən 8 ədəd MDMA həbi, 03 list “pregabalin” - 01 ədəd 14 həblik konvolyut və 02 ədəd 10 həblik konvolyut və 0,2 qram metamfetamin aşkar olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iki gün qaldığı müddətdə xoş münasibət görmüş və onu məhkəmə qarşısına çıxardıqdan sonra azad edəcəklərini düşünmüşdür. Ona heç bir təzyiq olunmamışdır. Kağızlar qalın olduğu üçün və sənədlərdə “öz şəxsi istifadə üçün” yazısını gördükdən sonra sənədləri tez-tez imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman Nərimanov Rayon Məhkəməsində hakimə evdən aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, amma ona istintaq zamanı dəqiqləşdiriləcəyi bildirilmişdir. Hadisə günü tutulan zaman saat 01 radələri olmuşdur. Səhv etmirsə, hərbi xidmətlə bağlı ən son 2022-ci ildə yoxlanışdan keçmişdir. O, ekstazini rahat əldə edirmiş. Ekstazinin bir ədədini 25-30 manata alırmış. Ekstazini türkdən əldə edirmiş. İbtidai istintaq zamanı narkotik vasitələri əldə etdiyi şəxsləri bildirmişdir. Narkotik vasitə aldığı şəxsləri tapmamışlar. İlk dəfə universitet vaxtı narkotik vasitə istifadə etmişdir. Anası ilə atası ayrılmışlar. İbtidai istintaq zamanı onun üçün müdafiəçi ayrılmışdır. Yaşadığı evdən aşkar olunan dərmanlar, həblər ona məxsus olmamışdır. Həmçinin, onda yaşadığı evdə cəmi 1 ədəd patron olmuş, onu da dostu ona hədiyyə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Səbail rayonu, Qoqol küçəsi ərazisində təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən dərman preparatları ilə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra şəxsin yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı evdən dərmanlar və iki ədəd patron aşkar olunmuşdur. Şəxs narkotik vasitələri öz şəxsi istifadəsi üçün sosial şəbəkə vasitəsi ilə əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, bir dəfə Təqsirləndirilən şəxs üzərinə, bir dəfə isə yaşadığı mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin yaşadığı mənzilə bir dəfə getmişlər. Təqsirləndirilən şəxsi gecə saatlarında saxlamışlar. Üzərindən uzun müddət keçdiyi üçün hazırda hadisəni tam xatırlamır. Təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilən zaman ailə üzvlərindən heç kim evdə olmamışdır. Nicat yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş və Nicatda olan açar vasitəsi ilə mənzilə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman anası evdə olmamışdır. Təqsirləndirilən şəxsla birlikdə həmin mənzilə bir dəfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. Onlar tərəfindən təqsirləndirlən şəxsə heç bir təzyiq və təsir olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxsin barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təxirəsalınmaz əməliyyat tədbirləri keçirilmişdir. Şəxsin barəsində əvvəllər onlara əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsin telefonunda səhv etmirsə satışa dair çoxlu SMS-lər olmuşdur. Şəxsin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etməmişlər. Şəxsin barəsində daxil olan məlumat narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən “Nicat” adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edərək üstündə və yaşadığı ünvanda saxlaması, daşıması və gəzdirməsi, eləcə də qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə və yaşadığı ünvanda saxlaması, daşıması barədə məlumat daxil olmuşdur. Müəyyən edilmişdir ki, “Nicat” adlı şəxs xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 09-10). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin tarixdə saat 01:00-da ünvan 5 ünvanın qarşısında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına, eləcə də həmin vaxt üstündə olan 01 ədəd çantaya baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasında ötrü o, üstündə olan 01 ədəd çanta ilə birlikdə saxlanıldığı yerdən Baş idarəyə gətirilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən üstündə saxladığı 01 ədəd boz rəngli çantanın içərisindən hər birində 08 ədəd, 10 ədəd, 10 ədəd, 06 ədəd olmaqla 04 ədəd listdə üzərində “Neoqabin” yazısı olan ümumilikdə 34 ədəd, hər birində 12 ədəd, 06 ədəd, 07 ədəd olmaqla 03 ədəd listdə üzərində "Alyse 150 mg” yazısı olan ümumilikdə 25 ədəd, içərisində 14 ədəd olan 01 ədəd listdə üzərində “Preqabalin" yazısı olan dərman həbləri, 01 ədəd sellofan bükülüdə “şüşə" olaraq tanıdığı maddələr, sellofanın içərisində üzərində yazısı olmayan 04 ədəd yaşıl rəngli və 07 ədəd göy rəngli dərman həbləri və 02 ədəd açar, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “İphone" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 30-32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Vahabov X7 rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi, ev 1B, mənzil 13 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağındakı şkafın üzərindəki 01 ədəd dəmir qabın içərisindən hər birində 10 ədəd, 10 ədəd, 10 ədəd, 06 ədəd olmaqla 04 ədəd konvalyutda üzərində “Neoqabin” yazısı olan ümumilikdə 36 ədəd dərman həbləri, 01 ədəd plastik qabın içərisində üzərində yazısı olmayan 05 ədəd yaşıl rəngli və 22 ədəd göy rəngli dərman həbləri, 04 ədəd qəhvəyi və ağ rəngli dərman kapsulaları, eləcə də 02 ədəd patron aşkar olunaraq götürülmüşdür (cild 01, iş vər. 36-37). Cinayət işinin materiallarında olan məhkəmə ballistik eskpertizasının 26 iyul 2023cü il tarixli, 23/589R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9*19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 7,62*54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı plemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin ştat patronudur, döyüş sursatıdır və təyinatı üzrə istifadə üçün yararlıdır (cild 01, iş vər. 52-58). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının 26 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/4035 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi Təqsirləndirilən şəxs üstündən aşkar olunan maddələr Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan bükümdə, bir ədəd qara rəngli əl çantasındakı, -üzərində “Neoqabin (preqebalin) 150mg” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 34 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 34 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,1 qramdır (bir kapsulda 0,15 qram preqabalin olmaqla), -üzərində : “Alyse 150(preqabalin)” markalanma göstəricisi olan 3 ədəd konvalyutda ümumilikdə 25 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 25 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3,75 qramdır (görə bir kapsulda 0,15 qram preqabalin olmaqla), üzərində : “Preqabalin Kpka ЗООтд" markalanma göstəricisi olan konvalyutdakı 14 ədəd qəhvəyi-ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 14 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qramdır (bir kapsulda 0,3 qram preqabalin olmaqla), - 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,293qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, - 7 ədəd tünd göy rəngli üçbucaqlı və 4 ədəd tünd yaşıl rəngli dördbucaqlı həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi"). 7 ədəd həbdə MDMA təsiredici maddəsinin ümumi miqdaqrı 1,33qram (bir həbdə 0,19qram MDMA olmaqla) və 4 ədəd həbdə MDMA təsiredici maddəsinin miqdarı 0,68qram (bir həbdə 0,17qram MDMA olmaqla) təşkil edir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan maddələr Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bükümdə, üzərində “X11" yazısı olan kitab formada dəmir qutudakı: -üzərində “Neoqabin (preqabalin) 150 mg” markalanma göstəricisi olan 4 ədəd konvalyutda ümumilikdə 36 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 36 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,4 qramdır (bir kapsulda 0,15qram preqabalin olmaqla), - 4 ədəd qəhvəyi-ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və ümumilikdə ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2qramdır (bir kapsulda 0,3qram preqabalin olmaqla), - 22 ədəd tünd höy rəngli üçbucaqlı və 5 ədəd tünd yaşıl rəngli dördbucaqlı həb kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) təkibli həblərdir (’’ekstazi"). 22 ədəd həbdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 4,18qram (bir həbdə 0,19qram MDMA olmaqla) və 5 ədəd həbdə MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,85qram (bir həbdə 0,17qram MDMA olmaqla). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar edilərək götürülmüş “Neoqabin" (preqabalin) 150mg" preqabalin tərkibli dərman preqaparı tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici görünüşünə görə eynidirlər. Tədqiqata təqdime edilmiş Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş “Preqabalin Kpka 300 mg" markalanma göstəricisi olan konvalyutdakı 14 ədəd kapsulda preqabalin və mənzilindən aşkar edilərək götürülmüş 4 ədəd kapsuldakı preqabalin dərman preqaparı təsriedici maddəsinin miqdarına və xarici görünüşə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar edilərək götürülmüş ümumilikdə 29 ədəd tünd göy rəngli MDMA tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar edilərək götürülmüş ümumilikdə 9 ədəd tünd yaşıl rəngli MDMA tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üstündən və mənzilindən aşkar edilərək götürülmüş preqabalinin ümumi miqdarı 19,65qram və MDMA-nın ümumi miqdarı 7,04qram təşkil edir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş dəmir qutuda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin izləri yoxdur. Metamfetamin və MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunun ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Preqabalin tərkibli dərman preparatı 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin.və onların külli miqdarının siyahısının siyahısı-na daxildir (cild 01, iş vər. 60-65). Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 25 iyul 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmidir (cild 01, iş vər. 126). Cinayət işinin materiallarında olan məhkəmə narkoloji eskpertizasının 25 sentyabr 2023-ci il tarixli, 6106 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 167-168). Cinayət işinin materiallarında olan Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəsrəxanası” X13 daxil olmuş xx.xx.2023-cü il tarixli 18151 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il tarixdə bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 187). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206, 228.2.1, 234.4.1, 234.4.2, 240.2.1 və 240.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, psixotrop və güclü təsir edən maddələri satan şəxslərin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 01, iş vər. 190-204). Beləliklə, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “Nicat” adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə “Nicat” adlı şəxsin xx.xx.1994-cü il tarixdə bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2024-cü il tarixdə saat 01:00-da şəxs saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış, habelə özünün yazılı razılığı ilə yaşadığı evə baxış keçirilərək üzərindən və yaşadğı evdən əldə edilməsi, saxlanılması, daşınması qanunla qadağan olunan, dolayısı ilə əldə edilməsi, saxlanılması, daşınması cinayət məsuliyyəti yaradan əşya və maddələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş həmin əşya və maddələr müvafiq ekspertizalara təqdim olunaraq rəylər alınmaqla iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Sözügedən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan əldə edilməsi, saxlanılması, daşınması qanunla qadağan olunan konkret hansı əşya və maddələrin aşkar olunması, bunun müqabilində sonuncunun məhz cinayət qanunvericiliyində nəzərdə tutumuş hansı cinayətin törədilməsində təqsirliliyinin müəyyən olunması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 228.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təsiredici maddəsinin miqdarına və xarici görünüşünə eyni olan ümumilikdə 19,65 qram güclü təsir edən preqabalini, külli miqdarda, yəni xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan ümumilikdə 7,04 qram psixotrop maddə metilendioksimetamfetamini (MDMA), külli miqdarda, yəni 3,293 qram psixotrop maddə metamfetamini əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, o cümlədən istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patronu və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979cu ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd ştat patronu əldə edib üzərində saxlamaqla gəzdirmiş və yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə saat 01:00-da ünvan 3 ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və həmin gün saat 03:06-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan qara rəngli əl çantasından külli miqdarda, yəni preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,1 qram olan 4 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 34 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3,75 qram olan 3 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla ümumilikdə 25 ədəd ağ rəngli kapsulda “Alyse 150(preqabalin)” markalanma göstəricisi olan dərman preparatı, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olan bir kapsulda 0,3 qram preqabalin olmaqla 14 ədəd qəhvəyi-ağ rəngli kapsulda preqabalin tərkibli “Preqabalin Kpka” markalanma göstəricisi olan dərman preparatı, külli miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3.293 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin ümumi miqdarı 1,33 qram olan bir həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlliolmayan üçbucaqlı 7 ədəd həb, MDMA təsiredici maddəsinin miqdarı 0,68 qram olan bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 4 ədəd həb aşkar edilərək götürülmüş, əməliyyataxtarış tədbirinin davamı olaraq 26 iyul 2023-ci il tarixdə saat 04:44-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı və könüllü iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yataq otağında yeləşən şkafın üzərində olan üzərində “X11” yazısı olan kitab formada dəmir qutudan preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,4 qram olan 4 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 36 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, 5,4 qram çəkidə 4 ədəd konvalyutda 36 ədəd ağ rəngli kapsul preqabalin tərkibli “Neoqabin 150 mg” adlı dərman preparatı, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan bir ədəd kapsulda 0,3 qram preqabalin olmaqla 4 ədəd qəhvəyi-ağ rəngli kapsulda markalanma göstəricisi bəlli olmayan dərman preparatı, MDMA təsiredici maddəsinin ümumi miqdarı 4,18 qram olan bir ədəd həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli üçbucaqlı 22 ədəd həb, MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,85 qram olan bir ədəd həbdə 0,17 qram MDMA olmaqla tünd göy yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli dördbucaqlı 5 ədəd həb, o cümlədən zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patronu və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd ştat patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın məzmununda öz əksini tapan, yəni onun üzərindən və yaşadığı ünvandan aşkar olunan əldə edilməsi, saxlanılması, daşınması qanunla qadağan olunan əşya və maddələrin kəmiyyətini (saylarını), həmçinin keyfiyyətini (növünü) mübahisələndirmiş, yalnız ona qarşı irəli sürülmüş ittihamın bir qismi ilə razılaşmış, qalan hissəsini isə qəbul etməmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı iş üzrə müdafiə tərəfindən mübhisələndirilən və bir də mübahisələndirilməyən hallar ortaya çıxmışdır. Belə ki, müdafiə tərəfindən mübahisələndirilməyən hal ondan ibarət olmuşdur ki, “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olmaqla 3 qramı 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 20 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatını və 4,2 qramı 1 ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla 14 ədəd qəhvəyi-ağ rəngli kapsulda preqabalin tərkibli “Preqabalin Kpka" markalanma göstəricisi olan dərman preparatını, habelə xeyli miqdarda, yəni bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,2 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, o cümlədən MDMA təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan bir həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan üçbucaqlı 7 ədəd həbi və bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 1 ədəd həbi qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, eyni zamanda, istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patronu əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamışdır.” Müdafiə tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı mübahisə edilən hal isə ondan ibarət olmuşdur ki, “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,25 qram olan 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 14 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatını, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 3,75 qram olan 3 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla ümumilikdə 25 ədəd ağ rəngli kapsulda “Alyse 150(preqabalin)” markalanma göstəricisi olan dərman preparatını, külli miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3.093 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, MDMA təsiredici maddəsinin miqdarı 0,51 qram olan bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 3 ədəd həbi qanunsuz əldə edib üzərində daşımaqla saxlamış, eyni zamanda, istintaqa məlum olmayan mənbədən və vaxtda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,4 qram olan 4 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 36 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatını, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan bir ədəd kapsulda 0,3 qram preqabalin olmaqla 4 ədəd qəhvəyi-ağ rəngli kapsulda markalanma göstəricisi bəlli olmayan dərman preparatını, MDMA təsiredici maddəsinin ümumi miqdarı 4,18 qram olan bir ədəd həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli üçbucaqlı 22 ədəd həbi, MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,85 qram olan bir ədəd həbdə 0,17 qram MDMA olmaqla tünd göy yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli dördbucaqlı 5 ədəd həbi və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd ştat patronu qanunsuz əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən evinə daşıyıb evin yataq otağında yeləşən şkafın üzərində olan üzərində “X11” yazısı olan kitab formada dəmir qutuda saxlamışdır.” “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Eyni zamanda, həmin qərarda göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən plenum qərarında əks olunanları, o cümlədən cinayət prosessual qanunvericiliyin normalarını əsas götürərək qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə dair, yəni üzərindən və yaşadığı evdən əldə edilməsi, saxlanılması, daşınması qanunla qadağan olunan məhz hansı əşya və maddələrin aşkar olunması ilə bağlı etirafedici ifadəsi CPM-in 126.6-cı maddəsinə əsasən iş materialları ilə də üst-üstə düşdüyündən və digər sübutlarla təsdiq olunduğundan, məhkəmə həmin ifadəni əsaslı sayır və hazırki halda ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Eyni zamanda, məhkəmə kollegiyası mövcud sübutları təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə əlaqəli şəkildə araşdırıb ona qarşı irəli sürülmüş ittihamın həcmini (onun üzərindən və yaşadığı evdən aşkar olunanlara dair hissədə) də məhz təqsirləndirilən şəxsin etirafı həcmində müəyyən edir. Belə ki, təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihamın məzmununda əksini tapan məlumatların əsasını təşkil edən sübutlar - sözügedən əşya və maddələrin (maddi sübutun) təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evdən aşkar olunmasını əks etdirən müvafiq protokollar və ona əlavə olunan video görüntülər, özünün etirafedici ifadəsi və polis əməkdaşları olan şahid ifadələridir. Qeyd olunmalıdır ki, sözügedən əşya və maddələrin (maddi sübutun) təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evdən aşkar olunmasını əks etdirən müvafiq protokollar cinayət işinin materiallarında mövcud olmaqla məhkəmə istintaqı zamanı müvafiq qaydada tədqiq olunsa da, həmin protokollara əlavə olunan video görüntülər obyektiv və ya subyektiv səbəbdən məhkəmə istintaqı zamanı tədqiq olunmamışdır. Belə ki, sözügedən video görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında qırıq formada aşkar olduğundan, bu barədə müvafiq aktlaşdırma aparılmaqla ibtidai istintaq və təhqiqat orqanından həmin video görüntülər bir daha tələb edilmiş, lakin müvafiq görüntülərin sözügedən qurumlarda hansısa səbəbdən silinməsi ilə bağlı əldə edilərək məhkəmə iclasında tədqiq olunması mümkün olmamışdır. Məhkəməyə yalnız təqsirləndirilən şəxsin yaşadığı ünvanda qeyri-peşəkar formada həyata keçirilən və heç bir prosessual tələblərə cavab verməyən, o cümlədən yarımçıq olan video görüntü təqdim olunmuşdur ki, məhkəmə kollegiyası həmin görüntüləri məhkəmə istintaqı zamanı tədqiq etsə də, cinayət prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün həmin görüntüləri maddi sübut kimi qəbul etməkdən imtina edir və sübut növü kimi qəbul etmir. Sözügedən protokollarda əksini tapan məlumatların həqiqəti əks etdirməsi ilə bağlı qənaətə gəlmək, o cümlədən həmin protokollarda göstərilənlərə dair heç bir şübhə yerinin qalmaması üçün ona əlavə olunmuş video görüntülərə ehtiyac olduğundan və həmin məlumatların həqiqiliyinin hazırki halda başqa cür müəyyən etmək mümkün olmadığından (cinayət prosessual qanunvericiliyə əsasən bu zaman baxış ya video çəkilişlə aparılmalı, ya da həmin prosessual hərəkətin aparılmasına azı iki hal şahidi iştirak etməlidir ki, hazırki halda hal şahidlərinin iştirakı təmin edilməmiş, yalnız video çəkilişlə kifayətlənilmişdir), eyni zamanda təqsirləndirilən şəxs tərəfindən həmin protokollarda qeyd olunanlar mübahisələndirildiyindən, məhkəmə kollegiyasında sözügedən şəxsi axtarış və baxış protokolarında əksini tapan məlumatların həqiqiliyinə dair şübhə yaranır. Polis əməkdaşlarının ifadəsinə gəldikdə isə onlar sözügedən tədbiri həyata keçirən şəxslər olmaqla işin nəticəsində maraqlı olan şəxslər olduğundan, onların da məhz həmin hissədə ifadələrinə məhkəmə kollegiyası tənqidi yanaşır və hesab edir ki, həmin ifadələr yalnız o halda tam şəkildə mübahisəsiz qəbul oluna bilər ki, cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamlamış olsun. Hazırki halda isə müvafiq protokollarda (maddi sübutların aşkar olunduğu şəxsi axtarış və baxış protokolları) əks olunanların həqiqiliyinə dair video görüntülərin olmaması səbəbindən şübhə olduğundan, o cümlədən təqsirləndirilən şəxs tərəfindən isə həmin protokollarda əks olunanlar qismən təsdiq edildiyindən, məhkəmə kollegiyası şahid ifadələrinə tənqidi yanaşır. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda şəxs ittihamı (üzərindən və yaşadığı evdən aşkar olunan hissədə) qismən etiraf edir, ibtidai istintaq zamanı verdiyi ifadəni qəbul etmir, üzərindən və evindən aşkar olunanlara dair video görüntülər mövcud deyil, eyni zamanda məhkəmə istintaqı zamanı məhkəməyə tədqim olunmamış və tədqiq olunmamışdır. Digər tərəfdən də, təqsirləndirilən şəxs qismən etirafedici ifadəsini cinayət işinin materiallarında olan sözügedən sübutlar tədqiq olunmadan vermiş, yəni müvafiq sübutlar tədqiq olunandan və video görüntülərin mövcud olmaması ilə bağlı məlumat əldə etdikdən sonra məqsədli şəkildə etməmişdir. Odur ki, bu halda məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə də tənqidi yanaşır və həmin ifadəni əsaslı sübut növü kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll etməklə bu qənaətə gəlir ki, məhkəmə istintaqı ilə gəlinən və mübahisə olunmayan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq külli miqdarda, ümumilikdə 7,2 qram güclü təsir edən maddə preqabalini, xeyli miqdarda, ümumilikdə 1,5 qram psixotrop maddə metilendioksimetamfetamini (MDMA), xeyli miqdarda, yəni 0,2 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patronu əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunan əşya və maddələrə münasibətdə onun əməlinin hüquqi tövsif məsələsinə gəldikdə isə məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4- 1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və “Zəhərli maddələrin siyahısı” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. CM-in 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulan tövsifedici əlamətlər təfsir edilərkən bu Qərarın narkotik vasitələrin (psixotrop maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə həsr olunmuş bəndlərində eyni tövsifedici əlamətlərə dair verilmiş izahlar nəzərə alınmalıdır. Sözügedən siyahıya əsasən metamfetaminin xeyli miqdarı 0,15 qram, külli miqdarı 2 qram, MDMA-nın külli miqdarı 5 qram və preqabalinin külli miqdarı 5 qram müəyyən olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Həmin qərarda göstərimişdir ki, “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. CM-in 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət sayılır. CMin 240.1-ci maddəsinə əsasən həmin cinayət güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunanlara əsasən törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 240.3.2-ci maddələri ilə tövsif olunmalı, ona həmin maddələr çərçivəsində qanuni və ədalətli cəza təyin olunmalıdır. Qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı (üzərindən və yaşadığı ünvandan aşkar olunanla bağlı verdiyi ifadəsi və özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı hissədə), şahid ifadələri (şəxsin saxlanılması, üzərindən və evindən qanunla qadağan ollunan əşya və maddələrin aşkar olunması hissəsində), ekspert rəyləri (məhkəmənin gəldiyi nəticəyə aid hissədə), habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şəxsin üzərindən psixotrop maddə metamfetaminlə yanaşı, MDMA (ekstazi) həblərinin, preqabalin dərmanlarının aşkar olunması, həmçinin əldə olunan maddələrin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən maddələri məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Vahabov X7 rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi, ev 1B, mənzil 13 ünvanında yaşayır. Yaşayış yeri üzrə yaxşı səciyyələndirilir (cild 01, iş vər. 186A-186B). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 188-189 ). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, habelə təyin olunan həmin cəzalar qismən toplanılmaqla şəxsə qəti azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhər Nərimanov Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 21, 102-108). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 20 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı və 1 ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla 14 ədəd qəhvəyi-ağ rəngli kapsulda preqabalin tərkibli “Preqabalin Kpka" markalanma göstəricisi olan dərman preparatı, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,2 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan bir həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan üçbucaqlı 7 ədəd həb və bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 1 ədəd həb, zavod üsulu ilə Azərbaycan Respublikasında 2009cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 14 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, 3 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla ümumilikdə 25 ədəd ağ rəngli kapsulda “Alyse 150(preqabalin)” markalanma göstəricisi olan dərman preparatı, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3.093 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin miqdarı 0,51 qram olan bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 3 ədəd həb, 4 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 36 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, bir ədəd kapsulda 0,3 qram preqabalin olmaqla 4 ədəd qəhvəyi-ağ rəngli kapsulda markalanma göstəricisi bəlli olmayan dərman preparatı, MDMA təsiredici maddəsinin ümumi miqdarı 4,18 qram olan bir ədəd həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli üçbucaqlı 22 ədəd həb, MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,85 qram olan bir ədəd həbdə 0,17 qram MDMA olmaqla tünd göy yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli dördbucaqlı 5 ədəd həb və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd ştat patronu hökm qanuni qüvvəsini aldıqdan sonra hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməli; 01 ədədi yarasız olmaqla 03 ədəd CD diskin isə iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan: - 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 20 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı və 1 ədəd konvalyutda bir kapsulda 0,3 qram preqabalin olmaqla 14 ədəd qəhvəyi-ağ rəngli kapsulda preqabalin tərkibli “Preqabalin Kpka" markalanma göstəricisi olan dərman preparatı, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,2 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram olan bir həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan üçbucaqlı 7 ədəd həb və bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 1 ədəd həb, zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - 2 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 14 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, 3 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla ümumilikdə 25 ədəd ağ rəngli kapsulda “Alyse 150(preqabalin)” markalanma göstəricisi olan dərman preparatı, 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3.093 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, MDMA təsiredici maddəsinin miqdarı 0,51 qram olan bir həbdə 0,17 qram MDMA olmaqla tünd yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan dördbucaqlı 3 ədəd həb, 4 ədəd konvalyutda bir kapsulda 0,15 qram preqabalin olmaqla 36 ədəd ağ rəngli kapsulda “Neoqabin 150 mg” markalanma göstəricisi olan dərman preparatı, bir ədəd kapsulda 0,3 qram preqabalin olmaqla 4 ədəd qəhvəyi-ağ rəngli kapsulda markalanma göstəricisi bəlli olmayan dərman preparatı, MDMA təsiredici maddəsinin ümumi miqdarı 4,18 qram olan bir ədəd həbdə 0,19 qram MDMA olmaqla tünd göy rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli üçbucaqlı 22 ədəd həb, MDMA təsiredici maddəsinin ümumi miqdarı 0,85 qram olan bir ədəd həbdə 0,17 qram MDMA olmaqla tünd göy yaşıl rəngli markalanma göstəricisi bəlli olmayan metilendioksimetamfetamin (MDMA) tərkibli dördbucaqlı 5 ədəd həb və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin döyüş sursatı hesab edilən istifadəyə yararlı 01 ədəd ştat patronu hökm qanuni qüvvəsini aldıqdan sonra hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin; - 01 ədədi yarasız olmaqla 03 ədəd CD diskin isə iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar