Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-421/2024 11.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində 02 avqust 2023-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, X6 qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda, 3 (üç) ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,823 qram, 0,842 qram, 0,583 qram ümumi çəkisi 2,248 qram olan qəhvəyi rəngli tozşəkilli kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə çəkisi 0,335 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq 47 manat pul müqabilində əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə daşımış və saxlamış, 31 iyul 2023-cü il tarixdə saat 19:00-da Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşadığı evin yaxınlığında olduğu zaman saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 20:15-dən 20:25-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,823 qram, 0,842 qram, 0,583 qram olmaqla ümumi 2,248 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd 0,335 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Belə ki, 28 iyul 2023-cü il tarixdə, Sumqayıt şəhəri, “Nasosnu” deyilən ərazidə yəni, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir ədəd şəffaf rəngli sellofanın içərisində ümumi 4 ədəd bükümdə olmaqla 3 ədəd bükümdə narkotik vasitə olan heroini və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 47 manat pul müqabilində əldə etmişdir, həmin bükülüləri boz rəngli şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. O, yaşadığı evə gəlmişdir. 31 iyul 2023-cü il tarixdə, saat 19:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. O, həmin şəxslərin polis əməkdaşı olmasını öyrənmişdir. Həmin polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu deyib onu şübhəli şəxs kimi saxlamışdılar. O da həmin vaxt özünü polis əməkdaşlarına təqdim etmiş, üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmiş, polislər onu Abşeron rayon Polis İdarəsinə gətirmişdilər. Abşeron Rayon Polis İdarəsinin inzibati binasında üzərində narkotik vasitə və psixotrop maddə gəzdirdiyini və istifadə etdiyini bir daha etiraf etmişdir. Orada otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış aparılan zaman ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki boz rəngli şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofanın içərisində ümumi 4 ədəd bükümdə olmaqla 3 ədəd bükümdə narkotik vasitə olan heroini və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin vaxt ona məxsus olan bir ədəd şəffaf rəngli sellofanın içərisində ümumi 4 ədəd bükümdə olmaqla 3 ədəd bükümdə narkotik vasitə olan heroin və 1 ədəd bükümdə psixotrop maddə olan metamfetamin ağ kağız zərfə qoyulub, qablaşdırlaraq möhürlənib bağlanmışdır. O da həmin qablaşdırılmış zərfi bununla əlaqədar tərtib olunmuş protokolu imzalamışdır. Onu da bildirmişdir ki, o, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. O, həmin psixotrop maddə olan metamfetamindən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O, üzərindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsi, qanunsuz olaraq üzərində saxlayaraq, daşımasını həyata keçirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə yəni, 31 iyul 2023-cü il tarixdə onun tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik leytenantı Zaur Əliyev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş, qrupun rəhbəri o, Şahid2 isə qrupun üzvü olmuşdur. Bundan sonra, 31 iyul 2023-cü ildə əldə etdikləri məlumat əsasında onlar birlikdə Təqsirləndirilən şəxs olduğu yerə yəni, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllənin qarşısına gəlmişdilər. Belə ki, Təqsirləndirilən şəxs 2 gün əvvəl narkotik vasitə və psixotrop maddə əldə etməsi və onu üzərində gəzdirməsi haqqında əməliyyat yolu ilə məlumat almışdılar. Onlar Samiri müəyyən vaxt izlədikdən sonra Dövlət ittihamçısı təxminən 19 radələrində Samirin yaxınlığına gəlib tez saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişdilər və Samirin barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və üzərində saxlayaraq daşımasında şübhəli olduğunu bildirib, əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilməli olduğunu bildirmişlər. Daha sonra Samir səmimi olaraq üzərində olan sellofan bükümün içərisində narkotik vasitə və psixotrop maddə gəzdirməsini etiraf etmişdir. Sonra onlar Samiri Abşeron RPİ-nə gətirmişdilər. Orada həmin şəxsin üzərinə baxış keçirilməsi üçün hüquq və vəzifələri izah edilməklə vəkil dəvət olunmuşdur. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya olub- olmaması soruşulmuş və varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Samir əynində olan boz rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb stolun üzərinə qoymuş, həmin bükülü açılıb baxıldıqda içərisindən 4 ədəd xırda bükümlər aşkar olunmuşdur. Samir həmin bükümlərdən 3 ədədinin narkotik vasitə heroin, 1 ədədinin isə psixotrop maddə metamfetamin olmasını etiraf etmişdir. Həmin bükümlərin içərisi açılıb baxıldıqda oradana 3 bükümün içərisində həqiqətəndə narkotik vasitə olan heroinə bənzər, 1 ədədinin içərisində isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Dövlət ittihamçısı həmin bükümləri 47 manat pul müqabilində Sumqayıt şəhəri, Nasosnu deyilən ərazidən tanımadığı şəxsdən aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükümlərdən kiməsə pay vermədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin bükümlər ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən qablaşdırılmış, iştirak edən bütün şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa, Dövlət ittihamçısı üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamış, daha sonra protokol tərtib edilmiş, oxunduqdan sonra iştirakçılar zərfə və protokola imza edərək doğruluğunu təsdiq etmişdilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2, işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 1 A qeydiyyatda olmaqla, Xırdalan şəhəri 28-ci məhəllə ev 9 mənzil 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə olan heroin və metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 1 A qeydiyyatda olmaqla, Xırdalan şəhəri 28-ci məhəllə ev 9 mənzil 32 ünvanında yaşayan, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 1 A qeydiyyatda olmaqla, Xırdalan şəhəri 28-ci məhəllə ev 9 mənzil 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhərində narkotik vasitə olan heroin və metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. 31 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə barədə» saat 20:15-dən, 20:25-dək tərtib edilmiş protokol və ona dair DVD diskdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya.və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd büküm, həmin bir ədəd bükümün içərisində olan 4 ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümdəki kütlələrin 3 bükümü narkotik vasitə olan heroin və 1 bükümü psixotrop maddə metamfetamin olmasını bildirmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bir ədəd bükümdə içərisində 3 ədəd olan narkotik vasitə olan heroinə və 1 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlələr qablaşdırıldı. DİN-nin 56 saylı möhürü ilə möhürləndi və imzalarla təsdiq olunmuşdur. Dövlət ittihamçısı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 28 iyul 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri “Nasosnu” deyilən qəsəbədən tanımadığı şəxsdən 47 manata aldığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 01 avqust 2023-cü il tarixli 6/4101 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №56-li dairəvi möhür əksi, “Dövlət ittihamçısı (imza)” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,823 qram, 0,842 qram, 0,583 qram ümumi təmiz çəkisi 2,248 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6113 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə psixiatrik ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 3022 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 01 il 03 ay müddətinə azadlıqdam məhrum edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin 02 avqust 2023-cü il tarixli 4(012)-574/2023-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 1 A qeydiyyatda olmaqla, Xırdalan şəhəri 28-ci məhəllə ev 9 mənzil 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metanfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, şəxs saxlanılaraq polis idarəsinı gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə metanfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (ağırlaşdıran hallar yoxdur) və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 ( yüz ondört ) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,128 qram narkotik vasitə heroin və 0,285 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs götürülərək maddi sübut kimi tanınıb, Abşeron rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,128 qram narkotik vasitə heroin və 0,285 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-421/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-421/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver