Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-423/2024 22.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Leqal Servis Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə Xırdalan şəhəri, Quşçuluq massivində şəxsiyyəti istintaqa məlum olmayan “Sənan" adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 700 manat pul müqabilində 09 bükümdə ayrı-ayırılıqda çəkiləri 10,127 qram, 11,988 qram, 62,408 qram, 0,155 qram, 0,208 qram, 0,236 qram, 0,189 qram, 0,215 qram, 0,202 qram, ümumi çəkisi 85,728 qram olmaqla külli miqdarda narkotik vasitə heroin, 01 bükümdə 51,418 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 01 bükümdə 10,253 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq, 01 bükümdə 10,127 qram çəkidə narkotik vasitə heroini üzərində, 08 bükümdə ümumilikdə 75,601 qram çəkidə narkotik vasitə heroini, 01 bükümdə 51,418 qram çəkidə psixotrop maddə metamfetamini və 01 bükümdə 10,253 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçəsi, döngə 3, ev 22-də saxlamış, 30 may 2023-cü il tarixdə saat 04:40 radələrində evinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Nakotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin idarəyə gətirilib, qeyd edilən gün saat 06:30-dan 06:39-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə 10,127 qram çəkidə külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyat tədbirlərinin davamı kimi saat 09:10-dan 09:24-dək yaşadığı ünvan 1-yə baxış keçirilən zamanı qonaq otağında masanın üzərində qara rəngli əl çantasının içərisində saxladığı 08 bükümdə ayrı-ayırılıqda çəkiləri 11,988 qram, 62,408 qram, 0,155 qram, 0,208 qram, 0,236 qram, 0,189 qram, 0,215 qram, 0,202 qram, ümumi çəkisi 75,601 qram olmaqla külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 bükümdə 51,418 qram çəkidə külli miqdarda ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 bükümdə 10,253 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları gecə 1-2 radələrində Xırdalan şəhərində yerləşən onun yaşadığı evə daxil olaraq narkotik vasitə istifadə etdiyini və onlara 30000 manat pul verməli olduğunu söyləmişlər. Həmin vaxt qayınanası bununla bağlı “102 xidməti”nə zəng etdikdən sonra qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı ilə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə olan zaman onlara ağır işgəncələr vermişlər. O, məcbur qalaraq polis əməkdaşları ilə razılaşmış və onların tələb etdikləri sənədləri imzalamışdır. Onun üzərində narkotik vasitə olmamışdır. Əgər onun üzərində narkotik vasitə var idisə və onun barəsində əməliyyat qrupu yaradılmışdısa, polis əməkdaşları çəkiliş vasitəsi ilə onun yanına yaxınlaşardı. O, əvvəllər avtomobil ticarəti ilə məşğul olmuşdur. 2019-cu ildə “Covid-19” virusu yayıldıqdan sonra işsiz qalmış və narkotik vasitə istifadə etməyə başlamışdır. Polis əməkdaşları portalda axtarış edərək onun adına 5-6 avtomobil olduğunu müəyyən etdikdən sonra onda pul olduğunu düşünərək yaşadığı evdə oturduğu zaman evə daxil olmuşlar və özlərini təqdim etmədən ondan 30000 manat pul tələb etmişlər. Evdə olan zaman ona təzyiqlər göstərib onlarla razılaşmadığı təqdirdə onu narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. O, polis əməkdaşları ilə razılaşmadıqda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Mayanı incitməyə başlamışlar. Daha sonra polis əməkdaşları Maya ilə onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, mayın 29-dan 30-a keçən gecə, saat 1 radələrində tutulmuşdur. Onların yaşadığı ev həyət evi olduğu üçün polis əməkdaşları qapını döymədən evə daxil olmuşlar. Onların evinin giriş qapısında kamera var, polis əməkdaşları həmin kameranı və qonşunun kamerasını götürüb, daha sonra qonşunun kamerasını geri qaytarmış, amma onların kameralarını qaytarmamışlar. Maya ilə onu həmin gecə baş idarəyə aparmışlar. Ona idarədə işgəncə verən zaman Mayanı da gətirmişlər və ona da işgəncə verməyə başlamışlar. Polis əməkdaşları onları saxlayan zaman qayınanası onların evində olmamışdır. Polis əməkdaşları ondan pul istədikdən sonra qayınanasına zəng etmiş və qayınanası “102” xidmətinə zəng etmişdir. O, təzyiqlərdən sonra məcbur qalmış və çəkiliş zamanı narkotik vasitəni boynuna almışdır. Təzyiqlərdən sonra bədənində xəsarət izləri yaranmış, ekspertiza zamanı hadisədən bir gün əvvəl kiminləsə dalaşdığını, bunun üçün də bədənində xəsarət izləri qaldığını qeyd etmişlər. Ona çox işgəncə verdikləri üçün hadsəni tam xatırlamır, polis əməkdaşları onu may ayının 29-dan 30-a keçən gecə saxlamışlar. Polis əməkdaşları evə daxil olduqdan sonra evdə söhbət edib axtarış aparmışlar. Həmin vaxt polis əməkdaşları evə və ya onun üzərinə narkotik vasitə qoymamışlar. 5 nəfər polis əməkdaşı olmuşdur. Onların evi 2 otaqdan ibarətdir. Polis əməkdaşları evin hər yerinə axtarış keçirmişlər. Kamera evin girişinə quraşdırılmışdır. Polis əməkdaşları evdən çıxan zaman kameranı götürmüşlər. Telefonla danışan zaman qonşunun kamerasındakı görüntüləri çıxarıb məhkəməyə təqdim etmələrini söyləyən zaman həmin kameranı da polis əməkdaşlarının götürdüklərini öyrənmişdir. Həmin qonşunun adı İradədir. Polis əməkdaşları onu səhər saat 04:30 radələrində evdən idarəyə aparmışlar. İdarəyə əvvəlcə onu, arxasınca isə Mayanı aparmışlar. Qayınanasına onun nömrəsi ilə zəng olunmuşdur. Qayınanası ilə Anar adlı polis əməkdaşı danışmışdır. Anar qayınanasından pulu gətirib gətirməyəcəyini soruşmuş, qayınanası isə “102” xidmətinə şikayət etdiyini bildirmişdir. Anar həm qayınanasını, həm də “102” xidmətini söymüşdür. Daha sonra onu idarəyə aparmışlar. İdarəyə “Toyota Prius” markalı avtomobillə getmişlər. Həmin avtomobili adını bilmədiyi cavan bir oğlan idarə etmişdir. Mayanı idarəyə hansı avtomobillə apardıqlarını bilmir. Səhər saat 5 radələrində idarəyə çatmışlar. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqdan sonra ona Mayanın qarşısında ağır işgəncə vermişlər və narkotik vasitəni boynuna almağı ilə bağlı ona hədə-qorxu gəlmişlər. Gündüz saat 11-12 radələrində polis əməkdaşları ilə yaşadıqları evə gəlmişlər. Təhdidlər və Mayaya edilən işgəncələr qarşısında məcbur qalaraq polis əməkdaşları ilə razılaşıb narkotik vasitəni boynuna götürmüşdür. Onun işgəncəyə məruz qalması ilə bağlı istintaq təcridxanasında prokurorluq əməkdaşı ondan izahat almışdır. Mayaya edilən işgəncələr qarşısında məcbur qalaraq ibtidai istintaq zamanı ifadəni imzalamışdır. Mayanı da narkotik vasitə ilə yükləcəyəkləri barədə ona hədə-qorxu gəlmişlər və o, məcbur qalaraq narkotik vasitəni boynuna götürmüşdür. İbtidai istintaq zamanı Mübarizin adını qeyd etməyinin səbəbini bilmir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraatın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminən 23 may 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Xırdalan şəhəri, Quşçuluq massivində “Sənan” adlı şəxsdən 700 manat pul verib özü istifadə etmək və ehtiyac olduqda dost tanışına vermək üçün heroin, marixuana və patı deyilən metamfetamin almışdır. Həmin maddələrin çox hissəsini evdə əl çantasının içərisində saxlamış, bir büküm heroini isə şalvarının cibinə qoymuşdur. 30 may 2023-cü il tarixdə saat təxminən 04:40 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında qeyri-rəsmi birgə yaşadığı Şahid4 ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etmişlər və onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirmişlər və həmin vaxt yanında olan Şahid4 da idarəyə dəvət etmişlər. O, etiraz etmədən polis idarəsinə getmişdir. İdarədə olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişdən isifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 070-271- 90-90 saylı mobil nömrə ilə istifadə etdiyi 2 ədəd mobil telefonu, sol yan cibindən yaşadığı evin açarını, şəxsiyyət vəsiqəsini və 01 ədəd sellofan bükümdəki heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Ona məxsus mənzilin açarı geri qaytarılmış, telefonu və şəxsiyyət vəsiqəsi götürülmüş, təqdim etdiyi heroin elektron tərəzi ilə çəkilmiş və çəkisinin 11 qram olması müəyyən edilmişdir. Sorğu zamanı o, bundan başqa evində də, narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və ünvan 1 ünvanındakı evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları, vəkilin və Mayanın iştirakı ilə videoçəkilişlə evinə baxış keçirilən zaman qonaq otağında kiçik dairəvi formalı masanın üzərində qoyduğu qara rəngli əl çantasını təqdim etmiş, həmin əl çantasına baxış keçirilən zaman içərisində 1 bükümdə qurudulmuş marixuana, 8 bükümdə heroin və 1 bükümdə metamfetamin olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilən zaman heroinin çəkisinin 72 qram, qurudulmuş marixuananın çəkisinin 16 qram, metamfetaminin çəkisinin isə 51 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin heroin, evindən aşkar edilmiş maddələrin isə qurudulmuş marixuana, heroin və metamfetamin olduğunu, həmin maddələri həm istifadə etmək həm də ehtiyac olduqda dost tanışa vermək üçün saxladığını, özünün 4 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olmadım, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni Sənan adlı şəxsin vasitəsilə 7 gün öncə Xırdalan şəhəri ərazisindən 700 manata götürdüyünü, Sənanın nömrəsinin telefonundan sildiyini saxlanılan zaman, eləcə də, polis idarəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs ilkin ifadəsini məcburiyyət qarşısında qalaraq verdiyini və həmin ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Ramin adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuş və onlar 30 may tarixdə, saat 04:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 22 ünvanı yaxınlığında Ramin və Maya adlı şəxsləri görərək onlara yaxınlaşmış və özlərini təqdim etdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə şəxsin üzərinə baxış keçirilmiş və 11 qrama yaxın narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şəxs həmin narkotik vasitəni “Sənan” adlı şəxsdən aldığını və yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onun yaşadığı evə baxış keçirilmiş və qonaq otağındakı əl çantasının içərisindən 16 qrama yaxın narkotik vasitə marixuana 72 qrama yaxın narkotik vasitə heroin və 52 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək istintaqa təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirlən şəxsi 30 may tarixdə, gecə saat 5 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yaşadığı evin yaxınlığında saxlamışlar. Şəxsi yaşadığı evdə deyil, küçədə saxlamışlar və saxladıqdan sonra idarəyə aparmışlar. İdarədə şəxsin üzərinə şəxsi axtarış keçirildikdən sonra, onun yaşadığı evə gedib həmin evə baxış keçirmişlər. Təqsirləndirilən şəxsla birlikdə onun qeyri-rəsmi nikah münasibətində olduğu Maya adlı xanım da idarəyə dəvət edilmişdir. Maya və Ramin saxlanılan zaman birlikdə olmuşlar. Onlara qarşı heç bir təzyiq və işgəncə olunmamışdır. Şəxsin üzərindən narkotik vasitə heroin, yaşadığı mənzildən isə narkotik vasitə heroin, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Rəhbərliyin məsləhəti ilə Təqsirləndirilən şəxsla Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Həmin məlumatın məzmunu Abşeron rayonu ərazisində narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Əməliyat axtarış fəaliyyəti zamanı onlar Raminin şəxsiyyətini müəyyən etmişlər. Saat 04:40 radələrində Raminin zahiri əlamətlərinə əsasən onu müəyyən edib saxlamışlar. Əməliyyat yerinə 3 nəfərlə getmişlər. Əməliyyat yerinə getdikləri avtomobili xatırlamır. Onlarda şəxsi avtomobil olur, xidməti avtomobil olmur. Evə neçə avtomobillə qayıtdıqlarını xatırlamır. Maya xanımı da idarəyə aparmaqlarına səbəb rəhbərliyin göstərişi olmuşdur. Sənədləşdirmə işləri bitdikdən dərhal sonra evə baxış keçirməyə getmişlər. Evə getdikləri saatı xatırlamır. İdarəyə getdikdən sonra nə qədər müddətə müdafiəçinin gəldiyini xatırlamır. İdarədəki bütün proseslər təxmini 2-3 saat çəkmişdir. Maya da evə baxış istintaq hərəkətində iştirak etmişdir. Mayanı da evə gətirmişlər. Onlar tərəfdən Mayaya fiziki təsir olunmamışdır. Evə baxışda o, Şahid1, Şahid2, təhqiqatçı, müdafiəçi, Ramin və Maya iştirak etmişlər. Evdə Raminin qayınanası ilə telefon əlaqəsi qurulmamış, o, Raminin qayınanasını tanımır. Bu hadisə ilə bağlı “102” xidmətinə zəng edilməsi barədə məlumatı yoxdur. Onlar tərəfindən qanunsuz heç bir hərəkət olmamışdır. Onun “102” xidmətinə zəng edilməsi barədə məlumatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Saxlanılan zaman təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxsi müvəqqəti saxlanma yerinə təhvil vermişlər, orada təqsirləndirilən şəxsə fiziki təsir olub-olmadığını bilmir. Onlar şəxsi müvəqqəti saxlanma yerinə təhvil verən zaman üzərində xəsarət izləri olmamışdır. Şəxs barəsində əvvəllər onlarda əməliyyat məlumatı olmamışdır. Şəxsin barəsində əməliyyat məlumatı şəxs tutulmamışdan 3-4 gün əvvəl daxil olmuşdur. Həmin vaxt şəxsin barəsində dolğun məlumat əldə etmədikləri üçün heç bir tədbir keçirməmişlər. Dolğun məlumatı hadisədən bir gün əvvəl əldə etmişlər. Daxil olmuş məlumat barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. Narkotikin mənbəyinin müəyyən edilməsi ilə bağlı heç bir əməliyyat tədbiri keçirilməmişdir. Yerində sənədləşdirmək əməliyyat şəraitinə uyğun olmamışdır. Gecə gec saatları olduğu üçün videoçəkilişlə yaxınlaşmaq əməliyyat şəraitinə uyğun olmamışdır. Şəxsin evində və ya qonşusunda kamera olmayıb, onlar kamera görüntülərini götürməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Elçın qızı ifadəsində göstərmişdir ki, hadisə günü onlar evdə olmuşlar və o, yatmışdır. O, həyətdəki səs-küyə oyanmışdır. Daha sonra polis əməkdaşlarının Ramini döyə-döyə evə girdiklərini görmüşdür. Evə daxil olduqdan sonra polis əməkdaşları onu da döyməyə başlamış və evin hər yerini axtarmışlar. Evdən narkotik vasitə tapmadıqda onlardan 30000 manat pul tələb etmişlər. Ramin yetim uşaq olduğunu və pul almağa heç kiminin olmadığını bildirmişdir. Daha sora Ramin məcbur qalaraq onun anasına zəng edib 30000 manat pul istəmişdir. Anası əvvəlcə pulu gətirəcəyini bildirib, daha sonra “102” xidmətinə zeng edərək polis əməkdaşlarının onlardan 30000 manat pul tələb etdiklərini və şikayətçi olduğunu bildirmişdir. Anası “102” xidmətinə zəng etdikdən sonra polis əməkdaşları yenə də onları döyməyə və söyməyə başlamışlar. O həmin vaxt hamilə idi və özünü öldürmək istəyərək qayçını götürüb özünə vurmağa başlamış amma, xəsarət yetirə bilməmişdir. Daha sonra polis əməkdaşları onların qolunu qandallayıb baş idarəyə aparmışlar. İdarədə yenə də onlara hədə-qorxu gələrək döyməyə davam etmişlər. Onlardan narkotik vasitələri boyunlarına almaqlarını, onların tədqim etdikləri sənədləri imzalamaqlarını tələb etmişlər. Ramin onun sənədləri imzalamağını istəmişdir. Polis əməkdaşları Raminin şalvarını aşağı çəkib ona fiziki təsir göstərmişlər. Raminin qarşısında ona təsir göstərib videosunu çəkəcəklərini və həmin videonu yayacaqlarını bildirmişlər. Ramin onu buraxmaları üçün narkotik vasitəni boynuna alacağını və bütün sənədləri imzalamağını söyləmişdir. Daha polis əməkdaşları onları yaşadıqları evə gətirmişlər. Vəkil və onlar həyətdə gözləmiş, polis əməkdaşları isə evə daxil olub evi səliqəyə salmışlar. Daha sonra polis əməkdaşları onları də evə aparmışlar. Polis əməkdaşları guya evdən narkotik vasitə tapdıqlarını göstərmək üçün öz ciblərindən narkotik vasitə çıxararaq masanın üzərinə qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Raminin narkotik vasitə istifadə etdiyini bilmiş, amma Ramin onun yanında narkotik vasitə istifadə etməmişdir. O, Raminin narkotik vasitə istifadə etdiyini görməmiş, amma Ramin idarədə narkotik vasitə istifadəçisi olduğunu söyləmişdir. Polis əməkdaşlarının onlara işgəncələr yetirməsi ilə bağlı o, Baş Prokurorluğa və Ombudsman aparatına müraciət etmiş, amma onun şikayətləri cavabsız qalmışdır. Şikayəti ilə bağlı ondan izahat almışlar, amma ona heç bir qərar verilməmişdir. Polis əməkdaşları onların yaşadıqları evə daxil olan zaman gecə saat 3-4 radələri olmuşdur. Polis əməkdaşları gələn zaman o, evdə olmuşdur. O, evdə yatmış, həyətdən gələn səsə oyanmışdır. Hadisə vaxtı Ramil və o, küçədə deyil, evdə olmuşlar. Polis əməkdaşları birbaşa onların yaşadıqları evə gəlmişlər. O, səs-küyə oyanıb digər otağa keçmək istəyərkən polis əməkdaşları evə daxil olmuşlar. Polis əməkdaşları evə daxil olan kimi onları döyməyə başlamışlar. Polis əməkdaşları narkotik vasitə tapmaq məqsədi ilə evə daxil olmuş, amma evə axtarış keçirib heç nə tapmamışlar. Onların evi iki otaqdan ibarətdir və polis əməkdaşları evin hər yerinə axtarış keçirmişlər. Polis əməkdaşları 5 nəfər olmuşlar. Onlardan biri Anar, biri Vasif adlı polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarının onlardan 30000 manat pul istəmələrinin səbəbini bilmir. Pulu tələb edən polis əməkdaşının adı Anardır. Həmçinin, Anar telefonda onun anasına söyüş söymüşdür. Anasına Ramil zəng etmiş, amma onunla polis əməkdaşları danışmışlar. Polis əməkdaşları pul istəyən zaman Ramil heç kiminin olmadığını, ancaq onun anasına zəng edə biləcəyini söylədiyi üçün polis əməkdaşları zəng etməsini istəmişdir. Anasına zəng etmək təklifini Ramin verməmiş, polis əməkdaşları özləri anasından 30000 manat pul istəmişlər. Polis əməkdaşları anasına gözlədiklərini və pulu gətirməsini söyləmişlər. Onlar anasının rayonda olduğundan xəbərsiz olmuşlar. Anası telefonu söndürən kimi “102” xidmətinə zəng edib hadisəni danışdığı üçün polis əməkdaşları onları yenidən döymüşlər. Polis əməkdaşlarına “102” xidmətindən zəng gəlmiş və Anar adlı polis əməkdaşı anasına yenidən zəng edərək onu söymüşdür. Danışıqların hamısı Raminin telefonu ilə olmuşdur. Polis əməkdaşları evdə onları söymüş və o, televizorun yanındakı kağız qayçısını götürərək üç dəfə var gücü ilə qarnına vurmuş, qayçı qarnına girməmiş, amma ekspertiza zamanı xəsarət izləri müəyyən edilmişdir. Qayçı ilə qarnına vurmağının səbəbi özünü öldürmək istəməyi olmuşdur. Adını bilmədiyi polis əməkdaşı onun üzünə su tökmüşdür. Özünə başqa xəsarət yetirməmiş, qalan xəsarətləri polis əməkdaşları yetirmişdir. Vasif adlı polis əməkdaşı ona təpik vurmuş, Anar adlı polis əməkdaşı isə gəlib-gedib üzünə vurmuşdur. Anar onun kürəyindən, üzündən və.s vurmuş və üzünə tüpürmüşdür. Həm onlarda, həm də yanlarındakı qonşuda kamera olmuş, kameraların hər ikisi giriş qapısına quraşdırılmışdır. Polis əməkdaşları onları birinci dəfə idarəyə aparan zaman onların kamerasını, ikinci dəfə evə gələn zaman isə qonşunun kamerasını çıxarıb aparmışlar. Kamerasını apardıqları qonşu “İradə” adlı şəxs olmuşdur. Raminin işi bağlandıqdan sonra onların kamerasını qaytarmışlar. Onları evə gətirən zaman Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da gəlmişlər. Onlar və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birlikdə kameraları götürmüşlər. Onların kameralarını hələ də qaytarmayıblar. Kamerası götürülən qonşunun soyadını bilmir. Hazırda qonşunun kamerası yerinə quraşdırılıb və işləyir. Polis əməkdaşları kameraların sadəcə yaddaş hissəsini aparmışlar. İdarədə Raminlə onu bir otağa aparıb orada döymüşlər. İdarəyə aparılan zaman hər ikisinin qoluna qandal vurulmuşdur. İdarədə sənədləri imzalamış, amma hansı sənədlər olduğunu bilməmişdir. Ramin dediyi üçün imzalamaq məcburiyyətində qalmışdır. Polis əməkdaşları evə baxış keçirilən zaman narkotikdən onun də xəbərdar olduğunu söyləməyini bildirmişlər. Yaşadıqları evə baxış keçirilməsi üçün onlardan razılıq alınmamışdır. Ramin də evə baxış üçün razılıq ərizəsi verməmişdir. Onu Anar və Vasif adlı polis əməkdaşları döymüş, digərlər polis əməkdaşları isə döyməmişlər. Abşeron rayon prokurorluğu onu ekspertizaya göndərmişdir. Evə baxış üçün gələn zaman günorta saatları olmuşdur. Onları evdən aparan zaman qapını polis əməkdaşları bağladıqları üçün evin açarları onlarda olmuşdur. Baxış üçün evə gələn zaman onlar həyətdə gözləmiş, Vasif adlı polis əməkdaşı və digərləri mənzilə daxil olmuşlar. Onlar həyətdə təxminən 5 dəqiqə gözləmişlər. İkinci dəfə evə gələn zaman polis əməkdaşları Abşeron Rayon Poilis İdarəsinin əməkdaşlarını da çağırmışlar. Hadisə zamanı o hamilə olmuş. Hadisədən 15-20 gün sonra hamiləliyi pozulmuşdur. Hamiləliyinin pozulmasına səbəb polis əməkdaşları tərəfindən döyülməyi olmuşdur. Evdə Ramil və o yaşamışdır. Hadisə günü evdə uşaq olmamışdır. O, polis əməkdaşları tərfindən döyülməkləri ilə bağlı Baş Prokurorluğa şikayət ünvanlamışdır. Polis əməkdaşları onları 30 may 2023-cü il tarixdə saxlamışlar. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı o təsir altında qalaraq ifadəni imzalamışdır. Evə baxış keçirildikdən sonra onu buraxmamışlar və yenidən idarəyə aparmışlar. Onu gecə saat 1 radələrində evə buraxmışlar. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə gecə radələrində ona ********** mobil nömrəsindən zəng gəlmişdir. Həmin nömrə onun qohumu Nailə adlı şəxsə məxsusdur. Nailə ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Ramingilin evinə girdiyini və onunla danışmaq istədiklərini bildirmişdir. O, istifadəsində olan ********** nömrəsi ilə Raminə zəng etmiş və problemin nə olduğunu soruşmuşdur. Ramin isə vəziyətin pis olduğunu, polis əməkdaşlarının onların evinə girdiyini bildirmişdir. Daha sonra bir polis əməkdaşı telefonu Ramindən alaraq onunla danışmağa başlamışdır. O, polis əməkdaşından evə daxil olma səbəbini soruşduqda boş-boşuna hansısa evə girmədiklərini, Ramil və Mayanı tutub baş idarəyə aparacaqlarını bildirmişlər. O, məhkəmə qərarı olmadan evə daxil olub nə istədiyini soruşduqda Anar adlı polis əməkdaşı ona qarşı nalayiq ifadələr işlətməyə başlamış və ondan 30000 manat pul tələb etmişdir. Həmin pulu nə səbəbə istədiyini soruşduqda istədiyi adamı tutub apara biləcəyini bildirmişdir. O, polis əməkdaşlarına iki dəfə zəng etmiş və bir xeyli danışmışlar. Daha sonra o dəfələrlə “102” xidmətinə, baş idarəyə zeng edib şikayətlərini bildirmişdir. Baş idarənin əməkdaşı orada Ramin adlı şəxsin olmadığını bildirmişdir. Daha sonra o, Maya idarədən çıxan gün Bakıya gəlmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, polis əməkdaşları ilə ********** nömrəsi vasitəsi ilə, konturu olmadığı üçün ev telefonu ilə və ona məxsus xatırlamadığı başqa mobil nömrə ilə danışmışdır. Ramin və Mayanı buraxmaq üçün ondan 30000 manat pul istəmişlər. Polis əməkdaşları Raminin narkotiklə bağlı tutulduğunu və ya evlərində narkotik vasitə olduğunu söyləməmişdir. 30000 manat pulu nə səbəbə istədiklərini soruşduqda istədikləri adamı tuta biləcəklərini söyləmişlər. 30000 manat pulu onlara necə çatdıracağı barədə nə isə dəməmişlər. O, “102” xidmətinə zəng edərək polis əməkdaşlarının kürəkəninin evinə basqın etdiklərini və pul tələb etdiklərini söyləmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə zəng edərək Ramini oraya aparıb-aparmadıqlarını maraqlanmış və Raminin orada olmadığını bildirmişlər. 30000 manat pul istəmələri barəsində baş idarəyə heç nə deməmişdir. Qızının xəsarət alması ilə bağlı şikayətlər ünvanlamışdır. Mayanı çox pis vəziyətdə döymüş və nalayiq ifadələr işlətmişlər. Qızına qarşı evdə nalayiq hərəkətlər olunduğunu üçün o özünü qayçı ilə öldürmək istəmişdir. Hadisə vaxtı qızı hamilə olmuş, həyəcan və stresdən hamiləliyi pozulmuşdur. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və.s hadisə ilə bağlı şikayət ünvanlamışlar. Raminlə danışdıqdan sonra 53653 nömrəli ev telefonu ilə dəfələrlə “102” xidmətinə zəng etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04-05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 30 may 2023-cü il tarixdə, saat 04:40-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin yerdə onunla birlikdə olan Şahid4 isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “İnoi” markalı mobil telefon, 01 ədəd içərisində mobil nömrə olmayan “Vertu” markalı mobil telefon, sol yan cibindən ev açarları, şəxsiyyət vəsiqəsi və 01 ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümə baxış keçirilərkən içərisindən qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzi ilə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 11 qram olması müəyyən edilmişdir. Çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30-32). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”lərdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 ayrı-ayrılıqda yaşadıqları ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişlər (cild 01, iş vər. 34). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı qonaq otağında olan dairəvi masanın üzərində olan 01 ədəd qara rəngli əl çantası aşkar edilmiş, həmin çantanın içərisinə baxış zamanı 01 ədəd büküm tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə marixuanaya bənzər kütlə, 08 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, istintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 38-39). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 may 2023-cü il tarixli 7/784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazıları və imzalar olan 2№-li ağ rəngli kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi-10,253 qram bitki mənşəli kütlə, təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 46-49). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 may 2023cü il tarixli nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7" dairəvi möhür əksləri olan iki ədəd zərfdə üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,127 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı” ünvandan aşkar edilmiş ..." sözləri, soyad də imzalar qeyd edilmiş bir ədəd zərfdəki 8 (səkkiz) ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 11,988 qram, 62,408 qram, 0,155 qram, 0,208 ram, 0,236 qram 0,189 qram, 0,215 qram, 0,202 qram ümumi təmiz çəkisi 75,601 qram olan qəhvəyi rənfli maddələr kustar üsulla hazırlanmış nakrotik vasitə heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 51,418 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 9 (doqquz) ədəd sellofan bükümdə olan heroin xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eynidir (cild 01, iş vər. 50-55). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məkəməsinin xx.xx.2023-cü il tarixli 5(012)-516/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 29 may 2023-cü il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir (cild 01, iş vər. 122-123). Cinayət işinin materiallarında olan Səbail rayon prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Səbuhi Abbasov tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid4 tərəfindən onun və Samir Əhmədovun polis əməkdaşları tərəfindən təzyiqə və təsirə məruz qalması ilə bağlı qeyd olunan xüsusatlar Səbail rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan “Mobil operatorlardan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddətdə daxil olan və çıxan zənglərin, SMS və anten məlumatlarının köçürüldüyü “Azerfon" MMC-dən götürülmüş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə 077-326- 07-95 saylı mobil nömrədən “yerli Allah canıvı sağ eləsin pis deyil bu temadan varsa gelim yarı götürüm”, “brat imkan olan kimi məni yığ sennen cavab gözleyirem bu temadan varsa yenə lazımdı” “Qaqas bayaq götürdüyüm bunnan çox idi burda 0,3 ancaq olar belə olmaz brat çalışıram pulu hemise düz verim her defe bele olur keçen defekine bir söz demədim”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “salam ramin bagisda narahat edirem gələndə xəbər elə çox eziyyet çəkirəm”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “dede 40m pulum var öz pulum yarım torpaq qalanına da 10? Daş götürə bilərəmmi” "qaqaş emele gelir gelmirse canin sag olsun" xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “yarı İstirem ata" xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “qaqa 30 manat pul var emele gelir götürüm cammati yola verim qalmisam ortada birdene he yox de bilim", xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “men sene zeng vurdum ki mal xarabdı 40manat taksi pulun çıx qalan 300 manatı getir” “qaqa men seni tanıyıram menim pulumu getir xarab malını apar”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən “1 qram emele gelir?” "problem deyil ama temiz olsun hemde dediyin kimi keyfiyyeti yaxsi olsun” məzmunlu smslər göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə ***-***-**- ** saylı mobil nömrəyə "qaqas ayıb olsun burda 30 manata 0.4 verirler men sene 25 manata 4.2 veririrem her defe” “mene hec vaxt mesaj yazma mesajı polisler çixarir silsende axirinci defe olsun qaqas” xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “qaqa noldu bide tema kimse istese de narmalni kola var neyi var temadı” xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “brat ksitaldi tem 60 manatdı qiram danışa bilmirem evdeyem sozun olsa yaz” xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “qaqa gec geleceksense men yatiram, qaqa birden fikrini deyişib tek 10nuq gəlsən gelme ayibdi 40 butov olsa xeber et qaqam" məzmunlu SMS-lər göndərilmişdir (cild 01, iş vər. 183). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 iyun 2023-cü il tarixli nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ bazunun orta 1/3-nin ön səthinin bir ədəd, sol bazunun aşağı 1/3-nin iç səthinin iki ədəd, sağ baldırın yuxarı 1/3-nin ön səthinin bir ədəd qançırları-küt əşya (əşyalar) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilərdi; törədilmə müddəti zərərçəkənin müayinəsindən 5-7 gün əvvələ uyğun gələ bilər; sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, iş vər. 188-189). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 daxil olmuş məktubdan görünür ki, xx xxxx 1985-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, iş vər. 216). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 7645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 217-218). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 222- 233). Məhkəmə istintaqı zamanı sorğu əsasında Daxili İşlər Nazirliyi X11 Etmə Xidmətindən əldə edilmiş məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən X5 tərəfindən 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edilib-edilməməsi ilə bağlı məlumatların araşdırılması mümkün olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyası, Krasnodar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla xx.xx.2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmiş və həmin ünvandan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə bioloji və məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilərək narkotik vasitələr və psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitələr və psixotrop maddənin ona aid olmaması, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, məcbur qalaraq narkotik vasitələri boynuna alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığını bildirdiyindən və dolayısı ilə də müdafiə tərəfin sübutların bu formada əldə olunduğuna istinad etdiyindən, bu xüsusatlar məhkəmə istintaqı zamanı araşdırılmış, iş materiallarında olan Təqsirləndirilən şəxs aid məhkəmə tibbi ekspertizasının rəyi tədqiq olunmuş, həmçinin həmin rəyi tərtib etmiş ekspert məhkəmə zalına dəvət edilərək dindirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi" X15 Abşeron rayon şöbəsinin eksperti X13 ifadəsində tərtib etdiyi rəyi müdafiə edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs barəsində ekspertiza keçirərkən şəxs onun bel, döş, baş, ayaq nahiyələrindən vurulduğunu və xəsarətlər aldığını bildirmişdir. Lakin müayinə zamanı onun bel, döş və baş nahiyəsində heç bir xəsarət aşkar olunmamışdır. Yalnız, şəxsin sağ bazu nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 2 ədəd və sağ baldır nahiyəsində xəsarət aşkar edilmişdir. Əksər hallarda, məhkəmə tibbi ekspertizası tərəfindən verilmiş rəy müstəntiqin qərarın təsviri hissəsində qeyd etdiyi hadisənin törədilmə şəraiti ilə kompleks təşkil edir. Şəxsin üzərində aşkar olunmuş xəsarətlər əsasən tutulma, dartılma, sıxılma nəticəsində, o cümlədən döyülmə nəticəsində əmələ gələ bilər. Ona görə də, rəydə xəsarətlərin müxtəlif şəraitlərdə əmələ gələ biləcəyi qeyd edilmişdir. Lakin, bir ekspert kimi onun fikrincə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş xəsarətlər ən çox tutulma, dartılma, sıxılma nəticəsində yaranmışdır. Döyülmə və ya zərbənin təsiri ilə yaranması çox az ehtimaldır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, baldırda yaranan xəsarətlər təpik vurma və ya hər hansı obyektə dəyməsi nəticəsində də yarana bilər. Qol nahiyəsində sıxılma nəticəsində yaranan xəsarətlərdə barmaq izi 5 gün ərzində qala da bilər, qalmaya da bilər. Şəxsin qabırğa nahiyəsində heç bir xəsarət aşkar edilməmişdir. Əgər xəsarət olsaydı, bu rəydə qeyd edilərdi. Şəxsin üzərində yalnız rəydə qeyd edilmiş xəsarətlər olmuşdur. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, qeyd olunan döyülməyə dair xüsusatlar Səbail rayon prokurorluqda araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir. Beləliklə, məhkəmə istintaqı nəticəsində də Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən təsir və ya təzyiqlərə məruz qalması ilə bağlı nəticəyə gəlmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilən şahidlər Şahid4 Elçın qızı və X4 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin şəxslər Təqsirləndirilən şəxsla yaxın münasibətdə olan şəxslərdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Bundan əlavə, müdafiə tərəfi iş üzrə şahid qismində dindirilən X4 təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis əməkdaşlarının ona zəng etməsini və təqsirləndirilən şəxsi azad etmək üçün ondan pul tələb etmələrini, bundan sonra isə onun Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng edərək şikayət etməsini bildirdiyindən, həmin xüsusat da məhkəmə istintaqı zamanı araşdırılmış, lakin müvafiq quruma sorğu verilsə də, arxiv məlumatları qalmadığından bununla bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda, şahidə məxsus mobil nömrə üzrə müvafiq məlumatlar mobil operatordan sorğu edilərək götürülmüş, lakin şahidin Daxili İşlər Nazirliyinin “102 xidməti”nə zəng etməsini təsdiq edəcək hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onlarla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün yalan ifadə verdiyini təsdiq edir. Bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitələrin onun üzərindən və yaşadığı evdən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaqın ilkin dövrlərində verdiyi ifadəsini qoyur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırmanın ilkin dövründə Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı ünvandan aşkar olunan narkotik vasitə və psixotrop maddənin şəxsi istifadəsi üçün əldə edib üzərində və yaşadığı ünvanda saxladığını bildirsə də, onun üzərindən və yaşadığı evdən müxtəlif növ narkotik vasitə və psixotrop maddənin aşkar olunması, aşkar olunan narkotik vasitə və psixotrop maddənin çəkisinin külli miqdardan dəfələrlə çox olması, iş materiallarında yer alan Təqsirləndirilən şəxs məxsus telefon məlumatlarında narkotik vasitənin dövriyyəsinə dəlalət edən çoxlu sayda SMS-lərin mövcud olması, onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, həmçinin onun real satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair X18 Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-in 181.2.1, 181.2.4, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir (cild 01, iş vər. 126-127). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarında göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 21, 88-89). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 85,278 qram narkotik vasitə heroin, 51,368 qram psixotrop maddə metamfetamin, 10,233 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalı, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və iş üzrə maddi sübut kimi tanınmayan “İnoi” və “Vertu” markalı mobil telefonlar isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə 137 AZN (yüz otuz yeddi manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 85,278 qram narkotik vasitə heroin, 51,368 qram psixotrop maddə metamfetamin, 10,233 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd diskin cinayət işinin matriallarında saxlanması nəzərə alınsın, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş və iş üzrə maddi sübut kimi tanınmayan “İnoi” və “Vertu” markalı mobil telefonlar isə hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs və ya onun razılığı ilə yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə 137 AZN (yüz otuz yeddi manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-423/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-423/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver