Məhkəmə qərarları › İş №1(124)-424/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-424/2025

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-424/2025 16.02.2026 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, tutulana qədər fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 05 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsi barədə sosial şəbəkədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Meysəm” adlı şəxslə istifadəsində olan “Samsung Galaxy J2” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından fərdi rabitə vasitəsi kimi istifadə etməklə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə razılaşıb cinayət əlaqəsinə girərək, bu məqsədlə aralarında yaranmış cinayətkar razılaşmaya əsasən ona verilmiş bank kartının bank hesabına 150 (bir yüz əlli) manat ödəniş edildikdən sonra, 09 fevral 2025-ci il tarixdə “Meysəm” adlı şəxs şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə 02 (iki) ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 2,778 qram təşkil edən narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,871 qram təşkil edən psixotrop maddə metamfetamini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında gizlədib yerləşdirərək sonradan həmin narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi yerin fotoşəkillərini Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə bundan istifadə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gedərək külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb satış məqsədi ilə üzərində saxlayıb, daşımaqla Sumqayıt şəhərinə geri qayıdarkən yolda 01 (bir) ədəd bükümdə, xeyli miqdarda psixotrop maddə metamfetamini daha sonra pulunu alacağı ilə bağlı aralarında razılığa gələrək tanışı X3 40 (qırx) manata satmış, bundan sonra isə həmin gün saat 20:40-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında sərnişin qismində əyləşdiyi ** MX *** dövlət qeydiyyat nişanlı, “Toyoto Prius” markalı avtomobildə tanışı Təbriz Fərzəliyevlə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı satış məqsədi ilə əldə edib əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,944 qram, 1,784 qram, ümumi təmiz çəkisi 2,778 qram, külli miqdarda eyni tərkibli, qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təbriz Fərzəliyevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0.871 qram, xeyli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə danışıqlar apararaq, ona 3 qram narkotik vasitə, yəni 1 qram “patı” (metamfetamin) və 2 qram “kakos” (heroin) verilməsi barədə razılaşmışdır. İran vətəndaşı ona narkotik vasitənin yerləşdiyi ərazinin şəklini (lokasiyasını) göndərmişdir. Bundan sonra o, Təbriz adlı şəxsə zəng etmiş və narkotik vasitəni götürmək üçün avtomobil lazım olduğunu bildirmişdir. Təbriz isə avtomobil tapacağını qeyd etmiş, bir müddət sonra Təbriz, onun dostu Cəlal və Nihad adlı taksi sürücüsü gəlmişlər. O, Təbrizə irad tutaraq, “narkotik götürməyə getdiyini, bu qədər adamı niyə gətirdiyini” soruşmuş və digərlərinin xəbəri olmadan gedib narkotiki götürməyi təklif etmişdir. Həmin vaxt o, narkotik vasitənin təsiri altında olmuşdur. O, Təbrizlə birlikdə bildiyinə görə “Elmlər Akademiyası” və ya “20 Yanvar” metrostansiyaları ərazisinə getmiş, orada məktəbin həyətinə daxil olmuş, lakin narkotik vasitəni tapa bilməmişdir. Avtomobilə tərəf geri qayıdaraq Təbrizə narkotik vasitəni tapa bilmədiyini bildirmişdir. Daha sonra hər ikisi yenidən məktəbin həyətində axtarış aparmışlar. Təbriz skamyanın altından narkotik vasitəni taparaq ona gətirmişdir. O, görmüşdür ki, İran vətəndaşının işarələdiyi mal - çəkisi 2 qram olan 1 büküm “kakos”dur. O, həmin bükümü şalvarının cibinə qoymuşdur. Sonra onlar Sumqayıt şəhərinə qayıtmışlar. “Dörd qardaş” adlanan yanacaq doldurma məntəqəsinə çatanda sürücü avtomobili saxlamış və düşüb qaçmışdır. Elə bu zaman əraziyə polis əməkdaşları gəlmiş və onları saxlamışlar. Daha sonra Polis İdarəsinə aparılmışlar. İdarədə polis əməkdaşları onun üzərinə 2 büküm narkotik qoymuş və bunu etiraf etməsə, əks halda Təbriz və Calalın da məsuliyyətə cəlb ediləcəyi ilə onu hədələmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərdi ki, Təbriz də narkotik vasitə istifadəçisidir və onunla birlikdə “patı” istifadə etmişdir. Getdiyi ünvanda “patı” olmamışdır, İranlıdan 1 qram “patı” və 2 qram “kakos” sifariş vermişdir, İranlının adının “Meysəm” olduğunu bilirmiş. Videoçəkiliş zamanı üzərindən çıxan 2 büküm ona məxsus deyil və polislər tərəfindən qoyulmuşdur. Təbrizə etibar etdiyi üçün ondan dediyi ünvana aparmağı xahiş etmişdir. Polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmamışdır. Nihadı tanımır, lakin ondan şübhələndiyi üçün tutulmasına onun səbəb olduğunu ehtimal etmişdir. Təbrizin tapdığı narkotik vasitəni birlikdə istifadə etmək məqsədləri olmuşdur. İdarədə Təbrizə narkotiki Akifdən aldığını deməsi tapşırılıb, heç kimə narkotik vasitə satmamış və pay verməmiş, satış niyyəti olmamış, ancaq şəxsi istifadəsi üçün almışdır. İran vətəndaşı narkotik vasitəni ona 150 manat qarşılığında verib, pulu əvvəlcədən ödəyib və Təbrizə 20 manat benzin pulu verib. Tutulmasaydı, evə qayıtdıqdan sonra “3 qram əvəzinə niyə 2 qram mal olduğunu” İranlıdan soruşacağını planlaşdırmışdır. Tutulmamışdan əvvəl də bir dəfə İranlıdan narkotik vasitə almışdır, əvvəllər lazım olanda Təbrizlə bir-birinə narkotik pay vermişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadəsinin satışla bağlı olan hissəsini təsdiq etmir, lakin əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəni və suallara cavablarını təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, X4 təxminən bir ildən artıqdır tanıyır. Təxminən bir il əvvəl narkotik vasitə qəbul etməyə başlamış, əsasəndə narkotik vasitə heroindən istifadə etmişdir. Təxminən bir ay əvvəl özünü ona İran İslam Respublikasının vətəndaşı Meysəm kimi təqdim edən şəxs şəxsi istifadəsində olan 055-728-25- 58 saylı mobil telefon nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” tətbiqinə zəng vuraraq nömrəsini tanışlarından birindən aldığını bildirmiş, Meysəmlə söhbət zamanı sonuncu onun narkotik vasitə istifadə etdiyini bildiyindən istədiyi halda ona ucuz qiymətə narkotik vasitə göndərə biləcəyini demişdir. Həmin ərəfədə Meysəmin göndərdiyi bank kartına 80 manat pul göndərib şəxsi istifadəsi üçün sonuncudan 2 qram heroin almışdır. Meysəm adlı şəxs həmin heroini Nardaran qəsəbəsi ərazisində qoydurmuş, o da həmin heroini qoyulduğu ərazidən götürüb istifadə etmişdir. Sonuncu dəfə 09 fevral 2025-ci il tarixdə, təxminən saat 14 radələrində tanışı Təbriz onunla əlaqə saxlayıb istifadə etmək üçün ondan metamfetamin istədiyindən, buna görə də 09 fevral 2025-ci il tarixdə, təxminən saat 16 radələrində Meysəmlə yenidən əlaqə saxlamış, ona 3 qram heroin və 1 qram metamfetamin göndərməsini xahiş etmişdir. Meysəm isə bunun üçün ondan 150 manat pul istədiyindən, bundan sonra onun göndərdiyi bank kartına 150 manat pulu mobil tətbiq vasitəsi ilə köçürtmüş, daha sonra Meysəm ona heroin və metamfetamini qoydurduğu yerin fotoşəkillərini və konumunu (koordinatlarını) göndərmişdir. Bundan sonra Təbrizlə əlaqə saxlayıb görüşmək qərarına gəlmiş, həmin gün təxminən saat 16 radələrində Calal və Nihadla birlikdə Nihadın idarə etdiyi Toyota Prius markalı avtomobillə Təbrizlə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 17 saylı məktəbin yaxınlığında görüşmüşlər. Calal və Nihadla həmin gün təsadüfən görüşmüş, Nihad taksi sürücüsü olduğundan onu Bakı şəhərinə aparıb yenidən Sumqayıt şəhərinə qaytarmasını xahiş etmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 17 saylı məktəbin yaxınlığında Təbrizlə görüşüb təklikdə söhbət edən zaman ona Bakı şəhəri ərazisində yerləşən Memar Əcəmi metrostansıyasının yaxınlığından narkotik vasitə və psixotrop maddə götürəcəyini, ona psixotrop maddə metamfetamin verəcəyini bildirmiş, buna görə də onunla birlikdə gəlməsini istədikdə Təbriz bununla razılaşmışdır. Bundan sonra Nihad, Calal və Təbriz birlikdə Nihadın idarə etdiyi avtomobillə Bakı şəhəri ərazisində yerləşən Memar Əcəmi metrostansiyasının yaxınlığına getmiş, orda Təbriz, Nihad və Calal avtomobildə gözləmiş, bundan sonra Meysəmin göndərdiyi konum və fotoşəkillər əsasında heroin və metamfetamini gizlədildiyi yerdən tapıb götürmüş, daha sonra geri qayıdıb avtomobildə arxa oturacaqda Təbrizin yanında oturmuş, bundan sonra Sumqayıt şəhərinə yola düşmüşlər. Sərnişin qismində əyləşdiyi Nihadın idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhəri istiqamətində hərəkət edərkən Nihad və Calal eşitməsinlər deyə Təbriz astaca metamfetamini verməyini istədikdə, bundan sonra bir ədəd kağız bükümdə metamfetamini gizlincə Təbrizə vermiş, Təbrizdə həmin metamfetamini əynindəki şalvarının cibinə qoymuşdur. Təxminən saat 20:40 radələrində Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş’’ restoranının yaxınlığındakı yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq dolduran zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanıldıqlarını bildirmişlər. Həmin vaxt Təbrizlə üzərlərində narkotik vasitə və psixotrop maddə olduğunu bildirdikdə, bundan sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Bundan sonra etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinin inzibati binasına gəlmişlər. Polis idarəsində olduqları zaman ilk əvvəl Təbriz xidməti otaqlardan birinə dəvət edilmiş, bir neçə dəqiqədən sonra isə Təbriz həmin otaqdan çıxmış, bundan sonra o həmin otağa dəvət edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulduğu ona izah olunmaqla ona vəkillərin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda adı qeyd edilən vəkil Sahil Allahverdiyevin hüquqlarını müdafiə etməsini xahiş etmiş, vəkil gəldikdən sonra isə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmasına başlanılmış, bundan əvvəl isə ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş başqa maddə varsa təqdim etməyi təklif edilən zaman üzərində olan 2 ədəd ağ rəngli kağız bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitəyə baxış keçirilmiş, sonra isə elektron tərəzidə çəkilib çəkisi müəyyən edildikdən sonra isə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində qeydlər aparıldıqdan sonra isə götürülmüşdür. Bir büküm psixotrop maddə metamfetamini Təbrizə pay olaraq vermiş, pul ilə satmamışdır. Psixotrop maddə metamfetamini Təbirzə pay kimi verən zaman onunla sonradan ona pul və ya narkotik vasitə verəcəyi ilə bağlı aralarında heç bir razılaşmaları olmamış, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Meysəm adlı şəxs tərəfindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin hansı üsulla Azərbaycan Respublikası ərazisinə gətirilməsindən, əldə etdiyi heroin və metamfetaminin hansı şəxs və ya şəxslər tərəfindən Memar Əcəmi metrostansiyasının yaxınlığına gətirilərək qoyulmasından məlumatı olmamışdır. Ancaq Meysəm adlı şəxslə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlayaraq sonuncunun göndərdiyi narkotik vasitə və psixotrop maddələri əldə etmiş, başqa şəxslərlə narkotik vasitələrin satışı və alışı ilə bağlı sosial şəbəkə vasitəsilə əlaqə saxlamamış, Meysəm adlı şəxsdən narkotik vasitə əldə etməsi barədə başqa heç kimin məlumatı olmamış, həmçinin üzərində narkotik vasitə olmasından Nihad və Calalında məlumatı olmamışdır. Polis əməkdaşları tərəfındən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin NMB-nə Akif və Təbriz adlı şəxslər barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs və onun yanında olan digər şəxsləri Sumqayıt şəhəri ərazisində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında saxlamışlar. Saxlanılan ərazidə videoçəkilişlə şəxsi axtarış mümkün olmamışdır. Şəxslər Sumqayıt ŞPİ-nə gətirilmişlər. İdarədə xidməti otaqların birində təhqiqatçının və müdafiəçinin iştirakı ilə şəxslərin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən içərisində heroinə bənzər maddə olan 2 ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar olunan bükümün çəkisi təxminən 3,50 qram təşkil etmişdir. İdarədə məlum olmuşdur ki, Təbriz və Akif, Nihad adlı taksi sürücüsü ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına getmişlər. Akif orada narkotik vasitəni götürmüş və geri qayıdan zaman Təbrizə 1 ədəd bükümdə metamfetamin vermişdir. Akifdən soruşduqda o, narkotik vasitəni pay olaraq verdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, əməliyyat tədbiri zamanı sürücünü, Akifi, Təbrizi və Calalı saxlamışlar. Tərəflərindən şəxsə qarşı təsir və ya təzyiq olmamışdır. Saxlanılan zaman şəxs müqavimət göstərməmişdir. Təbriz narkotik vasitəni Akifdən götürdüyünü, lakin hər hansı məbləğ vermədiyini bildirmişdir. Taksi sürücüsü Təbrizin tanışı olmuşdur. İdarədə olanda Təbriz Akifə sonradan pul verəcəyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunaraq tədqiq edilmiş və onların digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o və Təbriz Fərzəliyev dostdurlar. Sumqayıt şəhərində “Göyərçin” abidəsinin yaxınlığındakı kafelərin birində yemək yeyərkən Təbrizin telefonuna zəng gəlmiş və o, kiminləsə danışmışdır. Təbriz avtomobilə baxmaq üçün Bakıya getməli olduqlarını bildirmiş və o da maşın ustası olduğu üçün Təbriz onun da getməsini istəmişdir. Daha sonra Təbriz taksi sifariş vermiş və “Toyota Prius” markalı avtomobil olduqları yerə gəlmişdir. Avtomobilə əyləşərək Bakıya getmiş, orada işlərini bitirdikdən sonra Sumqayıta qayıtmışlar. Sumqayıtda yanacaq doldurma məntəqəsində polis əməkdaşları onlara yaxınlaşaraq bölməyə aparmışlar. Bölmədə videoçəkilişlə hər üçünün üzərinə baxış keçirilmişdir. Bölmədə Təbrizin və Akifin üzərindən narkotik vasitə aşkar olunduğunu eşitmiş, lakin bunu bilavasitə görməmişdir. Şahid6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Sumqayıtda yemək yeyərkən saat təxminən 18:00-19:00 radələri olmuşdur. Təbrizi uşaqlıqdan tanıyır və onun narkotik vasitədən istifadə etdiyini bilmirmiş. Bakıya çatdıqda özü avtomobildən düşməmişdir. Akif və Təbriz avtomobildən düşərək maşının sahibi ilə görüşəcəklərini demişlər. Bir müddət sonra qayıtmış və Təbriz maşın sahibinin orada olmadığını, geri qayıdacaqlarını bildirmişdir. Taksi sürücüsünü tanımamışdır. Bakıya gedərkən Akifi yolüstü Corat qəsəbəsindən götürmüşlər. Yola çıxarkən Təbriz Akifi də Bakıya aparacağını demiş, lakin Akifin Bakıya nə üçün getdiyini bilməmişdir. “Memar Əcəmi” metrostansiyasının yaxınlığına getmişlər. Sonradan məlum olmuşdur ki, Akif və Təbriz Bakıya narkotik vasitə götürmək üçün getmişlər. Bu hadisədən sonra Təbrizlə münasibətləri korlanmışdır. Bölmədən çıxdıqdan sonra o Təbrizə “narkotik söhbəti var idisə, məni niyə qatmısan?” deyə irad bildirmişdir. Akif ilə münasibəti olmamış, onu cəmi 1-2 dəfə görmüşdür. Təbriz onu maşın ustası olduğu üçün, Akifi isə maşının sahibini tanıdığı üçün Bakıya aparmış, avtomobili Akifin vasitəsilə alacağını bildirmişdir. Bakıdan qayıdanda narkotik vasitə alqısatqısı barədə söhbət olmamışdır. Bölmədə ayrı-ayrı otaqlarda üzərlərinə baxış keçirilmişdir. Polis əməkdaşları Təbrizdən soruşduqda, o, narkotik vasitəni Akifdən aldığını bildirmişdir. Bakıya narkotik vasitə götürmək üçün getmələri haqqında aralarında söhbət olmamışdır. Məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o digər Şahid6 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzunmüddətli tanışlığı olmamış, onu hadisədən 2-3 ay əvvəl tanımışdır. Hadisə 2025-ci ilin fevral ayında baş vermişdir. Calalla birlikdə “Göyərçin” abidəsinin yaxınlığındakı restoranda yemək yeyərkən zəng edib Akifi də çağırmış, Akifdən şəxsi istifadəsi üçün metamfetamin istəmişdir. Akif ona metamfetamini Bakıdan götürəcəklərini bildirmişdir. Calalı da yol yoldaşı kimi çağırmışdır. Calalın maşın ustası (elektrik) işlədiyini, icarəyə maşın götürmək istədiyi üçün maşına baxmaq məqsədilə onun da getməsini istəmişdir. “Memar Əcəmi” metrostansiyası ərazisində yerləşən məktəbin yaxınlığında maşını saxlamış və Akiflə maşından düşmüşlər. Bir müddət sonra Akif narkotik vasitəni götürüb gəlmişdir. Geri qayıdanda Sumqayıtda “Dörd Qardaş” restoranının yaxınlığında polis əməkdaşları onları saxlamışlar. Şahid X5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, yolda olanda Akifin telefonla danışdığını görməmişdir. Akifə yerin koordinatlarının (konumun) atıldığını dəqiq bilməmişdir. Narkotik vasitəni götürəndə ona kömək etməmişdir. İdarədə şəxsi axtarış zamanı Akifin üzərindən 2 ədəd büküm aşkar olunmuşdur. Geri qayıdanda o, maşının sahibinin Bakıda olmadığını demişdir. Akiflə o, birlikdə məktəbin həyətini axtarmış, Akif skamyanın altından narkotik vasitəni özü tapmışdır. Ona yalnız şəxsi istifadəsi üçün narkotik vasitə lazım olmuş, Akifdən satış məqsədilə narkotik vasitə almamış və aralarında pul söhbəti olmamışdır. Akif ona narkotik vasitəni pay olaraq vermişdir. O da kömək məqsədilə sonradan Akifə 40 manat pul vermiş, lakin həmin vaxt üzərində pul olmamış, tutulanda da üzərindən pul çıxmamışdır. Akifin verdiyi narkotik vasitənin dəyəri onun verdiyi puldan qat-qat çox olmuşdur. Akifin narkotik vasitənin alışısatışı ilə məşğul olmasını eşitməmişdir. İbtidai istintaq zamanı həm ifadə vermiş, həm də üzləşdirmədə iştirak etmişdir. Maşında olanda Akif ona metamfetamin vermişdir. Akifin dediyi yerdən heç nə götürməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-cı il tarixli raportdan görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsində “Akif” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və “Akif” adlı şəxsin xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, Şirvan Yaşma B/Y-311 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 09 fevral 2025-ci il tarixdə, saat 20:40-da Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında Şahid5 idarə etdiyi ** MX *** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs, X5, bundan başqa həmin vaxt avtomobildə olan başqa bir sərnişin və avtomobilin sürücüsü Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nə gətirilmişdirlər. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təbriz Fərzəliyevin hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təbriz Fərzəliyev buna etiraz etməmişdir. Bundan sonra Təbriz Fərzəliyevə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümü çıxarıb təqdim etmiş, həmin kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün onunla birlikdə saxlanılmış tanışı Akifdən şəxsi istifadəsi üçün aldığını, Akifdən şəxsi istifadəsi üçün psixotrop maddə istədikdən sonra Akifin Bakı şəhərinə gedərək, Bakı şəhəri ərazisində yerləşən Memar Əcəmi metro stansiyasının yaxınlığında gizlədilmiş ərazidən psixotrop maddəni götürdüyünü, Nihad adlı taksi sürücüsünün idarə etdiyi avtomobildə gizlincə ona verdiyini, aralarında razılaşdıqları kimi psixotrop maddənin əvəzində sonradan Akifə 40 manat ödəyəcəyinə söz verdiyini, onunla birlikdə saxlanılmış Calal və taksi sürücüsü Nihadın Akifin ona şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin verməsindən, üzərində şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin saxlamasından məlumatsız olduqlarını bildirmişdir. Bundan sonra Təbriz Fərzəliyevin üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təbriz Fərzəliyevin üzərindən aşkar edilmiş bükümə baxış keçirildikdə isə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində ağ rəngli, kristalşəkilli maddə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1,07 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, qəbulunda, eləcədə satışı ilə məşğul olmaqda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibində saxladığı iki ədəd kağız bükümü, sol yan cibində saxladığı bir ədəd mobil telefonu çıxarıb təqdim etmiş, həmin kağız bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin iki ədəd bükümdə narkotik vasitəni və bir ədəd bükümdə psixotrop maddəni həmin gün sosial şəbəkədə tanış olduğu, barəsində hər hansı anket məlumatlarını bilmədiyi, ancaq İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxslə aralarındakı danışıqdan sonra həmin şəxsin verdiyi bank kartının bank hesabına 150 manat ödəniş etdikdən sonra, ona göndərilmiş geolokasiya və fotoşəkillərdə göstərilmiş, Bakı şəhəri ərazisində yerləşən Memar Əcəmi metro stansiyasının yaxınlığına gedərək gizlədildiyi yerdən götürərək iki ədəd bükümdə narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, bir ədəd bükümdə psixotrop maddəni isə tanışı Təbriz Fərzəliyevə hədiyyə etdiyini, psixotrop maddəni Nihad adlı taksi sürücüsünün idarə etdiyi avtomobildə Akifə verdiyini, onunla birlikdə saxlanılmış Calal və taksi sürücüsü Nihadın Akifə şəxsi istifadəsi üçün psixotrop maddə metarnfetamin verməsindən, üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin olmasından məlumatsız olduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərə baxış keçirildikdə isə. içərisində qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddələr aşkar edilmişdir. Bundan sonra isə həmin bükümlər elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində qəhvəyi rəngli maddə olan ilk bükıım elektron tərəzidə çəkilərkən birinci bükümün ümumi çəkisinin 1,35 qram, ikinci bükümün ümumi çəkisinin 2,16 qram, hər iki büküm birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkilərinin 3,50 qram olması müəyyən edilmiş, bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş mobil telefonla birlikdə içərisi boş zərflərə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və Təbriz Fərzəliyevlə birlikdə saxlanılmış Şahid5 razılığı, ilə onun idarə etdiyi ** MX *** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı avtomobilə baxış keçirilmişdir. ** MX *** dövlət qeydiyyat nişanlı “Toyoto Prius” markalı avtomobilə baxış keçirilərkən isə avtomobildən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda bütün qeyd etdikləri ilə bağlı protokollar tərtib edilmiş, həmin protokollar ucadan oxunmuş, protokollara əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokollarla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzrəinə şəxsi axtarışın keçirilməsi barədə protokoldakı xüsusatlar, həmçinin şahidlərin ifadələri həmin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videoçəkilişin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapdı. xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd, gövdəsi qızılı rəngli, arxa yuxarı orta hissədə foto və video çəldişlər aparmaq üçün qurğusu, ondan aşağıda isə “Samsung” markalanma yazısı yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış, ön yuxarı orta hissədə “Samsung" markalanma yazısı yerləşən “Samsung Galaxy J2” markalı mobil telefona baxış keçirərkən mobil telefonun “WhatsApp” proqramının “söhbətlər” bölməsində adları müxtəlif cür qeyd edilmiş şəxslərlə telefondan istifadə edən şəxsin apardığı danışıqlar barədə məlumatların göründüyü, həmin bölmədə adı “Mesem” kimi qeyd edilmiş İran İslam Respublikasında istifadə edilən +98 935 *** **** saylı mobil nömrədən istifadə edən şəxslə mobil telefondan istifadə edən şəxs arasında danışıqların həyata keçirildiyi, həmin danışıqlara baxış keçirilərkən isə cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda səs yazılarının SMS mətnlərinin olduğu müəyyən edilmişdir. “- saat 16:38 səsli zəng - saat 16:39 səsli zəng - saat 16:42 “(51/918/2173). Million aparatinan yuklesin, M 10 seçib pul yuklesin” - saat 16:46 ödəniş qəbzinin foto şəkili - saat 16:46 “Atdım qardaşım atdım" - saat 16:46 “yaxşı qardaşım gördüm, gördüm setdə ol xəbər edəcəm" - saat 16:46 “yaxşı qardaşım yaxşı” - saat 16:52 “Mesəm nağarısan, və sairin Mesəm qurtarmışam qadan alım” - saat 16:52 “Qurana and olsun qardaşım mən bu anbardan vəsait götiirüdüm, buda belə dedi, darıxmıyın a qoy vəsaiti özüm yerbə yer eliyim, sizlə özüm əlaqə saxlayım, mənə bir yarım saat möhlət ver” - saat 16:52 “Yaxşı Meysəm tələsmə o nə deməkdi, işini gör, işini gör” - saat 17:03 səsli zəng - saat 17:19 səsli zəng - saat 17:21 “20 dəqiqə səbirli ol maşına denən qoy gəlsin, 20 dəqiqə səbirli ol” - saat 17:28 video zəng - saat 17:38 “çıxdın sən, mindin maşına, hərəkət eliyibsən” - saat 17:44 “Yox Meysəm maşın 1 dəqiqəyə çatır yanıma, üzü hayana hərəkət edəcəm” - saat 17:44 “üzü hayana gəlim abi bir dənə konum at mənə" - saat 17:48 “Əcəmiyə nə qədər yolun var, get Əcəmiyə sarı bax” - saat 17:49 səsli zəng - saat 17:52 foto şəkil - saat 17:52 2k İp - saat 17:52 “Ecemi metrosunun yaninda 3-cu mkrayonda yeke sdadyon var iki girişi var sdadyonun oturmag ucun usdu taxdanan divara yaxin taxdanin qurtaracaginda” - saat 17:52 səsli zəng - saat 17:53 “bu şəkli bir dənə qoca qadın vardı, anbar odu yaxşı konum zad çəkə bilmir deyin bu anbar belə işdiyir da yəni dəqiq işdiyir, yəni belə deyimdə sənə yəni yazısı səni düz aparır o ünvana, o vəsaitin üstünə” - saat 17:54 “tanıdanda hə oranı, o stadoin zad yazıb hə qəşəng bilərsən ora haradı” - saat 17:54 səsli zəng - saat 18:31 ? - saat 18:33 “ 25 dəqiqə yolum görsənir Mesəm 25 dəqiqə” - saat 18:35 ok - saat 19:02 ? - saat 19:39 “Meysəm götürdüm qardaşım Allah canını sağ eləsin, sağ ol brat evə çatım danışarıq" - saat 19:22 şəkil - saat 19:43 ürək şəkli - saat 20:29 video zəng - saat 20:39 “Nə ğayrdın e o malı yoxladınsa mənə bir həsini yoxsunu de ginən” - saat 20:39 video zəng - saat 20:46 ? - saat 20:47 “Niye azdi bu ay meysem” - saat 20:48 “Nə deyirsən mənə səs at görüm nə deyirsən”.” xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, yaddaşında 01 (bir) ədəd, həmin faylın yaddaşında isə əlavə olaraq 04 (dörd) ədəd, birincisi “507428711_SMS.txt” adlı, ikincisi “**********11.txt” adlı, üçüncüsü “abuneciler.xlsx” adlı və dördüncüsü “antenna.xlsx” adlı fayllar olan diskə baxış keçirildikdə "xxxx" mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.1996-cı il təvəllüdlü, Təbriz Fərzəliyevin adına qeydiyyata alındığı, "*** *** ** **” saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdə istifadə edildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 23:43:06-da Sumqayıt seh., 1-ci mehelle, saat 23:43:06-da Sumqayit seh, Azerbaycan Pr, Aytac Market ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi, “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məzmunda “SMS" mətnin olmadığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, “Bakcell" MMC-dən daxil olmuş yaddaşında 04 (dörd) ədəd, birincisi “Mexsusluq tarixchesi_OTHER_557282558" adlı, ikincisi “Mushteri zenglerinin detallashmasi_MSİSDN_557282558” adlı, üçüncüsü “SMS detallashmasi_MSİSDN _557282:558'r adlı və dördüncüsü “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_557282558” adlı faylların olan diskə baxış keçirdikdə "xxxx" mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrənin AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin sahibi, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, Şirvan-Yaşma B/Y-311 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, “*** *** ** **" saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2025-ci il tarixdə, saat 00:59:55 radələrindən xx.xx.2025-ci il tarixdə, saat 20:47:48 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “*** *** ** **” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 12:53:05, 12:53:07, 12:53:08, 12:53:30, 12:53:31. 15:53:05. 16:44:49. 17:07:47. 17:23:06-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küç 180. 397 saylı ev. saat 18:15:03-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İlyas Cabbarov küç. Keçəldağ adlanan yerdə 42 metrlik buruq, saat 18:15:03-də Abşeron rayonu. Novxanı kəndi, saat 18:26:57-də Bakı şəhəri, Binəqədi rayonu, Zərdabi küçəsi 14, 18:38:02-də Baku şəhəri, Binəqədi qəsəbəsi, 3-cü mədən, saat 19:39:50, 19:39:50, 20:23:49, 20:47:48-də Dord- Qardash_D/ünvan 7 ünvanında yerləşən antendən şəbəkəyə qoşulduğu, daha sonra isə istifadə edilmədiyi, “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məzmunda “SMS" mətnin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/588 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Saxlanılan şəxs (imza) Fərzəliyev T. ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,871 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0.871 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq -0,821 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/589 saylı rəyindən görünür ki, tədqiqata edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,994 qram, 1,784 qram, ümumi təmiz çəkisi 2,788 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 2,778 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq -2.678 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2202 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli, 177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 05 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023cü il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ilkin təmiz çəkisi 2,778 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,678 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin sübutların saxlanması yerinə təhvil verilmişdir. AZ-İV № 220348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü (X11) bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, yuxarıda qeyd olunan Qanunun 1.0.11-ci maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli qərarının konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə təqsirləndirilən şəxsin ifadəsində narkotik vasitəni Təbriz Fərzəliyevə pay verdiyini deməsi, Təbriz Fərzəliyevin isə həmin narkotik vasitə qarşılığında az da olsa, Təqsirləndirilən şəxs pul verdiyini qeyd etməsi təqsirləndirilən şəxsin Təbriz Fərzəliyevə psixotrop maddə satdığına dəlalət edir. Bundan başqa təqsirləndirilən şəxsin heç bir qohumluq və ya digər yaxın əlaqəsi olmayan şəxslər tutulmasın deyə guya polis əməkdaşları tərəfindən üzərinə qoyulan narkotik vasitə bükümlərinin də ona məxsus olduğunu deməsi inandırıcı deyildir və iş materialları və şahid ifadələri ilə bu arqument də tamamilə təkzib olunur. Qeyd olunanlara və cinayət işi üzrə sübutların müqayisəli təhlilinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin verdiyi qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış keçirilməsinə dair protokola əlavə edilmiş videoçəkiliş və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması, cinayət işi materiallarında olan və yuxarıda qeyd olunan mötəbərliyi və həqiqiliyi şübhə altına alınmayan sübutların təhlili və həmin sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi nəticəsində bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımış, saxlamış və xeyli miqdarda psixotrop maddə metamfetamini X1 və bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməl başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Yuxarıda göstərilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli qərar ilə ona təyin edilmiş cəzadan 05 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum olunduğu cinayət əməli ağır cinayət olduğundan və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, həmçinin CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən şərti olaraq vaxtdan azad edildiyi gündən hesablandığından, Təqsirləndirilən şəxs isə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra 06 il keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzanı tam çəkmədən islah olunması qənaətinə gəlinərək cəzadan vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətməsi onda cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərdiyinə dəlalət edir ki, bu da onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cəzanın məqsədlərinə də müvafiqdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 fevral 2025-ci il tarixli protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 fevral 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli həmin tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxildir və təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 58-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə, cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,678 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung Galaxy J2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 03 ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, iş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, ibtidai istintaq dövründə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,678 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung Galaxy J2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 03 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev Hakim Nurəddin Hüseynli Hakim Tariyel Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar