Məhkəmə qərarları › İş №1(124)-425/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-425/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-425/2024 01.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə2, Zərərçəkmiş şəxsin hüquqi varisi – X11 iştirakları ilə, xx xxxxxxx 2007-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.9-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təxminən iki ay əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan ana babası Şahid3 şalvarının cibindən müxtəlif tarixlərdə 13 (on üç) və 17 (on yeddi) manat pulu icazəsiz götürdüyünə görə valideynləri tərəfindən tənbeh edilsə də, 19 avqust 2023-cü il tarixdə ad günü münasibəti ilə qardaşına hədiyyə edilmiş 10 manat pulu yaşadığı evdə anası Zərərçəkmiş şəxs1 pul kisəsindən 20 avqust 2023-cü il tarixdə səhər saatlarında icazəsiz götürdüyünü bilən anası ona telefonla zəng edib iradını bildirib götürdüyü pulu evə qoymağı tələb edib 20 avqust 2023-cü il tarixdə saat 23:20 radələrində işdən yaşadıqları ünvan 4-yə gələrək həmin söhbətə qayıdıb onu növbəti dəfə danlayıb tənbeh etməyə başladıqda anasının iradlarından əsəbləşərək, ünvanına nalayiq ifadələr işlətməklə sinəsindən vurub özündən kənara itələmiş və anasını qəsdən öldürməklə həyatdan məhrum etmək qərarına gəlib evin mətbəxindən soyuq silah hesab edilməyən, məişət-təsərrüfat təyinatlı mətbəx bıçağını götürüb əynində olan şortikin belinə taxaraq olduqları otağa qayıtmış, bu vaxt anası Zərərçəkmiş şəxs1 yanında olan 19 fevral 2012-ci il təvəllüdlü azyaşlı qardaşı Zərərçəkmiş şəxs2 bıçağı görüb həmin bıçaqdan anasına qarşı istifadə edəcəyini yəqin edib bıçağı şortikin belindən dartıb çıxararaq otağı tərk etmək istədikdə, qardaşı Zərərçəkmiş şəxs2 mane olub sağ əli ilə bıçağın tiyəsindən tutaraq dartıb sonuncunun əlindən alarkən, bıçağın sağ əlin ovcunu kəsməsi nəticəsində ovuc səthində 1 ədəd, sağ əlin İİİ-İV barmaqların səthi yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər almasına görə daha da hiddətlənərək, Zərərçəkmiş şəxs2 gözü önündə müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirməklə, xüsusi amansızlıqla anası Zərərçəkmiş şəxs1 həmin bıçaqla döş qəfəsinin sol körpücüküstü nahiyənin, sol bazunun, sol dirsəyin, sol qasıq nahiyəsinin, sol budun, sağ bazunun, sağ dirsəyin, sağ saidin deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid 12 ədəd xəsarət yetirdikdən sonra hərəkətlərini davam etdirərək, onun qanunsuz hərəkətlərinin qarşısını almağa, yəni ictimai borcunu yerinə yetirməyə çalışan azyaşlı qardaşı Hüseynin özünü müdafiə etmək iqtidarında olmadığını və aşkar surətdə köməksiz vəziyyətdə olduğunu bilə-bilə, onu qəsdən öldürmək niyyəti ilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərib, anası Zərərçəkmiş şəxs1 xüsusi əzab verdiyini dərk edərək, sonuncunun gözü qarşısında Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla döş qəfəsinin döş boşluğuna keçərək, sağ ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra, yenidən anasının üzərinə hücum çəkib, ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçərək ürəyi zədələyən yarası, döş qəfəsinin sol yarısının qarın boşluğuna keçərək mədəni və bağırsağı zədələyən yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid, iki ədəd ümumilikdə 14 ədəd xüsusi ağrılara səbəb olan çoxsaylı xəsarətlər yetirmiş, onların hər ikisinin artıq müqavimət göstərə bilməyəcəyini yəqin edib ölmələri üçün kənar şəxslərin onlara edə biləcəkləri köməyin qarşısını almaq məqsədilə evin qapısını açarla bağlamış, bu vaxt atası Şahid1 hadisə yerinə gəldiyini görüb hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 aldığı çoxsaylı xəsarətlərdən 21 avqust 2023-cü ildə saat 02:40-da aparıldığı Sumqayıt şəhər Təcili X9 ölmüş, Zərərçəkmiş şəxs2 göstərilən tibbi yardım nəticəsində həyatı xilas edildiyi üçün, o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək, anası Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmiş, azyaşlı qardaşı Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, bununla da ictimai borcunu yerinə yetirməyə çalışan, aşkar surətdə köməksiz vəziyyətdə olan, xüsusi amansızlıqla iki şəxsi qəsdən öldürüb həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla atası Şahid1, anası Zərərçəkmiş şəxs1, yaşca ondan kiçik olan xx.xx.2012-ci il təvəllüdlü qardaşı Zərərçəkmiş şəxs2 ilə ünvan 4 ünvanda yaşayır. 2023-cü ilin iyun ayının ortalarında nənəsi Səkinəxanımgilə getmiş, xalası Günelin qızları da orada olmuş və ailə üzvləri həyətdə oturmuşlar. O arada evə keçəndə otaqda olan babasının şalvarı diqqətini cəlb etmiş, otaqda kənar şəxs olmadığını görüb babasının şalvarının cibində olan 13 (on üç) manat pulu götürüb həyətə çıxaraq işi olduğunu deyib getmiş, təxminən bir saatdan sonra nənəsigilə qayıdanda babası Əhməd ona cibindən 13 manat pul götürdüyünü deyib öyüd-nəsihət verməklə pulu qaytarmağı təklif etdikdə, götürdüyü pulu xərclədiyindən qaytara bilməyib babasının ona şər-böhtan atdığını, onun cibindən pul götürmədiyini deyib getmiş və bir neçə gün nənəsigilə getməmişdir. Bundan 15-20 gün sonra günorta saatlarında qardaşı Hüseyn nənəsi Səkinəxanımgilə getdikdə o da qardaşıyla nənəsigilə getmiş, babası həyətdə olmuş, bundan istifadə edib evə keçmiş, otaqda başqa şəxs olmamış, babasının şalvarını daim olduğu yerdə görüb pula ehtiyacı olduğundan əlini şalvarının sağ yan cibinə salıb orada olan 17 manat pulu götürüb evi tərk edərək ayaqyoluna getmiş, oradan qayıdanda babası onun cibindən 17 manat pulu götürdüyünü deyib pulu tələb etmiş, o qəsdən narazılıq yaradıb babasının yenə ona böhtan atdığını bildirib oranı tərk etmişdir. Axşam anası işdən gəlib atasına babısının ondan şikayət etdiyini, onun cibindən iki dəfə pul oğurladığını dediyini, məsələni aydınlaşdırmaq üçün onu nənəsigilə aparmağını tələb etmiş, valideynləri onu və qardaşı Hüseyni nənəsigilə aparmışdır. Babası Əhməd onun hərəkətlərdən şikayətlənib cibindən ayrı-ayrı tarixlərdə əvvəl 13 daha sonra 17 manat pul oğurladığını, artıq oğurluğa vərdiş etdiyini bildirib onun barəsində tədbir görülməsini məsləhət etmişdir. Artıq günorta saatlarında babası ondan pulu tələb etdiyi üçün ehtiyatlanıb pulu xərcləməyib saxlamış, babasıgil söhbət edərkən bundan istifadə edib otağa keçərək götürdüyü 17 manat pulu əlində olan salfetkaya büküb yerə ataraq səslənib babasıgili oraya çağırmış, babasının itirdiyi pulu tapdığını, babasının isə ona şər-böhtan atdığını söyləmişdir. Babası ona heç bir vaxt şər-böhtan atmadığı üçün ailə üzvləri ona inanmamış, babasının onunla apardığı söhbətdən sonra etdiyi hər iki oğurluğu etiraf etmişdir. Atası hərəkətlərinə əsəbləşib onu danlamış, mobil telefonunu əlindən alıb evdən çölə çıxmasına qadağa qoymış, amma bir neçə gündən sonra anası telefonunu ona qaytarmış və o dostları ilə ələqə saxlamağa başlamışdır. Buna baxmayaraq ailədə etibarını itirmiş, anası onu danlaq yerinə çevirmişdir. 19 avqust 2023cü il tarixdə qardaşı Hüseynin ad günü olmuş, bu münasibətlə nənəsi Səkinəxanım, xalası Günel, Günelin qızları Nisə və Fidan onlara qonaq gəlmiş, nənəsi qardaşına 10 manat, xalası isə telefon qulaqcığı hədiyyə etmiş, Hüseyn ona hədiyyə edilmiş 10 manat pulu anasına vermiş, anası pulu çantasındakı pulqabına qoymuşdur. Həmin ərəfədə çimərliyə istirahətə getmək istəsə də siqaret, su və ya dondurma almağa pulu olmamış, səhərixx.xx.2023-cü il tarixdə anasının çantasından axşam nənəsinin Hüseynə hədiyyə etdiyi 10 manat pulu gizlin götürmüş, anası və atası işə getdikdən sonra evdən çıxıb siqaret və şirin su alıb həmin puldan 6 manat xərcləyib 4 manatı qalmaqla evə qayıtmışdır. Saat 14 radələrində anası Günay istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli telefona SMS göndərib demişdir ki, «Hüseynin ad günündə verilmiş 10 manat pulu çantama qaymuşdum, həmin pulu götürmüsən, pul səndədir, pulu mənim otağımda olan şkafa qoy!», əlavə olaraq yazmışdır ki, atasına da zəng edib onun bu hərəkəti barədə məlumat vermişdir. Anasına çantasından pul gütürmədiyini söyləsə də anası demişdir ki,«yalan danışma, pulu sən götürmüsən, pul səndədir, pulu necə götürmüsən elə də yerinə qoy!». Daha sonra, «mənim başımı yerə soxdun, bu gün mənə eləyən sabah hamıya eləyər, əllərüvü yandıracam, əllərüvün külün çıxaracam».məzmunda SMS göndərmişdir. Qardaşı Hüseyn anasına zəng edib pulunu bəlkə haradasa itirdiyini söylədikdə anası demişdir ki, çantası evdə olmuş, heç yerə getməmiş, pul xərcləməmişdir, pulunun onun tərəfindən götürüldüyünü dəqiq bilir. Daha sonra anası onunla səsli danışıb demişdir ki, «keçən səfərdə and içib özünü öldürürdün, pulu götürmədiyini deyirdin, pul səndən çıxdı, axşam gəlib atanla səni qatacam biribirinizə». Anasının əsəbləşdiyini, əl çəkməyib pulu yerinə qoymağını, gələndə ona divan tutacağını söylədiyindən qərara gəlmişdir ki, tanışlarından 6 (altı) manat borc alıb özündə qalan 4 manatın üzərinə əlavə edib 10 manat düzəltməklə anası axşam işdən qayıdanda ona versin. Bu məqsədlə saat 14 radələrində qonşuluğunda yaşayan və market işlədən Şahid4 yanına getmiş, ondan 6 manat borc istəsə də İzzət müxtəlif bəhanələr gətirib ona pul verməkdən yayınmışdır. Saat 17-18 radələrində tanışı Şahid6 ilə telefon əlaqəsi saxlayıb anasının 10 manat pulunu götürüb 6 manatını xərcləyib həmin puldan 4 manat pulu qaldığını, pulunun götürüldüyündən xəbər tutan anasının pulu ondan tələb etdiyini, bu səbəbdən onda qalan 4 manat pulun üzərinə 6 manat pul əlavə edib 10 manat düzəltməklə pulu anasına qaytarmaq üçün ona 6 manat pul borc verməyini xahiş etmiş, sonuncu etiraz etməmiş, nəticədə bir neçə dəqiqədən sonra Sumqayıt şəhər çimərliyinə gedib Tofiqdən 6 (altı) manatı götürüb tələb edilən 10 manatı düzəldib evə qayıtmış, anasının yataq otağına keçib pulu çarpayının yanına atıb oradan səslənərək Hüseyni çağırıb pulu ona göstərərək anasının pulu öz otağında düşürüb pulunun onun tərəfindən oğurlandığına şübhə etdiyini demişdir. Hüseyn anasına zəng edib pulu tapdıqlarını söyləsə də anası onlara inanmamışdır. Anası Günay saat 23:20 radələrində işdən evə gəlib bir başa Hüseynlə onun olduğu yataq otağına keçmiş, həmin vaxt anasının əynində qara rəngli şalvar, qara rəngli qısaqol köynək, qardaşı Hüseynin əynində ağ rəngli köynək və qara rəngli şortik, özünün əynində isə ağ rəngli şortik olmuşdur. Əynində köynək olmadığı üçün anasını görüb dərhal ayağa qalxaraq köynək geyinmək istədikdə anası onun kürəyindən yumruqla vurub «sən pul götürməkdə çox ağ etmisən, artıq həddini aşırsan!» deyib qardaşı Hüseyndən süpürgəni gətirməyi tələb etmişdir. Hüseyn plasmas materialdan olan süpürgəni gətirmiş, anası ondan hər iki əlini irəli uzatmasını tələb etmişdir.O hər iki əlini irəli uzatdıqda anası onu otağın küncünə sıxıb əlindəki plasmas süpürgənin dəstəyi ilə əllərinə vurmağa başlayıb sakitləşməmiş, bir neçə dəfə təqsirinin olmadığını, pulunun yerində olduğunu söyləsə də anası ona əhəmiyyət verməyib hərəkətini davam etdirmiş, növbəti dəfə onu vurarkən süpürgənin dəstəyi ortadan qırılmış, anasının əlində qalan dəstəyin hissəsini dartıb alaraq yerə atıb onun ünvanına nalayiq söyüşlər işlətməklə sinəsindən vurub özündən kənara itələmişdir. Anası onun bu hərəkətindən daha da qəzəblənib üzərinə gəldikdə o evin mətbəxinə keçmişdir. Mətbəxdə olarkən anasının atası ilə telefonda danışıb atasına onu nalayiq ifadələrlə söyüb döydüyünü, itələdiyini, əlindən güclə qurtardığını deyib onu tənbeh etmək üçün təcili evə gəlməsini tələb etdiyini eşitmişdir. Son vaxtlar anasının onu tənbeh etmək üçün bəhanə axtarması, həmin gün ona tətbiq etdiyi tənbehi və atasına söylədiyi yalanlar onu qəzəbləndirib anasına qarşı nifrət yaratmış, bu hərəkətlərinə görə onu öldürmək qərarına gəlib mətbəxdən dəstəyi tünd qəhvəyi taxtadan, tiyəsi metal materialdan, bir qədər itilənmiş, uzunluğu təxminən 25-30 sm olan mətbəx bıçağını götürüb əynində olan ağ rəngli şortikin belinə keçirib otağa qayıtmış,bu vaxt anasını evin girişində qonaq otağı kimi istifadə etdikləri dəhlizdə divanda oturduğunu görmüşdür. Anası onu görüb söhbətə qayıdaraq əsib-coşmağa başladıqda nə üçün atasına zəng edib yalanlar söyləməklə aranı qatdığını sual verdikdə anası yaxşı etdiyini söyləmişdir. Bu vaxt qardaşı Hüseyn əl atıb bıçağı şortikin belindən çəkib çıxardaraq ona «dəlisən, nə hərəkət etdiyini bilirsən?» sual etmişdir. Bıçaq sonuncunun sağ əlində olmuş, bıçağı Hüseynin əlindən almaq üçün sağ əli ilə bıçağın tiyəsindən yapışıb bıçağı özünə doğru çəkdikdə Hüseyn bıçağı buraxmayıb əksinə özü irəli gəldiyindən bıçaq onun qarın nahiyəsinə toxunub qarnını zədələmiş, bundan sonra da Hüseyn bıçağı buraxmadıqda əsəbləşib tiyəni möhkəm sıxıb özünə doğru çəkib sağ əlinin ovuc hissəsindən və əlinin İİİ və İV barmaqlarından özünə xəsarət yetirməklə bıçağı onun əlindən almışdır. Anası Günayın hələ də sakitmədiyini görüb əlindəki bıçaqla qardaşı Hüseynin gözü qarşısında anasına sürətli və ardıcıl zərbələr endirmiş, anası əl-qol atıb zərbələrdən yayındığı üçün zərbələr bədənin əsas hissələrini deyil döş qəfəsinin sol körpücüküstü nahiyəsini, sol qolunu, sol dirsəyini, sol qasıq nahiyəsini, sol budunu, sağ bazunu, sağ dirsəyini, sağ qolunu tutmışdır. Bunu görən Hüseyn ona mane olmaq, hərəkətlərinin qarşısını almaq üçün özünü ortaya atıb anasına harayçılıq etmiş, bundan daha da qəzəblənib qardaşının azyaşlı olduğu üçün ona müqavimət göstərmək imkanı olmadığını, qardaşına bıçaqla xəsarət yetirərsə bunun anasına pis təsir edəcəyini nəzərə alıb anasının gözü qarşısında qardaşının kürək və ayaq nahiyəsindən bıçaq zərbəsi endirmiş, qardaşı müqavimət göstərə bilməmiş, anası isə aldığı xəsarətlərdən hərəkət edə bilməmişdir. Qardaşına bıçaq zərbələri yetirdikdən sonra anası və qardaşı yataq otağına keçsə də həmin otağa gedib qardaşı Hüseynin gözü qarşısında anasının ürək və qarın boşluğundan bıçaq zərbələri yetirmiş, anası sonuncu zərbədən müvazinətini itirib yerə dəyərək zarımağa başlamışdır. Hadisəni törədərkən hadisə yerinə gələn və hadisəni görən olmamışdır. Qardaşı zarıyıb ondan su istəmiş, ona stəkanda su gətirib sonuncu sudan bir qədər içib qalan suyu anasına verməyi tapşırsa da anasına nifrət etdiyi üçün stəkanı Hüseyndən alıb suyu içməyə verməyib sifətinə atmış, anasının paltarları islanmış,bundan sonra əlində bıçaq evi tərk etmiş, diqqət edərkən evin giriş qapısının üzərində açarı götürüb anası və qardaşının artıq müqavimət göstərə bilməyəcəklərini yəqin edib ölmələri üçün kənar şəxslərin onlara edə biləcəkləri köməyin qarşısını almaq üçün evin giriş qapısını arxadan açarla bağlamış, atasının artıq indilərdə gələcəyini, onunla həyətdə və ya yolda rastlaşacağını yəqin edib özünü ondan qorumaq üçün həyətdə olan taxta dəstəyinə ağ-boz ip sarınmış iri həcimli bıçağı götürmüş, bu vaxt atasının həyətə daxil olduğu görüb ağaclar arasında gizlənmişdir. Atası evin qapısını açıb içəri keçmək istədikdə qapının bağlı olduğunu görüb səsləmiş, pəncərədən içəri boylanmış, evin pəncərəsində olan torun cırılmış olduğunu görüb həmin yerdən içəri daxil olmuşur. O da evə yaxınlaşıb pəncərədən içəri boylanmış, bu vaxt anasının döşəmədə huşsuz vəziyyətdə qaldığını, atası Mahirin ağlayıb AR DİN-nin 102 xidmətinə zəng etdiyini görmüşdür. Daha sonra digər otağa boylanarkən qardaşı Hüseynin çarpayı üzərində halsız uzanqdığını görmüşdür. Atası AR DİN-nin 102 xidmətinə zəng edib həyətə çıxmışdır. Onun əynində yalnız şortik olub qana batdığından həmin vəziyyətdə heç bir yerə gedə bilməyəcəyini nəzərə alıb paltarını dəyişmək üçün evə daxil olmuş, anası və qardaşı onu görməmişlər, paltar şkafından iki ədəd mayka, iki ədəd şortik və bir ədəd şalvar götürüb polietilen torbaya qoyub əlindəki bıçaqlarla evi tərk edib şortikin üstündən şalvar və qısaqol köynək geyinib həyəti tərk etmək istədikdə atası onu görmüşdür. O, ərazini tərk etmək üçün əlində bıçaq, paltar torbası evin arxasına keçmək istədikdə atası «alçaq nə etmisən, əlindəki bıçaqları yerə at» deyib səslənmişdir. Əlində bıçaq onun üzərinə getmək istədikdə bıçaqları yerə atmağı tələb etmiş, buna əməl etmədikdə atası hasara söykənmiş belin taxta dəstəyini götürüb üstünə gələrək əlindəki bıçaqları yerə atmağını tələb edib nə üçün anasını və qardaşını bu hala saldığını sual edib taxta dəstəklə qolundan, sinəsindən və kürəyindən vurub bıçağı yerə atmağını tələb etmiş, o bıçaqları olduğu yerdə evlə daş hasar arasındakı sahəyə atmış,atası həmin bıçaqlara doğru baxarkən əlindəki torba ilə qaçaraq ərazini tərk edib piyada yola çıxmışdır. Yolda ünvan 5 ünvanda yaşayan dostu Şahid2 telefonuna Whatsap proqramı vasitəsi ilə səs göndərib onu görmək istədiyini demiş, az sonra Rəsulun yaşadığı evin həyətinə çatmış, Rəsul onun əlində torba,bədənində xəsarətləri görüb nə baş verdiyini soruşmuş, o,törətdiyi cinayəti gizlədib onun yanına gələrkən Corat qəsəbəsində narkamanlarla rastlaşdığını, aralarında mübahisə yaranıb biri-birilərinə xəsarət yetirdiklərini, həmin xəsarətləri də həmin hadisədə aldığını, bu hərəkətinə görə valideynlərinin onu evdən qovduğunu deyib onu inandırmışdır. Bir neçə saat Rəsulla vaxt keçirdikdən sonra dostu evə getmiş, özü isə küçədə gəzib dolanaraq 21 avqust 2023-cü il tarixdə saat 09 radələrində həmin ərazini tərk edib yolda içərisində paltar olan torbanı atmış,həmin paltarlar üzərində zədə və ya qan izləri olmamış, Sumqayıt şəhəri, 16-cı mikn ərazisində hərəkət edib «Murad» marketin yaxınlığından keçərkən Sumqayıt ŞPİ-nin CAŞ- nin əməkdaşları onu saxlayıb istintaqa təqdim etmişlər. Hazırda əməlindən peşmandır (cild 01 iş vər. 129-137). Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin və psixoloq (müəllimin) iştirakları ilə zərərşəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı qanuni nümayəndə və müəllim (psixoloqun) iştirakı ilə verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, axşam saatlarında anası işdən evə qayıtmış, evə daxil olan kimi qardaşı Əlfüqarla dalaşmağa başlamış, evdə olan plasmas süpürgəni götürərək qardaşının üzərinə gəlmiş, dava zamanı süpürgə qırılmışdır. Kənardan baxaraq onlara dava-dalaşı dayandırmağı söyləmişdir. Daha sonra anası atasına zəng etmiş, bu zaman qardaşı Əlfüqar mətbəxə gedərək bıçaq götürüb belində gizlətmişdir. O, bıçağı almağa çalışmış amma qaça bilməmiş, qardaşı ona hücum edərək bud və kürək nahiyəsindən xəsarət yetirmişdir və o yerə yıxılmışdır. Bıçağı xalçanın altında gizlətmiş, amma sonra görməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, qardaşı Əlfüqarın anasına bıçaqla zərbələr yetirməsini görmüşdür. 10 manat pulu o, evdən tapmamış, yalan söyləməsi üçün qardaşı onu doldurmuş, üzərində 4 manat pul varmış və 6 manatı dostundan alaraq evə gətirmişdir. Qardaşı anasına bıçaqla zərbələr vurarkən onun qarşısını almağa çalışmış və qardaşı onun bud və kürək nahiyəsindən zərbələr endirmişdir. Qardaşı otaqdan çıxıb gedərkən qapını örtmüşdür ki, qardaşı qayıdıb onları vurmasın. Atası gəlib onları görmüş və təcili yardıma xəbər vermişdir. Qardaşı ilə hazırda münasibəti pisdir, onunla barışmaq istəmir və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X19 Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək, ədalətli qərarın qəbul olunmasını, təqsirləndirilən şəxsə ən ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X12 təqsirləndirilən şəxsin babası olduğu üçün yaxın qohum sayıldığından, onun əleyhinə ifadə verməkdən imtina etmiş, belə olan halda şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin şahid ifadəsində göstərmişdir ki, nəvəsi Əlfüqar əvvəllər idmanla məşğul olsada sonra idmanı atmış, Sumqayıt şəhər 7 saylı tam orta məktəbin 9-cu sinfini bitirib təhsilə marağı olmadığından onu davam etdirməmiş, ara-sıra məclis evlərində kömək edib 5-6 manat pul qazanmışdır. Qızı Günay işə gedərkən uşaqlar dərsdən sonra onlara gəlib anası işdən qayıdanda isə onları evə aparmışdır. Nəvəsi Əlfüqar yalan danışan, pula meyilli olmuş, baba kimi nəvəsi ilə dəfələrlə söhbət edib pis yolda olduğunu izah etsədə Əlfüqar bundan nəticə çıxarmamış, Əlfüqar pis vərdişli uşaqlarla yaxınlıq etməyə meyilli olduğu üçün anası Günay onu həmin uşaqlardan uzaqlaşdırmaq istədikdə Əlfüqar ona cavab qaytarmış, ona verilən öyüd -nəsihəti qəbul etməmişdir. Hadisədən təxminən bir ay əvvəl Əlfüqar qardaşı Hüseynlə növbəti dəfə onlara gəlmiş, bir qədər oturub getmiş, qızı Günelin uşaqları onlarda qonaq olmuş, nəvələrinə su almaq üçün əlini evdə olan şalvarının cibinə saldıqda şalvarının sağ yan cibinə qoyduğu 13 manat pulun olmadığını görmüşdür. Həmin pulun Əlfüqar tərəfindən götürüldüyünü bilib Əlfüqar evə qayıdanda onunla söhbət aparıb hərəkətlərinə irad bildirib pulu tələb etdikdə Əlfüqar pul götürdüyünü inkar etdiyindən fikrində yanıldığını güman edib üstünə getməyib onu yoxlamaq qərarına gəlmişdir. Bir neçə gündən sonra nəvəsi Hüseyn onlara gəlmiş, Əlfüqarın da qardaşının arxasınca gələcəyini yəqin edib şalvarının cibinə 17 manat qoyub şalvarı həmişəki yerindən asmışdır. Az sonra Əlfüqar gəlmiş, həyətdə onların yanında bir qədər fırlanıb sonra evə keçərək 1-2 dəqiqədən sonra evdən çıxıb ayaqyoluna keçmiş, o, dərhal evə keçib şalvarının cibinə baxarkən az əvvəl cibinə qoyduğu 17 manatı görməmişdir. Başa düşmüşdür ki, birinci və ikinci dəfə cibindən pulu götürən Əlfüqar olmuşdur. Əlfüqar ona yaxınlaşanda sonuncuya demişdir ki, onu yoxlamaq üçün cibinə 17 manat pul qoymuşdur, cibində bir 10-luq, bir 5-lik və 02 ədəd manatlıq əskinazlar olmuş, pulu götürdüyünü deyib onu danlayaraq pulu qaytarmağı tələb etmişdir. Əlfüqar qəzəblənib ona böhtan atdığını, bu söhbətlərin ona xoş gəlmədiyini söyləmişdir. Əlfüqara demişdir ki, ondan pul istəsəydi həmin pulu ona verərdi, nə üçün əyri yollara və oğurluğa əl atır? bu tamah onu pis yola çəkə bilər, bu əməllərindən əl çəkməlidir. Əlfüqar onu dinləyib getmiş, bundan sonra qızı Günaya zəng edib nəvəsi Əlfüqarın bu hərəkətlərindən şikayətlənib ona diqqəti artırmağı tapşırmışdır. Həmin gün axşam qızı Günay əri Mahir, Əlfüqar və Hüseynlə onlara gəlmiş, o söhbəti açıb danışmış, valideynləri Əlfüqarı müdafiə etmək üçün bəlkə pulu haradasa itirdiyini bildirmişlər. Demişdir ki, bundan əvvəl də Əlfüqar onun cibindən pul oğurlamış buna inanmayıb cibinə pul qoyub onu izləmiş nahayət ikinci oğurluğu edəndə onu ifşa etmişdir. Bu arada Əlfüqar evə keçib oradan səslənib pulu otaqda divanın yanında tapdığını, pulun evdə olduğu halda ona oğurluq böhtanı atdığını deyib özünə haqq qazandırmışdır. Nəvəsinə demişdir ki, otağa bir neçə dəfə baxsalarda həmin pulu tapmamışlar, həmin pulu o necə tapa bilərdi. Əlfüqara onu necə ifşa etdiyini danışdıqdan sonra Əlfüqar əməllərini etiraf edib ondan üzr istəmiş və həmin gündən sonra onlara gəlməmişdir. 19 avqust 2023- cü il tarixdə arvadı Səkinəxanım qızı Günel və Günelin qızları Fidan və Nisə ilə nəvəsi Hüseynin ad gününə getmişlər, arvadı Səkinəxanım Hüseynə 10 manat, qızı Günel telefon qulaqcığı hədiyyə etmişdir. xx.xx.2023-cü il tarixdə işdə olmuş, saat 24 radələrində işdən evə gəldikdə qapının bağlı olduğunu görüb təəcüblənmiş, 1-2 dəqiqədən sonra arvadı Səkinəxanım onun mobil telefonuna zəng edib Əlfüqarın Günayı və Hüseyni bıçaqladığını, onların hər ikisini Sumqayıt şəhər X29 xəstəxanasına apardıqları və hazırda orada olduqlannı xəbər etmişdir. O, dərhal xəstəxanaya getmiş, orada məlumu olmuşdur ki, Hüseyni Sumqayıt şəhər Uşaq xəstəxanasına aparmışlar, Günayı isə əməliyyata götürmüşlər, az sonra həkimlər Günayın aldığı xəsarətlərdən əməliyyat masasında öldüyü xəbərini demişlər. Hadisədən sonra söhbətlərdən ona məlum olmuşdur ki, Əlfüqar anası Günayın pul qabından 10 manat pulu gizlin götürmüş, həmin pulu anası tələb edib işdən evə qayıdaraq onu bu hərəkətinə görə tənbeh etdikdə bu Əlfüqara xoş gəlməyib anası və qardaşına bıçaqla xəsarətlər yetirmişdir (cild 01 iş vər. 210-216). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq etmiş, 20 avqust 2023-cü il tarixdə saat 17-18 radələrində Əlfüqar onunla çimərlikdə işləyən və həmin vaxt yanında olan Səid adlı həmyaşıdına zəng etmiş, onu telefona çağırmışdır. Ona cavab verdikdə Əlfüqar anasının 10 manat pulunu götürüb həmin puldan 6 manat xərcləyib 4 manatı qaldığını, anası 10 manat pulu tələb etdiyini, həmin pulu düzəldib anasına qaytarmaq üçün ona bir-iki gün məddətinə 6 manat borc verməyi xahiş etmiş, o, Əlfüqara həmin pulu gəlib apara biləcəyini demiş, az sonra Əlfüqar çimərliyə gəlib ondan 06 manat pulu götürüb getmiş, o isə işinə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2006-cı ildə xx.xx.1986-cı il təvəllüdlü X14 ilə ailə qurub valideynlərindən ayrı yaşamış, bu nikahdan 13.10. 2007-ci ildə Əlfüqar, xx.xx.2012-ci ildə Hüseyn adlı uşaqları olmuş, fəhləlik etmiş, iş olanda ev təmiri ilə məşğul olmuş, son 5-6 ildə pis vərdişlərə meyillənib narkotik vasitə qəbul etsə də ailə münasibətləri normal olmuş, Günay il yarım olar ki yaşadıqları Corat qəsəbəsində «Corat qutabı» köşkündə qutab bişirən işləmiş, oğlu Hüseyn dərsələrini yaxşı oxusa da Əlfüqar 9-cu sinfi bitirib təhsilə marağı olmadığından onu davam etdirməyib təsədüfi düşən işlərdə fəhləlik edib 2-3 manat pul almış, həmin pulu anasına vermiş, sonra verdiyi puldan artıq pul istəmişdir. Günay Əlfüqara böyük oğul kimi daha çox diqqət edib ona bahalı geyimlər almış, cibinə xərclik qoymuş, buna baxmayaraq Əlfüqar pula, gəzmək və istirahətə xeyli meyilli olmuş, bu xasiyyətinə görə anası onu danlamışdır. Hadisədən təxminən bir ay əvvəl Əlfüqar qardaşı Hüseynlə Corat qəsəbəsində yaşayan ana babası Əhmədgilə getmiş, evə qayıdandan sonra Əhməd qızı Günaya zəng edib Əlfüqarın onun cibindən icazəsiz pul götürdüyünü deyib hərəkətini pislədiyindən arvadı Günayla Əlfüqarı götürüb qayınatası Əhmədgilə getmişlər, qayınatası Əhməd həmin söhbətə qayıdıb şalvarını gətirib cibini çevirərək oraya qoyduğu pulun yerində olmadığını göstərib pulun Əlfüqar tərəfindən götürüldüyünü söylədikdə Əlfüqar babasının ona şərböhtan atdığını deyib sonra əlini şalvarın həmin cibinə salaraq oradan təxminən 13 ya da 17 manat pulu çıxarıb Əhmədə göstərib bununla guya ona böhtan atdığını sübut etmişdir. Başa düşmüşlər ki, Əlfüqar götürdüyü pulu özü ilə qaytarmış və əlində olmuş, əlini şalvarın cibinə salarkən pulu oraya qoyub daha sonra çıxarıb göstərməklə ona böhtan atdığını sübut etməyə çalışmışdır. Babasının heç bir vaxt nəvəsinə böhtan atmadığını, həmin pulun Əlfüqar tərəfindən götürüldüyünü yəqin etdiklərindən evə qayıdarkən yol boyu Əlfüqarı danlayıb tənbeh etmiş, daha sonra istifadəsində olan mobil telefonu əlindən alıb anasına vermiş, bir neçə gündən sonra Əlfüqar telefonu anasından alıb telefondan istifadə etmiş, Əlfüqar Corat qəsəbəsində yaşayan Tofiq adlı oğlanla dostluq edib onunla əlaqə saxlamışdır. 19 avqust 2023-cü il tarixdə qayınanası Səkinəxanım, baldızı Günel qızları Fidan və Umnisə ilə Hüseynin ad gününü təbrik etmək üçün onlara qonaq gəlmiş, digər qonaqları olmamış, Günel Hüsenyə bir ədəd mobil telefon qulaqcığı, qayınanası isə 10 manat pul hədiyyə etmiş, Hüseyn həmin pulu anasına vermişdir. 20 avqust 2023-cü il tarixdə saat 09:30-da Günay, sonuncudan sonra isə özü işə getmiş, Əlfüqar Hüseynlə evdə qalmışdır. Saat 13-14 radələrində Günay istifadəsində olan mobil telefondan ona zəng edib 10 manat pulun çantasında olmadığını, həmin pulu götürüb- götürmədiyini soruşmuş, o, yox cavabı vermiş, Günay demişdir ki, deməli pulu Əlfüqar götürüb, ona görə axşam evə tez gəlib Əlfüqarla söhbət edib onu bu kimi əməllərindən çəkindirmək lazımdır. Həmin gün saat 23:15 radələrində Günay ona zəng edib evə tez gəlməsini, Əlfüqarla bacarmadığını, gəlib onu tənbeh etməsini tələb etmişdir. Bu zəngdən təxminən 40 dəqiqə sonra evə gəlmiş, həyətin darvazası açıq olsada evin giriş qapısı bağlı olmuş, səslənmişdir ki, qapını açsınlar, bu vaxt evdən inilti və pıçıltı səsləri eşitmiş, lakin sözlərin mətnini başa düşməmiş, qonaq otağının pəncərəsində olan torun cırıldığını görüb həmin yerdən qonaq otağına daxil olmuş, bu vaxt oğlu Hüseyni otaqda olan çarpayıda oturmuş vəziyyətdə görmüşdür. Hələ nə baş verdiyini başa düşməmiş, nə üçün qapını açmadıqlarını soruşmuş, bu an yataq otağından inilti səsi onu cəlb edib həmin otağa daxil olarkən arvadı Günayı döşəmədə uzanmış vəziyyətdə al qan içərisində görmüş, Əlfüqar isə evdə olmamışdır. Nə baş verdiyni soruşmuş, Günay zarımış, bədənində xeyli sayda kəsilmiş-deşilmiş yaralar olmuş, Günay demişdir ki, evə gəlib Əlfüqardan nə üçün çantasından 10 manat pul götürdüyünü soruşduqda bu sözlər ona xoş gəlməyib ünvanına nalayiq söyüşlər söyüb onunla əlbəyaxaya keçmiş, Əlfüqarı süpürgənin dəstəyi ilə vurduqda, Əlfüqar mətbəxə qaçıb bıçaq gətirərək ona xəsarət yetirməyə başlamış, Hüseyn bunu görüb Əlfüqara anamı Öldürmə deyib bədəni ilə onu vurulan zərbələrdən qorumaq istədikdə Əlfüqar Hüseynə də bir neçə bıçaq zərbəsi yetirmişdir. Bu sözlərdən sonra Hüseynində xəsarət aldığını bilmiş və dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verib Əlfüqarın arxasınca həyətə daha sonra yola çıxmış, bu vaxt qonşu İzzəti görmüş, ondan X29 çağırmasını xahiş edib arvadı Günayın və oğlu Hüseynin yaralandığını demişdir. İzzət həkimin arxasınca getmiş, o isə Günay və Hüseynin yanına qayıtmışdır. Bu vaxt Əlfüqara həyətdə əlində iki ədəd bıçaq, anasının mobil telefonu və siqaret qutusu yaşadıqları evin tinindən çıxmış, onu görüb siqareti və telefonu yerə atıb bıçaqla ona yaxınlaşmışdır. «Əlfüqar nə etmisən, etdiyin hərəkəti dərk edirsən? sualı verib həyətin darvazasına söykənmiş belin sapını götürüb onun üzərinə getmiş, Əlfüqar evin arxasına qaçıb dalana dirənmiş, çatıb əlindəki belin çapı ilə onu vurub əlindəki bıçağı yerə atmağı tələb etmiş, Əlfüqar əlindəki hər iki bıçağı yerə atıb geri çevrilərək həyəti tərk etmiş və onun hara getdiyini görməmiş və arxasınca getməmişdir. Az sonra X29 briqadası gəlib Günayı və Hüseyni xəstəxanaya aparmışlar. Günayın bədəni üzərində çoxsaylı yaralar olmuş,onlar xəstəxanada olduqları müddətdə Əlfüqar evə qayıdıb özünə məxsus geyim əşyalarını yığıb getmiş, Günaya Sumqayıt Təcili X9 bütün tibbi yardımlar göstərilsədə o, aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə saat 02:40-da xəstəxanada ölmüşdür. Hüseyn isə Sumqayıt şəhər Uşaq xəstəxanasına yerləşdirilmiş, həkimlərin intensiv tibbi yardımı nəticəsində onun həyata xilas edilmişdir. Şahid1 ifadəsində daha sonra qeyd etmişdir ki, hadisədən əvvəl Əlfüqann anasının çantasından oğurluq edib- etmədiyini bilmir, bu barədə evdə söz -söhbət olmamış, hadisə baş verərkən Əlfüqann əynində dizə qədər ağ sanya çalan rəngdə şortikdən başqa paltar olmamışdır, hadisə zamanı Əlfüqar ona xəsarət yetirməmiş, eyni zamanda narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir (cild 01 iş vər. 91-95). Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ünvan 7 ünvanda valideynləri ilə yaşayır, ailənin tək övladıdır, ünvan 8bin 11 sinfində oxuyur,dərsə davamiyyəti orta səviyyədədir, anası Sumqayıt şəhərində yerləşən Detal klinikada xadimə işləyir,atası metal əritmə MMC-də polad əridən işləyir, ailə münasibətləri normaldır, pis vərdişləri yoxdur ,idmanın boks növü ilə məşğul olur, istifadəsində ***-***-**-** nömrəli mobil telefon var, təxminən bir il əvvəl ünvan 9 ünvanda yaşayan X18 oğlu ilə tanış olmuş, bir neçə dəfə Əlfüqargildə qonaq olmuş, Əlfüqarın anası Günayı, qardaşı Hüseyni tanısa da atası Mahiri görməmiş və tanımır, Əlfüqarın anası Corat qəsəbəsində yol kənannda yerləşən Corat qutubı köşkündə qutab bişirən işləmişdir.Əlfüqar orta məktəbin 9-cu sinfini bitirib təhsilini davam etdirməyib fərdi əməklə məşğul olub gündəlik 5- 10 manat pul qazanmış, Əlfüqarın ailəsində hər hansı probelemin olduğunu bilib eşitməmiş, sonralar ona məlum olmuşdur ki, Əlfüqar narkotik vasitəyə meyillidir. 20 avqust 2023-cü il tarixdə saat 23 radələrində evdən çıxıb yaşadığı evin həyətində Behbud adlı tanışı ilə görüşüb söhbət edib günəbaxan tumu yemişlər, təxminən 1-2 saatdan sonra, yəni, xx.xx.2023-cü il tarixdə saat 01-02 radələrində Əlfüqar onun istifadəsində olan «İnstagram» səhifəsinə daxil olub məktub göndərməklə harada olduğunu soruşmuş, olduğu ünvanı söylədikdə o,yanına gəlmək istədiyini demişdir. Təxminən 15-20 dəqiqidən sonra Əlfüqar belində qara çanta əynində boz şalvar, qara qısaqol mayka tipli köynək olmaqla ona yaxınlaşmış, diqqət etdikdə Əlfüqarın sağ əlinin ovuc səthi kəsildiyini, boyun nahiyəsində xəsarət izinin olduğunu görüb həmin xəsarətləri nə vaxt, harada, hansı şəraitdə aldığını soruşmuş, Əlfüqar demişdir ki, az əvvəl Corat qəsəbəsində məktəbin yanından keçərkən iki narkaman onu çağırıb siqaret istəmişlər, onlardan birinə siqaret vermiş, ikincisinə də siqert vermək istədikdə aralarında mübahisə yaranmış, həmin şəxs bıçaqla, digəri isə üzərinə bellə gəlmiş və ona zərbə endirmiş,o həmin şəxsin əlindən bıçağı alıb onu vurmaq istəyən şəxsə 3-4 bıçaq zərbəsi endirmiş, narkaman demişdir ki, atasım tanıdığı üçün atasına şikayət edəcək, etdiyi bu hərəkətə görə polislər onu axtarır. Bu söhbətdən 15-20 dəqiqə sonra Əlfüqar demişdir ki, onda 10 manat pulu var, bu gün sevdiyi qızla görüşəcəkdi, evdəkilər ona 10 manat vermişlər, qızla görüşə bilməmiş, həmin pul özündədir çayın pulunu özü verəcəkdir.Bundan sonra onlar yaxınlıqdakı Şahanə şadlıq evinin sağ tərəfində yerləşən çayxanaya getmişlər,Əlfüqarla söhbət edərkən ondan çiynindəki çantada nə olduğunu soruşmuş, sonuncu demişdir ki, polislərin onu tutacağından ehtiyat edib evdən çıxarkən özünə məxsus paltarları yığmış, evə qayıdan deyil, çünki bu hadisəyə görə evdəkilər onu evdən qovmuşlar. Çayxanada bir çaydan çay içib damino oynamaqla təxminən 02 saat vaxt keçirmişlər, çayın pulunu Əlfüqar vermiş, çayxanaya getməzdən əvvəl Əlfüqar çiynində olan çantanın ona ağırlıq etdiyini deyib çantanı evinə aparmağını xahiş etmiş, o çantanı apanb anasına saxlamağa verdikdə anası razı olmayıb çantanı sahibinə qaytarmağı tapşırmış, o çantam gətirib Əlfüqara vermişdir. Əlfüqar çox sakit, şən, sanki heç bir şey olmamışdır, hiss olunmuşdur ki,narkotik vasitə qəbul etmişdir.Çay içdikdən sonra çayxanam tərk edib əvvəl Şahanə şadhq evinin yaxınlığında daha sonra yaşadığı evin həyətində oturub söhbət etmişlər, bu arada Əlfüqar yuxusunun gəldiyini, yatmaq istədiyini bildirmişdir. Əlfüqarla yenə 1-2 saat həyətdə oturub evə getmiş, Əlfüqar küçədə qalmış, bu təxminən saat 04-05 radələri olmuşdur. Saat 06 radələrində Əlfüqar ona SMS göndərib harada olduğunu və darıxdığını bildirmiş, həmin SMS-dən təxminən 15-20 dəqiqə sonra Sumqayıt ŞPİ-nin Orxan adlı polis əməkdaşı gəlib onu yuxudan oyadaraq Əlfüqarı ondan soruşmuş, həmin əməkdaşa Əlfüqarın bir-iki saat əvvəl onun yanından getdiyini izah etmiş, bu vaxt polis əməkdaşlanndan kimsə Orxanın mobil telefonuna şəkil göndərib Əlfüqarı artıq tutduqlanm bildirmişdir. Orxan adlı polis əməkdaşı gələrkən ona məlum olmuşdur ki, Əlfüqar pul üstündə anası Günayı öldürüb, qardaşı Hüseyni isə öldürməyə cəhd etmiş, atasını da bıçaqla vurmaq istəmiş, bədənindəki xəsarətləri isə həmin hadisəni törədərkən almışdır (cild 01 iş vər. 199-203). Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Corat qəsəbəsi, Hüseyn Arif küçəsi, ev 126 saylı evdə valideynləri ilə yaşayır, yaşadıqlan küçədə ailəsinə məxsus «Corat» marketdə satıcı işləyir, onlarla bir küçədə üzbəüz 17 saylı fərdi həyət evində yaşayan Şahid1 və onun ailəsi ilə münasibəti normaldır, Mahir ev ustası olmaqla pis vərdişlərə meyillidir, arvadı Günay Corat qəsəbəsində Corat qutabı deyilən obyektdə qutab bişirən işləmişdir, sonuncunun oğlu Əlfüqar məktəbin 9-cu sinfini bitirib təhsilini davam etdirməyib müxtəlif ünvanlarda günəmuzd işləmişdir, Mahirin kiçik oğlu Hüseyn isə azyaşlı olmaqla məktəbdə oxuyur. Qonşu olub evləri qarşı-qarşıya olsada gediş-gəlişləri olmamış, bu səbəbdən onların ailə daxili münasibətlərindən məlumatı yoxdur. 20 avqust 2023-cü il tarixdə işdə olarkən saat 14 radələrində Mahirin oğlu Əlfüqar Zülfüqarh marketə gəlib anasının pul qabından 10 manat pul itirdiyini, anasının ondan şübhələnib pulu ondan tələb etdiyini, itən pulu yerinə qoymaq üçün ona 10 manat pul verməyi və həmin pulu səhər qaytaracağım söyləmişdir. Pul verməmək üçün o müxtəlif bahənələr gətirib axşam gəlməyi tapşırsada Əlfüqar pulun arxasınca gəlməmişdir. Həmin gün saat 24 radələrində qonşusu Şahid1 qaça- qaça marketə gəlib demişdir ki, arvadı Günayın halı pisdir, onu X29a çatdırmaq lazımdır, mümkünsə idarə etdiyi avtomobillə onu xəstəxanaya çatdırsınlar, etiraz etməyib Günayı gətirməsini söyləmiş, Mahir gedib təxminən 2 dəqiqədən sonra qayıdıb demişdir ki, Günayın vəziyyəti ağır olduğundan X29 stansiyasma gedib həkim gətirmək lazımdır, çünki Əlfüqar Günayı bıçaqlayıb xəsarətləri çoxdur, həkimi tez gətirmək lazımdır. O idarə etdiyi avtomobillə Sumqayıt şəhəri 13-cü mik-n ərazəsində yerləşən X29 Stasiyasma gedib hadisə barədə məlumat verməklə X29 briqadasını Mahirgilin evinə gətirmiş, hadisə yerinə gələn həkim briqadası Günayı dərhal X29 maşınına mindirib aparmışdır. Orada məlumu olmuşdur ki, Əlfüqar azyaşlı qardaşı Hüseynə də bıçaqla bir neçə xəsarət yetirmişdir, bu səbəbdən Hüseynidə xəstəxanaya aparmışlar. Bir neçə saatdan sonra Mahirin arvadı Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən xəstəxanada öldüyü xəbərini eşitmişdir (cild 01 iş vər. 223-227). Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, ünvan 10 ünvanda həyət evində yaşayır, yaşadığı evin həyətində qapısı magistral yola açılan Corat market işlədir, oğlu Şahid4 həmin marketdə satıcı işləyir, onlarla bir küçədə qapılan üzbəüz olan 17 saylı fərdi həyət evində Şahid1 arvadı Günay oğlanlan Əlfüqar və Hüseynlə yaşayır, Mahirinr ev ustası işləyib pis vərdişlərə meyili olduğunu arvadı Günayın Corat kəndində Corat qutabı deyilən obyektdə bacısı Günellə qutab bişirən işləlidiyi bilir, qonşusu Günayla tez- tez rastaşmışlar, Günayı əxlaqlı, sakit, zəhmətkeş,ailəsinə bağlı qadın kimi tanımışmışdır. Əri pis vərdişlərə düçar olsada aralarında dava-dalaşın olduğunu eşidib görməmişdir. Əlfüqar sakit uşaq olmuş, rastlaşarkən salamlaşmış, ondan pis hərəkət görməmiş, Əlfüqar müxtəlif ünvanlarda günəmuzd işlədiyini, qardaşı Hüseynin isə şagird olduğunu bilmişdir. Evləri qarşı -qarşıya olsada gediş- gəlişləri olmamışdır. 20 avqust 2023-cü il tarixdə axşam saatlarında özü evdə, oğlu İzzət marketdə işdə olmuş, təxminən saat 24 radələrində İzzət ona zəng edib demişdir ki, qonşu Mahirin arvadı Günayın vəziyyəti yaxşı deyil,onu həkimə aparmalıdır, bu səbəbdən marketə gəlməlidir ki, o həkim gətirməyə gedə bilsin. O həyətə çıxmış, küçədə Mahiri özünü itirmiş xeyli həyəcanlı vəziyyətdə görüb nə baş verdiyini, nə kömək edə biləcəyini soruşmuş Mahir demişdir ki, dərman verməklə Günaya kömək etmək olmaz, çünki Əlfüqar Günayı bıçaqlayıb Günayın vəziyyəti çox ağırdır, onu xəstəxanaya tez çatdırmaq lazımdır. Bu sözləri eşidib Günayın yanma keçməyə, onun bu vəziyyətini görməyə ürək etməmiş, bu vaxt artıq oğlu izzət həkim briqadası gətirmək üçün getmiş. 5-10 dəqiqədən sonra oğlu Sumqayıt şəhəri 13-cü mik-n ərazəsində yerləşən X29 Stasiyasından həkim briqadası gətirmiş, bu müddət ərzində qonşuların, Mahirin valideynlərinin, bacısının qapısını döysədə cavab verən olmamış, Mahirin qardaşı Nahidə zəng edib hadisə barədə ona məlumat vermişdir. Gələn həkim briqadası Günayı X29 maşınına mindirmişlər. Orada məlumu olmuşdur ki Əlfüqar azyaşlı qardaşı Hüseynə də bir neçə bıçaq xəsarəti yetirmişdir, ona görə Hüseyni Günayla birlikdə xəstəxanaya aparmışlar. Bir neçə saatdan sonra xəbər gəlmişdir ki, qonşu Zərərçəkmiş şəxs1 aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölmüşdür, Hüseny üzərində isə əməliyyat aparılıb həyatı xilas edilmişdir. Hadisə yerində olarkən Əlfüqan görməmişdir. İşlətdikləri market yaşadığıqlann evin həyətində yerləşib qapısı küçəyə açıldığından gedibgələni, o cümlədən Gunaygili görmüş, həyətdə və ya qonşuluqda səs -küy olduqda onu eşitsələrdə həmin gün Şahid1 evində səs-küy, dava-dalaş, köməyə çağırış şəsləri eşitməmiş, kənar şəxsin və şəxslərin onlara gəlib-getdiyini görməmişdir. Hadisədən sonra oğlu İzzət ona demişdir ki, hadisə baş verən tarixdə günorta saatlarında Əlfüqar birinci dəfə olaraq onun yanına gəlib borc istəmiş, demişqdir ki, anasının pul qabından 10 manat pul itmişdir, anası isə həmin pulun onun tərəfindən götürüldüyünü iddia etdiyi üçün pulu yerinə qoymaq üçün borc istəyir, o, isə Əlfüqara pul verməmişdir (cild 02 iş vər. 1-4). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə hadisə yeri olan Sumqayıt şəhəri, Corat qəsəbəsi Hüseyn Arif küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinə baxış keçirilmiş, müvafiq əşyalar qablaşdırılmaqla götürülmüş və foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01 iş vər. 4-12). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün müəyyən edilib dəqiqləşdirilməsi məqsədi ilə vermiş olduğu ifadəsi yerində yoxlanarkən o törətdiyi cinayəti ardıcıl danışıb törətdiyi cinayəti bir daha etiraf etməklə cinayəti törətdikdən sonra istifadə etdiyi cinayət alətini atdığı yeri göstərmiş, həmin yer hesab edilən evlə hasar arasındakı yolda iki ədəd mətbəx bıçağı aşkar edilərək götürülmüşdür (cild 01 iş vər. 76-80). Cinayət işinin materiallarında olan “Mobil telefona və telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zərərçəkmiş şəxs1 “Samsung Galaxy A32” markalı SM-A32 5F/DS modelli mobil smartfon tipli mobil telefondan istifadə etmiş, xx.xx.2023-cü il tarixdə saat 17:07-də oğlu Təqsirləndirilən şəxs whatsApp proqramı vasitəsi ilə “yalandan and içmə səndədi, bəsdi, səni öldürəcəm, mənim başımı yerə soxdun sən, bu gün mənə eləyən sabah hamıya eləyər,əllərivi yandıracam diyan sən”, saat 17:09-da Təqsirləndirilən şəxs səs ataraq “Allaha and olsun deyirəm necə başa salım məndə deyil o pul, Hüseyndən soruş mən gecə yatmışdım Hüseyn deyir ki, mən durmuşdum yuxudan sən yatırdın, davamında Hüseyn Təqsirləndirilən şəxs yaxınlığından səs edərək deyir ki, “ana o götürməyib hardasa düşürmüsən, nə onluğ idi? nənənin verdiyi?” Əlfüqar davam edir “Məndə deyil Allah haqqı məndə olsa deyərəm ki götürmüşəm, ya da ki deyərdim ki pula ehtiyacım var, keçən səfərki kimi zibilə düşmək istəmirəm mən,” məzmunda SMS səs atmışdır. Zərərçəkmiş şəxs1 saat 17:09-da Təqsirləndirilən şəxs “sənin ağzıvı cırıb əllərivin külün çıxartmaq mənə borc olsun, mənə burda yalandan and içmə keçən səfərdə and içib özüvü öldürüdün ki mən götürməmişəm pul səndən çıxdı məni eşşəy yerinə qoydun atonla məni iksivizində axşam mən evə gəlim diyan sənidə atovuda qatacam bir birinə” məzmununda SMS göndərmişdir. Saat 17:11 də Təqsirləndirilən şəxs “necə başa salım mən də adamam mənimdə dərrakəm var mən bu qələti bir dəfə elədim özümə də sizə də söz verdim ki, o qələti bir də eləməyəcəm, durum təzədən özüdə gəlim sənin sumkandan özdə diyirsən 10 manatımı götürmüsən mənim başımıda kəssələr sənin heç bir əşyana əl vurmaram” məzmunlu, saat 17:11 dəqiqədə isə Zərərçəkmiş şəxs1 oğluna “Mən qənim olacam sənə dayan” məzmunda SMS göndərmişdir (cild 02 iş vər.106-107). Cinayət işinin materiallarında olan “komisyon kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji” ekspertizasının xx.xx.2023-cü il tarixli 2833 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayəti törədərkən və ya ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq başqalannın hiss və yaşantılarına qarşı laqeyidlik, məsuliyyətsizlik, kobudluq, qıcığa qarşı həssazlıq, emosional reakisiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədən zaman onda psixi-emosional sferasında emosional reaksiyaya meyillik, impulsivlik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 02 iş vər. 54-58). Cinayət işinin materiallarında olan “məhkəmə-psixoloji” ekspertizasının xx.xx.2023cü il tarixli 2888 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 ünsiyyətcillik, hər kəslə yaxşı yola getmək, həssaslıq, adaptivlik kimi fərdi psixi xüsisiyyətlərə malikdir. Azyaşlı Zərərçəkmiş şəxs2 sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətinə görə iş üçün əhəmiyyətli olan halları düzgün qavramaq qabiliyyətinə malikdir. Azyaşlı Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillik əlamətləri aşkar edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs2 baş vermiş cinayətin xarakterini və mənasını anlamaq, qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarındadır. Azyaşlı Zərərçəkmiş şəxs2 əqli-intelektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilməmişdir (cild 02 iş vər. 59-61). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi” ekspertizasının xx.xx.2023-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti üzərində aşağıdakı xəsarətlər vardır: -döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna keçərək ürəyi zədələyən yarası, döş qəfəsinin sol yarısının qarın boşluğuna keçərək bağırsağı, mədəni zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol körpücüküstü nahiyənin, sol bazunun, sol dirsəyin, sol qasıq nahiyəsinin, sol budun, sağ bazunun sağ dirsəyin, sağ saidin deşilmiş-kəsilmiş yaraları (14 ədəd). Qeyd olunan xəsarətlər ülgücə və küpə malik yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən əmələ gələ bilər, həyatidirlər. Döş boşluğunun ön səthinin sol yarısının döş boşluğuna keçərək ürəyi zədələyən yarası, döş qəfəsinin sol yarısının qarın boşluğuna keçərək mədəni və bağırsağı zədələyən yarası-dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Döş qəfəsi, sol körpücüküstü nahiyənin, sol bazunun, sol dirsəyin, sol qasıq nahiyəsinin, sol budun, sağ bazunun, sağ dirsəyin, sağ saidin deşilmiş kəsilmiş yaraları(12 ədəd) dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid edilir. X1 bədəni üzərində olan xəsarətlərdən ilkin olaraq hər iki bazunun, hər iki dirsəyin, sağ saidin, sol budun, sol körpücüküstü nahiyənin yaraları, sonra da digər yaralar qarşılıqlı mübarizə zamanı qısa müddət ərzində yetirilmişdir. X1 ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısının ürəyi zədələyən yarası və döş qəfəsinin sol yarısının daxilə keçərək mədəni və bağırsağı zədələyən yarası nəticəsində baş vermiş qanitirmədən olmuşdur. Ölüm Sumqayıt şəhər TTYX-da xx.xx.2023-cü il tarixdə saat 02:40 radələrində baş vermişdir. Xəsarət yetirərkən mərhumla xəsarət yetirən müxtəlif qarşılıqlı vəziyyətdə (üzbəüz, yanyana, arxası zərəryetirənə qarşı və.s.) ola bilərdi. X1 meytindən götürülümş qanda məhkəmə kimyəvi tədqiqatın nəticəsində etil spirti aşkar edilməmişdir (cild 02 iş vər. 62- 72). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi” ekspertizasının xx.xx.2023-cü il tarixli 1386 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır-döş qəfəsinin ön səthinin, sol kürək nahiyəsinin, sağ saidin qançırı, sağ saidin aşağı 1/3-nin sıyrığı, qarnın 1 ədəd səthi daxilə keçməyən yarası, sağ əlin ovuc səthinin 1 ədəd sağ əlin İİİ-İV barmaqların səthi yaraları. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin sol kürək nahiyəsinin sağ saidin qançırı, sağ saidin aşağı 1/3-nin sıyrığı-küt əşya təsirindən törənmişdir, qarnın 01 ədəd səthi daxilə keçəməyən yarası sağ saidin əlin ovuc səthinin 1 ədəd sağ əlin İİİ-İV barmaqların səthi yaraları-kəsici kənarlı alətlə ola bilsin ki, bıçaqla əlbəyaxa savaşma zamanı əmələ gəlmişdir. Birlikdə və ayrı ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin törənmə müddəti müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən tarixə xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. Xəsarətlərin özü-özünə yetirməsi inkar olunur (cild 02 iş vər. 73-76). Cinayət işinin materiallarında olan "xxxx" ekspertizasının xx.xx.2023-cü il tarixli 442/2023 MTKŞ saylı rəyində görünür ki, təqdiqata təqdim edilmiş mərhumə Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol nahiyəsində 02 ədəd, köynəyin arxa səthinin sol nahiyəsində 02 ədəd, şalvann sol ayağının yuxarı hissəsində 01 ədəd, şalvann sol yan tikişi üzərində 01 ədəd, şalvann arxa səthinin sol nahiyəsində 01 ədəd, tumanın ön səthində orta nahiyəsində 01 ədəd kənarında zədə aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş və kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xasiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X8 məxsus köynək, şortik və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus şortik üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynək geniş sahədə, şalvarın ön və arxa hissəsində geniş sahədə, buzqalterin və ön və yan səthində, tumanın ön səthində qismən və tam arxa səthində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın bütün səthində və tumanın sol yan səthində geniş sahədə aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qan səthi ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, sonra isə fiziki kapilarlıq üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs şortikin bütün səthində və daxili astar üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətisiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş 03 ədəd bıçaqlar zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmişdir (cild 02 iş vər. 77-86). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi bioloji” ekspertizasının xx.xx.2023-cü il tarixli 609/2023 MTBŞ saylı rəyində görünür ki, mərhum Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu Oalfa, beta /İ/, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu Oalfa,beta /İ/,azyaşlı X7 ABO sistemi üzrə qan qrupu O alfa, beta /İ/-dir, (şəxsiyyət vəsiqəsinə əsasən). Ekspertizaya təqdim edilmiş 03 ədəd çubuqlu pambıq tampon, 01 ədəd taxta dəstəkli bıçaq, mələfə, 02 ədəd yastıq üzü, Zərərçəkmiş şəxs2 məxsus şortik, qısaqol mayka, trusik, Təqsirləndirilən şəxs məxsus şortik, Zərərçəkmiş şəxs1 məxsus trusik, buzqalter, kofta və idman şalvarı üzərində insan qanı ləkələri aşkar olunmamışdır. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa ,beta aqqluyutininləri alındı, Bu qan ləkələri Oalfabeta /İ/ qruplu şəxsə o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncu hadisə zamanı onda qanaxma ilə müşayət olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan digər 02 ədəd bıçaq üzərində qan aşkar olunmamışdır (cild 02 iş vər. 93- 103). Cinayət işinin materiallarında olan “məhkəmə-tibbi bioloji” ekspertizasının xx.xx.2023-cü il tarixli 11849 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin döş boşluğuna keçərək sağ ağ ciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarətlər aşkar edilmişdir (cild 02 iş vər. 112- 115). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 22, 120.2.1, 120.2.2, 120.2.5, 120.2.10, 228.4, 177-ci maddələrinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin, Şahid2 əməlində CM-in 307-ci maddəsinin tərkibi olmadığından, onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 159-187). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Qəsdən adam öldürmə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə, şəxsin əməli CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilir. Təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə CM-in 120.2.9-cu maddəsi ilə cinayət məsuliyyəti yaradır. Eyni zamanda, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilənlərlə yanaşı CM-nin 86.1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Qeyd edilən maddənin tələblərinə əsasən yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, həmin şəxsin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Corat qəsəbəsi ev 227-də qeydiyyatda olsada Corat qəsəbəsi Hüseyn Arif küçəsi ev 17 ünvanında qeydiyyatsız yaşamışdır, yaşayış üzrə müsbət xarekterizə olunur (cild 02, iş vər. 44). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 51-52). Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını CM-in 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktında cinayətin azyaşlı şəxsə qarşı törədilməsi, həmçinin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi və zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla törədilməsi kimi hallar şəxsin cəzasını ağırlaşdıran hallar kimi qeyd edilsə də, CM-in 61.3-cü maddəsinə əsasən həmin hallar hazırki halda təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar qismində nəzərə alına bilməz. Belə ki, CM-in 61.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı CM-in 120.2.4-cü, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.9-cü maddələri ilə irəli sürülən və məhkəmədə təsdiqini tapan ittihamda həmin hallar cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. CM-in 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə on ildən çox olmayan müddətə təyin edilir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda yaşını, yəni yetkinlik yaşına çatmayan şəxs olmasını, həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulsa da, cinayət qanunvericiliyinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxsə ən çox on il müddətə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Göründüyü kimi, cinayət qanunu ilə Təqsirləndirilən şəxs üçün təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on illə məhdudlaşdırılmışdır. Belə olan halda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində CM-in 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla qəti olaraq on ildən çox olmayan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və məhkəmənin qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 57, 147-149). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğu üçün CM-in 85.5.1-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şortik, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, 01 ədəd buzqalter, 01 ədəd tuman, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 01 ədəd köynək, 01 ədəd şortik, 01 ədəd tuman, hadisə yerindən götürülmüş 03 ədəd bıçaq, pambıq ucluqlu çubuq, 01 ədəd mələfə, 02 ədəd yastıq üzü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd şortik, hadisə zamanı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qısaqol köynək, 01 ədəd şalvar, 01 ədəd buzqalter, 01 ədəd tuman, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 01 ədəd köynək, 01 ədəd şortik, 01 ədəd tuman, hadisə yerindən götürülmüş 03 ədəd bıçaq, pambıq ucluqlu çubuq, 01 ədəd mələfə, 02 ədəd yastıq üzü hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar