Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-426/2024 13.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X22 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Xaçmaz rayonu, Bostançı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Çoban Bulaq” istirahət mərkəzində bağban işləyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Bostançı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə, yəni digər şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “Çoban Bulaq” İstirahət Mərkəzindəki 4 mərtəbəli kotecin arxasında qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs yad kişi ilə ona xəyanət etməsi, 2023-cü ilin avqust ayının əvvəllərində azyaşlı övladı Jasmin Muxtarovanı götürüb evi tərk etməsi və artıq onu istəməməsi səbəbindən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək qərarına gəlmiş, həmin niyyətlə azyaşlı övladı Jasmin Muxtarovanın gözləri qarşısında hər ikisinə xüsusi əzab və iztirab verdiyini dərk edib, bunları arzulayaraq müstəsna qəddarlıq nümayiş etdirməklə üzərində gəzdirdiyi ümumi uzunluğu 167 mm olan, soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs həyat üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı və ardıcıl bıçaq zərbələri vuraraq sonuncuya “iki tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yara, dalağın, piyliyin və qara ciyərin zədələnməsi ilə müşahidə olunmuş qarın boşluğuna nüfuz edən 5 ədəd deşilmiş-kəsilmiş yara” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə “bədənin müxtəlif nahiyələrinin boşluqlara nüfuz etməyən 11 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, lakin ətrafda olan şəxslər tərəfindən köməklik göstərilərək Zərərçəkmiş şəxs “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə yerləşdirilib həkimlər tərəfindən ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində sonuncunun həyatının xilas edilməsi səbəbindən bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməllərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, bununla da o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmiş, yəni xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 04 avqust 2023-cü il tarixdə anası ona zəng edərək yoldaşı Zalikənin evdən çıxıb getdiyini deyib. Zalikənin evdən getməsini onun psixoloji problemləri ilə əlaqəli olduğunu düşünüb və onu 2-3 gün özü axtardıqdan sonra polis şöbəsinə müraciət edib. Bir neçə gün sonra polis şöbəsindən Zalikənin tapılması ilə bağlı məlumat gəlib. O, öyrənib ki, Zalikə uşağını nənəsigilə qoyub qaçmaq istəyəndə harasa getmək istəyəndə evdəkilər onu görüb getməsinə mane olublar. Zalikə ona uşağını verib və uşağı ayda 1-2 dəfə görməyə gələcəyini, özünün isə başqa yerdə yaşayacağını deyib. Sonradan o, Zalikənin dayısına zəng edib baş verənlər barədə ona məlumat verib və Zalikə dayısının evində qalmağa başlayıb. Uşağın onda qalması üçün müvafiq rəsmiləşdirmə işlərini həyata keçirmək məqsədilə Zalikə ilə əlaqə saxlayıb onun şəxsiyyətini təsdiq edən sənədi istəyib. 2 gün sonra isə Zalikə ilə üzbəüz görüşüblər və uşağın onda qalacağı ilə bağlı qəti razılığa gəliblər. Lakin Zalikənin dayısı buna etiraz edib. O isə uşağın onda qalacağını, Zalikənin isə hara istəyirsə gedə biləcəyini bildirib. Aralarında yaranmış mübahisə nəticəsində o, Zalikəyə 4 dəfə bıçaq zərbəsi vurub, Zalikə yerə yıxılıb və 2 bıçaq zərbəsi də yerə yıxılandan sonra vurub. Daha sonra uşağı götürüb hadisə yerindən uzaqlaşıb. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə baş verən vaxtı uşağın 2 yaşı olub. O, gündəlik istifadə üçün üstündə mütəmadi olaraq bıçaq gəzdirib. Hadisə istirahət mərkəzinin arxa tərəfində baş verib. Zalikə ora gələndə uşağı da özü ilə gətirib, lakin o, Zalikəni bıçaqlayanda uşaq onu görməyib. Zalikəni bıçaqlamaqda məqsədi onu öldürmək olmayıb, o, bir anlıq əsəbləşib və özünü idarə bilməyib, Zalikəni öldürmək məqsədi olmayıb, əsəbləşdiyi üçün onu cəzalandırmaq istəyib. Hadisə baş verən vaxtı uşağın onları görməsi mümkün olmayıb, çünki uşağın üzü onlar tərəfə olmayıb. Zərərçəkmiş şəxslə barışıb. Əməlindən peşman olmasını və himayəsində azyaşlı uşağınn olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndiirlən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi şəkildə elan olunmuş, o, ifadəsində gösətrmişdir ki, Zalikənin ona qarşı etdiyi haqsızlıq, xəyanət onu bir anlıq özündən çıxarmışdır. Zalikə bir bəhanə tapıb yanından uzaqlaşmağa cəhd göstərmişdir. Zalikə Jasminin ağladığını bəhanə edib uşaqla bir yerdə itlərin saxlanıldığı istiqamətdə getmək istəyərkən əli ilə işarə edib digər tərəfdən getməsini Zalikəyə demişdir. Zalikə çevrilib yanından getmək istəyərkən cibində daim gəzdirdiyi bıçağı çıxarıb onun sağ boyun, sağ qabırğa və qarın nahiyələrinə bıçaqla 5-6 zərbə vurmuş və Zalikə yerə yıxılmışdır. O, Zalikəni bıçaqlayanda Jasmin də yanlarında durmuş və sonuncu ilə arasında məsafə təxminən 1 metr olmuşdur. Zalikəni bıçaqladıqdan sonra sonuncunun yerdə çabaladığını, qışqıraraq kömək çağırdığını görüb Jasmini qucağına alaraq arxa yolla Xaçmaz-Xudat avtomobil yoluna çıxıb yaşadığı kəndə doğru getməyə başlamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Zalikə ilə söhbət zamanı bir anlıq əsəbləşmiş və hirslərini cilovlaya bilməyib Zalikəni bıçaqlamışdır. Zalikəni bıçaqladıqdan sonra əsəbi soyumuşdur. Zalikəyə olan əsəbi onu özündən çıxarmış və gözü dönmüşdür. Buna görə Zalikəni bıçaqla vuranda bıçağın Zalikənin bədəninin hansı nahiyələrinə dəyəcəyini əvvəldən planlamadan necə gəldi sonuncunu bıçaqlamışdır. Hadisə zamanı Zalikə ilə onun yanında Jasmindən başqa heç kim olmamışdır. Hadisəni Jasmin də görmüşdür. Hadisə zamanı xəsarət almamışdır. Zalikəni bıçaqladıqdan sonra sonuncu yerə uzanıb çapalamağa, qışqırmağa başlamışdır. Zalikə yerdə uzandığı müddət ərzində sonuncunu yenidən bıçaqla vurmaq niyyəti olmamışdır. Əgər Zalikəni yenidən vurmaq istəsəydi, bunu rahatlıqla edə bilərdi. Çünki orada ona mane ola biləcək, əl-qolunu tuta biləcək şəxs olmuşdur. Zalikəyə vurduğu bıçaq zərbələri ona bəs olmuş və sonuncunun dərsini artıq vermişdir. Buna görə də Zalikəni orada qoyub çıxıb getmişdir. Jasminin gözləri qarşısında Zərərçəkmiş şəxsm bıçaqla vurmaqda sonuncuya və ya qızına əzab, işgəncə vermək niyyəti olmamışdır. Anidən gözü dönmüş və əsəbləşərək bu hərəkəti etməklə hirsini Zalikədən çıxmışdır. Hadisə günü spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sakitlə aralarında yaranmış problemlərlə əlaqədar bir müddət ondan ayrı yaşamaq istəyib və onlar razılaşıblar ki, uşaq Sakitlə qalsın. Buna görə Sakit vəkillə müqavilə bağlayıb və onlar bir neçə dəfə hadisənin baş verdiyi yerdə, yəni istirahət mərkəzinin arxa tərəfində görüşüblər və uşağın Sakitdə qalması ilə bağlı qəti razılığa gəliblər. Sonuncu dəfə dayısı ona deyib ki, həmin yerə bir yerdə gedib uşağın onda qalmasını istəsinlər. O isə Sakitin əsəbi olduğunu, sonra görüşmələrinin daha məqbul olacağını deyib. Dayısı onunla razılaşmayıb və onlar həmin yerə gediblər. Orda üçü söhbət edəndə dayısı uşağın 15 gün Sakitdə, 15 gün isə onda (Zalikədə) qalmasını deyib. O, Sakitin əsəbiləşdiyini görüb onu kənara çağırıb və ona əsəbiləşməməsini, dayısı ilə razı olmadığını, yəni uşağın onda qalacağını deyib. Daha sonra irəli gedib uşağı götürmək istəyəndə Sakit onu bıçaqla vurub, o, yerə yıxılıb və Sakit onu yenə bıçaqla vurub. O, qışqırıb kömək istəyəndən sonra Sakit ordan uzaqlaşıb. Hadisənin səhəri gün o, xəstəxanada özünə gələndə Sakitin tutulduğunu öyrənib. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, müstəntiqə ifadə verərkən anesteziyanın təsirində olduğu üçün bəzi məsələlər barədə yanlış ifadə verib. Hətta dayısı ona Sakitin əlyehinə ifadə verib onun işini ağırlaşdırmağı və uşağı da götürüb Almanyaya köçüb orada birlikdə yaşamağı təklif etsə də, o razılaşmayıb. Hadisə baş verən zaman nə o, uşağı görüb, nə də uşaq onları görüb, çünki uşaq həmin vaxt istirahət mərkəzinin həyətində olan oyuncaqlara tərəf gedib, orada başı qarışıb. Sakit onu vuranda o, qışqırıb kömək istəyib və Sakit bundan sonra oradan uzaqlaşıb. Sakit onu bıçaqla vuranda o hiss etməyib, elə bilib ki, Sakit əsəbi olduğundan onu döyür. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışıb, şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi şəkildə elan olunaraq tədqiq edilmiş o, həmin ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində X4 adlı şəxs ilə tanış olmuşdur. Onlar mütəmadi “İnstagram” sosial şəbəkəsində dost kimi danışmış, Yasin həmişə ona nə isə problemi olsa, deməyini demişdir. Yasin Yevlax rayonunda yaşamış və taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Yasinə 2023-cü ilin iyul ayında Sakitlə münasibətlərinin pisləşdiyini, lazım olsa onu Yevlaxa aparıb-apara bilməyəcəyini soruşmuşdur. Yasin ondan bunun necə olacağını soruşduqda o, Yasinə Xaçmaz rayonunda *0066” taksi xidmətinin fəaliyyət göstərdiyini, həmin xidmətdən qeydiyyatdan keçməyini, onun guya taksi ilə getmiş olacağını, Yasinin adının heç bir yerdə hallanmayacağını demişdir. Yasin də onunla razılaşmışdır. O, xx.xx.2023-cü il tarixdə Yasinə onu xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə apara bilib-bilməyəcəyini soruşduqda Yasin Bakı şəhərində ev tutub qalmağa imkanının olmadığını, Yevlax rayonuna getməyin daha rahat olacağını demişdir. O da Yasinlə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Jasmini götürərək evi tərk etmişdir. Yasin artıq istifadəsində olan “Vaz 2106” markalı avtomobil ilə Xaçmaz rayonu, Bostançı kəndində olmuşdur. Onlar birlikdə Yevlax rayonuna yola düşmüş, o, yolda olarkən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğunu, Sakit ilə dayısı Elmirin onu hədələmələrini, onun artıq onlara tab gətirməyərək evi tərk etdiyini, heç kəsin onu axtarmamağını demişdir. Daha sonra istifadəsində olan hazırda xatırlamadığı nömrəni telefondan çıxardaraq nömrəni üzərində götürdüyü qayçı ilə kəsmiş, sonra isə telefonda olan hər şeyi silərək telefonu söndürmüşdür. Onlar həmin gün saat 18:00 radələrində Yevlax rayonuna çatmış, Yasin Yevlax şəhərində onun kirayə yaşamağı üçün 1 otaqlı ev tapmışdır. Daha sonra o, Yasinlə birlikdə telefonunu və Jasminin qızıl sırğasını sataraq 110 manat əldə etmiş, o, həmin pulla özü və Jasminə paltarlar almışdır. O, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə tanışı Vasifə zəng edərək onun sonuncunun bacısıgilin yanına getmək istədiyini demişdir. Vasif onun başqa birinin telefon nömrəsi ilə zəng etdiyini görüb onunla mübahisə etmiş və onlar sağollaşmışlar. xx.xx.2023-cü il tarixdə Sakit Yasinə zəng edərək onu və Jasmini Yasinin götürdüyünü demişdir. Yasin isə Sakitə *0066” taksi xidmətində işlədiyini, onları Xaçmaz şəhərində olan dairəyə kimi gətirdiyini, daha sonra isə onlardan məlumatı olmaması barədə demişdir. Sakit isə Yasinə inanmadığını, polislərə bu barədə məlumat verdiyini demişdir. O, Yasin üçün problem yaranmaması üçün Xaçmaz rayonuna qayıdacağını demişdir. Yasin onun Xaçmaz rayonuna getməyi üçün 40 manat məbləğində pul vermişdir. O, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində avtobus ilə Bakı şəhərinə getmiş, ordan isə avtobus ilə Xaçmaz rayonu, Xudat şəhərinə getmişdir. Orada olan taksilərdən biri ilə Xaçmaz rayonu, Qusarçay rayonunda yerləşən nənəsigilin evinə gəlmiş, orada bibisi Dilavər polislərə onun evə gəlməyi ilə bağlı məlumat vermişdir. Xaçmaz RPŞ-nin əməkdaşı Mahir onu və Jasmini Xaçmaz RPŞ-nə aparmış, orada baş vermiş hadisə ilə bağlı ərizə vermiş və sonra dayısı Elvinlə sonuncunun evinə getmişlər. Jasmini isə Sakit götürmüşdür. Bir neçə gün Jasmin Sakitgildə qalmış, daha sonra o, Jasmini götürmüşdür. Beləliklə, onlar Jasminə növbəli şəkildə baxmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında dayısı Elvin Sakitə zəng edərək Jasmini bir günlük götürmək istədiyini demiş, Sakit də Elvin ilə razılaşmış və Jasmini gedib evdən götürə biləcəyini demişdir. Onlar birlikdə Sakitin yaşadığı evə getmiş və eltisi Sevil Jasmini onlara vermişdir. X23 söhbət zamanı Jasmini xx.xx.2023-cü il tarixdə səhər saatlarında gətirib təhvil verəcəklərinə dair razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində Sakit Elvinə zəng edərək Jasmini gətirməyini demiş, Elvin də Jasminin hələ yatdığını, özünün də Xudat şəhərində işləri olduğunu, işini bitirdikdən sonra uşağı gətirib verəcəyini demişdir. Daha sonra Elvin Sakitlə yenidən telefon vasitəsilə danışmış, həmin gün axşamüstü “Çoban Bulaq” İstirahət Mərkəzində görüşməyi qərarlaşdırmışlar. Sakit həmin vaxt dayısı Elvinə Zalikə ilə barışmaq məsələsini və uşağın kimdə necə qalması məsələsini danışacağını demişdir. Onlar Jasmin ilə birlikdə dayısı yoldaşı Gülnarəyə yemək vermək üçün Quba RMX-na getmiş və daha sonra oradan “Çoban Bulaq" İstirahət Mərkəzinə getmişlər. Onlar saat 19:00 radələrində oraya çatmış, onlar dördü restoranın kölgənəcəyində oturub çay içərək Sakitin telefonla danışan zaman qeyd etdiyi məsələ ilə bağlı söhbət etməyə başlamışlar. Söhbət zamanı dayısı Elvin Sakitə şərt qoyaraq Jasminin ayın 15 günü onlarda, digər 15 günü isə Sakitdə qalacağını demişdir. Sakit isə Elvinin sözləri ilə razılaşmamışdır. Daha sonra o, Sakitə kənarda öz aralarında söhbət etmək istədiyini demişdir. Onlar Jasmin ilə birlikdə orada olan pilləkənlərlə qalxaraq 4 mərtəbəli kotecin arxası tərəfə gəlmişlər. Onların getdiyi yer sakit, gözdən uzaq və dayısı Elvinin görməyəcəyi yer olmuşdur. Kotecin arxasına gəldikdən sonra Sakit ona “sən kimə güvənirsən, sənin arxanda kim var? Sənin etdiyin əxlaqsızlığınla bağlı qanuni qaydada müraciət etsəm uşaq birdəfəlik məndə qalacaq. Gəl öz aramızda məsələni həll edək və məni istəmirsənsə uşağı qoy çıx get" sözlərini deyəndə o, Sakitin sözlərinə gülmüş və başqa kişi ilə Sakitə xəyanət etmədiyini demişdir. Həmin an Sakit onun əlini tutmuş, o, Sakitə əlini çəkməyini demişdir. Daha sonra Jasmin orada it görmüş və ağlamağa başlamışdır. O, Jasmini də götürüb getmək istəyəndə Sakit onun boğaz nahiyəsindən bıçaqla zərbə endirmişdir. O, Sakitə tərəf çevriləndə Sakit onun qarın nahiyəsindən də bıçaq zərbəsi vurmuşdur. Həmin zərbənin gücündən o, yerə yıxılmış, o, yerdə olan zaman Sakit onu bıçaqlamağa davam etmiş, həmin vaxt Jasmin orada ağlamış, o isə qışqıraraq köməyə adam çağırmış, lakin səsini eşidən olmamışdır. Daha sonra o, hərəkətsiz qalsa Sakitin onun özündən getdiyini düşünərək onu bıçaqlamağı dayandıracağını düşünmüş və hərəkətsiz yerdə uzanmış, buna baxmayaraq Sakit onu bıçaqlamağa davam etmiş, sonra isə Jasmini də götürüb oranı tərk etmişdir. O, bütün bədəninin qanlar içində olduğunu gördükdə ayağa durub orada olan sanitar qovşağına tərəf getmiş, orada halı daha da pisləşmiş, yerə yıxılmışdır. Orada olan adamlar yanına gəlmiş və ona kömək etmişlər. Təqsirləndirilən şəxs onu dəfələrlə öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs onu öldürməyə cəhd edən zaman qızı Jasmin orada olmuşdur. Təqsirləndirilən şəxs qızı Jasminin gözləri qarşısında ona bıçaqla xəsarət yetirməsi ona çox pis təsir etmişdir. Baş vermiş hadisə onu çox sarsıtmış və onda travma yaratmışdır. Sakit onun özündən gedərək öldüyünü düşünmüş, ona görə bıçaqlamağı dayandırmışdır, əgər dayısı Elvin onu vaxtında Xaçmaz RMX-na aparmasaydı və orada olan həkimlər ona ixtisaslı tibbi yardım göstərməsəydilər o öləcəkmiş. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi şəkildə elan olunarkən ona verilən suallara cavab olaraq bildirdi ki, həmin ifadəsini həmin vaxt Sakitə qarşı çox əsəbi olduğu üçün verib, Sakit heç vaxt onu öldürməklə hədələməyib, Sakit onu öldürmək istəməyib. Həmin vaxt əsəbi olduğu üçün onu bıçaqla vurub. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023- cü il tarixdə qardaşı arvadı Zalikə uşaqları Jasmini də götürüb evdən özbaşına çıxıb gedib və getməsi barədə də heç kimə məlumat verməyib. Qardaşı Təqsirləndirilən şəxs bu barədə Xaçmaz RPŞ-nə müraciət edib. Bir neçə gün sonra Zalikə nənəsigilə gələrək uşağı orada qoyub evi tərk etmək istəyərkən nənəsigil buna imkan verməyib və Zalikənin onlarda olması barədə polis şöbəsinə məlumat veriblər. Polis şöbəsində X19 verib. Daha sonra Zalikə dayısı Elvinlə birlikdə yaşamağa başlayıb. xx.xx.2023-cü il tarixdə Sakit Jasmini 1 günlük Zalikəyə verib, xx.xx.2023-cü il tarixdə Zalikə Jasmini gətirib verməməsinə görə Sakitlə Zalikənin dayısı Elvin arasında mübahisə olub. Daha sonra həmin gün axşam saatlarında Sakit, Elvin və Zalikə “Çoban Bulaq" İstirahət Mərkəzində görüşüb, orada Zalikə ilə Sakit arasında mübahisə olub və Sakit Zalikəni bıçaqlayıb. Məhkəmədə iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Zalikə Jasmini də götürüb evdən özbaşına çıxıb getmiş və getməsi barədə də heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs və sonuncunun anası Sənubər Muxtarova bu barədə Xaçmaz RPŞ-nə müraciət etmiş və onun Zalikəni gizlətməyini düşünmüşlər. Zalikə xx.xx.2023-cü il tarixdə ata nənəsi Nəzirəgilə gedərək uşağı orada qoyub evi tərk etmək istəyərkən nənəsigil buna imkan verməmiş və Zalikənin onlarda olması barədə polis şöbəsini məlumatlandırmışlar. Sakit ona Zalikənin İtkin düşməsi ilə bağlı Xaçmaz RPŞ-də aparılan araşdırma zamanı Zalikənin başqa şəxslə danışdığı müəyyən olunmasını ona demişdir. O, bu barədə Zalikə ilə danışmış, Zalikə Rusiya Federasiyasında yaşayan Vasif Nəbiyev adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, X9 ayrılmaq və Jasminin valideynlik hüquqlarını özündə saxlanmasına köməklik edəcəyinə söz verməsinə görə Vasiflə danışdığını, həmçinin X14 rayonunda yaşadığını, özünün hazırda Rusiya Federasiyasında olsa da bacılarının Şəmkir rayonunda olduğunu, sonuncuların yanına gedə biləcəyini bildirməsini demişdir. Zalikəyə düzgün hərəkət etmədiyini, tanımadığı insanlara güvənməməsini və istəyən şəxs əgər həqiqətən istəyirsə özünün elçi gəlməsini demişdir. Bu məsələyə görə Sakit ilə Zalikənin münasibətləri pozulmuş, X15 alıb özü baxmağa başlamış, Zalikə isə onunla birlikdə yaşamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sakitə zəng edərək Jasmini bir günlük götürmək istədiyini demiş, Sakit də onunla razılaşmış və Jasmini gedib evdən götürə biləcəyini demişdir. O, Zalikə ilə birlikdə Sakitin yaşadığı evə getmiş və orada hazırda adını xatırlamadığı Sakitin qardaşının arvadı Jasmini onlara vermişdir. Sakitlə söhbət zamanı Jasmini xx.xx.2023-cü il tarixdə səhər saatlarında gətirib təhvil verəcəyinə dair Sakitlə razılaşmışdır. xx.xx.2023cü il tarixdə saat 07:00 radələrində Sakit ona zəng edərək Jasmini gətirməyini demiş, o da Jasminin hələ yatdığını, özünün də Xudat şəhərində işləri olduğunu, işini bitirdikdən sonra uşağı gətirib verəcəyini demişdir. Daha sonra Sakitlə yenidən telefon vasitəsilə danışmış, axşamüstü "Çoban Bulaq" İstirahət Mərkəzində görüşməyi qərarlaşdırmışlar. Sakit həmin vaxt Zalikə ilə barışmaq məsələsini və uşağın kimdə necə qalması məsələsini danışacağını demişdir. O, Zalikə və Jasmin ilə birlikdə arvadı Gülnarəyə yemək vermək üçün Quba RMX-na getmiş və daha sonra oradan "Çoban Bulaq” İstirahət Mərkəzinə getmişlər. Onlar saat 19:00 radələrində oraya çatmış, onlar dördü restoranın kölgənəcəyində oturub çay içərək Sakitin telefonla danışan zaman qeyd etdiyi məsələ ilə bağlı söhbət aparmağa başlamışlar. Söhbət zamanı o, Sakitə şərt qoyaraq Jasminin ayın 15 günü onlarda, digər 15 günü isə Sakitdə qalacağını demişdir. Sakit isə onun sözləri ilə razılaşmamışdır. Daha sonra Sakit Zalikə ilə kənarda öz aralarında söhbət etmək istədiyini demiş, o, Sakit ilə razılaşmışdır. Zalikə Jasmini də götürüb Sakitlə birlikdə pilləkənlərlə qalxaraq 4 mərtəbəli kotecin arxası tərəfə getmişlər. O, təxminən 5 dəqiqə keçdikdən sonra Sakitə zəng etmiş, Sakit telefonu məşğula atmış, Sakitə 27 dəfə zəng etmiş və Sakit hamısını məşğula atmışdır. O, narahat olduğundan onların getdiyi tərəfə getmiş və həmin vaxt qardaşı Elmir ona zəng edərək Sakitin Zalikəni bıçaqladığını demişdir. O, bunu eşitdikdə qaçaraq Zalikəgilin getdiyi yerə getmiş və orada olan sanitar qovşağının yanında adamların toplaşdığını, Zalikənin qan içində yerdə yatdığını görmüşdür. O, dərhal Zalikəni qucağına almış və istifadəsində olan “VAZ-2115” markalı avtomobilinə qoyaraq Xudat şəhər xəstəxanasına aparmışdır. Orada olan təcili tibbi yardım avtomobili vasitəsilə Zalikəni Xaçmaz RMX-na aparmışlar. O, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında onun bildiyi qədərilə bir dəfə mübahisə olmuş və həmin vaxt Sakit Zalikəni vurmuşdur, həmin hadisənin nə zaman baş verməsini xatırlamamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, həmçinin məhkəmə iclasında dindiirlmiş şahidin və ifadəsi elan edilmiş digər şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri "Çoban bulaq" istirahət mərkəzinin sanitar qovşağının yaxınlığında baş vermişdir. Hadisə yerinə gedən yoldakı dəhlizin uzunluğu 30 metr, eni isə 2.22 metrdir. Həmin dəhlizdə yerə kafel döşənmişdir, dəhliz boyu sağ və sol tərəflərə dirəklər bərkidilmiş və həmin dirəklər üst tərəfdən metal profillərlə birləşdirilmişdir. Zərərçəkmiş şəxs uzanmış vəziyyətdə olduğu yerin yaxınlığında olan sanitar qovşağının uzunluğu 9 metr, eni 3.9 metrdir, hündürlüyü isə 3.10 metrdir. Sanitar qovşağı orta hissədən 2 yerə ayrılmaqla kişilər və qadınlar üçün giriş qapıları 2 tərəfdəndir, belə ki sanitar qovşağının kişilər üçün nəzərdə tutulmuş giriş qapısı ön tərəfdən, qadınlar üçün nəzərdə tutulan qapı isə dəhlizin qutaracağındadır. X12 sanitar qovşağının qadınlar üçün nəzərdə tutulmuş qapıdan 4.9 metr, dəhlizin qurtaracağında sol tərəfdə ən sonuncu dirəkdən 1.8 metr məsafəni göstərərək Zərərçəkmiş şəxs həmin yerdə uzanmış vəziyyətdə gördüyünü və Zərərçəkmiş şəxs qeyri-rəsmi əri Sakit tərəfindən bıçaqlandığını bildirdi. Dəhliz boyu yerə döşənmiş kafellərin üzərində çox saylı qana bənzər ləkələrin olması müşahidə edilir, həmin qana bənzər ləkələrə 3 ədəd pambıq hissəsi hopdurulmaqla nümunələr müvafiq qaydada götürülərək qablaşdırıldı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “bıçağa baxış keçirilməsi haqqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin sahə rəisi, polis mayoru X8 tərəfindən təqdim edilən 01 ədəd bıçaq tiyə və dəstək hissədən ibarətdir. Ümumi uzunluğu 16,5 sm, dəstəyi gümüşü və qara rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 9,5 sm, eni 2,5 sm, qalınlığı 0,5 sm, tiyəsinin uzunluğu 7 sm, eni dəstəyə bitişik hissədə 2 sm, eni mərkəz hissədə 2,5 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik bıçaqdır. X10 bildirdi ki, polisə təslim olan zaman Təqsirləndirilən şəxs bıçağı ona təqdim edib həmin bıçaq vasitəsilə Zərərçəkmiş şəxs xəsarət yetirməsini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “paltarlara baxış keçirilməsi haqqında” 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, “Xaçmaz rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin təsərrüfat bacısı X5 tərəfindən təqdim edilmiş 01 ədəd qısaqol kofta qara rənglidir, üzərində qanabənzər ləkələr və zədələr vardır. Təqdim edilmiş 01 ədəd şalvar qara rənglidir, üzərində qanabənzər ləkələr vardır. Təqdim edilmiş 01 ədəd büstqalter qara və çəhrayı rənglidir, üzərində qanabənzər ləkələr vardır. Təqdim edilmiş 01 ədəd qısa qol kofta ağ rənglidir, üzərində qanabənzər ləkələr və zədələr vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “paltarlara baxış keçirilməsi haqqında” 26 avqust 2023-cü il il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş 01 ədəd qısaqol kofta boz rəngli olmaqla zədəsizdir. Köynəyin üzərində qanabənzər ləkə vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “paltarlara baxış keçirilməsi haqqında” 26 avqust 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd qısaqol kofta boz rəngli olmaqla zədəsizdir. Köynəyin üzərində qanabənzər ləkə vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan mətbəx bıçağı eyni növdən olan nömrələnmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: 1 №: ümumi uzunluğu 16,5 sm, dəstəyi gümüşü və qara rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 9,5 sm, eni 2,5 sm, qalınlığı 0,5 sm, tiyəsinin uzunluğu 7 sm, eni dəstəyə bitişik hissədə 2 sm, eni mərkəz hissədə 2,5 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik bıçaq 2 №: ümumi uzunluğu 18 sm, tiyəsinin uzunluğu 8 sm, tiyənin bir kənan iti, digəri küt, tiyəsinin eni mərkəz hissədə 1,5 sm, dəstəyə birləşik hissəsində isə 1,5 sm olan, dəstəyi qara və gümüşü rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 10 sm, eni 1 sm, qalınlığı 0,5 sm olan bıçaq. 3 №: ümumi uzunluğu 16 sm, dəstəyi qara rəngli olmaqla dəmir materialdan olan, dəstəyin uzunluğu 8 sm, eni 2 sm, qalınlığı 0,5 sm, tiyəsinin uzunluğu 8 sm, eni dəstəyə bitişik hissədə 1 sm, eni mərkəz hissədə 1 sm, bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malik bıçaq 4 №: ümumi uzunluğu 15 sm, tiyəsinin uzunluğu 6,5 sm, tiyənin bir kənarı iti, digəri küt, tiyəsinin eni mərkəz hissədə 1 sm, dəstəyə birləşik hissəsində isə 1,5 sm olan, dəstəyi qara və qəhvəyi rəngli olmaqla taxta materialdan olan, dəstəyin uzunluğu 9,5 sm, eni 1,5 sm, qalınlığı 1 sm olan bıçaq. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən mətbəx bıçaqlarını nəzərdən keçirib 1 nömrəli bıçağı göstərərək bildirdi ki, ifadəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən “Çoban Bulaq" İstirahət Mərkəzində qeyri rəsmi arvadı Zərərçəkmiş şəxs məhz həmin bıçaqla xəsarətlər yetirmişdir, bıçağı məhz dəstəyinin rəngindən və formasından tanımış, həmin bıçağı daim üzərində daşımışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 548 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir: onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - iki tərəfli hemopnevmotoraksla müşaiyət olunmuş döş boşluğuna nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yara, dalağın, piyliyin və qara ciyərin zədələnməsi ilə müşahidə olunmuş qarın boşluğuna nüfuz edən 5 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aiddir, bədənin müxtəlif nahiyələrinin boşluqlara nüfuz etməyən 11 ədəd deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/734 R nömrəli rəyindən görünür ki, hadisə yerindən 03 (üç) ədəd pambıq tampon üzərində götürülmüş qanabənzər ləkələrin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli qısaqol köynəyin ətəyində və Şahid1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan mənşəli qan nümunəsi olduğu müəyyən edildi. Hadisə yerindən 03 (üç) ədəd pambıq tampon üzərində götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli qısaqol köynəyin ətəyində və Şahid1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd cins şalvar üzərində aşkar edilmiş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 739/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(ll). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(l) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilmiş S.Ə.Alxasova məxsus bir ədəd uzunqol kofta, qısaqol kofta, şalvar, uzunqol gödəkçə və alt şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə Oalfa,beta(l) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) qarışıq qanın olması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2579 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən yüngül əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda yüngül əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək, onları qiymətləndirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 02.10 2023-cü il tarixli, 435/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin (pencək) sol yaxalığında iki ədəd, köynəyin (pencək) arxa səthi boyunca on doqquz ədəd; köynəyin ön səthinin sol nahiyəsində dörd ədəd, köynəyin ön səthinin orta nahiyəsində iki ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində beş ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs Mənsuz qızına məxsus şalvar və büstqalter üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır, istifadə üçün yararlıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 603/2023-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol kofta, qısaqol köynək, büstqalter və şalvar üzərində insan qan ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A" antigeni qısaqol köynək və büstqalter üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən, cinayətin aləti olan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd büstqalter, 01 ədəd ağ rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol kofta və Şahid1 məxsus 01 ədəd cins şalvar 21 oktyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin predmetlər saxlanılması üçün Xaçmaz rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Xaçmaz RİHB-nın Dədəli kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışıb, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxs X13 qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə (təqsirləndirilən şəxsin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanması kimi istintaq hərəkətlərinin protokolları və s.) təsdiq olunur ki, Təqsirləndirilən şəxs azyaşlı uşaqlarının orada olduğunu bilmiş və həmin şəxsə xüsusi əzab verdiyini dərk edərək məhz onun yanında bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncunu öldürməyə cəh etmişdir. Zərərçəkmiş şəxsin və Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, həmçinin onu bıçaqla vurarkən azyaşlı qızlarının bunu görməməsi ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə onların söylədikləri cinayət işinin materiallarında olan sübutlar vasitəsilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadələr kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan ekspertiza rəylərindən və həm təqsirləndirilən şəxsin, həm də zərəçəkmiş şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ayaqüstə olarkən dəfələrlə bıçaq zərbəsi vurmuş, zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra da cinayət əməlini davam etdirərək zərərçəkmiş şəxsi bıçaqla vurmağa davam etmiş, yalnız zərərçəkmiş şəxs qışqıraraq kömək istədikdən sonra o, zərərçəkmiş şəxsi vurmağı dayandırmış və dərhal hadisə yerindən uzaqlaşmış, həmçinin hadisə baş verən zaman qızları Jasmin orada olmuş və hadisə onun gözləri qarşısında baş vermişdir. Bundan başqa ifadələrdən də aydın olur ki, təqsirləndirilən və zərərçəkmiş şəxslərin qızları hadisə baş verən vaxt onların tam yanında olmuşdur və həmin anda anasının səsinin eşitməməsi və hadisənin onun gözləri qarşısında baş vermədiyini iddia etmək mümkün deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs barışdıqlarından zərərçəkmiş şəxsin təqsirləndiirlən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətdiyini cinayət işi materiallarında olan sübutların məcmusu ilə tam sübuta yetirilmiş hesab edir. O, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyası həddində CM-nin 63.3 və 60.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması CMnin 59.1.4 maddələrinə əsasən, Zərərçəkmiş şəxs ilə barışması 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsiləndirilən şəxs barəsində təyin ediləcək həddi barədə CM-nin 63.3 və 60.1-ci maddələrinin tələblərinin tələblərini xatırladır. Belə ki, CM-nin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin (CM-nin 29, 120.2.4) sanksiyasında nəzərdə tutulmuş qaydada CM-nin 63.3 və 60.1-ci maddələrinin yuxarıda qeyd edilən təlıblərini nəzərə alınmaqla, azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 avqust 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı faktiki azadlığının məhdudlaşdırıldığı 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd büstqalter, 01 ədəd ağ rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol kofta və Şahid1 məxsus 01 ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol kofta, 01 ədəd şalvar, 01 ədəd büstqalter, 01 ədəd ağ rəngli qısaqol kofta, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol kofta və Şahid1 məxsus 01 ədəd cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-426/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-426/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver