Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-427/2024 13.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə və xx.xx.1991-ci ildə Xaçmaz rayonu, Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 22 iyul 2023-cü il tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,505 qram olan narkotik vasitə heroini yaşadığı ünvan 3 ünvanına gəlmiş tanışı Təqsirləndirilən şəxs1 10 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, bu fakt, 23 iyul 2023-cü il tarixdə o Xaçmaz rayonu, Xudat şəhəri, Xudu Məmmədov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis şöbəsinin Xudat Polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilib ünvan 4 ünvanda yerləşən Xaçmaz rayon Polİs şöbəsinin Xudat Polis bölməsinin İnzibati binasında həmin gün saat 14:25-14:30 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd kağız bükümdən 1,505 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 310,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon Polis şöbəsinin Xudat Polis bölməsinin əməkdaşları tərəfindən 23 iyul 2023-cü il tarixdə saat 15:45-16:00 müddətində onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən yataq otağındakı dolabın sol alt gözündəki sellofan torbanın içərisindən təmiz çəkisi 310,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən 8,667 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıyıb ünvan 7 ünvanında yerləşən tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evə apararaq 22 iyul 2023-cü il tarixdə saat 15:00 radələrində 1,505 qramını 10 manat müqabilində sonuncuya satıb, qalan 7,162 qramını isə üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq Xaçmaz rayon Polis şöbəsinin Xudat Polis bölməsinin əməkdaşları tərəfindən Polis bölməsinə dəvət edilib ünvan 4 ünvanda yerləşən Xaçmaz rayon Polis şöbəsinin Xudat Polis bölməsinin inzibati binasında onun üzərinə 23 iyul 2023-cü il tarixdə saat 18:25-18:30 müddətində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə 7,162 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq narkotik vasitəni satmış, habelə külli miqdarda törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1ı uşaqlıqdan tanıyır. Vüqar kababçı, o isə ofisinat kimi işləyib. Vüqarla arasında hər hansı ədavət və düşmənçilik olmayıb. 2023-cü il iyul ayının 23-ü o, öz evinin qarşısında küçədə gəzərkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaq və daşımaqda şübhəli bilindiyini deyərək onu polis şöbəsinə dəvət ediblər. Polis şöbəsində üzərinə şəxsi axtarış və baxış keçirilən zaman üzərindən narkotik vasitə heroin çıxıb və həmin heroinin 10 manat müqabilində Təqsirləndirilən şəxs1 aldığını deyib. Daha sonra onun razılığı əsasında evində də şəxsi axtarış və baxış keçirilib və evindən də narkotik vasitə marixuana aşkar edilib. Üzərindən və evindən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün alıb. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, o, iyul ayının 23-ü saxlanılıb, narkotik vasitəni isə bir gün əvvəl, gündüz vaxtı təxminən saat 1 radələrində Təqsirləndirilən şəxs1 alıb. Onlar bir yerdə narkotik vasitə istifadə ediblər, lakin ondan narkotik vasitəni bir dəfə alıb, bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini üzərində gəzdirib. Evindən aşkar edilmiş marixuananı isə zibilxanadan tapıb və istifadə etmək üçün evində saxlayıb. O, saxlanılarkən, üzərinə və evinə baxış keçirilərkən, həmçinin şübhəli və təqsirləndiirlən şəxs qismində dindirilərkən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməyib. Ona narkotik vasitəni Təqsirləndirilən şəxs1 aldığını deməsi üçün heç bir təsir göstərilməyib. əvvəllər başqa şəxslərdən narkotik vasitə alıb, lakin Vüqardan bir dəfə alıb. Vüqarla birlikdə narkotik vasitəni evində istifadə ediblər. Saxlanıldığı yerlə evi arasında 10-15 metr məsafə olub. Onu polis bölməsində 2 gün saxladıqdan sonra Xaçmaz RPŞ-nə göndəriblər. O, Vüqarı həmin günün səhəri görüb. Ona Təqsirləndirilən şəxs1 əleyhinə verdiyi ifadəsini dəyişməsi üçün heç kim təsir və ya təzyiq göstərməyib. Onun Təqsirləndirilən şəxs1la heç bir düşmənçiliyi yoxdur. Bu günə qədər heç vaxt hər hansı cinayət işində şahid qismində iştirak etməyib, ilk dəfədir ki, məhkəmədə olur. Əməlindən peşman olduğunu bildirdi və ona qanunvericiliyə uyğun yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində göstərdi ki, gecə saat 12-nin yarısı Xudatda avtovağzalın qarşısında olarkən iki nəfər Ənvər və Fərhad adlı polis əməkdaşları onun yanına gəliblər və ona polis rəislərinin onu görmək istədiyini deyiblər. O da razılaşıb onların maşınına minib polis bölməsinə gedib. Onu səhəri gün saat 3-ə qədər döyüb məcbur ediblər ki, üstünə qoyacaqları narkotik vasitənin onun olduğunu deyib boynuna götürsün. O da məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşıb, daha sonra onu CM-nin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirəcəklərini deyib sənədlərə imza çəkdiriblər. Ayaz polis bölməsinə gələrkən o, artıq bölmədə olub. Onu iyulun 21-i gecə saatlarında tutublar və 23 iyula qədər polis bölməsində saxlayıblar. Sonra da Ayaz onun üzünə durub deyib ki, ondan 10 manat müqabilində narkotik vasitə olan heroin alıb. Ayazı 10 il olar ki, tanıyır. O, işlətdiyi kafedə Ayazla tanış olub. O, Ayazın narkotik vasitə istifadə etdiyini bilib. O, saxlanılana qədər narkotik vasitə istifadə edib, lakin Ayazla birlikdə heç vaxt narkotik vasitə istifadə etməyib. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirdi ki, onun işini çətinləşdirmək və narkotik vasitələrin satışında ittiham etmək üçün Ayazı polis əməkdaşları özləri işə cəlb ediblər. Döyüldüyü üçün məcbur qalıb polis əməkdaşlarının diqtə etdikləri ilə razılaşıb. Barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə də bu məzmunda ifadə verib. Ona Səxavət adlı polis əməkdaşı və mülki geyimdə olan başqa bir şəxs işgəncə veriblər. Onların üzünü görsə, tanıya bilər. Axırıncı dəfə Ayazla iyulun 20-21-i görüşüb və görüş zamanı Ayaz ondan maddi kömək istəyib və o da Ayaza kömək edib. Bunu Ayazın həyat yoldaşı və bacısı da təsdiq edə bilərlər. Ayaz narkotik vasitə istifadə etdiyi üçün və eşitdiyinə görə polis əməkdaşları ilə əlbir olduğu üçün onu özündən uzaqlaşdırıb. O, Ayazın evindən marixuana aşkar edilməsinə də inanmır. Ayaza polis əməkdaşları hədə-qorxu gəliblər, Ayaz işi çətinləşməsin deyə onun üzünə durub polis əməkdaşlarına kömək edir. Onun polis əməkdaşları ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, düşünür ki, torpaq sahəsini Ənvər adlı polis əməkdaşına satmaq barədə razılıq vermədiyi üçün onu tutub şərləyiblər. O, tutulandan sonra Ənvər adlı polis əməkdaşı onun qardaşına deyib ki, həmin torpaq sahəsini satıb onu polis şöbəsindən çıxara bilərlər. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır heroin adlanan narkotik vasitədən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlandığı gündən bir neçə gün öncə həmin Xudat şəhəri ərazisində gəzən zaman yolun kənarından yerdən 01 (bir) ədəd qara rəngli sellofan büküm olmasını görüb götürmüşdür. O, həmin sellofan bükümün içərisinə baxan zaman orada narkotik vasitə heroin olmasını bilmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 23 iyul 2023-cü il tarixdə, saat təxminən 17:00 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində gəzən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, saxlanmasında və satışında şübhəli olmağını bildirərək onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının üzərində narkotik vasitə olmasını bildiyini başa düşmüşdür, lakin polis əməkdaşlarının yanında narkotik vasitə heroini üzərindən ata bilməmişdir. Bundan sonra o polis əməkdaşları ilə Xudat PB-yə getmiş və dövlət hesabına vəkillə təmin edilmişdir. Daha sonra vəkil X4 iştirakı ilə üzərinə video çəkilişlə şəxsi axtarış prosesi həyata keçirilmişdir və şalvarının sol yan cibindən qara rəngli sellafon bükümü aşkar edilmişdir. Həmin bükümün içərisinə baxılan zaman isə yerdən tapdığı narkotik vasitə heroin aşkar edilmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra aşkar edilmiş heroin kütləsi onun və vəkilinin iştirakı ilə içərisi ekpertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı hər hansı zor və təziq tətbiq olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini tapmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə məlumat daxil olub. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılıb. 23 iyul 2023-cü il tarixdə, saat 13:00-da onlar Təqsirləndirilən şəxs2 yaşadığı Xudat şəhəri, Xudu Məmmədov küçəsində olmasını müəyyən etdikdən sonra həmin yerdə Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirib onu Xudat PB-nə dəvət ediblər. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla Xudat PB-nə gəlib və polis bölməsində müdafiəçisinin də iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 könüllü olaraq üzərində olan şalvarın cibindən bir ədəd büküm çıxararaq təqdim edib. Həmin bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilib. Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik vasitə heroin olmasını, Təqsirləndirilən şəxs1 adlı Xudat şəhər sakinindən 10 manat müqabilində almasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirib. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda narkotik vasitə olmasını bildirdiyindən Təqsirləndirilən şəxs2 iştirakı və razılığı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilib. Baxış zamanı sonuncunun evindən 01 ədəd torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilib. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni zibillikdən tapdığını və şəxsi istifadəsi üçün yaşadığı ünvanda saxladığını bildirib. Bundan başqa həmin gün Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini aldığını bildirdiyi şəxs Təqsirləndirilən şəxs1 Xudat PB-nin əməkdaşları tərəfindən bölməyə dəvət edilib. Polis bölməsində Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçirilərkən o, könüllü olaraq üzərində olan şalvarın cibindən 01 ədəd siqaret paketini çıxarıb və həmin siqaret paketinin içərisindən qara rəngli bükümü təqdim edib. Həmin bükümün içərisinə baxılan zaman orada narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilib. Təqsirləndirilən şəxs1 həmin maddəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirib. Təqsirləndirilən şəxs1 heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirib. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməyib, lakin onun üzərinə şəxsi axtarış keçirilməsində iştirak edib. Ayaz saxlanılanda yanında başqa heç kim olmayıb. Məhkəmədə iştirak etməyən Şahid4 ibtidai sitintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etdiyi müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şahid2 ifadəsində göstərdi ki, 23 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş və həmin məlumat əsasında şəxs saxlanıldıqdan sonra, sonuncunun üzərinə Xudat PB-də şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürlüb. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə heroini Xudat şəhər sakini Təqsirləndirilən şəxs1 adlı şəxsdən 10 manat müqabilində almasını bildirdiyindən 23 iyul 2023-cü il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs1 yerini müəyyən etdikdən sonra həmin yerdə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli olduğunu bildirib və sonuncunu Xudat PB-nə dəvət ediblər. Polis bölməsində Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçirilərkən o, könüllü olaraq üzərində olan şalvarın cibindən 01 ədəd siqaret paketini çıxarıb və həmin siqaret paketinin içərisindən qara rəngli bükümü təqdim edib. Həmin bükümün içərisinə baxılan zaman orada narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilib. Təqsirləndirilən şəxs1 həmin maddəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirib. Təqsirləndirilən şəxs1 heç bir şəxsə narkotik vasitə və psixotrop maddə satmadığını bildirib. Şahid ona verilən suallara cavab olaraq bildirdi ki, Ayazın saxlanılması tədbirində iştirak etməyib. Təqsirləndirilən şəxs1 üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitəni tapdığını deyib. O və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilməyib. Həm Ayaz ifadəsində narkotik vasitəni Vüqardan aldığını dediyi üçün, həm də Vüqarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğu üçün Vüqar saxlanılıb. Təqsirləndirilən şəxsin üzərinə heç kim narkotik vasitə qoymayıb. Həmin narkotik vasitəni Vüqar şəxsi axtarış zamanı özü təqdim edib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 iyul 2023-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın sol yan cibindəki 01 (bir) ədəd bükümdən daha sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi haqqında 23 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağındakı dolabın alt sol gözündəki sellofan torbanın içərisində daha sonradan narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 23 iyul 2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarın sol yan cibindəki 01 (bir) ədəd bükümdə daha sonradan narkotik vasitə heroin olması müəyyən edilən maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması barədə və Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə protokollara əlavə edilmiş disklərdəki videogörüntülər nümayiş etdirilmiş və həmin videogörüntülərlə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokollarda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər arasında üzləşdirmə aparılmış və üzləşdirmə zamanı onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı söyləyiblər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3984 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş” sözləri qeyd olunan zərfdəki 01 ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 1,505 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” sözləri yazılan zərfdəki 01 ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 7,162 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş” sözləri qeyd olunan zərfdəki 01 ədəd gümüşü rəngli folqa bükümdə olan heroin üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” sözləri yazılan zərfdəki 01 ədəd qara rəngli sellofan bükümdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1 siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-7/1064 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sellofan torbada təmiz çəkisi 310,0 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 5894 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 oğlunda opoidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli, 6118 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 opoidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,455 qram olan narkotik vasitə heroin, onun yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,112 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı mənzilə, Təqsirləndirilən şəxs1 isə üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 04 (dörd) ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Xudat şəhər İƏD üzrə nümayəndiliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddətdə Təqsirləndirilən şəxs2 haqqında Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Xudat MKTİ-dən təqdim edilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddətdə Təqsirləndirilən şəxs1 haqqında Xudat MKTİ-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” X6 daxil olmuş və cinayət işi materiallarına əlavə edilərək tədqiq olunan, xx.xx.2024-cü il tarixli, 18-1-43/2-1542/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə “Alkoqol qəbulundan yaranmış psixi və davranış pozuntuları” diaqnozu ilə xəstəxananın TTY (acil) bölməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş və cinayət işi materiallarına əlavə edilərək tədqiq olunan, xx.xx.2024-cü il tarixli, 3-13-79/2-21573/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutularaq Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və təqsirləndiirlən şəxslərin keçirilmə qrafikinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridaxanasına təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş tibbi müayinə keçirilməsinə dair sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində ağrılar, təngnəfəslik və ürək tələsməsi kimi narahatlıqları olmuş və o, acil servisə aparılmışdır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun törətdiyi əməl özünün etirafedici və şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi digər Təqsirləndirilən şəxs2 və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları, üzləşdirmə protokolları, mötəbər dəlillər və sübutlar ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 ibtidai araşdırma və məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, o, narkotik vasitənin satışı ilə məşğul olmadığını, lakin üzərindən aşkar edilmiş narkotik vasitənin onun olmasını qəbul etmişdir. Həmçinin ibtidai istintaq zamanı, barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən fiziki təzyiqlərə məruz qalması və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə heç nə deməmişdir. X11 narkotik vasitə satmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin xüsusat Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, həmçinin üzləşdirmə protokolu və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş sorğulara cavab məktublarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanaya döyüldüyü üçün aldığı xəsarətlərə görə deyil, “alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları” diaqnozu ilə yerləşdirilmişdir. Bundan əlavə o, Xaçmaz RPİ-nin müvəqqəti saxlama yerinə daxil olarkən hər hansı xəsarət aldığını deməmiş, sadəcə ağrıları olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ibtidai araşdırma və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin çox olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair verdiyi ifadəsini məhkəmə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin digər təqsirləndiirlən şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin (CM-nin 234.1) sanksiyasında nəzərdə tutulmuş həddə, Təqsirləndirilən şəxs1 isə təqsirli bilindiyi maddənin (CM-nin 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəza müddətinə hesablanmaqla çıxılmalı, təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə hökmün elan olunduğu və təqsirləndirilən şəxsin məhkəmə iclas zalında həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edildiyindən və təyin olunan cəza çəkilməli olduğundan qeyd olunan qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsə alınmalı və cəza çəkməsinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və 25 iyul 2023-cü il tarixdə barəsində Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay müddətinə 23 iyul 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 19 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni 23 sentyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək uzadılmış, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddət ərzində barələrində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,455 qram olan narkotik vasitə heroin, onun yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,112 qram olan narkotik vasitə heroin məhv edilməli və iş materiallarında olan 04 (dörd) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 104,50 (yüz dörd manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs1 32,50 (otuz iki manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 23 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 13 sentyabr 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinin məhkəmədə xidmət aparan polis əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,455 qram olan narkotik vasitə heroin, onun yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 309,95 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,112 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs1 32,50 (otuz iki manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs2 104,50 (yüz dörd manat əlli qəpik) manat məbləğində olmaqla, cəmi 137 (yüz otuz iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-427/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-427/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver