Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-428/2023 10.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu Yergüc kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Xaçmaz rayonu Yergüc kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx.xx.1991-ci il tarixdə Dəvəçi rayonu Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Abdiyev X4 Şıxsa İlham oğlu ilə birlikdə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, küllü miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək məqsədilə Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində, Uzunoba- Qaracəlli kənd yolunun Uzunoba kəndindən Qaracəlli kəndi istiqamətinə doğru 1 km məsafədə olan yolun sağ tərəfindəki torpaq yolla meşəyə doğru 800 metr məsafədə yerləşən, ağaclarla və sıx kollarla əhatə olunmuş meşə sahəsinə Təqsirləndirilən şəxs2 tərəfindən əldə olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin aprel ayında torpağa basdıraraq əkmiş və əkdikləri həmin toxumlardan yetişən 1233 (min iki yüz otuz üç) ədəd çətənə bitkisinə 01 iyun 2022-ci il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları küllü miqdarda kultivasiya etmiş, Təqsirləndirilən şəxs2 həmçinin satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, bu faktlar Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 iyun 2022-ci il tarixdə yuxarıda qeyd olunan meşə sahəsinə saat 13:40-15:15 müddətində baxış keçirilən zaman, həmin yerdən 1233 (min iki yüz otuz üç) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 15000,0 (on beş min) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, habelə ümumilikdə 75,41 qram olmaqla, 3 ədəd sellofan torbanın içərisindən müvafiq olaraq təmiz çəkiləri 11,01 qram, 26,40 qram və 38,0 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş (əkmə və yetişdirmə), Təqsirləndirilən şəxs2 həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələri meşədə əkmişlər, toxumları isə tanışlardan almışdır. Onlar narkotik vasitələri əkərkən aşkar olunan qədər çox sayda bitkinin böyüyəcəyini düşünməmişlər. Narkotik vasitələri əkdikləri yer o qədər də böyük olmamışdır. Meşədə boş yer tapmış, narkotik vasitəni həmin boş ərazidə-talada əkmişlər. Birinci dəfə əkdiklərindən sonda nə qədər toxumun böyüyəcəyini bilmədikləri üçün toxumları sıx şəkildə əkmişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, qurudulmuş marixuananı da taladakı kollardan əldə etmiş, köhnə yarpaqlardan hazırlamışlar. Qurudulmuş marixuana yararsız olduğu üçün paketə yığmışlar. Toxumların bir hissəsini plastik qaba, bir hissəsini torpağa əkmişlər. Həmin toxumlardan nə qədər kol çıxacağını bilməmişlər. Məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən bir narkotik vasitədən istifadə etmişdir. Hər dəfə kimdənsə almaqdansa Fəridlə birlikdə əkib az-az istifadə etmək qərarına gəlmişlər. Bu qədər çox toxumun böyüyüb inkişaf edəcəyini gözləməmişlər. İlk öncə plastik stəkanlarda əkmiş, onların da çoxu yrarsız olmuş, yararlı olanları seçib torpağa əkmişlər. Əvvəllər belə bir təcrübələri olmamış, ilk dəfə belə bir işə baş qoşmuşlar. Telefonda videolara baxa-baxa həmin kolları əkib becərmişlər. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq Fəridlə dost olduqlarını, birlikdə narkotik vasitə istifadə etdiklərini, sonradan məsləhətləşərək istifadə etmək üçün toxum tapıb əkdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq kolların olduğu kəndin yaxınlığında yaşadıqlarını, toxumları əkmək üçün əvvəlcə meşəni gəzdiklərini, narkotik vasitə toxumlarını əkdikləri yerin yaxınlığından su keçdiyini, suvarmada həmin sudan istifadə etdiklərini, narkotik vasitələrin əkilməsi barədə yəqin ki, meşəbəyi, ya da həmin ərazidən keçən şəxslər tərəfindən polisə məlumat verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 01 il əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxi olmuş, həmin məlumat rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Narkotik vasitə tərkibli bitkilərin əkildiyi ərazi müəyyən edilib nəzarətə götürülmüş və keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Əməliyyat məlumatı ilə bağlı hadisə yerinə gedərkən hər iki şəxs hadisə yerində olmuş və hadisə yerində 1.200-dən çox bitki olmuşdur. Bitkilərin hamısı sayılaraq götürülmüş, hər iki təqsirləndirilən şəxs törətmiş olduqları əməli etiraf etmişdirlər. Şahid məhkəmə tərkibinin suallarına cavab olaraq narkotik vasitə tərkibli bitkilərin əkildiyi sahənin Qaracəli kəndi ərazisində yerləşən meşə massivində olduğunu, sahənin meşədəki kolluqların içərisində yerləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərin yaşadığı ünvan bitkilərin əkildiyi sahədən aralıda yerləşsə də piyada getmək də mümkün olmuşdur. Ətrafda meyvə bağları olduğundan bağlara gedən su xətti olmuş, həmin sahə də bağlardan kənarda yerləşmiş, yəni lap da meşənin ortasında olmamışdır. Təxminən 1.200dən çox kol olmuş, video çəkiliş zamanı da hamısı bir-bir sayılmışdır. Böyük kollar təxminən 40-50 santimetr uzunluğunda olmuş, eyni zamanda balaca kollar da olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 bildirmişdir ki, post partul xidmətinin əməkdaşı olduğundan onda əməliyyat məlumatı barədə heç bir məlumat olmamış, Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımışdır. Polis əməkdaşları ilə birlikdə talaya getdikdə 30-40 santimetr böyüklükdə narkotik vasitə tərkibli kollar olmuşdur. Kolların olduğu sahə kəndlərin arasındakı meşə massivində yerləşmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 bildirmişdir ki, bitkilərin aşkar olunduğu ərazi Qaracəli kəndinin yaxınlığında yerləşir. Narkotik vasitə tərkibli kolların sayı külli miqdarda, təxminən 1.200 yaxın olmaqla balaca boy kollar olmuşdur. Kollara qulluq olunmuş, ancaq boyları o qədər də uzun olmamışdır. Şahid3 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 01 iyun 2022-ci il tarixdə Xaçmaz rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə məlumat daxil olmuşdur. Məlumatı Xaçmaz RPŞ-nin rəhbərliyinə raportla məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində olan meşə sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri müəyyən edilmişdir. Bununla bağlı həmin əraziyə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, aqronom və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin Xaçmaz rayonu Uzunoba kəndi ərazisində yerləşən meşə sahəsində Fərid və Şıxsanın kolluqları təmizləyərək çətənə bitkiləri əkmələri həmin yerdə gecələmək və bitkilərə qulluq etmələri üçün çadır qurduqları, müxtəlif məişət əşyaları gətirdiklərini görmüşlər. Baxış zamanı oradan ümumilikdə 1233 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri, cücərmiş və cücərməmiş toxumlar, qurudulmuş marixuana həmçinin məişət əşyaları aşkar edilərək götürülmüşdür. Bundan başqa oradan çadır və müxtəlif məişət əşyaları həmçinin barmaq izləri aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş həmin bitkiləri özülərinin əkərək kultivasiya etdiklərini, Təqsirləndirilən şəxs2 isə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmasını bildirmişdir. Onlar həmçinin çadır və məişət əşyalarını özlərinin oraya gətiriklərini, əkdikləri bitkilərə qulluq etmək məqsədilə orada qaldıqları zaman onlardan istifadə etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şifahi olaraq hər hansı bir şəxsə narkotik vasitə satmadıqlarını bildirmişlər. Şahid4 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, Xaçmaz şəhəri, Musabəyov küçəsi, ev 9-da yaşayan Təqsirləndirilən şəxs2 və Xaçmaz şəhəri, H.Əliyev küçəsi, ev 27-də yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 01 iyun 2022-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, hadisə yeri Xaçmaz rayonu, Uzunoba kəndi ərazisində, Uzunoba-Qaracəlli kənd yolunun Uzunoba kəndindən Qaracəlli kəndi istiqamətinə doğru 1 km məsafədə olan yolun sağ tərəfindəki torpaq yolla meşənin içərilərinə doğru 800 metr getdikdə ağaclarla və sıx kollarla əhatə olunmuş meşə sahəsidir. Baxış keçirilən ərazi ağacların və kolların olmadığı meşə sahəsidir. Həmin sahədə sıra ilə çətənə kolları əkilmişdir. Çətə kollarının bir xətt üzrə əkilməklə diblərinin bellənmiş və nəm vəziyyətdə olduğu görünür. Kolların ətrafında müxtəlif təyinatlı məişət əşyalarının (ağ plastik vedrələr, bel və s.) olduğu görünür. Kollar kiçik ölçülü olmaqla baxışda iştirak edən şəxslərin də iştirakı ilə torpaqdan çıxarılaraq iti torbalara yığılır. Daha sonra baxış iştirakçıları təqsirləndirilən şəxslərlə birlikdə həmin ərazidən ağacların və kolların arasından keçməklə başqa sahəyə gəlir. Həmin sahədə də torpaqda və kiçik plastik qablarda yetişən çətənə kollarının olduğu görünür. Həmin kollarda yığılmaqla qablaşdırılır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara verilən suala cavab olaraq həmin kolların da onlar tərəfindən 1 ay əvvəl əkildiyini göstərirlər. Cinayət işinin materiallarında olan 01 iyun 2022-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, aşkar edilmiş ümumilikdə 1233 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 7/561 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş 7 ədəd torbada ümumi sayı 1233 ədəd olan yaş vəziyyətdə ümumi çəkisi 15000,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. 3 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,01 qr, 26,40 qr və 38,0 qram olmaqla, ümumi çəkisi 75,41 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə daktiloskopik ekspertizasının 05 iyul 2022-ci il tarixli 3/789 saylı rəyinə əsasən təqdim edilmiş 3,6,8”a”,”b”,”c”,9 və 10 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 3 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağından, 6 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin böyük barmağından, 10 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sağ əlinin orta barmağından, 8”a”saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sol əlinin şəhadət barmağından, 8”b”saylı daktilolentin səthindəki əl-barmaq, izi onun sağ əlinin adsız barmağından, 8”c” saylı daktilolentin səthindəki əl-barmaq izionun sol əlinin orta barmağından, 9 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sağ əlinin çeçələ barmağından qalmışdır. Komisyon kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2415 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyacan vəziyyətində olmamışdır. Komisyon kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2414 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə narkoloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 7001 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6954 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannabioidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispansrində profilaktik qeydiyyata alınması məsləhət görülür. 15 iyun 2022-ci il tarixli qərarla hadisə yerinə baxış nəticəsində aşkar edilərək götürülmüş 479 ədədi dibçəkdə əkilməklə 1233 ədəd çətənə bitkisi, 3 ədəd sellofanda 75,41 qram qurudulmuş marixuana, 1 ədəd tava, 1 ədəd qaz sobası, 1 ədəd çadır, 1 ədəd göy rəngli polietilen örtük, 1 ədəd 1 litrlik içərisində günəbaxan yağı olan plasmas qab, 1 ədəd şirə qabı, 1 ədəd çaydan, 1 ədəd termos, 2 ədəd yastıq, 2 ədəd yorğan, 2 ədəd plastik vedrə, 2 ədəd ağ rəngli plastik qab, 1 ədəd qayçı, 1 ədəd USB naqil, 2 ədəd bel, 1 ədəd yaba, 1 ədəd dırmıq, 1 rulon falqa, 12 ədəd daktilolent cinayət işi üzrə maddi sübut kimi tanınmışdırlar. Həmçinin 30 yanvar 2023-cü il tarixli qərarla baxış keçirilməsinin nəticələrini əks etdirən bir ədəd disk maddi sübut qismində tanınmışdır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Xaçmaz rayon İcra hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında yaşayır, ailə tərkibi atası X10 və anası X3 ibarətdir, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Xaçmaz rayon İcra hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşayır, yaşadığı ərazidə müsbət xarakterizə olunur, ailə tərkibi anası X1 ibarətdir. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3 və 234.1ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə öz müdafiələri üçün heç bir dəlil gətirməmişdirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 237.2.1, 237.2.3 və 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 237.2.1, 237.2.3 və 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 atası X2 Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Xaçmaz rayon məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmışıdır. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində Xaçmaz rayon məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmışıdır. 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən onlar barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, Fərid Abdiyevin 01 iyun 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 5 ay müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 5 müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan 479 ədəd içərislərində çətənə bitkisi əkilmiş dibçəklər, 1233 ədəd çətənə bitkisinin 14996,50 qram qalığı, qurudulmuş marixuananın 75,260 qram qalıqları, 1 ədəd göy rəngli polietilen örtük, 1 ədəd 1 litrlik içərisində günəbaxan yağı olan plasmas qab, 1 ədəd şirə qabı, 1 rulon falqa, 2 ədəd plastik vedrə, 2 ədəd ağ rəngli plastik qab, 1 ədəd tava, 1 ədəd qaz sobası, 1 ədəd çadır, 1 ədəd termos, 2 ədəd yastıq, 2 ədəd yorğan dəyəri olmadığı üçün məhv edilməlidir. Bir ədəd CD disk və 12 ədəd daktilolentin iş materiallarında saxlanması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd USB naqil, 2 ədəd bel, 1 ədəd yaba, 1 ədəd dırmıq, 1 ədəd qayçı xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə müəyyən edilmiş 248 (iki yüz qırx səkkiz) manat məbləğində ekspertiza xərcinin 124 manat məbləğində hissəsinin Təqsirləndirilən şəxs2, 124 manat məbləğində hissəsinin isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il müddətə müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs2 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 iyun 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 5 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 6 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 iyun 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 5 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 479 ədəd dibçək, 1233 ədəd çətənə bitkisinin 14996,50 qram qalığı, qurudulmuş marixuananın 75,260 qram qalıqları, 1 ədəd göy rəngli polietilen örtük, 1 ədəd 1 litrlik içərisində günəbaxan yağı olan plasmas qab, 1 ədəd şirə qabı, 1 rulon falqa, 2 ədəd plastik vedrə, 2 ədəd ağ rəngli plastik qab, 1 ədəd tava, 1 ədəd qaz sobası, 1 ədəd çadır, 1 ədəd termos, 2 ədəd yastıq, 2 ədəd yorğan dəyəri olmadığı üçün məhv edilməli, bir ədəd CD disk və 12 ədəd daktilolentin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd USB naqil, 2 ədəd bel, 1 ədəd yaba, 1 ədəd dırmıq, 1 ədəd qayçı xüsusi müsadirə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 248 manat (iki yüz altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 124 manat (yüz iyirmi dörd ) manat və Təqsirləndirilən şəxs1 124 manat (yüz iyirmi dörd ) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-428/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-428/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver