Məhkəmə qərarları › İş №1(124)-428/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-428/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-428/2024 05.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1971-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla ödənilməmiş və götürülməmiş, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi Köryədi kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə işinə Sumqayıt Məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 39,079 qram miqdarında kustar üsulla narkotik vasitə - heroin və 57,908 qram miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edərək, həmin heroini əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofanda saxlamaqla daşımış, qurudulmuş marixuananı isə yaşadığı ünvan 1-də evin mətbəx otağında olan dolabda bir ədəd sellofanda saxlamış, 24 avqust 2023-cü il tarixdə BNMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10 dəqiqədə Xızı rayonu Sitalçay hərbi şəhərcik ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, saat 18:40 dəqiqədən saat 18:50 dəqiqəyədək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofanda külli miqdarda 39,079 qram miqdarında narkotik vasitə - heroin, 24 avqust 2023-cü il tarixdə saat 20:20 dəqiqədən saat 20:30 dəqiqəyədək olan müddət ərzində yaşadığı evə Təqsirləndirilən şəxs yazılı razılığı, müdafiəçi ilə birlikdə iştirakları ilə, videoçəkilişlə keçirilmiş baxış zamanı evin mətbəx otağında olan dolabdan 57,908 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununlada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3- cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Avqust ayının 23-də üç-dörd radələrində onu saxlamışlar. X20 zəng edib onunla görüşmək istədiyini bildirmişdir. O onunla görüşmüşdür. O ümumilikdə altmış qram marixuana götürmüş və bunun müqabilində 300 manat pul vermişdir. Sumqayıt bazarı adlanan əraziyə gəlmiş və narkotiki oradan götürmüşdür. Daha sonra Quliyev Azər onun yanından getmişdir. Ağ avtomobillə getmişdir. O gəlmiş və pensiya kartını yoxlamaq istəmiş və ondan sonra evə getməyi düşünmüşdür. Əlində balaca ağ paket olmuşdur. Kartı orada yoxlamış, saat ikiyə və ya üçün yarısına kimi orada gözləmişdir. Orada maraqlanmışdır ki, pul ayın 25-nə qalmış və bundan sonra taksiyə oturaraq evə getmişdir. Həmin vaxt taksi üçün 2111 nömrəsinə zəng etmişdir. Taksi sürücüsü ilə hərəkət edərkən yolda avtomobili bir dənə qara BMW və başqa bir avtomobil saxlatdırıb ani olaraq aşağı düşmüşlər. Bundan sonra polis bir dənə tapança atmış və onunla onu tutmuşlar. Orada ona zor edib,onu yaşadığı evə aparmışlar. Evinin yan tərəfindən iki dənə ev vardır. Birində yaşayış yoxdur. Həmin ev baxımsızdır. Oranı axtarıb heç nə aşkar etməmişlər.Bir saat axtarmışlar. Ordan onu Xızı rayonu Polis Şöbəsinə getirmişlər. Ora getdikdən sonra onu üç saat saxlamışlar və narkotiklə qeydiyyata salmışlar. Polis şöbəsində üç saat qaldıqdan sonra video çəkiliş olmuşdur. Hardasa axşam saat səkkiz ya da doqquz olar idi ki, üç nəfər gəlmiş və o sonradan onlardan birinin müstəntiq olduğunu bilmişdir. Digəri də təhqiqatçı Anar adlı şəxs idi. Onlar otağa girəndən sona onu çölə çıxarmışlar və o on beş dəqiqə polisin dəhlizində gözlədikdən sonra təkrar içəri daxil olduqda telefonunu və narkotik vasitə ağ paketdə ona vermişlər, cibinə qoymasını istəmişlər. O həmin narkotiki götürmək istəməmiş, bu halda ona zor tətbiq etmişlər. Buna baxmayaraq o, razılaşmadıqda onun ailəsini polis bölməsinə gətirməklə hədələdiklərinə görə məcbur qalıb razılaşaraq qol çəkmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən təxminən 2 ildir ki, qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitəni siqaret tüstüsünə qarışdırıb tüstüsünü udmaqla qəbul etmişdir. 24 avqust 2023-cü il tarixdə saat 17 radələrində Xızı şəhəri Sitalçay hərbi şəhərcik ərazisində qardaşı Şahid3 ilə piyada gəzişərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək özlərini ona polis əməkdaşları kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Xızı RPŞ- nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olundu və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya var isə çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan şalvarın sol yan cibindən bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi, bir ədəd üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan ona aid “Samsung” markalı mobil telefon, bir ədəd açarı, şalvarın sağ yan cibindən isə bir ədəd sellofanda narkotik vasitə - heroin çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya və ya pedmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Heroin kütləsinin çəkisi 41 qram olmuşdur. Sonra aşkar edilmiş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi bu barədə izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar isə ona qaytarılmışdır. Daha sonra həmin narkotik vasitə - heroinin aşkar edilməsinə dair protokol tərtib olunmuş, uca səslə oxunmuş və o düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən Sumqayt şəhərində 21 avqust 2023-cü il tarixdə onun qeyd etdiyi ünvanlara çatdırmaq üçün almışdır. Bunun üçün o 200 manat pul almışdır. Həmçinin, həmin narkotik vasitədən heç kəsə satmamış və bağışlamamışdır. Daha sonra təhqiqatçı ondan başqa yerdə qanunsuz əşya və ya predmet saxlayıb saxlamadığını soruşduqda o təhqiqatçıya Sitalçay hərbi şəhərcik ev 9, mənzil 12 ünvanında narkotik vasitə - qurudulmuş marixuana olmasını söyləyərək yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. O, müdafiəçisi və digər polis əməkdaşları yaşadığı evə getmişlər. Baxış zamanı o evinin mətbəx otağında olan dolabda bir ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı, həmçinin elektron tərəzini təqdim etmişdir. Sonra onun razılığı ilə yaşadığım evin digər hissələrinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra həmin kütlə elektron tərəzidə ölçülmüş və çəkisi 64 qram olmuşdur. Həmin narkotik vasitə - qurudulmuş marixuana və elektron tərəzi ağ rəngli zərfdə qablaşdırılmış, DİN 7 saylı möhürü ilə möhürlənmişdir. O, müdafiəçisi və təhqiqatçı tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra həmin narkotik vasitə - qurudulmuş marixuananın aşkar edilməsinə dair protokol tərtib edilmiş, uca səslə oxunmuş və o protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, 24 avqust 2023-cü il tarixdə saat 18:40 dəqiqədən saat 18:50 dəqiqəyədək olan müddət ərzində Xızı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, həmin vaxt əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofanda narkotik vasitə - heroin, həmin tarixdə saat 20:20 dəqiqədən 20:30 dəqiqəyədək olan müddət ərzində yaşadığı evdə keçirilən baxış zamanı evin mətbəx otağında olan dolabdan narkotik vasitə - qurudulmuş marixuana və tərəzi aşkar edilmişdir. Aşkar edilmiş heroin, qurudulmuş marixuana və tərəzi ona məxsus olmuşdur. O, tutularkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən polis əməkdaşları ona heç bir zor və təzyiq tətbiq etməmişlər. Onun heç bir xəsarəti olmamış, polis əməkdaşlarından şikayət etməmiş, ekspertiza müayinəsindən keçmək istəməmişdir. Onun şüuru aydın olmuş, o, ifadəsini sərbəst şəkildə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xızı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. O daxil olmuş məlumatı həmin gün raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Qənbərin cinayət əməlini ifşa etmək üçün onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o Qənbərin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, onun üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin 24 avqust 2023-cü il tarixli 3-3-7/Ə312/2023 saylı əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. O həmin qrupun rəhbəri təyin edilmişdir. 24 avqust 2023cü il tarixdə saat 17 radələrində onlar Sitalçay hərbi şəhərcik ərazisində olmuşlar və o Qənbəri yanında başqa şəxslə piyada hərəkət etdiyini görmüşdür. Onlar Qənbərə yaxınlaşmışlar. O Qənbərə yaxınlaşıb qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xızı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə mənə əməliyyat məlumatının daxil olduğunu, onun saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Sonra Təqsirləndirilən şəxs əməliyyat şəraiti və təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xızı rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Qənbərin yanında olan Şahid3 isə Xızı rayon polis şöbəsinin inzibati binasına dəvət edilmişdir. O Qənbərin gətirilməsi barədə raport yazaraq Qənbəri təhqiqatçıya təhvil vermişdir. Təhqiqatçı Qənbəri şübhəli şəxs qismində tutmuşdur. Qənbər Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X14 rayon polis şöbəsinə dəvət edilmiş və Qənbərə təqdim edilmişdir. Xidməti iş otağında təhqiqatçı onun, Şahid3 və Pərvanə Hüseynovanın iştirakı ilə Qənbərin üzərində şəxsi axtarış aparmışdır. Baş əməliyyat müvəkkili Şahid2 “Sony” markalı video kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Təhqiqatçı Qənbərə hüquq və vəzifələrini sadalamış, iştirakçılar haqqında məlumat vermiş, üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Qənbər əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir ədəd Qənbərin özünə aid şəxsiyyət vəsiqəsi, bir ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung markalı mobil telefon və bir ədəd açarı, şalvarın sağ yan cibindən isə bir ədəd sellofanda açıq-qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə - heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Qənbərin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, maddə və predmet aşkar edilməmişdir. Daha sonra Qənbərin təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi 41 qram olmuşdur. Bir ədəd açar Qənbərə qaytarılmışdır. Qənbərə verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3 gün əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 200 manat pul verəcəyini, heç kimə narkotik satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 1 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid3 isə qardaşı Qənbərin narkotik vasitə istifadəçisi olduğundan və üzərində daşımasından xəbərsiz olduğunu qeyd etmişdir. Bundan sonra Qənbərin üzərində keçirilən şəxsi axtarış başa çatmışdır Qənbərin üzərindən aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd Samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi bu barədə Qənbərə izahat verildikdən sonra götürülmüşdür. Təhqiqatçı protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Qənbər polis əməkdaşları tərəfindən yaşadığı həmin ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, bu barədə ərizə təqdim etmişdir. Onun, təhqiqatçının, Qənbərin və onun müdafiəçisi Pərvanə Hüseyovanın iştirakı ilə Qənbərin yaşadığı ünvana baxış keçirilmişdir. Baxış zamanı baş əməliyyat müvəkkili Şahid2 tərəfindən “Sony" markalı kamera cihazı vasitəsi ilə videoçəkiliş aparılmışdır. Həmin ünvanda Qənbərə təhqiqatçı tərəfindən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağında olan dolabdan bir ədəd ağ sellofanın içərisindən bir ədəd elektron tərəzi və açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin kütlənin çəkisi 64 qram olmuşdur. Qənbər təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin və tərəzinin ona məxsus olduğunu, həmin kütləni sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məmməd" adlı şəxsdən Sumqayıt şəhəri ərazisində 3 gün əvvəl istifadə etmək məqsədi ilə əldə etdiyini, sonuncunun ona narkotik vasitəni pay verdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Daha sonra qurudulmuş marixuanaya bənzər kütlə və tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi. Təhqiqatçı protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid1 həmçinin, ifadəsində göstərmişdir ki, şəxsi axtarış və baxış zamanı zamanı Qənbərin üzərindən aşkar edilmiş 39,079 qram miqdarında narkotik vasitə - heroini və evindən aşkar edilmiş 57,908 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı haradan əldə etməsi, eləcə də hər hansı bir şəxsdən alması barədə ona məlumat daxil olmamış, şəxsi axtarış və baxış zamanı Qənbər heroini və qurudulmuş marixuananı 3 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Məmməd" adlı şəxsdən Sumqayıt şəhərində almasını bildirmişdir. Qənbər qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Xızı rayonu ərazisində dövriyyəsi ilə məşğul olmuşdur. Qənbərin üzərindən aşkar edilmiş heroini və evindən aşkar edilmiş quruduluş marixuananı onun satmaq məqsədi olmuşdur. O, Qənbəri əvvəllər tanımamış, Qənbərlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, usta işləyir. O, işdə olarkən qardaşının yoldaşı ona zəng vuraraq 97 yaşlı nənəsinin onu gömək istədiyini və ona görə də ora gəlməsini bildirmişdir.Bundan sonra qardaşı Təqsirləndirilən şəxs evinə getmiş, qardaşının harada olmasını soruşmuş və onun bir azdan gələcəyini bildirmişlər. Evdə çay içərkən saat təxminən üçün yarısı Təqsirləndirilən şəxs ilə birlikdə evə dörd beş nəfər daxil olmuş və qardaşının şübhəli şəxs qismində saxlanıldığını, evdə axtarış aparılacağını bildirmişlər. Evdə axtarış apardıqdan sonra heç nə tapmayıb qardaşını polis şöbəsinə aparmışlar. O da polislərlə birlikdə qardaşı ilə getmişdir. Saat təxminən 11-12 radələrində masanın üstündə paket və üç və ya dörd ədəd yarpağı ona göstərərək qardaşından aşkar olunduğunu bildirmişlər. Təqsirləndirilən şəxs aşkar olunan 41 qram narkotik düzgündür, ona demişlər ki, qardaşından aşkar olunub. Bundan sonra Şahid3 video çəkilişə baxaraq oradakı şəxsin özününü olduğunu ancaq qardaşının cibindən narkotikin aşkar olunduğundan xəbəri olmadığını bildirdi. Narkotik vasitə tərəziyə qoyularkən ona gəlib baxmasını bildirmişlər. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan ifadəsi elan olunmaqla araşdırılmışdır. İbtidai istintaq zamanı Şahid3 ifdəsində göstərmişdir ki, bənnalıqla məşğul olmaqla qazancını təmin etmişdir. Təqsirləndirilən şəxs onun kiçik qardaşı olmuşdur. Qardaşı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə uzun müddət onunla görüşməmişdir. 24 avqust 2023-cü il tarixdə saat 11 radələrində qardaşı Qənbərin həyat yoldaşı Nigar ona telefonla zəng edərək anası Bibixanımın səhhətinin yaxşı olmadığını, anasının onu görmək istədiyini söyləmişdir. O iş yerimdən icazə alaraq həmin gün saat 15 radələrində qardaşı Qənbərin ailəsi ilə birlikdə yaşadığı Xızı rayonu hərbi şəhərcik ərazisinə gəlmişdir. Qənbərin evində anası ilə görüşüb onunla bir qədər söhbətləşmişdir. Daha sonra o Qənbərlə bayıra çıxıb anasının səhhəti ilə bağlı söhbətləşmişlər və Qənbər ona analarını müalicəyə aparacağını bildirmişdir. Bir qədər söhbətləşdikdən sonra saat 17 radələrində Xızı şəhəri Sitalçay hərbi şəhərcik ərazisində 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşları kimi təqdim edib Qənbərin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlərlər. Qənbərin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş Qənbəri və onu Xızı RPŞ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə Qənbər şübhəli şəxs qismində tutulmuşdur. Qənbərə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Qənbərin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Qənbərə üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya var isə çıxarıb təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Qənbər əynimdə olan şalvarın sağ yan cibindən bir ədəd özümə aid şəxsiyyət vəsiqəsi, bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon, bir ədəd açarı, şalvarının sağ yan cibindən isə bir ədəd sellofanda narkotik vasitə - heroinə bəznər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Qənbərin üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya və ya pedmet aşkar edilməmişdir. Qənbərin təqdim etdiyi heroinə bənzər maddə elektron tərəzidə çəkilişdir. Həmin maddənin çəkisi 41 qram olmuşdur. Sonra aşkar edilmiş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Qənbər, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd şəxsiyyət vəsiqəsi bu barədə Qənbərə izah verildikdən sonra götürülmüşdür. Bir ədəd açar isə Qənbərə qaytarılmışdır. Əlavə olaraq ona verilən suallar zamanı Qənbərin üzərindən narkotik vasitə olmasından və onu daşımasından xəbərim olmadığını söyləmişdir. Daha sonra həmin narkotik vasitə - heroinə bənzər maddənin aşkar edilməsinə dair protokol tərtib olunmuş, uca səslə oxunmuş və o düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xızı rayonu ərazisində döriyyəsi ilə məşğul olması bildirilir. xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1971-ci ildə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1971-ci ildə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xızı rayonu ərazisində döriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün həmin tarixdə, saat 17:10-da Xızı şəhəri, Sitalçay hərbi şəhərcəyi, ev 9 ünvanının yaxınlığında Şahid3 yanında piyada hərəkət edən zaman saxlanılaraq Xızı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. "Şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, həmin tarixdə saat 18:40 dəqiqədən saat 18:50 dəqiqəyədək olan müddət ərzində Xızı rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin istintaq hərəkətində DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Şahid3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 iştirak etmişdir. Şəxsi axtarışın aparılması DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən “Sony” markalı kamera vasitəsi ilə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd üzərində ***-***-**-** nömrəsi olan "Samsung"" markalı mobil telefon və 1 (bir) ədəd açar şalvarın sağ yan cibindən isə 1 (bir) ədəd sellofanda açıq qəhvəyi rəngli spesifik İyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi. Heroinə bənzər kütlənin çəkisi 41 (qırx bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN- in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandımışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə şübhəli şəxsə izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar Təqsirləndirilən şəxsa geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məmməd" adlı şəxsdən Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3(üç) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 200(iki yüz) manat pul verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 3 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid3 isə verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı Qənbərin narkotik vasitə istifadəçisi olduğundan və üzərində daşımasından xəbərsiz olduğunu qeyd etmişdir. “Mənzilə baxış və götürmə aparılması haqqında’’ protokoldan görünür ki, həmin tarixdə saat 20:20 dəqiqədən saat 20:30 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Sitalçay hərbi şəhərcik ev 9, mənzil 12-də yerləşən evində videoçəkiliş tətbiqi ilə baxış və götürmə aparılmışdır. Həmin istintaq hərəkətində DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 iştirak etmişdir. Şəxsi axtarışın aparılması DİN- in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən “Sony” markalı kamera vasitəsi ilə video çəkilişlə qeydə alınmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəx otağında dolabdan 1 (bir) ədəd ağ sellofanın içərisindən 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütləsinin ümumillikdə çəkisi 64 (altmış dörd) qram olmuşdur. Daha sonra həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı ünvandan aşkar olunmuş kütlənin və tərəzinin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsdən Sumqayıt şəhəri ərazisində əvvəlcədən təyin edilmiş yerdən 3(üç) gün bundan əvvəl istifadə etmək məqsədi ilə əldə etdiyini, sonuncunun ona narkotik vasitəni ona pay verdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. DİN-in Baş İnformasiya və Kommunikasiya idarəsindən daxil olmuş təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə daxil olan zəng və smslərin, həmçinin anten dairəsinin olduğu bir ədəd diskdə Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 12:57:06-dan 20 avqust 2023-cü il tarixədək saat 21:01:50-dək Sumqayıt şəhəri ərazisində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası 25 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 39,079 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək və təqdim edilmiş maddə ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası 25 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4546 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 57,908 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmişmarixuana bir obyekt olduğu üçün müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiş bir ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Məhkəmə-narkoloji ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 14 oktyabr 2023-cü il tarixli, 6534 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Xızı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 30 noyabr 2023-cü il tarixli 18- 1-83/2-443/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsdə ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Yardımlı rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2023-cü il tarixli 779 saylı tibbi arayışdan görünür ki, Yardımlı rayonu, Köryədi kənd sakini, xx.xx.1995-ci i təvəllüdlü X12 “Anadangəlmə uşaq serebral iflici G80.0” diaqnozu ilə Yardımlı MRX-da dispenser qeydiyyatında dayanır, 1-ci qrup əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 sentyabr 2023-cü il tarixli tələbnaməsindən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri məhkumluğu vardır. Xızı Rayon Məhkəməsinin 4(068)-9/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1971-ci ildə Yardımlı rayonu, Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi, Köryədi kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Xızı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin və evinə baxış keçirilən zaman marixuana aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və evinə baxış keçirilərək narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini, evində narkotik vasitənin hazırlanması üçün tərəzinin aşkar olunmasını və həmin vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirməsinə qiymət verməyi məhkəmə vacib hesab edir. İş materiallarında təqsirləndirilən şəxsin şəxsi işindən əlavə edilmiş məlumatlardan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən müxtəlif xəsarətləri aşkar olunmuşdur. Məhkəmə qeyd olunan halın araşdırılması üçün müvafiq qərar qəbul edərək prokurorluğa göndərmişdir. Qeyd olunan hall araşdırılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Azad Fətullayev tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iş materiallarında olan Xızı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirlndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, məhkəmədə üzərində narkotik vasitə olduğunu, onu satmaq fikri olmadığını, narkotik vasitəni 200 manata aldığını və İran vətəndaşının dediyi ünvana çatdırmaq məqsədilə götürdüyünü bildirmişdir. Bundan başqa saxlanılakən polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verdiyi üçün, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş materiallarındakı şəxsi axtarışa dair video görüntülərlə müqayisəli şəkildə araşdırılmışdır. Şahidin ifadəsində qeyd etdiyi xüsusatlar öz təsdiqi tapmamış və həmçinin Şahid3 vermiş olduğu ifadəsi ilə əlaqədar yaranmış ziddiyyətləri heç bir məntiqli cavabla izah edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir Şahid3 təqsirləndirilən şəxsin qardaşı olduğundan məhkəmə istintaqı zamanı qardaşının mənafeyinə uyğun ifadə vermişdir. Ona görə də məhkəmə hesab edir, Şahid3 ibtidai istintaq zamanı daha əsaslı, həqiqətə uyğun və işin hallarını düzgün əks etdirmiş bir ifadə vermişdir və həmin ifadə əsas götürülməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs onda aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi barədə göstərdiklərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs övladı X9 1-ci prup əlil olmasını (CM 59.2-ci) onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. İş materiallarından müəyyən olunur ki, Ağayev X10 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 18.2.2 maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Xızı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ümumi qalıq çəkisi 39,029 qram miqdarında narkotik vasitə heroin, ümumi qalıq çəkisi 57,858 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 137 (yüz otuz yeddi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Xızı rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ümumi qalıq çəkisi 39,029 qram miqdarında narkotik vasitə heroin, ümumi qalıq çəkisi 57,858 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd gümüşü rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar