Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-429/2023 26.04.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi, 6-cı məhəllə ərazisində yerləşən “Bələdiyyə parkında olarkən təsadüfən onunla üzbəüz gələn tanışı Zərərçəkmiş şəxs görüb ondan barəsində tanışlarının yanında arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs yenidən ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı sonuncunun onu yaxasından tutaraq itələməsinə görə, üzərində gəzdirdiyi, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan açılıb-qatlanan cib bıçağı ilə sonuncunun döş qəfəsinin sol yarısına bir dəfə zərbə vuraraq ona döş qəfəsinin sol yarısının sol döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli pnevmohemotoroksla nəticələnən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş zərər çəkmiş və şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanımış, onunla əvvəllər aralarında ədavət olmamışdır. Belə ki, Ömər onun barəsində tanışları arasında nalayiq ifadələr işlətdiyindən onunla bir dəfə münaqişə olmuşdur. Buna görə də o Ömərdən qisas almaq istəmişdir. X8 demişdir ki, 2022-ci ilin aprel ayında hərbi xidmətə gedəcəkdir, bu səbəbdən qonaqlıq təşkil edəcək və onu da həmin qonaqlığa dəvət edəcəkdir. Azad ona qonaqlığın “Zeytun” kafesində olacağını demişdir. 27 mart tarixində “Zeytun” kafesinə getmişdir. Qonaqlıda spirtli içki qəbul etmişdir. Bir müddət sonra kafenin çölünə çıxmış və yaxınlıqda olan bələdiyyə parkında tək gəzməyə başlamışdır. Parkda gəzəndə Ömərin ona tərəf gəldiyini görmüşdür. Öməri görən kimi əsəbiləşmişdir. Ömər onun yanına gəlib çatan kimi ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, də cavabında Öməri təhqir etmişdir. Mübahisə vaxtı Ömər onun yaxasından tutaraq silkələməyə və ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Ömər onu təhqir etmiş, əli ilə sifətinə toxunaraq onu vuracağı ilə hədələmişdir. Sonra isə Ömər onu kənara itələmiş və onu yerə yıxılmaq həddinə çatdırmışdır. Ömərin bu hərəkətlərindən daha da qəzəblənmiş və Öməri özündən uzaqlaşdırmaq, eləcədə qorxutmaq üçün həmin vaxt üzərində olan qara rəngli dəstəyi olan açılıb-qatlanan cib bıçağını çıxarıb Ömərin kürək nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Ömərlə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə ərzində davam etmiş, həmin vaxt onların yanında heç kim olmamış, Öməri bıçaqla vurduqdan sonra isə onun tanışı Nəriman gələrək onlara yaxınlaşmışdır. Sonradan da onların yanına başqa heç kim gəlməmişdir. Həmin vaxt Ömər yumruğu ilə onun sifətinə toxunub vuracağı ilə hədələsədə onu vurmamış və heç bir xəsarət yetirməmişdir. O, həmin bıçağı yadında qalmayan bir mağazadan təxminən 2 il əvvəl almışdır. Həmin bıçaqdan xoşuna gəldiyindən arabir üzərində gəzdirmişdir. Həmin bıçaq qara rəngli dəstəyi olan açılıb-qatlanan cib bıçağı olmuşdur. 4-cü polis bölməsinə gələn zaman qorxduğundan həmin bıçağı Bakı Sumqayıt şosse yolunda xatırlamadığı bir yerə atmışdır. Həmin yeri xatırlamadığından bıçağı təqdim edə bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmuşdur. Aralarında problem yoxdur. Vətən müharibəsində könüllü olaraq iştirak etmiş, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncuya vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, onunla əvvəllər aralarında münaqişə olduğundan ədavət yaranmışdır. 27 mart 2022-ci il tarixdə, təxminən saat 18 radələrində tanışım Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən “Bələdiyyə parkında gəzmişlər. Parkda gəzdikləri vaxt Nərimanın mobil telefonuna zəng gəlmiş və o telefonu açaraq danışa-danışa ondan uzaqlaşmışdır. O, isə parkda gəzməyə davam etmişdir. Parkda gəzəndə Sənanın da yaxınlıqda olduğunu görmüş və onu görən kimi əsəbiləşib ünvanına nalayiq ifadələr işlətmişdir. Sənan da onu söymüşdür. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. O, Sənanın yaxasından tutub silkələməyə başlamışdır. Sənan isə yenədə onunla sözlə mübahisə edərək ünvanına nalayiq ifadələr işlətmiş, o isə əli ilə Sənanın sifətinə toxunaraq vuracağımı demişdir ki, Sənan daha söyüş söyməsin. Sənanın dayanmadığını görüb onu kənara itələmiş, Sənan da biraz səndələmişdir. Sonra isə Sənan cibindən bıçaq çıxararaq onun kürək nahiyyəsindən bir dəfə zərbə vurmuş və o yerə yıxılmışdır. Həmin vaxt tanışı Nəriman gələrək onlara yaxınlaşmışdır. Sənan isə daha orada qalmayıb çıxıb getmişdir. Bundan sonra o, ayağa qalxıb Nərimanla birlikdə tanımadığı taksiyə əyləşərək xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ömər Ağammədov onun doğma oğludur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 27 mart 2022-ci ildə saat 19 radələrində ona bildirmişdirlər ki, Təqsirləndirilən şəxsla oğlu Ömər arasında dava olmuş və Sənan oğlunu bıçaqla vuraraq xəsarət yetirmişdir. O, da Sumqayıt şəhər xəstəxanasına getmiş, orada bilmişdir ki, oğlu əməliyyat olunmuşdur. Ömər xəstəxanada bir neçə gün müalicə olunduqdan sonra evə gətirilmişdir. O, hadisə yerində olmamış, hadisə barədə sonradan eşitmişdir. Ömərin paltarları qan olduğundan xəstəxanada zibil qutusuna atmışdır. Xəstəxana xərcləri təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət tələbi yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə, təxminən saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhəri, Nərimanov küçəsində yerləşən “Bələdiyyə parkı”nda gəzmişlər. Təxminən saat 18 radələrində həmin parkın yaxınlığında olan “Zeytun” restoranının yanma çatanda onun mobil telefonuna tanışından zəng gəlmiş və telefonu açaraq Ömərdən bir qədər aralanıb danışmağa başlamışdır. Telefonla danışdığından və Ömərdən aralandığından sonuncunun hansı istiqamətə getdiyinə diqqət yetirməmişdir. Birdən yaxınlıqdan səs eşidib həmin istiqamətə baxanda Ömərin sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə əlbəyaxa olduğunu görmüşdür. Onlara yaxınlaşanda Sənan cibindən bıçaq çıxararaq Ömərin kürək nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. O, tez özünü onlara çatdırmışdır. Sənan bıçaqla Ömərə bir dəfə zərbə vurduqdan sonra daha Öməri vurmağa cəhd göstərməmiş və kənara çəkilərək oradan çıxıb getmişdir. Bundan sonra Ömər ayağa qalxıb onunla birlikdə tanımadıqları taksiyə əyləşərək xəstəxanaya getmişlər. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Nərimanov küçəsi. 6-cı məhəllədə yerləşən "Zeytun" restoranının yaxınlığında olan bələdiyyə parkında baş vermiş mübahisə zamanı Sənan bıçaqla Ömərin kürək nahiyyəsinə bir dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Sənanın bıçaqla Öməri vurması ani olaraq baş vermişdir. Həmin vaxt orada və ətrafda onlardan başqa heç kim olmamışdır. Baş vermiş hadisə zamanı o, heç kimi vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmiş olduğu bıçaq qara rəngli dəstəyi olan bıçaq olmuş, bıçağın başqa əlamətlərini görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini yerində yoxlamaq məqsədilə Sumqayıt şəhər polis idarəsindən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, Nərimanov küçəsi, 6- cı məhəllə ərazisində yerləşən Bələdiyyə parkına gedilmişdir. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək 27 mart 2022-ci il tarixdə, saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmiş olduğu yeri göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən olundu ki, hadisə baş verən yer Sumqayıt şəhəri, Nərimanov küçəsi, 6-cı məhəllə ərazisində yerləşən istirahət parkıdır. (cild 1, iş vərəqə 59-60) Cinayət işinin materiallarında olan məhəkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 602 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının sol döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli pnevmohemotoroks, alın nahiyyəsinin sıyrıntısı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının sol döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli pnevmohemotoroksla nəticələnən yarası deşici-kəsici alətlə, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Alın nahiyyəsində olan sıyrıntı küt əyşa təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 106- 108) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin MPEM publik hüquqi şəxsi tərəfindən verilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1572 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində oyanıqlıq yaranmışdır. Emosional halından asılı olaraq törətdiyi əməli tam dərk etmək qabiliyyətində olmuşdur. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emisional halın yaranma səbəbləri onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyi 11 ilik əlamətləri müşahidə olunmadı. (cild 1, iş vərəqə 146-149) Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsarrüfat İstehsalat Birliyinin 21 Saylı Mənzil Kommunal sahəsindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs barədə 21 Saylı MKS-nə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Qəsəbədə yaşadığı müddətd özünü müsbət tərəfdən göstərmişdir. (cild 1, iş vərəqə 77) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan və Tərtər hərbi məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3 və 62-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasın çəkib qutarmışdır. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır və ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirməmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən səmimi peşman olmasını və 44 günlük “Vətən Müharibəsində” iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. CM-in 70.1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs əməlini səmimi şəkildə etiraf edərək peşman olduğunu bildirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması və ən əsası 44 günlük “Vətən Müharibəsində” iştirak etməsini kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulması məqsədə müvafiqdir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2022-ci il tarixli “Qətimkan tədbiri seçilməsi və şəxsin MYS-dən azad edilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MYS-dən azad edilmişdir. (cild 1, iş.v.13, 47) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdən 30 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və onun üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-429/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-429/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver