Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-429/2024 31.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2 paralel küçə, məhəllə 9, ev 38-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə saat 22 radələrində sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 100 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə qarajın yanında qoyduğu 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş çəkisi 4,757 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş çəkisi 1,880 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək Abşeron rayonu, Saray qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 09 may 2023-cü il tarixdə saat 07:40 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanında yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin X10 gətirilib həmin gün saat 08:20-dən saat 08:40-a kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı, həmin 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 4,757 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş 1,880 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o səhər saatlarında tutulmamışdır. İttiham aktında yazılanlar düzgün deyildir. Gecə saat on ikidə tutulmuşdur. Narkotik vasitələrin arxasınca getmiş və narkotiki götürüb gələrkən saxlanılmışdır. Saxlanılarkən üzərində heç bir şey aşkar olunmamışdır. Çünki saxlanılana qədər əldə etdiyi nakotik vasitəni artıq istifadə etmişdir. Tutulan gün iranlı ilə danışmış və narkotiki götürmək barədə razılaşmışdır. Narkotik vasitəsini götürməyə qonşusu ilə birlikdə getmişdir. Ünvana getdikləri taksi polis əməkdaşlarının adamı olmuşdur. Ünvandan qayıdan zaman taksidə narkotik vasitədən istifadə etmişlər. Qayıdan zaman taksi sürücüsü polis bölməsinin yanındakı kafedən öz tanışını götürməsi barədə onları razı salmışdır. X6 yanındakı kafedə avtomobili saxlamış və öz qohumunu çağırmaq üçün getmişdir. Beş dəqiqə keçdikdən sonra bir avtomobil onların yanında dayanmış və polislər onlara yaxınlaşmışlar. Onlar narkotik vasitəni istifadə edib bitirdiklərinə görə polis əməkdaşları onların üzərində axtarış edərkən üzərlərində narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları ona AR CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını bildirmiş, lakin o sonradan 234.1-1-ci maddə ilə ittiham elan olunduğunu öyrənmişdir. O, verdiyi ifadənin protokolda yazılan ifadə ilə uyğun gəlmədiyini bildirmişdir. Narkotik vasitəni götürməyə Şahid3 ilə birlikdə getmiş və Rüfətlə də istifadə etmişdir. Narkotik vasitələr 1 qram heroin və 0.5 qram metamfetamin olmuşdur. İstifadədən sonra üzərlərində narkotik vasitə qalmamışdır. Metamfetamini 20 manata əldə etmişlər. Narkotik vasitələrin arxasınca getdiklərini etiraf etmişdir. Əvvəllər məhkumluğu olmuşdur. Məhkumluğu narkotiklə bağlı olmamışdır. Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmişdir. Polislərin təzyiqi nəticəsində eşitmə qabiliyyətini itirmişdir. Polislərin təzyiqi ilə bağlı heç bir orqana müraciət etməmiş və ya prokurorluqda araşdırma aparılmasa da, Bakı İstintaq Təcridxanasına həkim gəlmişdir. Bu məsələ ilə bağlı ondan izahat alan olmamışdır. Polis əməkdaşları narkotikin miqdarını artıq yazanda etirazını bildirmişdir. Videoçəkiliş zamanı nə qədər narkotik vasitə götürdüyünü bildirmiş və polis əməkdaşları onu istifadəçi kimi rəsmiləşdirəcəklərini bildirmişlər. O, iranlı ilə danışdığını və narkotiki ərazidən götürdüyünü təsdiq etmişdir. Narkotik vasitələrə yüz manat pul ödəmişdir. Narkotik vasitələri götürüb qayıdarkən X8 saxlanılmışlar. Onlar metamfetamini və heroini qarışdıraraq istifadə etmişlər. İbtidai istintaq zamanı məhkəmə istintaqından fərqli ifadə verən Təqsirləndirilən şəxs həmin ifadəsi elan olunmaqla araşdırılmış və sonuncu həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2 paralel küçə, məhəllə 9, ev 38-də qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, təxminən 3-4 il olar ki. narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxslə ondan narkotik vasitə və psixotrop maddə almaq məqsədilə əlaqə saxlamışdır. Həmin şəxs ona mobil telefon vasitəsilə məkan ataraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə olan avtomobil qarajlarının yanına narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğunu bildirmişdir. Ona görə də o, həmin vaxt qeyd olunan yerə gedib 2 ədəd bükümdə olan həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürərək əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində o, Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Linkoil” YDM-nin yaxınlığında tanışı Rüfət adlı şəxslə görüşüb söhbət edən zaman tanımadığı 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, üzərində saxlamaqda şübhəli bilindiyi üçün onları Abşeron RPİ-nin Saray PBnə dəvət etmişlər. O və tanışı Rüfət etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində bir büküm narkotik vasitə olan heroin və bir büküm psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş həmin iki bükümü çıxarıb təqdim edərək həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşının onun mobil telefonuna göndərdiyi məkan vasitəsilə öz istifadəsi məqsədilə 100 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu da imzaları ilə təsdiq edilmişdir. Bildirir ki, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməsədə, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, Təqsirləndirilən şəxs ilə səhər qəbr üstündə olmuşlar. Qəbr üstündən gəldikdən sonra gecə şəhərə getmişlər. Şəhərdə aptekə girmiş, ləvazimatları almış və istifadə etmişlər. 1 qram heroin, 0.5 qram metamfetamin götürmüş və hamısını istifadə etmişlər. Polis əməkdaşları onlara təzyiq göstərmiş, onları döymüş və onlara aid olmayan narkotiklərin onlara aid kimi təqdim etmişlər. Onun üzərinə baxış keçirilmiş və üzərindən narkotik aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini görməmişdir. O heç bir sənədə qol çəkməmişdir. İbtidai istintaq zamanı məhkəmə istintaqından fərqli ifadə verən Şahid3 həmin ifadəsi elan olunmaqla araşdırılmış və sonuncu həmin ifadəsində bildirmişdir ki, o, Siyəzən rayonu, Ərziküş kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 09 may 2023-cü il tarixdə saat 07:40 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman yaşadığı evdən bir qədər aralıda yaşayan Təqsirləndirilən şəxs ilə rastlaşmış və onlar söhbət etməyə başlamışlar. Bu zaman tanımadıqları 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib narkotik vasitə və psixotrop maddə qəbul etməkdə, qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, eləcə də üzərlərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onları Abşeron rayon polis idarəsinin Saray PB-nə dəvət etmişlər. Həmin vaxt Xəyal və o, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Saray PB-nə getmişlər. Bundan sonra polis bölməsində Xəyala və ona təhqiqatçı tərəfindən videoçəkilişlə üzərlərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmçinin bundan sonra təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, polis əməkdaşılarına üzərində qanunsuz saxlanılan hər hansı bir narkotik vasitənin, psixotrop maddənin, əşyanın və predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmışlar və həqiqətən də onun üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və o, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Həmçinin polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bildirir ki, o, Xəyal ilə Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb söhbət edərkən Xəyal bu barədə ona heç bir söz demədiyinə görə onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından məklumatı olmamışdır. Həmçinin Xəyalın narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu bilsə də onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini nə vaxt və kimdən əldə etdiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Abşeron RPİ-nin Saray polis bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir və rütbəsi polis leytenantıdır. Mahiyyət üzrə bildirir ki, 09 may 2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2 paralel küçə, məhəllə 9, ev 38-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, 19.01,1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Siyəzən rayonu, Ərziküş kəndində qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, xx.xx.1983-cü il təvəllüdlü Şahid3 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirmələri ilə məşğul olmaları, həmçinin bir qədər sonra Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olacaqları, üzərlərində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin Saray PB-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis kapitanı Şahid1 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsinə gedib “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində Təqsirləndirilən şəxs “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəldiyini və Şahid3 ilə görüşüb söhbət etdiklərini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onlara narkotik vasitə və psixotrop maddə qəbul etmələri, qanunsuz dövriyyəsi ilə məşğul olmaları, eləcə də üzərlərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişlər. Bundan sonra polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid3 təhqiqatçı tərəfindən videoçəkilişlə üzərlərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb təqdim edərək həmin bükümlərin birindəki kütlənin narkotik vasitə olan heroin və o biri bükümdə olan kütlənin də psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ki, təqdim etdiyi həmin 2 ədəd bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 08 may 2023-cü il tarixdə saat 22 radələrində sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı olduğunu bildirən şəxsin onun mobil telefonuna göndərdiyi “məkan” vasitəsilə öz istifadəsi üçün 100 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə olan avtomobil qarajlarının yanından əldə edib sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə baxışında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 işin halları ilə bağlı şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhərində qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvələr məhkum olunmamış, Siyəzən rayonu Ərziküş kəndində qeydiyyatda olan Şahid3 Kərim oğlunun Saray qəsəbəsi ərazisində narkotik maddə qəbul etmələri, saxlamaları ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1992-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhərində qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvələr məhkum olunmamış, Siyəzən rayonu Ərziküş kəndində qeydiyyatda olan Şahid3 Kərim oğlunun cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhərində qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvələr məhkum olunmamış, Siyəzən rayonu Ərziküş kəndində qeydiyyatda olan Şahid3 Kərim oğlunun narkotik maddə qəbul etmələri, saxlamaları şübhəsi ilə Abşeron rayonu, Saray qəsəbəsində saxlanılaraq X10 gətirilmişdirlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 1 ədəd DVD formatlı kompakt diskə keçirilən baxışdan görünür ki, 09 may 2023-cü il tarixdə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Linkoil yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin X10 gətirilib xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı, 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə və 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli 6/2681 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,757 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və digər bir ədəd bükümdə təmiz çəkisi 1,880 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 899 saylı rəyindən görünür ki, 1992-cİ il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2838 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin psixo aktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Abşeron rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası qazancından 20 faiz dövlət nəfmə tutulmaqla 01 il 11 ay 18 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya" qərarının 2.8-ci bəndinə əsasən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şübhəli şəxsin tutulmsı haqında protokola əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, X7 barəsində əvvəli xx.xx.2023-cü il tarixdə hesablanmaqla həbs qətimkqn tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin X10 xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sumqayıt şəhərində qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin və psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təsirə məruz qaldığını polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, iş materiallarında olan şəxsi axtarış və götürmənin aparıldığı videodan aydın görünür ki, təqsirləndirilən sərbəst ifadə verir. Həin vaxt onun üzərində hər hansı bir xəsarətin olması müşahidə edilmir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs fiziki təsirə məruz qalmasını bildirsə də bu hal cinayət işinin materiallarında olan heç bir sübutla öz təsdiqini tapmır, yaxud bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində heç bir xəsarət müəyyən edilməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Eyni zamanda məhkəmə hesab edir ki, Şahid3 təqsirləndirilən şəxsin dostu olduğuna görə məhkəmə istintaqı zamanı onun xeyrinə ifadə vermişdir. Buna görə də məhkəmə hesab edir ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə əsas götürülməklə ittihamın əsasına qoyulmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoludan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altmiş beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,707 qram narkotik vasitə heroin və 1,830 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 65 (altımış beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,707 qram narkotik vasitə heroin və 1,830 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən imza Nurəddin Hüseynli Hakim imza Nahid Mirzəyev Hakim imza Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-429/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-429/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver