Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-43/2024 23.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən şəxsin iştirakları ilə, 06 avqust 1982-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci il sentyabr ayının sonlarında gözətçi işlədiyi ünvan 2 ünvanının yaxınlığında tanış olduğu şəxsiyyəti istintaqla müəyyən olunmayan Cəfər adlı şəxsi, qalmağa yeri olmadığı və günəmuzd iş axtardığı üçün xahiş etdiyindən gözətçi işlədiyi ünvana aparmış, orada qalmağı üçün şərait yaradaraq pul müqabilində müxtəlif işlərdə fəhlə kimi çalışması üçün köməklik etmiş, bir neçə gün sonra 25 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Cəfər adlı şəxin gözətçi işlədiyi ünvanda qapını gec açdığına, nərdivanı evin açıq olan pəncərəsinə yaxın divara söykəməsinə görə evdə yoxluğundan istifadə edərək oğurluq etdiyini düşünşə də, bu təxəyyülünü dəqiqləşdirmək üçün Cəfər adlı şəxsdən hansı səbəbdən qapını gec açması və nərdivanı evin açıq olan pəncərəsinə yaxın divara söykəməsini soruşmuş və sonuncu ona şübhələrinə səbəb olan oğurluq etməsi ilə bağlı olan düşüncələrinin yanlış olmasını və hər hansı bir oğurluq etmədiyi demiş, ilkin olaraq onunla razılaşsa da, sonradan Cəfər adlı şəxsin yaşadığı yerdən oğurluq etməsini düşünməsi üçün heç bir səbəb olmadığı halda düşündüklərini həqiqət kimi qəbul edib 28 sentyabr 2021-ci il tarixdə axşam saatlarında birlikdə şam yeməyinə əyləşərkən Cəfərin xoşağəlməz hərəkətləri səbəbindən aralarında yaranmış mübahisə zamanı oğurluq etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onu qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 29 sentyabr 2021-ci il tarixdə saat 4-5 radələrində ünvan 2 ünvanında əvvəlcədən həyətdə olan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı külüngü götürərək hadisə yerindən qaçmaq istəyən Cəfərin arxasınca atdıqda külüng onun kürək nahiyəsinə dəyərək yerə düşmüş, lakin zərbənin təsiri zəif olduğundan Cəfər heç nə olmadan darvaza tərəfə qaçmağa başlamış, o da, külüngü yerdən götürüb Cəfərin arxasınca qaçaraq yenidən hər iki əli ilə külüngdən bərk yapışaraq külüngü Cəfər qaçan tərəfə atsa da, külüng dəyməyərək yerə düşmüş və darvazanın bağlı olduğunu görən Cəfər sol tərəfə, sanitar qovşağı tərəfə qaçdıqda o, yenidən ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, israrla niyyətini tamamlamaq üçün külüngü yerdən götürüb Cəfərin arxasınca atmış və sonuncu zərbədən üzü üstə yerə yıxılmış, sonra Cəfərin arxası üstə çevrilmək istədiyini görüb öz şəxsiyyətini onun şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan külünglə bir dəfə başının arxasına, bir dəfə də kürəyinə zərbə vurmaqla sonuncunun ölümünə səbəb olan başın sağ gicgah nahiyəsinin 2 ədəd, sağ ənsə-təpə nahiyəsinin 4 ədəd, sol təpə nahiyəsinin 1 ədəd yaraları nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərərvurmaya aid və sol alın-təpə nahiyəsinin qançır və sıyrıntıları, sol qaşüstü nahiyənin yarası, sağ gözətrafının qançırı, sağ əlin İİİ barmağının orta falanqasının yaraları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirərək şəxsiyyəti istintaq məlum olmayan Cəfər adlı şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində bağban kimi işləyir, həmin evdə gözətçi kimi qalırdı. Zərərçəkmiş şəxsə həmin evdə yaşaması üçün icazə vermişdir. O, onun oğurluq etməsindən şübhələnirdi. Bir gün yemək yeyərkən ona etdiklərini danışmış və onun mobil telefonunu da heç kimə zəng etməməyi üçün qırmışdır. Bundan sonra, onunla aralarında mübahisə yaranmış və onlar dalaşmağa başlamışlar. Özünü Cəfər kimi təqdim etmiş şəxs həyətdə belin olduğu istiqamətdə qaçmışdır. O, beli götürmək istəyən zaman o da sapsız külüngü götürüb tək əli ilə ona tərəf atmışdır. Külüng onun kürəyinə dəymiş və yerə düşmüşdür. Daha sonra Cəfər adlı şəxs beli götürüb üzərinə gələrkən, külüngü yenidən ona atmışdır. Bu dəfə külüng onun baş nahiyəsinə dəymiş və Cəfər adlı şəxs vəfat etmişdir. Zərərçəkmiş şəxs yerdə olarkən ona külünglə zərbə endirməmişdir.Onun telefonunu qırdığı üçün dərhal müvafiq orqana məlumat verə bilməmişdir. O, qonşudan mobil telefon götürmüşdür. Qonşudan mobil telefon götürənədək xeyli müddət keçmiş və bu müddət ərzində zərərçəkmiş şəxs vəfat etdiyindən o, polis orqanına məlumat vermişdir. Polis əməkdaşları da hadisə yerinə xeyli gec gəlmişlər. Zərərçəkmiş şəxsin qanının qoxusu yayıldığı və pis qoxu verdiyi üçün meyitin üzərinə bir qədər qum səpmişdir. Zərərçəkmiş şəxsi öldürməyi barədə qonşuluqdada usta kimi fəaliyyət göstərən Cəmaləddin adlı şəxsə məlumat vermişdir.Hadisə 28 sentyabr 2022-ci il tarixdə gecə saatlarında baş vermişdir. Hadisə baş verdiyi gün spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxs də sərxoş vəziyyətdə olmuşdur. O, bunu sonradan öyrənmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında yaşamışdır. O, həm də qeyd etdiyi ünvanda gözətçi kimi işləyir. Həmin evin sahibi Faiq Mehbalıyev təxminən 3 il qabaq vəfat etmişdir. O, təxminən 15 ildir ki, qeyd etdiyi şəxsin evlərində həm usta, həm də gözətçi kimi işləmişdir. O, hər səhər saat 07-dən saat 12-ə qədər yatmış və qalan saatlarda isə sabahadək evdə gözətçilik etmişdir. Gecələr həyətdəki yay mətbəxində oturaraq televizora baxmışdır. Evdə həmçinin təhlükəsizlik üçün iki it də vardır. Bundan başqa evdə iki ədəd quzu, çəpiş, toyuq, qaz, ördək də saxlayır. Bütün gecə oyaq qaldığı üçün gün aşırı spirtli içki qəbul etmişdir. 28 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində evdən çıxaraq yaxınlıqdakı “Murad” marketə getmiş və oradan siqaret və spirtli içki alaraq geri qayıtmışdır. Evdən çıxmamışdan qabaq alabay cinsindən olan iti sanitar qovşağın yanında yerləşən dama bağlamışdır. Geri qayıtdıqda evə arxa qapıdan daxil olmış və öz qaldığı otağa keçmişdir. Həmin vaxt həyətin işıqları sönmüş vəziyyətdə olmuşdur. Mobil telefonunu isə yay mətbəxinin yanında yerləşən çardağın içərisindəki stolun üzərində qoymuşdur. Hava soyuq olduğu üçün həmin vaxt üzərimdə olan pencəyi çıxarmış və qara rəngli qalın gödəkçə geyinərək həyətə çıxmışdır. Həyətə çıxan zaman yay mətbəxinin yanında kənar şəxsin kölgəsini görmüşdür. Ehtiyatla həmin tərəfə hərəkət edərək şəxsə yaxınlaşmışdır, daşın üstündə olan sapsız külüngü götürmüş və hər iki əli ilə külüngdən bərk yapışaraq həmin şəxsə tərəf atmışdır. Külüng həmin adamın başının arxasından dəymiş və daha sonra yay mətbəxinin qapısına dəyərək qapının şüşəsini qırmışdır. O, həmin şəxsə tərəfə getmək istəyən zaman evin arxasından səs eşitmiş və həmin tərəfə getdikdə tanımadığı digər şəxsin evin arxasında daş hasarın yanında olan stulun üzərinə qalxaraq hasardan digər həyətə keçdiyini görmüşdür. O da qorxduğu üçün onun arxasınca getməmiş və geri qayıdaraq digər şəxsin üzərinə getdikdə həmin adam onun sol qolunu arxadan burmuşdur. Bu zaman o, sağ əli ilə onun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş və həmin şəxs onu buraxaraq darvazaya tərəf qaçmağa başlamışdır. O da külüngü yerdən götürüb onun arxasınca qaçmış və yenidən hər iki əli ilə külüngdən bərk yapışaraq külüngü həmin şəxs qaçan tərəfə atsa da, külüng ona dəyməmiş və yerə düşmüşdür. Həmin şəxs darvazanın bağlı olduğunu görüb sol tərəfə, sanitar qovşaq tərəfə qaçdıqda o, yenidən külüngü yerdən götürüb ona tərəf atmışdır. Külüng həmin adamın başının arxasından dəymiş və şəxs üzü üstə yerə yıxılmışdır. O, həmin şəxsinm yanına getdikdə arxası üstə çevrilmək istədiyini görüb yenidən külünglə şəxsin bir dəfə başının arxasına və bir dəfə də kürəyinə külünglə zərbə endirmişdir. Zərbədən sonra şəxsin başından qan axmış və hərəkətsiz qalmışdır. Çardaq tərəfə qayıdıb mobil telefonunu götürmək istəsə də, telefonun stolun üzərində olmadığını görmüşdür. Hazırda da telefonunun harada olmasını bilmir. Çox güman ki, evdən qaçan digər şəxs onun mobil telefonunu oğurlamışdır. Bundan sonra həyətin işıqlarını yandırmış, şəxsin öldüyünü görüb özünü itirmiş və bir neçə saat yay mətbəxində oturmuşdur. Özünü toparladıqdan sonra saat 02 radələrində evdən çıxaraq yenidən “Murad” marketə getmişdir. Lakin market bağlı olduğundan üzbəüzdə yerləşən “Şərab” evindən 250 ml araq və bir butulka pivə alaraq yenidən evə qayıtmışdır. Həmin vaxt yağış yağmışdır. Spirtli içkiləri içib biraz gözlədikdən sonra öldürdüyü adamın yanma getmiş, onun gödəkçəsini çıxararaq başının altına qoymuş, ayağından sürüyərək arxa qapıdan çıxarmış və qonşuluqda ünvanını bilmədiyi yarım tikili evin həyətinə gətirmişdir. O, həmin şəxsi sürüyən zaman şəxsin ayağındakı idman ayaqqabıları ayağından çıxmışdır. Həmin vaxt qaranlıq olduğundan onu heç kim görməmişdir. Daha sonra yaşadığı evin həyətindən bel götürərək yenidən həmin həyətə qayıtmış və torpağı qazmağa başlamışdır. Yeri qazdıqdan sonra həmin adamın çiynindən tutub qazdığı yerə atmışdır. Bu zaman onun üzərində olan qısaqol köynək çıxmışdır. Onu qazdığı yerdə basdırmışdır. Həmin evin adını xatırlamadığı sahibi Rusiya Federasiyasında yaşadığı üçün ondan həmin həyətdə olan ağacları sulamağı xahiş etmişdir. Bu səbəbdən həmin darvazanın açarı onda olmuşdur. Lakin daha sonra darvazanın qıfılı xarab olduğundan o, darvazanın qapısını məftil ilə bağlamışdır və həyətə rahat girib çıxmışdır. Onu basdırdıqdan sonra köynəyini, ayaqqabısını və öz ayaqqabısını torbaya qoymuş, evdən çıxıb “Murad” market istiqamətində hərəkət edərək torbanı hazırda xatırlamadığı yerə atmışdır. Daha sonra saat 10 radələrində qonşu evlərin birində gözətçi işləyən tanışı Rahimin yanına getmiş və ondan mobil telefon istəmişdir. Rahim ona telefonunun harada olduğunu soruşduqda sonuncuya telefonunun sındığını bildirmişdir. Daha sonra onun telefonu ilə “DİN”-in 102 xidmətinə zəng edərək törətdiyi hadisə və hadisə yeri barədə məlumat vermişdir. Polisə xəbər verdikdən sonra Rahimlə birlikdə meyiti basdırdığı həyətə gəlmiş və sonuncuya meyiti göstərib hadisə barədə danışmışdır. Rahim meyiti gördükdən sonra qorxusundan qaçıb getmişdir. Daha sonra polis əməkdaşları evə gələrək onu tutmuşlar. Hadisə 29 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanının həyətində baş vermişdir. O, evdə kənar şəxslərin olduğunu görüb qorxduğu üçün külüglə zərbə vuraraq həmin şəxsi öldürmüşdür. O, külüngü həmin şəxsin arxasından atmış və külüng zərbələri həmin şəxsin başının arxasına dəymişdir. Daha sonra yerdə uzanmış vəziyyətdə olan zaman külünglə həmin şəxsin bir dəfə başının arxasından və bir dəfə də kürəyindən yenidən zərbə vurmuşdur. Mübahisə zamanı həmin şəxs qaçmaq üçün müqavimət göstərərək onun sol qolunu arxadan burmuşdur. O, həmin şəxsə sağ əli ilə yumruq zərbəsi vuran zaman sağ əlinin ikinci barmağı yaralanmışdır. Hadisə baş verən zaman orada ikisindən başqa heç kim olmamışdır. Tanımadığı digər şəxs isə qaçdığından evin həyətində ikisi qalmışdır. O, həmin sapsız külüngü evin həyətində daşın üzərindən götürmüşdür. Külüngün sapı isə toyuq damının qapısının yanında olmuşdur. Həmin vaxt o, spirtli içki və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Lakin hadisəni törətdikdən sonra sakitləşmək üçün spirtli içki qəbul etmişdir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda olmamışdır. Hadisə baş verən zaman onun əynində qara rəngli qalın gödəkçə, ağ rəngli jaket və qara rəngli klassik şalvar olmuşdur. Digər şəxsin əynində ağ gödəkçə, qısaqol köynək və cins şalvar olmuşdur. Hadisə vaxtı həyəcanlı və əsəbi olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Təqsirləndirilən şəxs qismində verdiyi 30 sentyabr 2021-ci il tarixli əlavə ifadəsində göstərmişdir ki, o, evdə bütün işləri özü görsə də, təxminən 10 gün idi ki, adını bilmədiyi orta yaşlı şəxs bir neçə dəfə ona uzun illərdir evin yan tərəfində olan odunları evin arxasına yığmağa kömək etmişdir. Həmin şəxs təxminən 10 gün qabaq ona Novxanı bağlan ərazisində yaxınlaşmış, qalmağa yeri və işi olmadığı üçün kömək istəmişdir. O da gördüyü işin müqabilində ona gündəlik 7 və ya 10 manat pul vermişdir. Lakin həmin şəxsin kim olduğunu, adını bilməmiş və soruşmamışdır. Həmin şəxs təxminən 10 gün idi ki, başqa yerlərdə fəhlə kimi işlədikdən sonra gəlib onunla birlikdə qalmışdır. 28 sentyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində evdən çıxaraq yaxınlıqdakı “Murad” marketə getmiş və oradan siqaret və spirtli içki alaraq geri qayıtmışdır. Evdən çıxmamışdan qabaq alabay cinsindən olan iti sanitar qovşağın yanında yerləşən dama bağlamışdır. Geri qayıtdıqda evə arxa qapıdan daxil olmuş və öz qaldığı otağa keçmişdir. Otaqda həmin vaxt üzərində olan pencəyi çıxarmış və qara rəngli qalın gödəkçəni geyinərək yay mətbəxinə keçib televizora baxmağa başlamışdır. O, televizora baxan zaman kiminsə arxa qapını daşla döydüyünü görmüşdür. Qapını açdıqda həmin şəxsin gəldiyini görmüş və onu içəri dəvət etmişdir. Həmin şəxs sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt yağış yağdığı üçün yağış kəsdikdən sonra biraz işləməsini bildirmiş və daha sonra onlar yay mətbəxində oturub yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. Təxminən yarım saat oturduqdan sonra saat 23 radələrində o, həmin şəxsə getməsini demişdir. Həmin şəxs isə ona 10 gündür burada qaldığını, başqa qalmağa yeri olmadığını deyərək nəyə görə getməsini istədiyini soruşmuşdur. O, həmin şəxsə ev sahibinin gəlib onu burada görərsə, öz işində problem yarana biləcəyini dedikdə həmin şəxs belində yatmadığını bildirərək onu nalayiq ifadələrlə təhqir etmişdir. O isə ona təhqir etməməsini dedikdə həmin şəxs yenidən onu təhqir etmiş və o, əsəbləşdiyi üçün spirtli içki butulkasını həmn şəxsə tərəf atmışdır. Butulka onun sinəsinə dəyib yerə düşmüş və qırılmışdır. Daha sonra həmin şəxs stəkanı götürərək ona tərəf atmış, lakin o, yerə əyildiyi üçün stəkan yay mətbəxinin qapısının şüşəsinə dəymiş və şüşə sınmışdır. Daha sonra o, qaçıb həyətdən sapsız külüngü götürmüş və həmin şəxsə tərəf atmışdır. Bu zaman külüng onun sinə nahiyəsinə dəymiş və yerə düşmüşdür. Lakin külüng zərbəsinin təsiri zəif olduğundan ona heçnə olmamışdır. O, külüngü yerdən götürmək istədikdə həmin şəxs onun sol qolunu arxadan burmuşdur. Bu zaman o, sağ əli ilə onun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş və həmin şəxs onu buraxaraq darvazaya tərəf qaçmağa başlamışdır. O da külüngü yerdən götürüb həmin şəxsin arxasınca qaçmış və yenidən hər iki əli ilə külüngdən bərk yapışaraq külüngü həmin şəxs qaçan tərəfə atsa da, külüng ona dəyməmiş və yerə düşmüşdür. Həmin şəxs darvazanın bağlı olduğunu görüb sol tərəfə, sanitar qovşaq tərəfə qaçdıqda o, yenidən külüngü yerdən götürüb ona tərəf atmışdır. Külüng həmin adamın başının arxasından dəymiş və şəxs üzü üstə yerə yıxılmışdır. O, həmin şəxsin yanına getdikdə sonuncunun arxası üstə çevrilmək istədiyini görüb yenidən külünglə şəxsin bir dəfə başının arxasına və bir dəfə də kürəyinə külünglə zərbə endirmişdir. Zərbədən sonra şəxsin başından qan axmış və hərəkətsiz qalmışdır. Çardaq tərəfə qayıdıb mobil telefonumu götürmək istəsə də, telefonun stolun üzərində olmadığını görmüşdür. Hazırda da telefonunun harada olmasını bilmir. Bundan sonra həyətin işıqlarını yandırmış, şəxsin öldüyünü görüb özünü itirmiş və bir neçə saat yay mətbəxində oturmuşdur. Özünü toparladıqdan sonra təxminən saat 02 radələrində evdən çıxaraq yenidən “Murad” marketə getmişdir. Lakin market bağlı olduğundan üzbəüzdə yerləşən “Şərab” evindən 250 ml araq və bir butulka pivə alaraq yenidən evə qayıtmışdır. Həmin vaxt yağış yağmışdır. Spirtli içkiləri içib biraz gözlədikdən sonra öldürdüyü adamın yanına getmiş, onun gödəkçəsini çıxararaq başının altına qoymuş, ayağından sürüyərək arxa qapıdan çıxarmış və qonşuluqda ünvanını bilmədiyi yarım tikili evin həyətinə gətirmişdir. O, həmin şəxsi sürüyən zaman şəxsin ayağındakı idman ayaqqabıları ayağından çıxmışdır. Həmin vaxt qaranlıq olduğundan onu heç kim görməmişdir. Daha sonra yaşadığı evin həyətindən bel götürərək yenidən həmin həyətə qayıtmış və torpağı qazmağa başlamışdır. Yeri qazdıqdan sonra həmin adamın çiynindən tutub qazdığı yerə atmışdır. Bu zaman onun üzərində olan qısaqol köynək çıxmışdır. Həmin şəxsi qazdığı yerdə basdırmışdır. Həmin evin adını xatırlamadığı sahibi Rusiya Federasiyasında yaşadığı üçün ondan həyətində olan ağacları sulamağı xahiş etmişdir. Bu səbəbdən həmin darvazanın açarı onda olmuşdur. Lakin daha sonra darvazanın qıfılı xarab olduğundan o, darvazanın qapısını məftil ilə bağlamışdır və həyətə rahat girib çıxmışdır. Onu basdırdıqdan sonra köynəyini, ayaqqabısını və öz ayaqqabısını torbaya qoymuş, evdən çıxıb “Murad” market istiqamətində hərəkət edərək torbanı hazırda xatırlamadığı yerə atmışdır. Daha sonra təxminən saat 10 radələrində qonşu evlərin birində gözətçi işləyən tanışı Rahimin yanına getmiş və ondan mobil telefon istəmişdir. Rahim ona telefonunun harada olduğunu soruşduqda sonuncuya telefonumun sındığını bildirmişdir. Daha sonra onun telefonu ilə “DİN”-in 102 xidmətinə zəng edərək törətdiyi hadisə və hadisə yeri barədə məlumat vermişdir. Polisə xəbər verdikdən sonra Rahimlə birlikdə meyiti basdırdığı həyətə gəlmiş və sonuncuya meyiti göstərib hadisə barədə danışmışdır. Rahim meyiti gördükdən sonra qorxusundan qaçıb getmişdir. Daha sonra polis əməkdaşları evə gələrək onu tutmuşlar. Hadisə 29 sentyabr 2021 -ci il tarixdə, təxminən saat 23 radələrində ünvan 2 ünvanının həyətində baş vermişdir. Həmin şəxsi külünglə vurmaqda məqsədi həmin şəxsi öldürmək olmuşdur. O, özünü müdafiə etmək məqsədilə 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 30 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə öldürdüyü şəxsi daha əvvəl tanımadığını, mağazadan evə qayıtdıqdan sonra həmin şəxsin qanunsuz olaraq evə daxil olduğunu gördüyü üçün külünglə həmin şəxsi öldürdüyünü, ondan başqa bir nəfər əlavə şəxsin də orada olduğunu və həmin şəxsin evin arxa tərəfində hasardan digər həyətə keçdiyini göstərmişdir. Əslində isə hadisə hazırda qeyd etdiyi kimi olmuşdur. Həmin vaxt evdə o və həmin şəxsdən başqa hər hansı digər şəxs olmamışdır. Həmin şəxsi son 10 gündür ki, tanıyırdı. Lakin onun adı və şəxsiyyəti barədə məlumatı olmamışdır. Həmin şəxs təxminən 10 gün qabaq ona Novxanı bağlan ərazisində yaxınlaşmış, qalmağa yeri və işi olmadığı üçün kömək istəmişdir. O da gördüyü işin müqabilində ona gündəlik 7 və ya 10 manat pul vermişdir. Həmin şəxs təxminən 10 gün idi ki, başqa yerlərdə fəhlə kimi işlədikdən sonra gəlib onunla birlikdə qalırdı. O, külüngü həmin şəxsin arxasından atmış və külüng zərbələri həmin şəxsin başının arxasına dəymişdir. Daha sonra yerdə uzanmış vəziyyətdə olan zaman külünglə həmin şəxsin bir dəfə başının arxasından və bir dəfə də kürəyindən yenidən zərbə vurmuşmuşdur. Mübahisə zamanı həmin şəxs müqavimət göstərərək sol qolumu arxadan burmuşdur. O, həmin şəxsə sağ əli ilə yumruq zərbəsi vuran zaman sağ əlinin ikinci barmağı yaralanmışdır. Hadisə baş verən zaman orada ikisindən başqa heç kim olmamışdır. O, həmin sapsız külüngü evin həyətində daşın üzərindən götürmüşdür. Külüngün sapı isə toyuq damının qapısının yanında olmuşdur. Həmin vaxt o, narkotik vasitələrin təsiri altında olmamışdır. Lakin hadisəni törədən zaman spirtli içki qəbul etmişdir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda deyildir. Hadisə vaxtı həyəcanlı və əsəbi olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisədən təxminən 10 gün əvvəl adının Cəfər olduğunu bildiyi orta yaşlı şəxs bir neçə dəfə ona uzun illərdir evin yan tərəfində olan odunları evin arxasına yığmağa kömək etmişdir. Həmin şəxs təxminən 10 gün qabaq ona Novxanı bağlan ərazisində yaxınlaşmış, qalmağa yeri və işi olmadığı üçün kömək istəmişdir. O da gördüyü işin müqabilində ona gündəlik 7 və ya 10 manat pul vermişdirZərərçəkmiş şəxs təxminən 10 gün başqa yerlərdə fəhlə kimi işlədikdən sonra gəlib onunla birlikdə qalmışdır. Setyabr ayının 25-i həmin şəxs həyətdə işləyərkən o, evdən mağazaya çörək və siqarət almaq üçün çıxmışdır. Təxminən 25 dəqiqə sonra mağazadan geri qayıtdıqda qapının arxadan bağlı olduğunu görmüş, qapını uzun müddət döysə də, Cəfər təxminən 5-6 dəqiqə sonra qapını açmışdır. Nə üçün qapını bağladığını soruşduqda isə ona həyətə kiminsə girə biləcəyini deyərək qapını bağladığını demişdir. O, həyətə girdikdən sonra Cəfərə keçib əl-üzünü yumasını və oturub yemək yeməsini təklif etdikdən sonra evin arxasına keçdikdə ikinci mərtəbədə evin arxa hissəsinə baxan pəncərənin açıq olduğunu və həyətdə dayanan nərdivanın divara söykəndiyini görmüşdür. Pəncərənin açıq olduğunu və nərdivanın divara söykənmiş olduğunu gördüyündən Cəfərdən oğurluq etməsi ilə bağlı şübhələnməyə başlamış, lakin bunu ona hiss etdirmək istəməmişdir. Buna görə də, evin sahibi Mehbalıya zəng edərək pəncərinin açıq olduğunu və evə gələrsə pəncərəni bağlamasını demişdir. Ev sahibi ilə danışdıqdan sonra Cəfərdən nərdivanı nə üçün divara söykədiyini soruşduqda, o, nərdivanı onu işlədiyi yerdə narahat elədiyini və ayağına dolaşdığını bəhanə edib ora qoyduğunu demişdir. Bundan sonra o, çox dərinə getməyərək, onun evdən oğurluq etməsi barədə şübhələndiyi halda bir söz deməmiş və hadisə gününə qədər aralarında bu barədə hər-hansı söhbət olmamışdır. 28 sentyabr 2021 -ci il tarixdə, saat 10 radələrində Cəfər hara gedəcəyini bildirmədən evdən çıxıb getmişdir. Bir müddət sonra, yəni təxminən saat 11 radələrində Mehbalı ona zəng edərək sürücüsü ilə 70 AZN pul göndərdiyini və o pulun bir hissəsi ilə borca götürdüyü sement və digər inşaat materiallarının pulunu ödəməsini, qalan hissəsilə də bazarlıq etməsini tapşırmışdır. O, evdən çıxaraq əvvəllər də gördüyü lakin adını bilmədiyi sürücü ilə əsas yoldan 400 metr aralıda görüşərək pulu götürüb evə qayıtmışdır. Əynini dəyişdikdən sonra Novxanı qəsəbəsində yerləşən poliklinikaya gedərək Covid-19 pandemiyasına qarşı 2-ci vaksini vurdurub, vaksin passportunu götürdükdən sonra Novxanıda yerləşən Araz supermarketinə gedib bazarlıq etmişdir. Alış-veriş etdikdən sonra təxminən 13 radələrində yenidən evə qayıtmışdır. Evə gəldikdən sonra yemək hazırlayaraq günorta yeməyini yemişdir. Təxminən saat 19-20 radələrində Cəfər evə gəlib ondan pul istəyərək siqaret almaq üçün yenidən evdən çıxmış və təxminən yarım saat sonra yenidən evə gəlmişdir. Saat 21 radələrində Cəfərlə birlikdə şam yeməyinə əyləşmiş və bir müddət sonra Cəfərin spirtli içki qəbul etdiyini gördüyündən ağzından söz almağa çalışmış və onunla maddi imkan barəsində söhbətləşmişdir. Söhbətin məğzi gəlib oğurluğa çıxdıqda Cəfər ona Mehbalının yanında 200 manata işləməsinin əvəzinə evdə olan televizor və digər elektronika əşyalarını satmasını və oradan mənfəət əldə etməsini məsləhət görmüşdür. O isə cavabında uzun illər burada işlədiyini və ev sahibinə sadiq olduğunu bildirmişdirZərərçəkmiş şəxs spirtli içkinin təsirindən ayın 25-i pəncərini onun açdığını və pilləkəni divara söykəyərək oğurluq məqsədilə evə daxil olduğunu boynuna almışdır. Bu zaman o, buna əsəbləşərək mobil telefonunu götürüb çölə çıxıb Mehbalıya zəng etmək istəmişdir. Həmin vaxt Cəfər telefonu götürdüyünü görüb ona hücum çəkib təhqir edərək telefonu əlindən alıb yerə çırparaq sındırmışdır. Davamında Cəfər onun sol qolunu arxadan buraraq onu zərərsizləşdirib oradan qaçmaq istəmişdir. Həmin vaxt o, Cəfəri vuraraq kənara çəkilmişdirZərərçəkmiş şəxs onun zərbəsindən sonra qapıdan çölə çıxmış və həmin vaxt yerdə olan butulkanı ona tərəf atdıqda əyildiyi üçün butulka ona dəyməmiş və qapının şüşə çərçivəsini sındırmışdır. Bundan sonra o, orada stəkanı götürərək Cəfərə atmış, lakin stəkan ona dəyməmişdir. Daha sonra o, qaçıb həyətdən sapsız külüngü götürmüş və həmin şəxsə tərəf atmışdır. Bu zaman külüng onun kürək nahiyəsinə dəymiş və yerə düşmüşdür, Lakin külüng zərbəsinin təsiri zəif olduğundan ona heç nə olmamış və darvazaya tərəf qaçmağa başlamışdır. O da külüngü yerdən götürüb onun arxasınca qaçmış və yenidən hər iki əli ilə külüngdən bərk yapışaraq külüngü Cəfər qaçan tərəfə atsa da, külüng ona dəyməmiş və yerə düşmüşdürZərərçəkmiş şəxs darvazanın bağlı olduğunu görüb sol tərəfə, sanitar qovşaq tərəfə qaçdıqda o, yenidən külüngü yerdən götürüb ona tərəf atmışdır. Külüng həmin adamın başının arxasından dəymiş və şəxs üzü üstə yerə yıxılmışdır. O, Cəfərin yanına getdikdə arxası üstə çevrilmək istədiyini görüb yenidən külünglə şəxsin bir dəfə başının arxasına və bir dəfə də kürəyinə külünglə zərbə endirmişdir. Zərbədən sonra şəxsin başından qan axmış və hərəkətsiz qalmışdır. Bundan sonra həyətin işıqlarını yandırmış, şəxsin öldüyünü görüb özünü itirmiş və bir neçə saat yay mətbəxində oturmuşdur, özünü toparladıqdan sonra saat 02 radələrində evdən çıxaraq yenidən '‘Murad” marketə getmişdir. Lakin market bağlı olduğundan üzbəüzdə yerləşən “Şərab” evindən 250 ml araq və bir butulka pivə alaraq yenidən evə qayıtmışdır. Həmin vaxt yağış yağmışdır. Spirtli içkiləri içib biraz gözlədikdən sonra öldürdüyü adamın yanına getmiş, onun gödəkçəsini çıxararaq başının altına qoymuş, ayağından sürüyərək arxa qapıdan çıxarmış və qonşuluqda ünvanını bilmədiyi yarım tikili evin həyətinə gətirmişdir. O, Cəfəri sürüyən zaman şəxsin ayağındakı idman ayaqqabıları ayağından çıxmışdır. Həmin vaxt qaranlıq olduğundan onu heç kim görməmişdir. Daha sonra yaşadığı evin həyətindən beli götürərək yenidən həmin həyətə qayıtmış və torpağı qazmağa başlamışdır. Yeri qazdıqdan sonra həmin adamın çiynindən tutub qazdığı yerə atmışdır. Bu zaman onun üzərində olan qısaqol köynək çıxmışdır. Onu qazdığı yerdə basdırmışdır. Həmin evin adını xatırlamadığı sahibi Rusiya Federasiyasında yaşadığı üçün ondan onun həyətində olan ağacları sulamağı xahiş etmişdir. Bu səbəbdən həmin darvazanın açarı onda olmuşdur. Lakin daha sonra darvazanın qıfılı xarab olduğundan o, darvazanın qapısını məftil ilə bağlamış və həyətə rahat girib çıxmışdır. Onu basdırdıqdan sonra köynəyini, ayaqqabısını və öz ayaqqabını torbaya qoymuş, evdən çıxıb “Murad" market istiqamətində hərəkət edərək torbanı hazırda xatırlamadığı yerə atmışdır. Daha sonra təxminən gecə saat 01 radələrində qonşu evlərin birində gözətçi işləyən tanışı Rahimin yanına getmiş və ondan mobil telefon istəmişdir. Rahim ona telefonunun harada olduğunu soruşduqda sonuncuya telefonunun sındığını bildirmişdir. Daha sonra onun telefonu ilə “DİN"-in 102 xidmətinə zəng edərək törətdiyi hadisə və hadisə yeri barədə məlumat vermişdir. Polisə xəbər verdikdən sonra Rahimlə birlikdə meyiti basdırdığı həyətə gəlmiş və sonuncuya meyiti göstərib hadisə barədə danışmışdır. Rahim meyiti gördükdən sonra qorxusundan qaçıb getmişdir. Daha sonra polis əməkdaşları evə gələrək onu tutmuşlar. Hadisə 29 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanının həyətində baş vermişdir. Onun Cəfəri külünglə vurmaqda məqsədi həmin şəxsi öldürmək olmuşdur. O, özünü müdafiə etmək məqsədilə 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 30 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində belə ifadə vermişdir. Əslində isə hadisə hazırda qeyd etdiyi kimi olmuşdur. Həmin vaxt evdə Cəfər və ondan başqa hər hansı digər şəxs olmamışdır. O, külüngü Cəfərin arxasından atmış və külüng zərbələri həmin şəxsin başının arxasına dəymişdir. Daha sonra yerdə uzanıqlı vəziyyətdə olan zaman külünglə həmin şəxsin bir dəfə başının arxasından və bir dəfə də kürəyindən yenidən zərbə vurmuşdur. Mübahisə zamanı Cəfər müqavimət göstərərək sol qolunu arxadan burmuşdur. O, Cəfərə sağ əli ilə yumruq zərbəsi vuran zaman sağ əlinin ikinci barmağı yaralanmışdır. Hadisə baş verən zaman orada ikisindən başqa heç kim olmamışdır. Tanımadığı digər şəxs isə qaçdığından evin həyətində ikisi qalmışlar. O, həmin sapsız külüngü evin həyətində daşın üzərindən götürmüşdür. Külüngün sapı isə toyuq damının qapısının yanında olmuşdur. Həmin vaxt o, narkotik vasitələrin təsiri altında olmamışdır. Lakin hadisəni törədən zaman spirtli içki qəbul etmişdir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda deyildir. Hadisə vaxtı həyəcanlı və əsəbi olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Törətdiyi əmələ görə peşmandır. O, Cəfəıiə tanış olarkən onların yanında tanışı Eldar olmuş və onun adını Eldar soruşarkən onlara adının Cəfər olduğunu demişdir. Buna baxmayaraq O, Cəfərə “ağsaqqal'’ deyə, Cəfər isə ona “bajoğlu” deyə müraciət etmişdirZərərçəkmiş şəxs hadisə ərəfəsində söhbətləri zamanı iki oğlu olduğunu və birinin adının səhv etmirsə, “Ramin” ya “Ramil” olduğunu və idmançı olduğunu demişdir, özünün isə 1990-cı illərdə dustaq aparıb-gətirən kanvoy işlədiyini demişdir. Bundan başqa 8-10 il bundan öncə Xırdalanda dəmiyoluna qalxan küçənin aşağı tərəfində yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsində arvadı polis zabiti olan, əri isə polis nəfəri olan bir ailənin evinin təmirini gördüyünü və ona yaxşı ödəniş etdiklərini demişdir. Hətta onunla birlikdə olduqları dövrdə telefon işlətmədiyi üçün ona qohumlarına yaxınlarına zəng etməsini təklif etsə də, Cəfər heçkimə zəng etməmişdir və onu telefonla danışdığının şahidi ümumiyyətlə olmamışdırZərərçəkmiş şəxs onunla danışarkən “gələjəm, gedəjəm“ şəklində ”J” hərfindən çox istifadə etmiş və özü Tovuz rayonundan olduğum üçün onlarım zonasının, yəni Gəncə Basar zonası da "J” hərfindən çox istifadə etsə də, Cəfərdə elə olmamış, bir növ Qarabağ zonasının adamları kimi danışmışdır. Onun hadisə ərəfəsində istifadə etdiyi 070 *** ** ** və 070 *** ** ** saylı telefon nömrələri olmuşdurZərərçəkmiş şəxs vaksin pasportu olmamış və o, Cəfərə hətta vaksin pasportu almasını təklif etmişdirZərərçəkmiş şəxs həmin vaxt ona şəxsiyyət vəsiqəsinin olmadığını demişdir. O, həmin vaxt bilməmişdir ki, şəxsiyyət vəsiqəsi üzərində yoxdur, ya ümumiyyətlə yoxdur. Bu zaman Cəfərə təklif etmişdir ki, polisə gedib arayış alıb o formada vaksin vurdursun. Həmin vaxt Cəfər bundan imtina edərək istəməmişdir. Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, ola bilər ki, hadisə zamanı içkili olduğundan hadisənin baş verdiyi saatı səhv demiş, hadisə 29 sentyabr 2021-ci il tarixdə, saat 6 radələrində baş vermişdir. Çünki bu danışıqların hamısı hadisədən öncə olmuşdur. Qeyd olunan telefon danışıqları hadisədən öncə olduğundan həmin vaxt ümumiyyətlə hadisənin özü olmamışdır və hadisə baş verəndən sonra telefonun qırılıb yararsız hala düşdüyü üçün hadisə barədə heç kimə deməmiş və heçkimdən də köməklik istəməmişdir. Hadisə bir neçə saat sonra fikirləşib sonda yalnız Rahimin telefonu ilə hadisə barədə polisə məlumat vermişdir. (Cild 3, iş vərəqləri 174-177, Cild 1, iş vərəqləri 66-69, Cild 1, iş vərəqləri 80-83, Cild 3, iş vərəqləri 45-51) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs gəlib onlardan iş istəmişdir. Onlar da ona daş və s. daşımasını bildirmişlər. Daşıdığı hər daşına sayına uyğun olaraq pul vermişlər. Bir gün yağışlı havada onun işlədiyini görmüş və belə havada işləməməsini ona bildirmişdir. Daha sonra o getmiş, zərərçəkmiş şəxs ilə qardaşı Şahid4 birlikdə oturmuşlar. Hadisənin birbaşa şahidi olmamışdır. Hadisə təxminən 2021-ci ilin sentyabr ayının sonlarında baş vermişdi. O, işə gəldikdə Təqsirləndirilən şəxs da gəlmişdir. Qardaşı Şahid4 Təqsirləndirilən şəxs “dayı haradadır?” deyə soruşmuşdur. Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsi yola saldığını və onun getdiyini bildirmişdir. O, zərərçəkmiş şəxsi öldürdüyünü daha sonra saat 10:00-10:30 radələrində bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən “Murad” marketə gedərkən zərərçəkmiş şəxsi yolda görmüşdür. Onun əlində çanta olmuşdur. Zərərçəkmiş şəxs ondan iş istəmişdir. O da onu qardaşı Şahid1 yanına gətirmişdir. Qardaşı onunla pul müqabilində daş daşımağa dair razılaşmışdır. Zərərçəkmiş şəxs bir müddət orada işləmişdir. Qardaşı ona əyninə geyinməyi üçün paltarlar vermişdir. Zərərçəkmiş şəxs sadəcə 2 ev aralıda olan Təqsirləndirilən şəxs adlı şəxs ilə qaldığını bildirmişdi. Bir gün yağışlı hava zamanı işləməyə davam edirdi. Qardaşı Şahid1 gəlmiş və ona işləməsini bildirmişdir. Daha sonra qardaşı Şahid1 getmişdir. Onlar zərərçəkmiş şəxslə qalmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu incitdiyini demişdir. Bunu eşitdikdən sonra o, Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə başqa ev tapanadək onu incitməməsini demək üçün getmişdir. Qapını döysə də, Təqsirləndirilən şəxs çıxmamışdır. Səhərisi gün evin qarşısında Təqsirləndirilən şəxs görmüşdür. Ondan zərərçəkmiş şəxsin harada olmasını soruşduqda, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində sıyrıq görmüşdür. Onunla söhbət edən zaman o, itin kəmərindən saxlamışdır. Əlinə nə olduğu barədə soruşduqda itin kəmərinə görə belə olduğunu demişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin paltarlarını götürüb getdiyini demişdi, lakin o bilirdi ki, zərərçəkmişin paltarları olmamışdır. Daha sonra işlədiyi yerə getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs gəlib onlarla halallaşmış və zərərçəkmiş şəxsi ödürdüyünü bildirmişdir. Daha sonra onun mobil telefonuna zəng gəlmişdir. Danışdığı şəs onun həyat yoldaşının səsinə bənzəyirdi. Təqsirləndirilən şəxs həyat yoldaşı ilə də halallaşmışdır. Təxminən yarım saat sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxsin 60 yaşı olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmə səbəbi kimi zərərçəkmiş şəxsin onun ünvanına nalayiq ifadələr səsləndirməsini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, bir gün Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döyərək, gözətçisi olduğu evin sahibinin müəyyən ləvazimatlar almalı olduğunu, lakin hələ gəlmədiyini bildirərək, ona zəng etməsi üçün onun mobil telefonunu istəmişdir. O, ona mobil telefonunu vermiş, danışdıqdan sonra geri qaytarmışdır. Bir müddət sonra yenidən gəlib mobil telefonunu zəng etmək üçün istəmişdir. Bu dəfə ondan mobil telefonunu götürməyi, sabah geri qaytarmağını xahiş etmişdir. O da mobil telefonunu ona vermişdir. Növbəti gün mobil telefonunu götürmək üçün Təqsirləndirilən şəxs gözətçi kimi yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs onu içəri dəvət etmişdir. Təqsirləndirilən şəxs evin həyətində meyit olduğunu, adam öldürdüyünü bildirmişdir. Daha sonra evin həyətində yerdə üstü torpaq ilə örtülmüş nəsə göstərmişdir. Diqqətlə baxdıqdan sonra adam burnu görmüş və özünü itirərək, şok vəziyyətinə düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs “102” xidməti-zəng mərkəzinə zəng edib bu barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs ona zəng edərək, görüşməyi təklif etmişdir. O, onun gözətçi olduğu evə getmişdir. Onlar birlikdə mağazaya ərzaq və s. almaq üçün getmişlər. Yolda olarkən zərərçəkmiş şəxsi görmüşlər. O, onlardan siqaret istəmiş və onlar da ona siqaret vermişlər. Zərərçəkmiş şəxs qalmağa yeri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona onlarla gəlməyi təklif etmişdir. Həmin şəxs onlarla birlikdə Təqsirləndirilən şəxs gözətçi olduğu evə gəlmişdir. Onlar gedib bir qədər yemək yeyib içki içmişlər. Daha sonra gec olduğu üçün o da orada qalmalı olmuşdur. Növbəti gün səhər saatlarında o, tələsdiyi üçün durub getmişdir. Bundan sonra polis orqanında bilmişdir ki, Təqsirləndirilən şəxs həmin şəxsi öldürmüşdür. Zərərçəkmiş şəxsin təxminən 60 yaşı var idi. O, təxmin etdiyi qədərilə Ağsu şəhərində məskunlaşmış şəxsi olmuşdur. Çünki Şamaxı şəhəri sakinlərinin ləhcəsi ilə danışırdı. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərdiyi ünvanda yaşayır. Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan fəhlə bazarında dayanıb günəmuzd fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onu Novxanı bağlar massivində fərdi evdə yaşayan bacısı Aytən Salmanova ilə qonşu olduğundan tanımışdır. Təqsirləndirilən şəxsla həmin ünvanda mühafizəçi kimi fəaliyyət göstərərək həm də bir övladı ilə birgə yaşamışdır. 28 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində 070 *** ** ** saylı mobil nömrəsindən ona Ramin zəng edərək qardaşı Zaurun yanında olub-olmadığını soruşduqda Zaur yanında olduğundan telefonu ona vermişdir. Ramin Zauru evlərinə yemək yeməyə çağırdıqda Zaur onunla razılaşıb onun evinə getmişdir. Daha sonra 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Ramin mühafizəçi kimi işlədiyi və yaşadığı ünvanda tanımadığı tanışını öldürdüyünü qonşulardan eşitmişdir. Zaurdan gecə Raminin evində olduğunu soruşduqda o, gecə Ramin, adını bilmədiyi öldürdüyü şəxslə birlikdə yeyib-içdikdən sonra özünün həmin ünvandan ayrılaraq evə gəldiyini hadisə baş vermişdirsə də, o gəldikdən sonra baş verdiyini bildirmişdir. Lakin Zaur yeyib-içdikləri müddətdə Ramin və digər şəxsin hər hansı mübahisəsinin baş vermədiyini bildirmişdir. 28 sentyabr 2021-ci il tarixdə, saat 6 radələrində Təqsirləndirilən şəxs yaşadığı və gözətçi işlədiyi bağda öldürdüyü şəxsin fotoşəkilləri ilə tanış olmuşdur. Həmin fotoşəkildəki şəxsi tanımır. Ola bilsin ki, əvvəllər işlədiyi ərazidə görmüş, lakin xatırlamır. Həmin hadisənin səhəri o, Raminin bir nəfər şəxsi öldürdüyünü eşitmişdir. Təqdim edilən fotoşəkili ona hadisədən bir neçə gün sonra Sumqayıt şəhər polis idarəsinin əməkdaşları onunla birlikdə həmin ərazidə günəmuzd işləyən bütün fəhlələrə təqdim tmişdirr. Lakin heç kim onu tanımamış, adını, soyadını, atasının adını bilməmişdir. Ona təqdim olunan nömrələrdən ********** ona, ********** isə qardaşı Zaurun tanışı Samirəyə məxsusdur. Digər qeyd olunan nömrələrin kimə məxsus olduğunu bilmir. Həmin ərəfədə Samirə qardaşı ilə birlikdə Novxanıda bağda qalmışdır. Samirənin telefonu ilə qardaşı Zaur danışmışdır. Qardaşı Zaur isə hazırda Şəfa stadionun yanındakı 1 saylı cəzaçəkmə müəssisəsindədir. O, bir neçə ay bundan öncə Novxanı bağları ərazisində oğurluq hadisəsi törətdiyi üçün Sumqayıt şəhər məhkəməsi tərəfindən ona 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmin telefon danışıqları Raminlə qardaşı Zaur arasında olmuşdur. Zaurun telefonu xarab olduğu üçün və Ramin onunla əlaqəsi olduğu üçün nömrəsini bildiyindən Zaurla danışmaq üçün ona zəng etmişdir. Elə həmin gün də ona zəng edərək qardaşı Zauru istəmiş və o da telefonu ona vermişdir. 28 sentyabr 2022-ci il ərəfəsində Təqsirləndirilən şəxs, həmçinin həmin vaxt onun yanında təqdim edilən fotoşəkildəki şəxsi gördüyünü xatırlamır. (Cild 3, iş vərəqləri 110-113) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilindiyindən Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasını 15 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Məhkum olunmamışdan öncə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan fəhlə bazarında dayanıb günəmuzd fəhləliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onu Novxanı bağlar massivində fərdi evdə yaşayan bacısı Aytən Salmanova ilə qonşu olduğundan tanımışdır. Təqsirləndirilən şəxsla həmin ünvanda mühafizəçi kimi fəaliyyət göstərərək həm də bir övladı ilə birgə yaşamışdır. 28 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində 070 *** ** ** mobil nömrəsindən Ramin qardaşı Familə zəng edərək onu soruşmuş və o da qardaşından telefonu götürüb Raminlə danışmışdır. Ramin həmin vaxt ona yemək hazırladığını və qonağı olmasını istədiyindən onu yanına bağa dəvət etmiş və o da Raminə gələcəyini deyib sağollaşmışdır. Buna baxmayaraq o, yenə də qardaşının gözətçi işlədiyi bağda oturmuşdur. Bundan yarım saat sonra Ramin yenə zəng edərək onu yanına çağırmışdır. Həmin vaxt Raminin danışığından içkili olduğu hiss olunmuşdur. O, bundan sonra durub yaxınlıqda yerləşdiyi üçün Raminin gözətçi işlədiyi bağa getmişdir. Ramin qapını açdıqdan sonra hal- əhval edib bağa daxil olmuş və həmin vaxt Raminlə tanı madığımsaçı seyrək, ağ rəngli olan 55-60 yaşlarında bir kişinin mühafizə otağında uzandığını görüb salamlaşmışdır. Həmin kişini birinci dəfə görmüş və əvvəllər onu Raminin yanında görməmişdir. Həmin vaxt onlar araq içmişlər və Ramin ona da içməsini təklif etsə də, o, içki qəbul etməmiş, lakin Raminin bişirdiyi yeməkdən yemişdir. O, təxminən onlarla yarım saat oturduqdan sonra Ramin getməsini istəməsə də, onların içkili olduğunu görüb evə getmişdir. Onların yanında olduğu müddətdə hər hansı hadisə baş verməmişdir. Oradan ayrıldıqdan sonra Ramin içkili olduğu üçün yenə də ona bir neçə dəfə zəng edib yanına çağırsa da, o getməmişdir. Həmin günün sabahı, yəni 29 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Raminin mühafizəçi kimi işlədiyi və yaşadığı ünvanda tanımadığı tanışını öldürdüyünü qonşulardan eşitmişdir. Təqdim edilən fotoşəkillərlə tanış olmuşdur. Həmin fotoşəkildəki şəxsi tanıyır və 28 sentyabr 2021-ci il tarixdə Raminin mühafizəçi işlədiyi bağda görmüş, lakin ad, soyadını, atasının adını bilmir. Hətta yadındadır ki, həmin kişidən haralı olduğunu soruşduğumda ona Azərbaycandanam demişdir. Ramin həmin vaxt kənardan onlara yaxın rayonlardan olduğunu bildirmişdir. Adını ola bilsin ki, soruşmuş, lakin nə ad çəkdiyini hazırda xatırlamır. O, Ramingilin yanında olarkən onlar mübahisə etməmişlər və qeyri adi hadisə baş verməmişdir. Ona təqdim olunan nömrələrdən ********** nömrəsi qardaşı Familə və ********** isə tanışı Samirəyə məxsusdur. Digər qeyd olunan nömrələrin kimə məxsus olduğunu bilmir. Raminin Samirə ilə əlaqə saxlamasına səbəb ola bilsin ki, o olmuşdur. Buna baxmayaraq o, həmin gün Samirə ilə birlikdə olmamış və Samirənİn özü də Raminin onunla telefon əlaqəsi yaratdığını ona desə də, hazırda xatırlamır. Ramin nə ona, nə də yaxınlarına cinayət törətməsi barədə məlumat verməmiş və hər hansı köməklik istəməmişdir. Onun Raminin törətdiyi cinayət barədə səhəri gün qonşuların vasitəsilə məlumatı olmuşdur. (Cild 3, iş vərəqləri 170-173) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 29 sentyabr 2021-ci İl tarixli protokola əsasən hadisə yeri Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, 319 nömrəli yaşayış evinin həyətidir. Yaşayış evi iki mərtəbəlidir. Evin həyətində sağ və sol tərəfdə ağaclar olan bağ sahəsi var. Hər iki bağ sahəsi çəpərlərlə əhatələnmişdir. Yaşayış evinin iki girişi var. Evin ön girişində darvaza qapısının biri içəri doğru açılmış vəziyyətdədir. Yaşayış evinin həyətində yay mətbəxi kimi istifadə olunan tikili vardır. Mətbəx plastik materialdan tikilmişdir. Mətbəxin qapısının şüşəsi sınmış vəziyyətdədir. Yaşayış evinin arxa giriş qapısı tünd çəhrayı rəngli dəmir materialdandır. Qapı çölə doğru açılmış vəziyyətdədir. Daha sonra ünvan 4 ünvanının həyətinə gedilmişdir. Giriş darvazası boz rəngli dəmir materialdandır. Həyətə daxil olduqda sol tərəfdə yarımtikili vardır. Həyətə daxil olduqda torpağa basdırılmış vəziyyətdə kişi cinsli meyit aşkar edilmişdir. Meit basdırıldığıyerdən çıxarıldıqda meyitin üst geyiminin olmadığı müəyyən edilmişdir. Həyətdə yerdə qanabənzər ləkə aşkar edilmişdir. Qanabənzər ləkə pambığa hopdurulmaqla müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Həyətə daxil olduqda sol tərəfdə üzərində qanabənzər ləkələr olan gödəkçə aşkar edilmişdir. Gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Yenidən ünvan 5 ünvanına qayıtdıqda həyətdə yerdə qara rəngli qış gödəkçəsi aşkar edilmişdir. Həmin gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həyətə ön giriş darvazasından daxil olduqda sağ tərəfdə çəpərin içərisində sapsız külüng aşkar edilmişdir. Həmin külüng müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Həmin yerdə ağ rəngli taxta materialdan ola qapı vardır. Qapının üzərində qanabənzər ləkə aşkar edilmişdir. Həmin qanabənzər ləkə pambığa hopdurulmaqla müvafiq qaydada götürülərək qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 3-12) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 113 nömrəli rəyində göstərilmişdir ki, mərhum 40-60 yaşlarında naməlum kişi cinsli meyitin bədəni üzərində beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə qapağı və əsası sümüklərinin sınığı, başın, sağ gicgah nahiyəsinin 2 ədəd, ənsə-təpə nahiyəsininin 4 ədəd, sol təpə nahiyəsinin bir ədəd yarası, sol alın-təpə nahiyəsinin qançır və sıyrıntıları, sol qaşüstü nahiyənin yarası, sağ gözətrafının qançırı, sağ əlin İİİ barmağının orta falanqasının yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən şəraitdə külünglə vurulma nəticəsində əmələ gəlmişdirlər, həyatidirlər və dərəcəsinə görə başın 7 ədəd yarası birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Digər xəsarətlər canlı şəxslərdə yüngül dərəcəli bədən xəsarətlərinə aid edilirlər. Mərhum 40-60 yaşlarında naməlum kişi cinsli meyitin ölümünə səbəb almış olduğu xəsarətlər - başın sağ gicgah nahiyəsinin 2 ədəd, sağ ənsə-təpə nahiyəsinin 4 ədəd, sol təpə nahiyəsinin 1 ədəd yaraları nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. Zərəyetrirənlə mərhum müxtəlif duruş vəziyyətində (üz-üzə, yan-yana, yarımbükülmüş və s.) ola bilərdi. Mərhum 40-60 yaşlarında naməlum kişi cinsli meyitdən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fentiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisiatlar aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 245-252) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 1287 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində burunun sıyrığı, sağ əlin İİ barmağının yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilə bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 2, iş vərəqləri 1-3) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4458 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd dəstək hissəsi olmayan külüngün səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd jaketin, naməlum kişi cinsli meyitə məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd gödəkçənin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd jaketin səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında naməlum kişi cinsli meyitə məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd gödəkçənin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş naməlum kişi cinsli meyitə məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd gödəkçənin səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın və 01 ədəd jaketin tərkib lidlərindən yoxdur. (Cild 2, iş vərəqləri 4-8) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2021-ci il tarixli, 748/2021-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B-alfa/lll/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus jaket üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B.H antigenləri alındı. Beləliklə, bu qan ləkələri Balfa/H//l!l/ qeuplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim edilən külüng və pambıq çubuqlar üzərindəki ləkələrdə zəif insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri tədqiq edildikdə qeup antigenləri alınmadığı üçün bu qan ləkələrinin qrup mənsubiyyəti barədə fikir söyləmək mümkün olmadı. Təqdim edilən naməlum şəxsə məxsus gödəkcə, Təqsirləndirilən şəxs məxsus gödəkcə üzərindəki ləkələrdə qan, onlara məxsus şalvarlar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. (Cild 2, iş vərəqləri 9-13) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbi-bioloji, tibbi-kriminalistik və soyuq silah ekspertizasının xx.xx.2021-ci il tarixli, 616/MTKŞ-2021 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş naməlum kişi meyitinə məxsus gödəkcənin və şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin ön səthinin sağ sərbəst kənarında, yuxarıdan 2-ci düymə yerində bir ədəd, yuxarıdan 3-cü düymə yerində bir ədəd zədə, yuxarıdan 4-cü düymə yerində tikiş saplarının qalıqları var. Bu zədələr küt yaranma mexanizminə malikdir, düymələrin kəskin dartılması (qoparılması) nəticəsində törənmişlər. Təqsirləndirilən şəxs məxsus şalvarın və jaketin üzərində zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus jaketin sol qolunun arxa səthində və külüngün üzərində olan və məhkəmə-tibbi bioloji tədqiqat zamanı aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) səthi statik və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmişlər. Təqdim edilmiş külüng zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı külüngdür (əmək alətidir) və soyuq silah hesab edilmir. (Cild 2, iş vərəqləri 14-18) Cinayət işi materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2794 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. R.F Əlixanov qərarda qeyd edilən əməli törətdiyi zaman və ondan əvvəl öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxsFərman oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. (Cild 2, iş vərəqləri 19-23) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 oktybr 2022-ci il tarixli qərardan görünür ki, 02 ədəd qan nümunəsi, naməlum şəxsə məxsus 01 ədəd cins şalvar və 01 ədəd gödəkçə, 01 ədəd uzunqol jaket, 01 ədəd qara rəngli klassik şalvar, 01 ədəd qara rəngli qış gödəkçəsi və 01 ədəd sapsız külüng maddi sübut kimi tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. (Cild 3, iş vərəqləri 179-203) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 119) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 6-cı bəndində verilən izaha əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü müdafiə etməsi və zərərçəkmiş şəxsi öldürmək istəməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan və iş materiallarından görünür ki, təqsirləndirilən şəxs evlidir, himayəsində 5 uşağı olmaqla onlardan 3 azyaşlıdır. Bundan başqa, iş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxs özü cinayət törətməsi barədə könüllü məlumat vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını və könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəməni qərarları ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 78-79, Cild 2, iş vərəqləri 54-55, 95-96, 250-252,Cild 3, iş vərəqləri 235-237) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 29 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan 02 ədəd qan nümunəsi, naməlum şəxsə məxsus 01 ədəd cins şalvar və 01 ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol jaket, 01 ədəd qara rəngli klassik şalvar və 01 ədəd qara rəngli qış gödəkçəsi və 01 ədəd sapsız külüng məhv edilməlidir. İş materiallarında olan 20 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 154 manat 15 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etmiş və bu müdafiəçilər tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onların hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 154 manat 15 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan 02 ədəd qan nümunəsi, naməlum şəxsə məxsus 01 ədəd cins şalvar və 01 ədəd gödəkçə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol jaket, 01 ədəd qara rəngli klassik şalvar və 01 ədəd qara rəngli qış gödəkçəsi və 01 ədəd sapsız külüng məhv edilsin. 20 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-43/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-43/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver