Məhkəmə qərarları › İş №1(124)-432/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-432/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-432/2022 29.11.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (CİNAYƏT İŞİNİN BAXİLMASİNA XİTAM VERİLMƏSİ VƏ ONUN İBTİDAİ ARAŞDİRMAYA PROSESSUAL RƏHBƏRLİYİ HƏYATA KEÇİRƏN PROKURORA QAYTARİLMASİ HAQQİNDA) Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, həmin cinayət işi 20 may 2022-ci il tarixdə fakt üzrə CM-nin 234.2 və 237.1-ci maddələri ilə Şabran Rayon Polis Şöbəsində başlanmış, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi 04 iyul 2022-ci il tarixdə CM-nin 234.2 və 237.1-ci maddələrindən həmin Məcəllənin 234.4.3 və 237.1-ci maddələrinə tövsif edilərək istintaqı davam etdirilmişdir. İş üzrə tərtib olunmuş ittiham aktı 02 avqust 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şabran rayon prokuroru, ədliyyə müşaviri X1 tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü ilkin dinləmələr vasitəsilə yoxlayan zaman həm ittiham tərəfi, həm də müdafiə tərəfi ibtidai istintaq müddətində aradan qaldırılması mümkün olmayan kobud pozuntulara yol verilməsi səbəbindən cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermişlər. Məhkəmə tərkibi həm ittiham tərəfi, həm də müdafiə tərəfinin fikirlərini ayrı-ayrılıqda dinləyib, cinayət işinin materiallarını qarşılıqlı şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyindən, cinayət işi baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə kollegiyası bildirir ki, ilk növbədə təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququ, beləliklə də, müdafiə hüququ pozulmuşdur. Belə ki, CPM-in 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən elan olunan ittihamda cinayətin baş vermə mexanizminin (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) dəqiq və ətraflı göstərilməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu aydın şəkildə anlaması və nədə təqsirləndirildiyini dərk etməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində də cinayətin törədilmə yeri, vaxtı, motivi, nəticələri, həmçinin ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilsə də, nəticəvi hissədə verilmiş ittihamın təsviri əks etdirilməmiş, yəni CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş zəruri tərkib əlamətləri (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) göstərilməmişdir. Halbuki Təqsirləndirilən şəxs qismində verdiyi ilkin – 20 may 2022-ci il tarixli ifadəsində 3 qram narkotik vasitə olan heroinin ona məxsus olmadığını, xx.xx.2022-ci il tarixli ifadəsində isə həmin narkotik vasitəni 2022-ci ilin aprel ayının təxminən əvvəllərində təsadüfən tanış olduğu adını xatırlamadığı şəxsdən Şabran şəhərində 100 manat müqabilində aldığını göstərmişdir. Qeyd edilən pozuntu isə qanunverici tərəfindən CPM-nin 303.3.1-ci maddəsində kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs qismində verdiyi 20 may 2022-ci il tarixli ifadəsində özünü müdafiə üçün dəlil gətirərək evindən aşkar edilmiş 1 bükümdə 3 qram narkotik vasitə olan heroinin ona məxsus olmadığını bildirsə də, iş üzrə tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi bu dəlil və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməmiş və CPM-nin 289.3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilən pozuntu isə qanunverici tərəfindən CPM-nin 303.3.6-cı maddəsində kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. Bundan əlavə, cinayət işi 174 vərəqdən ibarət olsa da, təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, protokolda vərəq sayı 186 göstərilmişdir. Bu isə onu göstərir ki, cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun şəkildə tanış edilməmiş və bununla da müstəntiq tərəfindən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-nin 284-286-cı maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Qeyd edilən qanun pozuntusu isə qanunverici tərəfindən CPM-nin 303.3.8-ci maddəsində kobud prosessual pozuntu kimi qiymətləndirilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:20-də CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, cinayət işi xx.xx.2022-ci il tarixdə başlansa da, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilmiş, həmin tarixdə də Şahid1 ilə üzləşdirilmişdir. Eyni zamanda Şahid1 üzləşdirmə istintaq hərəkəti aparılmazdan əvvəl dindirilməmiş, ən əsası bütün bu istintaq hərəkətləri cinayət işi başlanmadan aparılmışdır. CPM-nin 207.4-cü maddəsinə əsasən hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununda natamamlığa, anlaşılmazlığa və qeyri-müəyyənliyə yol verilərək CPM-nin 91.5.1-ci maddəsi, yəni təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək hüququ (müdafiə hüququ), ittiham aktının tərtibi və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284-286, 288-ci maddələrinin tələbləri pozulmuşdur. Bu isə bir daha ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntusuna yol verildiyini təzahür edir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Qeyd olunan bu və digər pozuntular CPM-in 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Bundan başqa, CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması zəruridir. Bundan əlavə, CPM-in 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 29 ( iyirmi doqquz) dekabr 2022-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 29 ( iyirmi doqquz) dekabr 2022-ci il tarixədək uzadılsın.

3. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

4. Qərarın surəti Təqsirləndirilən şəxs barəsində icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

5. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Sədrlik edən hakim Aynur Rzayeva Hakim Fəhmin Hümbətov

Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar