Məhkəmə qərarları › İş №1(124)-432/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-432/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-432/2024 03.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1967-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 09 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya uyğun olaraq alacağı psixotrop maddə metamfetamin, narkotik vasitə heroin və tərkibində narkotik vasitə metadon maddəsi olan dərman həbinin dəyəri olan 120 (bir yüz iyirimi) manat pulu ona verilmiş bank hesabına ödəmiş, bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə gedərək həmin ərazidəki yol kənarına İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə yerləşdirilmiş ümumilikdə 4,159 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, ümumilikdə 0,586 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və tərkibində 0,02 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon təsir maddəsi olan 4 hissə dərman həbini qoyulduğu ərazidən götürüb satış məqsədi ilə daşıyıb Sumqayıt şəhərinə gətirməklə, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bir qismini üzərində, narkotik vasitə heroinlə psixotrop maddə metamfetaminin qalan hissəsini və tərkibində narkotik vasitə metadon təsir maddəsi olan həbi yaşadığı mənzildə saxlamış, 12 avqust 2023-cü il tarixdə saat 17:39-da Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə baxış keçirilərkən, həmin evin giriş hissəsində yerləşən ümumi dəhlizin ortasındakı masanın altındakı gözlükdə 01 (bir) ədəd karton qutunun içərisindəki 01 (bir) ədəd siqaret qutusunda 10 (on) ədəd sarı rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,338 qram, 0,341 qram, 0,377 qram, 0,357 qram, 0,368 qram, 0,378 qram, 0,339 qram, 0,395 qram, 0,269 qram, 0,331 qram və 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qram, 0,079 qram, 0,091 qram, ümumi təmiz çəkiləri 3,784 qram təşkil edən külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,096 qram, 0,104 qram, 0,108 qram, ümumi təmiz çəkiləri 0,379 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tərkibində 0,02 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon təsir maddəsi olan 01 (bir) konvalyut kəsiyində 14 hissə dərman həbi və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra polis idarəsinə dəvət edilməklə həmin gün saat 19:07də xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,375 qram təşkil edən, şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,207 qram təşkil edən, şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evdə olan zaman polis əməkdaşları onun evinə girərək axtarış aparmış və şkafdan narkotik vasitə çıxararaq masanın üzərinə qoymuşlar. Birinci qrup polis əməkdaşları gəlib evi axtaran zaman heç bir narkotik vasitə tapmamış, daha sonra saat 18 radələrində ikinci qrup polis əməkdaşları gələrək onun evindən narkotik vasitə çıxarmış və hədə-qorxu gələrək həmin narkotik vasitəni onun boynuna qoymuşlar. Onda 0,5 qram narkotik vasitə olmuş, amma ittihamda qeyd edilən qədər olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, üzərində 0,5 qram narkotik vasitə heroin olmuş, Əli adlı İran İslam Respublikası vətəndaşını tanımır, onun telefonunda ********** mobil nömrəsi olmuş, həmin nömrə vasitəsi ilə narkotik vasitə almaq barədə danışıqları olmamış, polis əməkdaşları ona hədəqorxu gəlmiş, onların evinin ətrafında kamera olmuş, polis əməkdaşları onu döyməmiş, sadəcə ailəsi ilə hədə-qorxu gəlmiş, bu barədə heç kimə məlumat verməmiş, həmin polis əməkdaşları ilə əvvəllər heç bir ədavəti olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zellabdin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr saxlaması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə icazə verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilməsi üçün Sumqayıt şəhər prokurorluğuna vəsatətlə müraciət etmiş, bundan sonra Sumqayıt şəhər prokurorunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanına daxil olmalarına və həmin ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin müvafiq qərarını əldə etdikdən sonra isə 12 avqust 2023-cü il tarixdə onlar həmin ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs məhkəmə qərarı elan edilmiş, o yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra yaşayış evinə daxil olmuşlar. Bundan sonra fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin ümumi dəhlizinin ortasındakı masanın altındakı gözlükdən bir ədəd karton qutunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış keçirilərkən həmin qutunun içərisindən bir ədəd siqaret qutusunun içərisində üç ədəd gümüşü rəngli siqaret kağızına və on ədəd şəffaf sellofan bükümlərə qablaşdırılmış maddələr, dörd ədəd gümüşü rəngli siqaret kağızına qablaşdırılmış ağ rəngli, kristal şəkilli maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə heroin və psxiotrop maddə metamfematin olduğunu bildirmişdir. Bundan əlavə şəxsin yaşadığı mənzildən elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq tərəzidə çəkilmiş və müvafiq sənədləşdirmələr aparılması üçün Təqsirləndirilən şəxs polis idarəsinə gətirmişlər. İdarədə Elxanın üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, şəxs narkotik vasitəni Bakı şəhəri ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, elektron tərəzini isə iranlı şəxsdən narkotik vasitə alan zaman çəkisini müəyyənləşdirmək məqsədi ilə istifadə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs evinə gün ərzində bir defə getmişlər, evə baxış keçirilən zaman videoçəkiliş olunmuş, təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir olunmamış, şəxs könüllü olaraq narkotik vasitə və psixotrop maddələri boynuna almış, şəxs əvvəllər onun işlədiyi ərazidə yaşadığı üçün onu əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən əvvəllər də tutulmuş, şəxsin üzərinə baxış keçirilməsi zamanı aşkar olunanları xatırlamır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və X9 ayrı-ayrılıqda Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 Zellabdin oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir (cild 01, iş vər. 144-147). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olan, Sumqayıt şəhəri H.Ztağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 08). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına daxil olma və baxış keçirilməsinə icazə verilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı giriş hissədə ümumi dəhlizdə ortada yerləşən masanın altında olan gözlükdə yerləşən 01 ədəd qara rəngli karton qutu, 01 ədəd elektron tərəzi, masanın üzərində 01 ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilmiş, 01 ədəd karton qutu açılan zaman içərisində Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 235 manat pul, 01 ədəd “Pall Mall” markalı siqaret qutusu olduğu müəyyən edilmiş, həmin siqaret qutusu açılan zaman içərisində 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli kristal şəklində olan maddə olan bükümlərin, həmçinin 03 ədəd gümüşü rəngli siqaret kağızına, 10 ədəd isə sarı rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümlərin, həmçinin 01 ədəd yarı istifadə olunmuş vəziyyətdə olan həbin olduğu müəyyən edilmişdir. İçərisində ağ rəngli kristal şəklində maddə olan bükümlər elektron tərəziyə qoyularaq çəkilən zaman birinci bükümün çəkisinin 0,23 qram, ikinci bükümün çəkisinin 0,22 qram, üçüncü bükümün çəkisinin, 0.16 qram, dördüncü bükümün çəkisinin 0,16 qram, həmin bükümlərin ümumi çəkisini 0,78 qram, içərisində qəhvəyi rəngli toz halında maddə olan bükümlər elektron tərəziyə qoyularaq çəkilən zaman birinci gümüşü rəngli kağıza bükülmüş bükümün çəkisinin 0,22 qram, ikinci gümüşü rəngli kağıza bükülmüş bükümün çəkisinin 0,12 qram, üçüncü gümüşü rəngli kağıza bükülmüş bükümün çəkisinin 0,27 qram, həmin gümüşü rəngli kağız bükümlərin ümumi çəkisinin 0,61 qram, həmçinin sarı rəngli sellofanda bükümlərdən birinci bükümün çəkisnin 0,44 qram, ikinci bükümün çəkisnin 0,43 qram, üçüncü bükümün çəkisinin 0,44 qram, dördüncü büküm çəkisinin 0,39 qram, beşinci bükümün çəkisinin 0,41 qram, altınci bükümün çəkisinin 0,43 qram, yeddinci bükümün çəkisinin 0,41 qram, səkkizinci bükümün çəkisinin 0,39 qram, doqquzuncu bükümün çəkisinin 0,41 qram, onuncu bükümün çəkisinin 0,40 qram, gümüşü rəngli kağızda və sarı rəngli sellofanda içərisində qəhvəyi rəngli toz halında olan bükümlərin ümumi çəkisinin isə 4,89 qram olduğu müəyyən edilmiş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 11-13). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisindəki 02 ədəd sarı rəngli sellofanda olan bükümlər aşkar edilmiş, həmin bükümlərdəki maddələr elektron tərəziyə qoyulub çəkilən zaman ilk bükümdəki maddənin çəkisinin 0,45 qram, ikinci bükümdəki maddənin çəkisinin 0,31 qram olduğu müəyyən edilmiş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 34-36). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan üç ədəd zərfdə -üzərində “imza, Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 10 (on) ədəd sarı rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,338 qram, 0,341 qram, 0,377 qram, 0,357 qram, 0,368 qram, 0,378 qram, 0,339 qram, 0,395 qram, 0,269 qram, 0,331 qram və 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,121 qram, 0,079 qram, 0,091 qram, ümumi təmiz çəkisi 3,784 qram olan qəhvəyi rəngli maddalər kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 (dörd) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,071 qram, 0,096 qram, 0,104 qram, 0,108 qram, ümumi təmiz çəkisi 0,379 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd konvalyut kəsiyində olan 01 (bir) ədəd 1/2 hissə qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 0,02 qram təşkil edir, üzərində “imza, Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,375 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi 0,207 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 11 (on bir) ədəd sarı rəngli sellofan və 03 (üç) ədəd gümüşü rəngli kağız bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim olunmuş 01 (bir) ədəd sarı rəngli sellofan və 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 01 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cuzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatın aparılması mümkün deyilir (cild 01, iş vər. 53-58). Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3308 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 2016-cı ildən “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır (cild 01, iş vər. 113). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin yaddaşında 04 (dörd) ədəd, birincisi “SMS_Tarixcesi_**********0442_774947708” adlı, ikincisi “SMS_Tarixcesi_**********0444J774947708” adlı, üçüncüsü “Zenglerin_Detaİlasmasi_**********3726 774947708-4” adlı və dördüncüsü “Zenglerin_ Mexsusluq_Tarixceleri _**********3744_774947708_NAR_4” adlı faylların olduğu, "xxxx" mobil operatoruna məxsus “**********” saylı mobil nömrənin X5 adına qeydiyyata alındığı, “**********” saylı mobil nömrədən istifadə edən şəxslə xx.xx.2023-cü il tarixdə saat 00:13:29 radələrindən xx.xx.2023-cü il tarixdə saat 12:52:41 radələrinədək olan dövr ərzində "xxxx" və digər mobil operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütamadi olaraq telefon danışıqları həyata keçirildiyi və “SMS” mətnləri göndərildiyi, “**********” saylı mobil nömrədən istifadə edən şəxsin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:02:48, 12:05:55, 12:14:06-də Tagiyev 3/"Bakı Quba yolunun Şirvan yaşayış massivi'*, saat 16:51:15-də Tagiyev 3/"Sumqayıt şəhər X11 qəsəbəsi, saat 17:56:48, 17:58:33-də Tagiyev 3Z"Bakı Quba yolunun Şirvan yaşayış massivi, saat 18:01:18, 18:02:53, 18:03:55-də Tagiyev 3/"Sumqayıt şəhər X11 qəsəbəsi, saat 18:05:59da Tagiyev 3/”Bakı Quba yolunun Şirvan yaşayış massivi, saat 18:10:52-də Tagiyev 3/"Sumqayıt şəhər X11 qəsəbəsi, saat 19:08:34-də SumgaytATS5/"Sumqayıt, Azərbaycan Prospekti 15, Sumqayıt ATS, saat 19:09:33-də Sumgait_M.Husaynzade_str/"Sumqayıt şəhəri, 6-cı məhəllə, M.Hüseynzadə küçəsi, saat 19:10:17, 19:29:28-də SumgaytATS5/'*Sumqayıt, Azərbaycan Prospekti 15 ünvanında antendən şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Bundan əlavə diskə baxış zamanı “*** *** ** **” saylı mobil nömrədən və həmin nömrəyə göndərilmiş cinayət işi üzrə əhəmiyyət kəsb edən aşağıdakı məzmunda “SMS” mətnlərinin olduğu müəyyən edilmişdir. xx-xx-2023 02:13:13 1.1.**********64 1.1.**********08 Emi burdayam xx-xx-2023 19:10:14 1.1.**********29 1.1.**********08 Emi cixdim. Kenden torpağda duz qos eliyersen yarim dasda yarim. xx-xx-2023 13:54:05 1.1.**********29 1.1.**********08 Emi menem surabad acda telfonu dediymi gelim goturumde senen. xx-xx-2023 04:02:13 xx-xx-2023 04:02:13 1.1.**********91 1.1.**********08 Emi anam qebri berk agriyiram ocun narahat eliyirem seni ogunkine gorede uzurku bil qalmiyacamda altinda meni duz basa dusde (cild 01, iş vər. 155-156). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 5730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 166-167). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 168-170). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 175-196). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olan, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı 3,784 qram narkotik vasitə heroinə bənzər maddə, 0,379 qram psixotrop maddə metamfetaminə bənzər maddə, narkotik vasitə metadon təsir maddəsi olan yarı istifadə olunmuş 01 (bir) ədəd dərman həbi və 01 (bir) ədəd üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 01 ədəd şəffaf sellofanın içərisindəki 02 ədəd sarı rəngli sellofanda olan 0,45 qram və 0,31 qram narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilən zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özündə yalnız 02 büküm narkotik vasitə olması və istifadə etməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onları müdafiə xarakterli ifadə kimi qəbul edir və onlarla razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində obyektiv şəkildə əldə olunaraq cinayət işinin materiallarına əlavə olunan sübutlar, şahid ifadələri, narkotik vasitənin satışını təsdiq edən SMS-lər və.s iş üzrə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün məhz bu məzmunda ifadə verdiyini təsdiq edir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs özünü yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, narkotik vasitə ilə yanaşı psixotrop maddənin aşkar edilməsi, narkotik vasitənin xırda bükümlərə bölünməklə saxlanılması, həmçinin şəxsin evindən elektron tərəzinin aşkar olunması, bununla yanaşı şəxsin telefon məlumatlarında narkotik vasitənin satışına dəlalət edən SMS-lərin aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitə və psixotrop maddəni, şəxsi istifadə məqsədi ilə deyil, məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş 28 mart 2006-cı il tarixli 1124 nömrəli X4 görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar mikroocaqlı üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik vəziyyətlə müşayiət olunan və kəllədaxili təzyiqin yüksək dərəcədə artması ilə keçən serebral araxnoiditlə nəticələnmiş mərkəzi sinir sisteminin keçirilmiş üzvi zədələnməsinin qalıq əlamətləri diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 114-116). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegyası Təqsirləndirilən şəxs xəstəliyinin olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər də bu qəbildən olan cinayət törətməyə görə məhkum olunmasını, lakin nəticə çıxarmayaraq yenidən qəsdən ağır cinayət törətməsini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 27, 73-74). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 3,739 qram narkotik vasitə heroin, 0,436 qram psixotrop maddə metamfetamin, 01 ədəd 1/4 hissə metadon həbi və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 12 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 3,739 qram narkotik vasitə heroin, 0,436 qram psixotrop maddə metamfetamin, 01 ədəd 1/4 hissə metadon həbi və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nahid Mirzəyev Hakimlər: Elçin Məmmədov Nurəddin Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar