Məhkəmə qərarları › İş №1(124)-433/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-433/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-433/2023 07.06.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1982-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 2, mənzil 22-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Siyəzən rayonu ərazisində yerləşən «Beşbarmaq Piri» deyilən ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 200 manat pul müqabilində 7 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 2,842 qram, 2,872 qram, 3,036 qram, 3,661 qram, 2,940 qram, 2,988 qram və 3,378 qram olmaqla ümumi çəkisi 21,717 qram olan narkotik vasitə qurudulmuş marixuananı və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş ümumi 4,054 qram çəkidə külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Xırdalan şəhərinə daşıyıb, 2 ədəd kibrit qutusunda hər birinin çəkisi 2,842 qram və 2,872 qram narkotik vasitə olan qurudulmuş marixuananı və 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 4.054 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibində, qalan 5 ədəd kibrit qutusunda çəkiləri 3,036 qram, 3,661 qram, 2,940 qram, 2,988 qram və 3,378 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə qeyrirəsmi yaşadığı Şahid5 məxsus Xırdalan şəhəri məh, 28, bina 1, mənzil 17-də eyvanda olan taxta sandığın künc hissəsində qəhvəyi rəngli bağlamanın içərisində saxlamış, 06 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət edərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilib həmin gün saat 18:30-dan 18:43-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli uzunqol gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda hər birinin çəkisi 2,842 qram və 2,872 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 4.054 qram olan külli miqdarda ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirinin davamı kimi qeyri-rəsmi yaşadığı Şahid5 məxsus Xırdalan şəhəri, məhəllə 28, bina 1, mənzil 17-yə həmin gün saat 19:45-dən 19:55-ə kimi baxış keçirilərkən həmin mənzilin eyvanında olan taxta sandığın künc hissəsində qəhvəyi rəngli bağlamanın içərisində 5 ədəd kibrit qutusunda çəkiləri 3,036 qram, 3,661 qram, 2,940 qram, 2,988 qram və 3,378 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə Z.Əliyeva küçəsində, meyvə-tərəvəz dükanında polis əməkdaşları ona yaxınlaşmışlar. Onun üzərində metamfetamin olmamışdır. Marixuana ona məxsus olmuş, metamfetamini polis bölməsində cibinə qoymuşlar. Polis əməkdaşları metamfetaminə görə ona iş düşməyəcəyini bildirmişlər. 3 saat orada saxlanılmış və halı pis olduğuna görə deyilənləri etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən qurudulmuş marixuana və psixotrop maddə metamfetamin, həmçinin yaşadığı evdən qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Belə ki, göstərmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni narkotik vasitə istifadəçisi olduğu üçün özü istifadə etmək üçün əldə etmişdir. Belə ki, polis əməkdaşları tərəfindən tutulmazdan təxminən 2 ay əvvəl Siyəzən rayonu, “Beşbarmaq” Piri deyilən yerin yaxınlığında tanımadığı Nazim adlı kimi özünü təqdim etmiş şəxsdən 200 manat qarşılığında 9 ədəd kibrit qutusunda marixuana və 1 ədəd şəffaf sellofan bükümdə metamfetamini almışdır. Həmin vaxtdan bu günədək özü şəxsi istifadəsi üçün 2 ədəd kibrit qutusundakı narkotik vasitə marixuananı istifadə etmişdir. Lakin 7 ədəd kibrit qutusunda marixuana və 1 ədəd sellofan bükümdə metamfetamin özündə qalmışdır. O, təxminən 1 ay əvvəl tanış olduğu və qeyri rəsmi yaşadığı Aysel adlı xanım işdə olarkən 5 ədəd kibrit qutusundakı marixuananı 1 ədəd qəhvəyi rəngli kağıza büküb onun yaşadığı Xırdalan şəhəri məhəllə 28, bina 1 mənzil 17nin eyvanında taxta yeşiyin arxasında gizlətmişdir. Qalan 2 kibrit qutusu marixuananı və metamfetamini isə əynindəki qara rəngli qış gödəkcəsinin sağ yan cibində saxlamışdır ki, lazım olduqca qəbul etsin. Bir daha bildirmişdir ki, həmin narkotik və psixotrop maddələri daşımaqda məqsədi özü kefinə düşəndə istifadə etmək olmuş, başqa məqsədi olmamışdır. 06 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğu barədə onlarda məlumatın olduğunu deməklə onu həmin ərazidə yerləşən Abşeron RPİ-nə dəvət etmişlər. O, sonuncuların təklifindən imtina etmədən onlarla birlikdə Abşeron RPİ-nə getmiş, yolda polis əməkdaşları onun hərəkətlərinə ciddi nəzarət etdiklərindən üstündə olan narkotik vasitəni və psixotrop maddəni ata və gizlədə bilməmiş və polis əməkdaşları onu polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində video çəkiliş və müdafiəçinin iştirakı ilə ona narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasında şübhəli olduğunu bir daha deməklə hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra üzərində şəxsi axtarış-götürmə aparılarkən əynimdə olan qara rəngli qolu uzun qış gödəkcəsinin sağ yan cibində saxlayıb gəzdirdiyi 2 ədəd kibrit qutusundakı marixuananı və 1 ədəd şəffaf sellofan bükümdəki metamfetamini cibimdən çıxardıb təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitə və psixotrop maddələri onun və müdafiəçinin iştirakı ilə açaraq hər birinə əyani olaraq göstərdikdən sonra yenidən qablaşdırmaqla elektron tərəzidə çəkib möhürləyərək götürmüşlər. Həmin maddənin nədən ibarət olması, nə vaxt, kimdən və nə məqsədlə alıb əldə etdiyi barədə ona sualla müraciət etdikdə o, təqdim etdiyi 1 ədəd sellofan bükümdəki kütlənin metamfetamin, 2 ədəd kibrit qutusundakı kütlənin isə qurudulmuş marixuana olduğunu, həmçinin Ayselin mənzilində əlavə olaraq 5 ədəd kibrit qutusunda da gizlətdiyi kütlənin də marixuana olduğunu demişdir. O, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün 2 ay əvvəl Nazim adlı şəxsdən Siyəzən rayonundan istifadəsi üçün aldığını da bildirmişdir. Sonra razılığı ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə tanışı Ayselin mənzilinə getmişlər. Orada Aysel evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, sonra Ayseldən xəbərsiz sonuncunun mənzilində gizlətdiyi 5 ədəd kibrit qutusundakı marixuananı da videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları isə həmin kibrit qutularını da açıb ona və müdafiəçisinə göstərməklə elektron tərəzidə çəkib möhürləyib götürdükdən sonra bu barədə protokol tərtib etmiş, o, bir daha protokolla tanış olub imza etmişdir. Bir daha göstərmişdir ki, üzərimdən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin özünə məxsusdur və onlardan 2 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı özü üçün istifadə etmiş, qalan 7 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın 2 qutusunu və psixotrop maddəni üzərimdə saxlamış ki, kefi istəyəndə özü üçün qəbul etmiş, qalan 5 qutu qurudulmuş marixuananı isə qeyri rəsmi yaşadığı Aysel xanımın evində gizlətmişdir. O, ümumiyyətlə hər hansı şəxsə narkotik vasitə satmamış, nə də ki, hədiyyə verməmiş, belə bir fikri olmamışdır. O, narkotik vasitə istifadəçisidir, buna görə də müntəzəm olaraq əldə etdiyi narkotik vasitələrdən və psixotrop maddələrdən şəxsi istifadəsi üçün əldə etmişdir. (cild 1, iş vərəqə 233-235) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 dekabr 2022-ci il tarixdə xidmətdə olduğu zaman ona Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə 06 dekabr 2022-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Abşeron rayonu Xırdalan şəhəri ərazisinə yollanmışlar. 06 dekabr 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonra üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron RPİ-nə gətirilmişdir. Bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzrərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin cibindən 2 ədəd kibrit qutusunda marixuanaya oxşar kütləni və 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni, sol yan cibindən 1 ədəd mobil telefonu təqdim etmişdir. Həmin iki ədəd kibrit qutusunda olan marixuanaya oxşar kütlə və 1 ədəd sellofan bükümdəki psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən hər hansı bir əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini və 2 ədəd kibrit qutusundakı qurdulmuş marixuananı təxminən 2 ay öncə Siyəzən rayonu ərazisində Nazim adlı şəxsdən öz istifadəsi üçün əldə edərək üzərində saxladığını, özünün də təxminən 4 ay olar ki, narkotik vasitə istifadəçisi olduğunu, bundan başqa özünün Aysel adlı xanımla müvəqqəti yaşadığı Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən mənzilində də narkotik vasitə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmamasını, həmçinin, həmin mənzildə narkotik vasitə saxlamasından heç kimin məlumatının olmamasını bildirmişdir. Daha sonra Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən ünvanına gəlmiş, həmin mənzilə baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid5 etirazı olmaması barədə ərizələr alınmış, həmin mənzilə daxil olub Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin mətbəx tərəfdən eyvanında saxladığını deyib, eyvana daxil olaraq sağ taxta sandığın küncündən 1 ədəd kağız bağlamanı təqdim etmiş və başqa heç bir yerdə narkotik vasitə saxlamadığını qeyd etmişdir. Həmin zaman Şahid5 da Təqsirləndirilən şəxs onun yaşadığı mənzildə narkotik vasitə saxlamasından heç bir məlumatının olmadığını bildirmiş, təhqiqatçı tərəfindən həmin kağız bağlamaya baxış keçirilərkən içərisindən 5 ədəd kibrit qutusunda tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuş, həmin kibrit qutuları müvafiq ekspertiza təyin edilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq zərfin üzəri imzalanmaqla götürülmüş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşularkən o, 2 ay öncə Siyəzən rayonu ərazisində Nazim adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, mənzildə başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. O, həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əldə etdiyi məlumatın əsasında əməliyyat tədbirinin keçirildiyini, lakin Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin və qurulumuş marixuana aşkar olunsa da, onun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir fakt aşkar etmədiklərini qeyd etmişdir. Şahid DİN-nin BNMİ-də polis nəfəri Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Fərhad qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əridir, onunla 2005-ci il də rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən 2007-ci il il təvəllüdlü qız övladı vardır. Əri Ramikin narkotik vasitə istifadəçisi olduğunu tutulmasından təxminən 1 ay əvvəldən bilmiş, bundan sonra əri Ramikə niyə narkotik istifadə etdiyini soruşduqda ona toyda bayramda şənlənmək üçün narkotik vasitə istifadə etdiyini demişdir. O, əri Ramikə bir daha narkotik vasitə istifadə etməməsini bildirdikdə əri ona söz verərək bir daha nartkotik vasitə qəbul etməyəcəyini demişdir. O, Ramikin həmin istifadə etdiyi narkotik vasitələri haradan və kimdən alması barədə heç vaxt məlumatı olmamışdır. 06 dekabr 2022-ci il tarixdə isə əri Təqsirləndirilən şəxs Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin və psixotrop maddənin istifadəsi, üzərində gəzdirməsində şübhəli bilinərək tutulması barədə məlumat almış, daha sonra baş verənlərdən heç bir məlumatı yoxdur. Göstərmişdir ki, Ramikin əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri haradan və kimdən alması barədə heç bir məlumatı olmamışdır. Ramik heç vaxtı onu narkotik vasitə əldə etməyi üçün heç yerə göndərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri kimlərləsə birlikdə çəkib-çəkməməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən şəxsi istifadəsi üçün əldə etsə də, həmin narkotik vasitələrin satışı ilə məşğul olmamış, onların yaşadığı evə yaxın qohumları və ailə üzvlərindən başqa kənar şəxslər gəlib-getməmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** GSM nömrəsini 5-6 ay əvvəl şəxsiyyət vəsiqəsi ilə Xırdalan şəhərində “Telefon” mağazasından 5 manata almış və bu günədək də işlədir. O, maddi cəhətdən ehtiyacını təmin etmək üçün “Red house” adlı PUB restoranda aşbaz işləyir. Həmin vaxt Şahid5 da həmin restoranda ofisiant işləmiş, onların münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs həmin vaxt Ayselin sevgilisi və qeyri rəsmi nigah münasibətlərində yaşadığı şəxs kimi tanımış, bundan sonra Ramiklə dostluq münasibətləri yaranmış və bir-birinin mobil nömrəsini götürmüşlər. Təqsirləndirilən şəxs şirkətdə işləyən normal şəxs kimi tanımış, aradabir Ramik ilə telefon əlaqəsi saxlamış, sonuncu dəfə 05 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Ramikə zəng edib onunla görüşmək istədiyini demiş, Ramik də ona ailəsi ilə birlikdə rayona gedəcəyini deyib onunla görüşə bilməyəcəyini bildirmiş, sonra Ramik ilə heç bir əlaqə saxlamamışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul edicisi olmağından heç bir məlumatı olmamış, onu şirkətdə işləyən şəxs kimi tanımış, ümumiyyətlə Aynur Məmmədova adında tanışı və qohumu yoxdur, həmin nömrəni 5-6 ay əvvəl Xırdalan şəhərində telefon mağazasından şəxsiyyət vəsiqəsi ilə 5 manata almışdır. (cild 1, iş vərəqə 152-153) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, onunla münasibətləri yaxşı olmuş, ədavəti və düşmənliyi olmamışdır. Oğlu ailəsi ilə birlikdə Xırdalan şəhərində yaşayır. ***-***-**-** GSM nömrəsini 3-4 ilə əvvəl şəxsiyyət vəsiqəsi ilə Xudat şəhərində “Telefon” mağazasından 5 manata almış və bu günədək də işlədir. Sonuncu dəfə 05 dekabr 2022-ci il tarixdə saat 16 radələrində oğlu Ramik ilə telefonda danışıb hal əhval tutmuş, Ramik də ona hər şeyin yaxşı olduğunu demişdir. Göstərmişdir ki, ümumiyyətlə zərərli maddələrdən kənardır, heç bir narkotik vasitə və psixotrop maddə qəbul etmir, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul edicisi olmağından heç bir məlumatı olmamış, oğlu heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. (cild 1, iş vərəqə 158-159) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ***-***-**-** GSM nömrəsi dostu X2 adındadır, sonuncu həmin mobil nömrəni ona 2010-cu ildən pay vermişdir. O da həmin nömrəni 2010-cu ildən bu günədək istifadə edir. Təqsirləndirilən şəxs təxminən 5-6 il olar ki, şirkətdə işləyərkən tanımış, sonradan münasibəti yaranmışdır. Təxminən 2-3 ay əvvəl Ramik onunla telefon əlaqəsi saxlayıb ona özünə məxsus Mersedes markalı avtomobili satacağını demiş, o da Ramikə «əgər istəyən olsa sənə xəbər edərəm» demişdir. Bundan sonra Ramik ilə heç bir əlaqə saxlamamış, sonradan Təqsirləndirilən şəxs tutulması barədə məlumat almışdır. Göstərmişdir ki, ümumiyyətlə zərərli maddələrdən kənardır, heç bir narkotik vasitə və psixotrop maddə qəbul etmir, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul edicisi olmağından heç bir məlumatı olmamış, onu şirkətdə işləyən şəxs kimi tanımışdır. (cild 1, iş vərəqə 162-163) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkcənin sağ yan cibidən 1 ədəd sellofan bağlamada psixotrop maddə metamfetamini və 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı çıxardaraq təqdim etmişdir. (cild 1, iş vərəqə 30-32) Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokoldan görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanıdır. Baxış zamanı mənzilin eyvanından 1 ədəd qəhvəyi rəngli kağız bükümün içərisində 5 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 37-38) Baxış keçirilməsi və götürmə aparılması haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/1380 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən…..» və s sözlər, imzalar olan kağız paketdəki 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,842 qram, 2,872 qram və üzərində «Təqsirləndirilən şəxs gizlətdiyi ünvandan aşkar edilmiş…» yazısı və imzalar olan kağız paketdəki qəhvəyi rəngli kağız bükülünün içərisində 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri : 3,036 qram, 3,661 qram, 2,9940 qram, 2,988 qram, 3,378 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 21,717 qramdır. (cild 1, iş vərəqə 45-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6915 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən….» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 4,054 qram olan ağ rəngli kristallik maddə – kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına daxildir. (cild 1, iş vərəqə 51-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7811 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin epizodik istifadə etmə halları olub. Hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə: 126-127) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatına tədqiq olunmuş marixuananın təmiz çəkisi 21,717 qram, tədqiqata sərf olunan miqdar 0.35 qram, qalıq 21,367 qram təşkil edir. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 4,054 qram, tədqiqata sərf olunan miqdar 0.050 qram, qalıq 4,004 qram təşkil edir. İş üzrə çəkisi 21,717 qram marixuana, 4,054 qram metamfetamin və 2 ədəd DVD diski, bir ədəd ***-***-**-** GSM mobil nömrə ilə işləyən REDMİ markalı mobil telefon iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış çəkisi 21,367 qram marixuananın, 4,004 qram metamfetaminin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilməsi və 2 ədəd DVD diskinin iş materiallarına əlavə edilməsi nəzərə alınmış, bir ədəd ***-***-**-** GSM mobil nömrə ilə işləyən REDMİ markalı mobil telefon Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 103-104, 213-214) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 110) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaşmaz rayon İHB-nın Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 4 ünvanında qeydiyyatdadır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 107-109) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X5 vardır . Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanşılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin epizodik istifadə etmə halları olub. Hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış- 21,367 qram marixuana, 4,004 qram metamfetamin məhv edilməli, REDMİ markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. 2 (iki) ədəd disk məhv cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış- 21,367 qram marixuana, 4,004 qram metamfetamin məhv edilsin, REDMİ markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. 2 (iki) ədəd disk məhv cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar