Məhkəmə qərarları › İş №1(124)-434/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-434/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-434/2023 14.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3, zərərçəkmiş şəxsin hüquqi varisi Rzayeva Aynur Rüstəm qızının, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxx 2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Laçın rayonu, Güləbirt kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 avqust 2022-ci ildə saat 09:30-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyib 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saat sürətlə məhdudlaşdırılmış Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu Beşdam kəndi ərazisindən keçən 98ci kilometrində müvafiq «E» kateqoriyalı sürücülük vəsiqəsi, yəni sürücülük hüququ və etibarnamə olmadan texniki cəhətdən saz vəziyyətdə olan «X15 1840» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu olan yük avtomobili ilə yolun Bakı istiqamətindəki hərəkət hissəsi ilə 108 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün müvafiq ara məsafəsi seçməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib ara məsafəsi saxlamadığından Bakı istiqamətindəki hərəkət zolağında sıxlıq yaranması ilə əlaqədar qarşısında eyni istiqamətdə hərəkətdə olub sürətini 20 km/saata qədər azaldan Şahid5 idarə etdiyi «Kia Cerato» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tin hissəsindən vurmaqla «Kia Cerato» markalı avtomobili sol qarşı hərəkət zolağına doğru istiqamətləndirməklə sürətləndirərək idarə olunmaz vəziyyətə salmış, bunu görən «Kia Cerato» markalı avtomobilin sürücüsü Şahid5 toqquşmaya dərhal reaksiya verib istiqamətləndiyi qarşı hərəkət zolağı ilə əks istiqamətdə hərəkətdə olan naməlum yük avtomobili ilə toqquşacağının qaçılmazlığını dərk edib sağa sərt manevrlə öz hərəkət zolağına qayıtmış və avtomobili hərəkəti istiqamətində dayanıqlı vəziyyətə gətirərkən arxadan ona nəzərən yüksək sürətlə hərəkətini davam etdirən «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili «Kia Cerato» markalı avtomobilin sağ yan səthi ilə sürtünməklə təkrarən toqquşmuş, hərəkətini davam etdirib «Kia Cerato» markalı avtomobili ötüb keçdikdən sonra kabinasının qabaq sağ tərəfi qarşısında eyni istiqamətdə hərəkətdə olan «Mercedes Benz C 220» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, həmin zərbə «Mercedes Benz C 220» markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobili qabağa atdığından «Mercedes Benz C 220» markalı avtomobilin qabaq sağ tərəfi qarşısında dayanmış Şahid3 idarə etdiyi «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin yarımqoşqusunun arxa sol hissəsinə dəymiş, hərəkətdə olan «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin ikinci zərbəsinin təsirindən «Mercedes Benz C 220» markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin yarımqoşqusunun arxa hissəsinə pərçimlənmiş, nəticədə ehtiyatsızlıqdan «Mercedes Benz C 220» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 gövdənin qapalı küt zədələnməsi, ürəyin, hər iki ağ ciyərin və qaraciyərin cırılmaları, sağ 4-5-6-7-8-ci, sol 2-3-4-5-6-7-ci qabırğaların, döş sümüyü cisminin qapalı köndələn sınıqları, hər iki bud sümüklərinin qapalı qəlpəli sınıqları, üzün əzilmiş yaraları, döş qəfəsinin ön divarının qançırları, sol bazunun sıyrıqları, sağ budun qançırı, aralığın və xayaların yumşaq toxumalarının əzilməsi və gövdənin yumşaq örtüyü altına qansızmalar kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, həmin avtomobildə olan digər sərnişin X1 dirsək çıxıntının qapalı, qəlpəli yerdəyişmiş sınığı, saidin ön çıxığı, sağ yuxarı, hər iki aşağı ətrafın çoxsaylı əzilmiş-cırılmış yaraları, alt çənədə soldan İ-İİ-İİİ dişlərin travmatik hərəkətliyi, sağ gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum edilməmişdir. Hadisə baş verərkən idarə etdiyi yük avtomobilini atası etibarnamə əsasında idarə edirdi. Arabir həmin avtomobili o idarə edərək yük daşıyırdım. Ona elan edilmiş ittihamda 108 km/saat sürətlə hərəkətdə olduğu qeyd olunmuşdur. Lakin, onun idarə etdiyi avtomobil 90 km/saat sürətdən artıq sürətlə hərəkət etmir. Həmin vaxt onun idarə etdiyi yük avtomobilinin sürəti 70-75 km/saat idi. Yük doldurmaq üçün 13 avqust 2022-ci il tarixdə Quba şəhərinə getmişdi. Gedib orada yükü doldurduqdan sonra 14 avqust 2022-ci il tarixdə Bakıya gəlirdi. Onun sürücülük vəsiqəm var, lakin yük avtomobili idarə etməyə hüququ yoxdur. Hərəkətdə olarkən onun idarə etdiyi avtomobilin də önündə yük avtomobili hərəkət edirdi. Bu zaman “Mercedes Benz C 220” markalı avtomobil yolun kəsib keçilməsi qadağan olunmuş zolaq olduğu hissəsindən ötmə əməliyyatını həyata keçirmiş və onun avtomobilinin önünə keçmişdir. Daha sonra “Kia Cerato” markalı avtomobil də onun arxasında ötmə əməliyyatını həyata keçirdi. “Mercedes Benz C 220” markalı avtomobil ötmə əməliyyatını həyata keçirdikdən sonra öndə onunla eyni istiqamətdə hərəkət edən yük avtomobili ilə toqquşdu. “Kia Cerato” markalı avtomobilin həyata keçirdiyi ötmə əməliyyatı daha təhlükəli idi. Belə ki, həmin avtomobilin sürücüsü ötmə əməliyyatını həyata keçirərkən əks istiqamətdən gələn avtomobil ilə arasındakı məsafəni və öz avtomobilinin sürətini tənzimləyə bilməmiş, mənim idarə etdiyim avtomobilə sürtülmüş, əks istiqamətdən gələn “Shacman” markalı yük avtomobili də onunla toqquşmamaq üçün öz sürətini azaltmışdır. “Kia Cerato” markalı avtomobil həm də əks istiqamətdən gələn “Shacman” markalı yük avtomobilinə də sürtülmüşdü. “Kia Cerato” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin önünə keçdikdən sonra onun avtomobili “Kia Cerato” markalı avtomobilin arxa qabaritinin sağ hissəsinə dəymiş və “Kia Cerato” markalı avtomobil fırlanaraq yolun əks istiqamətinə, daha sonra da həmin hissədən torpaq yola çıxmışdır. İdarə etdiyi avtomobilin sürətini azaltsa da, öndəki “Mercedes Benz C 220” markalı avtomobil ilə toqquşma baş vermişdir. Hadisə 14 avqust 2022-ci il tarixdə baş vermişdir. Hadisə baş verdiyi andan dərhal sonra sürücünü xilas etmək üçün onu avtomobildən çıxarmışdır. Onun idarə etdiyi avtomobil öndəki “Mercedes Benz C 220” markalı avtomobil ilə toqquşan zaman həmin avtomobil qəzalı vəziyyətdə dayanmışdı. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Rzayeva Aynur Rüstəm qızı ifadəsində göstərdi ki, o, həyat yoldaşı ilə birlikdə Quba rayonu, Atıc kəndində yaşayır. 12 avqust 2022-ci il tarixdə atası, anası və qardaşı onlara qonaq gəlmişdilər. 14 avqust 2022-ci il tarixdə qayıtmalı idilər. Həmin tarixdə səhər saatlarında kənddən Bakıya doğru yola düşmüşlər. Yola çıxdıqdan 1 saat ötməmişdi ki, telefonuna zəng gəlmiş, Elnurun avtomobil ilə qəzaya uğradığını demişlər. Eşitdiklərinə inana bilməmişdir. Qardaşı Şahid4 da zəng etmiş, lakin zəng çatmamışdır. Elnurun dostuna zəng etmiş, o da “rəhmətliyi gətirirlər” deyə bildirmişdir. Həmin an kimin öldüyünü bilməmişdir. 3 yaşlı uşağını da götürüb kənd yoluna çıxmışdır ki, hər hansı maşın saxlayarsa, onunla getsin. Daha sonra həyat yoldaşı gəlmiş və onunla birlikdə getmişlər. Təqsirləndirilən şəxs və onun ailəsi onun atasının dəfn mərasimində iştirak etməmiş, dəfnin həyata keçirilməsi üçün heç bir xərc çəkməmişdilər. Dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar. Təqsirləndirilən şəxsi əvvəlcədən tanımır. Onunla heç bir qohumluğu və ədavəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 14 avqust 2022-ci il tarixdə avtomobil ilə Quba rayonundan Bakıya qayıdanda avtomobili oğlu Şahid4 idarə edirdi. Hadisə təxminən saat 9:00-10:00 radələrində baş vermişdir. Həyat yoldaşı avtomobilin sağ tərəfində ön hissədə, o da arxa hissəsində əyləşmişdir. Konkret olaraq hansı ərazi olduğunu bilmir. Onların olduğu avtomobil dayanmış vəziyyətdə idi. Avtomobilin içərisində söhbət edirdilər ki, birdən avtomobilin arxa hissəsindən başqa bir avtomobil toqquşdu. Həmin an nə baş verdiyini anlamamış, birdən oğlu Şahid4 üzərinə düşmüşdür. Oğlu az xəsarət almışdır. Dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 14 avqust 2022-ci il tarixdə Quba rayonundan Bakıya doğru gəlirdi. Hadisə elə həmin gün Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində baş vermişdir. O, “Mercedes Benz C 220” markalı avtomobili idarə edirdi. Atası avtomobilin sağ tərəfində ön hissədə, anası isə arxa hissəsində əyləşmişdilər. Həmin vaxt hərəkət dayandığından o da avtomobili saxlamışdı. Arxadan gələn avtomobilin görməsi üçün qəza dayanması işıq siqnalını yandırmışdı. Həmin an arxadan avtomobil onların olduğu avtomobil ilə toqquşmuşdur. Təqsirləndirilən şəxsin idarə etdiyi yük avtomobilini hadisədən xeyli əvvəl ötmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə baş verən zaman həmin ərazidə olan “Kia Cerato” markalı avtomobili idarə edirdi. Həmin vaxt avtomobil ilə Xaçmaz şəhərindən Sumqayıt şəhərinə doğru gəlirdi. “Mercedes Benz C 220” markalı avtomobil öndəki yük avtomobilini ötmüşdür. Daha sonra “Mercedes Benz C 220” markalı avtomobilin arxasınca o da ötmə əməliyyatını həyata keçirmişdir. Daha sonra “Mercedes Benz C 220” markalı qəflətən əyləcə basmışdır. Həmin an o da qəflətən əyləcə basmışdır. Bu zaman arxadan yük avtomobilinin gəldiyini görmüşdür. Yük avtomobili onun avtomobilini arxa hissədən vurmuşdur və onun idarə etdiyi avtomobil yolun əks istiqamətli hərəkət hissəsinə çıxmışdır. Əks istiqamətdən gələn avtomobil ilə toqquşacağını anlayıb, dərhal avtomobili torpaq yola çıxartmışdır. Onun avtomobilini arxadan vuran yük avtomobili daha sonra “Mercedes Benz C 220” markalı avtomobili də vurmuşdur. Ötmə əməliyyatını həyata keçirdikdən sonra idarə etdiyi avtomobil azacıq yolun sol hissəsinə yaxın olduğu üçün yük avtomobili onun avtomobilinə dəydikdən sonra əks istiqamətli yola çıxmışdır. Yük avtomobili onun idarə etdiyi avtomobili arxa hissədən vuran zaman öndəki “Mercedes Benz C 220” markalı avtomobil ilə aralarındakı məsafə təxminən 20-30 metr idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində baş vermiş yol-nəqliyyat hadisəsi barədə heç bir şey xatırlamadığını bildirir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 1993-cü il tarixdən “C” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə sürücülük vəsiqəsini xx.xx.2021-ci il tarixdə dəyişmişdir. Hazırki sürücülük vəsiqəsi “Bİ, B, Cl, C, C1E, CE” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmiş, sürücülük hüququndan məhrum olunmamışdır. X5 mülkiyyətində olan «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini 27 okyabr 2021-ci il tarixdən etibarnamə əsasında idarə edir. 14 avqust 2022-ci il tarixdə saat 09:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin Bakı istiqamətindəki hərəkət zolağı ilə 50 km/saat sürətlə düzünə hərəkətdə olmuşdur. Qeyd etmişdir ki, yolun Bakı istiqamətindəki hərəkət hissəsi təmir işləri getdiyi üçün bağlı olduğuna görə Bakı və Quba istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti yalnız yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə təşkil edilmişdir. Belə ki, yolun Quba istiqamətindəki hərəkət hissəsi müvəqqəti olaraq Quba və Bakı istiqamətlərində olan iki hərəkət zolağına düz ağ xətlə bölünmüşdür. Avtomobilin kabinasında sərnişin olmasa da, yük yerində çınqıldan ibarət 20 ton yük olmuşdur. İdarə etdiyi avtomobildən qabaqda yolun Quba istiqamətindəki hərəkət hissəsinin Bakı istiqamətindəki hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkət edən avtomobillər sürətlərini dayandırma həddinə qədər azaltmışlar. O da bunu görüb tormozu basmaqla idarə etdiyi yük avtomobilini tam dayandırmış və qəza işıqlarını qoşmuşdur. Az sonra avtomobilinin arxa hissəsinə bir-birinin ardınca iki zərbə dəymiş, ikinci zərbə daha güclü olduğu üçün yük avtomobilini silkələmişdir. Avtomobilin kabinasının sol güzgüsündən arxaya baxanda görmüşdür ki, dayanmış vəziyyətdə olan avtomobilinin yarımqoşqusunun sol tərəfi ilə gümüşü metal rəngli bir «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında toqquşma baş vermişdir. O, bunu görən kimi dərhal avtomobildən düşmüş, tez avtomobilinin arxa tərəfinə yaxınlaşmışdır. Yaxınlaşandan sonra ona aydın olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs Bakı istiqamətində düzünə idarə etdiyi «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin qabaq tərəfi ilə adını sonradan bildiyi sürücü Şahid4 eyni istiqamətdə düzünə idarə etdiyi «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermiş, həmin zərbənin təsirindən «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxıb irəliyə doğru atılmaqla dayanmış halda olan idarə etdiyi yük avtomobilinin yarımqoşqusunun arxasına dəymiş, daha sonra «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin qabaq tərəfi arasında baş vermiş, ikinci toqquşmanın nəticəsində isə «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi yük avtomobilinin yarımqoşqusunun arxa sol hissəsinə pərçimlənmiş, yəni «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi, dayanmış halda olan yük avtomobilinin yarımqoşqusunun arxa sol hissəsi ilə «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin qabaq tərəfi arasında sıxılıb qalaraq bütünlükdə deformasiya olmuşdur. Ətrafa nəzər salanda görmüşdür ki, bir ağ rəngli «Kia Cerato» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil zədəli vəziyyətdə Quba istiqamətində yolun sağ kənarındadır. Hadisə yerində ona məlum olmuşdur ki, «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmazdan əvvəl həmin «Kia Cerato» markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfi və sağ yan səthi ilə arxadan gələn «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin müvafiq olaraq qabaq sol hissəsi və qabaq sol yan səthi arasında toqquşma baş vermiş və «Kia Cerato» markalı avtomobil yolun Quba istiqamətindəki əks hərəkət zolağına çıxmışdır. Bundan sonra «Kia Cerato» markalı avtomobilin adım sonradan bildiyi sürücüsü Şahid5 idarə etdiyi «Kia Cerato» markalı avtomobili hərəkətə gətirərək yolun Quba istiqamətində sağ kənarına çıxarıb saxlamışdır. Hadisə nəticəsində «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 ölmüş, həmin avtomobilin sürücüsü Şahid4 və avtomobildə arxa oturacaqda əyləşmiş digər sərnişin X9 bədən xəsarətləri almışdır. «Kia Cerato» markalı avtomobilin sürücüsü Şahid5, onun avtomobilində olan qadın sərnişinlər avtomobildən düşmüşlər və onlardan heç kəs hadisə zamanı xəsarət almamışdır. O, hadisə yerində olarkən oraya Fövqaladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsi ilə Rüstəm Qənbər ovun meyitini və Şamama Qənbər o vanı deformasiya olmuş «Mercedes Benz C 220» markalı avtomobildən çıxarmışlar. Bədən xəsarətləri aldıqları üçün Zərərçəkmiş şəxs2nı hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə, Şahid4 isə hadisə yerində olan Fövqaladə Hallar Nazirliyinin xilasedicilərinin xidməti avtomobili ilə ilkin tibbi yardım göstərilməsindən ötrü X8 Mərkəzinə aparmışlar. Hadisə yerində olan polis əməkdaşları onun və orada olan digər sürücülərin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Qeyd etmişdir ki, hadisə zamanı «Mercedes Axor 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs da, o da heç bir bədən xəsarəti almamışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl idarə etdiyi avtomobilin hərəkət surəti 50 km/saat olmuş, hadisə vaxtı idarə etdiyi yük avtomobili dayanmış vəziyyətdə olmuşdur. Hadisə yerində yol örtüyü düz, quru, hamar, asfaltbeton olmuş, avtomobilin kabinasında sərnişin olmasa da, yük yerində çınqıldan ibarət 20 ton yük olmuşdur. Hadisə nəticəsində o, heç bir xəsarət almamış, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. (Cild 1, iş vərəqləri 122-129) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərdi ki, 14 avqust 2022-ci il tarixdə saat 09:30-da qohumu Şahid5 idarə etdiyi “Kia Cerato” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin Bakı istiqamətindəki hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olmuşlar. Yolun Bakı istiqamətindəki hərəkət hissəsi təmir işləri getdiyi üçün bağlı olduğuna görə Bakı və Quba istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti yalnız yolun Quba istiqamətindəki hərəkət hissəsi ilə təşkil edilmişdir. Belə ki, yolun Quba istiqamətindəki hərəkət hissəsi müvəqqəti olaraq Quba və Bakı istiqamətlərində olan iki hərəkət zolağına düz ağ xətlə bölünmüşdür. Avtomobildə yük olmasa da, o da daxil olmaqla üç nəfər sərnişin olmuşdur. Şahid6 avtomobilin qabaq sağ oturacağında, qızı arxa oturacağın sol hissəsində, özü isə arxa öturacağın sağ hissəsində əyləşmişdir. Yolun Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən 98-ci kilometrində Rüfət idarə etdiyi avtomobillə yolun Bakı istiqamətindəki hərəkət zolağı ilə eyni istiqamətdə düzünə hərəkətdə olarkən ondan qarşıda eyni istiqamətdə eyni hərəkət zolağı ilə «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil, ondan qarşıda da «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili hərəkətdə olmuşdur. Gümüşü metal rəngli «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətini artıraraq yolun Quba istiqamətindəki əks hərəkət zolağına çıxmaqla qarşısında hərəkət edən «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini ötüb keçərək yolun Bakı istiqamətindəki hərəkət zolağına qayıtmışdır. Bundan sonra Rüfət də idarə etdiyi avtomobilin sürətini artıraraq «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilini yolun Quba istiqamətindəki əks hərəkət zolağına çıxmaqla ötüb keçmiş, yolun Bakı istiqamətindəki hərəkət zolağına qayıtmış və hərəkətini davam etdirmişdir. Yolun Bakı istiqamətindəki hərəkət zolağı ilə qarşıda hərəkətdə olan avtomobillərin yolun hərəkət hissəsində sıxlıq yarandığı üçün tormozu basmaqla sürətlərini azaltdığını görən Rüfət idarə etdiyi avtomobilin sürətini azaltmış və qəza işıqlarını qoşmuşdur. Onlardan qarşıda hərəkət edən «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Şahid4 da qarşısındakı yük avtomobilinin qəza işıqlarını qoşub tam dayandığını gördüyü üçün idarə etdiyi avtomobilin sürətini 10-15 km/saata qədər azaltmaqla qəza işıqlarını qoşmuşdur. Elə o an sərnişini olduğu avtomobilin arxa sağ tərəfmə güclü zərbə dəymiş, həmin zərbənin təsirindən avtomobil sürətlənərək idarəolunmaz vəziyyətə düşməklə yolun Quba istiqamətindəki əks hərəkət zolağına çıxmışdır. Rüfət qarşı hərəkət zolağı ilə əks istiqamətdən gələn markasına və nömrə nişanına fikir vermədiyi yük avtomobili ilə toqquşma baş verəcəyini görüb dərhal sükanı sağa buraraq avtomobili yolun Bakı istiqamətindəki hərəkət zolağına qaytarmışdır. Həmin an sərnişini olduğu avtomobilin sağ yan səthi ilə arxadan gələn yük avtomobilinin kabinasınm sol yan tərəfi arasında sürtünməklə təkrarən toqquşma baş vermişdir. Nəticədə əyləşdiyi avtomobil yolun Quba istiqamətindəki əks hərəkət zolağına çıxmışdır. Bundan sonra Rüfət idarə etdiyi avtomobili hərəkətə gətirərək Quba istiqamətində yolun sağ kənarına çıxarıb saxlamış və onlar avtomobildən düşmüşlər. Avtomobildən düşəndən sonra ona məlum olmuşdur ki, əri Rüfətin idarə etdiyi, onun sərnişini olduğu avtomobilin arxa sağ tərəfi və sağ yan səthi ilə arxadan yüksək sürətlə gələn «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin kabinasınm qabaq sol hissəsi və qabaq sol yan səthi arasında toqquşma baş vermiş, daha sonra «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili irəliyə doğru hərəkətini davam etdirmiş və həmin yük avtomobilinin qabaq tərəfi ilə yolun Bakı istiqamətindəki hərəkət zolağı üzərində «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermiş, həmin toqquşmanın nəticəsi olaraq «Mercedes Benz C 220» markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ondan qabaqda dayanmış vəziyyətdə olan digər «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin yarımqoşqusunun arxa hissəsi ilə toqquşmuş, bununla da «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil iki yük avtomobilinin arasında sıxılıb qalaraq deformasiya olmuşdur. Hadisə nəticəsində «Mercedes Benz C 220» markalı, **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 ölmüş, digər sərnişin X9 və sürücü Şahid4 bədən xəsarətləri almışdır. Qeyd etmişdir ki, hadisə zamarıı «Mercedes Axor 1840» markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin adını sonradan bildiyi sürücüsü Şahid3, «X15 1840» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı, «Carnehl» markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobilinin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs, əyləşdiyi avtomobildə olan sərnişinlər, sürücü Rüfət və o heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili və hadisə yerində olan xilasedicilərə məxsus avtomobil ilə ilkin tibbi yardım göstərilməsi üçün X8 Mərkəzinə aparmışlar. (Cild 1, iş vərəqləri 85-87) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid2 ifadəsində digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 88-91) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəldən görünür ki, hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən yolun 98-ci kilometrliyində baş vermişdir. Hadisə yerinin ətraflı sxemi tərtib edilməklə və hadisə yerinin, həmçinin avtomobilin müxtəlif hissələrdən ümumi görüntülərini əks etdirən fotoşəkillər çəkilməklə protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 5-21) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Sumqayıt şəhər şöbəsinin 28 sentyabr 2022-ci il tarixli 1376 saylı rəyindən görünür ki, müayinə zamanı X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ dirsək çıxıntının qapalı, qəlpəli yerdəyişmiş sınığı, saidin ön çıxığı, sağ yuxarı, hər iki aşağı ətrafın çoxsaylı əzilmiş-cırılmış yaraları, alt çənədə soldan İ-İİ-İİİ dişlərin travmatik hərəkətliyi, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 149-153) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə trasoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 8/2233 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt anında «X15» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun arxa hissəsi ilə «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. İlkin kontakt anında «Kia Cerato» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi (arxa sağ qapı) ilə «X15 1840» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Təqdim edilmiş «X15 1840» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil, «Mercedes Benz C 220» markalı, **-CH-*** və «Kia Cerato» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər ikisinin arxa hissələri ilə təmasda olduğundan və öz ilkin formasını itirdiyindən həmin avtomobillərin hansı bucaq altında toqquşmasını müəyyən etmək mümkün deyildir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi haqqında məluumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Schmitz markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun üzərində olan zədələr, izlər arxadan qabağa doğru, «Mercedes Benz C 220» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda, qabaq-arxa sağ qanadda, qabaq-arxa sağ qapıda) olan zədələr qabaqdan arxaya doğru, (arxa bamperdə, yük qapağında, arxa sol qanadda) olan zədələr arxadan qabağa doğru, (arxa bamperdə, yük qapağında, arxa sol qanadda) olan zədələr arxadan qabağa doğru, «X15 1840» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya doğru, «Kia Cerato» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr arxadan qabağa doğru istiqamətlənərək deformasiyaya uğramışdır. (Cild 1, iş vərəqləri 158-162) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 21 fevral 2023-cü il tarixli 8/541 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hadisə yerində qalmış «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 92 metr uzunluğunda tormoz izinə uyğun onun tormozlamadan əvvəlki hərəkət sürəti mövcud şəraitdə 108 km/saatdır. Toqquşma zamanı nəqliyyat vasitəsinin malik olduğu kinetik enerjinin bir hissəsinin detalların deformasiya olunmasına sərf olunması nəzərə alınmaqla «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 108 km/saatdan yüksək olmuşdur. Lakin toqquşma zamanı nəqliyyat vasitəsinin malki olduğu kinetik enerjinin detalların deformasiya olunmasına sərf olunan hissəsinin qiymətini müəyyən etmək üçün metodika olmadığından «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki hərəkət sürəti 108 km/saatdan nə qədər yüksək olmasını ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «X15 1840» markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilini müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saatdan yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqmda”Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəlqəri 180-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-110555-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.2004cü il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BD 029592 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. (Cild 1, iş vərəq 96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli 4126 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. (Cild 1, iş vərəq 24) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən və “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, mərhum zərərçəkmişin qızı Rzayeva Aynur Rüstəm qızı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqləri 134-137) Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində əsas və əlavə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 178-179) Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Rzayeva Aynur Rüstəm qızı ilə barışması, onlara dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə cinayət qanunun yuxarıda göstərilən tələblərini rəhbər tutub təqsirləndirilən şəxsə təyin ediləcək əsas cəza kimi azadlıqdan məhrum etmə cəzasının həddi və cəzaçəkmə müəssisəsinin növü ilə bağlı müzakirələr aparmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməli və təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin saksiyası ilə əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə, Cinayət Məcəlləsinin 45.1-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə bu növdə əlavə cəzanın da təyin edilməsini əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək əsas və əlavə cəzaların həddi ilə nəticəyə gələrkən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının izah və tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Plenum Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X7rşı, § 26). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın hesablanmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinin və icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan “X15 1840” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı, “Carnehl” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili, “Kia Cerato” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes Benz C 220” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Axor 1840” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı, “Schmitz” markalı, **-ZC- *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobillərinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 278 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza – nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza üçün müəyyən edilmiş müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməsi Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar