Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-434/2024 19.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan "Mirseyif” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncunun qanunsuz olaraq əldə edib ona göndərdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 300 manat qazanc müqabilində tapşıracağı yerlərə çatdırmaqla satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 09 avqust 2023-cü il tarixdə, saat 02 radələrində qrupun üzvü, şəxsiyyəti istintaqa bəlli olmayan həmin “Mirseyif” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının yaxınığındakı ağaclardan birinin dibinə qoyduğu, 01 bağlamanın içərisində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin siyahısTna (Siyahı 1) daxil edilmiş 01 ədəd şəffaf sellofan bükümdə 14,739 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə 5,978 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən evə daşıyaraq əvvəlcə evdə, sonra isə üzərində saxlamış, 09 avqust 2023-cü İl tarixdə saat 10 radələrində Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək həmin gün saat 12:20-dən 12:40-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindəki qara rəngli, dəri materiallı pul kisəsinin içərisindən 01 ədəd bükümdə 14,739 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 5,978 qram çəkidə narkotik vasitə heroin və həmin şalvarın arxa cibindən 01 ədəd qara rəngli, üzərində heroin və metamfetamin izləri olan “Digital Scale" markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən, əsasən də metamfetamindən istifadə edirdi. Gündə bir çet metamfetamin istifadə edirdi. Narkotiki əsasən Xırdalandan alırdı. Tutulduğu gün üzərində metamfetamin yox idi, istifadə etmişdi. Onu 9 avqust 2023-cü ildə səhər 9-10 radələrində polislər yaşadığı evdən gəlib götürüblər, polislərdən Elmiri əvvəldən tanımışdır. Onun üzərində narkotik vasitə heroin və metamfetamin olmayıb, polis idarəsində cibinə qoyub çəkiliş aparıblar. Tutulan vaxt onun evində təxminən 13 qram marixuana olub, lakin polislər marixuananı rəsmiləşdirmədilər. Onda tərəzi də olmayıb. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1-2 il olar psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini adətən folqa adlanan kağızın üzərində çəkməklə istifadə edir. O, istifadəsi üçün psixotrop maddəni adətən tanımadığı İran İslam Respublikasının vətəndaşlarından alır. Həmin şəxslərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə qurur və narkotik vasitələri atdığı yerlərin ünvanlarını onun “vhatsap” nömrəsinə göndərirlər. “Mirseyif” adlı İran vətəndaşını da təxminən 5-6 ay müddət olar tanıyır. O, həmin şəxsdən əvvəllər də narkotik vasitə almış, o da həmin narkotik vasitələri götürüb təyin olunmuş yerlərə çatdırmış və bunun müqabilində pul almışdır. Belə ki, o, həmin narkotik vasitə və psixotrop maddələri “Mirseyif’in dediyi yerlərə çatdırdığından sonuncu bunun müqabilində onun kartına pul atmışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 02-03 radələrində sosial şəbəkədə tanış olduğu Mirseyif adlı İran İslam Respublikası vətəndaşı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayonda beşmərtəbəli yaşayış binasının yaxınlığında ağacın dibində gizlətdiyi narkotik vasitəni götürməyi ona bildirmişdir. O da Mirseyifin dediyi ünvana gəlmişdir. O, oraya gəldiyi zaman həmin binanın yaxınlığında ağacın altında ağ rəngli sellofan torba görmüş, həmin torbanı açan zaman içərisində 01 büküm şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. O, həmin bükülüləri götürüb baxan zaman psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin bükümləri götürüb əynində olan tünd yaşıl rəngli şalvarının sağ yan cibinə qoymuş, daha sonra oradan da yaşadığı ünvana gəlmişdir. Həmin gün səhər saat 10 radələrində yaşadığı binanın yaxınlığında dayanıb siqaret çəkdiyi zaman əynində olan tünd yaşıl rəngli cins şalvarın sağ yan cibində dünən əldə etdiyi narkotik vasitə və psixotrop maddələr olan pul kisəsi olmuşdur. Həmin vaxt iki nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşı olduqlarını, onun narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq üzərində saxlamaqda və dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu, Abşeron rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etməyib Abşeron rayon polis İdarəsinə gəlmişdir. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. O da təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. O da şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. O da şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 01 ədəd dəri materiallı qara rəngli pul kisəsini masanın üzərinə qoymuşdur. Həmin pul kisəsinin içərisində nə olduğu ondan soruşulmuşdur. O isə həmin pul kisəsinin içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu demiş, həmin pul kisəsinin içərisindən ümumilikdə 02 ədəd büküm çıxartmışdır. Həmin bükümlərdən birinin narkotik vasitə və digərinin isə psixotrop maddə olduğunu bildirmişdir. Onlardan 01 ədədi şəffaf rəngli sellofan bükümdən ibarət olan içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin və eyni zamanda 01 ədəd şəffaf rəngli sellofandan ibarət olan içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan başqa o, üzərində olan tünd yaşıl rəngli şalvarının sağ arxa cibindən 01 ədəd üzərində “Discard Cale" yazılmış elektron tərəzi və sol cibindən isə narkotik vasitələri satmaq üçün istifadə etdiyi və İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb dediyi yerlərdən narkotik vasitələri götürməyi üçün və əlaqə saxlamaq üçün istifadə etdiyi 03 ədəd mobil telefonu çıxardıb təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in müvafiq möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra ondan həmin kütlənin kimə məxsus olduğu və həmin kütləni necə və hardan əldə etdiyi, üzərindən başqa hardasa narkotik vasitə gizlətdiyi soruşulmuşdur. O da verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Mirseyif” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon adlanan ərazidə, beşmərtəbəli binanın həyətində ağacın altında gizlədilmiş yerdən götürüb başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə satdığını, üzərindən başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Abşeron RPİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməkdə məqsədi şəxsi istifadə və bəzən həmin şəxsin ona dediyi başqa ünvanlara çatdıraraq bunun müqabilində pul almaq olmuşdur. Buna görə o narkotik vasitə və psixotrop maddələri üzərində saxlamışdır. Həmin narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədən tanış olduğu “Mirseyif” adlı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. O, həmin şəxsin anket məlumatlarını bilməmiş, sadəcə həmin adam özünü ona "Mirseyif" kimi qələmə vermiş, həmin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələri də qeyd etdiyi kimi həmin şəxsin ona dediyi ünvanlara çatdırmaq üçün əldə etmişdir. Bunun müqabilində “Mirseyif” adlı İran İslam Respublikasının vətəndaşı ona pul vermək barədə vəd vermişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs ona verilən sualı cavablandırarkən bildirdi ki, Polis İdarəsində ona qarşı fiziki zor göstərilməsə də, sözlə hədə qorxu gəlinib ailəsini də polisə gətiriləcəyi ilə hədələndiyinə görə etirafedici ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin Abşeron rayonu ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun, Abşeron RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə 09 avqust 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Mahirə üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olnumuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəməiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli şalvarının sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisində ümumilikdə 02 ədəd olmaqla 01 ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd sellofan bükümdə içərisində ağ rəngli, kristal formalı, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd qara rəngli elektron tərəzi və üzərindən 03 ədəd mobil telefon çıxararaq onları da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi 01 ədəd narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükülülərin içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Mahir üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki ağ rəngli kristallik maddə psixotrop vasitə olan metamfetamin və 01 ədəd bükümdəki qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik narkotik vasitə heroin olduğunu bildirmişdir Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Mirseyif" adlı şəxsdən həm şəxsi istifadəsi, həm də satış üçün aldığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Abşeron rayon polis idarəsinin inzibati binasında iş otaqlarının birində keçirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edərək Abşeron rayonu ərazisində satışı ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən onlara məlumat daxil olmuşdur. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Mahirə qarşı heç bir zor, təzyiq göstərilməmiş, ailəsinin də polis idarəsinə gətirilməsi barədə hədələnməmişdir. Şahid2 həmçinin ona ünvanlanan sualı cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs Xırdalanda “Mıtı” ləqəbi ilə tanınan narkotik satandır. Hazırda həmin ərazidə yaşayan sakinlər razılıq edirlər ki, Mahir tutulandan sonra narkotik istifadəçilərinin ayağı həmin ərazidən kəsilib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış və götürmə aparılması haqqında 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindən şəffaf rəngli sellofanlara bükülmüş 01 ədəd bükümün içərisindən toz formalı narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən çıxardığı qara rəngli pul kisəsindən 02 ədəd sellofan büküm aşkar edilir. Həmin sellefon bükümlərdən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə, 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülür. Sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli üzərində “Digital Scale" sözləri yazılmış elektron tərəzi və sol yan cibindən 03 ədəd Xiaomi markalı mobil telefon aşkar edildi. Başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Bundan sonra əhəmiyyət kəsb etdiyi üçün narkotik vasitə və psioxtrop maddə kütlələri, 01 ədəd elektron tərəzi və 03 ədəd mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra təhqiqatçı tərəfindən götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş kütlələri İran İslam Respublikası vətəndaşı “Mirseyif” adlı şəxsdən şəxsi istifadəsi və satış üçün 300 manat müqabilində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində əldə etdiyini bildirdi. Qeyd edilən disk məhkəmə iclasında nümayiş etdirilib baxılarkən yuxarıda protokolda qeyd edilənlər və şahidlərin ifadələrində göstərdiyi xüsusatlar bir daha təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun üzərində aşkar edilərək götürülmüş 02 ədəd “Redmi” və 01 ədəd “Xiaomi” markalı markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən 02 ədəd “Redmi" markalı mobil telefonların qarşı hissəsi qara rəngdə olmaqla, yuxarı orta hissəsində kamera yeri vardır, qarşı hissənin çoxunu sensorlu ekran tutur. Mobil telefonda hər hansı bir operatora məxsus GSM nömrə aşkar olunmadı. Mobil telefon işə salınaraq içərisində olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Bundan başqa, baxış keçirilən "Xiaomi" markalı mobil telefonun qarşı hissəsi qara rəngdə olmaqla, yuxarı orta hissəsində kamera yeri vardır, qarşı hissənin çoxunu sensorlu ekran tutur. Mobil telefonda hər hansı bir operatora məxsus GSM nömrə aşkar olunmadı. Mobil telefon işə salınaraq içərisində olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4282 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №56 "-li dairəvi möhür əksi," vət. Təqsirləndirilən şəxs aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,978 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 14,739 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 01 ədəd üzərində "Digital Scale" yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-cİ il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ile tasdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 5,978 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 5,878 qram. Metamfetaminin təmiz çəksi - 14,739 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 14,539 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 5191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi – 5,878 qram narkotik vasitə heroin və 14,539 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddələr olan heroini və psixotrop vasitə metafetamini Təqsirləndirilən şəxs əldə etdiyi mənbəni müəyyən etmək, narkotik vasitə və psixotrop maddəni ona satmış şəxsi müəyyən etmək məqsədi ilə tərəfimizdən bir sıra əməliyyat-axtarış təbirləri keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılan müşahidələr zamanı onun evinə narkotik vasitələrdən istifadə edən şəxslərin gəlibgetməsi, onun əlaqədə olduğu şəxslərin bir qisminin narkotik vasitələrin aludəçiləri olması, yaşadığı qəsəbə sakinlərinin məlumatlarına görə onun psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında müdafiəçi tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitə və psixotrop maddənin, həmçinin tərəzinin ona aid olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, sonda cinayət işinin materialları ilə tanış olarkən də bu barədə heç nə bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bir neçə növdə olmaqla tərəzinin də olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini məhkəmə cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin anksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Abşeron rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 5,878 qram narkotik vasitə heroin, 14,539 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 5,878 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 14,539 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-434/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-434/2024
19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver