Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-434/2025 28.10.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və X7 ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri Qalubiyyə küçəsində park edilmiş 1950 manat dəyərində olan “Tufan M50” markalı mopedi gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 olan 20 manat məbləğində borca görə həmin gün saat 19:42 və 20:07 radələrində mobil telefonla danışıq zamanı sonuncunun onun ünvanına işlətdiyi nalayiq ifadələrin onun şəxsiyyətini alçaltdığı qənaətinə gəlib Zərərçəkmiş şəxs1 buna görə qisas alıb öldürmək qərarına gələrək yaşadığı evdən götürdüyü ümumi uzunluğu 297 mm, dəstəyi qəhvəyi, tiyəsi bozumtulgümüşü rəngli, soyuq silah hesab edilməyən, kustar üsulla hazırlanmış deşici-kəsici xassəyə malik səyahət tipli bıçağı özü ilə götürüb yaşadığı Abşeron rayonu Masazır kəndindən Xırdalan şəhərinə gələrək Zərərçəkmiş şəxs1lə həmin gün saat 21 radələrində Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ev 2B-nin qarşısında yerləşən qarajın yan tərəfində görüşərək Zərərçəkmiş şəxs1 olan 20 manat borcunu qaytarmadığı üçün onun ünvanına söyüş söyüb təhqir etməsini bəhanə edərək mübahisə edib bu zaman cüzi səbəbə görə onu öldürmək qərarını qətiləşdirərək bu məqsədlə üzərindəki bıçaqla həyat fəaliyyəti üçün vacib olan orqanının yerləşdiyi nahiyəsinə, yəni boyun nahiyəsinə bir bıçaq zərbəsi endirib, zərər çəkmişin kəskin xarici qanaxmadan ölümünə səbəb olan yuxu arteriyasının zədələnməsi ilə nəticələnmiş boyun nahiyəsinin yuxarı 1/3-nin sol yarısının 1 ədəd kəsilmiş-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarət yetirib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci və 177.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə qismən təqsirli, həmin məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, dostları ilə görüşmək barədə sözləşmiş, təxminən saat 17 radələrində evdən çıxmış və yolda olan zaman mərhum Heybət ona zəng etmişdir. Aralarında borc məsələsi olduğuna görə Heybət 5-6 dəfə dayanmadan zəng edərək borcunu geri istəmiş və telefonda ünvanına söyüşlər söymüşdür. O, daha sonra dostları ilə kafedə oturub yeyib-içmiş, axşam Heybət yenidən ona zəng edərək harada olduğunu soruşmuş və o da kafedə olduğunu bildirmişdir. Heybət də kafeyə gələcəyini deyərək zəngi söndürmüş və təxminən 30-40 dəqiqədən sonra Heybət dostu ilə kafeyə gəlmişdir. Bu vaxt Heybət ona dərdləşmək istədiyini demiş, Heybətlə razılaşaraq məhəllənin kənarına getmişdirlər. Heybət ona söyüşlə müraciət edərək borcu nə vaxt geri qaytaracağını soruşmuş, ona əl-qol atmış, o, söyüşlə müraciət edilməsini qəbul etməmiş və daha sonra hadisə baş vermişdir. O, ümumiyyətlə, hadisənin necə baş verdiyini xatırlamadığını və hadisənin təsiri altından hələ də çıxa bilmədiyini bildirmişdir. Hadisə vaxtı Heybətin əlində dəmir bıçaq olmuş, söyüş söydükdən sonra onun üstünə bıçaq çıxarmış, həmin vaxt özündə olmadığı üçün hirslənərək Heybətin əlindəki bıçaqla ona xəsarət yetirmişdir. O, oğurluq hadisəsi ilə bağlı özünü təqsirli bildiyini və hadisənin ittiham aktında yazıldığı kimi olduğunu demişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, müharibədən qayıtdıqdan sonra heç yerdə işləmədiyini, Heybətlə çox yaxın münasibətlərinin olmadığını, hadisədən təqribən 1 ay əvvəl Heybətdən 20 manat məbləğində borc pul aldığını, 20 günə geri qaytaracağını dediyini və pulu ona qaytarmaq fikri olduğunu bildirmişdir. Heybət hadisədən əvvəl ondan pulu verməyi tələb etmiş, hadisə günü içkili olduğu üçün 7-8 dəfə ona zəng etmiş və onu ailəsi ilə hədələmişdir. Heybət kafedə onun yanına gələndə əvvəlcə salamlaşmış, daha sonra isə dərdləşmək istədiyi üçün Heybət onu qaranlıq məhəlləyə tərəf aparmışdır. O, həmin vaxtı özündə olmadığını, hadisə vaxtı dostlarının onları görmədiyini, həmin vaxt üzərində bıçaq olmadığını və hadisədən sonra heç kimə heç nə demədən evə getdiyini bildirmişdir. Heybəti bıçaqla necə vurduğunu xatırlamamış, hadisənin ertəsi günü tanışlardan Heybətin öldüyünü eşitmiş, bu hadisə ona psixoloji olaraq çox pis təsir etmiş, Heybətin öldüyünü bildikdən sonra isə özü könüllü olaraq polis bölməsinə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, əsəbi olduğu üçün hər şeyə tez reaksiya vermiş, hadisə vaxtı üzərində bıçaq olmamış, bıçaq Heybətdə olmuş və hadisənin necə baş verdiyini xatırlamamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 120.2.2-ci və 177.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. İİ Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda döyüşlərdə könüllü iştirak etmiş və “Vətən Uğrunda” medalı ilə təltif edilmişdir. Mebel ustası olmaqla qazanc əldə etmiş, lakin konkret iş yeri, daimi qazancı olmamışdır. Əvvəllər məhkumluğu olmamışdır. Arabir spirtli içki qəbul etsə də, heç vaxt narkotik vasitə qəbul etməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 uşaqlıq illərindən qonşuluqdakı məhəllədən tanımışdır. Onunla münasibətləri normal olmuşdur. Heybət də mebel ustası kimi fəaliyyət göstərmiş, Heybətlə arabir görüşmüş, bəzən çay içmişlər. Aralarında əvvəllər hər hansı düşmənçilik və ədavət olmamış, əvvəllər heç vaxt mübahisə etməmişlər. Hadisədən təxminən 1 ay öncə İlkin Heybətdən şəxsi ehtiyacları üçün 20 AZN borc almış və yaxın zamanlarda borcu qaytaracağını bildirmişdir. Heybət ona borc verərkən pulu nə vaxt qaytaracağına dair şərt qoymasa da, sonrakı günlərdə zəng edərək tez-tez ondan pulu nə vaxt qaytaracağını soruşmuş, həmin vaxtlarda o işi olmadığı üçün pul tapıb onun borcunu qaytara bilməmişdir. Mahiyyəti üzrə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 18 radələrində Heybət mobil telefon vasitəsilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək 20 manat məbləğində borcunu nə vaxt qaytaracağını soruşmuş, o həmin vaxt Masazır kəndi ərazisində tək olmuş və Xırdalana dostları Ruslan və Əzizlə birgə görüşməyə gedirmiş. İlkin həmin dostlarıyla Xırdalanda tez-tez getdikləri “Cənub” kafesinə (köhnə adı ilə “Yaşıl ada”) gedib çay içməyi planlaşdırmışlar. Telefon danışığı zamanı Heybətə hazırda əlində işi olmadığı səbəbindən borcu qaytara bilmədiyini, ən qısa müddətdə qaytaracağını bildirmişdir. Heybət ona cavabında danışıq zamanı “mənim borcumu verməyib fırladan oğlanın anasını .....” deyərək onu söymüş, o bu danışıqdan sonra heç nə demədən telefonu söndürmüş, əsəbindən nə edəcəyini bilməmiş və evə qayıdaraq mətbəxdən dəstək hissəsi qəhvəyi rəngli, tiyə hissəsi gümüşü rəng olan, üzərində naxışlar olan bıçaq götürmüşdür. Daha sonra “Cənub” kafesinə gələrək orada Ruslan və Əziz adlı dostlarıyla çay içmişdir. O, yolda olarkən Heybət onu 2 dəfə yığsa da, onun zənginə cavab verməmiş, “Cənub” kafesində çay içərkən Heybət ona yenə zəng vuraraq onun harada olduğunu soruşduqda qeyd etdiyi kafedə olduğunu bildirmişdir. Saat 21-30 radələrində həmin Kafenin qarşısında Ruslan və Əzizlə dayanıb söhbət edərkən Heybət və onun “Maqa” ləqəbi ilə tanıdığı tanışı birlikdə onların dayandığı kafenin qarşısına gəlmişlər. Heybət ona yaxınlaşaraq onunla təklikdə işi olduğunu bildirərək məhəllə arası yolla orada yerləşən 2B saylı binanın qarşısındakı qarajların yan tərəfinə keçmişlər. Onlar qarajların yan tərəfinə keçərkən İlkin Heybətin ağzından spirtli içki qoxusu hiss etmiş, onun hərəkətlərindən məlum etmişdir ki, sərxoşdur, özünü apara bilmir. Qarajların yan tərəfinə keçdikdə onların yanında heç kim olmamışdır. Heybət həmin vaxt “məni “fırladanın”, məni “buranın” ana-bacısını ........” deyə söyüş söymüşdür. İlkin cavab olaraq “Söyüş söymə, bizim aramızda salam-məlik var, 20 manata görə dəymir”deyib xəbərdarlıq etmişdir. Heybət isə cavabında bu dəfə konkret olaraq “mənim borcumu qaytarmayanın sənin payına anasını, bacısını .......” deyərək İlkini söymüşdür. İlkin onun bu söyüşünü eşidən kimi evdən özüylə götürüb üzərində saxladığı mətbəx bıçağını çıxarıb sağ əliylə onun başətrafı nahiyəsinə möhkəm zərbə vurmuşdur. Lakin dəqiq olaraq bilməmişdir ki, onun hansı nahiyəsindən xəsarət yetirmişdir. Bundan sonra Heybət, ona yumruqla zərbə vurmaq istəmiş, lakin o geri çəkilmişdir. O Heybətə növbəti zərbələri vurmaq imkanı olsa da, vurmamışdır. Heybət başından əli ilə tutaraq binanın digər çıxışına doğru qaçmış, İlkin isə bıçağı da özüylə götürüb əks istiqamətdə getmiş, bundan sonra Heybətə nə olduğunu bilməmişdir. Onların mübahisələri düşəndə onunla gəlmiş Ruslan və Əziz oradan çıxıb getmişdilər, həmçinin o hadisə yerini tərk edəndə “Maqa” ləqəbli oğlanı da görməmişdir. Ümumiyyətlə, onlar söhbət edərkən hava qaranlıq olduğu üçün və söhbətlərini apardıqları yer kənar yer olduğu üçün həmin mübahisəni başqa heç kəsin görmədiyini düşünür. Bundan sonra yaşadığı evə gəlib yatmış, lakin ailə üzvlərinə Heybəti bıçaqlamağı barədə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə səhər radələrində Heybətin artıq öldüyünü eşitdikdən sonra hadisə zamanı istifadə etdiyi bıçağı da götürüb Xırdalana polis idarəsinə tərəf gəlmiş, idarənin yaxınlığında üzdən tanıdığı, adını Elmir olaraq bildiyi bir polis idarəsinin əməliyyatçısını görmüş, ona bildirmişdir ki, Heybəti o bıçaqlamış, təslim olmağa gəlmişdir. Bundan sonra onlar birgə Abşeron RPİ-nə getmiş, oradan da Abşeron rayon prokurorluğuna gətirilmişdir. Bundan əlavə törətdiyi oğurluq əməli ilə əlaqədar bildirmək istəyir ki, qeyd olunan oğurluq cinayət əməlini onun özü törətmişdir. Belə ki, 19 dekabr 2024-cü il tarixdən 20 dekabr 2024-cü il tarixə keçən gecə 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olan zaman “Tufan M50” markalı mopedi görmüş və həmin mopedi oğurlamaq qərarına gəlmişdir. Daha sonra isə həmin mopedi əliylə işlək vəziyyətə gətirmiş və oradan uzaqlaşmışdır. Lakin həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün bu əməli törətmiş, səhəri günü isə ayılmış və mopedi götürdüyü yerə geri qaytarmış, etdiyi əməldən peşmandır. Hadisə vaxtı heç bir spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Özü könüllü olaraq polis əməkdaşlarına gəlib təslim olmuş, saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, fiziki və psixi zor göstərilməmişdir. İfadəsində qeyd etdiyi “Tufan M50” markalı mopedi oğurlamaq məqsədilə götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 22 yanvar 2025-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, mopedlərin alış və satışını həyata keçirir. Mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin oktyabr ayında 2000 manata Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Motoplaza” motosiklet mağazasından “Tufan M50” markalı moped almışdır. Həmin mopedi alıb bir müddət sonra satacaqmış. Buna görə də həmin mopedi yaşadığı evin yaxınlığındakı Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində saxlamışdı. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində həmin mopedi götürmək istəyəndə aşkar etmişdir ki, yerində yoxdur. Buna görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş və Abşeron RPİ-nə ərizə yazaraq bu hadisə nəticəsində ona 1950 manat maddi ziyan dəydiyini bildirmişdir. Lakin polis idarəsindən evə qayıdanda müəyyən etmişdir ki, həmin moped sürülərək küçənin bir qədər aşağısında saxlanılmışdır. Buna görə də hal-hazırda heç bir şikayət və tələbi yoxdur. 02 iyun 2025-ci il tarixli tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X2 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 oğludur. O, Təqsirləndirilən şəxs tanımamış, Heybət çöldə olan sözsöhbəti heç vaxt gəlib evdə deməmiş, hadisədən bir gün əvvəl axşam söz-söhbət olmuş və Heybət İlkinlə telefonla danışanda “tapsan, edərsən” demişdir. Bütün bu söhbətləri gəlini ona danışmışdır. Heybət İlkinlə danışarkən çox əsəbi olmuş, hadisə günü saat 21 radələrində Heybət yeməyi hazırlamaqlarını demiş və bir azdan gələcəyini bildirərək uşaqlara lazımlı şeyləri almaq adı ilə həyətə düşmüşdür. Daha sonra gəlini dəfələrlə Heybətə zəng etmiş, lakin o, zəngləri açmamışdır. Belə bir hadisənin baş verəcəyi ağıllarına gəlməmiş, saat 00 radələrində Heybətin bıçaqlanma xəbəri gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xırdalan ərazisində yerləşən kafelərin birində İlkinlə oturub çay içmiş, artıq söhbət edib evə doğru gedərkən mərhum Zərərçəkmiş şəxs1 onlara yaxınlaşmış, onlarla görüşüb salamlaşmışdır. Heybətlə İlkin onlara “siz burada gözləyin, bizim işimiz var, söhbət edib gəlirik” demişlər. O, Şahid5la kafenin qarşısında durmuş, təxminən 5-10 dəqiqədən sonra səs gəlməyə başlamış, onlar da həmin səsə doğru getmişlər. Mərhumu yerdə uzanmış vəziyyətdə görmüş, mərhum onları görən kimi durub qaça-qaça getmişdir. Heybətlə gələn şəxs də onun ardınca getmiş, həmin ərazidə olan adamlardan soruşduqda onların maşına minib getdikləri deyilmiş, onların xəstəxanaya getdiklərini düşünmüşlər. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq kafedə təxminən 1 saat, 1 saat yarım oturduqlarını, mərhum Zərərçəkmiş şəxs1 cəmi bir dəfə gördüyünü, kafedə olan vaxt İlkinin onlara “bir nəfər dostum var, onu gözləyirəm ki, gəlsin” dediyini, kafe artıq bağlandığı üçün çölə çıxdıqlarını, hadisə yerindən qışqırıq səsləri gəldiyini, səs gələndən sonra həmin tərəfə getdiklərini, nə baş verdiyini soruşanda İlkinin onlara heç nə demədiyini, həmin vaxt İlkinin əlində heç nə görmədiyini demişdir. Şahid təqsirləndirilən şəxsin sualına cavab olaraq mərhum Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ünvanəna nalayiq ifadələr işlətməsi barədə ona məlumat verdiyini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilən ifadəsində göstərmişdir ki, İlkin adlı şəxsi 2020-ci il Vətən müharibəsində iştirak edərkən döyüş yoldaşı kimi tanımış, özü də müharibədə Suqovuşanda, Ağdərədə və sonrakı illərdə antiterror əməliyyatlarında iştirak etmişdir. 2022-ci il sentyabr döyüşlərində Kəlbəcər istiqamətində döyüşlərdə yaralanmışdır. Döyüşlər bitdikdən sonra da İlkinlə münasibətləri davam etmişdir. Onunla normal dostluq münasibətləri olmuş, ayda 2-3 dəfə görüşüb çay içib söhbət etmişlər. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində İlkin ona zəng vuraraq Xırdalan şəhəri 27-ci məhəllə ünvanında yerləşən əvvəllər də bir neçə dəfə əyləşdikləri adını bilmədiyi kafedə oturmağı təklif etmiş, o da bu təkliflə razılaşıb bir neçə dəqiqə sonra kafenin qarşısına gəldikdə İlkin və digər dostu Ruslan adlı şəxs artıq orada olmuşlar. Onlar üçü birlikdə kafeyə keçib əyləşərək çay içib söhbət etməyə başlamış, söhbət əsnasında İlkinin telefonuna zəng gəlmiş, o zəng vuran şəxslə narahat, gərgin formada danışdığından zəngi bitirdikdən sonra ondan nə baş verdiyini, həmin şəxsin kim olduğunu soruşmuş, İlkin cavabında zəng vuran şəxsin onun varyoxunu, ailə üzvlərini söydüyünü bildirmişdir. Lakin İlkindən həmin şəxsin kim olmasını, adını soruşsa da, o bu barədə heç nə deməmişdir. İlkin həmçinin həmin şəxsin söhbət etmək üçün bir neçə dəqiqədən sonra kafenin qarşısına gələcəyini bildirmişdir. Kafedə təxminən yarım saat müddətində oturduqdan sonra kafeni işlədən şəxs işinin çıxdığını, kafeni bağlamalı, hesabı verib qalxmalı olduqlarını bildirdiyindən onlar hesabı ödəyərək qalxmış, kafenin qarşısındakı səkidə gözləyərək siqaret çəkmişlər. X26 evlərinə dağılışmağı təklif etdiyi anda adını sonradan bildiyi Heybət adlı şəxs onlara yaxınlaşmış, onun yanında bir nəfər kişi cinsli şəxs də olmuş, lakin Əziz onu tanımamışdır. Heybətlə birlikdə gələn tanışı onlara yaxınlaşıb salamlaşdıqdan sonra Heybət İlkinlə bir qədər kənarda təklikdə 5 dəqiqəlik söhbəti olduğunu bildirib onlar ikisi kafenin arxasıyla məhəllə arası yolla gedilən istiqamətdə yerləşən qaraj tərəfə getmişlər. Onlar həmin istiqamətə getdikdən sonra Əziz, Ruslan və Heybətin tanışı birlikdə kafenin qarşısında dayanmışlar. İlkinlə Heybət getdikdən təxminən 5 dəqiqə sonra onların getdiyi istiqamətdən qışqırıq səsləri gəlmiş, onlar üçü birlikdə səs gələn istiqamət getdikcə qarajların yan tərəfinə çatdıqda Heybətin qarajın qarşı tərəfində ağacın altında otluq sahədə yerdə uzanıb çabaladığını görmüş, daha sonra Heybət qalxıb əli ilə boynunun sol tərəfini tutub binanın qarşısından sağ istiqamətə qaçaraq getmişdir. O İlkindən nə baş verdiyini soruşduqda İlkin Heybəti bıçaqla vurduğunu bildirmişdir. Heybətin tanışı da onunla birlikdə qaçaraq getmiş, Əziz və Ruslan isə binanın digər tərəfi ilə gedib Heybətə nə olduğunu aydınlaşdırmaq istədikdə onu tapa bilməmiş, binanın yaxınlığında yerləşən aptekin qarşısında qan gölməçəsi olduğunu görmüşlər. Lakin Heybət orada olmamış, küçədən keçən şəxslərdən soruşduqda onu avtomobilə mindirib apardıqlarını bildirmişlər. Daha sonra Ruslanla öz evlərinə ayrılmış, İlkinin hara getdiyini bilməsə də, o da yəqin ki evə çıxıb getmişdir. Əziz hadisə yerində və İlkinin əlində bıçağı görməmiş, yəqin ki, o, bıçağı üzərində götürüb getmişdir. Evə getdikdən sonra həmin gün axşam və səhəri gün İlkinlə hər hansı formada əlaqələri olmamış, sonradan xx.xx.2025-ci il tarixdə günorta saatlarında İlkin ona polis əməkdaşlarının telefonu ilə zəng vuraraq bildirmişdir ki, o bir müddət əvvəl Heybətin öldüyünü öyrənib polis idarəsinə gəlmiş, törətdiyi əməli etiraf etmiş, hadisə ilə əlaqədar onları da polisdən çağıracaqlarını bildirmişdir. Şahid4 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməmişdən əvvəl İlkinlə çay içərkən o demişdir ki, Heybət onun varyoxuna söymüşdür və bu barədə söhbət etmək üçün Heybət bir neçə dəqiqə sonra onunla danışmağa gələcək. Lakin hadisə baş verən anda onların yanında olmadığından hansı məzmunda danışıqları olduğunu bilməmişdir. Bununla belə onun fikrincə onlar arasında mübahisə elə söyüş məsələsinə görə olmuşdur.O hadisənin şokunda olduğundan, həm də İlkinin gedib özü təslim olacağını ehtimal etdiyindən bu barədə kimə və ya harasa məlumat vermək ağlına gəlməmişdir. Hadisə zamanı həmin ərazidə qeyd etdiyi şəxslərdən, yəni Ruslan və Heybətin yanında gəlmiş şəxsdən başqa hər hansı şəxsin olmasını görməmişdir. Ümumiyyətlə əvvəllər Heybət adlı şəxsi tanımadığından onların arasında hər hansı mübahisələri olub-olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Xırdalan ərazisində yerləşən kafelərin birində Təqsirləndirilən şəxs, onun hərbi yoldaşı ilə birlikdə oturub çay içmiş, artıq söhbət edib evə doğru gedən vaxt Zərərçəkmiş şəxs1 onlara yaxınlaşmış, onlarla görüşüb salamlaşmışdır. Onlara “məni üzrlü hesab edin, mənim İlkinlə işim var” deyib İlkinlə birlikdə onlardan uzaqlaşmış və kənar yerə çəkilib söhbət etmişlər. Həmin vaxtı hər yer demək olar ki, qaranlıq olmuş, onları xeyli gözlədikdən sonra onlar söhbət edən yerə getmiş, mərhum Heybət onları görən kimi qaçmışdır. Hadisənin necə və hansı səbəbdən baş verdiyini bilməmişdir. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq İlkin və onun hərbi yoldaşı ilə kafedə təxminən 1 saat oturduqlarını, İlkinlə Heybətin münasibətlərinin yaxşı olduğunu bildiyini, onların arasında narazılıqların olmasından xəbərinin olmadığını göstərmişdir. Kafenin qarşısına çıxdıqdan sonra Heybət bir nəfər şəxslə onların yanına gəlmiş, hadisənin necə baş verdiyini görməmiş, həmin yerdən hər hansə bir səs-küy gəlməmiş, İlkinin əlində heç nə görməmiş, İlkindən nə baş verdiyini soruşduqda onlara cavab verməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü işdən gec çıxmış, marketdən alış-veriş etmiş, daha sonra isə Nəsibə Zeynalova küçəsi ilə yaşadığı ünvana doğru hərəkət etmişdir. Həmin vaxt iki nəfər ona yaxınlaşaraq “kömək edin” deyə səsləmiş, bir nəfər şəxsin boynunu tutub dayanmışlar. Özündə olan parça ilə mərhumun boynunu sıxıb saxlamış, idarə etdiyi avtomobillə onu Abşeron Rayon Mərkəzi xəstəxanasına çatdırmışdır. Şahid ona verilən suallara cavab olaraq hadisənin necə baş verdiyini görmədiyini, hər şeyi sonradan polis əməkdaşları tərəfindən öyrəndiyini, mərhum xəstəxanaya çatana qədər özündə olduğunu, amma tam danışa bilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nurməhəmməd qızı ifadəsində göstərmişdir ki, mərhum onun əri olmuşdur. Heybət axşam evə gəlmiş, o da həmin vaxtı uşaqları yatızdırmışdır. Heybət həmin vaxtı çox əsəbi olmuş, ondan telefonunu istəmiş, telefonda özünə “whatsapp” proqramı tətbiqini açmışdır. Telefonla yazışa-yazışa əl-ayağı əsməyə başlamış, onun əsəbləşdiyini görüb bəhanə ilə telefonu ondan almışdır. Telefonu aldıqdan sonra İlkinlə yazışdığı məlum olmuşdur. Bir az keçdikdən sonra isə Heybətin öz telefonuna zəng gəlmiş, Heybət zəng edənə “eşidirəm, sözünü de” demişdir. Heybət ona “tapsan, edərsən və s.” kimi sözlər demişdir. Hadisə günü isə sakit qaydada işinə getmiş, günorta da evə gəlmişdir. Şahid3 Nurməhəmməd qızı dövlət ittihamçısının suallarına cavab olaraq iki azyaşlı uşağının olduğunu, həmin günü Heybətin İlkinlə görüşə getdiyini bilmədiyini, Heybətin İlkinin ona borcu olduğunu dediyini, neçə gündür ki, borcu qaytaracam deyib qaytarmadığını, Heybət tərəfdən İlkinə qarşı hər hansı söyüş filan dediyini eşitmədiyini, Heybətin həmin gün spirtli içki qəbul etmədiyini, narkotik vasitələrdən ümumiyyətlə istifadə etmədiyini, onun üzərində bıçaq olmadığını və bildiyi qədəri ilə İlkinlə Heybətin münasibətlərinin çox yaxşı olduğunu göstərmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Heybət adlı şəxsi uşaqlıqdan eyni məhəllədə yaşayan biri kimi tanıyır. Heybət mebel ustalığı ilə məşğul olmuşdur. Təxminən 2 il bundan əvvəl ümumi tanışları vasitəsilə İlkini tanımışdır. Onun nə işlə məşğul olmasını bilmir. İlkinlə yaxın münasibəti olmasa da onunla tanış kimi ancaq salam-sağolu olmuşdur. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən müxtəlif günəmuzd işlər gördüyü rent-a-car, yəni maşın icarəsi ilə məşğul olan işlədiyi ofisdən çıxaraq Xırdalan şəhərində yaşadığı evə doğru yollanmış, saat 21 radələrində Xırdalan şəhəri ərazisində yerləşən Masazır dairəsi adlanan əraziyə taksiylə gələrək orada avtomobildən düşüb piyada yaşadığı evə doğru hərəkət etmişdir. Yaşadığı evə çatmağa az qalmış, yəni Xırdalan şəhəri ərazisində yerləşən “Sultan” şadlıq sarayının yanında Heybəti görərək onunla salamlaşıb hal-əhval tutmuş, həmin vaxt Heybət ona Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən “Cənub” kafesinə doğru getdiyini dedikdə o da evinin həmin istiqamətdə olduğunu nəzərə alaraq onunla birlikdə piyada həmin kafeyə doğru hərəkət etmişlər. “Cənub” kafesinin yanına yaxınlaşdıqda kafenin qarşısında İlkinin və digər adlarını bilmədiyi, tanımadığı 2 nəfərlə birlikdə dayandığını görüb Heybətlə birlikdə onlara yaxınlaşmışlar. Onlar İlkin və onun yanındakı şəxslərə yaxınlaşdıqda Heybət İlkinlə öpüşmüş, digər şəxslərlə isə yalnız əllə salamlaşmışdır. Heybətlə İlkin öz aralarında hansısa söhbətlərinin olduğunu bildirərək mehriban şəkildə söhbət edərək həmin kafenin yan tərəfi ilə məhlə arası yolla hərəkət etmişlər. Məhəmməd isə İlkinin yanında olan tanımadığı 2 nəfər şəxslə kafenin qarşısında dayanıb onların geri qayıtmasını gözləmişlər. Lakin o İlkinlə Heybətin bir neçə dəqiqə ərzində geri qayıtmadığını görüb onların getdiyi istiqamətdə hərəkət edərək onların hara getdiyini dəqiqləşdirmək istəmiş, məhəllə arası yolla təxminən bir neçə dəqiqə hərəkət etdikdən sonra 2B nömrəli binanın qarşısında yerləşən mişar daşından inşa edilmiş qarajların yan tərəfində Heybətlə İlkinin hansısa səbəbdən yüksək səslə mübahisə etdiklərini görüb mübahisənin səbəbini aydınlaşdırmaq üçün onlara yaxınlaşmaq istədikdə İlkin əlində olan bıçaqla Heybətin sol boyun nahiyəsinə qəflətən 1 ədəd bıçaq zərbəsi endirmişdir. Bundan sonra Heybət 2B nömrəli binaya doğru otluq sahə ilə qaçaraq və binanın qarşısında sağa doğru üzü Nəsibə Zeynalova küçəsi istiqamətinə qaçaraq getmiş, Məhəmməd isə onun arxası ilə qaçaraq ona köməklik etmək istəmişdir. Heybət həmin vaxt əlini boyun nahiyəsindən tutaraq yaradan sıçrayan qanı saxlamaq istəyərək Nəsibə Zeynalova küçəsinə çatdıqda orada yerləşən aptekin qarşısında olan səkidə əyləşərək zarımağa başlamışdır. O isə dərhal Heybəti xəstəxanaya çatdırmaq üçün həmin ərazidən keçən avtomobillərdən kömək etmələrini xahiş etsə də orada olan tanımadığı insanlardan heç kim onlara köməklik etmədən yalnız kənarda durub baş verənləri seyr etmişlər. Elə bu zaman üzdən tanıdığı lakin yaxın münasibətdə olmadığı Heydər adlı şəxsin oradan keçdiyini görüb ondan kömək etməsini xahiş etmişdir. Bundan sonra onlar N.Zeynalova küçəsi ilə hərəkət edən boz rəngli Hyundai Elantra markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlayaraq həmin avtomobilin sürücüsündən Heybəti xəstəxanaya çatdırmasını xahiş etmişlər. Adını bilmədiyi və tanımadığı həmin Hyundai Elantra markalı avtomobilin sürücüsü də onlara kömək etməyə razılaşmış, o və Heydər Heybətə yolun kənarından qalxmasına kömək edərək onu avtomobilin qabaq sərnişin oturacağına əyləşdirmişlər. Özü isə avtomobilin arxa sərnişin oturacağına əyləşərək sürücüdən onları dərhal yaxın xəstəxanaya çatdırmasını bildirmişdir. Yolda olan zaman Heybət yalnız əli ilə xəsarət aldığı hissəni tutaraq və heç nə danışmadan zarımışdır. Abşeron rayon mərkəzi xəstəxanasına çatdıqdan sonra o və Heydər Heybəti xəstəxanadakı xərəklə təcili yardım şöbəsinə salmışlar. Orada onu müayinə edən həkimlər Heybətin artıq öldüyünü bildirmişlər. Bundan sonra onlar Heybətin ailə üzvlərinə məlumat vermək üçün onlar xəstəxanaya gətirən sürücüdən xahiş etmişlər ki, onları geri qaytarsın. Sürücü də xahişi nəzərə alaraq avtomobili Xırdalan şəhəri istiqamətində sürmüş, həmin avtomobillə geri qayıdarkən Xırdalan şəhərində yerləşən “Ləziz” restoranının yanından keçərkən sürücü avtomobilin benzinin bitdiyini bildirmişdir. Onlar sürücüyə təşəkkür edərək avtomobildən düşüb Heybətin kürəkəni Raminə hadisə barədə məlumat vermək məqsədilə onun yaşadığı evin qarşısına gedərək darvazanı döysə də, qapını açan olmamışdır. Bundan sonra yaşadığı məhəlləyə qayıdıb orada yaşayan Elçin adlı dostunun telefonunu götürüb onun telefonu ilə dayısı Ruslanın mobil nömrəsinə zəng vurub xahiş etmişdir ki, Heybətin ailə üzvlərinə baş vermiş hadisə barədə məlumat versin. Şahid1 həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, X13 kafesinin qarşısından məhəllə arası yolla hadisə baş verən yer istiqamətində hərəkət etdikləri zaman öz aralarında mehriban söhbət etmişlər, onların arasında həmin vaxt hər hansı mübahisənin yaranacağı gözlənilmirmiş. Onlar sadəcə olaraq bir neçə dəqiqə öz aralarında söhbət edib qayıdacaqlarını bildirmişlər. Onlar gözlə görünməyən istiqamətdə getdikləri üçün, Məhəmməd isə evə tələsdiyindən onlarla sağollaşmaq üçün arxalarınca gedib yanlarına çatdıqda qışqırıqla danışmalarını eşitsə də, onların danışığının məzmunu barəsində heç nə eşitməmiş və mübahisələrinin hansı səbəbdən yarandığını, İlkinin Heybəti hansı səbəbdən bıçaqla vurduğunu bilməmişdir. Həmçinin hadisədən sonra Heybətdən bu barədə soruşmaq imkanı olmamışdır. İlkinlə Heybətin dayandığı yer qaranlıq olduğundan İlkinin sağ əlində tutduğu bıçağın dəqiq əlamətlərini görməsə də, İlkinin əlində bıçağı tutduğunu dəqiq görmüşdür. Hadisə zamanı Heybət üzü 2B nömrəli binaya tərəf, İlkin isə onunla üzbəüz arxası həmin binaya tərəf dayanmışdır. Onlar mübahisə etdikləri zaman İlkin sağ əlində tutduğu bıçağı yuxarıdan aşağı doğru istiqamətləndirərək Heybətin boynunun sol yan nahiyəsindən zərbə endirmişdir. İlkin Heybətə xəsarət yetirdikdən sonra o Heybətin arxasınca qaçdığından İlkinin əlində olan bıçağı nə etməsini, yəni hadisə yerində tullamasını və ya özü ilə aparmasını bilmir. Onların arasında hər hansı dava dalaş olmamış və yuxarıda qeyd etdiyi kimi İlkinlə Heybət birbirləri ilə yüksək səslə mübahisə edən zaman İlkin qəfildən Heybətə bıçaqla xəsarət yetirmişdir. İlkin Heybətə bıçaqla xəsarət yetirdikdən sonra İlkin elə oradaca dayanmış, Heybət isə 2B saylı binaya tərəf qaçmışdır. X18 yalnız bir dəfə bıçaqla vurduqdan sonra aralarında hər hansı dava dalaş olmamışdır. İlkinin yanında olan 2 nəfər şəxsi ilk dəfədir görmüş və onları tanımamışdır. Zahiri əlamətləri barədə isə biri təxminən 180 sm, digərinin isə boyu ondan daha kiçik idi. Əyinlərində dəqiq hansı paltarlar olmasını xatırlamasa da təxminən deyə bilər ki, birinin əynində tünd qara və ya göy rəngli gödəkçə, digərinin əynində isə qəhvəyi rəngli gödəkçə var idi.Hadisə ərəfəsində həmin şəxslərin hərəkətləri barədə isə qeyd edir ki, İlkin və Heybət onlardan uzaqlaşaraq getdikdən bir neçə dəqiqə sonra onların arxasınca getdikdə həmin 2 nəfər şəxs də onun arxasınca getmiş, İlkinin Heybəti bıçaqla vurduğunu gördüyü anda, onlar təxminən ondan 1 metr arxada durmuşlar. Hadisədən sonra isə onlar heç bir müdaxilə etmədən dayandıqları yerdə qalaraq İlkin və Heybətə yaxınlaşmamışlar. Daha sonra isə o Heybətin arxasında qaçdığından onların nə etməsini görməmişdir. Həmin vaxt Heybətin əynində göy rəngli cins şalvar və tünd qara və ya göy rəngli gödəkçə, İlkinin əynində olan paltarları dəqiq xatırlamasa da onun üzərində də tünd rəngli paltarlar olmuşdur. Hadisə zamanı həmin ərazidə başqa hər hansı şəxsin olmasını görməmişdir. Əvvəllər İlkin və Heybət arasında hər hansı mübahisələri olmasının şahidi olmamışdır. Hadisədən sonra Heydərlə birlikdə Heybəti xəstəxanaya gətirərkən orada olan adlarını bilmədiyi polis əməkdaşlarına hadisə barədə ətraflı məlumat vermişdir. Bundan sonra isə yuxarıda qeyd etdiyi kimi Heybətin ailə üzvlərinə məlumat vermək üçün xəstəxanadan uzaqlaşmışdır. Daha sonra isə hadisə yerinə yaxınlaşaraq hadisə barədə polis əməkdaşlarına şifahi məlumat vermişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, 2015-ci ildən daxili işlər orqanlarında, 2020-ci ildən Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Xidməti ərazisinə Xırdalan şəhərinin ərazisi daxildir. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 14-30 radələrində nahar fasiləsindən Abşeron polis idarəsinə qayıdarkən idarənin yaxınlığında üzdən tanıdığı Təqsirləndirilən şəxs görmüş, İlkin ona yaxınlaşaraq 1 gün əvvəl yəni, xx.xx.2025-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 bıçaqla vurduğunu, lakin onun öldüyünü səhəri gün xx.xx.2025-ci il tarixdə öyrəndiyini, buna görə də törətdiyi əməli etiraf etmək istədiyini bildirmiş, o, İlkinə polis idarəsinə yaxınlaşmağı təklif etmişdir. Birlikdə əvvəlcə polis idarəsinə gedərək onunla hadisə barədə qısa sorğu-sual etmiş, daha sonra təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs Abşeron rayon prokurorluğuna dindirilməsi üçün təhvil verilmişdir. İlkin qısa sorğu-sual zamanı xx.xx.2025-ci il tarixdə saat 22 radələrində tanışı Heybətlə aralarında borca görə söhbət etdiklərini, bu vaxt Heybətin ona söyüş söydüyünə görə o da üzərində olan bıçaqla Heybəti vurduğunu, lakin həmin vaxt Heybətin qaçaraq oradan uzaqlaşdığını, sonradan onun səhhəti barədə məlumatı olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçağı polis idarəsinə təqdim etmişdir. Elmir həmin vaxt bıçağın üzərində hər hansı ləkə olub-olmamasına fikir verməmiş, Xırdalan şəhərində böyüyüb yaşadığından, həmçinin işinin xüsusiyyəti ilə əlaqədar Təqsirləndirilən şəxs Xırdalan sakini kimi sadəcə üzdən tanımış, yaxından münasibətim olmamış, Zərərçəkmiş şəxs1 də Xırdalan sakini kimi tanımış, lakin Heybətlə Nahid arasında olan münasibətlərin forması barədə hər hansı məlumatı olmamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, kafenin mülkiyyətçisi Əlövsət adlı şəxs həmin obyekti başqa şəxsə satdığından ona bir ay əvvəldən kafeni boşaldıb oradan çıxmağı xahiş etmiş, o da 2025-ci ilin may ayının ortalarında hissə-hissə kafedə olan əşyaları boşaltmağa başlamışdır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 21-30 radələrində tanış şəxslərlə birlikdə kafedə yır-yığış edərkən kafenin yerləşdiyi məhəllədən tanıdığı İlkin adlı şəxs və onunla birlikdə adlarını bilmədiyi 2 şəxs oraya yaxınlaşıb çay içmək istədiklərini bildirmişlər. O kafeni bağlayacağını bildirsə də onlar, bir çay içib gedəcəklərini bildirmiş, onlara daha bir söz deməmiş, əyləşib çaylarını içərkən ona evdən zəng gəlmişdir ki, anasının təzyiqi qalxıb, vəziyyəti yaxşı deyil. O da İlkin və yanındakı şəxslərə təcili kafeni bağlayıb getməli olduğunu bildirmiş, beləliklə onlar qalxıb kafedən çıxdıqdan sonra qapısını bağlayıb evə getmişdir. Səhəri gün kafeyə gəldikdə eşitmişdir ki, İlkin onun elə yaxın məhlədə yaşayan Heybət deyə tanıdığı şəxsi kafedən çıxıb getdikdən bir müddət sonra bıçaqla vuraraq öldürmüşdür. İlkin və digər şəxslərin kafedə oturarkən nədən söhbət etməsi, onların hansı məzmunda söhbət aparması barədə heçnə bilmir, bu barədə heç eşitməmişdir. Kafedə olarkən və kafeni bağlayıb gedərkən orada Heybəti görməmişdir. Kafedə olarkən İlkinin və onunla birlikdə olmuş şəxslərin üzərində bıçaq və ya digər alət görməmişdir. İlkin və Heybəti yaxından tanımadığından ümumiyyətlə əvvəllər onların arasında hər hansı mübahisələri olub-olmamasını bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 102 xidmətinə zəng edərək yaşadığı ünvanda saxladığı, dəyəri 1950 manat olan “Tufan M50” markalı mopedin oğurlanması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 20 dekabr 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu 27-ci məhəllə Qalubiyyə küçəsidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, “Tufan M50” markalı mopedin xx.xx.2024-cü il tarixdə bazar qiyməti 1950 manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 bıçaq xəsarəti alaraq öldürülməsi barədə Abşeron RPİ-ə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2025-ci il və 17 may 2025-ci il tarixli protokollar, həmin protokollara əlavə edilmiş sxem və foto şəkillərdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B nömrəli yaşayış binası ilə 1A nömrəli binasının arasında olan həyət ərazisidir. Cinayət işinin materiallarında olan 19 may 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokollar və həmin protokollara əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, zərər çəkmiş şəxs hadisə zamanı Zərərçəkmiş şəxs1 üzərində olan paltarlara baxış keçirilərkən gödəkçə, sviter, köynəklər, mayka, şalvar, alt paltarı, kəmər və ayaqqabının üzərində qanabənzər ləkələr müşahidə olunur. Paltarların üzərində olan xətti kəsiklərin mərhumun meyitinin üzərindən çıxarılması zamanı əmələ gəlməsi ehtimal edilir. Hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olan paltarlara və ayaqqabıya baxış keçirilərkən ayaqqabılarının üzərində qanabənzər ləkələr müşahidə olunur. Təqdim olunmuş 01 ədəd bıçaq qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, tiyəsinin və dəstəyinin üzərində tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Cinayət işinin materiallarında olan 19 may 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və həmin protokollara əlavə edilmiş foto şəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş qızılı rəngli “Samsung” markalı “SM-J260F” modelli telefonun açılması üçün xüsusi şifrədən istifadə olunmadığı, telefondakı bütün məlumatların silindiyi müəyyən olunduğundan iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 istifadəsində olan qara-yaşıl rəngli “SQ7700s” markalı telefonun “Mesaj” bölümünə baxış keçirildi. “Mesaj” bölümündə “İlkin Exi” adlı kontaktın ***-***-**-** mobil nömrəsi ilə yazışmalar aşkar olunur. Zərərçəkmiş şəxs1 ***-***-**-** mobil nömrəsindən xx.xx.2025-ci il tarixdə saat 10-46-da “yaxwi gelim çatım X16 X5 weyi de gotur gel helelik” məzmunlu SMS mesaj yazıldığı, “İlkin Exi” adlı kontaktın ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olduğu müəyyən edildi. Telefonun zənglər jurnalına baxış keçirilərkən xx.xx.2025-ci il tarixdə “İlkin Exi” adlı kontaktın ***-***- **-** mobil nömrəsi ilə saat 02-54-də 47 saniyə, saat 10-40-da 02 dəqiqə 01 saniyə, saat 10-42-də 09 saniyə, saat 19-46-da 15 saniyə, saat 20-11-də 41 saniyə, saat 21-36-da 30 saniyə müddətlərində danışıqlar aparıldığı müəyyən olunur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 19 may 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində dəqiq göstərərək öz ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 03 iyul 2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Zərərçəkmiş şəxs1 ***-***-**-** nömrəsi üzrə anten məlumatlarına baxış keçirilərkən onun hadisə günü-xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında saat 02-50-də 48 saniyə, saat 10-35-də 121 saniyə, saat 19-42-də 16 saniyə, saat 20-07-də 42 saniyə, saat 21-31-də 30 saniyə müddətlərində danışıq aparılması qeyd edilmişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 20:27-dən xx.xx.2025-ci il saat 10-41 aralığında “X6”; “Yaxwi İlkin”; “... Bawimi Conderme”; “X27”; “X31 Sene ...”; “X19 Yiyer ...”; “X20 X14 O X32 Eledin”; “... O X28 X33 X34”; “X21 X35 Eve”; “Hardasan Exi”; “Vaxtinan Gedir”; “..X37”; “X22 Bilmirem .. X29 X39 X17 ... X15 X9 X11 Salmamiwam Sen”; “X12 X23 X24 X38 Senden”; “X10”; “X30 X16 X5 X36 Helelik” məzmunlu SMS mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertizasına, maddi sübutun müayinəsinə və əlavə labarator müayinələrin nəticələrinə əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət–yuxu arteriyasının zədələnməsi ilə nəticələnmiş boyun nahiyəsinin yuxarı 1/3-nin sol yarısının 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası kəsici-deşici alətin təsirindən törənmişdir, ekspertizaya maddi sübut qismində təqdim olunmuş bıçağın və yaxud ona oxşar bıçaqların təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqəsi vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 may 2025-ci il tarixdə əmələ gələ bilərdirlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb–yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin xarici qanaxma olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhumun ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2025-ci il, saat 10:00-dan) 8-14 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibb-kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 188-2025/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs1 məxsus olmuş bir ədəd tuman, bir ədəd şalvar, bir ədəd kəmər, iki ədəd köynək, bir ədəd mayka, bir ədəd sviter, bir ədəd gödəkçə, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə yoxdur. Ekspertizaya təqdim olunmuş bıçaq kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik səyahət tipli bıçaqdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibb-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 297/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi : O alfa, beta(İ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə, cins şalvar, boz rəngli mayka, kəmər, qolsuz qara rəngli mayka, bir cüt ayaqqabı, uzunqol köynək, trusik, 02 və 07 ədəd çubuqlu pambıq tamponlar, Təqsirləndirilən şəxs məxsus bir cüt idman ayaqqabısı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnzı “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri O alfa,beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Belə olan halda bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində qan, Zərərçəkmiş şəxs1 məxsus bir cüt corab və Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar və bir ədəd uzunqol köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs hövsələsizlik, məsuliyyətsizlik, öz fikirlərini üstün tutmaq, konfliktə meyillilik, söz götürməmək kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında əqli gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs emosional vəziyyətində gərginlik, əsəbilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan - fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4370 nömrəli rəyindən görünür ki, ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 21 avqust 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd qızılı rəngli “Samsung” markalı “SM-J260F” modelli, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 01 ədəd qara-yaşıl rəngli “SQ7700s” markalı telefonlar, 01 ədəd üzərində “Подарок” sözü yazılmış səyahət tipli bıçaq, hadisə yerindən götürülmüş qanabənzər nümunələr, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd qara gödəkçə, 01 ədəd üzərində qırmızı naxışları olan qara rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd üzərində “Felix” yazısı olan qara rəngli alt paltarı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 cüt aşağı hissəsi ağ, yuxarı hissəsi boz-ağ rəngli üzərində “Fashion” yazısı olan idman ayaqqabısı, 01 ədəd üzərində qırmızı zolaq içərisində “Supreme” sözləri yazılan qara rəngli uzunqol köynək və 01 ədəd qara rəngli cins şalvar maddi sübut kimi tanınaraq Abşeron rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-5230/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 32 nömrəli göndərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. xx.xx.2016-cı il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: “Hal-hazırda psixi xəstəlik aşkar edilmir.” Cinayət işinin materiallarına əlavə edilmiş X3 Sistemindən əldə edilmiş məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Novruzov X8 veteranıdır və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2-ci və 177.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs hadisə baş verməmişdən təxminən 20 gün, 1 ay əvvəl zərər çəkən Zərərçəkmiş şəxs1 20 manat borc almış, həmin borcu qaytarmaq barədə aralarında yaranmış mübahisə münasibətlərini gərginləşdirmişdir. Münasibətlərin gərginləşməsi hissəsində məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin bu hissədə ifadəsi bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, təqsirləndirilən şəxsin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, zərər çəkənin onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşmiş, bunu şəxsiyyətinin alçaldılmağı kimi qəbul edərək onu cəzalandırmaq məqsədilə evdən götürdüyü bıçaqla zərər çəkənin həyat üçün əhəmiyyətli olan orqanına 1 dəfə zərbə vuraraq qəsdən öldürmüşdür. Digər tərəfdən iş üzrə hadisənin şahidi olan Şahid1 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxslə birlikdə İlkingilə yaxınlaşanda Zərərçəkmiş şəxs1 hamıyla əl ilə salamlaşdığı halda təqsirləndirilən şəxslə öpüşüb görüşmüşdür. Belə olduğu halda təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə aralarında yaranan gərginliyə münasibəti şübhə yaratmaqla cinayət hadisəsinin qisas hissi ilə törədilməsini inandırıcı hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, bir halda ki, təqsirləndirilən şəxs telefonda onun ünvanına nalayiq ifadələr səsləndirdikdən sonra da aralarındakı gərginliyi neytrallaşdırıb həmin şəxslə öpüşərək görüşə bilirsə, münaqişənin gedişində də konflikti cinayətə əl atmamış həll etmək imkanına malik olmuş, digər tərəfdən də dostlarını və tanışlarını kafeyə çay içmək üçün dəvət edən təqsirləndirilən şəxs 20 manat kimi cüzi hesab edilən borcu qaytarmağa çalışmaqdansa, buna görə yaranan konflikti süni şəkildə uzatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 177.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci və 177.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xaakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd qızılı rəngli “Samsung” markalı “SM-J260F” modelli və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 01 ədəd qara-yaşıl rəngli “SQ7700s” markalı telefonlar onların yaxın qohumlarına qaytarılmalı, 01 ədəd üzərində “Подарок” sözü yazılmış səyahət tipli bıçaq, hadisə yerindən götürülmüş qanabənzər nümunələr məhv edilməli, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd qara gödəkçə, 01 ədəd üzərində qırmızı naxışları olan qara rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd üzərində “Felix” yazısı olan qara rəngli alt paltarı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 cüt aşağı hissəsi ağ, yuxarı hissəsi boz-ağ rəngli üzərində “Fashion” yazısı olan idman ayaqqabısı, 01 ədəd üzərində qırmızı zolaq içərisində “Supreme” sözləri yazılan qara rəngli uzunqol köynək və 01 ədəd qara rəngli cins şalvar onların yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 177.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 17 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd qızılı rəngli “Samsung” markalı “SM-J260F” modelli və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 01 ədəd qara-yaşıl rəngli “SQ7700s” markalı telefonlar onların yaxın qohumlarına qaytarılsın, 01 ədəd üzərində “Подарок” sözü yazılmış səyahət tipli bıçaq, hadisə yerindən götürülmüş qanabənzər nümunələr məhv edilsin, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd qara gödəkçə, 01 ədəd üzərində qırmızı naxışları olan qara rəngli uzunqol köynək, 01 ədəd boz rəngli mayka, 01 ədəd qara rəngli mayka, 01 ədəd üzərində qara rəngli kəməri olan göy rəngli cins şalvar, 01 ədəd üzərində “Felix” yazısı olan qara rəngli alt paltarı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 cüt aşağı hissəsi ağ, yuxarı hissəsi boz-ağ rəngli üzərində “Fashion” yazısı olan idman ayaqqabısı, 01 ədəd üzərində qırmızı zolaq içərisində “Supreme” sözləri yazılan qara rəngli uzunqol köynək və 01 ədəd qara rəngli cins şalvar onların yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-434/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-434/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver